Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-357/2025 15.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə metadonu əldə edib daşımışdır.
2. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd sellofan torbanın içərisindəki 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 101,525 qram, 89,369 qram olmaqla, ümumi çəkisi 190,894 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda, yəni 01 ədəd üzərində “Metadone 40” sözləri yazılmış qutunun içərisində 01 ədəd yarısı kəsilmiş konvelyutda ümumi sayı 4 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanındakı evin ona məxsus olan yataq otağında saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 10:50 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evə baxış keçirilən zaman yataq otağındakı sandığın içərisində gizlətdiyi 1 ədəd sellofan torbanın içərisindəki qara və şəffaf rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 101,525 qram və 89,369 qram olmaqla ümumi təmiz çəkisi 190,894 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd üzərində “Metadone 40” sözləri yazılmış qutunun içərisində 01 ədəd yarısı kəsilmiş konvelyutda ümumi sayı 4 ədəd F/M40 yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə, səhər saatlarında polis əməkdaşları onun yaşadığı evə gəlib, evin içində onu saxlamışlar. Saxladıqdan sonra evdə axtarış həyata keçirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində narkotik istifadəçisi olduğunu bildirmiş və polis əməkdaşlarının onun evindən 4 ədəd nartotik vasitə metadon, üzərindən isə 3,5 qram psixotrop maddə metamfetamin aşkarladıqlarını səmimi etiraf etmişdir. O, qeyd etmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün əldə edərək, mütəmadi olaraq istifadə etmişdir. Bu səbəbdən özünü qismən təqsirli bilir, narkotik vasitələrin satışına dair ona verilmiş ittihamla razı deyil.
4. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, psixotrop maddə metamfetaminin miqdarı ittiham aktında qeyd edildiyindən az olmuşdur, lakin polis əməkdaşları ona heç bir fərqin olmadığını demişlər, o da polislərlə razılaşmış və videoçəkilişdə, eləcə də ibtidai istintaqda qeyd edilən 190 qram metamfetaminin onun özünə aid olmasını bildirmişdir. Polislər tərəfindən ona əlavə hər hansı fiziki güc və ya təsir tətbiq edilməmiş, işgəncəyə məruz qalmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, siqaret qutusunun içində yarı çəkilmiş vəziyyətdə olan qurudulmuş marixana da ona məxsus olmuş, o, marixuananın bir qismini çəkdikdən sonra saxlamaq üçün siqaret qutusunun içinə qoymuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, dost-tanış çəkmək üçün istəyəndə pay vermişdir. O, 10 yanvar səhər saatlarında saxlanılmışdır, Sabirabad RPŞ-nin əməkdaşları evdə, onun yaşadığı otaqda axtarış etmişlər, metadon yaşadığı otaqdan, metamfetamin isə şalvarının cibindən çıxmışdır. Aşkar edilmiş tərəzi onun otağında deyil, mətbəxdə olmuşdur, polis əməkdaşları tərəzini mətbəxdən gətirərək, çəkilişdə göstərmişlər.
5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 48-50 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 61-63, 189- 191) göstərmişdir ki, o, təxminən iyirmi ildir ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 2 ünvanındakı evində paltarlarını geyinib çölə çıxmaq istəyən zaman birdən mülki geyimli polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları ona özlərini təqdim etmiş və ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirməyə etirazının olub-olmadığını soruşmuşlar. O isə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən “Classic” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisində siqaret dənələri və siqaret dənələrinin də arasında bir ədəd siqaretə doldurduğu, içərisində narkotik vasitə qurudulmuş marixuana olan yarısı çəkilmiş siqaret dənəsi aşkar edilmişdir. Həmçinin, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən ona məxsus olan içərisində ***-***-**-** mobil telefon nömrəsi olan “Samsung” markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. Həmin siqaret dənəsi polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, yataq otağında da narkotik və psixotrop maddə olduğunu bildirmişdir. Yataq otağına girdikdən sonra solda sandığın içərisində gizlətdiyi 01 ədəd rəngli sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisində narkotik vasitə metadon və qara rəngli sellofan torba, həmin sellofan torbanın da içərisində 01 ədəd şəffaf rəngli sellofan torbanın, həmçinin, qara rəngli sellofan torbanın içərisində psixotrop maddə metamfetamin kütlələri aşkar edilmişdir. Həmin kütlələr tərəzidə çəkildikdən sonra yenidən aşkar olunduğu sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, yaşadığı evin sahibi olan atası Əliisgəndər Hüseynov evə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək ərizə vermişdir. Bundan sonra axtarış davam etdirilmiş və çarpayının yanındakı masanın üzərində olan metal rəngli elektron tərəzi, həmin masanın söykənəcəyindən asılmış qara rəngli qolsuz dəri gödəkcənin cibindəki, aralarında ABŞ dolları, Rus rublu və manatlıq pul əsginasları, yəni 200 ABŞ dolları, 1560 rubl, 927 manat aşkar edilmişdir ki, həmin pulları o, qoyun sataraq əldə etmişdir. Belə ki, 200 ABŞ dollarını ona böyük qardaşı vermiş, rus rublunu Rusiyada yaşayan, qurban kəsmək üçün Azərbaycana gələn şəxsə qoyun sataraq əldə etmiş, qalan manatlıq əsginasları da o, qoyun sataraq əldə etmişdir. Həmçinin, 2 ədəd “Kapital Bank”a məxsus vaxtı ötmüş debet kartları da aşkar edilmişdir ki, həmin kartlar qohumuna aiddir. Aşkar edilərək götürülən narkotik vasitə və psixotrop maddəni o, təxminən bir il əvvəl “Odnoklassniki.ru” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşının “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsilə onun telefonuna göndərdiyi məkan bildirişi ilə Kürdəmir rayonu ərazisinə gedərək əldə etmiş və öz istifadəsi üçün saxlamışdır, lakin demək olar ki, ondan istifadə etməmişdir. Yataq otağından aşkar olunan elektron tərəzi isə evə aiddir, mətbəxdə istifadə olunur. O, narkotik vasitə satıcısı deyildir və heç vaxt narkotik satmamışdır. O, Sabirabad RPŞ-yə gətirilərkən, gətirildikdən sonra kimsə tərəfindən hər hansı bir təsir, təzyiq, işgəncəyə məruz qalmamışdır. Ona məxsus ***-***-**-** saylı mobil nömrəyə ayrı-ayrı şəxslər tərəfindən ondan narkotik vasitələrin istənilməsi barədə mesajlar göndərilsə də, o, həmin şəxslərin heç birini tanımır və həmin şəxslərə hər hansı bir narkotik vasitə satmamışdır.
7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələri qismən təsdiq etdiyini, metamfetaminin miqdarı ilə razılaşmadığını, tutularkən üzərindən cəmi 3,5 qram psixotrop maddə metamfetamin aşkar olunduğunu bildirmişdir. Evindən aşkar edilən 4 ədəd nartotik vasitə metadonun onun özünə məxsus olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əvvəllər məhkum olunmayıb, himayəsində 1 övladı var, əməlindən səmimi peşmandır, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
10. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz yolla əldə edilmiş narkotik vasitə və psixotrop maddələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında keçiriləcək əməliyyat tədbirində iştirak edəcək şəxslər – şöbənin polis əməkdaşları Şahid3, Şahid4, Şahid5 və o özü müəyyən edilmişdir. Əməliyyat tədbiri çərçivəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanındakı yaşadığı evdə olduğu müəyyənləşdirilmiş, həmin ünvana gələrək həyətyanı sahənin önündə video çəkilişə başlanılmışdır. Qapı döyülərək ev sahibi Şahid1 çağırılmış və ona oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğu bildirilmişdir. X2 evdə olduğunu və evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra əməliyyat qrupu ilə birlikdə əvvəlcə həyətə, ardınca isə evə daxil olunmuş, Təqsirləndirilən şəxs evin içərisində saxlanılmışdır. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olması bildirildikdən sonra üzərində və evində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yataq otağında narkotik vasitə olduğunu bildirmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol cibindən konfetlər, sağ cibindən isə “Classic” markalı siqaret qutusu aşkar edilmiş, siqaret qutusunun içərisində siqaretlər və bir ədəd siqaretə doldurulmuş, yarısı çəkilmiş narkotik vasitə – qurudulmuş marixuana tapılmışdır. Əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd qara rəngli “Samsung” markalı smartfon mobil telefon götürülmüşdür. Daha sonra Hüseynovun yataq otağına baxış keçirilmiş, o, otaqda girişin sol tərəfində yerləşən və üzəri naxışlarla bəzədilmiş sandığın içərisindən bir ədəd müxtəlif rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin torbanın içərisində üzərində “Metadone 40” yazılmış qutu, onun içində isə bir ədəd konvelyutda yerləşdirilmiş 4 ədəd qəhvəyimtil rəngli həblər, bir ədəd qara rəngli sellofan torbada psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli sellofan torbada metamfetamin kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin metadon və metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin maddələrin elektron tərəzi ilə çəkisi müəyyənləşdirilmişdir: qara rəngli sellofan torbadakı metamfetamin – 101,07 qram, şəffaf sellofan torbadakı metamfetamin – 96,62 qram, konvelyutdakı 4 ədəd metadon həbi – 2,40 qram, siqaretə doldurulmuş marixuana – 0,60 qram. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmiş, əməliyyat tədbirində iştirak edən şəxslər tərəfindən imzalanmışdır.
11. Məhkəmə iclasında dindirilmiş şahid X5 və Şahid5 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
14. Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 xx.xx.2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində və yaşadığı evdə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədən əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsi xahiş edilmişdir. (c İ, i.v 3)
15. «Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 10 yanvar 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Sabirabad RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6)
16. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, davamı qismində yaşayış sahəsinə baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı evdə polis əməkdaşları tərəfindən saxlanılmış, onun üzərinə və evin yataq otağına baxış keçirilərkən aşkar edilərək götürülmüş qara rəngli sellofan torbada olan metamfetaminin çəkisinin 101.07 qram, şəffaf rəngli sellofan torbadakı metamfetamin kütləsinin çəkisinin 96.62 qram, bir ədəd kəsilmiş konvelyutda 4 ədəd metadon həblərinin ümumi çəkisinin 2.40 qram, yarısı çəkilmiş siqaret dənəsinə doldurulmuş marixuananın çəkisinin isə 0,60 qram olması müəyyən edilmişdir. Bundan başqa evə baxış zamanı bir ədəd elektron tərəzi, 2 ədəd 100 ABŞ dolları, 3 ədəd 500-lük, bir ədəd 50-lik, bir ədəd 10-luq olmaqla, ümumilikdə 1560 Rus rublu, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq, 8 ədəd 20 manatlıq, 12 ədəd 10 manatlıq, 9 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginasları, həmçinin iki ədəd vaxtı ötmüş “Kapitalbank”a məxsus debet kartları iş üçün sübut əhəmiyyətli olduğuna görə götürülmüşdür. (c İ, i.v 10-11)
17. Həmçinin, yuxarıda göstərilmiş istintaq hərəkətlərinin video-görüntülərinin əks olunduğu DVD disklər məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 16-cı bəndində tədqiq edilən protokolda qeyd edilənlərin DVD diskdə olan videogörüntülər ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c İ, i.v 12-13)
18. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (c İ, i.v 15)
19. «Şübhəli şəxsə vəkilin təqdim edilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 16-24)
20. «Əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş əşyalara baxış keçirilmiş, qablaşdırılan zərf və bağlama yenidən açılmış, çəkiləri elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim olunmaları üçün yenidən qablaşdırılaraq üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi, pul vəsaitləri və iki ədəd vaxtı ötmüş “Kapitalbank”a məxsus debet kartları iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (c İ, i.v 32-33)
21. Həmçinin, «Əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında» istintaq hərəkətinin video-görüntülərinin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 20-ci bəndində tədqiq edilən protokolda qeyd edilənlərin DVD diskdə olan videogörüntülər ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c İ, i.v 34)
22. «Məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizası»nın 11 yanvar 2025-ci il tarixli, 3-16-16/2-18/20-21 saylı rəyindən görünür ki; 1) Tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd yarımçıq, yanmış halda siqaret dənəsində təmiz çəkisi - 0,10qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim edilmiş üzərində: "..Təqsirləndirilən şəxs yaşadığı evdən.." sözləri yazılmış kağız paketdə 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 101,525qr, 89,369qr, ümumi çəkisi - 190,894qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə cəmi 04 ədəd qəhvəyimtil rəngli həblərin tədqiqatı aparılmamış və suallar cavablandırılmamışdır. Marixuana və metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 44-45)
23. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 manat təşkil edir. (c İ, i.v 43)
24. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (c İ, i.v 51-52)
25. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-4/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 yanvar 2025-ci il, saat 12:05-dən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, onun satış niyyəti olmamışdır, həmin narkotik maddəni o, bir il əvvəl sosial şəbəkədən tanış olduğu İran vətəndaşının göstərdiyi yerdən götürmüş, həmin malın pulunu iranlıya ödəməmişdir. Narkotik maddə əvvəl 230 qram olmuşdur. O, təxminən 6 ay ərzində 40 qramını istifadə etmiş, sonradan metamfetamin qəbulunu dayandırmış, almış olduğu və aşkarlanmış maddə yadından çıxaraq yaşadığı evdə qalmışdır. O, arabir marixuana qəbul etsə də, metamfetamini 6 aydır ki, qəbul etmir və kiməsə satmamışdır. 15 yaşlı bir oğlu və yaşlı atası vardır. Hazırda tutulduğu üçün tək qalan atası və oğlu ondan narahatdırlar. Ona görə də o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. (c İ, i.v 70-73)
26. «Maddi sübut kimi tanımaq haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 11 yanvar 2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd yarımçıq, yanmış halda siqaret dənəsində təmiz çəkisi – 0,10 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,08 qramı, 02 ədəd polietilen torbada ümumi təmiz çəkisi – 190,894 qram psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 190,694 qramı iş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 85)
27. «Maddi sübut kimi tanımaq haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 11 yanvar 2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, arxasına “QC PASS 200g/0.01g” sözləri yazılmış, metal rəngli bir ədəd elektron tərəzi iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 88)
28. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. (c İ, i.v 93)
29. «Fiziki-kimyəvi ekspertiza»nın 06 fevral 2025-ci il tarixli, 6/315 saylı rəyindən görünür ki; Tədqiqata təqdim olunmuş üzərində: AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi "Tədqiqat obyekti Nº3" möhür əksi, "Ekspert rǝyi No 18/20- 21; Verildiyi tarix: 11 yanvar 2025-ci il; Material No HK-1/67; Ekspertizanı təyin etmiş orqan: Sabirabad RPŞ; Maddi sübut: Təqsirləndirilən şəxs məxsus 04 ədəd qəhvəyimtil rəngli həblər; Ekspert: Aysel Saqiyeva /imza/" ǝl yazıları olan zərfdəki ümumi sayı 4 ədəd, üzərində "F/M40" yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddasinin ümumi miqdarı: 0,16 qram olan narkotik vasitə-metadon müəyyən edilmişdir. (c İ, i.v 109-110)
30. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 108)
31. «Maddi sübut kimi tanımaq haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 11 yanvar 2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 0,16 qram narkotik vasitə metadon iş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 111)
32. «Baxış keçirilməsi haqqında» 18 mart 2025-ci il tarixli, 125 saylı protokoldan və "xxxx" MMC-dən təqdim edilmiş diskdən görünür ki; 1) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 00:29, 00:30, 00:33 dəqiqələrdə “qaqa hardasan, dilxor olaram, qonaqlarım var qaqa sənöl dilxor olaram”. 2) Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrədən ***- ***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 14:56 dəqiqədə “Salam adas, qaqa, əmələ gətirə bilmədim vallah, qaqa, Dəyanət də yalvarır ki, bayramdan sonra verim, qalmışam belə, dilxor olmuşam, qaqa, üzrlü say, daşım da gəlməlidir, qalıb sabaha, sən Allah incimə”. 3) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 19:57 dəqiqədə “salam, əmoğlu, nətərsən. Men olüm, dayoğlu, bizdə 2 dənə varsa ondan əvdəyik yoxdursa neynək 1 də olar, güman sənsən sən Məhəmmədin canı, gözləyirəm”. 4) ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 22:51 dəqiqədə “Mosu, biz kişiyik, düzəlmir, bir kəlmə de, düzəlmir, yoxsa götürmürsən. Gah telefon sondürürsən, bele sözübütövlük olur, əş nəysə”. 5) Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il, saat 00:55 dəqiqədə “deyəsən yenə sarıdın 10 dəqiqə gözləyib gəlib evdən çağıracam bir də səninlə iş görsəm, sen yaxşılıq bilən deyilsən”. 6) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 18:04, 20:36 dəqiqələrdə “başuva dönərəm, gözləməyə gözləmisən, səbirli ol, qaqa, varyoxuna nəhlət kartdan çıxmadı, gərək 12-ni keçə, al marketdə 30 manat qudum hələlik onu götür tezdən duran kimi 40 verəcəm, bəlkə işim düzəldi, aynoyn verdim”. 7) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 01:23, 01:24, 01:25 dəqiqələrdə “Mosu, bəydir, imkan varsa mənə öz eləməylik daşından balaca, ya nə bilim pulnan necə əmələ gəlirsə daş ver bərk lomka gəlib sən öl çox pis darıxıram heç belə olan deyilde əmələ gəlirsə atqaz eləmə səhər əvəzin çıxaram”. 8) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***- **-** mobil nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 09:12 dəqiqədə “qaqa, bərk ağrıyıram, imkan varsa svyaza çıx də, dərmanı gəlib götürüm”. 9) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 22:45, 22:47, 22:48, 22:49 dəqiqələrdə “rdiyim aynoyundan 50-60 manat pul çıxardırdım. Onun qarşılığında götürüb mənə 5-lik daş verirsən elə bil çet deşirüy. Sən öl, bəy canı qaqa, 80-85 alıram, yəni nə tapmamışam, nə də pay verməyiblər. Söhbət adamın draznit dilxor olmağından gedir”. 10) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 01:07 dəqiqədə “Qaqa, Güləlinin dükanındaydım, çıxa bilsəydin qapıya gəlib pul da verərdim. Bir də başua dönərəm çəkməklik daş verərdin, bir çəkimlik”. 11) ***-***-**- ** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 03:35 dəqiqədə “Qaqa, bəydi, sənə qaqan tor verəcəy. Başına dönüm mənə çəkməylik daş ver, emişlə küçənizdəyəm. Mən də sənə mina tor verim”. 12) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 03:37 dəqiqədə “Qaqa, küçədəyəm, arxa qapıda başına dönüm mənə çıx çekmeyliy daş ver”. 13) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 02:31 dəqiqədə “Qaqa, Aqilnən dediyin amanatı da götürüb küçədə bayaqdan gözdeyiriy, gelmirsense çıxaq gedey”. 14) ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 01:15 dəqiqədə “10 manat qoydum həmin yerə, sabahları da qismin verəcəm”. 15) Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il, saat 17:40 dəqiqədə “salam Patron, yatmışdım, üzrlü say patron, Təkər istəyirsənsə yoxdur balam canı gəlməyib hələm, başqa qulluğun varsa mən hazıram Patron”. 16) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 20:02 dəqiqədə “gəlim dəyim, mənə 3/4 tüstü lazımdı”. 17) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 00:36 dəqiqədə “mən getdim bakıya ehtiyac olmadı sil mesajları”. 18) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 13:51 dəqiqədə “dərmanı gəlim götürüm, lomkadayam”. 19) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***- **-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 03:17, 20:58 dəqiqələrdə “Salam bakiya gedirem imkan var mene yarim pati 2 bas sey isteyen var vererdim eve corey alardim. Lale kankret adam deyil ki burda qalam. X13 3 dene meti isteyir 30 man alinarsa yazarsan he yox”. 20) ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 01:50 dəqiqədə “Salam elis 10 manatliq pati ver abdaya sabah aparacam bakiya perk per baxla seher gedib bir gun qaydacam ya pulun vercem yada kontur vuraram balansina lap p alinsa arxdan ozun verersen yalvarib qiz mene and verdiribki olurem cen canin”. 21) Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 03:39 dəqiqədə “Kenan hemin yere dey 20 qoy ora lap qabaq mamed deyirdi xaladelnik yanidaki das varidi ora”. 22) ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə xx.xx.2024-cü il, saat 00:13 dəqiqədə “Salam netersen gör ne deyırem veziyetim pisdi aqrıyıram sen qardaşun canı varsa mene daş ver veziyetden cıxım canım aqrıyır pis” SMS mesajlarının göndərilməsi müşahidə edilmişdir. (c İ, i.v 115-118)
33. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may tarixli, 5-70-12/2-408/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 4 ünvanında yaşamış, ailə tərkibi oğlu X3 (2010) ibarətdir. Arvadından ayrılıb. (c İ, i.v 148)
34. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. (c İ, i.v 149)
35. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-28/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. (c İ, i.v 157-160)
36. «Məhkəmə-narkoloji ekspertizası»nın 21 fevral 2025-ci il tarixli, 1052 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 161-162)
37. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-2191/2015 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, X7 ilə Təqsirləndirilən şəxs arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olan X6 atası Təqsirləndirilən şəxs himayəsində saxlanılmışdır.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
38. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir.
39. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
40. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
41. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
43. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxs və onun müdafiəçisi) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onunla müdafiəçisinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər.
44. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir.
45. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
46. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
47. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
48. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
49. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
50. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
51. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
52. Məhkəmə baxış iclasında, təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları onu evdə saxlayarkən üzərindən 3,5 qram psixotrop maddə metamfetamin, yaşadığı otaqdan isə 4 ədəd nartotik vasitə metadon həbləri aşkar olunduğunu bildirmişdir. Videoçəkiliş zamanı və ibtidai istintaq zamanı verdiyi ifadələrində metamfetaminin miqdarı ilə razılaşıb, 2 torbada ümumilikdə 190,894 qram çəkidə psixotrop maddə metamfetaminin onun özünə məxsus olduğunu bildirməsini isə polis əməkdaşlarının onu aldatması ilə əlqələndirmişdir. Dediyinə görə, polis əməkdaşları ona çəkinin fərq etməyəcəyini və onların dediyi kimi ifadə verməsini ona bildirmişlər.
53. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir
54. Əvvəla, məhkəmə araşdırması zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə gələn SMS mətnləri, eləcə də cinayət işi materiallarında olan çoxsaylı sübutlar, istintaq hərəkəti protokolları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğunu sübut etmişdir.
55. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə dediklərini inandırıcı hesab etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
56. Təqsirləndirilən şəxsin psixotrop maddə metamfetaminin miqdarının əslində 3,5 qram olması, daha sonra polis əməkdaşları tərəfindən artırılıb, 190,894 qram kimi qeyd edilməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxs ona yaradılmış imkana baxmayaraq, dediklərini təsdiq edən hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın bütün mərhələlərində onun evindən aşkar edilən psixotrop maddə metamfetaminin miqdarının 190,894 qram olmasını bildirmiş, bu miqdarı heç bir ifadəsində, izahatında və ya istintaq hərəkətlərində mübahisələndirməmiş, həmin miqdarda narkotik vasitənin onun özünə məxsus olduğunu, lakin satışı ilə məşğul olmadığını qeyd etmişdir. İş materiallarında və təqsirləndirilən şəxsin özünün də ifadəsindən müəyyən olunur ki, ona qarşı tutularkən və yaxud istintaqın sonrakı mərhələsində hər hansı fiziki güc, təsir, işgəncə və ya qeyri-qanuni hərəkət edilməmişdir. O, özü də ifadəsində bunu bildirmiş, yalnız polis əməkdaşlarının onu aldatdığını qeyd etmişdir.
57. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi bu ifadələrini mötəbər hesab etmir, həmin ziddiyyətli ifadələrin özünümüdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən, təqsirləndirilən şəxs hər hansı tutarlı arqument gətirə bilməmişdir.
59. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir.
60. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir.
61. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
62. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
63. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
64. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”na əsasən təmiz halda 2 qramdan artıq metamfetamin külli miqdar və 0,02 qramdan artıq metadon xeyli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
65. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
66. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
67. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
68. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
69. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
70. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
71. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
72. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərə təyin edilmiş cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
73. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir
74. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
75. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
76. Məhkəmə hökmün 36-cı bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq və Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
77. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi – 0,10 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,08 qramı, eləcə də evdən aşkar edilərək götürülmüş, ümumi çəkisi - 190,894 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 190,694 qramı, həmçinin, 01 ədəd yarısı kəsilmiş konvelyutda 4 ədəd, 0,16 qram çəkidə narkotik vasitə metadon həbləri məhv edilməlidir.
78. «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, davamı qismində yaşayış sahəsinə baxış keçirilməsi haqqında» istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd disk, «Əşyaya baxış keçirilməsi və götürmə haqqında» istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 04 (dörd) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
79. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
80. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 179 (bir yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (X1 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
81. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
82. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
83. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
84. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ümumi təmiz çəkisi – 0,10 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,08 qramı, ümumi çəkisi - 190,894 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 190,694 qramı, 01 ədəd yarısı kəsilmiş konvelyutda 4 ədəd, 0,16 qram çəkidə narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci – 179 (yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 04 ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva