Məhkəmə qərarları › İş №1(099)-354/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-354/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-354/2025 29.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Tərtər rafonu Fhlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada fəaliyyət göstərən, orta təhsilli, əvvələr məhkum olunmamış, tərtər şəhəri, E.Səfərov küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı X3 və İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən adı məlum olmayan şəxslə istifadəsində olan +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə danışaraq külli miqdarda narkotik vasitələri və xeyli miqdarda psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra sonuncunun göndərdiyi külli miqdarda narkotik vasitə heroini, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Qarasu kəndi ərazisinə daşımış, 15 fevral 2025-ci il tarixdə, saat 20 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun kənarında yerləşən adsız və fəaliyyət göstərməyən kafedə saxlanılaraq, üzərində yoxlama aparılan zaman onun X3 və İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə etdiyi bir ədəd bükümdə təmiz çəkisi 0,158 qram xeyli miqdarda ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, 01 ədəd polietilen torbada təmiz çəkisi 569,0 qram külli miqdarda qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 530,0 qram və 880,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1410,0 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlanılan zaman əlindən yerə atdığı göy rəngli sellofan torbanın içərisindən aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən 4-5 aydır ki, patı kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. 31 yanvar 2025-ci il tarixdə o, uşaqlarını Bakı şəhərində yaşayan qaynatasının yanına aparmış, özü isə uşaqları qoyduqdan sonra yenidən Tərtər şəhərinə qayıtmışdır. 14 fevral 2025-ci il tarixdə saat 10 radələrində Tərtər şəhər sakini X2 zəng vuraraq patı tapmasını bildirmişdir. Sənan Abdullayev onun sinif yoldaşıdır, uzun illərdir ki, münasibətləri yaxşıdır, məktəbi bitirdikdəndə sonra onlar tez-tez görüşmüşdürlər. Sənan Abdullayev narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Sənan ilə əlaqə saxladıqda o, ona patı tapması üçün tanışları ilə maraqlanmalı olduğunu bildirmişdir. Bir müddət sonra Sənan ona zəng vuraraq İran İslam Respublikasının vətandaşının metamfetamin göndərəcəyini həmin maddəni ya Bakı şəhərindən götürməsini yadakı Hacıqabul rayonunda yolun kənarına ata biləcəyini demişdir. O, Sənana Bakını tanımadığını bildirmiş və Hacıqabul rayonu Bakı şəhərinə gedən yolun üzərində yerləşdiyi üçün oradan götürəcəyini demişdir. Sənan ona Hacıqabul şəhərinin içərisindən yox, Hacıqabul rayonu ərazisinə düşən Bakı-Qazax avtomagistral yoldan götürəcəyini bildirmişdir. Bir müddət sonra Sənan onun mobil nömrəsinə kod gələcəyini və onun vasitəsi ilə İran İslam Respublikasının vətəndaşına 106 manat pul göndərməsini bildirmişdir. O, 106 manat pul vəsaitini həmin koda göndərmiş, daha sonra göndərilmiş pulun çekini Sənana atmışdır. Sənan ona Whatsapp vasitəsi ilə məkan və əlavə olaraq işarəli formada olan şəkil göndərmişdir. Həmin şəkildə külqabının içərisində işarəli formada onun istədiyi patı var imiş. 15 fevral saat 20 radələrində məkanda göstərilən yerə çatmışdır. Həmin yerdə köhnə kafe olmuş, həmin kafeyə yaxınlaşmış və içəri daxil olmuş, Sənanın şəkildə göndərdiyi yerə yaxınlaşmış və külqabının içərisində bir ədəd büküm görmüşdür. Həmin bükümü götürüb cibinə qoymuş çıxmaq istəyərkən həmin kafedə başqa otaqdan polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamışlar. Polis əməkdaşlarından bir nəfər adını sonradan Rüfət kimi bildiyi şəxs ona yaxınlaşaraq «səni Hacıqabula girəndən izləyrik, özünü ağıllı apar» sözlərini deyib onun yanına bir selofan bağlama qoymuşdur. Sonra onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı cibində olan bir ədəd bükümü polis əməkdaşları aşkar etmişlər. Videoçəkiliş zamanı o ayağının yanına qoyulmuş bağlamanı polis əməkdaşının qoyduğunu, həmin bağlamanın ona aid olmadığını, əli qandallı olduğu vaxt polis əməkdaşının onun ayağının yanına qoyduğunu bildirmişdir. Sonra polis əməkdaşları onun istifadəsində olan **-AK-*** dövlət qeydiyyat nişanlı avtobilinə baxış keçirmişlər, avtombildə heç bir yad predmet aşkar olunmamışdır. Avtombilinin qabaq oturacağında uşaqları üçün aldığı hədiyyələrin paketi olmuşdur. Sonra polis əməkdaşları aşkar olunmuş selofan bağlamaya baxış keçirmişlər bağlamada marixuanna və heroin narkotik vasitələri aşkar olunmuşdur. O Sənandan şəxsi istifadəsi üçün patı adlanan metamfetamin psixotrop maddə istəmiş, bunun muqabilində də ona 106 manat pul göndərmişdir. O marixuana və heroin narkotik vasitələri sifariş verməmişdir. Tutularkən və videoçəkiliş aparılarkən yanında aşkar olunmuş selofan bağlamanı polis əməkdaşları qoymuşlar. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs tanışı Sənan Abdullayevdən şəxsi istifadəsi üçün 1 qram psixotrop maddə sifariş verməsi, buna görə də, iranlıya 106 manat göndərməsi, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının onun yanına bir selofan bağlama qoyması, həmin bağlamanın ona aidiyyətinin olmaması kimi ifadələrinə məhkəmə tənqidi yanaşaraq bu ifadələri iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissələrini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilərkən, narkotik vasitələrin əldə edilməsi mövzusunda danışıqlar aparılmış, lakin 1 qram metamfetamin və bunun müqabilində 106 manat göndərməsi nə danışıqlarda, nədə ki, cinayət işi materiallarında öz əksini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs hadisə yerində saxlanılarkən polis əməkdaşları içərisində narkotik vasitələr olan torba barədə soruşulduqda, Təqsirləndirilən şəxs torbanın ona məxsus olmaması deyil, uşqaları üçün hədiyyələr aldığını bildiri. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirməklə sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir 15 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qurupu yaradılmışdır.15 fevral 2025-ci tarixdə saat 20 radələrində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman onlar Kia Optima markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ ehtiyyat hissəsində yerləşən fəaliyyət göstərməyən kafenin qarşısında dayanmasını müşahidə etmişdirlər. Həmin vaxt avtomobildən Təqsirləndirilən şəxs yerə düşmüş, kafenin içərisinə doğru getmişdir. Onlar Təqsirləndirilən şəxs sağ əlində bir ədəd sellofan torbanı tutaraq kafedən çıxmağa çalışdığını görmüşdürlər. Dərhal əməliyyat çəkilişi ilə Təqsirləndirilən şəxs tərəf yaxınlaşmışlar, sonuncu qaçmağa cəhd göstərmiş və əlindəki torbanı yerə atmış, lakin qaça bilməmiş, onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya vəya predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərərkən sağ əlindən yerə atdığı göy rəngli torbanın nə olmasını soruşmuş, o Bakı şəhərinə getdiyini və uşaqları üçün hədiyyə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qaçmağa cəhd edərkən sağ əlindən yerə atdığı göy rəngli torbanı yoxlayan zaman, həmin torbanın içərisindən 03 ədəd müxtəlif ölçülü bağlama aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilmiş, bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya və heroinə bənzər maddələr olması müəyyən edilmiş, bağlamalar elektron tərəzidə çəkilmiş, böyük zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən psixotrop maddə meteamfetaminə bənzər kütlə və psixotrop maddə metamfetamini istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd “falqa” adlanan əşya aşkar edilmişdir. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs kafeyə daxil olub metamfetamini və içərisində narkotik vasitə olan selofan torbanı götürüb çıxmaq istəyərkən tutulmuşdur, o saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşə hər hansı qanunsuz hərəkətlər olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 16 fevral 2025-ci il tarixli 18/147-148 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözlər yazılmış kağız paketdə 01 ədəd bükümdə: -təmiz çəkisi 0,158 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd folqanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. -01 ədəd polietilen torbada təmiz çəkisi-569,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. -02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi- 530,0 qr, 880,0 qr ümumi çəkisi-1410,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə narkotik vasitə qurudulmuş marixuanadır.kasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr' siyahısına daxildir (Siyahı İ). Tədqiqatdan sonrakı qalıq qurudulmu marixuana narkotik vasitəsi 1409,8 qram, heroin psixotrop maddəsi 568,90 qram, metamfetamin psixotrop maddəsi 0,108 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik təşkil edır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 fevral 2025-ci il tarixli 62 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli 2204 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli 994 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdipsixoloji xüsusiyyətlərində inadkarlıq, laqeydlik, emosionallıq, məsuliyyətsizlik aşkar edilir. Cinayət hadisəsi törədilərkən Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan 18 fevral 2025-ci il tarixli «əməliyyat axtarış tədbirinin keçirilməsi-şübhəli şəxsin üstünün yoxlanılmas, avtombilə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və videogürüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yerdə ayağının yanında olan göy rəngli torbanın nə olmasını soruşulmuş, o Bakı şəhərinə getdiyini və uşaqları üçün hədiyyə aldığını bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisindən 03 ədəd müxtəlif ölçülü bağlama aşkar edilmişdir. Həmin bağlamalarda ikisində qurudulmuş marixuanaya bənzər maddə, bir bağlamada isə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Sonda isə Təqsirləndirilən şəxs idarə etdiyi Kia Optima markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. İş materiallarında olan 16 fevral 2025-ci il tarixli «mobil telefon aparatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs stifadəsində olmuş və yoxlama zamanı üzərindən aşkar olunaraq götürülmüş “Poco" markalı mobil telefona quraşdırılmış whatsapp ani mesajlaşma sisteminə baxış keçirilərkən telefonun whatsapp ani mesajlaşma sistemində “X13 adı ilə qeydə alınan +**********106 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirilən zaman aşağıdakılar müəyyən olundu: (həmin nömrə ilə aparılan yazışmalar 24 saat müddətində avtomatik silinmə rejimi ilə tənzimlənmişdir) 15 fevral 2025-ci il X13: Qaqa günortaya kimi hazirol yigajam (mətn) 11:25 X13: Burdayam (mətn) 11:25 X13: Burda işdəyəm günortdan sonra həll eliyəriy (səs qeydi-02 saniyə) 11:25 X13: Özdə deyire günortaya kimi ona görə (səs qeydi-02 saniyə) 11:25 Rəşad: Qaqa men olum (mətn)11:26 Rəşad: Mezelinisen (mətn)11:26 Rəşad: Xeqani meni yigie (mətn)11:26 Rəşad: Varyoxunu siikim (mətn)11:27 Rəşad: Qaqa (mətn) 11:27 X13: Burdayam dana burdayam gəl bəri zəng eliyək (səs qeydi-02 saniyə) Rəşad: Qaqa men olum (mətn)12:50 Rəşad: Bele eleeme (mətn)12:50 X13: Ay qaqa gel gorek dana (mətn) 13:18 Rəşad: Qaqa (mətn)16:56 Rəşad: Q armadi (mətn)16:56 X13: Atiram deirqaqa (mətn) 17:04 Rəşad: OpU (mətn) 17:19 Rəşad: Demedip (mətn)17:20 Rəşad: Qaqa (mətn) 17:20 denə X13: ürəyim dayan qaynanam burda dayan yola salım ünvana qoyuram n sakit yerində olsun ünvana qoyuram (yönləndirilmiş səs qeydi -08 saniyə) 17:34 06 X13: deyir çıxıb indi zəng elədim deyir çıxıb sən narahat olma (səs qeydi - saniyə) 17:35 Rəşad: onda mən getdimdə brat mən gedirəm (səs qeydi - 02 saniyə) 17:37 X13: Həə heçnə get yolda ehtiyatlı ol rəşad saa qurban olum (səs qeydi - 04 saniyə) 17:56 Rəşad: yaxşı qaqa konumu atan kimi təcili mənə atda qadan alım (səs qeydi - 02 saniyə) 1756 Rəşad: Ay qaqaa buna denən kü Allaha and olsun çatıram orda əgər aldadacaqsa denən 11 kilometrdən sonra ordayam ünvanda Hacıqabul icra hakimiyyətinin qabağına 11 kilometr nalıb Belə eləməsin dana mən çatıram uje o hələ atmıyıb (səs qeydi - 21 saniyə) 18:09 4 Rəşad: bi kəlmə denən qaqa taksi şoferidi dana o gözdüyə bilmir səni (səs qeydi - 04 saniyə) 18:10 X13: məkan linki 18:11 Rəşad: Ay qaqa bu nə konumdu nədi belə konum olur ə? Mən gedib o konuma necə çıxa bilərəm necə tapa bilərəm? qaqa mənə şəklini çəkib atsıne qoyduğu yerin şəklini atsın konumu atsın belə şey olar qaqa bu nədi? (səs qeydi - 15 saniyə) 18:14 X13: məkan 18:18 X13: bu konuma vur veyz proqramında dəqiq göstərəcək (səs qeydi - 03 saniyə) 18:18 Rəşad: bunun üstünə vurdum gedirəm (səs qeydi - 02 saniyə) 18:19 X13: narkotik vasitələrin qoyulduğu məkanı və həmin yerə gedən yolu təsvir edən 6 ədəd foto şəkillər 18:19 X13: Aye (mətn) 18:20 X13: Bu taxtan dalindadi (narkotik vasitələrin qoyulduğu yerin bir ədəd foto şəkili) 18:19 Rəşad: Ayə burda nəyin altdadı qaqa (səs qeydi - 02 saniyə) 18:20 X13: penceren agzindaki taxtan (narkotik vasitələrin qoyulduğu yerin bir ədəd fotoşəkili)18:20 X13: yolun qırağından bax gedəndə görəcəysən yolun qırağından saga gedəcəysən prosto sən hələ getmərsəndə görəy (səs qeydi - 05 saniyə) 18.21 Rəşad: Ayə varyoxun sikim elə mənə deyirki ged orda gir içəri elə hazırdı ged içən gəllıy məni siksələr saa zəng eliyəcəm (səs qeydi - 08 saniyə) 18:21 X13: oyana buyana gedərsən sonra (səs qeydi - 02 saniyə) 18.21 whatsapp ani mesajlaşma sisteminə baxışın aparılması davam etdirilsə də sübut əhəmiyyətinə malik olan başqa hər hansı bir xüsusat aşkar olunmadı. İş materiallarında olan 15 fevral 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərarı ilə 15 fevral 2025-ci oğlu barəsində həbs olunmasının əvvəli 15 fevral 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 11 mart 2025-ci il tarixli Tərtər rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon X7 Hüquqi şəxsinin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. İş materiallarında olan Tərtər şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tərtər şəhəri, E.Səfərov küçəsi ev 44də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından, arvadından, 2020-ci il təvəllüdlü Süleymanlı İnci rəşad qızı və 2022-ci il təvəllüdlü X6 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 16 fevral 2025-ci il tarixli qərarından görünür ki, ekspertizasında tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetminin 0,108 qram, narkotik vasitə heroinin 568,90 qram və narkotik vasitə qurudulmuş marixuananın 1409,8 qram, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk, əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi barədə tərtib olunmuş protokola əlavə olunan bir ədəd DVD disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi barədə tərtib olunmuş protokola aid bir ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş və yoxlama zamanı aşkar olunaraq götürülmüş “Poco” markalı **********57864 və **********57872 imei kodlu mobil telefon və ona baxış aparılması barədə protokola əlavə olunmuş bir ədəd DVD disk, ümumilikdə 4 ədəd DVD dimsk maddi sübut kimi tanınmış, psixotrop maddə, narkotik vasitə və mobil telefon maddi sübutların saxlanması otağına təhvil verilmiş, dörd ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 16 may 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla X1 barəsində və külli miqdarda narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından Azərbaycan respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinyət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk məhkumluğunu, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməli, ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Hacıqabul RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,108 qram psixotrop maddə metamfetminin, 568,90 qram narkotik vasitə heroin və 1409,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk, əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi barədə tərtib olunmuş protokola əlavə olunan bir ədəd DVD disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi barədə tərtib olunmuş protokola aid bir ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilməsinə dair bir ədəd DVD disk, ümumilikdə 4 ədəd DVD dimsk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, həmin idarədə saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Poco” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır.Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 15 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Hacıqabul rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,108 qram psixotrop maddə metamfetamin, 568,90 qram narkotik vasitə heroin, 1409,8 qram marixuana məhv edilsin. İş üzrə 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş materiallarına əlavə olunmuş şəxsi axtarış və baxış keçirilməsinin videoçəkilişlərini əks etdirən ümumilikdə 4 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş və yoxlama zamanı aşkar olunaraq götürülmüş “Poco” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar