Məhkəmə qərarları › İş №1(099)-355/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-355/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-355/2025 09.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Yardımlı rayonu Uraqaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum edilməmiş, Yardımlı rayonu Uraqaran kəndində qeydiyyatda olmaqla Lənkəran rayonu Şiləvar kəndində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (Bundan sonra CM-nin) 134, 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə rəsmi nikaha girərək ər-arvad münasibətində olmaqla bir yerdə yaşadığı, lakin 2023-cü ilin iyun ayından etibarən faktiki olaraq ayrı yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə saat 16.00 radələrində ailəsinin yaşadığı Lənkəran rayonu Şiləvar kəndində yerləşən evində mübahisə edib sonuncunun ondan rəsmi qaydada boşanmaq istəməsindən əsəbiləşərək evin mətbəxində olan bıçağı götürərək Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə yerə yıxdıqdan sonra üzərinə çıxaraq əlində tutduğu bıçağı sonuncuya tərəf hərəkət və nümayiş etməklə, ondan ayrılacağı təqdirdə öldürəcəyini deyərək Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Bundan sonra o, arvadı Zərərçəkmiş şəxs onunla barışmaması və onu yaşadıqları evə buraxmamasını özü üçün qəbuledilməz hal hesab edib, bu bəhanə ilə heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində istintaqa məlum olmayan bıçaqla silahlanıb Zərərçəkmiş şəxs Lənkəran rayonu Şiləvar kəndində yaşadığı evinin qarşısına gələrək sonuncunun işə getmək üçün evdən çıxmasını gözləmiş, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs evdən çıxaraq işə gedən vaxt Lənkəran rayonu Şiləvar kəndi ərazisində küçədə sonuncuya yaxınlaşaraq qəsdən öldürmək məqsədi ilə üzərində olan istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, yəni xüsusi amansızlıqla qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol əl (2 ədəd), sol kürək (1 ədəd), qarın nahiyələrində (1 ədəd) kəsilmiş yaralar, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş və qarın boşluqlarına nüfuz edən, sol tərəfli hemotoraks, qalxançəmbər bağırsağın zədələnməsi, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin (1 ədəd) və qarının (1 ədəd) kəsilmiş-deşilmiş yaraları xəsarətləri yetirərək, ümumilikdə 6 zərbə vurub Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə yerdə qalmasını görərək onun öldüyünü zənn edib hadisə yerindən uzaqlaşmış, lakin Zərərçəkmiş şəxs qonşuluqda yaşayan şəxslər tərəfindən vaxtında Lənkəran rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinə çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 134, 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2004-cü il tarixdə bibisi qızı Zərərçəkmiş şəxs ilə rəsmi qaydada nikaha daxil olmaqla birgə yaşamışlar. O, ustalıq etməklə və müxtəlif fərdi işlərlə məşğul olmaqla pul qazanmış, ailəsini dolandırmışdır. 2023-cü ilin yay aylarından ailəsində yaranmış narazılıqlar ucbatından o, Lənkəran rayonu Şiləvar kəndində yerləşən evindən çıxmışdır. Usta kimi fəaliyyət göstərdiyi üçün gah Bakı şəhərində, gah Lənkəran şəhərində, gah da Rusiya Federasiyasına gedərək işləmişdir. 1 ay 15 gün olar ki, Rusiya Federasiyasından qayıtmışdır. O, Azərbaycana gəldikdən sonra yenə də Lənkəran şəhərinə gəlmiş və əvvəllər birlikdə işlədiyi usta tanışı İdrakın yanında kirayədə qaldığı evdə qalmağa başlamışdır. Belə ki, o, Lənkəran rayonu Şiləvar kəndində özü tikdiyi və arvadı Zərərçəkmiş şəxs adına olan evə qayıtmaq istəmişdir. Arvadı Təranə ilə barışaraq yenidən evə qayıtmaq istəmişdir. Hadisədən təxminən bir həftə əvvəl evə gedərək Təranədən onu bağışlamasını və evinə buraxmasını xahiş etmişdir. Təranə isə ona evdən çıxıb getməsini və onu görmək istəmədiyini bildirmişdir. Davamlı olaraq hər gün evin həyətinə gəlib həyətbacanı səliqəyə salmış, Təranəyə onunla barışmaq istədiyini demiş, lakin Təranə onu evə buraxmamışdır. O da məcbur qalıb axşam yatmaq üçün dostu İdrakın evinə getmişdir. Mövcud vəziyyətdən səbri daşır və əsəbləşmişdir. Sonuncu dəfə 05 fevral 2025-ci il tarixdə Lənkəran rayonu Şiləvar kəndinə evinin qarşısına gəlib gözləməyə başlamışdır. Həmin vaxt özü ilə mətbəx bıçağı da götürmüşdür. O, Təranənin çörək zavodunda işlədiyini və gecə saat 00.00-da işə getdiyini bilmiş, ona görə də saat 23:30 radələrində Şiləvar kəndinə gələrək ailəsinin yaşadığı evin yaxınlığında küçədə gözləməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində Təranənin evdən çıxdığını və yanında qonşuluqda yaşayan bir nəfər oğlan uşağının Təranəni işə keçirmək üçün onunla getdiyini görmüşdür. Bundan sonra onların dalınca getməyə başlamışdır. Həmin vaxt çox əsəbi olmuşdur. Təranə onun arxasınca gəldiyini görüb qaçaraq getməyə başlamışdır. Evdən xeyli uzaqlaşdıqdan sonra Təranə yeriməyə başlamış, o da arxadan gələrək arvadına çatmışdır. Həmin vaxt Təranə yanındakı uşağın qonşu uşağı olduğunu bildirmiş və o, Təranəyə yaxınlaşan zaman həmin uşaq qorxaraq qaçmışdır. O, əsəbi olduğundan özündə olmamış və uzərində gətirdiyi mətbəx bıçağı ilə Təranənin qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bundan sonra Təranə əyilmiş və o, bıçaqla arvadının bel və kürək nahiyələrinə daha bir neçə dəfə zərbə endirmişdir. O, Təranəni bıçaqlayan zaman Təranəyə “bunu istəyirdin? Bu həyatı istəyirdin yaşayaq?”-deyə sözlər deməyə başlamışdır. Təranə həmin vaxt yalvararaq onu öldürməməsini xahiş etmişdir. O isə bıçaq zərbələri vurmaqda davam etmişdir. Təranəni bıçaqlayandan sonra onun yerdə hərəkətsiz qaldığını görüb öldüyünə əmin olub hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Qaçarkən bıçağı xatırlamadığı yerdə tullamışdır. Eləcə də üzərində olmuş mobil telefon qaçarkən cibindən bilmədiyi yerdə düşərək itmişdir. Həmin gün səhər saatlarına kimi Lənkəran şəhərində küçələrdə gəzmiş və nə etdiyini anlaya bilməmişdir. Bundan sonra gündüz vaxtı İdrakın qaldığı evə getmiş, evdə heç kim olmamışdır. Gecədən bərk yağış yağdığından üstü bütöv su olmuşdur. Sobanın yanında paltarlarını qurutduqdan sonra Lənkəran şəhərinə çıxmışdır. Çayxanada çay içmiş, yemək yemişdir. Bundan sonra 07 fevral 2025-ci il tarixdə Yardımlı rayonuna doğulduğu Uraqaran kəndinə getmişdir. Evə çatdıqdan sonra anasının və qardaşının artıq onun Təranəni bıçaqladığını bildiklərini öyrənmişdir. Yuyunmuş və əynini dəyişəndən sonra polis əməkdaşları onu Yardımlı polis şöbəsinə çağırmışlar. Oraya getdikdən sonra Lənkəran polis şöbəsinin əməkdaşları onu Lənkəran polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkətləri protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs Qurban qızı məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 2001-ci ildə evlənmişdir. Evliliklərindən iki övladları olmuşdur. Əri Ehtibar həm də onun doğma dayısı oğludur. Evləndikləri vaxtdan bu yana Ehtibarla qohumluğu olduğuna görə Ehtibarın ona və ailəsinə göstərdiyi şiddətə göz yummuşdur. 2023-cü ilin iyun ayında ona və övladlarına qarşı şiddət göstərdiyinə görə polisə müraciət etmiş, Ehtibar da həmin hadisədən sonra evdən çıxıb getmişdir. Ehtibar bir neçə dəfə barışmaq üçün evə gəlsə də o, bununla razılaşmamışdır, çünki Ehtibarın xasiyyətinin düzələn olmadığını bilmişdir. Ehtibar hadisədən təxminən on gün əvvəl yaşadıqları evə gələrək evin həyətində bel ilə yeri şumlamışdır. O isə yenə də Ehtibarı dindirməmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı evə gələn zaman həyətdə Ehtibar ona evə qayıtmasına razılıq verməsini demişdir. O isə ərinə uşaqların ondan qorxduqlarını demişdir. Ehtibar bir qədər həyətdə qalıb oradan uzaqlaşmışdır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixə keçən gecə evdən çıxaraq çörək zavoduna tərəf getməyə başlamışdır. Həmin vaxt qonşuluqda yaşayan Xəyyam adlı oğlan da onunla birgə çörək almaq üçün çörək zavoduna getmişdi. O, evin qapısından çıxarkən Ehtibarı evlərinin qarşısında görmüşdür. Bu səbəbdən o, yolunu dəyişərək kəndin içi ilə, küçə ilə çörək zavoduna tərəf getməyə başlamışdır. Evlərindən bir qədər uzaqlaşandan sonra arxaya baxıb görmüşdür ki, Ehtibar onların dalınca gəlir. O, qonşu uşağa qorxmamasını demişdir. Bir qədər sonra Ehtibar ona yaxınlaşmış, ona “məndən qaçırsan?”-deyib, cibindən bıçaq çıxararaq qarnına tərəf bir dəfə zərbə endirmişdir. O, sol əlini bıçağa atmış və bıçaq onun sol əlinin içərisini kəsmişdir. Bundan sonra Ehtibar daha iki dəfə onun qarnına bıçaqla zərbə endirmişdir. Hadisə vaxtı yaxınlıqda olan Xəyyam qorxusundan oradan qaçaraq uzaqlaşmışdı. Ehtibar isə onu bıçaqladıqdan sonra oradan qaçmışdır. Bundan sonra onun qışqırıq səsinə atasının əmisi oğlu Elçin, sonuncun oğlu İlkin və qonşuluqda yaşayan Şəmşir adlı şəxslər gəlmiş və yoldan keçən taksini saxlatdırıb onu Lənkəran rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanada huşunu itirmişdir. Oyandıqdan sonra isə özünü reanimasiya otağında görmüşdür. Belə ki, aldığı xəsarətlərə görə əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir, onunla barışmır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 Ehtibar qızı göstərdi ki, Lənkəran rayonu Şilavar kəndində anası Zərərçəkmiş şəxs adına olan evdə ailəsi ilə birlikdə yaşayır. Atası Təqsirləndirilən şəxsla anası Zərərçəkmiş şəxs aralarında 2023-cü ilin yay aylarından münaqişə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs içkili halda evə gələrək anası Təranəni lüzumsuz səbəblərə görə fiziki güc göstərərək döymüşdür. O, valideynlərini ayırmaq istəyən zaman atası onu da döymüşdür. Son zamanlar bu hal davamlı olduğundan anası polisə müraciət etmişdir. Belə ki, sonuncu dəfə 2024-cu ilin iyul ayında anasını döydüyünə görə növbəti dəfə Təranə polisə müraciət etmişdir. Polisdə bununla bağlı araşdırma da aparılmışdır. Həmin hadisədən sonra atası Ehtibar onlarla birlikdə yaşamasa da, hər dəfə onların yaşadığı evə içkili halda gələrək dava salıb getmişdir. Sonuncu dəfə 2025-ci ilin fevral ayının əvvəllərində atası onlara gələrək Təranə ilə barışmaq istədiyini bildirmişdir. Anası Təranə isə Ehtibarla barışmaq istəmədiyini bildirdikdə Ehtiram yenidən əsəbləşərək anası ilə dalaşmışdır. Atası Ehtibar ona anasını öldürəcəyini demişdir. 06 fevral 2025-ci il tarixdə gecə saat 01 radələrində atası Ehtibar onların evini güdərək Zərərçəkmiş şəxs izləmiş və anasını yolda tutaraq üzərində olan bıçaqla bir neçə zərbə endirərək bıçaqlamışdır. Daha sonra oradan qaçıb getmişdir. Təranəni Elçin əmi və qohumları olan Xalid birlikdə Xəstəxanaya aparmışlar. Xəstəxanada anası əməliyyat olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs və əri Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşamışlar. Ehtibar və Təranə müəyyən vaxtlarda dalaşmışlar, səsləri onların evlərinə gəlmişdir. 2023-cü ilin yay aylarında Təranə və Ehtibar faktiki olaraq ayrılmış və ayrı yaşamağa başlamışlar. Son vaxtlar Ehtibarı Təranənin yaşadığı evin qarşısında görmüşdür. Onun Təranə ilə barışmağa çalışdığını düşünmüşdür. Təranə Şiləvar kəndində yerləşən çörək zavodunda işləmiş və işə gecə saatlarında getmişdir. 05 fevral 2025-ci il tarixdən 06 fevral 2025-ci il tarixə keçən gecə saat 00.30 radələrində çörək almaq üçün evdən çıxıb marketə gedəndə Ehtibarı küçədə görmüşdür. Dükandan evə qayıdan vaxt Təranə ilə qarşılaşmışdır. Təranə ondan xahiş etmişdi ki, yolun bir hissəsinə qədər onu ötürsün. O Təranəyə əri Ehtibarın yaxınlıqda olduğunu, qorxduğunu və buna görə onu ötürmək istəmədiyini demişdir. Lakin Təranə ona təkid etdiyinə görə Təranə ilə birgə çörək zavoduna tərəf getməyə başlamışdır. Təxminən 2 dəqiqə Təranə ilə piyada getdikdən sonra arxadan səs gəldiyini eşidib, geri baxanda bir nəfər şəxsin iti addımlarla onlara doğru gəldiyini görmüşdür. O, həmin şəxsin Ehtibar olduğunu anlamış və Təranəyə demişdir ki, gəl qaçaq, yoxsa Ehtibar bizə çatıb problem yaradacaqdır. Təranə isə ona narahat olmamağı, uzaq başı gəlib bir iki yumruq vurub gedəcəyini bildirmişdi. O, yenidən arxaya baxanda Ehtibarın artıq onlara çatdığını və nalayiq sözlərlə Təranəni söydüyünü görmüşdür. Ehtibar onlara çatıb Təranənin üzərinə hücum etmişdir. Qaranlıqda Ehtibarın əlində nə tutduğunu görməmişdür. Ehtibar Təranənin üzərinə atlayıb bıçaqla ona ardıcıl zərbələr endirməyə başlamışdır. Həmin vaxt Ehtibar Təranəni söymüş və sənə demədim işləmə, səni öldürəcəyəm indi demişdir. Bu vaxt Təranə Ehtibara yalvarmağa başlamış və onu vurmamasını xahiş etmişdir. Daha sonra Təranə yerə yıxılmış və Ehtibar onun kürəyinə yenidən bıçaqla zərbələr endirmişdir. Bu vaxt o, Ehtibargildən təxminən 2-3 metr aralıda dayanmış və çox qorxmuşdur. Həmin vaxt Ehtibarın ona da hücum edəcəyindən qorxaraq oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra Ehtibarı və Təranəni görməmişdir. O, Təranənin işlədiyi çörək zavoduna qaçmış və təxminən bir dəqiqəyə oraya çatmışdır. Burada olan şəxslərə baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra evə gəlmişdir. xx.xx.2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən istintaq zamanı ifadəsində göstərmiş olduğu xüsusatları bir daha əyani olaraq hadisə yerində göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 145 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş və qarın boşluqlarına nüfuz edən, sol tərəfli hemotoraks, qalxançəmbər bağırsağın zədələnməsi, daxili və xarici qanaxma ilə müşayiət olunan, döş qəfəsinin 1 ədəd və qarının 1 ədəd kəsilmiş-deşilmiş yaraları, sol əl, sol kürək, qarın nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər. O cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə iti kənarlı və ya uclu alətlə xəsarətlərin aşkar olunan nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2025-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə döş və qarın boşluqlarına nüfuz edən, sol tərəfli hemotoraks, qalxançəmbər bağırsağın zədələnməsi, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin və qarının kəsilmiş-deşilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol əl, sol kürək, qarın nahiyələrindəki kəsilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-trassoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 74-MTKŞ/2025 saylı rəyindən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltarları üzərində dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 129/2025-TBŞ saylı rəyindən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltarlar üzərində Abeta (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilən insan qan ləkələri aşkar edilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2368 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilm, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamış, törətdiyi əməl zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diski açan zaman 1 ədəd videogörüntü olan fayl açılır, videogörüntünün müddəti 53 saniyədir. Həmin videoda əlində bıçaq olan Təqsirləndirilən şəxs evin həyətində qızı Şahid1 arxası ilə qaçmasını əks etdirən görüntülər əks olunur. Baxış keçirilən CD disk sonda protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 28 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqla öldürülməklə hədələnməsinə dair müraciəti əsasında Lənkəran Şəhər Rayon X6 bölməsində toplanmış HK-1-1944 nömrəli material üzrə Lənkəran Şəhər Rayon X6çısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ləğv edilərək material əlavə araşdırmaya qaytarılmışdır. Lənkəran rayonu Şiləvar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 19 iyun 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs ilə birgə yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunan şəxsdir. Şiləvar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 12- 31/432 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2002-ci il və 2014cü il təvəllüdlü uşaqları vardır. Cinayət işi materiallarına əlavə edilmiş X3 X2 əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs rəsmi nikah münasibətində olmaqla bir yerdə yaşadığı arvadı Zərərçəkmiş şəxs Qurban qızını öldürməklə hədələməsi, bundan bir müddət sonra isə onu xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutları, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yetirmiş olduğu bıçaq xəsarətlərinin sayını, xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq onun Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmaması barədə ifadəsini öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxsla arvadı Zərərçəkmiş şəxs aralarında ailə münasibətləri zəmnində münaqişə olsa da, Ehtiram Nəhmətovun həmin münaqişədən bəhanə kimi istifadə edərək Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsini xuliqanlıq niyyəti kimi qiymətləndirir. Eyni zamanda cinayətin törədilməsi zamanı Zərərçəkmiş şəxs Ehtiram Nəhmətova yalvararaq aman diləməklə onu vurmamasını xahiş etməsinə baxmayaraq öz əməlini davam etdirərək, qəddarlıq və amansızlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs bıçaq zərbələri vurmasını xüsusi amansızlıq kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 134, 29,120.2.2 və 29,120.2.4cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduğundan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs Qurban qızına məxsus iki ədəd köynək, mayka,şalvar, pijama və gödəkçə məhv edilməlidir. Ekspertiza xərci 242 (iki yüz qırx iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134, 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 134-cü maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) beş il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs Qurban qızına məxsus iki ədəd köynək, mayka,şalvar, pijama və gödəkçə məhv edilsin. Ekspertiza xərci 242 (iki yüz qırx iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar