Məhkəmə qərarları › İş №1(099)-353/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-353/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-353/2025 19.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2 müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 9 may 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 1(003)-549/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirili bilinərək 7 (yeddi) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli qərarı ilə 1 (bir) ay, 1 (bir) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 4 may 2024-cü il tarixdə cəzası başa çatmış, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Balandin 42 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 18 yanvar 2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-7/2025 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, X1 saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(011)-149/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirili bilinərək 2 (iki) il, 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan cəzasının 1 (bir) il 8 (səkkiz) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən qəti olaraq 10 (on) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı ilə 3 (üç) ay 6 (altı) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 29 avqust 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-8/2025 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə istintaqa və məhkəməyə “Fərid” adı ilə İran İslam Respublikasının vətəndaşı kimi məlum olan, Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, razılığa gəlib cinayət əlaqəsinə girdikdən sonra 17 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə, sonuncunun idarə etdiyi “Mercedes Benz S- 600” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Hacıqabul- İmişli-Mincivan avtomobil yolu ilə İmişli rayonu istiqamətində hərəkət edərək cinayətkar qrupun üzvü “Fərid” adlı şəxsin “Whatsapp” mobil tətbiqində +98 990 330 79 69 mobil nömrədə qeydə alınmış hesabından onun “Whatsapp” mobil tətbiqində +994 70 906 71 00 mobil nömrə ilə qeydə alınan hesabına göndərdiyi “Məkan” göstəricisinə əsasən Hacıqabul- İmişli-Mincivan avtomobil yolu ilə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə çataraq, ona göndərilən məkana əsasən Təqsirləndirilən şəxs1 avtomobili yoldan sağ tərəfə, 300 metr kənara, meşəlik əraziyə tərəf sürüb saxladıqdan sonra avtomobildən düşərək ağaclıq ərazinin içərisini axtararaq, “Fərid” ləqəbli şəxsin cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvüləri ilə birlikdə gizlətdikləri və ayrı-ayrılıqda üç ədəd olmaqla, ümumi çəkisi 11800 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli selofan torbaları tapmayaraq Bakı şəhərinə Beyləqan rayonu istiqamətində geri qayıdarkən, “Fərid” adlı cinayətkar qrupun üzvünün geri qayıdıb həmin yerə bir daha baxaraq içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları götürməsi barədə xahiş etməsi əsasında həmin yerə bir daha qayıdaraq avtomobildən düşüb üç ədəd bağlamanı axtarıb tapdıqdan sonra gəldikləri avtomobilə doğru irəlilələyən zaman, 18 yanvar 2025-ci il tarixdə, saat 01:18 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində saxlanılaraq üzəriləri yoxlanılan zaman onun əlində iki ədəd və Təqsirləndirilən şəxs1 əlində isə bir ədəd olmaqla satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə etdikləri üç ədəd sellofan torbalarda, ayrı-ayrılıqda çəkiləri 2500,0 qram, 4300,0 qram, 5000,0 qram, ümumilikdə külli miqdarda-11800 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, 18 yanvar 2025-ci il tarixdə, saat 01:18 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində saxlanılan Təqsirləndirilən şəxs1 üzəri yoxlanılan zaman əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd sarı rəngli plastik qabın içərisində bir ədəd bükümdə xeyli miqdarda-1,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamla özünü təqsirli bilməmiş, ancaq narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Fərid adlı İran İslam Respublikası vətəndaşı ilə danışmışdır. İranlı dediyi ünvana getmiş, narkotik vasitələri birinci dəfə tapa bilməmiş, ikinci dəfə həmin yerə gedəndə böyük sumka olduğunu görmüş, ancaq yaxına getməmiş, maşını döndərmişlər, bu zaman polis əməkdaşları atəş açmışlar, buna görə onlarda təslim olmuşlar. Polis əməkdaşları onları saxlayandan sonra döymüşlər və 12 kiloqram narkotik vasitəni boyunlarına götürmələrini tələb etmişlər. Buna görə də məcbur olaraq polis əməkdaşlarının dediklərini qəbul etmişdir. Polis əməkdaşları onu 500 manat pula görə gəldiyini deməyə məcbur olmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, iki bükümü götürmək üçün getmiş, bükümlərin biri 100 qram, digəri isə 300 qram olmalı idi. Narkotik vasitələr açılan zaman həmin bükümlər orada olmamışdır. İranlı ona həmin bükümlərin şəkillərini atmışdır. Elşadı kənd uşağı kimi tanımışdır. Elşadla bir-iki dəfə narkotik vasitə istifadə etmişlər. Fərid adlı iranlıdan əvvələrdə narkotik vasitələr almışdır. Fəridə pul verib öz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Fəriddən aldığı narkotik vasitələri Bakı şəhərindən götürmüş, sonradan Fəridin narkotik vasitələri İmişli rayonuna hansı səbəbdən qoyduğunu bilməmişdir. Elşada narkotik vasitə dalıyca getdiyini deməmişdir. Elşada İmişli rayonunda tanış adamla görüşüb qayıdacağını demişdir. Yolda olarkən Elşadın üzərində az miqdarda psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Həmin metamfetamindən yolda olarkən istifadə etmişlər. Fərid dediyi yerə birinci dəfə gələndə narkotik vasitəni tapa bilməmiş, həmin yerdən 200-300 metr aralanandan sonra Fəridə zəng vurmuş, sonuncu yaxşı bax tapacaqsan demişdir. Birinci dəfə iranlı dediyi yerə baxanda yekə sumkanı görmüş, ancaq elə bilmişdir ki, zibildir. Bağlama qara rəngdə olmuşdur. İkinci dəfə həmin yerə qayıdan zaman həmin qara bağlamanı görmüşdür. O balaca bükümləri götürmək üçün getmişdir. İkinci dəfə həmin yerə gedərkən bükümləri götürmüşdür. O maşından düşəndə Elşad maşından düşməmişdir. Elşad həmin yerdə narkotik vasitə götürmək üçün gəldiyini bilmişdir. O Bakı şəhərindən çıxan zaman Elşad İmişli rayonuna hansı səbəbdən getdiyini bilməmişdir. Onu Şüvəlanda yerləşən İstintaq Təcridxanasına aparan zaman belində cızıqlar olmuş, qolunda, ayağında və gözündə isə göyərtilər olmuşdur. Polis əməkdaşları bura nə üçün gəlmisən deyə ondan soruşmuş, o 400 qram narkotik vasitə dalıyca gəldiyini demişdir. Bu zaman çəklişi saxlamışlar, onu təkrar döymüşlər və ondan onlar nə deyirlərsə onu deməyi tələb etmişlər. Polis əməkdaşları Elşadı da döymüşlər. 400 qram narkotik vasitənin pulunu iranlıya göndərmişdir. İranlının kartına 500 manat pul göndərmişdir. İranlı 100 qram narkotik vasitə qoyacaqdır. Sonra iranlı ona “1000 manat pul göndər 400 qram göndərim demiş”, o da iranlıya imkanı olmadığını demişdir. İranlı ona narkotik vasitəni götürmək üçün taksi pulunu verəcəyini demişdir. 400 qram narkotik vasitəni götürdükdən sonra iranlıya 700 manat göndərəcəkdir. Bir gün qabaq iranlıya 500 manat pul göndərmişdir. 400 qram narkotik vasitəni götürdükdən sonra 700 manat pulu iranlıya göndərəcəkdir. İranlı onun üçün əvvəl 100 qram narkotik vasitə göndərmişdir. Bir dəfə iranlı ilə görüntülü danışmış, həmin vaxtı iranlı yolda olmuş, yolda olan löhvələrdən həmin yerin İran İslam Respublikası olduğunu bilmişdir. Onunla danışan Fəridin ləhçəsindən fars olub-olmamasını bilməmişdir. İranlıya pulu “Emon” xidməti vasitəsi ilə göndərmişdir. İranlı ona zəng edib nömrəni demişdir. Hazırda həmin nömrəni xatırlamamış, ancaq səhv etmirsə “Bakcell” nömrəsi olmuşdur. İranlı ona tutulmamışdan 15-20 gün qabaq da narkotik vasitə göndərmişdir. Polis əməkdaşları onları səhv etmirsə axşam saat 23:15-də saxlamışlar. Polis əməkdaşları onları gecə saat 01 radələrində saxlamamışlar. Polis əməkdaşları onları döyən zaman üzlərində maska olmuşdur. Polis əməkdaşları axşam saat 23 radələrində onları saxlamışlar və saat 03:45-də onları İmişli RPŞ-nə aparmışlar. Polis əməkdaşları avtomobilə hadisə yerində baxış keçirmişlər, avtomobildən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları onları saxlayan zaman videoçəkliş olmamış, vidoçəkliş sonradan olmuşdur. Polis əməkdaşları onları saxlayandan 3 saat sonra polis şöbəsinə aparmışlar. Avtomobili polis şöbəsinə kimi polis əməkdaşı idarə etmişdir. Bakı şəhərindən İmişli rayonuna gələnə kimi isə avtomobili Elşad idarə etmişdir. Onları polis şöbəsinə gəldikləri avtomobillə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra avtomobilin açarı polis əməkdaşlarında qalmışdır. Polis şöbəsində də avtomobilə baxış keçirilmişdir. Həmin vaxt orada olmamış və necə baxış keçirildiyini görməmişdir. Üzərlərinə saat 23:30 radələrində baxış keçirmişlər. Avtombilə baxış və şəxsi axtarışda vəkil iştirak etməmişdir. Müstəntiq onu vəkil olmadan dindirmişdir. Müdafiəçini iki dəfə görmüş, bir dəfə şəkil çəkəndə, bir dəfə də işlə tanış olan zaman gəlib imza edib getmişdir. Bakı şəhərindən çıxmazdan əvvəl saat 16-17 radələrində görüşmüşlər. Elşadın maşını olduğu üçün onunla görüşüb İmişli rayonuna gəlmişdir. Elşada 100 manat verəcəyini demişdir. Elşadla dostluq əlaqələri olmuşdur. İranlı “İmişli yolun get sənə konum ataram” demişdir. İmişli rayonuna axşam saat 22-23 radələrində çatmışdır. Narkoman olduğu üçün ona narkotiklə bağlı smslər gəlmiş və narkotik vasitədən istifadə etdiyini bilmişlər. Heç kimə pulla narkotik vasitə verməmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Şahid1 onları döyməmiş, şahidlər Şahid3 və İlahəddin Abbasov onu döymüşlər. Barəsində olan tibbi kitabçada aşkar olunan xəsarətləri polis əməkdaşları onu döyən zaman almış, əvvəllər onun üz nahiyəsində heç bir xəsarət olmamışdır. Bədəni üzərində olan xəsarətlər üzərlərində yoxlama aparılan zaman videoçəklişdə açıq şəkildə görünmüşdür. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuandan istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən əldə etmişdir. Belə ki, o, sosial şəbəklərdə narkotik maddələrin satışı ilə məşğul olan şəxslərlə əlaqə quraraq, həmin şəxslərin “M10” hesabına müxtəlif ödəmə terminallarından pul köçürür, həmin şəxslərdə Bakı şəhərində müxtəlif yerlərə narkotik vasitəni qoyur, sonra ona narkotik vasitənin qoyulduğu yerin məkanını göndərir, o da həmin məkandan narkotik vasitəni götürərək əldə etmişdir. Sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri görməmiş və şəxsən tanımır. Aşkar edilən narkotik vasitə bağlamaları ona məxsusdur. Belə ki, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ona İmişli rayonu ərazisindən məkan göndərəcəyini, o da həmin məkana gedib oradan içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları götürərək sonra İran İsalm Respublikasının vətəndaşının göndərdiyi yeni məkana aparacağı, qarşılığında isə ona 500 manat pul verəcəyini demişdir. O da İran İslam Respublikasının vətəndaşı ilə razılaşmışdır. O da bu barədə tanışı Təqsirləndirilən şəxs1 deyərək, sonuncunun idarə etdiyi “Mersedec Benz S-600” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisinə gəlməyi, İran İslam Respublikasının vətəndaşının ona verdiyi 500 manat puldan 100 manat pul verəcəyini və avtomobilinə 100 manatlıq yanacaq vuracağını demişdir. Elşad onun təklifi ilə razılaşmışdır. Onlar 17 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsindən çıxaraq Hacıqabul-Şirvan magistral yolu ilə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisinə gəlmişlər. Həmin vaxt İran İslam Respublikasının vətəndaşı “Fərid” adlı şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. “Fərid” adlı şəxsi narkotik vasitə istifadə edən xatırlamadığı tanışları vasitəsi ilə tanımışdır. Onlar yol üstü Sabirabad rayonu ərazisində kafelərin birində yemək yemişlər. Sonra isə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisinə gəlmişlər. “Fərid” ona bağlamalar olan yerin məkanını, yəni yerini “Whatsapp” mobil tətbiqi göndərmişdir. Bundan başqa, “Fərid” adlı şəxs ona bağlamaların şəkillərini də göndərmişdir. 17 yanvar 2025-ci il tarixdə, saat 23 radələrində göndərilən yerə çataraq, həmin yerdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları axtarmağa başlamışlar. Həmin yer meşəlik və qaranlıq olduğu üçün bağlamaları 10-15 dəqiqə axtarmış, lakin bağlamalar olan yeri tapmayıb geri qayıtmışdır. Onlar geri qayıdarkən gəldiyi yolla deyil, Beyləqan rayonu istiqamətində qayıtmışlar. Yolda olarkən İran İslam Respublikasının vətəndaşı olan “Fərid” adlı şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları tapmadıqlarını bildirmişdir. “Fərid” ondan təkidlə xahiş edərək gedib həmin bağlamları götürüb Bakı şəhərinə aparmaqlarını istəmişdir. Onlar Bakı şəhəri istiqamətində xeyli yol getmişdilər. Buna baxmayaraq o, “Fərid”in dediyini edərək həmin yeri birdə yoxlayıb, bağlamaları tapıb Bakı şəhərinə aparmaq qəqrarına gəlmişdir. Ona göndərilən məkan yol kənarından 200-300 metr kənarda olmuşdur. Artıq tarix 18 yanvar 2025-ci il idi. Avtomobillə həmin yerə gedib avtomobildən düşərək bağlamaları ağaclıq ərazinin içərisindən götürüb gələn zaman mülki geyimli bir neçə nəfər yol tərəfdən, qaranlıqdan gələrək “Polis” deyib qışqıraraq onlara yaxınlaşmışdır. Həmin vaxt onun əlində 2 bağlama, Təqsirləndirilən şəxs1 əlində isə 1 bağlama olmuşdur. Onlar əllərində olan bağlamaları yerə atıb dayanmışlar. Bundan sonra polis əməkdaşları onları saxlayıb, kim olduğlarını soruşmuşlar. Onlarda özlərini təqdim etmişlər. Sonra onlardan nə üçün İmişli rayonuna gəldiklərini soruşmuşlar. O da bağlamalı göstərərək, İran İslam Respublikasının vətəndaşının göndərdiyi məkana həmin bağlamaların ardıyca gəldiyini, həmin bağlamaları 500 manat pul müqabilində Bakı şəhərinə aparacağlarını bildirmişdir. Polis əməkdaşları əvvəlcə Təqsirləndirilən şəxs1 üzərini yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs1 üzəri yoxlanılan zaman, onun üzərində mobil telefon, sənədləri, sonra isə plastik qabda psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Onun üzərindən isə 2 ədəd mobil telefon aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamalar və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin çəkilərək qablaşdırılmış, möhürlənmiş, onlar və polis əməkdaşları tərəfindən üzəri imzalanmışdır. Sonra onları RPŞ-nə gətirmişlər. RPŞ-də əvvəlcə ona, sonra isə Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiçəsi təyin edilmiş və üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, İmişli rayonuna gəlmə səbəblərini bildirmişdir. Bundan sonra aşkar edilmiş bağlamalara müstəntiq tərəfindən baxış keçirilmiş, ölçüsü müəyyənləşmiş, sonra isə yenidən qablaşdırılmışdır. Bundan sonra bağlama onun, müdafiəçinin və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqindən aşkar edilmiş İran İslam Respublikasının vətəndaşı olan “FƏRİD” adlı şəxslə aralarında baş vermiş mesaj və danışıqları barədə verilən suallara cavab olaraq, “Fərid” adlı şəxsdən bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsini, “Fərid” adlı şəxsin ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərdiyi “M10” hesabına Bakı şəhərində olan terminallar vasitəsi ilə müəyyən məbləğlərdə pul göndərmiş, həmin pulun müqabilində Bakı şəhərində hər hansı bir kənar yerə, insanların az olduğu yerə qoydurur, ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitəni qoyduğu yerin şəklini və məkanını göndərir, o da gedib həmin yerdən narkotik vasitəni götürürməsini, 18 yanvar 2025-ci il tarixdə əldə etdiyi, içərisində narkotik vasitə qurudulmuş mariuxana olan bağlamaları “Fərid” adlı şəxsdən götürməkdə məqsədi, həmin bağlamaları Bakı şəhərinə aparıb “Fərid” adlı şəxsin göndərdiyi məkana qoyacağı cavabını vermişdir. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 göndərdiyi və ona göndərilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini özündə ehtiva edən “Qaqa qurban sene imkan varasa bes manatiqda das quyda mencun eyer imkan varsa xayis eliyirem ureyim”, “Qaqa ne olar ki xayis eliyirem senden gelim verde 10 mantiq bizede qirilirik agridan qaqa basiva donum senin qurana and olsun bir tüsdü nedi vurmamisiq qaqa”, “Gijdilag o geder mal verdim sene qurana niyə and içirsen ki 1 tustu vurmadig temiz gijdilag olmusane”, “doze bilmerem mama gedene kimi nolar duzeld gelib gotursunde”, “Sen ol Anar falqaya tokdum eritmemisdim mama girdi otaga gormesin deye tez bazar goturdum dagildi vallah hec yandirmamisdim hamisi dagildi sen ol olurem”, “Gelsin düsdü emi üreyin yansin mene geberirem ağridan?”, “Exi gor ne deyirem mende pul yoxdu o uwag goturecey sende imkan var mene biraz hansinnansa qiret edesen”, “10 kakos 10 pati”, “Ayqa 05 alınar dostnan daniw”, “Mem qardasim masinanam cixdima birdan gelem 2 dene 25 diya pulda duzdu atam acmadin da dasmisig diye cixdim”, “Yarım karopka ot alinar yarı kola ile deyisir hemin adam”, “Gelirsen he yox di istiyen var vericeyem gedicey qaliceysen bele”, “Catiram hele bibiheybete cox zeng vurma sonur goturum zibili xrber edirem didim axi goturen kimi xeber ediceyem”, “Yiq töseni ondada 20 var onu da gotr gel”, “QAQA ATA CANİ PUL YOXDU DRAZNİT OLMUWAM BİR CİKİLİ DAWİNAN VER EYNİMİ ACİMDA MAWİNANAM HAR DEYRSEN GELİM”, “Qaqas sennen Uzr isteyirem. And olsun Anamin canina pis suqaniyada idim. Bagisla meni. boyukluk ele qaqa. Balaca qardasinam senin men. Kec bu defe qurban olum qaqa.”, “50 manat varimdi qaqas. ne qederki xerclemisem yaz mene vatsapda.” məzmunlu ismarıcları xatırlamadığını, bunlarla bağlı məlumatsız olduğunu bildirmişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, heroin istifadə etdiyi vaxtları da olmuşdur. İranlı ilə danışdıqdan 5 dəqiqə sonra polis əməkdaşları onları saxlamışlar. İranlı Fərid 200 manat taksi pulunu göndərməmişdir. Hətta iranlı yeməkxanada yedikləri yeməyin pulunda göndərəcəyini demişdir, ancaq onu da göndərməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında saxlanılan zaman polis əməkdaşları tərəfindən döyüldüklərini, aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşlarının üzərlərinə qoyaraq götürdüklərini, işgənclərə və təzyiqlərə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafetdici ifadə verdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də özü və Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, özünü yalnız satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlayaraq daşıdığına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, çünki saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmuşdur, digər narkotik vasitədən, o cümlədən Təqsirləndirilən şəxs2 narkotik vasitə götürməsi üçün gəlməsindən heç bir məlumatı olmamışdır. 17 yanvar 2025-ci il tarixdə işdə olan zaman Anar ona zəng edərək İmişli rayonuna gedib-gəlmək üçün 100 manat pul verəcəyini demişdir. Anara problem olmadığını demiş və işdən çıxdıqdan sonra Anarı götürüb İmişli rayonuna yola düşmüşlər. İmişli rayonuna çatdıqdan sonra Anar bir az qabağa sürüb sonra saxla demiş, Anar dediyi yerdə maşını saxlamış, Anar maşından düşmüş, Anarın maşından düşdüyü həmin ərazi meşəlik ərazi olmuşdur. Daha sonra Anar maşına qayıtmış və Anardan nə haqq hesab olduğunu soruşmuşdur. Anar adam var görüşüb gedəcəyik demişdir. Həmin vaxtı Anarın artıq narkotik vasitə dalınca gəldiyini bilmişdir. Əsəbləşib maşını sürüb belə şey olmaz demişdir. Anar ikinci dəfə maşından düşəndən sonra polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları saxlayandan sonra ondan narkotik vasitə barədə soruşmuşlar, o isə narkotik vasitə istifadə edən olduğunu demişdir. Polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Üzərində 1 qrama yaxın psixotrop maddə metamfetamin olmuş, həmin metamfetamini polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları vidoçəklişdə narkotik vasitənin ona məxsus olmasını deməsini tələb etmişlər, o isə belə deyə bilməyəcəyinə etiraz etmişdir. Çünki Anarın narkotik vasitə dalınca gəlməsindən və götürməsindən onun xəbəri olmamışdır. Videoçəklişdə də narkotik istifadəçisi olduğunu demişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tutulmamışdan 5-6 ay qabaq Anarı tanımışdır. Anarı narkotik vasitələr istifadə etdikləri üçün tanımışdır. Bakı şəhərindən İmişli rayonuna gedərkən Anar ona İmişli rayonuna hansı səbəbdən getməsini deməmişdir. İmişli rayonuna çatdıqdan sonra, meşəlik ərazidə Anarın narkotik vasitə götürmək üçün gəldiyini bilmişdir. Maşını birinci dəfə saxlayan zaman Anar narkotik vasitəni tapa bilməmiş, ikinci dəfə maşını saxlayan zaman polis əməkdaşları onları saxlamışlar. Saxlanılan zaman üzərində 1 qrama yaxın metamfetamin olmuşdur. Maşını birinci dəfə saxladığı yerdən 5 metrə qabağa sürmüş, həmin vaxtı polis əməkdaşları onları saxlamışlar. Anar narkotik vasitəni götürə bilməmişdir. Axşam saat 22 radələrində İmişli rayonuna çatmışlar. Anarla Bakı şəhərində saat 18-də görüşüb İmişli rayonuna yola düşmüşlər. Bakı şəhərindən çıxan zaman maşına 50 manatlıq benzin vurmuşdur. İmişli rayonuna çatdıqdan sonra Anar maşından düşmüş, 5-6 dəqiqə keçdikdən sonra geri qayıtmışdır. Anar maşına oturduqdan sonra avtomobili qabağa sürmüş, sonra isə geri qayıtmışdır. Onlar saxlanıldıqdan sonra 4-5 saat ərzində polis əməkdaşları onları döymüşlər. Polis əməkdaşları videoçəkliş zamanı onların dediklərini etmədikləri üçün onları döymüşlər. Onu döyən polis əməkdaşlarını görsə tanıyardı. Anarın kiminsə kartına pul atdığını görməmişdir. Hadisə yerindən qaçmamaları üçün polis əməkdaşları havaya atəş açmışlar. Avtomobilindən heç nə aşkarlanmamışdır. Polis əməkdaşları bağlamanı Anarın əlinə vermişlər. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Şahid1 onları döyməmişdir. Saxlanılan zaman qaranlıq olduğundan şahidlər Şahid3 və İlahəddin Abbasovun onu döydüklərini görməmişdir. Barəsində olan tibbi kitabçada aşkar olunan xəsarət həqiqətən köhnə olmuşdur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, təxminən üç ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir və həmin maddədən asılılığı vardır. 2023-cü ildə Xətai rayon polis idarəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi aparılmış və Xətai rayon məhkəməsinin hökmü ilə 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər sakini Anar adlı şəxsi təxminən 3-4 aydır ki, tanıyır. Belə ki, onar birlikdə bir neçə dəfə psixotrop maddə olan metamfetamin qəbul etmişlər. Onun özünə məxsus “Mercedes Benz S 600” markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 17 yanvar 2025-ci il tarixdə, təxminən saat 11- 12 radələrində Anar ona “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edib avtomobilə yanacaq vuracağını, İmişli rayonuna gedib-gəlməyi, qarşılığında isə 100 manat pul verəcəyini demişdir. O da Anarla razılaşmışdır. Həmin gün, təxminən saat 20 radələrində birlikdə Bakı şəhərindən yola çıxaraq İmişli rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolboyu Anar “Whatsapp” mobil tətbiqi vasitəsilə İran İslam Respublikasının vətəndaşı kimi bildiyi şəxslə danışaraq yerini bildirirmiş. O, İran İslam Respublikası vətəndaşının adını bilməmişdir. Onlar İmişli rayonuna çatmamış, təxminən saat 21 radələrində Sabirabad rayon ərazisində yerləşən “Dostluq” adlı kafedə yemək yemişlər. Kafedən çıxdıqdan sonra avtomobilinin “dirsək altı” adlanan saxlanc yerində, sarı rəngli plastik qabın içərəsində gizlətdiyi psixotrop maddə olan metamfetamini çıxartmış və Anar ilə bir yerdə istifadə etmişlər. Metamfetamindən istifadə etdikdən sonra qalıq qalanını sarı rəngli plastik qabın içərisinə qoyaraq əynində olan paltonun sağ içəri döş cibinə qoymuşdur. İstifadə etdikləri metamfetamini onlayn qaydada dəqiq xatırlamadığı “M10” mobil nömrəsinə 40 manat pul göndərməklə əldə etmişdir. Ona “Whatsapp” mobil tətbiqi vasitəsilə məkan göndərilmiş, o da istifadə etdiyi psixotrop maddə olan metamfetamini Abşeron rayonunda yolun kənarından götürmüşdür. Sonra İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisinə gəlmişlər. Həmin vaxta qədər İmişli rayonunun harasına və nə məqsədlə gələcəyi barədə məlumatı olmamışdır. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə çatdıqda, Anar ona yer göstərərək həmin yerə dönməyini istəmişdir. O da Anarın dediyi yerə dönmüşdür. Döndüyü yer asfalt yoldan 200- 300 metr kənarda meşəlik yer olmuşdur. Meşəlik yerə çatdıqda Anar ondan avtomobili saxlamağını istəmişdir. O da avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra Anar ondan avtomobildən düşməyini istəmişdir. O da nə üçün düşəcəyini soruşmuşdur. Anar ona köməklik edib işıq tutmağını istəmişdir. O da Anardan nəyə işıq tutacağını və nə götürəcəyini soruşmuşdur. Anar isə ona “Bir şey var. Onu götürüm gedək” cavabını vermişdir. O da təkidlə Anardan nə götürəcəyini soruşmuşdur. Anar isə ona bir söz deməmişdir. Bundan sonra avtomobildən düşmüş və Anara işıq vurmuş, Anar isə axtarmağa başlamışdır. Anar ona bağlama axtardığını demişdir. Bundan sonra bağlamanı axtarmış, lakin tapa bilməyib geri qayıtmışlar. Onlar Bakı şəhərinə Beyləqan rayonu istiqamətində geri qayıtmışlar. Xeyli yol getdikdən sonra X13 Respublikasının adını bilmədiyi vətəndaşına “Whatsapp” mobil tətbiqində səs göndərib, bağlamanı tapa bilmədiyini demişdir. İran İslam Respublikasının vətəndaşı Anara səs göndərib bir daha geri qayıdıb həmin yeri axtarmasını və bağlamanı götürüb Bakı şəhərinə geri qayıtmasını istəmişdir. Anar isə İran İslam Respublikasının vətəndaşı ilə razılaşaraq ondan geri dönməyini istəmişdir. Bundan sonra o, geri dönüb yenə həmin yerə gəlmişdir. Artıq tarix 18 yanvar 2025-ci il olmuşdur. Yenidən həmin yerə gedib, avtomobilin işıqlarını meşəlik əraziyə, ağacların içərisinə vuraraq bağlamanı tapıb götürmək istəmişdir. O, avtomobildən düşmüş və Anar ilə birlikdə ağacların içərisini gəzmişdir. Ağacların içərisini gəzdikdə üç ədəd, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı aşkar etmişlər. Anar iki ədəd, o isə bir ədəd bağlamanı götürüb avtomobilə tərəf getdikdə mülki geyimli bir neçə nəfər yol tərəfdən, qaranlıqdan gələrək “Polis” deyib qışqıraraq onlara yaxınlaşmışdır. Həmin vaxt onun əlində bir bağlama, Anarın əlində isə iki bağlama olmuşdur. Onlar əllərində olan bağlamaları yerə atıb dayanmışlar. Bundan sonra polis əməkdaşları onları saxlayaraq kim olduğlarını soruşmuşlar. Onlar da özlərini təqdim etmişlər. Sonra onlardan nə üçün gəldiklərini soruşmuşlar. O, Anarı göstərərək Anara görə gəldiyini, Anarın ona 100 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Anardan İmişli rayonuna gəlməsinin səbəbini soruşmuşlar. Anar isə bağlamalara görə İran İslam Respublikasının vətəndaşının göndərdiyi məkana gəldiyini bildirmişdir. Bundan sonra onların üzərləri yoxlanılmışdır. Əvvəlcə onun üzərini yoxlamağa başlamışlar. Onun üzəri yoxlanılan zaman, üzərindən mobil telefon, sənədlər, sonra isə sarı rəngli plastik qabda psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Anarın üzərindən isə 2 ədəd mobil telefon aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamalar və onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin çəkilərək qablaşdırılmış, möhürlənmiş, onlar və polis əməkdaşları tərəfindən üzəri imzalanmışdır. Sonra isə avtomobili yoxlanılmışdır. Avtomobilimdən isə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra onları rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində əvvəlcə Təqsirləndirilən şəxs2, sonra isə ona dövlət hesabına müdafiçəsi təyin edilmiş və üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, İmişli rayonuna gəlmə səbəblərini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə müstəntiq tərəfindən baxış keçirilmiş, ölçülmüş, sonra isə yenidən qablaşdırılmış, onun, müdafiəçinin və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra isə İmişli rayon polis şöbəsinin həyətində avtomobilə baxış keçirilmişdir. Avtomobilindən isə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 onun göndərdiyi və ona göndərilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini özündə ehtiva edən “temaya geden adamnan telefonda yer sorusarlar?gelirem catim ne qeder ureyinnen kecir sual ver hamisina cavab verecem”, “Elsat cox pis haldayam aqridan olurem cox pisem”, “Qardawim 20 m var indi nese ede bilmirsen? Dur gel bizede”, “Ne edimki?ancag butov verirde”, “Qaqa sene qurban olum cox pis vezyetdeyem komek et usaqin dermanin alim bunun altinda qalmaram”, “Qaqa sirf bu temadan alindirmag olar yari ya bir?Emaneti sabah sahat 4 e verim?”, “Das brat nebilim 20 gotururemde onnan ele edek biyabir olmuyagda”, “Menim qardasim bele cemi 10 manatim var ona gore deyirem ozumde berk draznit olmusam dunennen cekmemisem 10 luga nese alindirmag olar?olanda bilirsenki deyirem varimdi”, “Elwad mene heckim pati vermedi. s(q.e.i)i dedina onu sox ne dostun var hamisinin qizdarinin a(q.e.i)a”, “Dost qizina goz diken sen olmusan.dunen deyirdin ki dostumun qizi vermesin s(q.e.i)im..neyse s(q.e.i)m o patiyada sene veren qizada.get iwinnen mewgul ol.bawin getmesin men sen o bu deyilema aglini bawina yig”, “Meni ne pulnan nede patiynan ala bilmessen.elwad anamin cani sene ayib olsun.sagol qaqaw men pis qardawam.get yaxwi qardawnan otur”, “Qaqa hardasa 03 var burda zor temadi ama yari qiymetine”, “Qaqa 30 mamatim var idi atdim bu gun goture bilmediyim torpagda halal xosun olsun.imkam olsa yari hell edersen”, “Pul yoxdu brat özümde ağriyiram bele de gelmişem işe kola da götüre bilmedim pula göre”, “Qaqa axir elaqe saxliya bildimn aciq daniwmadi ustu ortulu deyirki tema yoxdu goture bilmeyib”, “Kola isdiyen var?”, “MENDE BU GUN PUL OLMAYACAX SABAH OLACAX NESE ALİNDİRSAN MENEDE BİRAZ GETRERSEN SMS ATMA GELSEN VZF ATARSAN”, “Gaga dasinnan bir tike saxlaya bilersen gelim goturum?berk draznitem senol”, “Kolada alinmadi yetim?”, “Senki meni teman ola ola 7 tustu kola cekdirib agrida qoyduna Seymur senol sene bunu bagislamiyacam”, “Menim payima sene bunnan tema cekdiren qehbe olar.osdurankukla men loxam'?o qeder kolaynan veziyetden cixmadin.soxum senin ne bloqadarniy.qaqaw bunnan mene tema verme istemede.nankor adamsan sene gelim yaddaw vererem menim sene elediyimi.”, “Qardasim 10 manatda m10 a atiram gelirem qardasiva 2 nende dobri ver”, “bomda dawdl sende elave 15 manat var dawdan bawqa 05 butov goturmek isteyirem pul catmlr”, “Qaqa imkan olarsa onun usdunnen biraz gotur hele blokda biraz falqaya atarig men 7-8 tustu vurum onsuzda sehere kimi burda olmaliyam qonaglari qarsilamal”, “Qardawim mene bir balaca tebiet tap qaqamsan sene arxaynam”, “Qaqa Allah haqqi camahat agrirdadi mene umud olub pul atib.Yaxsi deyil biyagdan deyirem 10deyqe 15 deyqe”, “Hamlet marketin yaninda 2 nefer polis asagi yuxari gezir men park terefe kecirem”, “Elsad duan meni tutmaq istediler qacdim..hec yere cixa bilmirem.eger sende nese olsa menede de..Raimada de Meni heckeseden sorusmasin eva qalsin.Nicatai,n poxudu de bilecek ne var ne yox.Rasulda yanimda olur hecna danisa bilmirem cox vaxt.Ozunde eli tez tez yigma bu nomrani rasul qromkaya qoyur qulaq asir” məzmunlu ismarıcları xatırlamadığını, bunlarla bağlı məlumatsız olduğunu bildirməklə qeyri-səmimi ifadə vermişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ifadələrinə dediklərinin heç birini yazmamışlar. Xəsarətlər barədə tibbi kitabçada hər hansı qeydlər yazılıb-yazılmamasını bilməmişdir. Elan olunan kimi müstəntiqə ifadə verməmişdir. Xəsarəti hələdə gözündə qalmışdır. Müdafiəçi görməmiş və müdafiəçinin iştirakı ilə ifadə verməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman müdafiəçisinin olmadığını məhkəməyə bildirmiş və müdafiəçidən imtina etdiyini demişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında saxlanılan zaman polis əməkdaşları tərəfindən döyüldüklərini, aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşlarının üzərlərinə qoyaraq götürdüklərini, işgənclərə və təzyiqlərə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafetdici ifadə verdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ibtidai istintaq zamanı müdafiəçisinin olmamasını bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də özü və Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin X3 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, ona 18 yanvar 2025-ci il tarixdə Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslərin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisindən narkotik vasitə əldə edəcəkləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisinə getmişlər. Yolu müşahidə edərək **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan keçməsini gözləmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları avtomobil yanlarından keçdikdən sonra onlarda hənin avtomobilin ardıyca hərəkətə başlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yolda döndüklərini və torpaq örtüklü yola daxil olduqlarını görmüşlər. Onlar astaca avtomobilin qapısını açıb düşmüşlər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəldikləri avtomobilin işığını görərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dayandıqları yeri bilmişlər. Avtomobilin yanına çatdıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdikləri bağlamalarla avtomobilə doğru hərəkət etdiklərini görüb onlara polis olduqlarını deyərək dayanmaqlarını tələb etmişlər. Onları saxladıqdan sonra Təqsirləndirilən şəxs2 iranlı konum atdığını, narkotik vasitələri götürdüyünü, bağlamanı nə edəcəklərini soruşduqda Təqsirləndirilən şəxs2 iranlının dediyi yerə aparacağını demişdir. Təqsirləndirilən şəxs2 bağlamaların içərəsində narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs2 500 manat pul qarşılığında həmin narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərinə aparacağını demişdir. Torbalara baxış keçirilərək çəkilmiş və torbaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu və həmin yerə Təqsirləndirilən şəxs2 görə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindəki qara rəngli paltonun sağ döş iç cibindən 01 ədəd sarı rəngli plastik qab, telefon və digər əşyalar aşkarlanmışdır. Plastik qabın içərisinə baxan zaman oradan 01 ədəd bükümündə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən isə 2 ədəd telefon aşkar olunmuşdur. Anarın telefonunda olan “Whatsapp” ani mesajlaşma proqramında İran İslam Respublikasının vətəndaşı ilə qısa məzmunlu səs yazılarından ibarət mesajları, qəbz şəkili, götürəcəkləri narkotik vasitənin məkanı, narkotik vasitənin qoyulduğu yerin şəkilləri göndərildiyi müəyyən olunmuşdur. Narkotik vasitələr və psixotrop maddə çəkilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 RPŞ-nə aparmışlar. Maddi sübutlar və təqsirləndirilən şəxslər müstəntiqə təhvil verilmişlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 40 manat pul müqabilində Bakı şəhərində əldə etdiyini, metamfetamini əldə edib üzərində saxlayaraq daşımasından Təqsirləndirilən şəxs2 məlumatı olmadığını, yolda istifadə edən zaman onunla birlikdə Təqsirləndirilən şəxs2də metamfetamindən istifadə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq ediyini demişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsləri axşam saatlarında, şam ağaclarının arxasında piyada qayıdan zaman maşının yanında saxlamışlar. Hər iki təqsirləndirilən şəxs maşından aşağıda olmuşdur. Bakı yolu Bəhrəmtəpə qəsəbəsindən keçir. Təqsirləndirilən şəxslər ya Saatlı rayonundan ya da Biləsuvar rayonundan gedəcəkdilər. Oradan Biləsuvar rayonuna 40 km olardı. Saxlamamışdan əvvəl təqsirləndirilən şəxsləri müşahidə etmişlər. Onları saxlayan zaman videoçəkliş aparmışlar. Maşın onların yanından gəlib keçmiş, onlarda maşının arxasınca getmişlər. Təqsirləndirilən şəxsləri saxlama prosesləri təxminən 15 dəqiqə çəkərdi. Təqsirləndirilən şəxsləri döyməmişlər, onlara qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Dindirilmiş şahidlər Şahid3, Şahid4 Elburs oğlu və Şahid5 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 18 yanvar 2025-ci il tarixdə, saat 01:18 radələrində İmişli RPŞnin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, daşıması və saxlamasına əsaslı şübhələr olduqlarından Təqsirləndirilən şəxs1 və Qadaşev X7-İmişli-Mincivan avtomobil yolunun İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən keçən hissəsində saxlanılaraq, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən baxış zamanı onun üzərindən bir ədəd bükümdə təmiz çəkisi-1,013 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərləri yoxlanılan zaman, onların üzərlərindən birlikdə əldə etdikləri üç ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 2500,0 qram, 4300 qram, 5000 qram, ümumi çəkisi 11800 qram olan bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı üzrə İmişli RPŞ-nin Cinayət-axtarış bölməsindən daxil olmuş material əsasında Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. (cild 1,i.v.1-67) -“əməliyyat-axtarış tədbirlənirin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 18 yanvar 2025-ci il tarixdə, Hacıqabul-İmişli-Mincivan avtomobil yolunun İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindən keçən hissəsində 9 may 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx xxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Anar Qadeşevə və Təqsirləndirilən şəxs1 üzərlərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitələr, psixotrop maddə və onun prekusorlarının olub olmaması soruşularaq, olduğu halda təqdim olunması təklif olunur. Bundan sonra Anar Qadeşev yanında olan üç ədəd qara rəngli sellofana yığılmış və ətrafı yapışqan lentlə sarınmış iri bükümlər təqdim edib içərisində təbii narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin üç ədəd iri bükümləri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının onun “Whatsapp” hesabına göndərdiyi konum vasitəsilə Bakı şəhərindən gəlib İmişli rayonunda hazırda saxlanıldığı yerdən götürməli olduğunu və yenidən həmin şəxsiyyəti ona məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərəcəyi konuma daşımalı olduğunu, bunun üçün ona 500 (beş yüz) manat pul veriləcəyini, həmin pulun 100 (yüz) manatını isə onunla birlikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri götürmək üçün gələn Təqsirləndirilən şəxs1 verəcəyini, həmçinin sonuncunun istifadəsində olan “Mercedec-Benz” markal, **-EK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yanacaq vuracağını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 üstü yoxlanılır və əynindəki qara rəngli gödəkçəşinin sağ iç cibindən bir ədəd gümüşü rəngli kağızın arasında sellofan kəsiyinin arasında psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Bundan sonra əynindəki gödəkçəsinin sol iç cibindən bir ədəd mobil “Poco” markalı mobil telefon və onun şəxsiyyətini təsdiq edən sənəd, sürücülük vəsiqəsi və bir ədəd atası İqor Bağırova məxsus şəxsiyyət vəsiqəsi aşkar edilir. Bundan sonra Anar Qadeşevin üstü yoxlanılır və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, həmin gödəkçənin sağ yan cibindən isə bir ədəd sadə tipli mobil telefon aşkar edilir. Anar Qadeşevin üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilmədi. Sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən “Redmi” markalı və bir ədəd sadə tipli mobil telefon, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən “Poco” markalı mobil telefon və sənədlər özlərinə qaytarılır. Sonra Təqsirləndirilən şəxs2 aşkar edilən üç ədəd sellofan bükümlərdə olan təbii narkotik vasitə marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və hər biri 5.310 kq, 4.500 kq və 2.680 kq çəkidə olması görünür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və 1.34 qram çəkidə olması görünür. Bundan sonra Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş üç ədəd sellofan bükümlər və Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd sellofan büküm hər biri ayrı-ayrılıqda qablaşdırlaraq, üzəri imzalanaraq 179 nömrəli möhürlə möhürləndi.(cild 1,i.v.11-13) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 yanvar 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.23-24) -“şəxsi-axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış süni işıqlandırılmış şəraitdə, qapalı otaqda aparıldı. Şəxsi axtarış aparılmazdan əvvəl Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri şübhəli şəxs Təqsirləndirilən şəxs2 izah edilmişdir. Bundan sonra Hacıqabul-İmişli- Mincivan avtomobil yolunun İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş üç ədǝd sellofan torbaya bükülmüş və yapışqan lentlə sarınmış üç ədəd bükümün hər birinin üzərində kiçik ölçülü kəsik açılmaqla içərisində olan təbii narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə Təqsirləndirilən şəxs2 göstərildi və sonuncu hər bir bükümün özünə məxsus olduğunu bildirdi. Sonra növbə ilə həmin bükümlər elektron tərəzidə çəkildi və hər biri müvafiq olaraq 5.350 kq, 4.530 kq və 2,400 kq olması göründü. Bundan sonra hər bir bağlama ayrı-ayrılıqda 179 nömrəli möhürlə möhürlənib, iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış hərəkətləri davam etdirildi, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, şalvarın sol yan cibindən isə bir ədəd sadə tipli mobil telefon aşkar edildi. Sağ əlinin şəhadət barmağında metal üzük aşkar edildi. Həmin üzük istintaq əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs2 qaytarıldı, mobil telefonlar isə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. Anar Qadeşev şifahi sorğu zamanı üç ədəd bağlamada olan təbii narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının göndərdiyi konumla əldə edib sonra yeniden onun göndərəcəyi konumda nəzərdə tutulan ünvana çatdırmalı olduğunu, bunun üçün həmin İran İslam Respublikasının vətəndaşından 500 manat pul alacağını bildirdi. Tanışı Təqsirləndirilən şəxs1 da onunla birlikdə olduğunu və sonuncuya gəlməsi üçün avtomobilinə yanacaq alacağını, həmçinin həmin 500 manatın 100 manatını verəcəyini vəd etməsini bildirdi. (cild 1,i.v.30-33) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 yanvar 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1,i.v.43-44) -“şəxsi-axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış süni işıqlandırılmış şəraitdə, qapalı otaqda aparıldı. Şəxsi axtarış aparılmazdan əvvəl Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri şübhəli şəxs Təqsirləndirilən şəxs1 izah edilmişdir. Bundan sonra Hacıqabul-İmişli- Mincivan avtomobil yolunun İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində İmişli rayon polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, bir gün əvvəl sosial şəbəkədə tanış olduğu və şəxsiyyəti ona məlum olmayan şəxsin "M-10" hesabına 40 manat pul köçürdüyünü və göndərilmiş konuma gedib həmin psixotrop maddə metamfetaminə bənzər kütləni əldə etdiyini bildirdi. Həmin kütlə qablaşdırıldığı zərfdən çıxarılaraq elektron tərəzidə çəkildi və 1,35 qram çəkidə olması göründü. Sonra həmin kütlə yenidən qablaşdırıldı və 179 nömrəli möhürlə möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış hərəkətləri davam etdirildi, onun əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd “Poco” markalı mobil telefon, həmin mobil telefonun arxasından "xxxx" a məxsus istifadə müddəti bitmiş plastik kart, gödəkçəsinin sol yan cibindən avtomobilinə məxsus açar, gödəkçəsinin sağ iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, atası İqor Bağırova məxsus şəxsiyyət vəsiqəsi aşkar edildi. Sonra əynindəki gödəkçəsinin altındakı, qara rəngli pencəyin sol iç cibindən özünün deməsinə görə narkotik vasitə istifadə edən zaman istifadə etdiyi gümüşü kağız parçası aşkar edildi, həmin kağız parçasının üzərində yanıq izləri vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş heç bir predmet aşkar edilmədi. Sonra ona məxsus “Mercedes Benz S-600” markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə də baxış keçirilsə də avtomobildən qanunla qadağan edilmiş heç bir predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Poco" markalı mobil telefon və bir ədəd plastik kart iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü.(cild 1,i.v.50-53) -“kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası”nın 18 yanvar 2025-ci il tarixli 18/43-44 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs2..” sözləri yazılmış ümumi 03 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 2500,0qr, 4300qr, 5000qr, ümumi çəkisi 11800 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,013 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(cild 1,i.v.61-64) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-7/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 18 yanvar 2025-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun qeyd edilən miqdarda narkotik vasitə əldə etmək niyyəti olmamışdır. Tanımadığı və İran İslam Respublikasında olan şəxslə 400 qram narkotik vasitə götürmək barədə razılığa gəlmişdir, deyilən yerə gələndə isə 3 bağlama narkotik vasitə görmüşdür və onu götürməkdən imtina etmişdir. Bu zaman, polis əməkdaşları gələrək onu tutmuşlar.(cild 1,i.v.80-81, 123-128) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-cü il tarixli, 4(036)-8/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 18 yanvar 2025-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ona yalnız üstündən çıxan narkotik vasitələrin məxsus olması, həmin yerə qoyulmuş torbalarda olan narkotik vasitələrdən isə xəbəri olmadığını, ora yalnız Təqsirləndirilən şəxs2 sifarişi ilə taksi kimi gəldiyini, ora çatanda həmin nakotik vasitələrə görə gəldiyini bildirmişdir.(cild 1, i.v.97- 98, 114-122) -“maddi sübut kimi tanıma haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatında sərf edildikdən sonra qalıq çəkisi-11799,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxana və 0,913 qram çəkidə psixotrop maddə olan metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq və saxlanılması üçün İmişli RPŞ-nin “maddi sübutların saxlanılması” otağına təhvil verilmişdir.(cild 1, i.v.171-172) -“əməliyyat-axtarış tədbirlənirin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında 18 yanvar 2025-ci il tarixli protokola əlavə edilmiş “DVD” diskə baxış keçirilməsi haqqında” 6 aprel 2025-ci il tarixli protokoldan görünür ki, “DVD” diskdə 1 ədəd, 57,53 dəqiqə müddətinə video görüntü vardır. Həmin görüntü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmaları zamanı qeydə alınmış görüntüdür. Görüntüdə əvvəlcə polis əməkdaşları özlərini təqdim edib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət etmələrini bildirərək avtomobilə əyləşirlər. Sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəlmələrini yol kənarında avtomobilin içərisində gözləyirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəlməsini gördükdən sonra onların avtomobillərinin ardıyca hərəkət edirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobillə asfalt yoldan torpaq yola döndükdən sonra polis əməkdaşları idarə etdikləri avtomobilin işıqlarını söndürüb bir qədər işıqsız getdikdən sonra əks yola çıxaraq avtomobili yolun kənarında saxlayırlar. Sonra avtomobildən düşüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobili saxladılqları və avtomobilin işıqları tərəfə qaçırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlində bağlamalar ilə gəlməsini görən polis əməkdaşları onlara polis əməkdaşları olduqlarını və dayanmalarını demələri görünür. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərindəki bağlamaları yerə ataraq əllərini qaldırıb dayanırlar və polis əməkdaşları onları saxlayır. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxladıqdan sonra onlardan özlərini təqdim etmələrini istəyirlər. Əvvəlcə Təqsirləndirilən şəxs2 özünü təqdim edərək Bakı şəhər sakini olmasını bildirir. Sonra Təqsirləndirilən şəxs1 özünü təqdim etməsi istənilir. Təqsirləndirilən şəxs1 özünü təqdim edərək, Bakı şəhəri, Əhmədli qəsəbə sakini olmasını bildirir. Təqsirləndirilən şəxs1 gəlmələrinin səbəbi barədə sual verdikdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 göstərərək sonuncunun təklifi ilə gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 gəlməsinin səbəbi barədə sual verildikdə sonuncu: “İranlı konum atıb gəlmişəm. Buları götürüb (03 ədəd bağlamanı göstərərək) Bakı şəhərinə aparıb İranlının dediyi yerə qoyacağam. Marixuanadır. İranlı mənə 10-11 kilo demişdi. 500 manat pul müqabilində Bakıya aparacaqdım. Dediyi yerə qoyub 500 manat pul alacaqdım” – cavabını verir. Bundan sonra Təqsirləndirilən şəxs1 gəlməsinin səbəbi barədə sual verildikdə sonuncu: “O (Təqsirləndirilən şəxs2 göstərərək) mənə dedi ki, məni 100 manata aparıb gətirə-bilərsən Bakıya. Yanacağınıda vuracam. Anar dedi mənə” - cavabını verir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olub-olmadığı barədə sual verildikdə hər ikisi istifadəçisi olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindəki qara rəngli paltonun sağ döş iç cibindən 01 ədəd sarı rəngli plastik qab, əynində olan damalı pencəyin sol iç cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, telefonun üzərində olan kabronun arxa hissəsidən 01 ədəd "xxxx" ASC-yə aid bank kartı, paltonun sol iç döş cibindən sürücülük vəsiqəsi, “Bakı kart”, özünə və atasına aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülür. 01 ədəd sarı rəngli plastik qabın içərisinə baxan zaman oradan 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür. Sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Redmi” markalı, sol yan cibindən 01 ədəd “SQ” markalı mobil telefonlar aşkar edilir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonu kiliddən çıxarıb polis əməkdaşlarına təqdim edir. Telefonun “Menyu” bölməsindən “Whatsapp” ani mesajlaşma proqramına daxil olunur. “Whatsapp” ani mesajlaşma proqramında İran İslam Respublikasının vətəndaşı ilə qısa məzmunlu səs yazılarından ibarət mesajları, qəbz şəkili, götürəcəkləri narkotik vasitənin məkanı, narkotik vasitənin qoyulduğu yerin şəkilləri açıq şəkildə görünür. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş mariuxana və psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılmağa başlanır. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılır. Belə ki, 01 ədəd içərisi boş zərf üzərində aşkar edilmiş psixotrop maddəyə aid qeydlər aparılır və tədbirdə iştirak edənlər tərəfindən həmin zərfin üzəri imzalanır. Sonra isə “A4” kağıza aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya aid qeydlər aparılır və tədbirdə iştirak edənlər tərəfindən üzəri imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd sarı plastik qabdakı 01 ədəd siqaret kağızı bükümündə olan psixotrop maddə elektron tərəzi vasitəsi ilə ölçülərək 1,34 qram çəkidə olması müəyyən edilir. Həmin kütlə aşkar edildiyi qaba qoyularaq içərisi boş zərfin içərisinə qoyulur. Sonra zərf ekspertizaya təqdim edilməsi üçün DİN-nin 179 saylı möhürü ilə möhürlənir. Bundan sonra 03 ədəd polietilen torbaya baxış keçirilir. Torbanı bıçaqla kəsib içərisinə baxış keçirilir. Hər 03 torba eyni qaydada kəsilərək baxış keçirilir. Baxış keçirildikdən sonra torbaların kəsilmiş hissələri yapışqan lentlə yapışıdırılır. Sonra hər üç sellofan torbalar tərəzi vasitəsi ilə ölçülür. Birinci torbanın çəkisinin 8900 qram olması müəyyən edilir. Həmin torba ekspertizaya təqdim edilərək aşkar edilmiş narkotik vasitənin növü və çəkisi, tədbir iştirakçıları barədə məlumatlar qeyd edilmiş və imzalanmış kağızla qablaşdırılaraq DİN-nin 179 saylı möhürü ilə möhürlənir. Sonra ikinci torbaya baxış keçirilir. İkinci torbanın çəkisinin 10600 qram olması müəyyən edilir. İkinci torba da eyni qaydada ekspertizaya təqdim edilməsi üçün aşkar edilmiş narkotik vasitənin növü və çəkisi, tədbir iştirakçıları iştirakçılar barədə məlumatlar qeyd edilmiş və imzalanmış kağızla qablaşdırılaraq DİN-nin 179 saylı möhürü ilə möhürlənir. Daha sonra üçüncü torbaya baxış keçirilir. Üçüncü torbaya baxış keçirilən zaman tərəzinin ölçü vahidinin kiloqram olmaması polis əməkdaşları tərəfindən müəyyən edilir. Bundan sonra üçüncü torba tərəzi vasitəsi ilə ölçülərək çəkisinin 5310 qram olması müəyyən edilir. Üçüncü torbada eyni qayda ilə ekspertizaya təqdim edilməsindən ötəri qablaşdırılır və DİNnin 179 saylı möhürü ilə möhürlənir. Üçüncü torba ölçüldükdən sonra digər iki torba yenidən tərəzi vasitəsi ilə ölçülərək çəkilərinin müvafiq olaraq 4500 qram və 2680 qram olması müəyyən edilir. Əvvəlcədən qablaşdırılımş iki ədəd qablaşdırılmış bağlamanın üzərində polis əməkdaşları tərəfindən çəkilər barədə düzəlişlər edilir. İçərisində narkotik vasitə qurudulmuş mariuxanaya bənzər kütlə olan hər 03 sellofan bükümdə olan torba və içərisində metamfetaminə bənzər kütlə olan 01 ədəd zərf polis əməkdaşları tərəfindən götürülür. Sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəldikləri avtomobilə baxış keçirilir. Avtomobilə baxış keçirilən zaman qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilmir. Videogörüntünün sonunda polis əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İmişli rayon polis şöbəsinə aparacaqlarını və tədbirin İmişli rayon polis şöbəsinin inzibati binasında davam edəcəyi deyilir.(cild 1,i.v.199-201) -“diskə baxış keçirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 4 aprel 2025-ci il tarixli, 6672 nömrəli məktuba əlavə edilmiş və Təqsirləndirilən şəxs1 adına və istifadəsində mobil nömrələrə dair məlumatları özündə əks etdirən diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda mesajlar qeydə alınmışdır; 4 yanvar 2022-ci il tarixdə, saat 04:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qurban sene uzag yol qelmisem alinmirsa de, dunen sene soyugda imkan vermedim gozleyesen alinmirsa de hava soyugdu mende gedim” məzmunlu, 4 yanvar 2022ci il tarixdə, saat 04:32-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “o boyda temaynan meni gozledirsen bu qeder cox sagol” məzmunlu, 4 yanvar 2022-ci il tarixdə, saat 22:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “gor ne deyrem xalam pis veziyyetdedir tema goturmusende yeqin 10 manatliq ayrarsanda ondan vererem ona olarda yeqin” məzmunlu, 11 yanvar 2022-ci il tarixdə, saat 18:25-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “temaya geden adamnan telefonda yer sorusarlar?gelirem catim ne qeder ureyinnen kecir sual ver hamisina cavab verecem” məzmunlu, 24 yanvar 2022-ci il tarixdə, saat 15:48-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “yaxwi men gonderirem woferi gelsin bloku gotursuz siz hazirliyin” məzmunlu, 23 fevral 2022-ci il tarixdə, saat 22:54-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Elsat cox pis haldayam aqridan olurem cox pisem” məzmunlu, 4 mart 2022-ci il tarixdə, saat 19:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Hardasane dur gel bizede..20 est qalanin da ya daniw yada nese ele gel bizede yetka” məzmunlu, 4 mart 2022-ci il tarixdə, saat 19:43-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qardawim 20 m var indi nese ede bilmirsen ? Dur gel bizede” məzmunlu, 4 mart 2022-ci il tarixdə, saat 19:47-də ***-***-**-** saytlı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ne edimki?ancag butov verirde” məzmunlu, 6 aprel 2022-ci il tarixdə, saat 10:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Elwad meni bele qardaw bilirsense.Mene azda olsa wehla xalanin oglu bilirsense menimle elaqe saxla.cox pisem menimle elaqe saxla ele indi Eliw.” məzmunlu, 6 aprel 2022-ci il tarixdə, saat 17:55-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrədən “Qaqa sene qurban olum cox pis vezyetdeyem komek et usaqin dermanin alim bunun altinda qalmaram” məzmunlu, 12 aprel 2022-ci il tarixdə, saat 01:01-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa sirf bu temadan alindirmag olar yari ya bir?Emaneti sabah sahat 4 e verim?” məzmunlu, 12 aprel 2022-ci il tarixdə, saat 15:51-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrədən “Qaqa tay sebrden kecib yerini de gelim ora emaneti qaytar men rayona gedmeliyem” məzmunlu, 13 aprel 2022-ci il tarixdə, saat 21:27də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Das brat nebilim 20 gotururemde onnan ele edek biyabir olmuyagda” məzmunlu, 19 aprel 2022-ci il tarixdə, saat 09:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bir az sebr et duzeler. 5 azda duzelde bilsen lap ela olar” məzmunlu, 24 aprel 2022-ci il tarixdə, saat 17:13-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qraqda gorusek. Bele sene 15 nezerde tútmusam. Cox lazimdi?” məzmunlu, 24 aprel 2022-ci il tarixdə, saat 17:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Menim qardasim bele cemi 10 manatim var ona gore deyirem ozumde berk draznit olmusam dunennen cekmemisem 10 luga nese alindirmag olar?olanda bilirsenki deyirem varimdi” məzmulu, 26 aprel 2022-ci il tarixdə, saat 04:36-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “sabah men pulnu vererem işden gelende axşam bu lezetin dandı tam çıxardax olar bu kafnın tayı beraberi olmazdı.Heç bele kayf yaşamamışdım men” məzmunlu, 26 aprel 2022-ci il tarixdə, saat 22:55-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Elwad mene heckim pati vermedi. s(q.e.i)i dedina onu sox ne dostun var hamisinin qizdarinin a(q.e.i)a” məzmunlu, 26 aprel 2022-ci il tarixdə, saat 23:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Dost qizina goz diken sen olmusan.dunen deyirdin ki dostumun qizi vermesin s(q.e.i)im..neyse s(q.e.i)m o patiyada sene veren qizada.get iwinnen mewgul ol.bawin getmesin men sen o bu deyilema aglini bawina yig” məzmunlu, 26 aprel 2022-ci il tarixdə, saat 23:08-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Meni ne pulnan nede patiynan ala bilmessen.elwad anamin cani sene ayib olsun.sagol qaqaw men pis qardawam.get yaxwi qardawnan otur” məzmunlu, 13 may 2022-ci il tarixdə, saat 05:28də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa hardasa 03 var burda zor temadi ama yari qiymetine” məzmunlu, 13 may 2022-ci il tarixdə, saat 05:30-da ***-***-**-** Ayli mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Neciye verirki qaqa” məzmunlu, 13 may 2022-ci il tarixdə, saat 06:21-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylımobil nömrəyə “Brat deqiq gelecesense men onun pulun verim. Mazqi elemesin” məzmunlu, 13 may 2022-ci il tarixdə, saat 10:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 30 mamatim var idi atdim bu gun goture bilmediyim torpagda halal xosun olsun.imkam olsa yari hell edersen” məzmunlu, 15 may 2022-ci il tarixdə, saat 15:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ceyhun menem Seymur. senol deyirem menim ya temami ya da pulumu bugun ver.Senol sen uje hormetsizliz eliyirsen aglin bawqasina getmesin” məzmunlu, 21 may 2022-ci il tarixdə, saat 11:15-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ad gunumdu bu gun dedim belkem bu gun seher nese goturmusdun” məzmunlu, 21 may 2022-ci il tarixdə, saat 11:17-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Pul yoxdu brat özümde ağriyiram bele de gelmişem işe kola da götüre bilmedim pula göre” məzmunlu, 7 iyun 2022-ci il tarixdə, saat 01:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa axir elaqe saxliya bildimn aciq daniwmadi ustu ortulu deyirki tema yoxdu goture bilmeyib” məzmunlu, 20 iyun 2022-ci il tarixdə, saat 08:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Mensm sebnem ac. Tema goturecem ona gpre yigdim” məzmunlu, 22 sentyabr 2022-ci il tarixdə, saat 07:12-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Kola isdiyen var?” məzmunlu, 25 sentyabr 2022-ci il tarixdə, saat 20:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “MENDE BU GUN PUL OLMAYACAX SABAH OLACAX NESE ALİNDİRSAN MENEDE BİRAZ GETRERSEN SMS ATMA GELSEN VZF ATARSAN” məzmunlu, 25 sentyabr 2022-ci il tarixdə, saat 22:07-də ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gaga dasinnan bir tike saxlaya bilersen gelim goturum?berk draznitem senol” məzmunlu, 26 sentyabr 2022-ci il tarixdə, saat 07:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Onlarin yaninda ceke bilmedim berk agridayam yetim bele pis cixmasin falgadakin acdim cekilib hecne yoxdu olurem senol komek ede bilersen?” məzmunlu, 26 sentyabr 2022-ci il tarixdə, saat 07:13-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gaga gadan alaram orda size aid olmayan falga var gelib goture bilerem?” məzmunlu, 2 oktyabr 2022-ci il tarixdə, saat 04:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Heri brat 2 defe 10 manat atdim.Kolaya gore sadece dedin 2 sahata alinacag obirside ona gore gozleyirem” məzmunlu, 2 oktyabr 2022-ci il tarixdə, saat 04:49-da ***-***- **-** saylıı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “men bayaq sene verdiyim kolanin puludu bu?” məzmunlu, 3 oktyabr 2022-ci il tarixdə, saat 18:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “duzelir das.karta ata bilirsen pulu?” məzmunlu, 3 oktyabr 2022-ci il tarixdə, saat 22:17-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Gagam bir tike belkem kolan ola?berk agrida olan dosdum var” məzmunlu, 3 oktyabr 2022-ci il tarixdə, saat 23:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gaga cetde olsa normal das varindi?” məzmunlu, 11 oktyabr 2022-ci il tarixdə, saat 20:17-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qardawim sennen otru olerem de olduremde bilirsen,meni bagiwda qaqamsan mene bir tike kola ver canivi yeyim,qaqani pis qoyma,bilirsenki evezin min eliyecem” məzmunlu, 11 oktyabr 2022-ci il tarixdə, saat 20:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Valla gagas senin elinde bu gun tema olanda gordum hormetivi” məzmunlu, 11 oktyabr 2022-ci il tarixdə, saat 20:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Mende na lomaxam gagas.her defede na lomax temami bolmusem” məzmunlu, 12 oktyabr 2022-ci il tarixdə, saat 11:53-də ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Brat senol 4 tustu vurdum deli olmusam olanimida sene verdim varryoxun sikim” məzmunlu, 12 oktyabr 2022-ci il tarixdə, saat 20:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Kolada alinmadi yetim?” məzmunlu, 21 oktyabr 2022-ci il tarixdə, saat 15:23-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gaga tema gozduyrsense meni gozdetmede berk telesirem iwimi bilim” məzmunlu, 17 noyabr 2022-ci il tarixdə, saat 00:41də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “sdunde pati var der iadorsiz se patida var usdumde lazmdi sene?” məzmunlu, 17 noyabr 2022-cil il tarixdə, saat 00:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yetm koıa hec sen kolan usdundedi gelir ama olan kola sene gotrub u” məzmunlu, 5 dekabr 2022-ci il tarixdə, saar 14:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Senki meni teman ola ola 7 tustu kola cekdirib agrida qoyduna Seymur senol sene bunu bagislamiyacam” məzmunlu, 5 dekabr 2022-ci il tarixdə, saat 16:39-da ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Menim payima sene bunnan tema cekdiren qehbe olar.osdurankukla men loxam'?o qeder kolaynan veziyetden cixmadin.soxum senin ne bloqadarniy.qaqaw bunnan mene tema verme istemede.nankor adamsan sene gelim yaddaw vererem menim sene elediyimi.” məzmunlu, 5 dekabr 2022-ci il tarixdə, saat 16:47də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sen qandon adammiwsan.senin dostlugun uje bu imiw tema senol koladan yana gotune verme ala.gijdillaq gelecem sene verecem kolani sorada agzina mi elinemi” məzmunlu, 8 yanvar 2023-cü il tarixdə, saat 15:29-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Terlan senol agriyiram.varindisa gelim goturum .yoxdusa canin sag olsunverim secersen ozun” məzmunlu, 19 yanvar 2023-cü il tarixdə, saat 19:58-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Brat burdayam 30 duzeltdim.Sen Allah cekisi temiz bax olsun.Asagdayam gozleyirem” məzmunlu, 27 yanvar 2023-cü il tarixdə, saat 12:02-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qardasim 10 manatda m10 a atiram gelirem qardasiva 2 nende dobri ver” məzmunlu, 8 fevral 2023-cü il tarixdə, saat 21:16-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “bomda dawdl sende elave 15 manat var dawdan bawqa 05 butov goturmek isteyirem pul catmlr” məzmunlu, 8 fevral 2023-cü il tarixdə, saat 21:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa imkan olarsa onun usdunnen biraz gotur hele blokda biraz falqaya atarig men 7-8 tustu vurum onsuzda sehere kimi burda olmaliyam qonaglari qarsilamal” məzmunlu, 18 avqust 2023-cü il tarixdə, saat 22:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrədən “Qardawim mene bir balaca tebiet tap qaqamsan sene arxaynam” məzmunlu, 26 avqust 2023-cü il tarixdə, saat 23:53-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa Allah haqqi camahat agrirdadi mene umud olub pul atib.Yaxsi deyil biyagdan deyirem 10deyqe 15 deyqe” məzmunlu, 1 sentyabr 2023-cü il tarixdə, saat 17:21-də ***-***-**-** saylı mobil nömrəyə ***- ***-**-** saylı mobil nömrəyə “Hamlet marketin yaninda 2 nefer polis asagi yuxari gezir men park terefe kecirem” məzmunlu, 5 oktyabr 2024-cü il tarixdə, saat 11:38-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Elsad duan meni tutmaq istediler qacdim..hec yere cixa bilmirem.eger sende nese olsa menede de..Raimada de Meni heckeseden sorusmasin eva qalsin.Nicatai,n poxudu de bilecek ne var ne yox.Rasulda yanimda olur hecna danisa bilmirem cox vaxt.Ozunde eli tez tez yigma bu nomrani rasul qromkaya qoyur qulaq asir” məzmunlu ismarıclar qeydə alınmışdır. Baxış zamanı ***-***-**- ** saylı mobil nömrənin X6 məxsus olduğu müəyyən edildi.(cild 1,i.v.205-209) -“ambulator məhkəmə-narkoloji ekspertizası”nın 04 aprel 2025-cü il tarixli, 1861 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin, kannabioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs2 22 noyabr 2023-cü il tarixdən BNM-da (F19x2) diqanozu ilə dispanser qeydiyyatındadır.(cild 1,i.v.226-227) -“ambulator məhkəmə-narkoloji ekspertizası”nın 04 aprel 2025-cü il tarixli, 1859 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin, kannabioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs1 24 dekabr 2022-ci il tarixdən BNM-da (F19x2) diqanozu ilə dispanser qeydiyyatındadır. (cild 1,i.v.228-229) -“mobil telefona baxış keçirilməsi haqqında” 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, baxış Təqsirləndirilən şəxs2un istifadə etdiyi “Redmi” markalı mobil telefona keçirildi. “Redmi” markalı mobil telefon ekran hissəsi qara, arxa hissəsi isə göy rəngdədir. Mobil telefonun ön yuxarı hissəsində kamera vardır. Mobil telefonun arxa hissəsində 04 ədəd kamera və 01 ədəd fənər vardır. Mobil telefonuun aşağı hissəsində “Redmi” sözləri həkk olunmuşdur. Telefonun giriş kodu yoxdur. Mobil telefonun giriş kodunu açdıqdan sonra “Menyu” bölməsinə daxil olundu. “Menyu” bölməsindən “Whatsapp” mobil tətbiqinə daxil olundu. “Whatsapp” tətbiqində Təqsirləndirilən şəxs2 “Ozu Bilir” adıyla, +994 70 906 71 00 saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edildi. “Whatsapp” tətbiqində “Vaso” adlı şəxslə Təqsirləndirilən şəxs2 aralarında baş tutmuş mesajlara baxış keçirildi. “Vaso” adlı şəxsin +98 930 649 23 77 saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edildi. Baxış iştirakçısı Təqsirləndirilən şəxs2 həmin mobil nömrənin İran İslam Respublikasına aid olmasını bildirdi. “Vaso” adlı şəxslə Təqsirləndirilən şəxs2 arasında 17 yanvar 2025-ci il tarixdə, saat 22:43-dən saat 23:56-dək olan müddət ərzində aşağıdakı mesajlar qeydə alınmışdır: Vaso: “Yaxşı qardaşım, Mən səni gözləyirəm. Cavab gözləyirəm. 5-10 dəqiqə qabaq deyərsən şəklin ataram” (Səs 04 saniyə); Vaso: “Çox qalmısan brat?” (Səs 01 saniyə); Vaso: “Ay qağa hələ indi 1 saat deyirsən? Nə qədər yolun var? Hardan hara gedirsən sən? (Səs 04 saniyə); Təqsirləndirilən şəxs2: “1 saat 25 dəqiqə göstərir. Mən nə göstərir onu deyirəm” (Səs 05 saniyə); Vaso: “Mərdəkəndan ora 1 saat olar başa dolanım. Sən hələ indi yazırsan mənə 1 saat. 1 saat bundan qabaq deyirdin 1 saat yolum var” (Səs 06 saniyə); Təqsirləndirilən şəxs2: “Mayakdan gəlirəmdə mən. Mayak, Şüvələn tərəfdən” (Səs 04 saniyə); Vaso: “Ay qaqa başa dönüm bunu mənə getmiyəcəksənsə denən mən işimi bilim. Yox əylən gedirsən ora onu şeydidə nədi o deyərlər o məni gözdüyür. O adam yığır məni bə nə oldu, nə oldu 1 saat çəkir pulum səndədi deyir. Məndə deyirəm əylənin adamı çatır, əylənin adamı çatır. Gedirsənsə milyon faiz mənə de bilim” (Səs 21 saniyə); Vaso: “Birdənə mənə konum at görüm nə qədər qalmısan. Nə qədər yolun var. Nə qədər fasilən var? Mənə tez konum at” (Səs 04 saniyə); Vaso: “Allaha and olsun, qardaş canı məni bezdirdilər.Hey yığrılar nouldu, nouldu” (Səs 05 saniyə); Vaso adlı şəxs tərəfindən edilmi və cavablandırılmamış 3 dəfə zəng qeydə alınmışdır. Vaso: “Ay qaqa getmirsənsə mənə bir dənə söz denən getmirəm. Məni niyə umud edirsən sən” (Səs: 04 saniyə); Vaso adlı şəxs tərəfindən edilmiş və cavablanıdırılmamış 1 dəfə zəng qeydə alınmışdır. Vaso: “Tay bizim bağrımız çartladıda. Getmirsən denən getmirəm. Bu nə işdi axı. Ba məni yığırlar nouldu, nouldu, vdə otura bilmirəm axı mən” (Səs 10 saniyə); Vaso adlı şəxs tərəfindən edilmiş və cavablandırılmamış 1 dəfə zəng qeydə alınmışdır. Vaso: “???. Chox galsan? San manan məzələnirsən” məmzunlu ismarıc qeydə alınmışdır. Vaso adlı şəxs tərəfindən edilmiş və cavablandırılmamış 6 zəng qeydə alınmışdır. Vaso: “Ay gaga” məzmunlu ismarıc qeydə alınmışdır. “Vaso” adlı şəxslə Təqsirləndirilən şəxs2 arasında 18 yanvar 2025-ci il tarixdə, saat 00:08-dən saat 16:11-dək olan müddət ərzində aşağıdakı mesajlar qeydə alınmışdır: Vaso adlı şəxs tərəfindən edilmiş və cavablandırılmamış 2 zəng qeydə alınmışdır. Vaso: “San nye ble adamsan gaga” məzmunlu ismarıc qeydə alınmışdır.“Vaso: “Ssalam necəsən. Nə var nə yox. Brate başa dolanım bu nə məsələdi mən səni yollayıram ünvana. Sən mənə cavab vermirsən. Telefonunu götürmürsən. Neynirsən. Belə olan bidə ordan gedib saa adam özün yoluyyub gedibgötürüb qaytatdırıb aparıb evə. Ba bu nə hərəkətdi. Sən məni buların yanında pis çıxardırsan? Pis eliyirsən? (Səs 22 saniyə);Vaso adlı şəxs tərəfindən edilmilş və cavablandırılmamış 2 zəng vardır. Vaso: “Javab vermisan mane” məzmunlu ismarıc vardır. Baxışın davamdında “Whatsapp” mobil tətbiqində iş üçün əhəmiyyət kəsb edən “FERİD” adlı şəxslə Təqsirləndirilən şəxs2 arasında baş tutmuş mesajlara baxış keçirildi. “FERİD” adlı şəxsin +98 990 330 79 69 saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edildi. Baxış iştirakçısı Anad Qadaşev “FERİD” adlı şəxsin istifadə etdiyi mobil nömrənin İran İslam Respublikasına aid olmasını bildirdi. “FERİD” adlı şəxsə Təqsirləndirilən şəxs2 arasında 17 yanvar 2025-ci il tarixdə aşağıdakı mesajlar qeydə alınmışdır: FERİD: “Nə xəbər qardaş. Yediz yeməyinizi?” (Səs 03 saniyə);FERİD: Yaxşı qardaşım yaxşı. 5 dəqiqəyə atır. Bude 5 dəqiqəyə atır” (Səs 05 saniyə); Təqsirləndirilən şəxs2: Tələsdir onu çox qalmayıb buralarda saat uje 9-du” (Səs 05 saniyə); FERİD: “Maşının benzinin doldurunda. Doldurun dayanmayında. Promoy sürün Bakıya” (Səs 04 saniyə); Təqsirləndirilən şəxs2: “Ayə yo. Narahat olmuyun. Uşaq deyilik ki? Bez problem” (Səs 05 snaiyə); FERİD: “Səə 2 dəqiqəyə atır. Ba indi danışdım. Zəng elədim. Dedim nə oldu. Dedi 2 dəqiqəyə atıram” (Səs 04 sainyə); Təqsirləndirilən şəxs2 tərəfindən göndərilmiş “FERİD” adlı şəxsə göndərilmiş, 17 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində “Dostluq Yeməkxanası” adlı yeməkxananın qəbzinin şəkili vardır. FERİD: “Qardaşım 40 mantlıq nə yemək yeyibsən. Ay Maşallah” (Səs 05 saniyə); FERİD: “40 manata mən burda birdənə qoyun alıram” (Səs 02 sainyə); Təqsirləndirilən şəxs2: “Oturduq 2 dənə kabab yedük. Adama dörd pors kabab yemişik vəssalam (Kənardan gələn səs: Çox şey deyildi o). Dedük şot nə qədər edir. Dedilər 40 manat. Çox bir şey yeməmişük. Prosdu rayon yolu belədidə. Kimi tutdular qazlayırlar” (Səs 18 sanyə). FERİD: “Ay blaaa.40 manat verərdün mənə 1 dənə toğlu yarısın verərdim, onun yarısına 4 şiş kabab verərdilər. Qalanında qoyedilər orda. Başqa adama verərdilər” (Səs 14 saniyə); Təqsirləndirilən şəxs2: “Ayə yo. Yeyib içmək qalırda. Başqa nə qalır ki? Sən onu at mənim üçün çıxıram burdan” (Səs 9 saniyə); FERİD: “Min maşına 1 saniyəyə atıram” (Səs 03 saniyə); FERİD adlı şəxs Anara Qadaşevə lokasiya yeri göndərir. FERİD: “X12 Əli. Qardaşım çıx başua dolanım sənin çıx” (Səs 04 saniyə); Təqsirləndirilən şəxs2: “Bu İmişlidəndə oyanadıye. 1 Saat yazıbe yolu hələ mənim üçün” (Səs 06 saniyə); FERİD: “Ay bile” qısa məzmunlu mesaj yazmışdır. FERİD: “Yol qırağıdı heçnə eləməz. Salamtçılıq yerdir. Sürginən, sürginən. Başua dönüm bivaxta qalmayaq. Qaqa saat 10 olub. Saat 12 yarıma 1-ə çataq Bakıya” (Səs 12 saniyə). Təqsirləndirilən şəxs2: Sən adı nədi çıxmağına çıxmışame gedirəm. Sən prosdu bir dənə şey elədə nədi 20 manat göndər mənim üçün benzin vurqada. Qayıtmaq üçün heç olmasa” (Səs 13 saniyə); FERİD: “Qardaşım vururam. 20 manat nə puldu 200 manat vururam. Al götür qayıdanda 200 manat vururam. Benzin zad vurun doldurun sürün Bakıya” (Səs 10 snaiyə);“FERİD” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs2 mzəng edilmiş və 1 dəqiqə müddətinə danışıq qeydə alınmışdır. FERİD: “Qardaşım nə xəbər” (Səs 02 saniyə); “FERİD” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs2 zəng edilmiş və 40 saniyə müddətinə danışıq qeydə alınmışdır. FERİD: “Nə xəbər” məzmunlu ismarıc yazılmışdır. Təqsirləndirilən şəxs2: “Heçnə 8 dəqiqəyə oraydamda” (Səs 04 saniyə); Təqsirləndirilən şəxs2: “At sekili” məzmunlu ismarıc yazılmışdır. “FERİD” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs2 03 şəkil göndərilmiş, şəkillərin 02-i işarələnmiçş 01-ində isə 02 ədəd qara rəngli bağlama vardır. FERİD: “Götürdün?” məzmunlu ismarıc yazmışdır. Təqsirləndirilən şəxs2: “Yoxe hələ götürməmişəm. Burda hara qoyube onu. Kolluqdu hər yerə bura” (Səs 08 saniyə); “FERİD” adlı şəxs tərəfindən tərəfindən göndərilmiş və işarələnmiş 1 ədəd şəkil vardır. FERİD: “Ayə qardaşım. İşarə qoyulub. Budaxada. Çox dayanmada şəhər deyil ki, rayonu” (səs 6 saniyə); “FERİD” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs2 1 dəfə zəng edilmiş və cavablandırılmamışdır. Sonra isə Təqsirləndirilən şəxs2 tərəfindən “FERİD” adlı şəxsə zəng edilmiş cavablandırılmamışdır. Daha sonra isə “FERİD” adlı şxəs tərəfindən Təqsirləndirilən şəxs2 2 dəfə zəng edilmiş və hər dəfəsində 1 dəqiqə müddətinə danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs2: “Bunu meşənin ortasına nöşün atır. Bunu qoysun yolun qırağına qoysun gəlib götürəkda” (səs 05 saniyə); “FERİD” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs2 1 dəfə zəng edilmiş və 49 saniyə müddətinə danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs2: “Ay qaqaş burda tapa bilmirəmdə malı. Sən dediyin arayada getdim baxdım yoxdu. Çırt-çırt səslərdə gəlir. Bilmirəm adamdı-nədi xuy voznayet” (Səs 13 saniyə). Təqsirləndirilən şəxs2 tərəfindən “FERİD” adlı şəxsə 1 dəfə zəng edilmiş və 1 dəqiqə müddətinə danışıq qeydə alınmışdır. “FERİD” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs2 zəng edilmiş və cavablandırılmamışdır. FERİD: “Yiq” məzmunlu ismarıc yazılmışdır. Təqsirləndirilən şəxs2 tərəfindən “FERİD” adlı şəxsə 1 dəfə zəng edilmiş və 2 dəqiqə müddətinə danışıq qeydə alınmışdır. “FERİD” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs2 zəng edilmiş və 55 saniyə müddətinə danışıq qeydə alınmışdır. FERİD: “Qardaşım mişoxdan 1 metr qabağda sağda. Başa dönüm bir dəfə də get mənə xatir” (səs 05 saniyə); Təqsirləndirilən şəxs2: “Yaxşı qaqaş bir dəfə də gedirəm” (səs 03 snaiyə); FERİD: “Goturdun” məzmunlu ismarıc yazmışdır. (cild 1,i.v.234-238) -20 aprel 2025-ci il tarixli Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış “üzləşdirmə protokol”undan görünür ki, Şahid1 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs2 döymədiklərini, hər şeyin tam və qanuni olmasından ötəri videoçəkiliş vasitəsi ilə qeydə aldıqlarını Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 2,i.v.01-09) -20 aprel 2025-ci il tarixli şahidlər Şahid3, Şahid4, Şahid5 və Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış “üzləşdirmə protokol”larından görünür ki, şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid2 istintaqa verdikləri ifadələrini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs2 döymədiklərini, hər şeyin tam və qanuni olmasından ötəri videoçəkiliş vasitəsi ilə qeydə aldıqlarını Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 2,i.v.10-17,18-26,27-35,36-44) -“ifadənin yerində yoxlanılması haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 əli ilə Beyləqan rayonu istiqamətindən İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə gəldikləri istiqaməti, sonra meşəlik əraziyə döndükləri istiqaməti, avtomobili saxladıqları yeri, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanın olduğu yeri, həmin yerdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan üç ədəd bağlamanı götürdükləri yeri göstərmişdir.(cild 2,i.v.45- 50) -“ifadənin yerində yoxlanılması haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 əli ilə Beyləqan rayonu istiqamətindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinə gəldikləri istiqaməti, sonra meşəlik əraziyə döndükləri istiqaməti, avtomobili saxladıqları yeri, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanın olduğu yeri, həmin yerdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan üç ədəd bağlamanı götürdükləri yeri göstərmişdir.(cild 2,i.v.51-55) -“sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə əldə etdikəri, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 11799,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxana, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi-0,913 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞnin “maddi sübutların saxlanılması” otağına təhvil verilmişdir.(cild 2,i.v.59-80) -“cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından istintaqa “Fərid” ləqəbi ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və istintaq məlumatı olmayan digər şəxslər barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 2,i.v.81-84) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan edilmişdir.(cild 2,i.v 89-95) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan edilmişdir.(cild 2,i.v 100-106) -“cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə” Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2025-ci il tarixli, 1(099)-322/2025 nömrəli qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.6 və 306.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmaqla təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinədək uzadılmışdır.(cild 2,i.v.185-189) -“cinayət işinin icraata qəbul olunması haqqında” 23 may 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(cild 2,i.v 204-205) -"xxxx" MMC-dən daxil olmuş 19 aprel 2025-ci il tarixli, AZF/LGK-2816/24 nömrəli məktuba əlavə edilmiş və Təqsirləndirilən şəxs2 istifadəsində mobil nömrələrə dair məlumatları özündə əks etdirən diskə baxış keçirilməsi haqqında 24 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda mesajlar qeydə alınmışdır; 18 iyun 2023-cü il tarixdə, saat 04:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa qurban sene imkan varasa bes manatiqda das quyda mencun eyer imkan varsa xayis eliyirem ureyim” məzmunlu, 1 iyul 2023-cü il tarixdə, saat 06:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa ne olar ki xayis eliyirem senden gelim verde 10 mantiq bizede qirilirik agridan qaqa basiva donum senin qurana and olsun bir tüsdü nedi vurmamisiq qaqa” məzmunlu, 1 iyul 2023-cü il tarixdə, saat 06:39-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gijdilag o geder mal verdim sene qurana niyə and içirsen ki 1 tustu vurmadig temiz gijdilag olmusane” məzmunlu, 1 iyul 2023-cü il tarixdə, saat 06:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “doze bilmerem mama gedene kimi nolar duzeld gelib gotursunde” məzmunlu, 1 iyul 2023-cü il tarixdə, saat 06:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Sen ol Anar falqaya tokdum eritmemisdim mama girdi otaga gormesin deye tez bazar goturdum dagildi vallah hec yandirmamisdim hamisi dagildi sen ol olurem” məzmunlu, 1 iyul 2023-cü il tarixdə, saat 06:56-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gelsin düsdü emi üreyin yansin mene geberirem ağridan?” məzmunlu, 5 iyul 2023-cü il tarixdə, saat 20:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Exi gor ne deyirem mende pul yoxdu o uwag goturecey sende imkan var mene biraz hansinnansa qiret edesen” məzmunlu, 16 iyul 2023-cü il tarixdə, saat 18:25-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “10 kakos 10 pati” məzmunlu, 20 iyul 2023-cü il tarixdə, saat 06:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ayqa 05 alınar dostnan daniw” məzmunlu, 28 avqust 2023cü il tarixdə, 15:28-də ***-***-**-** saylı ***-***-**-** saylı mobil nömrədə “Mem qardasim masinanam cixdima birdan gelem 2 dene 25 diya pulda duzdu atam acmadin da dasmisig diye cixdim” məzmunlu, 23 iyun 2024-cü il tarixdə, saat 14:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yarım karopka ot alinar yarı kola ile deyisir hemin adam” məzmunlu, 23 iyul 2024-cü il tarixdə, saat 01:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gelirsen he yox di istiyen var vericeyem gedicey qaliceysen bele” məzmunlu, 12 avqust 2024-cü il tarixli, 02:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Catiram hele bibiheybete cox zeng vurma sonur goturum zibili xrber edirem didim axi goturen kimi xeber ediceyem” məzmunlu, 18 avqust 2024-cü il tarixdə, saat 01:52-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yiq töseni ondada 20 var onu da gotr gel” məzmunlu, 12 oktyabr 2024-cü il tarixdə, saat 21:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “QAQA ATA CANİ PUL YOXDU DRAZNİT OLMUWAM BİR CİKİLİ DAWİNAN VER EYNİMİ ACİMDA MAWİNANAM HAR DEYRSEN GELİM” məzmunlu, 10 noyabr 2024-cü il tarixdə, saat 20:59-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqas sennen Uzr isteyirem.And olsun Anamin canina pis suqaniyada idim.Bagisla meni.boyukluk ele qaqa.Balaca qardasinam senin men.Kec bu defe qurban olum qaqa.” məzmunlu, 10 oktyabr 2024-cü il tarixdə, saat 21:09-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “50 manat varimdi qaqas.ne qederki xerclemisem yaz mene vatsapda.” məzmunlu ismarıclar qeydə alınmışdır. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs2 adına olması müəyyən edilmişdir. (cild 2,i.v.219-221) -“sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 27 may 2025ci il tarixli qərardan görünür ki, cinayət işi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən, həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 3,i.v.01-27) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.28-34) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.41-47) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülmələri, aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşlarının üzərlərinə qoyaraq götürdüklərini, işgənclərə və təzyiqlərə məruz qaldıqları üçün ibtidai istintaq zamanı etirafetdici ifadə verdiklərini, narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını bildirmələri hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrin həmin hissələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Həmçinin Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün Bakı şəhərindən İmişli rayonuna gəlməsindən xəbəri olmadığını, yalnız İmişli rayonuna çatdıqdan sonra, meşəlik ərazidə Anarın narkotik vasitə götürmək üçün gəldiyini bilməsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq Təqsirləndirilən şəxs2lə birlikdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi görə cinayət məsuliyyətindən kənarda qalmasına görə bildirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən bildirilən və müzakirə edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin iştirakı ilə üzərlərində şəxsi axtarış, baxış istintaq hərəkətləri aparılarkən, o cümlədən verdikləri şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində törətdikləri cinayət əməllərini etiraf etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmaları üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalı; ç) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş metmafetamin psixotrop maddə, heroin və marixuana isə narkotik hesab edilir. Siyahılara əsasən metamfetaminin 0,15 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində ayrı-ayrılıqda çəkiləri 2500,0 qram, 4300,0 qram, 5000,0 qram, ümumi çəkisi 11800 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi onların narkotik vasitələrin satışı ilə məşğul olduqarını və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə istintaqa və məhkəməyə “Fərid” adı ilə İran İslam Respublikasının vətəndaşı kimi məlum olan, Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, razılığa gəlib cinayət əlaqəsinə girərək ayrı-ayrılıqda çəkiləri 2500,0 qram, 4300,0 qram, 5000,0 qram, ümumi çəkisi 11800 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmişlər. Məhkəmə tərkibi göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmamaları barədə bildirdiklərini iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində saxlanılaraq üzərləri yoxlanılan zaman əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd sarı rəngli plastik qabın içərisində bir ədəd bükümdə 1,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi faktı ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 həmin psixotrop maddə metamfetamini məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş 22 iyul 2025-ci il tarixli, 3135/2-12765/25 nömrəli məktubda göstərilmişdir ki, İmişli RPŞ-nin İB-nin baş müstəntiqi Saməd Məmmədzadə barəsində xüsusi qərara Baş İstintaq və Təhqiqat İdarəsində baxılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı zamanı baş müstəntiq Saməd Məmmədzadə tərəfindən cinayət-prosessual tələblər pozulmaqla Təqsirləndirilən şəxs1 əməlinə düzgün hüquqi qiymət verilməmiş, habelə aşkar olunmuş psixotrop maddənin Təqsirləndirilən şəxs2 aid olmadığı istintaq sənədləri ilə müəyyən edilməsinə baxmayaraq, sonuncuya verilmiş ittihamın məzmununda həmin fakt da daxil edilmişdir. Göründüyü kimi Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsində yoxlama aparılan zamanda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş metamfetaminin digər Təqsirləndirilən şəxs2 aidiyyəti olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilərkən onların hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onların ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı, Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı, Lüdi İsveçrəyə qarşı, Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 sözügedən metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetməmiş, Təqsirləndirilən şəxs1 həmin psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlayaraq daşımasında digər Təqsirləndirilən şəxs2 iştirakı və məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə metamfetamindən İmişli rayonuna gedərək yolda Təqsirləndirilən şəxs1 istifadə edərkən məlumatı olmuş və sonuncu ilə birlikdə istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülmələri, aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşlarının üzərlərinə qoyaraq götürdüklərini, işgənclərə və təzyiqlərə məruz qaldıqları üçün ibtidai istintaq zamanı etirafetdici ifadə verdikləri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində Təqsirləndirilən şəxs2 adına açılmış 399 nömrəli məlumat tibbi kitabçasından görünür ki, onun sol gözaltı nahiyəsində bənovşəyi rəngli qançır və şişkinlik, burnunda, sağ diz nahiyəsində, bel önü nahiyədə qırmızımtıl yara, sol əl və sol baldır nahiyələrdə çapıqlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin xəsarətləri həbs olunan zaman aldığını, lakin şikayəti olmadığını bildirişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 barəsində alınmış “məhkəmə-tibbi ekspertizası”nın 11 avqust 2025-ci il tarixli, 565 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs2 bədəni üzərində tibbi sənədlərə əsasən sol gözətrafı nahiyədə bənövşəyi rəngli qançır və şişkinlik, burun nahiyəsində, sağ diz nahiyəsində, bel-oma nahiyəsində qərtməkli yara, sol əl və sol baldır nahiyəsində çapıq toxumaları aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin rəngi, forması və ölçüsü qeyd olunmadığı üçün məhkəmə-tibbi ekspertizada sağalma prosesində aşkar olunan əlamətlərlə eynilik təşkil etmədiyindən qeyd olunan xəsarətlərin yaranma mexanizmi, şəraiti və müddəti haqqında fikir şöyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş video diskdə olan videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs2 sol yan profildə görüntüdə üz nahiyəsində kölgəlik və qara ləkələr görünür, ön tərəfdən baxdıqda isə hər-hansı bir kölgəlik və ya ləkələr müşahidə edilmir. Videoçəkilişin rolu hadisənin gedişini, zədələrin hansı şəraitdə yarandığını göstərmək üçün yardımçı sübut hesab olunur. Rəsmi rəy yalnız tibbi müayinənin nəticələrinə əsaslanır. Məhkəmə-tibbi ekspertizanın əsası birbaşa müayinədir. Ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Lənkəran RMX-nın Şüa-diaqnostika şöbəsi tərəfindən 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına verilmiş 9324 saylı, 01 avqust 2025-ci il tarixli rentgen müayinəsinin nəticəsi: sol almacıq sümüyü sol maksilyar sümüyün lateral divarını təşkil edən seqmentinin orta 1/3-də travmatik mənşəli vertikal seyirli sınıq şübhənin R-loji əlaməti. Sol almacıq sümüyünün son əngə sümüyünə keçən hissəsində sınığa şübhə diaqnozunu aydınlaşdırmaq üçün Lənkəran RMX-nın rentgen şöbəsindən alınmış Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş rentgen plyonkası və ona aid olan cavab Birliyin ekspert radioloquna göndərilmişdir. Ekspertizaya Birliyin ekspert radioloqu tərəfindən təqdim edilmiş 06 avqust 2025-ci il tarixli, 971 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş 9324 saylı, 01 avqust 2025-ci il tarixdə üz skeletinin iki proyeksiyalı R-qramlarında sol almacıqəng sümükləri nahiyəsində içpression xarakterli, qeyri-homogen döyənəkləşmə elementlərinin sinastoz kölgəliklərinə uyğun deformasiyalaşdıran sınığından sonrakı vəziyyəti qeyd edilir. Həmin güman olunan travmatizmin müddəti köhnədir və radioloji görüntülərə əsasən R-qrafiyanın icra müddətindən (xx.xx.2025-ci il) təxminən bir neçə il əvvələ uyğun gəlir. 17 yanvar 2025-ci il tarixdə törənməsi qeyri-mümkündür, belə ki, təmas nöqtəsində intensiv ifadə olunan hematoma şişkinlik qançır olmalı idi. İmişli RPŞ-dən daxil olmuş 18 avqust 2025-ci il tarixli, 31383/2-14417 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlandıqları müddət ərzində tibbi yardım üçün müraciət etməmişlər. İmişli RPŞ-dən daxil olmuş 18 avqust 2025-ci il tarixli, 31383/2-14417 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İmişli RPŞ-nə gətirilərkən bədənləri üzərində hər hansı bir xəsarət olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində Təqsirləndirilən şəxs1 adına açılmış 613 nömrəli məlumat tibbi kitabçasından görünür ki, onun sol said nahiyəsində köhnə çapıq toxuması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həbs olunan zaman xəsarət almadığını və şikayəti olmadığını bildirmişdir. Dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs2 döymədiklərini, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri tərəfindən döyülmələri ilə bağlı saxlanıldıqları vaxtdan sonrakı dövrdə hər hansı orqana müraciət etməmişlər. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdikləri “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrinin polis əməkdaşları tərəfindən döyülmələri, aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşlarının üzərlərinə qoyaraq götürdüklərini, işgəncələrə və təzyiqlərə məruz qaldıqları üçün ibtidai istintaq zamanı etirafetdici ifadə verdiklərini, narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını bildirdikləri hissələri həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında belə ifadə verməklə özlərini cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onların ibtidai istintaq zamanı özlərinə qarşı verdikləri ifadələri alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrini məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdikləri ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda-narkotik vasitə marixuana əldə edib, saxlamaq və daşımaqla onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində saxlanılaraq üzərləri yoxlanılan zaman əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd sarı rəngli plastik qabın içərisində bir ədəd bükümdə 1,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı tövsif edən zaman istintaq orqanı səhvə yol vermişdir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə tövsif olunmalı, Cinayət Məcəlləsinin 234.4.2-cü maddəsi Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri onların ibtidai araşdırma zamanı verdikləri etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında” həmin protokola əlavə edilmiş videoçəkiliş, “məhkəməekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələrin və psixotrop maddənin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - 14 aprel 2025-ci il tarixli tələbnamədən və Xəzər Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 1(003)-549/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirili bilinərək 7 (yeddi) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli qərarı ilə 1 (bir) ay, 1 (bir) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 4 may 2024-cü il tarixdə cəzası başa çatmışdır.(cild 1,i.v.178-184,212-213) Təqsirləndirilən şəxs2 qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. -14 aprel 2025-ci il tarixli tələbnamədən və Xətai Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 31 mart 2023cü il tarixli, 1(011)-149/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirili bilinərək 2 (iki) il, 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan cəzasının 1 (bir) il 8 (səkkiz) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən qəti olaraq 10 (on) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı ilə 3 (üç) ay 6 (altı) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 29 avqust 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır.(cild 1,i.v.163-169,210-211) Təqsirləndirilən şəxs1 qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar yoxdur, Cinayət Məcəlləsinin 15.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi az ağır cinayət hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 cəza müddəti 4 may 2024-cü il tarixdə bitmiş, onun cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 residiv olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum edilmiş şəxsə cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. “Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı” Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəzalar təyin olunan zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs2 cəza təyin olunan zaman Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəzalar təyin olunan zaman ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2025-ci il tarixdən hesablanmalı, İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)- 7/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2025-ci il tarixdən hesablanmalı, İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-8/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmənarkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat 0,90 (doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat 0,90 (doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq, İmişli Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11799,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxana və 0,913 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılması və üzərlərinin yoxlanılması, şəxsi axtarış və sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən görüntüləri özündə əks etdirən 3 (üç) ədəd “DVD” disk, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefona baxış keçirildikdən sonra baxışın görüntülərini özündə əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı və “SQ” markalı və Təqsirləndirilən şəxs1 məxsus “Poco” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil telefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD”, və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılmalı, İmişli RPŞ-nin duracağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Mercedes Benz S- 600” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-cü maddəsi Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 18 yanvar 2025-ci il tarixdən hesablansın. İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-7/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 18 yanvar 2025-ci il tarixdən hesablansın. İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-8/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 63 (altmış üç) manat 0,90 (doxsan) qəpik məbləğdə pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq, İmişli Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11799,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxana və 0,913 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılması və üzərlərinin yoxlanılması, şəxsi axtarış və sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən görüntüləri özündə əks etdirən 3 (üç) ədəd “DVD” disk, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefona baxış keçirildikdən sonra baxışın görüntülərini özündə əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı, “SQ” markalı və Təqsirləndirilən şəxs1 məxsus “Poco” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil telefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD”, və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra İmişli Rayon Polis Şöbəsinin duracağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Mercedes Benz S-600” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar