Məhkəmə qərarları › İş №1(099)-353/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-353/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-353/2023 29.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi1 Aslan oğlunun iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş 20 dekbabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 11:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin dərs otağındakı qəhvəyi rəngli dolabın içərisindən bir ədəd sellofan bükümdə ona məxsus 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyrək ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman saat 08 radələrində evə qara masqalı şəxslər daxil olmuş, həmin vaxt evdə ondan başqa arvadı və bacısı da olmuşlar. Qara masqalı şəxslər yataq otağına daxil olaraq onu tutub çölə çıxartmışlar. Əynində şortik və mayka olduğu üçün həyətdə olarkən ona şalvar vermişlər ki geyinsin. Daha sonra onu polis şöbəsinə aparmışlar. Üzərinə narkotik vasitə qoyaraq çəkiliş zamanı ondan soruşulduqda narkotik vasitənin ona məxsus olmasını deməsini tapşırmışlar. O, əvvəlcə razı olmamış, lakin ona təzyiqlər etmişlər, daha sonra arvadımı və bacısını da idarəyə gətirəcəkləri ilə hədələdikləri üçün o məcbur qalaraq etirafedici ifadə vermişlir. Daha sonra polis əməkdaşları evinə baxış keçirmişlər, yaşadığı evdə anasının uşaqları hazırladığı məşğələ otağından bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr ona aid olmamışdır, həmin narkotik vasitələri polis əməkdaşları qoymuşdurlar. Polis şöbəsində ailəsi ilə hədələndiyi, etirafedici ifadə vermədiyi halda ağır çəkidə narkotik vasitələr üzərinə və evinə qoyulmaqla daha ağır ittiham ediləcəyinə dair təhdidlərə məruz qaldığı üçün istintaqın ilk dövründə etirafedici ifadələr vermişdir. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində qeyd etmişdir ki, həqiqətən də narkotik vasitə qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə etmişdir, lakin digər hər hansı bir narkotik vasitə qəbul etməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, tutulan ərəfədə və ondan əvvəl artıq marixuana qəbul etmirmiş. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olduğunu öyrənilmiş və onun yaşadığı ünvana gəlmişlər. Həmin ünvanın yaxınlığında 20 dekabr 2022-ci il tarixdə, saat 08:20 radələrində küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı və videoçəkilişlə şəxsi axtarış aparılmış. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evinə videoçəkilişlə baxış keçirilmiş, evə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin dərs otağındakı dolabın içərisində olan bir ədəd sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilən zaman içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edildi. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkildi, qablaşdırıldı, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 20 dekabr 2022-cü il tarixində səhər 09 radələrində yan qonşuluqda olan ustalara çay vermək üçün evdən çıxmış, ustalara çay verəndə səs-küy eşitmişdir. Yaxınlaşıb çəpərdən baxanda Rəşadgilin həyətində təxminən 12-13 nəfər olduğunu, qara maskalı şəxslərin Rəşadı evin həyətindən küçəyə çıxardıqlarını görmüşdür. Həmin vaxt Rəşadın əynində boz rəngli şort və qara rəngli mayka olmuş, Rəşadı şortikdə evlərinin həyət darvazasına qədər aparmışlar. Həmin vaxt evdən Rəşada şalvar və digər paltarlar verildi, Rəşad geyindirildi və həyətdən çıxarılaraq aparılmışdır. Rəşadın arvadı xəstə olduğundan, spazması olduğundan, ona kömək etmək üçün içəri girmək istəmiş, qara masqalı şəxs başı ilə yox işarəsi etdi və içəri qoymadı. Orada olan şəxslərin üzünü görməmiş, başları örtülü olmuşdur. İş üzrə əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 20 dekabr 2022-cü il tarixində səhər saat 8-9-a işləmiş işə gedirmiş, evdən çıxanda Rəşadın evinin qarşısında masqalı polisləri görmüş, iki nəfər polis əməkdaşının Rəşadın qoluna girmiş, biri belindən tutub aşağı əymişdi, bu qaydada Rəşadın yaşadığı evdən çıxarıldığını görmüşdür. Daha sonra Rəşadı aparıb avtobusa mindirmişdirlər. O, yalnız bunların şahidi olmuş, Rəşadın əynində şalvar, qara mayka olmuşdur. Üstündə boz köynək olmuş, geyinməmiş, əlləri qandallı olduğu üçün üstdən keçirmişdilər. İş üzrə əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 20 dekabr 2023-cü il tarixində səhər 8-9-a işləmiş radələrdə oyaq olmuşdur. Ödündə ağrıları olmuş, anasını həkimə getmək üçün gözləmiş, həmin vaxtı özünə mətbəxdə çay süzmüşdür. Çayı süzüb yataq otağına keçəndə qapının çırpılmasını görmüşdür. Nə baş verdiyini bilməmiş, anasına nəsə olub gəldiyini fikirləşmişdir. Yataq otağından çıxanda qara masqalı şəxslərin üzərinə gəldiyini görmüş, qorxub qapını örtəndə qardaşı oğlu yadına düşmüş, qapını açanda polis olduqlarını, qoxmamaqları demişlər. Üzü açıq olan polis onu tutaraq qolunu burmuş, əlində olan telefonu almış, qışqırdığından, onu qardaşıgilin otağına tərəf itələmişlər. Qardaşının maykasının cırılamasını görmüşdür. Rəşadın əynində boz şalvar, qara mayka, daha doğrusu boz şortik olmuşdur. Rəşadı həmin vəziyyətdə evdən həyətə çıxarmışlar, hava soyuq olduğuna görə, yağış yağdığına görə şalvarı polislərə vermişdir ki, Rəşadı geyindirsinlər. Şalvarın cibin yoxladıqdan sonra vermişdir. İşığın kartı həmişə qardaşının cibində olurmuşdur, ona görə cibin yoxlamışdır. Rəşadın köynəyini də o polislərə vermişdir. Polis içəri girdi, o, üzü açıq polisi yataq otağından itələmişdir, çünki gəlin əynini dəyişirdi. Rəşad əvvəllər nəşə (qurudulmuş marixuana) çəkmək yolu ilə qəbul edirmiş, lakin son vaxtlar tərgitmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 20 dekabr 2022-cü il tarixində səhər saat 8-9-a işləmiş radələrdə baldızının qışqırıq səslərini eşitmiş, düşünmüşdür ki, ödündə problem olduğu üçün ağrısı var, ona görə qışqırır. Gözünü açmağa çalışarkən on nəfərdən artıq qara masqalı şəxslər baldızını da otaqlarına itələyərək otağa daxil olmuşlar. Rəşad səsə oyanıb onlara tərəf getdikdə Rəşadı tutmuşlar. Rəşadın əynində boz şortik və qara mayka var idi. Rəşadı həmin vəziyyətdə evdən çıxarmışlar, bundan sonra üzü açıq olan polis əməkdaşlarından biri Rəşada paltar götürmək üçün otağa girmək istədikdə o qorxaraq qışqırmış, polis də daxil olmamış, ona görə də baldızı Əsmər otağa daxil olmuş, Rəşadın şalvarından kart, vəsiqəni çıxarıb həmin polis əməkdaşına vermiş, həmçinin nazik gödəkcə də vermişdir. Rəşada həmin paltarları artıq evin həyətində darvazanın qarşısında geyindirərək polisə aparmışlar. Polis əməkdaşlarından hündürboylu bir nəfər olmuş, ondan yoldaşını görməyini xahiş edəndə həmin polis ona Rəşadın aparıldığını demiş, evə qayıtmasını tələb etmişlər. 1-2 saat onların evində qalmışlar, hətta o sanitar qovşağına gedən zaman da onlar onu təqib etmişlər. O, həmin günü işə getməli olmuşdur, məktəbdə ingilis dili müəlliməsi işləyir, direktora məlumat vermək üçün telefonunu istəmiş, lakin telefonunu verməmişlər. Qaynanasının telefonunu ona vermişlər və səsi diktofona qoymuşlar. Direktoru ilə danışarkən aydın şəkildə bildirmişdir ki, qara masqalı şəxslər onların həyətindədirlər, yoldaşını aparıblar, onlara evdən çölə çıxmağa icazə vermirlər, ona görə o işə gələ bilməyəcək, 1-2 saat sonra Rəşadı gətirmişdirlər. O, çəkiliş zamanı iştirak etmək istəmiş, lakin ona icazə verməmişlər, darvazadan çölə çıxartmışlar. 20 dəq sonra Rəşadı çölə çıxardıblar, orada görüşmüşlər, Rəşad heç bir günahının olmamasını demiş, sonra Rəşadı aparmışlar. Rəşad əvvəllər narkotiklərdən yalnız marixuananı siqaret kimi çəkməklə qəbul edirmiş, lakin son zamanlar nəşə çəkmirmiş. İş üzrə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, fəhlə kimi işləyir, 20 dekabr 2022-ci il tarixdə saat 07-dən başlayaraq Rəşadın qonşuluğunda olan evdə fəhlə kimi işləmiş, səhər 08 radələrində Rəşad adlı şəxsin masqalı şəxslər tərəfindən evdən çıxardıb apardıqlarını görmüşdür. Rəşadın əynində boz şortik, qara mayka olmasını görmüşdür. Əynində olan qara maykası cırılmış formada olmuşdur. Yalnız Rəşadı evdən aparmaqlarının şahidi olmuş, Rəşadı şortiklə evdən çıxarmışlar, lakin darvaza qapısının yanında olanda kimsə paltar gətirdi, Rəşad geyimini dəyişdirdikdən sonra onu aparmışlar. İş üzrə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısının əridir. 20 dekabr 2022-cü il tarixində evdə olmuşr, saat təxminən 08:30 radələrində Rəşadın anası İradə müəllimə zəng edərək “Rəşadı qara masqalı şəxslər aparıblar, tez gəl”. O, da atası ilə gəlmişdir. Küçəyə girəndə Rəşadgilin evinin qarşısında avtobus və bir neçə nəfər silahlı şəxs görmüşdür. İçəri buraxmamışlar, içəridə olan xanımları sakitləşdirmək üçün onu içəri buraxmasını xahiş etmiş, onu sonra buraxmışlar. Qara masqalı şəxslərdən biri onu kənara çəkmiş, Rəşadın narkotik vasitə ilə məşğul olub olmamsını soruşduqda o, yox cavabını deyərək onun hörmətli bir şəxs olduğunu demişdir. Günorta saatlarında iki nəfər post patrul əməkdaşı gəldikdən sonra, qara masqalı şəxslər getmişdirlər. İş üzrə əlavə şahid qismində dindirilmiş X19 eyni məzmunlu ifadə verərək Əzamət Kərimlinin ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, 20 dekabr 2022-ci il tarixdə müəllimə işlədiyi məktəbdə olan zaman saat 08:20-də telefonuna zəng gəlmiş. Zəng edən qaynının oğlu Gürşad olmuş, telefonda ona “Rəşadı apardılar, tez evə gəl” sözlərini demişdir. Evə gələndə darvazanın qarşısında avtobus, həyətdə isə əlində avtomat olan polisləri görmüş, qapını açmışlar, o, içəri keçmiş içəri, qara masqalı şəxslərdən Rəşadı niyə apardıqlarını soruşmuş onlardan biri ona:”Bizə deyiblər gəlin, aparın, biz də aparmışıq”, demişdir. Təxminən 4 saata kimi qara masqalı şəxslər qalmışlar. Sonra onlar getmiş, iki nəfər post patrul gəlmiş, bir neçə saatdan sonra Rəşadı evə gətirmişlər. Rəşad maşından düşmüş, evə içəri aparmışlar. Bir müddət sonra içəridən çıxmışlar. O, şöbəyə getmiş, şöbənin qarşısında dayanmışdır. Mülki geyimli biri çıxıb “Siz də mənim anam, burda niyə dayanmısız, onsuz heç kimlə əlaqə saxlaya bilməyəcəksiniz, iki gün sonra müstəntiq özü sizinlə əlaqə saxlayacaq”. İş üzrə əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixində səhər saatlarında həyətində usta işləmişdir. Papiros çəkmək üçün çölə çıxan zaman Rəşadın həyətində qara masqalı şəxsləri görmüş, həmin şəxslər Rəşadı evdən çıxararaq həyət darvazasının yanına gətirmişlər, həmin vaxt Rəşad əynində şortik və qara mayka olmuş, sonra Rəşadın əynini geyindirdilib apardılar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli 7/1425 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə” yazılar və imzalar olan ağ rəngli kağız paketdə üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi -11,791 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 11,791 qram, tədqiqata istifadə olundu – 0,02 qram, qalıq 11,771 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat qəpik təşkil edır. İş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 6/7111 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,055 qram olan qəhvəyi rəngli axıcı kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 13,055 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 13,005 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat qəpik təşkil edır. İş materiallarında olan məhkəmə tibbi- ekspertizasının 18 yanvar 2023-cü il tarixli 594/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səhətində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə tibbi- ekspertizasının 05 yanvar 2023-cü il tarixli 4806/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli 7740 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiodlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Gürşadlı X5 xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli videoçəilişlə aparılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 08:20-də ünvan 1 ünvanın yaxınlığında olan zaman saxlanılaraq Ağcabədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli videoçəilişlə aparılmış «evə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin dərs otağındakı qəhvəyi rəngli dolabın içərisindən bir ədəd sellofan bükümdə 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 15% islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 40.3 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində başlanmış cinayət təqibinə Ağcabədi RPŞ-də xitam verilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli «Respublika Psixtariya Xəstəxanası» Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli «Respublika Narkoloji Mərkəz» Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 01 mart 203-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərardan gbrünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli yaşayış yeri, ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən, doğum və nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Gürşadlı X12 şəhəri, H.Hacıyev küçəsi ev 133-də qeydiyyatda olmaqla yaşayır, ilə tərkibi arvadından və xx.xx.2019-cü il təvəllüdlü X18 adlı azyaşlı uşağından ibarətdir, yaşadığı müddətdə ictimaiyyət arasında özünü səmimi aparmış, qonşuları və yoldaşları arasında hörmət qazanmışdır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli «maddi sübut kimi tanınma haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 13,005 qram çəkidə narkotik vasitə heroin və 11,771 qram narkotik vasitə qurudulmuş marixuanna maddi sübut kimi tanınmış saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, şəxsi axtarış və götürmə, baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli «cinayət işi üzrə materialların ayrılması haqqında» qərarla Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən ayrıca material ayrılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilməsi xüsusatı üzrə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın (13,055 qram heroin narkotik vasitəsi münasibətində) irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd «Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra onun üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə təqdim etmişdir. Qeyd edilməsi zəruridir ki, həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmədə verdiyi ifadəsində əməliyyatda iştirak edən polis əməkdaşı Şahid3 göstərmişlər ki, Təqsirləndirilən şəxs yeri əməliyyat qrupu tərəfindən müəyyən edilərək xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən evin yaxınlığında küçədə saxlamışlar. Göründüyü kimi itiham tərəfininin əsas şahidi olan polis əməkdaşı Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Hacıyev küçəsinda yaşadığı evin yaxınlığında küçədə saxladıqlarını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş onunla qohumluq və ya digər yaxınlıq münasibətləri olmayan qonşuları- X2, X17, X14, qonşu həyətdə fəhlə işləyən X10 həm ibtidai istintaq, həmdə ki, məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Hacıyev küçəsində deyil, yaşadığı evindən, konkret olaraq isə H.Hacıyev küçəsi, 133 ünvanında yerləşən yaşadığı evindən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayarkən əynində qısa şort olmuş, sonra ona şalvar geyindirdikdən sonra polis şöbəsinə aparmışlar. Həmçinin, təqsirləndirilən şəxsin bacısı X13 və arvadı X1 eyniliklə həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişlər ki, 20 dekabr 2022-ci il tarixdə, səhər saat 8 radələrində Təqsirləndirilən şəxs küçədə deyil, yaşadığı evdə yatan zaman polis əməkdaşları tərəfindən evin içində saxlanılaraq əynində qısa şortla həyətə çıxarılmış, ona şalvar geyinməyə imkan yaradılmış, bu səbəbdən də bacısı Rəşadın cins şalvarını polis əməkdaşına təqdim etmişlər, şalvarı verməmişdən əvvəl isə bacısı şalvarın cibindən plastik kartları götürmüş və cibləri boş vəziyyətdə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində qısa şort olmasını yuxarıda adları çəkilən qonşular və qonşuluqda fəhlə kimi işləyən İlkin Fətəliyev də təsdiq etmişdir. Bu Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni onun küçədə deyil, yaşadığı evdən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi, üzərində narkotik olmaması, polis əməkdaşları tərəfindən daha ağır çəkidə narkotik qoyularaq daha ağır ittiham oluna bilməsinə görə istintaqın ilk dövründə etirafedici ifadə verməsi halların həqiqət ola bilməsi ilə bağlı məhkəmədə əsaslı ehtimallar, ittihamda qeyd olunan heroin narkotik vasitəsinə münasibətdə isə halların həqiqət olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında “Şəxsi axtarışın keçirilməsi” barədə 20 dekabr 2022-ci il tarixli protokol mötəbərliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən üzərinə və ya evinə ağır çəkidə narkotik qoyularaq daha ağır ittiham olunacağı deyilməsinə görə Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında viddeoçəkiliş zamanı narkotik vasitə heroinin ona məxsus olmasını deməsi halı xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulamaqla hesab edir ki, bu halların həqiqət olması ehtimalları öz təsdiqini tapır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı geyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatda, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən heroin aşkar edilməsi xüsusatı üzrə özünə qarşı alınmış ilk ifadələri hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında keçirilən “Şəxsi axtarış keçirilməsi barədə” 05 dekabr 2022-ci il tarixli protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadələrinin mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədə-qorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). İş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, o, üzərində heroin olmasına dair etirafedici ifadələr vermiş, lakin ibtidai istintaqın sonrakı mərhələsində üzərində hər hansı bir narkotik vasitə olmadığınıa dair ifadə vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərindən heroin aşkar edilməsi xüsusatına münasibətdə özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli (20 dekabr 2022-cü il tarixli) və təqsirləndirilən şəxs qismində ( 21 dekabr 2022-ci il tarixli) dindirilmə protokollarından görünür ki, hər iki halda orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda verdiyi ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmdə bir daha əsaslı şübhələr yaradır ki, bu ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 20-21 dekabr 2022-ci il tarixli ifadələri həmçinin bu əsasa görədə mötəbər sübut kimi qəbul etmir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr, Təqsirləndirilən şəxs cibindən heroin narkotik vasitəsi aşkar edilməsi xüsusatına münasibətdə mötəbər olmadığından, təqsirləndirilən şəxsin cibindən narkotik vasitə aşkar edilməsinə münasibətdə təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə Təqsirləndirilən şəxs cibindən heroin aşkar edilməsi xüsusatına dair hissədə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan həmin hissədə (heroinə münasibətdə) sübut kimi qəbul edilə və ittihamın əsasını təşkil edə bilməz. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 6/7111 saylı rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli 7896 saylı ambulator məcburinarkoloji tibbi yoxlama, həmçinin məhkəmə tibbi- ekspertizasının 05 yanvar 2023-cü il tarixli 4806/K saylı rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabioid” aşkar edilmişdir. Təqsirləndirilən şəxs Kannabiodlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Gürşadlı X5 xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəylər heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Göründüyü kimi, qeyd olunan rəylər Təqsirləndirilən şəxs opioidlərdən deyil (heroin və digər narkotik vasitələr), əksinə tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabioid” aşkar edilmişdir. Bu hal da, onun heroindən deyil ifadəsində göstərdiyi kimi, qurudulmuş marixuanadan istifadə etdiyini bir daha təsdiq edir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda üzərindən 13,055 qram narkotik vasitə heroin aşkar edilməsi xüsusatı sübuta yetirilməməsinə görə ittihamdan həmin bənd çıxarılmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs yaşadığı evdən ona məxsus 11,791 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi xüsusatı üzrə hesab edir ki, həmin narkotik vasitə həqiqətən də Təqsirləndirilən şəxs məxsus olmuşdur. Bu hal həm qismən öz ifadəsi (qurudulmuş marixuanadan istifadə etməsi bildirmişdir), həm digər şahid ifadələri, baxış protokolu, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabioid” aşkar edilməsi də, evindən aşkar edilmiş qurudulmuş marixuananın ona məxsus olmasını bir daha təsdiq edir. Lakin, məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı yalnız ittihamda satış məqsədini hər hansı bir sübuta deyil, ehtimallara əsaslanaraq irəli sürmüşdür. İbtidai araşdırma orqanı narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyinin aşkar olunması, narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X15rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X25 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X22rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Raşad GÜrşadlıya qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Rəşad Güşadlıya qarşı elan olunmuş ittiham üzrə sonuncunun təqsirliliyi üzərindən 13,055 qram narkotik vasitə heroin aşkar edilməsi xüsusatı sübuta yetirilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, özünə məxsus narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda üzərindən 13,055 qram narkotik vasitə heroin aşkar edilməsi xüsusatı sübuta yetirilməməsinə görə ittihamdan həmin bənd çıxarılmalı, yaşadığı evdən isə ona məxsus 11,791 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi xüsusatı üzrə törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Eyni zamanda hazırki cinayət işi üzrə Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında keçirilən 20 dekabr 2022-ci il tarixli şəxsi axtarışa aid olan 13,055 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi faktı üzrə materiallar araşdırılaraq hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmin material üzrə maddi sübut olan müvafiq ekspertiza tədqiqatından sonra qalıq 13,005 qram heroin narkotik vasitəsinin DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Marixuana-Kannabis» olan maddə narkotik vasitədir, onun qurudulmuş halda 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu, gənc olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən onun 20 dekabr 2022-ci il tarixdən 29 noyabr 2023-cü il tarixdək həbsdə olduğu 11 ay 9 gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 357.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum edilməklə ittiham hökmü çıxarıldığından onun barəsində seçilmiş “həbs”növündə qətimkan tədbiri ləğv edilməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olub – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 13,005 qram çəkidə narkotik vasitə heroin mənbə etibarına əsasən həmin idarədə saxlanılmalıdır. İş üzrə məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 6/7111 saylı rəyinə əsasən aparılmış ekspertiza xərcinin dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 11,771 qram narkotik vasitə qurudulmuş marixuanna məhv edilməli, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması protokollarını özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 ay 9 gün azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdən 29 noyabr 2023-cü il tarixdək həbsdə 11 ay 9 gün müddət ona təyin edilmiş 11 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı istintaq təcridxanasından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 11,771 qram narkotik vasitə qurudulmuş marixuanna məhv edilsin. Hazırki cinayət işi üzrə Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında keçirilən 20 dekabr 2022-ci il tarixli şəxsi axtarışa aid olan 13,055 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi faktı üzrə materiallar araşdırılaraq hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, həmin material üzrə maddi sübut olan müvafiq ekspertiza tədqiqatından sonra qalıq 13,005 qram heroin narkotik vasitəsinin DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması nəzərə alınsın. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması protokollarını özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 6/7111 saylı rəyinə əsasən aparılmış ekspertiza xərcinin dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmasın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar