Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-366/2024 04.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədova Esmira Qərib qızı və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1980-ci ildə Sabirabad rayonunun Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 23 iyul 2023-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 9,604 qram narkotik vasitə heroini 02 ədəd polietilen kəsiyi bükümündə və təmiz çəkisi -5,010 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamini 01 ədəd polietilen bükümündə üzərində daşımaqla saxlamış, 21 iyul 2023-cü ildə saat 17:20 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Surra kəndində saxlanılaraq, rayon polis şöbəsinə gətirilmiş, şöbədə saat 18:55-də üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,607 qram və 4,997 qram olmaqla ümumi çəkisi 9,604 qram külli miqdarda narkotik vasitə heroin və 01 ədəd polietilen bükümdə, təmiz çəkisi 5,010 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2021-ci ildə Şamaxı rayon məhkəməsinin hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 ay 26 gün vaxtından əvvəl cəzadan azad edilmişdir. Tutulmamışdan 7-8 gün əvvəl onunla birlikdə cəzaçəkmiş Anar adlı şəxsin ona verdiyi İran nömrəsi ilə əlaqə saxlayıb Bakı şəhəri Neftçilər metrosunun yaxınlığında yol kənarındakı şam ağacının yanında qoyulmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb rayona qayıtmış, narkotik vasitə və psixotrop maddədən lazım olan vaxtlarda istifadə etmək məqsədi ilə onları atasına məxsus evin yerləşdiyi küçədə saxlamış, 21 iyul 2023-cü ildə saat 17 radələrində həmin narkotik vasitə və psixotrop maddəni cibinə qoyub evinə tərəf piyada gedərkən polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən Bakı şəhərində əldə edərək üzərində saxladığı 2 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, şəxsi axtarışla bağlı protokol tərtib edilərək iştirakçılar, eləcə də onun tərəfindən imzalanmış, şifahi sorğu zamanı o, təqdim etdiyi narkotik vasitə və psixotrop maddəni İran vətəndaşından Bakı şəhərində əldə etdiyini bildirmişdir. Himayəsində xəstə valideynlərinin və yetkinlik yaşına çatmayan bir uşağının olmasını nəzərə alıb barəsində məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Sabirabad rayonunun Surra kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri keçirilərkən o, 21 iyul 2023-cü ildə, saat 17 radələrində yaşadığı kənddə saxlanılıb polis şöbəsinə gətirilmiş, dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində 2 ədəd bükümdə narkotik vasitə heroinə və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Təqsirləndirilən şəxs istər saxlanılarkən, istərsə də polis şöbəsinə gətirilərkən, şöbədə olarkən ona qarşı heç bir fiziki zor, psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 da istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatlara uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Ələkbərov X2 Rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ qabaq yan cibindən 2 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd Redmi markalı və 01 ədəd Nokia markalı mobil telefon, 3 ədəd 100 ABŞ dolları və 1406 manat pul aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2023-cü il tarixli 18/745-746 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..üç büküm” sözləri yazılmış kağız paketdə 02 ədəd polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi-4,607 qram və 4,997 qram olmaqla, ümumi çəkisi-9,604 qram qəhvəyimtil rəngli maddələr kusta üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir, 01 ədəd polietilen bükümdə, təmiz çəkisi-5,010 qram ağımtıl rəngli maddə psixotrop maddə olan metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 5926 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Sabirabad RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, rayonun Surra kəndində yerləşən atası Vahid Ələkbərova məxsus evdən və özünə məxsus Surra kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tikilidən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, marixuananın və psixotrop maddə olan metamfetaminin mənbəsini, yəni narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əlavə olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışına dair real məlumatlar əldə edilməmişdir. İş materiallarına əlavı edilmiş 05 avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş 1 ədəd “Nokia” markalı və 1 ədəd “Redmi” markalı mobil telefonlara baxış keçirilsə də, telefonun “adlar”, “mesajlar”, “zənglər” bölməsinə və “Whatsapp messenger” proqramına baxış keçirilərkən” narkotik vasitələrin və psixotrop maddələrin alış və satışı barəsində iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumata rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskdəki məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Eliyə zəngə vurma”, ***-***-**-** saylı mobil nömrəyə “Mənə zəng vur xəlvət vur”, ***-***-**-** saylı mobil nömrəyə “Telefona cavab ver”, ***-***-**-** saylı mobil nömrəyə “Telefonu aç” məzmunlu sms mətni aşkar edilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 5(056)-154/2023 nömrəli qərarından görünür ki, Sabirabad Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 21 iyul 2023-cü il tarixli əməliyyat axtarış tədbiri qanuni hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 9,604 qram narkotik vasitə heroin və qalıq çəkisi 5,010 qram psixotrop maddə metamfetamin Sabirabad rayon polis şöbəsində saxlanılır, bir ədəd CD disk və şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı və məhkəmədə verdiyi etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni– xx.xx.2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in maddəsinə əsasən 69.3-cü 01 il 10 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya haqqında Qərarına əsasən cəzası 06 ay müddətə azaldılaraq üzərində 01 il, 05 ay, 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-in 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 05 ay 26 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti 02 yanvar 2023-cü ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 02 yanvar 2025-ci ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 21 iyul 2023-cü ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Ələkbərov X2 rayonunun Surra kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşmanlıq hissləri keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsində və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 9,604 qram narkotik vasitə heroin və qalıq çəkisi 5,010 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ondan götürülmüş 1 ədəd “Nokia” və 1 ədəd “Redmi” markalı mobil telefonların anası Şahid5 qaytarılması nəzərə alınmalı, eyni zamanda bir ədəd CD disk və şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 21 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 9,604 qram narkotik vasitə heroin və qalıq çəkisi 5,010 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan götürülmüş 1 ədəd “Nokia” və 1 ədəd “Redmi” markalı mobil telefonların anası Şahid5 qaytarılması nəzərə alınsın, eləcə də bir ədəd CD disk və şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Müşfiq Məmmədov
3. Esmira Məmmədova