Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-352/2025 21.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə xx xxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 7ina 87-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşmış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınaraq həmin maddənin cinayətkar qrupun digər üzvlərinə çatdırılması müqabilində 1000 (bir min) manat pul almalarına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd çantada qablaşdırılmış külli miqdarda-10140,0 qram (10 kq 140 qram) narkotik vasitə olan qurudulmuş marixuananın Lənkəran-Lerik avtomobil yolunun 26-cı kilometrliyində, yolun sağ kənarında, meşəlik ərazidəki kolluqların arasında gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verilməsindən sonra 16 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərində görüşüb birlikdə sonuncunun idarə etdiyi “Chevrolet cobalt” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Lənkəran-Lerik avtomobil yolunun 26-cı km-də yerləşən əraziyə gəlib avtomobildən düşdükdən sonra qrup üzvlərinin arasında vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 şübhəli hal olduqda dərhal qrup üzvünü məlumatlandırmaq üçün avtomobilin yanında dayanıb ətrafda müşahidə aparmış, Təqsirləndirilən şəxs1 isə yolun sağ kənarında olan meşəlik əraziyə gedib orada olan kolluqların arasında gizlədilmiş yerdən bir ədəd çantada qablaşdırılmış külli miqdarda- 10140,0 qram (10 kq 140 qram) narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, gəldikləri avtomobilə doğru daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 fevral 2025-ci il tarixdə, saat 18:28 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 26-cı kilometrliyində yolun sağ kənarında saxlanılmış və onlardan bir ədəd çantada qablaşdırılmış on ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda 1065,0 qram, 1030,0 qram, 1025,0 qram, 1030,0 qram, 935,0 qram, 1030,0 qram, 1000,0 qram, 995,0 qram, 1030,0 qram və 1000,0 qram olmaqla cəmi, külli miqdarda-10140,0 qram (10 kq 140 qram) narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Xeyli müddət-17-18 yaşından olmaqla marixuanadan istifadə etməyə başlamış, başqa növ narkotiklərdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 taksi sürücüsü kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Məhəmməd narkotik vasitələrdən istifadə etməmişdir. Tutulmamışdan bir müddət əvvəl sosial şəbəkədə özünü iranlı və adını “Məhəmməd” kimi təqdim edən şəxslə tanış olmuşdur. İranlı onunla +98-***-***-**-** saylı telefon nömrəsi ilə, o da istifadəsində olan mobil telefonla bu şəxslə vatsapda danışmış, həmin şəxs də onun narkotik maddə istifadəçisi olduğunu bilmişdir. Bundan sonra o, 15 fevral 2025-ci il tarixdə, gecə saatlarnda iranlı “Məhəmməd”lə danışıb ondan öz istifadəsi üçün az miqdarda-150 qram marixuana istəmiş, həmin şəxs də ona marixuananın Lerik rayonun ərazisində yolun qırağında olduğunu deyib gedib götürməsini bildirmiş, həm də narkotik maddənin qoyulduğu yerin “konum”unu ona göndərmişdir. Özünə məxsus maşının texniki baxış müddəti bitdiyi üçün öz maşını ilə Lerikə gedə bilməmiş, bu səbəbdən 16 fevral 2025-ci il tarixdə tanışı taksi sürücüsü Məhəmmədlə danışmış və onu Lerikə aparıb-gətirməsinə 300 manata razılaşdıqdan sonra Məhəmməd idarə etdiyi “Chevrolet cobalt” markalı maşınla onu Lerik rayonuna aparmışdır. Gecə saatlarında Lerik rayonuna çatıb iranlı “Məhəmməd”in göndərdiyi “konum”da göstərilən, yolun qırağında olan yerə yaxınlaşıb baxdıqda orada bir ədəd torba görüb götürüb baxmış, torba içi boş olduğundan kənara atmış, sonra geri qayıdıb maşına tərəf gedərkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Sonra polislər özlərinə aid “Chevrolet Niva” maşının yük yerindən narkotikləri götürüb onların maşınına (Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə) qoymuşlar. Bundan sonra polislər onu döymüşlər ki, onların maşına qoyduqları narkotikin özünə məxsus olmasını desin. O, isə içərisində narkotik maddə olan çantanı əvvəl görməmişdir. Polislər narkotikləri özlərinin maşınından götürüb onların maşınına (Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə) qoyduqdan sonra videoçəkiliş olmuşdur. Orada polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün o, Məhəmmədin maşında aşkar olunmuş çantadakı narkotikin özünə məxsus olmasını demişdir. Daha sonra verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, taksi sürücüsü Məhəmmədin maşını ilə Lerikə gedərkən üzərində 15-20 manat, özünə aid bank kartında isə 120 manat pulu olmuşdur. Məhəmmədlə razılaşdığı 300 manat pulu geri qayıtdıqdan sonra kimdənsə alıb verəcəkmiş. O, istifadəsi üçün marixuananı Bakıda tanımadığı şəxslərdən almış, iranlı ilə tanış olduqdan sonra fikirləşmişdir ki, elə həmin şəxsdən narkotik alıb istifadə etsin. İranlı “Məhəmməd”ə alacağı 150 qram marixuananın pulunu verməmişdir. Bakıdan gələrkən maşını Məhəmməd idarə etmiş, Məhəmməd onun Lerikə narkotiklə bağlı getdiyini bilməmiş, ona orada bir nəfər şəxsi götürüb qayıdacağını demişdir. O, ona göndərilmiş “konum”a əsasən Məhəmmədə maşını həmin yerə sürdürmüşdür. İranlı “Məhəmməd”in onun telefonuna göndərdiyi çantanın şəklini o, səhvən taksi sürücüsü Məhəmmədin telefonuna göndərmiş, sonra da həmin şəkili silmişdir. Onun vatsap qrupu var və özünə aid nəsə olanda həmin yerə göndərir, ona görə də o, çantanın şəklini ora göndərmək istəmiş, lakin səhvən Məhəmmədə göndərmişdir. Bakıda əvvəl Məhəmmədə Lerik rayonunda “əməliyyatçı“ var, onu götürüb geri qayıdarıq demiş, həmçinin Məhəmmədə “əməliyyatçı”larla tədbir olacaq, həmin tədbirdə iştirak edəcəyik, sonra qayıdarıq demişdir. Həmçinin Bakıdan çıxanda o, Məhəmmədə “əməliyyatçı”nın onlarla birlikdə gələsi olmadığını da demişdir. Əslində isə bütün bunları yalandan Məhəmmədə demişdir. Onun narkotik maddə götürmək üçün getməsindən Məhəmmədin xəbəri olmamış, yolda olarkən iranlı “Məhəmməd»lə telefonla danışarkən Məhəmməd onun kiminlə danışmasını bilməmişdir. İranlı “Məhəmməd”lə 150 qram narkotik söhbəti olmuş, onunla telefon danışığı, mesajlaşma, səsli danışığı olmuşdur. Gecə saatlarında Lerikə çatıb yolda maşını saxladıb düşəndən sonra Məhəmməd onun narkotiklə bağlı gəlməsini bilmişdir. O, yolun kənarından çantanı götürmüş, lakin çantanın içərisinə baxmamış, çantanın içərisinə baxmasa da, çantanın boş olduğunu bilib yerə atıb geri maşına qayıdarkən polis əməkdaşları onu tutmuşdur. Polislər onları Lerik rayonunda “Meşəbəyi” restoranı ilə üzbəüz yolda tutmuşdur. İranlı “Məhəmməd”in adını telefonunun kontak bölməsində “Bic bala” kimi qeyd etmişdir. Onun narkotik maddə götürmək üçün Lerikə getməsindən və narkotiklə bağlı kiminlə danımasından Məhəmmədin xəbəri olmamış, bu barədə o, Məhəmmədə heç nə deməmişdir. O, iranlı “Məhəmməd”dən 150 qram marixuna istəmiş və 150 qram marixuana götürmək üçün getmiş, lakin çantanın içərisindən daha çox marixuana aşkar olunmuşdur. Onun telefonunda narkotikin çəkisi ilə bağlı yazılan mesajlar doğru deyil, telefonunda 5 kilo narkotik yazılıb, lakin ounun getdiyi yerdə 10 kq narkotik aşkar olunmuşdur. Ona görə də hesab edir ki, o, tutulandan sonra həmin mesajları telefonuna polislər yazmışdır. Həmçinin o, polislərin dediyi saatda deyil, ondan əvvəl saxlanılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə (Lerik Rayon Məhkəməsində) ona heç bir təzyiq olmamış, sərbəst ifadə vermiş, lakin orada nə dediyi yadında deyil (məhkəmədə verdiyi ifadəsi elan olunduqdan sonra o, həmin ifadəsini polislərin dediyi kimi verdiyini bildirmişdir). Məhkəmədə ifadə vermiş polislər (şahidlər) ona qarşı təzyiqlər etməmiş və döyməmişlər, onu döyən, təzyiq edən başqa polislər olmuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, bununla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin iranlının göndərdiyi 150 qram marixuananı götürmək məqsədilə Lerik rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 17 və 18 fevral 2025-ci il tarixli ifadələrində göstərmişdir ki, o, kreditlə avtomobil almış və kreditin ödəniş vaxtı yaxınlaşmış, lakin maddi imkanı zəif olduğu üçün pula ehtiyacı olmuşdur. O, tanışı Anar adlı şəxsdən 200 manat pul istəmiş, o da pulunun olmadığını demişdir. Həmin vaxt Anar İran vətəndaşı olan “Məhəmməd” adlı şəxsə məxsus Lerik rayonunda saxladığı marixuananı Lerik rayonundan Bakı şəhərinə gətirməyini ona təklif etmiş, o da bu təklifi qəbul etmişdir. 15 fevral 2025-ci il tarixdə, o, Anardan İran vətəndaşı “Məhəmməd”ə məxsus +98-***-***-**-** saylı mobil nömrəsini almış, sonra özünə məxsus 051/650-00-07 saylı mobil nömrəsilə vatsapla “Məhəmməd”lə bir neçə dəfə danışmış, həm də yazışmışdır. Sonuncu dəfə 16 fevral 2025-ci il tarixdə “Məhəmməd” vatsapla onunla əlaqə saxlayıb narkotik vasitəni Lerik rayonun ərazisinə qoyulmasını təşkil etdiyini, həmin narkotik vasitəni Lerik rayonun ərazisindən götürüb Bakı şəhərinə aparıb dediyi şəxsə verəcəyi müqabilində ona 1000 manat veriləcəyini demiş, o da razılaşmışdır. Öz avtomobili nasaz olduğundan tanışı, dostu Təqsirləndirilən şəxs2 zəng edib onunla görüşüb razılaşmışlar ki, Məhəmməd avtomobili ilə onu Lerikə aparıb-gətirməsinə görə iranlıdan alacağı 1000 manat puldan Məhəmmədə 350 manat pul verəcəkdir. Bundan sonra o, Məhəmməd idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Onlar İran vətəndaşı “Məhəmməd”in ona göndərdiyi “konum”da göstərilən ünvana gəlmişlər və həmin yerdə (Lənkəran-Lerik avtomobil yolunun 26-cı km-də) Məhəmməd avtomobili saxlamışdır. O, avtomobildən düşüb yolun kənarındakı meşəlik ərazidə daşın yanından içərisində marixuana olan bir ədəd qara rəngli çantanı götürüb avtomobilə yaxınlaşmış və bu anda polis əməkdaşları yaxınlaşıb onu tutub üzərində narkotik vasitə daşıdığını demişlər. Sonra polis əməkdaşları əlindəki çantanı götürüb baxmış və çantanın içərisində 10 ədəd bağlamada marixuana kütlələri aşkar edilmiş və həmin marixuana kütlələri polis əməkdaları tərəfindən götürülmüşdür. Həmçinin polis əməkdaları tərəfindən ona məxsus bir ədəd mobil telefon da götürülmüşdür. Şifahi sorğu zamanı o, İran vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə gizlədilmiş yerdən narkotik vasitəni götürüb Bakı şəhərində deyiləcəyi ünvana çatdırdıqdan sonra ona 1000 manat veriləcəyini bildirmişdir. Tanışı Məhəmmədin onun Lerik rayonuna narkotik vasitə götürmək üçün getməsindən xəbəri olmuş, həmçinin Məhəmmədə avtomobillə onu Lerik rayonuna gətirdiyinə, həm də ona yoldaşlıq etdiyinə görə ona 350 manat verəcəkmiş. Həmçinin Təqsirləndirilən şəxs1 23 may 2025-ci il tarixli ifadəsində bildirmişdir ki, o, İran vətəndaşı “Məhəmməd” adlı şəxslə sosial şəbəkədə tanış olduqdan sonra “Məhəmməd” vatsapla onunla əlaqə saxlayıb 1 kq narkotik vasitəni Lerik rayonun ərazisinə qoyulmasını təşkil etdiyini, həmin narkotik vasitəni Lerik rayonun ərazisindən götürüb Bakı şəhərinə aparıb dediyi şəxsə verəcəyi müqabilində ona 1000 manat veriləcəyini demiş, o da razılaşmışdır. O, iranlı “Məhəmməd” adlı şəxsdən alacağı puldan 300 manatı Təqsirləndirilən şəxs2 verəcəkmiş. Onun Lerik rayonuna narkotik vasitə üçün gəlməyindən Təqsirləndirilən şəxs2 xəbəri olmamış, lakin onlar Lerik rayonuna narkotik qoyulduğu yerə çatanda Təqsirləndirilən şəxs2 onun narkotik vasitə üçün Lerik rayonuna gəlməyindən xəbəri olmuşdur. O, həmin ünvana çatıb avtomobildən düşüb bir ədəd qara çantaya yaxınlaşıb həmin çantanı götürmüş, lakin çantanın boş olduğunu görüb, çantanı yerə atıb geri qayıdıb avtomobilə yaxınlaşarkən polis əməkdaşları onları yaxalamışlar. Anar adlı şəxs onun kurs yoldaşı olmuş, onun soyadını atasının adını və telefon nömrəsini, harda yaşamasını bilməmişdir. Bundan başqa işdə olan, “Üzləşdirmə haqqında” 18 fevral 2025-ci il tarixli protokolla müəyyən edilir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Lerik rayonuna narkotik vasitə üçün gəldiyindən Təqsirləndirilən şəxs2 xəbərinin olduğunu və avtomobillə onu Lerik rayonuna aparmasına görə Təqsirləndirilən şəxs2 300 manat və 50 manat yanacaq pulu verəcəyi barədə razılığa gəlmələrini demiş, habelə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ona Lerik rayonunda olan “əmanəti” götürüb Bakı şəhərinə gətirməli olduğunu, həmin “əmanətin” nə olmasını ona demədiyini, onlar Lerik ryonuna çatanda Zülfüqarın narkotik vasitə götürmək üçün gəldiyini öyrəndiyini və bu barədə ona xəbərdarlıq etsə də, Zülfüqarın narkotik vasitəni götürüb Bakı şəhərinə aparacağını dediyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında ifadə vermiş, həmin ifadəsində nə yazılmasını bilməmişdir. O, istifadəsi üçün 150 qram marixuana götürmək üçün Lerik rayonuna getmiş, orada iranlı “Məhhəmməd” adlı şəxsin telefonuna göndərdiyi “konum”da göstərilən yerə çatıb, maşından düşüb həmin yerdə olan çantanı görmüş, çanta boş olduğu üçün çantanı götürməmiş, sonra geri maşına tərəf qayıdarkən polis əməkdaşları onu və taksi sürücüsü Məhəmmədi tutmuşlar. Məhəmməd tutulan vaxtadək onun nəyə görə Lerikə getməsini bilməmişdir. İbtidai istintaq zamanı Anar adlı şəxsin barəsində dedikləri doğru deyil, onun belə bir tanışı olmamış, ifadə verərkən narkotiklə bağlı hallar üzrə yalandan “Anar” adlı şəxsin olmasını da bildirmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, bununla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 150 qram marixuananı götürmək üçün Lerik rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subay olmaqla ünvan 7ina 87-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında fərdi yaşayış evində yaşamış və dostu Emin adlı şəxsə məxsus “Chevrolet cobalt” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır və aralarında yaxşı münasibətlər olmuşdur. 16 fevral 2025-ci il tarixdə Zülfüqar ona vatsapla yazıb onu Lerik rayonuna aparmasını bildirib iki nəfər əməliyyatçını Xətai rayonundan götürüb Lerik rayonuna aparmağı və orda çəkiliş olandan sonra geri qayıdacaqlarını demiş və onlar 250 manat yol puluna razılaşmışlar. Sonra o, maşınla gedib Zülfüqarı götürmüş, həmin vaxt Zülfüqar kiminləsə telefonda danışdıqdan sonra ona Xətaidə olan əməliyyatçılarınq artıq rayona getdiklərini bildirib maşını Lerikə sürməsini demişdir. O, Lerik rayonuna gedən yolu tanımadığına görə “konum” əsasında rayona getmişdir. Zülfüqarın ona verdiyi “konum”da göstərilən yerə çatmağa 5-6 km qalmış Zülfüqar ona maşını saxlamağını, ayaqyoluna gedəcəyini bildirmiş, o da maşını saxlamışdır. Zülfüqar maşından düşüb yolun kənarına getmiş, bir az keçəndən sonra Zülfüqar əlində çanta ilə maşına yaxınlaşarkən o, maşından düşüb ona “qaqa bu nədir maşına yaxınlaşma” demiş, elə bu zaman Zülfüqar çantanı yerə atıb qaçmağa başlamış və polislər Zülfüqarı tutmuş, həmçinin meşənin içərisindən polislər çıxıb yaxınlaşıb onun üstünə gələrəkən o, əl-qol ilə polislərə müqavimət göstərmişdir. Polislər onu orada saxlayıb döymüş, sonra təkrar-təkrar olmaqla, cəmi 6 dəfə videoçəkiliş olub, hər dəfə də o, bu işdən, yəni Zülfüqarın narkotik maddə götürmək üçün gəlməsindn xəbəri olmadığını deyib polislərə etiraz etmişdir. Sonra polislər Zülfüqarı və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polislər onu bir otağa salıb döydükləri üçün o, orada masanın üzərindən “rezakı” (kağız kəsən bıçağı) götürüb özünə xəsarət yetirmişdir. Polislər ona təzyiqlər edərək etiraf edəb “əmanət üçün gəlmişəm” deməsini tələb etsələr də, o, polislərin dedikləri ilə razılaşmamışdır. Polis şöbəsində onu tutan polislər deyil, başqa polislər döymüşdür. 15 fevraldan 16 fevrala keçən gecə (2025-ci il tarixdə) tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib Lerikə getmək istədiyini bildirmiş, o da taksi sürücüsü olduğundan 250 manata razılaşmış və gedib Zülfüqarı evindən götürüb yola çıxmışlar. Zülfüqar ona Xətai rayonunda “əməliyyatçı” var onunla rayona gedəcəyini demiş, hələ onlar Bakıda olarkən Zülfüqara zəng gəlmiş və Zülfüqar telefonla kiminləsə danıqdıqdan sonra ona “əməliyyatçı”ların tezdən çıxıb rayona getmələrini demişdir. O, idarə etdiyi maşınla Zülfüqarla birlikdə Lerikə çatdıqdan sonra yolda Zülfüqar ona maşını saxlamağı, ayaqyoluna gedəcəyini demiş, o da maşını Zülfüqarın dediyi yerdə saxlamışdır. Zülfüqar maşından düşüb getmiş, bir az keçməmiş Zülfüqar əlində çanta ilə maşına tərəf gələrkən ona “neynirsən çanta ilə maşına yaxınlaşma” demiş, elə həmin vaxt polislər ətrafdan çıxmış və Zülfüqar əlindəki çantanı yerə atıb qaçmış, sonra polislər onları tutmuşdur. Zülüfüqarın narkotik götürmək üçün Lerikə getməsindən onun məlumatı olmamış, lakin sonradan bunu bilib etiraz etmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Daha sonra verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, tutulandan sonra əvvəl izahat, sonra ifadə verərkən yanında vəkil olmamış, vəkil sonradan, 4-5 saat sonra onun yanına gəlmişdir. Dostu Zülüfüqarın narkotik götürmək üçün Lerikə getməsindən onun xəbəri olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə (Lerik Rayon Məhkəməsində) ona heç bir təzyiq olmamış, sərbəst ifadə vermiş, lakin orada nə dediyini xatırlamır (məhkəmədə verdiyi ifadəsi elan olunduqdan sonra o, ifadə vermədiyini, daha sonra isə polislər necə deyibsə o qaydada ifadə verdiyini bildirmişdir). Məhkəmədə ifadə vermiş polislər (şahidlər) onu döyməmişlər, onu başqa polislər döymüşlər. Zülfüqarın götürdüyü çanta maşından 15 metr məsafədə olmuş, Zülfüqarın həmin çantanı götürüb tərsinə-başaşağı çevirib silkələdiyini görüb ona “bu nədir” demiş, elə həmin vaxtı polislər gəlib onları tutmuşlar. İbtidai istintaq zamanı əvvəl verdiyi ifadəsi doğru deyil, yalnız istintaqın sonunda verdiyi ifadəsi doğrudur. Tutulduqdan sonra 6 dəfə videoçəkiliş olmuş, nəsə düz olmadığından polislər hər dəfə videoçəkilişi təkrar çəkmişlər. Zülfüqarın nəyə görə Lerikə getməsindən xəbəri olmamış, taksi sürücüsü kimi maşını sürmüş, maşında Zülfüqarın telefonuna baxmamış və telefonda şəkil də görməmişdir. Maşını saxladıqdan sonra o, yerə düşüb siqaret çəkərkən Zülfüqarın əlində çanta ilə maşına yaxınlaşmasını görüb ona “maşına yaxınlaşma, çantanı at yerə” demişdir. O, maşının içərisində olarkən görmüşdür ki, Zülfüqarın əlində çanta ilə maşına tərəf gəlməsini görmüş, sonra o, maşından yerə düşmüşdür ki, siqaret çəksin. O, Zülfüqarın əlində çanta ilə maşına yaxınlaşmasını görüb ona “maşına yaxınlaşma, çantanı at yerə” demiş, elə bu vaxt polislər gəlib onları tutmuşdur. Hazırda o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və o, heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 17 və 18 fevral 2025-ci il tarixli ifadələrində göstərmişdir ki, 15 fevral 2025-ci il tarixdə tanışı Zülfüqar ona vatsapla mesaj yazıb “növbəti gün gəl məni götür, narkobiznesin əməliyyatçısı Anar adlı polisi götürüb Lerik rayonuna gedəcəyik” bildirib və buna görə ona 250 manat yol pulu verəcəyini demiş, o da razılaşmışdır. 16 fevral 2025-ci il tarixdə o, idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Zülfüqarı maşına götürmüşdür. Bakı şəhəri, Xətai rayonu ərazisində avtomobillə hərəkətdə olarkən Zülfüqarın telefonuna mesaj gəlmiş və Zülfüqar mesajı oxuyandan sonra ona “Anar gələsi olmadı biz bir yerdə Lerik rayonuna gedəcəyik” bildirib, daha sonra “Lerik rayonunda bir əmanət var gedib onu Bakı şəhərinə gətirib Anar adlı polis əməkdaşına təhvil verəcəyik” demişdir. Onlar həmin gün saat 13 radələrində Lerik rayonuna yola düşmüşlər və təxminən 4 saatdan sonra Lerik rayonuna çatmışlar. Yolda Zülfüqar avtomobili saxlamağı demiş, o da Zülfüqarın dediyi yerdə avtomobili saxlamışdır. Avtomobildə olarkən o, Zülfüqarın mobil telefonunun vatsapında çanta şəkli görüb ondan bu barədə soruşmuş, Zülfüqar da çantanın içərisində narkotik vasitə olduğunu, həmin narkotik maddəni Bakı şəhərinə aparacağını demişdir. O, etiraz edib bu işdən əl çəkməsini Zülfüqara nə qədər desə də, Zülfüqar narkotik vasitəni götürəcəyini və Bakı şəhərinə aparacağını demişdir. Avtomobili saxladıqdan sonra Zülfüqar avtomobildən düşüb meşəyə tərəf getmiş, o da avtomobildən düşmüş, bir neçə dəqiqədən sonra Zülfüqar əlində qara çanta ilə avtomobilə yaxınlaşan zaman mülki paltarda olan polis əməkdaşları onlara yaxınlaşmışlar. O, yerindən tərpənməmiş, Zülfüqar isə əlindəki çantanı yerə atıb qaçarkən polis əməkdaşları onu tutub saxlamışdır. Polis əməkdaşları onların üzərini və avtomobili yoxlamışlar. Saxlanılan vaxt polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq halları olmamışdır. Sonra polis əməkdaşları Zülfüqarın çantasından narkotik vasitə olduğu üçün onları Lerik RPŞ-nə gətirmişlər. Tanışı Zülfüqar ona “narkobiznesin əməliyyatçısı Anar adlı polis əməkdaşı”nın Lerik rayonunda olan əmanətini götürüb Bakı şəhərinə aparmağı xahiş etmiş və gedib-gəlməyə görə də ona 250 manat pul vericəyini demiş, o da razılaşmışdır. Polis əməkdaşları onları saxlayandan sonra o, Zülfüqarın çantasında narkotik vasitə olduğunu öyrənmişdir. O narkotik vasitə daşımaq üçün Lerik rayonuna getməmiş, əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmişdir. İlk əvvəl Zülfüqarın narkotik vasitə üçün Lerik rayonuna gəlməsindən xəbəri olmasa da, lakin ora çatanda Zülfüqarın narkotik vasitə üçün Lerik rayonuna gəldiyini öyrənmişdir. O “Anar” və “Məhəmməd” adlı şəxsləri tanımamış, həmin şəxsləri Zülfüqar tanımışdır. Zülfüqar narkotiki Lerik rayonun ərazisindən götürüb Bakı şəhərinə çatdırmağı müqabilində ona 1000 manat veriləcəyini demiş, amma ona həmin puldan nə qədər verəcəyini deməmişdir. O. əvvəllər Lerik rayonu ərazisində olmamış, ərazini tanımamış, saxlandıqlara ünvana “Məhəmməd” adlı şəxsin göndərdiyi konuma əsasən getmişlər. Həmçinin işdə olan, Lerik Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı (təqsirləndiriln şəxin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında) ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, 15 fevral 2025-ci il tarixdə tanışı Zülfüqar ona vatsapla mesaj yazıb növbəti gün gəl onu və narkobiznesin əməliyyatçısı Anar adlı polis əməkdaşını götürüb Lerik rayonuna aparmasını, buna görə ona 250 manat yol pulu verəcəyini bildirmiş, o da razılaşmışdır. 16 fevral 2025-ci il tarixdə idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Zülfüqar oturmuş və yola düşmüşlər. Bakı şəhəri, Xətai rayonu ərazisində hərəkətdə olarkən Zülfüqarın telefonuna mesaj gəlmiş, Zülfüqar mesajı oxuyandan sonra ona Anarın onlarla birlikdə Lerik rayonuna gedəsi olmadığını bildirmişdir. Daha sonra Zülfüqar ona Lerik rayonunda bir əmanət olduğunu, gedib onu gətirib Anar adlı polis əməkdaşına təhvil verəcəyini bildirmişdir. Onlar saat 13 radələrində Bakı şəhərindən yola düşmüşlər və təxminən 4 saata Lerik rayonuna çatmışlar. Daha sonra Zülfüqar ondan avtomobili saxlamağını istəmiş, o da avtomobili saxlamışdır. Onlar avtomobildə olan zaman o, Zülfüqarın mobil telefonunun vatsapında çanta şəkli görmüş, ondan bu barədə soruşduqda Zülfüqar ona çantanın içərisində narkotik vasitə olduğunu, onu Bakı şəhərinə aparacağını bildirmiş, o təkidlə bunu etməməsini bildirsə də, Zülfüqar ona məhəl qoymamışdır. Daha sonra Zülfüqar avtomaşından düşmüş, meşəyə tərəf getmiş, o da avtomaşından düşmüş, təxminn bir neçə dəqiqədən sonra Zülfüqar əlində qara çanta ilə avtomobilinə yaxınlaşan zaman mülki paltarda olan polis əməkdaşları onlara yaxınlaşmış, o, yerindən tərpənməmiş, Zülfüqar əlində olan çantanı yerə atıb qaçan zaman polis əməkdaşları onu saxlamışdır. Habelə Təqsirləndirilən şəxs2 23 may 2025-ci il tarixli ifadəsində bildirmişdir ki, o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir, polis əməkdaşları tərəfindən tutulduqdan sonra hadisə yerində döyülmüşdür. Onu vuran polis əməkdaşının adını, soyadını və rütbəsini bilmir, həmçinin videoçəkilişdə iştirak edən polis əməkdaşları tərəfindən döyülməmişdir. Onun narkotik vasitədən xəbəri olmamış, Təqsirləndirilən şəxs1 niyyətindən xəbərsiz olmuş, onun Lerik rayonuna hansı məqsədlə gəlməsindən xəbəri olmamış, tutularkən bu hadisədən məlumatı olmuşdur. Zülfüqarın narkotik əldə etmək məqsədini məhz bundan sonra bilmişdir. Yolda olarkən o, atası ilə telefonda danışmış, həmçinin telefon zənglərinə cavab vermiş və bu səbəblərdən o, Zülfüqarın narkotiklə bağlı etdiyi danışıqları eşitməmişdir. Əvvəlki ifadələrini təzyiq-təsir altında vermişdir. O, tutulduğu zaman Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək məqsədilə Lerik rayonuna gəldiyi barədə məlumatlı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı protokollar və videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadələrini təsdiq etməyib, sonuncu-23 may 2025-ci il tarixli ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ilkin verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Lerik rayonuna getməsindən məlumatının olması barədə yazılanları təsdiq etmir, həmin ifadəsini polislərin təzyiqi altında onların dediyi kimi vermişdir. Onun Təqsirləndirilən şəxs1 1000 manat müqabilində narkotik maddəni götürmək üçün Lerik rayonuna gəlməsindən məlumatı olmamış, polis əməkdaşları onu döydükləri üçün o, videoçəkiliş zamanı, həm də məhkəmədə bu barədə məlumatının olduğunu demişdir. Hazırda o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və o, heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lerik RPŞnin əməkdaşıdır. 16 fevral 2025-ci il tarixdə ona Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lerik rayonunun ərazisində, Lənkəran-Lerik avtomobil yolunun 26-ci km-də narkotik vasitələr əldə etmələri və üzərilərində daşımaları barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb Lənkəran-Lerik avtomobil yolu nəzarətə götürməklə əməliyyat-axtarış tədbiri keçirilməyə başlanılmışdır. 16 fevral 2025-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı “Chevrolet” markalı (“Chevrolet cobalt” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı) avtomobilin Lənkəran-Lerik avtomobil yolunun 26-cı km-nə gəlib yolun kənarında dayanmasını, həmin avtombildən hər iki şəxsin, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb yolun sağ kənarında meşəlik əraziyə tərəf getmələri müşahidə edilmişdir. Təqsirləndirilən şəxs1 meşəlik əraziyə girib bir ədəd çantanı götürüb avtomobilin dayandığı istiqamətə hərəkət etməyə başlamış, Təqsirləndirilən şəxs2 isə avtomobillə Təqsirləndirilən şəxs1 arasında dayanıb gözləmiş, elə həmin vaxt o və digər polis əməkdaşları Zülfüqara yaxınlaşarkən Zülfüqar əlindəki çantanı yerə atıb qaçmaq istəmiş, lakin əməliyyat qrupu onu tutub saxlamış, daha sonra Məhəmməd tutulmuşdur. Zülfüqara və Məhəmmədə qanunsuz olaraq narkotik vasitəəldə edib daşımaqda şübhəli olduqları izah edilmişdir. Sonra Zülfüqarın və Məhəmmədin iştirakı ilə və videoçəkilişlə orada bir ədəd çantaya baxış keçirilmişdir. Baxış zamanı çantanın içərisindən 10 ədəd bağlamada marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Həmçinin Zülfüqarın və Məhəmmədin üzərində olan mobil telefonlar götürülmüşdür. Həmin şəxslərə aid telefonlara baxış zamanı telefonun vatsap yaddaşında narkotik vasitənin yerini bildirən konum, həmin ərazinin fotoşəkili və İran vətəndaşı ilə olan danışıqların olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 Lerik rayonuna narkotik maddə götürmək üçün gəldiyini, İran vətəndaşı ilə danışdığını və iranlının onun mobil telefona “konum” göndərdiyini və həmin “konum”da göstərilən yerə gəlib oradan çantanı götürdüyünü bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 də əvvəl Zülfüqar Süleymonovun nəyə görə Lerikə getməsindən məlumatının olmadığını, lakin Lerik rayonuna çatdıqdan sonra Zülfüqarın narkotik vasitə götürmək üçün Lerik rayonuna gəlməsindən xəbəri olduğunu bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində şəxsi axtarış, habelə çantaya baxış zamanı onların hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lerik RPŞ-nin əməkdaşının 16 fevral 2025-ci il tarixli “Raport”u və “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasın dair” 16 fevral 2025-ci il tarixli protokollarla müəyyən edilir ki, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lerik rayonunun ərazisində, Lənkəran-Lerik avtomobil yolunun 26-ci km-də narkotik vasitələr əldə etmələri və üzərilərində daşımaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 16 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Lənkəran-Lerik avtomobil yolunun 26-ci kilometrliyində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Əməliyyat tədbiri zamanı “Chevrolet cobalt” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Lənkəran-Lerik avtomobil yolunun 26-ci km-nə gəlib yolun kənarında dayanması, həmin avtombildən hər iki şəxsin, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb yolun sağ kənarında meşəlik əraziyə tərəf getmələri müşahidə edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 meşəlik əraziyə girib bir ədəd çantanı götürüb avtomobilin dayandığı istiqamətə hərəkət etməyə başlayıb, Təqsirləndirilən şəxs2 isə avtomobillə Təqsirləndirilən şəxs1 arasında dayanıb gözlədiyi vaxt, əməliyyat qrupu Zülfüqara yaxınlaşarkən Zülfüqar əlindəki çantanı yerə atıb qaçarkən əməliyyat qrupu onu tutub saxlamış, daha sonra Məhəmməd tutulmuşdur. Onlara qanunsuz olaraq narkotik vasitəəldə edib daşımaqda şübhəli olduqları izah edilib üzəriləri yoxlanılmış və Təqsirləndirilən şəxs1 əlində daşıdığı çantaya baxış keçirilmişdir. Baxış zamanı çantanın içərisindən 10 ədəd bağlamada marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik maddəni İran vətəndaşı ilə danışıb əldə etdiyini, 1000 manat qarşılığında həmin maddəni Bakı şəhərinə aparıb deyiləcək yerdə qoymalı olduğunu, onun narkotik vasitə üçün Lerik rayonuna gəlməsindən tanışı Təqsirləndirilən şəxs2 xəbəri olmasını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Zülfüqar Süleymonovun nəyə görə Lerikə getməsindən məlumatının olmadığını, lakin Lerik rayonuna çatdıqdan sonra Zülfüqarın narkotik vasitə götürmək üçün Lerik rayonuna gəlməsindən xəbəri olduğunu bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi Redmi 12” markalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A15” və bir ədəd “Samsung A53” markalı mobil telefonlar təhqiqat orqanı tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” 16 fevral 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Lerik RPŞ-nin TB-nin təhqiqatçısı Salman Əhmədov tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, həm də videoçəkilişlə bir ədəd çantaya baxış keçirilmişdir. Baxış zamanı çantadan 10 ədəd bağlama və həmin bağlamaların içərisində narkotiik vasitə qurudulşmuş marixuanaya oxşar kütlələr aşkar edilmir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 10 ədəd bağlamada aşkar olunmuş narkotiik vasitə kütlələr ona məxsus olduğunu, həmin narkotik maddəni sosial şəbədə tanış olduğu İran vətəndaşı kimi özünü təqdim etmiş «Məhəmməd» adlı şəxslə vatsapda danışıb əldə etdiyini bu narkotik vasitəni Bakı şəhərinə aparıb deyiləcək ünvana çatdırması müqabilində ona 1000 manat pul verilməli olduğunu, onun narkotik vasitə üçün Lerik rayonuna gəlməsindən tanışı Məhəmməd Nağyevin xəbəri olmasını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Lerik rayonuna narkotik vasitə üçün gəlməsindən Lerik rayonuna çatmamış, yolda olarkən öyrəndiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 17 fevral 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr …” sözlər və imzalar olan çantadakı 10 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri çəkiləri-1065,0 qram, 1030,0 qram, 1025,0 qram, 1030,0 qram, 935,0 qram, 1030,0 qram, 1000,0 qram, 995,0 qram, 1030,0 qram və 1000,0 qram olmaqla, ümumi təmiz çəkisi-10140,0 qram olan bitki mənşəli kütlə tərkiində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 10139,0 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 17 fevral 2025-ci il tarixli 10 və 11 saylı rəyləri ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində və Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Telefona baxış keçirilməsi haqqında” 17 fevral 2025-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Xiaomi Redmi note 12” markalı mobil telefonun üzərində 051/650-00-07 saylı mobil telefon nömrəi vardır və vatsap proqramı həmin mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Telefonun vatsap bölməsində +**********10 saylı telefon nömrəsi “Bicbala” (İran vətəndaşı “Məhəmməd”) adı ilə, habelə 070/268-84-00 saylı telefon nömrəsi “Maqa Zabrat” (Təqsirləndirilən şəxs2) adı ilə qeyd olunmuşdur. Telefonun yaddaşında Təqsirləndirilən şəxs1 ilə +**********10 saylı telefon nömrəsi “Bicbala” (İran vətəndaşı “Məhəmməd”) adı ilə qeyd olunmuş şəxs arasında narkotik vasitənin əldə edilməsi ilə bağlı qarşılıqlı yazışmalar, səsli ismarıclar, narkotik vasitənin qoyulduğu ərazininin xəritə proqramı vasitəsilə yerini göstərən konumu, telefon danışıqları, bir ədəd qara rəngli çantaının və çantaının qoyulduğu yerin fotoşəkli və çantanın içərisində narkotik vaitənin 10 kq olmasına dair yazışmalar, eləcə də Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında telefon danışıqlarına dair məlumatlar vardır. Qeyd olunan məlumatlar foto şəkil formada köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, “Maddi sübut kiki tanımaq haqqında” 19 fevral, 23 may 2025-ci il tarixli qərarlar və “Sübutların qiymətləndirilməsi haqqında” 23 may 2025-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-10139,0 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanması üçün Lerik RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi Redmi note 12” markalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung galaxy A15” və bir ədəd “Samsung galaxy A33 5G” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar onların yaxın qohumlarına qaytarılmış, eləcə də əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 fevral 2025-ci il tarixli, 82 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 fevral 2025-ci il tarixli, 83 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkoik vasitələrdən istifadə halları istisan olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2025-ci il tarixli 719 №-li rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri aşkar olunmamış, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən və hadisədən əvvəl xroniki psixi, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçmək, idarə etmək qabiliyyətinə malikdir və onda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər və onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2025-ci il tarixli 720 №-li rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi pozuntu əlamətləri aşlkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 hər hansı psixi pozuntu əlamətləri aşkar olunmamış, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən və hadisədən əvvəl xroniki psixi, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçmək, idarə etmək qabiliyyətinə malikdir və onda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər və onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 13 may 2025-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Lerik RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair daxil olmuş şikayət üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış materiallar üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi barədə” 23 may 2025-ci il tarixli qərarla müəyyən olunur ki, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər şəxslərinin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-istifadəsi üçün 150 qram marixuana götürmək üçün Lerik rayonuna getməsi, boş olduğu üçün çantanı götürməməsi, narkotik maddə götürmək üçün Lerik rayonuna getməsi barədə tanışı Təqsirləndirilən şəxs2 deməməsi və onun narkotik vasitə üçün Lerik rayonuna gəlməyindən Təqsirləndirilən şəxs2 xəbərinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən- Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Lerik rayonuna getməsindən xəbərinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması və heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni istifadəsi üçün 150 qram marixuana götürmək üçün Lerik rayonuna getməsi, boş olduğu üçün çantanı götürməməsi, narkotik maddə götürmək üçün Lerik rayonuna getməsi barədə tanışı Təqsirləndirilən şəxs2 deməməsi və onun narkotik vasitə üçün Lerik rayonuna gəlməyindən Təqsirləndirilən şəxs2 xəbərinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar (o cümlədən mobil telefonda vatsapda aparılmış səs danışıqları ilə, göndərilmiş “konum” və mesajlarla), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı protokollar və videoçəkilişlər, habelə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün halları tam olaraq təsdiq etmişlər) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Lerik rayonuna getməsindən xəbərinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması və heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı protokollar və videoçəkilişlər, həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri ilə, eləcə də üzləşdirmə zamanı verdiyi ifadəsi (həmin ifadələrində o, narkotik vasitə götürmək üçün Lerik rayonuna getməsindən Təqsirləndirilən şəxs2 xəbərinin olmamasını göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddəni əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək hissəsi külli miqdir, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə bu Qərarın 12-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 10140,0 qram (10 kq 140 qram) narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayətkar qrupun üzvləri ilə razılaşmalarına əsasən qazanc əldə etmək məqsədi ilə (müəyyən miqdarda pul müqabilində külli miqdarda narkotik vasitəni qrupun digər üzvlərinə çatdırılmasına görə) külli miqdarda narkotik vasitəni əldə edib, saxlayıb, daşıması onların həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lerik Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Sabunçu RİH başçısının Bakıxanov qəsəbəsi İƏD üzrə Nümayəndəliyindən verilmiş 11 mart 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (onun barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur İşdə olan, Xəzər RİH başçısının Buzovna qəsəbəsi İƏD üzrə Nümayəndəliyndən verilmiş 25 fevral 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında qeydiyyatsız olaraq (ünvan 7ina 87-də qeydiyyatda olmaqla) fərdi yaşayış evində yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (onun barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lerik RPŞ-nin maddi sübutlar otağında saxlanılan 10139,0 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi Redmi note 12” markalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung galaxy A15” və bir ədəd “Samsung galaxy A33 5G” markalı mobil telefonların onların yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 60 (altmış) manat və Təqsirləndirilən şəxs2 60 (altmış) manat tutulub tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lerik Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 10139,0 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi Redmi note 12” markalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung galaxy A15” və bir ədəd “Samsung galaxy A33 5G” markalı mobil telefonların onların yaxın qohumlarına qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 60 (altmış) manat və məhkum Təqsirləndirilən şəxs2 60 (altmış) manat tutulub tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-352/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-352/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver