Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-367/2022 25.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X27 oğlunun sədrliyi ilə, hakimlər – X23 və X13 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Yardımlı rayonu, Perimbel kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qohumu X6 onun arvadı Şahid3 mobil telefonla zəng etməsini özü üçün aydınlaşdırdıqdan sonra Mirzəxan Gəncəliyevi qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını əldə edib üzərində gəzdirmiş, 22 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində uzun müddət ondan gizlənən Mirzəxan Gəncəliyevin öz yaşadığı fərdi yaşayış evinin həyətində olduğunu görüb ora gedərək sonuncuya, ona qarşı düz hərəkət etmədiyini deyərək iradını bildirmiş, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Mirzəxan Gəncəliyevin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurmuş, sonuncu qaçaraq ondan uzaqlaşsa da ardınca gedərək evin həyətində yerləşən sanitar qovşaqda, həmin vaxt səs-küyə evin pəncərəsinə çıxaraq baş verənləri müşahidə edən Mirzəxan Gəncəliyevin arvadı Şahid2 gözü qarşısında xüsusi amansızlıqla onun sinə nahiyəsinə daha iki bıçaq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən bir ədəd, sağ said, sağ bud və sağ diz oynağı nahiyələrinin hər birində bir ədəd və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən və ağciyərin sağ payını zədələyən bir ədəd deşilmişkəsilmiş yarasından ibarət xəsarətlər yetirmiş, Mirzəxan Gəncəliyev əlindən çıxmağa nail olub həmin gün “Cəlilabad rayon mərkəzi xəstəxanası” X28 yerləşdirilmiş, lakin stasionar qaydada müalicəsi davam etdirilən X10 göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq aldığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən və ağciyərin sağ payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara nəticəsində əmələ gəlmiş qanaxma fonunda koaqulyasiya pozğunluğu ilə əlaqədar ağciyər damarlarının trombozu nəticəsində inkişaf edən tənəffüs çatışmazlığı səbəbindən 27 yanvar 2022-ci il tarixdə həmin xəstəxanada ölmüş, bu hərəkəti ilə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla X8 qəsdən öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, X3 onun bacanağının qardaşı olmuşdur. Yaşadığı evdə o, atası Tapdıq və qardaşı Mirxıdır telefon istifadə etmiş, anası Şəlalə və arvadı Aytəkinin isə telefonu olmamışdır. Mirxıdırın mobil telefonundan bəzən anası Şəlalə, Aytəkin və qardaşı Miroduxan da istifadə etmişlər. Qardaşları Mirxıdır və Mirorduxan Mirzəxanla onun nömrəsi ilə bir neçə dəfə işlə bağlı danışmışlar. Təxminən 2021-ci ilin sentyabr ayında o, Yardımlı rayonunda yaşayan babası Xıdıra işlərində kömək etmək üçün ora getmiş, təxminən 15-20 gün orada qaldıqdan sonra 2021-ci ilin oktyabr ayında geri qayıtmışdır. Arvadı Aytəkin isə Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşadıqları evdə qalmışdır. 2021-ci ilin oktyabr ayında, dəqiq xatırlamadığı tarixdə arvadı Aytəkin qardaşı Mirxıdırın istifadəsində olan telefonla onun mobil nömrəsinə zəng vuraraq, ağlaya-ağlaya vacib işi olduğunu və evə qayıtmasını bildirmişdir. O, nə baş verməsini soruşsa da, Aytəkin, telefonda ona heç nə deməmişdir. Təxminən 3 gün sonra o, Cəlilabad rayonuna qayıtmış, evə gəldikdən sonra Aytəkinlə söhbət edərək nə baş verdiyini soruşmuşdur. Aytəkin ona Yardımlı rayonunda olduğu müddətdə qohumu Mirzəxanın yaşadıqları evə gəldiyi vaxt ona qeyri-etik təkliflər etdiyini, onunla əlaqə saxlamaq istədiyini dediyini, onunla əlaqə saxlamayacağı halda uşaqlarını oğurlayacağını, onların gəlini olan Aytəkinin bacısı Şəbnəmə qarşı əxlaqsız hərəkətlər edəcəyini dediyini, o da məcbur qalıb iki dəfə Mirxıdırın telefonu ilə Mirzəxanla danışdığını bildirmişdir. Aytəkin özü Mirzəxana zəng etmədiyini, danışdıqları vaxtlarda Mizəxanın ona zəng etdiyini demişdir. Aytəkin ona bu söhbəti danışdıqdan sonra bu barədə onlarla birlikdə yaşayan valideynlərinə söhbət açmış, onlar da, Aytəkinin anası və atasını çağıraraq belə bir hadisə baş verdiyini bildirmişlər. Təxminən 1-2 gün sonra Aytəkinin valideyinləri onlarda olarkən, Mirzəxanın mobil telefonuna zəng vuraraq onu evə çağırmış, sonuncu da onlara gəlmişdir. O, Aytəkinlə Mirzəxanı evdə hamının yanında üzləşdirmişdir. Aytəkin onun üzünə zəng vurduğunu və nalayiq təklif etdiyini bildirsə də, Mirzəxan Aytəkinə yalan dediyini, ona heç zəng vurmadığını bildirmişdir. Həmin vaxt o, özünü saxlaya bilməyib Mirzəxanın sifət nahiyəsinə 2 yumruq zərbəsi vurmuşdur. Bundan sonra evdə olan şəxslər onu sakitləşdirmiş və Mirzəxan evdən çıxıb getmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında həmin məsələyə görə Mirzəxanın valideynləri onların yaşadığı evə gəlmişlər. Mirzəxanın valideyinləri onların yaşadığı evdə olarkən o, Mirzəxangilə gedib onun özünü də evlərinə dəvət etmişdir. Hamı evdə toplaşdıqdan sonra “Quran” gətirilmiş və Aytəkinlə Mirzəxan öz dediklərini əllərini “Quran”ın üzərinə qoyaraq təsdiq etmişlər. Təxminən 2-3 gün sonra kimin düz, kimin yalan danışmasını müəyyən etmək məqsədi ilə onun təklifi əsasında Mirzəxan, atası Mehman və o, Mirzəxanın mobil telefon nömrəsindən çıxan zənglərin siyahısını çıxartdırmaq üçün Cəlilabad şəhərinə, “Bakcell” dükanına getmişlər. Onlar rəsmi müraciət etmiş və həmin siyahını 2 nüsxədə əldə etmişlər. Həmin nüsxələrdən biri Mirzəxanda qalmış, digərini isə o, götürüb evə getmişdir. Həmin siyahıya göz gəzdirib Aytəkinin düz danışdığını, yəni özünün Yardımlı rayonunda olduğu müddətdə Mirzəxanın Mirxıdırın istifadəsində olan mobil telefona bir neçə dəfə zəng etdiyini müəyyən etmişdir. Həmin gündən sonra Mirzəxanı tapa bilməmiş, Mirzəxanın onun qorxusundan Saatlı rayonunda gizləndiyini eşitmişdir. Bundan sonra o özü utandığından bir aya yaxın evdə olmuş, heç yana getməmişdir. 22 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində evdə olarkən səs eşidib həyətə çıxdığı zaman Mirzəxanın onun həyətində olduğunu görüb ondan bunun səbəbini soruşmuş, sonuncu isə nalayiq ifadə işlədərək öz həyətlərinə tərəf qaçmış, həmin vaxt Mirzəxanın arxasınca qaçaraq ona bağlarında çatmış və əynindəki gödəkçənin cibində olan bıçağı çıxarıb bıçaqla onun ayaq nahiyəsinə iki zərbə endirmişdir. Sonra Mirzəxan qaçaraq həyətindəki sanitar qovşağına girib qapısını bağlamağa çalışmış, həmin vaxt o da onun arxasınca qaçaraq sanitar qovşağının qapısına təpik vurub Mirzəxanın qapını bağlamasına mane olmuş və orada Mirzəxanın qarın və qol nahiyələrinə iki zərbə endirmişdir. Bu zaman bıçaq qatlandığı üçün sağ əlindən xəsarət almışdır. Həmin vaxt səs-küyə Mirzəxanın həyat yoldaşı evin pəncərəsinə çıxmışdır. O, sanitar qovşağından çıxaraq oranı tərk etmək istəyərkən Mirzəxanın həyat yoldaşı da həyətə çıxıb qışqıraraq ona qarşı nalayiq ifadələr işlətmişdir. O da ona əhəmiyyət verməyərək oranı tərk etmişdir. Daha sonra yaşadığı evə gedərək arvadı Aytəkinə Mirzəxana bıçaqla xəsarət yetirdiyini bildirib təslim olmaq üçün Cəlilabad rayon polis şöbəsinə gedərək bıçağı təqdim edib Mirzəxana həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. O, Mirzəxana bıçaqla zərbə vurarkən sonuncunun arvadı onları görməmişdir. O, Mirzəxanı vurarkən ona qarşı xüsusi amansızlıq etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, o, ilin müəyyən vaxtlarında işi ilə əlaqədar arvadı Gülbəslə birlikdə Saatlı rayonu, Heydərabad kəndində yaşayır. Təxminən 2021-ci ilin yay aylarından Saatlı rayonu, Heydərabad kəndində fermada işlədiyinə görə arvadı ilə birlikdə ora köçmüşlər. O və arvadı arabir Uzuntəpə kəndinə gəlmiş, bir müddət qaldıqdan sonra yenidən Saatlıya qayımışlar. Təqsirləndirilən şəxs Uzuntəpə kəndində onun yaşadığı evin qonşuluğunda, təxminən 1 kilometr aralı məsafədə yaşamışdır. Əvvəllər oğlu Mirzəxan və digər ailə üzvlərinin Həzrət və onun ailəsi ilə münasibətləri yaxşı olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. Lakin, təxminən, 2021-ci ilin noyabr ayında Mirzəxanla Həzrətin münasibətləri pisləşmişdir. O, təxminən 2021-ci ilin noyabr ayında Saatlı rayonunda olduğu vaxt Uzuntəpə kəndində yaşayan oğlu Tural zəng edərək Həzrətin iki nəfər şəxslə birlikdə Uzuntəpə kəndində yerləşən evlərinə gələrək Mirzəxanı öz yaşadığı evə apardığını demiş, sonradan oğlu Mirzəxandan bu barədə soruşduqda sonuncu, Həzrətin onu arvadı Aytəkinlə danışmaqda günahlandırdığını bildirmişdir. Bu barədə öyrəndikdən sonra ertəsi gün Uzuntəpə kəndinə, yaşadığı evə getmiş, Mirzəxandan nə baş verdiyini soruşsa da sonuncu, ona ətraflı məlumat vermədiyi üçün məsələni aydınlaşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə oğlu Mirzəxanı da götürüb Həzrətin yaşadığı evə getmiş, orada Həzrət, onun atası Tapdıq, Həzrətin arvadı Aytəkin, Aytəkinin atası Sahib, o və Mirzəxan birlikdə söhbət etmişlər. Söhbət zamanı Aytəkin Mirzəxanla yalnız telefonla danışdığını, aralarında başqa münasibət olmadığını demişdir. Oğlu Mirzəxan isə həmin vaxt Aytəkinlə heç vaxt danışmadığını bildirmişdir. Bundan sonra Aytəkin və Mirzəxan hər ikisi onların yanında “Quran”a əl basaraq öz dediklərini təsdiq etmişlər. Bundan sonra Həzrətin atası Tapdıq orda olanlara bu söhbəti bağlamağı, daha bu barədə heç bir yerdə danışmamağı demişdir. Bundan sonra oğlu Mirzəxanla birlikdə yaşadığı evə gəlmişlər. Evdə olduğu vaxt Mirzəxandan Aytəkinlə danışıb-danışmadığını soruşmuş, Mirzəxan Aytəkinlə yalnız bir dəfə danışdığını, həmin vaxt işlə bağlı Aytəkinin qayını Hüseynə zəng etdiyini, lakin telefonu Aytəkin açığı üçün onunla danışdığını demişdir. Ertəsi gün Həzrət ona zəng edərək oğlu Mirzəxanla birlikdə Cəlilabad şəhərində «Baş» adlanan əraziyə gəlmələrini bildirmişdir. Həmin yerə gəldikdən sonra Həzrət Mirzəxana yaxınlıqda yerləşən Bakcell-in Cəlilabad filialına gedərək istifadəsində olan nömrənin danışıqlarını çıxarmağı təklif etmişdir. Onlar da razılaşaraq ora getmişlər. Mirzəxan öz adına olan mobil telefon nömrəsindən çıxan zəngləri çıxarıb bir nüsxəsini özünə götürmüş, bir nüsxəsini isə Həzrətə vermişdir. Bundan sonra oğlu ilə yaşadığı evə gəlmiş, ertəsi isə arvadı Gülbəs, oğlu Mirzəxan və gəlini Aysellə birlikdə Saatlı rayonuna getmişlər. O, Həzrətin Mirzəxana nəsə edəcəyindən qorxduğu üçün oğlu Mirzəxanı özü ilə aparmışdır. Mirzəxan da onunla razılaşmışdır. Mirzəxan arvadı Aysellə birlikdə 2021-ci ilin dekabr ayının sonlarına qədər Saatlı rayonunda onlarla birlikdə qalmış, dekabr ayının sonlarında Uzuntəpə kəndinə, yaşadıqları evə qayıtmışdır. O isə arvadı Gülbəslə birlikdə Saatlı rayonunda qalmış, həmin söhbətdən çox vaxt keçdiyi üçün daha məsələnin bağlandığını düşünərək oğlu Mirzəxanın Uzuntəpə kəndinə qayıtmasına etiraz etməmişdir. 22 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Saatlı rayonunda olduğu vaxt qonşusu Ramil ona zəng edərək Həzrətin Mirzəxana bıçaqla xəsarət yetirdiyini və Mirzəxanı Cəlilabad rayon mərkəzi xəstəxanasına apardıqlarını bildirmişdir. O, bu barədə öyrəndikdən sonra həmin gün arvadı Gülbəslə birlikdə Cəlilabad rayonuna gəlmiş, xəstəxanaya gedərək oğlu Mirzəxanın səhhəti ilə maraqlanmışdır. Mirzəxan ilk öncə reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin vaxt həkimlər Mirzəxanın qanaxması olmadığını və buna görə də cərrahi əməliyyata ehtiyac olmadığını bildirib onu palataya köçürmüşlər. O, xəstəxanada stasionar qaydada müalicə olunmuş, xəstəxanada qaldığı müddətdə hər gün Mirzəxana baş çəkib onun səhhəti ilə maraqlanmışdır. 27 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində xəstəxanada olduqları vaxt Mirzəxanın səhhəti qəflətən pisləşmiş, həkim gəlsə də heç nə edə bilməmiş və oğlu dünyasını dəyişmişdir. Mirzəxan xəstəxanada olduğu vaxt ondan hadisənin necə baş verməsini soruşmuş, Mirzəxan ona hadisə vaxtı qarşı tərəfin 2-3 nəfər olduqlarını demişdir. O, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və onun ən ağır cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə, saat 13:30 radələrində əri Mirzəxan və qayını arvadı Şəbnəm ilə həyətdə olmuşlar. Həmin vaxt Mirzəxan həyətə bağladığı qonşuları Raminə məxsus atı dirəkdən açaraq evin arxa tərəfindən Raminin yaşadığı evə aparmaq istəmişdir. Bu vaxt Təqsirləndirilən şəxs həmin istiqamətdən Mirzəxanı çağırdığını görmüşlər. Həmin vaxt Həzrətin qardaşları Mirxıdır və Mirorduxan da onun yanında olmuşlar. Mirzəxan isə Həzrətə getməsini və onunla danışmalı heç nə olmadığını demişdir. Həzrət ərinin bu sözlərindən sonra onların həyətinə tərəf gəlmiş, Mirzəxan Həzrətin gəldiyini görüb ona və Şəbnəmə evə daxil olmalarını demişdir. O və Şəbnəm də evə daxil olduqdan sonra öz otağına keçib evin arxa tərəfinə baxan pəncərədən Həzrətin həyətdə olduğunu görmüşdür. Həzrət Mirzəxana atı evin qarşı tərəfindən aparmasını demişdir. Həmin vaxt Həzrət əllərini əynindəki kurtkanın ciblərinə qoymuş vəziyyətdə Mirzəxandan bir qədər aralıda dayanmış, Mirzəxan isə əlində atın kəndirini tutmuş vəziyyətdə olmuşdur. O, susadığı üçün mətbəxə keçib özünə çay süzmüşdür. Bu zaman evin qarşı tərəfindən qışqırıq səsləri gəldiyini eşitmiş, həmin istiqamətə olan pəncərədən həyətə baxdıqda Həzrətin qardaşları Mirxıdır və Mirorduxanın evin həyətindəki ayaqyolunun qarşısında Mirzəxanın qollarında tutduqlarını, Həzrətin isə Mirzəxanın qarşısında dayanıb onun sinəsinə sağ əliylə bir neçə zərbə vurduğunu görmüşdür. O, bunu gördükdən sonra pəncərəni açıb qışqıraraq onlara Mirzəxanı buraxmalarını deyib cəld həyətə tərəf qaçmışdır. O, evin pilləkənlərindən həyətə düşərkən Həzrətin qardaşlarının evin arxa tərəfinə qaçdıqlarını, Həzrətin isə əlindəki bıçaqla Mirzəxanın sağ qolundan bir dəfə zərbə vurduğunu görmüşdür. Həzrət Mirzəxanı vurduqdan sonra evin arxa tərəfinə gedərkən onu görüb “bu günlərdən sənə də var” deyərək oradan uzaqlaşmışdır. Mirzəxan isə hərəkət etməkdə çətinlik çəksə də ona tərəf gəlmiş və üstünə yıxılmışdır. Həmin vaxt qışqırıq səslərinə qayını arvadı Şəbnəm də həyətə düşmüşdür. Daha sonra Mirzəxanın ayaq üstə dayanmağa taqəti qalmadığına görə Şəbnəmin də köməkliyi ilə onu pilləkəndə yerə uzatmışlar. Yalnız həmin vaxt Həzrətin əlindəki bıçaqla Mirzəxanın sinəsindən və daha bir neçə nahiyəsinə xəsarət yetirdiyini bilmişdir. O, evdə pəncərədən baxarkən Həzrətin əlində bıçaq tutduğunu görməmişdir. Daha sonra Şəbnəm qonşuları Şahid6 yaşadığı evə gedərək onu köməyə çağırmış, Ramil gəldikdən sonra onun köməkliyi ilə Mirzəxanı küçədən keçən bir avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. 27 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində isə xəstəxanadan onlara Mirzəxanın orada ölməsi barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mirzəxanı atası evinin qonşuluqda yaşayan şəxs kimi çoxdan tanımış, bacısı Şəbnəm Mirzəxanın qardaşı arvadıdır. X21 münasibəti əvvəllər yaxşı olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayında Həzrət Yardımlı rayonunda olduğu vaxt Mirzəxan yaşadıqları evə gəlmiş, həmin vaxt o, həyətdə, ailə üzvləri isə evdə olmuşdur. Mirzəxan onu həyətdə görüb salamlaşdıqdan sonra ondan xoşu gəldiyini, onunla əlaqə saxlamaq istədiyini, onunla əlaqə saxlamayacağı halda bacısı Şəbnəmə qarşı əxlaqsız hərəkətlər edəcəyini bildirmişdir.O, Mirzəxanın bu sözlərinə etiraz etsə də Mirzəxan, yenə də ona hədə-qorxu gəlmişdir. O, Mirzəxanın sözlərindən qorxaraq onunla yalnız telefonla əlaqə saxlayacağını bildirmişdir. Onun istifadəsində telefon olmadığı üçün Mirzəxan qayını Şahid5 istifadəsində olan telefonla onunla danışmasını demişdir. Həmin vaxtdan etibarən Mirzəxanla 6-7 dəfə telefonla danışmış, Mirzəxan hər dəfə ona onu sevdiyini, ərindən boşanıb onunla birlikdə qaçmasını, imkan olduqca onunla təklikdə görüşməsini demişdir. O, Mirzəxana onun bu hərəkətlərindən narahat olduğunu, onunla görüşmək istəmədiyini, onunla yalnız telefonla əlaqə saxlayacağını demişdir. Mirzəxan isə onunla görüşməsi üçün israr etmişdir. O, Mirzəxandan qorxduğu üçün onun bu hərəkətləri barədə heç kimə məlumat verməmişdir. Mirzəxan telefonla danışdıqları vaxtlarda ona qeyri-etik təkliflər etmişdir. O, artıq Mirzəxanın bu hərəkətlərindən qorxaraq onunla arasında olanlar barədə əri Həzrətə demək qərarına gəlmişdir. Mirzəxanla sonuncu dəfə telefonla danışdığı gündən 1-2 gün sonra əri Həzrət Yardımlı rayonundan yaşadıqları evə gəlmiş, ona Mirzəxanın ona qarşı hərəkətləri barədə, eləcə də onunla telefonla danışması barədə məlumat vermişdir. Bundan sonra Həzrət atası Tapdıqla məsləhətləşib Mirzəxanı evə çağırmış, məsələnin ayınlaşdırılması ilə bağlı yaşadıqları evdə söhbət olduqdan sonra söhbətin bağlamağı qərarına gəlinmiş, lakin, Həzrət Mirzəxana inanmadığı üçün onunla birlikdə Bakcell-in Cəlilabad filialına gedərək Mirzəxanın adına olan nömrədən çıxan zəngləri çıxarmış və Mirzəxanın dediklərinin yalan olduğuna əmin olduqdan sonra sonuncunun ona, ümumilikdə ailələrinə qarşı düzgün hərəkət etmədiyini, bununla bağlı Mehman və Mirzəxanla danışdığını demişdir. Həmin vaxtdan sonra Mirzəxanın arvadı, anası və atası ilə birlikdə Saatlı rayonuna getdiklərini eşitmişdir. Sonradan 2022-ci ilin yanvar ayında Mirzəxanın Uzuntəpə kəndinə gəldiyi məlum olmuş, 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında evin həyətində iş görmüş, əri Həzrət isə həmin vaxt evdə olmuşdur. Həmin vaxt Mirzəxan yaşadığı evin həyət qapısından həyətə daxil olaraq onunla qeyri-etik formada danışmağa başlamışdır. Hərəkətlərindən Mirzəxanın spirtli içki qəbul etdiyi hiss olunmuşdur. O, Mirzəxanın gəldiyini görüb qışqıraraq əri Həzrəti çağırmışdır. Həzrət evdən çölə çıxıb Mirzəxanı həyətdə görüb ondan nə üçün gəldiyini soruşmuş, o, Həzrətə Mirzəxanın ona yenidən qeyri-etik sözlər dediyini bildirmişdir. Bundan sonra Həzrət Mirzəxana gözləməsini bildirib evə daxil olmuşdur. Həzrət evə daxil olduqdan sonra sağ əlində kiçik cib bıçağı tutaraq həyətə çıxmışdır. Mirzəxan Həzrətin əlində bıçaq gördükdən sonra qaçaraq həyətdən çıxmış, Həzrət də onun ardınca qaçmışdır. Təxminən 30 dəqiqə sonra Həzrət yaşadığı evə geri qayıdıb Mirzəxanı onun yaşadığı evdə bıçaqladığını bildirmişdir. Həmin vaxt Həzrətin əlində bıçaq olmamışdır. Lakin, onun bir əlində xəsarət olduğu üçün həmin yara yeri qanamışdır. Daha sonra Həzrət qardaşı Mirxıdıra zəng edərək hadisə barədə məlumat vermiş və evdən çıxaraq hara getməsi barədə ona məlumat verməmişdir. Həzrət namusunu təmizləmək və Mirzəxanı cəzalandırmaq üçün belə hərəkət etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr ayında Saatlı rayonunda olduqları vaxt Uzuntəpə kəndində yaşayan oğlu Tural zəng edərək onlara rayona gəlmələrini demiş, Həzrətin Mirzəxanla problemlərinin olduğunu öyrəndikdən sonra ertəsi gün Uzuntəpə kəndində yerləşən evlərinə gəlmişlər. Həzrətin Mirzəxanı arvadı Aytəkinlə danışmaqda günahlandırdığını öyrəndikdən sonra məsələni aydınlaşdırmaq məqsədlə oğlu Mirzəxanı da götürüb Həzrətin yaşadığı evə getmişlər. Orada Həzrət, onun atası Tapdıq, Həzrətin arvadı Aytəkin, Aytəkinin atası Sahib və Mirzəxanın iştirakı ilə məsələ araşdırılmış, söhbət zamanı Aytəkin Mirzəxanla yalnız telefonla danışdığını, aralarında başqa münasibət olmadığını demişdir. Oğlu Mirzəxan isə həmin vaxt Aytəkinlə heç vaxt danışmadığını bildirmişdir. Bundan sonra Aytəkin və Mirzəxan hər ikisi “Quran”a əl basaraq öz dediklərini təsdiq etmişlər. Bundan sonra Həzrətin atası Tapdıq orda olanlara bu söhbəti bağlamağı, daha bu barədə heç bir yerdə danışmamağı demişdir. Bundan sonra oğlu Mirzəxanla birlikdə yaşadığı evə gəlmişlər. Bir gün sonra isə həyat yoldaşı, oğlu Mirzəxan və gəlini ilə birlikdə Saatlı rayonu, Heydərabad kəndinə getmişlər. Həzrətin Mirzəxana nəsə edəcəyindən qorxduqları üçün onu özləri ilə aparmışlar. Mirzəxan arvadı Aysellə birlikdə 2021-ci ilin dekabr ayının sonlarına qədər Saatlı rayonunda onlarla birlikdə qalmış, dekabr ayının sonlarında Uzuntəpə kəndinə, yaşadıqları evə qayıtmışdır. Onlar isə Saatlı rayonunda qalmışlar. 22 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Saatlı rayonunda olduğu vaxt qonşusu Ramil onlara zəng edərək Həzrətin Mirzəxana bıçaqla xəsarət yetirdiyini və Mirzəxanı Cəlilabad rayon mərkəzi xəstəxanasına apardıqlarını bildirmişdir. Odur ki, Cəlilabad rayonuna gəlmişlər. Oğlu 27 yanvar 2022-ci il tarixədək xəstəxanada müalicə olunmuş, müalicə olunduğu müddətdə hadisə barədə ona danışmamış, yalnız Həzrətin onu çağırıb vurduğunu demiş, Həzrətin onu vurarkən tək və yaxud kiminləsə olduğunu deməmiş, 27 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində xəstəxanada səhhəti qəflətən pisləşmiş və dünyasını dəyişmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə günorta vaxtı yaşadığı evə qayıdarkən yeməkxananın yaxınlığında qışqırıq səsləri eşitmiş və evə gəldikdən sonra oğlu Həzrətin Mirzəxanı bıçaqla vurduğunu eşitmişdir. Oğlu Həzrət bu hadisəni öz namusunu qorumaq məqsədilə törətmiş, Mirzəxanın nalayiq hərəkətlərinə görə bir dəfə 2021-ci ilin noyabr ayında Sahib və Mehmanın iştirakı ilə barışıq olmuş, lakin bu nəticə verməmişdir.Hadisə baş verən vaxt onun arvadı Şəlalə, övladları Mirxıdır və Mirsaleh qızı Qəmərin yaşadığı evdə olmuş, digər oğlu Mirorduxan isə Cəlilabad şəhərində olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə səhər saatlarında anası Şəlalə və qardaşı Mirsalehlə birlikdə yeni uşağı dünyaya gəlmiş bacısı Qəmərə baş çəkmək üçün onun yaşadığı qayınatası Sakitə məxsus evə getmişlər. Onlar həmin gün günorta saatlarına qədər Sakitə məxsus evdə olmuşlar. Daha sonra anası Şəlalə və qardaşı Mirsalehlə əlil dayısı Rasimə baş çəkmək üçün onun yaşadığı nənəsi Rahiləyə məxsus evə getmişlər. Həmin gün saat 15 radələrinədək Rahiləyə məxsus evdə olmuşlar. 22 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində nənəsigildə olduqları vaxt qardaşı Həzrət ona zəng edərək Mirzəxana bıçaqla xəsarət yetirdiyini, arvadı Aytəkinin evdə tək olduğu üçün evə getmələrini demiş və bundan sonra onlar yaşadıqları evə getmişlər. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qonşusu olmuş mərhum Mirzəxan Gəncəliyevin yaşadığı evlə onun yaşadığı ev üzbəüz yerləşir və evləri arasında təxminən 30 metr məsafə vardır. Mirzəxan həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. 22 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evin həyətində olduğu vaxt Mirzəxanın yaşadığı evdən qadın qışqırıq səslərinin gəldiyini eşitmişdir. O, qorxulu nəsə baş verə biləcəyini düşünüb həyət darvazasını açıb yola çıxmışdır. Yola çıxdıqda Mirzəxanın yaşadığı evin həyətində olan tövlə tərəfdən Həzrətin piyada, tək o biri küçəyə tərəf getdiyini görmüşdür. Həmin vaxt Mirzəxanın arvadı Aysel ona tərəf gəlmişdir. Aysel onu görüb Həzrətin Mirzəxanı bıçaqladığını və onun yaralı olduğunu deyib Mirzəxanı xəstəxanaya aparmaqda onlara kömək etmələrini xahiş etmişdir. O da Aysellə birlikdə onların həyətinə getmişdir. O, Mirzəxanın yaşadığı evin həyətinə daxil olduqda Mirzəxanın evin giriş qapısının yanında yerdə uzanıqlı vəziyyətdə olduğunu, bədəninin çox hissəsinin qana bulaşdığını görmüşdür. Həmin vaxt Mirzəxan özündə olmuşdur. Onlar Mirzəxana ilk yardım göstərdikdən sonra o, xəstəxanaya getmək üçün maşın tapmaq məqsədilə yola qaçmışdır. Yoldan ötən sürücüsünü tanımadığı, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili saxlatdırmışdır. Daha sonra Mirzəxanı Aysellə birlikdə həmin avtomobillə Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlər Mirzəxana tibbi yardım göstərib vəziyyətinin yaxşı olduğunu demişlər. Daha sonra o, yaşadığı evə getmişdir. Hadisənin konkret olaraq necə baş verməsi, Həzrətin Mirzəxana neçə bıçaq xəsarəti yetirməsi barədə dəqiq məlumatı yoxdur. Xəstəxanaya getdiyimiz vaxt Mirzəxan ona Həzrətin qardaşları Mirxıdır və Mirorduxanla birlikdə onun yaşadığı evə gəldiyini, onların onun qollarından tutduğunu, Həzrətin isə bıçaqla ona xəsarət yetirdiyini demişdir. Aysel də Mirzəxanın dediklərinitəsdiqləmişdir. 27 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində kənd sakinlərindən Mirzəxanın xəstəxanada ölməsini öyrənmişdir. O, yola çıxdıqda Mirzəxanın yaşadığı evin həyətində olan tövlə tərəfdən Həzrətin piyada, tək o biri küçəyə tərəf getdiyini görmüşdür. Mirzəxanın həyətinə getdikdə isə orada Mirzəxan, onun arvadı Aysel və Mirzəxanın qardaşı arvadı Şəbnəmi görmüşdür. O, orada Həzrətin qardaşları, eləcə də başqa hər hansı şəxsi görməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə, saat 13:30 radələrində qayını Mirzəxan və onun arvadı Aysel ilə həyətdə olmuşlar. Həmin vaxt Mirzəxan həyətə bağladığı qonşuları Raminə məxsus atı dirəkdən açaraq evin arxa tərəfindən Raminin yaşadığı evə aparmaq istəmiş, bu zaman Həzrətin həmin istiqamətdən Mirzəxanı çağırdığını görmüşlər. Həmin vaxt Həzrətin qardaşları Mirxıdır və Mirorduxan da onun yanında olmuşlar. Mirzəxan isə Həzrətə getməsini və onunla danışmalı heç nə olmadığını demişdir. Həzrət Mirzəxanın bu sözlərindən sonra onların həyətinə tərəf gəlmişdir. Mirzəxan Həzrətin gəldiyini görüb onlara evə daxil olmalarını demişdir. O və Aysel də evə daxil olduqdan sonra Ayselgilin yataq otağına keçib evin arxa tərəfinə baxan pəncərədən həyətə baxmışlar. Həmin vaxt Həzrət əllərini əynindəki kurtkanın ciblərinə qoymuş vəziyyətdə Mirzəxandan bir qədər aralıda dayanmış və Mirzəxana atı evin qarşı tərəfindən aparmasını demişdir. Həzrətin qardaşları Mirxıdır və Mirorduxan da Həzrətin yanında olmuşlar. Mirzəxan isə əlində atın kəndirini tutmuşdur. Həmin vaxt digər otaqda olan 2021-ci il təvəllüdlü oğlu X14 ağladığı üçün o, öz otağına getmişdir. Aysel isə susadığı üçün mətbəxə keçib özünə çay süzmüşdür. Həmin vaxt evin qarşı tərəfindən qışqırıq səsləri gəldiyini eşitmişdir. O, öz otağında olan həmin istiqamətə baxan pəncərədən həyətə baxdıqda Mirzəxanın həyətdəki hamamın qarşı tərəfində arxası üstə həyətdə yerdə uzanıqlı vəziyyətdə olduğunu, Həzrətin əlində bıçaq onun qarşı tərəfdə ayaqüstə dayandığını, Mirxıdır və Mirorduxanın isə aşağı əyilərək yerdə uzanmış vəziyyətdə olan Mirzəxana yumruqla nizamsız zərbələr vurduğunu görmüşdür. Aysel isə həmin vaxt mətbəxin pəncərəsindən baxmışdır. Onlar bunu gördükdən sonra pəncərəni açıb qışqıraraq onlara Mirzəxanı buraxmalarını demişdir. Onlar qışqırdıqdan sonra Mirxıdır və Mirorduxan qaçaraq həyətdən getdilər. Daha sonra Aysel öndə, o, isə onun ardınca evdən həyətə çıxmaq üçün evin pilləkənlərinə tərəf getmişlər. O, evin giriş qapısına çatdıqda Mirzəxan ona tərəf gəlmişdir. Mirzəxanın isə ayaq üstə dayanmaqda çətinlik çəkmişdir. Aysel ona Mirzəxanı tutmasını deyərək həyətdən getmək istəyən Həzrətin ardınca getmişdir. Bu vaxt Həzrət Ayselə “bu günlərdən sənə də var” deyərək oradan uzaqlaşmışdır. Daha sonra Mirzəxanın ayaq üstə dayanmağa taqəti qalmadığına görə Ayselin də köməkliyi ilə onu pilləkəndə yerə uzatmışlar. Yalnız həmin vaxt Həzrətin əlindəki bıçaqla Mirzəxanın sinəsinə və daha bir neçə nahiyəsinə xəsarət yetirdiyini bilmişdir. O, evdə pəncərədən baxarkən Həzrətin əlində bıçaq tutduğunu görsə də Həzrətin həmin bıçaqla Mirzəxana xəsarət yetirdiyini görməmişdir. Daha sonra o, qonşusu Şahid6 Sabir oğlunun yaşadığı evə gedərək onu köməyə çağırmışdır. Ramin gəldikdən sonra Aysel onun köməkliyi ilə Mirzəxanı küçədən keçən avtomobilə qoyaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. O isə uşaqlara görə evdə qalmışdır. Həmin gündən etibarən 27 yanvar 2022-ci il tarixədək Mirzəxan Cəlilabad RMX-da müalicə olunmuşdur. 27 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində xəstəxanadan onlara Mirzəxanın xəstəxanada ölməsi barədə məlumat vermişlər. Mirzəxanın ölümünün səbəbi barədə dəqiq məlumatı yoxdur. Həzrət onlar qışqırdıqları üçün həyətdən uzaqlaşmışdır. Onlar qışqıraraq kömək çağırdıqları üçün üçün Həzrət həyətdən getmişdir. Bu səbəbdən də Həzrət Mirzəxana əlavə xəsarət yetirməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Qəmər onun gəlinidir. 2022-ci il yanvar ayının 20-də Qəmərin qız övladı dünyaya gəldiyindən 22 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Qəmərin anası Şəlalə, qardaşları Şahid5 və Mirsaleh Əliyev onlara gəlmiş, həmin gün saat 13 radələrində Şəlalənin anası Ramilənin yaşadığı evə gedəcəklərini bildirib onlardan getmişlər. Həmin gün axşam saatlarında o, qudası Tapdıqdan oğlu Həzrətin Uzuntəpə kənd sakini Mirzəxan Gəncəliyevə bıçaqla xəsarət yetirdiyini, Həzrətin polislər tərəfindən saxlanıldığını öyrənmişdir. X15 namus üstündə bıçaqladığını eşitmişdir.Bir neçə gündən sonra isə Tapdıqdan Həzrətin bıçaqladığı şəxsin xəstəxanada öldüyünü öyrənmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində qızı Şəlalə Əliyeva, nəvələri Şahid5 və Mirsaleh Əliyev onlara gəlmiş, digər nəvəsi Qəmərgildən gəldiklərini bildirmişlər. Həmin gün saat 14 radələrində qeyd olunan şəxslər onlarda olarkən nəvəsi Həzrət Mirxıdıra zəng edərək Mirzəxana bıçaqla xəsarət yetirdiyini, arvadı Aytəkin evdə tək olduğu üçün onlara evə getmələrini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 26 fevral 2022-ci il tarixli, 05 nömrəli rəyində göstərilmişdir ki, X3nda döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən və ağ ciyərin sağ payını zədələyən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 1 (bir) ədəd, sağ saidin, sağ budun və sağ diz oynağı nahiyəsinin hərəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər həyati olub batıcı-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti 22 yanvar 2022-ci il tarixə uyğundur, dərəcəsinə görə döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən, ağ ciyərin sağ payını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vura əlamətlərinə malikdir. X2 ölümünə ağ ciyərin sağ payının zədələnməsi nəticəsində əmələ gəlmiş qanaxma fonunda koqulyasiya pozğunluğu ilə əlaqədar ağ ciyər damarlarının trombozu nəticəsində inkişaf edən tənəffüs çatışmazlığı olmuşdur. X3 xx.xx.2022-ci il tarixdə, saat 16:55-də Cəlilabad RMX-nın reanimasiya şöbəsində ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 15 aprel 2022-ci il tarixli, 185/KEŞ nömrəli rəyində göstərilmişdir ki, Mirzəxan Gəncəliyevə aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Cəlilabad rayon mərkəzi xəstəxanasıda Mirzəxan Gəncəliyevin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə, saat 15:30-da xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Döş qəfəsinin iki tərəfli döşyanı xətt üzərində sağ tərəfli döş qəfəsinə nüfuz edən pnevmatoroks. Sağ budun iki ayrı və sağ saidin arxa səthinin kəsilmiş-deşilmiş yaraları” diaqnozu düzgün təyin edilmişdir. Mirzəxan Gəncəliyev xəstəxanaya daxil olarkən ona rentgen müayinəsi aparılmış, müayinə zamanı ağciyərlər tam açıldığı, sinusların sərbəst olduğu və qanaxmanın olmadığı müəyyən edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq yerli keyitmə altında döş qəfəsi öndən orta körpücük xətti üzrə 3-cü qabırğaarası sahədə yerli keyləşmə altında punksiya olunmuş, punksiya zamanı plevra boşluğunda müsbət təzyiq aşkarlanmış və həmin yerdən belan üsulu ilə drenaj qoyulmuşdur. Drenajın qoyulması düzgün yerinə yetirilmişdir. Mirzəxan Gəncəliyevə göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Mirzəxan Gəncəliyevin meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Ağciyərin sağ payının zədələnməsi nəticəsində əmələ gəlmiş qanaxma fonunda koaqulyasiya pozğunluğu ilə əlaqədar ağciyər damarlarının trombozu nəticəsində inkişaf edən tənəffüs çatışmazlığı”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Mirzəxan Gəncəliyevdə sonradan hemostazın pozulması fonunda qanaxma baş vermişdir ki, bu da almış olduğu bıçaq xəsarətləri ilə onun ölümü arasında səbəbli əlaqə olmuşdur. Cəlilabad rayon mərkəzi xəstəxanasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 66 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlin 1-ci barmağında kəsilmiş yara müəyyən olunmuşdur, müəyyən olunan xəsarət kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa mddətəpozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının 21 fevral 2022-ci il tarixli, 3/238 nömrəli rəyində göstərilmişdir ki, tədiqaqata təqdim edilmiş mayka hissəsinin ön yuxarı hissəində boyunluq dairə tikişindən 140 mm aşağıda, ətəyin aşağı son kənarından 260 mm yuxarıda bir ədəd 17 mm uzunluqda zəfə vardır. Həmin zədədən 60 mm aşağıda bir ədəd 13 mm uzunluqda zədə vardır. Tədqiqata təqdim edilmiş cins şalvarın ön sağ hissəsində sağ yan tikişindən 20 mm solda, ətəyin aşağı son kənarından 400 mm yuxarıda bir ədəd 19 mm uzunluqda zədə vardır. Şalvarın arxa sağ hissəində bel tikişindən 200 m aşağıda, sağ yan tikişdən 20 mm solda bir ədəd 18 mm uzunluqda zədə vardır. Təqdim edilmiş mayka hissəsinin, şalvarın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq vəs.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 14 mart 2022-ci il tarixli, 3/237 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata tədqim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 191 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin mvəqqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər etirmək təhlükəsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqında” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən X6 yaşamış olduğu fərdi yaşayış evidir. Cinayət işinin materiallarına əlavə edilmiş “Meyitə baxış keçirilməsi haqqında” 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, X6 meyitinə baxış zamanı döş qəfəsinin sağ yarısının ön səthində, sağ məmə xətti üzrə 2-3-cü qabırğaarası sahədə 1,0 sm diametrdə oval formalı, üzərində cərrahi tikişləri olan 1 (bir) ədəd yara, döş qəfəsinin sağ yarısının ön səthində sağ döşyanı xətt üzrə 4-cü qabırğa səviyyəsində boylama istiqamətdə yerləşmiş düz xətt şəkilli 3,2 sm uzunluğunda, sağ diz oynağı nahiyəsinin bayır səthində 1,4x1,0 sm ölçüdə kənarları hamar, qurtaran ucları itit, oval formalı ara vardır. Meyitin xarici müayinəsi zamanı yuxarıda qeyd olunanlardan başqa xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 22 yanvar 2022-ci il tarixli götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı X9 xəsarət yetirdiyi bıçaq olduğunu bildirərək könüllü olaraq təqdim etdiyi bir ədəd qatlanan bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindənqablaşdırılaraqgötürülmüşdür. Həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, bıçaq qatlanan kiçik cib bıçağı olmaqla tiyəsi qara rəngdədir. Bıçağın dəstəyi gümüşü rəngdə olmaqla üzərində qırmızımtıl-qəhvəyi rəngli qana oxşar ləkələr vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 23 yanvar 2022-ci il tarixli götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, X1 olaraq təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli mayka iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindənqablaşdırılaraqgötürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə X6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə, saat 20:40 dəqiqədə 641 saniyə müddətində, xx.xx.2021-ci il tarixdə, saat 19:20 dəqiqədən etibarən 32 saniyə müddətində, həmin gün 21:00-dəqiqədən etibarən 5 saniyə müddətində, həmin gün 21:01-dəqiqədən etibarən 541 saniyə müddətində, həmin gün 21:20-dəqiqədən etibarən 232 saniyə müddətində, həmin gün 21:34-dəqiqədən etibarən 481 saniyə müddətində, həmin gün 21:43-dəqiqədən etibarən 781 saniyə müddətində telefon danışıqları qeydə alınmış, həmin tarixdən sonra həmin nömrələr arasında danışıq qeydə alınmamışdır. Qeyd edilən danışıqlar zamanı ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə zənglər edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad rayon polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq verilmiş 25 mart 2022-ci il tarixli məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi və qohumu X8 qısqanclıq zəminində bıçaqla vuraraq ağır bədən xəsaərtləri yetirmiş, sonuncu bir neçə gün sonra aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisənin baş verməsinə səbəb 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs arvadı Şahid3 Mirzəxan Gəncəliyev ilə telefon danışıqları aparması olmuşdur. Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı arvadı ilə mübahisə etmiş və Mirzəxan Gəncəliyevi yaxalayıb cəzalandırmaq qərarına gəlmişdir. Bu məsələdən xəbərdar olan Mirzəxan Gəncəliyev qaçıb gizlənmişdir xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Mirzəxanın Uzuntəpə kəndində yaşadığı evdə olduğunu bilib həmin tarixdə saat 14 radələrində sonuncunun yaşadığı evə getmiş və qısqanclıq zəminində yaranan mübahisə zamanı üzərindəki qatlanan bıçaqla Mirzəxana ağır bədən xəsarətləri yetirmişdir. Baş vermiş cinayət hadisəsinə Mirzəxanın arvadı Şahid2 şahid olmuşdur. Mirzəxan Gəncəliyevə qarşı törədilmiş cinayət hadisəsində Təqsirləndirilən şəxs başqa hər hansı bir yaxın qohumunun və ya digər şəxslərin iştirakı olmamışdır. Təqsirləndirilən şəxs həmin bıçağı haradan və nə vaxt əldə etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş 04 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək iş üzrə maddi sübut olan və Cəlilabad rayon prokurorluğunun “Maddi sübutlar otağı”nda saxlanılan X6 hadisə zamanı əynində olan bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli maykanın, götürmə aparılması haqqında protokolla götürülmüş 01 ədəd bıçağın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizaların dəyəri olan cəmi 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Cəlilabad rayon prokurorluğunun “Maddi sübutlar otağı”nda saxlanılan X6 hadisə zamanı əynində olan bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli mayka, götürmə aparılması haqqında protokolla götürülmüş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-367/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-367/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver