Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-362/2023 16.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri- Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Sabirabad rayonu Dadaşbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.2.1, 125, 134, 128 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmış, işləməyən, Şirvan şəhəri, Vidadi küçəsi, ev 29-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə dəgər şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda- 2,091 qram narkotik vasitə heroini 0,561 qram, 0,536 qram, 0,465 qram və 0,529 qram olmaqla 4 ədəd bükümlərdə 40 manat pul müqabilində almaqla əldə edib sağ və sol ayaqlarına geyindiyi corabların hər birində 2 bükmdə olmaqla üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 noyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Şirvan şəhəri Vidadi küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılan zaman 4 ədəd bükümlərdə göstərilən miqdarda narkotik vasitə heroinlər aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü narkotik istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir və narkotik vasitə heroindən istifadə edir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunan heroini satmaq məqsədi ilə əldə etməmişdir. 27 noyabr 2022-ci il tarixdə tanışı X5 şəhərində Köhnə şəhər adlanan yerdə görüşərək ondan 40 manat pul verərək bir ədəd bükümdə öz istifadəsi üçün təxminən 0,5 qram narkotik vasitə heroin almışdır. 28 noyabr 2022-ci il tarixdə həmin heroin əynindəki şalvarın sağ yan cibində olmaqla evinin həyətində avtomobil təmiri ilə məşğul olduğu zaman polis işçiləri həyətə gələrək onu özləri ilə polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən şalvarının sağ cibindən bir ədəd bükümdə 0,5 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Lakin üzərində aşkar olunan heroinin miqdarı polis əməkdaşları tərəfindən artırılmış və dörd ədəd hissələrə bölünməklə sağ və sol ayaqlarında olan corabdların hər birinə 2 ədəd bükümdə yerləşdirilmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən polis işçilərinin tələbi və təzyiqləri altında həmin bükümləri çıxarıb təqdim etmiş və Elşən Məcidovdan 40 manat pula aldığını bildirmişdir. O, narkotik vasitəni satış məqsədi olmadan, öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddət narkotik vasitə heroindən istifadə etmişdir. Əvvəllər 14 il müddətə azadlıqdan məhrum edilməklə məhkumluq həyatı yaşamış, 11 oktyabr 2020-ci ildə azadlığa buraxıldıqdan sonra narkotik vasitə heroindən istifadə etməkdə davam etmişdir. Heroini onunla qonşuluqda yaşayan Şahid1 bir bükümü 10 manata olmaqla almışdır. Ona narkotik lazım olanda öz istifadəsində olan telefonla Şahid1 mobil telefon nömrəsinə zəng etmiş, onunla küçədə və ya yaşadığı evin yaxınlığında Şirvan kanal körpüsünün yanında görüşməklə narkotik almiışdır. Sonuncu dəfə 27 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Şahid1 zəng edərək 4 büküm heroin lazım olduğunu bildirmişdir. Elşən ona Şirvan kanalının yanındakı ayaq körpüsünə gəlməsini demişdir. Elşən də oraya gəlmişdir. Orada hər biri 10 manatdan olmaqla Elşənə 40 manat pul verib 4 ədəd bükümlərdə öz istifadəsi üçün heroin almışdır. Heroini ayağındakı corablarına qoyaraq Şirvan şəhərində yaşadığı küçədə gəzdiyi zaman polis əməkdaşları tərfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə olmasına şübhələr olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılarkən sağ və sol ayaqlarındakı corabların hər birindən iki ədəd olmaqla dörd bükümdə narkotik vasitə heroinləri çıxarıb təqdim etmişdir. Heroinləri 27 noyabr 2022-ci il tarixdə Şahid1 40 manat pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə sübuta yetirilir. Belə ki, Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə Şirvan şəhəri Vidadi küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşıması barədə əməliyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhərində Vidadi küçəsində saxlamaqla polis şöbəsinə dəvət etmişlər. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, ayaqlarında olan corabların hər birindən iki ədəd olmaqla 4 ədəd bükümləri çıxarıb təqdim etmiş, bükümlərdə heroin olduğunu, bir gün əvvəl hər bükümü 10 manatdan olmaqla 40 manat pula tanışı Şahid1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxıldıqda içərilərində heroinəbənzər maddələr olması müəyyən edilmişdir. Həmin maddələr götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə real məlumat olmamışdır. Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 da ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində eyni xüsusatları təsdiq etmişdir. Digər cinayət işi üzrə həbsdə olmaqla Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid1 videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə istintaqında şahid kimi dindirilərkən Təqsirləndirilən şəxs tanıdığını, lakin ona heç narkotik vasitə satmadığını, polis işçiləri tərəfindən təzyiqə məruz qaldığına görə ibtidai istintaqda verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə satmasına dair ifadə verməsini göstərsə də, ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, özü narkotik vasitə heroindən istifadə edir. Onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs də narkotik vasitə heroindən istifadə etməsini bilir. 27 noyabr 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxslə yaşadığı evin yaxınlığında, Şirvan kanalı deyilən yerdə, ayaq körpüsünün yanında görüşməklə özündə olan 4 ədəd bükümlərdə narkotik vasitə heroini 40 manat pul müqabilində Təqsirləndirilən şəxs satmışdır. Şəxsi axtarış və götürmə aparılması barədə 28 noyabr 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür şübhəli şəxsi qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən o, sağ və sol ayaqlarında olan hər iki corabın içərisindən iki ədəd, cəmi dörd ədəd gümüşü rəngli bükümləri çıxarıb masanın üzərinə qoymaqla bükümlərdə narkotik vasitə heroin olduğunu, heroini əvvəllər tanıdığı Şahid1 hər biri on manata olmaqla 40 manat pula aldığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 18/1271 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş dörd ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,561 qram, 0,536 qram, 0,465 qram, 0,529 qram-ümumi çəkisi 2,091 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroinlər kimyavi tərkiblərinə görə eynidirlər. Şəxsi axtarış və götürmə aparılması barədə 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzərində şəxsi axtarış aparılarkən o, 1 ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan əlavə sorğu zamanı Şahid1 həmin gün Təqsirləndirilən şəxs üzərində dörd ədəd bükümlərdə aşkar olunmuş heroini Təqsirləndirilən şəxs satmasını etiraf etmişdir. Materialların məhkəmə ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 18/1272 saylı rəyində göstərilmişdir ki, Şahid1 üzərində aşkar olunmuş 3,685 qram narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinlər kimyavi tərkiblərinə görə eynidirlər. Şirvan Şəhər Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərarı Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. 28 noyabr 2022-ci il tarixli qəradan görünür ki, Şahid1 barəsində CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış, ona 30 noyabr 2022-ci il tarixli qərarla CM-nin 234.4.3cü maddəsi ilə ittiham elan olunmuşdur. Şahid1 verilmiş ittihamda onun dörd ədəd bükümlərdə narkotik vasitə heroinləri 27 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 40 manat pula satması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4646 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin yaşı 60dan yuxarı olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mükün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3350 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və ruhi-əsəb xəstəlikləri ilə qeydiyyatda olmamışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının 13 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs heç bir növdə sosial müavinət, pensiya və ya təqaüd almır. İşdə olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 fevral 2007-ci il tarixli hökmü ilə CM-nin 29,120.2.4, 125, 128, 133.2.1 və 134-cü maddələri ilə təqsirli bilinməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli, 7228 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaqları yoxdur. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində 4 ədəd bükümlərdə aşkar olunmuş 2,091 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə müəyyən edilir ki, onlarda Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasını müəyyən etməmişlər. Bundan başqa Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələrində heroini öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün narkotiklərin qəbulu nəticəsində nakomaniya xəstəliyindən əziyyət çəkməsi, onun üzərində aşkar olunan narkotik vasitənin miqdarı da onun həmin maddəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun həmin maddəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin 4 ədəd bükümlərdə olsa da, müəyyən edilir ki, o, həmin maddələri əldə edərkən onlar həmin bükümlərdə olmuşlar. Sonradan onun özü tərəfindən hər hansı məqsədlə bükümlərə ayrılmamışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.4cü maddəsinə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 1,891 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 1,891 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-362/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-362/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver