Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-364/2025 11.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum edilməmiş, Cəlilabad rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (Bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 fevral 2025-ci il tarixdə digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və daşınması barədə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa əsasən qrup üzvü olan digər şəxslər 7 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2185 qram, 975 qram, 1420 qram, 1490 qram, 1385 qram, 1485 qram, 1250 qram-ümumi təmiz çəkisi 10190 (10 kq 190 qr ) qram olub külli miqdar təşkil edən, çətənə bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək 23 fevral 2025-ci il tarixdə Ələt- Astara köhnə avtomagistral yolunun Lənkəran rayonun «Ləvəngi» dairəsinin yaxınlığından keçən hissəsində, həmin yolun kənarında yerləşən şam ağacının yanına gətirib orada gizlətdikdən sonra, narkotik vasitənin gizlədildiyi yerin fotoşəklini “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətə uyğun olaraq 23 fevral 2025-ci il tarixdə saat 18 radələrində narkotik vasitənin gizlədildiyi, Lənkəran şəhəri «Ləvəngi» dairəsi yaxınlığındakı əraziyə gedərək bir ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, əlində tutmaqla saxlayıb «Ləvəngi» dairəsi istiqamətdə piyada daşıyarkən bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həmin gün saat 18:38 dəqiqədə keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılmış, saxlanıldığı yerdə üstü yoxlanılarkən əlində tutduğu sellofan sumkanın içərisində 07 ədəd bağlamalarda 10190 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Cəlilabad rayonun Üçtəpə kəndində yaşayır. Arada bir «nəşə» çəkir. Tutulmasından üç-dörd gün əvvəl iranlı tanışı Araş adlı şəxs ona zəng edərək bir ədəd sumkada beş ədəd bükümdə olan nəşəni Lənkərandan götürüb Bakıda Lökbatan dairəsinin yanında bir yerdə qoymasını təklif etmiş və əvəzində ona 700 manat pul verəcəyini demişdir. Həmin şəxslə razılaşmışdır. Araş adlı şəxs əvvəlcədən ona 70 manat pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə gündüz saatlarında kartından 44 manat pul çıxarıb Lənkərana yola düşmüşdür. Lənkərana marşurutla gəlib «Ləvəngi» dairəsində düşmüşdür. Təxminən 20-25 dəqiqə sonra Araş ona bir konum atmışdır. Konumda göstərilən yerin onun olduğu yerdən piyada 200-300 məsafə uzaqldıqda olduğu üçün piyada konumun olduğu yerə getmişdir. O yol kənarında ağacın yanında bir ədəd üzərində örtük olan çanta olduğunu görmüşdür. Çantanın içərisinə baxanda 5 ədəd bağlamalar olduğunu görmüşdür. O çantanı həmin yerdə saxlayıb Ləvəngi dairəsində Bakıya sərnişin daşıyan taksilərin yanına gəlmişdir. Orada bir nəfər tanımadığı sürücüyə yaxınlaşaraq onu Bakı şəhərinə neçəyə aparacağını soruşduqda ona adamın birini 20 manata Bakıya apardığını demişdir. Həmin sürücü ona gedirsəsənsə, gəl əyləş bir nəfər də tapıb yola düşərik- demişdir. O da sürücüyə qabaqda evində sumkası olduğunu onu götürəcəyini deyib sürücünün mobil nömrəsini almışdır. Sonra o sumkanın olduğu yerə gedib, sumkanı götürdükdən sonra sürücüyə zəng edib onu olduğu yerə çağırıb sumkanı maşına qoymaq istədiyini demişdir. Sürücü də ona gəldiyini demişdir. Həmin vaxt saat 18 radələri olmuşdur. O, sumkanı olduğu yerdən götürüb yolun qarşı tərəfinə keçib piyada Ləvəngi dairəsinə doğru gedərkən bu zaman taksi sürücüsü avtomobili onun yanında saxlayan kimi başqa iki avtomobil də həmin yerdə dayanmışdır. Həmin avtomobildən bir neçə şəxs düşərək ətrafına toplaşıb onu tutub saxlamışlar. Özlərini təqdim edib polis işçiləri olduqlarını demişlər. Onlardan biri videoçəkiliş aparırmışdır. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli olduğunu, ona görə də saxlanıldığını demişlər. Onun əlində olan sellofan sumkaya videoçəkiliş vasitəsilə baxış keçircəyini bildirmişlər. Polis əməkdaşları sellofan sumkaya baxış keçirməzdən əvvəl onun sumkasını dəyişmişlər. Belə ki, onun götürdüyü sumkada 5 ədəd bağlamada 5-6 kiloqram qurudulmuş marixuana olmuşdur. Lakin polislərin ona verdiyi sumkada 7 ədəd qara rəngli sellofan bağlamlarda 10 kiloqramdan çox narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. O, sumkada daşıdığı maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmçinin marixuananın Araş adlı şəxs tərəfindən göndərildiyini, ona narkotik vasitənin qoyulduğu yerin konumunu atdığını, narkotik vasitəni Bakı şəhərinin girəcəyində Lökbatan dairəsini yanında bir yerdə qoymalı olduğunu bildirmişdir. Polis əməkdaşları bağlamalara baxış keçirdikdə onların içərisində qurudulmuş marixuana aşkar etmişlər. 7 ədəd bağlama elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkətləri protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən X3 göstərdi ki, Lənkəran Şəhər Rayon X2 mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, daşıması və satışı ilə məşqul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün 23 fevral 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs ola biləcəyi Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisi müşahidəyə götürülmüşdür. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs əlində bir ədəd sumka olmaqla Lənkəran şəhəri Ləvəngi dairəsindən bir az irəlidə rayonun Göyşaban kəndi istiqamətində yolun kənarı ilə piyada getdiyini görmüşlər. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini təqdim edərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bidirmişlər. Təqsirləndirilən şəxs əlində daşıdığı sumkaya baxış keçirilərkən sumkanın içərisində 7 ədəd qara rəngli sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bağlamalarada qurudulmuş marixuana olduğunu, onu İranlı Araş adlı şəxsin göstərişi ilə 700 manat pul müabilində Bakı şəhərinə Lökbatan dairəsi yaxınlığında bir yerə qoymalı olduğunu bildirmişdir. Narkotik vastə olan bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs götürdüyü sumkanı dəyişdirməmişlər. Təqsirləndirilən şəxs bu barədə dedikləri yalandır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, özünə məxsus «Opel» markalı, ** TX *** qeydiyyat nişanlı avtomobil ilə Bakı-Lənkəran marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhərində «Ləvəngi» dairəsində dayanıb Bakıya gedən müştəri axtardığı zaman adını sonradan bildiyi Ağa adlı şəxs ona yaxınlaşaraq onu Bakıya neçəyə aparacağını soruşmuş və onunla 20 manata razılaşmışlar. Ağa ona evinin qabaqda olduğunu, evində sumkası olduğunu, sumkasının ağır olduğunu, yola çıxacağını və yoldan onu götürməsini demiş və Ağa ilə razılaşmışdır. Ağa onun telefon nömrəsini alaraq getmiş və təxminən 20 dəqiqə sonra ona zəng edib sumkasının ağır olduğunu, avtomobili bir qədər qabağa sürməklə onu götürməsini demişdir. O fikirləşmişdir ki, Ağanı götürsün Ləvəngiyə gətirib digər müştəriləri gözdüyər. O, avtomobili işə salıb «Ləvəngi» dairəsindən təxminən 400- 500 metr keçdikdən sonra Ağanın belində bir sumka ilə yolun sağ tərəfi ilə ona tərəf piyada gəldiyini görmüşdür. O, Ağanın yanında avtomobili saxlayarkən iki avtomobil də orada saxlamışdır. Həmin avtomobillərdən düşən bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs sumkasına baxış keçirərkən sumkada 7 ədəd qara rəngli bağlamalarda marixuanayabənzər narktoik vasitə aşkar etmişlər. Polis əməkdaşlarının sualına cavab olaraq Təqsirləndirilən şəxs bağlamalarda marixuana olduğunu, onu İran vətəndaşından qəbul etdiyini, 700 manat pul müqabilində Lənkərandan götürüb Bakının Lökbatan dairəsi yaxınlığında bir yerə qoyacağını bildirmişdir. Həmin 7 ədəd bükümlər tərəzidə çəkilərək götürülmüşdür. Bu barədə videoçəkiliş aparılmış və protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs götürdüyü sumka polis işçiləri tərəfindən dəyişdirilməmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə 23 fevral 2025-ci il tarixli protokolundan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:38-da Lənkəran şəhəir «Ləvəngi» dairəsi ərazisində köhnə Ələt-Astara maqistral yolunun kənarında əlində sumka ilə hərkət edərkən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamaqla üstündə yoxlama apararkən Ağa Ağyevin çiyninə asıb daşıdığı sumkanın içərisində 7 ədəd bağlamalarda qurudulmuş marixuanayabənzər maddələr aşkar edilərək götürülmüşdür. Tqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş «Samsung» markalı mobil telefona baxış zamanı, mobil telefondakı «Whatsapp» proqramında «Cuc» adı ilə qeydə alınmış +98 902 952 44 72 saylı İran İslam Respublikasına məxsus mobl nömrə aşkar edilmişdir. Həmin mobil nömrə ilə «Whatsapp» proqramı ilə Təqsirləndirilən şəxs telefonuna sumkanın olduğu yerin konumunun və fotoşəklinin göndərilməsi müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 24 fevral 2025-ci il tarixli, 19/75 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əlindəki çantadan aşkar olunmuş 7 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2185, 975 qram, 1420 qram, 1490,0 qram,1385 qram, 1485 qram, 1250 qram ümumi təmiz çəkisi 10190,0 qram olan bitki mənşəlli kütlələr tərkibində naroktik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və biolji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2025-ci il tarixli, 97 saylı rəyinə görə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixatriya Xəstəxanasına məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanasında qeydiyyata olmamışdır. İşdə olan 11 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Ailə tərkibi haqqında 07 mart 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Cəlilabad rayon Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qubaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs onun götürdüyü çantada 5 ədəd bükümdə 5-6 kiloqram narkotik vasitə qurudulmuş marixuana olması, polis əməkdaşlarının çantanı dəyişdirərək yerinə içərisində 10 kiloqramdan çox narkotik vasitə qurudulmuş marixuana olan sumkanı qoymaları barədə ifadəsini digər sübutlar və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 10189,3 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun ailəsinə verilməlidir. Ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 10189,3 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, “Samsung” markalı mobil telefon onun ailəsinə verilsin. Ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-364/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-364/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver