Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-350/2022 19.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - X10 oğlunun sədrliyi ilə, hakimlər - X7 və X3 ibarət tərkibdə, məsləhətçi - Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Lənkəran rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxx 1985-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 15, mənzil 48-də qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Tomris küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində 07 sentyabr 2021-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və 20 avqust 1981-ci ildə Cəlilabad rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Məşədilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, 05 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində Cəlilabad şəhəri, ərazisində tanışı Cəlilabad rayonu, Məşədilər kənd sakini Təqsirləndirilən şəxs2 18 (on səkkiz) manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -1,249 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 05 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Tomris küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərindəşəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda –1,758 qram ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin, külli miqdarda -2.068,433 qram olan narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 1.219,738 qram narkotik vasitə olan heroin, şəxsi istehlak miqdarından artıq miqdarda - 10,159 qram narkotik vasitə olan tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda beşədəd, ümumi təmiz çəkiləri 0,2 qram metadon həblərini əldə edib daşımaqla üzərində saxlamış, 05 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində həmin psixotrop maddədən 1,249 qram hissəsini tanışı Cəlilabad şəhər sakini olan Təqsirləndirilən şəxs1 18 manat pul müqabilindəsatmış, sonuncu 05 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabadşəhəri, Tomris küçəsi ərazisindəkeçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərindəşəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda həmin 1,249 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, daha sonra 05 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabadşəhəri, H.Əliyev prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində aparılan şəxsi axtarış zamanıəynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş halda -0,509 qram çəkidə psixotrop maddə olan metamfetamin, avtomobilinə baxış keçirilən zaman isə avtomobilin qoltuqaltının (konsol) içərisindən üçədəd bükümdəümumi təmiz çəkisi 1,783 qram narkotik vasitə olan heroin, beşədəd bükümdəümumi təmiz çəkisi 10,159 qram narkotik vasitə olan tiryək, 5 ədəd, ümumi təmiz çəkisi 0,2 qram olan narkotik vasitə olan metadon həbi, 2 ədəd kibrit qutusunda və bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş halda narkotik vasitə qurudulmuş marixuana, avtomobilin yük yerindən 3 ədəd sellofan bükümlərdəümumi təmiz çəkisi 1217,955 qram narkotik vasitə olan heroin, həmin yerdən 1 ədəd polietilen torbada təmiz çəkisi 2050,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin avtomobilin qoltuqaltının içərisindən bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, onu polis əməkdaşları 05 sentyabr 2021-ci il tarixdə həyətlərinin darvazasının yanında tutub polis şöbəsinə aparmışlar. O Emin kimi tanıdığı Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün dərman almış, Təqsirləndirilən şəxs2 həmin dərmanı ona ağrıları olduğu üçün vermişdir. O sonuncudan 8 manatlıq dərman almış, həmin dərmanı istifadə edə bilməmiş, darvazanın ağzında onu 2 nəfər polis əməkdaşı tutub polis şöbəsinə aparmışlar. Sonra onu ailə üzvlərini məsuliyyətə cəlb etməklə hədələyərək Faiqin adını verməsini tələb etmişlər, Rövşən adlı polis əməkdaşı ona yoldaşını narkotik vasitə ilə rəsmiləşdirəcəyini demişdir. Onun Faiqdən aldığı dərman metamfetamin olmuşdur. Polis şöbəsində onu bir az döymüşlər. Onun üzərinə baxış keçirilərkən vəkil iştirak etmişdir, üstünə baxış keçirilərkən aşkar olunan psixotrop maddənin çəkisini bilmir, əməlindən peşmandır. O, Təqsirləndirilən şəxs2 sonuncu maşın ustası ilə maşın almağa gələn vaxt dərman istəmiş, sonuncu verə biləcəyini demişdir, 8 manatı ona hörmət mənasında vermişdir. Təqsirləndirilən şəxs2 dərmanı ona verdiyi vaxt yadında deyil, deyəsən həmin gün vermişdir. O Təqsirləndirilən şəxs2 dərman olmasını bilmiş, bunu eşitmişdir, ona görə də ondan dərman istəmişdir. Faiqdən birinci dəfə dərman istəmiş, Faiq ona istifadə eləməsini, baş ağrılarının keçəcəyini bildirmiş, amma həmin dərman onda aldığı kimi qalmışdır. O, daha sonra öz ifadəsində bildirdi ki, istintaq zamanı metamfetaminə bənzər kütləni Emin adlı şəxsdən 18 manata aldığını göstərmişdirsə həmin ifadəsi düzgündür, əvvəllər başından xəsarət aldığına görə yaddaşı yoxdur və ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra polis şöbəsində ona təzyiq və təsir göstərilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu hissədə ifadəsini digər Təqsirləndirilən şəxs2 müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, onun Əlizaminlə münasibəti həqiqədən də yalnız maşın satmaqla bağlı olmuşdur. Rövşən və İsmayıl adlı polis işçiləri ona qarşı qərəzli şəkildə hərəkət etmişlər. Onu saat 16:00 radələrində sexdən götürərək şöbəyə aparmış və orada döyərək ailə üzvlərini məsuliyyətə cəlb etməklə hədələmişlər. Ona görə də onların dedikləri ilə razılaşmışdır. Onun heç vaxt heç kimi zəhərləmək niyyətim olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə H.Əliyev prospektində yerləşən “Rəsul” adlı şəxsə məxsus olan avtomobil təmiri sexinin qarşısında olan zaman polis əməkdaşları ağ rəngli “Range Rover” markalı vtomobil ilə oraya yaxınlaşaraq onun avtomobilinin arxasında avtomobillərini saxlamışlar. Orada Rövşən, Tərlan və Samir adlı polis əməkdaşları onu zorla avtomobilindən düşürərək sonradan oraya çağırdıqları PPX əməkdaşlarının avtomobilinə əyləşdirərək, polis şöbəsinə gətirmişlər. Şöbədə üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmamış, cibində pul olmuşdur. Orada vəkil Müdafiəçi1 gəlməsini tələb etsə də onun iştirakı təmin olunmamışdır. Həmin vaxt aldadıldığına görə hər şeyi boynuna götürmüş, maşına gecə saat 02 radələrində baxış keçirilmiş, maşina baxış keçirilərkən vəkil Tağı İbrahimov iştirak etmiş, onun maşınına narkotik vasitəni polislər özləri yerləşdirmişlər. O saat 16:00 radələrində tutulmuş, 3 gün sonra barəsində həbs qərarı çıxalması məqsədilə məhkəmə qarşısına çıxarılmışdır. İdarə etdiyi avtomobil sonradan ona məlum olmayan şəraitdə polis şöbəsinə gətirilmiş, o cərimə meydançasından olan videogörüntüləri tələb etsə də tələbi təmin olunmamışdır. Narkotik vasitələr qəbul etməmiş, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi bir ay əvvəl tanımış, onunla Əlizaminin maşın satması ilə əlaqədar münasibəti olmuş, ona dərman verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Cəlilabad RPŞ-nın NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələr əldə edib saxlaması və daşıması ilə bağlı şöbəyə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatına əsasən əməliyyat qrupunun üzvləri ilə birlikdə yerini müəyyən edib onu saxlamışlar. Ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşduqda üzərində qanunla qadağan edilmiş narkotik vasitə olduğunu bildirmiş, onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisinə baxıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütləni Emin adlı şəxsdən 18 manat pul verməklə əldə etdiyini bildirmişdir. Daha sonra o şöbə rəhbərliyinin göstərişi ilə başqa bir tapşırığı icra etməkdən ötrü getmiş, Emin adlı şəxsin tutulmasında iştirak etməmiş, Emin adlı şəxs Təqsirləndirilən şəxs2 olmuş, Təqsirləndirilən şəxs2 bir dəfə şöbənin əməkdaşları tərəfindən inzibati qaydada tutulmuş, onunla düşmənçiliyi, ədavəti olmamış, sonuncunun polis əməkdaşları ilə arasında pis münasibəti olması barədə məlumatı yoxdur, onun bu dəfə tutulmasının əvvəllər inzibati qaydada tutulması ilə əlaqəsi olmamış, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zor tətbiq olunmamış, ona qarşı qeyri hüquqi hərəkətlər olmamış, üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, onlara Emin adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Cəlilabad RPŞ-nın CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən əməliyyat müvəkkili Şahid4, baş əməliyyat müvəkkili Şahid1 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Tomris küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş narkotik vasitə olduğunu bildirmişdir. Onu üzərində şəxsi axtarış aparılması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisinə baxıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütləni xx.xx.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı küçənin yaxınlığında yerləşən körpünün yanında “Emin” adlı şəxsdən 18 manat pul verərək aldığını bildirmişdir. Sonra “Emin” adlı şəxsin şəxsiyyətini və olduğu yeri müyyən etmək məqsədilə rayon ərazisində əməliyyat-axtarış tədbirləri keçirilmiş və onun Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. O, Cəlilabad şəhəri, H.Əliyev prospektində “RTS” adlanan yerin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, həmin vaxt idarə etdiyi VAZ 2107 markalı avtomobili ilə qeyd edilən yerdə yerləşən avtomobil təmiri sexinin qarşısında olan zaman əməliyyat müvəkkilləri Şahid7, Şahid4 və polis nəfəri Şahid6lə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirərək polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlməyə razılıq vermiş və idarə etdiyi avtomobil ilə onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs2 iştirakı ilə idarə etdiyi avtomobili şöbənin duracağına yerləşdirmişlər. Təqsirləndirilən şəxs2 avtomobilin qapılarını və yük yerini bağlayaraq açarı da özü ilə götürmüşdür. Sonra Təqsirləndirilən şəxs2 üzərində onun müdafiəçisinin, hal şahidlərinin və onların iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın cibindən bir bükümdə göy rəngli sellofan kəsiyinə bükülmüş halda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin maddənin ona məxsus olduğunu, onu yaşadığı kəndin yaxınlığında yerləşən əkin sahəsindən tapdığını bildirmişdir. Bundan əlavə, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sonradan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilin ön aralıq hissəsində yerləşən qoltuqaltından 1 ədəd bıçaq, uzaq görmə cihazı, 1 ədəd elektron tərəzi, 1 ədəd samsung markalı mobil telefon, orada yerləşən yaşıl rəngli qutunun içərisindən 3 ədəd bükümdə şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə, 5 bükümdə sellofana bükülmüş halda narkotik vasitə olan tiryəkə bənzər kütlə, 5 ədəd ağ kağız parçasına bükülmüş həblər, 1 ədəd kibrit qutusuna yerləşdirilmiş halda marixuanaya bənzər kütlələr, 1 ədəd göy rəngli sellofana bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər kütlə, avtomobilin yük yerinə baxış keçirilən zaman orada yerləşən qara rəngli idman çantasının içərisindən 3 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlələr, həmçinin orada olan əşyaların arasından 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 məxsus olan avtomobilin sağ ön hissəsindən qara rəngli pul qabı da aşkar edilmiş, həmin pul qabının içərisində onun özünə məxsus olan sənədlər olmuşdur. Baxış müdafiəçinin iştirakı ilə, çəkiliş aparılmaqla keçirilmiş, saxlanılan şəxslərə qarşı zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs2 əvvəllər inzibati qaydada məsuliyyətə cəlb olunması, polis əməkdaşları ilə ədavətinin olması barədə məlumatı yoxdur, Təqsirləndirilən şəxs2 özü öz avtomobilini sürərək polis şöbəsinin duracağına gətirmiş, avtomobilinin bütün qapılarını, yük yerini bağlayaraq avtomobilin açarını da özü ilə götürüb onlarla birlikdə polis şöbəsinin inzibati binasına daxil olmuş, açarlar onda qalmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələr aşkar olunandan sonra onların özünün olduğunu demiş, həmin vaxt vəkili də orada olmuş, o Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 polis şöbəsinə öz avtomobilini özü idarə edərək gəlmişdir,həmin vaxt saat neçə olması yadında deyil, o, şöbəyə Post Patrul maşını ilə gətirilməmişdir və həmin vaxt saat 16 radələri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın kiçik inspektoru, təlimatçı Şahid6 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinərək rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman aşkar olunan metamfetaminə bənzər maddəni Emin adlı şəxsdən, yəni Təqsirləndirilən şəxs2 əldə etdiyini demişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 olduğu yerin müəyyən edilməsi məqsədilə tədbirlər görülmüş, o da həmin tədbirdə iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs2 olduğu yeri müəyyən edərək onu özünə məxsus olan VAZ 2107 markalı avtomobil ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “RTS” adlanan yerdə, avtomobil sexinin qarşısında saxlamışlar. Ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmiş və üzərinə baxış keçirilmişdir. O ancaq Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş, saxlanılma saatı dəqiq yadında deyil, O, Təqsirləndirilən şəxs2 saxlanıldığı yerə Niva markalı maşınla getmiş, həmin maşınla o, Elmir və Samir getmiş, Faiq saxlanılandan sonra öz maşını ilə şöbəyə gəlmişdir. O Faiqin üzərinə baxış keçirilməsində və maşina baxış keçirilməsində iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə göy rəngli sellofan kəsiyinə bükülmüş halda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin maddənin ona məxsus olduğunu, 1 il öncə yaşadığı kəndin yaxınlığında yerləşən əkin sahəsindən tapdığını və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilinin ön aralıq hissəsində yerləşən qoltuqaltından 1 ədəd bıçaq, uzaq görmə cihazı, 1 ədəd elektron tərəzi, 1 ədəd mobil telefon, orada yerləşən yaşıl rəngli qutunun içərisindən narkotik vasitə olan heroinə və tiryəkə bənzər kütlələr, 5 ədəd ağ kağız parçasına bükülmüş həblər, 1 ədəd kibrit qutusuna yerləşdirilmiş halda marixuanaya bənzər kütlə, 1 ədəd göy rəngli sellofana bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər kütlə, avtomobilin yük yerinə baxış keçirilən zaman orada yerləşən qara rəngli idman çantasının içərisindən 3 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzr kütlələr, həmçinin orada olan əşyaların arasından 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Emin adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əvvəllər şöbəyə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılan vaxt Rövşən adlı polis əməkdaşı orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın CAB-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə bağlı şöbəyə əməliyyat məlumatı daxil olmuş, bu əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən özü də daxil olmaqla əməliyyat müvəkkilli Şahid5 və NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 olması ehtimal edilən yerlər müəyyən edilmiş və o, həmin gün yaşadığı Cəlilabad şəhəri, Tomris küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirmiş, həmin yerdə şərait olmadığından Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs1 təhqiqatçı Şahid8 tərəfindən şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisinə baxıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütləni saat 14 radələrində yaşadığı küçənin yaxınlığında yerləşən körpünün yanında Emin adlı şəxsdən aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Sonra Emin adlı şəxsin şəxsiyyətini və olduğu yeri müyyən etmək üçün rayon ərazisində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Nəticədə Emin adlı şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş və o, Cəlilabad şəhəri, H.Əliyev prospektində “RTS” adlanan yerin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin vaxt idarə etdiyi VAZ 2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyd edilən yerdə yerləşən avtomobil təmiri sexinin qarşısında olan zaman əməliyyat müvəkkilləri Şahid7, Şahid5 və polis nəfəri Şahid6lə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirərək polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlməyə razılıq vermiş və idarə etdiyi avtomobil ilə onlarla birlikdə polis şöbəsinə gəlmiş, onun özünün iştirakı ilə idarə etdiyi avtomobili şöbənin duracağına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs2 avtomobilin qapılarını və yük yerini bağlayaraq açarı da özü ilə götürmüşdür. Daha sonra fotoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisinin, hal şahidlərinin və onları iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz predmet olmadığını bildirmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən mobil telefon, açarlar və bir bükümdə göy rəngli sellofan kəsiyinə bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin maddənin ona məxsus olduğunu, 1 il öncə yaşadığı kəndin yaxınlığında yerləşən əkin sahəsindən tapdığını və şəxsi istfadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş avtomobilinə aid olan açar özünə geri qaytarılmışdır. Sonradan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə fotoçəkiliş aparılmaqla hal şahidlərinin və vəkilinin iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilində hər hansı qanunsuz predmet olmadığını bildirsə də avtomobilin ön aralıq hissəsində yerləşən qoltuqaltından 1 ədəd bıçaq, uzaq görmə cihazı, 1 ədəd elektron tərəzi, 1 ədəd «samsung» markalı mobil telefon, orada yerləşən yaşıl rəngli qutunun içərisindən 3 ədəd bükümdə şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə, 5 bükümdə sellofana bükülmüş halda narkotik vasitə olan tiryəkə bənzər kütlə, 5 ədəd ağ kağız parçasına bükülmüş həblər, 1 ədəd kibrit qutusuna yerləşdirilmiş halda marixuanaya bənzər kütlə, 1 ədəd göy rəngli sellofana bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər kütlə, avtomobilin yük yerinə baxış keçirilən zaman orada yerləşən qara rəngli idman çantasının içərisindən 3 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlələr, həmçinin orada olan əşyaların arasından 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. O, daha sonra göstərmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs2 saxlanılan vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf etməmiş, onun narkotik vasitələrdən istifadə etməsi və satması barədə əvvəllər şöbəyə əməliyyat məlumatları daxil olmuş, amma tutulması üçün əllərində yetərli dəlil olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər polis əməkdaşları tərəfindən belə işlərinə görə saxlanılması barədə məlumatı olmuş, onu əvvəllər tanımamış, Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat tədbiri keçirilməsi haqqında qərarın kim tərəfindən qəbul edilməsi yadında deyil, Təqsirləndirilən şəxs2 saxlanılan zaman öz avtomobilində oturmuş vəziyyətdə olmuş, onlar «Niva Şevrolit» markalı avtomobildə ora gəlmiş, onlar ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmiş, sonuncu bunun yalan məlumat olduğunu demiş, ona başqa nəsə deməmişlər. Polis şöbəsinə gələrkən Təqsirləndirilən şəxs2 öz şəxsi avtomobilini özü idarə etmiş, o və bir də hazırda kim olduğunu xatırlamadığı əməkdaşlardan biri də onun maşınına oturmuşlar. Onu polis şöbəsinə apararaq dərhal 3-cü mərtəbəyə çıxmışlar, həmin vaxt saat 21-22 radələri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onu görməmişdir. Taksi fəaliyyəti ilə məşğul olur və 05 sentyabr 2021-ci il tarixdə Cəlilabad şəhərinə, doğum evinə xəstə aparmışdır. Sonra geri qayıdanda müştəri tapmaq üçün şəhərin “baş” deyilən yerinə gəlmiş, orada olan zaman polis əməkdaşları ona yaxınlaşaraq baxış prosesində hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Onu polis şöbəsinin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinə aparmışlar. Orada Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir bükümdə göy sellofan parçasına bükülmüş bükülü çıxmış, həmin bükülünün içərisində nə olduğunu bilməmişdir. Təxminən 30-40 dəqiqə sonra polis şöbəsinin duracağına gəlmişlər. Orada saxlanılmış Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2, polis əməkdaşları və vəkilin iştirakı ilə avtomobilə baxış keçirilmiş, avtomobilin ön aralıq hissəsində yerləşən qoltuqaltından 1 ədəd bıçaq, uzaq görmə cihazı, 1 ədəd elektron tərəzi, 1 ədəd samsung markalı mobil telefon, orada yerləşən yaşıl rəngli qutunun içərisindən 3-4 büküm çıxmışdır, bükümlərdə nə olduğunu bilməmişdir. Sonra avtomobilin yük yerinə baxış keçirilən zaman orada olan çantanın içərisindən və əşyaların arasından bir neçə sellofana bükülmüş kütlələr aşkar olunmuşdur. Onların nə olduğunu bilməmiş, sonra sənədləşmə aparılmış və və o getmişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsində iştirak etməmiş, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən çıxan bükülü barədə nəsə deməsi yadında deyildir, baxış keçirilən zaman vəkil iştirak etmiş, o, Təqsirləndirilən şəxs2 zor tətbiq olunmasını görməmiş, o, aşkar olunanların ona məxsus olmadığını deməmiş, əvvəllər yalnız bir neçə il əvvəl bir dəfə polis şöbəsində başqa bir iş üzrə hal şahidi kimi iştirak etmiş, həmin gün Cəlilabad şəhərinə, doğum evinə xəstə aparmış, ona görə Cəlilabad şəhərində olmuş, baxışda iştirak edən digər şəxsləri tanımadığına görə kimlərin iştirak etdiklərini bilmir, baxış zamanı orada bir nəfər də hal şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 05 sentyabr 2021-ci il tarixdə gecə Cəlilabad şəhərində polis şöbəsinin yanında dayanacaqda durduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq baxış prosesində hal şahidi qismində iştirak etməyini təklif etmiş, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Onu polis şöbəsinin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinə aparmışlar. Orada bir nəfər oturduğunu və otaqda polis əməkdaşlarının olduqlarını görmüşdür. Təhqiqatçı otaqda olan Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz predmet olub-olmadığını soruşduqda o, üzərində hər hansı qanunsuz predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə baxış keçirmişdir. Sonra polis şöbəsinin duracağına gəlmişlər. Orada Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı avtomobilə baxış keçirilmişdir. Faiq avtomobilin qapılarını üzərində olan açarla özü açmışdır. Avtomobilin ön aralıq hissəsində yerləşən qoltuqaltından uzaq görmə cihazı, elektron tərəzi, mobil telefon, bir neçə bükümlərdə narkotik vasitələr, həblər aşkar edilərək götürülmüşdür. Avtomobilin yük yerinə baxış keçirilən zaman isə orada olan çantanın içərisindən sellofana bükülmüş narkotik vasitələr və nəşə aşkar edilərək götürülmüşdür. Həmin vaxt o maşının böyründə dayanmışdır. O, daha sonra verilən suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən ondan üzərində hər hansı qanunsuz predmet olub-olmadığı soruşulmuş, o, üzərində hər hansı qanunsuz predmet olmadığını bildirmiş, bundan sonra təhqiqatçı onun üzərinə baxış keçirmiş və cibindən bir ədəd sellofan büküm çıxmışdır. Həmin vaxt otaqda polis əməkdaşları və mülki şəxslər olmuşdur. Baxış zamanı maşını və maşının yük yerini Təqsirləndirilən şəxs2 özü açmış, maşında təndir çörəyi və nar da olmuşdur. Təqsirləndirilən şəxs2 üzərinə və maşınına baxış keçirilərkən o, döyülüb incidilməsi barədə şikayətlənməmişdir. O, saat təxminən 24 radələrində şöbəyə dəvət edilərək orada olmuş, polis şöbəsinə gəlib 3-cü mərtəbəyə çıxmış, onu oraya serjant dəvət etmiş, baxış keçirilən yerdə polis əməkdaşları və mülki formada insanlar olmuş, polis şöbəsinə gəldikdən sonra ona orada polis əməkdaşları heç nə deməmişlər. Təqsirləndirilən şəxs2 üzərindən spiçka karobkasında nəşə də çıxmış, bir də onun cibindən selofan büküm çıxmış, həmin bükümdə şüşə olmuş, maşının açarları da onun cibindən çıxmışdır. Sonra avtomobilə baxış keçirilməsi üçün aşağı düşmüşlər, orada da polis əməkdaşları ona heç nə deməmişlər. Maşina baxış keçirilərkən Təqsirləndirilən şəxs2 maşını açması deyilmiş, hansı polis əməkdaşının maşında axtarış apardığını bilmir, avtomobilin ön aralıq hissəsində yerləşən qoltuqaltından uzaq görmə cihazı, bıçaq, tərəzi çıxmış, sonra avtomobilin yük yerinə baxış keçirilən zamanı isə orada idman çantası, iş paltarı, yeşikdə çörək, nar olmuşdur. Paltarları çıxaranda onların altında iki ədəd sellofan bükülü aşkar olunmuş, onların birində ağ, digərində isə qara kütlə olmuş. Rezinə bükülü 4- 5 ədəd həb də aşkar olunmuş, başqa heç nə aşkar olunmamışdır.Sonra həmin əşyaların şöbənin arxasında şəkilləri çəkilmiş və baxış prosesi sənədləşdirilmişdir. Maşının yanında sənədə imza atmış, sonra çıxıb öz işinin dalınca getmişdir. İmza atarkən sənəddə nə yazıldığını oxumuş, ondan sonra o bir daha polis şöbəsinə gəlməmiş, bir müddət sonra polis şöbəsində müstəntiqə ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 05 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 05 sentyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə göy rəngli sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş “Baxış keçirilməsi və götürmə” haqqında 06 sentyabr 2021-ci il tarixdə protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus olan VAZ 2107 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində yerləşən qoltuqlatının içərisindən 1 ədəd qatlanan bıçaq, bir ədəd optik cihaz, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung” markalı mobil telefon, yaşıl rəngli plastmas qutunun içərisindən üç ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr, beş ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlələr, beş ədəd ağ kağız parçalarına bükülmüş həblər, iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlələr, bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər kütlələr, avtomobilin sağ ön hissəsində yerləşən saxlanc yerindən bir ədəd qara rəngli pul kisəsi, həmin pul kisəsinin içərisindən isə həmin avtomobilə aid sənədlər, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, avtomobilin yük yerində olan idman çantasının içərisindən üç ədəd şəffaf sellofan torbalarda narkotik vasitə olan heroinə bənzər kütlələr, bir ədəd göy rəngli sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin X5 tərəfindən verilmiş məhkəmə-kimyəvi-bioloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 19/887 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə olan metamfetaminə oxşar kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -1.249 qram olan maddə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamindir. Qeyd: - metamfetaminin təmiz çəkisi – 1,249 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,199 qram. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə oxşar kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,509 qram olan ağ rəngli kristal şəkilli maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** nömrə nişanlı avtomaşından aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusunda və 1 büküm göy rəngli sellofan bükümündə narkotik vasitə olan marixuanaya bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd kibrit qutularında və 01 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri :-1,955 qr; - 3,212qr:-13,266 qram; ümumi təmiz çəkisi -18,433 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, ** BP *** dövlət nömrə nişanlı avtomaşından aşkar edilərək götürülmüş 3 ədəd bükümdə olan narkotik vasitə olan heroinə oxşar kütlələr və 5 ədəd bükümdə olan tiryəkə oxşar kütlələr, 5 ədəd açıq qəhvəyi rəngli həblər...” sözlər və imzalar olan zərfdəki, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,846 qr: -0,699 qr: -0,238 qram; ümumi təmiz çəkisi: -1,783 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -3,314 qr: -1,814 qr: -4,128 qr: -0,676 qr: -0,227 qram; ümumi təmiz çəkisi: -10,159 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləəri ilə eynidirlər və 5 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadondur və həblərin təsiredici maddəsinin ümumi miqdarı-0,2 qramdır(bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüş 3 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroinə oxşar kütlələr...” sözlər və imzalar olan bağlamadakı, 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: - 490,509 qr:-214,140 qr: -513,306 qram; ümumi təmiz çəkisi:-1217,955 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomaşının yük yerindən aşkar olunaraq götürülmüş 1 ədəd polietilen sellofan torbada marixuanaya oxşar kütlə....” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd polietilen torbada təmiz çəkisi:-2050,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə olan metamfetaminə oxşar kütlə..” və “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə oxşar kütlə..” sözlər və imzalar olan 2 ədəd zərfdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomaşından aşkar edilərək götürülmüş 3 ədəd bükümdə olan narkotik vasitə olan heroinə oxşar kütlələr və 5 ədəd bükümdə olan tiryəkə oxşar kütlələr, 5 ədəd açıq qəhvəyi rəngli həblər...” və “Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüş 3 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroinə oxşar kütlələr...” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomaşından aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusunda və 1 büküm göy rəngli sellofan bükümündə narkotik vasitə olan marixuanaya bənzər kütlələr...” və “Təqsirləndirilən şəxs2 məxsus olan VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomaşının yük yerindən aşkar olunaraq götürülmüş 1 ədəd polietilen sellofan torbada marixuanaya oxşar kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı marixuanalar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: - metamfetaminin təmiz çəkisi – 0,509 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,459 qram, -heroinin təmiz çəkisi-1219,738 qr; cəmi tədqiqata sərf olundu-0,3 qr(hər ob.-0,05qr) qalıq-1219,438 qr, -tiryəkin ümumi təmiz çəkisi-10,159 qr., cəmi tədqiqata sərf olundu-0,25qr.(hər ob.0,05 qr.), qalıq-9,909 qr, metadon həblərinin sayı-5 ədəd, cəmi tədqiqata sərf edildi-1 ədəd, qalıq-4 həb, marixuananın ümumi təmiz çəkisi -2068,433 qr., cəmi tədqiqata sərf edildi-0,08 qr(hər ob.- 0,02 qr) qalıq-2068,353 qr. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin X6 tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 18/1056 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, xüsusi təyinatlı(köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin “Məhkəmə Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli, 2609 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2021-ci il tarixli, 1142 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Toksikomaniya aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2021-ci il tarixli, 964 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Toksikomaniya aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad RPŞ-dən daxil olan 22 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 həqqiqətən də üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 şəxsi istifadə məqsədilə əldə etməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 üzərindən və avtomobilindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri kimdən, nə zaman, haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psioxtrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm 21 fevral 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad RİHB-nın Boyxanlı kənd İGDÜ nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli 398 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi anası, həyat yoldaşı, 2013-cü il təvəllüdlü oğlu Nail Əzizov və 2017-ci il təvəllüdlü oğlu Emil Əzizovdan ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad şəhər İƏDÜ nümayəndəliyinin 25 oktyabr 2021-ci il tarixli 46/89 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi anası, həyat yoldaşı, qardaşı və 2009-cu il təvəllüdlü qızından ibarətdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşaının olmasını, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə narkoloji ekspertizasıının rəyinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs1 haqqında olan hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs1 ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin yaşadığı ərazi nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Cəlilabad RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bükümdə təmiz qalıq çəkisi 1,199 qram psixotrop maddə olan metamfetaminin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 0,459 qram psixotrop maddə olan metamfetaminin, Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 1219,438 qram olan heroinin, təmiz qalıq çəkisi 9,909 qram olan tiryəkin, ekspertiza tədqiqatına sərf edilmiş 1 ədəd həb çıxılmaqla qalıq 4 ədəd metadon həbinin, təmiz qalıq çəkisi 2068,353 qram olan marixuananın və bir ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 05 sentyabr 2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskin isə cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan xərci olan cəmi 122 (yüz iuirmi iki) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxslərdən, yəni 61 manat 20 qəpik Təqsirləndirilən şəxs1 və 61 manat 20 qəpik Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 sentyabr 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 05 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiridəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan cəmi 122 (yüz iuirmi iki) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxslərdən müştərək qaydada, yəni 61 (altımış bir) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs1 və 61 (altımış bir) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutkimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bükümdə təmiz qalıq çəkisi 1,199 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 0,459 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 1219,438 qram olan heroin, təmiz qalıq çəkisi 9,909 qram olan tiryək, ekspertiza tədqiqatına sərf edilmiş 1 ədəd həb çıxılmaqla qalıq 4 ədəd metadon həbi, təmiz qalıq çəkisi 2068,353 qram olan marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 05 sentyabr 2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs2 münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-350/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-350/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver