Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-364/2024 04.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Yevlax rayonunun Xaldan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, evli, fərdi qaydada kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 34, mənzil 15-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak məqsədilə əldə edilməsi, saxlanılması və daşınması ilə razılaşaraq məlum olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 3-cü sərhəd zastavasının 23-cü sahəsində, İmişli rayonu ərazisində yerləşən avtomobil yolunun kənarında, işıq dirəyinin altında gizlədilmiş həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3180 qram qurudulmuş marixuananı Tural adı ilə məlum olan şəxsin idarə etdiyi “BMW” markalı avtomobillə Gəncə şəhərindən İmişli rayonunun ərazisinə gedərək, qeyd olunan yerdən bir ədəd bağlamanın içərisində olan həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3180 qram qurudulmuş marixuananı 17 mart 2023-cü il tarixdə, saat 00:10 radələrində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmışlar, Təqsirləndirilən şəxs2 bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 3180 qram marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxlə “whatsapp” vasitəsilə əlaqə 200 qram narkotik vasitəsi götürmək üçün danışmışdır. Sonra iranlı ona zəng vuraraq 200 qram marixuananı İmişli rayonunda işıq dirəyinin altında gizlətdiyini demişdir. Təqsirləndirilən şəxs2 onunla birlikdə İmişli rayonuna getməyi xahiş etmiş, Elçini götürməsinə səbəb onun müharibə iştirakçısı olmaqla qazi olması olmuş, əgər yol polisi saxlayarsa Elçinin ona köməklik etməsi olmuşdur. Lakin Elçinə narkotik barədə bir söz deməmişdir. Tanışı taksi sürücüsünün BMW markalı avtombili ilə iranlının ona “whatsapp” vasitəsilə konum göndərdiyi yerə çatmışlar, orada bağlama olmasını, həmin bağlamanın böyük olmasını görüb əl vurmamış, həmin vaxtı sərhədçilər onları tutmuşlar. O avtombildən düşən vaxtı Elçin də təbii ehtiyacını ödəmək üçün avtombildən düşmüşdür. Təqsirləndirilən şəxs2 onunla birlikdə İmişli rayonuna narkotik vasitə götürmək üçün getməyindən məlumatı olmamış, ona əvvəlcədənbu barədə heç bir söz deməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində Gəncə şəhərindən tanıdığı və birlikdə bir neçə dəfə narkotik vasitə marixuana istifadə etdiyi Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış və ona demişdir ki, onun İmişli rayonunda bir tanışı var, həmin şəxs özü marixuana əkib-becərir və onlar həmin şəxsdən ucuz qiymətə istədikləri qədər marixuana ala bilərlər. Elçin də onun kimi narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Elçin özü üçün 50 qram marixuana istəmişdir. Onlar düşünüb bir yerdə qərara gəlmişlər ki, onsuzda narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirlər və ayrı-ayrı şəxslərdən əldə etdikləri bir kibrit qutusu marixuanaya 60-70 manat pul verirlər. Elçinlə razılaşmışlar ki, ondansa İmişlidəki tanışından marixuana alsınlar və müəyyən müddət ərzində onu istifadə etsinlər. Əslində o, Elçinə bu barədə yalan demişdir. Belə ki, Elçinə narkotik vasitənin İrandan qaçaq yolla keçiriləcəyini deməmiş, çünki Mövsüm ona tapşırmışdır ki, narkotik vasitənin haradan əldə etməsi barədə heç kəsə heç nə deməsin. İranlı Mövsüm bir dəfə telefon danışığında ona demişdir ki, marixuananın 100 qramını ona 500 manata verər. Bu isə həm ona, həm də Elçinə çox sərf etmişdir. Kobud hesablayanda iranlıdan 200 qram marixuana alsalar bu təxminən 50 kibrit qutusu edir. Bu qədər marixunanı təxminən 3 ay çəkmək olar. Bu səbəbdən əvvəlcə Elçinlə aralarında razılığa gəlmişlər. Lakin Elçin 50 qram, o isə 150 qramın pulunu ödəmişdir. Yəni o, 750 manat, Elçin isə 250 manat pul verməli imiş. O, Elçindən borc pul istədiyindən 5 mart 2023-cü il tarixdə sonuncu ona qaynanası X1 adına verilmiş "xxxx" (Leobank) bank hesabına 120 manat pul göndərmiş, Elçin ona 10 mart 2023-cü il tarixdə adına olan "xxxx" hesabına 130 manat da əlavə göndərib demişdir ki, ona olan 120 manat borcun üzərinə həmin 130 manatı da gəlib, ümumilikdə 250 manat pulun üzərinə öz 750 manatını da qoyub, cəmi 1000 manat pulu İmişlidəki tanışına göndərsin ki, tanışı da onlara 200 qram qurudulmuş marixuana versin. Elçinlə aralarında olan bu razılaşmadan sonra o, iranlı Mövsümə zəng edib 200 qram qurudulmuş marixuananı sifariş etmiş və sonuncunun ona göndərdiyi hazırda xatırlamadığı hesaba 1000 manat köçürmə etmişdir. Bundan sonra Mövsüm narkotik vasitənin keçiriləcəyi barədə ondan xəbər gözləməsini demişdir. 16 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Mövsüm ona zəng edib demişdir ki, sifariş etdikləri narkotik vasitəni artıq qanunsuz yolla adamları vasitəsilə İrandan Azərbaycana keçirmişdir. Mövsüm onun telefonuna konum göndərmiş və demişdir ki, həmin konum üzrə İmişli rayonunun Hacırüstəmli kəndinə gedib sifariş etdikləri narkotik vasitəni oradan götsünlər. O, Mövsümə Elçin barəsində, Elçinə də Mövsüm barəsində heç nə deməmişdir. Elçin onun adını belə bilməmişdir. Elçin yalnız İmişli sakini olan tanışı tərəfindən əvvəlcədən qoyulmuş yerdən narkotik vasitə qurudulmuş marixuananı götürəcəklərini bilmişdir. Mövsümün zəngindən sonra o, dərhal Elçinlə əlaqə saxlamış və sonuncuya İmişli sakini olan tanışının ona zəng etdiyini, narkotik vasitəni bir yerə qoyduğunu, həmin ünvanın konumunu göndərdiyini və gedib onu götürmək tapşırığını verdiyini demişdir. Elçin ondan İmişliyə necə gedəcəklərini soruşduqda, o demişdir ki, Gəncədən olan Tural adlı tanış taksi sürücüsü ilə gedə bilərlər. Tural Bakı-Gəncə marşrutu üzrə hərəkət etməklə taksi fəaliyyəti ilə məşğul olan, arabir başqa bölgələrə də sifariş götürən, istifadəsində qara rəngli "BMW" markalı (39 kuza kimi tanınan), 99-209 (seriyasını bilmir) avtomobili olan şəxs olmuşdur. 16 mart 2023-cü il tarixdən 17 mart tarixinə keçən saat 23:50 radələrində onlar İmişliyə çatmış və iranlı Mövsümün göndərdiyi konum üzrə İmişli rayonunun Hacırüstəmli kəndinin ərazisinə konum üzrə ünvana çatdıqdan sonra Turala demişdir ki, avtomobili saxlasın və onunla Elçini gözləsin. Tural avtomobili saxlamış, o və Elçin avtomobildən düşüb işıq dirəyinə doğru getmiş, avtomobildən təxminən 20-30 metr aralaşanda sonra birdən Elçin ona bağlamanı gördüyünü demiş və ona yaxınlaşıb götürmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. O, həmin an Elçindən təxminən 5-6 metr aralıda olmuş, Elçin saxlanılan kimi o da yerində dayanmış və saxlanılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə bağlamanın içərisinə baxış zamanı oradan narkotik vasitə marixuana aşkar olunaraq götürülmüş, müvafiq qaydada qablaşdırılmış, möhürlə möhürlənmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Arzunu tanıyır, onunla dostluq munasibəti olmuşdur. Arzu ilə Gəngə şəhərində görüşmüş, Arzu ona satdığı avtombilin pulunu İmişli rayonundan alacağını, onunla birlikdə getməsini xahiş etmiş, o da razılaşmışdır. Arzu ona gedəcəkləri avtombilin surucusunun etibarmanəsinin olmamasını, onun muharibə iştirakçısı olduğu yol polisi saxladığı halda onlara köməklik edəcəyini demişdir və artıq 17 mart 2023-cü il tarixdə gecə saatlarında onlar İmişli rayonuna gəlmişlər, Arzu tanımadığı yerdə avtombili saxlatdırıb təbii ehtiyacını ödəyəcəyini demiş, o da təbii ehtiyacını ödəyəcəyini deyib Arzu ilə birlikdə avtombildən düşmüşdür. Onlar biraz aralanıb təbii ehtiyacını ödəməyə getdikdə kolların dibində ağ bağlama görmüş, telefonun işığı yandırıb baxanda Arzu ona əl vurmamağı, geri çəkilməyi demiş, həmin vaxtı kolun arxasından bir neçə nəfər hərbiçilər çıxaraq onları tutub hərbi hissəyə aparmışlar. Hərbi hissədə onları döyərək işgəncələr vermişlər. O, da məcbur olub etirafedici ifadə verərək narkotik əldə etmək üçün İmişli rayonuna getdiyini bildirmişdir. O, İmişli rayonuna Arzunun xahişi ilə gəlmiş, Arzunun İmişli rayonundan narkotik vasitə götürəcəyindən məlumatı olmamışdır. 2016-cı ildə "Aprel döyüşlərinin" iştirakçısıdır və döyüşlərdə qəlpə yarası almış, qazidir. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 2017-ci ildən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, döyüşlərdən sonra ağrıları olduğundan marixuana onun ağrılarını sakitləşdirir. 2023-cü ilin mart ayının əvvəllərində Gəncə şəhərindən tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək İmişli rayonunda marixuana əkib-becərən tanışının olduğunu, həmin şəxsin becərdiyi marixuananın keyfiyyətli olduğunu, həmçinin daha ucuz qiymətə istədikləri qədər qurudulmuş marixuana ala biləcəkləri demişdir. Arzu da onun kimi narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. O, Arzuya demişdir ki, ona 50 qram marixuana lazımdır. Onlar düşünüb bir yerdə qərara gəlmişlər ki, onsuzda narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirlər və ayrı-ayrı şəxslərdən əldə etdikləri bir kibrit qutusu marixuanaya 60-70 manat pul verirlər. Arzu ilə razılaşmışlar ki, ondansa Arzunun İmişlidəki tanışından marixuana alsınlar və müəyyən müddət ərzində onu istifadə etsinlər. Arzu ona demişdir ki, özü üçün 150 qram sifariş edəcəkdir. O isə Arzuya demişdir ki, ona 50 qram sifariş etsin. Arzu demişdir ki, həmin tanışına özü 750 manat, o isə 250 manat pul verməlidir. Arzu ondan borc pul istədiyindən 05 mart 2023-cü il tarixdə onun "xxxx" (Leobank) bank hesabına 120 manat pul göndərmişdir. 10 mart 2023cü il tarixdə isə Arzunun "xxxx" hesabına 130 manat da əlavə göndərib demişdir ki, ona olan 120 manat borcun üzərinə həmin 130 manatı gəlib, ümumilikdə 250 manat pulun üzərinə öz 750 manatını da qoysun və cəmi 1000 manat pulu İmişlidəki tanışına göndərsin ki, tanışı da onlara 200 qram qurudulmuş marixuana versin. Həmin narkotik vasitəni əldə etdikdən sonra Arzu 150 qramı özünə, 50 qram isə ona verməli olmuşdur. Ödənişi etdikdən sonra Arzu ona demişdir ki, İmişlidəki tanışından cavab gözləyir. 16 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Arzu ona zəng edib İmişlidəki tanışı zəng edib və narkotik vasitənin hazır olduğunu demişdir. Onlar razılaşmış və 16 mart 2023-cü il tarixdə, saat 21:30 radələrində Gəncə şəhərinin çıxacağında yerləşən "Lukoil Petrol" yanacaqdoldurma məntəqəsində yanacaq doldurub taksi sürücüsü Turalı adlı şəxsin BMW markalı avtomaşınla İmişli istiqamətində çıxmışlar. 17 marta keçən gecə saatlarında İmişliyə çatmışlar Arzunun göstərməsi ilə hərəkət etmişlər, sonra Arzu Turala demişdir ki, avtomobili saxlasın və onları gözləsin. Tural avtomobili saxlamış, o və Arzu avtomobildən düşüb işıq dirəyinə doğru getmişlər. Avtomobildən təxminən 20-30 metr aralaşdıqdan sonra o, yerdə işıq dirəyinin altında bağlamanın olduğunu Arzuya demiş və ona yaxınlaşıb götürmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Həmin an o, Arzudan təxminən 5-6 metr aralıda olmuş, o saxlanılan kimi Arzu da yerində dayanmış və saxlanılmışdır. Sonra həmin bağlamanın içərisinə baxılan zaman orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “iranlıya 200 qram marixuanna narkotik vasitəsi sifariş verməsi, İmişli rayonunda bağlamanı götürməməsi, həmin bağlamaya əl vurmaması, Təqsirləndirilən şəxs2 onunla birlikdə İmişli rayonundan narkotik vasitə götürməsindən məlumatının olmaması, ona bu barədə əvvəlcədən heç bir söz deməməsi”, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Təqsirləndirilən şəxs1la İmişli rayonuna pul dalınca getməsi, Arzunun İmişli rayonundan narkotik vasitə götürəcəyindən məlumatsız olması, hərbiçilər tərəfindən işgəncələrə məruz qladığı üçün etirafedici ifadə verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı ifadələrində göstərdikləri sözü gedən xüsusatları onların cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi və DSX N nömrəli hərbi hissənin 3-cü sərhəd zastavası ərazisində gizlədiləcəyi, sonradan həmin narkotik vasitənin gizlədiləcəyi yerdən götürüləcəyi barədə əməliyyat məlumatı daxil olmuş və "Pusqu" xidməti təşkil edilmişdir. 16 mart 2023-cü il tarixdə, saat 23:40 radələrində xidmət təşkil edilərkən gecəgörmə cihazı ilə ərazidə müşahidə aparılan zaman bir nəfər naməlum şəxsin İran tərəfdən gəldiyini, mühəndis texniki çəpərə çatmamış bağlamanı çöl istiqamətdə atıb qaçdığını görmüşdür. 17 mart 2023-cü il tarixdə, saat 00:10 radələrində "BMW" markalı avtomobilin gəldiyini görmüşlər, avtomobil dayandıqdan sonra onun içərisindən 2 nəfər şəxs düşüb ərazidə nəsə axtarmağa başlayarkən ona və “Pusqu” xidmətinə təyin edilmiş digər hərbi qulluqçulara məlum olmuşdur ki, həmin şəxslər İran tərəfindən qanunsuz gəlib qayıdan naməlum şəxsin gətirdiyi bağlamanı götürmək üçün gəlmişlər. Müşahidə etmişlər ki, həmin şəxslərdən biri yaxınlaşıb həmin bağlamanı götürmüş və gəldiyi avtomobil tərəfə qaçarkən saxlanılmışdı. Bu zaman onun yanındakı digər şəxs yerində dayanmış və onlar həmin şəxsi də saxlamışlar. Sorğu-sual zamanı saxlanılan şəxslər özlərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını, qeyd olunan əraziyə içərisində narkotik vasitələr olan bağlamanı götürmək üçün gəldiklərini bildirmişlər. Onların birinci saxladıqları, yəni içərisində narkotik vasitə olan bağlamanı tapıb ərazidən götürərək uzaqlaşan şəxs Təqsirləndirilən şəxs2, yerində dayanandan sonra saxladıqları şəxs isə Təqsirləndirilən şəxs1 olmuşdur. Aşkar olunmuş bağlamalara baxış keçirilmiş, həmin maddələr müvafiq qaydada qablaşdırılmış və götürülmüşdür. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 əməliyyat tədbiri ilə bağlı pusqu xidmətində olarkən narkotik vasitə götürmək üçün əraziəyə gəlmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, ərazidə axtarış apararkən Təqsirləndirilən şəxs2 “ürək burdadır, gəl” sözlərinin dediyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 mart 2023cü il tarixdə onu və Şahid4 adlı şəxsi DSX-nin N nömrəli hərbi hissəsinin 3-cü sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü hadisə yerinə, qeyd olunan bağlamaya, həmçinin həmin şəxslərin üzərilərinə baxış keçiriləcəkdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları yeri əlləri ilə göstərmişlər. Həmin yer N nömrəli hərbi hissənin İmişli rayonunun ərazisindən keçən avtomobil yolunun kənarı olmuşdur. Bundan sonra bağlamaya ətraflı baxış keçirilməsi üçün bağlama, həmçinin saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onlar, yəni o və digər hal şahidi DSX əməkdaşları ilə birlikdə sərhəd zastavasına getmişlər. Zastavaya getdikdən sonra həmin bağlamanın içərisinə baxış keçirilmiş və təxmini çəkisi 3 kiloqramdan artıq qurudulmuş marixuanaya bənzər maddə olmuşdur. Sonda həmin maddələr onun və digər hal şahidinin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlə möhürlənmiş və götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 28 may 2023-cü il tarixli 7/406 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbadakı üzəriləri skoçla bağlanmış 3 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 1135,0 qram, 1225,0 qram və 820,0 qram, ümumi çəkisi - 3180,0 qram bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ekspert rəyinin qeyd hissəsindən görünür ki, qurudulmuş marixuananın ümumi çəkisi - 3180,0 (1-19 nömrəli obyekt), tədqiqata istifadə olundu cəmi - 0,15 qram (hər obyektdən 0,05 qram götürüldü), qalıq – 3179,85 qram. Ekspertiza tədqiqatından sonrakı qalıq 3179,85 qram qurudulmuş marixuanna. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat qəpikdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 5231 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023cü il tarixli 4125 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış aparılan zaman bir ədəd «Redmi» markalı mobil telefon, bir ədəd pul qabı, bir ədəd şəxs yyət vəsiqəsi, bir ədəd qara rəngli «Leobank»a məxsus plastik kart, bir ədəd sarı rəngli «ATB»ə məxsus plastik kart, bir ədəd tünd gümüşü rəngli «Beynəlxalq Bank»a məxsus plastik kartlar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış aparılan zaman bir ədəd pul qabı, bir ədəd "xxxx"a məxsus plastik kartlar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Biləsuvar rayonunun ərazisində yerləşən 1-ci sərhəd komendantlığı 3-cü sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətinə (mühəndistexniki çəpərdən çölə) baxış keçirildi. Ərazi düzənlik relyefə malik, əkin sahələrindən ibarətdir. 22-ci sahədən 3-cü sərhəd zastavasının dislokasiya yerinə qədər məsafə 2500 metrdir. 22-ci sahədə Azərbaycan Respublikası istiqamətində İmişli rayonu Hacırüstəmli kəndi yerləşir, oraya qədər məsafə 1000 metrdir. İmişli rayonu Hacırüstəmli kəndindən 3cü sərhəd zastavasına qədər məsafə 1250 metrdir. 22-ci sahədə İran İslam Respublikası istiqamətində Təzəkənd kəndi yerləşir, oraya qədər məsafə 900 metrdir. İran İslam Respublikasının Təzəkənd kəndindən 3-cü sərhəd zastavasına qədər məsafə 6000 metrdir. 3-cü sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində “Axtarış qrupu” xidmətini təşkil edən sərhəd naryadı tərəfindən saat 00:10 radələrində 69 nömrəli sərhəd nişanından təxminən 100 metr solda, dövlət sərhəd xəttindən 1250 metr, əsas mühəndis çəpərindən 350 metr aralıda, İmişli rayonunun Hacırüstəmli kəndinin yaxınlığında iki nəfər şəxs saxlanılmış, həmçinin qeyd olunan ərazidə kolluğun arasında işıq dirəyinin dibində bir ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, 23-cü sahədə əsas nəzarət iz zolağının üzərində 1 nəfərə məxsus Azərbaycan Respublikası-İran İslam Respublikası-Azərbaycan Respubikası istiqamətində izlər aşkar olunmuşdur. Məlum olmuşdur ki, aşkar olunan bağlama qabaqcadan 1 nəfər şəxs tərəfindən İran İslam Respublikası ərazisindən gətirilərək mühəndis çəpərinin yaxınlığına qoyulmuşdur. Mühəndis-texniki çəpərinə baxış keçirilən zaman mühəndis texniki çəpərinin əyilməsi, kəsilməsi və ya deformasiyaya uğraması aşkar olunmamışdır. Ərazidə digər əhəmiyyət kəsb edən predmetlər aşkar edilməmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «aşkar edilmiş bağlamaya baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 17 mart 2023-cü il tarixdə 3-cü sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində “Axtarış qrupu” xidmətini təşkil edən sərhəd naryadı tərəfindən saat 00:10 radələrində 69 nömrəli sərhəd nişanından təxminən 100 metr solda, dövlət sərhəd xəttindən 1250 metr, əsas mühəndis çəpərindən 350 metr aralıda, İmişli rayonunun Hacırüstəmli kəndinin yaxınlığında iki nəfər şəxs saxlanılmış, həmçinin qeyd olunan ərazidə kolluğun arasında işıq dirəyin dibində bir ədəd ağ rəngli qulpulu bağlama aşkar olunaraq götürülmüşdür. Bağlamanın daxilinə baxış keçirilən zaman içərisində 3 ədəd alt hissəsindən üst hissəsinə doğru şəffaf rəngli yapışqanlı lenlər (skoç) bükülmüş halda torbalar ümumi çəkisi bükümlərlə birlikdə 3400 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələrin olması müəyyən edilmişdir. Həmin qurudulmuş marixuanaya bənzər maddələr tünd yaşıl rəngində, sıx və qurudulmuş haldadır. Saxlanılan şəxslər narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr olan bağlamanı götürmək məqsədilə əraziyə gəldiklərini etiraf etmişlər. İş materiallarında olan 17 mart 2023-cü il tarixli (Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş) "xxxx" ASC-nə məxsus "4098 5844 7167 5163" nömrəli kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan bank kartından "**********22095308" nömrəli tranzaksiya ilə 16 mart 2023-cü il tarixdə, saat 21:24-də, "R2060160 LUKOİL" hesabına 20 manat məxaric edilmişdir. "**********97734142" nömrəli tranzaksiya ilə 6 mart 2023-cü il tarixdə, saat 14:11-də, "4098 5844 7167 5163" hesabına 120 manat mədaxil edilmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli Təqsirləndirilən şəxs2n məxsus "xxxx" ASC-nə məxsus "4098 5844 7167 5163" nömrəli kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 mart 2023-cü il tarixdə, saat 09:47-də, “www.birbank.az” tətbiqi vasitəsilə "xxxx" ASC-nə məxsus "5213 6751 9703 8905" nömrəli bank kartı hesabından 130 manat məxaric edilmişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla Təqsirləndirilən şəxs2 saxlanılan zaman aşkar edilərək götürülmüş, hmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "xxxx" ASC-nə məxsus “**********675163” nömrəli bank kartı maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qaluq 3179,85 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla Azər-Türk Bank" ASC-nə məxsus "5213 6751 9703 8905" nömrəli bank kartının cinayətin törədilməsində vasitə kimi istifadə olunduğunu, həmin bank kartı maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs1n məxsus "xxxx" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 mart 2023-cü il tarixdə, saat 13:47-də, “birbank” tətbiqi ilə kartdan karta köçürmə üsulu ilə Təqsirləndirilən şəxs1 "xxxx" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli hesabına 130 manat mədaxil edilmişdir. Qeyd olunan köçürmə “Azər – Türk Bank”a məxsus 521367******8905 nömrəli (Təqsirləndirilən şəxs2 məxsus bank kartı) hesabdan məxaric edilmişdir. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla Kapital Bank" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli bank kartının cinayətin törədilməsində vasitə kimi istifadə olunduğunu, həmin bank kartı maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 02:15 və X8 həmin 02:25 radələrində inzibati qaydada tutulmuşlar. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və X8 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və X8 barələrində həbs olunmasının əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarı ilə X8 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o həmin tarixdə həbsdən azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” qərarla təqsirləndirilən şəxs X8 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və X8 xəstəxanada qeydiyyatda durmurlar. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli Respublika Narkoloji Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, X8 xəstəxanada qeydiyyatda durmur, Təqsirləndirilən şəxs1 isə xəstəxanada qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əvf olunması haqqında” sərəncamına əsasən Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, X6 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 13 mart 2018-ci il tarixli Axərbaycan respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından və Silahlı qüvvələrin Baş Klini Hospitalının 4087 nömrəli çıxarış epeqrizinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 döyüş zonasında xidmət keçərkən xx.xx.2016-cı ildə Fizuli rayonu, Lələtəpə hündürlüyü istiqamətilərində gedən döyüşlər zamanı mərminin partlaması nəticəsində belindən yaralanmış, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək “partlayış travması. Belin sol yarısının yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış laparocentezdən sonrakı yarası” diaqnozu ilə müalicə olunmuşdur. Məhkəməyə təqdim olunmuş X3 X9 G20-1215 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 İİİ qrup əlil vəsiqəsi verilmişdir. Məhkəməyə təqdim olunmuş 089471 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müddətsiz müharibə veteranı vəsiqəsi verilmişdir. Məhkəməyə təqdim olunmuş İ-57401 nömrəli, İ-4115 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X4 “vətən Murahibəsi iştirakçısı” və “Şuşanın azad olunması” meddaları ilə təltif olunmuşdur. İş materiallarında 20 sentyabr 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, cinayət işinin materiallarından Mövsüm adlı İran vətəndaşı kimi, həmçinin şəxsiyyəti istintaqa Tural adlı şəxs kimi məlum olan şəxs və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ilk məhkumluğu, xx.xx.2016-cı ildə Fizuli rayonu, Lələtəpə hündürlüyü istiqamətilərində gedən döyüşlərdə iştirak etməsini, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək “partlayış travması diaqnozu ilə müalicə olunmasını, İİİ qrup əlil olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2014-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - DSX-nin istintaq və təhqiqat idarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3179,85 qram qurudulmuş marixuanna məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş, "xxxx" ASC-nə məxsus “**********675163” nömrəli bank kartı, Azər-Türk Bank" ASC-nə məxsus "5213 6751 9703 8905" nömrəli bank kartı, Təqsirləndirilən şəxs1n məxsus Kapital Bank" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli bank kartları yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlinin 17 mart 2023-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 36 (otuz altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. X8 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. X8 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 36 (otuz altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – DSX-nin istintaq və təhqiqat idarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3179,85 qram qurudulmuş marixuanna məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş, "xxxx" ASC-nə məxsus “**********675163” nömrəli bank kartı, Azər-Türk Bank" ASC-nə məxsus "5213 6751 9703 8905" nömrəli bank kartı, Təqsirləndirilən şəxs1n məxsus Kapital Bank" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli bank kartı yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-364/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-364/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver