Məhkəmə qərarları › İş №1(099)-355/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-355/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-355/2024 22.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X5, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi-Şahid1 və müdafiəçi-Bakı şəhəri 26 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 2007-ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, işsiz, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə saat 03 radələrində Sabirabad rayonu Suqovuşan-Əsədli avtomobil yolunun Suqovuşan kəndi ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan “X12” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad rayonu istiqamətində 50 km/saat sürətlə idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməyərək, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, hərəkətin təhlükəsizliyini və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmədən idarəetməni itərərək, onunla eyni istiqamətdə yolun sağ çiyni ilə hərəkətdə olan piyada X2 avtomobilin ön tərəfi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Qurbanəli Məhərrəmovun qarnın qapalı küt travması, qaraciyərin toxumasının və kapsulasının cırılması, qarın boşluğunda maye və laxtalı qan, sağ təpə-gicgah nahiyəsində yara, alın nahiyəsində, burnun belində, sol bazunun orta 1/3-də bayır səthdə, sağ qoltuq xətti üzrə 5-10-cu qabırğa səviyyəsində qançırlar, qarnın ön səthində, sol kürək sümüyü proyeksiyasında, sol kürəkaltı nahiyədə, sağ budun yuxarı 1/3-də bayır səthdə, sağ baldırın aşağı 1/3-də bayır səthdə, sağ ayağın üst səthində 1-2-ci ayaqdarağı sümüyü proyeksiyasında sıyrıqlarla müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla, qarnın qapalı küt travması nəticəsində qaraciyərin cırılmasından baş vermiş kəskin daxili qanaxma səbəbindən hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmin vaxt avtomobili ilə vurduğu piyada Qurbanəli Məhərrəmovun köməksiz vəziyyətdə olduğunu dərk etdiyi halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, avtomobil atasına məxsus olub, hadisə günü atası ilə birlikdə Xaçmaz rayonundan gəlmişlər, yorğun olmuşlar. Həmin gün atasının təzyiqi yuxarı qalxmışdır. Bu səbəbdən atası ona bazara getməyi tapşırmışdır. 31 avqust 2023-cü il tarixdə saat 03:00 radələrində yaşadığı Suqovuşan kəndində bazar istiqamətinə atasına məxsus maşınla yola çıxmışdır. Yolda sükan arxasında yuxuya getmişdir. Ayılanda isə görmüş ki, maşın yoldan kənara çıxıb kolluqda ağaca dəyib. Bundan sonra evə geri qayıtmış, bu barədə atasına demişdir. Bundan sonra atası onu yenidən bazara aparıb özü geri qayıtmışdır. Sonradan polislər evinə gəlib atasına qəza törətdiyini deyib, onu şöbəyə gətirmişlər. Səhər saat 09:00 radələrində bilmiş ki, hadisə vaxtı adam vurmuşdur. Polisə isə Talehlə birlikdə getmişdir. Hadisə vaxtı zərərçəkmiş şəxsi yolun kənarında görməmişdir, çünki sükan arxasında yatmışdır. Maşın isə yoldan kənara çıxmışdır. Həmin vaxt orada insan meyidi görməmişdir. Səhər saat 09:00-da isə kənddə demişlər ki, həmin yerdə adam vurulub, düşünmüş ki, bu hadisəni özü törədib. Hadisə bazara çatmamış, bir km-lik məsafədə olub. Həmin vaxt maşında özü tək olmuş, bazara pomidor satmaq məqsədilə getmişdir. Hadisə vaxtı səsə oyanmış, görmüş ki, maşın ağaca dəyib. Maşından yerə düşdükdə isə maşının qabağının əzildiyini görmüşdür. Gəldiyi yolla isə geri qayıtmışdır, lakin heçnə görməmişdir yolda. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində əri Qurbanəli bazara xırdavat almaq üçün evdən çıxmış və meyvə-tərəvəz aldıqdan sonra Bakıya gedəcəyini bildirmişdir. Həmin gün saat 09:30 radələrində qızı Gülnar və yoldaşı onlara gəlmiş və Qurbanəlini avtomobil vurduğunu xəstəxanaya getməli olduğunu bildirmişdir. Sonra birlikdə xəstəxanaya getmişlər. Xəstəxanada Qurbanəlinin avtomobil vurması nəticəsində vəfat etdiyini öyrənmişdir. Sonradan Familənin nəvəsi Təqsirləndirilən şəxs avtomobil ilə Qurbanəlini vurduğunu sonrada hadisə yerindən qaçdığını öyrənmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxs yaxın qohumu oğlu olduğundan ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. İş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sabirabad rayon bazarında meyvə-tərəvəz mağazası vardır. Hər gün oğlu Kənan həmin mağazaya gedib digər işçisi ilə birlikdə meyvə-tərəvəz satır. Özü isə etibarnamə əsasında idarə etdiyi “X11” markalı **-FK-*** qeydiyyat nişanlı avtomobil ilə rayonlardan meyvə-tərəvəz daşımaqla məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 03 radələrində Kənan onu yuxudan ayıldaraq bazara təzə meyvə-tərəvəz gəldiyini, gedib onları qəbul etməli olduğunu, piyada getməməsi üçün onu bazara aparmasını, ya da avtomobilin açarını verməsini bildirmişdir. O da yuxulu olduğu üçün avtomobili özünün idarə edə bilməyəcəyini düşünmüş və avtomobilin açarını Kənana verib bazara getməsini bildirmişdir. Həmin gün saat 08 radələrində yuxudan ayılıb həyətə düşdükdə avtomobilin həyətdə olduğunu lakin ön şüşəsinin sındığını və kapot hissəsinin sındığını görmüşdür. Oğlu Kənana zəng edərək, avtomobilə nə olduğunu soruşmuşdur. Kənanda avtomobilli ağaca vurduğunu demişdir. Kənandan təkidlə nə olduğunu soruşmuş Kənan da, Suqovuşan kəndində döngə olan yerdə ağaca vurduğunu demişdir. O da bundan sonra avtomobili işə salaraq təmir etdirmək üçün usta yanına apamaq məqsədi ilə Sabirabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşları ona saxla əmri vermişdir. O, avtomobili saxladıqdan sonra polis əməkdaşları özlərini təqdim etmiş və avtomobilin harada əzildiyini soruşmuşlar. O da işıq dirəyinə vurduğunu demişdir. Polis əməkdaşları ona Suqovuşan kəndində kiminsə Ford markalı avtomobil ilə X1 vurduğunu və qaçdığını demişlər və dəqiqləşdirmək üçün onun da avtomobil ilə birlikdə polis şöbəsinə gəlməsini təklif etmişlər. O da polis əməkdaşları ilə razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində əməkdaşlardan Qurbanəlinin harada vurulduğunu soruşmuşdur. Polis əməkdaşları ona Suqovuşan kəndində döngə olan yerdə vurulduğunu demişlər. Bundan sonra Kənanın avtomobil ilə adam vura biləcəyini düşünərək, Kənana zəng edib polis şöbəsinə gəlməsini demişdir. Kənan polis şöbəsinə gəldikdən sonra Qurbanəlini vurduğu ona məlum olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları Suqovuşan kəndində Ford markalı avtomobilin X2 vurduğunu və hadisə yerindən yayındığını dedikdən sonra başa düşmdüşdür ki, Kənan Qurbanəlini avtomobil ilə vura bilər. Avtomobili təmir etdirməyə aparanda Kənanın avtomobil ilə Qurbanəli Məhərrəmovu vurması barədə məlumatının olmadığını, oğlu Kənanın ona avtomobili ağaca vurduğunu deməsini, avtomobili Kənana sürməsi üçün özünün verdiyini, etdiyi əməlin qanun pozuntusu olduğunu bildiyini, ilkin sorğu zamanı oğlunun sürücülük hüququ olmadan avtomobil idarə etməsini bildirmək istəmədiyi üçün avtomobilin özünün ağaca vurmasını bildirmişdir. İfadəsi elan olunduqdan sonra Şahid1 həmin ifadəsini təsdiq etdiyini, ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kənanın atası Şahid1 ona zəng vurub oğlu Kənanı evdən götürüb polis şöbəsinə aparmağını bildirmişdir. O da Kənanı evdən götürüb şöbəyə aparmışdır. Həmin vaxt heçnə başa düşməmişdir. Bir neçə gün sonra isə eşitmişdir ki, Kənan cinayət törədib. Təqsirləndirilən şəxsin müvafiq cinayətləri törətməsi faktı onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Sabirabad RPŞ-nin məsul növbətçisi H.Mehbalıyev tərəfindən Sabirabad RPŞ-nin rəisi Ramin Qədirova ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:34-də Azərbaycan Respublikası DİNin 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda göstərilmişdir ki, vətəndaş X7 050 629 66 16 nömrədən zəng edərək, Suqovuşan kəndində yol kənarında bir nəfər kişi meyiti olması, avtomobil vurmasına bənzədiyini bildirmişdir. (c 1, i.v 3) İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollardan və protokola əlavə edilmiş fotocədvəldən və sxemdən görünür ki, hadisə Sabirabad rayonu Suqovuşan kəndində baş vermişdir. Yol ikitərəfli olmaqla, biri rayonun Əsədli kəndi, digəri isə rayon mərkəzi istiqamətindədir. Həmin ərazi yaşayış məntəqəsidir. Hadisə yerində yol asfalt beton örtüklü olmaqla düz, quru və hamardır. Eni 6 metrdir. Hər iki ehtiyyat hissəsi torpaq örtüklü olmaqla eni 70 sm-dir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilində olmaqla, nəqliyyat vasitələrinin hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdıran yol nişanının təsir zonasındadır. Hadisə zamanı avtomobilə məxsus tormoz izi və şin izləri aşkar edilməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, piyada yolun sağ ehtiyyat hissəsində vurulmuş və vurulduğu yerdən 4,4 metr aralıda yol kənarındakı kol-kosun içərisinə düşmüşdür. Meyitin olduğu yerdən asfalt yolun kənarına kimi 1,7 metr məsafə olmuşdur. (c 1, i.v 4-15) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Sabirabad RPŞ-nin DYPB-nin rəisi Müşfiq Əliyev tərəfindən Sabirabad RPŞ-nin rəisi Ramin Qədirova ünvanlanmış raportdan görünür ki, Sabirabad şəhəri H.Əliyev pr-də keçirilən reyd zamanı sürücü Şahid1 idarə etdiyi “X12” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapot və alınlıq şüşəsinin sınmış vəziyyətdə olması aşkar edilmiş və tərəflərindən saxlanılaraq rayon polis şöbəsinin duracağına gətirilməsi təmin olunmuşdur. (c 1, i.v 16) İş materiallarında olan alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətinin təyin edən 31 avqust 2023-cü il tarixli sərxoşluğu müayinə protokolundan görünür ki, “Ford Transıt yük” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. (c 1, i.v 22) İş materiallarında olan 31 avqust 2023-cü il tarixli götürmə aparılması haqqında qərardan, protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman əynində olmuş 1 ədəd boz rəngli, cins materialdan olan şalvar götürülmüşdür. (c 1, i.v 24-27) İş materiallarında olan 31 avqust 2023-cü il tarixdə baxış keçirmə və götürmə aparılması haqqında qərar, protokoldan və fotoşəkillərdən görünür ki, “Ford Transıt yük” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın üzərindəki 1 ədəd döşəkçə götürülmüşdür. (c 1, i.v 28-31) İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirmək haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Ford Transıt yük” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ön kapot hissəsində, ön bufer hissəsində əzik, ön alın şüşəsində dairəvi şəkildə çox sayda çat olması, avtomobilin radiatorunu soyudan pərvanənin bir hissəsinin qırılmış və avtomobilin üzərində olmaması müəyyən edilmişdir. (c 1, i.v 32-35) İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü ildə ölmüşdür. (c 1, i.v 56) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 mərhum X1 hüquqi varisi qismində tanınmışdır. (c 1, i.v 57) İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, sürücü Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən xüsusatları hadisə yerində bir daha təsdiq edərək idarə etdiyi “X11” markalı **-FK-*** qeydiyyat nişanlı avtomobili ilə Sabirabad şəhəri istiqamətində hərəkətdə olarkən Suqovuşan kəndi ərazisində sükan arxasında yuxuladığı üçün avtomobilin yolun sağ ehtiyyat hissəsi ilə hərəkət etməsini, toqquşma səsinə ayılmasını və avtomobili saxladığı yeri əyani olaraq göstərmişdir. (c 1, i.v 64-66) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 avqust 2023-cü il tarixli 42 saylı rəyindən görünür ki, X1 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər qarnın qapalı küt travması, qaraciyərin toxumasının və kapsulasının cırılması, qarın boşluğunda maye və laxtalı qan, sağ təpə-gicgah nahiyəsində yara, alın nahiyəsində, burnun belində, sol bazunun orta 1/3-də bayır səthdə, sağ qoltuq xətti üzrə 5-10-cu qabırğa səviyyəsində qançırlar, qarnın ön səthində, sol kürək sümüyü proyeksiyasında, sol kürəkaltı nahiyədə, sağ budun yuxarı 1/3-də bayır səthdə, sağ baldırın aşağı 1/3-də bayır səthdə, sağ ayağın üst səthində 1-2-ci ayaqdarağı sümüyü proyeksiyasında sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. X3 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. X1 ölümünə səbəb almış olduğu qarnın küt travması nəticəsində qaraciyərin cırılmasından baş vermiş kəskin daxili qanaxma olmuşdur. Ölüm müayinədən 5-6 saat əvvəl baş vermişdir. (c 1, i.v 75-79) İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 8/3045 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. (c 1, i.v 90-93) İş materiallarında olan məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/5421 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın və avtomobilin ön sol oturacağından götürülmüş döşəkçənin səthləri üzərində kənan lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə avtomobilin ön sol oturacağından götürülmüş döşəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş avtomobilin ön sol oturacağından götürülmüş döşəkçənin üzərindən aşkar edilmiş boz rəngli triasetat kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manat təşkil edir. (c 1, i.v 94-99) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan olmuş 1 ədəd cinsi şalvar və Ford Transıt yük” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın üzərindəki 1 ədəd döşəkçə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin maddi sübutları saxlanılması anbarına təhvil verilmişdir. (c 1, i.v 100) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( c 1, i.v 102) İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını, barışdığını bildirmişdir. ( c 1, i.v 103) İş materiallarında olan Sabirabad RİHB-nın Kürkəndi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və Sabirabad şəhər 7 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası, anası, qardaşı və bacısından ibarətdir, müsbət xarakterizə edilir. ( c 1, i.v 104-105) İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuş, Şahid1 əməlində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. ( c 1, i.v 106-113) İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. ( c 1, i.v 141-142) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası Şahid1 etibarnamə əsasında istifadəsində olan “X12” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxs X2 vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yolnəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, saat 03:00 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası Şahid1 etibarnamə əsasında istifadəsində olan “X12” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə etmişdir. O, avtomobili Sabirabad rayonu Suqovuşan-Əsədli avtomobil yolunun Suqovuşan kəndi ərazisindən keçən hissəsində idarə edərkən piyada hərəkət edən zərərçəkmiş şəxs X2 vurmuşdur. Zərərçəkmiş şəxs X3 avtomobilin onu vurması nəticəsində ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərkən ölmüş zərərçəkmiş şəxs Qurbanəli Məhərrəmovu vurmuş, bundan sonra Qurbanəli Məhərrəmovun köməksiz vəziyyətdə olduğunu dərk etdiyi halda, zərərçəkənə ilkin tibbi yardım göstərmədən və hadisə haqqında müvafiq qaydada məlumat vermədən avtomobilə minərək avtomobili yaşadığı ünvana sürmüşdür. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi idarə etdiyi avtomobillə vurduqdan və sonuncunun öldüyünü bildikdən sonra cinayət hadisəsinin baş verdiyi yerdə qanunla onun üzərinə düşən vəzifələrin icrası məqsədi ilə heç bir hərəkətləri icra etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs piyada hərəkət edən zərərçəkmiş şəxs X2 idarə etdiyi avtomobillə vurduqdan sonra zərərçəkmiş şəxsin sağ olub-olmamasını müəyyən etməyə cəhd belə etməmiş, təcili tibbi yardıma zəng etməmiş, polis orqanına törətdiyi cinayət əməli barədə heç bir məlumat verməmişdir. Əksinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vurduqdan sonra avtomobili yaşadığı evə sürməklə hadisə yerindən uzaqlaşmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vurduqdan sonra qeyd edilən maddədə göstərilən vəzifələri və ya ən azı onların bir hissəsini icra etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi avtomobillə piyada hərəkət edən zərərçəkmiş şəxs X2 vurmuş, törətdiyi əməlin nəticəsini başa düşdükdən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdır. Başqa sözlə, o, yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmiş və o, qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin cinayətlərin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddəslərinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263- cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif olunur. Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan zərərçəkmiş şəxsi avtomobillə vurub, hadisə yerindən qaçsa da, törətdiyi cinayət barədə səmimi etiraf etmiş, həmin hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, habelə o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zaman barışıq əldə etmişdir. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə doğulmaqla, qeyd edilən cinayəti törədərkən 18 yaşı tamam olmamış, yəni yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzər alır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58.3, 85.5, 86 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.1-ci maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətini və digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qanunun yuxarıda şərh edilən tələbləri baxımından eləcə də, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, barəsində olan yüngülləşdirici halları, xüsusilə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisinin barışmalarını, Təqsirləndirilən şəxs səmimi peşman olaraq islah olunması davranışları göstərməsini, eləcədə Təqsirləndirilən şəxs cinayət törədərkən və hazırda yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, onu şərti məhkum etməklə, barəsində sınaq müddəti təyin etməklə cəzanı çəkmədən islah olunmasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini və təhsil yerini dəyişdikdə bu barədə onun davranışına nəzarət edən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sabirabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan olmuş 1 ədəd cinsi şalvar və Ford Transıt yük” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın üzərindəki 1 ədəd döşəkçə məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 174 (bir yüz yetmiş dörd) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 174 (bir yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın, toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini və təhsil yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Sabirabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan olmuş 1 ədəd cinsi şalvar və Ford Transıt yük” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın üzərindəki 1 ədəd döşəkçə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-174 (bir yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar