Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-354/2022 08.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X5 oğlunun sədrliyi ilə, hakimlər – X3 və X2 ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Neftçala rayonunun Bankə qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2021-ci ilin dekabr ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə yaşadığı Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən fərdi yaşayış evinə qoyduğu, içərisinə torpaq doldurulmuş 1 ədəd çuqun qabda 18 ədəd, külli miqdarda əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 11 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman evdə olan çuqun qabda 18 ədəd, külli miqdarda narkotik tərkibli əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin noyabr ayının əvvəlindən isə həyat yoldaşı onlarla qonşuluqda evi olan yaşlı anasına baxmağa getdiyi üçün evdə tək olur. O, təxminən 3 aydır ki, arabir olanda narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, təxminən 2021-ci ilin dekabr ayının əvvələrində evlərinin yaxınlığında Kür çayı sahilindən tutduğu 3 ədəd çəki balığını Neftçala şəhər mərkəzi bazarında satmağa gəlmişdir. Həmin balıqları adını bilmədiyi, lakin Salyan şəhərindən olduğunu bildiyi bir nəfər şəxsə satmışdır. Həmin şəxslə bazarda bir qədər söhbət etmiş və münasibətləri yaranmışdır. Daha sonra həmin şəxs ona qurudulmuş marixuana çəkmək təklif etmişdir. Həmin şəxs kağıza bükülmüş halda olan qurudulmuş marixuananı siqaretə doldurmaq üçün ona vermişdir. Qurudulmuş marixuananı siqaretə dolduranda çətənə toxumları ovucuna tökülmüşdür. Qurudulmuş marixuananı siqaretə doldurduqdan sonra həmin çətənə toxumlarını kağıza bükərək cibinə qoymuşdur. Siqaretə doldurulmuş marixuananı həmin şəxslə bazarda bir kənarda gizlincə çəkmişlər. Daha sonra o çıxıb evə gəlmişdir. Kağıza bükülmüş çətənə toxumlarını evində gizlətmişdir. O, çətənə toxumlarını əkmək qərarına gəlmişdir. O,2021-ci ilin dekabr ayının ortalarında çətənə toxumlarını içərisinə torpaq doldurub evə qoyduğu çuqun qabda əkmişdir. Onun məqsədiqurudulmuş marixuana əldə etmək üçün həmin toxumları əkərək onlardan çıxan çətənə bitkilərini özü becərmək, yarpaqlarından toplayıb özündə saxlayaraq tədarükünü yığmaq olmuşdur. Bu barədə heç kimə bir söz deməmişdir. Evinə gəlib gedən olmadığı üçün heç kim əkdiyi çətənə bitkilərini görə bilməzdi. Daha sonra həmintoxumlardan çıxan çətənə bitkilərini yetişdirməyə başlamışdır.Həmin bitkilərə su verərək onları becərməyə başlamış, istilik olsun deyə çuqun qabın üstündən elektrik lampası asmış və çətənə bitkilərinəqulluq etmişdir. O, arabir çətənə bitkilərinə su vermiş, onlar inkişaf etdikcə diblərini boşaltmış, peyin vermişdir. 11 yanvar 2022-ci il tarixdə saat təxminən 11 radələrində onu həyət qapısına çağırmışlar. O, küçə qapısına getdikdə mülki geyimli şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını,qanunsuz olaraq narkotik tərkibli bitki əkməyi barədə məlumatları olduqlarını bildirmişlər. O, heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir. Həmin vaxt onun barəsində şübhəli kimi tutma qərarı qəbul edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Onu müdafiəçi ilə təmin edib müdafiəçi Seymur Abdullayev, orada olan polis əməkdaşları, həmçinin aqronomun iştirakı ilə evinə video çəkilişlə baxış keçirilən zaman orada çuqun qabda əkdiyi 18 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bu barədə orada protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, yəni kiməsə narkotik vasitə satmamış, verməmişdir. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Neftçala rayon Polis Şöbəsinin CABnin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkilər əkibbecərməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Qəbul edilmiş qərara əsasən yaradılmış qrupun üzvləri və mütəxəssis qismində dəvət edilmiş aqronomun iştirakı ilə 11 yanvar 2022-ci il tarixdə, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsinə getmişlər. Məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda evdədir. Təqsirləndirilən şəxs həyət qapısından çağırmışlar. Küçəyə çıxdıqda özlərini təqdim edib Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında evinin həyətyanı sahəsinə və fərdi yaşayış evinə təxirə salınmadan baxış keçirilməsi üçün qərar qəbul edilmiş, qeyd olunan yerə baxış keçiriləcəkdir. Həmin zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir.Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələriizah edilmiş və müdafiəçi təyin edilmişdir. Həmçinin baxışda iştirak edən mütəxəssisin hüquq və vəzifələri orada izah olunmuşdur. Daha sonra onlar, müdafiəçi Seymur Abdullayevin və aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə qoyulmuş çuqun qabda tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Vidadi Bağırov çuqun qabdakı bitkilərə baxaraq bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə qoyulmuş çuqun qabda tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 18 ədəd bitki vardır. Baxış zamanı gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alaraq bitkilər kökündən çıxarılmış, polietilen torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Neftçala rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Qəbul edilmiş qərara əsasən yaradılmış qrupun üzvləri və mütəxəssis qismində dəvət edilmiş aqronomun iştirakı ilə 11 yanvar 2022-ci il tarixdə, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsinə getmişlər. Məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda evdədir. Təqsirləndirilən şəxs həyət qapısından çağırmışlar. Küçəyə çıxdıqda özlərini təqdim edib Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında evinin həyətyanı sahəsinə və fərdi yaşayış evinə təxirə salınmadan baxış keçirilməsi üçün qərar qəbul edilmiş, qeyd olunan yerə baxış keçiriləcəkdir. Həmin zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir.Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələriizah edilmiş və müdafiəçi təyin edilmişdir. Həmçinin baxışda iştirak edən mütəxəssisin hüquq və vəzifələri orada izah olunmuşdur. Daha sonra onlar, müdafiəçi Seymur Abdullayevin və aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə qoyulmuş çuqun qabda tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Vidadi Bağırov çuqun qabdakı bitkilərə baxaraq bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə qoyulmuş çuqun qabda tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 18 ədəd bitki vardır. Baxış zamanı gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alaraq bitkilər kökündən çıxarılmış, polietilen torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 11 yanvar2022-ci il tarixli, 18/44 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 18 ədəd yaş vəziyyətdə ümumi çəkiləri-75,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Bitki torpaqda toxumdan cücərərək yetişmiş, hər hansı üsulla hazırlanmamışdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 1583 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur .Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dəndaxil olmuş tələbnamədən və Neftçala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 89 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin256.1-ci maddəsi ilə təqsirli bilinib 320 saat islah işləri cəzasına məhkum edilmiş, cəzanı tam olaraq çəkib qurtarmış, məkumluğu ödənilmişdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç övladı vardır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətin yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Neftçala rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkib-becərdiyi ümumilikdə yaş halda qalıq çəkisi 74.8 qram olan 18 ədəd çətənə (kannabis) bitkilərinin məhv edilməsi, sübut növü kimi tanınmış 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizaların dəyəri olan cəmi 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Neftçala rayon polis şöbəsində saxlanılan ümumilikdə yaş halda qalıq çəkisi 74.8 qram olan 18 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, sübut növü kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-354/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-354/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver