Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-359/2023 30.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1950-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, əvvəlki hökm və qərarla təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən yeni təyin edilmiş cəzaya əlavə cəza tam, əsas cəza qismən toplanılmaqla, habelə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən cərimə cəzasının çəkilməmiş 3900 manat miqdarında cərimə cəzası təyin edilmiş cəzaya tamamilə birləşdirilərək qəti olaraq 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 3900 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, məhkumluğu olan, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 35, mənzil 103-də qeydiyyatda olmaqla yaşamış və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ona göstərilmiş etibardan sui-istifadə etmə və aldatma yolu ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə, sonuncuya özünün nüfuzlu şəxs olduğunu, yüksək vəzifələrdə tanışlarının olduğunu bildirərək, həmin şəxslərin vasitəsi ilə oğlu Şahid1 Moskva Dövlət Universitetinin Bakı şəhərində yerləşən filialına qəbul etdirəcəyini vəd etməklə, özünün vasitəçiliyi ilə onu biləbilə qanunsuz hərəkətlərə görə həmin vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə, vəd etdiyi məsələnin müsbət həlli üçün 28 mart 2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində sonuncu ilə görüşüb 5.500 (beş min beş yüz) manat məbləğində pulu ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə, sonuncuya özünün nüfuzlu şəxs olduğunu, yüksək vəzifələrdən tanışlarının olduğunu bildirərək, oğlu Şahid1 təhsil aldığı universitetdən, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirinin 14 fevral 2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” müvəqqəti qaydaların ziddinə olaraq, ölkə ərazisində yerləşən ali təhsil müəssisələrindən birinə köçürəcəyinə dair yalan vədlər verərək, özünün vasitəçiliyi ilə onu bilə-bilə təkrarən qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə, həmin məsələnin müsbət həlli üçün 2017-ci ilin aprel ayının sonlarında yaşadığı ünvan 2 ünvanda yerləşən evində 6.000 manat məbləğində pulu, 15 may 2017-ci il tarixdə isə Sabirabad rayonun Ulacalı kəndində Zərərçəkmiş şəxs bacısı X6 məxsus evdə 4.000 manat məbləğində pulu, cəmi 10.000 (on min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 35, mənzil 103-də qeydiyyatda olmaqla yaşamış, əvvəllər işləməmiş, əvvəllki məhkumluğu ilə bağlı hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir.Zərərçəkmiş şəxs 2017-ci ildə tanışı Şahid4 vasitəsilə tanış olmuş, sonradan Bilalın oğlunun ali məktəbə düzəldilməsi ilə bağlı onunla bir neçə dəfə görüşmüdür. İlk dəfə Sabirabad rayonuna Rasimlə birlikdə gedib Zərərçəkmiş şəxsla evində görüşüb söhbət etmiş, Bilal ona oğlunu Bakı şəhərində olan universitetlərin birinə düzəldə bilibbilməyəcəyini soruşmuş, o da Bakı şəhərinə düzəldə bilməyəcəyini, lakin tanışları vasitəsilə oğlunu Rusiyada hansısa universitetlərin birinə düzəldə biləcəyini, verəcəyi pulu da həmin tanışlarına göndərəcəyini bildirmiş, Bilal əvvəl razı olmamış, lakin bir neçə gündən sonra onun bu təklifi ilə razılaşıb yenidən onunla görüşüb xahiş etmişdir ki, sonradan oğlunu Azərbaycanda olan universitetlərin birinə köçürülməsi məsələsini də həll etsin.O, Bilala oğlunu Rusiyada universitetlərin birinə qəbul etdirdikdən sonra onun Azərbaycanda olan universitetlərin birinə köçürülməsi məsələni həll edəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra, yəni 2017-ci ilin mart ayının axırlarında Sabirabad rayonuna Bilalın evinə gedib onunla görüşüb oğlu Maratın sənədlərini və bu işlə bağlı 5000 manat pulu Bilaldan götürmüş və həmin pulla X9 Akademiyasına düzəldəcəyini, həmçinin sonradan Maratın Azərbaycan Respublikasında olan universitetlərin birinə köçürülməsi üçün də 10.000 manat pul lazım olacağını demiş, Bilal da razılaşmışdır. Bu işlə bağlı o, Bilaldan 5.500 manat yox, 5.000 manat götürmüşdür. Bir müddət sonra o, Maratı ilkin olaraq X3 Dərbənd filialına düzəlməsini üçün 2012-ci ildən tanıdığı, Bakı şəhərində tanış olduğu həmin akademiyanın direktoru olmuş Ruslan adlı şəxslə telefonla danışıb pulu və sənədləri Ruslana göndərmişdir.Ruslan əvvəl Maratı akademiyaya düzəldəcəyini bildirsə də, bir müddət sonra ona zəng edib akademiyanın bağlandığını və Maratı Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən “Biznes və Prava” universitetinə köçürəcəyini demiş, o da razılıq vermişdir. Bundan sonra 2017-ci ilin aprel ayında o, Sabirabad rayonuna gedib Bilalla görüşmüş və Bilal ona oğlunu Gəncə şəhərində yerləşən akademiyaya köçürməsini bildirib ona 6.000 manat pul vermiş, qalan 4.000 manatı da verəcəyini demiş, o da bu işi həll edəcəyinə söz vermişdir. O, Bilaldan aldığı 6.000 manat puldan 2.500 manatını 2017-ci ilin yay aylarında Bakı şəhərində 3-cü mikrorayon ərazisindəki kafelərdən birində “Biznes və Prava” universitetinin rektoru olmuş Ramiz adlı şəxsə Maratın illik təhsil haqqı üçün vermişdir.Ramiz mütəmadi Bakıya gedibgetmiş, Bakıda Ramizlə tanış olmuş və onunla münasibətləri yaranmış, çox vaxt Ramiz Bakıya gələrkən onunla görüşüb işlərini həll etmişlər. Ramizlə görüşəndən bir neçə gün sonra Bilal ona zəng edib oğlunu hərbi xidmətə çağırılacağını deyib universitetdən sənəd lazım olduğunu bildirmiş, o da Ramizlə əlaqə saxlayıb sənədlərin lazım olduğunu demiş, Ramiz də sonradan xatırlamadığı bir taksi ilə Maratın adına olan tələbə bileti və arayışı ona göndərmiş, o da həmin sənədləri Bilala vermiş, Bilal da həmin arayışı hərbi komissarlığa təqdim etmiş və oğlu Maratı müvəqqəti olaraq hərbi xidmətdən saxlatmışdır. 2017-ci ilin may ayında o, Maratın yerli universitetlərə köçürülməsi ilə bağlı Bilalla görüşüb 4000 manat pulu ondan götürmüş və həmin pulu da Ramizə versə də, sonradan Maratın yerli universitetlərə köçürülməsti mümkün olmamışdır.Həmçinin qardaşı xəstə olduğu üçün başı qarışmış və Maratın yerli universitetlərdən birinə köçürülməsi ilə bağlı məsələni də həll edə bilməmiş, həmçinin Bilal verdiyi pulları geri istəyərkən ona həmin pulları oğlunun təhsil haqqı və göçürülməsi ilə bağlı Ruslan və Ramiz adlı şəxslərə verdiyini bildirmiş, daha sonra isə Bilal ondan polisə şikayət edib pulunu tələb etmişdir.Aralarında olan raızılaşmaya əsasən Bilal oğlunun universitetə düzəlməsi ilə bağlı ona əvvəl 5.000 manat pul vermiş, sonradan oğlunun yerli universitetlərdən birinə, yəni Gəncə Aqrar Universitetinə köçürülməsi ilə bağlı 10.000 manat pul vermiş, o da həmin pul vəsaitlərini Ruslan və Ramiz adlı şəxslərə vermiş, həmin pulların bir qismi təhsil haqqı, bir qismi isə Ruslan və Ramizə çatmışdır.Bilalın verdiyi həmin pullardan o, özü üçün götürməmiş, bu işin düzəldilməsində köməklik etdiyinə görə Ruslan və Ramiz də ona pul verməmişlər.Həmçinin o, Bilaldan borc pul almamış, Bilaldan aldığı puldan həmin vaxt xəstə olan qardaşının müalicəsinə xərcləməmiş, o cümlədən Bilaldan aldığı 6.000 manat pulu da xatırlamadığı tarixdə Ramiz adlı şəxsə verməsi üçün Ruslana vermişdir.O, Ruslan və Ramizi sadəcə adları ilə tanımış, onların barəsində başqa məlumatları olmamışdır.Bildiyinə görə Ruslan adlı şəxs Dərbənd Humanitar akademiyasının direktoru olmuş, sonradan isə vəfat etmişdir. Məhkəmə iclasında ifadələri elan edilməklə tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə ümumən eyni məzmunlu ifadələr vermiş, habelə həmin ifadələrində göstərmişdir ki, Bilal oğlu Maratın Rusiyada universitetə qəbul olunması, sonradan Azərbaycanda olan universitetlərdən birinə köçürülməsi ilə bağlı ona cəmi 15.000 manat pul vermiş və o, həmin pulun böyük hissəsini Ruslan və Ramizə vermiş, bir hissəsini isə həmin vaxt xəstə qardaşının müalicəsinə xərcləmişdir. Həmçinin Bilaldan aldığı 6.000 manat puldan qalan 3.500 manat pulu 2018-ci ilin dəqiq xatırlamadığı tarixlərində Ramizə aparıb verməsi üçün Ruslana vermişdir.Bilalın oğlu Marat Rusiyada universitetə qəbul olunsa da, ora gedib oxuya bilməmiş, həmçinin onun sonradan Azərbaycanda olan universitetlərdən birinə köçürülməsi də, mümkün olmamış və bundan sonra Bilal ondan pulunu istəməyə başlamış, o da pulu qaytara bilmədiyi üçün Bilal ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Marat 2016-cı ildə keçirilən qəbul imtahanında kifayət qədər bal toplaya bilmədiyindən, ali məktəbə qəbul ola bilməmiş və bu səbəbdən oğlunun ali təhsil ala bilməsi üçün müxtəlif vasitələr axtarmağa başlamışdır. 2017-ci ilin mart ayının sonlarında o, tanışı Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Həmin vaxt Rüstəm ona oğlunu universitetə düzəldə biləcəyini bildirmiş, çoxsaylı tanışlarının olduğunu, oğlunu Moskva İnstitutunun Bakı şəhərində yerləşən filialına düzəldə biləcəyini bildirmişdir.O oğlunun distant təhsil almasını istəmədiyini bildirəndə Rüstəm ona oğlunu Azərbaycanda olan universitetlərinin birinə köçürəcəyini bildirmişdir.Rüstəm özünün tanışları olduğunu, onlar vasitəsilə oğlunu Moskva institutunun Bakı filialına düzəltməsi üçün əvvəl 5.500 manat, Azərbaycanda olan universitetlərinin birinə köçürməsi üçün isə 10.000 manat pul lazım olacağını, pulu həmin tanışlarına göndərəcəyini bildirmiş, o da Rüstəmin dedikləri ilə razılaşmışdır.Onun Rüstəmlə aralarında olan söhbət zamanı oğlu Marat, tanışı Rasim də orada olmuşlar.28 mart 2017-ci il tarixdə Rüstəm Sabirabad rayonuna evlərinə gəlib ondan 5.500 manat pulu, oğlunun attestatın əslini, şəxsiyyət vəsiqəsinin surətini və 02 ədəd fotoşəkilini götürmüşdür.Oğlu Maratın Azərbaycanda olan universitetlərdən birinə köçürülməsi məsələsini həll etməsi üçün 2017-ci ilin aprel ayının sonlarında Rüstəm Sabirabad rayonuna evlərinə gəlib ondan 6.000 manat pulu ondan götürüb getmiş, daha sona 15 may 2017-ci il tarixdə rayonun Ulacalı kəndində bacısı Səidənin oğlunun yas mərasimində olarkən Rüstəm də ora gəlib onunla görüşüb 4.000 manat pul lazım olduğunu bildirmiş, o da 4.000 manat pulu qardaşı Cəlal Əhmədovdan alıb elə Cəlalın yanında Rüstəmə vermişdir. 2017-ci iyun ayının əvvəlində Rüstəm yaşadığı evə gəlib Maratın Dağıstan Universitetinin Maliyyə və Hüquq fakültəsində oxuduğunu bildirən tələbə biletini ona təqdim edərkən ondan Moskva İnstitutunun Bakı filialına düzəldəcəyinə söz verdiyi halda, nə səbəbə görə Dağıstan Universitetinə düzəltdiyini soruşanda Rüstəm həmin universitetə düzəldə bilmədiyi üçün Dağıstan Universitetinə düzəltdiyini, orada tanışlarının olduğunu, oradan da Azərbaycan Aqrar Universitetinə köçürəcəyini və bununla bağlı Dağıstandakı universitetin rektoru Ramizlə danışıb işi həll etdiyini bildirmişdir.O, əvvəl Rüstəmə inansa da, sonradan başa düşmüşdür ki, Rüstəm onu aldatmış, verdiyi tələbə bileti də saxtadır.O, bir neçə dəfə Rüstəmə zəng etsə də, onun zənglərinə cavab verməmiş və verdiyi pulu Rüstəm qaytarmamışdır. Bundan sonra o, Rüstəmdən polisə şikayət etmişdir. O, Rüstəmə 5.500 manat pulu oğlu Marat və əmisi oğlu Cahangirin yanında, 6.000 manat pulu oğlu Maratın, 4.000 manat pulu isə qardaşı Cəlilin və oğlu Maratın yanında ona vermişdir. Rüstəmin ona təqdim etdiyi arayış və tələbə biletinin saxta olmasından məlumatı olmamışdır. O, oğlu Maratın ali məktəbə düzəldilməsi ilə bağlı Rüstəmə cəmi 15.500 manat pul vermiş, həmin pulu Rüstəm geri qaytarmamış, hazırda ona vurulun 15.500 manat miqdarında ziyanın tam olaraq ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 27 aprel 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmaqla ondan 15.500 manat pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında Şahid1 oğlu Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi oğludur, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 2017-ci ilin mart ayında əmisi oğlu Bilalın evində Rüstəmi görmüşdür. 2017-ci ilin mart ayının sonlarında əmisi oğlu Bilal ona zəng edib evinə çağırmış, o da Bilalın Sabirabad şəhərində olan evinə getmişdir. Orada olarkən adını sonradan bildiyi Rüstəm adlı şəxs avtomobili ilə Bilalgilə gəlmişdir. Bilal ilə söhbət zamanı X7 Moskva Dövlət Universitetinin Bakı şəhərində yerləşən filialına düzəldəcəyini, daha sonra isə Maratı Azərbaycanda olan universitetlərindən birinə köçürəcəyini bildirmişdir. Rüstəm bu işin düzəlməsi üçün cəmi 15.500 manat pul lazım olduğunu və ilkin olaraq 5500 manat verməli olduğunu Bilala demiş, Bilal da razılaşmışdır.Sonra Bilal onun və Maratın yanında Rüstəmə 5.500 manat pul vermiş, Rüstəm də işi həll edəcəyinə söz verib, pulu və Maratın sənədlərini götürüb getmişdir.Həmin vaxt o, kənardan Rüstəmin fotoşəklini çəkmiş, Rüstəm də bunu görüb narazılıq etmişdir.Bir müddət sonra söhbət zamanı Bilal ona, Rüstəmə 5.500 manatdan əlavə 6.000 manat və 4.000 manat olmaqla 10 min manat, cəmi isə 15.500 manat pul verdiyini, Rüstəmin onu aldadıb oğlu Maratı Dağıstanda olan universitetlərindən birinə düzəltdiyini, sonradan Maratı Azərbaycanda olan universitetlərindən birinə köçürəcəyinə söz versə də, əməl etmədiyini bildirmişdir. Bilalın dediyinə görə Rüstəm ondan (Zərərçəkmiş şəxs) 5.500 manat pulu Maratın Moskva Universitetinin Bakı filialına düzəltmək, 10.000 manat pulu isə sonradan onu yerli universitetlərdən birinə köçürmək adı ilə almışdır. İşdə olan, Sabirabad RPŞ-nin rəisinin adına yazılmış 11 oktyabr 2018-ci il tarixli “Ərizə” ilə müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) ondan oğlu Şahid1 Moskva Universitetinin Bakı filialına düzəltmək üçün 5.500 manat, sonradan Şahid1 Azərbaycanda olan universitetlərin birinə köçürülməsi üçün 10.000 manat olmaqla cəmi 15.500 manat pul aldığını və onu aldaraq pulunu mənimsədiyini bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İşdə olan, “Könüllü təqdim edilmiş əşyanın götürülməsi barədə” 13 fevral 2019-cu il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi Şahid1 adına verilmiş üzərində Rus dilində “Studençeskiy Bilet” yazılmış və nömrəsiz tələbə bileti istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-sənədlərin texniki ekspertizasının 02 aprel 2019-cu il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Şahid1 adına olan tələbə biletinin blankı axınlı printerdə çap edilmişdir.Tədqiqata təqdim edilmiş Şahid1 adına olan tələbə biletindəki möhür əksləri relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur.Tədqiqata təqdim edilmiş Şahid1 adına olan tələbə biletində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) edilməmişdir. Tədqiqata təqdim edilmiş Şahid1 adına olan tələbə biletindəki fotoşəkilin üzərindəki möhür əksində «Rossiskaya Federasiya Respublika Daqestan Uçrejdenie vısşeqo X4 i prava Maxaçkala Orqan **********485 İni **********» məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş Şahid1 adına olan tələbə biletinin sağ tərəfdəki möhür əksində “Uçrejdenie vışşeqo X4 i X10 X2 Fakultet” məzmunlu mətn vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat 65 qəpik təşkil edir. İşdə olan, 12 may 2017-ci il tarixli Rus dilində olan arayışın təsdiq edilmiş tərcüməsi ilə müəyyən edilir ki, həmin arayış Şahid1 verilməklə arayışda göstərilir:1998-ci il təvəllüdlü vətəndaş Şahid1 2016-cı ildə, tam orta təhsilə malik olmaqla, xx.xx.2016-cı il tarixli 27-C-saylı əmrə əsasən, təhsil sahəsində dövlət nəzarət üzrə Federal xidmət tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1349 saylı 4 illik dövlət akkreditasiyasına malik olan və təhsil və elm sahəsində nəzarət üzrə Federal xidmət tərəfindən verilmiş ali təhsildən sonrakı təhsil proqramları üzrə təhsil fəaliyyətinin aparılması üçün xx.xx.2015-ci il tarixli 1456 saylı lisenziyaya malik olan İqtisadiyyat-38.03.01 hazırlıq istiqamətinin (ixtisasının) əyani təhsil formalı birinci kursunda təhsil alır.Təhsil müəssisəsində təhsilin bitməsi (ali təhsildən sonrakı proqramlar üzrə təhsili bitməsi və ixtisas işinin müdafiəsinin bitməsi) xx.xx.2020-ci il. İşdə olan, tələbə biletinin təsdiq edilmiş tərcüməsi ilə müəyyən edilir ki, Şahid1 xx.xx.2016-cı il tarixli 27-C saylı əmr ilə qəbul edilmiş, həmin vəsiqə xx.xx.2016-cı il tarixdə verilmiş və xx.xx.2017-ci il tarixədək etibarlıdır. İşdə olan, xx.xx.2023-cü il tarixli Maliyyə və Hüquq İnstitutundan daxil olmuş məktubun təsdiq edilmiş tərcüməsi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs M. həqiqətən də Şahid1 sənədlərini gətirib, hansı ki, xx.xx.2016-cı il tarixli 27-c saylı əmr ilə iqtisadiyyat fakültəsinin əyani şöbəsinin 1-ci kursuna qəbul olub, bu zaman ona xx.xx.2016-cı il tarixli tələbə bileti verilib. Daha sonra ona xx.xx.2017-ci il tarixli 2 saylı qoşma arayışı verilib. Lakin, 2016-2017-ci ilin sessiya nəticələrinə əsasən Şahid1 tədris planını yerinə yetirməyib və heç bir imtahan və məqbulu verməyib, həmçinin qeyd olunmuş dövr ərzində məşğələlərdə olmayıb, o, xx.xx.2017-ci il tarixli 29-c saylı əmr ilə institutundan xaric edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Təhsil Nazirlinin 14 fevral 2014-cü il tarixli, 194 saylı əmri ilə təsdiq edilmiş “Ali Təhsil Müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti qaydaların 2.4-cü bəndinə əsasən, xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsindən dünyanın ən yaxşı ali təhsil müəssisələrin reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır. İşdə olan, “Sənədlərə baxış aparılması haqqında” 18 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Şahid1 məxsus C01061195 №-li pasport 50 vərəqdən ibarətdir. Pasportun fərdi identifikasiya nömrəsi hissəsində xxxxxxx hərf və rəqəmləri, verilmə tarixi bölməsində xx.xx.2015-ci il sözləri, etibarlılıq müddəti kimi xx.xx.2020-ci il rəqəmləri, verən orqan kimi Daxili İşlər Nazirliyi sözləri qeyd olunmuşdur. Sağ küncdə pasport sahibinin imzası əks olunmuşdur. Pasportun digər səhifələrində xarici ölkələrə məxsus möhür və ya viza məlumatları və giriş çıxış məlumatları aşkar olunmadı. Baxışda iştirak edən Şahid1 həmin pasportun özünə məxsus olduğunu, etibarlılıq müddəti bitməsinə baxmayaraq yeniləmədiyini, heç vaxt heç bir xarici ölkəyə səfər etmədiyini bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsinin 23 aprel 2019-cu il tarixli, 414 nömrəli məktubu ilə müəyyən edilir ki, Şahid1 Mahaçqala Maliyyə və Hüquq İnstitutunda təhsil alması barədə təqdim etdiyi D/E-01-5995 nömrəli xx.xx.2017-ci il tarixli arayışa əsasən xx.xx.2020-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. İşdə olan, «Sübutların qiymətləndirilməsi haqqında» 24 mart 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Şahid1 adına olan bir ədəd tələbə bileti iş üzrə maddi sübutkimi tanının cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Zərərçəkmiş şəxs və şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübut hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs cəmi 15.000 manat pul alması və həmin pulu tam olaraq tanışları Ruslan və Ramiz adlı şəxslərə verməsi, Zərərçəkmiş şəxs aldığı puldan özü üçün xərcləməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərdiyi xüsusatlar, yəni Zərərçəkmiş şəxs cəmi 15.000 manat pul alması və həmin pulu tam olaraq tanışları Ruslan və Ramiz adlı şəxslərə verməsi, Zərərçəkmiş şəxs aldığı puldan özü üçün xərcləməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 27 mart 2019-cu il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İşdə olan, “Axtarışda olan şəxsin tutulması haqqında” 28 mart 2019-cu il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs tutulub aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, istintaq orqanının “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 mart 2019-cu il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmləri və qərarının surətləri ilə müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 03 il sınaq müddəti müəyyən edilməklə 06 il 07 ay 04 gün müddətə şərti olaraq azadlıqdan məhrum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qərarı ilə üzərində olan şərti məhkum etmə cəzası ləğv edilərək məhkumluğu vaxtından əvvəl üzərindən götürülmüşdür. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib 4500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və cərimə cəzasını tam çəkib qurtarmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.1, 311.3.2, 312.2, 313, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Apelyasiya Məhkəməsnin 04 noyabr 2020-ci il tarixli qərarı ilə 26 fevral 2020-ci il tarixli hökmü dəyişdirilərək üzərində 01 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 08 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 26 fevral 2020-ci il tarixli qərarla təyin olunmuş cəza yeni təyin edilmiş cəzaya CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən əlavə cəza tam, əsas cəza qismən toplanılmaqla, habelə 28 mart 2019-cu il tarixli hökmlə təyin edilmiş və çəkilməmiş cərimə cəzasının 3900 manat cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş 3900 manat manat cərimə cəzası təyin edilmiş cəzaya tamamilə birləşdirilərək qəti olaraq 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3900 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2020-ci il tarixdən hesablanmışdır. Qeyd olunan 07 may 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş, 05 avqust 2021-ci il tarixli hökm (04 noyabr 2020-ci il tarixli qərarla təyin edilmiş cəzanın bu hökmlə təyin edilmiş cəza ilə toplanması, habelə 28 mart 2019-cu il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməsinin hissəsiinin birləşdirilməsi nəzərə alınaraq) onun məhkumluğu ödənilməmiş və ya götürülməmiş və o, məhkumluğu olan şəxs hesab olunur. Hazırki iş üzrə verilmiş ittihamda göstərilən cinayətləri Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixli hökm (04 noyabr 2020-ci il tarixli qərar) və 05 avqust 2021-ci il tarixli hökm üzrə olan cinayətlərdən əvvəl törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Bakı şəhəri, Subunçu rayon 81 saylı MKİS-nin 27 mart 2023-cü il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 35, mənzil 103-də qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Həmçinin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvvəlki cinayətlərinə görə məhkumluğunun olmasının hazırki əməlinə münasibətdə təhlükəli residiv olması kimi qiymətləndirib cinayətlərin residivi olmasını cəzanı ağırlaşdıran hal kimi qəbul edilmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs əvvəlki cinayətlərinə görə məhkumluqlarla bağlı yuxarıda verilən hüquqi qiymətləndirməni nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki cinayət əməlinə münasibətdə o, məhkumluğu olmayan şəxsdir və iş üzrə onun cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, həmçinin CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 mart 2019-cu il tarixdən 29 mart 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, habelə CM-nin 66.4. və 66.5-ci maddələrinə əsasən, Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya əlavə cəza tam, əsas cəzalar qismən və tam toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası və 3900 manat miqdarında cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2020-ci il tarixdən hesablanmalı və onun Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar cəza çəkməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, Şahid1 adına olan bir ədəd tələbə bileti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyan cəmi 15500 (on beş min beş yüz) manat təşkil edir və həmin ziyan ödənilməmiş, habelə bu ziyanla bağlı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir. İş üzrə zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat 65 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356 və 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 mart 2019-cu il tarixdən 29 mart 2019-cu il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.4. və 66.5-ci maddələrinə əsasən, Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və 3900 (üç min doqquz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya əlavə cəza tam, əsas cəzalar qismən və tam toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifələrdə, maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və 3900 (üç min doqquz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 3900 (üç min doqquz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar cəza çəkməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, Şahid1 adına olan bir ədəd tələbə bileti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə izah edilsin ki, cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ vardır. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat 65 (altmış beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-359/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-359/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver