Məhkəmə qərarları › İş №1(099)-363/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-363/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-363/2024 03.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana), külli miqdarda narkotik vasitə heroini (bundan sonra – heroin) və külli miqdarda psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) istintaqa və məhkəməyə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Sabirabad şəhəri ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 03 noyabr 2023-cü il tarixdə, saat 11:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev küçəsində yerləşən Sabirabad Rayon Polis Şöbəsinə gətirilib həmin gün saat 12:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 10,311 (on tam mində üç yüz on bir) qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 37,070 ( otuz yeddi tam mində yetmiş) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 10,081 ( on tam mində səksən bir) qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, üzərində hər hansı narkotik vasitə olmamışdır. 2023-cü ilin oktyabr ayının dəqiq bilmədiyi günüdə polis əməkdaşları onun evinə gəlmiş, lakin həmin vaxt o, xəstəxanada olmuşdur. Həmin polis əməkdaşları onun evində axtarış aparmış, evdə bir sıra yerləri sındırmış, evdə olan qohumlarını vurmuşlar, lakin evdə heç nə tapa bilmədiklərindən çıxıb getmişlər. Bu hadisədən bir ay sonra təxminən 03 noyabr 2023-cü il tarixdə təxminən saat ona işləmiş vaxtda evində uzandığı vaxt siqaret çəkmək üçün alışqan əlindən yerə düşmüş, əyilib həmin alışqanı götürmək istədikdə polis əməkdaşlarının qoluna qandal bağladığını görmüşdür. Bundan sonra onu Sabirabad RPŞyə gətirmişlər. Qarşısına bir neçə bükümlər qoyub həmin kütlələri cibinə qoymasını təklif etmiş, o, isə həmin kütlələri götürmək istəməmişdir. Lakin polis əməkdaşları evindən 3 kiloqram narkotik aşkar edəcəkləri ilə onu hədələmişlər və qorxduğundan polislərin dedikləri ilə razılaşmış, həmin kütlələri götürüb cibinə qoymuş və ona aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitələri saxladığına görə bir neçə dəfə məhkum olunmuşdur, üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşlarının onu döyməsindən qorxduğu üçün, eləcə də hədələdikləri üçün narkotik vasitələrin ona aid olmasını bildirmişdir. Polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməmiş, lakin hədələmişlər. Polis əməkdaşlarının oktyabr ayında onun evinə gəlməsini əks etdirən çəkilişlər də vardır. Onun oğlu Hüseyni, qohumu Həsəni də döymüşlər. Bu hadisədən bir ay sonra polis əməkdaşları onu evində saxlamışlar. Polis şöbəsinə aparıldıqdan bir neçə saat sonra üzərinə baxış keçirilmişdir. Saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Onu saxlayan polislərlə oktyabr ayında evinə gələn polislər eyni şəxslər olmuşlar, bunu ona özləri etiraf etmişlər. Polis əməkdaşları ilə ziddiyyətləri olmamışdır. O, əvvəllər narkotikdən istifadə etmiş, cəzasını da çəkmişdir, lakin onun dili acıdır, hesab edir ki, buna görə və əvvəlki məhkumluğuna görə polis əməkdaşları onu saxlamışlar. Bədəni üzərində hər hansı xəsarət olmamış, onu döyməmişlər, lakin döymək istədiklərini fikirləşib onların dediyi formada ifadə vermişdir. Müstəntiq tərəfindən ona hər hansı hədə-qorxu gəlinməmişdir. Tutulmamışdan 5-6 ay əvvələdək mobil telefon istifadə etməmiş, tutulan zaman da üzərində mobil telefon olmamışdır. Təqsirləndirilən şəxs yaşını, xəstəliyini, üzərində narkotik vasitənin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 04 noyabr 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə qismən təqsirli bilmiş və ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitələri saxlanılmazdan bir gün əvvəl Sabirabad rayonu ərazisində tanımadığı şəxsdən istifadəsi üçün 200 manata almış, heç kimə verməmiş, başqa heç yerdə saxlamamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 03 noyabr 2023-cü il tarixdə təxminən saat 11:40 radələrində, ünvan 2 ünvanının yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Sabirabad RPŞ-yə dəvət etmişlər, orada müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində heroin, marixuana və metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan bükümə baxış keçirilən zaman heroin, marixuana və metamfetamin aşkarlanmış, bundan sonra adı çəkilən maddələr polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş video nümayiş etdirildikdən , eləcə də müvafiq izahat və ifadələri elan olunduqdan sonra verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələri imzalasa da oxumamışdır. Polis əməkdaşlarını hədəsi nəticəsində üzərində aşakar edilmiş kütlələrin ona aid olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11:40 radələrində Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində yaşadığı evin yaxınlığında müəyyən edilmiş, ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdən sonra Sabirabad RPŞ-yə gətirilmişdir. Orada müdafiəçi də gəldikdən sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, Namik üzərindən heroin, metamfetamin və qurudulmuş marixuana olduğunu deyib həmin kütlələri təqdim etmişdir. Həmin kütlələri Sabirabad rayonu ərazisndə 200 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə konkret fakt aşkar etməmişlər. Namiki saxlayarkən hər hansı mübahisə etməmiş, polis şöbəsinə gəlməyə razılaşmışdır. Təqsirləndirilən şəxs evinə daxil olmamışlar. Namiki evinin yaxınlığında, qapısının qarşısında saxlamışlar. Nə əməliyyatdan qabaq, nə də sonra Təqsirləndirilən şəxs evinə getməmişlər. Namiki Sabirabad RPŞ-yə gətirdikdən 10-15 dəqiqə sonra müdafiəçi də gəlmiş və üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmamasını, evində olarkən təxminən saat 09:30 radələrində saxlanıldığını bildirməsi yalandır. Təqsirləndirilən şəxs qarşı hər hansı hədəqorxu gəlməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermiş və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təzyiq edilməmiş, Namiki Şahid1la birlikdə evinin həyət darvazasının qarşısında saxlamışdır. Namik həmin kütlələri istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Namiki saat 11:40 radələrində saxlamışlar, həmin yerdən Sabirabad RPŞ-yə təxminən 20 dəqiqəyə çatmışlar. Təqsirləndirilən şəxs həyətinə ümumiyyətlə daxil olmamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasını bildirməsi yalandır. Təqsirləndirilən şəxs evinə daxil olmamışlar, onun evində və həyətində hansı əşyaları sındırmamışlar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində polis əməkdaşları onların evinə gəlib atasını axtarmışlar. Həmin vaxt atası xəstə olduğundan xəstəxanada olmuşdur. Bu barədə polis əməkdaşlarına bildirsə də sonuncular müxtəlif söyüşlər söyərək onu və evdə olan şəxsləri təhqir etmişlər və evi axtarmağa balamışlar. Həmçinin onlara irad bildirdiyi üçün onun qulağına zərbə endirib xəsarət yetirmişlər, həmçinin əmisi oğlunu da döymüşlər və çıxıb getmişlər. Bundan sonra həmin ilin noyabr ayının əvvəllərində bazarda olarkən ona zəng edilmiş və polis əməkdaşları tərəfindən atası Namikin tutulduğu bildirilmişdir. Birinci dəfə və ikinci dəfə evə gələrkən polislər evdə heç nə tapmamışlar, həmçinin evdəki əşyaları da sındırmışlar. Atası evdən saxlanılmış, üzərində heç bir narkotik vasitə olmamışdır. Tutulmamışdan 4-5 ay əvvələdək ataısnın mobil telefonu olmamış, xəstəliyi ilə bağlı evdən çölə də çıxmamışdır. Əlavə şahid qismində dindirilmiş Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin sentyabr aynın əvvəllərində polis əməkdaşları tərəfindən evində döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. O, həmin ərəfədə Mərkəzi Xəstəxanada müalicə almış, lakin xəsarət almasının səbəbini bildirməmişdir. Polis əməkdaşları evdən kameranın yaddaş qurğusunu aparmışlar, pilləkənin tutacaqlarını da sındırmışlar. Atasını küçədə yox, evin içində saxlamışlar. Atası əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin son dövrlər həmin vasitələrdən istifadə etməmişlər. Onunla, atası ilə polis əməkdaşları arasında hər hansı ziddiyyət olmamışdır. Polislərin onu döyməsi zamanı həkimə gedərkən döyülmədiyini, əmisi oğlu ilə zarafatlaşarkən xəsarət aldığını bildirmişdir. Atasının nə vaxtsa təqsiri olduğu üçün polis əməkdaşlarından şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən tutularkən atası Namikin ayağında elektron nəzarət qurğusu (qandal) olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisidir. Dəqiq tarix yadında qalmasa da həyətdə oturduqları vaxt polis əməkdaşları həyətə gəlmiş, söyüş və təhqirlərlə Namiki axtarmışlar. Polis əməkdaşlarına irad bildirdikdə onu da döymüşlər. Həmin vaxt Namik evdə olmamış, hər yeri axtarsalar da heç nə tapa bilməyib çıxıb getmişlər. Bundan bir ay sonra yenidən həmin polis əməkdaşları evə gəlib, pilləkənləri sındırıb, söyüş və təhqirlər edib Namiki evdən aparmışlar. Həmin vaxt evdə olmamış, bunu ona evdə olan şəxslər demişlər. Əlavə şahid qismində dindirilmiş Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları hər iki dəfə Təqsirləndirilən şəxs evində axtarış aparsalar da heç nə tapa bilməmişlər. Polis əməkdaşlarının ona və ailəsinə qarşı fiziki təzyiq etməsi və təhqirlər etməsi ilə bağlı hər hansı orqana şikayət etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 03 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 5-9; 28-30) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroinə bənzər, 1 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər, 1 ədəd bükümdə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi izahatında bildirmişdir ki, həmin kütlələri tanımadığı şəxsdən bir gün əvvəl Sabirabad şəhərində öz istifadəsi üçün 200 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (i.v. 28-30) - məhkəmə bioloji ekspertizasının 04 noyabr 2023-cü il tarixli 7/1538 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan ağ rəngli kağız paketdə 01 ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi 37,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. ( i.v. 43-47) -materialların məhkəmə ekspertizasının 04 noyabr 2023-cü il tarixli 6/5896 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün” dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazıları və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 10,311 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 10,081 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış metamfetamindir. ( i.v. 48-52) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 81-82) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1551/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 113-117) - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(056)-174/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v. 119- 120) - “Əşyanın maddi sübut hesab edilməsi barədə” 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 10,211 qram heroin, 37,05 qram qurudulmuş marixuana və 9,981 qram metamfetamin maddi sübut hesab edilərək saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. ( i.v. 128-129) - BNMİ-nin rəisi tərəfindən imzalanmış 29 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. (i.v. 148) - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 27260 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx/xx/2022, 21:03:51, **********30, **********31, 3 DENE TEMA VERİM ; xx/xx/2023,16:48:36, **********70, **********31, Eybi yox bir gun de yola vermedin 5 diq ver 5 varimdi; xx/xx/2023,16:07:22, **********17, **********31, Elvindi qədeş. Gəlim (15mtorpağ) (5m-daş) dəyim tez gedim.; xx/xx/2023, 21:38:09, **********17, **********31, Qaqa mənəm elvindi. Yarıya imkan varsa gəlib dəyərdim. (i.v. 161) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli, 7236 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 164-165) - məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2023-cü il tarixli 4075/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin aşkar edildi. (i.v. 167-169) - məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 457/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (i.v. 170-172) - 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 10,311 qram heroin, 37,70 qram qurudulmuş marixuana və 10,081 qram metamfetamin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə ayrıca icraat materialı ayrılması qərara alınmışdır. (i.v. 187-188) - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Probasiya Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsinə əməl etmədiyi müəyyən edilmiş və qanunla müəyyən edilmiş tədbirlərin görülməsi məqsədi ilə müvafiq hesabat Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi nasaz olduğundan xx.xx.2023-cü il tarixdə onun hərəkət trayektoriyasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs evində olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının hədəsi ilə ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin, metamfetamin və qurudulmuş marixuana barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində, eləcə də üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən verdiyi şifahi izahatında həmin kütlələri tanımadığı şəxsdən bir gün əvvəl Sabirabad şəhərində öz istifadəsi üçün 200 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tanımadığı şəxsdən narkotik vasitə əldə etdiyini göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlanılmış, üzərindən heroin, qurudulmuş marixuana və metamfetamin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan kütlələri könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını, tanımadığı şəxsdən aldığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirərkən də yuxarıda qeyd edilən formada izahat vermiş, narkotik vasitələrin ona aid olmadığını, evində olarkən saxlanılması barədə heç bir söz işlətməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – evində olarkən saxlanıldığı və polis əməkdaşları tərəfindən hədələndiyi üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq zamanı belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən hədələndiyi üçün etirafedci ifadələr verdiyini bildirmiş, lakin hazırkı məhkəmə iclasından fərqli olaraq polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması barədə hər hansı müraciət etməmiş, yalnız hədəyə məruz qaldığını bildirmişdir. Lakin göründüyü kimi hazırkı məhkəmə iclasında polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması barədə ifadə verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi zorakılıq edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə qeyd edilənləri, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan əlavə Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında evində olarkən polis əməkdaşlarının onun evinə daxil olub onu polis şöbəsinə apardığını bildirməsi ilə bağlı qeyd edir ki, bu hal da cinayət işi materialları ilə tam təkzib edilir. Təqsirləndirilən şəxs evində saxlanılması ilə bağlı hər hansı müraciəti olmamış, məhkəmə iclasında dindirilən polis əməkdaşları da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 03 noyabr 2023-cü il tarixdə saat təxminən 09:30 radələrində saxlanılması ilə bağlı dəlilinin yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin hökmü əsasında tətbiq edilmiş elektron nəzarət vasitəsinin həmin tarixdə hərəkət trayektoriyasının müəyyən edilməsi məqəsdi ilə Ədliyyə Nazirliyi Probasiya Xidmətinə və Sabirabad rayon İcra və Probasiya Şöbəsinə müvafiq sorğular verilmiş, lakin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi nasaz olduğundan xx.xx.2023-cü il tarixdə onun hərəkət trayektoriyasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs evində saxlanılmasını, saxlanılmamışdan bir ay əvvəl də polis əməkdaşlarının evinə daxil olub onu axtarmasını, evində bəzi əşyaları sındırmalarını, qohumlarına xəsarət yetirdiyini təsdiq edəcək şahidin olduğunu bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında Şahid3 və Şahid4 əlavə şahid qismində dindirilmişdir. Lakin həmin şəxslər Təqsirləndirilən şəxs saxlanılmazdan bir müddət əvvəl polis əməkdaşlarının evlərinə daxil olub Təqsirləndirilən şəxs axtardıqlarını, polis əməkdaşlarına irad bildirdikdə fiziki təzyiqlərə məruz qalıb döyüldüklərini bildirsələr də həmin dövrdə evlərinə girən şəxslər barədə hər hansı orqana hər hansı müraciəti və şikayətləri olmamış, bu halı təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişlər. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılması vaxıtı isə evdə olmadıqlarını , bu barədə qohumlarından eşitdiklərini bildirmişlər. Həmçinin müdafiə tərəfin müəyyən bir evin pilləkənlərinin tutuacaqlarının sındırılması barədə fotoşəkillər və video yazının olduğu disk təqdim etsə də həmin fotoşəkillərdə görünən halların polis əməkdaşları tərəfindən törədilməsini təsdiq edə biləcək hər hansı sübut müəyyən edilməmişdir. Buna görədə əlavə şahid qismində dindirilmiş qeyd edilən şəxslərin Təqsirləndirilən şəxs saxlanılarkən evdə olmadıqlarını, həmin şəxslərin verdikləri ifadələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim edə bilmədiklərini, bundan əlavə Şahid3 Təqsirləndirilən şəxs oğlu, Şahid4 isə qardaşı oğlu olmaqla hazırkı cinayət işi üzrə maraqlı şəxs olduğundan onların ifadələri də sübut kimi qəbul edilməməlidir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, hətta həmin predmetləri digər şəxslərə satmasına da müvafiq mesajlar da mövcuddur. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroin və metamfetamini, qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 03 noyabr 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə bioloji ekspertizasının 04 noyabr 2023-cü il tarixli 7/1538 nömrəli, materialların məhkəmə ekspertizasının 04 noyabr 2023-cü il tarixli 6/5896 nömrəli, məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2023-cü il tarixli 4075/K nömrəli, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 457/MEŞ nömrəli və ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli, 7236 saylı rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin,qurudulmuş marixuana, metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən və Sabirabad Rayon Məhkəməsinin 1(056)- 103/2022 saylı hökmündən görünür ki, Rəhimov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 149-151;152-154) - Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının çəkilməmiş hissəsi 01 il 06 ay 24 gün təşkil edir. Təqsirləndirilən şəxs həmin əmələ münasibətdə məhkumluğu ödənilmədiyindən Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən bu məhkumluq cinayətin residivini yaratmır. - Sabirabad RİHB-nın Sabirabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. (i.v. 157-158 ) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddənin çəkisini, yaşını, xəstəliyini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halın və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2023-cü il tarixdən hesablanmalı və Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi narkoloji-tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli 7236 saylı rəyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10,211 qram olan heroin, 37,05 qram olan qurudulmuş marixuana və 9,981 qram olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sabirabad rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(056)103/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 24 günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 09 (doqquz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10,211 qram olan heroin, 37,05 qram olan qurudulmuş marixuana və 9,981 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar