Məhkəmə qərarları › İş №1(099)-352/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-352/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-352/2022 28.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X12 oğlunun sədrliyi ilə, hakimlər – X7 və X4 ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, Şirvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və tutulana qədər həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 2,285 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin, 0,190 qram çəkidə narkotik vasitə tiryəki və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 940,8 qram çəkidə zəhərli maddə hesab edilən metalik civəni qanunsuz olaraq əldə edib, narkotik vasitə heroini 1,065 qram və 1,220 qram olmaqla iki ədəd bükümlərə qablaşdıraraq, bir ədəd bükümdə narkotik vasitə tiryək, həmçinin zəhərli maddə metalik civə ilə birlikdə qanunsuz olaraq üzərində saxlayıb daşımış və 08 yanvar 2022-ci il tarixdə saat 20:10-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, Şəhidlər küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin 1,065 qram və 1,220 qram olmaqla iki ədəd bükümlərdə, 0,190 qram narkotik vasitə tiryək bir ədəd bükümdə əlində olan qara rəngli kişi çantasındakı bir ədəd «Rothmans» markalı siqaret qutusunun içərisindən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civə isə bir ədəd 3ml həcmdə şpris və bir ədəd plastmas qabın içərisindən əlində olan qara rəngli kişi çantasındakı sellofandan aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olmaqla, nəşə çəkəndir, lakin heç vaxt narkotik vasitə olan heroin və tiryək istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitələr və zəhərli maddə hesab edilən metalik civə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra onun çantasına qoyulmuşdur. Narkotik vasitələrin istifadəsi ilə məşğul olsa da, satışı ilə məşğul olmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X3 özünü ümumiyyətlə təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun məhkəmə tərəfindən müəyyən edilmiş cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 23-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitə əldə edib üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, CAB-nin rəisi X6, CAB-nin əməliyyat müvəkkili Şahid2 və Təhqiqat bölməsinin baş təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmış və saat 20 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Şəhidlər küçəsinə getmişlər. Həmin küçədə olarkən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitə əldə etməsi və saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində baş təhqiqatçı İbrahim Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış və axtarış zamanı onun əlində olan qara rəngli kişi çantasının içərisindəki «Rothmans» markalı siqaret qutusunun içərisindən iki ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə narkotik vasitə tiryək, bir ədəd sellofanda bir ədəd şprisin və bir ədəd plastik qabın içərisindən civəyə oxşar maddə, bir ədəd elektron nəzarət vasitəsi və bir ədəd mobil telefon aşkar olunmuşdur. Başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş iki ədəd bükümdə olan maddələrin narkotik vasitə heroin, bir ədəd bükümdə olan maddənin isə narkotik vasitə tiryək olduğunu, həmin maddələri yaşadığı Şəhidlər küçəsində evinin yaxınlığında yerdən siqaret qutusunda tapdığını, bir ədəd şprisdə və plastik qabda olan maddələrin civə olduğunu və həmin maddələri sellofan bükümdə icarəyə götürdüyü sexdə təmizlik işləri apararkən yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinlər, tiryək və zəhərli maddə olan civə, mobil telefon və elektron nəzarət vasitəsi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o 08 yanvar 2022-ci il tarixdə Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 23-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitə əldə edib üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə yaradılmış əməliyyat qrupunun üzvü kimi saat 20 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Şəhidlər küçəsinə getmişdir. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitə əldə etməsi və saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində baş təhqiqatçı İbrahim Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış və axtarış zamanı onun əlində olan qara rəngli kişi çantasının içərisindəki «Rothmans» markalı siqaret qutusunun içərisindən iki ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə narkotik vasitə tiryək, bir ədəd sellofanda bir ədəd şprisin və bir ədəd plastik qabın içərisindən civəyə oxşar maddə, bir ədəd elektron nəzarət vasitəsi və bir ədəd mobil telefon aşkar olunmuşdur. Başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş iki ədəd bükümdə olan maddələrin narkotik vasitə heroin, bir ədəd bükümdə olan maddənin isə narkotik vasitə tiryək olduğunu, həmin maddələri yaşadığı Şəhidlər küçəsində evinin yaxınlığında yerdən siqaret qutusunda tapdığını, bir ədəd şprisdə və plastik qabda olan maddələrin civə olduğunu və həmin maddələri sellofan bükümdə icarəyə götürdüyü sexdə təmizlik işləri apararkən yerdən tapdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli kişi çantasından bir ədəd «Rothmans» markalı siqaret qutusunun içərisindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddələr, həmçinin bir ədəd sellofanda bir ədəd şprisdə və plastmass qabda zəhərli maddə hesab olunan civəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2022-ci il tarixli, 18/24 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən..» sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,065 qram, 1,220 qram, ümumi çəkisi 2,285 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,190 qram olan maddə kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 6/118 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bağlamada 1 ədəd plastik qabın içərisində təmiz çəkisi 930,0 qram gümüşü rəngli, parıltılı civəyə oxşar, ağır çəkili maddə və 1 ədəd göy rəngli 3ml həcmli şprisin içərisində 10,80 qram maddə tərkibinə görə metalik civədir. Metalik civə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 6/187 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd ağ rəngli torbada 1 ədəd plastik qabın içərisində təmiz çəkisi 929,95 qram metallik civə ilə 1 ədəd 3 ml həcmli şprisin içərisində 10,75 qram metallik civə tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 17 mart 2022-ci il tarixli 1353 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının vəşərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuşşəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması iləəlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və narkotik vasitə tiryəki, o cümlədən zəhərli maddə metal civəni nə vaxt və kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Bundan əlavə məxfi agentlər təlimatlandırılmış, müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və zəhərli maddələrin satışı ilə məşğul olur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 7 (032)-76/2022 saylı qərarının surətindən görünür ki, «08 noyabr – Zəfər günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin 1(032)-42/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 05 (beş) gün hissəsi 1 (bir) il azaldılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə, xx.xx.2012-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə doğulmuş üç azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan- Salyan regional filialının 05 mart 2022-ci il tarixli **********3 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq 3-cü qrup əlilliyə görə sosial müavinət alır. Beləliklə, məhkəmə tədqiq edilən sübutları müqaisəli şəkildə təhlil edərək, toplanmış hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə hüquqi qiymət verilərkən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5-ci maddəsində isə qeyd olunur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət qanununun analoqiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, cinayət qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan şərhinə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitə ilə əlaqədar törətmiş olduğu cinayət əməlinə hüquqi qiymət verərkən hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu həmin cinayət əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Ona görə də Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Şirvan ŞPŞ-nin Cinayət Axtarış Bölməsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 08 yanvar 2022-ci il tarixli qərar qəbul edilərkən də Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində qanunsuz gəzdirməsi və istifadə etməsi ilə məşğul olması müəyyən edilmişdir. Eyni zamanda Məhkəmə-narkoloji ekspertizasının 17 mart 2022-ci il tarixli 1353 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir fakt aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək belə hesab edir ki, onun həmin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Azərbaycan Respublikası CM-nin 234.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini tam təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmçinin 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi), təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Şirvan şəhər polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,185 qram qalığının, narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonrakı 0,140 qram qalığının, zəhərli maddə olan metalik civənin ekspertiza tədqiqatından sonrakı 940,6 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizaların dəyəri olan cəmi 227 manat 14 qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Ş.S.Mustafayevdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 240.1-1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Şirvan şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş hissəsi, yəni 08 (səkkiz) ay 05 (beş) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza 04 (dörd) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan şəhər polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,185 qram qalığı, narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonrakı 0,140 qram qalığı, zəhərli maddə olan metalik civənin ekspertiza tədqiqatından sonrakı 940,6 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 227 (iki yüz iyirmi yeddi) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar