Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-361/2024 12.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi X8 iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış,, fərdi əməklə məşğul olmuş, Masallı rayonunun Viləş kəndində qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, 8-ci mikrorayon, mənzil 55-də yaşamış, barəsində 10 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, qızı Salatın Fətullayevanın əri X15 ilə birgə yaşamalarına baxmayaraq digər şəxslərlə görüşərək sevgi münasibətində olmaqla ailəsinə xəyanət etməsi səbəbindən qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə 06 noyabr 2023-cü ildə yaşadığı Sumqayıt şəhərindən qızının ailəsi ilə birlikdə yaşadığı Masallı rayonu İ Yeddioymaq kəndində yerləşən evinə gələrək Salatın Fətullayeva ilə söhbət edib onun ailəsinə xəyanət etdiyinə bir daha əmin olaraq cinayətkar niyyətini həyata keçirmək üçün Salatın Fətullayevanın və digər ailə üzvlərinin yatmasını gözləmiş, 07 noyabr 2023-cü ildə, gecə saat 03 radələrində evin birinci mərtəbəsindəki otaqda çarpayıda yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olub hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan qızı Salatın Fətullayevanın üzərinə hücum edərək özü ilə gətirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurmuş, Salatın Fətullayeva yuxudan oyanıb ona işgəncə verməməsi, yenidən bıçaqla vurmaması üçün yalvarıb aman diləməsinə baxmayaraq, o, öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə qızına xüsusi əzab verdiyini dərk edib bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olmaqla, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının arxa hissəsinin 05 ədəd, döş qəfəsinin sol yan hissəsinin 01 ədəd döş boşluğuna nüfuz edən sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yaraları, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan döş qəfəsinin arxa hissəsinin 04 ədəd, döş qəfəsinin sol yan hissəsinin 01 ədəd döş boşluğuna nüfuz etməyən, sol bazu nahiyəsinin 02 ədəd, sol çiyin nahiyəsinin 01 ədəd və sol bud nahiyəsinin 01 ədəd deşilmiş-kəsilmiş yarası və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ bazu nahiyəsinin qançırı ilə nəticələnən bədən xəsarətləri yetirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qızı Salatın Fətullayevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təxminən iki il bundan əvvəl ailəsi ilə birlikdə Sumqayıt şəhərində 8-ci mikrorayon ərazisində kirayə ev tutaraq orada yaşamış və fərdi əməklə məşğul olmaqla ailəsini dolandırmışdır. Qızı Salatın 8 il əvvəl Masallı rayon sakini Kərim Fətullayevlə evlənmiş və hazırda iki azyaşlı övladı vardır. 2023-cü ilin oktyabr ayının əvvəllərinə kimi Salatının əri ilə münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir narazılıq və ya söz-söhbətin olmasını eşitməmişdir. 2023-cü ilin oktyabr ayında qızının qaynanası Şahid1 arvadı Aynurun telefonuna səs göndərək Salatının narkotik vasitə qəbul etdiyini, tez-tez səhər saatlarında özbaşına yaşadığı evi tərk edib Masallı şəhərinə getdiyini, gecə saatlarında evə qayıtdığını, başqa şəxslərlə telefonla danışdığını, onlarla görüşdüyünü, əxlaqsızlıqla məşğul olduğunu, ərinə xəyanət etdiyini və onun bu hərəkətlərinin qarşısını ala bilmədiklərini, gəlib qızının ağlını “başına qoymasını” demiş, sonuncunun göndərdiyi səsə özü də qulaq asmış, sonuncu dəfə 2023-cü ilin noyabr ayının 06-da qızının qaynanası “WhatsApp” vasitəsi ilə arvadına zəng edərkən Salatının onunla danışmaq istədiyini demiş, Salatın ağlayaraq gəlib onu aparmasını bildirmiş, qızının ailəsində baş verən məsələni aydınlaşdırmaq məqsədi ilə həmin gün saat 18 radələrində Sumqayıt şəhərindən taksi ilə Masallı rayonunun İ Yeddioymaq kəndinə gəlmiş, evdən çıxarkən məişətdə istifadə olunan bir ədəd mətbəx bıçağını özü ilə götürmüş, saat 22 radələrində qızıgilə gəlib qızının qaynanası Rəna və kürəkəni Kərimlə söhbət edərkən ona “qızına yaxşı tərbiyə verilmədiyinə” görə orada irad bildirilmiş, qızının telefonunda olan mesajlar, səs yazıları ona göstərildikdən sonra qızının barəsində deyilənlərin həqiqət olduğunu başa düşmüş, qızı ilə təklikdə söhbət edərkən Salatın əvvəlcə deyilənlərin yalan olduğunu bildirmiş, lakin sonra qızı Aynurə adlı rəfiqəsi onu narkotik vasitəyə öyrəşdirdiyini və əxlaqsızlıq yolu ilə ailəsinə xəyanət etdiyini etiraf etmiş, bunu eşidib onu öldürüb namusunu təmizləmək qərarına gəlmiş, bu məqsədlə Rəna və Kərimə qızı Salatınla bir daha söhbət etmək istədiyini bildirib onunla bir otaqda yatmaq istədiyini bildirmiş, məqsədi hamının, o cümlədən Salatının yatmasından istifadə edərək sakitcə qızı Salatını öldürmək olmuş, otağın sağ tərəfində olan çarpayıda qızı Salatın, uşaq çarpayısında nəvəsi, digər çarpayıda isə o uzanmış, yatmayaraq onların yatmasını gözləmiş, bir-iki saat sonra Salatının yatıb yatmamasını dəqiqləşdirmək üçün onun yanına getmiş, onun yatdığını görüb paltarının altında gizlədib saxladığı bıçağı çıxarıb Salatının kürəyinə bir zərbə vurmuş, bu zaman Salatın yuxudan ayılaraq yerindən qalxmaq istəmiş, ona imkan verməyib bıçaqla kürəyinə ardıcıl olaraq bir neçə zərbə vurmuş, zərbələr əsasən onun bel nahiyəsinə dəymiş, Salatın əli ilə ona müqavimət göstərmiş və qışqırıb əri Kərimi çağırmış, Kərim gələrək onu kənara çəkmiş, həmin vaxt qızının qaynanası Rənanın da otağa gəldiyini görmüş, sonra o gödəkçəsini geyinib əlindəki qanlı bıçaqla evdən çölə çıxıb piyada Yeddioymaq kəndi ilə Viləş kəndinin arasında yerləşən dəmir yolunun yaxınlığına gələrək əvvəlcə bacısı Hüsniyyəyə zəng edərək törətdiyi hadisə barədə ona məlumat vermiş, sonra isə “102” xidmətinə zəng vurmaq istəmiş, həmin vaxt Masallı RPŞ-dən ona zəng edilərək harada olduğu soruşulmuş, sonra polis əməkdaşları gəlib onu Masallı RPŞ-nə aparmış, şöbədə aparılan şifahi söhbət zamanı o törətdiyi cinayəti etiraf etmiş və cinayətin aləti olan bir ədəd bıçağı polis əməkdaşına təqdim etmişdir. Cinayəti ailəsinin şərəfini qorumaq məqsədi ilə törətdiyini, hazırda əməlindən peşman olduğunu bildirib məhkəmədən əməlini CM-in 120.1-ci madəsinə tövsif etməklə ona az cəza veilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Salatın Şükürova ilə 2015-ci ilin avqust ayında evlənmiş, birgə nikahlarından iki azyaşlı övladı vardır. Arvadı, uşaqları və anası ilə birgə Masallı rayonunun İ Yeddioymaq kəndindəki ata evində yaşamağa başlamış, əvvəllər ər-arvad kimi münasibətləri yaxşı olmuş, lakin sonralar Salatın rəfiqələri ilə görüşəcəyini deyərək tez-tez özbaşına evdən getmiş, evə gecə saatlarında gəlmiş, Salatının 2017-ci ildə tanımadığı və adını bilmədiyi bir nəfər şəxslə telefonda danışaraq ona xəyanət etdiyini öyrənmiş, həmin vaxt sonuncunun işlətdiyi mobil telefonu onun əlindən alaraq bir daha ona telefon işlətməyə icazə verməmiş, bir neçə il evdə sakitlik olmuşdur. Anası xx.xx.2022-ci ildə Rusiyada yaşayan qardaşı Elnurun yanına getdikdən sonra onlar uşaqları ilə birgə fərdi yaşayış evində yaşamağa davam etmiş, oğlu məktəbə, qızı isə bağçaya getdiyindən müəllimlərlə mütamadi əlaqə saxlamaq üçün anası Rəna 2023-cü ilin aprel ayında özünün işlətdiyi “Samsung A10s” markalı mobil telefonu Salatına göndərmiş, Salatın telefonu əldə etdikdən sonra Salatında dəyişikliklər, ona qarşı soyuqluq, uşaqlara biganəlik müşahidə etməyə başlamış, yaşadığı kənddə Salatının kənd ərazisində tanınmayan maşınlara əyləşərək harasa getməsi barədə söz-söhbət yayılmış, bu söz-söhbət yayıldıqdan sonra aralarında tez-tez mübahisələri yaranmış, onlar ayrı-ayrı otaqlarda yatmış, gecələr onun yatdığı otaqdan səsini eşitmiş və kiminləsə telefonda danışmasından şübhələnmiş, onunla evli olmasına baxmayaraq 2023-cü ilin yazından etibarən sonuncu ilə ər-arvad münasibətində olmamış, Salatın onunla yaxınlıq etməkdən imtina etmiş, xx.xx.2023-cü ildə səhər saatlarında işə getməyə hazırlaşarkən Salatının telefonuna “Leyla Bibi” adı ilə kontakta salınmış nömrədən zəng gəlmiş, telefonu açdıqda kişi səsli birinin “alo, alo” dediyini eşidib ondan kim olduğunu soruşduqda o səhv düşdüyünü deyib telefonu söndürüb telefonu özü ilə aparmış, həmin gün Samara şəhərində olan anası Rəna ilə əlaqəsi saxlayıb baş verənlər və kənddə gəzən söz-söhbətlər barədə ona məlumat vermiş və kəndə gəlməsini xahiş etmiş, anası xx.xx.2023-cü ildə kəndə qayıtdıqdan sonra onlar telefonun yaddaşına baxarkən Salatının Rəhim adlı şəxslə mesajlarını və zənglərini aşkar edib bu barədə Salatının anasına və atası Hüseynə məlumat vermiş, qayınatası Hüseyn ona “Salatının onun arvadı olduğunu, əgər hər hansı sübutu varsa onu öldürməsini” demiş, lakin o Hüseynə öldürməyin çıxış yolu olmadığını, onunla boşanacağını bildirdikdə Hüseyn əlindəki sübutları ona verməsini istəmiş, o da anası Rənanın arvadı Salatınla söhbətləşdiyi zaman Salatının hər şeyi etiraf edərək ona xəyanət etməsinə dair dediklərinin səs yazısını onlara və arvadının bibisinə göndərərək qayınatası Hüseynin gəlib qızını öz evinə aparmasını xahiş etmiş, xx.xx.2023-cü ildə 22 radələrində qatınatası Hüseyn onlara gəlmiş, onlar bir qədər söhbət etdikdən sonra Hüseyn sabah tezdən qızını Sumqayıt şəhərinə aparacağını bildirmiş, yatmaq vaxtı olarkən Hüseyn qızı ilə eyni otaqda yatıb onunla bir daha söhbət istədiyini deyərək Salatına heç bir şey etməyəcəyinə söz vermiş, Hüseynlə qızı Salatın birinci mərtəbədə yataq otağında yatmış, gecə saat 03 radələrində Salatının qışqırıq səsinə yuxudan oyanaraq anasını səsləyib, özü isə aşağı mərtəbəyə enərək onların yatdığı otağa daxil olarkən Salatının otağın sağ tərəfində yerləşən çarpayının üzərində əli ilə belini tutaraq uzanıqlı vəziyyətdə, qayınatası Hüseynin isə əlində qana bulaşmış bıçaqla Salatının başı üstündə dayandığını görmüş, onun otağa girməsini görən Hüseyn qızının üzərinə gedib ona əlindəki bıçaqla yenidən zərbə vurmaq istəyərkən anası ilə onların arasına girib Hüseynin Salatına zərbələr vurmasına imkan verməmiş, sonra Hüseyn qızına təkrar zərbələr vurmağa imkan verilməyəcəyini görüb evi tərk edib getmiş, həmin vaxt Salatına yaxınlaşarkən onun xırıldadığını və üzərində yatdığı döşəyin qana bulaşdığını görüb ilk öncə təcili tibbi yardıma, sonra isə DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, onu bağışladığını bildirmiş və məhkəmədən ona az cəza verilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Tapdıq qızı məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Salatın qızı, təqsirləndirilən şəxs Hüseyn isə əridir. X21 Fətullayevlə evlənmiş, birgə nikahlarından iki azyaşlı övladı vardır. Əvvəllər onların ərarvad münasibətləri yaxşı olmuş, lakin sonralar aralarında narazılıqları olmuşdur. 2023-cü ilin oktyabr ayının əvvəllərində qızının qaynanası Şahid1 onun telefonuna səs göndərək Salatının narkotik vasitə qəbul edərək tez-tez səhər saatlarında yaşadığı evi tərk edib Masallı şəhərinə getdiyini, gecə saatlarında evə qayıtdığını, başqa şəxslərlə danışdığını, onlarla görüşdüyünü, əxlaqsızlıqla məşğul olduğunu, ərinə xəyanət etdiyini və onun bu hərəkətlərinin qarşısını ala bilmədiklərini, əri ilə gəlib qızının ağlını “başına qoymasını”demiş, Rənanın göndərdiyi səsə əri Hüseyn də qulaq asmış, sonuncu dəfə xx.xx.2023-cü ildə qızının qaynanası “WhatsApp” vasitəsi ilə yenidən ona zəng edərkən Salatının onunla danışmaq istədiyini demiş, qızı ilə danışarkən Salatın ağlayaraq gəlib onu aparmasını bildirmiş, qızının ailəsində baş verən məsələni aydınlaşdırmaq məqsədi ilə atası həmin gün saat 18 radələrində qızının yaşadığı Masallı rayonuna getmiş, gecə saatlarında əri Hüseynin qızını öldürdüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi oğlu Kərim Fətullayevin ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, oğlu Kərim arvadı Salatının ona və uşaqlarına baxmaması, eləcə də ailəsinə yaraşmayan hərəkətlərlə, əxlaqsızlıqla məşğul olduğunu bildirib onun kəndə qayıtmasını istəmiş, kəndə qayıtdıqdan sonra gəlini Salatınla təklikdə oturub söhbət etmiş, Salatın əvvəlcə onun barəsində deyilənlərin yalan və böhtan olduğunu bildirmiş, lakin onun telefonunda olan mesajları və səs yazılarını göstərdikdə, eləcə də kənddə qonşular arasında gedən sözsöhbətlərin həqiqətə uyğun olduğunu bildirdikdə Salatın hər şeyi olduğu kimi etiraf etmiş, oğlundan boşanacağını və atası evinə gedəcəyini demişdir. Salatınla bu söhbətdən sonra sonuncunun bibisi Nərminəyə onun hərəkətləri barəsində kənddə yayılmış söz-söhbət barədə məlumat vermiş, Nərminə onlara gələrkən Nərminəyə Salatının telefonunda olan səs və mesajları ona göstərərkən bibisi Salatını danlayaraq çıxıb getmiş, sonra gəlininin valideynlərinə zəng edərək onların gəlib bu məsələyə son qoymasını bildirmiş, xx.xx.2023cü ildə 22 radələrində qudası-gəlinin atası Hüseyn onlara gəlmiş, sonuncu ilə söhbətdən sonra Salatının atası tərəfindən evinə aparılması ilə hər şeyin bitəcəyini düşünmüş, lakin Hüseynin həmin gecə qızı Salatını öldürməsinin şahidi olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayının əvvəllərinə kimi qardaşı qızı Salatının ərinə xəyanət etməsi barədə heç bir məlumatı olmamış və ya hər hansı bir narazılıq belə eşitməmişdir. Bacısı Nərminənin ərinin rəhmətə getməsinin ildönümü ilə əlaqədar 02 noyabr 2023-cü ildə Masallı rayonunun Viləş kəndində yas məclisində iştirak edərkən kənd qadınlardan qardaşı qızı Salatının barəsində xoşagəlməyən söz-söhbətin olmasını eşidib bu məsələni dəqiqləşdirmək üçün Salatının yaşadığı evə gedərək onunla görüşmüş, eşitdikləri barədə Salatından soruşanda sonuncu heç nə demədən eşitdiklərini təsdiq və yaxud təkzib etməmiş, bununla bağlı Salatının əri Kərim və qaynanası Rəna ilə bu məsələ ətrafında söhbət edərkən onlar Salatının uşaqlarına baxmadığını, narkotik vasitə istifadə etdiyini, mütəmadi olaraq icazəsiz səhər evdən çıxıb Masallı şəhərinə getdiyini, axşam evə gec qayıtdığını, telefonla ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb tanış olduğunu, onlarla görüşməklə ərinə xəyanət etdiyini demiş, Sumqayıta qayıtdıqdan qardaşı Hüseynin evinə gedərək Salatınla bağlı eşitdiklərini qardaşına və onun arvadı danışmış, onlarla söhbət edərkən Salatının əri Kərim “Watşapp”la Hüseynə çoxsaylı səslər göndərərək bir daha Salatının narkotik vasitələr qəbul etdiyini və əxlaqsızlıqla məşğul olduğunu bildirib gəlib onu aparmasını tələb etməklə qardaşının ünvanına “sən kişi deyilsən, kişi olsaydın qızın belə hərəkətlər etməzdi” kimi ifadələr iştətmiş, bu söhbətdən sonra qardaşı Hüseyn gedib qızını gətirəcəyini bildirmiş, xx.xx.2023-cü ildə qardaşı arvadı Aygünlə telefonla danışarkən sonuncu Hüseynin saat 18 radələrində Masallı rayonuna getmək adı ilə evdən çıxıb getdiyini bildirmiş, həmin gün gecə saat 03 radələrində qardaşı Hüseyn ona zəng edərək Salatının yaşadığı evə gəlib hər şeyi öyrəndiyini və qızının onunla bağlı deyilənləri etitaf etdiyini və namusunu təmizləmək məqsədi ilə qızına bıçaqla xəsarət yetirib öldürdüyünü və təslim olmaq üçün polisə gedəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Kərim və mərhum Salatın onlarla birlikdə qonşu olmuşdur. Qonşu kimi Salatınla münasibəti yaxşı olmuş, aralarında narazılıq olmamış, onlar mehriban yaşamışlar. Eşitdiyinə görə Salatın səhər icazəsiz evdən getmiş, axşam vaxtı evinə gec gəldiyinə, ərinə və uşaqlarına baxmadığına, istifadə etdiyi telefonla ayrı-ayrı şəxslərlə danışdığına və onlarla görüşdüyünə görə ailəsində narazılıqlar yaranmışdır. 2023-cü ilin sentyabr -oktyabr ayında qonşusu Salatın bir neçə dəfə işi ilə bağlı Masallı şəhərinə getdiyinə görə azyaşlı qızına baxmasını ona xahiş etmiş və axşamüstü gəlib uşağını götürmüşdür. xx.xx.2023-cü ildə səhər vaxtı Salatının gecə saatlarında atası tərəfindən evində bıçaqlanaraq öldürdüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 da arvadı Şahid5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPMin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cinayət hadisəsi 07 noyabr 2023cü ildə gecə saat 03 radələrində Masallı rayonunun İ Yeddioymaq kəndində kənd sakini Şahid1 Kərim qızına məxsus fərdi yaşayış evində baş vermişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi videoçəkiliş vasitəsi ilə yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri, şəraiti əyani olaraq göstərməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1, 2, 3 və 4 rəqəmləri ilə işarələnmiş, bir-birinə oxşar bıçaqlar təqdim olunarkən sonuncu onları nəzərdən keçirib 2 rəqəmi ilə işarələnmiş bıçağı əli ilə göstərib həmin bıçaqla qızı Salatın Fətullayevanı öldürdüyünü bildirmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05 dekabr 2023-cü il tarixli, 25 saylı rəyindən görünür ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sol yarısının arxa hissəsinin beş ədəd və döş qəfəsinin sol yan hissəsinin bir ədəd döş boşluğuna nüfuz edən sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa hissəsinin dörd ədəd və döş qəfəsinin sol yan hissəsinin bir ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası. Sol bazu nahiyəsinin iki ədəd, sol çiyin nahiyəsinin bir ədəd və sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ bazu nahiyəsinin qançırı. Döş qəfəsinin sol yarısının arxa hissəsinin beş ədəd və döş qəfəsinin sol yan hissəsinin bir ədəd döş boşluğuna nüfuz edən sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, döş qəfəsinin arxa hissəsinin dörd ədəd və döş qəfəsinin sol yan hissəsinin bir ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin iki ədəd, sol çiyin nahiyəsinin bir ədəd və sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, dərəcəsinə görə ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Sağ bazu nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdir. X7 ölümünə səbəb döş qəfəsinin sol yarısının arxa hissəsinin beş ədəd və döş qəfəsinin sol yan hissəsinin bir ədəd döş boşluğuna nüfuz edən sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası əmələ gələn xarici və daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki. ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 5-8 saat əvvəl baş vermişdir. X7 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. X1 uşaqlıq yolundan və düz bağırsaqdan götürülmüş tamponların tibbi-bioloji tədqiqatı zamanı spermatozoidlər aşkar olunmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 3293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı pxisi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs həssaslıq, emosionallıq, tez qərar vermək, çılğınlıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hərəkətlərinin mahiyyətini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 07 dekabr 2023cü il tarixli 3/1861, 3/1913 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “Təqsirləndirilən şəxs məxsus” yazı qeydləri olan bir ədəd şalvarın, bir ədəd köynəyin səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “Zərərçəkmiş şəxs X4 məxsus...” yazı qeydləri olan köynəyin, maykanın, büstqalterin səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da daxildir. Ümumi əlamətlərinə əsasən köynəyin, maykanın, büstqalterin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) də təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş köynəyin, maykanın, büstqalterin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “zərər çəkmiş şəxs X4 məxsus” yazı qeydləri olan şalvarın və tumanın səthində zədə yoxdur. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 26 dekabr 2023-cü il tarixli 769/2023-MTBŞ /1913 nömrəli rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu: A/İİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/-dir (təqdim olunan sənədlərin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq, X4 məxsus şalvar, büstqalter, tuman, qısaqol köynək və qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə, o cümlədən mərhum X4 məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni vardırsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və uzunqol köynək üzərində olan ləkələrdə qan aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Masallı rayon polis şöbəsinin 30 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X2 Masallı rayonu İ Yeddioymaq kənd sakini X15 ilə evli olmaqla sonuncu ilə birlikdə həmin kənddə yaşaması, birgə nikahlarından iki övladının olması, əvvəllər onların arasında narazılıq, ziddiyyət, ədavət, mübahisə və münaqişə olmaması, 2023-cü ilin yanvar ayından başlayaraq şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə, o cümlədən Salyan rayon sakini X9 və Neftçala rayon sakini X11 ilə “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olub görüşərək sevgi münasibətində olması, bu barədə əri Kərim Fətullayev və qaynanası Şahid1 məlumat alan atası Masallı rayonu Viləş kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhərində faktiki yaşayan Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü ildə, saat 22-23 radələrində yaşadığı Sumqayıt şəhərindən Masallı rayonu İ Yeddioymaq kəndinə gəlib xx.xx.2023-cü ildə, saat 03 radələrində həmin kənddə yerləşən evin yataq otağında qızı Salatın Fətullayevanı üzərindəki bıçaqla vurub öldürməsi, hadisə baş verən zaman otaqda Salatın Fətullayevanın azyaşlı qızı X6 yatmış vəziyyətdə olması, Təqsirləndirilən şəxs Salatın Fətullayevanı bıçaqla vurarkən sonuncunun əri Kərim Fətullayev və qaynanası Şahid1 otağa daxil olaraq Təqsirləndirilən şəxs ondan uzaqlaşdırmaları, bundan sonra Təqsirləndirilən şəxs həmin evdən çıxıb getməsi, polis əməkdaşları tərəfindən Masallı rayon polis şöbəsinə aparılması, hadisə baş verərkən həmin vaxt evdə Kərim Fətullayev, Şahid1, Kərimlə Salatının övladları Səməd və Əsmanın olması, uşaqların baş vermiş hadisəni görməməsi müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınan, hadisə yerinə baxış keçirilərkən götürülmüş zərər çəkmiş şəxs – mərhumə X3 əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd trusi, 01 ədəd döşlük, eləcə də Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar, cinayətin aləti olan 01 ədəd bıçaq və bıçağın tiyəsinin qapağı, həmçinin X3 istifadəsində olmuş 02 ədəd mobil telefon və Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd mobil telefon Masallı rayon prokurorluğunda saxlanılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsi baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə Təqsirləndirilən şəxs ittiham verildiyi 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin təsdiqedici ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, maddi sübutlar, eləcə də iş üzrə toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətinin (əməlinin) Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 07 noyabr 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Masallı rayon məhkəməsinin 08 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 07 noyabr 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi hər cinayətinə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmin Məcəllənin 56.2ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının hər hansı bir hissəsini həbsxanada çəkməsini zəruri hesab etmir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və 2 uşağı ilə birgə Masallı rayonunun Viləş kəndində qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, 8-ci mikrorayon, mənzil 55-də yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, cəzasını ağırlaşdıran halların olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan və zərər çəkmiş şəxs – mərhumə X3 əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd trusi, 01 ədəd döşlük, eləcə də Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar, cinayətin aləti olan 01 ədəd bıçaq və bıçağın tiyəsinin qapağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X3 istifadəsində olmuş 02 ədəd mobil telefon onun əri X10, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd mobil telefon sonuncunun arvadı, Sumqayıt şəhəri, 8-ci mikrorayon, mənzil 55-də yaşayan Şahid4 qaytarılmalı, 3 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 269 (iki yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 07 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 269 (iki yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan və zərər çəkmiş şəxs – mərhumə X3 əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd trusi, 01 ədəd döşlük, eləcə də Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar, cinayətin aləti olan 01 ədəd bıçaq və bıçağın tiyəsinin qapağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X3 istifadəsində olmuş 02 ədəd mobil telefon onun əri X10, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd mobil telefon isə sonuncunun arvadı, Sumqayıt şəhəri, 8-ci mikrorayon, mənzil 55-də yaşayan Şahid4 qaytarılsın, 3 ədəd CD disk isə cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov