Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-356/2024 29.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edənvə məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - baş ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X8 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2006-cı il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bitərəf, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Niyazi küçəsi ev 4-də qeydiyyatda olan və Şirvan şəhəri, N.Tusi küçəsi, ev 32-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının ortalarında və 2023-cü ilin mart ayının əvvəllərində Şirvan şəhər sakini xx xxxxx 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sonuncunun razılığı ilə Şirvan şəhəri, M.Əzizbəyov küçəsində yerləşən yarımtikiliyə gətirərək on dörd yaşına çatmayan şəxs olması əvvəlcədən məlum olan, Zərərçəkmiş şəxs razılığı ilə saat 14 radələrində yarımtikilinin içərisində təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, təkrarən 27 mart 2023-cü il tarixdə Şirvan şəhər sakini xx xxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs özünün razılığı ilə Şirvan şəhəri M.Əzizbəyov küçəsində yerləşən yarımtikiliyə gətirərək on dörd yaşına çatmayan şəxs olması əvvəlcədən məlum olan Zərərçəkmiş şəxs razılıği ilə saat 14 radələrində yarımtikilinin içəsində ereksiya vəziyyətində olan cinsi orqanını sonuncunun ağzına soxub hərəkət etdirməklə və bədəninin müxtəlif nahiyyələrinə sürtməklə seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hazırlıq yoldaşı kimi tanımışdır. Aralarında bir dəfə cinsi əlaqə olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Aysunla ayrıayrı məktəblərdə oxumuşlar. Zərərçəkmiş şəxs ilə fizika fənni üzrə hazırlığa gedərkən tanış olmuşlar. Belə ki, o və Aysun eyni müəllimin yanına hazırlığa getmişlər. O, Aysundan iki sinif yuxarıda oxumuşdur. 2021-ci ilin oktyabrın 21-də Aysunla tanış olmuşlar. Aysunu 17 oktyabrda görsə də 21 oktyabrdan dərs barədə danışmağa başlamışlar. Bundan sonra Aysunu sevmiş, bu barədə ona 25 oktyabrda demiş, Aysun da ona qarşılıq vermişdir. Həmin vaxt özünə məxsus mobil telefon olmuş, Aysunda da telefon olduğundan Aysunla danışmış, yazışmışdır. Həm dərs barədə, həm də sevgi münasibətləri barədə danışmışlar. Hazırlıqdan hazırlığa Aysunla görüşmüşlər. Münasibətlərindən iki il sonra Aysunla yaxın münasibətdə olmağa qərara gəlmişlər. 2023-cü ilin fevral ayında Aysunla birinci dəfə cinsi əlaqədə olmuşdur. Aysunla münasibətlərini valideyinlərinin məlumatı olmuş, lakin valideyinləri universitetə girdikdən və yaşları çatdıqdan sonra bir-biriylə əlaqə qurmalarını tapşırmışlar. Birinci dəfə Aysunla əlaqədə olması barədə heç kimin xəbəri olmamışdır. Sonuncu dəfə 27 mart 2023-cü il tarixdə Aysunla birlikdə Şirvan şəhərində yarımtikilinin içinə daxil olmuşlar. Burada onları iki nəfər şəxs görmüşdür. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs istəmiş, hazırda da münasibətləri vardır. Aysunla birinci dəfə 2023-cü ilin fevral ayında məscidin yanındakı yarımçıq tikilidə təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra 27 mart 2023-cü il tarixdə həmin yarımçıq tikilinin içinə Aysunla daxil olmuşlar. Həmin vaxt orada Aysuna heç nə etməmiş, paltarlarını da aşağı çəkməmişər, amma bir-birlərini öpmüşlər. Bu zaman iki nəfər şəxs içəri girib onları şantaj etmişlər. Onların birinin adı Elçin, digərinin adı Cəbrayıl olmuşdur. Elçin həmin əraziyə nəzaərət etdiyini bildirmiş, o, isə bu hərəkətlərini üzrlü sayıb qızı buraxmalarını xahiş etmiş, bundan sonra isə Cəbrayıl adlı şəxs polis olduğunu deyi bu hərəkətlərinə “iş” düşür demiş, Elçin isə Aysundan pul istəmiş, daha sonra isə Aysuna onunla cinsi əlaqədə olmağı təklif etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, orada yazılanlar düzgündür. Zərərçəkmiş şəxs ilə iki dəfə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə 2023-cü ilin fevral ayının əvvəllərində daha sonra, mart əyının əvvəllərində həmin yarıçıq tikilidə cinsi əlaqədə olmuşlar, sonra isə mart ayının 27-də həmin yarımçıq tikilidə Aysun Seyidvaya razılığı ilə seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə göstərmişdir ki, əməlindən peşman olduğunu, səhv etdiyini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi və ittiham aktında onun adından qeyd edilən ifadəsini təsdiq edir. Fizika fənnindən hazırlığa birlikdə getdiyi Hüseynlə tanış olmuş, daha sonra münasibətləri yaranmışdır. Utandığı üçün hadisə barədə danışa bilmir, suallara cavab vermək istədiyini bildirir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hüseynlə münasibətləri getdikcə daha da yaxşılaşmış və aralarında sevgi münasibətləri yaranmışdır. İlk öncə Hüseyn ondan xoşu gəldiyini bildirmiş, o, da Hüseynə müsbət cavab vermişdir. Bundan sonra Hüseynlə həm telefonda, həm də sosial şəbəkələrdə mütəmadi danışmışlar. Hüseynlə münasibəti barədə əvvəlcə anası, sonra isə atasının məlumatı olmuşdur. Yaşları az olduğundan valideyinləri onlara böyüdükdən sonra münasibətlərini davam etdirməyi tələb etmişlər. Hüseynlə birinci dəfə yaxın münasibtələri birdən-birə yaranmış, bunu əvvəlcədən planlamamışlar. Belə ki, 2023-cü ilin əvvəllərində Hüseynlə əlaqədə olmuşlar. Bu barədə valideyinlərinə məlumat verməmişdir. Hüseynlə 2021-ci ilin oktyabr ayında tanış olmuşlar. İkinci dəfə Hüseynlə 2023-cü ilin mart ayında həmin yarımçıq tikilidə cinsi əlaqədə olmuşlar. Üçüncü dəfə isə 27 mart 2023-cü il tarixdə Hüseynlə cinsi əlaqədə olmasalar da Hüseyn ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Hazırda da Hüseynlə münasibətləri vardır. Hüseynlə iki dəfə cinsi əlaqədə olmuşdur. Hazırda təhsilin davam etdirir, bu barədə məktəbdə də heç kimin məlumatı yoxdur. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 Təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayət və tələbləri olmadığını bildirib, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər və bu barədə olan ərizəni də məhkəməyə təqdim etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Şirvan şəhərində bazarda alverlə məşğul olur. Şahid isə taksi sürücüsü kimi tanıyır. 27 mart 2023-cü il tarixdə günorta saatlarında Cəbrayıl idarə etdiyi taksi ilə onu evə apararkən Şirvan şəhərində yolun kənarında yerləşən məscidin yanındakı yarımçıq tikiliyə bir qız və bir oğlanın girməsini görmüşlər. Buna görə də Cəbrayıldan maşını saxlamasını xahiş etmiş, Cəbaryıl maşını saxladıqdana sonra maşından düşüb həmin tikiliyə daxil olmuşlar. Bu zaman həmin qızı və oğlanın cinsi əlaqədə olduqlarını görmüş, buna görə həmin şəxslərə etiraz etmişdir ki, həmin yer ətrafdakı binlardan görünür və belə hərəkətlər etmək düzgün deyildir. Buna görə onların valideyinlərini də çağırmaq istəmişdir. Həmin vaxt Hüseyn ona pul da təklif etmişdir ki, bu barədə heç kimə deməsinlər. Həmin vaxt kənardan polis əməkdaşlarının gəldiyini görmüş, polislər həmin yerdə nə etdiklərini soruşduqda o, hadisə barədə olduğu kimi danışmışdır. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 27 mart 2023-cü il tarixli ərizədən görünür ki, X2 ŞPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs onun azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini, həmçinin həmin tarixdə Şirvan şəhər sakini X4 onun qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız təklif etdiyi bildirmiş, həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (i.v.21) - 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 şübhəli şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. (i.v. 29-30) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:35-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 43) - 28 mart 2023-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.73) - 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. (i.v. 74-75) - məhkəmə tibbi ekspertizasının 27 mart 2023-cü il tarixli 122 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab edilmir. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. (i.v. 87-89) - “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 151 və 152.2-ci maddələrindən həmin Məcəllənin 152.4.1-ci maddəsinə tövsif edilmişdir. (i.v.90) - 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. (i.v. 92) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.95-96) - Şirvan şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 4(032)-130/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v.135-138) - Şirvan şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(032)-133/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş 04 ay müddətə həbs qətimkan tədbiri əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v.153-158) - ifadənin yerində yoxlanılması haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. (i.v. 195-198) - Kompleks-ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1093 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq qeyd olunmayıb. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb dərk etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Hal-hazırda xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq qeyd olunmur. Təqsirləndirilən şəxs halhazırda öz əməlinin faktiki xarakterini, ictimai təhükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, emosionallıq, eqosentrizm, situativlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş hadisəni törədərkən və törətdikdən sonra hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs istintaqa düzgün ifadə vermək iqtidarındadır. Cinayət hadisəsini törədərkən affekt (fizioloji, kumlyativ və s.) vəziyyətində və ya hərəkətlərində mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (i.v.201-204) - Kompleks-ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1094 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçirildiyindən onun barəsində məcburi müalicə təyin edilə bilməz. Zərərçəkmiş şəxs psixiatrik yardıma ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs əqliintellektual (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, emosional sabitlik, tez inanmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri (həmçinin 2023-cü ilin fevral ayının ortalarından 2023-cü ilin mart ayının sonlarınadək olan müddətdə), əqli-intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafın xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmaya və yalan danışmağa meyillik aşkar olunmadı. (i.v. 205-207) - 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılması barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 217-218) - 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 219-220) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay olmaqla, yəni 03 oktyabr 2023-cü il tarixdən 03 yanvar 2024-cü il tarixədək uzadılmışdır. (i.v.241-242) - məhkəmə tibbi ekspertizasının 01 noyabr 2023-cü il tarixli 492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (i.v.252-255) - məhkəmə tibbi ekspertizasının 25 dekabr 2023-cü il tarixli 122 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab edilmir. Zərərçəkmiş şəxs ilə qeyritəbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. (i.v.257-259) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 261-262) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilmiş, öz müdafiəsi üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə əməllərinə görə məsuliyyət nəzərdə tutulur. Bu cinayətin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır. Bu cinayətdən zərərçəkmiş şəxs qismində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmamış şəxslər çıxış edə bilər. Nəzərdə tutulan cinayət obyektiv cəhətdən 14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmədə ifadə olunur. Bu maddə ilə məsuliyyətin yaranması üçün 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər könüllü həyata keçirilməlidir. Belə hərəkətlərin könüllü deyil, zorakı üsullarla törədilməsi müvafiq əlamətlər üzrə CM-in 149 və ya 150-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. Zərərçəkmiş şəxsin ağıl zəifliyi, fiziki və psixi qüsurları, digər xəstəlik vəziyyəti ilə əlaqədar, 14 yaşına çatmamış zərərçəkmiş şəxsdə sadalananlarla bərabər azyaşlı olması səbəbindən onun barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilmirsə və bu fakt təqsirkar tərəfindən dərk edilirsə, belə hal zərərçəkmiş şəxsin köməksiz vəziyyəti kimi qiymətləndirilir və təqsirkarın əməli (ilk baxışdan könüllü cinsi əlaqə və ya digər seksual əlaqəyə bənzəyir) CM-in 152-ci maddəsi ilə deyil, 149-cu və ya 150-ci maddəsi ilə tövsif edilməlidir. Ona görə də hər bir konkret halda zərərçəkmişin sadalanan hallarla əlaqədar onun barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilib-bilməməsi məsələsi aydınlaşdırılmalıdır. Bu cinayət formal tərkiblidir və təqsirkarın 14 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girdiyi və ya onun barəsində seksual xarakterli hərəkətlər etdiyi andan başa çatmış sayılır. Bu cinayət subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Motiv cinsi ehtirasın təmin edilməsidir. CM-nin 152.2-ci maddəsində nəzərədə tutulmuş cinayətin subyekti 16 yaşı tamam olmuş kişi və ya qadın cinsindən olan anlaqlı şəxslər ola bilər. CMnin 152-ci maddəsinin qeydinə əsasən həmin maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət törədən şəxsin cinayət törədilərkən minimum yaşı 16 yaş 1 gün olmalıdır. CM-nin 20-ci maddəsinə əsasən 152-ci maddədə təsbit olunan cinayətə görə məsuliyyət 16 yaşı tamam olan şəxslər üçün yaranır. Deməli CM-in 152.2-ci maddəsi üzrə cinayətin subyekticinayət törədilərkən 16 yaşı tamam olmuş şəxs ola bilər. Təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə dedikdə əvvəllər CM-in 152-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq təqsirkarın yenidən cinsi əlaqədə olması və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə kimi tövsif edilir ki, əvvəlki cinsi əlaqədə olmaya və ya seksual xarakterli digər hərəkətləri etməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin və ya buna görə şəxs məhkum olunmasın. Zərərçəkmiş şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə dayandırılmadığı, yaxud qısa müddətdə dayandırıldığı və cinsi aktların törədildiyi şəraitin təqsirkarın vahid qəsdi (niyyəti) ilə əhatə olunduğunu sübut edən hallarda əməl təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə kimi tövsif edilə bilməz. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü olmaqla cinayət hadisənin baş verdiyi vaxt 16 yaşı tamam olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla sonuncu əməl törədilən vaxt 13 yaşına çatmış, lakin 14 yaşına çatmamış şəxs olmuşdur. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə könüllü şəkildə iki dəfə cinsi əlaqədə olmuşlar, daha sonra isə sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bu hal həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs ifadələri, şahid ifadələri, digər istintaq hərəkəti protokolları ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilmişdir buna görə də belə hal zərərçəkmiş şəxsin köməksiz vəziyyəti kimi qiymətləndirilməmlidir. Belə ki, kompleks məhkəmə psixiatrik və məhkəmə psixioloji eksertizasının 19 aprel 2023-cü il tarixli 1094 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri (həmçinin 2023-cü ilin fevral ayının ortalarından 2023-cü ilin mart ayının sonlarınadək olan müddətdə), əqli-intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafın xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs qarşı edilmiş hərəkətlərlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-in 152.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.4.1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid X4 ifadələri ilə, cinayət işi materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında ” 25 may 2023-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 27 mart 2023-cü il tarixli 122 nömrəli, kompleks məhkəmə psixiatrik və məhkəmə psixioloji eksertizasının 19 aprel 2023cü il tarixli 1094 nömrəli, məhkəmə tibbi ekspertizasnın 01 noyabr 2023-cü il tarixli 492 nömrəli, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 73 nömrəli rəyi və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks məhkəmə psixiatrik və məhkəmə psixioloji eksertizasının 19 aprel 2023-cü il tarixli 1093 nömrəli nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 163) - Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəhərin Niyazi küçəsi ev 4 ünvanında yaşamış, barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v. 182-183) - Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin GKF-nin dekanı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 190 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin universitetin “Geoloji-kəşfiyyat” fakultəsinin əyani şöbəsinin 050624 “Mədən mühəndisliyi” ixtisası üzrə təhsilin İ kurs 161.23 saylı qrup tələbəsidir. - Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və anası Qanuni nümayəndə2 xx.xx.2024cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdədə olmayacaqdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, tələbə olmasını, gənc olmasını şəxsiyyətini xarakterizə edən hallar kimi Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən), cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən) cəzasını yüngülləşdirən hallar olmasını və cəzasını ağırlaşdıran halların olmadığını (Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən) nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına, təhsilinə, özünün və zərərçəkmişin eləcə də ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o, zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmçinin Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun şəxsiyyətini xarakterizə edən halların məcmusunu, eyni zamanda onun tələbə olmaqla təhsil almasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə barışdığını və aralarında sevgi münasibətlərinin olduğunu, nikah yaşına çatdıqları dövrdə evlənəcəkləri ilə bağlı hər ikisinin qarşılıqlı razılıqlarının olmasını, bu məqsədlə ailələri arasında kiçik bir toplantı da keçirildiyini, həm özünün həm də zərərçəkmiş şəxslərin valideyinlərinin onların gələcəkdə ailə həyatı qurmalarına razı olmalarını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs real olaraq azadlıqdan məhrumetmə cəzasını çəkilməsi onun təhsilinə, gələcək inkişafına, eləcə də zərərçəkmiş şəxsin də psixoloji vəziyyətinə və gələcək həyatına mənfi təsir edəcəyini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona və zərərçəkmişə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut,mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifə olaraq onun üzərinə qoyulsun. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-356/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-356/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver