Məhkəmə qərarları › İş №1(099)-350/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-350/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-350/2024 02.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakı ilə 06 avqust 1952-ci ildə Salyan rayonunun Xalac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, təqaüdçü, Salyan rayonunun Xalac kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 sentyabrın 2023-cü il tarixdə, saat 06 radələrində Salyan rayonunun Parça Xalac kəndində sürət həddinin saatda 60 kilometr müəyyən edildiyi kənddaxili avtomobil yolunda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmə hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan mikroavtobusu icazə verilən maksimum sürətdən-saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyib avtomobili saatda 70 kilometr sürətlə idarə etmiş, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və mikroavtobusun idarə olunmasından ayırmamalı, mikroavtobusu icazə verilən sürətlə idarə etməli, mikroavtobusun yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmək üçün idarəetmə ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında yerinə yetirməli olduğu halda həmin tələblərə riayət etməyib mikroavtobusun təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirməyərək mikroavtobusun yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməmiş, idaretməni itirməklə mikroavtobusu yoldan çıxarıb yolun yaxınlığından keçən su arxına aşırmaqla hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətməklə ehtiyatsızlıqdan idarə etdiyi mikroavtobusun qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş xx.xx.1962-ci il təvəllüdlü X3 tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya ilə nəticələnən ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Salyan rayonunun Xalac kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq işləmir, təqaüdçüdür və yaşadığı Salyan rayonunun Xalac kəndində əkin sahəsində pambıq əkini ilə məşğul olur. Təxminən üç il əvvəl “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobil oğlu Şahid1 adına rəsmiləşdirilmişdir. Sonrakı müddətdə etibarnamənin müddəti qurtardığı vaxt həmin avtomobili arvadı X2 adına rəsmiləşdirmiş və oğlu Ramin həmin avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etmişdir. Ailəsi ilə birlikdə pambıq əkini ilə məşğul olduqlarından “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil əkin sahəsinə işçilərin daşınmasında istifadə olunmuşdur. Hadisə olan vaxt pambıq yığımı mövsümü olduğundan həmin avtomobillə gündəlik olaraq yaşadıqları kənddə yaşayan qadınları pambıq yığmaq üçün pambıq sahəsinə aparılıb-gətirilmişdir. Demək olar ki, avtomobili hər gün oğlu Ramin idarə edib fəhlə işləyən qadınları əkin sahəsinə aparmş, arada özü də avtomobili idarə etməyi bacardığından etibarnaməsi və sürücülük vəsiqəsi olmasa da, həmin avtomobili idarə edib pambıqyığan qadınları əkin sahəsinə aparmışdır. O, avtomobili kənd daxilində idarə etmişdir. 22 sentyabr 2023-cü il tarixdə, saat 05 radələrində oğlu Ramin yatdığı üçün qərara almışdır ki, oğlu yuxudan duranadək özü avtomobillə pambıqyığan qadınları pambıq sahəsinə aparsın. Sonra o, avtomobili işə salıb həyətdən küçəyə çıxarıb yaşadığı evdən bir qədər aralıda yaşayan, gündəlik olaraq onun əkin sahəsinə pambıq yığmağa gedən həmkəndlisi və uzaq qohumu olan X6 avtomobilə götürmüşdür. Bəyanə avtomobildə qabaq sağ oturacaqda onun sağ tərəfində əyləşmiş, sonra o, hərəkətini davam etdirmişdir ki, irəlidə-Salyan rayonun Parça Xalac kədində olan digər şəxsləri də avtomobilə götürüb pambıq sahəsinə getsinlər. Bəyanə kök olduğu üçün arxa oturacaqlarda rahat əyləşə bilmədiyinə görə həmişə qabaq oturacaqda əyləşmişdir. Parça Xalac kəndinin daxilindən keçən asfalt yolla 60-70 km/saat sürətlə avtomobili idarə etməklə hərəkətdə olmuş, bir az hərəkət etdikdən sonra, təxminən 15 metrlik məsafədən qarşıda sağa doğru sərt döngə olduğunu görüb ani olaraq həyəcan keçirdiyi üçün idarəetməni itirmiş, sonra əyləci sıxmışdır ki, avtomobili saxlasın, lakin avtomobilin sürətinin azalmadığını görüb hadisənin qarşısını almaq üçün heç nə edə bilməmiş, nəticədə avtomobil döngəni keçib düz irəli gedib yolun yaxınlığından keçən su arxının (kanalının) içinə düşmüşdür. Avtomobilin qarşı tərəfi suyun dibinə doğru dəydikdən sonra sağ tərəfiüstə suyun içinə aşmış, avtomobilin sağ tərəfi tamamilə suyun içində qalmışdır. Bəyanə də sağ tərəfdə əyləşdiyi üçün suyun içində qalmış, ağır olduğu üçün hərəkət edib avtomobildən çıxa bilməmiş, avtomobilin ön şüşəsi sındığı üçün özü həmin hissədən avtomobilin içindən, sonra isə kanalın kənarına çıxmışdır. Sonra o, avtomobilin sol tərəfdəki qapını açıb Bəyanəyə kömək etmək istəsə də, qapı sıxıldığı üçün aça bilmədiyindən Bəyanəni avtomobildən çıxara bilməmişdir. Baş vermiş qəza nəticəsində o, sağ əlindən və sol ayağından xəsarətlər almışdır. Hadisə zamanı mobil telefonu suya düşdüyü üçün o, heç kimə zəng edə bilməmişdir. Həmin vaxt yoldan avtomobillə keçən tanımadığı şəxsdən mobil telefonunu götürüb oğlu Raminə zəng edib hadisə barədə məlumat vermişdir. Bir az sonra oğulları Ramin, Zaur və Gündüz hadisə yerinə gəlmişlər. Onlar gəldikdən sonra oğlu Gündüz DİN-nin 102 Xidmətinə və təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Həmin vaxt əynindəki paltarları yaş olduğundan və ayağındakı yaradan qan axdığı üçün oğlu Gündüz avtomobillə onu yaşadığı evə aparmış, digər oğulları Zaur və Ramin hadisə yerində qalmışlar. O, evə gedib patarını dəyişmiş və ayağındakı yaraya sarğı qoyulduqdan sonra yenidən hadisə yerinə qayıtmış, elə həmin vaxt hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə xidmətinin əməkdaşları gəlmişlər. Xilasetmə xidmətinin əməkdaşları Bəyanənin meyitini avtomobilin içindən çıxarmış, sonra onun meyiti təcili tibbi yardım avtomobilinə qoyulub aparılmışdır. Polis əməkdaşları tərəfindən özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, sonra kanala düşmüş avtomobil sudan çıxarılıb polis şöbəsinin duracağına aparılmışdır. Hadisə zamanı idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, hər hansı texniki nasazlığı olmamışdır. X11 və onun ailəsini tanımış, münasibətləri yaxşı olmuşdur. İdarə etdiyi avtomobillə bu hadisənin baş verməsi nəticəsində avtomobilin kanala düşməsi və avtomobildə olan Bəyanə Eyyubovanın suda boğularaq ölməsinə görə özünü təqsirli bilir və əməlindən çox peşmandır. O, X11n hüzr mərasimində iştirak edib üzrxaqlıq etmiş və mərhumənin ailəsinə maddi köməklik göstərmişdir. Hadisədən sonra onunla mərhumun ailəsi, əri-zərərçəkmiş şəxsin hüquqi varisi Novruz Eyyubovla barışıq əldə olunmuşdur. Bir daha o, zərərçəkmiş tərəfə üzrxaqlıq edib bu hadisənin ehtiyatsızlığı nəticəsində baş verdiyini və hazırda belə bir hadisənin baş verməsinə görə peşmançılıq çəkdiyini bildirir. Törətdiyi cinayətə görə ona cəza verilərkən yaşlı və hazırda xəstə olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmasi məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, mərhum X8 onun arvadı olmuş və arvadı Bəyanə oğlu və onunla bir evdə yaşamışdır. Arvadı Bəyanə gündəlik günəmuzd işlərlə, o cümlədən pambıqyığmaqla məşğul olmuşdur. Həmkəndlisi Təqsirləndirilən şəxs və onun ailəsini tanıyır, uzaq qohum olmaqla münasibətləri həmişə yaxşı olmuş, hazırda da yaxşıdır. 22 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində arvadı Bəyanə işə getdiyini deyib evdən çıxıb getmişdir. Saat 07 radələrində qohumu Zaur onun yanına gəlib həmkəndlisi Qurbanın idarə etdiyi mikroavtobusun yol kənarından keçən su arxına aşırdığını, nəticədə arvadı Bəyanənin vəfat etdiyini demişdir. O, dərhal Zaurla birlikdə hadisə yerinə getmiş, polis əməkdaşlarının və xilasetmə xidmətinin əməkdaşları da orada olmuşlar. Bundan sonra Qurbanın idarə etdiyi avtomobil sudan çıxarılmış, arvadı Bəyanənin meyiti isə müayinə olunması üçün xəstəxanaya aparılmış, tibbi müayinədən sonra Bəyanənin meyiti onlara verilmiş və həmin günü də meyiti kənd qəbiristanlığında dəfn etmişlər. Bu hadisəni Təqsirləndirilən şəxs qəsdən törətməmiş, hadisə onun avtomobili idarə edərkən ehtiyatsızlığı nəticəsində baş vermişdir. Hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxs mərhum arvadı Bəyanənin yas mərasimində iştirak edib baş vermiş hadisə ilə bağlı üzrxahlıq etmiş və yas mərasimi ilə bağlı ona maddi köməklik də etmişdir. O, bu hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini başa düşür, ona görə də Təqsirləndirilən şəxsla barışmış və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Novruz Eyyubovun istintaq orqanına və məhkəməyə ünvanlandığı 26 sentyabr 2023-cü il və 08 fevral 2024-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Təxminən 3 il əvvəl atası Qurban “Ford Transit” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobil onun adına rəsmiləşdirilmişdir. Sonradan etibarnamənin müddəti qurtardığı üçün həmin avtomobili anası Sonaxanım Gözəlovanın adına rəsmiləşdirmişlər. O, həmin avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etmişdir. Həmçinin atası Qurban nəqliyyat vasitələri idarə etməyi bacardığına görə sürücülük vəsiqəsi olmasa da, həmin avtomobili idarə etmişdir. Atası Salyan rayonunun Xalac kəndinin ərazisində olan sahədə pambıq əkini ilə məşğul olur və bu işlə bağlı həm özü, həm də atası həmin avtomobillə kənddə yaşayın qadınları pambıq yığmaq üçün pambıq sahəsinə aparmışlar. 22 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində evdə yatdığı vaxt mobil telefonuna zəng gəlmiş, oyanıb mobil telefon zənginə cavab verərkən zəng edən tanımadığı şəxs atasının avtomobili yol kənarından keçən su arxına aşırdığını bildirmişdir. Sonra o, qardaşı Zaura zəng edib bu barədə məlumat verib hadisənin baş verdiyi yerə getmişdir. Orada məlum olmuşdur ki, atası Parça Xalac kəndində avtomobilin idarə edərkən döngəyə çatan vaxt idarəetməni itirmiş və mikroavtobusu yol kənarından keçən su arxına aşmış və avtomobildə olan həmkəndlisi Bəyanə Eyyubova vəfat etmişdir. Həmin vaxt atasının əynində olan paltarları tamamilə yaş vəziyyətdə olduğu və ayağından qan axdığı üçün qardaşı Gündüz atasını evə aparmış, özü isə digər qardaşı Zaurla birlikdə hadisə yerində qalmışlar. Sonra hadisə olan yerə təcili tibbi yardım, polis və xilasetmə xidmətinin əməkdaşları gəlmişlər. Həmin vaxt atası da evdə paltarını dəyişdikdən sonra hadisə yerinə qayıtmışdır. Xilasetmə xidmətinin əməkdaşları Bəyanənin meyitini avtomobilin içərisindən çıxarılmış, sonra meyit təcili tibbi yardım avtomobillə aparılmışdır. Sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, bundan sonra avtomobil sudan çıxarılıb polis şöbəsinin duracağına aparılmışdır. Bu hadisəni atası qəsdən törətməmiş, hadisə onun avtomobili idarə edərkən ehtiyatsızlığı nəticəsində baş vermişdir. Atası və digər ailə üzvləri mərhum Bəyanənin yas mərasimində iştirak edib baş vermiş hadisə ilə bağlı üzrxahlıq etmişlər və yas mərasimi ilə bağlı Novruz Eyyubova maddi köməklik də etmişlər. Hazırda baş vermiş hadisə ilə bağlı mərhum Bəyanənin ailəsi ilə barışıq olmuş və onların atasına qarşı heç bir şikayət və tələblərii yoxdur. Məhkəmə iclasında Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokol, protokola əlavə edilmiş “yol-nəqliyyat hadisəsinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Salyan rayonunun Parça Xalac kəndinin ərazisində, kənddaxili yolda baş vermişdir. Həmin yerdə yol asfalt olmaqla, quru və hamardır, yol örtüyünün eni 6 metrdir, yolun sağ və sol tərəfi əkin sahəsi və sağ tərəfdə su arxı vardır. “Ford Transit” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin su arxının içərisində yarı aşmış vəziyyətdə olması müşahidə edilir. Sürücü Təqsirləndirilən şəxs göstərdiyi yerdən su arxına qədər 30 metrlik məsafədə nəqliyyat şinlərinin izləri aşkar olunmuş, tormoz izləri və başqa izlər aşkar edilməmişdir. Baxış zamanı başqa əhəmiyyət kəsb edən hallar müşahidə olunmamış, hadisə yerinin sxemi və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. İşdə olan, 22 sentyabr 2023-cü il tarixli, 142 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri yoxdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının verdiyi 22 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, 1962-ci ildə anadan olmuş X3 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: Meyitin xarici və daxili müayinəsi zamanı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Bəyanə Eyyubovanın ölümünə səbəb- tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Bəyanə Eyyubovanın ölümü xx.xx.2023-cü il tarixdə sərnişini olduğu mikroavtobusun su kanalına aşması nəticəsində əmələ gələ bilərdi. Bəyanə Eyyubovanın qanında etil spirti aşkar edilməmişdir. İşdə olan, AZ-İİ № 382306 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti ilə müəyyən edilir ki, X8 2023-cü il sentyabrın 22-də ölmüşdür. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs mikroavtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs mikroavtobusu yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İşdə olan, Salyan RPŞ-nin X16 bölməsinin İnformasiya sisteminin məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeyd olunmamışdır. “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Təqsirləndirilən şəxs adına etibarnamə qeydiyyata alınmamışdır. İşdə olan, “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun BD260085 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surəti ilə müəyyən edilir ki, “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Salyan rayonunun Xalac kənd sakini X4 məxsusdur. İşdə olan, 23 dekabr 2022-ci il tarixli, 656403 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”nin surəti ilə müəyyən edilir ki, Salyan rayonunun Xalac kənd sakini X7 özünə məxsus olan “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobus üzrə bütün səlahiyyətlər oğlu Şahid1 vermişdir. İşdə olan, 01 oktyabr 2023-cü il tarixli “Qəbz”lə müəyyən edilir ki, istintaq orqanı tərəfindən “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobus saxlanılması üçün sahibi Şahid1 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədlərı sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, istintaq orqanının 30 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş, şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Salyan rayonu, Xalac kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, Salyan rayonunun Xalac kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü yaxşı aparmış, birgəyaşayış qaydalarına əməl etmiş, kənd sakinləri arasında hörmət qazanmış və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən və təqsirləndirilən şəxsin 72 yaşı olmaqla kifayət qədər yaşlı (qoca) şəxs olması bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını məhkəmə nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), təqsirləndirilən şəxsin 72 yaşı olmaqla kifayət qədər yaşlı (qoca) şəxs olması, eləcə də işin faktiki halları, o cümlədən zərərçəkmiş şəxslə həmkəndli olmaları və yol-nəqliyyat hadisəsinin ehtiyyatsızlıq nəticəsində baş verməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər) məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, habelə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmk haqqında iltizam” qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun saxlanılması üçün sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmk haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan “Ford Transit mikroavtobus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun saxlanılması üçün sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci-85 (səksən beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar