Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-356/2025 24.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Bakı şəhəri, Hacıqabul şəhəri, X.Məmmədov küçəsi 75 №-li evdə qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid6 etibarnamə əsasında idarə etdiyi Vaz 21074 markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olan zaman 18 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərində yoxlama aparılarkən kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 və 0,224 qram olmaqla ümumi təmiz çəkisi 0,432 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan gödəkçənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan özünün istifadəsi üçün istintaqa və məhkəməyə məlum olmayan tarixdə və vaxtda külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri ərazisinə daşımış, 21 fevral 2025-ci il tarixdə, saat 01 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin qismində əyləşdiyi cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid1 Firudin oğlunun idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Hacıqabul şəhəri, M.Əsədov küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd polietilen bükümdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,902 qram, 0,093 qram və 0,346 qram olmaqla, ümumi təmiz çəkisi 1,341 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,642 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sağ əlinin ovuc hissəsindən, 01 ədəd kibrit qutusunda 01 ədəd polietilən bükümdə təmiz çəkisi 2,750 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,015 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən aşkar olunaraq götürülmüş, bununla da o, ümumi təmiz çəkisi 4,091 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 3,657 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 21 fevral 2025-ci ildə saxlanılan zaman üzərində şəxsi istifadəsi üçün təxmini 0,5-0,6 qram narkotik vasitə heroin və metamfetamin olmuşdur. Narkotik vasitədən asıllılığı yoxdur. Anası rəhmətə getdikdən sonra narkotik vasitədən istifadə etməyə başlamışdır. Polis əməkdaşları onu birinci dəfə 19 fevral, axşam saat 11-12 radələrində saxlamışlar, həmin vaxt üzərində narkotik vasitə olmamış, məhkəmənin qərarı ilə polisin nəzarətinə buraxılmışdır. Saxlanılan vaxt onu hədələmişlər və əməkdaşlıq təklif etmişlər, o qəbul etsə də, əməkdaşlıq etməmişdir. İkinci dəfə taksi ilə gedərkən saxlanılmışdır, saxlanılarkən polislər ona “bəs bilmirdin bizi aldadanda tutulassan ?” demişdir, bu dəfə üstündə az miqdarda şəxsi istifadəsi üçün narkotik vasitə olmuşdur. O, videoçəkiliş zamanı da sadəcə əlində olan narkotik vasitənin ona aid olduğunu bildirsə də, polis əməkdaşları onu hədələdiyi üçün digər narkotik vasitələri də üzərinə götürməyə məcbur qalmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Beləki o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 18 yanvar 2025-ci il tarixdə saat 16 radələrində Şirvan şəhərində köhnə bazar adlanan yerdə piyada gedərkən zaman asfalt yolun üzərində 02 ədəd kağız bükümü görmüş, kağız bükümünü götürüb içinə baxanda bükümün içərisində psixotrop maddə kimi tanığı “pati” olmasını görmüş və istifadə etmək üçün əynində olan gödəkçənin sol yan cibinə qoyub yoluna davam etmişdir. 18 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Şirvan dayanacağı adlanan yerdən Hacıqabula şəhərinə qayıtmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid6 idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onu da Hacıqabul şəhərinə aparması üçün razılaşmış, avtomobildə əvvələr tanıdığı Şahid5 avtomobilin ön oturacaqda əyləşdiyini görmüş, avtomobilin arxa oturacağına əyləşib Hacıqabul şəhər istiqamətinə yola düşmüşlər. Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində DYP əməkdaşları tərəfindən taksi kimi əyləşdiyi avtomobil saxlanılmış, ona mülki formada olan polis əməkdaşları yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə üzərində daşımaqda şübhəli olduğu və hüquq vəzifələri izah edilib üzərində yoxlama aparacağı bildirilmişdir. İlk öncə VAZ 21074 markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şahid6 üzərində yoxlama aparılmış, onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamış, sonra onun üzərində videoçəkilişdən istitfadə edilməklə yoxlama aparılarkən əynində olan gödəkçənin sol yan cibində gizlətdiyi 02 ədəd kağız bükümün içərsində psixtorop maddə metamfetamin aşkar olunmuş, aşkar olunan kütlələr elektron tərəzidə çəkilərkən 1-ci kağız bükümdəki 0,39 qram, 2-ci kağız bükümdəki isə 0,45 qram çəkidə olmuşdur. Aşkar olunan psixotrop maddə qablaşdırılaraq möhürlənmişdir. Rayon PŞ-nə dəvət olunmuş, rayon PŞ-də hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində üzərində aşkar olunmuş kütləyə müdafəçinin iştirakı ilə təkrar baxış keçrildikdən sonra poçt zərfinə qablaşdırılmış, üzərində yoxlama aparılması və əşyaya təkrar baxış keçirilməsi barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolları imzalamışdır. Bundan başqa o, 2025-ci fevral ayında özünü İran İslam Respublikası vətəndaşı Həsən adlı ilə şəxs kimi tanıdan şəxslə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Həsən adlı şəxslə söhbət edərkən onun narkotik vasitələrdən istifadə edibetmədiyini soruşmuş, Həsən adlı şəxsə narkotik vasitələrdən istifadə etdiyini bildirdiyi üçün Həsən adlı şəxs ona narkotik vasitə göndərəcəyini bildirdikdə razı olmuşdur. 20 fevral 2025-ci il tarixdə günortadan sonra Həsən adlı şəxs onunla +98 9190 69 34 21 nömrəli «Votçap» proqram vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhərində “Lökbatan” dairəsi adlanan ərazidə daşın altına psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qoyduğunu və psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə görə 80 (səksən) manat pul istəyib bir ədəd xatırlamadığı kart nömrəsini demiş və 80 manat pulu həmin kart hesabına göndərmişdir. Bundan sonra Həsən psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin qoyulduğu yerin məkanını ona göndərmişdir. Hacıqabul şəhərində, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 Firudin oğluna onu Lök-Batan dairəsinə aparıb gətirməsini demiş və 25 manata razılaşmışlar. Anarın idarə etdiyi «Hündai» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə saat 23 radələrində qeyd olunan yerə, yəni Lök-Batan dairəsinə gedib çatmış, sürücü Anara burada gözləməsini bir nəfər şəxslə görüşüb geri qayıdacağını bildirib məkanın atıldığı yerə gedib daşın altında 1 ədəd balaca ağ rəngli sellofan bükülüdə psixotrop maddə metamfetaminin, 3 ədəd balaca ağ rəngli sellofan bükülüdə narkotik vasitə heroin, 1 ədəd digərlərindən iri olan boz rəngli sellofan bükülüdə psixotrop maddə metamfetaminin, 1 ədəd digərlərindən iri olan boz rəngli sellofn bükülüdə narkotik vasitə heroin olduğunu görmüş, 1 ədəd balaca ağ rəngli sellofan bükülüdə psixotrop maddə metamfetamini və 3 ədəd balaca ağ rəngli sellofan bükülüdə narkotik vasitə heroinləri əlində saxlamış digər 1 ədəd boz rəngli bükülüdə psixotrop maddə metamfetaminlə 1 ədəd boz rəngli bükülüdə narkotik vasitə heroini isə kibrit qutusunun içərsinə qoymuş və kibrit qutusunu əyninə geydiyi gödəkçənin sol yan cibinə qoyub Anarın idarə etdiyi avtomobilə yaxınlaşıb, avtomobilə əyləşib geri qayıtmaq üçün yola düşmüşlər. 21 fevral 2025-ci il tarixdə Hacıqabul şəhərinin, M.Əsədov istiqamətində Anar avtomobilini idarə edərkən Anara DYP-nə məxsus avtomobilin səs siqnalları ilə saxla işarəsi verilmiş, Anar da avtomobilini Hacıqabul şəhəri, M.Əsədov küçəsində «Oba» marketin qarşısında saxlamış, Anar avtomobildən aşağı düşəndə, Anarın arxası ilə avtomobilin qapısını açıb aşağı düşəndə polis əməkdaşları videoçəklişdən istifadə etməklə o saxlanılmış, həmin vaxtı əlində olan büklüləri yerə atmış, bunu polis əməkdaşları görmüş və həmin büklüləri onun özünə götüzdürülmüş, videoçəklişdən istifadə edilməklə üzərində yoxlama aparılmış, yoxlama aparılan zaman yerə atmış olduğu 1 ədəd balaca ağ rəngli 1 ədəd sellofan bükülüdə psixotrop maddə metamfetamin, 3 ədəd balaca ağ rəngli sellofan bükülüdə narkotik vasitə heroin, əyninə geydiyi şalvarının arxa sol cibində cizlətdiyi 1 ədəd kibrit qutusunun içərsinə qoyduğu 1 ədəd boz rəngli bükülüdə psixotrop maddə metamfetamin, 1 ədəd boz rəngli bükülüdə narkotik vasitə heroin, 01 ədəd istifadə olunmuş tibbi şipris və özünə məxsus 2 ədəd mobil telefon aşkar olunub götürülmüşdür. Aşkar olunub götürülmüş narkotik vasitə heroin ilə psixotrop maddə metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkilərkən narkotik vasitə heroin 3,07 qram və psixotrop maddə metamfetamin isə 2,08 qram olmuşdur. Narkotik vasitədən və psixotrop maddədən başqa üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmış, həmin vaxtı məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə kibrit qutusunun içərsindən akşar olunmuş 1 ədəd boz rəngli iri sellofan bükülüdə psixotrop maddə metamfetaminin, 1 ədəd boz rəngli iri sellofn bükülüdə narkotik vasitə heroinin ona aidə olmadığını bildirmişdir. Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuş, polis şöbəsində hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Hacıqabul şəhəri, M.Əsədov küçəsində «Oba» marketin qarşısında polis əməkdaşları onun üzərindən aşkar edib götürülərək qablaşdırdıqları narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin poçt zərfindən götürülərək müdafiəçinin və onun iştirakı ilə baxış keçirildikdən sonra başqa poçt zərfinə qoyularaq qablaşdırılmış, yoxlama və əşyaya baxış keçirilməsi barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. ( C-İİ, i.v.126-127) Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid4 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 yanvar 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin və psixotrop maddənin olması barədə ona məlumat daxil olmuş, rəhbərliyə məruzə edilib əməliyyat qrupu yaradılmışdır. 18 yanvar 2025-ci il tarixdə saat 18:33-də Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində “№1” adlanan kafenin yaxınlığında Şahid6 idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət nömrə nişanlı avtomobili saxlanılmış, video-çəkilişlə Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd kağız kəsiyi bükümünün içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuş, aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan iki ədəd kağız kəsiyi bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən 0,39 qram və 0,45 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət olunmuş. polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülərək qablaşdırdıqları psixotrop maddə metamfetamin poçt zərfindən götürülərək müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirildikdən sonra başqa poçt zərfinə qoyularaq qablaşdırılmış, yoxlama və əşyaya baxış keçirilməsi barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır, Təqsirləndirilən şəxs məhkəmədə bildirdikləri özünümüdafiə xarakterlidir, üzərində narkotik vasitə olmuşdur, saxlanılan andan videoçəkiliş aparılmışdır, Taleh adlı şəxs Hacıqabul rayon sakinidir, onu da ARCM-in 234.1-ci maddəsilə sənədləşdirmişlər, hər iki tədbirdə də iştirak etmişdir, üzərindən 4 büküm narkotik vasitə aşkar olunmuşdur, onlar tərəfindən təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoyulma kimi hal olmamışdır, əməliyyat məlumatında ad, soyad və avtomobil barədə məlumatlar olmuşdur, təqsirləndirilən şəxsin ona əməkdaşlıq təklif edilməsi, əməkdaşlıq etmədiyi üçün yüklənərək tutulması barədə bildirdikləri yalandır. İş üzrə dindirilmiş şahid X3 Şahid4 ifadəsinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 21 fevral 2025-ci ildə «Hundai i40» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması ilə bağlı göstəriş verilmiş, onun tərəfindən avtomobil saxlanılmışdır, avtomobildən narkotik vasitə aşkar edilmişdir, o, axtarışda iştirak etməmişdir, təqsirləndirilən şəxsin hədələnməsi kimi hallara şahid olmamışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, şəxsin üzərinə qanunsuz əşya qoyulması kimi hal görməmişdir. İş üzrə dindirilmiş şahidlər Şahid7, Şahid8, Şahid9 Seydizadə oğlu, Şahid10, Şahid11 və Şahid12 Şahid4 ifadəsinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişlər ki, təqsirləndirilən şəxsin hədələnməsi, döyülməsi və ya üzərinə narkotik vasitə qoyulması kimi hallara şahid olmamışlar. İş üzrə dindirilmiş Şahid6 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o, taksi sürücüsü işləyir, 2025-ci ilin yanvar ayında Şirvandan Hacıqabula gələrkən 2 nəfər şəxsi Şirvan şəhərindən götürmüşdür. Hacıqabul rayonuna çatarkən yol polisi onu saxlamış, o, maşından düşəndə polis əməkdaşları əməliyyat tədbiri keçirdiklərini bildirib maşına baxış keçirmişlər. Bu zaman onlar maşından düşmüşlər. Baxış zamanı üzərilərindən narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları digər iki şəxsi döymüşdür, daha sonra onları şöbəyə aparmışlar, onun sürücü olduğunu bilib buraxmışlarr, digər ikisini saxlamışlar, narkotik vasitəni şəxslərin üzərinə onların yanında yerləşdirdilər, maşını saxlatdıqdan sonra baxış keçirilən vaxt polislər narkotik vasitəni qoyduqdan sonra çəkiliş olmuşdur, narkotik vasitə qoyulan vaxt videoçəlkiliş aparılmamışdır, onun üzərinə narkotik vasitə qoyulmamışdır, narkotik vasitəni şəxslərin üzərinə yerləşdirən kök, qarayanız polis əməkdaşı olmuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 207-208) - «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstlərinin yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan və və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən iki kağız bükümdə 0,39 və 0,45 qram olmaqla psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. ( C-İ, i.v. 177-180) - 18 yanvar 2025-ci il tarixli protokol və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrə baxış keçirilmişdir. (C-İ, 218-220) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( C-İ, i.v. 240-241) - «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi» haqqında 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( C-İ, i.v. 61-62) - «Şübhəli şəxsin tutulması haqqında» 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:05-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 24-25) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 21 fevral 2025-ci il tarixli, 163 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( C-İ, i.v. 63-64) - «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 21 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 və 0,224 qram olmaqla ümumi təmiz çəkisi 0,432 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan gödəkçənin sol yan cibindən aşkar edilib götürülmüşdür. ( C-İ, i.v. 8-10) - 21 fevral 2025-ci il tarixli protokol və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrə baxış keçirilmişdir. (C-İ, 35-37) - Hacıqabul Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 4(071)-7/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( C-İ, i.v. 83-86 ) - Kompleks məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2025-ci il tarixli, 3-16-16/2- 18/48 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki kağızda “Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,208 qram, 0,224 qram, ümumi təmiz çəkisi-0,432 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. ( C-İ, i.v. 225-230) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/162 nömrəli rəyindən görünür ki, «Təqsirləndirilən şəxs» sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda 01 ədəd polietilen bükümdə təmiz çəkisi-2,750 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümündə təmiz çəkisi-3,015 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen bükümddə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,902 qr, 0,093 qr, 0,346 qr, ümumi çəkisi-1,341 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümd təmiz çəkisi-0,642 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» sözləri yazılmış kağız paketdə 01 ədəd şprisin içərsində narkotik vasitə heroinin izləri vardır. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Narkotik vasitə heroin -28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (1 siyahı). Psixotrop maddə metamfetaminin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı»na daxildir (2 siyahı). ( C-İ, i.v. 41- 45) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika MTE və PA birliyi Publik şəxsi tərəfindən verilmiş 22 fevral 2025-ci il tarixli, 67 №-li ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. ( C-İ, i.v. 102-104) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika MTE və PA birliyi Publik şəxsi Hacıqabul rayon şöbəsinin eksperti tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 23 №-li ekspertiza rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. ( C-İİ, i.v. 30-31) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 mart 2025-ci il tarixli 1394 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin, opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Hacıqabul rayon MX-da (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. ( C-İİ, i.v. 79-80) - Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 14 mart 2025ci il tarixli, 851 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvvəqəti müvəqqəti pozulmasını, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olduğundan ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. ( C-İİ, i.v. 81-84) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 mart 2025-ci il tarixli, 1394 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin, opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdən Hacıqabul Rayon MX-da (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. ( C-İİ, i.v. 79-80) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 22 mart 2025-ci il tarixli, 233 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra tədqiqatdan sonra təmiz çəkisi 3,891 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3,557 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd tibbi şprisin iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilməli olduğu və Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsini və maddi sübuta baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməli olduğu qərara alınmışdır. ( C-İ, i.v. 147-148) - 11 aprel 2025 və 18 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokollardan və əlavə edilmiş telefon məlumatlarına dair müvafiq operatorlardan daxil olmuş disklərdən görünür ki, iş üçün əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. (C-İİ, i.v. 63-68) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi Məhkəmə təqsirləndirilən şəxsin əslində üzərində olan narkotik vasitənin çəkisinin 0,5 qram olması, polislər tərəfindən təlimatlandırılaraq çəkiliş aparılması, narkotik vasitəni üzərinə götürməyə məcbur edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla, Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də müdafiəçisi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə edir, İİR vətəndaşından almışdır, polis əməkdaşları tərəfindən üzərindən aşkar edilən narkotik vasitələr onun özünə məxsusdur, narkotik vasitələri satma məqsədi olmamışdır, öz şəxsi istifadəsi üçün almışdır. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə CPM-in 126.6-cı maddəsinin tələbləri baxımınından təqsirləndirilən şəxsin ifadəsini təhlil etdikdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı etirafedici efadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətinin protokolları və ona əlavə edilmiş disklərlə təsdiq edildiyindən onun həmin ifadələri və ittihamın yuxarıda sadlanan sübutları mötəbər sübutlar kimi qəbul edilməli, məhkəmə istintaqında verdiyi ifadəsi və şahid qismində dindirilmiş taksi sürücüsü Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi Təqsirləndirilən şəxs məsuliyyətinin yüngülləşdirilməsinə hesablandığından, sübut kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Əmələ hüquqi qiymət verilməsi : Məhkəmə Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin siyahıya əsasən “metamfetamin” psixotrop maddədir və onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın ARCM-in 234.4.1 və 234.4.3-cü maddələrinə aid hissəsi öz təsdiqini tapmamaqla, ittihamın həmin hissəsində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs həmçinin, onunla ittiham olunmuşdur ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə danışaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin şəxsdən istintaqa məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri ərazisinə daşımış, 21 fevral 2025-ci il tarixdə, saat 01 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində sərnişin qismində əyləşdiyi cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid1 Firudin oğlunun idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Hacıqabul şəhəri, M.Əsədov küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən onun istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 01 ədəd polietilen bükümdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,902 qram, 0,093 qram və 0,346 qram olmaqla, ümumi təmiz çəkisi 1,341 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,642 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sağ əlinin ovuc hissəsindən, 01 ədəd kibrit qutusunda 01 ədəd polietilən bükümdə təmiz çəkisi 2,750 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,015 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən aşkar olunaraq götürülmüş, bununla da o, ümumi təmiz çəkisi 4,091 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 3,657 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cinayət işində olan 21 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın 9-cu bəndindən görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixitrop maddələri qanunsuz olaraq aldığı şəxsin şəxsiyyəti müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədilə ARCMin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, lakin, hazırki cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər həmin şəxsin şəxsiyyəti müəyyən olunmamış, bu və ya digər formada istintaqa cəlb edilməmiş, həmçinin, qərarın müvafiq bəndindən də görünür ki, ayrılmış cinayət işi üzrə əmələ CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddələri ilə hüquqi qiymət verilmişdir. Həmçinin, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi o zaman sübuta yetirilmiş olardı ki, həmin şəxsin Təqsirləndirilən şəxsla külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, daşıyıb, saxlama barədə qabaqcadan razılaşmasını təsdiq edən mötəbər sübutlar cinayət işində mövcud olmuş olsun. Lakin, iş materiallarında nə təqsirləndirilən şəxsin ifadələri, nə də ittiham orqanının əldə etdiyi digər sübutlarla təqsirləndirilən şəxsin hər hansı şəxslə qabaqcadan razılaşıb plan quraraq əlbir olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmçinin, müdafiə hüquqlarının təmininə riayət edilmədən üçüncü şəxsin əməlinə onun barəsində irəli sürülməyən ittihama baxılarkən qiymət verilərək ittihamın təsdiq edilməsi və gələcəkdə həmin digər şəxsə qarşı ittihama baxılarkən təqsirinin sübuta yetirilmədiyi halda hazırki hökmün qanuniliyi şübhə altına alınmış olardı. Odur ki, yalnız ehtimala əsaslanmaqla, nəinki təqsiri, hətta şəxsiyyəti belə istintaqa və məhkəməyə məlum olmayan şəxsin Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair ittihamı məhkəmə təqsirsizlik prezumpsiyasına əsasən əsassız hesab edir. Həmçinin, məhkəmə tərkibi ittihamın əməlin satış məqsədilə törədilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdə üzərində gəzdirdiyi narkotik vasitə və psixotrop maddələri məhz iş materiallarında satış məqsədilə əldə edib, daşıyıb, gəzdirib saxlamasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib, daşıyıb, gəzdirib saxlamasına dair heç bir sübut müəyyən edilməmişdir. Belə ki, 11 aprel 2025 və 18 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokollardan və əlavə edilmiş telefon məlumatlarına dair müvafiq operatorlardan daxil olmuş disklərdən də görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsin istehlakçı ilə qabaqcadan razılıq əldə etməsinə, narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir sübut aşkar edə bilməmişdir. Həmçinin, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 mart 2025-ci il tarixli 1394 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin, opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Hacıqabul rayon MX-da (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. AR CPM-in 32.2.7-ci maddəsinə əsasən məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Göründüyü kimi, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədilə əldə edib, daşıyıb, gəzdirib saxlamasına dair heç bir sübut məhkəmə istintaqında müəyyən edilməmiş, əksinə iş materiallarından görünür ki, o, narkomaniya xəstəliyindən əzab çəkir və 2021-ci ildən narkoloji qeydiyyatdadır. AR CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. AR CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «Kompleks məhkəmə-kimyəvi, «Məhkəmə narkoloji ekspertizasının»nın rəyləri, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsini və maddi sübuta baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, buna görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrindən Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilməli, təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 31 yanvar 2025-ci il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Nizami Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 31 may 2024-cü il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. ( C-İ, i.v. 143-145, 151-158) - Hacıqabul RİHB-nin Hacıqabul şəhər İƏÜN tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Cavadov X4 şəhər X.Məmmədov küçəsi 75 saylı ünvanda yaşamışdır. Xasiyyətnaməyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində az yaşlı övladı ( X5-xx.xx.2016) vardır. Yaşadığı ərazi üzrə nümyəndəliyə onunla bağlı mənfi rəy daxil olmuşdur. ( C-İ, i.v. 133-136) Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası, 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə 1 il 6 aydan, CM-in 234.1-1-ci maddəsi ilə 4 ildən aşağı həddə cəza təyin edilə bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 fevral 2025-ci il tarixdən hesablanmalı, həmçinin, 18 yanvar 2025-ci ildə şübhəli şəxs qismində tutulduğu 2 gün ümumi cəza müddətindən çıxılmalı, Hacıqabul Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 4(071)-7/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 manat 90 qəpik (altımış üç manat doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat 90 qəpik (altımış üç manat doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan- faktiki olaraq təmiz çəkisi 3,891 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3,557 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd tibbi şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsini və maddi sübuta baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona ARCM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay, 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. ARCM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 18 yanvar 2025-ci il tarixdən tutulduğu iki gün cəzaçəkmə müddətinə bir günə bir gün hesabı daxil edilməklə ümumi cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2025-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan- faktiki olaraq təmiz çəkisi 3,891 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3,557 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd tibbi şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsini və maddi sübuta baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi 63 manat 90 qəpik (altımış üç manat doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-356/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-356/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver