Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-366/2025 23.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə 23 sentyabr 2025-ci il tarixdə, saat 17:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında «AzFemida» proqram təminatı vasitəsilə və videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa "Rza" adı ilə məlum olan şəxs ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən, ümumi cinayətkar niyyətlərinin həyata keçirilməsi məqsədi ilə ona köməklik göstərmək barədə razılığa gəlmişdir. Bu məqsədlə, "Rza" adlı şəxs təmiz halda çəkisi 11465 qram qurudulmuş marixuana, 1470 qram tiryək, təsiredici maddəsinin ümumi miqdarı 159,2 qram olan 3980 ədəd metadon həbi və xüsusilə külli miqdarda psixotrop maddə olan təmiz çəkisi 495 qram metamfetamini İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etmiş, Təqsirləndirilən şəxs ona verdiyi məlumat və köməklik vədi əsasında, həmin şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan, gömrük nəzarətini aldatmaqla Azərbaycan Respublikası ərazisinə keçirilməsinə nail olaraq, Astara rayonunun Sım kəndi yaxınlığında gizlətmiş, bundan sonra, ümumi cinayətkar niyyətin icrası çərçivəsində Təqsirləndirilən şəxs "Rza" adlı şəxsdən narkotik vasitələrin olduğu yer barədə "WhatsApp" tətbiqi vasitəsilə koordinat və şəkilli məlumat aldıqdan sonra, 26 noyabr 2024-cü il tarixdə Faiq Tahirzadənin idarə etdiyi "Mercedes-Benz" markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmişdir. O, 27 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində "İsmət" restoranının yaxınlığında gizlədilmiş, yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmiş, Faiq Tahirzadənin xəbəri olmadan avtomobilə yerləşdirərək saxlamış və Bakı şəhərinə daşımağa cəhd göstərmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri daşıyarkən, həmin gün Astara rayonunun Deqədi kəndi ərazisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, idarə olunan avtomobilə baxış zamanı narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüş və bununla da onun cinayətkar fəaliyyətinin qarşısı alınmışdır.
2. Beləliklə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa "Rza" adı ilə məlum olan şəxsin külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsinə köməkçilik etmiş, daha sonra əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa "Rza" adı ilə məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub, həmin külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə edib, saxlayıb və daşımışdır.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar – Cinayət Məcəllənin 206.3.2-ci maddəsi üzrə təqsirli bilməyərək, CM-in 234.4-1-ci maddəsi üzrə isə təqsirli bilərək göstərdi ki, o, əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun ilk məhkumluğu oğurluq, ikinci məhkumluğu isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə olmuşdur. O, 2024-cü ilin may ayında azadlığa buraxılmışdır. 2016-2018-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Südmən adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra da Südmənlə mobil telefon vasitəsilə əlaqə saxlamış, lakin ikinci dəfə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra Südmənlə əlaqəsi kəsilmişdir. İkinci dəfə azadlığa buraxıldıqdan sonra, 2024-cü ilin avqust ayında bir nəfər ona zəng edərək adının Rza olduğunu, Südmənin əmisinin oğlu olduğunu demiş və onu İran İslam Respublikasına dəvət etmişdir. Bir neçə gündən sonra Rza adlı şəxs onunla İran İslam Respublikası operatoruna məxsus nömrə ilə əlaqə saxlayaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitəni Azərbaycan Respublikasında satmağı təklif etmişdir. O, Rzanın təklifi ilə əvvəlcə razılaşmamış, lakin son vaxtlar maddi vəziyyəti pisləşdiyi üçün Rza ilə əlaqə saxlayıb onun təklifi ilə razılaşmışdır. 25 noyabr 2024-cü il tarixdə Rza ona zəng edərək Astara rayonu ərazisinə narkotik vasitə göndərdiyini, həmin narkotik vasitənin olduğu yerin koordinatlarını "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsilə göndərəcəyini bildirmişdir. O, narkotik vasitəni əldə etdikdən sonra Bakı şəhərinə aparıb hər hansı bir yerdə gizlətməli və həmin yerin koordinatlarını Rzaya göndərməli idi. Bu işin müqabilində Rza ona 3.000 (üç min) manat verəcəyini bildirmiş, o da Rza ilə razılaşmışdır. İlk olaraq taksi ilə getməyi düşünsə də, daha sonra bacanağı Faiqlə getmək qərarına gəlmişdir. 26 noyabr 2024-cü il tarixdə Faiqə zəng edib Astara rayonunda bir tanışına pul verəcəyini və ondan Bakı şəhərində satmaq üçün mandarin alacağını bildirərək Faiqdən onu Astara rayonuna aparmasını xahiş etmişdir. Faiq onunla birlikdə Astara rayonuna getməyə razılaşmışdır. Onlar Faiqə məxsus “Mercedes-Benz" markalı avtomobillə Bakı şəhərindən Astara rayonu istiqamətində yola düşmüşlər. O, Rza ilə telefon əlaqəsi saxlayaraq Bakı şəhərindən Astara rayonu istiqamətində getdiyini demişdir. Yolda olarkən Rza ilə "WhatsApp" vasitəsilə əlaqə saxlamış və danışarkən Faiqdə şübhə yaratmamışdır. Təxminən Masallı rayonunda olduğu zaman Rza ona narkotik vasitələrin gizlədildiyi yerin koordinatlarını və “İsmət” restoranının adının yazıldığı dəmir lövhənin şəklini göndərmişdir. Koordinata baxıb Faiqə avtomobili Astara rayonunun Sım kəndi istiqamətində sürməsini demişdir. 27 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Astaranın Sım kəndinə çatmışlar. Koordinatda göstərilən yerə çatdıqda Faiqə avtomobili saxlamasını, onu avtomobildə gözləməsini və görüşəcəyi adamın yaxınlıqdakı restoranda onu gözlədiyini demişdir. Avtomobildən düşüb təxminən 15-20 metr aralanmış, “İsmət” restoranının yaxınlığında, yolun kənarında iki ədəd böyük torba olduğunu görmüşdür. Həmin torbaları açıb içərisindəki bağlamaları saymış, avtomobilə yaxınlaşıb üzərində günəbaxan tumunun şəkli olan iki ədəd bağlamanı avtomobilin salonuna, arxa oturacaqlarının önünə qoymuşdur. Bu zaman Faiq ondan bağlamalarda nə olduğunu soruşmuş, o, bağlamaların içərisində günəbaxan tumlarının olduğunu, mandarinləri isə avtomobilin yük yerinə yığacağını bildirmişdir. Faiq əsəbiləşərək, “Gecə vaxtı məni “semiçka”ya görə bura gətirmisən?” demişdir. O da Faiqi sakitləşdirərək ona “Mandarinləri baqaja qoyub gəlirəm, istəyirsən gəl kömək elə, tez yığaq” sözlərini demişdir. Bundan sonra Faiq ona inanaraq avtomobildən düşməmiş, o isə digər 16 ədəd bağlamanı avtomobilin yük yerinə yerləşdirmişdir. Daha sonra Faiq heç nədən şübhələnmədən avtomobili idarə etmiş, təxminən 40 dəqiqə yol getdikdən sonra Astara rayonunun Deqədi kəndi ərazisində sərhədçilər tərəfindən saxlanılmışdırlar. Onları Astara rayonu ərazisində yerləşən inzibati binaya aparmışlar. İnzibati binaya çatdıqda, onların iştirakı ilə avtomobilə baxış keçirilmiş, avtomobildən narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur.
4. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, narkotik vasitələri Bakıya gətirib Rzanın dediyi yerlərə qoyacaqdı və bu iş üçün ona 3000 manat pul verəcəkdilər. O, iki paket olacağını bildiyini, lakin “Rza”nın ona konkret olaraq bağlamaların şəklini atmadığını söyləmişdir. O, Bakıda, Hövsan qəsəbəsində yaşadığını və Astaraya getdikləri avtomobilin bacanağına məxsus olduğunu qeyd etmişdir. Rza adlı İran İslam Respublikası vətəndaşı ilə “WhatsApp” vasitəsilə dəfələrlə videogörüntü ilə danışmışdır. Rza ona arabir narkotik vasitələri göndərəcəyini demişdir və o, iranlı şəxslə iki-üç ay ərzində danışmışdır. O bilirdi ki, “Rza” adlı şəxs narkotik vasitələri İran İslam Respublikasından gizli yollarla Azərbaycan ərazisinə keçirdəcək. “Rza” narkotik vasitələri lövhənin (plakatın) yanına qoyaraq ona yerini ("konum") atmışdır. Məhkəmə iclasının gedişində avtomobilə baxış keçirilməsinə dair videogörüntülərin tədqiqi zamanı, təqsirləndirilən şəxs avtomobilin salonunda olan 2 ədəd bağlamanın və avtomobilin arxa yük yerində (baqaj hissəsində) aşkar edilmiş 16 ədəd bağlamaların həqiqətən onun özü tərəfindən avtomobilə qoyulduğunu məhkəməyə bildirmişdir.
5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində (ilkin şübhəli cild 1, i.v 68-71 və təqsirləndirilən şəxs qismində cild 1, i.v 107-110) göstərmişdir ki, xx xxxxxxxx 1992-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayə evdə, ailə üzləri ilə birlikdə yaşamış, əvvəllər 2 dəfə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ilk məhkumluğu oğurluq cinayətinə görə, ikinci məhkumluğu isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə olmuş, 2024-cü ilin may ayında azadlığa buraxılmış, 2016-2018-ci il tarixlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssəsində onunla birlikdə cəza çəkən Südmən adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra da Südmənlə mobil telefon vasitəsilə əlaqə saxlamış, ikinci dəfə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra Südmənlə əlaqəsi kəsilmiş, ikinci dəfə azadlığa buraxıldıqdan sonra 2024-cü ilin avqust ayında bir nəfər Azercell mobil operatoruna məxsus ***-***-**-** nömrəsi ilə ona zəng edərək adının Rza olduğunu, Südmənin əmisinin oğlu olduğunu ona demiş, onu İran İslam Respublikasına dəvət etmiş, təxminən bir neçə gündən sonra Rza adlı şəxs onunla İran İslam Respublikası operatoruna məxsus +98 993 *** ** ** nömrə ilə əlaqə saxlayaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni Azərbaycan Respublikasında satmağı təklif etmiş, o isə Rzanın təklifi ilə razılaşmamış, son günlər maddi vəziyyəti pis olduğu üçün Rza ilə əlaqə saxlayıb onun təklifi ilə razılaşmış, 25 noyabr 2024-cü il tarixdə Rza ona zəng edərək Astara rayonu ərazisinə narkotik vasitə göndərdiyini, həmin narkotik vasitənin olduğu ərazinin whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə koordinatlarını göndərəcəyini, narkotik vasitəni əldə etdikdən sonra Bakı şəhərinə aparıb hər hansı bir yerdə gizlətdikdən sonra narkotik vasitənin olduğu yerin koordinatlarını Rzaya göndərməsi müqabilində ona 3.000 (üç min) manat verəcəyini bildirmiş, o da Rza ilə razılaşmış, daha sonra Rza zəng edərək ona narkotik vasitəni götürəcəyi yerə qoymağı üçün 4.000 (dörd min) manat göndərəcəyini demiş, o, iz itirmək məqsədilə, yəni Rzanın birbaşa onun bank hesablarına pul göndərməməsi üçün Rzaya həyat yoldaşı Çinarə Muradlının adına qeydiyyatdan keçilən M10 elektron pul qabına 2.000 (iki min) manat göndərməsini, həmçinin bacanağı Faiq Tahirzadəyə məxsus olsa da, bir müddət əvvəl istifadə etmək üçün Faiqdən aldığı 4169 7388 9741 1942 nömrəli Kapital banka məxsus plastik kartın hesabına 2.000 (iki min) manat pul köçürməsini demiş, M10 elektron pul qabına göndərilən 2.000 (iki min) manatı da nağdlaşdırmaq üçün Faiq Tahirzadənin adına olan 4169 7388 9741 1942 nömrəli Kapital banka məxsus plastik kartın hesab nömrəsinə göndərmiş, Rza ona yenidən zəng edərək maşın taparaq gedib narkotik vasitəni göndərəcəyi koordinatdan götürməsini demiş, ilk əvvəl taksi ilə getməyi düşünsə də, daha sonra bacanağı Faiqlə getmək qərarına gəlmiş, 26 noyabr 2024-cü il tarixdə Faiq Tahirzadəyə zəng edib Astara rayonunda bir nəfər tanışına pul verəcəyini və ondan Bakı şəhərində satmaq üçün mandarin alacağını, bu səbəbdən Faiqdən onu Astara rayonuna aparmasını xahiş etmiş, Faiq onunla birlikdə Astara rayonuna getməyə razılaşmış, Faiqlə danışdıqdan sonra Rzaya narkotik vasitəni götürməyə tək getməyəcəyini, yanında adam olacağını, həmin şəxsin narkotik vasitə götürəcəyindən məlumatsız olduğunu, bu səbəbdən də Rzaya narkotik vasitələri üzərində ərzaq məhsulları və yaxud meyvə şəkilləri olan selofanlarda qablaşdırmasını demiş, 26 noyabr 2024-cü il tarixdə 4169 7388 9741 1942 nömrəli Kapital banka məxsus kartın hesabındakı 4.000 (dörd min) manatı nağdlaşdırmış, həmin gün saat 21 radələrində Faiqlə birlikdə sonuncuya məxsus “Mersedes-Benz" markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Astara rayonu istiqamətdə yola düşmüş, Rza ilə telefon əlaqəsi saxlayaraq Bakı şəhərindən Astara rayonu istiqamətdə getdiyini demiş, yolda olan zaman Rza ilə whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamış, Rza ilə danışarkən Faiqdə şübhə yaratmamış, təxminən Masallı rayonunda olduğu zaman Rza narkotik vasitələrin gizlədildiyi ərazinin koordinatlarını və “İsmət” restoranın yazıldığı dəmir lövhənin şəklini ona göndərmiş, o, koordinata baxıb Faiqə avtomobili Astara rayonunun Sım kəndi istiqamətində sürməsini demiş, 27 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində Astaranın Sım kəndinə çatmış, koordinatda göstərilən yerə çatdıqda Faiqə avtomobili saxlamasını, avtomobildə onu gözləməsini, görüşəcəyi adamın yaxınlıqda olan restoranda onu gözlədiyini demiş, avtomobildən düşüb təxminən 15-20 metr aralanmış, Rzanın dediyi əraziyə baxdıqda orada hər hansı bağlama görməmiş, yenidən Rza ilə əlaqə saxlamış, ərazidə bağlama tapa bilmədiyini, bu səbəbdən, geri qayıdacağını bildirmiş, Rza ona gözləməsini, həmin yerdən uzaqlaşmasını, bir qədər sonra isə həmin əraziyə geri qayıtmasını demiş, o da avtomobilə əyləşib Faiqə görüşəcəyi adamın onu bir qədər aralıda gözlədiyini, Faiqə avtomobili irəliyə dorğu idarə etməsini, təxminən 5 dəqiqə avtomobillə hərəkət etdikdən sonra Faiqə səhv getdiklərini və geri qayıtmalı olduqlarını demiş, yenidən həmin əraziyə qayıtdıqda ona göndərilən koordinatdan bir qədər aralıda avtomobili saxladaraq düşmüş, İsmət restoranının yaxınlığında, yolun kənarında 2 ədəd böyük torba olduğunu görmüş, həmin torbaları açıb içərisindəki bağlamaları saymış, avtomobilə yaxınlaşıb üzərində günəbaxan tumunun şəkli olan 2 ədəd bağlamanı avtomobilin salonuna, arxa oturacaqların önünə qoymuş, bu zaman Faiq ondan bağlamalarda nə olduğunu soruşduqda, o, bağlamaların içərisində günəbaxan tumlarının olduğunu, mandarinləri də avtomobilin yük yerinə yığacağını bildirmiş, Faiq isə əsəbləşib, iradını bildirdirərək ona “gecə vaxtı məni semiçkaya görə bura gətirmisən?” demiş, o da Faiqi sakitləşdirərək ona “mandarinləri baqaja qoyub gəlirəm, istəyirsən gəl kömək elə tez yığaq” sözlərini demiş, bundan sonra Faiq ona inanaraq avtomobildən düşməmiş, digər 16 ədəd bağlamanı da avtomobilin yük yerinə yerləşdirdikdən sonra üzərində olan 4.000 (dörd min) manatı torbaları götürdüyü yerə qoyub avtomobilə geri qayıtmış, avtomobilə oturanda Faiq ona günəbaxan tumlarını nə üçün aldığını soruşduqda, o, günəbaxan tumlarını ona tanışının pay verdiyini bildirmiş, daha sonra Faiq heç nədən şübhələnmədən avtomobili idarə etmiş, təxminən 40 dəqiqə yol getdikdən sonra Astara rayonunun Deqədi kəndi ərazisində sərhədçilər tərəfindən saxlanılaraq Astara rayonu ərazisində yerləşən inzibati binaya dəvət olunmuşlar, inzibati binaya çatdıqda avtomobilə onların iştirakı ilə baxış keçirilmiş, avtomobildən narkotik vasitələr və pisoxtrop maddələr aşkar olunmuşdur.
7. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə olaraq 30 may 2025-ci il tarixdə dindirilmiş və həmin ifadəsində (cild 2, i.v 207-209) ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əvvəllər verdiyi ifadələri təsdiq etdiyini, X19 və Rza adlı İran İslam Respublikası vətəndaşlarını tanımadığını, Südmənin anket məlumatlarını xatırlamadığını, sonuncu ilə 5 saylı cəzaçəkmə müəssisəsində 2016-2018-ci illərdə birlikdə cəza çəkdiyini, Südmənin qaçaqmalçılıq cinayətini törətməsi ilə əlaqədar olaraq cəza çəkdiyini, Südmənin harada yaşamasını və nə ilə məşğul olmasını bilmədiyni, Pənah adlı şəxsi tanımadığını, hadisə yerindən bağlamaları götürən zaman həmin ərazidə hər hansı şəxsi və ya avtomobili görmədiyini bildirmişdir.
8. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, həmin ifadələr onun özü tərəfindən verilib və təsdiq edir. Son sözlə çıxış edən təqsirləndirilən şəxs məhkəməyə əməlindən peşman olduğunu bildirmiş, 2 azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
10. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
11. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 noyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün, təxminən saat 01:00-02:00 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində “Mercedes-Benz” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Avtomobil saxlanıldıqdan sonra sürücü özünü X21, sərnişin isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra saxlanılan avtomobil 3-cü sərhəd komendantlığının ərazisinə gətirilmiş və orada hal şahidlərinin, Faiq Tahirzadənin və Təqsirləndirilən şəxs iştirakları ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən və arxa oturacaqlarının ön hissəsindən bağlamalar aşkar olunmuşdur. Dindirmə zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş bağlamaları Rza adlı İran İslam Respublikası vətəndaşının “WhatsApp” tətbiqi vasitəsilə ona göndərdiyi koordinatdan götürdüyünü, Faiq Tahirzadə isə narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Aşkar edilmiş bağlamalara zastavanın inzibati otağında baxış keçirilmiş və həmin bağlamaların içərisində qurudulmuş marixuanaya, tiryəkə, metamfetaminə oxşar maddələrin və metadon həblərinin olduğu müəyyən edilmişdir. Səhər açıldıqdan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun içərisində narkotik vasitələr və psixotrop maddə olan bağlamaları götürdüyü yerə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs bağlamaları haradan götürdüyünü onlara göstərmişdir.
12. Məhkəmə iclasında dindirilmiş Şahid2 Füzuli oğlu ifadəsində əvvəlki Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir.
13. Məhkəmə iclasında dindirilmiş Şahid4 Avtandil oğlu ifadəsində bildirmişdir ki, 7 noyabr 2024-cü il tarixdə hal şahidi kimi hərbi hissənin inzibati binasına dəvət olunmuşdur. Onun iştirakı ilə Faiq Tahirzadə və Təqsirləndirilən şəxs saxlanıldığı **-EA- *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacaqlarının ön hissəsindən və yük yerindən bağlamalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaları Rza adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi koordinat əsasında götürdüyünü, Faiq Tahirzadə isə bağlamalarda narkotik vasitə olmasından xəbərsiz olduğunu bildirmişdir. Daha sonra inzibati otaqda həmin bağlamalara baxış keçirilmiş, içərisindən qurudulmuş marixuana, tiryək, metamfetaminə oxşar maddələr və metadon həbləri aşkar edilərək onların iştirakı ilə çəkilib qablaşdırılmışdır. Səhər açıldıqdan sonra isə Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs Astara rayonunun Sım kəndi yaxınlığındakı “İsmət” restoranının yaxınlığında olan meşəlik ərazidən bağlamaları götürdüyü yeri göstərmişdir.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. «Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında» 28 noyabr 2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (c 1, i.v 1-2)
16. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandiri, polkovnik Əli Əliyevin 27 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında 27 noyabr 2024-cü il tarixdə Astara rayonu Deqədi kəndi ərazisində **-EA-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobildə 2 (iki) nəfər şəxs saxlanılmış, saxlanılan şəxslər özlərini xx.xx.1992ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1975-ci il təvəllüdlü X7 təqdim etmiş, sonuncular N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığına dəvət olunmuş, avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 13 kq 995 qram narkotik vasitə və 3980 ədəd metadon-40 həbləri aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 8)
17. N nömrəli hərbi hissənin Əməliyyat-axtarış şöbəsinin rəisi, polkovnik-leytenantı Seymur Xəlilovun 27 noyabr 2024-cü il tarixli raportu və digər məlumatlarla müəyyən olunur ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs və X21 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılmışlar. (c 1, i.v 8-9)
18. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 27 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsində barəsində aparılan inzibati xəta haqqında iş üzrə vəkilə ehtiyacının olmadığını, hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Bunun maddi çətinliyi ilə bağlı olmadığını qeyd etmişdir. (c 1, i.v 14)
19. «İnzibati qaydada tutma haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. (c 1, i.v 15)
20. «Vətəndaşın üzərinə baxış keçirilməsi haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən heç nə aşkar olunmamışdır. (c 1, i.v 16-17)
21. «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin X4 inzibati binasının həyətidir, **-EA-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilin salonundakı dirsəkaltından 2 ədəd mobil telefon, 2 ədəd pul qabı, mənzil açarları, Təqsirləndirilən şəxs məxsus pul qabından 3 ədəd müxtəlif bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 59 (əlli doqquz) manat pul, 1 (bir) ABŞ dolları, 100 (yüz) rus rublu, Faiq Tahirzadəyə məxsus pul qabından 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 2 ədəd müxtəlif banklara məxsus plastik kartlar, 1 ədəd sığorta kartı, 2 ədəd şəhadətnamə, 1 ədəd avtomobilin texniki pasportu, həmçinin avtomobilin arxa sərnişin oturacağının sağ və sol tərəflərdəki ayaqaltıların üzərindən 2 (iki) ədəd içərisində narkotik vasitə olan bağlamalar, avtomobilin arxa yük hissəsindən isə 16 (on altı) ədəd içərisində narkotik vasitə bağlamalar aşkar edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin onun tərəfindən avtomobilə yerləşdirildiyini, Faiq Tahirzadəyə avtomobilin arxa yük hissəsinə qoyduqlarının mandarin, arxa oturacaqların önündəki ayaqaltıların üzərinə qoyduqlarının isə günəbaxan tumları olduğunu demiş, Faiq Tahirzadə isə Təqsirləndirilən şəxs avtomobilə narkotik vasitə qoymasından məlumatsız olduğunu bildirmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülər məlumat daşıyıcılarına köçürülərək protokola əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolla uyğunluğu müəyyən edilmişdir. (c 1, i.v 26-27)
22. «Aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə baxış keçirilməsi haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin X4 xidməti otaqlarından birində, süni işıqlandırma şəraitində baxış zamanı Təqsirləndirilən şəxs və X1 **-EA-*** dövlət qeydiyyat nömrəli “Mercedes-Benz” markalı avtomobildən götürülmüş 18 (on səkkiz) ədəd bağlamalardan 11 (on bir) kq 400 (dörd yüz) qram narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, 500 (beş yüz) qram psixotrop maddə metamfetaminə oxşar maddə, 1 (bir) kq 500 (beş yüz) qram narkotik vasitə tiryəkə oxşar maddə və 3980 (üç min doqquz yüz səksən) ədəd metadon-40 həbləri aşkar olunmuş, Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotiklərin ona məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin ona göndərdiyini, X21 isə narkotik vasitələrdən məlumatsız olduğunu bildirmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülər məlumat daşıyıcılarına köçürülərək protokola əlavə edilmişdir. Həmin məlumat daşıyıcısı olan disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c 1, i.v 29-31)
23. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri N nömrəli hərbi hissənin Astara rayonu Sım kəndi ərazisində yerləşən 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının 18-24-cü sahələri, 29 nömrəli sərhəd nişanından 9 km arxada, dövlət sərhəd xəttindən 9 km aralıda meşəlik ərazidir, ərazidən asfalt avtomobil yolu keçir, yaxınlıqda Astara çayı axır, təxminən 20 metr aralıda “İsmət” restoranı yerləşir, baxış zamanı Təqsirləndirilən şəxs Astara rayonuna içərisində narkotik vasitələr olan bağlamaları əldə etmək üçün gəldiyini, lakin Faiq Tahirzadəyə bir nəfərə pul verib mandarin almaq üçün hadisə yerinə gəldiyini dediyini bildirmiş, Faiq Tahirzadə isə Təqsirləndirilən şəxs hadisə yerinə narkotik vasitə əldə etmək üçün gəlməsindən, həmçinin sonuncunun avtomobilə narkotik vasitə qoymasından məlumatlı olmadığını bidirmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülər məlumat daşıyıcılarına köçürülərək protokola əlavə edilmişdir. Həmin məlumat daşıyıcısı olan disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c 1, i.v 32-34)
24. «Materialların məhkəmə ekspertizası»nın 28 noyabr 2024-cü il tarixli, 6/5322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 495 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1470 qram tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 398 ədəd konvalyutdakı ümumilikdə 3980 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 3980 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 159,2 qramdır (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). (c 1, i.v 42-47) Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları»na daxildir. (İİ siyahı)
25. «Məhkəmə bioloji ekspertizası»nın 28 noyabr 2024-cü il tarixli, 7/1938 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ rəngli polietilen bağlamada ümumi sayı 11 (on bir) ədəd üzəri skoçla bağlanmış sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 510 qram, 515 qram, 510 qram, 510 qram, 510 qram, 515 qram, 510 qram, 510 qram, 995 qram, 1000 qram və 1005 qram olmaqla, ümumi çəkisi 7090 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş narıncı rəngli polietilen bağlamada ümumi sayı 7 (yeddi) ədəd üzəri skoçla bağlanmış sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram, 840 qram, 520 qram, 520 qram, 520 qram, 515 qram, 450 qram olmaqla, ümumi çəkisi 4375 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. (c 1, i.v 49-52) Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına»na daxildir. (İ siyahı)
26. «Müdafiəçinin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c 1, i.v 53-60)
27. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə, saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 64)
28. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (c 1, i.v 100-101)
29. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)- 635/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 noyabr 2024-cü il, saat 01:00-dan hesablanmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs vəsatətin təmin olunmamasını, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. (c 1, i.v 134-138)
30. «Maddi sübut kimi tanınma haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 11464,10 qram qurudulmuş marixuana, 1469,65 qram tiryək, 494,8 qram metamfetamin və 3970 ədəd metadon həbləri hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılması qərara alınmışdır. (c 1, i.v 145- 146)
31. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Muradlı X14 rayon Məhkəməsinin 1(012)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c 1, i.v 147-152)
32. «Mobil telefona baxış keçirilməsi haqqında» 29 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “HONOR” markalı mobil telefonuna baxış keçirilərkən 27 noyabr 2024-cü il tarixdə, saat 01:45-dən 03:30-dək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun whatsapp tətbiqində “R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı zənglər, səslər, fotolar və yazışmalar aşkar olunmuşdur. Belə ki, “R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***- **-** nömrəsi: 01:45-də 1 halda, 01:46-da 1 halda zəng etmiş, lakin zənglər cavablandırılmamış; -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi ilə 01:47-də 12 saniyə, 01:48-də 1 dəqiqə və 01:58-də 45 saniyə danışıq olmuş, -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi; 02:27-də “qardaşım çıxdın yola” sözlərini göndərmiş-“Təqsirləndirilən şəxs” 02:29-də “Qaqa, yola az qalmışam, Masallıya çatanda sənə deyim? Yoxsa necə?” səs yazısını göndərmiş; -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi: 02:32-də “Salamatçılıqdı inşallah qardaşım, səni gözləyirəm brat, eybi yox” səs yazısını göndərmiş; -“Təqsirləndirilən şəxs” 02:34-də “Hə, mənim qardaşım, şükür-şükür salamatçılıqdı, elə bilirsən hardayam, yollar var eee, Pensər kəndinin içərisindəyəm, kənd uje qurtarır” səs yazısını göndərmiş; -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi: 02:36-da “Salamatçılıqdı inşallah qardaşım, çıxdın dolandın yola, çıxdın trasa ki, gedəsən Lənkərana sarı, mənə səs at, sonra evə çatanda mənə səs at, səni gözləyirəm” səs yazısını göndərmiş; - “Təqsirləndirilən şəxs” 02:38-də “Qardaşım çıxdım mən yola, üzü elə bil gedirəm Lənkərana tərəf” səs yazısını göndərmiş; -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi: 02:38-də “Lap yaxşı qardaşım, şükür qardaşım, evə çatdın mənə denən, səni gözləyirəm” səs yazısını göndərmiş; -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi: 03:15-də 1 halda zəng etmiş, lakin zəng cavablandırılmamış; -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi: 03:16-da “qardaşım çatdın” sözlərini göndərmiş; -“R 1986” kimi qeyd olunan İran İslam Respublikası operatoruna məxsus +98 993 ***-**-** nömrəsi ilə 03:30-da 3 dəqiqə danışıq olmuşdur. Bundan başqa, 27 noyabr 2024-cü il tarixdə saat 11:23-dən 22:18-dək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun whatsapp tətbiqində İran İslam Respublikası operatoruna məxsus +98 ***-***-**-** nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı zənglər və səslər aşkar olunmuşdur. Belə ki, “+98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 11:23-də “qardaşım mənəm Rza, whatsapp bu nömrədə” sözlərini göndərmiş; -“+98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 12:14-də “Qardaşım xətdə gələndə məni bir dənə yığda” səs yazısını göndərmiş; -“98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə ilə 12:33-də 3 dəqiqə danışıq olmuş; -“98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 18:01-də 1 halda zəng etmiş, lakin zəng cavablandırılmamış; -“+98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 18:02-də “Qardaşım necəsən? Tək xətsən” sözlərini göndərmiş; -“98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 20:53-də 1 halda zəng etmiş, lakin zəng cavablandırılmamış; -“+98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 20:54-də “Aloo” sözlərini göndərmiş; -“98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 22:15-də 1 halda zəng etmiş, lakin zəng cavablandırılmamış; -“+98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 22:15-də “Qardaşım cavab verda” sözlərini göndərmiş; -“98 ***-***-**-**” İran İslam Respublikası operatoruna məxsus nömrə: 22:18-də 1 halda zəng etmiş, lakin zəng cavablandırılmamışdır. Qeyd olunanlardan başqa telefon zənglərinə və SMS yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar olunmamışdır. (c 1, i.v 154-165)
33. «Nəqliyyat vasitəsinə baxış keçirilən zaman aparılmış videoçəkilişə baxış keçirilməsi haqqında» 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, avtomobilə baxış N nömrəli hərbi hissənin zabiti kapitan Fuad Pirimov tərəfindən saxlanılan şəxslər X21, Təqsirləndirilən şəxs, hal şahidləri Şahid3, Şahid4 və N nömrəli hərbi hissənin hərbi qulluqçuları baş leytenant Şahid1, kapitan Şahid2 Füzuli oğlunun iştirakları ilə keçirilmiş, 27 noyabr 2024-cü il tarixdə Astara rayonu, Deqədi kəndi ərazisində saxlanılmış **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 1 ədəd mobil telefon, 1 ədəd pul qabı, 1 ədəd mənzil açar dəsti, dirsəkaltından 1 ədəd pul qabı, sənədlər, avtomobilə aid avadanlıqlar aşkar olundu. Avtomobilin salonundan aşkar olunmuş pul qabının, açarların və mobil telefonun Təqsirləndirilən şəxs ona məxsus olduğunu bildirmiş, Təqsirləndirilən şəxs məxsus pul qabından, 3 ədəd müxtəlif bank kartı, Faiq Tahirzadəyə məxsus şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 59 (əlli doqquz ) azn, 1 (bir) dollar, 100 (yüz) rubl pul aşkar edilmişdir. Faiq Tahirzadə dirsəkaltından aşkar edilmiş pul qabının ona məxsus olduğunu bildirmiş, pul qabından 1 ədəd sürücülük vəsiqəsi, 2 ədəd müxtəlif banklara məxsus plastik kartlar, 1 ədəd sigorta kartı, 2 ədəd etibarnamə, 1 ədəd avtomobilin texniki pasportu aşkar edilmişdir. Avtomobilin salonundakı ön saxlanc yerindən müxtəlif sənədlər, qəbzlər və 1 ədəd plastik kart aşkar olunmuşdur. Həmçinin avtomobilin arxa sərnişin oturacaqlarının qarşısındakı ayaq altıların üzərində 2 ədəd üzərində günəbaxan tumlarının şəkli olan selofan bağlamalar aşkar olunmuş, aşkar olunmuş bağlamaları Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşının göndərdiyi koordinatdan götürdüyünü bildirmişdir. Birinci video çəkiliş ümumi 6 dəqiqə 57 saniyə olsa da, 5 dəqiqə 16 saniyədən sonra çəkiliş donmuşdur. İkinci video çəkiliş zamanı avtomobilin yük yerindən içərisində narkotik vasitələrə oxşar maddələr olan bağlamaların aşkar olunub götürülməsi əks olunmuşdur. (c 1, i.v 215)
34. «Aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddəyə baxış keçirilən zaman aparılmış videoçəkilişə baxış keçirilməsi haqqında» 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin zabiti kapitan Fuad Pirimov tərəfindən saxlanılan şəxslər X21, Təqsirləndirilən şəxs, hal şahidləri Şahid3, Şahid4 və N nömrəli hərbi hissənin hərbi qulluqçuları baş leytenant Şahid1, kapitan Şahid2 Füzuli oğlunun iştirakları ilə 27 noyabr 2024-cü il tarixdə Astara rayonu, Deqədi kəndi ərazisində saxlanılmış **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman götürülmüş bağlamalara baxış keçirilmişdir. Birinci video çəkiliş zamanı hər biri 500 qram olmaqla üzəri şəffaf yapışqan lentlə bağlanmış 13 ədəd bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuşdur. Bundan başqa 2 ədəd üzərində günəbaxan tumlarının şəkli olan mavi rəngli bağlamaların içərisindən 4 ədədi hər biri 1 kq olmaqla və 1 ədədi 900 qram olmaqla üzəri şəffaf yapışqan lentlə bağlanmış bağlamalarda narkotik vasitə qurudulmuş marixuana oxşar maddə aşkar olunmuşdur. İkinci video çəkiliş zamanı 1 ədəd selofan bağlamada içərisində psixotrop maddə olan 500 qram metamfetaminə oxşar maddə, 1 ədəd selofan bağlamada içərisində narkotik vasitə olan 1 kq 500 qram tiryəkə oxşar maddə və 1 ədəd selofan bağlamada içərisində hər birində 10 ədəd həb olmaqla 398 konvalyut, ümumilkdə 3980 həb metadon 40 həbləri aşkar olunmuşdur. (c 1, i.v 216)
35. «Hadisə yerinə baxış keçirilən zaman aparılmış videoçəkilişə baxış keçirilməsi haqqında» 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış N nömrəli hərbi hissənin zabiti kapitan Fuad Pirimov tərəfindən saxlanılan şəxslər X21, Təqsirləndirilən şəxs, hal şahidləri Şahid3, Şahid4 və N nömrəli hərbi hissənin hərbi qulluqçuları baş leytenant Şahid1, kapitan Şahid2 Füzuli oğlunun iştirakları ilə keçirilmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin göndərdiyi koordinatdan narkotik vasitə əldə etmək üçün əraziyə gəldiyini, tanışı Faiq Tahirzadəyə isə onunla birlikdə Astara rayonundan mandarin almaq məqsədilə getməyi təklif etdiyini bildirmiş, ərazidə içərisində marixuana, metamfetamin və dərman olan 2 ədəd kisənin harada gizlədildiyini göstərmişdir. Təqsirləndirilən şəxs hadisə yerində Faiq Tahirzadə ilə aralarında mübahisə olduğunu bildirimişdir. Faiq Tahirzadə avtomobildə əyləşdiyini, Təqsirləndirilən şəxs nə məqsədlə hadisə yerinə gəlməsindən məlumatsız olduğunu bildirmişdir. (c 1, i.v 217)
36. «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsindən verilmiş xx.xx.2024-cü il tarixli, 15064 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. (c 1, i.v 236)
37. «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/5114243 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olmamış, xx.xx.2021-ci il tarixdən «Masallı Rayon Mərkəzi Xəstəxanası»nda (dispanser 5 illik) narkoloji qeydiyyatdadır, diaqnozu: “Opioid qəbulu nəticəsində asılılıq sindiromu”. (c 1, i.v 241)
38. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(009)-79/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c 1, i.v 243-247)
39. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(010)- 429/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c 1, i.v 249-252)
40. Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(050)-100/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c 1, i.v 254-256)
41. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-90/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c 1, i.v 270-274)
42. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»ndən verilmiş 13 dekabr 2024-cü il tarixli, 3-28-27/2-8/2024 saylı sorğuya cavab məktubundan aydın olur ki, arxiv məlumatlarına görə Təqsirləndirilən şəxs ambulator və stasionar məhkəmə-psixiatrik ekspertizasından keçməmişdir. (c 1, i.v 275-276)
43. Masallı Rayon Polis Şöbəsindən verilmiş 25 dekabr 2024-cü il tarixli, 97/2- 50443/24 saylı cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-də hər hansı nüfuzdansalıcı və ya təqsirləndirici material yoxdur. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin aludəçisidir, cəmiyyətdə mənfi xarakterizə olunur. (c 2, i.v 22)
44. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş 7 fevral 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində külli miqdarda narkotik vasitələri İran İslam Respublikasının Astara şəhər sakini, İran İslam Respublikası vətəndaşı, Rza adlı şəxs 25 noyabr 2024-cü il tarixdə, saat 13 radələrində qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının, 7-ci sahəsinin yaxınlığında gizlətmişdir. Daha sonra həmin narkotik vasitələr Astara rayonunun Sım kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X8 və onun əlaqəli olduğu şəxslər tərəfindən ərazidən götürülərək Sım kəndində yerləşən “İsmət” kafesinin yaxınlığında gizlədilmişdir. 27 noyabr 2024-cü il tarixdə, saat 2 radələrində Təqsirləndirilən şəxs və Faiq Tahirzadə qeyd olunan narkotik vasitələri ərazidən götürdükdən sonra saxlanılmışlar. Aparılmış filtirasiya tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri götürdüyü yerə 4000 (dörd min) manat qoyduğunu etiraf etmiş, saxlanılan şəxslərin iştirakı ilə həmin yerə baxış keçirilmiş, orada pul vəsaitinin olmaması, pul vəsaitinin Astara rayonunun Sım kənd sakini X8 tərəfindən götürülməsi müəyyən edilmişdir. (c 2, i.v 74)
45. «Baxış keçirilməsi haqqında» 12 fevral 2025-ci il tarixli protokoldan aydın olur ki, Azər-Türk Bank ASC-dən daxil olmuş çıxarışa baxış keçirilmiş, baxış zamanı Azər-Türk Bank ASC-nin 4663 8602 0909 2749 nömrəli hesab kartının 08 dekabr 2023-cü il tarixdə Bankın Rəqəmsal 3 filialında X11 adına rəsmiləşdirilməsi müəyyən olunmuşdur. Çıxarışa baxış keçirilən zaman 28 oktyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək hesab üzrə heç bir əməliyyatın aparılmaması müəyyən edilmişdir. (c 2, i.v 77)
46. 21 fevral 2025-ci il tarixli məktubla PashaPay MMC-dən daxil olmuş məktuba və çıxarışa «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, “m10” hesabı ***-***-**-** nömrə ilə "xxxx" MMC-də Çinarə Muradlının adına qeydiyyatdan keçmişdir. Məktubun 1ci qoşmasında Çinarə Muradlının anket məlumatları və fotogörüntüsü əks olunmuşdur. Məktubun 2,3,4-cü vərəqələrində isə maliyyə məlumatları qeyd olunmuşdur. Maliyyə məlumatlarına baxış keçirilən zaman 25 noyabr 2024-cü il və 26 noyabr 2024-cü il tarixlərdə hesaba 2200 manat mədaxil edilmiş, 2370 manat isə məxaric edilmişdir. 26 noyabr 2024-cü il tarixdə, saat 13:36-da 10 manat və 14:11-də isə 1990 manat terminaldan hesaba mədaxil edilmiş, 26 noyabr 2024-cü il tarixdə, saat 20:11-də 2000 manat 416973........1942 saylı kartın hesabına köçürülmüşdür. (c 2, i.v 78-84)
47. 24 fevral 2025-ci il tarixli məktubla "xxxx" Telekom MMC-dən daxil olmuş «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, «514188958_SMS» adlı birinci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda X3 adına qeydiyyatda olmaqla şəxsiyyəti istintaqa Rza kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan SMS-lər göstərilmişdir. Baxış zamanı ***-***-**-** saylı nömrədən ***-***-**-** nömrəsinə “Şahindi, vaxt elədin, zəng elə” məzmunlu sms göndərilmişdir. Qeyd edilən qovluqda ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. «518494413_SMS» adlı ikinci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda X5 adına qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan SMS-lər göstərilmişdir. Baxış zamanı qeyd edilən qovluqda ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. «**********58» adlı üçüncü qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda X3 adına qeydiyyatda olmaqla şəxsiyyəti istintaqa Rza kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti göstərilmişdir. Baxış zamanı X9 adına qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə X3 adına qeydiyyatda olmaqla şəxsiyyəti istintaqa “Rza” kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan ***-***-**-** nömrə ilə 26 sentyabr 2024-cü il tarixdə 4 halda telefon danışığı olmuşdur. «**********13» adlı dördüncü qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda X9 adına qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti göstərilmişdir. Baxış zamanı qeyd edilən qovluqda ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. «abuneciler» adlı beşinci qovluq açıldıqda müəyyən həmin qovluqda "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrin, qeyd olunan nömrələrə daxil olan və xaric olan nömrələrin kimlərin adına rəsmiləşdirilməsi ilə bağlı olan məlumatlar müəyyən edilmişdir, həmin qovluqda iş üçün əhəmiyyət kəsb edən digər məlumatlara rast gəlinməmişdir. «antenna» adlı altıncı qovluq açıldıqda həmin qovluqda "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və həmin nömrədən xaric olan zənglər, nömrələrin hansı antenanın əhatə dairəsində olması göstərilmişdir. (c 2, i.v 85-88)
48. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-127/2025 saylı qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 27 iyun 2025-ci il tarixədək uzadılmışdır. (c 2, i.v 121-124)
49. 03 mart 2025-ci il tarixli məktubla "xxxx" Telekom MMC-dən daxil olmuş «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, «Müştəri zənglərinin detallaşması» adlı birinci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi X6 adına rəsmiləşdirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti göstərilmişdir. 26 noyabr 2024-cü il tarixdə 4 halda şəxsiyyəti istintaqa Rza kimi məlum olan şəxsin istifadəsində ***-***-**-** mobil nömrəsi ilə 4 halda danışıq olmuşdur. Baxış zamanı qeyd edilən qovluqda 27 noyabr 2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsi Astara rayonu anten dairəsində olmaqla, ərazisində olması görsənir. «Müştəri zənglərinin detallaşması» adlı ikinci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi Azərişıq ASC-nin adına rəsmiləşdirilmişdir. Baxış zamanı ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti göstərilmişdir. Baxış zamanı qeyd edilən qovluqda 27 noyabr 2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsi Astara rayonu anten dairəsində olmaqla, Astara rayonunun ərazisində olması görünür. «SMS detallaşması ***-***-**-**» adlı üçüncü qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan qovluqda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan SMS-lər göstərilmişdir. Baxış zamanı müxtəlif vaxtlarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı SMS-lər aşkar olunmuşdur, qeyd edilən qovluqda ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. «SMS detallaşması ***- ***-**-**» adlı dördüncü qovluq açıldıqda həmin qovluqda X13 istifadəsində olan "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan SMS-lər göstərilmişdir. Baxış zamanı qeyd edilən qovluqda ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. «Zenglerin məxsusluq tarixçələri ***-***-**-**» adlı beşinci qovluq açıldıqda həmin qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan qovluqda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və xaric olan "xxxx" mobil operatoruna məxsus nömrələrin kimlərin adına rəsmiləşdirilməsi ilə bağlı olan məlumatlar müəyyən edilmişdir. «Zenglerin məxsusluq tarixçələri» adlı beşinci qovluq açıldıqda həmin qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan qovluqda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və xaric olan "xxxx" mobil operatoruna məxsus nömrələrin kimlərin adına rəsmiləşdirilməsi ilə bağlı olan məlumatlar müəyyən edilmişdir. (c 2, i.v 131-134)
50. 02 may 2025-cİ il tarixli məktubla “Kapital Bank ASC”-dən daxil olmuş məktuba və çıxarışa «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Kapital Bankın 5239 1517 6901 7941 nömrəli hesab kartı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Çıxarışa baxış keçirilən zaman 28 oktyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək 4678,90 manat mədaxil olmuş, 4589,26 manat məxaric edilmişdir. 5239 1517 6901 7941 nömrəli hesab kartından edilmiş çıxarışda iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Bundan başqa, Kapital Bankın 4169 7388 9741 1942 nömrəli hesab kartı X13 adına rəsmiləşdirilmişdir. Çıxarışa baxış keçirilən zaman 28 oktyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək 4075,50 manat mədaxil olmuş, 4071,22 manat məxaric edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** nömrə ilə "xxxx" MMC-də Çinarə Muradlının adına qeydiyyatdan keçmiş “m10” hesabından 26 noyabr 2024-cü il tarixdə 2000 manat 4169 7388 9741 1942 saylı kartın hesabına köçürülmüşdür. Bundan başqa qeyd olunan bank hesabına 26 noyabr 2024-cü il tarixdə əlavə olaraq 2 halda 1000 manat köçürülmüşdür. 26 noyabr 2024-cü il tarixdə 4169 7388 9741 1942 saylı kart hesabından Qobu qəsəbəsində olan bankomatdan 2000 manat, daha sonra isə 1000 manat nağdlaşdırılmışdır. Həmçinin 26 noyabr 2024-cü il tarixdə 4169 7388 9741 1942 saylı kart hesabından Bakı-Salyan-Astara yolunda olan bankomatdan əlavə olaraq 1000 manat nağdlaşdırılmışdır. Bununla da ümumilikdə 26 noyabr 2024-cü il tarixdə 4000 manat 4169 7388 9741 1942 saylı kart hesabından nağdlaşdırılmışdır. Bundan başqa, Kapital Bankın 4169 7414 8718 8193 nömrəli hesab kartı X13 adına rəsmiləşdirilmişdir. Çıxarışa baxış keçirilən zaman 28 oktyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək 809,62 manat mədaxil olmuş, 956,79 manat məxaric edilmişdir. 4169 7414 8718 8193 nömrəli hesab kartından edilmiş çıxarışda iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. (c 2, i.v 168-177)
51. Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda davamlı remissiya vəziyyətindədir, bu səbəbdən məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 193-194)
52. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (c 2, i.v 199-201)
53. «Sübutların qiymətləndirilməsi haqqında» 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi aparılmış istintaqla kifayət qədər sübuta yetirildiyi üçün ona 29 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə elan olunmuş ittihamın məzmunu dəqiqləşdirilməklə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilməsi və həmin ittihamın ona elan edilməsi qərara alınmışdır. (c 2, i.v 213-231)
54. «Sübutların qiymətləndirilməsi haqqında» 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2 və 234.4-1-ci maddələri ilə başqa cinayət işinin ayrılması haqqında qərar qəbul edilməsi qərara alınmışdır. (c 2, i.v 213-231)
55. «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2 və 234.4-1-ci maddələri ilə başqa cinayət işi ayrılmışdır. (c 2, i.v 232-234)
56. Məhkəmə istintaqı zamanı sorğu edilərək əldə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-84837/2025 saylı cavab məktubundan aydın olur ki, Muradlı X14 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün hissəsindən Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 7(010)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin məktubda qeyd edilir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə qədər cəzasının 05 ay 18 gününü çəkmiş, çəkilməmiş 09 ay 02 gün cəzası qalmışdır. (iş materialları, məhkəmə cildi)
57. Elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş təqsirləndirilən şəxsin şəxsi məlumatlarına əsasən müəyyən edilir ki, onun xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X16 adlı 2 azyaşlı övladı var.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
58. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
59. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
60. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
61. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
62. «X12 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
63. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.
64. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
65. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
66. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
67. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
69. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
70. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın, CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmiş və təqsirləndirilən şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində cəza təyin edilməsini təklif etmişdir.
71. Təqsirləndirilən şəxs isə özünü CM-in 206.3.2-ci maddəsi ilə ümumiyyətlə təqsirli bilməyərək, qaçaqmalçılıq cinayəti törətmədiyini məhkəməyə bildirmiş, CM-in 234.4-1-ci maddəsi ilə isə özünü təqsirli bilmişdir.
72. Məhkəmə təqsirləndirilən şəxsin özünü CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilməməsi və əməlin tövsifi ilə bağlı məsələlərə hüquqi mövqe bildirməyi mütləq və zəruri hesab edir.
73. Belə ki, məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan "Rza" adlı İran İslam Respublikası vətəndaşı ilə təxminən 3 ay müddətində danışıqlar aparmış və onunla əvvəlcədən razılaşmışdır. Həmin razılaşmaya əsasən, "Rza" adlı şəxs narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirərək Astara rayonu ərazisində gizlətmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində həmin narkotik vasitələri götürərək Bakı şəhərinə daşımaq öhdəliyini üzərinə almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özü də etiraf etmişdir ki, "Rza" adlı şəxsin narkotik vasitələri İran İslam Respublikasından gizli yollarla Azərbaycan ərazisinə keçirəcəyini bilirdi. Məhz bu razılaşma çərçivəsində o, "Rza"nın göndərdiyi koordinatlar əsasında narkotik vasitələri götürmüş, lakin daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü CM-in 206-cı maddəsi ilə (qaçaqmalçılıq) təqsirli bilməmiş, lakin CM-in 234.4-1-ci maddəsi ilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) təqsirli olduğunu etiraf etmişdir. O, narkotik vasitələri "Rza" adlı şəxsin təklifi ilə pul müqabilində götürdüyünü və daşımaq istədiyini bildirmiş, lakin qaçaqmalçılıq cinayətini törətmədiyini iddia etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü qaçaqmalçılıq cinayəti üzrə təqsirli bilməməsi barədə ifadələrini, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə mövqeyi kimi qiymətləndirir. Çünki onun bu ifadələri iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla, o cümlədən özünün ibtidai istintaq zamanı verdiyi və məhkəmədə təsdiq etdiyi ifadələri ilə təkzib olunur. O, məhkəmədə də etiraf etmişdir ki, narkotik vasitələrin İrandan gizli yolla keçiriləcəyini bilirdi.
74. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs, “Rza” adlı şəxsə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin Azərbaycan ərazisində qəbul edilməsi və daşınmasına dair qabaqcadan vəd verərək, ona məlumatlar verməklə bu cinayətin törədilməsinə yardım etmişdir. Beləliklə, o, qaçaqmalçılıq cinayətinin icraçısı deyil, köməkçisi qismində çıxış etmişdir. Bu səbəbdən onun əməli CM-in 32.5-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir.
75. CM-in 206.2-ci maddəsi narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti müəyyən edir. İş üzrə sübuta yetirilmişdir ki, şəxsiyyəti dəqiq məlum olmayan "Rza" adlı şəxs narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs bu prosesdə köməkçi kimi iştirak etmişdir.
76. Dövlət ittihamçısının əməlin CM-in 206.3.2-ci maddəsindən (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq) CM-in 32.5, 206.2-ci maddəsinə (qaçaqmalçılığa köməkçilik) tövsif edilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsaslı hesab edilmişdir, çünki Təqsirləndirilən şəxs cinayətin bilavasitə icraçısı olmamış, lakin qaçaqmalçılığa kömək etmişdir.
77. Bundan əlavə, Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə əldə edilmiş külli və xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Bu əməllər CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunur. Təqsirləndirilən şəxs özü də bu maddə ilə olan ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qaçaqmalçılıq cinayətində təqsirli bilməməsi onun müdafiə mövqeyidir və iş üzrə toplanmış sübutlarla təkzib olunur. Onun hərəkətləri bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiqlənir ki, o, “Rza” adlı şəxsin qaçaqmalçılıq yolu ilə narkotik vasitələri ölkəyə gətirməsinə köməklik göstərmiş, daha sonra həmin narkotikləri satış məqsədilə əldə edib daşımışdır. Bu səbəbdən, onun əməlləri cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci və 234.4-1-ci maddələri ilə düzgün tövsif edilməlidir.
78. Bununla da, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün bildirdiyi özünü qaçaqmalçılıq cinayəti üzrə təqsirli bilməməsi məzmununda olan ifadələri, yuxarıda göstərilən sübutlarla, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur.
79. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında ətraflı şəkildə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.
80. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, CM-in 32.5, 206.2-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlərdir.
81. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
82. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
83. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
84. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılar»a əsasən təmiz halda qramlarla 500 qramdan artıq çəkidə qurudulmuş marixuana (üzərindən 11465 qram) külli miqdar, 50 qramdan artıq çəkidə tiryək (üzərindən 1470 qram) külli miqdar, 1,6 qramdan artıq çəkidə metadon həbi (üzərindən 159,2 qram, 3980 ədəd) külli miqdar, 400 qramdan artıq çəkidə metamfetamin (üzərindən 495 qram) xüsusilə külli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
85. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
86. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
87. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
88. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).
89. Məhkəmə tərəfindən CM-in 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır.
90. Məhkəmə tərəfindən CM-in 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal qismində qiymətləndirilir və nəzərə alınır.
91. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 32.5, 206.2 və 234.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
92. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
93. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər xüsusilə ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza xüsusilə ağır cinayətlər törətməyə görə əgər məhkum ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşdursa ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
94. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
95. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
96. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
97. Məhkəmə hökmün 37-ci və 51-ci bəndlərində qeyd edilən sorğuya cavab məktubunu və ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması nəzərə alınmalıdır.
98. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 11464,10 qram qurudulmuş marixuana, 1469,65 qram tiryək, 494,8 qram metamfetamin və 3970 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidirlər.
99. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 09 (doqquz) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
100. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
101. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 298 (iki yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
102. İş üzrə ekspertiza tədqiqatı xərci – 298 (iki yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X2 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** dövlət büdcəsinə ödənilməlidir.
103. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
104. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
105. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
106. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsilə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Abşeron rayon Məhkəməsinin 1(012)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasın qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin ərazi narkoloji kabinetdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və DSX-nın İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 11464,10 qram qurudulmuş marixuana, 1469,65 qram tiryək, 494,8 qram metamfetamin və 3970 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci 298 (iki yüz doxsan səkkiz) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 09 (doqquz) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva