Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-353/2024 24.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X4 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4-da qeydiyyatda olmaqla yaşamış, 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 4(049)-226/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Mirsalayev küçəsi, dalan 2, ev 10-da qeydiyyatda olmaqla, ünvan 4-da yaşayan, 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 25 avqust 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 91-də qeydiyyatda olmaqla ünvan 4-da yaşamış, 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 4(049)-218/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayında Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş dəqiq vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 10 (on) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,165 qr; 0,194 qr; 0,240 qr; 0,247 qr; 0,196 qr; 0,711 qr; 1,116 qr; 0,774 qr; 0,213 qr; və 0,196 qr; olmaqla, ümumi təmiz çəkisi 4,052 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, 25 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri, Koroğlu küçəsində həmin narkotik vasitə heroinin 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram və 0,196 qram olmaqla, cəmi təmiz çəkisi 0,409 qramını 10 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs3 və 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,711 qram, 0,774 qram və 1,116 qram olmaqla, cəmi təmiz çəkisi 2,601 qramını 50 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, qalan 5 bükümdə, cəmi 1,042 qram çəkidə olan hissəsini isə satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 25 iyul 2023-cü il tarixdə keçirdikləri əməliyyat tədbirləri zamanı, özü həmin gün saat 12 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən 5 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,165 qr; 0,194 qr; 0,240 qr; 0,247 qr; və 0,196 qr; olmaqla, ümumi təmiz çəkisi 1,042 qram olan narkotik vasitə heroin əynində olmuş şalvarın arxa sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 14:10 radələrində Hacızadə X6 şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs1 aldığı 2 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram və 0,196 qram olmaqla, ümumi təmiz çəkisi 0,409 qram olan narkotik vasitə heroin əynində olmuş qısaqol donun sağ qol hissəsindən aşkar edilib, qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin nəticəsi olaraq həmin tarixdə saat 15:10 radələrində Həsənov X3 şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs1 aldığı, 3 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,711 qr; 0,774 qr; və 1,116 qr; olmaqla, ümumi təmiz çəkisi 2,601 qram olan narkotik vasitə heroin əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 25 iyul 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri, Koroğlu küçəsində 10 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs1 Ramazan oğlundan xeyli miqdar hesab edilən - 02 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,213 qram, -0,196 qram, ümumi təmiz çəkisi -0,409 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə, saat 14:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu ünvan 2 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli donun sağ qol hissəsindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il saat 11:40 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində tanışı Təqsirləndirilən şəxs1 50 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdar hesab edilən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,711 qram; -1,116 qram; -0,774 qram, ümumi təmiz çəkisi 2,601 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 25 iyul 2023-cü il tarixdə saat 15:10-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran şəhəri, Koroğlu küçəsi ərazisində yaşadığı evinin yaxınlığında saxlanılaraq Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26 ünvanında yerləşən Lənkəran ŞRPŞnə gətirilmiş, şöbədə üzrərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən kağıza bükülmüş həmin çəkidə və bükümlərdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək onlara həmin maddələr ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxslər və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirlilikləri təsdiq olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü ildə səhər saat 07-08 radələrində evdə yatdığı zaman səsküy eşidib ayılanda polis əməkdaşlarının evə girdiklərini görmüşdür. Polis əməkdaşları evdə axtarış etmişlər, ancaq evdən heç nə aşkar edə bilməmişlər. Sonra onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində onlara fiziki təzyiqlər etmişlər. Polis əməmkdaşları ona “onsuzda narkomansan narkotik vasitə istifadə edən kimi sənin işini sənədləşdirək, Xəyaləni və qardaşın Cavidi buraxacağıq” demişlər, polis əməkdaşları qarşısına 5 büküm narkotik vasitə qoymuşlar və “bununla razılaş” demişlər, o da məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Polis şöbəsində onu Əlvan, Səbuhi və Pərvin adlı əməliyyatçılar döymüşlər. Sonra otağa Faiq adlı əməliyyatçı da gəlmişdir. İş materiallarında yazıblar ki, polis əməkdaşları guya onu saat 12-də tutmuşlar, saat 11:40da Təqsirləndirilən şəxs2 narkotik vasitə satmışdır. Saat 07:30-da polis şöbəsində olmuşdur. Polis şöbəsində ola-ola Mürtəzaya və Xəyaləyə narkotik vasitə satması axı necə ola bilərdi. Təqsirləndirilən şəxs3 guya nahar vaxtı saat 14 radələrindən sonra, Mürtəzanı isə guya saat 15 radələrindən sonra tutmuşlar. Onun və Mürtəzanın üzərində mobil telefonlar olmuş, həmin telefonların anten dairəsinin çıxarışlarını əldə edə bilərsiz. Xəyalənin ayağında “qolbağ” olub, əgər sorğu verilsə, onların nə vaxt polis şöbəsinə aparıldıqlarını müəyyən etmək olar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində olan telefon şəxsi axtarış keçirilən zaman otaqda olan stolun üstündə olmuşdur. Onu çəkilişə əlavə etməmişlər. Həmin vaxtı telefona da zəng gəlmiş, əməliyyatçı Əlvan telefona cavab vermişdir. Saat 09 radələrində telefonuna dostları zəng etmişlər. Həmin gün işə getmədiyi üçün zəng etmişlər. Hər gün bazara gedərək, orada fəhləlik edirdi. Xəyaləyə və Mürtəzaya narkotik vasitə satmamışdır. Hər biri ilə ayrı-ayrılıqda narkotik vasitə istifadə etmişdir. Qardaşı Cavid narkotik vasitə istifadə etdiklərini bilməmişdir. O, Xəyalə və Cavid evin 2-ci mərtəbəsində, Mürtəza isə evin 1-ci mərtəbəsində qalmışdır. Mürtəza onların evində kirayə qalmışdır. Mürtəza kirayə qaldığı üçün ayda 50 manat pul vermişdir. İstifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş, telefon nömrəsi öz adına olmamışdır. Polis əməkdaşları evlərinə daxil olanda dördü də evdə olmuşlar, o, evin ikinci mərtəbəsində, Mürtəza isə evin birinci mərtəbəsində yatmışdır. Xəyalə durub yemək bişirirmiş, Cavidin isə hansı vəziyyətdə olmasını bilməmişdir. Polis əməkdaşları onların dördünü də evdən götürüb polis şöbəsinə aparmışlar. Xəyalənin telefonu olmamış, amma Xəyalənin ayağında “qolbağ” olmuşdur. Polis şöbəsində Səbuhi adlı polis əməkdaşı və digərləri onu döymüşlər. Polis əməkdaşları adamın bədəninin hansı yerlərinə zərbə vurmalarını bilirlər, bədənində xəsarət yox idi. Onu sanksiyaya aparanda da bədənində xəsarət olmamışdır. Polis əməkdaşları onu elə şantaj etmişlər ki, deyiləsi deyil. Polis şöbəsinə onları saat 07- 08 radələrində aparmışlar. Telefonu yatdığı yerdə yanında olmuşdur, polis əməkdaşları həmin telefonu götürmüşlər. Polis şöbəsinə aparılarkən telefonu üstündə olmuşdur. Şəxsi axtarış zamanı telefon əməliyyatçıların stolunun üstündə olmuş, çəkiliş zamanı onun telefonunu ortaya qoymamışlar. Polis əməkdaşları həmin telefonu ona qaytarmamışlar. Yaşadıqları ev, ünvan 4 ünvanında yerləşir. Yaşadığı ev ilə polis şöbəsinin arasında maşınla getdikdə 10 dəqiqəlik məsafə var. İş materiallarında yazılıb ki, guya o, bir gün qabaq 10 büküm narkotik vasitə almışdır. Özü narkotik vasitə qəbul edəndi, narkotik xəstəsidir, guya aldığı narkotik vasitənin 5 bükümünü satmış, 5 bükümü ilə isə səhər tutulmuşdur. Guya saat 11:40-da Mürtəzaya narkotik satmış, Mürtəza da həmin narkotik vasitəni evə qoymayıb üstündə gəzdirmişdir. Yaşadıqları küçənin bu başından, o başına kimi 15 dəqiqəlik yoldur. Əgər Mürtəzaya saat 11:40-da mal satmışdırsa, onda Mürtəza saat 4-ə işləmişə qədər küçədə qalıb ki, polislər gəlib onu tutsunlar? Üzərindən aşkar olunmuş 5 büküm narkotik vasitə onun olmamışdır. Polis əməkdaşları onu döymüşlər, döyülməyə dözə bilməyərək, narkoman olduğu üçün onların dedikləri ilə razılaşmışdır. Bakı İstintaq Təcridxanasına daxil olanda bədənində xəsarət aşkar olunmamışdır. Polis əməkdaşları ona təzyiq etdikləri üçün etirafedici ifadələr vermişdir. Mürtəzaya və Xəyaləyə narkotik vasitə satmamışdır. Polis əməkdaşları ona sanksiya zamanı məhkəmədə, “ona qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməməsi, döyülməməsi, hər hansı zor tətbiq olunmaması barədə ifadə verməsini” demişlər. Həmçinin polis əməkdaşları ilə ona görə razılaşmışdır ki, polis əməkdaşları Xəyaləni buraxacaqlarını demişdilər. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, polis əməkdaşları onu evdən aparmışlar, həmin vaxtı yatılı olmuş, onu əməliyyatçı Ruhid yuxudan oyatmışdır. Həyətə düşəndə Faiq müəllimin ağacdan armud dərib yediyini görmüşdür. Üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşlarından Ruhid, Əlvan, Səbuhi və digər şəxslər evin içərisində olmuşlar, Faiq müəllim isə həyətdə qalmışdır. Şahid2 onlar saxlanılan zaman orada olmamışdır. Həmin vaxtı Şahid2 avtomaşınını avtomobil təmir sexində təmir etdirmişdir. Şahid2 yalnız üzərinə baxış keçirilən zaman videoçəkilişdə iştirak etmişdir. Onlar saxlanılıb polis şöbəsinə gətirildikdən sonra Şahid2 Əhməd Səmədov adlı bir nəfəri saxlayıb polis şöbəsinə gətirmişdir. 25 iyul 2023-cü ildə səhər saat 07-08 radələrində Şahid4 digər polis əməkdaşları ilə birlikdə evlərinə gəlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə səhər saat 07-08 radələrində polis əməkdaşları yaşadıqları Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən 29 saylı evə gəlmişlər. Evə və üzərinə baxış keçirtmişlər. Heç bir şey aşkar edilməmişdir. Onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində də üzərindən heç nə aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, birinci Ceyhunu tanımış, sonra Mürtəzanı tanımışdır. Ceyhunla qeyri-rəsmi olaraq bir yerdə yaşamışlar. Ceyhun da narkotik vasitə istifadə edirdi. Özü az miqdarda narkotik vasitə qəbul etmişdir. Özü üçün istifadə etdiyi narkotik vasitəni “Kiçik bazar” ərazisində əldə etmişdir. Ceyhunun öz istifadəsi üçün narkotik vasitəni haradan əldə etməsini bilməmişdir. Mürtəza da onların qaldığı evdə yaşamışdır. Ceyhunun qardaşı Cavid də onlarla birlikdə yaşamışdır. Hadisə günü polis əməkdaşları onların dördünü də polis şöbəsinə aparmışlar. Evin ikinci mərtəbəsində Ceyhunla bir otaqda, digər otaqda Cavid, Mürtəza isə evin birinci mərtəbəsində yaşamışdır. Ceyhun ona pulsuz və ya pul ilə istifadə etmək üçün narkotik vasitə verməmişdir. Ceyhunla birlikdə narkotik vasitə istifadə etməmişlər. Evə gələn polis əməkdaşlarının adları yadında qalmamışdır. Polis əməkdaşları evə gələndə Ceyhun yatmış, özü isə oyaq olmuşdur. Polis əməkdaşları onu ayrıca PPX maşınında polis şöbəsinə aparmışlar. Ceyhunu, Cavidi və Mürtəzanı hansı maşınla polis şöbəsinə apardıqlarını bilməmişdir. Polis əməkdaşları evdə axtarış aparmışlar. Evdən heç nə aşkar etməmişlər. Polis şöbəsində üzərindən heç nə aşkar edilməmişdir. Polis əməkdaşları onu məcbur etdikləri üçün, Ceyhunun ona iki bükümdə narkotik vasitə satmasını demişdir. Polis əməkdaşlarının onu necə məcbur etmələrinin növünü izah edə bilməmişdir. Polis əməkdaşlarının onu məcbur edib, narkotik vasitəni Ceyhundan almasını deməsinin, digər şəxslərin adlarının nə üçün çəkilməməsinin səbəbini bilməmişdir. İstintaq zamanı verdiyi ifadələrini məcburiyyətdən vermiş, həmin ifadələri təsdiq etməmişdir. İttiham aktı ilə tanış olmuş, yazılanların heç biri doğru deyildir. Onlar arasında üzləşmə aparılmamışdır. Şəxsi axtarış zamanı guya üzərindən aşkar olunan narkotik vasitəni, ona əməliyyatçı vermiş, ancaq həmin əməliyyatçının adını bilməmişdir. Mürtəzanın Ceyhundan narkotik vasitə almasının və Mürtəzanın Ceyhunla birlikdə narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, polis şöbəsinə gedəndə üzərində telefon olmamış, həmin vaxtı telefon işlətməmişdir. Əvvəllər telefonu olmuş, son zamanlar telefonu olmamışdır. Telefonu olmayanda da “Kiçik bazar” ərazisində özünə narkotik tapmışdır. Saxlanılandan sonra iki gün polis şöbəsində qaldığı müddətdə də “qolbağ” ayağında qalmışdır. Şahid8 onu küçədə saxlamamış, o da polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ittiham aktında yazılanların hamısı olmuş hadisələrin əksinə yazılmışdır. İttiham aktında saat fərqləri vardır. Müstəntiqə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 evinin birinci mərtəbəsində 50 manata kirayədə qalmışdır. Müstəntiq isə yazıb ki, 50 manata Ceyhundan narkotik vasitə almışdır. Onu əvvəl iki büküm narkotik vasitə ilə sənədləşdirmək istəmişlər. Onu yüngül formada döymüşlər, amma təsirləri çox olmuşdur. Özü iki növbəli maşın yuma məntəqəsində işləmişdir. 25 iyul 2023-cü ildə səhər saat 8-ə işləmiş Ceyhunun evinin birinci mərtəbəsində yatdığı otağa əməliyyatçı Əlvan daxil olmuşdur. Əlvan ona çəkiliş olduğunu demişdir. Əlvan onu buraxıb otaqdan çıxmışdır. Yenidən Səbuhi müəllimin iştirakı ilə geri qayıtmışdır. Əməliyyat onun əməliyyatı olmayıb, Ceyhunun əməliyyatı olmuşdur. Polis əməkdaşları Ceyhunun yaşadığı evə özləri şəxsi maşınları ilə gəlmişdilər. Sonradan oraya PPX-nin iki maşınını çağırmışlar və onları evdən polis şöbəsinə aparmışlar. Polis əməkdaşları ona “bizim dediyimizlə razılaşmasan 1 kq narkotik vasitə ilə sənin işini sənədləşdirəcəyik” demişlər. Məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona sənədlərə imza etdirmişlər, o da razılığını vermişdir. Videoçəkilişdə də etiraf etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onu Cavid Səlimovla birlikdə PPX-nın maşınında polis şöbəsinə aparmışlar. Şöbədə üzərindən heç nə aşkar olunmamışdır. Üzərində telefonu, yaddaş kartı, şəxsiyyət vəsiqəsi və 2 ədəd pul kartı olmuşdur. Üzərində olan əşyalar polis şöbəsində olmuş, şəxsi axtarış zamanı onları göstərməmişlər. Şöbəyə gətiriləndə telefonu üstündə olmuşdur. Telefon nömrəsi ***-***-**- ** olmuşdur. 25 iyul 2023-cü ildə saat 15:10-da Koroğlu küçəsində olmamış, çünki həmin vaxtı polis şöbəsində olmuşdur. Saxlanılan zaman üzərində hər hansı bir miqdarda narkotik vasitə olmamışdır. Ümumiyyətlə Ceyhundan pul ilə və ya pulsuz narkotik vasitə almamışdır. Onlar ayrı-ayrılıqda narkotik vasitə alıb istifadə etmişlər. Elə olurdu ki, işlədiyi yerdə müəyyən adamlardan alıb istifadə etmişdir. Elə də olurdu ki, birlikdə pul qoyub narkotik vasitə alıb istifadə etmişlər. Bakı İstintaq Təcridxanasına daxil olanda bədənində xəsarət olmamışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, telefonu, pul qabı və şəxsiyyət vəsiqəsi hal-hazırda Şahid4dir. Şahid4 “VAZ-2107” markalı, ağ rəngli öz şəxsi maşını ilə Ceyhungilə gəlmişdir. Ceyhunun evinin 25-30 metr yaxınlığında dövlətin müşahidə kamerası olmuşdur. X22 Rzazadənin maşınında qabaqda oturmuşdur. Şahid4 öz maşınını Ceyhunun qapısının ağzında saxlamışdır. Şahid5 Ceyhunun evində olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. 25 iyul 2023-cü il tarixdə “raport”la ŞRPŞ-nin rəisinə müraciət etmişdir. ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis baş leytenantı Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri Koroğlu küçəsində saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən plasmas qabın içərisindən göy rəngli kağıza bükülmüş beş bükümdə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən Lənkəran şəhəri, 3 nömrəli məktəbin yaxınlığında 20 manata almışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, digər təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Digər şəxslərin Təqsirləndirilən şəxs1 əvvəl və ya sonra saxlanılmaları barədə bilməmişdir. Ceyhunla Xəyalənin münasibətinin olması barədə məlumatı olmamışdır. Həmin gün Ceyhunun qardaşı Cavidin saxlanılmasında iştirak etməmişdir. Şöbənin digər əməkdaşlarının Cavidi də saxladıqlarını bilmişdir. Digər şəxslərin həmin gün saxlanılmasını bilməmişdir. Eşitdiyinə görə 4 nəfər bir ünvanda yaşayırmışlar. Təqsirləndirilən şəxs1 Koroğlu küçəsində qapısının ağzında saxlamışlar, evinə daxil olmamışlar. Təqsirləndirilən şəxs1 evinə baxış keçirməmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 tək olmuş, həmin vaxtı gündüz olmuş və hava isti olmuşdur. Əgər onları evdə qrup halında saxlasaydılar onları qrup şəkilində sənədləşdirərdilər. Məlumat Ceyhun barəsində olduğu üçün onu tək saxlamışlar. Təqsirləndirilən şəxs1 saat 12 radələrində saxlamışlar. Səhər saat 07-08 radələrində Koroğlu küçəsində olmamışlar, saat 09-da işə başlayırlar. Ceyhunu saxlayanda üzərində ***-***-**-** nömrəli mobil telefon olmuş, digər nömrə olmamışdır. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1 narkotik vasitələri qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri, Koroğlu küçəsində saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən plasmas qabın içərisindən göy rəngli kağıza bükülmüş beş bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bir gün əvvəl narkotik vasitəni tanımadığı şəxsdən Lənkəran şəhəri 3 nömrəli məktəbin yaxınlığında 20 manata almışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 kiməsə narkotik vasitə satması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 Koroğlu küçəsində saat 12 radələrində hərəkətdə olarkən saxlamışlar. Səhv etmirsə, dəqiq yadında qalmayıb qardaşı da yanında idi. Təqsirləndirilən şəxs1 qardaşını onlar şöbəyə aparmamışlar. Onu başqa əməkdaşlar saxlayıblar. Təqsirləndirilən şəxs1 polis şöbəsində döyən, incidən olmamışdır. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Sənədləşmə zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupunda o, Şahid1 və Şahid2 birlikdə olmuşlar. Həmin gün saat 12 radələrində üçü də bir yerdə olmuşlar. İstifadəsində ***-***-**- ** nömrəli mobil telefon olmuşdur. Səhər saat 07-08 radələrində Koroğlu küçəsində olmamışlar. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə günün 1-ci yarısında şöbəyə əməliyyat məlumatı daxil olduğu üçün rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid1 və Şahid3 daxil edilmişdir. Saat 12 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində Təqsirləndirilən şəxs1 görüb ona yaxınlaşıb özlərini təqdim edib onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 şalvarının arxa cibindən narkotik vasitə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bir gün əvvəl narkotik vasitəni üzdən tanıdığı şəxsdən Lənkəran şəhəri 3 nömrəli məktəbin yaxınlığında 20 manata almışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, həmin gün saat 07-08 radələrində Koroğlu küçəsində olmamışdır. İstifadəsində ***-***-**-** nömrəli mobil telefonu olmuşdur. Təqsirləndirilən şəxs1 saxlayıb polisə gətirəndən sonra məlumat daxil olmuşdur ki, axtarışda olan Əhməd Səmədov adlı şəxs polisə yaxın ərazidədir. Dərhal gedib Əhməd Səmədovu saxlayıb polis şöbəsinə gətirmişdir. Həmin şəxsin saxlanılması ilə bağlı protokol da tərtib etmişdir. Onlar Təqsirləndirilən şəxs1 yaxınlaşanda sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs1 Koroğlu küçəsində yaşayırdı, ancaq Təqsirləndirilən şəxs1 evində kiminlə yaşamasını bilməmişdir. Həmin ərazi onun xidməti ərazisi olmamışdır. Təqsirləndirilən şəxs1 saxlayan zaman qeyd etdiyi mobil nömrə üstündə olmuşdur. Təqsirləndirilən şəxs1 evinə daxil olmamışlar. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü ildə Təqsirləndirilən şəxs2 narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan şöbə rəhbərliyinə məruzə olunduqdan sonra Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Koroğlu küçəsində görüb ona yaxınlaşıb şöbəyə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 3 bükümdə narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 almışdır. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əvvəl tutulmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılan gün saat 07-08 radələrində Təqsirləndirilən şəxs1 evində olmamışlar. Təqsirləndirilən şəxs2 həmin gün saat 15 radələrində Koroğlu küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs2la bağlı məlumat ona daxil olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılandan sonra Təqsirləndirilən şəxs2 barədə onlara məlumat verməmişdir. Mürtəza barəsində ona ayrıca məlumat daxil olmuşdur. İstifadəsində ***-***-**-** nömrəli mobil telefon nömrəsi olmuşdur. Digər polis əməkdaşları ilə birlikdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 saxlanılması üçün Koroğlu küçəsinə getməmişdir. Təqsirləndirilən şəxs2 yalan deyir, onu Ceyhungilin evindən, onlarla birlikdə polis şöbəsinə aparmamışlar. Təqsirləndirilən şəxs2 üzərində telefon olmamışdır. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü ildə əməliyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs2 narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. O, Şahid4 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Təxminən saat 15-16 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Koroğlu küçəsində saxlayıb polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı adını xatırlamadığı “Səlimov” soyadlı şəxsdən 3 bükümdə narkotik vasitə olan heroini 50 manata aldığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs2 saxlamışlar. Saxlanılan şəxslərin bir evdə yaşamalarını bilməmişdir. Təqsirləndirilən şəxs2 yol kənarında saxlamışlar. Əməliyyat tədbiri onun olmadığı üçün Təqsirləndirilən şəxs2 ilə o qədər də maraqlanmamışdır. Saat 15-16 radələrində Təqsirləndirilən şəxs2 saxlamışlar. Tədbir Şahid4 olmuş, əməliyyat qrupuna özü və Şahid6 daxil edilmişdir. Ümumilikdə tədbirdə 3 nəfər iştirak etmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs2 Koroğlu küçəsində yolun kənarında asta-asta hərəkət edən zaman saxlamışlar. 25 iyul 2023-cü il tarixdə istifadəsində ***-***-**-** mobil nömrəli telefonu olmuş, bir mobil nömrəsi olmuşdur. Əməliyyat qrupu yaradılandan sonra şöbədən çıxanda Ceyhunu və Xəyaləni orada görməmişdir. Əməliyyat zamanı çox vaxtlar mobil telefonlarını otaqda qoyub getmişlər. Təqsirləndirilən şəxs3 saxlanılmasında iştirak etməmişdir. Dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü ildə əməliyyat müvəkkili Şahid7 Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs3 şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman, üzərindən iki bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 iki büküm heroini istifadə məqsədi ilə Koroğlu küçəsində yaşayan Ceyhun adlı şəxsdən əldə etmişdir. Verilmiş suallara cavab olaraq Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 saat 14-15 radələrində Koroğlu küçəsində X14 İdarəsinin yaxınlığında saxlamışlar. Xəyaləni şöbəyə gətirdikdən sonra təhqiqatçı müdafiəçi dəvət etmiş, təxminən 30 dəqiqə ərzində müdafiəçi şöbəyə gəlmişdir. Müdafiəçinin polis şöbəsinə saat neçədə gəlməsini dəqiq deyə bilməmişdir. Ədliyyə Nazirliyinin Probasiya baş İdarəsinin məlumatında Xəyalənin ayağında olan “qolbağın” elektron göstəricisinin saat 07 radələrindən sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi Tofiq İsmayılov küçəsində stabil olaraq qalması barədə bir söz deyə bilməmişdir. Xəyaləni saat 14-15 radələrində Koroğlu küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan saxlamışlar. Həmin əməliyyat məlumatı əməliyyat müvəkkili Şahid7 daxil olmuşdur. O, yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. Digər təqsirləndirilən şəxslər barəsində məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 yaşadığı evə getməmişdir. Ceyhunla Xəyalənin bir yerdə yaşadıqlarını bilməmişdir. Koroğlu küçəsi onlara təhkim olunmamışdır. Koroğlu küçəsində yaşayanları tanımışdır. Saxlanılan şəxslərin üçünü də tanımışdır. İstifadəsində ***-***-**-** mobil nömrə olmuş, başqa mobil nömrəsi olmamışdır. Həmişə bu nömrə istifadəsində olmuşdur. Ceyhunun evinin qonşuluğunda yaşamışdır. Dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, əvvəllər polis əməkdaşı işləsə də, səhhəti ilə əlaqədar işdən azad olunmuşdur. Hadisədən uzun müddət keçdiyindən tarixini və hadisəni dəqiq xatırlamamışdır. Yay ayları olmuş, nahar fasiləsindən sonra əməliyyatçı Şahid7 ona zəng edərək onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gələrək təhqiqatçının otağında Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman orada iştirak etmişdir. Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs3 saxlanılmasında və onun polis şöbəsinə gətirilməsində iştirak etməmişdir. Verilən suallara cavab olaraq Şahid9 bildirmişdir ki, əməliyyatçılarla kiminsə, o cümlədən Təqsirləndirilən şəxs3 saxlanılmasına getməmişdir. Müstəntiq tərəfindən yazılmış ifadəsini oxumamışdır. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Lənkəran ŞRPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və üzərində gəzdirməsi ilə məşğul olması barədə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs3 cinayət əməlini ifşa etmək məqsədilə Şahid7 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid8 və polis leytenantı Şahid7 iştirak etmişlər. 25 iyul 2023-cü il tarixdə günorta saat 14:10 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 Lənkəran şəhəri, Koroğlu küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Emil Baxışov tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Əbdülhəsən Əzimov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan qısaqol paltarının sağ qol hissəsindən iki ədəd kağız bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, kəskin qoxulu, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 ilə apardıqları şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir. Həmin bükümləri Lənkəran şəhəri, Koroğlu küçəsində, həmin küçədə yaşayan Ceyhun adlı şəxsdən ümumilikdə 10 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir Təqsirləndirilən şəxs3 da heç bır təzyiq altında olmadan protokola imza etmişdir. İfadəsi elan olunduqdan sonra Şahid9 bildirmişdir ki, ifadəsində olan imzalar özünə məxsusdur. 20 oktyabr 2023-cü il tarixdə polis şöbəsində işləmiş, ifadəsi də həmin tarixə yazılmışdır. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman şöbənin bütün əməliyyatçıları orada olmuşlar. Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman digər Təqsirləndirilən şəxs1 da orada olmuşdur. Təqsirləndirilən şəxs2 tanımamış, orada görməmişdir. Polis şöbəsinin əməliyyatçıları ilə Təqsirləndirilən şəxs3 saxlamaq üçün Koroğlu küçəsində olmamışdır. Təqsirləndirilən şəxs3 polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs3 nahardan sonra polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs3 yaşadığı küçəyə getməmiş, Təqsirləndirilən şəxs3 saxlamamışdır. Təqsirləndirilən şəxs3 şöbəyə gətirilməsini görməmiş, Təqsirləndirilən şəxs3 təhqiqatçının otağında görmüşdür. Təqsirləndirilən şəxs3 narkotik vasitəni Ceyhundan almasını deməsi yadında qalmamışdır. Təqsirləndirilən şəxs3 üzərində şəxsi yoxlama aparılan zaman Ceyhun orada idi. Təqsirləndirilən şəxs3 olduğu otağa bir az gec gəlmiş, bəlkə də Təqsirləndirilən şəxs3 o gələnə kimi narkotik vasitəni Ceyhundan almasını demişdir. Otaqda olduğu müddətdə Təqsirləndirilən şəxs3 narkotik vasitəni Ceyhundan almasını deməsi yadında qalmamışdır. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, hadisə olan vaxtda Lənkəran şəhəri, Koroğlu küşəsinin sahə rəisi vəzifəsində işləmişdir. 25 iyul 2023-cü ildə əməliyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs2 narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan o, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Saatı dəqiq xatırlamamış, nahar fasiləsindən sonra Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Koroğlu küçəsində saxlayıb polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, sonuncunun üzərindən üç bükümdə narkotik vasitə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Mürtəzanı saxlama saatını dəqiq xatırlamamışdır. Mürtəzanı evinin yaxınlığından küçədən götürmüşlər. Həmin ərazinin sahə rəisi olduğu üçün Mürtəzanın yaşadığı evi bilmişdir. Saxlanılan zaman Mürtəzanın yanında heç kim olmamışdır. Mürtəzanın yaşadığı həmin ev Təqsirləndirilən şəxs1 məxsus evdir. Həmin evdə əvvəllər bir qadın kirayədə qalmış, dəfələrlə həmin evlə bağlı şikayətlər olmuşdur. Onda bu barədə materiallar olmuşdur. Sahə rəisi olduğu üçün Ceyhunun narkotik vasitə satması ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Mürtəzanın üzərindən çıxan narkotik vasitəni haradan almasını deməsini xatırlamamışdır. Mürtəzanı şöbəyə gətirəndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 görməmişdir. Xəyalə həmin evdə Ceyhunla bir yerdə yaşamış, dəfələrlə onlara görə şikayətlər daxil olmuşdur. Ceyhunla Xəyalənin evlərinə getmiş, ancaq qapını açmamışlar. Dindirilmiş Şahid7 Nağı oğlu ifadəsində bildirmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün olanları tam xatırlamamışdır. Əməliyyat keçirdikləri gün Təqsirləndirilən şəxs3 və ondan başqa daha bir nəfər kişini götürüb eyni maşınla polis şöbəsinə gəlmişlər. Məhkəmədə ekranda gördüyü təqsirləndirilən şəxslərin adlarını xatırlamır. Xəyalə və hər iki təqsirləndirilən şəxsi yaşadıqları evdə saxlamışlar. Hadisə gününün tarixini xatırlamır, ancaq Xəyalə və təqsirləndirilən şəxsləri yaşadıqları evdə səhər vaxtı saxlamışlar. Səhv etmirsə təqsirləndirilən şəxsləri saxlayan zaman səhər razvodu olmuş, razvoddan sonra gedib onları yaşadıqları evdən polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxsləri hansı küçədə saxldıqlarını xatırlamır. Polis şöbəsində xanımın üzərindən nə aşkarlandığını xatırlamır. Digər təqsirləndirilən şəxslərində üzərindən nə aşkarlandığını xatırlamır. Verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, əməliyyata kimlərlə getdiyini xatırlamır. Həmin vaxtı Xəyalənin üzərində uzun açıq mavi rəngdə paltar olmuş, paltarın çiyni açıq olmuş, o da xanımın çiynin örtmüşdür. Xəyalədə diqqət çəkən heç nə olmamışdır. Xəyalənin ayağında “qolbağ”ın olduğunu görməmişdir. Xəyalə ilə birlikdə digər iki nəfət təqsirləndirilən şəxsləri də yaşadıqları evdən gətirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğunu yoxladıqdan sonra Təqsirləndirilən şəxs3 cinayət əməlini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid8 və ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid9 iştirak etmişlər. 25 iyul 2023-cü il tarixdə saat 14:10 radələrində tərəfimizdən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Hacızadə X6 şəhəri, Koroğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Emil Baxışov tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Əbdülhəsən Əzimov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan qısaqol paltarının sağ qol hissəsindən iki ədəd kağız bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, kəskin qoxulu, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 ilə aparılmış şifahi sorğu zamanı bildirmiş ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir. Həmin bükümləri Lənkəran şəhəri, Koroğlu küçəsində, həmin küçədə yaşayan Ceyhun adlı şəxsdən ümumilikdə 10 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs3 da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. İfadəsi elan olunduqdan sonra Şahid7 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs3 barəsində ona əməliyyat məlumatı daxil olmadığını, Təqsirləndirilən şəxs3 və onun yanında olan iki nəfər təqsirləndirilən şəxs Ceyhun və Mürtəza adlı şəxsləri 25 iyul 2023-cü il tarixdə səhər vaxtı yaşadıqları evdən götürərək polis şöbəsinə gətirdiklərini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə əməliyyatçılar evə basqın etmişlər, qardaşı və evdə olan digərləri yatmışlar. Gələn şəxslərin kim olduqlarını öyrənmək üçün qapıya çıxmış, polis əməkdaşları onu yerə yıxıb, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına onda narkotik vasitə olmadığını demişdir. Polis əməkdaşları evə və üzərinə baxış keçirtmişlər. PPX avtomobili ilə onları polis şönəsinə aparmışlar. Polis şöbəsində onları ayrı-ayrılıqda döyərək, onlarla razılaşmalarını bildirmişlər və əks halda evdən 10 kq narkotik vasitə çıxaracaqlarını demişlər. Məcbur qalaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə razılaşmışdır. Üzərinə bir qram narkotik vasitə qoymuşlar, sonra bildirmişlər ki, tərəzi işləmir. Daha sonra sənədlərdə narkotik vasitənin çəkisini 2 qramdan artıq qeyd etmişlər. Oları evdən aparanda evdə Mürtəza, qardaşı Ceyhun və Xəyalə olmuşlar. Verilən suallara cavab olaraq şahid Cavid Səlimzadə bildirmişdir ki, Mürtəzanı və Xəyaləni bir avtomobildə, qardaşı Ceyhunu isə digər avtomobildə polis şöbəsinə aparmışlar. Özünün barəsində olan işdə də eyni ifadəni vermişdir. Onları polis şöbəsinə apararkən mobil telefonu evdə qalmışdır. Evə təxminən 7 nəfər polis əməkdaşı Səbuhi, Əlvan, Faiq və Ruhid adlı polis əməkdaşı gəlmişlər, digər polis əməkdaşlarının adlarını bilməmişdir. Nəvai adlı polis əməkdaşını tanımamış, saxlanılan zaman onlarda olubolmamasını bilməmişdir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləri sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, ünvan 4-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 külli miqdar hesab edilən 8 ədəd bükümdə ümumi çəkisi 3,643 qram narkotik vasitə heroini əldə etdikdən sonra 3 ədəd bükümdə ümumi çəkisi 2,601 qramını tanışı Təqsirləndirilən şəxs2 satması və onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən qalan 5 ədəd “göy rəngli” kağız bükümdə ümumi təmiz çəkiləri 1,042 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi faktına görə 26 iyul 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır.(i.v.1-46) -Lənkəran ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Faiq Baxşıyev tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanladığı 25 iyul 2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olduğu yazılmışdır.(i.v.3) -“təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərardan Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olduğu yazılmışdır.(i.v.4-5) -Lənkəran ŞRPŞ-nin 25 iyul 2023-cü il tarixli, 3-13-96/Ə345/23 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 ətarfında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Lənkəran ŞRPŞ NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid1, CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır.(i.v.6) -Lənkəran ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Faiq Baxşıyev tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanladığı 25 iyul 2023-cü il tarixli “raport”da narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri, Koroğlu küçəsində hərəkətdə olan zaman 12:00 radələrində tərəflərindən saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilməsi yazılmışdır.(i.v.9) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:25-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.13) -“şəxsi axtarış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan şalvarın arxa sağ cibindn plasmas qabın içərisində olan 05 ədəd göy rəngli kağıza bükülmüş büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümlərin içərisindəkilərin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirtdikdə içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 5 (beş) ədəd sellofan bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkisi ümumilikdə 1,35 qram olmuş və həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 5 (beş) ədəd bükümü 24 fevral 2023-cü il tarixdə axşam saatlarında Lənkəran şəhərində yerləşən 3 nömrəli məktəbin yanında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manat verərək almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır.(i.v.29-30) -“məhkəmə-kimyəvi ekspertizası”nın 26 iyul 2023-cü il tarixli, 19/757 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,165 qr: -0,194 qr: -0,240 qr: -0,247 qr: -0,196 qram: ümumi təmiz çəkisi-1,042 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(i.v.43-46) -“ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 27 iyul 2023-cü il tarixli, 770 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.60) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 4(049)-216/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.63-64,83-88) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay-6 aya kimi, yəni 26 noyabr 2023-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək uzadılmışdır.(i.v.98-99) -“cinayət işinin birləşdirilməsi və əməlin hüquqi tövsifi haqqında” 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrəli cinayət işi altında davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə törədildiyi müəyyən olunan cinayət əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir.(i.v.100-101) -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 3 ədəd “göy rəngli” kağız bükümdə təmiz çəkiləri 2,601 qram çəkidə olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır.(i.v.104) -Lənkəran ŞRPŞ-in CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid4 tərəfindən yazılmış 25 iyul 2023-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur.(i.v.105) -“təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olduğu yazılmışdır.(i.v.106) -Lənkəran ŞRPŞ-nin 25 iyul 2023-cü il tarixli, 3-13-96/Ə344/23 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Lənkəran ŞRPŞ CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid4, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid5, İTB-nin sahə rəisi, polis leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır.(i.v.108) -Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik-letenantı Şahid4 tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanladığı 25 iyul 2023-cü il tarixli “raport”da narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Koroğlu küçəsində saat 15:10 radələrində tərəflərindən saxlanılaraq Lənkəran ŞRPŞ-yə gəirilməsi yazılmışdır.(i.v.111) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:25-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.116) -“şəxsi axtarış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmu videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 03 ədəd göy rəngli kağıza bükülmüş bükülü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümlərin içərisindəkinin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkilərinin ümumilikdə 2,23 qram olması müəyyən olunmuş və həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bnzər kütlə olan 03 ədəd bükümü Lənkəran şəhəri, Koroğlu küçəsində Ceyhun adlı şəxsdən 50 manat verərək aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.(i.v.133- 135) -“məhkəmə-kimyəvi ekspertizası”nın 26 iyul 2023-cü il tarixli, 19/760 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,711 qr, -1,116 qr, -0,774 qram, ümumi təmiz çəkisi -2,601 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər.(i.v.148-150) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 4(049)-218/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.156-157,178-179) -“ambulator məcburi narkoloji tibbi yoxlamanın” 27 iyul 2023-cü il tarixli, 771 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.164) -Lənkəran Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(049)-314/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə, yəni 25 yanvar 2024-cü il tarixədək uzadılmışdır.(i.v.209-212) -Lənkəran Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(049)-313/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə, yəni 25 yanvar 2024-cü il tarixədək uzadılmışdır.(i.v.213-214) -“cinayət işinin birləşdirilməsi və əməlin hüquqi tövsifi haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrəli cinayət işi altında davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə törədildiyi müəyyən olunan cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrindən həmin Məcəlləsinin 234.1, 234.1-1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir.(i.v.215-216) -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 2 ədəd bükümdə 0,409 qram çəkidə olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır.(i.v.217) -Lənkəran ŞRPŞ-in CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 tərəfindən yazılmış 25 iyul 2023-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qəbulu, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur.(i.v.218) -“təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələri üzərində saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olduğu yazılmışdır.(i.v.219-220) -Lənkəran ŞRPŞ-nin 25 iyul 2023-cü il tarixli, 3-13-96/Ə346/23 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs3 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Lənkəran ŞRPŞ CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8, İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid9 ibarət əməliyyat qrupu yaradılmışdır.(i.v. 223) -Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis-leytenantı Şahid7 tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanladığı 25 iyul 2023-cü il tarixli “raport”da narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması və daşıması cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs3 Lənkəran şəhəri, Koroğlu küçəsində saat 14:10 radələrində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilməsi yazılmışdır.(i.v.224) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 14:25-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.227) -“şəxsi axtarış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs3 əynində olan paltarın sağ qol hissəsindən salfet kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirtdikdə içərisində göy rəngli kağıza bükülmüş 02 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkilərinin ümumilikdə 0,52 qram olması müəyyən olunmuş və həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 02 ədəd bükümü Lənkəran şəhəri, Koroğlu küçəsində, həmin küçədə yaşayan Ceyhun adlı şəxsdən 10 manat verərək aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.(i.v.242-244) -“məhkəmə-kimyəvi ekspertizası”nın 26 iyul 2023-cü il tarixli, 19/759 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 aşkar edilmiş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,213 qr, -0,196 qram, ümumi təmiz çəkisi -0,409 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər.(i.v.256-259) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.267-268) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 27 iyul 2023-cü il tarixli, 769 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.276) -“şəxsin tutmadan azad edilməsi və başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 27 iyul 2023-cü il tarixdə, saat 12:40-da tutmadan azad edilmiş, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v.283) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilərək o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur.(i.v.310- 311) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilərək o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur.(i.v.354- 355) -“əlavə məhkəmə-kimyəvi ekspertizası”nın 25 dekabr 2023-cü il tarixli, 19/1020 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 5 büküm heroin Rəy № 19/757...”, “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 2 büküm heroin Rəy № 19/759...” və “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3 büküm heroin Rəy № 19/760...” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə 10 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(i.v.370-373) -“sübutların qiymətləndirilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,842 qram qalığı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,461 qram qalığı və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,299 qram qalığı maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına verilmiş, 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.377-393) -“cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz əldə etdiyi qeyd edilmiş külli miqdarda narkotik vasitə heroinin mənbəyinə görə cinayət işi materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v.394-395) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətləri ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -24 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur.(i.v.80-81) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 21 avqust 2023-cü il tarixli 10306 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda deyildir.(i.v.184) -24 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 03 iyun 2022-ci ildə cəzasını tam çəkib qurtarmışdır. Məhkumluğu yoxdur.(i.v.186-187) -Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər İƏD-i üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanda qeydiyyatdadır, onun barəsində nümayəndəliyə şikayət xarakterli müraciət daxil olmamışdır.(i.v.189-190) -24 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Lənkəran rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 7(049)-53/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 8 (səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlıdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir.(i.v.286-287, 350-355) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(099)-353/2024 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin 01 iyul 2024-cü il tarixli, 3-16-17/20/2-1286/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 14 iyun 2024-cü il tarixdə cəza sonu ilə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 08 noyabr 2023-cü il tarixli 404 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada qeydiyyatda deyildir.(i.v. 301) Azərbaycan Respublikası Konstitusiyanı 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət-Prosessual Məcəlləsinin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş Cinayət-Prosessual Məcəlləsinin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamların qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və təqsirləndirilən şəxslərin təqsirliliklərinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilmələri üçün maddi əsaslar movcud olmamış, sonuncular yaşadıqları evdə olan zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları evə daxil olaraq onları polis şöbəsinə aparmışlar və onların üzərilərindən narkotik vasitə heroin aşkarlanmasını sənədləşdirərək cinayət məsuliyyətinə cəlb etmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü ildə səhər saat 07-08 radələrində evdə yatdığı zaman səs-küy eşidib ayılanda polis əməkdaşlarının evə girdiklərini görmüş, polis əməkdaşları evdə axtarış etmişlər, ancaq evdən heç nə aşkar edə bilməmişlər, sonra onu, Mürtəzanı, Cavidi və Xəyaləni polis şöbəsinə aparmışlar. Polis şöbəsində onlara fiziki təzyiqlər etmişlər. Polis əməkdaşları ona “onsuzda narkomansan, narkotik vasitə istifadə edən kimi sənin işini sənədləşdirək, Xəyaləni və qardaşın Cavidi buraxacağıq” demişlər, polis əməkdaşları qarşısına 5 büküm narkotik vasitə qoymuşlar və bununla razılaş demişlər, o da məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Onu Əlvan, Səbuhi və Pərvin adlı əməliyyatçılar döymüşlər. Polis əməkdaşları guya onu saat 12-də tutmuşlar, saat 11:40-da Təqsirləndirilən şəxs2 narkotik vasitə satmışdır. Saat 07:30-da polis şöbəsində olmuşdur. Necə ola bilər ki, polis şöbəsində ola-ola Mürtəzaya və Xəyaləyə narkotik vasitə satsın. Təqsirləndirilən şəxs3 guya nahar vaxtı saat 14 radələrindən sonra, Mürtəzanı isə guya 15 radələrindən sonra tutmuşlar. Polis əməkdaşları ona sanksiya zamanı məhkəmədə, ona qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməməsi, döyülməməsi, hər hansı zor tətbiq olunmaması barədə ifadə verməsini demişlər. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü ildə səhər saat 07-08 radələrində polis əməkdaşları yaşadıqları Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən 29 saylı evə gəlmişlər. Evə və üzərinə baxış keçirmişlər. Heç bir şey aşkar edilməmişdir. Onu, Ceyhunu, Cavidi və Mürtəzanı polis şöbəsinə aparmışlar. Polis şöbəsində də üzərindən heç nə aşkar edilməmişdir. Ceyhunla qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. Ceyhun ona pulsuz və ya pul ilə istifadə etmək üçün narkotik vasitə verməmişdir. Ceyhunla birlikdə narkotik vasitə istifadə etməmişlər. Polis əməkdaşları onu məcbur etdikləri üçün, Ceyhunun ona iki bükümdə narkotik vasitə satdığını demişdir. Üzərindən aşkar olunan narkotik vasitəni ona əməliyyatçı vermişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü ildə səhər saat 8-ə işləmiş Ceyhunun evinin birinci mərtəbəsində yatdığı otağa əməliyyatçı Əlvan daxil olmuşdur. Onu, Ceyhunu, Cavidi və Xəyaləni evdən polis şöbəsinə aparmışlar. Polis əməkdaşları ona “bizim dediyimizlə razılaşmasan 1-kq narkotik vasitə ilə sənin işini sənədləşdirəcəyik” demişlər. Məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. 25 iyul 2023-cü ildə saat 15:10-da Koroğlu küçəsində olmamış, çünki həmin vaxtı polis şöbəsində olmuşdur. Saxlanılan zaman üzərində hər hansı bir miqdarda narkotik vasitə olmamışdır. Ümumiyyətlə Ceyhundan pul ilə və ya pulsuz narkotik vasitə almamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş X12 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə əməliyyatçılar evə basqın etmişlər, qardaşı və evdə olan digərləri yatmışlar. Gələn şəxslərin kim olduqlarını öyrənmək üçün qapıya çıxmış, polis əməkdaşları onu yerə yıxıb, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına onda narkotik vasitə olmadığını demişdir. Polis əməkdaşları evə və üzərinə baxış keşirmişlər. PPX avtomobili ilə onları polis şönəsinə aparmışlar. Polis şöbəsində onları ayrı-ayrılıqda döyərək, onlarla razılaşmalarını bildirmişlər və əks halda evdən 10 kq narkotik vasitə çıxaracaqlarını demişlər. Məcbur qalaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə razılaşmışdır. Üzərinə bir qram narkotik vasitə qoymuşlar, sənədlərdə narkotik vasitənin çəkisini 2 qramdan artıq qeyd etmişlər. Onları evdən aparanda evdə Mürtəza, qardaşı Ceyhun və Xəyalə olmuşlar. Mürtəzanı və Xəyaləni bir avtomobildə, qardaşı Ceyhunu isə digər avtomobildə polis şöbəsinə aparmışlar. Evə təxminən 7 nəfər polis əməkdaşı Səbuhi, Əlvan, Faiq və Ruhid adlı polis əməkdaşı gəlmişlər, digər polis əməkdaşlarının adlarını bilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 1(099)-352/2024 nömrəli hökmündən görünür ki, X15 ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə, saat 13:05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən 03 (üç) bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,063 qram, 0,979 qram və 0,714 qram, ümumi təmiz çəkisi-2,756 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavid Səlimzadə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 iyun 2023-cü il tarixdə səhər saat 8 radələrində tanımadığı bir neçə şəxs yaşadığı evə daxil olub otağına girmişlər. Sonradan həmin şəxslər polis əməkdaşları, əməliyyatçılar olduqlarını bildirmişlər. Əməliyyatçılar evində narkotik olduğunu, evini axtarmalı olduqlarını ona demişlər. Evi axtarmışlar və evdən narkotik aşkarlanmamışdır. Bundan sonra onu və qardaşını polis şöbəsinə aparmışlar. Onu və qardaşını şöbədə ayrı-ayrı otaqlarda döymüşlər. Əməliyyatçı Nəriman qarşısına az çəkidə narkotik qoyaraq onu öz üzərinə götürməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə “gedəcəyini”, əgər onun dediyi kimi etməsə evindən çoxlu narkotik çıxaracaqlarını bildirmişdir. Polis əməkdaşları onu hədələdikdən sonra məcbur qalıb videoçəkilişdə 1 qram “patı”nın özünə aid olduğunu demişdir. Heç kimdən narkotik almamışdır. Evə daxil olan polis əməkdaşlarının içərisində Səbuhi, Əlvan, Farid və Ruhiddə olmuşlar. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, əməliyyatçı Şahid7 ona zəng edərək onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gələrək təhqiqatçının otağında Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman orada iştirak etmişdir. Müstəntiq tərəfindən yazılmış ifadəsini oxumamışdır. Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman digər Təqsirləndirilən şəxs1 da orada olmuşdur. Təqsirləndirilən şəxs2 tanımamış, orada görməmişdir. Polis şöbəsinin əməliyyatçıları ilə Təqsirləndirilən şəxs3 saxlamaq üçün Koroğlu küçəsində olmamışdır. Təqsirləndirilən şəxs3 polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs3 nahardan sonra polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs3 yaşadığı küçəyə getməmiş, Təqsirləndirilən şəxs3 saxlamamışdır. Təqsirləndirilən şəxs3 şöbəyə gətirilməsini görməmiş, Təqsirləndirilən şəxs3 təhqiqatçının otağında görmüşdür. Təqsirləndirilən şəxs3 üzərində şəxsi yoxlama aparılan zaman Ceyhun orada olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid7 Nağı oğlu ifadəsində Təqsirləndirilən şəxs3 barəsində ona əməliyyat məlumatı daxil olmadığını, Təqsirləndirilən şəxs3 və digər təqsirləndirilən şəxslər Ceyhun və Mürtəzanı 25 iyul 2023-cü il tarixdə səhər vaxtı yaşadıqları evdən götürərək polis şöbəsinə gətirdiklərini bildirmişdir. Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 08 aprel 2024-cü il tarixli, 3-16/2-6714/2024 nömrəli məktubundan və məktuba əlavə olunmuş Təqsirləndirilən şəxs3 elektron nəzarət sistemindən çıxarılmış izləmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs3 25 iyul 2023-cü il tarixdə saat 11:59-dan sonra Lənkəran ŞRPŞ-nin yerləşdiyi Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində sabit olaraq qalmışdır. Cinayət işi materiallarının 10-cu səhifəsində olan Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədlər üzrə çıxarışdan görünür ki, həmin çıxarış 25 iyul 2023-cü il tarixdə saat 11:26-da çap edilmişdir. Cinayət işi materiallarının 112-ci səhifəsində olan Təqsirləndirilən şəxs2 şəxsiyyətini təsdiq edən sənədlər üzrə çıxarışdan görünür ki, həmin çıxarış 25 iyul 2023-cü il tarixdə saat 11:27-də çap edilmişdir. Cinayət işi materiallarının 225-ci səhifəsində olan Təqsirləndirilən şəxs3 şəxsiyyətini təsdiq edən sənədlər üzrə çıxarışdan görünür ki, həmin çıxarış 25 iyul 2023-cü il tarixdə saat 11:28-də çap edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslərin hər üçünün şəxsiyyət vəsiqələrindən çıxarışlar eyni vaxtlarda çıxarılmış, hansı ki, istintaq sənədlərinə əsasən onlar barəsində əməliyyat məlumatları ayrı-ayrılıqda daxil olmuş, onlar ayrı-ayrı saatlarda eyni küçədə saxlanılmışlar. Təqsirləndirilən şəxs3 verilmiş ittihamda Təqsirləndirilən şəxs1 sonuncuya narkotik vasitə heroini 25 iyul 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri, Koroğlu küçəsində satdığı, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini saat 11:40 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində satdığı göstərilsə də, Təqsirləndirilən şəxs1 verilmiş ittihamda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasının saatları göstərilmiş, ziddiyyətli hallar istintaq orqanı tərəfindən heç bir sübutla aradan qaldırılmamışdır. Bundan əlavə, guya keçirilməklə sənədləşdirilmiş əməliyyat-axtarış tədbirlərinin faktiki olaraq keçirilmədəyi, sadəcə olaraq tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmiş prosessual sənədlər təhlil olunan zaman da aydın olunur. Belə ki, cinayət işinin materiallarının 3-cü səhifəsində olan Lənkəran ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Faiq Baxşıyev tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanlanmış 25 iyul 2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olduğu yazılmışdır. Cinayət işinin materiallarının 105ci səhifəsində olan Lənkəran ŞRPŞ-in CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid4 tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanlanmış 25 iyul 2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olduğu yazılmışdır. Cinayət işinin materiallarının 218-ci səhifəsində olan Lənkəran ŞRPŞ-in CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanlanmış 25 iyul 2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qəbulu, üzərində saxlaması və daşıması barədə məlumat daxil olduğu yazılmışdır. Sozügedən “raport”lar Lənkəran ŞRPŞ-də 25 iyul 2023-cü il tarixdə deyil 26 iyul 2023-cü il tarixdə qeydə alınmışdır. Bundan əlavə istintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ən azı 3 saat əvvəldən saxlanılmasına baxmayaraq cinayət işinin materiallarının 6cı səhifəsində olan Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Lənkəran ŞRPŞ NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid1, CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmasına dair Lənkəran ŞRPŞ-nin 25 iyul 2023-cü il tarixli əmrinin nömrəsinin 3-13-96/Ə345/23 olması, cinayət işinin materiallarının 108-ci səhifəsində olan Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Lənkəran ŞRPŞ CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid4, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid5, İTB-nin sahə rəisi, polis-leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmasına dair Lənkəran ŞRPŞnin 25 iyul 2023-cü il tarixli əmrinin nömrəsi 3-13-96/Ə344/23 olmuşdur. Şərh edilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu, Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupundan əvvəl yaradılmışdır. Təsadüfü deyil ki, Şahid7 ifadəsində Təqsirləndirilən şəxs3 barəsində ona əməliyyat məlumatı daxil olmadığını, Təqsirləndirilən şəxs3 və digər təqsirləndirilən şəxslər Ceyhun və Mürtəzanı 25 iyul 2023-cü il tarixdə səhər vaxtı yaşadıqları evdən götürərək polis şöbəsinə gətirdiklərini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini inkar etmişdir. Şahid9 də ifadəsində hər hansı əməliyyat-axtarış tədbirlərində iştirak etmədiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini demişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlanılmalarında iştirak etməsi sənədləşdirilmiş polis əməkdaşlarının istifadələrində olan telefon nömrələrinin anten məlumatları 25 iyul 2023-cü il tarixdə saat 12, saat 14:10 və saat 15:10 radələrində Lənkəran şəhəri Koroğlu küçəsində olmamışdır. Belə ki, istintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmiş Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 12:00-da Lənkəran şəhəri, Koroğlu küçəsini, saat 12:35-da Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, saat 11:33-də, saat 11:35-də Masallı rayonu, Dadva kəndini, 11:42-də Masallı rayonu, Seybetin kəndini, saat 11:46-da Masallı rayonu, Çaxırlı kəndini, saat 12:27-dən saat 12:32-dək Masallı rayonu, TezeAlvadi kəndini, saat 12:36-da Masallı rayonu, Çaxırlı kəndini göstərmişdir. İstintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs3 saxlanılmasında iştirak etmiş Şahid9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 14:10-da Lənkəran şəhəri, Koroğlu küçəsini, saat 14:40-da Lənkəran şəhəri Tofiq İsmayılov küçəsini deyil, Lənkəran rayonu adlı antenin təsir dairəsində olmuşdur. "xxxx" MMC-dən 30 sentyabr 20768 nömrəli məktubla alınmış ötürücü stansiyaların siyahısına dair məlumatlarda Lənkəran rayonu adlı antenin, Lənkəran rayonu, Lənkəran şəhəri, Lənkəran Televiziya qülləsi ünvanında yerləşməsi göstərilmişdir. İstintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs3 saxlanılmasında iştirak etmiş Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 14:10-da Lənkəran şəhəri, Koroğlu küçəsini, saat 14:40-da Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, saat 13:13-dən saat 16:16-dək Lənkəran rayonu adlı antenin təsir dairəsində olmuşdur. "xxxx" MMC-dən 30 sentyabr 20768 nömrəli məktubla alınmış ötürücü stansiyaların siyahısına dair məlumatlarda Lənkəran rayonu adlı antenin, Lənkəran rayonu, Lənkəran şəhəri, Lənkəran Televiziya qülləsi ünvanında yerləşməsi göstərilmişdir. İstintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 15:10-da Lənkəran şəhəri, Koroğlu küçəsini, saat 15:40-da Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, saat 10:37-dən saat 16:19-dək Lənkəran şəhəri adlı antenin təsir dairəsində olmuş və sabit olaraq qalmışdır. "xxxx" MMC-dən 30 sentyabr 20768 nömrəli məktubla alınmış ötürücü stansiyaların siyahısına dair məlumatlarda Lənkəran şəhəri adlı antenin, Lənkəran rayonu, Lənkəran şəhəri, Lənkəran Televiziya qülləsi ünvanında yerləşməsi göstərilir. İstintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 15:10-da Lənkəran şəhəri, Koroğlu küçəsini, saat 15:40-da Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, Lənkəran rayonu adlı antenin təsir dairəsində olmuşdur. "xxxx" MMC-dən 30 sentyabr 20768 nömrəli məktubla alınmış ötürücü stansiyaların siyahısına dair məlumatlarda Lənkəran rayonu adlı antenin, Lənkəran rayonu, Lənkəran şəhəri, Lənkəran Televiziya qülləsi ünvanında yerləşməsi göstərilir. İstintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 15:10-da Lənkəran şəhəri, Koroğlu küçəsində, saat 15:40-da Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində deyil, Lənkəran rayonu adlı antenin təsir dairəsində olmuşdur. "xxxx" MMC-dən 30 sentyabr 20768 nömrəli məktubla alınmış ötürücü stansiyaların siyahısına dair məlumatlarda Lənkəran rayonu adlı antenin, Lənkəran rayonu, Lənkəran şəhəri, Lənkəran Televiziya qülləsi ünvanında yerləşməsi göstərilir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 saat 12:00 radələrində, Təqsirləndirilən şəxs3 saat 14:10 radələrində və Təqsirləndirilən şəxs2 saat 15:10 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılmamışlar, Lənkəran ŞRPŞ-nin əməkdaşları 25 iyul 2023-cü il tarixdə səhər saat 07-09 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Cavid Səlimzadənin yaşadıqları ünvan 10 ünvanında yerləşən evə daxil olaraq onları birlikdə saxlayıb Lənkəran ŞRPŞ-nə aparmışlar, orada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 fiziki və psixi zorakılıqlar tədbiq edərək, onların üzərlərinə qoyduqları narkotik vasitələrin özlərinə məxsus olmasını demələrinə, eləcə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar olunmuş narkotik vasitə heroinləri Təqsirləndirilən şəxs1 aldıqlarını deməyə məcbur etmişlər. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 faktiki olaraq eyni evdə yaşamalarına, eləcə də verilmiş ittihamlarda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə heroinləri Təqsirləndirilən şəxs1 almaları göstərilən vaxt, hər üçünün faktiki olaraq Lənkəran ŞRPŞ-də polis sərəncamında olmalarına baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən həmin vaxtlar, cinayət əməllərinin törədilməsi vaxtı kimi, qanunsuz və əsassız olaraq yazılmışdır. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiə hüquqları səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirləri görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından bırı olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki. müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. “Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda hər bır şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillərin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışlar. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillərin təqsirləndirilən şəxslərlə gizli ünsiyyətləri olmamış, onların həmin hüququ məhdudlaşdırılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Puatrimol Fransaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X13rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman ona, dövlət hesabına müdafiəçi təyin olunmuş X8 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Cinayət işinin materiallarının 21-ci səhifəsində olan 25 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 maddi imkanı çətin olduğundan ona hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Həmin ərizə vəkil Vəliəhəd Həbibov tərəfindən də imzalanmışdır. Cinayət işinin materiallarının 22-ci səhifəsində olan “Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər haqqında məlumat”da Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Cinayət işinin materiallarının 23-cü səhifəsində olan “vəkillər siyahısının təqdim edilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 vəkil Vəliəhəd Həbibovu hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə səhər saat 07-09 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Cavid Səlimzadə ilə birlikdə yaşadıqları ünvan 10 ünvanında yerləşən evdə saxlanılıb Lənkəran ŞRPŞ-nə aparılmışlar, cinayət işinin materiallarının 13-cü səhifəsində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdə saat 12:25-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 25 iyul 2023-cü il tarixdə saat 12:00-dan hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 3 saatdan çox müddətdə qanunsuz olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Müdafiəçi Vəliəhəd Həbibovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 12:25-də Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində deyil, Lənkəran rayonu adlı antenin təsir dairəsində olmuşdur. "xxxx" MMC-dən 30 sentyabr 20768 nömrəli məktubla alınmış ötürücü stansiyaların siyahısına dair məlumatlarda Lənkəran rayonu adlı antenin Lənkəran rayonu, Lənkəran şəhəri, Lənkəran Televiziya qülləsi ünvanında yerləşməsi göstərilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman ona, dövlət hesabına müdafiəçi təyin olunmuş X11 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi şəxsi axtarış və götürmə aparılmasının başqa saatda aparılmasını görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair də müraciətlər etməmişdir. Cinayət işinin materiallarının 236-cı səhifəsində olan 25 iyul 2023cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 maddi imkanı çətin olduğundan ona hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına Lənkəran Rayon Vəkil Bürosundan vəkil verilməsini xahiş etmişdir. Həmin ərizə vəkil Əbdülhəsən Əzimov tərəfindən də imzalanmışdır. Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər haqqında məlumatlar Təqsirləndirilən şəxs3 təqdim olunmamışdır. Cinayət işinin materiallarının 237-ci səhifəsində olan “vəkillər siyahısının təqdim edilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 vəkil Əbdulhəsən Əzimovun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə səhər saat 07-09 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Cavid Səlimzadə ilə birlikdə yaşadıqları ünvan 10 ünvanında yerləşən evdə saxlanılıb Lənkəran ŞRPŞ-nə aparılmışlar, cinayət işininin materiallarının 116-cı səhifəsində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 25 iyul 2023-cü il tarixdə saat 14:25-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 25 iyul 2023-cü il tarixdə saat 14:10-dan hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 5 saatdan çox müddətdə qanunsuz olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Müdafiəçi Əbdülhəsən Əzimovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 14:25-də Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, saat 14:11-dən sonra Lənkəran rayonu, Shaglaser, Viravul, Girdeni kəndlərini göstərmişdir. Həmçinin müdafiəçi Əbdülhəsən Əzimovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatları Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, 25 iyul 2023-cü il tarixdə saat 13:20-də Lənkəran rayonu, Separadi kəndi, saat 15:47-də Lənkəran rayonu, Ürgə kəndini göstərmişdir. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış istintaq hərəkəti saat 14:40-da icra edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman ona, dövlət hesabına müdafiəçi təyin olunmuş X11 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi şəxsi axtarış və götürmə aparılmasının başqa saatda aparılmasını görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair də müraciətlər etməmişdir. Cinayət işinin materiallarının 126-cı səhifəsində olan 25 iyul 2023cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 maddi imkanı çətin olduğundan ona hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına Lənkəran Rayon Vəkil Bürosundan vəkil verilməsini xahiş etmişdir. Həmin ərizə vəkil Əbdülhəsən Əzimov tərəfindən də imzalanmışdır. Cinayət işinin materiallarının 124-cü səhifəsində olan “Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər haqqında” məlumatda Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Cinayət işinin materiallarının 125-ci səhifəsində olan “vəkillər siyahısının təqdim edilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 vəkil Əbdulhəsən Əzimovun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə səhər saat 07-09 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Cavid Səlimzadə ilə birlikdə yaşadıqları ünvan 10 ünvanında yerləşən evdə saxlanılıb Lənkəran ŞRPŞ-nə aparılmışlar, cinayət işininin materiallarının 116-cı səhifəsində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il tarixdə saat 15:25-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 25 iyul 2023-cü il tarixdə saat 15:10-dan hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 6 saatdan çox müddətdə qanunsuz olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Müdafiəçi Əbdülhəsən Əzimovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, 25 iyul 2023-cü il tarixdə saat 15:25-də Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, saat 14:11-dən sonra Lənkəran rayonu, Shaglaser, Viravul, Girdeni kəndlərini göstərmişdir. Həmçinin müdafiəçi Əbdülhəsən Əzimovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları 25 iyul 2023-cü il tarixdə saat 15:47-də Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsini deyil, Lənkəran rayonu Ürgə kəndini göstərmişdir. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış istintaq hərəkəti saat 15:40-da icra edilməmişdir. Mübahisəsizdir ki, müdafiəçilər Vəliəhəd Həbibovun və Əbdülhəsən Əzimovun bu cür fəaliyyətləri səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Cinayət işinin materiallarında olan sənədlər ibtidai istintaqın sonrakı mərhələlərində də istintaq orqanının təqsirləndirilən şəxslərin “keyfiyyətli hüquqi yardım almaq hüququ”na hansı dərəcədə etinasız yanaşmasını bir daha təsdiq edir. Formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçilərin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakları ilə təmin olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçilərin prosesdə iştirakları açıq görünməli, müdaifəçilərin təqsirləndirilən şəxslərin mənafeyinə uyğun bir hərəkətlər etmələri, müdafiəni səylə və səmərli həyata keçirdikləri açıq-aydın görünməlidir. Lakin hazırkı işdə dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçilərin passiv faəliyyətləri təqsirləndirilən şəxslərin müdafiə hüquqlarına ciddi zərbə vurmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiə hüquqlarının formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Göründüyü kimi “şəxsi axtarış keçirilməsi haqqında” istintaq hərəkətləri bir çox prosessual hüquq normalarının pozulması ilə yerinə yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarışlar aparılarkən, onların konstitusiyon hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallar da təqsirləndirilən şəxslərin qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkətləri zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Cinayət- Prosessual Məcəlləsinin 125.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi-axtarış istintaq hərəkətlərinin hansı səbəbdən onların tutulduğu yerdə, tarixdə və vaxtda deyil, məhz Lənkəran ŞRPŞ-də aparıldığını, təqsirləndirilən şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsini hansı konkret faktiki əsasların zəruri etdiyini, polis əməkdaşlarında təqsirləndirilən şəxslərin konkret yerdə, konkret tarixdə, vaxtda narkotik vasitə ilə olacaqlar barədə dəqiq məlumat olduğu halda hansı səbəbdən ittiham tərəfinin şahidlərinin təqsirləndirilən şəxslərin saxlanılmasını və narkotik vasitələrin onlardan götürülməsini müşahidə etmiş polis əməkdaşlarından ibarət olmasının müstəntiq tərəfindən izah edilməməsi də onu işarə edir ki, verilmiş ittihamlar polis əməkdaşlarının quraşdırması olmuş və polis əməkdaşlarının özləri tərəfindən qoyulmuş maddi sübuta əsaslanmışdır. Hansıkı, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ayrı-ayrı vaxtalarda deyil, hər üçü eyni vaxtda yaşadıqları evdə saxlanılmışlar, saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərilərində şəxsi axtarış aparılmış, ancaq onların üzərindən qanunsuz heç nə, o cümlədən narkotik vasitə heroin aşkar edilməmişdir. Məhkəmə tərkibi bildirir ki, ittiham hökmü yalnız maddi sübuta-narkotik maddəyə, xüsusilə də “qoyulma” sübuta əsasən çıxarıla bilməz. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Bundan əlavə cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli məqam odur ki, təqsirləndirilən şəxslər özlərini təqsirli bilməmişlər, döyüldükləri, işgəncələrə, fiziki və psixi təsirlərə məruz qaldıqları üçün özlərinə qarşı etirafedici ifadələr, bir-birlərinə qarşı ifadələr verdiklərini demişlər. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət oqranlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmətibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Həmin Məhkəmənin “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Göründüyü kimi təqsirləndirilən şəxslərin vaxtında həkim müayinəsindən və məhkəmə-tibbi ekspertizasından keçirilməməsi polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə yetirilmiş xəsarətlərin aşkarlanmasının qarşısının alınmasına xidmət etmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin ilkin ibtidai araşdırma zamanı verdikləri “etirafedici” izahat və ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub) Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq vaxtı verdikləri etirafedici ifadələrin bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və X10 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və X10 haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyriinsani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi Lənkəran rayon prokurorluğu tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi, işgəncələrə, fiziki və psixi təsirlərə məruz qalması ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Hansıkı cinayət işi materialları ilə tanış olan zaman şəxslərin özlərinə qarşı verdikləri ifadələrin iş materiallarına uyğun olmadığı, həqiqəti özündə ehtiva etmədiyi aydın şəkildə görünür. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan president olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-cü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Həmin Məhkəmənin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs1 adına açılmış 7433/2023 nömrəli “X16”ndan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına 01 avqust 2023-cü il tarixdə köçürülmüş və onun bədəni üzərində köhnə çapıq toxumaları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 adına açılmış 7434/2023 nömrəli “X16”ndan görünür ki, Mürtəzə Həsənov Bakı İstintaq Təcridxanasına 01 avqust 2023-cü il tarixdə köçürülmüş və onun bədəni üzərində köhnə çapıq toxumaları aşkar olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, onların 24 saatdan artıq X17 saxlanılmaları qanunla mümükün olmadığı halda, 4 gün müddətində saxlanılmaları, cinayət işinin materiallarına əsasən qaranlıq olaraq qalır, polis orqanı tərəfindən bununla bağlı hər hansı bir arqument irəli sürülməmişdir. Məhkəmə tərkibi polis orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqları vaxtdan 6 gün, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 4 gün sonra istintaq təcridxanasına aparılmalarını, sonuncuların polis əməkdaşları tərəfindən döyülmələri nəticəsində bədənləri üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçmələrinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrin həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, onlar polis şöbəsinə gətirildikdən sonra onlara verilmiş və üzərilərinə qoyulmuş narkotik vasitələrin onlara məxsus olmasına və Təqsirləndirilən şəxs1 almalarına dair etirafedici izahat və ifadələri vermələri, həmin sözləri şəxsi axtarış keçirilməsi istintaq hərəkətləri icra edilərkən videoçəkiliş zamanı demələrindən ötrü polis əməkdaşları tərəfindən döyülmüşlər, işgəncələrə, fiziki və psixi təsirlərə məruz qalmışlar. Bu hal isə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özlərinə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Qeyd edilən əsaslara görə də “şəxsi axtarış keçirilməsi haqqında” protokolları, eləcə də təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri izahat və ifadələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxslərin təqsirliliklərini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Cinayət işinin materiallarının 84-cü səhifəsində olan Lənkəra ŞRPŞ-si tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş əməliyyat müvəkkili Şahid1 tərindən yazılmış 02 sentyabr 2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasının müəyyən edilməsi göstərilmişdir. Cinayət işinin materiallarının 182-ci səhifəsində olan Lənkəra ŞRPŞ-si tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş əməliyyat müvəkkili Şahid4 tərindən yazılmış 07 avqust 2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini evində kirayə yaşadığı və tanışlıq müanasibətində olduğu Təqsirləndirilən şəxs1 aldığının müəyyən edilməsi göstərilmişdir. Cinayət işinin materiallarının 289-cü səhifəsində olan Lənkəra ŞRPŞ-si tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş əməliyyat müvəkkili Şahid7 tərəindən yazılmış 10 sentyabr 2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs3 narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs1 aldığının müəyyən edilməsi göstərilmişdir. Əməliyyat tapşırıqlarına verilmiş cavablar ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həmçinin sözü gedən “raportlar”dan görünür ki, əməliyyat-axtarış tədbirləri ilə bağlı verilmiş cavablar Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və Şahid7 tərəfindən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı Şahid1, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı Şahid4, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat məlumatı Şahid7 daxil olmuş və əməliyyat tədbirləri də onlar tərəfindən keçirilmişdir. Məhkəmə tərkibi bildirir ki, cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və “raport”larla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə şahidlərin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı ilkin izahatlarını, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri mötəbər sübut kimi qəbul etməməklə yanaşı polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxslərin saxlanılmaları, üzərlərində şəxsi axtarış keçirilməsi istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki təqsirləndirilən şəxslərə verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiq vasitəsidir. Eyni ilə polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Məhkəmə istintaqı zamanı polis əməkdaşları Şahid7 və Şahid9 ibtidai istintaq zamanı verdikləri ifadələri inkar etmişlər. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid7 və Şahid9 məhkəmə istintaqı zamanı verdikləri ifadələr istisna olmaqla, digər polis əməkdaşlarının həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxslərin təqsirliliklərini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X5rşı” və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdikləri ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəylərindən görünür ki, təqsirəndirilən şəxslərin narkomaniya xəstəliklərinin olması, narkotik vasilərdən istifadə etdikləri müəyyən olunur. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan rəylər heç bir halda təqsirləndirilən şəxslərin üzərlərindən aşkar olunmuş narkotik vasitə heroinləri əldə edib saxlamaqla daşıma və satma əməllərini törətmələrini təsdiq etmir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırkı işdə ibtidai istintaq orqanı cinayət prosesinin ədalətlilik tələblərinə cavab verməmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxslərin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxslərin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onları döyüb, zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinmələri cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onların hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onların ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusiyon və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittihamlar üzrə təqsirlilikləri sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bəraət verildiyi üçün onların haqqında seçilmiş qətimkan tədbirləri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxslərə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində onlara ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişlər. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almaları ilə əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı qanunsuz tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb olunmaları və barələrində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs və şəxslər müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin və şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,842 qram qalığı, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,299 qram qalığı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,461 qram qalığı cinayət işinin materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iş üzrə olan 360 (üç yüz altmış) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilməlidirlər və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 318, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs3 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iş üzrə olan 360 (üç yüz altmış) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsinlər və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,842 qram qalığı, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,299 qram qalığı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,461 qram qalığı cinayət işinin materiallarına əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-353/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-353/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver