Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-364/2023 05.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X2 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxx 1999-cu il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Astara rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən mənzildə yaşamış, xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və aşkar edilib götürülənədək üzərində və yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda -3114,924 qram çəkidə narkotik vasitə olan “heroini” və külli miqdarda -2850,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana”nı satış məqsədilə qanunsuz olaraq əldə edərək yaşadığı Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən evinə daşımaqla saxlamışdır. 12 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Astara şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmişdir. Onun üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi: -19,924 qram olan narkotik vasitə “heroin” onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, həmin tarixdə Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən yaşadığı evə keçirilmiş baxış zamanı 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1040,0 qram, -1090,0 qram, -965,0 qram olmaqla, ümumi təmiz çəkisi -3095,0 qram narkotik vasitə olan “heroin” və 01 ədəd sellofan bükümdə təmiz çəkisi -2850,0 qram narkotik vasitə olan qurudulmuş “marixuana” qonaq otağında olan divanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən mənzildə yaşayır. Faktla bağlı bildirmişdir ki, 12 yanvar 2023-cü il tarixdə o, qonşusu Raminlə birlikdə evində olarkən Astara RPŞ-nin əməkdaşları evinə gələrək Raminlə onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən polis əməkdaşları evindən aşkar olunmuş narkotik vasitənin onun olmasını etiraf etməyə onu məcbur etmişlər. Polislər ona demişlər ki, “sən tutulmalısan”. Onlar narkotik vasitənin onun olmasını boynuna almayacağı təqdirdə qonşusu Ramini də onunla birlikdə tutacaqlarını demişlər. Ona görə də o, Ramini məsuliyyətdən azad etmək üçün polislərin dediyi kimi ifadə vermişdir. Ona qarşı elan olunmuş ittihamlarla özünü təqsirli hesab etmir. Yəni ki, ittihamda göstərilən cinayət əməlini o, törətməmişdir. Lakin, ibtidai istintaqda, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Astara şəhəri Səməd Vurğun küçəsində yerləşən mənzildə yaşayır subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir, uzun müddətdir ki, narkotik vasitə olan “heroin”dən istifadə edir. O, narkotik vasitə olan “heroin”dən istifadə etmədiyi günlərdə bədənində güclü ağrılar olur. O, əvvəllər narkotik vasitə olan “heroini” Lənkəran şəhəri “Kiçik bazar” adlanan ərazidən yalnız üzdən tanıdığı adını bilmədiyi şəxslərdən almışdır. 12 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Astara şəhərində yerləşən yaşadığı evdən çıxaraq Astara şəhəri ərazisində dəniz kənarına bir qədər gəzmək üçün getmişdir. Bu vaxt dəniz kənarında bir neçə bağlamanın olduğunu görmüş, bağlamanın içində nə olduğuna baxmaq üçün ona yaxınlaşaraq içinə baxmış və içində narkotik vasitə olan “heroin” eləcə də qurudulmuş olan “marixuana” olduğunu başa düşmüşdür. Həmin narkotik vasitələrdən hissə-hissə istifadə edəcəyini düşünüb dərhal 4 ədəd bağlamanı götürərək həmin ərazidən uzaqlaşıb Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən yaşadığı evə gələrək evdə kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin bağlamaları gizlətmişdir. Daha sonra bağlamaların birini açaraq həmin narkotik vasitə olan “heroin”dən istifadə etmək məqsədilə içərisindən bir qədər götürmüşdür. 12 yanvar 2023-cü il tarixdə saat 18 radələrində öz istifadəsi üçün götürdüyü narkotik vasitə olan “heroini” əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyub evi tərk etmişdir. O, Astara şəhəri, Səməd Vurğun küçəsində piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, dərhal polislərin onun üzərində olan narkotik vasitəyə görə yaxınlaşmasını başa düşmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən “şübhəli şəxs” qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuşdur. Sonra müdafiəçi Umud Cəfərovun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarışın başlanğıcında təhqiqatçı üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmişdir. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan “heroini” masanın üzərində qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən 01 ədəd şəffaf sellofan bükümünə baxış keçirilən zaman həmin bükümün içərisindən narkotik vasitə olan “heroin” aşkar edilmişdir. Daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, masanın üzərinə qoyduğu 01 ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 20,6 qram olması müəyyən edilmişdir. Sonra polis əməkdaşlarının apardıqları şifahi sorğu zamanı onun təqdim etdiyi 01 büküm narkotik vasitə olan “heroini” dəniz kənarından tapdığını və yaşadığı evdə gizlətdiyi narkotik vasitə olan “heroin” bağlamasının içərisindən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən yaşadığı Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən binanın 1-ci mərtəbəsində olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman mənzilin qonaq otağında yerləşən divanın içindən 01 ədəd göy rəngli torbanı təqdim etmişdir. Həmin göy torbaya baxış keçirilən zaman torbanın içərisindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş “marixuana”, 3 ədəd bükümdə qara rəngli sellofanda narkotik vasitə olan “heroin” kütləsi aşkar edilərək götürülmüşdür. Onun yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş “marixuana” və 3 ədəd bükümdə narkotik vasitə olan “heroin” kütlələrinin həmin evdə divanın içində olması barədə kimlərin məlumatının olmasını bilmir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Onun üzərindən və evindən aşkar olunan bükümləri öz istifadəsi üçün saxlamış, onları satmaq fikri olmayıb, həmin bükümlərdən kiməsə verməmiş, həmçinin satmamış, istifadəsində hər hansısa mobil telefon nömrəsi yoxdur. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli qismən etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Astara rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən mənzildə yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması, satması və həmin tarixdə, saat 18 radələrində Astara şəhəri, Səməd Vurğun küçəsində, yaşadığı evin yaxınlığında olacağı barədə icraatına məlumat daxil olmuşdur. Bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmişdir. Bunun ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. Həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. 12 yanvar 2023-cü il tarixdə, təxminən saat 18 radələrində o, şöbənin digər əməkdaşları– Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Astara şəhəri, Səməd Vurğun küçəsinə, evin yaxınlığına getmişlər. Həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu görmüş və dərhal yaxınlaşaraq özünü təqdim etmişdir. Sonra isə onu polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və Elnuru Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Samir Rəsulluya həvalə olunmuşdur. Sonra isə Samir Rəsullu tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs “şübhəli şəxs” qismində tutulmuşdur. Daha sonra isə vəkil və iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X4 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Elnur da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərində qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmişdir. Təhqiqatçı 01 ədəd şəffaf sellofan bükümünə baxış keçirdikdə onun içərisində toz şəklində olan narkotik vasitə olan “heroinə” bənzər kütlələri aşkar etmişdir. Sonra təhqiqatçı X6 Hüseynovla apardığı şifahi sorğu zamanı Elnur təqdim etdiyi 01 büküm narkotik vasitə olan “heroini” dəniz kənarından tapdığı və yaşadığı evdə gizlətdiyi narkotik vasitə olan “heroin” bağlamasının içərisindən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Daha sonra orda olan şəxslərin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən binanın 1-ci mərtəbəsində olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin qonaq otağında yerləşən divanın içindən 01 ədəd göy rəngli torbanı təqdim etmişdir. Həmin göy torbaya baxış keçirilən zaman torbanın içərisindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş “marixuana”, 3 ədəd bükümdə qara rəngli sellofanda narkotik vasitə olan “heroin” kütləsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid4 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə olunmuş, 12 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 12 yanvar 2023-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan, 12 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən mənzilin qonaq otağında yerləşən divanın içindən bir ədəd göy rəngli torbanı təqdim etmişdir. Həmin göy rəngli torbaya baxış keçirilən zaman torbanın içərisindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər kütlə, 3 bükümdə qara rəngli sellofanda narkotik vasitə olan “heroin”ə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş, 13 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə iştirakçılar Astara şəhəri, Ziya Bünyadov küçəsinə yaxın ərazidə yerləşən Xəzər dənizinin sahilinə doğru hərəkət etməyə başlamış, Xəzər dənizinin sahilinə çatdıqdan sonra, Təqsirləndirilən şəxs Xəzər dənizinin sahilində kol bitkisini göstərərək həmin əraziyə hava almaq üçün gəldiyi vaxt 4 ədəd bükümü kolun dibindən götürdüyünü bildirmişdir. Daha sonra həmin 4 ədəd bükümün içində narkotik vasitə olduğunu bilmədən onun içərisində nə olduğunu aydınlaşdırmaq üçün Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən mənzilə apardığını, bükümlərin içərisində narkotik vasitə olduğundan əmin olduqdan sonra həmin bükümləri qonaq otağındakı divanın içərisində öz şəxsi istifadəsi üçün gizlətdiyini, həmin bükümləri orada gizlətməsi barədə hər hansı bir şəxsə məlumat vermədiyini qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası üzrə 13 yanvar 2023-cü il tarixli 19/41 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -19,924 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dir. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs Astara şəhər sakini S.Vurğun küçəsində yaşadığı evdən aşkar olunmuş 3 ədə bükümdə narkotik vasitə olan “heroinə” bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -1040,0 qr: -1090,0 qr: -965,0 qram; ümumi təmiz çəkisi: -3095,0 qram olan maddələr “tiryək”dən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dirlər. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsində yaşadığı evdən aşkarlanaraq götürülmüş narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı təmiz çəkisi: -2850,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş “marixuana”dır. Tədqiqata təqdim edilmiş üzərilərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” və “Astara şəhər sakini Təqsirləndirilən şəxs Astara şəhər sakini S.Vurğun küçəsində yaşadığı evdən aşkar olunmuş 3 ədəd bükümdə narkotik vasitə olan “heroin”ə bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumi təmiz çəkisi: -3114,924 qram olan “heroin”lər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Rəyin qeyd hissəsindən isə görünür ki, “heroin”in ümumi təmiz çəkisi 3114,924 qramdır, cəmi tədqiqata hər obyekt üzrə 0,05 qram olmaqla toplam 0,2 qram sərf edilmiş və 3114,724 qram “heroin” qalıq qalmış, “marixuana”nın ümumi təmiz çəkisi 2850,0 qramdır, cəmi tədqiqata 0,1 qram sərf edilmiş və 2849,9 qram olan “heroin” qalıq qalmışdır. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertiza üzrə 16 yanvar 2023-cü il tarixli, 45 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2018-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 12 yanvar 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xasiyyətləndirilimişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayəti törətməməsi haqda dolaşıq və ziddiyətli ifadələrini məhkəmə tədqiq edərək aşağıdakı sübutlara əsaslanaraq onları rədd edir. Belə ki, ibtidai istintaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və evə baxış istintaq hərəkətləri aparılan zaman özü könüllü olaraq üstündə gəzdirdiyi və evdə saxladığı külli miqdarda ayrı-ayrı selofan bükümlərdə saxladığı narkotik vasitəni təqdim etmişdir. Müdafiəçinin suallarına ona qarşı heç bir psixoloji və fiziki təzyiq göstərməməsi haqda izahatlar vermişdir. Bundan başqa, ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitənin hansı ərazidən əldə etməsini göstərmişdir. Digər tərəfdən əvvəllər ayrı-ayrı cinayətlərə görə, o cümlədən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkumluq həyatı yaşamış Təqsirləndirilən şəxs evindən və üstündən müxtəlif növlərdə və bükümlərdə götürülən narkotik vasitələrin miqdarı onu göstərir ki, təqsirləndirilən şəxs onu tək istifadə etməsi yox, satış məqsədi ilə əldə edərək gəzdirib saxlamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının tələblərinə ciddi riayət edərək elə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verilən ifadələri həqiqətə uyğun deyil və buna görə onları rədd edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli özünün qismən etirafı, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Astara rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən 12 yanvar 2023-cü il tarixdə götürülmüş, qalıq çəkisi -3114,724 qram narkotik vasitə olan “heroin”, qalıq çəkisi -2849,9 qram olan qurudulmuş “marixuana” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, yaşadığı evinə baxış keçirilməsi və şübhəli şəxs qismində verdiyi ifadənin yerində yoxlanması istintaq hərəkəti barədə çəkilmiş videogörüntünün yazıldığı 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 60 (altmış) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Astara rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən 12 yanvar 2023-cü il tarixdə götürülmüş, qalıq çəkisi -3114,724 qram narkotik vasitə olan “heroin”, qalıq çəkisi -2849,9 qram olan qurudulmuş “marixuana” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, yaşadığı evinə baxış keçirilməsi və şübhəli şəxs qismində verdiyi ifadənin yerində yoxlanması istintaq hərəkəti barədə çəkilmiş videogörüntünün yazıldığı 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 60 (altmış) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X3 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(099)-364/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-364/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver