Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-36/2025 12.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Şirvan regional vəkil bürosunun vəkil X11 və Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx.xx.1989-cu ildə Yardımlı rayon Avaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 206.3.2, 29, 318.2, 66.3 və 70-ci maddələri ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza şərti tətbiq edilməklə üzərində 02 il sınaq müddəti müəyyən edilmiş, Yardımlı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29, 318.2, 71.5, 67.1 və 69.3-cü maddələri ilə 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə cəza 06 il 07 ay 03 günə endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Yardımlı rayon Avaş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair, xx.xx.1997-ci ildə Yardımlı rayon Şəfəqli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Yardımlı rayon Şəfəqli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1994-cü ildə Salyan rayonu Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Salyan rayonu Qaraçala kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx.xx.1992-ci ildə Qazıməmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Hacıqabul rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 02 ay 27 gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X33 küçəsi, ev 3 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 və Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Mamed” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təsiredici maddəsinin ümumi miqdarı 390,8 qram olan külli miqdarda 9770 ədəd həb halında narkotik vasitə metadon olan bir ədəd sellofan torbanı qanunsuz olaraq satış məqəsdi ilə əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan sözü gedən maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş yuxarıda qeyd olunan metadon həblərini Yardımlı rayonu Avaş kəndi ərazisində gizlədildiyi yer barədə məlumat verdikdən sonra, Təqsirləndirilən şəxs1 02 dekabr 2023-cü il tarixdə saat 05 radələrində həmin metadon həblərini gizlədildiyi yerdən götürərək satış məqsədi ilə qanunsuz əldə edib, saxlayıb, daşıyaraq Yardımlı rayonu Avaş kəndi yaxınlığında yerləşən “Bərəncü” adlanan yerdə gizlətmiş, bundan sonra həmin metadon həblərinin 4.000 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması, habelə cinayətkar qrupun digər üzvünə (üzvlərinə) çatdırmağı barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 03 dekabr 2023-cü il tarixdə saat 19 radələrində içərisində metadon həbləri olan 1 (bir) ədəd sellofan torbanı Yardımlı rayonu, Şəfəqli kəndinin mərkəzi hissəsində olan yarımtikilinin yanındakı təkərin içərisində gizlətməsi barədə Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs3 məlumat verdikdən sonra, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin gün, saat 23:30 radələrində içərisində narkotik vasitələr olan 1 (bir) ədəd sellofan torbanı gizlədildiyi qeyd olunan yerdən götürüb birgə əldə edərək Təqsirləndirilən şəxs3 idarə etdiyi “KİA RİO” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən, daxil olmuş məlumat əsasında Yardımli polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Yardımlı-Masallı yolunun 35-ci kilometriyində əməliyat axtarış tədbiri keçirilərkən “KİA RİO” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmaqla avtomobilin içərisindən bir ədəd sellofan torbanın (içərisində sözü gedən metadon həbləri olan) yolun kənarına atıldıqdan sonra, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri davam etdirilərək qeyd olunan avtomobil və Təqsirləndirilən şəxs3, həmçinin Təqsirləndirilən şəxs4 saxlanıldıqdan sonra, həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqdim etdiyi yerdən – Yardımlı-Masallı yolunun 35-ci kilometriyindən bir ədəd sellofan torbanın içərisində təsiredici maddəsinin ümumi miqdarı 390,8 qram olan külli miqdarda 9770 ədəd həb halında narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 dekabr 2023-cü il tarixdə içkili olduğu üçün evdə yatmışdır. Atası onu oyadaraq polis əməkdaşlarının onu şöbəyə çağırdıqlarını demiş, o polis əməkdaşları ilə birlikdə Yardımlı rayon polis şöbəsinə getmişdir. Şöbədə ona sənədlərə imza etdirdilər, sonra şöbənin müvəqqəti saxlama yerinə aparmışdırlar. Müvəqqəti saxlama yerində ona 3 nəfər şəxlə əlaqədə olub narkotik daşımasını bildirmişlər. Onun narkotik vasitələrindən məlumatı olmamışdır. İçkili olduğu üçün sənədləri imzalamışdır. Mamed adlı İran vətəndaşını tanımır, onunla heç bir əlaqəsi və telefon danışığı olmamışdır. Ona polis şöbəsində təyziqlər etmişlər, onu döymüşlər. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli şübhəli şəxs və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilmişdir. Həmin ifadələrdə o, göstərmişdir ki, Mamed adlı İran İslam Respublikası vətəndaşını uzun müddətdir ki, saxlanılmamışdan 4-5 gün əvvəl Mamed “WhatsApp” proqramı vasitəsi ilə zəng vuraraq Yardımlı rayonuna narkotik tərkibli dərmanlar göndərəcəyini, əgər həmin dərmanları Bakı şəhərinə onun dediyi yerə qoyacağı təqdirdə ona 4000 manat pul verəcəyini demiş, o, da razılaşmışdır. 02 dekabr 2023-cü il tarixdə səhər saat 04-05 radələrində Mamed yenidən zəng vuraraq dərmanların Yardımlı rayonu Avaş kəndinin şərq hissəsində yerləşən elektrik transformatorunun yaxınlığına qoyulduğunu bildirmişdir. O, həmin yerə gedib içərisində narkotik dərmanlar olan bir ədəd sellofan torbanı götürərək Yardımlı rayonu Abasallı kəndi ərazisində yerləşən “Bərəncü” deyilən yerə apararaq orada gizlətmiş, bundan sonra tanışı Təqsirləndirilən şəxs2 zəng vuraraq dərmanlar barədə bildirmiş, sonuncu da Bakı şəhərində olduğunu, Yardımlı rayonuna gələrək onunla görüşəcəyini demişdir. 03 dekabr 2023-cü il tarixdə günortadan sonra Yardımlı rayonu Şəfəqli kəndinin mərkəzində Təqsirləndirilən şəxs2 ilə görüşmüş, onda dərmanlar olduğunu, həmin dərmanları Bakı şəhərində o, deyən yerə qoyacağı təqdirdə ona 3000 manat pul verəcəyini bildirmiş, Rafət də onunla razılaşmışdır. Həmin gün, saat 19 radələrində o, içərisində narkotik tərkibli dərmanlar olan sellofan torbanı gizlətdiyi yerdən götürərək rayonun Şəfəqli kəndinin mərkəzindəki iki mərtəbəli tikilinin yanındakı təkərin içərisinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada olmuş, dərmanları qoyduğu yeri ona göstərmiş, sonra isə Yardımlı rayonu Avaş kəndinə yaşadığı evə getmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadə verməkdən imtina etdiyinə görə onun ibtidai istintaq zamanı verdiyi təqsirləndirilən şəxs qismində verdiyi 07 dekabr 2023-cü il ifadəsi elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanıyır. Onlarla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” deyilən yerdə dəmir qapı düzəldilən sexdə birlikdə işləmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ona “sizin rayonda narkotik maddələr çox olur, bizim üçün narkotik maddə təşkil edərsən” demişlər. O, da narkotik maddə olarsa onlara məlumat verəcəyini bildirmişdir. 02 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, Yardımlı rayonu Şəfəqli kəndinə atasına məxsus evə gəlmişdir. 03 dekabr 2023-cü il tarixdə saat 12-13 radələrində o, rayonun Şəfəqli kəndində dayanacağın yanında olduğu zaman əvvəllər tanıdığı Yardımlı rayonu Avaş kənd sakini Təqsirləndirilən şəxs1 onun yanına gəlmiş, Təqsirləndirilən şəxs1 ona “məndə narkotik tərkibli dərman var, onu Bakı şəhərinə aparıb mən deyən yerə çatdıra bilsən sənə 3000 manat pul verərəm” demişdir. O, isə Muxtara apara bilməyəcəyini, ancaq tanışları olduğunu, onlarla danışacağını, əgər aparmaq istəsələr ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 zəng vuraraq narkotik tərkibli dərmanlar olduğunu demiş və onu Bakı şəhərinə apara biləcəyini soruşmuşdur. Vurğun onunla razılaşdıqdan sonra, o, Təqsirləndirilən şəxs1 zəng vuraraq tanışlarının razılaşdığını bildirmişdir. Muxtar onunla razılaşdıqdan sonra o, Vurğunla əlaqə saxlayıb Yardımlı rayonu Şəfəqli kəndində gəlmələrini demiş, Vurğun da Təqsirləndirilən şəxs4la birlikdə gələcəyini bildirmişdir. 03 dekabr 2023-cü il tarixdə saat 17-18 radələrində o, Şəfəqli kəndinin mərkəz hissəsində olduğu zaman Təqsirləndirilən şəxs1 onun yanına gəlmiş, içərisində narkotik tərkibli dərmanlar olan sellofan torbanı Şəfəqli kəndinin mərkəz hissəsində olan yarımtikilinin yanındakı təkərin içərisinə qoyduğunu, dərmanların Bakı şəhərində o, deyən yerə çatdırıldıqdan sonra ona 3000 manat pul verəcəyini demişdir. O, da 3000 manat pulun 1000 manatını özü götürəcəyini, 2000 manatını isə Vurğun və Vasifə verəcəyini fikirləşmişdir. Muxtar oradan getdikdən sonra o, dərmanların gizlədildiyi yerin yaxınlığından Vurğunun istifadə etdiyi “WhatsApp” proqramına “Konum” göndərmiş, sonra yaşadığı evə gedərək Vurğun və Vasifin gəlməsini gözləmişdir. Həmin tarixdə saat 23 radələrində Vurğun ona zəng vuraraq konumda göstərilən yerədə olduqlarını bildirmişdir. O, evdən çıxaraq piyada həmin yerə getmiş, Vurğun və Vasifin avtomobil ilə orada gözlədiklərini görmüşdür. Vurğuna demişdir ki, dərmanları Bakı şəhərinə aparıb o, deyən yerə qoya bilsələr hər birinə 1000 manat pul verəcəkdir. Vurğun da onunla razılaşmışdır. Sonra o, kənarda gözləmiş Vurğun və Vasif içərisində dərmanlar olan 1 ədəd torbanı qoyulduğu yerdən götürmüş və getmişlər. O, isə həmin yerdən kənarlaşıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində aralarındakı razılaşmaya görə o, həmin gün gecə radələrində Bakı şəhərinə getdiyini, Muxtarın dərmanların qoyulacağı yeri ona deyəndən sonra o, həmin yeri Vurğun və Vasifə deyəcəyini, Muxtarın ona 3000 manat pul göndərəcəyini, o, da həmin puldan 1000 manatını özünə götürəcəyini, 2000 manat pulu isə Vurğun və Vasifə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 həmin dərmanları haradan əldə etməsindən məlumatının olmadığını, 03 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona deyənə kimi onun Muxtarda natkotik tərkibli dərmanlar olmasını bilmədiyini göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verilən suallara cavab olaraq bildirmişdir ki, 03 dekabr 2023-cü il tarixdə gecə təxminən saat 00 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onun evinə qonaq gəldiklərini, anası xəstə olduğu və gecə vaxtı olduğu üçün evə daxil olmadıqlarını, Vurğun və Vasifin Təqsirləndirilən şəxs1 tanımadıqlarını, onlara Yardımlı rayonunda heç bir narkotik vasitəsinin yerini göstərmədiyini, Vurğun və Vasif yola düşdükdən sonra onun da bakı şəhərinə öz maşını ilə getməsini, atasını polis şöbəsinə apardıqları üçün o Bakı şəhərindən gəlib polis şöbəsinə getdiyrni, polis şöbəsində döyüldüyü üçün məcbur qalıb etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 dekabr 2023-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs4 ilə birlikdə ona məxsus “KİA RİO minik” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonu, Şəfəqli kənd sakini Təqsirləndirilən şəxs2 evinə qonaq gəlmişlər, həmin gün saat 23 radələrində Rafətlə görüşmüşlər, onunla təxminən 1 saat söhbət etdikdən sonra, Vasiflə geri qayıdarkən Vasif narkotik vasitə marixuana çıxarıb istifadə etmiş, onlar Yardımlı-Masallı yolunda Masallı istiqamətində hərəkət edərkən polislərin onları saxlamaq istədiklərini, avtomobili özü idarə etdiyindən o, avtomobili saxlamayıb həmin yerdən uzaqlaşmışdır. Bir az getdikdən sonra Vasif nəşəni avtomobildən çölə atmışdır Masallı rayonuna kimi getdikdən sonra Masallı rayonu ərazisində onları Masallı rayon yol polisi əməkdaşlarının saxlamışlar, polislər ondan avtomobilin sənədlərini istəmişlər, o, da sənədləri təqdim etmişdir, sonra onları Yardımlı rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onlara təyziqlər olmuş, üzərlərinə narkotik vasitə qoymuşlar. Rafətlə narkotiklə bağlı heç bir söhbəti və sövdələşməsi olmamışdır. İstintaqın ilkin mərhələsində verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını, həmçinin İİ Qarabağ müharibəsi iştirakçısı olması, «Vətən muharibəsi iştirakçısı», «Şuşanın azad olunması», «Füzulinin azad olunması» və «Cəbrayılın azad olunması» medalları ilə təltif edilməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli şübhəli şəxs və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilmişdir. Həmin ifadələrdə o, göstərmişdir ki, 2023-cü ilin noyabr ayının sonlarında narkotik maddələr əldə edərək satıb borclarını ödəmək qərarına gəlmişdir. Hadisədən təxminən 3-4 gün əvvəl Bakıda birlikdə işlədiyi əslən Yardımlı rayonundan olan Təqsirləndirilən şəxs2 ilə “WhatsApp” vasitəsi ilə əlaqə saxlayaraq “satmaq üçün narkotik maddə lazımdır, mənə narkotik maddə təşkil et, mən həmin narkotik maddəni aparıb satıb pulunu gətirib sənə verərəm, özüm də qazanc əldə edərəm” demişdir. Rafət da, Yardımlı rayonunda tanışı olduğunu, onunla danışıb narkotik təşkil edəcəyini bildirmişdir. 03 dekabr 2023-cü il tarixdə saat 17-18 radələrində Rafət zəng vuraraq Yardımlı rayonundan olan tanışında narkotik tərkibli dərman peraparatları olduğunu, maddələri Yardımlı rayonu Şəfəqli kəndinin mərkəz hissəsində olan tikilinin yanındakı təkərlərin içərisinə qoyulacağını demişdir. Rafət ona həmin narkotik tərkibli dərman peraparatlarını oradan götürüb aparıb lazım olan yerə çatdırmasını, bunun müqabilində ona 2000 manat pul veriləcəyini bildirmiş, o, da razılaşmışdır. Həmin vaxt Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən dəmir qapı hazırlanan sexdə olmuş, bu zaman xalası oğlu Təqsirləndirilən şəxs4 idarə etdiyi “KİA RİO minik” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin sexə gəlmişdir. O, Təqsirləndirilən şəxs4 onun avtomobili ilə Yardımlı rayonuna getmələrini, orada bir ədəd çanta olduğunu, onu götürüb Bakı şəhərinə qayıdacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs4 da onunla razılaşmışdır. Bundan sonra onlar Yardımlı rayonu istiqamətində hərəkət etmişlər. Cəlilabad rayonu ərazisindən keçərkən Təqsirləndirilən şəxs4 Yardımlı rayonunda içərisində narkotik tərkibli dərmanlar olan bir ədəd torba olduğunu, onu aparıb Bakı şəhərində satacağını, ona da 200-300 manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs4 da onunla razılaşmışdır. Cəlilabad rayonu ərazisində Rafətlə əlaqə saxlayıb içərisində narkotik tərkibli dərmanlar olan 1 ədəd çantanın qoyulduğu yerin konumunu ona göndərməsini demişdir. Rafət ona konum göndərmiş və içərisində narkotik tərkibli dərmanlar olan torbanın həmin konumun yaxınlığında təkərin içərisində olacağını bildirmişdir. Bundan sonra onlar avtomobillə həmin konumda göstərilən yerə getmişlər. Konumda göstərilən yerə çatmağa 100-200 metr qalımış o, konumdan çıxmışdır. Yolun sağ hissəsində təkərləri görüb avtomobili saxlamış və avtomobildən yerə düşmüşlər. Vasiflə birlikdə təkərlərin içərisinə baxıb, bir ədəd torbanı tapıb götürərək avtomobilin arxa oturacağının üzərinə qoymuşlar. Təqsirləndirilən şəxs4 da avtomobilin arxa oturacağında həmin torbanın yanında əyləşmişdir. Bundan sonra onlar yenidən avtomobillə geri dönüb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Yardımlı-Masallı yolunda polis əməkdaşlarının dayandığını görüb avtomobili saxlamışdır. Polis əməkdaşları avtomobilə yaxınlaşıb baxarkən torbanı görmüşlər və onlara həmin torbanı açmalarını demişlər. O, tutulacaqlarından qorxub tez avtomobilə əyləşərək Masallı rayonu istiqamətində hərəkəti davam etdirmişdir. Bir az getdikdən sonra həmin torbanı Təqsirləndirilən şəxs4 avtomobildən yolun kənarına atmışdır. Masallı rayonu ərazisində polis əməkdaşları onları saxlamışlar. Sonra Yardımlı polisləri ora gəlmişlər. Onları Yardımlı rayon polis şöbəsinə aparmışlar. Orada vəkillərin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya aşkar edilmişdir. Ondan qaçmalarının səbəbini soruşulduqda, o, narkotik maddə götürdükləri üçün qaçdıqlarını, içərisində narkotik maddə olan torbanı yolda polis əməkdaşlarının dayandıqları yerdən bir az irəlidə yolun kənarına atdıqlarını, həmin yeri göstərə biləcəyini bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4, vəkillərin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə içərisində narkotik vasitələr olan torbanı atdıqları yerə gedərək baxış keçirilmişdir. Baxış zamanı həmin yerdən 1 ədəd sellofan torba aşkar olunmuş, həmin torbanın içərisindən 4 ədəd balaca, bir ədəd isə böyük qutu aşkar olunmuşdur. Aşkar olunmuş 4 ədəd balaca qutuların içərisindən üzərində Methadone 40 sözləri yazılmış 4000 həb dərman preparatları, 1 ədəd böyük qutunun içərisindən isə üzərində Methadone 40 sözləri yazılmış 5770 həb dərman preparatları aşkar olunmuşdur. Həmin dərman preparatları qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs4 özünü verilmiş ittiham üzrə təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs3 xalası oğludur. Bakı şəhəri, Xətai rayonu “Ağ şəhər” adlanan yerdə Vurğunla birlikdə dəmir qapı hazırlanan sexdə fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində idarə etdiyi “KİA RİO minik” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sexə getmişdir. Həmin vaxt Vurğun ona sənin avtomobilin ilə Yardımlı rayonuna gedək, orada bir ədəd çanta olacaq, onu götürüb Bakı şəhərinə qayıdaq demişdir. O, da Təqsirləndirilən şəxs3 ilə razılaşmışdır. Bundan sonra onlar Yardımlı rayonu istiqamətində hərəkət etmişlər. O, birinci dəfə Yardımlı rayonuna gəldiyinə görə yolu tanımamış, buna görə də avtomobili Təqsirləndirilən şəxs3 idarə etmişdir. Cəlilabad rayonu ərazisindən gələrkən Təqsirləndirilən şəxs3 ona Yardımlı rayonuna narkotik tərkibli dərman götürmək üçün gəldiyini, həmin dərmanları Bakı şəhərinə aparıb satacağını, ona da 200-300 manat pul verəcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs3 ilə razılaşmışdır. Yolda Təqsirləndirilən şəxs3 kimsə konum atmış və onlar həmin konumu izləyib Yardımlı rayonuna gəlmişlər. Konumda göstərilən əraziyə gəlib avtomobildən yerə düşüb içərisində narkotik tərkibli dərman olan çantanı axtarmağa başlamışlar. Onlar yolun sağ hissəsində təkərlər görmüş və Vurğunla birlikdə təkərlərin içərisinə baxmağa başlamışlar. Vurğun təkərin içərisindən bir ədəd içərisində narkotik tərkibli dərmanlar olan torbanı tapmış, həmin torbanı götürərək avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. O, da avtomobilin arxa oturacağında həmin torbanın yanında əyləşmiş, bundan sonra Təqsirləndirilən şəxs3 yenidən avtomobili idarə edərək geri dönüb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Yardımlı-Masallı yolunda polis əməkdaşlarının dayandığını gördüyü üçün Vurğun avtomobili saxlamış, polis əməkdaşları avtomobilə baxarkən bir ədəd içərisində narkotik tərkibli dərmanlar olan torbanı görüb həmin torbanı açmalarını bildirmişlər. Onlar tutulacaqlarından qorxub Masallı rayonu istiqamətində hərəkəti davam etdirmişlər. O, bir az getdikdən sonra həmin torbanı avtomobildən yolun kənarına atmışdır. Masallı rayonu ərazisində polis əməkdaşları onları saxlamışlar. Sonra Yardımlı polisləri ora gələrək onları Yardımlı rayon Polis Şöbəsinə aparmışlar. Orada vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya aşkar edilməmişdir. Qaçmalarının səbəbi soruşulduqda narkotik maddə götürdükləri üçün qaçdıqlarını, içərisində narkotik maddə olan torbanı polislərin dayandığı yerdən bir az irəlidə yolun kənarına atdıqlarını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Bundan sonra onun, Təqsirləndirilən şəxs3, vəkillər və polis əməkdaşlarının iştirakları ilə torbanı atdıqları yerə gedərək baxış keçirilmişdir. Baxış zamanı həmin yerdən 1 ədəd sellofan torba, həmin torbanın içərisindən 4 ədəd balaca, bir ədəd isə böyük qutu aşkar olunmuşdur. Aşkar olunmuş 4 ədəd balaca qutuların içərisindən üzərində Methadone 40 sözləri yazılmış 4000 həb dərman preparatları, 1 ədəd böyük qutunun içərisindən isə üzərində Methadone 40 sözləri yazılmış 5770 həb dərman preparatları aşkar olunmuşdur. Həmin dərman preparatları qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, narkotik vasitəsini polis şöbədə gördüyüunü, onda narkotik vasitə olmadığını, polis şöbəsində təyziqlərə məruz qaldığı üçün narkotikin onlara məxsus olması barədə etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində «narkotik vasitələrində məlumatı olmaması, içkili olduğu üçün, həmçinin təyziqlərə məruz qalması, döyüldüyü üçün polis şöbəsində sənədləri imzalaması, Mamed adlı İran vətəndaşını tanımaması» Təqsirləndirilən şəxs2 ifadəsində «Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Yardımlı rayonunda heç bir narkotik vasitəsinin yerini göstərməməsi, polis şöbəsində döyüldüyü üçün məcbur qalıb etirafedici ifadə verməsi» Təqsirləndirilən şəxs3 ifadəsində «Yardımlı rayon polis şöbəsində onlara təyziqlər olması, üzərlərinə narkotik vasitə qoyulması, Rafətlə narkotiklə bağlı heç bir söhbəti və sövdələşməsi olmaması» Təqsirləndirilən şəxs4 ifadəsində «narkotik vasitəsini polis şöbəsində görməsi, onda narkotik vasitə olmaması, polis şöbəsində təyziqlərə məruz qaldığı üçün narkotikin onlara məxsus olması barədə etirafedici ifadələr verməsi» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi sözü gedən xüsusatları onların cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 03 dekabr 2023-cü il tarixdə X16 və Təqsirləndirilən şəxs4 külli miqdarda narkotik vasitələr əldə etmələri və daşımaları barədə məlumat daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Artıq 04 dekabr 2023-cü il tarixdə saat 01 radələrində keçirilmiş tədbir zamanı Vurğun Abiyev “KİA RİO” markalı ** EA *** qeydiyyat nişanlı avtomobillə Masallı-Yardımlı yolunda Yardımlı rayonu ərazisində saxlanılmışdır. Onlara yaxınlaşıb özlərini təqdim edib narkotik maddələr əldə etmə, daşıma, satmaqda şübhəli olduqlarını və onlarla birlikdə Yardımlı rayon polis şöbəsinə getmələrini bildirilmişlər, Təqsirləndirilən şəxs4 avtomobilin arxa oturacağında əyləşmiş, onun yanında qara rəngli sellofan torba olmuşdur. Bu zaman Vurğun Abiyev gözlənilmədən avtomobili yüksək surətlə idarə edərək Masallı rayonu istiqamətində hərəkətə başlamışdır. Onlar avtomobilə əyləşib Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin arxasınca getmişlər və dərhal şöbəyə məruzə etmiş. Şöbədən də Masallı rayon polis şöbəsinə onlara kömək etmək üçün məlumat verilmiş, Masallı rayonu ərazisində onlar Vurğun Abiyev və Təqsirləndirilən şəxs4 təqib edən zaman Masallı rayon yol patrul xidmətinin əməkdaşları Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili Masallı rayonu ərazisində saxlamışlar. Vurğun Abiyev və Təqsirləndirilən şəxs4 avtomobillə birlikdə Yardımlı rayon polis şöbəsinə gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 Yardımlı rayonuna narkotik vasitə götürüb aparmaq məqsədi ilə gəldiklərini, narkotik vasitəni götürdükdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olarkən polis əməkdaşlarının onları təqib etdiyini, buna görə də Yardımlı rayonu ərazisində xalası oğlu Vasifin içərisində narkotik tərkibli dərmanlar olan 1 ədəd sellofan torbanı yolun kənarına atdığını bildirmişdir. Bundan başqa müdafiəçilərin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik tərkibli dərmanları atdıqları əraziyə baxış keçirilmişdir. Şübhəli şəxslərdən içərisində narkotik tərkibli dərman preparatları olan 1 ədəd sellofan torbanı hara atmaları soruşulduqda Vurğun Abiyev və Təqsirləndirilən şəxs4 içərisində narkotik tərkibli dərman preparatları olan 1 ədəd sellofan torbanı atdıqları yeri göstərmişlər. Bundan sonra həmin sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbadan 4 ədəd balaca qutu, 1 ədəd isə böyük qutu aşkar olunmuşdur. Aşkar olunmuş bağlamalara baxış keçirilərkən bağlamalarda metadon həblərinə oxşar dərman preparatları aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 dekabr 2023-cü il tarixli 19/1027 nömrəli rəyindən görünür ki, təqdiqiqata təqdim edilmiş üzərində: “Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqdim etdiyi yerdən aşkar olunmuş 4000 həb “metadon” adlı dərman peraparatları sözlər və imzalar olan bir ədəd bağlamadakı 400 ədəd konvalyutda ümumi sayı 4000 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 160,0 qramdır ( bir həbdə 0,04 qr). Təqdiqiqata təqdim edilmiş üzərində: “Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqdim etdiyi yerdən aşkar olunmuş 5770 ədəd həb “metadon” adlı dərman peraparatları sözlər və imzalar olan bir ədəd bağlamadakı 577 ədəd konvalyutda ümumi sayı 5770 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 230,8 qramdır ( bir həbdə 0,04 qr). Təqdiqiqata təqdim edilmiş üzərində: “Baxış zamanı şübhəli şxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqdim etdiyi yerdən aşkar olunmuş 4000 həb “metadon” adlı dərman peraparatları və baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqdim etdiyi yerdən aşkar olunmuş 5770 ədəd həb metadon adlı dərman peraparatları sözlər və imzalar olan iki ədəd bağlamadakı ümumilikdə 9770 ədəd olan metadonlar həblərin təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 390,8 qramdır. (bir həbdə 0,04 qr). Metadon adlı dərman Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra 6) daxildir. Metadon həbləi-9770 ədəd, cəmi tədqiqata sərf edildi- 99 ədəd, qalıq- 9671 ədəd.(1-4000, 4001-9770 №-li ob.) Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2023-cü il tarixli 1101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır. Asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2023-cü il tarixli 1102 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır. Asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2023-cü il tarixli 1103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır. Asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2023-cü il tarixli 1104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 Kannabiodların qəbulundan yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 356 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs4 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs4 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham elan olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 357 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 358 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham elan olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 359 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində olan əşyaları təqdim təklif edilmiş, Təqsirləndirilən şəxs3 şalvarının cibindən 1 ədəd “Redmi Note 8” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxs axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən qadağan olunmuş hər hansı bir əşya yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 Yardımlı rayonuna narkotik vasitə götürüb aparmaq məqsədilə gəldiyini, narkotik vasitəni götürdükdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan zaman polis əməkdaşlarından qaçarkən saxlanıldıqları yerdən bir az irəlidə Yardımlı rayonu ərazisində xalası oğlu Təqsirləndirilən şəxs4 içərisində dərman preparatları olan 1 ədəd sellofan torbanı atdığını bildirmişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs4 şalvarının cibindən 1 ədəd “Redmi Note 8” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qadağan olunmuş hər hansı bir əşya yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs4 Yardımlı rayonuna narkotik vasitə götürüb aparmaq məqsədilə gəldiyini və narkotik vasitəni götürdükdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan zaman polis əməkdaşlarından qaçarkən saxlanıldıqları yerdən bir az irəlidə Yardımlı rayonu ərazisində içərisində dərman preparatrları olan 1 ədəd sellofan torbanı atdığını, torbanı atdığı yeri göstərə biləcəyini demişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli «baxış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Yardımlı-Masallı yolunun 35-ci kilometrliyində şübhəli şəxslər Təqsirləndirilən şəxs3 və X7 içərisində narkotik tərkibli dərman preparatları olan 1 ədəd sellofan torbanı hara atmaları soruşulmuş, şübhəli şəxs Vurğun Abiyev yolun kənarında olan içərisində narkotik tərkibli dərman preparatları olan 1 ədəd sellofan torbanı həmin yerə atdıqlarını bildirmişlər. Həmin yerdən 1 ədəd sellofan torba aşkar olunmuşdur. Şübhəli şəxs Vurğun Abiyev həmin sellofan torbanı onların həmin yerə atdıqlarını, bir az qabaqda polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, tutulacaqlarından qorxduqları üçün sellofan torbanı həmin yerə atdıqlarını, həmin sellofan torbanı digər şübhəli şəxs Təqsirləndirilən şəxs4la birlikdə götürdüklərini bildirmişdir. Şübhəli şəxslərdən həmin sellofan torbanı ora kimin atması soruşulduqda Təqsirləndirilən şəxs4 sellofan torbanı özünün ora atdığını bildirmişdir. Bundan sonra 1 ədəd sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı sellofan torbadan 4 ədəd balaca qutu, 1 ədəd isə böyük qutu aşkar olunmuşdur. Aşkar olunmuş birinci balaca qutunun içərisindən üzərində Methadone 40 sözləri yazılmış hər birində 10 həb olmaqla 100 konvalyut ümumilikdə 1000 həb dərman preparatları, ikinci balaca qutunun içərisindən üzərində Methadone 40 sözləri yazılmış hər birində 10 həb olmaqla 100 konvalyut ümumilikdə 1000 həb dərman preparatları, üçüncü qutunun içərisindən üzərində Methadone 40 sözləri yazılmış hər birində 10 həb olmaqla 100 konvalyut ümumilikdə 1000 həb dərman preparatları, dördüncü balaca qutunun içərisindən üzərində Methadone 40 sözləri yazılmış hər birində 10 həb olmaqla 100 konvalyut ümumilikdə 1000 həb dərman preparatları aşkar olunmuşdur. Bundan əlavə aşkar olunmuş 1 ədəd böyük qutunun içərisindən üzərində Methadone 40 sözləri yazılmış hər birində 10 həb olmaqla 577 konvalyut ümumilikdə 5770 həb dərman preparatları aşkar olunmuşdur. Beləlklə baxış zamanı ümumilikdə sellofan torbadan 9770 həb dərman peraparatları aşkar olunmuş, həmin dərman peraparatları qablaşdırılaraq möhürlənib götürülmüşdür. İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli «ifadəsinin yerində yoxlanması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, X16 05 dekabr 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli «ifadəsinin yerində yoxlanması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 05 dekabr 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli «ifadəsinin yerində yoxlanması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 07 dekabr 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 25 yanvıar 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 733 34 23 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəngləri özündə əks etdirən diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 733 34 23 saylı nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 332 26 88 saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 18:18, 18:43, 19:47, 21:08 və 22:08 radələrində telefon danışıqları aparması müəyyən edilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 332 26 88 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəngləri özündə əks etdirən diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 332 26 88 saylı nömrə ilə digər Təqsirləndirilən şəxs1 İbram oğlunun istifadəsində olan 050 733 34 23 saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 18:18, 18:43, 19:47, 21:08 və 22:08 radələrində telefon danışıqları aparması müəyyən edilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 055 642 60 42 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəngləri özündə əks etdirən diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 055 642 60 42 saylı nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 746 62 12 saylı mobil nömrə ilə xx.xx.2023cü il tarixdə saat 12:55, 15:28, 18:46, 19:33, 20:18, 20:44, 22:23, 22:49, 22:51, 23:00, 23:01, 23:11, 23:12 radələrində, xx.xx.2023-cü il tarixdə saat 01:02, 01:05, 01:12, 01:13, 01:15, 01:27, 01:28 radələrində telefon danışıqları aparması, həmin tarixdə saat 08:56, 10:04, 10:22, 10:27, 10:28, 11:19, 16:20, 16:26 radələrində isə telefon danışıqları aparmağa cəhd etməsi müəyyən edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 332.2.3, 69.3, 70-ci maddələri ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 02 il 09 ay 14 gün azadlıqdan məhrumetmə və 06 ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 206.3.2, 29, 318.2, 66.3 və 70-ci maddələri ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza ona şərti tətbiq edilməklə üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir.Bayiyev X5 rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 318.2, 71.5, 67.1 və 69.3-cü maddələri ilə 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə cəza 06 il 07 ay 03 günə endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İşə əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 21-1/3-223/17 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və ona təyin edilmiş 02 il müddətinə islah işləri cəzası çəkilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Kazımov X14 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Kazımov X14 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci, 66.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 27 gün hisəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Kazımov X14 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 27 gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Yardımlı RMX-sı Publik Hüquqi şəxsin 18 dekabr 2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmurlar. İş materiallarında olan Hacıqabul RMX-sı Publik Hüquqi şəxsin 19 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 xəstəxananın konsultativ-polislinika şöbəsinin narkoloji kabinetində 2019-cu il tarixdən qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində deyildir. İş materiallarında olan Salyan RMX-sı Publik Hüquqi şəxsin 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxananın psixonevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 09 dekabr 2023-cü il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 9671 ədəd metadon həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı RPŞ təhvil verilmişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli qərarlarla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung A23» markalı, Təqsirləndirilən şəxs3 Coşnun oğlundan götürülmüş bir ədəd “Redmi Note 8” markalı və Təqsirləndirilən şəxs2 aşkar olunmuş «Sumsung Galaxy A 50» markalı mobil telefonlar maddi sübut kimi tanınmış, saxlanılması üçün Yardımlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və X8 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 barələrində həbs olunmasının əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 və X8 barələrində həbs olunmasının əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə Yardımlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X9 əməliyyat axtırış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Yardımlı rayon, Şəfəqli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Məcidli X20 rayonu, Şəfəqli kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası və qardaşından ibarətdir. yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Kazımov X14 şəhəri, M.B.Nadim küçəsi 4 saylı evdə qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından ibarətdir, himayəsində 21 mart 2015ci il təvəlludlu X12 adlı azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş 29 mart 2015-ci il tarixli «ölüm haqqında» şəhadətnamənin surətindən və xx.xx.2015-ci il tarixli FHN-nin Hacıqabul rayon Dövlət Yanğından mühavizə hissəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs4 atası X21 xx.xx.2015-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında baş vermiş yanğın hadisəsi zamanı cəsədi tapılmışdır. İş materiallarında olan Yardımlı rayon, Avaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X2 rayonu, Avaş kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı və xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı ayzyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan rayon, Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Abıyev X15 rayon, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı və 2018-ci il təvəllüdlü X17 ayzyaşlı uşağından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İ-3282 nömrəli, İ-6252 nömrəli, İ-17233 nömrəli, İ15681 nömrəli medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Ərazi Bötövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməklə «Vətən muharibəsi iştirakçısı», «Şuşanın azad olunması», «Füzulinin azad olunması» və «Cəbrayılın azad olunması» medalları ilə təltif oluqnmuşdur. İş materiallarında olane 01 may 2024-cü il tarixli «cinayət işinin materiallarındlan başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqınla qərarla X1 miqdarda əldə etdiyi mənbənin və Mamed adlı İİR vətəndaşının barədə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə baxışında dövlət ittihamçısı təqsirləndirilən şəxs X4 ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsinin həmin məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Muxtar Bayıyevə istinad edilən qaçaqmalçılıq cinayətin törədilməsində icraçı kimi deyil, bu cinayətin törədilməsində köməkçi kimi iştirakları təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu faktla bağlı əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onların bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla, yəni həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Muxtar Bayıyev qanunsuz olaraq əldə edilən külli miqdarda metadon həblərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin onları satış məqsədi ilə əldə edilməsi üçün qabaqcadan əlbir olduğu qrupun üzvləri tərəfindən həmin narkotik vasitə metadon həblərinin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilib, eləcə də onların İrandan göndərilməsinə və həmin maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına, eləcə də cinayətkar qrupun digər üzvü və ya üzvlərinə çatdırılmasına razılaşdırılaraq əvvəlcədən göndərilməli olan narkotik vasitələri və psixotrop maddəni əldə edəcəyini vəd etmiş, yəni qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs Muxtar Bayıyev qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitələri və psixotrop maddəni əldə etməsi ilə bağlı əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Muxtar Bayıyev Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilən narkotik vasitənin satışının təşkil olunmasını, yəni ona dair sərəncam verməyi qabaqcadan vəd etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda köməkçi qismində iştirak etdiyindən onların bu əməli CM-nin 32.5-ci maddəsinə istinad edilməklə tövsif olunmalı, yəni CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Muxtar Bayıyev CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Muxtar Bayıyev, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 himayəsində 1 azyaşlı, Muxtar Babayevin himayəsində 2 azyaşlı Təqsirləndirilən şəxs3 himayəsində 1 azyaşlı uşaqlarının olması cəzalarını yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddələrinə əsasən Vaisf Kazımov, Muxtar Bayıyev və Rafət Məcdlinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, gənc olmalarını,Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olmasını, gənc olmasını Azərbaycan Respublikasının Ərazi Bötövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməklə «Vətən muharibəsi iştirakçısı», «Şuşanın azad olunması», «Füzulinin azad olunması» və «Cəbrayılın azad olunması» medalları ilə təltif olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə dörd günü bir günə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə cəza təyin edilməlidir. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti Yardımlı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, CM-in 18.3.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs4 hazırkı iş üzrə cinayəti Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, CMin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, CM-in 65.2-ci maddəsinə görə xüsusilə təhlükəli resedivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Muxtar Bayıyev, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 və Muxtar Bayıyev təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Muxtar Bayıyev, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmədiklərindən narkomaniyadan məcburi müalicəyə ehtiyyacları yoxdur, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Yardımlı rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 9671 ədəd metadon həbləri məhv edilməli, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung A23» markalı, Təqsirləndirilən şəxs3 Coşnun oğlundan götürülmüş bir ədəd “Redmi Note 8” markalı və Təqsirləndirilən şəxs2 aşkar olunmuş «Sumsung Galaxy A 50» markalı mobil telefonlar onların yaxıqn qohumlarına qaytarılmalı, iş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış keçirilməsinin və digər istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 13 ədəd disk cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanıl İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 16 (on altı) manat 25 (iyirmi beş) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətləri 04 dekabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 və Muxtar Bayıyevin çəkmə müddətinin əvvəlini 05 dekabr 2023cü tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 16 (on altı) manat 25 (iyirmi beş) qəpik məbləğində ekspertiza xərci Muxtar Bayıyevdən tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 16 (on altı) manat 25 (iyirmi beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 3 (üç) ay müddət müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə dörd günü bir günə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il müddət il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 16 (on altı) manat 25 (iyirmi beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 16 (on altı) manat 25 (iyirmi beş) qəpik məbləğində ekspertiza xərci Vasi Kazımovdan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Yardımlı RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 9671 ədəd metadon həbləri məhv edilsin. - Yardımlı RPŞ-də saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 məxsus 1 ədəd «Sumsung A23» markalı, Təqsirləndirilən şəxs3 Coşnun oğluna məxsus bir ədəd “Redmi Note 8” markalı və Təqsirləndirilən şəxs2 məxsus «Sumsung Galaxy A 50» markalı mobil telefonlar onların yaxıqn qohumlarına qaytarılsın. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış keçirilməsinin və digər istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 13 ədəd disk cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Muxtar Bayıyev, Təqsirləndirilən şəxs3, Vais Kazımov və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-36/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-36/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver