Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-36/2023 07.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1986-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti məşğul olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, məhkumluğu olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan yetişmiş 76 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, həmçinin 2022-ci ilin iyun ayında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə (kannabis) bitkilərinin yarpaqları və digər hissələrini toplayıb qurudub kustar üsulla hazırlayıb külli miqdarda-1500,0 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və həmin narkotik maddəni bir ədəd sellofan torbaya qablaşdırıb çətənə bitkilərin əkildiyi yerin yaxınlığında, daş hasarın dibinə qoyub saxlamışdır.Daxil olmuş əməliyyat məlumatına əsasən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 iyun 2022-ci il tarixdə, saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı külli miqdarda-76 (yetmiş altı) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərin əkildiyi yerdə, daş hasarın dibində bir ədəd sellofan torbada külli miqdarda-1500,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib və CM-nin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı olmaqla ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuşdur. 2022-ci ilinin yanvar ayında atası Rəfail vəfat etdikdən az sonra o, narkotik maddələrdən, yəni “nəşə” (qurudulmuş marixuana) və “kakos” (heroin) adlanan narkotik maddələrdən istifadə etməyə başlamışdır. 2022-ci ilin mart ayında yaşadığı ərazidə yerdən bir ədəd kağız bükümdə çətənə bitkisinin toxumlarını tapmış, sonra qərara almışdır ki, həmin toxumları əkib özünün istifadəsi üçün çətənə bitkisi yetişdirsin.2022-ci ilin aprel ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində, evinin sağ yanında hasarın dibində təxminən 4 metrlik sahəni təmizləyib həmin yerə toxumları əkmiş, bir müddət sonra toxumlar cücərib böyümüşdür.O, çətənə bitkilərinə yalnız su verməklə qulluq etmişdir.2022-ci ilin iyun ayının ilk günlərində əkdiyi çətənə kollarına qulluq edərkən, bitkilərin bəzilərinin budaq və yarpaqlarınin qurumasını görüb qurumuş yarpaqları və budaqları qırıb bir ədəd sellofan torbaya yığıb həmin yerdə daş hasarın dibinə qoymuşdur ki, sonradan aparıb zibilliyə atsın. Həmin torbanın içərisində olan quru yarpaqlar və budaqların hissələri istifadə üçün yararsız olmuşdur.10 iyun 2022-ci il tarixdə, gecə saatlarında bir qrup polis əməkdaşları həyətinə gəlib ona həyətyanı sahədə çətənə bitkilərinin əkməsi barədə məlumat daxil olduğunu, yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir.Sonra polis əməkdaşları özünün və digər şəxslərin (aqronom-mütəxəssisin) iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsində 76 ədəd çətənə bitkiləri, həmin bitkilərin əkildiyi yerdə çətənə kollarının istifadə üçün yararsız yarpaq və digər hissələrini yığdığı bir ədəd sellofan torba aşkar edilmişdir.Sonra polis əməkdaşları tərəfindən çətənə bitkiləri və bir ədəd torbada olan kütlə qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır.O, əkdiyi çətənə bitkilərinin yarpaqlarını və digər hissələrini istifadəsi və ya satması məqsədi ilə yığmamış, həmçinin o, narkotik maddələrin satışı ilə məşğul olmamışdır.Ona görə də o, narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün çətənə bitkiləri əkib-yetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi RPŞ-nin əməkdaşıdır. 10 iyun 2022-ci il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olmuşdur.Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 22 radələrində təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı, ünvan 2 ünvanında olan fərdi yaşayış evinə getmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqdan sonra təhqiqatçı X14 Təhməzova qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu və bu səbəbdən evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etiraz etməmiş, həm də həyətində çətənə kolları əkdiyini etiraf etmişdir.Sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və bir nəfər aqronomun iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı evin həyətyanı sahədən 76 ədəd çətənə kolu aşkar edilmiş və həmin bitkilər kökündən çıxarılıb qablaşdırılıb götürülmüşdür. Baxışda iştirak edən aqronom həmin bitkilərin çətənə kolları olduğunu və bu bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir.Bundan başqa çətənə kollarının əkildiyi yerdə, daş hasarın dibində bir ədəd sellofan torba aşkar etmiş, həmin torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini özünün istifadəsi üçün əkib-yetişdirdiyini, həmçinin torbanın içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir.Aşkar olunmuş 76 ədəd çətənə bitkiləri və sellofan torbada olan kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Ağcabədi RPŞ-nin əməkdaşının 10 iyun 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 22 radələrində Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı İsa Quliyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 38 ünvanında olan fərdi yaşayış evinin həyətyanı sahəsinə polis əməkdaşları, Təqsirləndirilən şəxs və aqronom-mütəxəssis Hüseyn Cəfərovun iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından sol tərəfdə məftillə əhatə olunan meyvə-tərəvəz bağında qarışıq formada əkilmiş 76 ədəd çətənə bitkilərinə oxşar bitkilər, həmin bitkilərin əkildiyi yerin yaxınlığında həyətdəki daş hasarın dibində bir ədəd qırmızı rəngli sellofan torbada qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir.Aşkar edilmiş bitkilər və bir ədəd torbada olan kütlə qablaşdırılıb götürülmüşdür. İşdə olan, 10 iyun 2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə ünvan 3 ünvanında baxış zamanı aşkar edilmiş 76 ədəd bitkilər çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 11 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar olunmuş maddi sübut” sözləri yazılmış və imzalar olan polietilen kisədəki ümumi sayı 76 (yetmiş altı) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 8150,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədən aşkar olunmuş maddi sübut” sözləri yazılmış və imzalar olan sellofan torbadakı, təmiz çəkisi-1500,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olumuş bitkilərə aqrotexniki qaydada qulluq olumuşdur.Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 76 ədəd çətənə (kannabis) bitkisi və qalıq qurudulmuş marixuana 1499,98 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 24 avqust 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1499,98 qram narkotik vasitə olan qurudulmuş marixuana və 76 ədəd çətənə bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Abcabədi RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (əkib-yetişdirdiyi çətənə bitkilərinin qurumuş yarpaq və budaq hissələrini qırıb sellofan torbaya yığıb həyətində hasarın dibinə qoymaqda məqsədinin yığdığı kütlə istifadə üçün yararsız olduğundan zibil kimi atmaq olması, bir ədəd torbada aşkar olunmuş kütləni istifadəsi və ya satması məqsədi ilə toplamaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərdiyi xüsusatlar, yəni əkib-yetişdirdiyi çətənə bitkilərinin qurumuş yarpaq və budaq hissələrini qırıb sellofan torbaya yığıb həyətində hasarın dibinə qoymaqda məqsədinin yığdığı kütlə istifadə üçün yararsız olduğundan zibil kimi atmaq olması, bir ədəd torbada aşkar olunmuş kütləni istifadəsi və ya satması məqsədi ilə toplamaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkilərinin hissəllərini toplamaqla hazırlayıb narkotik maddə əldə etmə və saxlama cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir.Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 76 ədəd çətənə (kannabis) bitkilərinin sayı, habelə 1500,0 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 12 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Ağcabədi Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökm üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti 22 mart 2022-ci il tarixdə, hazırki iş üzrə verilmiş ittihamda göstərilən cinayəti isə 2022-ci ilin aprel ayında törətmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə ittihamda göstərilən cinayəti törədəndən sonra, əvvəlki cinayət əməlinə görə məhkəmənin 20 iyul 2022-ci il tarixli hökmü ilə məhkum olunmuş və həmin vaxt o, məhkum olunmamış şəxs olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki əməlinə görə məhkəmənin 20 iyul 2022-ci il tarixli hökmü ilə məhkum olunmuş və hazırki iş üzrə ittihamda göstərilən cinayəti törədən vaxt o, məhkum olunmamış şəxs olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, hazırda 20 iyul 2022-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Ağcabədi RİH-nin Ağcabədi şəhər İƏD üzrə Nümayəndəyindən verilmiş 22 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Eldəniz Sadıqov küçəsi ev 38-də qeydiyatda olmaqla yaşamışr və yaşayış yeri üzrə müsbət xarakterizə (yaşadığı ərazidə özünü səmimi aparmaqla sakinlər arasında hörmət qazanmış, ondan şikayət xarakterli məlumat daxil olmamışdır) olunur. İşdə olan, Ağcabədi şəhər İƏD üzrə Nümayəndəyindən verilmiş 22 iyul 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il təvəllüdlü X8, 2008-ci il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X9 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və bir yetkinlik yaşına çatmayan uşağın olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3 və 237.2.3-cü maddədələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməllərin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərin əkilib-yetişdirilməklə əldə edilmiş külli miqdarda narkotik vasitənin satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. hallar), cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, habelə CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan 76 ədəd çətənə (kannabis) bitkisi və 1499,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-30 (otuz) manat 40 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək, təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə yeni təyin edilmiş cəza qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 76 ədəd çətənə (kannabis) bitkisi və 1499,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-30 (otuz) manat 40 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-36/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-36/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver