Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-36/2024 29.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili X3, Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Bakı şəhəri, Nərimanov rayonu, İ.Həmidov küçəsi, ev 48, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1998-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi olaraq işsiz, subay, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxx 1992-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmuş, rəsmi olaraq işsiz, subay, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Mobin” və “Arif” adı ilə tanıdıqları şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda təmiz halda çəkisi 6053,55 qram qurudulmuş marixuana, 1340 ədəd həb şəklində təsir maddəsinin miqdarı 53,6 qram metadon və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 9,620 qram tiryək narkotik vasitələri Astara rayonu ərazisinə gedərək, Astara rayonunun Diquli kəndi ərazisində gizlədilməsi barədə məlumat verməsindən sonra onlar tanışları Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra Bakı şəhərindən qeyd olunan yerə gedərək həmin narkotik vasitələri əldə edib daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 8 iyul 2022-ci il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Astara rayonu, Diquli kəndi ərazisində, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının 15-ci sahənin arxa tərəfində saxlanılmış və iki ədəd bağlamanın içərisində olan külli miqdarda təmiz halda çəkisi 6053,55 qram qurudulmuş marixuana, 1340 ədəd həb şəklində təsir maddəsinin miqdarı 53,6 qram metadon və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 9,620 qram tiryək narkotik vasitələr üzərlərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İranlı Mobin adlı şəxslə 6 kq narkotik vasitə götürməsi ilə bağlı danışmış, lakin onunla birlikdə Astara rayonuna gedən Asər və Familin bundan məlumatı olmamışdır. 7 iyul 2022-ci il tarixdə Asər və Famillə Bakıdan Astara rayonuna getmişlər. Orada oteldə qalıblar, səhəri gün meşəlik ərazidə gəzən zaman Asər və Famildən aralanaraq iranlının göndərdiyi narkotik vasitələri axtarıb taparaq götürmüş, əllərində narkotik vasitələr olan bağlamalarla Asər və Familin yanına gəlmiş, bu vaxt hərbiçilər onları saxlamışlar. Asər və Famili Astara rayonuna istirahətə getmək adı ilə aparmışdır. Asər və Famil narkotik vasitəsini Astara rayonundan götürdükdən sonra bilmişdirlər. Əməlindən peşimandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Mobin və Arif ilə yalnız marixuananın daşınması barədə razılaşmışmış, başqa narkotik vasitələr barədə heç bir razılaşma olmamış, Mobin ona 1,5 kq marixuananı öz istifadəsi üçün verəcəkdir. O, narkotik vasitə götürmək üçün getməyi barədə əvvəlcədən Asərə və Familə deməmiş, narkotik vasitəni götürüb gətirdikdən sonra Asər və Famil hadisədən xəbər tutmuşdur. O, narkotik vasitəni iranlıların göndərdiyi konum istiqamətində gedərək tapmışdır. Asər və Famil narkotik vasitə barədə məlumatlı olduqdan sonra əlavə maşın olmadığı üçün məcbur qalıb onunla geri qayıtmışar. O, narkotik vasitəni götürməyə tək getmiş, Asər və Famil təxminən 1 km aralıda gözləmişlər. O, Asər və Familin yanına qayıtdıqdan sonra əməliyyatçılar onları saxlamışlar. O, Asər və Familin yanına gəldikdən sonra onlar əlində olan bağlamada nə olduğun soruşduqda o, onun narkotik vasitə olduğunu bildirmişdir. Bakıdan yola düşən zaman Asərə narkotik vasitə götürmək üçün getmələri barədə heç bir məlumat verməmişdir. Məhkəmədən ona güngül cəza verilmməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, saxlanılmamışdan bir müddət əvvəl Mobin və sonuncunun dayısı Arif adlı İran İslam Respublikası vətəndaşları ilə telefonla danışan zaman Mobin ona bildirmiş ki, özü və Arifə məxsus narkotik vasitəni İrandan qaçaq yolla Azərbaycana göndərəcəklərini demiş, həmin narkotik vasitələri deyəcəyi yerə qoymasını təklif etmişdir. İlk vaxtlar Mobinin təklifləri ilə razılaşmasa da bir müddətdən sonra pula ehtiyacı olduğundan Mobin və Arifin təklifləri ilə razılaşmalı olmuş, həmin vaxt Mobin 15 kiloqram narkotik vasitə marixuana göndərəcəyini, bunun qarşılığında ona 6000 manat pul verəcəyini bildirmişdir. Həmin vaxt Mobinlə Arifin təklifi ilə razılaşmayaraq yol-yöntəm bilmədiyini dedikdə Mobin, o və sonradan adının Famil olduğunu bildiyi şəxs “WhatsApp” mobil tətbiqi üzərindən videokonfransla əlaqə saxlamış və həmin danışıqlar zamanı Mobin adlı şəxs onunla Famili tanış etmişdir. Bundan sonra bir dəfə Famillə görüşmüşdür. Mobin və Ariflə iş görərsə tutulacağından qorxduğu üçün onlarla əlaqəni kəsməyə çalışsa da, Mobinlə Arif mütəmadi olaraq onunla danışaraq qorxmamasını, hansısa bir problem olmayacağını bildirmişdir. Bundan sonra o, məhz Famillə əlaqə saxlayaraq sonuncudan Mobin və Arifin necə adam olduqlarını maraqlanmışdır. Həmin danışıqlarda Famil ona iranlı Mobinin və Arifin sözünə qulaq asmağın təhlükəli olduğunu, həmçinin onlarla razılaşarsa İran İslam Respublikasına qaçaq yolla keçib oradan narkotik vasitə gətirməyin təhlükəli olduğunu, ancaq sərhəddin Azərbaycan Respublikası tərəfindən onların qaçaq yolla göndərdiyi narkotik vasitəni götürə biləcəyini demişdir. Bundan sonra Mobin və Ariflə danışıqlara davam etmiş və sonuncularla xx.xx.2022-ci il tarixdə razılaşmışdır ki, qaçaq yolla göndərilən narkotik vasitəni götürüb onların dediyi yerə qoyacaqdır. Həmin vaxt Asər adlı tanışı yanında olmuş, Asərin pula ehtiyacı olduğunu bildiyindən Mobin və Arifin təklifi barədə Asərə məlumat vermiş və əgər ona bu işdə kömək edərsə bunun qarşılığında Asərə pul verəcəyini vəd etmişdir. Asər də onun təklifi ilə razılaşmışdır. İranlılar, yəni Mobinlə Arif adlı şəxslər ona icarəyə avtomobil götürüb Astara rayonuna gedib oradan özlərinin qaçaq yolla göndərdikləri narkotik vasitələri götürməsini demişlər. Özünün, Familin və Asərin sürücülük vəsiqələri olmadığı üçün icarəyə götürdükləri avtomobili sürməsi üçün tanışı Nicat adlı şəxsə onları sürücü kimi Astara rayonuna aparmasını, buna görə də Nicata vaxtı olarsa rayonda birlikdə dincəlməyi təklif etmişdir. Nicat da onun təklifilə razılaşmışdır. Bundan sonra 6 iyul 2022-ci il tarixdə, saat 15 radələrində o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid10 ilə birlikdə icarəyə götürdükləri avtomobillə Bakı şəhərindən yola düşmüşlər. Həmin gün, saat 19 radələrində Astara rayonu, Hamuşa kəndinə çatmışlar. Yolda olduqları zaman Mobinlə Arif ona gedəcəkləri yerin konumunu yollamış və narkotik vasitənin 6,5 kiloqram olduğunu, buna görə də ona 3000 manat verəcəklərini demişlər. Onlar həmin gün Hamuşa kəndində gecələmişlər. 7 iyul 2022-ci il tarixdə avtomobilin altı alçaq olduğundan və ərazi relyefinə görə avtomobil hərəkət edə bilmədiyindən qərara gəlmişlər ki, Nicat avtomobillə Bakı şəhərinə qayıtsın. Buna görə də Hamuşa kəndində Famil və Asərlə birlikdə avtomobildən düşüb iranlı Mobin və Arifin göndərdiyi konum istiqamətində hərəkət etmişlər. Həmin istiqamətdə irəlilədikləri zaman Famillə Asər yaxınlıqda olan şəlalənin yanında dayanmış, o, Famillə Asərdən aralanıb göndərilən konum istiqamətində irəliləmişdir. 7 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Mobin və Ariflə razılaşdıqları yerə hərəkət etmiş və onların narkotik vasitəni qoyduğu yeri görmüşdür. 7 iyul 2022-ci il tarixdə, saat 20 radələrində içərisində narkotik vaitələr olan iki ədəd bağlamanı gizlədildiyi yerdən götürüb Famillə Asərin yanına gəlmiş, əlində olan bağlamalardan birini Asərə vermişdir. Həmin gün o, Famil və Asər meşədə azmışlar və gecəni meşədə qalmışlar, 8 iyul 2022-ci il tarixdə hava işıqlaşdıqdan sonra yola davam etmişlər və saat 17 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra hər şeyi səmimi danışaraq içərisində narkotik vasitələr olan bağlamaları əldə etdiyi yeri göstərmişdir. Arif ona özünün Mobinin dayısı olduğunu demişdir. Mobinin mobil nömrəsini telefonuna “Mobin” kimi qeyd etmiş, Arifin mobil nömrəsini bilməmiş, Ariflə Mobinin telefonu üzərindən danışmışdır. Asəri təxminən bir il olar tanıyır, Famili isə əvvəllər tanınamış, sonuncu ilə iranlı Mobin və Arif adlı şəxslər tanış edib. Mobinlə Arif içərisində narkotik vasitələr olan bağlamaları kiməsə vermək barədə nəsə bir söz deməmiş, həmin bağlamaları Bakı şəhərinə gətirdikdən sonra iranlılara bu barədə məlumat verməli, bunun qarşılığında isə ona 3000 manat pul çatmalı olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Asər və Familin narkotik vasitələrdən məlumatları olmamış, onlara istirahət üçün Astaraya getmələrini təklif etmiş, meşə ərazisində narkotik vasitəni götürüb gətirdikdən sonra Asər və Famil hadisədən xəbər tutmuşdur” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, həm özü, həmdə ki, digər təqsirləndirilən şəxslərə münasibətdə müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları cinayət qrupunun digər üzvlərinin məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində “Mobin adlı İran vətəndaşı “WhatsApp” vasitəsilə videokonfransla əlaqə saxlayıb onu Famillə tanış etməsi, sonuncu göndəriləcək narkotik vasitəni götürə biləcəklərini deməsi, Mobin və Arifin təklifi barədə Asərə məlumat verməsi, kömək edərsə bunun qarşılığında pul verəcəyini vəd etməsi, Asər də onun təklifi ilə razılaşması” xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki Mirəlini tanıyır, Asəri isə Astara rayonuna gedən vaxtı tanımışdır. 07 iyul 2022-ci il tarixdə Mirəli və Asərlə birlikdə Astara rayonuna istirahət etmək məqsədilə getmiş, Mirəlinin Astara rayonunda narkotik vasitə götürməsindən məlumatı olmamışdır. Astara rayonunda «Ağ körpü» istirahət mərkəzində gecələmişlər. Həmin tarixdə gəzmək məqsədilə meşə istiqamətinə getmişlər, meşə ərazisində olduqları vaxt Mirəli onlardan bir qədər aralanmış, sonra onların yanına əlində iki bağlama ilə qayıtmış, bağlamanın birini özündə digərini isə Asərə vermişdir. Mirəli bağlamalarda narkotik vasitə olmasını bilmişdir. Lakin o, Astara rayonunda, meşə ərazini tanımadığı üçün, meşadə azdığı halda vəhşi heyvanların onu parçalamasından qorxduğu üçün onlardan aralana bilməmişdir. Mirəliyə narkotik vasitəsini daşımaqda köməklik etməmişdir. 8 iyul 2023-cü il tarixdə sərhədçilər onları saxlayan zaman o və Asər Mirəlidən aralıda olmuşdur. Heç bir iranlı ilə əlaqə saxlamamış, Astara rayonuna narkotik vasitə götürmək üçün Mirəli ilə əvvəlcədən razılığı olmamışdır. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 6 iyul 2022-ci il tarixdə Mirəli adlı tanışı zəng edib dostları ilə birlikdə Astara rayonuna istirahətə getmək istədiyini demişdir. O, Mirəlinin təklifi ilə razılaşmışdır. 7 iyul 2022-ci il tarixdə Mirəli avtomobillə gəlib onu götürmüş, bu zaman avtomobildə Mirəlidən başqa iki nəfər də olmuşdur. O, həmin şəxsləri tanımamışdır. Sonradan avtomobili sürənin Nicat, digər şəxsin Famil olduğunu öyrənmişdir. Sonra onlar birlikdə Astara rayonuna getmişlər. Astara rayonuna çatan zaman avtomobildə nasazlıq yaranmış, həmin avtomobili Nicatla birlikdə göndərmişlər, özləri isə meşə istiqamətində hərəkət etmişlər. Orada “Ağ körpü” adlı istirahət mərkəzində yeyib-içmişlər. Daha sonra Sım şəlaləsi adlanan əraziyə getmişlər. Ərazidə gəzən zaman Mirəli bir yerə gedib gələcəyini, onu gözləmələrini bildirmiş, bu zaman o, Mirəlidən haraya getdiyini soruşduqda o, demişdir ki, gedib-gəlsin yaxşı olacaq. Mirəli təxminən bir saat sonra gəlmiş, həmin vaxt əllərində iki ədəd çanta ilə qayıtmışdır. Qayıdandan sonra Mirəli demişdir ki, çantalarda narkotik vasitədir. Sonra onlar bir qədər hərəkət etmişlər. Mirəli demişdir ki, Niva ilə bir nəfər Nicatla gəlib onları götürəcəkdir. Həmin meşəlik ərazi ilə hərəkət etdikləri vaxt onları sərhədçilər saxlamışlar. Astara rayonuna istirahət etmək məqsədilə getmiş, Təqsirləndirilən şəxs1 ona Astara rayonundan narkotik vasitə götürəcəyi barədə əvvələr heç bir söz deməmiş, heç bir iranlı ilə əlaqə saxlamamışdır. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verdiyi ifadələrində göstərilən xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, onların məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi sözü gedən xüsusatları onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, 8 iyul 2022-ci il tarixdə üç nəfər naməlum şəxsin Astara rayonu, Diqulu kəndi istiqamətində hərəkət etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal həmin istiqamətdə əməliyyat qrup üzvləri ilə birlikdə hərəkət edərək N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 15-ci sahəsinin arxa istiqamətində Astara rayonu, Diquli kəndi ərazisində “Pusqu” xidmətini təşkil etmişlər. Həmin zaman üç nəfər şəxslərdən ikisinin hər birinin əlində bir ədəd olmaqla ümumilikdə iki ədəd bağlama ilə hərəkət etdiklərini müşahidə edib tərəflərindən “Dayan!” çağırış komandası verilmiş, həmin şəxsləri 8 iyul 2022-ci il tarixdə, saat 17 radələrində saxlamışlar. Həmin şəxsləri saxladıqdan sonra onların Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmaları onlara məlum olmuşdur. Həmin şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman hər birinin əlində bir ədəd bağlama olmuş, həmin şəxslər saxlanıldıqdan sonra əllərində olan bağlamalarda narkotik vasitə olması müəyyən edilmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman onların hər birinin əlində bir ədəd olmaqla ümumilikdə iki ədəd bağlama olmuş, həmin bağlamalardan da müxtəlif növlü narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Şahid4, Şahid6, Şahid3 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə onu Astara rayonu ərazisində yerləşən DSX-in 8-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər, orada digər hal şahidi dəolmuşdur. Xidməti otaqda onlara bildirilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamaları əldə etdikdən sonra saxlanıldıqları hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş bağlamalara baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və razılıqları olduqdan sonra baxış başlanılmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları yeri əlləri ilə göstərmişlər. Həmin yer Astara rayonu, Diquli kəndi olmuş və həmin yerə baxış zamanı iki ədəd bağlama aşkar edilmişdir. Aşkar edilərək götürülmüş bağlamalara baxış keçirilmiş, bağlamalara baxış keçirilən zaman içərisindən kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə və üzərilərində “M/40” yazısı olan həblər aşkar edilmiş, qeyd olunan maddələr çəkilərək sayılmışdır. Baxış keçirilməsi barədə protokollar tərtib olunmuş, həmin protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 iyul 2022-ci il tarixli 7/753 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qara üzərində …Marixuanna.. yazısı olan 01 (bir) ədəd karton qutudakı qara rəngli idman çantasının içərisində 04 (dörd) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 845qram; 620 qram; 600 qram; 40 qram; və həmin çantanın yan cib hissəsindən götürülmüş 01 (bir) ədəd sellofan torbacığda təmiz çəkisi-3,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuannadır. Tədqiqata təqdim olunmuş üzərində ..Marixuanna.. yazısı olan 1 (bir) ədəd karton qutudakı qara rəngli idman çantasında 3 (üç) ədəd polietilen bağlamalarda vyrı-ayrılıqda təmiz çəkiləri: 940 qram; 240 qram; 965 qram;, olan bitki mənşəli kütlələr tərkibindəç narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuannadır. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitələri qurudulmuş marixuanna 6052,8 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 iyul 2022-ci il tarixli 6/3751 nömrəli rəyindən görünür ki, Təqdim olunmuş ümumi sayı 1340 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 53,6 qram (1ədəd həbdə 0.04 qram) təşkil edir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasıtələr”-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş üzərində “Amoxicillin” göstəricisi olan 6 ədəd kapsulanın tərkibində narkotik, psixotrop maddələr aşkar edilmədi və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Si/ən ları ’na və Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları na daxil deyildirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitə tiryək 9,570 qram, metadon həbləri 1310 ədəd və Amoxicilin kapsulası 5 ədəd. qurudulmuş marixuanna 6052,8 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli 4805 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannabionidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli 4806 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 4951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2684, 1830 və 2689 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlu ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxslər hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadırlar, onların məcburi müalicəyə ehtiyacları yoxdur. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 15-ci sahəsidir. Həmin istiqamətdə saxlanılmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları yerdən ümumilikdə iki ədəd bağlama aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları ərazidən aşkar olunaraq götürülmüş olan bağlamalara baxış keçirilən zaman içərisindən bükümlə birlikdə çəkisi 6625 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddə və 1340 ədəd həb aşkar olunmuşdur. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş və istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə, saat 15:46-da “Qaqamsan ölürəm sənöl dünən gecədən buyana kola çəkməmişəm gələndə qardaşına o hediyyə dediyin adina layiq bir şey gətir sənə qurban olaram qaqam ama elə eləki yanimdaki şübhələnməsin aşaği çağır denən işim var qiraqda ver” məzmununda SMS yazışmasının olması aşkar edilmişdir. İş materiallarında olan 21 avqust 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş və istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə “***-***-**-**” (Xaliq Zeynalovun adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 16:45-da “Gözdə həyətdəyəm malı ayırıram yığma” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 03:18-da “Başa düşmədime mən bu nə hərəkətdi e, ala xiyar bled camaatın malın götürdün apardın ... dolamısan telefona cavab verdəə” məzmununda SMS yazışmasının olması aşkar edilmişdir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy A12» markalı qara rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqramı açmaq üçün istifadə olunan şifrə “8888”-dir. Qeyd olunan proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dür. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixdə mobil telefonun yaddaşında adı “Behbut” kimi qeyd edilmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında bir neçə dəfə cavabsız arama, bundan başqa xx.xx.2022-ci il tarixdə mobil telefonun yaddaşında adı qeyd edilməmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında bir halda cavabsız arama, həmçinin də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mobil telefonun yaddaşında adı “Mobin” kimi qeyd edilmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında mütəmadi olaraq telefon danışıqlarının olması aşkar edilmişdir. Bundan başqa, şəxsiyyəti istintaqa Mobin kimi məlum olan, narkotik vasitələri qanunsuz yolla İİR- AR istiqamətində göndərən şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrənin “WhatsApp” proqramı arasında xx.xx.2022-ci il tarixdə “Ay qardaş sən bu taya, bizim taya keçmiyəcəysən ki, sən də gələcəysən sərhəddin qırağına, biz də gələciyiy, sən dayanaciysən öz tayıvızda, bizim taya keçmiyəcəysən sən, biz ordan malı verəciyiy, sən götürüb çıxıb gələciysən, əlbəəl malı verəciyiy, götürüb çıxıb gedəciysən, elədi qardaş yoxsa bu taya bizim yanımıza keçib nəyə gələciysən bu taya qardaş?”, “Gecə keçmək məhləhətdi yoxsa gündüz”, “Uşaqların da qardaş birini al yanaaa, büyünləri çıx gəl qalmaginən sən, biz də çıxax gələy orda o, sərhəddin qırağına, sən əslində keçmiyəciysən, biz malı ordan gətirib verəciyiy sənə, sən götürüb çıxıb gedəciysən elədi qardaş, yoxsa bizim taya keçməylik bir iş yoxdu”, “İnternet işləyir orda, konum izləməy olur?”, “Qardaş indi çıxginən, gəl ora biz dediyimiz yerə, mal zad götürmə, boş-boşuna bax bələddəginən, gör nətərdi, biz genə məsləhət bilirik də, biz oranı məsləhət bilməsək sənə demərik gəlginən ora, yoxsa biz səni yandırmarıq, biz öz malımızı yolluyuruqsa isdiyirıx yaxsı bir yerdi, orudan yolluyurux, sən arxayınolginən, başıva dönərəm, sən büyünləri çıx gəl tez, gəl oralara yaxşı baxginən, eləginən axşam da gəl rahat malı götür çıx getginən, başıva dönərəm, bügün qalmasın, məni yığ deyim”, xx.xx.2022-ci il tarixdə “Qardaş orda kənd vardı, Həmşan kəndi, Həmşan, Həmşan kəndinin yaxınlıxlarından bir dənə kənd hardan tapırsan tap, adam olsa deginən ordan konum vardı, qoy konumu tapım sənə atım, bax qardaş dağ kənddər buradı bax ,Həmşan kəndi, Turad kəndi”, “Gözdə qardaşım bir dənə maraqıanax kəndnən”, “Yaxşı, salam qardaş, necəsən”, “Salam”, “Qardaş nə edirsən”, “Qorxurlar”, “Gələ bilmədin indi qaqa”, xx.xx.2022-ci il tarixdə “Salam, necəsən, qardaş neynədin, qaqa”, “Mobin qardaşım”, “Can qardaş”, “salam”, “Salam, neynədin qaqa”, “Qardaş onu tez qoydur, qardaş göndərmisər çeki, adam qayıdıb evə?, başıva dönərəm onu 20 dənə denən haa, adamnan danışmışam gəlib hamsını aparacaq, birdən az qoyar piz vəziyyətdə qalmıyım”, “Qardaşım demişəm, arxayın ol, 20 dənə daş demişəm bağlıyalar, bir saat yarıma iki saata mənə vaxt ver, başıva dönərəm”, “Yaxşı qardaşım, saat on ikiyə işdiyib iyirmi dəyqə, uje yəqin ki saat maksimum birə qaədər həll olunar, oldu brat”, “Qaqa”, xx.xx.2022-ci il tarixdə “Aycan qaqa”, “bir saata ünvan əlindədi bir saata”, “5 qr torpaq elədim”, “Qurban sənə elə eləmə, daş danışmışam uşaqnan, daş verməliyəm, torpağa adam tapa bilmiyəcəm”, “Qardaş valla xalis daş atmadılar and ola Allaha”, “qalacaq əlimdə vaxt itirəcəm”, “o malı mənə and ola Allaha mənə irmidən verdilər”, “Bildim ee, 15 daş, 5 kola oldu?”, “10 daş 5 torpaq”, “Ay qaqa elə eləməə, qurban olum sənə, belə danışmadıq axı biz, mən dedim axı sənə satıb pul düzəldib sabah yola çıxmaq istiyiriy, and ola Allaha”, “And ola Allaha qardaş mən elə eləmək isdəmirdim, yəni bu belə oldu”, “10 daşnan torpaqnan mən neyniyəcəm aa qardaşım, ona de təcili 15 daş eləsin, heçolmasa torpaq lazım deyil, qalacaq əlimdə, 10 dənə daş 300 m elir, bəs etmiyəcək, pul bizə elə 250 m maşına verməliyik, benzini var yolumuz var, denən 15 daş eləsin, vallah yubanacıyıq”, “Qardaşcani, yəni mən əlimdən gələni elədim qağa, indi obiridən pulun üsdünə də bir az elə qoydum verdim elə 15 dənə, amd ola allaha məndə pulu zadı nə variydi verdim hamısını M40 zada, and ola allaha yoxsa özün bilirsən də olar mənim əlimdə bir şey dəyil”, “20 dən camaat burda satır ee”, “Çalı bağlıyıb ee qardaş, malı bağlıyıb, day bir də desəm, yarı olar, bağlamaz, malımı nə demişəm day onu bağlıyıbdı, hazır qalıb, bir də desəm onu dəyişginən qarışar ünvannar”, “malı sən necə 20m dan alırsan qardaş?”, “bunu götürginən, bu cür yerbəyer eləginən, inşallah sabahları çıxginən, görək neyniyəbilirik qardaş, onnan sora hər şey yaxşı olacaq arxayın olginən”, “Valla qardaş belə çıxa bilmirəm axı mən yola, anad ola Allaha belə yola çıxa bilmirəm, pul çatmıyacaq, qardaş Allah haqqı çaymıyacaq, deyərəm sənə 260 manat, 250-260 manat niva maşının iki günnüy rayonu rentekarıdı, bir 50-60 manat bunun yanacağı, bu elədi 300-320 manat, düzdü, indi bizim yolumuz da var, burdan kəndə gəliriy, ora gəliriy, bir qalmağa eləməyə yerimiz yurdumuz, başa düşdün, yəni yolda siqeretimiz, suyumuz nə bilim özümüzə üsdümüzə bir-iki şey götürməliyik, o boyda yol gələciyik, yəni belə şeyləri nəzərə almaq lazımdı, bizə aşağısı 500 manat pul lazımdı, mən qardaş sənnən isdədim sən dedin ki imkanım yoxdu, düzdü?, mən də bir söz demədim ki, sən mənə onsuz da 15 dənə torpaq verməliydin düzdü qardaş?, mənə demişdin ki pul atginən mal götürginən, mən onun üsdündə onu bağlatdırım səninçün, qardaş başıvadönərəm mən səndən 15 dənədən başqa heç nə istəmədim ki, mən sənə 10 dənənin pulunu vurdum dedim ki, qardaş onun üsdünə 10 dənə də qoyginən, öz işimizdən ötəri də, vəziyyətdən çıxaq, yəni belə pis çıxmasın, öz işimizdən ötəri, maşını götürə bilək, yanacağı vura bilək, üsdümüzdə 5-10 manat pul olsun, qala biləy orda bir 20-30 manata bir yer tutaq qalaq, qardaş sən belədə kömək eləmirsən elə də kömək eləmirsən, amma bizdən deyirsən ki, durginən oboyda yolu məsələmçün gəlginən, qardaş hər şey mənim boynumda qalır axı, qurban olum sənə, sən 5 dənə torpaq bağlatdırmısan 10 dənə daşın üsdünə, torpağa məndə bu dəyqə adam yoxdu, axırıncı dəfə torpaq zay gəldi, demirəm heç kim məndən torpaq almır, istəmir qardaş, torpağı kimə deyirəm mənə deyir lazım deyil isdəmirəm, mənim öz kanalım var, torpaq mənim əlimdə qalacaq, torpağı qoydum bir qrağa, düzdü?, 10 dənə daşı da optavoy danışmışam, 30 manatdan verəcəm 300 manat alacam, 300 manat bəs eləmir axı qardaşım, sən heç olmasa bunu 15 dənə daş eləsən mən ondan alardım 400 manat, 300 manat mənim yanacağımnan maşınım, 100 manat da üsdümdə qalardı, götürərdim orda 30 manat verərdim qalardım Masallıda, 70 manat dakı, üsdümdə nə bilim bıçaq mıçaqx nə bilim siqaretimizi, suyumuzu alardıq da 2 saat yol gedəciyik, belə pis çıxamasın, qardaş belə şeyləri fikirləşmək lazımdı, mən burda yalan danışmıram ee, real danışıram, yəni mən adam tapşışam, fikrimizdə də ciddidir inşallah gəlirik, səsə qulaq as, amma mənim pulum düzəlməsə gələ bilmiyəcəm”, “Sabah qardaş, yerbəyer eliyərəm ee qadaaa alım, bunu götürginən sabah yerb\yer eliyərəm,sabah sənə pul düz-qoş eliyərəm, 150 manat zad düz-qoş eliyərəm, başıva dönərəm, day belə oldu da and ola Allaha”, “1-2 gün də yubanacaq, heç nə onda yaxşı, malı qoydur, sabaha 150 sən yolluyarsan, atarsan kartıma çıxarıq yola inşallah, qardaş nə xəbər adamnan, çıxıb qoymağa?”, “Darıxma ünvan gələn kimi atacam”, “hansı tərəfə gedəy”, “diyəcəm”, “yaxşı bir də ünvanı mənə atsan cavab verməsəm narahat olma, telefonu zaryatkaya qoymuşam, tez-tez whatsapa baxacam, qaada alaram, gözdüyürəm”, “yaxşı”, “qaqa get götür”, “öpürəm, 10 daş 5 kola qoyub?”, “götürdün?, hə”, “yaxşı qaqa götürdüm əmanəti”, “yaxşı qardaş”, “səhər 8-9 yatmasam o qardaşnan yiğacam səni, görüntülü danışaq, etraflı məsələni, sən hərşeyi öyrən dayıdan, nə necə olacaq, səhər biz özümüz danışaq, sən sabah 9-8 da çıx, biz də çıxaq”, “əvvəl oturaq danışaq, telefonda etraflı”, “yaxşı”, “problem yoxdu”, “çıxaq yola”, “deyirsən indi dayıma deyim gəlsin danışaq”, “oldu qardaş öpürəm, yoxe sən bütün məlumatları dayıdan öyrən ki, səhər o qardaşın yanında biz səni yığanda danışanda suallara cavab verə biləsən”, “yaxşı, set olmasa promoy yığ məni”, “yaxşı”, “qaqa yığ məni”, “danışa bilmirəm qardaşım yaz”, “deyirəm ki qardaş sabahlarım sən ordan rentekardan maşın götürmüyəssən deyirəm o maşın niva maşını olur ee sizdə onnan götürəciysən, bir də ki onun cipiesi olur, cipiesin onun Bakıda qət eliyib çıxardeysən də yəni”, “he qardaşım bilirəm, oların hamısını, səhər ətraflı danışarıq inşallah, səhər ertədən 8-9 yığacam səni, qardaşım bu niyə belə edir ee, malı çəkirəm 7 qr daş qoyub, 8 qr kola, neyniyək qardaşım işdəmiyəy sənnən?, olmadıki bu, camaat aşağda məndən 10 qr daş gözdüyür, mən necə gedim deyim ki, 7 qr daş var, vallah əsəblərim pozulur ee”, “Sən öl qardaş canı mənə dedi ki, yarı torpaq atılıb, yarı daş atılıb, mən dedim ki, neynək 10 dənə daş elə, 5 dənə torpaq, 10 dənəsini mənə deyirsən bilirəm, bu da gətirib belə eliyib yarı-yarı eliyib”, “neysə, her dəfə bir problem, hamısı da mən mal göptürəndə olur”, “boş ver ee qardaş sən buları boş ver, sən sabahları işivin üsdündə olginən, bundan belə öz işimizi özümüz görək də, başqasınnan mal götürmüyək ,bunnan sonra öz malımız olsun əlimizdə”, “7 dənə daşa 210 m pul edir, düşüb aşağı verirəm, qaldı 8 dənə torpaq, səhərə kimi pulu necə düzəldəcəm mən, sən 150 versən də çatmır uje”, “Qaqa bir adam tap hal elə başıva dönərəm, necə olur olsun bu işi həll elə sabah”, “heç kim pul vermir qaqa, pul verəndə deyir mal ver”, “gəl malı götür onnan başqa heç bir problem yoxdu”, “daş isdiyir, sənə də dedim daş qoydur, gəldi 8 qr torpaq çıxdı, sən 150 səhərə vuraa, mən kəndə çatanda astaraya çatanda, vurdurarsan karta, qalan pulu mən həll edərəm, torpağı lazım olsa 15 dən verəcəm”, “sabah baxacam görüm neynirəm”, “hamsın, yaxşı”, xx.xx.2022-ci il tarixdə “Avyarud”, “Sipiyapart kəndi, Mənə konum at canlı konum 8 saatdıq”, “yaxşı”, “Qardaşım bax görürsən, sən bura gələciysən, bura Həmşanın yaxınlığıdı, ikisini də dairəyə salmışam, bu kəndə gələciysən sən, qardaş vallah bura deyil, sən başqa yerdəsən, sən qal Həmşanın yaxınındakı kənndə, şəkilə bax mən dediyim Həmşanın yaxınlığındadı”, “Gəlirsən mən dediyim yerə?”, “hə gedirəm ora, Həmşana”, “mənə at canlı konum, set oldu at qardaş, qardaş mənə canlı konum at yaddan çıxmasın”, xx.xx.2022-ci il tarixdə “Qardaşım bura Həmşan deyil axı”, “Həmişana bura aparır, naviqator”, “sən çat Həmişana, Həmişandan konum at”, “sən mənə bir dənə canlı at”, “Qaqa mən ünvandayam bax hələ, qardaş bir soz dəbərin də o evdən, bir gedin də konuma, qaqa mən gəldim çatdım ee uje sizə, valla rahatsız ee, oturmusuz evdə elə bilirsiz ki, mən helikopternən zadnan düşəcəm ora başıva dönüm, atdığıvız konumdayam demək olar ki, bir dənə baxın, camlı da atmışam olduğum yerdən də konum atmışam, gör nə mənədi keçəkdənə o üzə”, “Qardaş qulaq ase baa konumda məni izlə, gör düz gedirəm”, “konum birində at qaqa cani”, “qardaş mənə 10 dəqiqədən bir konum at”, “çatdım ee qadan alım bax birdənə, çatmışam demək olar”, “qardaş 1 kilometr gir meşəliyə sarı”, “girə bilmirəm meşəliyə”, “ha qardaş çalış üzü ver meşəliyə”, “ay qardaşım, gəl bu üzə, 2-3 kilometr dağa qalxmışam”, “konum at” mənmununda danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus «Sumsung Galaxy A40» markalı qara rəngdə mobil telefonun “Fotoğraflar” bölməsinə baxış keçirilən zaman “screen” edilmiş formada iki ədəd şəkil aşkar edilmişdir. Həmin şəkillərdə “Seid Sasan” kimi adı qeyd olunmuş şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların olması ehtimal olunan yazışmaların və narkotik vasitə atılmış yerin şəklinin olması ehtimal olunan yer təsvir olunmuşdur. Bundan başqa mobil telefonun zənglər bölməsinə baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 23:50-də şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikası mobil operatoruna məxsus “+98-***-***-**-**” saylı mobil nömrəyə zəng edilməsi müəyyən edilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Sumsung Galaxy J3» markalı qara rəngdə mobil telefonun “Qalareya” bölməsinə baxış keçirilən zaman “screen” edilmiş formada bir ədəd şəkil aşkar edilmişdir. Həmin şəkildə şəxsiyyət istintaqa məlum olmayan şəxsin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə “05 təmiz olsun indiye var” məzmununda yazılar olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların olması ehtimal olunan yazışmalar təsvir olunmuşdur. Bundan başqa həmin mobil telefonun “Qalareya” bölməsinə baxış keçirilən zaman iki ədəd şəkil aşkar edilmişdir. Həmin şəkillərdə ekeltron tərəzi üzərində büküm halında olan, içərisində narkotik vasitə olması ehtimal olunan, birinin çəkisi “8.00g”, digərinin isə “7.14g” təşkil edən maddələr təsvir olunmuşdur. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən üzərindən «Samsung A-12» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən üzərindən «Samsung Galaxy J-3» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilərkən üzərindən «Samsung A 40» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və Nizami rayon məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı əsasında ona CM-nin 62 maddəsi tətbiq edilməklə cəzası 2 il muddətə azaldılmış, Nizami rayon məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılaraq üzərində 1 il 6 ay azaldıqdan məhrumetmə cəza saxlanılimış, xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş qaiməyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsiyyəti istintaqa “Mobin” adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə 1 halda “13” saniyəlik danışıq qeydə alınmışdır. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 11 iyul 2022-ci il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 6052,8 qram qurudulmuş marixuanna, 9,570 qram tiryək narkotik vasitəsi və 1310 ədəd metadon həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin istintaq və təhqiqat idarəsinə təhvil verilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd ««Sumsung Galaxy A12» markalı qara rəngli mobil telefon, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy A40» markalı qara rəngli mobil telefon, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy J3» markalı qara rəngli mobil telefon maddi sübut kimi tanınmış və DSX-nin İstintaq və təhqiqat idarəsinin saxlanc yerində təhvil verilmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə inzibati qaydada tutulmuşlar. İş materiallarında olan 09 iyul 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Füzuli rayonu, Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli arayışdan, xasiyyətnamədən vədiplomun surətindən görünür ki, Əliyev X8 rayonu, Bəhmənli kəndində qeydiyyatdadır, Ali təhsillidir. ailə tərkibi ata, anası və bacılarından ibarətdir, yaşalığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağstafa rayonu Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Musayev X4 rayonu Xətai kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası və qardaşından iburətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Mənzil-Kommunal Təssarüfatı Birliyinin 05 sentyabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, İ.Həmidov küçəsi, ev 48, mənzil 1də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası və qardaşından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 13 iyun 2016-cı il tarixli «Sağlam Ailə 2003» klinikasının arayışından və 021677 nömrəli Əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 atası Əliyev Habil həsənqulu oğlu Hepotit C xəstəsidir, İİ ümumi qrup əlildir. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan İ-1584 və İ-18852 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Zəngilanın azad olunmasına görə» və «X2» meddaları ilə təltif olunmuşdur. İş materiallarında olan 2022-ci il tarixli Xidməti Xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayınadək «Qubadlı» əlahiddə sərhəd diviziyasında xidmət etmişdir. Xidmət etdiyi dövrdə öz çalışqanlığı ilə fərqlənmiş, vətəni müdafiə etmək məsuliyyətini dərindən dərk edərək döyüş və ictimai hazırlıq fənlərinin mənimsənilməsində fərqlənmiş, nümunəvi xidmət etməyə çalışmış. Xidmət etdiyi dövr ərzində vəzifələrini layiqincə yerinə yetirməyə, verilən tapşırıq və göstərişləri vaxtında icra etməyə çalışmış, xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xəstəxanada müalicə olunmamışlar. İş materiallarında olan 18 iyul 2022-ci il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xəstəxanada qeydiyyatda yoxdurlar. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəmə istintaqı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 CM-nin yuxarida qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyalari daxilində cəza təyin edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni, psixotrop maddə və güclü təsir edən maddələri əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, həmin maddələri məhz əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istinad edilən qaçaqmalçılıq cinayətin törədilməsində icraçı kimi deyil, bu cinayətin törədilməsində köməkçi kimi iştirakları təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu faktla bağlı əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onların bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla, yəni həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə edilən külli miqdarda narkotik vasitələri və metadon həbləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin onları satış məqsədi ilə əldə edilməsi üçün qabaqcadan əlbir olduğu qrupun üzvləri tərəfindən həmin narkotik vasitələri və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilib, eləcə də onların İrandan göndərilməsinə və həmin maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına, eləcə də cinayətkar qrupun digər üzvü və ya üzvlərinə çatdırılmasına razılaşdırılaraq əvvəlcədən göndərilməli olan narkotik vasitələri və psixotrop maddəni əldə edəcəyini vəd etmiş, yəni qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitələri və psixotrop maddəni əldə etməsi ilə bağlı əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilən narkotik vasitənin satışının təşkil olunmasını, yəni ona dair sərəncam verməyi qabaqcadan vəd etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda köməkçi qismində iştirak etdiyindən onların bu əməli CM-nin 32.5-ci maddəsinə istinad edilməklə tövsif olunmalı, yəni CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2un cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2un ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olmalarını, gənc olmalarını, əlavə olaraq Təqsirləndirilən şəxs2un “Azərbaycan Respublkasının Ərazi Bütövlüyü Uğrunda” gedən döyüşlərdə iştirak etməklə yaralanmasını, həmçinin «Zəngilanın azad olunmasına görə» və «X2» medalları ilə təltif edilməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmir. Azərbaycan Respublkası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayətlərinin residivi cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublkası CM-in 61.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi cəzasını ağırlaşdıran haldır. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2a təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiklərindən narkomaniyadan məcburi müalicəyə ehtiyyacları yoxdur, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Dövlət sərhəd Xitmətinin istintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6052,8 qram qurudulmuş marixuanna, 9,570 qram tiryək narkotik vasitəsi və 1310 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd ««Sumsung Galaxy A12» markalı, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd «Sumsung Galaxy A40» markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd «Sumsung Galaxy J3» markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 47 (qırx yeddi) manat 66 (altmış altı) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlini 08 iyul 2022-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 47 (qırx yeddi) manat 66 (altmış altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə 47 (qırx yeddi) manat 66 (altmış altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə 47 (qırx yeddi) manat 66 (altmış altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Dövlət sərhəd Xitmətinin istintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6052,8 qram qurudulmuş marixuanna, 9,570 qram tiryək narkotik vasitəsi və 1310 ədəd metadon həbləri məhv edilsin. Dövlət sərhəd Xitmətinin istintaq və təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd ««Sumsung Galaxy A12» markalı, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd «Sumsung Galaxy A40» markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd «Sumsung Galaxy J3» markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-36/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-36/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver