Məhkəmə qərarları › İş №1(099)-358/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-358/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-358/2023 23.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi X14, Zərərçəkmiş şəxs3, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X15 və Müdafiəçi2 iştirakları ilə, Yetkinlik yaşına çatmayan, xx xxxx 2005-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı Neft- Energetika Kollecinin əyani şöbəsində təhsil alan, məhkum olunmayan, Salyan şəhəri, Babazanlı qəsəbəsi, Y.Xankişiyev küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 4(057)- 5/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 126.1 və 221.2.1-ci maddələri ilə, xx xxxxxx 2004-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Salyan şəhəri, S.Cəbrayılov adına Peşə Litseyində təhsil alan, məhkum olunmayan, Salyan rayonu, Aşağı-Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 01 yanvarın 2023-cü il tarixdə saat 20 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən «Yeni Azərbaycan Partiyası» nın Salyan şöbəsinin binasının arxasındakı ərazidə tanışı Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində, yəni ümumi tanışları Şahid1 həmin tarixdə saat 19 radələrində qeyd olunan ünvanda sillə vurmasına görə Zərərçəkmiş şəxs1 ona irad bildirməsi səbəbindən yaranmış mübahisə zamanı yumruq ilə sonuncunun sifət nahiyəsinə bir dəfə zərbə vurmaqla yanaşı yerdən götürdüyü daş parçasını ataraq Zərərçəkmiş şəxs1 sol ayağının diz nahiyəsinə vurduqdan sonra sonuncuya qəsdən ağır xəsarət yetirmək məqsədilə hadisədən əvvəl əyləşib çay içdiyi yaxınlıqdakı Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən «Park-Kafe» adlı kafeyə girərək mətbəxdə olan masanın üzərindəki mətbəx bıçağını götürüb yenidən hadisə yerinə qayıdarkən Zərərçəkmiş şəxs1 «Yeni Azərbaycan Partiyası»nın binasının qarşısında görüb aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişənin və dalaşmanın davamı olaraq Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə daha bir yumruq zərbəsi vurduqdan sonra əlindəki bıçaqla sol kürək nahiyəsinə bir zərbə vurmaqla sonuncuya döş qəfəsinin sol arxa səthinin daxilə keçən yarası, sol tərəfli pnevmatoraks ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 18 yanvar 2023-cü ildə saat 13 radələrində Salyan şəhərindəki «Salyan dairəsi» yaxınlığında Neftçala rayonu, Qaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs2, Bakı şəhər sakinləri X3 və Zərərçəkmiş şəxs3 ilə bir-birilərinə baxması səbəbindən, yəni heç bir əsaslı səbəb olmadan mübahisə edərək aralarındakı məsələni aydınlaşdırmaq üçün onları yaxınlıqdakı şəhər qəbirstanlığının ərazisinə dəvət edərək birlikdə qəbirstanlığın ərazisinə gəldikdən sonra o, Zərərçəkmiş şəxs2 söyüb təhqir edərək qəfildən sifət və bədən nahiyəsinə qəsdən yumruq və təpik zərbələri vurub zor tətbiq etməklə sonuncunu döyməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə təpik zərbəsi vurmuş, bundan sonra orada olan Zərərçəkmiş şəxs3 və Möhübbət Rüstəmov araya girib dalaşanları aralaşdırmağa çalışarkən Təqsirləndirilən şəxs2 Möhübbət Rüstəmova zor tətbiq etməklə cüdo fəndi işlədərək başı üzərindən qaldırıb yerə çırpmış, sonra isə həmin qaydada Zərərçəkmiş şəxs3 də zor tətbiq edərək qaldırıb başı üzərindən yerə yıxmağa çalışmış, həmin vaxt qəbirstanlığın ərazisindən keçən şəxsiyyəti müəyyən edilməyən 35-40 yaşlarında kişinin onları qəbirstanlıq ərazisindən qovması səbəbindən həmin ərazini tərk etdikdən sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Möhübbət Rüstəmov birlikdə Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən ictimai yer hesab olunan «Muğan» şadlıq sarayının qarşısına gəlmişlər, burada o, Təqsirləndirilən şəxs2la birlikdə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Möhübbət Rüstəmova heç yerə getməməyi, gecə yenidən görüşüb aralarında olan məsələni həll etməyi təkidlə tələb etmiş, Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan Möhübbət Rüstəmovun sifət nahiyəsinə yumruq zərbəsi vurmuş, bundan sonra isə o, yenidən ətrafda olan insanların gözü qarşısında ictimai yerdə öz qərəzli hərəkətlərini davam etdirərək ucadan nəlayiq ifadələrlə söyüşlər söyüb Möhübbət Rüstəmovu və Zərərçəkmiş şəxs2 yumruq və təpiklə döyərək Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 sol göz orbitasının qançırı, sol gözün ağlı qişasının qansızması, sol saidin aşağı 1/3-nin sıyrığı, sol baldırın yuxarı 1/3-nin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, Möhübbət Rüstəmova isə sol göz bucağının sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Salyan şəhər sakini Şahid1 əvvəllər yaxın dostu olmuş, təxminən 2 il əvvəl aralarında yaranmış münaqişəyə görə münasibətləri soyumuşdur. Zərərçəkmiş şəxs1 isə Vüsalın dostu kimi bir neçə ay əvvəl tanımış, aralarında heç bir yaxın münasibət, həmçinin hər-hansı ədavət və ziddiyyət olmamışdır. Vüsal ilə aralarında münaqişə yaranmasına səbəb təxminən 2 il əvvəl Vüsalın onun haqqında başqa-başqa şəxslərin yanında xoşagəlməz söhbətlər danışması olmuşdur. Vüsal ilə görüşüb bu haqqda bir neçə dəfə söhbət etmişlər və sonra əlaqələri kəsilmişdir. 2021-ci ildə atası ilə birlikdə Rusiya Federasiyasına getmiş, təxminən 7 ay ərzində atası ilə Rusiyada əmisigilin yanında yaşamış və 01 yanvar 2022-ci il tarixdə Salyan şəhərinə qayıtmışdır. Sonra ali məktəbə qəbul imtahanlarına hazırlaşıb həmin il Azərbaycan Dövlət Neft Energetika Kollejin əyani şöbəsinin 1-ci kursuna qəbul olunmuş, gündəlik dərsə getmiş, dərsdən sonra kafelərdə işləmişdir. Bu müddət ərzində Vüsal ilə görüşməmiş, heç bir münasibəti və əlaqəsi olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində «WhatsApp» sosial şəbəkəsində təsədüfən Vüsalın statusuna rast gəlmişdir. Həmin statusda Vüsal öz əlinin üzərinə döyülmüş «brilliant daş»ın tatuaj şəkilini paylaşmış və şəkilin altına hazırda xatırlamadığı məzmunda kriminal aləmə aid söz yazmışdır. Vüsala «WhatsApp» vasitəsilə sms yazıb həmin tatuajın hansı məna daşıdığını soruşmuş, Vüsal tatuajının mənasının «təmizlik» mənası daşıdığını yazmışdır. Dost olduqları zaman Vüsalın onun haqqında xoşagəlməz söhbətlər danışması yadına düşmüş və yenidən Vüsala «WhatsApp» vasitəsilə «təmizlik söhbəti sənə aid deyil, təmiz oğlan olsaydın mənim haqqımda danışmazdın» məzmunda sms yazmışdır. Bunun cavabında Vüsal ona söyüş yazıb bildirmişdir ki, onunla görüşüb söhbət edəcəkdir. Vüsala nə zaman Salyan şəhərinə gəlsə onunla görüşəcəyini yazmışdır. 29 dekabr 2022-ci ildə Salyan şəhərinə yaşadığı evə gəlmiş və «WhatsApp» vasitəsilə Vüsala sms yazıb Salyan şəhərində olduğunu bildirmişdir. 30 dekabr 2022-ci il tarixdə Vüsala görüş təyin etmiş və həmin gün günorta saatlarında Salyan şəhərində görüşmüşlər, Vüsal dostu Yusif ilə birlikdə gəlmişdir. Yusif ona Vüsalın dostu olduğunu və onu Vüsal ilə barışdırmaq məqsədilə gəldiyini bildirmişdir. Söhbətlərinin sonunda Yusif Vüsal ilə aralarında olan mübahisə son qoyulduğunu demiş, lakin ayrılarkən Vüsala ikisi birlikdə bir daha görüşəcəklərini, çünki təklikdə deyəcəyi sözləri olmuşdur. 01 yanvar 2023-cü ildə təxminən saat 18 radələrində evdə olarkən Vüsal ona «WhatsApp» vasitəsilə sms yazıb görüşmək istədiyini demiş, o isə cavabında bir azdan Salyan Rayon İcra Hakimiyyətinin binasının qarşısındakı parkın yanındakı kafedə onu gözləyəcəyini bildirmişdir. Vüsal tanımadığı bir nəfər həmyaşıdı ilə gəlmiş, ikisinin təklikdə söhbət etməsi üçün yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» binasının arxasına keçsinlər. Vüsal etiraz etməmiş və onlar ikisi həmin binanın arxasına getmişlər, Vüsaldan arxasınca xoşagəlməz sözlər danışmağının səbəbini soruşmuşdur. Vüsal cavabında heç vaxt onun arxasınca heç kimin yanında heç bir söz danışmadığını bildirsə də Vüsala inanmamış, çünki Vüsalın onun haqqında xoşagəlməz sözlər danışdığını dəqiq bilmişdir. Tələbi əsasında Vüsal üzr istəmiş, Vüsalın sifətinə yüngülcə bir dəfə sillə vurub «bir daha qələt edib mənim haqqımda heç kimin yanında danışma» demiş, sonra çevrilib getmək istədikdə Vüsal bu məsələni belə qoymayacağını, vurduğu sillənin cavabını verəcəyini bildirmişdir. Vüsala nə vaxt istəsə yenidən görüşüb söhbət etməyə hazır olduğunu demiş, sonra birlikdə «Kafe Park» kafesinin qarşısına gəlmişlər. Həmin yerdə Vüsalı öz yoldaşları Yusif və 2-3 nəfər tanımadığı həmyaşıdlarının gözlədiyini görmüş, Yusif və digərləri ilə görüşdükdən sonra Vüsal və yoldaşları ondan ayrılıb Salyan şəhərinin mərkəzinə doğru piyada getmişlər. Həmin yerə dostları Rəxşan və Mahir gəlmişlər, dostlarının yanında tanımadığı daha bir nəfər də olmuşdur. Dostları ilə birlikdə «Kafe Park» kafesində əyləşib çay içib söhbət etməyə başlamışlar. Təxminən 20-30 dəqiqədən sonra Vüsal ona zəng edib yenidən görüşmək istədiyini demiş, Vüsala «Kafe Park»da oturub çay içdiyini, bir azdan kafenin giriş qapısı açılmış və içəri boylanan Vüsal onu baş işarəsi ilə küçəyə çağırmışdır. Yoldaşlarına masa arxasında qalıb onu burada gözləmələrini tapşırıb kafedən küçəyə çıxdıqda Vüsalın yanında Yusifi və tanımadığı daha 2-3 nəfərin olduğunu görmüşdür. Yusif onunla söhbət etmək istədiyini bildirdikdə, Yusifə təklif etmişdir ki, yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» binasının arxasına keçsinlər, çünki orada onları görən olmayacaqdır. Həmin vaxt kafedən onun yoldaşları da çıxıb ona yaxınlaşmışlar. Yoldaşlarına burada qalıb onu gözləmələrini tapşırıb 5-10 dəqiqəyə qayıdacağını demişdir. Sonra Yusif ilə birlikdə yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» binasının arxasına getmişlər. Həmin vaxt Vüsal və digər yoldaşları da gəlib bir qədər aralıda dayanmışlar. Yusif onun qarşısında dayanıb hansı səbəbdən Vüsala sillə vurduğunu soruşmuş, cavabında Vüsalın onun arxasınca xoşagəlməz sözlər danışdığını, lakin bunu boyun almadığına görə ərkyana Vüsala bir dəfə sillə vurduğunu demişdir. Yusif ona «yaşca səndən böyügəm, indi mən Vüsalın əvəzinə sənə bir sillə vursam necə olacaq?» deyə soruşduqda, əsəbləşmiş və Yusifə «mənə sillə vurmaq sənin başın üçün deyil» demişdir. Qəflətən Yusifin sifətinə bir yumruq zərbəsu vurmuş, Yusif zərbəni gözləmədiyindən əvvəlcə özünü itirmiş, lakin sonra onun üzərinə cummaq istədikdə öz yoldaşları araya girib tutub Yusifi saxlamışlar. Hirsi soyumadığı üçün yerdən bir daş parçası götürüb Yusifə tərəf atmış və daş Yusifin dizinə dəymişdir. Yusif tutub onu saxlayanların əlindən çıxmağa çalışmış, bu vaxt səsə onun öz yoldaşları Rəxşan və Mahir də həmin yerə gəlmişlər və onu tutub saxlamışlar. Hirsi soyumadığından yoldaşlarının əlindən çıxıb «Kafe Park» kafesinə girmiş, masa üzərindəki mətbəx bıçaqını götürüb yenidən qaçaraq kafedən küçəyə çıxmışdır. Onun bıçaq götürdüyünü görən ofisinat Ramil onu tutub saxlamaq istəsə də, bunu bacarmamışdır. Kafedən küçəyə çıxıb bir az əvvəl Yusif ilə dalaşdıqları istiqamətdə qaçdıqda artıq Yusifin «Yeni Azərbaycan Partiyası» binasının qarşısında olduğunu görüb üzərinə cumub sifətinə yenidən bir yumruq zərbəsi vurmuşdur. Zərbədən özünü itirən Yusif sifətini əlləri ilə tutub arxasını ona çevirdikdə, o bıçağı sol əlindən sağ əlinə keçirib Yusifin sol qol hissəsinə bıçaqla bir dəfə zərbə vurmuş və həmin vaxt bıçağın Yusifin bədəninə girdiyini hiss etmişdir. Vurduğu bıçaq zərbəsindən sonra Yusif dərhal pilləkənlərin yanında yerə yıxılmışdır. Yusifin yıxılıb yerdə qaldığını gördükdə qorxmuş və əlindəki bıçaqı kənara ağacların arxasına atmışdır. Yusifin yoldaşları onun üstünə cumduqda, o öz dostları ilə oradan qaçıb Salyan Rayon İcra Hakimiyyətinin binasının sol tərəfindən keçib Kür çayının sahilinə getmiş və körpüdən keçib piyada yaşadığı Babazanlı qəsəbəsinə gəlib burada yoldaşlarından ayrılıb öz evinə getmişdir. Evdə anasına bir az əvvəl dalaşdığını desə də, bıçaqla adam vurduğunu bildirməmişdir. Bir azdan evlərinə polis əməkdaşları gəlib onu Salyan RPŞ-nə aparmışlar, orada izahat verərək törətdiyi cinayəti etiraf etmişdir. Törətdiyi digər cinayət əməli ilə bağlı bildirmişdir ki, 18 yanvar 2023-cü il saat 13 radələrində Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Salyan şəhərindəki «Muğan» şadlıq sarayının yanında görüşüb yaxınlıqdakı «1941-1945» abidəsinin qarşısından keçərkən 2 nəfər cavan oğlanın Bakı şəhərinə gedən taksi avtomaşınların dayanacağında dayanıb sağasola boylandıqlarını görmüş, bir neçə dəfə başını çevirib diqqətlə həmin oğlanlara baxdıqda Möhübbət üzünü ona tutub «nə baxırsan?» demişdir. Mühübbətə cavabında «bu nə deməkdir nəyə baxırsan, baxıram da!” deyə cavab vermişdir. Sonra onlara yaxınlaşıb «bu ne deməkdir nəyə baxırsan? Baxıram da!» demişdir. Möhübbət yoldaşları ilə yas yerinə gəldiklərini, indi isə Bakı şəhərinə getdiklərini demiş, kimin yas məclisi olduğunu soruşduqda Möhübbətin yanında olan Fəqan ona sərt cavab verərək ona doğru yerimiş, bunu görən Şakir Fəqanın qarşısına keçmişdir. Həmin vaxt Amil də yaxınlaşıb nə baş verdiyini soruşmuş, Fəqanın ona sərt şəkildə cavab verməsi onu əsəbləşdirdiyindən üzünü Fəqana və yoldaşlarına tutub kənara çəkilib sakit bir yerdə nə istədiklərini aydınlaşdırmağı təklif etmiş, razılaşdıqdan sonra Şakir ilə qabağda, Fəqan və yoldaşları isə arxada yaxınlıqdakı şəhər qəbirstanlığının ərazisinə getmişlər. Orada Fəqanın yaxasından yapışıb özünə tərəf çəkib bir daha nə istədiyini soruşmuş, Fəqanın dartınıb onun əlindən çıxmaq istədiyini gördükdə Fəqanın sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Fəqanın da onu vurmaq istədiyini gördükdə yenidən Fəqana bir neçə yumruq və təpik zərbələri vurmuşdur. Həmin vaxt kənarda nə baş verdiyini görməmiş, çünki yalnız Fəqan ilə dalaşmışdır. Bu vaxt onların olduğu yerə 35-40 yaşlarında tanımadığı bir kişi gəlib qışqırıb onları oradan qovmuşdur. Onlar qəbirstanlıq ərazisindən çıxıb «Salyan dairəsi»nə gəlmişlər. Fəqan və yoldaşları qabağda gedib «Muğan» şadlıq sarayının qarşısında dayanmışlar. Şakir ilə birlikdə «Muğan» şadlıq sarayının qarşısına gəlmişlər. Burada Fəqan üzünü ona tutub gedib «öz böyügünü» onun üstünə gətirəcəyini demişdir. Fəqana kimi istəsə gətirə biləcəyini demiş və öz mobil telefon nömrəsini Fəqana bildirərək öz adamını gətirdikdə zəng edib onu çağırmağını demişdir. Fəqanın yoldaşı Möhübbət yanında dayanmış Şakirə nəsə dedi, Şakir isə yumruq ilə Möhübbətin sifətinə zərbə vurdu. Bunu gördükdə Möhübbətin üzərinə cummuş, yenidən ara qarışmış və dalaşmağa başlamışlar. «Muğan» şadlıq sarayının qarşısı insanların sıx olan yeri olduğundan dərhal ətrafa xeyli insan toplaşıb onları ayırmağa başlamışlar. Hadisə yerinə gəlmiş polis əməkdaşları onları Salyan RPŞ-nə aparmışlar. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Məhkəmədən yetkinlik yaşına çatmamasını, kollecdə təhsil almasını, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayır, Salyan şəhərindəki S.Cəbrayılov adına Peşə Litseyin 3-cü kurs tələbəsidir. 2013-cü ildən etibarən cüdo və sambo güləş növləri ilə məşğuldur, 3 il ardıcıl cənub regoin birinciliyinin qalibi olmuş, Türkiyənin Sakariya şəhərində keçirilən beynəlxalq yarışlarda 2-ci olaraq gümüş medal qazanmışdır. Salyan şəhəri, Babazanlı qəsəbə sakini Təqsirləndirilən şəxs1 yaxın dostudur. 18 yanvar 2023-cü ildə saat 13 radələrində Elvin ilə Salyan şəhərindəki «Muğan» şadlıq sarayının qarşısındakı avtobus dayanacağında görüşüb piyada Salyan dəmiryolu stansiyasında yaşayan dostlarıgilə getmişlər. Salyan dairəsindəki «1941-1945» abidəsinin yanından keçərkən sonradan adları ona məlum olmuş Möhübbət və Fəqanın Bakı şəhərinə gedən taksi avtomaşınların dayanacağında dayandıqlarını görmüşlər. Həmin oğlanların yanından ötüb keçdikdən sonra geri çevrilib baxdıqda Elvinin Möhübbət və Fəqan ilə qarşı-qarşıya dayandıqlarını və sanki dalaşmaq istədiklərini görmüşdür. Elvin ilə həmin oğlanların arasına girmişdir. Həmin vaxt onların yanına Möhübbət və Fəqanın yoldaşı, Amil də yaxınlaşıb burada nə baş verdiyini soruşmuşdur. Elvin artıq əsəbləşmiş və Fəqana, Möhübbətə və Amilə kənara çəkilib yaxınlıqdakı qəbirstanlıq ərazisində söhbət etməyi təklif etmişdir. Fəqan və yoldaşları Elvinin bu təklifi ilə razılaşdıqdan sonra özü və Elvin qabağda, Fəqan və yoldaşları isə onların arxasınca yaxınlıqdakı qəbirstanlıq ərazisinə getmişlər. Elvin və Fəqan qarşı-qarşıya dayanıb söhbət etməyə başlamışlar, o isə arxada Amil ilə söhbət etmişdir. Elvin ilə Fəqanın öz aralarında dalaşmağa başladıqlarını görmüş və həmin anda Elvinə kömək məqsədilə qaçaraq arxadan Fəqanın kürək nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Onun vurduğu təpik zərbəsindən sonra Fəqan səndəlləsə də, ayaqda qalıb yerə yıxılmamışdır. Möhübbət üzərinə cumduğundan Möhübbəti yerə çırpmışdır. Amil də onun üstünə cummuş, o yenidən güləş fəndi işlədib nisbətən dolu bədənli Amili də qaldırıb yerə atmışdır, lakin Amil yıxılmayıb ayaqda qala bilmişdir. Həmin vaxt onların olduqları yerə 35-40 yaşında tanımadığı bir kişi gəlib qışqırıb onları oradan qovmuşdur. Bundan sonra hamısı qəbirstanlıq ərazisindən çıxıb «Salyan dairəsi»-nə tərəf getmişlər. Fəqan və yoldaşları qabağda gedib yaxınlıqdakı «Muğan» şadlıq sarayının qarşısında dayanmışlar. Elvin ilə gəlib «Muğan» şadlıq sarayının qarşısında Fəqangilin yanında dayanmışlar. Fəqan üzünü Elvinə tutub gedib özündən böyük adam gətirəcəyini bildirmiş, Elvin Fəqana öz mobil telefon nömrəsini deyərək kimi istəsə gətirə biləcəyini bildirmişdir. Möhübbət də ona «kişi kişini arxadan vurmaz» deyib söyüş söydüyündən əsəbləşib Möhübbətin sifətinə bir yumruq zərbəsi vurmuşdur. Elvin də Möhübbətin üzərinə cummuş və yenidən dalaşmağa başlamışlar. Ətrafa toplaşmış kənar şəxslər araya girib onları ayıramağa çalışmışlar. Hadisə yerinə gəlmiş polis əməkdaşları onları Salyan RPŞ-nə aparmışlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən Peşə Litseyində təhsil almasını, idmançı olmasını, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Elvini 2022-ci ilin dekabr ayının sonlarından etibarən dostu Vüsalın vasitəsilə tanımışdır, Elvin ilə aralarında əvvəllər heç bir ədavət və ziddiyyət olmamışdır. 01 yanvar 2023-cü ildə saat 18 radələrində dostları Vüsal, Amin, Nihat və Aqşin ilə birlikdə Salyan şəhərindəki «Hollivud» kafesində oturub kompüter oyunları oynayan zaman Vüsal Elvinin onu «Yeni Azərbaycan Partiyası» binasının yanındakı kafeyə çağırıb söhbət etmək istəyir. Vüsalın əvvəllər Elvin ilə dost olduqlarını, lakin 2 il əvvəl aralarındakı münasibətlərin pozulduğunu bildirmişdir. Hətta 30 dekabr 2022-ci ildə Vüsal ilə Elvini barışdırmaq məqsədilə üçü birlikdə Salyan şəhərində görüşüb öz aralarında bu barədə söhbət etmişlər. Vüsal ilə Elvini barışdırmış və Elvin ona söz vermişdir ki, Vüsal ilə aralarında olan problemə son qoyulmuşdur. Buna görə də Vüsal Elvinin onu söhbət etməyə çağırır deməsini, ciddi bir şey olmadığını düşünüb hər ehtimala qarşı Vüsala Elvin ilə görüşə dostları Aqşin ilə birlikdə getməsini, özü isə görüş yerinə 15-20 dəqiqədən sonra gələcəyini demişdir. Vüsal və Aqşin getdikdən sonra öz işlərini yoluna qoyub təxminən 30 dəqiqədən sonra Vüsal və Elvinin görüşəcəkləri «Yeni Azərbaycan Partiyası» binasının yanına getmişdir. Həmin yerə dostları Amil və Nihat ilə birlikdə çatdıqda məlum olmuşdur ki, artıq Vüsal ilə Elvinin arasında söhbət olub qurtarmışdır. Heç nə olmamış kimi Elvin onunla görüşmüş və bundan sonra öz yoldaşları ilə şəhərin mərkəzinə doğru getmişlər. Elvin isə öz yoldaşları ilə oradakı «Kafe Park» kafesinə girmişlər. Yoldaşları ilə xeyli uzaqlaşıb X.R.Ulutürk abidəsinin yanına çatdıqda Vüsal ona danışmışdır ki, Elvin ilə aralarında bir az əvvəl baş vermiş söbət zamanı Elvin onun sifətinə bir sillə vurmuşdur. Vüsal ondan xahiş etmişdir ki, geri qayıdıb bir daha Elvin ilə görüşüb söhbət edib birdəfəlik onları barışdırmağa çalışsın. Vüsalın bu xahişini yerinə yetirib Elvin ilə Vüsalı bir daha barışdırmaq üçün geri qayıdıb Elvin ilə görüşməyə razılıq vermişdir. Vüsalın telefonu ilə Elvin ilə əlaqə saxlayıb görüşüb söbət etməyi təklif etdikdə Elvin hələm «Kafe Park»da oturduğunu demişdir. Elvin ilə söhbət etməyə Vüsal ilə birlikdə getmək istəsə də, Amin, Nihat və Aqşin də onlarla gedəcəklərini, söhbətə müdaxilə etməyəcəklərini, yaxınlıqda gözləyib birlikdə qayıtmaq istədiklərini bildirmişlər. Bu səbəbdən hamısı birlikdə yenidən «Kafe Park» kafesinin yanına getmişlər. Elvin kafedən küçəyə çıxdıqda onunla söhbət etmək üçün yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» binasının arxasına keçməyi təklif etmişdir. Elvin həmin əraziyə gəldikdə Vüsal, Aqşin, Nihat və Amil bir qədər arxadan getmişlər, lakin söhbətə müdaxilə etməyib sakit qaydada kənarda dayanmışlar. Sakit və təmkinli şəkildə Elvinə bir neçə gün əvvəl üçü birlikdə görüşüb bu barədə söhbət etmişlər və həmin vaxt onları barışdırmışdır, bəs indi nə baş vermişdir ki, Vüsalı söhbətə çağırıb üstəlik sifətinə sillə vurmuşdur. Elvin isə özündən razı halda bildirmişdir ki, Vüsal vurulmalı olduğu üçün vurulmuş, onun barəsində xoşagəlməz sözlər danışdığını boyun almadığı üçün Vüsala bir sillə vurmuşdur. Yenidən təmkinlə Elvinə demişdir ki, «sən də mənə bir neçə gün əvvəl Vüsal ilə barışdığını və bir daha Vüsal ilə işin olmayacağı barədə söz vermişdin, belə çıxır ki, mənə yalan danışmısan, Vüsal ilə ədavətin davam edir, sənin sözündən belə çıxır ki, mənə yalan dediyin üçün mən də sənə sillə vurmalıyam». Bunun cavabında Elvin bildirmişdir ki, sillə vurmaq onun başı üçün deyil və dərhal bu sözdən sonra Elvin bir addım arxaya çəkilib onun sol gicgah nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Elvinin onu vuracağını gözləməmiş və aldığı zərbənin təsirindən özünü bir anlıq itirmiş, özünə gəlib Elvinin üstünə getmək istədikdə yoldaşları araya girib tutub onu saxlamışlar. Elvin isə öz əynindəki gödəkçəni çıxardıb yerə atıb yenidən onun üstünə cummaq istədikdə həmin vaxt Elvinin yoldaşları həmin yerə gəlib tutub Elvini saxlamışlar. Yoldaşlarının onu tutub saxladığını görüb bir qədər sakitləşmiş, lakin Elvin sakitləşməmiş və öz yoldaşlarının əlindən çıxıb qaçaraq oradan getmişdir. Elvin qaçıb getdiyini gördükdə daha da sakitləşmiş və hər şeyin bitdiyini düşünüb evlərinə getmək üçün öz yoldaşları ilə birlikdə binanın arxasındakı ərazidən çıxıb binanın qarşı hissəsinə doğru getməyə başlamışdır. Binanın qarşısındakı pilləkənlərə çatdıqda yoldaşlarının arxadan gəlib-gəlmədiklərinə baxmaq üçün geri çevrildikdə binanın iri ölçülü vitrin şüşəsindən Elvinin ağacların arasından çıxıb arxadan ona hücum etdiyini görmüşdür. Elvinə tərəf çevrildikdə Elvin ona çatıb yenidən onun sifətinə bir yumruq zərbəsi vurmuş, sifiətini əlləri ilə tutduqda görmüşdür ki, Elvin sağ əlini qaldırıb bıçaqla yuxarıdan aşağıya doğru onu vurmaq istəmişdir. Bıçaq zərbəsindən yayınmaq üçün başını aşağı və yana əymiş və Elvinin vurduğu birinci bıçaq zərbəsinin əynindəki qış gödəkçəsinin papağına dəydiyini hiss etmişdir. Elvin yenidən sağ əlini qaldırıb ikinici bıçaq zərbəsi vurmaq istədiyini gördükdə, yarı oturaq vəziyyətdə geriyə çevrilib zərbədən yayınmaq istəmiş, lakin bunu bacarmamış və ikinci bıçaq zərbəsi onun sol kürək nahiyəsinə vurulmuşdur. Aldığı bıçaq zərbəsindən və ağrıdan hüşunu itirib yerə yıxılmış, bundan sonra nə baş verdiyini bilməmiş və xatırlamamış, ayıldıqda xəstəxana palatasında olduğunu görmüşdür. Sonradan məlum olmuşdur ki, Elvin onu bıçaqla vurduqdan sonra qaçıb getmişdir. Hadisə zamanı Elvini söyməmiş, vurmamış, hər hansı bir zor tətbiq edəcəyi ilə hədələməmişdir. Elvindən başqa hadisə yerində olanlardan heç kim onu vurmamış, heç kim Elvin ilə onun arasında olmuş söhbətə müdaxilə etməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Elvin ilə barışmış, heç bir şikayəti, tələbi olmamış və gələcəkdə də olmayacaqdır. Elvinə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 16 yanvar 2023-cü il tarixdə yaşadıqları evin hamamında anası dəm qazından boğulub ölmüş, 18 yanvar 2023-cü il tarixdə isə Bakı şəhərində yaşayan dostları Zərərçəkmiş şəxs3, Möhübbət Rüstəmov və Səid Əsədov da gəlmişlər. Dostları yas məclisində iştirak etdikdən sonra təxminən saat 12 radələrində Bakı şəhərinə qayıtmaq qərarına gəlmişlər. Bibisi Elnurə ilə birlikdə dostlarını Bakı şəhərinə yola salmaq üçün bibisinin avtomobilinə əyləşib təxminən saat 13 radələrində Salyan şəhərinə getmişlər. «Salyan dairəsi»-ndə yer olmadığından bibisi avtomobili yaxınlıqdakı «Muğan» şadlıq sarayının qarşısında saxlamışdır. Elnurə avtomobilin sükanı arxasında qalmış, özü və dostları isə avtomobildən düşüb Bakı şəhərinə gedən taksi avtomobillərin dayandığı yerə yaxınlaşmaq üçün yolun qarşı tərəfinə keçmişlər. Ərzaq mağazasının qarşısından keçərkən Amil su almaq üçün mağazaya girmişdir, özü, Möhübbət və Səid isə küçədə qalmışlar. Səid mobil telefonla danışmaq üçün onlardan uzaqlaşıb xeyli kənara çəkilmişdir. Mağazada olan Amili gözləyən müddətdə Möhübbət ilə birlikdə tez-tez «Salyan dairəsi» istiqamətinə boylanıb Bakı şəhərinə gedən taksilərin dayanacaqda olub-olmadığına baxmışlar. Onlardan 2-3 metr aralıda 2 nəfər tanımadığı həmyaşıd oğlanların diqqətlə onlara baxdıqlarını görmüşdür. Həmin oğlanların gözlərini onlardan çəkmədən diqqətlə onlara baxdıqlarını görən Möhübbət üzünü həmin oğlanlara tutub sakit tərzdə nəyə görə diqqətlə baxdıqlarını soruşmuşdur. Sonradan adı ona məlum olmuş Elvin yekəxana tərzdə cavab vermişdir ki, yaxşı edib baxırlar. Möhübbbət demişdir ki, Neftçalaya yas məclisinə gəlmişlər və indi Bakı şəhərinə qayıdırlar. Elvin üzünü onlara tutub kimin yas məclisi olduğunu soruşduqda, artıq dözə bilməyib cavab vermişdir ki, «sənə nə var kimin yas məclisidir». Elvin demişdir ki, bu məsələni aydınlaşdırıb söhbəti bağlamaq üçün hamısı kənara çəkilib sakit bir yerdə söhbət etməlidirlər. Həmin vaxt Amil də mağazadan çıxıb onlara qoşulmuşdur. Elvin, adı sonradan məlum olmuş yoldaşı Şakir qabağda, o, Möhübbət və Amil isə onların arxasınca piyada gedib yaxınlıqdakı «1941-1945» abidəsinin yanından keçib Salyan dairəsindəki qəbirstanlıq ərazisinə gəlmişlər. Qəbirstanlıq ərazisinə çatdıqda Elvin qəfildən, onun gözləmədiyi anda onun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Aldığı zərbədən özünü itirmiş və əlləri ilə öz sifətini tutmuşdur. Elvinin yoldaşı Şakir arxadan onun kürək nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Amil və Möhübbət araya girib onu qucaqlayıb Elvin və Şakirdən kənarlaşdırmağa çalışmışlar. Həmin vaxt Şakir Möhübbəti arxadan qucaqlayıb güləş fəndi işlətməklə Möhübbəti qaldırıb öz başı üzərindən yerə atmışdır. Elvin də yumruq və təpik atmaqla Amilin üzərinə getmişdir. Bu vaxt tanımadığı bir nəfər yaşlı kişi onlara yaxınlaşıb ayırıb tənbeh edib onları oradan qovmuşdur. Bundan sonra onlar qəbirstanlıq ərazisindən çıxıb «Salyan dairəsi»nə, oradan isə bibisinin avtomobili dayandığı «Muğan» şadlıq sarayının qarşısına gəlmişlər. Elvin və Şakir də onların arxasınca gəlmişlər. Şadlıq sarayının qarşısında Elvin və Şakir onlara yaxınlaşıb ucadan onların ünavanına nəlayiq söyüş söyüb demişlər ki, heç yerə getməsinlər, gecə yenidən görüşüb bu söhbəti sona çatdırsınlar. Həmin vaxt Amil soruşmuşdur ki, Salyanda qonağa belə münasibət bəsləyirlər. Bunun cavabında Şakir yenidən ucadan nəlayiq söyüş söyüb qəfildən qarşısında dayanmış Möhübbətin sifətinə bir yumruq zərbəsi vurmuşdur. Bunu görən Elvin də ucadan nəlayiq söyüşlər söyərək yenidən onun üstünə cummuşdur. Elvin və Şakir birləşib onu yumruq və təpiklə döyməyə başlamışlar, yoldaşları Amil və Möhübbət isə araya girib onu Elvin və Şakirin əlindən almağa çalışmışlar. Ətrafa xeyli sayda insan kütləsi toplaşmış, Elnurə də orada olmuşdur və araya girib onu döyənlərin əlindən almağa çalışmışdır. Bir az sonra hadisə yerinə polis avtomobili gəlmiş və polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər. Salyan şəhər qəbirstanlığında və «Muğan» şadlıq sarayının qarşısında baş vermiş hadisələr təxminən 5-10 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı ilk olaraq qəbirstanlıq ərazisində Elvin onun göz nahiyəsinə bir yumruq zərbəsi, Şakir isə kürək nahiyyəmə bir təpik zərbəsi vurmuşlar, daha sonra həmin yerdə Elvin və Şakir onun bədəninin müxtəlif yerlərinə təpik və yumruq vurmuşlar. «Muğan» şadlıq sarayının qarşısında Elvin və Şakir onun bədəninin müxtəlif yerlərinə təpik və yumruq vurmuşlar. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Elvin və Şakir ilə barışmış, onlardan heç bir şikayəti, tələbi olmamış və gələcəkdə də olmayacaqdır. Elvin və Şakirə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 16 yanvar 2023-cü ildə Fəqanın anası dəm qazından boğulması nəticəsində ölmüşdür. 18 yanvar 2023-cü ildə səhər saatlarında Fəqanın anasının yas məclisində iştirak etmək üçün ümumi dostları Möhübbət Rüstəmov və Səid Əsədov ilə birlikdə Neftçala rayonu Qaraqaşlı kəndinə gəlmişlər. Yas məclisində iştirak etdikdən sonra təxminən saat 12 radələrində Bakı şəhərinə qayıtmaq qərarına gəlmişlər. Fəqanın bibisi Elnurə xala onları Bakı şəhərinə yola salmaq üçün öz avtomobili ilə təxminən saat 13 radələrində Salyan şəhərinə gətirmişdir. Fəqan da onlarla gəlmişdir və «Muğan» şadlıq sarayının qarşısında Elnurə xalanın avtomobilindən düşüb Bakı şəhərinə gedən taksi avtomobillərin dayandığı yerə yaxınlaşmışlar. Ərzaq mağazasının qarşısından keçərkən su almaq üçün mağazaya girmiş, Fəqan, Möhübbət və Səid isə küçədə qalmışlar. Mağazadan çıxdıqda tanımadığı 2 nəfər cavan oğlanın Fəqan və Möhübbət ilə qarşı-qarşıya dayanıb mübahisə etdiklərini görmüşdür. Nə baş verdiyini soruşduqda sonradan adı ona məlum olmuş Elvin və Şakir demişlər ki, hansısa məsələni aydınlaşdırıb söhbəti bağlamaq üçün birlikdə kənara çəkilib sakit bir yerdə söhbət etməlidirlər. Elvin və Şakir qabağda, o, Fəqan və Möhübbət isə onların arxasınca piyada gedib yaxınlıqdakı qəbirstanlıq ərazisinə gəlmişlər. Qəbirstanlıq ərazisinə girdikdə Elvin qəfildən Fəqanın sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Elvinin yoldaşı Şakir arxadan cumub Fəqanın kürək nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Bunu gördükdə Möhübbət cəld araya girib Elvini qucaqlayıb Fəqandan ayırmağa çalışmış, lakin həmin vaxt Şakir arxadan Möhübbəti qucaqlayıb güləş fəndi işlətməklə qaldırıb başı üzərindən Möhübbəti yerə çırpmışdır. Möhübbəti yerə atdıqdan sonra Şakir onun üzərinə cummuş və ondan yapışıb fən tətbiq edib onu da qaldırıb yerə atmışdır, lakin o, müvazinətini saxlayıb ayaq üstə qala bilib yerə yıxılmamışdır. Həmin vaxt Elvinin yumruq və təpik atmaqla Fəqanı vurduğunu görmüşdür. Bu vaxt yaxınlıqdakı qəbirlərin arası ilə keçən tanımadığı bir nəfər yaşlı kişi onları görüb qışqırıb tənbeh edib çıxıb getmələrini tələb etmişdir. Bundan sonra onlar qəbirstanlıq ərazisindən çıxıb yenidən «Muğan» şadlıq sarayının qarşısına gəlmişlər. Elvin və Şakir də onların arxasınca gəlmişlər və şadlıq sarayının qarşısına çatdıqda Şakir və Elvin onlara yaxınlaşıb ucadan söyüş söyərək demişlər ki, heç yerə getməsinlər, gecə yenidən görüşüb söhbəti sona çatdırmaq lazımdır. Həmin vaxt Möhübbət nəsə demişdir və bunun cavabında Şakir yenidən söyüş söyüb sonra qəfildən Möhübbətin sifətinə bir yumruq zərbəsi vurmuşdur. Bundan dərhal sonra Elvin yenidən Fəqanın üzərinə cumub yumruq və təpiklə Fəqanı vurmağa başlamışdır. Ətrafa xeyli sayda insan kütləsi toplaşmışdır, Fəqanın bibisi Elnurə xala da həmin vaxt orada olmuşdur və araya girib onları Elvinin və Şakirin əlindən almağa çalışmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib onları rayon polis şöbəsinə gətirmişlər. Qəbirstanlığda baş vermiş hadisə təxminən 5-10 dəqiqə, «Muğan» şadlıq sarayının qarşısında baş vermiş hadisə isə təxminən 5-6 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı ona qarşı yalnız Təqsirləndirilən şəxs2 zor tətbiq etmiş, yalnız Şakirin yumruqları ona dəymiş, Elvin onu vurmamışdır və döyməmişdir. Baş vermiş hadisədə Səidin heç bir iştirakı olmamışdır, çünki mağazadan su alıb küçə yəçıxıb Fəqan və Möhübbətə yaxınlaşan zaman Səidin yoldaşlarının yanında olmadığını görmüşdür. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Elvin və Şakir ilə barışmış, onlardan heç bir şikayəti, tələbi olmamış və gələcəkdə də olmayacaqdır. Elvin və Şakir azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü ildə Fəqanın anası dəm qazından boğulub ölmüşdür. Dostunun anasının yas məclisində iştirak etmək üçün 18 yanvar 2023-cü ildə digər dostları Zərərçəkmiş şəxs3 və Səid Əsədov ilə birlikdə Neftçala rayonu, Qaraqaşlı kəndinə gəlmişlər. Yas məclisində iştirak etdikdən sonra saat 12 radələrində Bakı şəhərinə qayıtmaq qərarına gəlmişlər. Fəqanın bibisi Elnurə onları Bakı şəhərinə yola salmaq üçün öz avtomobili ilə onları təxminən saat 13 radələrində Salyan şəhərinə aparmışdır. Fəqan da onlarla birlikdə gəlmiş və «Muğan» şadlıq sarayının qarşısında Elnurə xalanın avtomobilindən düşüb Bakı şəhərinə gedən taksi avtomobillərin dayandığı yerə yaxınlaşmışlar. Ərzaq mağazasının qarşısından keçərkən Amil su almaq üçün mağazaya girmiş, o, Fəqan və Səid isə küçədə qalmışlar. Səid mobil telefonla danışmaq üçün onlardan uzaqlaşıb xeyli kənara çəkilmişdir. Onlar mağazada olan Amili gözləyərək tez-tez «Salyan dairəsi» istiqamətinə boylanıb Bakı şəhərinə gedən taksilərə baxmışlar. Həmin vaxt təxminən 2-3 metr aralıda 2 nəfər tanımadığı oğlanın diqqətlə onlara tərəf baxdığını görmüşlər. Sonradan həmin oğlanların adının Elvin və Şakir olduğu ona məlum olmuşdur. Həmin oğlanların dayanıb gözlərini çəkmədən diqqətlə onlara baxdıqlarını gördükdə, o üzünü oğlanlara tutub sakit tərzdə «nə olub, nəyə baxırsan?» deyə soruşmuşdur. Elvin yekəxana tərzdə onun üstünə yeridikdə Fəqan qarşıya keçmişdir. O, Elvinə demişdir ki, Neftçalaya dostunun anasının yas məclisinə gəlmişlər və indi Bakı şəhərinə qayıtmaq istəyirlər. Elvin özündən razı halda kimin yas məclisi olduğunu soruşduqda Fəqan cavab vermişdir ki, «sənə nə var kimin yas məclisidir». Bundan sonra Elvin məsələni aydınlaşdırıb söhbəti bağlamaq üçün kənara çəkilib sakit bir yerdə söhbət etməli olduqlarını bildirmişdir. Bu vaxt Amil də mağazadan çıxıb onların yanına gəlib onlara qoşulmuşdur. Elvin və Şakir qabağda, o, Fəqan və Amil isə onların arxasınca piyada gedib yaxınlıqdakı qəbirstanlıq ərazisinə gəlmişlər. Qəbirstanlıq ərazisinə çatdıqda Elvin qəfildən, heç kimin gözləmədiyi anda Fəqanın sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bunun ardınca Şakir arxadan tullanıb Fəqanın kürək nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Bunu gördükdə, o, cəld araya girib Elvini qucaqlayıb Fəqandan ayırmağa çalışmışdır, lakin həmin vaxt Şakir onu arxadan qucaqlayıb güləş fəndi işlətməklə qaldırıb öz başı üzərindən yerə atmışdır. Onu yerə atdıqdan sonra Şakir Amilin üzərinə cummuşdur. O yerdən qalxıb Şakirin üstünə gedib Amildən ayırmağa çalışmışdır. Həmin vaxt Elvin yumruq və təpiklə Fəqanı vurmuşdur. Bu vaxt tanımadığı yaşlı bir kişi gəlib onları tənbeh edib çıxıb getmələrini tələb etmişdir. Bundan sonra onlar qəbirstanlıq ərazisindən çıxıb bir az əvvəl avtomobildən düşdükləri yerə «Muğan» şadlıq sarayının qarşısına gəlmişlər. Elvin və Şakir də onların arxasınca həmin yerə gəlmişlər. Şadlıq sarayının qarşısına çatdıqda Elvin və Şakir yaxınlaşıb ucadan onların ünvanına nəlayiq ifadələr işlədərək heç yerə getməməyi, gecə yenidən görüşüb söhbəti sona çatdırmaq lazım olduğunu demişlər. O, biz qonağıq, bəyəm Salyanda qonağa belə münasibət bəsləyirlər demiş və Şakirin bir az əvvəl Fəqanı arxadan təpiklə vurduğu yadına düşdükdə əlavə etmişdir ki, kişi kişini arxadan vurmaz. Bunun cavabında Şakir onun üstünə gəlib söyüş söyüb qəfildən onun sifətinə bir yumruq zərbəsi vurmuşdur. Bundan dərhal sonra Elvin yenidən cumub Fəqanı yumruq və təpiklə vurmağa başlamışdır. Ətrafa xeyli sayda insan kütləsi toplaşmışdır, həmin vaxt Fəqanın bibisi Elnurə xala da orada olmuşdur və araya girib onları ayırmağa çalışmışdır. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər. Salyan şəhər qəbirstanlığında baş vermiş hadisə təxminən 5-10 dəqiqə, daha sonra «Muğan» şadlıq sarayının qarşısında baş vermiş hadisə isə təxminən 5-6 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı ilk olaraq qəbirstanlıq ərazisində onu Şakir güləş fəndi ilə qaldırıb yerə çırpmışdır, daha sonra Fəqanı Elvinin əlindən almağa çalışarkən Elvin onu təpiklə vurmuşdur. «Muğan» şadlıq sarayının qarşısında isə Şakir onun sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur, Elvin isə təpik zərbəsi vurmuşdur. Baş vermiş hadisədə Səidin heç bir iştirakı olmamış, çünki hadisədən əvvəl mağazaya su almağa gedən Amili gözləyən zaman Səid mobil telefonla danışa-danışa onlardan uzaqlaşmışdır və həmin hadisələrdə Səidin heç bir iştirakı və xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşı oğludur. 16 yanvar 2023-cü ildə Fəqanın anası Bakı şəhərində yaşadıqları evin hamamında dəm qazından boğulub ölmüşdür. 18 yanvar 2023cü ildə yas mərasiminin 3-cü günü yas mərasimində iştirak etmək üçün Fəqanın Bakı şəhərində yaşayan dostları Zərərçəkmiş şəxs3, Möhübbət Rüstəmov və Səid Əsədov da kəndə gəlmişlər. Fəqanın dostları yas məclisində iştirak etdikdən sonra təxminən saat 12 radələrində onları Bakı şəhərinə yola salmaq üçün qardaşı oğlu Fəqan ilə birlikdə dostları Amili, Möhübbəti və Səidi öz avtomobilinə əyləşdirib təxminən saat 13 radələrində Salyan şəhərinə aparmışdır. Bakı şəhərinə gedən taksilərin dayanacağı olan «Salyan dairəsi» ndə öz avtomobilini park etməyə yer olmadığından avtomobili bir qədər aralıdakı «Muğan» şadlıq sarayının qarşısında saxlamışdır. Fəqan yoldaşlarını Bakı şəhərinə gedən taksiyə mindirib qayıdıb gələcəyini dediyi üçün, o uşaqlarla vidalaşıb avtomobilin sükanı arxasında qalmışdır. Fəqan və dostları avtomobildən düşüb Bakı şəhərinə gedən taksi avtomobillərin dayandığı «Salyan dairəsi» istiqamətində getdikdən sonra, avtomobildən düşüb yaxınlıqdakı marketə girmişdir. Küçədə qışqırıq səslərini eşidib marketdən küçəyə çıxdıqda öz avtomobilinin dayandığı yerdə xeyli sayda insan toplaşıb dalaşanları ayırmağa çalışdıqlarını görmüşdür. Həmin yerə yaxınlaşdıqda görmüşdür ki, sonradan adları ona məlum olmuş Elvin və Şakir birləşib qardaşı oğlu Fəqanı və yoldaşları Amil və Möhübbəti döymüşlər. Fəqanı və yoldaşlarını Elvin və Şakirdən ayrımağa çalışmışdır. Bu vaxt hadisə yerinə polis əməkdaşları gəlib dalaşanların hamısını, yəni Elvini, Şakiri, Fəqanı, Amili və Möhübbəti polis avtomobilinə əyləşdirib rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt onun yanına Fəqanın digər yoldaşı Səid yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Səiddən harada olduğunu və burada nə baş verdiyini soruşduqda Səid cavab vermişdir ki, telefonla danışmaq üçün yoldaşlarından ayrılmış və heç nədən xəbəri olmamışdır. Bundan sonra Səidi öz avtomobilinə əyləşdirib birlikdə rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Fəqan və yoldaşları ondan ayrıldıqdan sonra «Salyan dairəsi»ndəki «1941-1945» xatirə abidə kompleksinin qarşısında heç bir səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Elvin və Şakir onları qəbirtsanlıq ərazisinə dəvət edib orada döymüşlər, daha sonra qəbirstanlıq ərazisindən çıxıb «Muğan» şadlıq sarayının qarşısına gəldikdə yenidən heç bir səbəb olmadan Fəqanı, Amili və Möhübbəti döymüşlər. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Salyan şəhər sakinləri Zərərçəkmiş şəxs1, Aqşin İsmayılov, Şahid3 və Şahid5 dostlarıdır, hər biri ilə yaxşı münasibətləri vardır. Yusif də onunla birlikdə avtoyuma məntəqəsində işləmiş, Təqsirləndirilən şəxs1 da əvvəllər onun dostu olmuşdur, lakin iki il əvvəl Elvin ilə aralarında yaranmış narazılıqdan sonra münasibətləri soyumuşdur. 2022-ci ilin dekabr ayının əvvəllərində özünün «WhatsApp» statusunda öz şəkilini çəkib qoymuşdur. Həmin gün Elvin ona «WhatsApp» ilə sms yazıb şəkildə sol əlinin üzərindəki briliant daşının tatusunun hansı məna daşıdığını soruşmuşdur. O da Elvinə cavab yazmışdır ki, həmin tatu «təmizlik» rəmzidir. Elvin isə ona «təmizlik söhbətinin sənə aiddiəyi yoxdur» məzmunda sms yazmışdır. Bu mövzuda bir-birinə bir neçə sms yazmışlar və bu səbəbdən yenidən aralarında narazılıq yaranmışdır. Sonda Elvin ona sms ilə söyüş yazıb bildirmişdir ki, Salyan şəhərinə gəldikdə onunla görüşüb söhbət edəcəkdir. Elvinə cavab yazmışdır ki, nə zaman istəsə görüşməyə hazırdır. Dekabrın 30-da günorta saatarında Elvin «WhatsApp» vasitəsilə ona sms yazıb Salyan şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Elvin ilə onun arasında olan münaqişədən dostu Yusifin də məlumatı olmuş, çünki özü bu barədə Yusifə danışmış və Yusif söz vermişdir ki, Elvin ilə onu barışdıracaqdır. Ona görə elə həmin gün Yusif və Elvin ilə birlikdə Salyan şəhərində görüşmüşlər və Yusifin iştirakı ilə olmuş söhbət zamanı Elvin bildirmişdir ki, aralarında olan münaqişəyə son qoyulmuşdur. Lakin onlar ayrlıb gedərkən Elvin ona demişdir ki, vaxt edib ikilikdə görüşsünlər, çünki ona təklikdə deyiləsi sözü varmış. 01 yanvar 2023-cü ildə saat 18 radələrində o, Yusif, Aqşin, Amin və Nihad Salyan şəhərindəki «Hollivud» adlı kafedə oturub çay içib kompüter oyunları oynayan zaman Elvin onun yadına düşmüş və özü Elvinə WhatsApp vasitəsilə sms yazıb Salyan şəhərindəki «Hollivud» adlı kafedə olduğunu, görüşmək istəsə həmin kafeyə gələ biləcəyini bildirmişdir. Elvin isə cavab yazmışdır ki, onu Salyan Rayon İcra Hakimiyyəti binasının qarşısındakı parkın yaxınlığındakı «Zeus» adlı çayxanada gözləyəcəkdir. Вostlarına gedib Elvin ilə görüşüb qayıdıb gələcəyini dedikdə Yusif ona demişdir ki, Aqşin ilə birlikdə görüş yerinə getsin, özü isə bir azdan həmin yerə gələcəkdir. Etiraz etməmiş və Aqşin ilə birlikdə kafedən çıxıb piyada qaydada gedib «Zeus» adlı çayxanaya çatdıqda Elvinə zəng edib burada olduğunu demişdir. Elvin hələm yol gəldiyini deyib bir qədər gözləməyi istəmişdir. Bir azdan Elvin onların olduğu yerə gəlmişdir. Onlar görüşüb söhbət etmək üçün yaxınlıqdakı çayxanada əyləşmək istədikdə məlum olmuşdur ki, həmin çayxana işləmir. Elvin təklif etmişdir ki, yalnız ikisi kənara çəkilib öz aralarında söbət etsinlər. Etiraz etməmiş və Elvin ilə birlikdə yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» binasının arxasındakı gediş-gəliş olmayan dalana gəlmişlər. Burada Elvin yenidən ondan 2 il əvvəl güya onun arxasınca xöşagəlməz sözlər danışmağının səbəbini soruşmuşdur. Heç vaxt heç kimin yanında onun barəsində xoşagəlməz sözlər danışmadığını bildirmişdir. Buna baxmayaraq Elvin ona inanmamış və sonda onun sifətinə bir sillə vurub bir daha qələt edib onun haqqında heç kimin yanında danışmamağı tələb etmişdir. Elvin ilə birlikdə «Yeni Azərbaycan Partiyası» binasının arxasındakı dalandan çıxıb işləməyən çayxananın yanına getmişlər. Burada görmüşdür ki, artıq Yusif, Amin ilə Nihat da gəlib onu gözləyən Aqşinə qoşulmuşlar. Öz yoldaşlarına qoşulub birlikdə şəhərin mərkəzinə doğru getməyə başlamışlar. Elvin isə yaxınlıqdakı «Kafe Park» adlı kafeyə girmişdir. Yolu piyada gedərkən Yusif ondan Elvinin onunla nə barədə söhbət etdiyini soruşmuşdur. Əvvəlcə Yusifə heç bir söz demək istəməmiş, lakin Elvinin ona sillə vurması onu rahat buraxmadığı üçün dözə bilməyib bir az əvvəl Elvin ilə aralarında baş verənləri və Elvinin ona sillə vurduğunu Yusifə danışmışdır. Dediklərini eşidəndə Yusif geri qayıdıb bir daha Elvin ilə görüşüb söhbət edəcəyini bildirmiş, nəyə görə ona sillə vurduğunu öyrənəcək və sonra onları barışdırmağa çalışacaqdır. Əvvəlcə etiraz etmişdir, lakin Yusif təkid etdikdə razılıq vermişdir. Həmin vaxt onlar artıq X.R.Ulutürk küçəsindəki «Vegas» kafesinin qarşısına çatmışlar. Yusif ondan Elvinin mobil telefon nömrəsini alıb Elvinə zəng edib görüşüb söhbət etmək istədiyini bildirmişdir. Elvin cavab vermişdir ki, T.Xəlilbəyli küçəsindəki «Kafe Park» da oturub çay içirlər. Bundan sonra özü, Yusif, Aqşin, Amin və Nihat birlikdə piyada gəlib Elvinin olduğu kafenin qarşısına çatmışlar. Bu vaxt Elvin telefonla danışa-danışa kafedən küçəyə çıxmış və Yusif başı ilə Elvinə işarə edib onu kənara çağırmışdır. Elvin yaxınlaşıqda Yusif təklif etmişdir ki, kənara çəkilib öz aralarında söhbət etsinlər. Elvin etiraz etməmiş və onlar hamısı «Yeni Azərbaycan Partiyası» binasına doğru getməyə başlamışlar. Həmin vaxt Elvinin olduğu kafedən 3 nəfər yoldaşı çıxıb onlara qoşulmuşlar. Onlar yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» binasının arxasına gəldikdə Elvinin yoldaşları binanın qarşısında qalmışlar. Burada Yusif ilə Elvin öz aralarında söhbət etməyə başlamışlar, onlar isə təxminən 5-6 metr kənarda dayanıb söhbətə qarışmamışlar. Yusif Elvindən nəyə görə onu vurduğunu soruşduqda, Elvin düz edib vurduğunu demişdir. Elvin və Yusif öz aralarında söhbət edərkən sonda söhbətləri mübahisəyə çevrilmişdir. Yusif 10 yaş böyük olduğundan Elvin ilə təmkinlə söhbət etmiş, lakin Elvin əksinə kobud şəkildə cavab vermiş və birdən Elvin qəfildən Yusifin sifətinə yumruqla bir zərbə vurmuşdur. Yusif zərbəni gözləmədiyindən yerində səndəlləyib əlləri ilə sifətini tutduqda Elvin cumub yenidən Yusifi vurmaq istədikdə onlar araya girmişlər. O və Aqşin Yusifi tutub sakitləşdirməyə çalışmışlar, Nihad isə Elvini tutub saxlamağa çalışmışdır. Səsə Elvinin yoldaşları da gəlib Elvini tutub saxlamağa çalışmışlar. Buna baxmayaraq Elvin onu tutub saxlayanların əlindən çıxıb qaçıb oradan getmişdir. Elvinin qaçıb getdiyini gördükdə onlar da «Yeni Azərbaycan Partiyası» binasının arxasındakı ərazidən çıxmağa başlamışlar. Yusif və Amin bir qədər qabağda gedirmişlər, o və digər yoldaşları isə arxadan gəlirmişlər. «Yeni Azərbaycan Partiyası» binasının tinini dönüb binanın qabaq hissəsinə çıxdıqda Yusifin pilləkənlərin yanında yerdə yıxılıb qaldığını görmüş və əyilib nə baş verdiyini soruşduqda Yusif zarıldayaraq cavab vermişdir ki, Elvin bıçaqla onu belindən vurmuşdur. Ətrafa baxdıqda görmüşdür ki, Elvinin yoldaşları dartıb Elvini özləri ilə aparmışlar. Bundan sonra onlar Yusifi yerdən qaldırıb qonşu küçəyə gətirmişlər və zəng edib Yusifin qardaşını çağırmışdır. Bir azdan Yusifin qardaşı avtomaşınla onların olduğu yerə gəlmiş və birlikdə Yusifi avtomobilə əyləşdirib «Salyan Rayon Mərkəzi Xəstəxanası» X27 aparmışlar. Elvinin Yusifi biçaqla vurduğu anı görməmiş, çünki binanın tinindən çıxanda artıq Yusif yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Baş vermiş hadisə zamanı özü heç bir xəsarət almamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Salyan şəhər sakinləri Vüsal, Yusif, Nihat və Aqşin onun tanışlarıdır. 01 yanvar 2023-cü ildə təxminən saat 18 radələrində Salyan şəhərindəki «Hollivud» kompüter oyunları kafesində birlikdə kompüter oyunu oynayırmışlar. Həmin vaxt Vüsal, Yusif və Aqşinin öz aralarında söhbət edib sonra kafedən küçəyə çıxdıqlarını görmüşdür. Nihat ilə oyunlarını bitirib kafedən küçəyə çıxdıqda Vüsalın, Yusifin və Aqşinin hələm dayanıb söhbət etdiklərini görmüşlər. Yoldaşlarına yaxınlaşıb nə baş verdiyini soruşduqda Vüsal demişdir ki, Aqşin ilə birlikdə keçmiş dostu Elvin ilə görüşə gedirlər. O və Nihat da onlarla birlikdə getmək istədiklərini dedikdə Yusif demişdir ki, burada gözləsinlər, 5-10 dəqiqəlik işi varmış, işlərini bitirib birlikdə gedəcəklər. Onlar razı olub qalıb Yusifi gözləmişlər. Vüsal və Aqşin getdikdən təxminən 10-15 dəqiqə sonra Yusif ilə birlikdə piyada «Kafe Park» adlı kafenin qarşısına gəlmişlər və burada Aqşinin tək olduğunu görmüşlər. Təxminən 5-10 dəqiqədən sonra Vüsal və Elvin birlikdə onların yanına gəlmişlər. Elvin onlarla görüşüb yaxınlıqdakı «Kafe Park» kafesinə girmiş, onlar isə birlikdə Salyan şəhərinin mərkəzinə doğru getmişlər. Yolda Vüsal və Yusif öz aralarında nə haqqda isə danışmışlar və onlar X.R.Ulutürk abidəsinin yanına çatdıqda Vüsal, Yusif və Aqşin onlardan ayrlıb geri qayıtmaq istəmişlər. Nə baş verdiyini soruşduqda Vüsal demişdir ki, bir az əvvəl Elvin onun sifətinə sillə vurmuşdur. Yusif isə demişdir ki, gedib Elvin ilə görüşüb söhbət edib Vüsal ilə Elvini barışdıracaqdır. O və Nihat da onlarla birlikdə gedəcəklərini deyib yoldaşlarına qoşulub «Kafe Park» kafesinin qarşısına gəlmişlər. Vüsal kafedən Elvini çağırmış və Elvin küçəyəçıxdıqda Yusif demişdir ki, onunla söhbət etmək istəyir. Elvin və Yusif qabağda, onlar isə arxadan yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» binasına doğru getmişlər. Həmin vaxt kafedən 2-3 nəfər cavan oğlan çıxıb onların arxasınca gəlmişlər, onların heç birini tanımırmış, sonradan Elvinin dostları olduğunu bilmişdir. Onlar «Yeni Azərbaycan Partiyası» binasının arxasına getmişlər və burada Yusif nəyə görə Vüsalı vurduğunu soruşduqda, Elvin cavab vermişdir ki, Vüsal vurulmalıymış və buna görə Vüsalı vurmuşdur. Həmin vaxt onlar 5-6 metr kənarda dayanıb söhbətə qarışmamışlar. Sonra Yusif və Elvin öz aralarında mübahisə etməyə başlamışlar və birdən Elvin qəfildən Yusifin sifətinə bir yumruq zərbəsi vurmuşdur. Bunu gördükdə yoldaşları araya girib Yusifi və Elvini aralaşdırmağa başlamışlar. O, bədəncə arıq və zəif olduğundan kənarda qalmışdır, araya girməmişdir. Həmin vaxt səsə Elvinin də yoldaşları ora gəlib Elvini tutub saxlamağa başlamışlar. Sonra Elvin onu tutub saxlayanların əlindən çıxıb qaçıb oradan getmişdir. Elvinin ardınca dostları da oradan getmişlər. Bunu gördükdə yoldaşlarına demişdir ki, buradan çıxıb getmək lazımdır, çünki hiss etmişdir ki, Elvin bıçaqla qayıdacaqdır. Onlar «Yeni Azərbaycan Partiyası» binasının arxasından binanın qarşısına doğru getməyə başlamışlar. Yusif ondan 1-2 metr qabağda, onun arxasınca isə Aqşin, Nihat və Vüsal gəlmişlər. Binanın tinini döndükdə binanın qabağındakı pilləkənlərinin yanında ağacların arasından Elvinin çıxaraq yenidən Yusifin üstünə cumub sifətinə yumruq vurduğunu görmüşdür. Yusif əlləri ilə sifətini tutub əyildikdə Elvin tullanıb əlindəki bıçaqla Yusifin bel nahiyyəsinə bir bıçaq zərbəsi vurmuşdur. Yusif aldığı zərbədən yerə yıxılmış və o, Yusfi yerdən qaldırmağa çalışmışdır. Həmin vaxt Nihat kənarda donub qalmış Elvinə tərəf cumub tutub saxlamağa çalışmışdır. Bu vaxt Elvinin yoldaşları qaçaraq onların yanına gəlmişlər və Elvin öz yoldaşlarına qoşulub qaçıb oradan getmişdir. Onlar Yusifi yerdən qaldırıb qonşu küçəyə gətirmişlər və burada Vüsal zəng edib Yusifin qardaşını çağırmışdır. Yusifin qardaşı avtomaşınla onların olduğu yerə gəldikdə birlikdə Yusifi avtomobilə əyləşdirib xəstəxanaya yola salmışlar. Sonra o, Aqşin və Nihat birlikdə piyada «Salyan Rayon Mərkəzi Xəstəxanası» X27 getmişlər və xəstəxanada olan polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. Baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş X8 ibtidai istintaqa verdiyi ifadəsi ilə müəyyən olunur ki, Şahid5 göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayının sonlarından başlayaraq Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən İdris Rzayevə məxsus «Kafe Park» adlı kafedə çayçı işləmişdir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 tanımış, ali məktəbə qəbul olanadək Elvin ilə birlikdə riyaziyyat fənnindən əlavə məşğələyə gedib-gəlmişlər, hətta bir müddət Elvin ilə birlikdə həmin «Kafe Park» kafesində işləmişlər. Elvin ilə aralarında ədavət və ziddiyyət olmamışdır. 01 yanvar 2023-cü il tarixdə təxminən saat 19 radələrində işlədiyi kafedə olarkən Elvin və tanımadığı daha 3 nəfər həmyaşıdları kafeyə gəlmişlər, çay sifariş verib masa arxasına əyləşmişlər. Təxminən bir saata qədər oturub çay içib öz aralarında söhbət etdikdən sonra mətbəxdə olarkən xəbəri olmadan Elvin və yoldaşları kafedən çıxıb getmişlər. Elvin və yoldaşları kafedən çıxıb getdikdən təxminən 15-20 dəqiqə sonra kafeyə daha 5 nəfər müştəri gəlib zalın ortasındakı masa arxasına əyləşib çay sifariş vermişlər. Sifarişi qəbul edib mətbəxə keçib çay dəmləyə başlamışdır. Bu zaman kafenin giriş qapısının zərblə açılıb çırpıldığını eşidib nə baş verdiyini öyrənmək üçün mətbəxdən zala boylanmış və bu zaman mətbəxin girişində Elvin ilə üz-üzə gəlmişdir. Elvin həyəcanlı halda onu kənara itələyib cəld mətbəxə keçib masa üzərindəki mətbəx bıçağını götürüb kafedən çıxışa doğru qaçmışdır. Elvinin arxasınca qaçıb tutub saxlamağa çalışmışdır, hətta Elvinə çatmaq üçün zaldakı stul və masaların üzəri ilə qaçıb Elvini kafenin qapısı yanında tutmağa çalışmışdır, lakin bunu edə bilməmişdir. Elvinin ardınca küçəyə çıxdıqda Elvinin kafedən sağ tərəfə, yaxınlıqda yerləşən «Yeni Azərbaycan Partiyası» binası istiqamətində qaçdığını görüb kafeni sahibsiz qoymamaq üçün geri qayıtmışdr. Həmin vaxt fikir vermişdir ki, «Yeni Azərbaycan Partiyası»nın binası qarşısında bir neçə adam varmış, lakin hava qaranlıq olduğundan və həmin ərazi işıqlandırılmadığından adamların sifətini görüb tanıya bilməmişdir. Kafenin qarşısına qayıdıb geri çevrilib həmin istiqamətdə baxdıqda görmüşdür ki, 2-3 nəfər bədəncə dolu bir adamı öz çiyinlərinə alıb qonşu küçə istiqamətində aparmışlar. Bir az əvvəl həmin yerdə nə baş verdiyini görə bilməmişdir. Bundan sonra kafe sahibi İdrisə zəng edib kafeyə gəlməsini istəmiş və təxminən bir saatdan sonra İdris kafeyə gəldikdə bir az əvvəl baş vermiş hadisəni İdrisə danışıb kafedən çıxıb öz evinə getmişdir. Həmin gün Elvin ilə kafeyə çay içməyə gəlmiş 3 nəfər şəxsin heç birini tanımamışdır. Elvin kafeyə bıçaq götürməyə girən zaman kafedə olan 5 nəfər şəxsi yalnız üzdən kafenin müştəriləri kimi tanımış, lakin adlarını və harada yaşadıqlarını bilməmiş. Elvinin onun işlədiyi kafenin mətbəxindən götürdüyü mətbəx bıçağı qəhvəyi rəngli ağac materialından olan dəstəyi və mişarvari tiyəsi olmuşdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Namid oğlunun bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmələri faktı üzrə toplanmış material əsasında 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Namid oğlunun barələrində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. (İ cild. i.v. 1-65) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16:00-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i.v. 29) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i.v. 47) -«məhkəmə-tibbi ekspertizası»nın 18 yanvar 2023-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol göz orbitasının qançırı, sol gözün ağlı qişasının qansızması, sol saidin aşağı 1/3-nin sıyrığı, sol baldırın yuxarı 1/3-nin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət vəşəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. (İ cild. i.v. 66) -«təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında» 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə8 cinayət prosesində onun qanuni nümayəndəsi kimi tanınmışdır. (İ cild. i.v. 85) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild. i.v. 90-91) -«hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə» 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 18 yanvar 2023-cü il tarixdə Salyan şəhərində yerləşən «Muğan» şadlıq evinin qarşısında yoldaşları Amil və Möhübbətlə dayandıqları zaman, adları sonradan ona məlum olan Elvin və Şakir heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2la mübahisə etmişlər, Elvin məsələni aydınlaşdırmaqdan ötrü onlara sakit bir yerə çəkilib söhbət etməyi təklif etmiş, onlar birlikdə Salyan şəhərində yerləşən «1941-1945» xatirə abidəsinin yanından keçməklə «Salyan dairəsi»ndə yerləşən qəbirstanlığın ərazisinə gəlmişlər, orada Elvin və Şakir Zərərçəkmiş şəxs2 döyməklə ona xəsarət yetirmişlər. (İ cild. i.v. 106-111) -«cinayət işinin bir icraatda birləşdirilməsi haqqında» 19 yanvar 2023-cü il tarixli qərarla Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilib bir icraatda istintaqı davam etdirilmişdir. (İ cild. i.v. 111-112) -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə və sonrakı dalaşma zamanı özündə olan bıçaqla Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsinə bir zərbə vurmaqla ona «sol kürək nahiyəsinin kəsilib-deşilmiş yarası, sol tərəfli pnevmotoroks» kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyindən fakta görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır. (İ cild. i.v. 114) -«geyim əşyalarına baxış keçirilməsi və götürülməsi haqqında» 01 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 01 yanvar 2023-cü ildə «Salyan Rayon Mərkəzi Xəstəxanası» X27 daxil olarkən zərərçəkmiş Zərərçəkmiş şəxs1 əynində olmuş və tibb işçiləri tərəfindən təqdim edilmiş ağ rəngli qısaqol idman köynəyi və qara rəngli papaqlı qış gödəkçəsi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən ekspertizaya təqdim edilməsi üçün maddi sübut kimi götürülmüşdür. (İ cild. i.v. 118) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i.v. 141) -«baxış keçirilməsi və götürmə aparılması haqqında» 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin müayinəsi istintaq hərəkətinin keçirilməsi zamanı Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən «Yeni Azərbaycan Partiyası» binasının qarşısında bitən şam ağaclarının altından 1 ədəd qəhvəyi rəngli ağac materialından dəstəyi və mişarvari tiyəsi olan qatlanmayan bıçaq aşkar edilib götürülmüşdür. (İ cild. i.v. 158-163) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə» 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən «Yeni Azərbaycan Partiyası» nın inzibati binasının sol tərəfindən keçib binanın arxasındakı əraziyə gedib, həmin yeri əli ilə göstərərək 01 yanvar 2023-cü il tarixdə, təxminən saat 18:30 radələrində tanışı Şahid1 ilə orada söhbət etdiklərini, həmin vaxtı aralarında yaranmış mübahisə zamanı Vüsalın sifətinə bir sillə vurmuş, Vüsal ondan ayrılıb çıxıb getmiş, sonra Təqsirləndirilən şəxs1 yaxınlıqdakı «Park Kafe» adlı kafenin qarşısına gəlib həmin kafeni əli ilə göstərərək Vüsal onu yenidən söhbətə dəvət edən zaman həmin kafedə dostları ilə oturduğunu, Təqsirləndirilən şəxs1 yenidən yaxınlıqdakı «Yeni Azərbaycan Partiyası» nın inzibati binasının arxasına gəlib bir daha həmin yeri göstərərək bildirmişdir ki, həmin gün saat 20 radələrində orada Zərərçəkmiş şəxs1 ilə aralarında olmuş söhbət zamanı Yusif söyüş söydüyünə görə onu yumruqla vurmuş, sonra isə bıçaq götürmək üçün qaçaraq «Park Kafe» yə getmiş, sonra isə Təqsirləndirilən şəxs1 «Park Kafe»ın qarşısına gələrək içəri keçib zalın o biri başındakı kiçik mətbəxə daxil olub mətbəx masasını əli ilə göstərib hadisə günü Yusifə xəsarət yetirdiyi mətbəx bıçağını oradan götürdüyünü bildirmiş, geri qayıdarkən Yusif ilə qarşılaşmış, Yusifin sifət nahiyəsinə bir yumruq zərbəsi vurub əlindəki bıçaqla Yusifin sol qol nahiyəsi istiqamətdə bir bıçaq zərbəsi vurmuş, Yusifin yerə yıxıldığını və Yusifin yoldaşlarının onu tutmaq istədiklərini görüb əlindəki bıçağı kənara atıb hadisə yerindən qaçmışdır. (İ cild. i.v. 167-172) -«əşyanın tanınmaya təqdim edilməsi haqqında» 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin müayinəsi zamanı Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən «Yeni Azərbaycan Partiyası» binasının qarşısında bitən ağacların altından aşkar edilib götürülmüş 1 ədəd bıçaq 2023-cü il yanvarın 2-də Salyan RPŞ-nin X10 Elvin Azad oğlunun, müdafiəçisi X12 və qanuni nümayəndəsi Qanuni nümayəndə8 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 tanınmaya təqdim olunmuş, sonuncu tanınmaya təqdim edilmiş 4 ədəd bıçaq sırasından 3 rəqəmi ilə işarələnmiş bıçağı əli ilə göstərib bıçaqın tiyəsinin kəsici hissəsinin mişarvari və dəstəyinin qəhvəyi rəngli ağac materialından olmasından tanıdığını, məhz həmin bıçaqı hadisə yerinin yanındakı «Kafe Park» adlı kafenin mətbəxindən götürdüyünü və məhz həmin bıçaqla Salyan şəhəri, T.Xəlilbəyli küçəsində «Yeni Azərbaycan Partiyası» binasının qarşısında Zərərçəkmiş şəxs1 kürək nahiyyəsindən vurmaqla sonuncuya xəsarət yetirdiyini, daha sonra həmin bıçağı hadisə yerində ağacların arasına atıb hadisə yerindən qaçıb getdiyini bildirmişdir. (İ cild. i.v. 173-174) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild. i.v. 190-191) -«Salyan Rayon Məhkəməsinin 03 yanvar 2023-cü il tarixli, 4(057)-01/2023 nömrəli qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin olunmamışdır. (İ cild. i.v. 205-206) -«qətimkan tədbirinin seçilməsi haqqında» 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (İ cild. i.v. 207-208) -«təqdim edilmiş əşyanın götürülməsi və cinayət işinin materiallarına əlavə edilməsi barədə» 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X9 işlətdiyi ünvan 1 ünvanında yerləşən «Kafe Park» adlı kafedə quraşdırılmış müşahidə kamerasının 01 yanvar 2023-cü il tarixdə saat 19 radələrində kafenin daxilində baş vermiş hadisənin qeydə alınmış videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk götürülmüşdur. (İ cild. i.v. 219) -«diskə baxış keçirilməsi haqqında» 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X9 işlətdiyi ünvan 1 ünvanında yerləşən «Kafe Park» adlı kafedə quraşdırılmış müşahidə kamerasının 01 yanvar 2023-cü il tarixdə saat 19 radələrində kafenin daxilində baş vermiş hadisənin qeydə alınmış videogörüntüsünü əks etdirən 01 ədəd DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, 01 yanvar 2023-cü il tarixdə «Kafe Park» kafedə zalın orta hissəsində yerləşən masa arxasında 6 nəfər müştəri əyləşmiş, daha sonra onlardan biri masa arxasından qalxıb kafedən küçəyə çıxmış, 45 saniyə sonra kafeyə bir nəfərin daxil olub qaçaraq zalın baş hissəsindəki mətbəxin qarşısında qabağına çıxan ofisiantı kənara itələyib mətbəxə daxil olaraq masa üzərindəkı bıçağı götürüb eyni qayda ilə qaçaraq kafedən küçəyə çıxmış, kafeni işlədən ofisiant həmin şəxsi tutub saxlamağa çalışmış, lakin buna nail ola bilməmiş, kefedə olan digər 5 nəfər müştəri isə təlaş içərisində masa arxasından qalxıb kafedən küçəyə çıxmışdır. (İ cild. i.v. 221) -«cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında» 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə törətdilmiş əməl Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild. i.v. 221) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild. i.v. 238-239) -«şahidin ifadəsinin yerində yoxlanılması haqqında» 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 qanunu nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə Salyan şəhəri, T.Xəlilbəyli küçəsində «Yeni Azərbaycan Partiyası» binasının qarşısını və arxasını göstərərək 01 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la aralarında olan mübahisə məhz həmin yerdə baş vermişdir. (İ cild. i.v. 246-248) -«məhkəmə-tibbi ekspertizası»nın 12 yanvar 2023-cü il tarixli, 7 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-döş qəfəsinin sol arxa səthinin daxilə keçən yarası, sol tərəfli pnevmatoraks kəsici-deşici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (İİ cild. i.v. 44-46) -«cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında» 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə istintaq edilən cinayət işi üzrə törədilmiş əməl Cinayət Məcəlləsinin 126.1, 221.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. (İİ cild. i.v. 61-62) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1, 221.3 və 221.2.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild. i.v. 65-67) -«Salyan Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 4(057)-5/2023 nömrəli qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən, saat 14:45-dən hesablanmışdır. (İİ cild. i.v. 83-85) -«məhkəmə-tibbi ekspertizası»nın 18 yanvar 2023-cü il tarixli, 36 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol göz bucağının sıyrığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İİ cild. i.v. 86) -«məhkəmə-tibbi ekspertizası»nın 18 yanvar 2023-cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi. (İİ cild. i.v. 87) -«məhkəmə-tibbi ekspertizası»nın 18 yanvar 2023-cü il tarixli, 38 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ əlin İİ barmağının qançırı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İİ cild. i.v. 88) -«məhkəmə-tibbi ekspertizası»nın 18 yanvar 2023-cü il tarixli, 39 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi. (İİ cild. i.v. 89) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Nahiq oğlu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild. i.v. 102-103) -«qətimkan tədbirinin seçilməsi haqqında» 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Nahiq oğlu barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (İİ cild. i.v. 129-130) -«təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında» 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 tutulmadan azad olunmuşdur. (İİ cild. i.v. 133-134) -Zərərçəkmiş şəxs1 21 yanvar 2023-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 oğu ilə barışdığını, ona vurulmuş zərərin təqsirkar şəxs tərəfindən ödənildiyini, bununla bağlı qarşı tərəfə heç bir şikayəti və tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (İİ cild. i.v. 156-157) -Zərərçəkmiş şəxs1 anası X13 21 yanvar 2023-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 oğu ilə barışdıqlarını, oğlu Zərərçəkmiş şəxs1 müalicəsi ilə bağlı maddi yardım göstərildiyini və vurulmuş zərərin Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini, bununla bağlı qarşı tərəfdən heç bir şikayəti və tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (İİ cild. i.v. 158) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (İİ cild. i.v. 175) -«zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 əgər onunla Salyan şəhərindəki «Salyan dairəsi» yaxınlığına gedilərsə, 18 yanvar 2023-cü ildə baş vermiş münaqişə və dalaşma yerlərini göstərə biləcəyini dediyindən qanuni nümayəndəsi Qanuni nümayəndə2 ilə birlikdə Salyan şəhərindəki «Salyan dairəsi» adlanan yerə gedilmiş, orada Zərərçəkmiş şəxs3 «1941-1945» xatirə abidəsi kompleksinin qarşısına gəlib əli ilə həmin yeri göstərib bildirmişdir ki, 18 yanvar 2023-cü ildə dostu Zərərçəkmiş şəxs2 Neftçala rayonu, Qaraqaşlı kəndində anasının yas məclisində iştirak etdikdən sonra Möhübbət Rüstəmov və Səid Əsədov ilə birlikdə Bakı şəhərinə qayıtmaq üçün Fəqan və onun bibisi Elnurə xala onları öz avtomobili ilə saat 13 radələrində Salyan şəhərinə gətirmişlər, onlar «Muğan» şadlıq sarayının qarşısında avtom obildən düşüb Bakı şəhərinə gedən taksi avtomobillərin dayandığı məhz bu yerə gəlmişlər, su almaq üçün yaxınlıqdakı mağazaya girmiş, Fəqan, Möhübbət və Səid isə burada qalmışlar, mağazadan çıxdıqda tanımadığı, sonradan adlarının Elvin və Şakir olduğu ona məlum olmuş 2 nəfər cavan oğlan Fəqan və Möhübbət ilə qarşı-qarşıya dayanıb sözlü mübahisə etdiklərini görmüş, yoldaşlarına yaxınlaşıb nə baş verdiyini soruşduqda Elvin və Şakir hansısa məsələni aydınlaşdırıb söhbəti bağlamaq üçün hamısı birlikdə kənara çəkilib sakit bir yerdə söhbət etmələrini bildirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs3 qarşısında dayandığı həmin abidə kompleksinin yanından ötüb «Salyan dairəsi» ndəki avtomobil yolunu keçib yolun qarşı tərəfindəki şəhər qəbirstanlığının ərizisinə daxil olub bir qədər irəliyə doğru gedib sol tərəfə dönüb qəbirlər arasındakı asfalt cığırın üzərində dayanlb əli ilə həmin yeri göstərib bildirmişdir ki, Elvin və Şakir qabağda, o, Fəqan və Möhübbət isə arxadan piyada gəlib qəbirstanhğın ərazisinə daxil olub durduğu yerə çatdıqda Elvin qəfildən Fəqanın sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuş, bundan sonra Elvinin yoldaşı Şakir arxadan cumub Fəqanın kürək nahiyəsinə bir təpik zərbəsi vurmuşdur, bunu gördükdə Möhübbət cəld araya girib Elvini qucaqlayıb Fəqandan ayırmağa çalışmış, lakin həmin vaxt Şakir arxadan Möhübbəti qucaqlayıb güləş fəndi işlətməklə qaldırıb öz başı üzərindən Möhübbəti yerə çırpmış, bundan sonra Şakir onun üzərinə cumaraq yapışıb fən tətbiq edib onu da qaldırıb yerə atmış, lakin o, müvazinətini saxlayıb ayaq üstə qala bilib yerə yıxılmamış, həmin vaxt tanımadığı bir nəfər kişi onlara qışqırıb buradan çıxıb getmələrini tələb etmiş və bundan sonra hamısı qəbirstanlıq ərazisindən çıxıb «Muğan» şadlıq sarayının qarşısına getmişlər. Zərərçəkmiş şəxs3 qəbirstanlıq ərazisindən çıxıb yenidən «Salyan dairəsi»ndəki avtomobil yolunu keçib piyada qaydada həmin dairənin yaxınlığındakı «Muğan» şadlıq sarayının qarşısına gəlib həmin ərazini əli ilə göstərib bildirmişdir ki, qəbirstanlıq ərazisini tərk edib yoldaşları ilə birlikdə məhz bu şadlıq sarayının qarşısına gəldikdə Elvin və Şakir onlara yaxınlaşıb söyüş söyərək bu gün heç yerə getməmələrini, gecə yenidən görüşüb söhbəti sona çatdırmağın lazım olduğunu demiş, həmin vaxt Möhübbət qonaq olduqlarını, Salyanda qonağ belə qarşılayırlar deyib soruşduqda Şakir yenidən söyüş söyüb qəfildən Möhübbətin sifətinə bir yumruq zərbəsi vurmuş və bundan dərhal sonra Elvin yenidən Fəqanın üzərinə cumub yumruq və təpiklə onu döyməyə başlamış, o isə araya girib yoldaşlarını Elvin və Şakirin əlindən almağa çalışmış, həmin vaxt ətrafda xeyli sayda insan kütləsi toplaşmışdır, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onları rayon polis şöbəsinə aparmışlar. (İİ cild. i.v. 182-188) -«üzləşdirmə aparılması haqqında» 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. (İİ cild. i.v. 187-188) -Zərərçəkmiş şəxs3 valideyni və qanuni nümayəndəsi Qanuni nümayəndə2 25 yanvar 2023-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onlardan heç bir şikayət və tələbləri olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (İİ cild. i.v. 189) -Zərərçəkmiş şəxs2 valideyni və qanuni nümayəndəsi X16 27 yanvar 2023-cü il tarixli ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onlardan heç bir şikayət və tələbləri olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (İİ cild. i.v. 191) -«zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında» 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X1 atası Qanuni nümayəndə3 onun qanunu nümayəndəsi kimi tanınmışdır. (İİ cild. i.v. 198) -«zərərçəkmiş şəxs qismində tanıma haqqında» 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (İİ cild. i.v. 202) -zərərçəkmiş şəxs X1 valideyni və qanuni nümayəndəsi Qanuni nümayəndə3 30 yanvar 2023-cü il tarixli ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onlardan heç bir şikayət və tələbləri olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (İİ cild. i.v. 209) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əgər onunla Salyan şəhərindəki «Salyan dairəsi»nə, sonra Salyan şəhər qəbirstanlığına və daha sonra «Muğan» şadlıq sarayının qarşısına gedilərsə, 18 yanvar 2023-cü ildə saat 14 radələrindən başlayaraq dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Fəqan, Amil və Möhübbət ilə aralarında baş vermiş münaqişə və dalaşma yerlərini göstərə bilər. Salyan şəhərindəki «Salyan dairəsi» adlanan əraziyə gəlmişlər və Təqsirləndirilən şəxs2 burada yerləşən «1941-1945» xatirə abidə kompleksinin qarşısına gəlib əli ilə həmin yeri göstərib bildirmişdir ki, 18 yanvar 2023-cü ildə saat 14 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə buradan keçərkən 2 nəfər cavan oğlanın Bakı şəhərinə gedən taksi avtomaşınların yanında dayandıqlarını görmüşlər, onların yanından keçərkən Elvin başını döndərib diqqətlə həmin oğlanlara baxdıqda sonradan adı ona məlum olmuş Möhübbət üzünü Elvinə tutub «nə baxırsan?» deyə soruşmuş, Elvin də ayaq saxlayıb «bu nə deməkdir? baxıram yaxşı edirəm!» deyə cavab vermiş, daha sonra Fəqan da nə isə Elvinə demiş, bundan sonra Elvin təklif etmişdir ki, kənara çəkilib sakit bir yerdə söhbət etsinlər, bundan sonra onlar qabağda, Fəqan, Amil və Möhübbət isə arxadan gələrək yaxınlıqdakı şəhər qəbirstanlığının ərazisinə keçmişlər. Təqsirləndirilən şəxs2 «Salyan dairəsi»ndəki avtomobil yolundan keçib qarşı tərəfdə yerləşən şəhər qəbirstanlığının ərazisinə daxil olub sol tərəfə dönən piyada çığırı ilə bir qədər irəliyə doğru addımlayıb dayanaraq ətrafı əli ilə göstərib bildirmişdir ki, Elvin əlləri ilə Fəqanın yaxasından yapışıb özünə tərəf çəkib bir daha nə istədiyini soruşmuş, Fəqanın dartınıb Elvinin əlindən çıxmaq istədiyini görəndə, o arxadan Fəqana bir təpik zərbəsi vurmuş, bundan sonra Möhübbət onun üzərinə gəldikdə, güləş fəndi işlədib Möhübbəti yerə yıxmış, daha sonra Amil onun üstünə gəldikdə Amilə də cüdo fəndi işlədib yıxmağa çalışmış, həmin vaxt oradan keçən 35-40 yaşlarında tanımadığı bir kişi qışqırıb onları oradan qovmuşdur və bundan sonra onlar qəbirstanhq ərazisindən çıxmışlar. Təqsirləndirilən şəxs2 Salyan şəhər qəbirstanlığı ərazisindən çıxıb piyada qaydada yaxınlıqdakı «Muğan» şadlıq sarayının qarşısına gəlib əli ilə həmin ərazini göstərib bildirmişdir ki, qəbirstanhq ərazisini tərk etdikdən sonra Fəqan və yoldaşları qabağda, o özü və Elvin isə arxadan gəlib «Muğan» şadlıq sarayının qarşısında burada dayanmışlar, burada Fəqan üzünü Elvinə tutub gedib özündən böyük adam gətirəcəyini demiş, Elvin də cavab vermişdir ki, kimi istəsə gətirə bilər, həmin vaxt Möhübbət üzünü ona tutub kişi kişini arxadan vurmaz deyib söyüş söymüşdür, o da əsəbləşib yumruq atıb Möhübbəti vurmuşdur, bundan sonra ara qarışmış və həmin vaxt hadisə yerinə gəlmiş polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. (İİ cild. i.v. 210-214) -«zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 əgər onunla Salyan şəhəri T.Xəlilbəyli küçəsinə gedilərsə, 01 yanvar 2023-cü il yanvarın 01-də saat 20 radələrindən Təqsirləndirilən şəxs1 ilə aralarında baş vermiş hadisə və Təqsirləndirilən şəxs1 ona xəsarət yetirdiyi yeri göstərə bilər. Zərərçəkmiş şəxs1 ilə birlikdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən «Yeni Azərbaycan Partiyası»nın Salyan şöbəsinin binası qarşısına gedilmiş və orada Zərərçəkmiş şəxs1 həmin binanın arxasındakı əraziyə gəlib həmin yeri əli ilə göstərib bildirmişdir ki, 01 yanvar 2023-cü il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə məhz burada söhbət etmişlər, həmin vaxt aralarında yaranmış sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs1 onun gicgah nahiyəsinə bir yumruq zərbəsi vurmuş, daha sonra araya girən yoldaşları həm onu, həm Elvini tutub saxladıqdan sonra Elvin öz yoldaşlarının əlindən çıxıb qaçıb oradan getmişdir. Zərərçəkmiş şəxs1 yenidən «Yeni Azərbaycan Partiyası» binasının qarşısına gəlib həmin binanın giriş hissəsinin pilləkənlərinin sol tərəfinə keçib həmin yeri əli ilə göstərib bildirmişdir ki, məhz burada Təqsirləndirilən şəxs1 yenidən onu yumqruqla vurmuş, daha sonra iki dəfə ona bıçaq zərbəsi yetirmiş, Elvinin ilk bıçaq zərbəsindən yayına bilsə də, ikinci bıçaq zərbəsindən yayına bilməmiş və Elvin onun kürək nahiyəsinə əlindəki bıçaqla vurub ona xəsarət yetirmişdir. (İİ cild. i.v. 220-222) -«Salyan Rayon Mərkəzi Xəstəxanası» X22 verilmiş 19 yanvar 2023-cü il tarixli, 171 nömrəli arayışdan görünür ki, İmanov X6 şöbəsində qeydiyyatda deyildir. (İİ cild. i.v. 223) -«Salyan Rayon Mərkəzi Xəstəxanası» X22 verilmiş 17 fevral 2023-cü il tarixli, PHŞ- 6-68/2-171/2023 nömrəli arayışdan görünür ki, Əkbərov X4 şöbəsində qeydiyyatda deyildir. (İİ cild. i.v. 241) -«kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizası»nın 21 fevral 2023cü il tarixli, 3/142;143 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır-soyuq silah hesab edilmir. Təqdim edilmiş gödəkçənin, qısaqol köynəyin səthində yerləşmə sahəsi rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (tiyəsinin eni təxminən 20-22 mm olan bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim olunmuş gödəkçənin və qısaqol köynəyin səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. (İİİ cild. i.v. 27-30) -«zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında» 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 babası Qanuni nümayəndə1 onun qanunu nümayəndəsi kimi tanınmışdır. (İİİ cild. i.v. 36) -Zərərçəkmiş şəxs2 babası və qanuni nümayəndəsi Qanuni nümayəndə1 01 mart 2023-cü il tarixli ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, qarşı tərəfdən heç bir şikayət və tələbləri olmadığını bildirmişdir. (İİİ cild. i.v. 40) -«kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası»nın 06 fevral 2023-cü il tarixli, 288 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sulları aşağıdakı kimi cavablandırır: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizasıüzrə yekun hissə: Təqsirləndirilən şəxs1 törətdiyi cinayət hadisəsini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs1 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs1 fərdi-psixoloji xüsusiyyətlərində kənar şəxslərin təsiri altına düşmə əlamətləri aşkar olunmadı. (İİİ cild. i.v. 42-45) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əgər onunla Salyan şəhərindəki «Salyan dairəsi»nə, sonra Salyan şəhər qəbirstanlığına və daha sonra «Muğan» şadlıq sarayının qarşısına gedilərsə, 18 yanvar 2023-cü ildə saat 14 radələrindən başlayaraq dostu Şakir ilə birlikdə Fəqan, Amil və Möhübbət ilə aralarında baş vermiş münaqişə və dalaşma yerlərini göstərə biləcəyini dediyindən Salyan şəhərindəki «Salyan dairəsi» adlanan əraziyə getmişlər və Təqsirləndirilən şəxs1 burada yerləşən «1941-1945» xatirə abidəsi kompleksinin qarşısına gəlib əli ilə həmin yeri göstərib bildirmişdir ki, 18 yanvar 2023-cü ildə saat 13 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə buradan keçərkən bir qrup cavan uşaqların Bakı şəhərinə gedən taksi avtomaşınların yanında dayandıqlarını görmüş, onların yanından keçərkən başını döndərib diqqətlə onlara baxdıqda sonradan adları ona məlum olmuş Möhübbət üzünü ona tutub «nə baxırsan?» deyə soruşmuş, o ayaq saxlayıb cavab verib «bu nə deməkdir? baxıram da!» deyə cavab vermişdir, həmin vaxt Fəqan ona nəsə dediyindən Fəqanı yanına çağırmış, Fəqan, Möhübbət və Amil yaxınlaşdıqda, o təkrarən «Bu ne deməkdir nəyə baxırsan? Baxıram da!» demiş, sonra üzünü Fəqana və yoldaşlarına tutub kənara çəkilib sakit bir yerdə onların nə istədiklərini aydınlaşdırmağı təklif etmiş, bundan sonra özü və Şakir qabağda, Fəqan, Amil və Möhübbət isə arxadan gələrək yaxınlıqdakı şəhər qəbirstanlığının ərazisinə keçmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 «Salyan dairəsi»ndəki avtomobil yolundan keçib qarşı tərəfdə yerləşən şəhər qəbirstanlığının ərazisinə daxil olub sol tərəfə dönən piyada cığırı ilə bir qədər irəliyə doğru addımlayıb dayanaraq ətrafı əli ilə göstərib bildirmişdir ki, məhz bura çatdıqda əsəbi olduğundan özünü saxlaya bilməyib əlləri ilə Fəqanın əynindəki paltarının yaxasından yapışıb özünə tərəf çəkib bir daha nə istədiyini soruşmuş, Fəqanın dartınıb onun əlindən çıxmaq istədiyini gördükdə Fəqanın sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur, Fəqanın da cavab olaraq onu vurmaq istədiyini gördükdə Fəqana daha bir neçə yumruq və təpik zərbələri vurmuşdur, həmin vaxt kənarda nə baş verdiyini görməmişdir, çünki yalnız Fəqan ilə dalaşırmış, daha sonra onların olduqları yerə 35-40 yaşlarında tanımadığı bir kişi gəlib qışqırıb onları oradan qovmuş və bundan sonra onlar qəbirstanlıq ərazisindən çıxıb «Salyan dairəsi»-nə qayıtmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 Salyan şəhər qəbirstanlığının ərazisindən çıxıb piyada qaydada yaxınlıqdakı «Muğan» şadlıq sarayının qarşısına gəlib əli ilə həmin ərazini göstərib bildirmişdir ki, onlar qəbirstanlıq ərazisini tərk eldikdən sonra Fəqan və yoldaşları qabağda, o özü və Şakir isə arxadan gəlib «Muğan» şadlıq sarayının qarşısında burada dayanmışlar, burada Fəqan üzünü ona tutub gedib özündən böyügünü gətirəcəyini demişdir, o da Fəqana kimi istəyirsə gətirə bilər cavabı verib hətta əlaqə saxlamaq üçün öz mobil telefon nömrəsini Fəqana söyləmişdir, həmin vaxt Fəqanın yoldaşı Möhübbət üzünü Şakirə tutub kişi kişini arxadan vurmaz dedikdə Şakir yumruq ilə Möhübbətin sifətinə zərbə vurmuş, o da bunu gördükdə Möhübbətin üzərinə cumub dalaşmağa başlamış, həmin vaxt ətrafa kənar şəxslər toplaşmışlar, onları aralaşdırıb sakitləşdirməyə çalışmışlar, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onların hamısını rayon polis şöbəsinə gətirmişlər. (İİİ cild. i.v. 58-62) -«üzləşdirmə aparılması haqqında» 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (İİİ cild. i.v. 63-66) -«üzləşdirmə aparılması haqqında» 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (İİİ cild. i.v. 66-68) -«əlavə məhkəmə-trasoloji ekspertizası»nın 10 mart 2023-cü il tarixli, 3/460 №-li rəyindən görünür ki, təqdim edilmiş gödəkçənin səthində yerləşmə sahəsi rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (tiyəsinin eni təxminən 20-22 mm olan bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim olunmuş gödəkçənin səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. (İİİ cild. i.v. 69- 72) - «Sübutların qiymətləndirilməsi haqqında» 12 mart 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinin müayinəsi zamanı aşkar edilib götürülmüş bir ədəd bıçaq, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 əynində olmuş ağ rəngli qısaqol köynək və qara rəngli papaqlı qış gödəkçəsi maddi sübut kimi tanınıb Salyan RPŞ-nin maddi sübutları saxlamağa otağında saxlanılır. (İİİ cild. i.v. 75-99) - «Sübutların qiymətləndirilməsi haqqında» 12 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri üzrə tövsif edilmişdir. (İİİ cild. i.v. 75-99) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (İİİ cild. i.v. 101-102) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (İİİ cild. i.v. 110-111) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həm qanunvericiliyin tələblərindən, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün hər hansı dəlillər irəli sürməmişlər və törətdiyi əməlləri tam şəkildə etiraf etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələri, digər istintaq hərəkəti protokolları, digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma üçün əsas yoxdur. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. (İİ cild. i.v. 90) -Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, İmanov X19 şəhəri, Y.Xankişiyev küçəsi ev 16-da yaşayır, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild. i.v. 216-217) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. (İİİ cild. i.v. 20) -Salyan rayon İcra Hakimiyyəti Başçısının Arbatan inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayonu, Aşağı-Kürkənd kəndində yaşayır, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild. i.v. 239-240) Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, zərərçəkmiş şəxslər ilə barışıq əldə etmələrini və zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədən zaman yetkinlik yaşına çatmadığını, Bakı Neft-Energetika Kollecinin əyani şöbəsində təhsil almağını, Təqsirləndirilən şəxs2 Salyan şəhəri, S.Cəbrayılov adına Peşə Litseyində təhsil almasını, Azərbaycan Cüdo Federasiyasının keçirdiyi yarışlarda birinci yer tutmasını, cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət-Prosessual Məcəlləsinin 435.4.1 və 435.4.2-ci maddələrinin müddəalarını əsas tutaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin olunmuş müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayan şəxslər hesab olunur. Cinayət Məcəlləsinin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə əsasən «yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. «Uşaq hüquqları haqqında» konvensiyanın 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə diqqət uşaq mənafeyinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbir sosial təminat məsələləri ilə məşğul olan dövlət idarəsi və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 37-ci maddəsinin b) bəndində göstərilir ki, «heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin.Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanunauyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısaolan müddət ərzində tətbiq edilir». «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» AzərbaycanRespublikası Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilir ki, «Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələləri həll edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa həmçinin Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də ( yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsri və s.) nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınmalıdır, cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilməlidir, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslərin ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmələrini, onun şəxsiyyətini, Azərbaycan Dövlət Neft Energetika Kollejin əyani şöbəsində təhsil almasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və sair nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək qəti olaraq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışları ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 218 (iki yüz on səkkiz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd bıçaq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli qısaqol köynək və papaqlı qış gödəkçəsi məhv edilməlidir. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 saxlanıldığı Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla ona təyin olunmuş cəzadan 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Təyin edilən cəzanın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 218 (iki yüz on səkkiz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd bıçaq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli qısaqol köynək və papaqlı qış gödəkçəsi məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar