Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-358/2025 08.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X7 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – Hüseynli Misrabim Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Ağcabədi rayonu Xocavənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 dekabr 2025-ci il tarixdə saat 11:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd çantanın içərisində iki ədəd kisədə qablaşdırılmış üç ədəd bağlamada külli miqdarda-6160,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd bağlamada külli miqdarda- 2090,0 qram narkotik vasitə olan həşiş, bir ədəd bağlamada xüsusilə külli miqdarda- 2010,0 qram narkotik vasitə olan heroinin Ağcabədi rayonu ərazisində “Ağ göl” milli parkının yaxınlığında Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Bəhramtəpə istiqamətində yolun sağ tərəfində dəmir vaqonun içərisində gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 05 fevral 2025-ci il tarixdə saat 13:30 radələrində istifadəsində olan “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nömrəli avtomobillə həmin əraziyə gedib, orada avtomobildən düşüb qeyd olunan yerdən bir ədəd çantanın içərisində iki ədəd kisədə qablaşdırılmış üç ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2010,0 qram, 2025,0 qram və 2125,0 qram olmaqla cəmi, külli miqdarda- 6160,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1100,0 qram və 990,0 qram olmaqla cəmi, külli miqdarda- 2090,0 qram narkotik vasitə olan həşiş və bir ədəd bağlamada xüsusilə külli miqdarda- 2010,0 qram narkotik vasitə olan heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, idarə etdiyi avtomobilin arxa sərnişin oturacağının üzərinə qoyaraq avtomobildə saxlamaqla həmin ərazidən təxminən bir kilometr uzaqlaşıb Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə daşıyarkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində Mingəçevir- Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 110-cu kilometrində saxlanılmış, həmin gün saat 14:10-dan etibarən üzərində və idarə etdiyi “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nömrəli avtomobildə axtarış aparılarkən avtomobilin arxa sərnişin oturacağının üzərində bir ədəd çantanın içərisində iki ədəd kisədə qablaşdırılmış üç ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2010,0 qram, 2025,0 qram və 2125,0 qram olmaqla cəmi, külli miqdarda- 6160,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1100,0 qram və 990,0 qram olmaqla cəmi, külli miqdarda- 2090,0 qram narkotik vasitə olan həşiş və bir ədəd bağlamada xüsusilə külli miqdarda 2010,0 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o tutulmamışdan təxminən bir ay əvvəl “TikTok” sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, sonradan onlar “Whatsapp” mobil tətbiqində əlaqə saxlamağa başlamışlar. O, arabir narkotik maddə olan marixuanadan istifadə etmişdir. Həmin iranlı şəxs ona 2025-ci ilin yanvar ayında iki dəfə 10 qram çəkidə şəxsi istifadəsi üçün marixuana göndərmiş, bunun qarşılığında o, iranlının M10 hesabına birinci dəfə 80 manat, ikinci dəfə isə 100 manat pul göndərmişdir. Sonuncu dəfə də iranlıya şəxsi istifadəsi üçün 15 qram qurudulmuş marixuana göndərməsi üçün 100 manat pul göndərmişdir. İranlı ona narkotik vasitənin konumunu göndərmiş, o həmin konuma getdikdə dəmir vaqonun içərisində bir ədəd çantanın üzərində olan 15 qram çəkidə marixuananı götürmüş, çantaya isə əl vurmamışdır. Oradan uzaqlaşıb avtomobillə Ağcabədi şəhəri istiqamətində hərəkət edərkən qarşıda polis əməkdaşlarının süni tıxac yaratdığını görüb üzərindəki 15 qram marixuananı yerə atmışdır. Polis əməkdaşlarının olduğu yerə yaxınlaşdıqda avtomobili yolun kənarında saxlamış, polis əməkdaşları ona yaxınlaşaraq avtomobilin şüşəsini sındırmışlar. O, avtomobildən endikdən sonra polis əməkdaşları bir müddət videoçəkiliş aparmaq üçün yer axtarmış, daha sonra Vüsal adlı polis əməkdaşı “Chevrolet Niva” markalı avtomobildən bir ədəd çanta götürərək onun idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına qoymuşdur. Polis əməkdaşları onun mobil telefonunu almış, mobil telefonu uçuş rejiminə qoyaraq özlərinin mobil telefonundan internet şəbəkəsi paylaşmaqla çantanın içərisində olan narkotik vasitənin şəklini onun mobil telefonuna göndərmişlər. Daha sonra polis əməkdaşları onun ünvanına təhqiramiz ifadələr işlətməklə çantadakı narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. O, polis əməkdaşlarının təzyiqi ilə həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, saxlanılarkən onun üzərində və avtomobilində heç bir narkotik vasitə olmamışdır. İranlı ondan çantanı da götürüb onun deyəcəyi yerə qoymağı istəsə də, o həmin çantanı götürməmişdir. Sonradan polis əməkdaşlarından Rəşad Bünyadov ona demişdir ki, onunla iranlı adı ilə danışan elə polis əməkdaşları özləri olmuşlar. Ona görə də, hesab edir ki, həmin narkotik vasitələri dəmir vaqonun içərisinə polis əməkdaşları qoymuşlar. Hətta o, ifadəsi yerində yoxlanarkən narkotik vasitənin gizlədildiyi yeri səhv göstərmək istəsə də, Vüsal adlı polis əməkdaşı özü narkotik vasitənin dəqiq olaraq harada gizlədildiyini müstəntiqə göstərmişdir. Onun istifadəsində ***-***-**-** saylı gsm nömrə olmuş, iranlı ***-***-**-** nömrəli M10 hesabından istifadə etmiş, o, 100 manat pulu həmin hesaba göndərmişdir. Göndərdiyi pulun qəbzi mobil telefonunda “Whatsapp” mobil tətbiqində qalmışdır. Ağcabədi rayon məhkəməsində ona sual verilmədiyi üçün polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı heç nə deməmişdir. Eləcə də, istintaq təcridxanasına daxil olarkən bədəni üzərində heç bir xəsarət izləri olmamışdır. İbtidai istintaq zamanı müdafiəçisinin kimliyini yalnız istintaq yekunlaşarkən bilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4- 1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Xocavənd kəndində yaşamış və rəsmi olaraq heç bir yerdə işləməmişdir. İstifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş və baş etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin, ailəsi Ağcabədi rayonunda qaldığı üçün tez-tez onların yanına gəlib yenidən işi ilə bağlı Bakı şəhərinə qayıtmışdır. Hərdən narkotik vasitə qurudulmuş marixuandan istifadə etmişdir. Əvvəllər məhkumluğu olmamışdır. Tutulmasından 1 həftə əvvəl Bakı şəhərində olduğu müddətdə “Tiktok” sosial şəbəkəsində adını bilmədiyi, +**********37 nömrəsindən istifadə edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin İran İslam Respublikası vətəndaşı ilə Vatsapp ani mesajlaşma proqramı vasitəsi ilə yazışmağa və zəngləşib danışmağa başlamışdır. Həmin zaman onunla narkotik vasitədən söhbət etmiş, onunla yazışıb, danışanda adını soruşmamış, telefonda adını “Emioğlu” kimi qeyd etmişdir. xx.xx.2025-cü il tarixdə səhər saatlarında Bakı şəhərində olan zaman həmin şəxs ona Vatsapp vasitəsi ilə zəng edib Ağcabədi rayonunda “Ağ göl” adlanan ərazinin yaxınlığında yolun qırağında dəmir vaqonda çantada kisələrdə narkotik vasitə olduğunu, narkotik vasitəni həmin yerdən götürüb kisənin birini Bakı şəhəri istiqamətində yolun kənarına, digəri kisəni isə Yevlax-Gəncə şəhərləri istiqamətində yolun qırağına qoyacağını və bunun müqabilində 1000 manat pul verəcəyini demişdir. Həmin şəxslə razılaşıb idarə etdiyi “Toyota Pirus” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Baki şəhərindən çıxıb Ağcabədi rayonu “Ağ göl” adlanan əraziyə getmişdir. Daha sonra həmin şəxs ona Vatsapp vasitəsi ilə məkan, narkotik vasitələrin olduğu kisələrin və dəmir vaqonun şəkillərini atmış, məkana əsasən dəmir vaqonun olduğu yerə getmiş, əraziyə çatdıqda yolun qırağında dəmir vaqon olmasını görmüşdür. Avtomobildən yerə enib həmin vaqona yaxınlaşmış, vaqonun qapısının üzərində kilid olsa da qapısı açıq vəziyyətdə olmuşdur. O, vaqonun qapısını açdıqda, qapının kənarında iri çanta qoyulmasını görmüş, çantanı götürüb idarə etdiyi avtomobilin arxa salonuna qoymuşdur. Saat 14 radələrində avtomobili idarə edib oradan uzaqlaşmış və Ağcabədi şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 1 km hərəkət etdikdən sonra yolun polis əməkdaşları tərəfindən bağlanmasını görmüş, polis əməkdaşları idarə etdiyi avtomobilə saxla əmri vermiş və orada avtomobili saxlamışdır. Polis əməkdaşları yaxınlaşdıqda əvvəl avtomobildən həbs ediləcəyindən qorxduğu üçün düşmək istəməmiş, lakin polis əməkdaşlarının onu düşürmək üçün avtomobilin sürücü tərəfdən sol qabaq qapısının şüşəsini sındırdıqlarını görüb, özü polis əməkdaşlarına heç bir müqavimət göstərmədən avtomobildən aşağı düşmüşdür. Orada polis əməkdaşları özlərini təqdim edib narkotik vasitərlərin istifadəsində və saxlanmasında şübhəli olduğunu, tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnu izah etmişlər. Polis əməkdaşları üzərinə və avtomobilinə videoçəkilişlə baxış keçirəcəklərini bildirdikdə etiraz etməmiş, saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən, 300 metr kənarlaşıb həmin yerdə onun üzərinə və avtomobilinə baxış keçirmişlər. Bu zaman avtomobilində içərisində narkotik vasitə olan 01 ədəd çanta polis əməkdaşları tərəfindən götürülərək içərisi yoxlanıldıqda çantanın içərisindən 02 ədəd ağzı yapışqan lentlə bağlanmış kisə aşkar olunmuşdur. Hər iki kisə açılaraq içərisinə baxıldıqda, hər kisənin içərisindən 03 ədəd bağlama aşkar olunmuş, polis əməkdaşları tərəfindən 1-ci kisənin içərisindəki bağlamalara baxış keçirilmiş və həmin bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuana olması aşkar edilmişdir. Bağlamalar bir-bir elektron tərəzidə çəkilmiş, 1-ci bağlama 2271 qram, 2ci bağlama 2158 qram və 3-cü bağlama 2145 qram çəkidə olmuşdur. Bundan sonra 2-ci kisədə olan 03 ədəd bağlamalara baxış keçirilmiş, iki bağlamada kütlələrin narkotik vasitə həşiş, 3-cü bağlamada kütlənin isə narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Daha sonra həmin bağlamalar da elekton tərəziyə qoyulub çəkilmiş, 1-ci bağlama 1145 qram, 2-ci bağlama 2046 qram və 3-cü bağlama isə 1039 qram olmuşdur. Daha sonra avtomobilə yenidən baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan olunmuş əlavə əşya və ya predmet aşkar edilməmişdir. Ardınca əməliyyat müvəkkili tərəfindən həmin bağlamalar qablaşdırılmış və üzərləri möhürlə möhürlənmişdir və oradan polis əməkdaşları ilə birlikdə Ağcabədi RPŞ-yə gəlmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ifadə verərkən müdafiəçisi yanında olmamış, ifadəsi yazıldıqdan sonra ifadənin məzmunu ona elan olunmamışdır. O, oxuyubyaza bilmədiyi üçün ifadəsini oxuya bilməmişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bu barədə aidiyyəti üzrə məruzə olunduqdan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar Mingəçevir-Bəhramtəpə yolunun 110-cu kilometrində Ağcabədi rayonu Avşar kəndinin giriş hissəsində yol-patrul xidmətinin əməkdaşları tərəfindən süni tıxac yaradılmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobil saxlanmışdır. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşdıqda Vüsal avtomobilin qapısını bağlamış, Vüsal avtomobildən enmədiyi üçün o, məcbur qalıb avtomobilin yan şüşəsini sındıraraq qapını açmışdır. Yolda olan hərəkət intensivliyini nəzərə alıb həmin yerdən təxminən 300 metr məsafədə kənara çəkilib Vüsalın üzərinə və avtomobilinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bundan sonra Vüsal avtomobilin arxa oturacağında olan bir ədəd çantanı təqdim etmişdir. Həmin çantanın içərisində iki ədəd üzərlərində İ və İİ yazılmış sintetik torbalar, həmin torbaların hər birinin içərisində üç ədəd bağlamalar aşkar edilmişdir. Aşkar edlmiş torbaların birində olan bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, digərində isə həşiş və heroinə bənzər kütlələr aşkar edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasınca xidməti avtomobillə hərəkət etmiş, bir qədər hərəkət etdikdən sonra əməliyyat qrupunun digər üzvlərinə qeyd etdiyi yerdə süni tıxac yaradılması barədə göstəriş vermişdir. Süni tıxac yaranmasını görən Təqsirləndirilən şəxs avtomobili özü saxlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar – içərisində narkotik vasitələr olan çantanın onun tərəfindən Vüsalın avtomobilinə qoyulması, polis əməkdaşları tərəfindən Vüsalın telefonunun uçuş rejiminə qoyulub özlərinin mobil telefonlarından internet şəbəkəsinə qoşulmaqla onun telefonuna narkotik vasitələrin şəkillərinin göndərilməsi, ifadənin yerində yoxlanılması zamanı narkotik vasitənin gizlədildiyi yer barədə müstəntiqə işarə verməsi halları olmamışdır. O və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4 Alllahverdi oğlu, Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. ***-***-**-** saylı gsm nömrə ona məxsus olmuşdur. O, 2019-cu ildə İran İslam Respublikasının Aslandüz şəhərində olarkən Ramil Səlami adlı İran İslam Respublikası vətəndaşı ona 100 manat qarşılığında onun adına M10 hesabı açmağı təklif etmiş, o da həmin şəxsin təklifi ilə razılaşaraq qeyd olunan nömrədə M10 hesabı açmışdır. O, həmin M10 hesabından heç vaxt istifadə etməmiş, həmin hesab adını qeyd etdiyi İran İslam Respublikası vətəndaşının istifadəsində olmuşdur. O, 09 iyun 2024cü il tarixdə törətdiyi cinayət əməlinə görə həbs edilmişdir. Hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. PashaPay MMC tərəfindən təqdim edilmiş ***-***-**-** nömrəli M10 hesabına dair məlumatlar (qeydiyyatdan keçməyə cəhd göstərmiş şəxslərin fotoşəkilləri) təqdim edildikdən sonra Şahid12 həmin şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin təşşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. ***-***-**-** nömrəli M10 hesabı ona məxsus olmuşdur. O, 2019-2020-ci illərdən etibarən kriptovalyuta alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Bununla əlaqədar “Telegram” sosial şəbəkəsində qrup da yaratmışdır. ***-***-**-** nömrəli M10 hesabının kimə məxsus olmasını bilmir. Həmin M10 hesabından ona məxsus M10 hesabına göndərilən pullar kriptovalyuta alqı-satqısı ilə bağlı olmuşdur. Belə ki, ona virtual platforma üzərindən kriptovalyuta alışı ilə bağlı sifariş gəlir, kriptovalyutanın dəyərində pul məbləği onun M10 hesabına köçürüldükdən sonra o, kriptovalyutanı həmin şəxsin hesabına köçürür. Bu zaman o, həmin şəxsin şəxsiyyəti barədə məlumatları görmür. Eləcə də, hal-hazırda bu sahədə hüquqi tənzimləmə mövcud olmadığından kriptovalyutanı alan şəxsin şəxsiyyətinin müəyyən edilməsinin vacibliyi ilə bağlı heç bir tələb yoxdur. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. ***-***-**-** nömrəli M10 hesabının kimə məxsus olmasını bilmir. Həmin M10 hesabından ona məxsus M10 hesabına göndərilən pullar kriptovalyuta alqı-satqısı ilə bağlı olmuşdur. Belə ki, ona virtual platforma üzərindən kriptovalyuta alışı ilə bağlı sifariş gəlir, kriptovalyutanın dəyərində pul məbləği onun M10 hesabına köçürüldükdən sonra o, kriptovalyutanı həmin şəxsin hesabına köçürür. Sifarişlər ona “Telegram” sosial şəbəkəsindəki qruplar vasitəsilə gəlmişdir. Kriptovalyutanın alqı-satqısı zamanı o, alıcının şəxsiyyəti barədə məlumatları görmür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, Ağcabədi RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış 05 fevral 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Ağcabədi rayonu ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, i.v. 5;) İşdə olan, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-FZ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 110-cu kilometrində, Ağcabədi rayonu Avşar kəndinin giriş hissəsində süni tıxac yaradılmaqla saxlanılmış, Təqsirləndirilən şəxs polis əməkdaşlarına tabesizlik göstərdiyindən avtomobilin sol ön qapısının şüşəsi sındırılaraq avtomobilin qapısı açılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmin yerdə insanların sıx toplaşması və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən oradan 300 metr aralıda saat 14:10-dan etibarən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlamışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən hər hansı qanunsuz predmet aşkar edilməmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən onun Redmi markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa oturacağının üzərində olan bir ədəd çantanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin çantaya baxış keçirilərkən üzərində İ və İİ rəqəmləri qeyd edilmiş iki ədəd ağ rəngli sintetik torba aşkar edilmiş. İ rəqəmi ilə qeyd edilmiş sintetik torbaya baxış zamanı 3 ədəd bağlamada çəkiləri müvafiq olaraq 2271,0 qram, 2158,0 qram və 2145,0 qram qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. İİ rəqəmi ilə qeyd edilmiş sintetik torbaya baxış keçirilərkən 3 ədəd bağlama aşkar edilmiş, iki bağlamada çəkiləri müvafiq olaraq 1145,0 qram və 1039,0 qram həşişə bənzər kütlə, üçüncü bağlamada 2046,0 qram heroinə bənzər kütlə aşkar edilmişdir. Qeyd olun kütlələr müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri bir həftə əvvəl Tiktok sosial şəbəkəsində tanış olaraq +**********237 nömrəsi ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının göndərdiyi məkanda gizlədilən yerdən götürərək 1000 (min) manat müqabilində Bakı və Gəncə şəhərlərində ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirmişdir. (Cild 1, i.v. 10-12;) İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 16:00-dan saat 16:09-dək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avomobildən aşkar edilmiş İ rəqəmi ilə qeyd edilmiş sintetik torbada aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələrə, İİ rəqəmi ilə qeyd edilmiş sintetik torbada aşkar edilmiş, iki bağlamada qablaşdırlmış həşişə bənzər kütlə və üçüncü bağlamada olan heroinə bənzər kütlələrə, eləcə də əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü disklərə baxış keçirilmişdir. Bundan sonra aşkar olunmuş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. (Cild 1, i.v. 17-18;) İşdə olan, “şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 28;) İşdə olan, “baxış keçirilməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, saxlanılarkən Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefona quraşdırılmış “Whatsapp” mobil tətbiqinə daxil olduqda İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********37 nömrənin “Emi oglu” adı ilə qeyd edildiyi, həmin nömrənin istifadəçisi ilə çoxsaylı qarşılıqlı səsli ismarıcların, telefon zənglərinin, konum və fotoşəkillərin göndərildiyi müəyyən edilmişdir. Belə ki, “Emi oglu” adı ilə qeyd edilmiş istifadəçidən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:24-də ***-***-**-** nömrəli M10 hesab nömrəsi göndərilmiş, Təqsirləndirilən şəxs qarşı tərəfə Milliön ödəniş terminalı vasitəsi ilə göndərdiyi 100 manat pulun qəbzini saat 23:34-də göndərmişdir. Daha sonra onlar bir-birlərinə qarşılıqlı səsli ismarıclar göndərərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı gələcəkdəki işbirliklərini (qarşılıqlı inam və etimadın gücləndirilməsi, narkotik vasitələrin göndərilməsi mexanizmləri barədə) müzakirə etmişlər. xx.xx.2025-ci il tarixdə saat 13:05-də “Emi oglu” adı ilə qeyd edilmiş +**********37 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs müvafiq arıdıcıllıqla konum, bir ədəd kisənin və dəmir vaqonun şəkillərini göndərmişdir. Bundan sonra həmin gün saat 13:05-də “Emioglu” adı ilə qeyd edilmiş şəxs Təqsirləndirilən şəxslə 4 dəqiqə müddətində videozəng vasitəsilə əlaqə saxlamış. Saat 13:11-də Təqsirləndirilən şəxs qarşı tərəflə 21 dəqiqə müddətində videozəng əlaqəsi yaratmışdır. Daha sonra Təqsirləndirilən şəxslə “Emi oglu” adı ilə qeyd edilmiş istifadəçi arasında üzərində “Yek” yazılmış kisənin Gəncə şəhərinə, “Du” yazılmış kisənin Bakı şəhərinə çatdırılması, Gəncə şəhərinə çatdırılmalı olan kisənin pulunun Təqsirləndirilən şəxs göndərilməsi ilə bağlı 13:33dən 13:37-dək səsli ismarıclar göndərilməklə müzakirələr aparılmışdır. Təqsirləndirilən şəxs qarşı tərəfə ödənişin həyata keçirilməsi üçün saat 13:36-da **********213948 nömrəli bank kartını göndərmiş, saat 13:37-də səsli ismarıc göndərərək kisənin içərisinə baxmadığını (üzərində “yek” və “du” qeyd edilmiş kisələrin müvafiq olaraq Gəncə və Bakı şəhərlərinə çatdırılmalı olması ilə bağlı qarşı tərəfin təlimatına münasibətdə), həmin yerdən aralaşdıqdan sonra baxacağını bildirmişdir. Daha sonra “Emi oglu” adı ilə qeyd edilmiş şəxs saat 13:44-də Təqsirləndirilən şəxs üzərində İ və İİ qeyd edilmiş iki ədəd ağ rəngli sintetik torbanın şəkillərini (məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhz həmin şəkillərin polis əməkdaşları tərəfindən göndərilməsini iddia etmişdir), eləcə də saat 13:45-də həmin kisələrin müvafiq olaraq Gəncə və Bakı şəhərlərinə çatdırılması, qoyulmalı olduğu yer, qoyulduqdan sonra həmin yerin konumunun göndərilməsi ilə bağlı bir daha təlimat məzmunlu səsli ismarıc göndərmişdir. (Cild 1, i.v. 44-46;) İşdə olan, məhkəmə-bioloji ekspertizasının 06 fevral 2025-ci il tarixli 18/95-96 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs idarə etdiyi...heroinə bənzər...” sözləri yazılmış sintetik torbada 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi – 2010,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 02 ədəd qara rəngli torbada ayrı-ayrılıqda təmiz çəkisi – 1100,0 qr, 990,0 qr, ümumi çəkisi – 2090,0 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs idarə etdiyi...marixuanaya bənzər...” sözləri yazılmış sintetik torbada 03 ədəd qara rəngli polietilen torbada ayrıayrılıqda təmiz çəkisi – 2010,0 qr, 2025,0 qr, 2125,0 qr, ümumi çəkisi - 6160 qram olan bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 (altmış üç manat doxsan qəpik) manat təşkil edir. (Cild 1, i.v. 51-55;) İşdə olan, Ağcabədi rayon məhkəməsinin 06 fevral 2025-ci il tarixli 4(017)-13/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablanmışdır. (Cild 1, i.v. 89-92;) İşdə olan, Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. (Cild 1, i.v. 150-152;) İşdə olan, Ambulator məcburi nakoloji tibbi yoxlamanın 15 aprel 2025-ci il tarixli 588 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v. 174;) İşdə olan, “ifadənin yerində yoxlanılması haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək İran İslam Respublikası vətəndaşının göndərdiyi içərisində narkotik maddələr olan bir ədəd çantanı götürdüyü yeri əyani şəkildə göstərmişdir. (Cild 1, i.v. 184-189;) İşdə olan, Ağcabədi RİHB-nin Xocavənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət xarakterli müraciət daxil olmamışdır. (Cild 1, i.v. 193;) İşdə olan, Ağcabədi RİHB-nin Xocavənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası – X8, anası – X11, arvadı – X9, qızı- 2013-cü il təvəllüdlü X12, oğlu- 2015-ci il təvəllüdlü X14, qızı- 2016-cı il təvəllüdlü X5 ibarətdir. (Cild 1, i.v. 194;) İşdə olan, Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(017)-44/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. (Cild 1, i.v. 238-239;) İşdə olan, “sübutların qiymətləndirilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatından ümumi qalıq çəkiləri 2009,9 qram narkotik vasitə olan heroin, 2089,8 qram narkotik vasitə olan həşiş, 6159,7 qram narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsi, aşkar edilən narkotik vasitələr baxış keçirilməsi eləcə də, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsini özündə əks etdirən 03 (üç) ədəd CD disk, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd "Xiaomi Redmi" markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v. 240-261;) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)- 358/2025 nömrəli qərarının icrası ilə əlaqədar PashaPay MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 1430/2025 nömrəli müşayiət məktubuna əlavə edilmiş CD disk və məlumat vərəqinə baxış zamanı müəyyən edilmişdir ki, **********37 nömrəli M10 hesabı Şahid12 adına qeydiyyata alınmışdır. Eləcə də, həmin M10 hesabı ilə aparılmış maliyyə əməliyyatları barədə məlumatlar təqdim edilmişdir. (Cild 2) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)- 358/2025 sorğusunun icrası ilə əlaqədar Azercell MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 19530 nömrəli müşayiət məktubuna əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili X3 istifadəsində olmuş ********** mobil telefon nömrəsi cinayət işi üzrə onun iştirakı ilə keçirilən istintaq hərəkətləri zamanı Ağcabədi şəhəri ərazisində aktiv olmuşdur. (Cild 2) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)- 358/2025 nömrəli sorğusunun icrası ilə əlaqədar PashaPay MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 1611/2025 nömrəli müşayiət məktubuna əlavə edilmiş CD diskdə +**********37 nömrəli M10 ödəniş hesabına daxil olmağa cəhd etmiş şəxslərin fotoşəkilləri cəhd ardıcıllığı ilə təqdim edilmişdir. Həmin fotoşəkillər məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin şəxsləri tanımadığını, əvvəllər heç vaxt görmədiyini bildirmişdir. (Cild 2) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)- 358/2025 sorğusunun icrası ilə əlaqədar Azercell MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 22426 nömrəli müşayiət məktubuna əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:40:10-dan 13:46:38-dək Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsində internet trafiki aktiv olmuş, həmin müddətdə “Whatsapp” mobil tətbiqindən istifadə edilmişdir. (Cild 2) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)- 358/2025 saylı qərarının icrası ilə əlaqədar Bakcell MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli GQ-2-1197-1134-2025 nömrəli müşayiət məktubuna əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, İran İslam Respublikasına məxsus mobil operatora aid 00**********37 saylı gsm nömrə **********5965 İMEİ kodlu mobil telefonda istifadə edilmiş, həmin İMEİ kodlu mobil telefonda başqa gsm nömrələrdən istifadə müəyyən edilməmişdir. Eləcə də, İran İslam Respublikasına məxsus mobil operatora aid 00**********37 saylı gsm nömrə Azərbaycan Respublikası ərazisində Bakcell MMC-nin şəbəkəsində rouming xidmətindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ordubad rayonu ərazisində, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu Seyidəhmədli kəndi və Horadiz qəsəbələri ərazisində, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu Əmirzeyidli kəndi, Füzuli rayonu Kərimbəyli və Şükürbəyli kəndləri ərazisində aktiv olmuşdur. (Cild 2) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, iranlı şəxslə yalnız şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək niyyəti ilə əlaqə saxlaması, xx.xx.2025-ci il tarixdə Ağcabədi rayonu “Ağ göl” milli parkının yanındakı vaqonda gizlədilmiş bir ədəd çantanın üzərində olan 15 qram marixuananı götürməsi, orada olan çantanı götürməməsi, yolda hərəkətdə olarkən qarşıda olan polis əməkdaşlarını görüb 15 qram marixuananı çölə atması, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Vüsal adlı polis əməkdaşının xidməti avtomobildən bir ədəd çantanı götürərək onun avtomobilinə qoyması, polis əməkdaşlarının təzyiqi ilə çantada olan narkotik vasitələrin ona məxsus olması barədə “etirafedici” ifadələr verməsi, onun barəsində aparılan istintaq hərəkətləri zamanı müdafiəçi ilə təmin olunmaması, onunla iranlı adı ilə danışan şəxsin əslində polis əməkdaşları olması, qeyd edilən narkotik vasitələrin polis əməkdaşları tərəfindən vaqonun içərisində gizlədilməsi, iranlı şəxslə aralarında narkotik vasitələrin satış məqsədilə əldə edilməsi və daşınması barədə heç bir sövdələşmə olmaması ilə bağlı göstərdiklərini təqsirləndirlən şəxsin şəxsi mülahizələrinə əsaslanan, məhkəmədə tədqiq olunan sübutlarla o cümlədən, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş CD diskdə olan videogörüntülər, istifadəsində olmuş Xiaomi Redmi markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli prokola əlavə edilmiş CD diskdə olan videogörüntülər, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, digər sənədlər və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq cinayət məsuliyyətin kənarda qalmasına yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissələrdə sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan mobil nömrəsini “Emi oglu” adlı ilə qeyd etdiyi şəxslə “Whatsapp” mobil tətbiqində apardığı danışıqlar yəni, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı gələcəkdəki işbirliklərinə dair (qarşılıqlı inam və etimadın gücləndirilməsi, narkotik vasitələrin göndərilməsi mexanizmləri barədə) müzakirələri əks etdirən səs yazıları, xx.xx.2025-ci il tarixdə iranlı tərəfindən göndərilmiş konum, narkotik vasitələrin qablaşdırıldığı çanta və həmin çantanın gizlədildiyi yerin fotoşəkilləri, çantanın içərisində olan iki ədəd kisənin Gəncə (üzərində “yek” qeyd edilmiş kisə) və Bakı (üzərində “du” qeyd edilmiş kisə) şəhərlərinə aparılıb çatdırılması ilə bağlı danışıqları əks etdirən səs yazıları, Təqsirləndirilən şəxs kisənin çatıdırılması ilə bağlı ödənişin göndərilməsi üçün bank kartı nömrəsini qarşı tərəfə göndərməsi, eləcə də Təqsirləndirilən şəxs qeyd olunan çantanı götürməsi, lakin həyəcanlı olduğundan çantanın içərisinə baxmaması, həmin ərazidən uzalaşdıqdan sonra çantanın içərisinə baxacağı ilə bağlı iranlı şəxsə səsli ismarıc göndərməsi işdə olan digər sübutlarla qarşılıqlı təhlil edildikdə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub satış məqsədilə, yəni xüsusilə külli miqdarda narkotik vasitələrin Gəncə və Bakı şəhərlərinə çatdırılması müqabilində maddi qazanc əldə etmək üçün cinayətkar qrupun naməlum üzvləri tərəfindən gizlədildildiyi yerdən əldə edib, avtomobilində saxlamaqla daşıması barədə qəti mühakimə yürütməyə imkan verir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı, həmçinin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini özündə əks etdirən videogörüntüdə törətdiyi cinayət əməlini etiraf etmiş, qeyd olunan narkotik vasitələrin Gəncə və Bakı şəhərlərinə çatdırılması müqabilində iranlının ona 1000 manat pul verəcəyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq qeyd olunan hissələrdə sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə üçün irəli sürdüyü digər dəlilə - polis əməkdaşlarının təzyiqi ilə etirafedici ifadələr verməsi barədə göstərdiklərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Ali Məhkəmənin Plenumunun göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanan məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona fiziki təsir imkanının olmadığı, Ağcabədi rayon məhkəməsinin inzibati binasında barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə məhkəmənin qapalı iclasında baxılarkən də fiziki və psixi təzyiqə məruz qalması, qeyd olunan narkotik vasitələrin avtomobilinə polis əməkdaşları tərəfindən “qoyulması” ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs onunla aparılan istintaq hərəkətləri zamanı müdafiəçisinin iştirak etməməsi ilə bağlı iddialar irəli sürsə də, məhkəmə istintaqı zamanı aparılmış araşdırma zamanı ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs ilə aparılan istintaq hərəkətləri zamanı sonuncunun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili X4 həmin istintaq hərəkətlərində iştirak edərək, müvafiq protokolları imzalamış, eləcə də onun istifadəsində olmuş ********** mobil telefon nömrəsi istintaq hərəkətlərinin aparıldığı tarixlərdə və saatlarda Ağcabədi şəhəri ərazisində aktiv olmuşdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı göstərdiklərini heç bir sübutla təsdiq olunmayan, əsassız, cinayət məsuliyyətin yaxa qurtarmasına yönəlmiş, subyektiv xarakterli formal mülahizələri kimi qiymətləndirir. Bundan başqa məhkəmə istintaqı dövründə müdafiə tərəfi israrla Təqsirləndirilən şəxs ilə özünü iranlı kimi təqdim edib danışan şəxsin əslində polis əməkdaşı olması, qeyd olunan narkotik vasitələrin Ağcabədi rayonu ərazisində “Ağ göl” milli parkı yaxınlığındakı vaqonun içərisində polis əməkdaşları tərəfindən gizlədilməsi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun “Whatsapp” mobil tətbiqindəki “Emi oglu” adı ilə qeyd edilmiş şəxslə yazışmalarındakı iki ədəd ağ rəngli kisələrin şəkillərinin öz mobil telefonlarındakı internet şəbəkəsindən istifadə edilməklə məhz polis əməkdaşları tərəfindən göndərilməsi barədə dəlillər irəli sürmüşlər. Məhkəmə müdafiə tərəfinin “polis təhriki” ilə bağlı irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, əgər ərizəçi dövlət agentlərinin onu cinayətə təhrik etdiyini iddia edirsə, bu iddia əsaslandırılmış olmalıdır və belə iddianın sübut yükü dövlətin üzərinə düşür, ərizəçi tərəfindən irəli sürülən təhrik iddiası qeyri-realist və əsassız görünmürsə və o, müəyyən real faktlara əsaslanırsa, dövlət bu iddianı təkzib etmək üçün sübut təqdim etməlidir. (Ramanauskas Litvaya qarşı 5 fevral 2008, iş №74420/01, §70, §71). Həmçinin AİHM-nin “Bannikova Rusiyaya qarşı”(04 noyabr 2010, iş №18757/06) iş üzrə qərarının 51-ci paraqrafında dövlət orqanları tərəfindən cinayətə təhriklə bağlı göstərilmişdir ki, əgər iddia ümumi, təxmini və heç bir konkret fakta söykənmirsə, dövlətin bu iddianı ətraflı təkzib etməyə borcu yaranmır. Lakin iddia detallı və real faktlara əsaslanırsa onun ciddiyə alınması və araşdırılması Konvensiya baxımından vacibdir. Eləcə də, “Laqutin və başqaları Rusiyaya qarşı” iş üzrə qərarda qeyd olunmuşdur ki, təhrik iddiası özündə konkret vaxtı, agentin davranışını və təşviqedici mahiyyəti əks etdirən faktları ehtiva edirsə, bu iddia “prima facie” inandırıcı hesab olunur və araşdırılmalıdır (§ 100-106). Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mobil telefonun “Whatsapp” mobil tətbiqindəki “Emi oglu” adı ilə qeyd edilmiş şəxslə yazışmalarındakı iki ədəd ağ rəngli kisələrin şəkillərinin göndərildiyi saat 13:44-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı gsm nömrədə internet trafiki aktiv olmuş və həmin müddətdə “Whatsapp” mobil tətbiqindən istifadə edilmişdir. Bu isə Təqsirləndirilən şəxs həmin şəkillərin polis əməkdaşları tərəfindən onun mobil telefonunun uçuş rejiminə qoyulub özlərinin mobil telefonundakı internet trafikindən istifadə edilməklə göndərilməsi barədə göstərdiklərini tam təkzib edir. Bundan başqa məhkəmə istintaqı zamanı özünü iranlı kimi qədim edən şəxsin istifadəsində olmuş ***-***-**-** nömrəli M10 hesabının Şahid12 adına qeydiyyata alınması müəyyən edilmiş, Şahid12 məhkəmədə əlavə şahid qismində dindirilərkən həmin M10 hesabını İran İslam Respublikasında olarkən tanımadığı iranlı şəxsə 100 manat satdığını, həmin hesabın tanımadığı iranlı şəxsin istifadəsində olduğunu bildirmişdir. PashaPay MMC tərəfindən ***-***-**-** nömrəli M10 hesabına dair təqdim edilmiş maliyyət əməliyyatları və digər məlumatlardan da həmin hesabın polis əməkdaşlarına bağlılığını təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Eləcə də, 00**********37 saylı gsm nömrə Azərbaycan Respublikası ərazisində Bakcell MMC-nin şəbəkəsində rouming xidmətindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ordubad rayonu ərazisində, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu Seyidəhmədli kəndi və Horadiz qəsəbələri ərazisində, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu Əmirzeyidli kəndi, Füzuli rayonu Kərimbəyli və Şükürbəyli kəndləri ərazisində yəni, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd ərazilərində aktiv olmuşdur. AİHM-nin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə polis təhriki iddiası qeyri-real və uydurma olmamalı, təxmini yox konkret hadisə və hərəkətlərə əsaslanmalı, əvvəlcədən cinayət törətmək niyyətinin olmamasını ortaya qoymalı, polisin və ya agentin təşəbbüs göstərdiyini sübut etməyə yönəlməlidir. Göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs “polis təhriki” ilə bağlı irəli sürdüyü dəlillər öz təsdiqini tapmamış, əksinə onun göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı toplanaraq tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onların müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahısının 83-cü qrafasında narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi 800 qram, 84-cü qrafasında narkotik vasitə həşişin xeyli miqdarının aşağı həddi 1 qram, külli miqdarının aşağı həddi 100 qram, xüsusilə külli miqdarının aşağı həddi 10000 qram, 109.1-ci qrafasında narkotik vasitə qurudulmuş marixuananın aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi 50000 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə, bu Qərarın 12-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-nin 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1– 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini özündə əks etdirən videogörüntüləri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3- cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5- ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-nin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə narkoloji ekspertizasının 15 aprel 2025-ci il tarixli 588 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağcabədi RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2009,9 qram narkotik vasitə olan heroin, 2089,8 qram narkotik vasitə olan həşiş, 6159,7 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 03 (üç) ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 63,90 (altmış üç manat doxsan qəpik) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351- 353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2009,90 qram olan narkotik vasitə heroin, 2089,80 qram olan narkotik vasitə həşiş, 6159,70 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini, maddi sübutlara baxış keçirilməsini özündə əks etdirən 03 (üç) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 63,90 (altmış üç manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(099)-358/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-358/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver