Məhkəmə qərarları › İş №1(099)-352/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-352/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-352/2023 16.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1996-cı ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən digər şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3374,746 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib narkotik vasitə heroinin külli miqdarda 14,746 qram çəkidə hissəsini öz üzərində, qalan külli miqdarda 3360 qram çəkidə narkotik vasitə heroini isə etibarnamə əsasında idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının ayaq altı hissəsinə daşımaqla orada gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 20:00-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin 11-ci Yol Polisi Xidməti tağımının stasionar postunda idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq həmin stasionar postun inzibati binasına gətirilmiş və orada həmin gün saat 21:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 14,746 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 07 yanvar 2023-cü il tarixdə saat 22:00dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilinə Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin 11-ci Yol Polisi Xidməti tağımının stasionar postunun həyətində baxış keçirilən zaman həmin avtomobilin ön sərnişin oturacağının ayaq altı hissəsində olan bir ədəd qara rəngli sellofan bağlamanın içərisindən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda təmiz çəkisi 3360 qram olan, üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən ümumiyyətlə heç vaxt istifadə etməmişdir. Bakı şəhəri, Nərimanov rayonunda yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. 07 yanvar 2023-cü ildə Bakı şəhərindən Lənkəran şəhərinə tanımadığı iki nəfər müştəri gətirmiş, onlar Lənkəran şəhərinin girişində düşmüşlər. Həmin şəxsləri tanımamış, onları Bakı şəhərində parlament prospektində maşına müştəri kimi götürmüşdür. Onları 70 manat qarşılığında Bakı şəhərindən Lənkəran şəhərinə gətirmiş, həmin pulu isə kartına yükləmişlər. Daha sonra biraz irəli gedib Bakıya müştəri aparmaq məqsədilə gözləmişdir. Biraz gözlədikdən sonra bir nəfər şəxs ona yaxınlaşmış, Bakıya adam göndərmək istədiyini bildirmiş və ondan mobil nömrəsini götürmüşdür. Təxminən 30-40 dəqiqə orada həmin şəxsin zəngini gözləmiş, lakin bir xəbər çıxmamışdır. Bundan sonra isə Bakıya geri qayıtmaq qərarına gəlmiş və yola çıxmışdır. Yolda maşının təkəri patlamış, maşını Masallı postuna çatmamış saxlamış və yerə düşmüş. Bundan sonra maşını qaldırıcıya vurmuş, təkəri açıb dəyişməyə başlamışdır. Bu zaman bir ağ Niva markalı maşın gəlib saxlamış, içindən düşən şəxs ona yaxınlaşıb, Bakıya bir nəfər yola salacağını, həmin şəxsin qabaqda gözlədiyini bildirmişdir. Təkəri dəyişdikdən sonra yoluna davam etmiş, biraz irəlidə onun avtomobilini saxlamışlar. Daha sonra onu posta aparmışlar. Posta gətirdikdən sonra demişlər ki, səndə narkotik var. Sonra bir büküm göstərib, demişlər ki, bu sənindi və təzyiqə başlamışlar. Həmin bükümü posta çatanda postun həyətində ona göstərmişlər. Daha sonra isə üzərinə və avtomobilinə narkotik qoyub, onu döymüşlər, etiraf etməyə məcbur etmişlər. Əvvəlcə narkotiki maşına qoymuşlar, sonra isə demişlər ki, bir bükümü də üstündən çıxar. Bükümü gödəkçəsinin sağ cibinə qoyub videoçəkilişdə çıxarmışlar. Oradakı polis əməkdaşları başına çoxlu zərbələr vurmuş, başında zədə olduğundan ağrılara dözməyib, onların dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. İranlı ilə heç bir telefon danışığı olmamış, ümumiyyətlə İrana heç vaxt getməmişdir, verilmiş ittiham isə bütünlüklə şərdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən isə müstəntiq ona təzyiqlər göstərib, ona etiraf etməsini bildirib, o isə məcbur qalıq hakimin sualına cavab olaraq özünü təqsirli bildiyini deyib. Döyülməsi ilə bağlı heç bir yerə şikayət etməmiş, yalnız bu barədə Kürdəxanıya aparılarkən həkimə deyib. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Lakin son zamanlar maddi vəziyyəti pisləşmişdir. Buna görə də pul qazanmağın asan yollarını axtarmışdır. Buna görə də asan yolla pul qazanmaq üçün narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə düşünmüşdür. Belə ki, təxminən 2023-cü ilin yanvar ayının 2-də İnstaqram sosial şəbəkəsində Səid adlı İİR-nin vətəndaşı ilə tanış olmuşdur. Səid adlı şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və onun da bu işdə qazanc əldə edəcəyini bildirmişdir. Onun da pula ehtiyacı olduğu üçün ona bu işdə kömək ola biləcəyini bildirmişdir. Səid adlı şəxs ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb onun dediyi ünvanlara çatdırıb müqabilində qazanc əldə edəcəkdir. Səid adlı şəxs 07 yanvar 2023-cü il tarixdə onunla əlaqə saxlayaraq Lənkəran-Bakı avtomobil yolunda 58-ci kilometrliyinə bir ədəd sellofan bağlamada və bir ədəd sellofan bükümdə narkotik vasitə qoyduğunu, həmin bir ədəd bükümü istifadəsi üçün, bağlamanın isə onun dediyi ünvana çatdırmaq üçün olduğunu bildirmişdir. Bağlamanı çatdırmağına görə 500 manat pul alacaqdır. Həmin gün Lənkəran-Bakı avtomobil yolunda 58-ci kilometrliyinə gedib həmin narkotik vasitələri götürmüşdür. Bir ədəd bükümü cibinə qoymuşdur ki, istifadə edər. Bir ədəd bağlamada olan narkotik vasitə heroini isə Toyota Carolla markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilinin ön sərnişin oturacağının ayaq hissəsinə qoymuşdur. Daha sonra isə Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. 07 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində Toyota Carolla markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postundan keçirmişdir. Bakı istiqamətinə hərəkətdə olarkən Masallı rayonu ərazisində yerləşən yol polisinin stasionar postunda mülki geyimdə olan şəxslər avtomaşını əl edib saxlatdırmışdır və özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu yol polisi postunun həyətinə gətirmişdir. Postun həyətində idarə etdiyi avtomaşının qapılarını və yük yerini açarla bağlayıb açarı özündə saxlamışdır. Sonra inzibati binaya daxil olmuşdur. İnzibati binada ona müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra otaqlarının birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video-çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etmişdir. Bu təklifdən sonra əynindəki cins şalvarının sol yan cibindən içərisindən şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, Leobanka aid pul kartını, içərisində siqaret dənələri olan Palmall siqaret qutusunu, idarə etdiyi maşının açarını, şalvarının sağ yan cibindən Samsung markalı mobil telefonunu, şalvarının arxa sol cibindən bir ədəd alışqanı və qolsuz gödəkçənin sağ yan cibindəki bir ədəd sellofan bükümdə olan heroini çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə kakos var, ona məxsusdur, təxminən 4-5 gün əvvəl sosial şəbəkədə tanış olduğu Səid adlı İran vətəndaşı Lənkəran rayonu ərazisində qoyduracağı bağlamanı götürüb deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində ona 500 manat pul verəcəkdir. Bundan başqa idarə etdiyi avtomaşında da narkotik maddə olduğunu bildirmişdir. Sonra qeyd etmişdir ki, İran vətəndaşı Səid avtomaşında olan və üzərindən aşkar olunmuş narkotik maddəni Lənkəran-Bakı avtomobil yolunda 58 kilometrliyində qoydurmuş, Whatsappla əlaqə saxlayıb özü gedib həmin maddəni götürdükdən sonra deyəcəyi yerə aparıb qoyduqdan sonra pul kartına 500 manat pul yükləyəcəkdir. Səid birinci dəfədir onun üçün narkotik maddə göndərmişdir, təqdim etdiyi kakosu özü qəbul etməkdən ötrü Səid onun üçün göndərmişdir. Əldə etdiyi kakosdan qəbul etməmiş, heç kimə verməmiş, bundan başqa üzərində narkotik maddə yoxdur, idarə etdiyi avtomaşında isə narkotik maddə var. Təqdim etdiyi mobil telefon ona məxsusdur. Təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş avtomaşın açarı, alışqan və içərisində siqaretlər olan siqaret qutusu ona qaytarılmışdır. Samsung markalı mobil telefon, pul qabında şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Leobanka aid pul kartı götürülərək protokola əlavə olunmuşdur. Təqdim etdiyi sellofan bükümdə olan heroin elektron tərəzidə çəkilmiş, bir ədəd zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Daha sonra vəkili və polis əməkdaşları ilə birlikdə yol polis postunun həyətində saxladığı avtomaşının yanına gəlmişdir. Ona məxsus Toyota Corolla minik markalı, **-PJ-*** nömrə nişanlı avtomaşına video-çəkilişlə onun razlıq ərizəsinə əsasən baxış keçirilmişdir. İdarə etdiyi Toyota Corolla minik markalı avtomaşına baxış keçirilərkən avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və salonda qabaq sərnişin oturacağının ayaq hissəsində gizlətdiyi bir ədəd qara rəngli sellofan bağlamada olan narkotik maddəni götürüb təqdim etmişdir. Bağlamanın içərisinə baxıldıqda heroin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş, torbaya qoyulmuş, üzəri möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomaşından aşkar edilmiş narkotik maddəni Səid adlı İran vətəndaşı göndərmişdir, avtomobil yolunun 58-ci kilometrliyindən gedib özü götürmüş və Bakı şəhərinə aparıb deyiləcəyi yerə qoyacaq və bunun müqabilində 500 manat pul kartına yüklənəcəkdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müstəntiq tərəfindən təzyiq edildiyini, ifadəni oxumağa imkan vermədiyini, tez ol qol çək deyib, oxumadan imza atdırdığını, yazılanların yalan olduğunu həmin ifadələrini təsdiq etmədiyini, məhkəmədə bildirdiklərinin isə doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 07 yanvar 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə məruzə edilmiş, və yoxlanılması məqsədi ilə əməliyyataxtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Ələt- Astara yolunun Masallı rayonu ərazisində hərəkət etdiyini öyrəndikləri üçün 07 yanvar 2023-cü il tarixdə həmin ünvanda yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postuna gəlmişdir. Həmin gün saat 20:00-da həmin postda Toyota Corolla markalı, **-PJ- *** qeydiyyat nişanlı avtomobili əl edib saxlatmışdır. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxsi BDYPİ-nin 11-ci YPX tağımının stasionar postuna dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb, avtomobilə bir nəfər tədbir iştirakçılarından polis əməkdaşları əyləşmiş və Təqsirləndirilən şəxs avtomobili özü idarə edib postun həyətinə gətirmiş, qapıları isə bağlayıb açarı özü ilə götürmüşdür. Postun inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan əynindəki cins şalvarın sol yan cibindən içərisində öz adına olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, Leobanka aid pul kartını, içərisində siqaret dənəsi olan Palmall siqaret qutusunu, bir ədəd avtomaşın açarını, şalvarın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, şalvarın arxa sol cibindən bir ədəd alışqan və qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə kakos var, özünə məxsusdur. Təxminən 4-5 gün əvvəl sosial şəbəkədə tanış olduğu Səid adlı İran vətəndaşı ona təklif edərək Lənkəran rayonu ərazisində qoyacağı bağlamanı götürüb deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində 500 manat pul ona verəcəyini bildirmişdir. Bundan başqa idarə etdiyi avtomaşında da narkotik maddə var. İran vətəndaşı Səid avtomaşında olan və üzərindən aşkar olunmuş narkotik maddəni Lənkəran-Bakı avtomobil yolunda 58 kilometrliyində qoydurmuş, Whatsappla əlaqə saxlayıb özü gedib həmin maddəni götürdükdən sonra deyəcəyi yerə aparıb qoyduqdan sonra kartına 500 manat pul yükləyəcəkdir. Səid birinci dəfədir onun üçün narkotik maddə göndərmiş, təqdim etdiyi kakosu özü qəbul etməkdən ötrü Səid onun üçün göndərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Aşkar olunmuş avtomaşın açarı avtomaşına baxış keçirilərkən istifadə ediləcəyinə görə, alışqan və içərisində siqaretlər olan siqaret qutusu material üzrə heç bir əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi postun həyətinə düşmüşdür. Həmin baxışda Təqsirləndirilən şəxs, onun vəkili, o və digər polis əməkdaşları da iştirak etmişdir. Videoçəkilişlə postun həyətində baxış başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşını açarla açmış və salonda qabaq sərnişin oturacağının ayaq hissəsindən bir ədəd qara rəngli selofan bağlamanı götürüb təqdim etmişdir. Bağlamanın içərisinə baxıldıqda heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Aşkar olunmuş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, selofan torbaya qoyulmuş və qablaşdırılmış, torbanın üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomaşından aşkar edilmiş narkotik maddəni Səid adlı İran vətəndaşı göndərmiş, avtomobil yolunun 58-ci kilometrliyindən gedib özü götürmüş və Bakı şəhərinə aparıb deyiləcəyi yerə qoyacaq və bunun müqabilində 500 manat pul kartına yüklənəcəkdir. Ona qarşı saxlanılarkən, posta gətirilərkən və şöbədə olarkən heç bir fiziki və ya pisixi təsir və ya təzyiq göstərilməmiş, üzərinə və idarə etdiyi avtomobilə narkotik vasitələr qoyulmamış, bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Bütün proses qanunvericiliyə uyğun müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə aparılmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli həmin şöbənin rəisinə ünvanlanmış “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cənub bölgəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 07 yanvar 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 6-7) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 21) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 07 yanvar 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 20:00-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postunda idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq həmin stasionar postun inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (c 1, i.v 30-33) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, idarə etdiyi Toyota Corolla minik markalı, ** PJ *** qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə etiraz etmir. (c 1, i.v 34) İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması barədə 07 yanvar 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, 07 yanvar 2023-cü il tarixdə saat 22:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilinə Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postunun həyətində baxış keçirilən zaman həmin avtomobilin ön sərnişin oturacağının ayaq hissəsində olan bir ədəd qara rəngli sellofan bağlamadan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (c 1, i.v 36-38) İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 yanvar 2023-cü il tarixli, 19/15 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 14,746 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota karolla markalı **-PJ-*** qeydiyyat nişanlı avtomaşından götürülmüş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 3360 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota karolla markalı **-PJ-*** qeydiyyat nişanlı avtomaşından götürülmüş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi..” sözlər və imzalar olan bir ədəd zərfdəki, oğlunun üzərindən aşkar olunmuş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi və “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota karolla markalı **-PJ-*** qeydiyyat nişanlı avtomaşından götürülmüş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi..” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumilikdə 2 bükümdə olmaqla, ümumi təmiz çəkisi 3374,746 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi -3374,746 qr, cəmi tədqiqata sərf olundu – 0,2 qr, (hər ob.-0,1) qalıq 3374,546 qr (1,2 N-li ob) Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c 1, i.v 49-52) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-24/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 112-116) İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3374,546 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-ə verilmişdir. (c 1, i.v 120- 121) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 144) İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli, 3-13-7-1/2-196/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əlavə məlumatlar əldə edilsə də, külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib-gətirməməsi və İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, törətdiyi cinayətdə daha kimlərin iştirakları, onların şəxsiyyətini və tapşırıqda qeyd edilən digər istiqamətlər üzrə əməliyyat axtarış tədbirləri davam etdirilir. (c 1, i.v 148) İş materiallarında olan Sabirabad RİHB-nın Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qasımov X3 rayonu, Şəhriyar kəndində yaşayır, ailə üzvləri atası, anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 151-153) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)- 14/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbiri qanuni hesab edilmişdir. (c 1, i.v 155-156) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 11 fevral 2023-cü il tarixli 755 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 1, i.v 161-162) İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci və 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə və idarə etdiyi avtomobilə şəxsi axtarış və götürmə, baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılması, ondan aşkar edilərək götürülmüş bir ədəd Samsung markalı mobil telefon cihazı cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən ayrılmış cinayət işində Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmışdır . (c 1, i.v 163-171) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 13 fevral 2023-cü il tarixdə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (c 1, i.v 173-174) İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən gprünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. (c 2, i.v 42-43) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c 2, i.v 58-62) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində, idarə etdiyi avtomobildə heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə və idarə etdiyi avtomobilə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər və pis rəftar edilməklə alındığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aya yaxın müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində təqdim etdiyi bükümün içərisində kakos olduğunu, özünə məxsus olduğunu, saxlanılmamışdan 4-5 gün qabaq sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı Səid adlı şəxsdən əldə etdiyini, həmin şəxsin təklifi ilə Lənkəran-Bakı yolunun 58-ci kmdə qoyduğu narkotik vasitə olan bağlamanı götürüb onun deyəcəyi ünvana aparıb, bunun müqabilində də 500 manat pul alacağı barədə razılaşdıqlarını, bundan başqa da maşınında narkotik vasitə olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə heroini də maşınında olan bağlama ilə bir yerdə istifadə etməsi üçün göndərdiyini, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə şikayətinin və tələbinin olmadığını, əməlindən peşman olduğunu, daha sonra müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində təqdim etdiyi bükümün kakos olduğunu, Səid adlı İİR vətəndaşı tərəfindən göndərilən bağlamanın üstündə öz istifadəsi üçün gəldiyini, bir ildir ki, narkotik vasitə qəbul etdiyini bildirmiş, baxış və götürmə istintaq hərəkəti zamanı da yuxarıda göstərilən xüsusatları təsdiq etmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə və idarə etdiyi avtomobilinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan və tibbi kitabçanın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin predmetin üzərinə və idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyiqlər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 78-82) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 93-96) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə və idarə etdiyi avtomobilə videoçəkiliş vasitəsilə şəxsi axtarış, baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitədən istifadə etdiyini, saxlanılmamışdan 4-5 gün qabaq sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı Səid adlı şəxsdən əldə etdiyini, həmin şəxsin təklifi ilə Lənkəran-Bakı yolunun 58-ci kmdə qoyduğu narkotik vasitə olan bağlamanı götürüb sonuncunun Bakı şəhərində deyəcəyi ünvana aparıb, bunun müqabilində də 500 manat pul alacağı barədə razılaşdıqlarını, bundan başqa da idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə heroini də maşınında olan bağlama ilə bir yerdə istifadə etməsi üçün Səid adlı şəxsin göndərdiyini səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və idarə etdiyi avtomobilə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitəni Bakı-Lənkəran yolunun 58-ci kmnə İİR-də olan olan Səid adlı şəxs tərəfindən qoyulduğunu, avtomobildən aşkar edilmiş narkotik vasitəni sonuncunun Bakı şəhərində deyəcəyi ünvana aparıb, qarşılığında 500 manat məbləğində pul alacağı barədə razılaşdıqlarını, üzərindən aşkar edilmiş narkotik vasitəni isə şəxsi istifadə üçün həmin şəxs tərəfindən göndərilən bağlamanın üzərindən götürdüyünü bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə və pis rəftarına məruz qaldığını, fiziki təzyiqin, pis rəftarın isə onun döyülməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə verdiyi ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitə heroinin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Səid adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Səid adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Lənkəran-Bakı avtomobil yolunda 58-ci kilometrliyinə narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - həmin maddənin (heroin) şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda 3374,746 qram narkotik vasitə olan heroini əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, “Vətən Müharibəsi” zamanı aktiv döyüşlərdə iştirak edib, medallarla təltif edilməsini, vətənpərvərliyi, müharibə veteranı olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 3374,546 qram olan narkotik vasitə olan heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 3374,546 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar