Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-351/2023 22.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 495 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana), külli miqdarda - 233,021 qram çəkidə narkotik vasitə heroini (bundan sonra- heroin) və külli miqdarda 180,742 qram çəkidə psixotrop maddə metamfetamini (bundan sonra metamfetamin) əldə edib, 28,021 qram çəkidə 01 ədəd bükümdə külli miqdarda heroini və 20,742 qram çəkidə 01 ədəd bükümdə külli miqdarda metamfetamini öz üzərində, qalan külli miqdarda 205 qram çəkidə heroini, külli miqdarda 160 qram çəkidə metamfetamini və 495 qram çəkidə qurudulmuş marixuananı isə yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evə daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra – DİN-nin BMCMİ) və Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra - BNMİ) əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 04:40-da Ağcabədi rayonu, Avşar kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinə (bundan sonra – Ağcabədi RPŞ) gətirilmiş və orada həmin gün saat 06:51-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 28,021 qram heroin və külli miqdarda təmiz çəkisi 20,742 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 20 dekabr 2022-ci il tarixdə saat 08:13-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evinə baxış keçirilən zaman evin giriş qapısından sol tərəfdə yerləşən otaqda çəhrayı rəngli qabın içərisindən 01 ədəd sellofan torbada külli miqdarda təmiz çəkisi 205 qram olan, üzərindən aşkar edilmiş heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən heroin, 01 ədəd sellofan torbada külli miqdarda təmiz çəkisi 160 qram olan, üzərindən aşkar edilmiş metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən metamfetamin və həmin otaqda plastik qutunun üzərindən 01 ədəd sellofan torbada təmiz çəkisi 495 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdən 20 dekabra keçən gecə evində yatarkən polis əməkdaşları evinə girib onu evində saxlayıb Ağcabədi RPŞ-yə aparmışlar. O, narkotik istifadə edən olmuş, narkotik satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu işgəncə verməklə hədələyərək onların verdiyi narkotiki üzərində saxlayıb təqdim etməyi, evindən də özlərinin qoyacağı narkotiki çıxarıb təqdim etməyi tələb etmişlər. O, da polis əməkdaşları tərəfindən döyüləcəyindən qorxduğu üçün onların dedikləri ilə razılaşmış, etirafedici ifadələr vermişdir. Həmçinin üzərinə videoçəkiliş aparılarkən də polis əməkdaşlarının dediyi sözləri demişdir. Onu Ağcabədi RPŞ-yə apararkən maşında döymüş, lakin polisin inzibati binasında döyməklə hədələmişlər. Nə yaşadığı evdə, nə də üzərində hər hansı miqdarda narkotik vasitə və psixotrop maddə olmamışdır. Bir müddət Bakı şəhərində işləmiş, yəqin ki, Bakı şəhərində yerləşən BMCMİ-nin əməkdaşları onun narkotik istifadəçisi olduğunu bilmişlər. X16 Respublikası (bundan sonra – İran İR) ilə əlaqəsi olmamış, “Behzat” adlı iranlı şəxsi tanımamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən hədə-qorxu gəlinməsi barədə vəkilinə, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən işə baxan hakimə bu barədə heç kimə heç nə deməmişdir. Lakin 2023-cü il tarixdə müqavilə üzrə vəkili onun hüquqlarını müdafiə etdikdən sonra polis əməkdaşları tərəfindən döyülməsi barədə ifadə vermişdir. Hazırkı iclasda polislər tərəfindən hədə-qorxu gəlindiyini desə də onu istintaq zamanı Ağcabədi RPŞ-yə apararkən döymüşlər. Tutulduqdan bir gün sonra məhkəmə tibbi ekspertizasından keçirilmiş, polislər tərəfindən “güclü” döyülmədiyindən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin ona qarşı fiziki təzyiq edilməsi ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılsa da cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin nə o, nə də müqavilə üzrə hüquqlarını müdafiə edən vəkili də həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 20 dekabr 2022-ci il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən və yaşadığı evə videoçəkiliş zamanı baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 20 və 21 dekabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə səhər saatlarında, yəni saat təxminən 05 radələrində həmişəki kimi yaşadığı evin həyətinin qapısının qarşısında dayanmış, həmin vaxt bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, bundan sonra Ağcabədi RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində müdafiəçi təqdim edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, artıq yaxalandığını və üzərində olan əşyaları könüllü təqdim etmədiyi halda da, polis əməkdaşlarının üzərinə şəxsi axtarış keçirərək, üzərində olan narkotik vasitə və psixotrop maddəni aşkarlayacaqlarına əmin olduğu üçün şəxsi axtarış zamanı polis əməkdaşlarına üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra cibində olan digər əşyaları çıxarmağı tələb olunmuş və şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir və üzərində başqa heç bir əşya olmadığını demişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmiş, birinci sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində metamfetamin, ikinci sellofan bükümün içərisində heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonu ərazisindən “Behzat” adlı İran İslam Respublikasının vətəndaşından online qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvələr də narkotik vasitələrdən istifadə etdiyini, aldığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə hazırda yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evdə narkotik vasitə “nəşə”, “kakos” və “patı” gizlədib saxladığını bildirmiş və yaşadığı ünvana gediləcəyi halda, həmin ünvanda gizlədib saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra yaşadığı ünvana baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı polis əməkdaşlarına yaşadığı ünvanda həyat yoldaşı X3 olduğu məlum olmuş, Asimə Cəfərova polis əməkdaşları tərəfindən evə baxış prosesinin keçirilməsinə etirazının olmadığını bildirmiş və evin içərisində bu barədə ərizə yazmışdır. Baxış zamanı iştirakçıları yaşadığı evin qonaq otağına dəvət edib, qonaq otağında giriş qapısından sol tərəfdə yeləşən qapını açıb, həmin otaqda yerləşən çəhrayı rəngli qabın içərisində olan 02 ədəd sellofan bükümü və həmin otaqda olan plastik qutunun üstündə olan 01 ədəd sellofan bağlamanı götürüb təqdim etmişdir. İlkin olaraq təqdim etdiyi birinci 01 ədəd sellofan büküm açıldıqda içərisində metamfetamin, digər 01 ədəd sellofan bükümün içərisində heroin, üçüncü sellofan bağlamanın içərisində isə yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyini soruşmuşlar. Sorğu zamanı yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonundan “Behzat” adlı İran İR-nin vətəndaşından “online” qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələri şəxsi istifadə məqsədi ilə gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qeyd edilən ifadəsini polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində və evində hər hansı miqdarda narkotik vasitə və psixotrop maddə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin və metamfetaminin onda olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini göstərməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində və yaşadığı ünvanda saxlaması, eləcə də daşıması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında sonuncunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmiş, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Ağcabədi rayonu, Avşar kəndinə getmiş, 20 dekabr 2022-ci il tarixdə saat 04:30 radələrində Ağcabadi rayonu, Avşar kəndində olduqları zaman zahiri görkəmcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmiş, onu Ağcabədi RPŞ-yə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi birinci sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində metamfetaminə oxşar maddə, ikinci sellofan bükümün içində isə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonu ərazisindən “Behzat” adlı İran İR-nin vətəndaşından “online” qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvələr də narkotik vasitələrdən istifadə etdiyini, aldığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evdə narkotik vasitə “nəşə”, “kakos” və “patı” gizlədib saxladığını bildirmiş, gizlədib saxladığı narkotik vasitələri təqdim edə biləcəyini demiş, bundan sonra həmin gün saat təxminən 08 radələrində Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda onun həyat yoldaşı X3 olduğu müəyyən edilmiş, sonuncu da etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin qonaq otağına dəvət edib, qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən qapını açıb, həmin otaqda yerləşən çəhrayı rəngli qabın içərisində olan 02 ədəd sellofan bükümü və həmin otaqda olan plastik qutunun üstündə olan 01 ədəd sellofan bağlamanı götürüb təqdim etmiş, paketlərin içərisində “nəşə”, “kakos”, “patı” adı ilə tanıdığı narkotik vasitələr və psixotrop maddələr olduğunu qeyd etmiş, sonuncunun təqdim etdiyi birinci sellofan büküm açıldıqda içərisində metamfetaminə oxşar maddə, digər sellofan bükümün içərisində heroinə oxşar maddə, üçüncü sellofan bağlamanın içərisində isə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonundan “Behzat” adlı İran İR-nin vətəndaşından “online” qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələri şəxsi istifadə məqsədi ilə gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs nə özü, nə də digər polis əməkdaşları hər hansı fiziki təzyiq göstərməmiş, onu işgəncə verilməsi ilə hədələməmişdir. Təqsirləndirilən şəxs könüllü qaydada narkotik vasitələr və psixotrop maddəni təqdim etmiş, hər hansı hala etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid4 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 5-12, 34-36, 40-43). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 dekabr 2022-ci il tarixdə saat 06:51-də şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən 25 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmiş, sonuncunun təqdim etdiyi birinci sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan metamfetaminə oxşar maddə, ikinci sellofan bükümdə isə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonu ərazisindən “Behzat” adlı İran İR-nin vətəndaşından “online” qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, aldığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evdə narkotik vasitə “nəşə”, “kakos” və “patı” gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvana gedildiyi halda, həmin ünvanda gizlədib saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış 20 dekabr 2022-ci il tarixdə saat 07:13-də başa çatmışdır. (i.v. 34-36) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evinə 20 dekabr 2022-ci il tarixdə saat 08:13-də videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin qonaq otağına dəvət edib, qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən qapını açıb, həmin otaqda yerləşən çəhrayı rəngli qabın içərisində olan 02 ədəd sellofan bükümü və həmin otaqda olan plastik qutunun üstündə olan 01 ədəd sellofan bağlamanı götürüb təqdim etmiş, paketlərin içərisində “nəşə”, “kakos”, “patı” adı ilə tanıdığı narkotik vasitələr və psixotrop maddələr olduğunu qeyd etmişdir. Birinci 01 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə oxşar maddə, digər 01 ədəd sellofan bükümün içərisində heroinə oxşar maddə, üçüncü sellofan bağlamanın içərisində isə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonundan “Behzat” adlı İran İR-nin vətəndaşından “online” qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələri şəxsi istifadə məqsədi ilə gizlədib saxladığını bildirmişdir. Baxışın keçirilməsi 20 dekabr 2022-ci il tarixdə saat 08:44-də başa çatmışdır. (i.v. 40-43) -Məhkəmə bioloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 7/1426 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..." sözləri yazılmış skoçla bağlanmış sellofan torbada bir ədəd sellofanda təmiz çəkisi 495,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-495,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-494,95 qramdır. (i.v. 54-57) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 6/7110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 28,021 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 20,742 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan torbada təmiz çəkisi 205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroindir, 1 (bir) ədəd selofan torbada təmiz çəkisi 160 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış metamfetamindir. Təqdim olunmuş 1 (bir) ədəd selofan bükümdə və 1 (bir) ədəd selofan torbada olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 1 (bir) ədəd selofan bükümdə və 1 (bir) ədəd selofan torbada olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroinin ümumi təmiz çəkisi - 233,021 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 232,921 qram. Metamfetaminin ümumi təmiz çəkisi-180,742 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 180,642 qram. (i.v.58-63) - Ağcabədi Rayon Məhkəməsinin hakimi X8 20 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı və həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. (i.v.65) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 94-95) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(005)- 1377/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 131-136) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edildi: xx/xx/2022,01:39:28, **********13,**********73, Masinsizam samaxinkadayam bu cox zeifdi ozunde cekib baxarsan bunu getirib elvinin yaninda qaytarib mene; xx/xx/2022, 19:56:32, **********12, **********73, SALAM.NETERİSEN.TELE AC BİR SOZ DE. JAMAHATA NE DEYİM.LAZİMDİ 2 TORR; 9/06/2022, 19:56:35, **********12, **********73,AQ 1 DENDD DAS.HE YOX DE ; xx/xx/2022,20:22:44, **********12, **********73,GAQAS RULUNU VERİV QOTURUREM.2 KOLA .1 DAS.RULUM CATMASA TELEFON SAXLAYİM.; xx/xx/2022, 22:59:39, **********45, **********73,2 dene das gotrcem indi gecdi seher yigacam saat 11-12de oyaq ol; xx/xx/2022, 00:09:18, **********99, **********73, Baba mawinanam gul gelim goturum rayona gedirler bunun pulunda verecem sene; xx/xx/2022,01:34:01, **********99, **********73, Ay qaqaw bir kelme cetindi ; xx/xx/2022,01:58:07, **********99, **********73, Baba mene bir soz de salamatciliqdi meni gozduyurler o pulda hazirdi sivyaz ele; xx/xx/2022,02:15:09, **********99, **********73, Ay qaqaw teli acib bir kelme demey olmaz ki zoma; xx/xx/2022, 14:39:38, **********99, **********73, 20 dene gul isdiyirler ; xx/xx/2022, 14:55:10, **********99, **********73, Mene xeber ele baba telim qalib dunenkh qaqawdarda bawva donerem birdeki yene 20 q gul isdiyirler baba; xx/xx/2022,16:43:10, **********99, **********73, Yaxwi baba 20 q gul isdiyen var onuda goturum baba; xx/xx/2022,16:58:53, **********99, **********73, Baba torpaq var 5 q onunda pulun goturum baba; xx/xx/2022,17:00:19, **********73, **********99,he; xx/xx/2022, 00:37:06, **********99, **********73, Baba xeber cixmadi qadan alim; xx/xx/2022, 00:45:57, **********99, **********73, Baba 10 gul bir isdiyirler neyiye bildin baba alim pulu; xx/xx/2022, 00:53:22, **********73, **********99, he al; xx/xx/2022, 04:12:46, **********99, **********73, Baba 5 q torpaq getir senol vuracam karta; xx/xx/2022, 20:47:17, **********08, **********73,Qaqa 1 seriya ayaqqabi isteyirdim,yarisini bu gun verib, yarisinida sabah bele vaxti versem olarmi?; xx/xx/2022, 19:59:44, **********99, **********73,Baba camata gul vermeliyem qadan alim. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokol və 01 ədəd CD disk sübut növü kimi tanınmışdır. (i.v. 197-199) -X6 tibbi yoxlamanın 21 dekabr 2022-ci il tarixli, 7744 nömrəli rəyindən görünür ki, kannabiodlərindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə Təqsirləndirilən şəxs deməsinə görə təxminən 10 ildir ki narkotik vasitə olan marixuanadan onu siqaretə doldurub çəkməklə istifadə etdiyi göstərilmişdir. (i.v. 220-221) - məhkəmə-kimyəvi ekspertizası üzrə 05 yanvar 2023-cü il tarixli, 4804/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. (i.v. 222-225) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 595/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir . (i.v. 226-228) -Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(018)-86/2022 saylı qərarından görünür ki, Astara RPŞ-nin rəis müavini Vilayət Allahverdiyev tərəfindən qəbul edilən “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir . (i.v. 227-228) - Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş 01 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. (i.v. 238-241) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 28-29) - 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi mənbəsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılması qərara alınmışdır. (İİ cild, i.v. 52-53) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitə və psixotrop maddə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin və metamfetaminin onda olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində “Behzat” adlı iranlı şəxsdən narkotik vasitələri və psixotrop maddəni aldığını, həmin kütlələri evində müxtəlif hissələrə böldüyünü bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iranlı şəxsdən narkotik vasitə və psixotrop maddə əldə etdiyini göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən və evindən qurudulmuş marixuana, heroin və metamfetamin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 2 büküm heroin və metamfetaminə bənzər kütləni, həmçinin evində olan qurudulmuş marixuana, heroin və metamfetamini könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını, iranlı şəxsdən aldığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizanın 20 dekabr 2022-ci il tarixli 6/7110 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilimiş heroin və metamfetaminlə Təqsirləndirilən şəxs evində aşkar edilmiş heroin və metamfetamin xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər Bundan əlavə “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə sonuncudan pul qarşılığında narkotik vasitə istənilməsinə dair mesajlar göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi, həmçinin hədələndiyi üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaqın ilin iki ayı dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin məhkəmə iclasında tədiqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 595/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət yoxdur. Məhkəmə qeyd edilən məhkəmə tibbi ekspertiza rəyini, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmasını bildirməsi faktı üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırılmış ilkin yoxlama materialı üzrə 01 mart 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, hətta həmin predmetləri digər şəxslərə satmasına da müvafiq mesajlar da mövcuddur. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroin və metamfetamini, qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və satması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 20 dekabr 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, mobil operatorlardan daxil olmuş diskə baxış keçirlməsi protokolu, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 7/1426 saylı və 20 dekabr 2022-ci il tarixli, 6/7110 saylı rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana, metamfetamin və heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 194-195) - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı və üç azyaşlı uşağından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 190-193; İİ cild, i.v. 47-50). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində üç azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2022-ci il tarixdən hesablanmalı və Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 7744 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 494,95 qram olan marixuana, qalıq çəkisi 232,921 qram olan heroin, qalıq çəkisi 180,642 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd DVD disk, Azercell Telecom MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 494,95 qram olan marixuana, qalıq çəkisi 232,921 qram olan heroin, qalıq çəkisi 180,642 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə üzərinə şəxsi axtarış və evinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-351/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-351/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver