Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-362/2024 08.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Astara rayonunun Pensər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 04 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 avqust 2021-ci ildə, gecə saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq evin yataq otağında olan Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən 400 manat məbləğində nağd pulu və otaqda olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bir ədəd plastik bank kartını oğurladıqdan sonra 17 avqust 2021-ci ildə, saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində fəaliyyət göstərən «Oba market» ərzaq mağazasında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus A0100241 nömrəli ATM-dən həmin plastik bank kartından istifadə etməklə kartın balansında olan cəmi 396 manat nağd pulu 300 və 96 manat olmaqla iki dəfəyə çıxarıb nağdlaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 796 manat məbləğində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa o, qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əmir» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Əmir» adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda, ümumi təmiz çəkisi 3 kiloqram 208,196 qram narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 1 kiloqram 940,0 qram narkotik vasitə qurudulmuş marixuananı Astara-Ələt avtomobil yolunun 58-ci kilometrliyində, «58 km» yol nişanının yaxınlığında, Bakı istiqamətində yolun sağ tərəfindən 10-15 metr məsafədə, otluqların arasında bir ədəd qara rəngli sellofan torbada yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra 03 iyun 2023-cü ildə, gecə saat 02:40 radələrində məlum olmayan taksi avtomobillə həmin əraziyə gedib şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş bir ədəd sellofan torbada olan, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün gecə saat 03:00-da Astara-Ələt avtomobil yolunun 57-ci kilometrliyində, Masallı rayon ərazisində saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional Şöbəyə aparılaraq orada qeyd olunan tarixdə gecə saat 04:15-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın arxa sağ cibindən bir ədəd bükümdə külli miqdarda 38,196 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əlindəki qara rəngli sellofan torbadan bir ədəd bükülüdə 3170,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükülüdə külli miqdarda 1940,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi törətməklə məhkum olunmuş, Elkiyarı tanımış, onunla eyni sinifdə oxumuş, Elkiyar bankomatdan pul çıxararkən sonuncunun yanında olmuş, lakin onunla kiminsə evinə daxil olmamışdır. Vhatsapp vasitəsi ilə iranlı ilə əlaqə saxlamış, sonuncunun onun üçün göndərdiyi 50 qram narkotik vasitə marixuananı götürmək məqsədi ilə İranlı şəxsin göndərdiyi konuma əsasən Astara-Ələt avtomobil yolunun 58-ci km-ə getmiş, narkotik vasitəni götürmək istərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, tanışı Şahid1lə oğurluq cinayətini törətmiş, bundan başqa həbs olunmamışdan bir həftə əvvəl “sosial şəbəkə”də «Əmir» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncu ona öz tanışları vasitəsi ilə sərhəddən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana keçirdiyini, həmin narkotik vasitələri qoyulduğu yerdən götürüb Astara rayonu, Telman kəndinə aparıb orada bir nəfər şəxslə görüşüb verməsini təklif etmiş, bu işi görəcəyi təqdirdə ona 500 qram qurudulmuş marixuana və 500 manat pul verəcəyini vəd verərkən onunla razılaşmış, sonuncu ona narkotik vasitələrin qoyulduğu yerin fotoşəklini və yerləşmə kordinatlarını göndərmiş, həmin ərazi Astara-Ələt avtomobil yolunun 58-ci kilometrliyi olmuş, 03 iyun 2023-cü ildə, gecə saatlarında həmin yerə gedib oradan içərisində narkotik vasitələr olan bağlamaları götürüb geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki Zərərçəkmiş şəxs ifadəsində evindən 400 manat pulun oğurlanması və 396 manat pulun bankomatdan çıxarılması ilə bağlı ümimlikdə ona 796 manat məbləğində maddi ziyan vurulduğunu və həmin ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Astara rayon sakini Təqsirləndirilən şəxs İran İslam Respublikası ərazisindən qaçaqmalçılıqla Azərbaycan Respublikası ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib Azərbaycan Respublikası ərazisində qanunsuz dövriyyəsi, yəni satışını həyata keçirməsi barədə daxil olmuş məlumat əsasında 03 iyun 2023-cü ildə əməliyyat qrupu yaradılmış və qrupa həmkarları Şahid3 və Şahid4 İdırım oğlu daxil edilmiş, Təqsirləndirilən şəxs saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılmış, sonuncunun həmin gün külli miqdarda narkotik vasitəni götürmək üçün Masallı rayon istiqamətində hərəkət etdiyini öyrəndikdən sonra əməliyyat qrupunun üzvləri həmin istiqamətdə hərəkət etmiş və həmin gün saat 03:00-da Təqsirləndirilən şəxs Astara-Ələt avtomobil yolunun 57-ci kilometrliyində, Masallı rayon ərazisində əlindəki sellofan torba ilə piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın arxa sağ cibindən bir ədəd sellofan bükümü və əlində saxladığı sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuş, Elçinin cibindən aşkar edilmiş sellofan bükümə baxış keçirlərkən oradan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş, sonra sonuncunun təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilərkən orada olan sellofan bağlamadan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə, bir ədəd sellofan bağlamada yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar quru bitki kütləsi aşkar edilmiş, şifahi sorğu-sual zamanı Elçin Mursəlov həm üzərindən, həm də əlindəki sellofanda aşkar olunmuş külli miqdarda narkotik vasitələrin sosial şəbəkədən tanıdığı «Əmir» adlı İranlı tərəfindən Astara-Ələt avtomobil yolunun 58-ci kilometrliyində, yol kənarından qoyulduğunu, həmin narkotik vasitələrin qoyulduğu yerdən onun tərəfindən götürüldüyünü, «Əmir»in tapşırığına əsasən həmin narkotik vasitələri Astara rayonu, Telman kəndinin ərazisinə daşımalı olduğunu, orada qoyub bu barədə «Əmir»ə bildirdikdən sonra ona 500 manat pul veriləcəyini bildirmiş, Elçin Mursəlovun üzərindən aşkar olunmuş maddə çəkisi 43,86 qram, sellofandan aşkar edilmiş maddənin çəkisi 3 kq, 420 qram, quru bitki kütləsinin çəkisi 2 kq, 015 qram olması müəyyən edilmiş, aşkar edilmiş maddə və kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, tərtib olunan protokola bütün iştirakçılar imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 03 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş bir ədəd DVD-R diskə baxışdan görünür ki, həmin gün gecə saat 04:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın arxa sağ cibindən bir bükümdə narkotik vasitə heroinə oxşar maddə və əlində saxladığı sellofan torbadan bir ədəd sellofan bağlamada heroinə bənzər maddə və bir ədəd sellofan bağlamada qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2023-cü il tarixli 19/607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi - cibindən çıxardığı 01 ədəd bükümdə heroinə bənzər kütlə, əlindəki torbadan aşkar edilmiş 01 ədəd bükülü heroinə bənzər və 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi» sözlər və imzalar olan bir ədəd bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 3170,0 qram, 38,196 qram, ümumi təmiz çəkisi: 3208,196 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: 1940,0 qram, bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 3207,996 qram, qurudulmuş marixuananın qalıq çəkisi 1939,9 qram təşkil edir. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3207,996 qram narkotik vasitə heroin və qalıq çəkisi 1939,9 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası BMCMİ-də saxlanılır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannaboidlərin və Opioidilərin qəbulundan yaranan Asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur, Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 03 iyun 2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Masallı Rayon Məhkəməsinin hakimi Ceyhun Quliyevin 16 iyun 2023-cü il tarixli, 5(050)-156/2023 saylı qərarı ilə müəyyən edilmişdir ki, BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 03 iyun 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, şəxsiyyəti dəqiqləşdirilməmiş İran İslam Respublikası vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitələri keçirilməsini təşkil edərək həmin narkotik vasitələrin ölkə ərazisində qanunsuz yayılması ilə bağlı Təqsirləndirilən şəxsla qabaqcadan razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri naməlum vaxta Masallı rayon ərazisindən əvvəlcədən təyin etdiyi yerdən əldə edib üzərində saxlamışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək narkotik vasitələri İran vətəndaşından aldığını bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab edərək onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cəzasını yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir və həmin ifadələri əsas sübut kimi qəbul edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hər iki maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs öz əməllərinin (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməlləri törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməllərin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 03 iyun 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2023-cü il tarixli qərarı ilə də həbsetmənin əvvəli 03 iyun 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir bir şikayət və tələbinin olmadığını, onu bağışladığını onunla barışdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Pensər kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, eyni zamanda törətdiyi cinayəti qismən etiraf etməklə əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası BMCMİdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3207,996 qram narkotik vasitə heroin və qalıq çəkisi 1939,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 177.2.1,177.2.3, 177.2.3-1-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 03 iyun 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası BMCMİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3207,996 qram narkotik vasitə heroin və qalıq çəkisi 1939,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov