Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-351/2024 06.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 16, mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında birlikdə yaşamaqla nikahda olduğu arvadı X2 “whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsində “***-***-**-**” nömrə ilə qeydiyyatdan keçən adını “Vaqner” kimi qeyd etdiyi X10 ilə danışdığını görüb ona xəyanət etdiyini öyrəndikdən sonra, arvadı ilə aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı Nazilə Zamanovanın 18 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində evdən qaçmağa cəhd etməsindən əsəbiləşərək sonuncunu döyüb ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan alının, sağ almacıq, sol almacıq sümüyünün, burunun yumşaq toxumalarının, alt çənə nahiyəsinin, sağ körpücük sümüyünün, sol bazunun iç səthinin, döş qəfəsinin ön səthinin, sağ bazunun orta 1/3-nin, sağ gözün üst qapağının, sağ saidin aşağı 1/3-nin, sol budun orta 1/3-nin ön səthinin qançırları xəsarətlərini yetirmiş, bundan sonra Nazilə Zamanovanın həmin tarixdə Azərbaycan Respublikası DİN “102” xidməti-zəng mərkəzinə zəng edərək ondan şikayət etməsinə görə həmin xüsusat üzrə Salyan rayon polis şöbəsinin Təhqiqat bölməsində aparılan araşdırma zamanı arvadının ona xəyanət etməsi nəticəsində rüsvay olacağından və cəmiyyətdə qınaq obyektinə çevriləcəyindən narahat olaraq, eləcə də 20 sentyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində təkrarən yaşadıqları evdə arvadının ona qarşı saymazyana hərəkətlər etməsi, evdə yüksək səslə musiqi dinləməsi və heç nə olmamış kimi davranmasından daha da əsəbiləşib, qısqanclıq zəminində qisas alıb Nazilə Zamanovanı boğaraq qəsdən öldürmək qərarına gələrək, yaşadığı evdə spirtli içki qəbul edib yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaqla, cinayətkar niyyətini həyata keçirmək məqsədilə həmin tarixdə yaşadıqları mənzilin dəhlizində yerləşən televizorun elektrik naqilini kəsərək, hər iki tərəfinə açıq ağızlı qayka açarını bağlamaqla şalvarının belinə salıb üzərini əynindəki köynəklə örtüb gizlətməklə Nazilə Zamanovanı paltarlarını sahmana salmaq üçün birgə yaşadıqları yuxarıda qeyd olunan mənzilin hamam otağına çağırıb cinayətin törədilməsi üçün əlverişli şəraitin yaranmasından istifadə edərək şalvarının belində gizlətdiyi naqili arxa tərəfdən qəflətən sonuncunun boynuna dolamaqla boğaraq Nazilə Zamanovaya dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid boyunun yuxarı 1/3-nin üfüqi istiqamətdə stranqulyasiya şırımı və boyunun yumşaq toxumalarına qansızma xəsarətlərini yetirib, Nazilə Zamanovanın boyun üzvlərinin bərk xassəli ilgəklə (naqillə) sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya ilə ölümünə səbəb olmaqla sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 il 1995-ci ildə ailə həyatı qurmuşdur, birgə nikahlarından 1996 və 1997ci il təvəllüdlü oğlulları vardır. Arvadı evdar qadın olmuş və heç bir yerdə işləməmişdir. 17 sentyabr 2023-cü il tarixdə axşam saatlarında evdə olarkən oğlu Əfqan ona zəng etdiyi üçün mətbəxə keçərək oğlu ilə telefon vasitəsi ilə danışmışdır. Danışıqları bitirdikdən sonra mətbəxdən çıxmış və bu zaman mətbəxə bitişik yataq otağının qapısının tam bağlanmadığını, içəridən telefon işığının gəldiyini görmüşdür. O, yataq otağa daxil olmuş və arvadının qulağında qulaqcıqların olduğunu və telefonla nəsə etdiyini görüb ondan nə etdiyini soruşmuşdur. Nazilə də ona yüksək səs tonu ilə əsəbi şəkildə “yutubda kliplərə baxıram, nə var ki burda” demişdir. O da Naziləyə bu barədə heç nə deməmiş və yorğun olduğu üçün 1 saat yatacağını, onu yuxudan 1 saat sonra oyatmasını və çiməcəyini bildirib otaqdan çıxmışdır. Öz yataq otağında olarkən öz özünə arvadının niyə televizorda internet olduğu və orada videolara baxa bildiyi halda gizlin şəkildə telefonda videoya baxdığını düşünüb ondan şübhələnməyə başlamışdır. Gizlincə Nazilənin olduğu otağa yaxınlaşıb qapıdan baxanda yenə də otaqdan telefonun işığının gəldiyini görmüşdür. O, dərhal qapını açıb içəri daxil olan kimi Nazilə sürətli şəkildə telefonunu üzü üstə çevirərək qırağa qoymüş və başını yastığa qoyub özünü yatmış kimi göstərmişdir. O, otağa girib işığı yandırmış, və Nazilədən niyə onu görən kimi telefonu kənara atdığını soruşmuşdur. Bunu deyən kimi o öz telefonunu götürmüş, o da Nazilədən telefonunu istəyəndə Nazilə telefonu ona verməyərək yüksək səs tonu ilə əsəbi şəkildə “neynirsən mənim telefonumu, öz telefonun varda” demişdir. O, Nazilədən təkrar telefonu verməsini tələb edib telefona baxacağını bildirmiş, Nazilə də ona “vermirəm” dediyi üçün ona 1 dəfə sillə vurmuşdur. Nazilə telefonu sinəsinə ataraq yataq otağının pəncərəsindən qonaq otağına keçməyə cəhd etmiş, onu pəncərədən tutaraq geri dartıb telefonu əlindən almış və Naziləni çarpayının üstünə yıxmışdır. O, telefonun ekranına baxanda “Tik-tok” sosial şəbəkəsində 2 nəfər “Allah saxlasın” şərhini yazdığını görmüşdür. Nazilənin nəvələrinin şəklini internetə yerləşdirdiyini, buna görə də həmin şəxslərin rəy yazıdığını güman etmişdir. “whatsapp” proqramından “Vaqner” adı ilə cavabsız zəng olduğunu görmüş, bundan başqa Nazilənin telefonunun səssizdə olduğunu görüb daha da əsəbiləşmiş və ondan həmin şəxsin kim olduğunu soruşanda Nazilə ona “Tik-tok” sosial şəbəkəsində özünə hesab açdığını, orada videolar paylaşdığını, “Vaqner” adlı şəxsi tanımadığını bildirmişdir. Nazilənin telefonunu götürüb hamama getmiş, hamamda olduğu zaman “whatsapp” proqramında “Vaqner” adlı şəxsin təkrar zəng etdiyini görüb telefonu açmışdır. Həmin şəxs onun səsini eşidəndən sonra dərhal telefonu söndürmüşdür. O, hamamdan çıxaraq təkrar ondan həmin şəxsin kim olduğunu və onun niyə gecə vaxtı Naziləyə zəng etdiyini soruşmuşdur. Nazilə dəfələrlə ona gah yalvararaq, gah ona fiziki zor tətbiq etməyə çalışaraq telefonu ondan almağa çalışmışdır. O, təkidlə telefonu ondan almağa çalışdıqca daha da əsəbiləşmiş və şübhələri artmışdır. Bundan sonra təxminən saat 00 radələrinə qədər həmin telefona 36 dəfə “Vaqner” adlı şəxsdən “whatsapp” proqramından və mobil telefon nömrəsinə zənglər gəlmişdir. Nazilə ondan telefonu ala bilmək üçün qaçaraq mətbəxdən bıçaq götürmüş və ona hədə-qorxu gələrək telefonu qaytarmayacağı təqdirdə ya özünü, ya da onu öldürəcəyini bildirmişdir. O, Naziləyə yaxınlaşaraq bıçağı əlindən almaq istəyəndə sağ əli və qarın nahiyəsi kəsilmişdir, lakin xəsarətləri yüngül olduğu üçün əhəmiyyət verməmişdir və bıçağı Nazilədən alıb kənara tullamışdır. Bundan sonra arvadı qaçaraq qapıdan çıxmağa cəhd göstərdiyi üçün onun ayaqlarına bir neçə dəfə təpiklə zərbələr vurmuşdur ki, yerində otursun, çünki o, qaçmaq üçün ona müqavimət göstərmişdir. Onu öz yataq otağında otuzduraraq özünə məxsus “Samsung” markalı telefonla videoya çəkməyə başlamış, bundan sonra Nazilə “tik-tok” sosial şəbəkəsində bir nəfər tanımadığı şəxslə tanış olduğunu, onunla telefonda dəfələrlə danışdığını etiraf etmişdir. Ondan nə səbəbə görə başqa kişi ilə tanış olduğunu soruşanda “burda nə var ki, şəkil paylaşıram, baxış sayım çoxalır, mənə də orada olan şəxslər mesaj yazırlar” demişdir. Nazilənin dediklərini videoya çəkərək qeydiyyata almış, həmin vaxt telefona təkrar zəng gəldiyi üçün Naziləyə özünün təmiz olduğunu sübut etməsi üçün şans vermiş və həmin şəxslə telefonda danışmasını istəmişdir. O da sakit danışacağını bildirdiyi üçün telefonun zəngini açmışdır. Bu zaman Nazilə bərk qışqıraraq “telefonu ver deyirəm sənə” demiş və həmin şəxs telefonun Nazilədə olmadığını başa düşüb dərhal telefonu söndürmüşdür. Bundan sonra özü öz nömrəsi ilə “Vaqner” kimi qeyd olunan şəxsin “***-***-**-**” nömrəsinə zəng etmişdir. Həmin vaxt o şəxs telefona cavab verməmiş, bundan sonra arvadının atası Məhəmməd Ramazanova zəng edib evə gəlməsini istəmiş, Məhəmməd xx.xx.2023-cü il tarixdə saat 01:00-da onun evinə gəlmişdir. Məhəmmədlə söhbət edərək Nazilənin başqa şəxslə telefonda tanış olub danışdığını bildirmiş, atası da qızının onu biyabır etdiyini demişdir. Həmin vaxt Məhəmmədlə söhbət etdikdə Nazilə dəfələrlə atasına təkidlə bildirmişdir ki, Məhəmməd telefonu ondan alsın. Nazilənin telefonda həmin şəxslə danışıqları və ya başqa sms yazışmaları olduğu üçün onları onları silmək məqsədilə telefonu almaq istədiyini güman etmişdir. O, Məhəmmədə qızını özü ilə aparmasını təklif etsə də Nazilə getmək istəməmişdir. Bundan sonra Məhəmməd çıxıb getmiş, daha sonra o öz yataq otağına girmiş və yatmağa çalışmışdır. Təxminən saat 02 radələrində arvadının ayaq səslərinə oyanmış və onun paltarını dəyişərək evdən çıxmaq istədiyini görmüşdür. Ondan nə etdiyini soruşanda “sənə nə var, mən bu evdə qalmıram, səndən boşanacam” deyib qapıdan çıxmaq istəmişdir. Onun əynindəki gödəkçəsindən tutub blokdan evə salmış və sürüyərək yataq otağına aparmışdır. Onun əlindəki çantaları da götürüb otağa qoymuşdur. Ona səhərin açılmasını gözləməsini, özünün onu atasının evinə aparacağını bildirmişdir. Təxminən saat 05 radələrində Nazilənin telefonla danışdığını “noldu, niyə gəlmirsiz, bəlkə birini burda öldürəcəklər” dediyini eşitmiş və mətbəxə keçmişdir. Onun danışığından hiss etmişdir ki, Nazilə DİN-in “102” xidmətinə zəng edib. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları evə gələrək Nazilədən ərizə almışlar. Həmin vaxt da Nazilə polislərdən onda olan telefonu almalarını istəmişdir. Polislər də ona telefon almaq kimi bir səlahiyyətlərinin olmadığını demişlər. Onlar çıxıb getmək istəyəndən Nazilə də polislərə onlarla birlikdə getmək istədiyini demişdir. Ona icazə verməyəndə polislərin yanında onunla münaqişə yaratmağa başlamışdır. Polislər onların mübahisə etdiklərini görüb onları tək qoymamışlar və onların dəvəti ilə polis maşınına minib şöbəyə getmişlər. Həyətdə polis maşınına minəndə hava yağışlı olmuş və arvadının modelini və markasını bilmədiyi telefonunu əncir ağacının altına atmışdır. Polis şöbəsində təhqiqatçı Akif müəllim onlardan izahat alaraq araşdırma aparmışdır. Ondan telefonun harada olduğunu soruşanda ona telefonun evdə qaldığını demişdir. Akif müəllim telefonu gətirib təqdim etməsini istəyəndə evə gedərək telefonu qoyduğu yerdən götürmüş və şöbəyə çatanda oğlu Əfqanın orada olduğunu görüb telefonu ona verərək ondan başqa heç kimə telefonu verməməsini tapşırmışdır. Sonradan Akif müəllim telefonu istədiyi üçün oğlu Əfqan telefonu gətirmişdir. O, telefonu görəndə telefon sınıq vəziyyətdə olmuşdur. Əfqandan nə olduğunu soruşanda, Əfqan orada telefonu yerə çırparaq sındırdığını bildirmişdir. Nazilə onun oğlanları Fərid və Əfqanla şöbədən çıxmış, o isə qardaşları Çigəri Zamanov və Malik Zamanovla birlikdə çıxmışdır. Sonra oradan çıxaraq təkcə evə getmiş, onlar da evə gələndən sonra Əfqandan niyə telefonu sındırdığını soruşanda onlar ona anaları ilə danışdıqlarını, telefonda heç bir şey olmadığını, məsələni yoluna qoyduqlarını bildirmişlər. O, oğlanlarına heç nə deməmiş və özünü Nazilə ilə barışmış kimi göstərmişdir. Həmin gün və ondan sonkı gündə Nazilə ilə heç bir söz danışmamış və aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 08:00-da evdən çıxıb işə getmiş, oğlu Əfqan isə ondan sonra saat 09 radələrində ona zəng edərək evdən çıxıb Bakı şəhərinə gedəcəyini bildirmişdir. O həmin gün işdə olduğu zaman bütün günü arvadımın ona xəyanət etməsini fikirləşib əsəbiləşmişdir. Həmin gün saat 20:00-da işdən çıxıb 20:30-da evə girmiş, evdə Nazilənin qonaq otağındakı televizorda yüksək səslə musiqi qoşduğunu, onu qarşılamadığını, heç nə olmamış kimi evdə gəzdiyini, onun yanından keçərək saymazyana onunla danışmadığını görmüşdür. Nazilə mətbəxdə yemək hazırlayıb ona yemək vermiş, lakin o Nazilənin hazırladığı yeməkləri yeməyib özü mətbəxdən xiyar, pomidor götürüb soyuducuda olan arağı stola qoymuşdur. Araqdan 200 qram içəndən sonra musiqinin səsküyü, arvadının saymazyana hərəkətləri, 102 xidmətinə zəng etdiyini, polis şöbəsində biyabır olmaları onu qıcıqlandırmış və onun acıq verdiyini görüb onu öldürmək qərarına gəlmişdir. Buna görə də saat xx.xx.2023-cü il tarixdə 02 radələrində hər ikisinin də oyaq olduğu vaxt dəhlizdə olan kiçik ekranlı televizorun kabelini bıçaqla kəsib həmin kabelin hər iki tərəfinə qayka açarı bağlamış, həmin kabeli şalvarının belinə salıb köynəyini üstünə örtmüşdür ki, arvadı onu görməsin. O, hamama girib arvadını da hamama çağırmış və orada olan paltarları yerbəyer etməsini istəmişdir. Nazilə hamama girib özünü qapıya tərəf çevirib aşağı əyilmişdir ki, yerdə olan paltarları götürsün. Bu zaman şalvarının belində gizlətdiyi şunuru götürərək onun boğazına dolamış və ayağı ilə onun kürək nahiyəsindən basaraq onu boğmuşdur. Həmin vaxt Nazilənin ona müqavimət göstərmək imkanı olmamış və 4-5 dəqiqə boğazındakı kabeli sıxaraq saxlamışdır. Onun ağzından və burnundan qan gəldiyini görüb boğazındakı naqili boşaltmış və onun tərpənmədiyini görüb öldüyünə əmin olduğu üçün yerə uzatmışdır. Bundan sonra DİN-in “102 xidməti zəng” mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan dərhal sonra qardaşı Çigəriyə zəng edib məlumat vermişdir. Hadisə baş verdiyi zaman evdə heç kim olmamışdır. Nazilə Zamanovanın yuxarıda göstərdiyi hərəkətlərinə möhkəm əsəbiləşdiyindən, həmçinin gecə vaxtı evdən çıxıb getmək istəməsinə, qonşuların yanında onu başıaşağı etməsinə görə onu öldürmək məqsədilə kabellə boğub öldürmüşdür. Oğlanlarının müharibədə iştirak etməsini, birinin hazırda da hərbiçi kimi qulluqda olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs X7 onun doğma qızıdır. 18 sentyabr 2023-cü il tarixdə saat 01-02 radələrində evində yatdığı zaman Təqsirləndirilən şəxs zəng edərək onların evinə getməsini istəmiş, o, evinə getmiş və evə girəndə Muradın oturub onu gözlədiyini görmüşdür. Qızı da onun yanında dayanıb ağlamışdır. O, nə baş verdiyini soruşanda Murad ona Nazilənin başqa şəxslə telefonda danışdığını, ona tanımadığı nömrədən zəng gəldiyini söyləmişdir. O da qızına təklif etmişdir ki, onunla birlikdə evinə getsin, çünki bundan əvvəl də ona bir neçə dəfə boşanmasının onun üçün daha yaxşı olacağını demişdir. Nazilə isə ona “ata sən qarşıma, bizim öz məsələmizdir” demişdir. Nazilə onunla gəlmədiyi üçün onlara bir qədər nəsiyyət verib Muradı sakitləşdirməyə çalışmışdır. Onlar da artıq hər şeyin yaxşı olduğunu sakitləşdiklərini bildirmişlər. O, bundan sonra çıxıb evinə getmiş və səhər saat 09 radələrində qızı və kurəkəninin gecədən polis şöbəsində olduqlarını, qızının “102” xidmətinə zəng edərək polis çağırdığını öyrənmişdir. O, dərhal çıxıb polis şöbəsinə gəlmiş və Muradın qardaşları, Şıxəli ilə, Malikin də orada olduqlarını görmüşdür. Nazilə polisdən çıxandan sonra hamı öz evinə getmişdir. Bundan sonra 20 sentyabr 2023-cü il tarixdə 08:30 radələrində evdə olduğu zaman Əfqan ona zəng edərək anasının öldürüldüyünü bildirmişdir. O da dərhal hər kəsə məlumat vermiş və qohumları ilə birlikdə çıxıb meyitxanaya getmişlər. Təqsirləndirilən şəxs və Nazilə Zamanovanın arasında tez-tez mübahisə olmuş, hadisə baş verdiyi zaman evdə Muradla Nazilədən başqa heç kim olmamışdır. Məhkəmədən təqsirləndirilən şəxsə qanuna uyğun cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Murad oğlu ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onun atası, zərərçəkmiş şəxs Nazilə Zamanova isə anası olmuşdur. Atası ilə anasının evlilik müddətində münasibətləri hər zaman normal olmuş, bəzi vaxtlarda ailələrində xırda söz söhbət olmuşdur, lakin onu da danışıqla yoluna qoymuşlar. 18 sentyabrda saat 08 radələrində işə gedib çatanda əmisi Malik Zamanov ona zəng edərək evlə danışıb-danışmadığını soruşmuş, o da heç kimlə danışmadığını deyəndə əmisi ona evdə söz-söhbət olduğunu, qapıya polislərin gəldiyini xəbər vermişdir. O da dərhal Bakı şəhərindən çıxıb birbaşa Salyan rayon Polis şöbəsinə getmişdir. Yolda olarkən isə qardaşı Fəridə məlumat vermişdir. Fərid hərbçi olduğu üçün Goranboy rayonda olmuş və oradan çıxıb Salyana gəlmişdir. Polis şöbəsinin qarşısında olanda Fərid ona anasının işlətdiyi telefonu vermişdir və onu sındırmasını tapşırmışdır. O da həmin telefonu götürüb küçədə sındırmışdır. Şöbədən çıxdıqdan sonra anasını Fəridin evinə aparıb qoymuşdur. O, yolda olarkən atası ilə telefonda danışmış və ona, anasının telefonda hansısa kişi ilə danışdığını, onunla yazışdığını, ona xəyanət etdiyini, bundan sonra Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edib evə polis əməkdaşlarını çağırdığını bildirmişdir. Buna görə də Fəridin evində anası ilə söhbət etmiş və ona baş verənlərin hamısının geridə qaldığını, bir daha belə hərəkətlərə yol verməməsini, ailələrinin dağılmasına göz yummaq istəmədiyini bildirmişdir. Anası şokda olduğu üçün ona heç bir reaksiya verməmiş və buna görə də onu həmin gecə aparıb atasının yanına qoymuşlar. Sonra qardaşı çıxıb Goranboy rayonuna qayıtmış, o isə valideynləri ilə eyni evdə qalmışdır. 19 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində anasını polis şöbəsinə aparmışdır ki, şikayət ərizəsini geri götürsün. Həmin gün atası da işdə olmuşdur. 20 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində qardaşının qayınatası ona zəng edib Muradla Nazilənin təkrar mübahisə etdiklərini xəbər vermiş və Salyan rayouna qayıtmasını istəmişdir. O da dərhal evdən çıxıb taksi tapıb Salyan rayonuna yola düşmüşdür. Rayona çatanda isə atasının anasını yaşadığı evdə boğaraq öldürdüyünü öyrənmişdir və bu barədə qardaşı Fəridə də məlumat vermişdir. O, rayona çatanda atası artıq həbs olunmuşdur. Onlar anasının meyitini götürüb dəfn etmişlər. Atası Təqsirləndirilən şəxs və Nazilə Zamanova əvvəllər çox az sayda sözlü mübahisə etsələr də heç vaxt aralarında dava-dalaş olmamışdır. Hadisə baş verdiyi zaman evdə atası ilə anasından başqa heç kim olmamışdır. Atası anasının ona xəyanət etməsindən möhkəm əsəbiləşdiyi və qonşuların yanında biyabır olacağından narahat olduğu üçün bu hadisəni törətmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X5 təxminən 3- 4 aydır ki, tanımış, “Tik-tok” sosial şəbəkəsində “Eldəniz Shukurlu” adı altında qeydiyyatdan keçərək təxminən 2023-cü ilin iyun-iyul aylarında bir-birlərini izləməyə başlamışlar. Naziləyə mesaj yazmış və bir-birlərini daha yaxından tanımaq məqsədilə söhbətlərini bir müddət davam etdirmişlər. Onunla danışıqları zamanı Nazilə ona boşanmış olduğunu desə də əri Muradla bir evdə yaşadığını bildirmişdir. Mütəmadi olaraq “Tik-tok” və “whatsapp” tətbiqində danışmış, bundan başqa Nazilə ilə bir dəfə 2023-cü ilin iyul ayında Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində dəniz kənarında görüşmüşlər. Onunla görüşdən 1 həftə sonra Əfqan özünə məxsus xatırlamadığı nömrədən ona zəng etmiş, əvvəlcə onu tanımasa da o özünü Nazilənin oğlu kimi təqdim edəndən sonra ondan Nazilənin evli olduğunu bilib-bilmədiyini soruşmuşdur. O da Əfqana Nazilənin boşandığını, evli olduğunu bilmədiyini demişdir. Sonra Əfqan ona anası ilə tam əlaqəni kəsməsini tapşırdığı üçün Nazilə ilə münasibətlərini azaltmağa başlamıdşır. Nazilə ona ondan ayrılacağı təqdirdi özünü öldürəcəyini dediyi üçün onunla əlaqəni tam kəsə bilməmiş və Nazilənin özünə qəsd edəcəyindən qorxmuşdur. Onunla sonuncu dəfə 2023-cü ilin avqust ayının ortalarında telefonla danışmışdır. Prokurorluğa çağırıldıqdan sonra Nazilənin 20 sentyabr 2023-cü il tarixdə əri Murad tərəfindən öldürüldüyünü öyrənmiş, Muradın Naziləni nə səbəbə görə öldürdüyünü bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 48 nömrəli rəyində göstərilir ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Boynun yuxarı 1\3-nin üfüqi istiqamətdə stranqulyasiya şırımı. Daxili müayinədə boynun yumşaq toxumalarına qansızmalar, daxili üzvlərdə doluqanlılıq, ürək boşluğunda tündləşmiş duru qanın olması, eləcə də ümumi asfiktik əlamətlər, alının, sağ gözün üst qapağının, sağ almacıq, sol almacıq nahiyələrinin, burunun yumşaq toxumasının, alt çənə nahiyəsinin, sağ körpücük sümüyünün, döş qəfəsinin ön səthinin, sağ bazunun orta 1/3-nin, sol bazunun iç səthinin, sağ saidin aşağı 1/3-nin, sol budun orta 1/3-nin ön səthinin göyümtül-yaşılımtıl rəngli qançırları, bədən səthinin çoxsaylı qançırları. Bu xəsarətlər birlikdə həyatidir, ölümündən az əvvəl boyun nahiyəsinin stranqulyasiya şırımı, boyunun yumşaq toxumalarına qansızma ekspertizaya təqdim edilmiş, yuxarıda təsvir olunan naqillə törənmiş, müddəti qərarda qeyd olunan hadisə günündə və şəraitində, yəni xx.xx.2023-cü il tarixdə boyun üzvlərinin kənar şəxs tərəfindən bərk xassəli ilgəklə(naqillə) sıxılması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli, hansı ki, onun ölümünə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Alının, sağ almacıq, sol almacıq sümüyünün, burunun yumşaq toxumalarının, alt çənə nahiyəsinin, sağ körpücük sümüyünün, sol bazunun iç səthinin, döş qəfəsinin ön səthinin, sağ bazunun orta 1/3-nin, sağ gözün üst qapağının, sağ saidin aşağı 1/3-nin, sol budun orta 1/3-nin ön səthinin qançırları küt əşya(əşyalar) təsirindən törənmiş sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Müddəti xx.xx.2023-cü il tarixə, yəni ölümündən 2-3 gün əvvələ uyğun gəlir. Nazilə Zamanovanın ölümünə səbəb - Boyun üzvlərinin naqillə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. X1 xəsarət yetirilən zaman arxası xəsarəti yetirən şəxsə tərəf olmuşdur. Nazilə Zamanovanın xəsarətləri özü tərəfindən yetirilə bilməzdi. Nazilə Zamanovanın meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı zamanı etil spirti, narkotik və ya psixotrop maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 477A nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ əlin İİ barmağının ön səthinin səthi yarası və qarının ön sol və sol baldırın qançırları küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il 3-16-16/2-66/5150 nömrəli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X4 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin və şalvarın üzərindən aşkar edilmiş tünd sarı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş X4 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli poliester lifləri cinsi əlamətlərinə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan «məhkəmə bioloji ekspertizasının» 21 noyabr 2023-cü il tarixli 657/2023 MTBŞ nömrəli rəyində göstərilir ki, X2 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta(İ) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş N.Təqsirləndirilən şəxsnm koftası, Təqsirləndirilən şəxs qısaqol köynəyi və hadisə yerindən götürülmüş 02 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. “H” antigeni O qrupunun əsasını təşkil etdiyindən, bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə o cümlədən də X4 məxsus ola bilər. Həmin ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Ekspertizaya təqdim edilmiş N.Təqsirləndirilən şəxsnm və Təqsirləndirilən şəxs şalvarları üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan «kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının» xx.xx.2023-cü il tarixli, 3435 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrdə həyat yoldaşının sosial şəbəkədə tanış olduğu şəxslə, ona xəyanət etməsini öyrənmiş, həmin vaxtdan sonra həyat yoldaşının ona qarşı olan saymazyana hərəkətlərini qəbul edə bilməmiş, əsəbiləşmiş, qeyd olunanlara əsasən qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törətməsini əvvəlcədən planlaşdırmışdır. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, ünvan 1-da yerləşən Təqsirləndirilən şəxs məxsus mənzilin hamamındakı divarında və döşəməsindəki metlaq üzərində qana bənzər ləkələr aşkar edilmiş və həmin ləkələrdən pambıq üzərinə hopdurulmaqla nümunələr götürülmüşdür. Bundan başqa hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs arvadı Nazilə Zamanovanı öldürmək üçün istifadə etdiyi naqil və həmin naqilin kənarlarına bağlamaq üçün istifadə etdiyi 2 ədəd qayka açarı və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qısaqol köynək, şalvar götürülmüşdür. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə» protokolundan görünün ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli Salyan Rayonlararası Psixatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli Salyan Rayon Mərkəzi xəstəxanası X16 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada heç bir diaqnozla qeydiyyatda yoxdur. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli 1988 saylı raportdan görünür ki, Təqsirləndirilən şəxs saat 03:02-də Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək arvadını öldürməsi barədə məlumat vermiş və könüllü təslim olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş arayışından gönürür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə Nazilə Zamanovanın münasibətlərinin normal olması, əvvəllər aralarında hər hansı mübahisə və dava-dalaşın olmadığı məlum olsa da, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Nazilənin whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsilə naməlum kişi cinsli şəxslə danışdığını gördükdən sonra qısqanclıq zəminində aralarında ailədaxili münaqişə baş verdiyindən, onlar arasında baş vermiş münaqişə barədə xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış, bundan başqa Təqsirləndirilən şəxs və X2 normal həyat tərzi keçirdikləri, spirtli içkilərə, narkotik vasitələrə, həmçinin ətrafdakılarla münaqişə törətməyə meyilli olmadıqları barədə əməliyyat məlumatları əldə edilsə də X14 tərəfindən hamam otağında elektrik naqili ilə boğularaq öldürülən zaman evdə tək olduqları üçün hadisəni görmüş və ya hadisə barədə məlumatı olan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş bir sıra tədbirlər və əldə olunmuş məlumatlara baxmayaraq Nazilə Zamanovanın ərindən başqa sevgilisi və ya gizli danışdığı, yaxud görüşdüyü şəxs və ya şəxslərin olub-olmaması, həmçinin onlar arasında baş vermiş münaqişənin təşəbbüskarının olub-olmaması, o cümlədən baş vermiş cinayət hadisəsində digər şəxslərin hər hansı formada iştirakının olub-olması barədə əməliyyat məlumatı əldə edilməmişdir. Həmçinin keçirilmiş tədbirlər nəticəsində mərhum Nazilə Zamanovanın whatsaap ani mesajlaşma mübadilə şəbəkəsində ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçib, adını “Vaqner” kimi qeyd edərək danışdığı şəxsin xx.xx.1987-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan X10 olduğu müəyyən edilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 22 dekabr 2023-cü il taixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi hər iki tərəfinə qayka açarı bağlanmış elektrik naqili, Nazilə Zamanovaya məxsus qısaqol köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar, qanabənzər nümunələr hopdurulmuş 2 ədəd pambıq topaları maddi sübut qismində tanınmış, Salayan rayon prokurorluğunun maddi sübut otağına təhvil verilmişdir. Məhkəməyə təqdim olunmuş İ-15188 və İ-6946 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Şahid1 Murad oğlu «Qubadlının azad olunmasına görə» və Zəngilanın azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirini könüllü boynuna alaraq arvadını öldürməsi barədə DİNnə məlumat verib könüllü təslim olması Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə məhkum olunmasını oğlu Şahid1 Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən İİ Qarabağ döyülrəində iştirak etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 120.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Salyan rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi hər iki tərəfinə qayka açarı bağlanmış elektrik naqili, Nazilə Zamanovaya məxsus qısaqol köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar, qanabənzər nümunələr hopdurulmuş 2 ədəd pambıq topaları məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 20 sentyabr 2023cü il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – Salyan rayon prokurorluğunda saxlanılan Salyan rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi hər iki tərəfinə qayka açarı bağlanmış elektrik naqili, Nazilə Zamanovaya məxsus qısaqol köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar, qanabənzər nümunələr hopdurulmuş 2 ədəd pambıq topaları məhv edilsin. İş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-351/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-351/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver