Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-36/2022 21.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu(sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasnın katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafəiçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Astara rayonu Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3 –cü maddələri ilə və xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda psixotrop maddə metamfetamin, iki ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 20 ədəd üzərlərində “F/M 40” göstəriciləri olan, narkotik vasitə hesab edilən açıq qəhvəyi rəngli metadon həblərini və heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 15 may 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu ünvan 4 ünvanın qarşısında saxlanılmış, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd gümüşü rəngli kağız bükümdə olan 0,447 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə şəxsi istehlak miqdarından az miqdarda, təmiz çəkisi 0,072 qram narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sol yan cibindən, tərkibində metadonun təsiredici madəsinin ümumi miqdarı 0,8 qram təşkil edən iki ədəd konvolyutda 20 ədəd olan narkotik vasitə metadon həbləri isə əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satma barədə şəxsiyyəti müəyyən olunmayan “Salamat” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” vasitəsilə danışıb sonuncunun müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni Cəlilabad rayonu ərazisində qəbul edib müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyə köməklik etməyi “Salamat”a qabaqcadan vəd vermişdir. Aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni əldə etmə barədə razılığa gəlmiş, daha sonra məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,070 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində gəzdirdiyi bir ədəd kastet bıçağı özü ilə götürərək 21 may 2021-ci il tarixdə onların cinayətkar niyyətindən məlumatsız olan taksi sürücüsü fəaliyyəti ilə məşğul olan Şahid4 idarə etdiyi “Xəzər-Lada” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonuna gəlib Bakı-Ələt-Astara magistral yolunun (köhnə) istiqamətlərinə uyğun olaraq sol kənarında quraşdırılmış üzərində “144” yazılan dəmir lövhənin yaxınlığında avtomobili saxlatdırıb Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb bir ədəd sintetik torbada olan külli miqdarda narkotik vasitə heroini gizlədildiyi yerdən götürərək qanunsuz olaraq əldə edib avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsinə qoyub gizlətməklə daşımış, həmin tarixdə saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,070 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, daha sonra Xəzər-Lada markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 07 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1400 qr., 970 qr., 1510 qr., 1340 qr., 1675 qr., 1930 qr., 1800 qr., olmaqla ümumi təmiz çəkisi – 10625 qram qəhvəyimtil rəngli eyni tərkibli külli miqdarda narkotik vasitə olan heroin avtomobilin sol arxa oturacağının ayaq altı hissəsindən, qanunuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən həmin bir ədəd kastet bıçaq avtomobilin sağ ön oturacağının alt hissəsindən aşkar edilib götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü yalnız CM-nin 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində gecə vaxtı polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmış, üzərində şəxsi istifadəsi üçün az miqdarda heroin aşkar olunmuşdur. Sonra məhkəməyə aparılmış, orada özünü təqsirli bilmiş və həbs olunmamışdır. Bundan sonra, 19 may 2021-ci il tarixdə axşam saat 21-22 radələrində Bakı şəhərində olarkən Lökbatan dairəsində taksi sürücüsü kimi tanıdığı Şahid4 zəng vurub onu Cəlilabad rayonuna aparmasını xahiş etmişdir. Cəlal yaxınlıqda olduğunu bildirərək onun dediyi yerə gəlmişdir. Maşında tanımadığı bir nəfər sərnişinin olduğunu görmüş, Cəlaldan həmin şəxsin kim olduğunu soruşmuş, Cəlalın isə cavabında onun dostu olduğunu demişdir. Birlikdə Astara rayonuna yola düşmüşlər. Cəlilabad rayonunun girəcəyində polis əməkdaşları tərəfindən maşın saxlanılmış və polis əməkdaşlarının onlara axtarışda bir nəfər şəxsin olduğunu, həmin şəxsin onların olubolmaması dəqiqləşdirmək istədiklərini bildirmişlər. Bu məqsədlə Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Orada izahat yazmışlar. Ondan əvvəllər məhkum olunub olunmamasını və üzərlərində narkotikin, silahın olub-olmaması barədə soruşmuşlar. Məhkum olunduğunu, lakin narkotikdən və silahdan uzaq olduğunu demişdir. Bundan sonra polis şöbəsində döyülmüşdür. Səhər ona məlum olmuşdur ki, gəldikləri maşında narkotik aşkar olunmuşdur. Polis əməkdaşları ona “Bakıda tululmusan, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilməlisən” demişlər. Lakin buna etiraz etdikdən sonra tanımadığı polis əməkdaşı ona “istəyirsən üzərindən kilo ilə narkotik çıxsın” demiş, buna görə də məcbur olub onların dediklərini qəbul etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin izahat və ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində təmir-tikinti işləri ilə məşğul olmaq üçün briqadirlik etmişdir. 15 may 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən az miqdarda şəxsi istifadəsi üçün metamfetamin və heroin və sağ yan cibindən isə iki ədəd qəhvəyi rəngli listin içərisində olan 20 ədəd metadon aşkar edilmişdir. Heroini, metamfetamini və dərman preparatını 13 may 2021-ci il tarixdə Yasamal rayonu “Sovetski” adlanan ərazidən Kamran adlı şəxsdən 40 manata, üzərində “Methadone 40” yazısı olan dərman preparatını isə 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Bakı şəhərində təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən evini təmir etmişdir. Təmir işləri görüldükdən sonra Cəlalın ona 1600 manat borcu qalmış, hər dəfə söz versə də borcunu ödəməmişdir. 20 may 2021-ci il tarixdə saat 22 radələrində Cəlaldan ona olan borcunu istəmək üçün onun yaşadığı Zığ qəsəbəsindəki evinə getmiş, Cəlaldan borcunu istədikdə X3 rayonunda ona əmanəti verəcəyini və həmin əmanəti Bakı şəhərinə çatdırdıqdan sonra bunun qarşılığında pul alacağını və həmin pulu aldıqdan sonra ona olan borcunu ödəcəyini bildirmişdir. Cəlal Cəlilabad rayonuna gəlməyə qorxduğunu bildirib onunla birlikdə Cəlilabad rayonuna getməyini istəmişdir. Həmçinin bildirmişdir ki, cənub regionundan olduğundan onunla birlikdə Cəlilabad rayonuna gəlmək istəyir. Cəlalın təklifi ilə razılaşmışdır. 21 may 2021-ci il tarixdə saat 07 radələrində Cəlalın yaşadığı evin yanında onunla görüşmüş, təxminən 40 dəqiqə sonra sonradan adının Cəlal olduğunu bildiyi “Khazar Lada” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobil ilə onların yanına gəlmişdir. Cəlal taksi sürücüsü ilə onları 80 manat yol pulu müqabilində Cəlilabad rayonuna aparıb gətirmək barədə razılaşdıqdan sonra 21 may 2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhərindən Cəlilabad rayonuna yola düşmüşlər, saat 11 radələrində Cəlilabad şəhərinə çatmışlar. Cəlilabad şəhərində olan zaman Təqsirləndirilən şəxs2 kiminləsə telefonla danışırmış, Cəlaldan narkotik vasitə əldə etmək üçün Cəlilabada gəlməsi barədə soruşduqda o, Cəlilabad rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişdir. Bundan sonra Cəlal Təqsirləndirilən şəxs2 Babayevə maşını Masallı şəhəri istiqamətində sürməyi tapşırmış, Masallı rayonu istiqamətində yolun sol kənarında olan üzərində “144” yazısı olan lövhənin yanından keçəndə Təqsirləndirilən şəxs2 maşını saxlamasını və geriyə döndərməsini istəmişdir. Şahid4 də maşını geriyə sürmüş, təxminən 15 metr getdikdən sonra Təqsirləndirilən şəxs2 ayaqyoluna getmək üçün maşını saxlatdırıb maşından düşmüş, Şahid4 isə maşında qalmışdır. Təqsirləndirilən şəxs2 yaxınlıqdakı üzərində “144” yazısı olan lövhənin yanına getmiş və onu maşına tərəf çağırmış, maşına tərəf gəldikdə Təqsirləndirilən şəxs2 arxa sağ oturacaqda oturmuş və maşını sürməsini tapşırmışdır. Cəlal maşını Uzuntəpə kəndi istiqamətində sürmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən maşın saxlanılmış və Cəlilabad RPŞ-yə aparılmışlar. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən heroini təqdim etmişdir. Bundan sonra Şahid4 idarə etdiyi “Khazar Lada” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, maşının arxa sağ oturacağının altından 1 ədəd sarı rəngli torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin torbaya baxış keçirilən zaman içərisindən 7 ədəd bağlamada, ümumi təmiz çəkisi 10625 qram heroin aşkar edilmiş, həmin heroin Təqsirləndirilən şəxs2 məxsusdur və 21 may 2021-ci il tarixdə saat 11 radələrində Cəlilabad rayonu ərazisindəki üzərində “144” yazısı olan lövhənin yanından götürüb Cəlalın idarə etdiyi avtomobilə qoymuşdur. Maşında aşkar edilərək götürülmüş 1 ədəd suvenir formalı xəncər ona məxsusdur, həmin xəncəri təxminən 2 il əvvəl səyyar satışdan almışdır. Xəncəri özü ilə götürmüşdür ki, əntiq əşyaların satış ilə məşğul olan dükanlara satsın. Baxış zamanı Cəlalın maşınından aşkar edilmiş 1 ədəd bıçağın 3 ədəd şprisin, şüşə ampulanın və ağ maddənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə almaq üçün Cəlilabad rayonuna gəldiyindən əvvəlcədən məlumatlı olmamış. Cəlalın narkotik vasitə almaq üçün gəldiyini Cəlilabad rayonuna gəldikdən sonra onun telefon danışığından bilmişdir. Onunla Təqsirləndirilən şəxs2 ilə arasında hər hansı bir razılıq olmamışdır. Təqsirləndirilən şəxs2 ona demişdir ki, iranlı Cəlilabad rayonuna əmanət göndərib, həmin əmanəti Cəlilabaddan götürüb Bakı şəhərinə gətirəcək və bunun qarşılığında pul alacaq. Cəlal həmin əmanətin nə olduğunu ona deməmişdir. Maşında aşkar olunan heroinin kim tərəfindən və hansı şəraitdə Cəlilabad rayonuna gətirilməsini bilmir. Saxlanılan zaman, eləcə də polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 may 2021-ci il tarixdə saat 8 radələrində taksi sürücüsü və tanışı olan Şahid4 onlarda olarkən ona zəng gəlmişdir ki, bir nəfər sərnişin var onu Astaraya aparmaq lazımdır. Cəlalın maşını ilə birlikdə Lökbatan dairəsinə gəlmiş, həmin Asəf adında sərnişini oradan götürüb yola düşmüşlər. Cəlilabad rayonuna daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və rayon polis şöbəsinə aparılmışlar. Şöbəyə nəyə görə aparıldığını bilməmişdir. Gecə vaxtı Rövşən adlı polis nəfəri gəlib bildirdi ki, maşında qanunsuz narkotik var. Səhər maşına baxış keçirilərkən 9 kq narkotik aşkar olundu. Bu cinayət işində təqsiri yoxdur, özünü təqsirli bilmir, narkotik ona məxsus deyil. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəllərində sosial şəbəkədə təsadüfən Salamat adında bir iranlı ilə tanış olmuş Salamat ilə istifadəsində olan ***-***-**-** saylı nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə xatırlamadığı İran nömrəsi ilə əlaqə saxlamışdır. Salamat ilə danışarkən onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və ona istədiyi vaxt narkotik vasitə sata biləcəyini bildirmişdir. Sonuncu dəfə 20 may 2021-ci il tarixdə saat 19 radələrində Səlamət ilə “Whatsapp” proqramı vasitəsi ilə danışan zaman ona təklif etmişdir ki, onun göndərdiyi narkotik vasitəni Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirsə ona 1000 manat pul verəcəkdir.Həmin pulu Bakı şəhərində narkotiki qoyduğu yerdən götürəcəkdir. Salamatın təklifi ilə razılaşıb onun İrandan göndərdiyi narkotik vasitəni Cəlilabad rayonundan götürüb Bakı şəhərinə aparacağına söz vermiş və bundan sonra Salamat onunla əlaqə saxlayacağını bildirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində öz istifadəsi üçün tanımadığı bir nəfər şəxsdən təxminən 1,5 qram çəkidə heroini 30 manata almışdır. Aldığı narkotik vasitədən bir hissəsini həmin gün istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır ki, sonradan istifadə edər. Həmin gün Salamat yenidən onunla əlaqə saxlayıb narkotik vasitəni göndərəcəyini bildirərək növbəti gün səhər saatlarında Cəlilabad rayonuna gedib narkotik vasitəni götürməyini tapşırmışdır. 20 may 2021-ci il tarixdə saat 22 radələrində əvvəllər tanıdığı və onun evini təmir edən Astara rayon sakini Təqsirləndirilən şəxs1 150 manat pul borcunu istəmək üçün yaşadığı evə gəlmişdir. Asəfə iranlı Salamat ilə arasında olan razılaşma barədə danışmış və ona bildirmişdir ki, onunla birlikdə Cəlilabad rayonuna gəlib Salamatin göndərəcəyi narkotik vasitəni götürməkdə ona köməklik etsə 1000 manat puldan ona olan 150 manat borcunu ödəyəcəyini və əlavə olaraq 100 manat pul verəcəyini bildirmişdir. Asəf onun təklifi ilə razılaşıb Səlamətin göndərdiyi narkotiki Cəlilabad rayonundan götürüb Bakı şəhərinə gətirməkdə ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra səhərisi gün, 21 may 2021-ci il tarixdə saat 07 radələrində Asəf ilə yaşadığı evin yanında görüşmüş, əvvəllər tanıdığı taksi sürücüsü Şahid4 zəng edib idarə etdiyi “Khazar Lada” markalı **-PF- *** nömrəli maşını ilə 80 manat pulun müqabilində onları Cəlilabad rayonuna aparacağını, lakin nə üçün Cəlilabad rayonuna getmələrinin səbəbini deməmişdir. 21 may 2021-ci il tarixdə saat 08 radələrində Asəf ilə birlikdə Cəlalın idarə etdiyi “Khazar Lada” markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonuna yola düşmüşlər. Saat 10 radələrində Cəlilabad şəhərinə çatmışlar. Salamat ona üzərində “144” yazısı olan lövhənin fotoşəkilini göndərib narkotik vasitənin köhnə Bakı-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində Masallı rayonu istiqamətində yolun solundakı“144” yazısı olan lövhənin yanında olduğunu bildirmişdir. Həmin şəkili və mesajı Asəfə göstərmişdir. Cəlal da avtomobili “144” yazısı olan lövhənin yanında saxlamışdır. Asəf ilə birlikdə avtomobildən düşüb həmin lövhəyə tərəf getmiş, “144” yazısı olan lövhənin yanına çatdıqda lövhənin kənarında bir ədəd üzərində fars hərfləri yazılan sarı rəngli düyü torbası olduğunu görmüşdür. Həmin vaxt Asəf də yanında olmuşdur. Səlamətin göndərdiyi şəkildə də həmin düyü torbasının şəkli olmuşdur. Bundan sonra həmin torbanı götürmüş və arxa tərəfində gizlətməklə avtomobilə tərəf gəlib maşında arxa sağ oturacaqda əyləşmiş, əlindəki torbanı isə arxa sol oturacağın ayaqaltısına qoymuşdur. Cəlal avtomobilə qoyduğu torbanın içərisində nə olduğunu bilməmişdir. Asəf də avtomobildə oturmuş və həmin yerdən uzaqlaşmışlar. Cəlala bağlamanın içərisində narkotik olduğunu deməmişdir. Cəlilabad rayonu, Uzuntəpə kəndi istiqamətəndə hərəkətdə olarkən polis əməkdaşları onları saxlatmaq istəmiş, əlində olan özünə məxsus telefonu yolun kənarına tullamışdır ki, Səlamət ilə olan danışığını polis əməkdaşları görməsin. Cəlal avtomobili yolun sağ kənarında saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Cəlal narkotik vasitələrlə heç bir əlaqəsinin olmadığını bildirmiş, özü isə arxa sol oturacağın ayaqaltısında olan bağlamanın içərisində və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Asəf də üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Cəlilabad rayon polis şöbəsinə gətirilmişlər. Üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən heroini polis əməkdaşlarına təqdim etmişdir. Onların iştirakı ilə Cəlalın idarə etdiyi maşına baxış keçirilmişdir. Cəlalın idarə etmiş olduğu maşının arxa sol oturacağının altından 1 ədəd sarı rəngli torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bağlamanın içərisindən 7 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış müxtəlif ölçülü bükümlərdə olan 10625 qram narkotik vasitə heroin olması müəyyən edilmişdir. Polis əməkdaşlarına Salamatla aralarında olan razılaşma barədə məlumat vermişdir. Üzərindən aşkar edilərək götürülmüş 1,070 qram çəkidə narkotik vasitə heroini şəxsi istifadəsi üçün 20 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində tanımadığı şəxsdən 30 manata almışdır. Onun üzərində narkotik vasitə olmasından nə Cəlalın, nə də Asəfin məlumatı olmamışdır. Cəlalın idarə etdiyi həmin avtomobilin mühərrik olan hissəsindən aşkar edilmiş içərisində heroin izləri olan 3 ədəd şpris, içərisində heroin izləri olan bir ədəd şüşə ampula və 2,632 qram çəkidə bir bükümdə narkotik vasitələrə aid olmayan ağ maddə də ona məxsus olmuşdur. Həmin ağ maddə limon duzudur. Aldığı narkotik vasitəni istifadə etdikdən sonra şprisləri, şüşə ampulanı və limon duzunu avtomobilin mühərrik hissəsinə qoyub gizlətmişdir. Narkotikdən istifadə etdikdən sonra narkotikin təsiri altında olduğundan mühərrik hissəsinə qoyduğu şprisləri, şüşə ampulanı və limon duzunu həmin yerdən götürmək yadından çıxmışdır. Asəfin üzərində narkotikin olmasından qabaqcadan heç bir məlumatı olmamışdır. Maşında sağ ön oturacağın alt hissəsindən aşkar edilmiş bir ədəd bıçaq ona məxsus olmuşdur. Həmin bıçağı özü əvvəlcədən hər hansısa bir təhlükə olduğu halda özünü müdafiə etmək üçün götürmüşdür. Torbanı avtomobilə qoyduqdan sonra Cəlal həmin torbanın içərisində nə olduğunu bilməmiş, o da bu barədə ona heç bir söz deməmişdir. Aralarında olan razılaşmaya əsasən Asəf onunla birlikdə Cəlilabad rayonuna gəlib narkotiki götürməkdə ona köməklik edəcəkmiş, o, da narkotiki Bakı şəhərinə aparmağın qarşılığında iranlı Salamatdan alacağı 1000 manat puldan, ona olan 150 manat borcunu verəcəkmiş. Əlavə olaraq da köməklik etdiyinə görə 100 manat verəcəkmiş. Maşında aşkar olunmuş heroinin kim tərəfindən və hansı şəraitdə Cəlilabad rayonuna gətirilməsindən məlumatı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri məhkəməyədək icraat zamanı tədqiq olunmuş etirafedici izahatı və ifadələri ilə yanaşı şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisindən külli miqdarda narkotik vasitə əldə edəcəkləri barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 21 may 2021-ci il tarixdə saat 11 radələrində Cəlilabad rayonu ərazisində sonradan sürücüsünün adının Cəlal olduğunu bildiyi **-PF-*** nömrəli “Xəzər” markalı maşın Cəlilabad şəhəri, H.Əliyev prospektində Uzuntəpə kəndi ərazisində olan zaman saxlanılmışdır. Maşında narkotik maddə, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik olduğunu bildirmişlər. Bundan sonra onlar Cəlilabad RPŞ-yə gətirilmişlər. Sürücüdə isə narkotik aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 tanışları Asəfin və Cəlalın Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yol kənarından ona məlum olmayan əşyanı götürüb maşına qoyduqlarını, həmin əşyanın hazırda da maşında olduğunu və maşına baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə heroini təqdim etmiş, həmin kütləni Bakı şəhərində tanımadığı şəxsdən istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ona pul borclu olduğunu, bu səbəbdən də Cəlalın ona Cəlilabad rayonundan narkotiki götürüb Bakı şəhərinə aparıb İİR vətəndaşı Salamat adlı şəxsin dediyi ünvana çatdırdıqdan sonra pul əldə edəcəyini və ona olan borcunu qaytaracağını, bu səbəbdən də taksi fəaliyyəti ilə məşğul olan Şahid4 maşını ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərinə gəldiyini, Təqsirləndirilən şəxs2 yol kənarından Salamat adlı İran İR-nın vətəndaşının dediyi əşyanı götürüb maşına qoyduğunu, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən heroini təqdim etmişdir. Həmin kütləni Bakı şəhərində tanımadığı şəxsdən istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Aşkar edilərək götürülmüş kütlənin çəkisi 1,40 qram olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 İİR vətəndaşı olan tanışı ilə telefon vasitəsi ilə əlaqə saxladığını, onun sifarişi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Şahid4 idarə etdiyi Xəzər Lada markalı, **-PF-*** nömrəli maşını ilə Cəlilabad rayonuna gəldiyini, İİR vətəndaşının dediyi narkotiki Göytəpə şəhərindən götürüb Bakı şəhərinə aparmağın müqabilində İİR vətəndaşının pul verəcəyini vəd etdiyini, həmin puldan da Təqsirləndirilən şəxs1 olan borcunu qaytaracağını, bu səbəbdən də taksi fəaliyyəti ilə məşğul olan Şahid4 avtomobili ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərinə getdiyini, yol kənarından İran İR-nın vətəndaşının dediyi narkotik maddələri götürüb avtomobilə qoyduğunu, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik maddə götürəcəyindən Şahid4 məlumatı olmadığını, lakin Təqsirləndirilən şəxs1 məlumatı olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 maşının arxa oturacağının sol ayaqaltı hissəsindən 1 ədəd sarı rəngli bağlamanı götürərək təqdim etmiş, həmin bağlama açılıb baxıldıqda 7 ədəd sellofan bükülüdə üzəri yapışqan lentlə bağlanmış narkotik maddə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələrlə bağlı Şahid4 məlumatı olmadığını, lakin Təqsirləndirilən şəxs1 məlumatlı olduğunu bildirmişdir. Baxış zamanı maşının sol ön oturacağının arxa cibindən bir ədəd dəstəyi və kəsici hissəsi gümüşü rəngli olan bıçaq, maşının sağ ön oturacağının alt hissəsindən bir ədəd bıçaq aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir ədəd dəstəyi və kəsici hissəsi gümüşü rəngli olan bıçağın ona məxsus olduğunu, qiymətli əşya kimi satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Baxış zamanı avtomobilin mühərrikinin sol arxa hissəsindən bir ədəd parçaya bükülmüş bint bükülüsü aşkar edilmişdir. Həmin bükülü açılıb baxılarkən içərisindən 3 ədəd hər biri 2 qram olan şpris, 1 ədəd kağız bükümdə olan limon duzuna oxşar kütlə və 1 ədəd boş şüşə ampula aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin əşyaların ona məxsus olduğunu, Şahid4 məlumatı olmadan maşın onda olarkən maşının mühərrik hissəsində gizlətdiyini, istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Baxış zamanı aşkar edilərək götürülmüş 7 ədəd bükümdə narkotik maddə olan heroinə bənzər kütlələr 1 ədəd bağlamada, aşkar edilmiş 2 ədəd bıçaq bir ədəd zərfdə və aşkar edilmiş 3 ədəd şpris, limon duzuna oxşar kütlə və 1 ədəd şüşə ampula bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür.Saxlanılarkən onlara qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın əməkdaşı Şahid5 Məmməd oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 may 2021-ci il tarixli 6/1919 N-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,072 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd üzərilərində "Methadone 40" göstəriciləri olan dərman konvolyutunda 20 ədəd üzərilərində “F/M 40” göstəriciləri olan açıq-qəhvəyi rəngli həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18/357 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində 21 may 2021-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs2 üzərindən” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi -1,070 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “..X4 üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi -1,057 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “..Şahid4 məxsus “Xəzər-Lada” markalı...” sözləri yazılmış sintetik torbanı açdıqda 07 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi -1400 qram, 970 qram, 1510 qram, 1340 qram, 1675 qram, 1930 qram və 1800 qram, ümumi təmiz çəkisi -10625 qram qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 və X4 üzərindən Şahid4 avtomobilindən aşkar edilərək götürülmüş heroin eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş üzərində: “.. Şahid4 məxsus “Xəzər-Lada” markalı sözləri..” yazılmış kağız paketi açdıqda 01 ədəd kağız bükümdə təmiz çəkisi -2,632 qram olan ağ maddə narkotik vasitələr aid deyildir. 03 ədəd içərisində izlər olan şprislərdə heroinin izi vardır. 01 ədəd içərisində izlər olan şüşə ampulada heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-narkoloji ekspetizasının 31 may 2021-ci il tarixli 530 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-narkoloji ekspetizasının 31 may 2021-ci il tarixli 529 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidkərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə ballistik ekspertizasının 25 may 2021-ci il tarixli 18/571 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – məişətdə istrufadə olunan ucu deşici xassəyə malik olmaqla kustar üsulla bıçaq formasında hazırlanmış suvenirdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici və vurucu -əzici xasələrə malik olan kombinə edilmiş kastet bıçaqdır, soyuq silah hesab edilir. 15 may 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd gümüşü kağıza bükülmüş heroin və metamfetamin bükümləri, habelə sağ yan cibindən 02 ədəd qəhvəyi rəngli kağız parçasıda olan 20 ədəd üzərində Methadone 40 yazısı olan dərman preparatları aşkar edilərək götürülmüşdür. 21 may 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibində bir bükümdə şəffaf sellofana bükülmüş halda 1,03 qram narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. 21 may 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş halda 1,40 qram narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. 21 may 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Şahid4 idarə etdiyi Xəzər Lada markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 avtomobilin arxa oturacağının sol ayaqaltı hissəsindən İİR vətəndaşı “Səlamət” adlı şəxsdən əldə etdiyi 1 ədəd sarı rəngli bağlamanı götürərək təqdim etmiş, həmin bağlama açıldıqda içərisində 7 ədəd sellofan bükülüdə üzəri yapşıqan lentlə bağlanmış heroinə oxşar maddə, avtomobilin sol ön oturacağının arxa cibindən bir ədəd dəstəyi və kəsici hissəsi gümüşü rəngli olan bıçaq, avtomobilin sağ ön oturacağının alt hissəsindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Bundan başqa avtomobilə baxış zamanı mühərrikin sol arxa hissəsindən bir ədəd parçaya bükülmüş bint bükülüsü aşkar edilmiş, bükülüyə baxış keçirərkən içərisində 3 ədəd hər biri 2 qram olan şipris, bir ədəd kağız bükümdə limon duzuna oxşar kütlə və bir ədəd boş şüşə ampula aşkar edilərək götürülmüşdür. 24 may 2021-ci il tarixli qərardan görünür ki, Şahid4 Məmməd oğlunun idarə etdiyi “Xəzər Lada” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobildən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 10626,677 qram olan narkotik vasitə heroin, təmiz qalıq çəkisi 2,582 qram olan ağ rəngli maddə, 03 ədəd içərisində heroinin izi olan şprislər və 01 ədəd içərisində heroinin izi olan şüşə ampula maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid4 üzərində şəxsi axtarış aparılması haqqında 21 may 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 1 ədəd “DVD” disk və Şahid4 idarə etmiş olduğu idarə etdiyi “Xəzər-Lada” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında 21 may 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. 01 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında”qərarın 6 və 7ci bəndlərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus bir ədəd kustar üsulla bıçaq formasında hazırlanmış suvenir və Təqsirləndirilən şəxs2 məxsus kustar üsul ilə hazırlanmış soyuq silah hesab edilən kombinə edilmiş kastet bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqatdan sonra təmiz çəkiləri 0,397 qram olan metamfetamin, 0,052 qram heroin və 18 ədəd metadon həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. 01 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında”qərarın 11-ci bəndinə əsasən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədi ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. 21 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Cəlilabad RPŞ-nını rəisi tərəfindən qərar qəbul edilmiş və bu barədə Cəlilabad rayon prokuroruna və Cəlilabad Rayon Məhkəməsinə məlumat verilmişdir. İş materiallarında olan 21 may 2021-ci il tarixli ərizədən görünür ki, Şahid4 idarə etdiyi “Xəzər Lada” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. 15 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində heroin aşkar edilməsi cinayət işi başlanılmış, o, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 may 2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismndə cəlb olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 21 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 may 2021-ci il tarixdə CMnin 234.1, 234.4.3 və 234.4.3-cü madddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 23 may 2021-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 29 iyun 2021-ci il tarixdə Nəsimi RPİ-i tərəfindən Cəlilabad RPŞ-yə göndərilmiş cinayət işləri bir icraata birləşdirilərək istintaqı davam etdirilmişdir. 21 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 may 2021-ci il tarixdə CM-nin 234.1, 234.4.3 və 234.4.3-cü madddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 23 may 2021-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ifadəsində maşında aşkar olunan heroinin ona məxsus olmadığın, Cəlilabad RPŞ-də döyüldüyünü, buna görə də məcbur olub ifadələrində Təqsirləndirilən şəxs2la Cəlilabad rayonuna narkotik dalınca gəldiyini, Təqsirləndirilən şəxs2 tanımadığını, ilk dəfə onu Şahid4 maşınında gördüyünü bildirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ifadəsində hadisə baş verdiyi gün taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid4 ona Astara rayonun aparmağı xahiş etdiyini, Cəlalın maşınına mindikdə orada Asəflə tanış olduğunu, Cəlilabad rayonu ərazisində Şahid4 maşını polis əməkdaşları tərəfindən saxlanıldığını və şöbəyə aparıldıqlarını, maşında aşkar olunan külli miqdarda heroindən məlumatının olmaıdığını göstərmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı fiziki zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs1 barəsində Cəlilabad Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən istintaq vaxtı ona qarşı zor tətbiq olunması barədə hər hansı bir fikir irəli sürməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunanlar Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi ifadənin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair qeyd etdiyi dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007; ). Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birbirlərini tanımamaları, maşında aşkar olunan külli miqdarda heroindən məlumatlarının olmamaları ilə bağlı göstərdikləri xüsusatlar “axtarış və götürmə” haqqında istintaq hərəkəti protokolları, videoçəkilişlərə dair disklərlə, məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid5 ifadələrində məhz Təqsirləndirilən şəxs1 və Cəlal Sumabtovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatın daxil olduğunu, onlar məhz külli miqdarda heroini götürmək üçün Bakı şəhərindən Şahid4 idarə etdiyi maşını ilə Cəlialabad rayonuna gəldiklərini və saxlanılarkən törətdiklərini əməllərini səmimi etiraf etdiklərini bir daha israrla təsdiq etmişlər. Bununla yanaşı təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad RPŞ-də cinayət təqibi başlanan andan dəfələrlə müdafiəçilərinin iştirakı ilə verdikləri ilkin izahatlarına və ifadələrində narkotikin onlara məxsus olmaması ilə bağlı fikir ifadə etməmişlər. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir halla əsaslandırmamışlar. Həmçinin, təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olarkən iş materiallarına əlavə edilmiş hər hansı bir sənədi, o cümlədən izahat və ifadələrində əks olunan fikirləri mübahisələndirməmişlər. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdikləri qeyd olunan 21 may 2021-ci il tarixli izahatları, habelə 22, 23 may 2021-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə qeyd olunan tarixlərdə verdikləri izahat və ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə onların təqsirliliyini təsdiq edən mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda, bundan başqa, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, daşımaları və saxlamaları, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik etməsi və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamaları və daşımaları, habelə onların müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini Cəltilabad rayonu ərazisində satış məqsədi ilə eldə etmələri, saxlamaları və daşımaları, habelə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə CM-nin 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini düzgün saymır. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur», «Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-nin 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016 və 2018-ci illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44) və 1 (səh. 28-33) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da, əks olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “satış məqsədi ilə külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi” ilə törədilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, qaçaqmalçılıq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini qanunsuz əldə edərək daşıyıb saxlamışdır. İş materialları ilə müəyyən olunur ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs2 elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz İİR vətəndaşı “Salamat ” adlı şəxs və qeyriləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla təsdiq olunur ki,hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz Salamat adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs2 isə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini icra etməmiş, bu əməldə yalnız köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-nin 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Əgər belə olmasaydı, yəni qanunverici təşkilatçının, təhrikçinin, köməkçinin əməlinin icraçı ilə eyni qaydada – CM-nin Xüsusi hissəsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini nəzərdə tutan maddəsi ilə tövsif edilməsini mümkün saysaydı, onda CM-nin 32-ci maddəsinə istinad etməyə heç zərurət qalmazdı. Çünki, CM-nin 33.3-cü maddəsində nəzərdə tutulmuş qaydanın əsasında duran yanaşma da məhz ondan ibarətdir ki, şəxsin əməlinin eyni zamanda həm cinayətin icraçısı kimi – CM-nin Xüsusi hissəsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini nəzərdə tutan maddəsi ilə, həm də CM-nin 32-ci maddəsinə istinad olunmaqla tövsif olunması mümkümsüzdür, bunlardan biri digərini istisna edir. Yalnız cinayət qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən yerinə yetirildikdə, icraçı olmayan təşkilatçının, təhrikçinin, köməkçinin əməli CM-nin 32-ci maddəsinə istinadən CM-nin Xüsusi hissəsinin “qabaqcdan əlbir olan bir qrup şəxs” əlamətini nəzərdə tutan maddəsi ilə tövsif oluna bilər (əgər cinayətin qabaqcadan əlbir olan icraçılar tərəfindən törədiləcəyi təşkilatçının, təhrikçinin, köməkçinin qəsdi ilə əhatə olunursa). Çünki, yanız bu halda təşkilatçı - qabaqcadan əlbir olan bir qrup şəxsin cinayətini təşkil etməklə, təhrikçi - qabaqcadan əlbir olan bir qrup şəxsi cinayəti törətməyə təhrik etməklə, köməkçi - qabaqcadan əlbir olan bir qrup şəxsə cinayəti törətməkdə kömək etməklə qabaqcadan əlbir olan bir qrup şəxsin (bir neçə icraçının) törətdiyi cinayətdə iştirak edirlər. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Salamat” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 qeyd olunun qaçaqmalçılıq cinayətinin törədilməsində yalnız köməkçi qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. İş materiallarında olan Astara RİB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində Səma adında 2017-ci il təvəllüdlü qız övladı vardır. İş materiallarında olan AZ-İİİ 312608 N-li və AZ-İİ 473142 N-li doğum haqqında şəhdatənamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü Rəhilə adında qız və Rahim adında oğul övladları vardır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 X1 şəhər məhkəməsinin 1 avqust 2007-ci il tarixli hökmü ilə RF CMnin 30-cu mad. 3 hissəsi, 228.1-ci m. 1-ci his., 228.1-ci mad. 3 h. “Q” bəndi ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun bu hökmü Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən edilmiş qaydada tanınmamışdır. Odur ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsidə bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsidə iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 CMnin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsi “az ağır”, 234.4.1 və 234.4.3-cü maddələri “ağır”, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 228.4-cü maddəsi “böyük ictimai təhlükə törətməyən”, 234.1, 32.5, 206.2-ci maddələri “az ağır”, 234.4.1 və 234.4.3-cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə, 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə, 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudulaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin olunmalı, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onlara cinayətlərin məcmusu üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanma müddəti cəza müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin ayrı-ayrılıqda cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduqları vaxtdan – 21 may 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 15 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPş-də saxlanılan ekspertizadan sonra təmiz qalıq çəkisi 10626,677 qram olan narkotik vasitə heroin, təmiz qalıq çəkisi 2,582 qram olan ağ rəngli maddə, 03 ədəd içərisində heroinin izi olan şprislər və 01 ədəd içərisində heroinin izi olan şüşə ampula, Təqsirləndirilən şəxs2 məxsus kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilən kastet-bıçaq, Təqsirləndirilən şəxs1 götürülmüş 0,397 qram olan metamfetamin, 0,052 qram heroin və 18 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında 21 may 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 1 ədəd “DVD” disk və Şahid4 idarə etmiş olduğu idarə etdiyi “Xəzər-Lada” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında videoçəkiliş olan 1 ədəd “DVD” disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus bıçaq formasında hazırlanmış suvenir onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri (ekspertiza xərci ) 227 manat 77 qəpik təşkil edir. Həmin məbləğdən 81 manat 82 qəpik Təqsirləndirilən şəxs1, qalan 138 manat 95 qəpik isə təqsirləndirilən şəxslərdən müştərək qaydada, yəni hər birindən 69 manat 48 qəpik tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutuliuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 15 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.4, 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 228.4-cü maddəsilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5, 206.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o,ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-də saxlanılan 10.626,677 qram olan narkotik vasitə heroin, 2,582 qram olan ağ rəngli maddə, 03 ədəd içərisində heroinin izi olan şprislər və 01 ədəd içərisində heroinin izi olan şüşə ampula, Təqsirləndirilən şəxs2 məxsus soyuq silah hesab edilən kastet-bıçaq,Təqsirləndirilən şəxs1 götürülmüş 0,397 qram olan metamfetamin, 0,052 qram heroin və 18 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 21 may 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət işində saxlanılsın, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd kustar üsulla bıçaq formasında hazırlanmış suvenir onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri (ekspertiza xərci ) 227 manat 77 qəpik təşkil edir. Həmin məbləğdən 81 manat 82 qəpik Təqsirləndirilən şəxs1, qalan 138 manat 95 qəpik isə təqsirləndirilən şəxslərdən müştərək qaydada, yəni hər birindən 69 manat 48 qəpik tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-36/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-36/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver