Məhkəmə qərarları › İş №1(099)-359/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-359/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-359/2024 30.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, ünvan 2-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1984-cü ildə Lənkəran rayonunun Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmış bir ədəd bükümdə 8,365 qram, altı ədəd bağlamalarla ayrı-ayrılıqda 2080,0 qram, 1515,0 qram, 1520,0 qram, 1090,0 qram, 1040,0 qram və 1000,0 qram olmaqla cəmi, külli miqdarda-8253,365 qram narkotik vasitə olan heroinin köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Göyşaban kəndinin ərazisindən keçən hissəsində, üzərində “60” rəqəmi yazılmış yol nişanının yanında gizlədilməsi barədə məlumat verməsindən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbada qablaşdırılmış bir ədəd bükümdə 8,365 qram, altı ədəd bağlamalarla ayrı-ayrılıqda 2080,0 qram, 1515,0 qram, 1520,0 qram, 1090,0 qram, 1040,0 qram və 1000,0 qram olmaqla cəmi, külli miqdarda- 8253,365 qram (8 kq 253,365 qram) narkotik vasitə olan heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, daşıyaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına aparıb həmin heroinin 6 ədəd bağlamada olan hissəsini evin birinci mərtəbəsindəki təmirsiz saxlanc yerində bir ədəd sellofan torbanın içərisində gizlədib saxlayıb, heroinin bir ədəd bükümdə olan 8,365 qramını iki hissəyə bölüb bir ədəd bükümdə 4,929 qram hissəsini Təqsirləndirilən şəxs1 əynindəki şalvarın cibinə və bir ədəd bükümdə 3,436 qram hissəsini Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibinə qoyub hər ikisi üzərlərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Mirsalayev küçəsində saxlanılıb üzərilərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-4,929 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-3,436 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına baxış zamanı evin birinci mərtəbəsindəki təmirsiz saxlanc yerində sbir ədəd sarı rəngli sellofan torbanın içərisində altı ədəd bağlamada, ayrı-ayrılıqda 2080,0 qram, 1515,0 qram, 1520,0 qram, 1090,0 qram, 1040,0 qram və və 1000,0 qram olmaqla, cəmi, külli miqdarda-8245,0 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, sübaydır, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada avtomobil ustası işi ilə məşğul olmuşdur. Əvvəllər narkotik maddələrdən istifadə etmiş və iki dəfə narkotiklə bağlı məhkum olunmuş, sonuncu 2021-ci ildə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2022-ci ilin yanvar ayında cəza müddətinin sonu ilə bağlı cəzaçəkmə yerindən buraxılmışdır. Digər Təqsirləndirilən şəxs2 dostudur, münasibətləri yaxşı olmuşdur. Samiddə narkotik istifadəçisidir. 27 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında onu iş yerinin yaxınlığında küçədə polis əməkdaşları tutmuş, həmin vaxt Samid maşınla gəlib onu evə aparmaq istəmiş, orada Samididə polis tutmuş, sonra onları rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsinə ona qarşı təzyiqlər olmuş, sonra polis əməkdaşları qarşısına qoyulmuş bir büküm heroini üzərinə götürməsini məcbur etmişlər. Sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuş və cibində olan bü büküm heroini özü çıxarıb polislərə təqdim etmişdir. Sorğu-sual zamanı polislərin təzyiqi ilə o, üzərində aşkar olunmuş heroini bir nəfər iranlıdan aldığını, aldığı heroinin bir hissəsinin də torbada evində saxdağını, evində olan narkotik maddəni dostu Samidlə birlikdə Göyşabann kəndinə gedib yol kənarında olan yol nişanının yanından götürdüklərini, Samidə də bir büküm heroin verdiyini bildirmişdir. Sonra polis məkdaşları onu yaşadığı evə aparmış və evində anbar kimi istifadə etdiyi yerdə bir ədəd torba və həmin torbanın içərisində bağlamalarda 3 kq heroin aşkar olunmuşdur. Orada da şifahi sorğu zamanı o, həmin heroini iranlıdan aldığını və gətirib evində saxladığını bildirmişdir. Əslində isə üzərində və yaşadığı evdə aşkar olunmuş heroin kütlələri ona məxsus deyil. Üzərinə bir büküm heroini polis əmkdaşları qoymuş, evinə isə torbanın içərisində heroinin kimin qoymasını bilmir. Onun narkotiklə bağlı heç bir iranlı və başqa şəxslə telefon danışığı olmamış, dostu Samidlə Göyşaban kəndinə gedib narkotik maddə götürməmiş və Samidə heroin verməmişdir. O, əvvəllər narkotik maddələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış, üzərində və evində aşkar olunmuş narkotiklə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə, istifadəsində olan 051/968-88- 86 saylı mobil telefonuna vatsapla İran operatoruna məxsus +**********96 saylı telefon nömrəsindən zəng gəlmiş, zəng edən şəxs özünü iranlı kimi təqdim etmişdir. Həmin şəxslə danışarkən bu şəxs ona təklif edib onda narkotik vasitələrin olduğunu, dediyi yerdən narkotik maddəni göndərib sonra deyəcəyi başqa yerə qoysa ona pul, həm də istifadəsi üçün narkotik maddə vercəyini bildirmiş, o da razılaşmışdır. 29 sentyabr 2023-cü ildə həmin şəxs yenidən vatsapla ona zəng edib narkotik maddə olan bağlamanın (torbanın) Lənkəran rayonun Göyşaban kəndinin ərazisində, yolun kənarında üzərində “60” rəqəmi yazılmış yol nişanın altına qoyulduğu, gedib oradan götürməsini bildirmiş, həm də həmin yerini şəkilini telefonuna göndərmişdir. Bundan sonra o, dostu Təqsirləndirilən şəxs2 zəng edib onu yaşadığı ünvana çağırmış, Samid də idarə etdiyi maşınla yaşadığı evin qarşısına gəlmişdir. O, Samidə tanımadığı İran vətəndaşının ona zəng etdiyini, içərisində narkotik maddə olan bağlama (torba) göndərdiyini və bağlamanın (torbanın) Göyşaban kəndində qoyulduğu, birlikdə gedib narkotik maddəni götürsələr ona “kakos”, yəni heroin verəcəyini bildirmiş, Samid də razılaşmışdır. Sonra onlar həmin gün saat 16-17 radələrində Samidin idarə etdiyi maşınla həmin yerə, Göyşaban kəndinin ərazisinə getmiş, orada o, maşından düşüb yolun kənarında üzərində “60” rəqəmi yazılmış yol nişanının altına qoyulmuş yerdə bir bədəd bağlamanı (torbanı) götürüb avtomobilə əyləşmişdir. Sonra onlar birilkdə özünün yaşadığı ünvan 2 ünvanına getmişlər. Evdə o, torbanı anbar kimi istifadə etdiyi yerə aparıb torbanın içərisinə baxmış və torbanın içərisində üzəri yapışqan lentlə sarınmış 6 ədəd bağlamada və bir bükümdə heroin olduğunu görmüşdür. Sonra o, torbanın içərisində 6 ədəd bağlamanı anbarda gizlətmiş, bir bükümü isə götürüb yarısını dostu Samidə vermiş, yarısını da özü istifadəsi üçün əynindəki şalvarının cibinə qoyub üzərində saxlamışdır. Bir müddət evdə söhbət etdikdən sonra o, Samidlə birlikdə avtomobilə əyləşib Lənkəran rayonun Qalayçılar məhəlləsinə gedib avtomobili orada saxlamış, sonra onlar birlikdə Lənkəran şəhəri, Mirsalayev küçəsi ilə piyada hərəkətdə olan vaxt polis əməkdaşları onları saxlayıb üzərilərində narkotik maddə saxlamaqda şübhəli olduqları bildirilib polis şöbəsinə aparılmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış, axtarış zamanı özü cibindən bir bükümü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində heroin kütləsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini iki gün əvvəl telefonda vatsapla danışıb İran vətəndaşından aldığını, həmin heroindən götürüb istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmçinin 29 sentyabr 2023-cü il tarixdə iranlının ona narkotik maddənin qoyduğu yerin fotoşəklini göndərdiyi və həmin şəkil əsasında dostu Samidlə birlikdə Göyşaban kəndinə gedib yolun kənarına qoyulmuş yerdən narkotik maddə olan bağlamanı (torbanı) götürüb yaşadığı evə aparıb anbarda gizlətdiyini demişdir. Sonra polis əməkdaşları onu yaşadığı evə aparmış, orada özünün və vəkilin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı özü evin birinci mərtəbəsində içərisində təmir, tikinti alətləri olan və anbar kimi istifadə etdiyi yeri göstərib həmin yerdə gizlətdiyi, içərisində narkotik maddə olan sarı rəngli torbanı götürüb polislərə təqdim etmişdir. Təqdim etdiyi torbanın içərisində üzəri yapışqan lentlə sarınmış 6 ədəd bağlama və həmin bağlamaların içərisində heroin kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş heroin kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, sonra sənədləşmə aparpılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri və üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında ifadə vermiş, həmin ifadəsində nə yazılmasını bilməmişdir. Onun iranlı ilə əlaqə saxlayıb Samidin maşını ilə Göyşaban kəndinə gedib içərisində narkotik maddə olan torbanı götürüb yaşadığı evə gətirməsi, sonra Samidə heroin verməsi, üzərində heroin olması barədə yazılanları təsdiq etmir, həmin ifadəsini polislərin təzyiqi altında onların dediyi kimi vermişdir. Samidlə üzləşdirmə zamanı da polislərin təzyiqi altında olduğundan Samidə heroin verdiyini, ifadəsi yerində yoxlanan zaman isə Samidlə birlikdə Göyşaban kəndinə narkotik maddə götürmək üçün getdiklərini bildirmişdir. Əslindlə isə ona heç bir iranlı zəng etməmiş, narkotik maddə alması ilə bağlı onun iranlı və ya başqa bir şəxslə danışığı olmamış, dostu Samidlə birlikdə Göyşaban kənidənə gedib içərisində narkotik maddə olan torbanı götürüb evinə aparmamış, dostu Samidə heroin verməmişdir. Üzərində və yaşadığı evdə aşkar olunmuş heroin kütlələri ona məxsus deyil, üzərində aşkar olunmuş heroini cibinə polis əməkdaşı qoymuş, evinə içərisində heroin kütlələri olan torbanın kimin qoymasını isə bilmir. O, üzərində və yaşadığı evdə aşkar olunmuş narkotiklə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və heç bir cinayət əməli törətməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran rayonunun Şilavar kəndində yaşamıış, heç bir yerdə işləməmiş, təsərrüfat işləri ilə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasəndə heroindən istifadə etmişdir. Narkotik maddə əldə edib saxladığını görə 2021-ci ildə məhkum olunmuşdur. Digər Təqsirləndirilən şəxs1 dostudur, münasibətləri yaxşı olmuşdur. 29 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında qayınının maşını ilə dostu Bünyadın yanına gedərkən polis əməkdaşları onları tutmuş, sonra onara Bünyadın da polislər tərəfindən tutulduğunu bilmiş və onlar polis şöbəsinə aparılmışlar. Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsinə polis əməkdaşları onu döymüş, sonra polis əməkdaşları qarşışısına qoyulmuş bir büküm heroini üzərinə götürməsini məcbur etmişlər. Sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuş və cibində olan bü büküm heroini özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı polis əməkdaşlarının təzyiqi ilə o, üzərində aşkar olunmuş heroini ona Bünyadın verdiyini və istifadəsi üçün üstündə saxladığını bildirmiş, sonra da polislərin dediyi kimi belə ifadə vermişdir. Əslində isə tutulan vaxt üzərində narkotik maddə olmamış, Bünyad ona heroin verməmiş, heroini üzərinə polis əməkdaşları qoymuşdur. Həmçinin o, qayınına məxsus maşınla Bünyadla birlikdə narkotik maddəni götürmək üçün Göyşaban kəndinə getməmişdir. O, üzərində aşkar olunmuş narkotiklə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, beş ildən çoxdur ki, hroindən istifadə etməyə başlamışdır. 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində dostu Təqsirləndirilən şəxs1 ona zəng edib yaşadığı ünvana gəlməsini xahiş etmiş, o da qayınına məxsus VAZ-2107 markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobililə onun yaşadığı ünvana getmişdir. Orada Bünyad ona Lənkəran rayonun Göyşaban kəndinin ərazisində, yol kənarında olan yol nişanının yanına narkotik maddənin bağlamasının qoyulduğunu, gedib onu oradan götürmək lazım olduğunu, əvəzində ona istifadəsi üçün «kakos» (heroin) verəcəyini demiş, o da razılaşmışdır. Sonra idarə etdiyi avtomobillə Bünyadla birlikdə Göyşaban kəndinə getmişlər. Göyşaban kəndinin ərazisində Bünyadın dediyi yerdə, yəni yolun kənarında olan üzərində “60” rəqəmi yazılmış yol nişanı yanında avtomobilini saxlamışdır. Bünyad həmin yol nişanının şəklinin ona göndərildiyini və narkotik maddənin həmin yerdə olduğunu və oradan narkotik bağlamasını götürcəyini deyib avtomobildən düşmüşdür. Sonra Bünyad əlində bağlama ilə gəlib avtomobilə əyləşmiş və onlar birlikdə Bünaydın yaşadığı ünvana getmişlər. Bünyadın yaşadığı evin qarşısında avtomobili saxlamış və Bünad avtomobildən bağlamanı götürüb avtomobildən düşüb həyətinə girmişdir. Bir azdan Bünyad qayıdıb gəlmiş və ona istifadəsi üçün bir büküm heroin vermişdir. Sonra o, Bünyadla birlikdə idarə etdiyi avtomobillə Lənkəran şəhəri, “Qalayçılar” adlanan məhəlləyə gedib orada avtomobili saxlamışdır. Bundan sonra o, Bünyadla birlikdə Lənkəran şəhəri, Mirsalayev küçəsi ilə piyada hərəkətdə olarkən polis əməkdaşları onları saxlayıb üzərilərində narkotik maddə saxlamada şübhəli olduqları bildirilib rayon polis şöbəsinə aparılmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki şalvarın cibindən bir bükümdə heroini çıxarıb polislərə təqdim etmişdir. Şifahi sorğu zamanı üzərində aşkar olunmuş heroini ona dostu Bünyadın verdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmçinin 29 sentyabr 2023-cü il tarixdə Bünyadla birlikdə idarə etdiyim avtomobillə Göyşaban kəndinə getdiklərini və Bünyadın oradan içərisində narkotik maddə olan bağlamanı (torbanı) götüdüyünü, sonra həmin bağlamanı (torbanı) Bünyadın onun idarə etdiyi avtomobillə yaşadığı evə apardığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri və üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında ifadə vermiş, həmin ifadəsində onun qayınına maşınla Bünyadla birlikdə Göyşaban kəndinə gedib içərisində narkotik maddə olan torbanı götürüb Bünyadın yaşadığı evə getmələri, Bünyadın ona heroin verməsi barədə yazılanları təsdiq etmir, həmin ifadəsini polislərin təzyiqi altında onların dediyi kimi vermişdir. Bünyadla üzləşdirmə zamanı da polislərin təzyiqi altında olduğundan Bünyadın ona heroin verdiyini, ifadəsi yerində yoxlanan zaman isə Bünyadla birlikdə Göyşaban kəndinə narkotik maddə götürmək üçün getdiyini bildirmişdir. Əslindlə isə tutulan vaxt üzərində narkotik maddə olmamış və o, maşınla dostu Bünyadı Göyşaban kənidənə aparmamış, Bünyad ona heroin verməmişdir. Hazırda o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və o, heç bir cinayət əməli törətməmişdir Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 29 sentyabr 2023-cü il tarixdə ona Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 və Lənkəran rayonun Şiləvar kənd sakini Təqsirləndirilən şəxs2 narkotk vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatları daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, 29 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Mirsalayev küçəsində olmaları müəyyən edilib nəzarətə götürmuş, daha sonra əməliyyat qurupu tərəfindən onlar saxlanılıb üzərilərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduqları bildirilib polis şöbəsinə aparılmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın cibindən bir büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinin özünə məxsus olmasını və həmin heroini İran vətəndaş kimi özünü təqdim edən, tanımadığı şəxsdən iki gün əvvəl telefonda vatsapla danışıb aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, iranlı ona narkotik maddə olan bağlamanın (torbanın) Lənkəran rayonun Göyşaban kəndində, yol kənarında olan yol nişanının altına qoyulduğunu dedikdən sonra o, dostu Samidlə birlikdə onun idarə etdiyi maşınla həmin yerə gedib gizlədildiyi yerdən bağlamanı (torbanı) götürüb yaşadığı evə gətirmiş və hazırda həmin bağalama (torba) onun yaşadığı evdədir. Bundan sonra təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə (ünvan 2-da) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin anbarında gizlətdiyi yerdən bir ədəd sarı rəgnli torbanı götürüb təqdim etmişdir. Həmin torbanın içərisində 6 ədəd bağalamada heroinə oxşar kütlələr aşkar edilmişdir. Elə orada şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunan kütlələrin heroin olduğunu, həmin narkotik maddəni İran vətəndaşı olan bir şəxsdən aldığını, 29 sentyabr 2023-cü il tarixdə narkotik maddə olan torbanın Göyşaban kəninin ərazisində yol kənarındakı “60” rəqəmi yazılmış yol nişanının altına qoyulması barədə məlumat verildikdən sonra dostu Samidlə birlikdə gedib oradan torbanı götürüb evinə gətirdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış zamanı, həm də evə baxış onların hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid4 Baləddin oğlu, Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 29 sentyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 və Lənkəran rayonun Şiləvar kənd sakini X4 narkotik maddələr əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Samid Əlyev 29 sentyabr 2023-ci il tarixdə, saat 18:30 radələrində Lənkəran şəhəri, Mirsalayev küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Emil Nurizadə tərəfindən müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibindən bir ədəd büküm və həmin bükümün içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş heroini tanımadığı iranlıdan aldığını, iki gün əvvəl İran vətəndaşı olan tanımadığı şəxs vatsapla onunla əlaqə saxlayıb içərisində narkotik maddə olan bağlamanın qoyulduğu yerin fotoşəklini göndərmiş, 29 sentyabr 2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2lə birlikdə Lənkəran rayonun Göyşaban kəndinə gedib orada yol kənarına qoyulmuş yerdən bir ədəd bağlamanı götürüb yaşadığı evə aparıb (ünvan 2 ünvanına) saxladığını bildirmişqdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Emil Nurizadə tərəfindən müdafiəçi Vəliəhəd Həbibov və şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında olan fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin birinci mərtəbəsində yerləşən saxlanc yerindən bir ədəd sarı rəngli sellofan torbanı götürüb təqdim etmiş və həmin torbanın içərisində 6 ədəd bağlamalarda heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu Təqsirləndirilən şəxs1 torbanın içərsində aşkar olunmuş bağlamalarda olan heroini 29 sentyabr 2023-cü il tarixdə Lənkəran rayonun Göyşaban kəndinin ərazisində, yol kənarında olan “60” rəqəmi yazılmış yol nişanın altından dostu Təqsirləndirilən şəxs2lə birlikdə götürüb evinə gətirdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin təhqiqatçısı Emil Nuruxadə tərəfindən müdafiəçi İntiqam Hüsyenovun iştirakı ilə və videoçəkilişlə X4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Samid Əlyevin əynindəki şalvarının cibindən bir ədəd büküm və həmin bükümün içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Samid Əlyev üzərində aşkar olunmuş heroini ona 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində dostu Bünyadın verdiyini, 29 sentyabr 2023-cü il tarixdə onun Bünyadla birlikdə Lənkəran rayonun Göyşaban kəndinə gedib orada içərisində heroin olan bağlamanı (torbanı) götürmələrini və Bünyadın həmin bağlamanı (torbanı) aparıb hara qoymasından məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2023-cü il tarixli, 19/900 №li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 3,436 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkitik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 3,386 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2023-cü il tarixli, 19/901 №li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “ vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 4,929 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış zamanı götürülmüş 6 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: 2080,0 qram, 1515,0 qram, 1520,0 qram, 1090,0 qram, 1040,0 qram və 1000,0 qram olmaqla ümumi təmiz çəkisi-8245,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ...” və “Vətəndaş Təqsirləndirilən şəxs1 yaşaıdğı mənzilə baxış zamanı götürülmüş 6 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ...” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı, ümumilikdə 7 ədəd olmaqla ümumi təmiz çəkisi-8249,929 qram olan heroinlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 olunun üzərindən və mənzilindən aşkar edilmiş ümumilikdə 7 bükülü heroinlər, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 büküm heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 8249,229 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab edilməsi barədə” 30 noyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-8249,229 qram heroin və 3,386 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlarla və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DMD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 1004 №-li rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 1005 №-li rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 dekabar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulunundan yarananan asılılıq sindromu (narkomaniya xəstəlyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 dekabar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulunundan yarananan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyti arayışa əsasən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi” haqqında 26 dekabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində 051/708-80-05 saylı və Təqsirləndirilən şəxs1 istifadəsində 051/968-88-86 saylı mobil telefon nömrələri olmuş və həmin nömrələr arasında xx.xx.2023-cü il tarixdə 2 dəfə, xx.xx.2023-cü il tarixdə 2 dəfə, xx.xx.2023-cü il tarixdə 2 dəfə, xx.xx.2023-cü il tarixdə 9 dəfə, xx.xx.2023-cü il tarixdə 8 dəfə, xx.xx.2023-cü il tarixdə qarşılıqlı olaraq bir-birilərinə 22 dəfə, xx.xx.2023-cü il tarixdə 2 dəfə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə 3 dəfə, xx.xx.2023-cü il tarixdə 10 dəfə, xx.xx.2023-cü il tarixdə qarşılıqlı olaraq 14 dəfə, xx.xx.2023-cü il tarixdə 4 dəfə, xx.xx.2023-cü il tarixdə qarşı 12 dəfə qarşlıqlı olaraq birilərinə, 16 sentyabr 2023-cü il tarixdə 4 dəfə, xx.xx.2023-cü il tarixdə 6 dəfə, xx.xx.2023cü il tarixdə 10 dəfə, xx.xx.2023-cü il tarixdə 4 dəfə, xx.xx.2023-cü il tarixdə qarışılıqlı olaraq 8 dəfə dəfə, xx.xx.2023-cü il tarixdə 4 dəfə, xx.xx.2023-cü il tarixdə 9 dəfə, xx.xx.2023-cü il tarixdə 6 dəfə, xx.xx.2023-cü il tarixdə 6 dəfə, xx.xx.2023-cü il tarixdə 4 dəfə, xx.xx.2023-cü il tarixdə 8 dəfə, xx.xx.2023-cü il tarixdə 4 dəfə, habelə xx.xx.2023-cü il tarixdə, saat 00:00da 64 saniyə, saat 00:11-də 166 saniyə, 00:16-da 81 saniyə, 03:43-də 21 saniyə, saat 13:33-də 17 saniyə, saat 13:34-də 173 saniyə, saat 15:46-də 14 saniyə müddətində telefon danışıqları olmuşdur. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olunmaqla döyülməsi barədə məhkəmədən daxil olmuş məlumat üzrə Lənkran rayon prokurluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi barədə” 27 dekabr 2023-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər şəxslərinin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid4, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən- ona heç bir iranlının zəng etməməsi, narkotik maddə alması ilə bağlı onun iranlı və ya başqa bir şəxslə danışığının olmaması, dostu Samidlə birlikdə Göyşaban kənidənə gedib içərisində narkotik maddə olan torbanı götürüb evinə aparmaması, dostu Samidə heroin verməməsi, üzərində və yaşadığı evdə aşkar olunmuş heroin kütlələri ona məxsus olmaması, üzərində aşkar olunmuş heroini cibinə polis əməkdaşının qoyması və evinə içərisində heroin kütlələri olan torbanın kimin qoymasını bilməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqləri məruz qalması və polis əməkdaşlarının bir büküm heroini üzərinə qoyub özünə məxsus olmasını, Samidə heroin verməsini və Samidlə birlikdə Cöyşaban kəndinə narkotik maddə götürmək üçün getmələrini deməyə məcbur edilməsinə, heç bir cinayət əməli törətməməsinə aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-tutulan vaxt üzərində narkotik maddənin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqləri məruz qalması və polis əməkdaşlarının bir büküm heroini üzərinə qoyub özünə məxsus olmasını və həmin heroini ona Bünyadın verməsini, həm də Bünyadla birlikdə narkotik maddə götürmək üçün Göyşaban kəndinə getmələrini deməyə məcbur edilməsi, tutulan vaxt üzərində narkotik maddənin olmaması, maşınla dostu Bünyadı Göyşaban kənidənə aparmaması, Bünyadın ona heroin verməməsi və heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni ona heç bir iranlının zəng etməməsi, narkotik maddə alması ilə bağlı onun iranlı və ya başqa bir şəxslə danışığının olmaması, dostu Samidlə birlikdə Göyşaban kənidənə gedib içərisində narkotik maddə olan torbanı götürüb evinə aparmaması, dostu Samidə heroin verməməsi, üzərində və yaşadığı evdə aşkar olunmuş heroin kütlələri ona məxsus olmaması, üzərində aşkar olunmuş heroini cibinə polis əməkdaşının qoyması və evinə içərisində heroin kütlələri olan torbanın kimin qoymasını bilməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqləri məruz qalması və polis əməkdaşlarının bir büküm heroini üzərinə qoyub özünə məxsus olmasını, Samidə heroin verməsini və Samidlə birlikdə Cöyşaban kəndinə narkotik maddə götürmək üçün getmələrini deməyə məcbur edilməsinə, heç bir cinayət əməli törətməməsinə dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqləri məruz qalması və polis əməkdaşlarının bir büküm heroini üzərinə qoyub özünə məxsus olmasını və həmin heroini ona Bünyadın verməsini, həm də Bünyadla birlikdə narkotik maddə götürmək üçün Göyşaban kəndinə getmələrini deməyə məcbur edilməsi, tutulan vaxt üzərində narkotik maddənin olmaması, maşınla dostu Bünyadı Göyşaban kənidənə aparmaması, Bünyadın ona heroin verməməsi və heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar (prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmaları faktları təsdiq olunmamışdır), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışla bağlı protokollarla, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində təqsirləndirilən şəxslər ittihamda göstərilən bütün hallarıı tam olaraq təsdiq etmişlər), təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanması və üzləşdirmə protokolları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən (29 sentyabr 2023-cü il tarixdə qüvvədə olmuş) beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 8253,365 qram (8 kq 253,365 qram) narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 01 oktyabr 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən olunur ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixdə qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisini 05 noyabr 2021-ci il tarixli Aministiya Qərarının 4-cü bəndi tətbiq edilərək 24 avqust 2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və 07 yanvar 2022-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkil qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 04 dekabr 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş, lakin 24 avqust 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətin residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Lənkəran şəhər 1 №-li İƏD üzrə Nümayəndəliyindən verilmiş 21 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri, Vaqif küsəsi ev 10-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyi ondan şikayət və ərizə daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirinə hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 17 may 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində olan Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü icra və probasiya şöbəsinə 09 yanvar 2024-cü il tarixdə daxil olmuş, həmin vaxt məlum olmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin 01 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 17 sentyabr 2021-ci il tarixli hökmlə təyin edilmiş 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını məhkum Təqsirləndirilən şəxs2 çəkməmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 17 sentyabr 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır) məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olsa da, onun hazırki cinayət əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Lənkəran rayon Şiləvar kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayonunun Şiləvar kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü intizamlı aparmış, ailəsi və qonşuları ilə səmimi münasibətdə olmuşdur) xarakterizə olunur. İşdə olan, Lənkəran rayon Şiləvar kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 oktyabr 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində 2009-cu il təvəllüdlü X5 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən halı və Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Habelə Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 02 il 05 ay 22 gün müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 01 il 02 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 01 il 02 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə təqsirləndirilən şəxs şəxslər yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 8249,229 qram (8 kq 249,229 qram) narkotik vasitə olan heroin və 3,386 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlar və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-180 (bir yüz səksən) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 90 (doxsan) manat və Təqsirləndirilən şəxs2 90 (doxsan) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 22 (iyirmii iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 8249,229 qram (8 kq 249,229 qram) narkotik vasitə olan heroin və 3,386 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlar və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-180 (bir yüz səksən) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 90 (doxsan) manat və məhkum Təqsirləndirilən şəxs2 90 (doxsan) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar