Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-368/2024 17.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Ağcabədi rayonunun Hacılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər cinayət törətməyə görə məhkum olunmamış, Ağcabədi rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2017-ci ildə rəsmi nikahla ailə həyatı qurduğu arvadı Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişə etdiyindən sonuncunun 1 iyul 2023-cü il tarixdə saat 23:50 radələrində onunla birlikdə yaşamaq istəmədiyini və ondan boşanmaq qərarına gəldiyini bəyan etməsindən və valideynlərini, yəni atası Şahid2 və anası Şahid1 Ağcabədi rayonu, Hacılar kəndində olan birlikdə yaşadıqları həyətyanı evə çağırmaqla birdəfəlik valideynlərinin yanına qayıtmaq üçün 2019-cu il təvəllüdlü övladı Şahid3 da götürməklə atasının idarə etdiyi “VAZ 21074” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşməsindən sonra şəxsi münasibətlər zəminində yaranmış ədavət səbəbindən Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, həmin niyyətlə yaşadıqları evin mətbəx otağından soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs əyləşdiyi, qeyd edilən evin həyət darvazasının qarşısında dayanmış minik avtomobilinə yaxınlaşmaqla, həmin minik avtomobilində sonuncunun atası Şahid2, anası Şahid1 və övladı Şahid3 da olduqlarını görərək, Zərərçəkmiş şəxs qarşı edəcəyi hər bir qanunsuz hərəkətə görə onların da bir-birinə əziz və doğma olmaları ilə əlaqədar iztirab çəkəcəklərini, xüsusilə belə hərəkətlərinin azyaşlı övladı Şahid3 ağır psixoloji travmalara səbəb olacağını dərk etdiyi halda bunlara məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə həmin bıçaqla minik avtomobilinin arxa oturacağında əyləşmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən dörd dəfə ardıcıl zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısından döş boşluğuna keçərək plevranın zədələnməsi ilə müşahidə olunan bir ədəd və qarının sol yan divarından qarın boşluğuna keçərək plevranın zədələnməsi ilə müşahidə olunan bir ədəd deşilmiş-kəsilmiş yaralar, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid boyunun sağ yan səthində bir ədəd və sağ çiyin qurşağında bir ədəd kəsilmiş-deşilmiş yaralar kimi ümumilikdə dörd bədən xəsarəti yetirmiş, lakin Zərərçəkmiş şəxs və sonuncunun anası Şahid1 onun qolundan tutub əlavə zərbələr endirməsinə mane olmaları, eləcə də Şahid2 minik avtomobilini dərhal hərəkət etdirərək Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdırmaqla qısa müddətdə “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 təcili yardım bölməsinə çatdırması nəticəsində sonuncuya təxirə salınmadan ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn kriminal niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, həyat yoldaşı Simarə onkoloji xəstəliyə tutulduğundan valideynləri onu həkimə aparmışlar. Həmçinin anasının adına götürdüyü kredit hesabına Simarəni onkoloji xəstəliklə bağlı əməliyyat etdirmişdir. Sonradan Zərərçəkmiş şəxs radioaktiv yod verilmiş, həmin ərəfələrdə anası evdə olmamışdır. Zərərçəkmiş şəxs qardaşının onu həkimə apardığını bildirmişdir. O, başqa bir yerdə xeyir iş olduğundan həmin yerə getmiş, orada Zərərçəkmiş şəxs Kənan adlı polis əməkdaşı ilə danışdığı öyrənmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs atası evindən götürüb öz evlərinə gətirmiş, evdə oturub aralarında olan məsələlər barədə danışmış, məsələni həll etmişlər. 01 iyul 2023-cü il tarixdə, gecə saat 12 radələrində Zərərçəkmiş şəxs valideynləri də onun evinə gəlmiş və anası Zərərçəkmiş şəxs mobil telefonunu götürmüş və onu təhqir etməyə başlamışdılar. O, Simarənin anasından onu niyə təhqir etdiklərini soruşmuş, buna görə də aralarında mübahisə olmuşdur. Sonra Simarə valideynləri ilə birlikdə evdən 30 metr məsafə olan avtomobilə minmişdir. O, avtomobilə tərəf gedərkən qızının avtomobildə olmadığını görmüş, uşağı gətirib onlara verəcəyini bildirmişdir. Lakin onlar ona o qədər psixoloji təsir göstərmişlər ki, buna görə törətdiyi əməli xatırlamır. Onlar ona Kənanın ondan daha yaxşı oğlan olduğunu, Simarəni ona verəcəklərini dedikdə artıq özünü ələ ala bilməmiş, aşağı əyilib əlini yerə atıb nəsə götürdüyünü bilmiş, lakin sonra nə olduğunu xatırlamamışdır. Özünə gəldik də Zərərçəkmiş şəxs bıcaqladığını ona demişlər. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verənə kimi Zərərçəkmiş şəxs ilə münasibəti normal olmuş, Simarə ilə mübahisəsi olmamışdır. Simarə ilə danışıb razılaşmış, Simarə səhv etdiyini ona etiraf etmişdir. Simarənin ailəsi onu vurmağa gəlmişlər. Həmin vaxt əlində bıçaq olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs başqa şəxslərlə danışdığını müəyyən etmiş, onlardan biri Kənan adlı şəxs olmuş, digərinin adını isə xatırlamır. Kənanın da polis əməkdaşı olduğunu öyrənmiş, lakin Kənanı tanımamışdır. Simarənin başqa şəxslərlə əlaqəsi olduğunu öyrəndikdən sonra Simarə ilə aralarında yüngül mübahisələr olmuş, həmin mübahisələri aralarında həll etmişlər. Psixoloji problemləri olduğu üçün övladının və Simarənin valideynlərinin gözü önündə bu hadisəni törətdiyini xatırlamır. Simarənin atası ona xəsarət yetirmək istəmiş, onu ov tüfəngi ilə vurmaq istəmiş, lakin ona atəş açmamışdır. Onlar ona “o, səndən yaxşı oğlandı, Simarəni ona verəcəm, səni belə-belə edib qızı ona verərik” dedikən sonra Simarənin atası Şahid2 əyilib silahı götürmək istəmiş, o, da ayaq altında nəsə olduğunu görüb əyilib onu götürdüyünü xatırlayır. Lakin götürdüyü əşyanın bıçaq olduğunu bilməmiş, bilsəydi götürməzmiş. Zərərçəkmiş şəxs neçə zərbə vurduğunu xatırlamır. Zərərçəkmiş şəxs vurmaqda məqsədi onu sadəcə susdurmaq istəməsi olmuşdur. Zərərçəkmiş şəxs Kənanla anasının köməkliyi ilə atasıgildə görüşdüyünü etiraf etmişdir. Simarəni bıçaqlayarkən ona heç kim mane olmamışdır. Simarədən öncə Yasəmən adlı xanımla evli olmuş, münasibətləri normal olmuş, lakin xasiyətləri fərqli olduğuna görə ayrılmışlar. Hadisədən sonra polis şöbəsinə könüllü getmişdir. Polis şöbəsinə gedərkən yanında əmisi Məmmədəli, bacısı Gülnarə və yeznəsi Mehrab olmuş, şöbəyə əmisi Məmmədəlinin avtomobili ilə getmişlər, polis şöbəsində onunla ilk söhbət edən müstəntiq Vüsal Bağırov olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, özündə olmayaraq bu hadisəni törətdiyini, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 05 iyul 2023-cü il və 13 oktyabr 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Simarə onun arvadıdır. Onlar 2017-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və həmin nikahdan 2019-cu il təvəllüdlü qızları Semiha doğulmuşdur. Münasibətləri əvvəllər yaxşı olsa da 2021-ci ilin noyabrında atasının vəfatından sonra qayınanası Mehriban onların ailə işlərinə müdaxilə etməyə başlamışdır. Hadisədən təxminən bir il əvvəl Simarə ilə sözlü mübahisə olmuş və sonuncu bununla bağlı valideynlərinə məlumat vermişdir. Bundan sonra Simarənin valideynləri sonuncunu aparmış və Simarə 9 ay valideynlərinin yanında qalmışdır. Həmin müddətdə Simarə onkoloji xəstəliyə düçar olmuşdur. 2023-cü ilin fevral ayında Simarə ilə barışmış və sonuncu onun yanına qayıtmışdır. Bundan sonra Simarənin müalicəsi ilə məşğul olmuş, bütün maddi qazancını Simarəyə sərf etmişdir. Hadisədən təxminən 5-6 ay əvvəl gecə vaxtı Simarənin telefonuna zənglər gəlmiş, o, həmin nömrəyə zəng etdikdə bir nəfər kişi cinsli şəxs cavab verərək səhv düşdüyünü demişdir. Bir dəfə isə Simarənin telefonuna zəng gəldikdə o, həmin zəngə cavab vermiş və zəng edən adam Simarənin adını çəkmişdir. O, səsini çıxaranda isə həmin adam zəngi sonlandırmışdır. Həmin vaxtdan Simarədən şübhələnsə də sonuncu başqa şəxslə danışdığını boynundan atmışdır. Simarə həmin şəxsin adını telefonda “Əsmər K” olaraq qeyd etmişdir. Simarə ilə də məhz buna görə dalaşmış və sonuncu atasının evinə getmişdir. Sonradan qızı Semihaya görə Simarəni geri qaytarmaq istəsə də sonuncunun atası Mahir və qardaşı İsmət onların barışmasına mane olmuş və onu evlərindən qovmuşlar. O, hadisədən iki ay əvvəl Simarəni öz yanına qaytarmışdır. 21 iyun 2023-cü il tarixdə Simarəyə radioaktiv yod verildiyindən həkim 10 gün ərzində Simarəyə heç kimin yaxın durmamasını tövsiyə etmişdir. Buna görə qızını və anasını evdən göndərərək Simarə ilə tək yaşamış və sonuncuya qulluq etmişdir. 30 iyun 2023-cü il tarixdə işdən qayıtdıqda Simarənin evdə olmadığını görmüş və sonuncuya zəng etdikdə onun zənglərinə cavab verməmişdir. O, qayınatası Mahirlə danışanda sonuncu Simarənin onların evində olduğunu və bir-iki günə geri qayıdacağını demişdir. 1 iyul 2023-cü il tarixdə qohumunun nişan mərasimində iştirak etmək məqsədilə Ağdam rayonuna getmişdir. Həmin gün saat 16 radələrində evinə qayıtmış və Simarəyə zənglər etsə də sonuncu cavab verməmişdir. Simarə həmin gün rayon mərkəzində qardaşının nişan mərasiminin olacağını dediyi üçün Simarənin arxasınca Ağcabədi şəhərinə, “Asan Xidmət” mərkəzinin yanına getmişdir. Oraya çatanda Simarə atasının maşınına minərək geriyə qayıtmaq üçün yola çıxdığını görmüşdür. O da Simarəgilin arxasınca getmiş və Simarə ilə qızını öz evinə gətirmişdir. Evdə olan vaxt Simarənin boynunda və sinəsində qızartılar olduğunu görmüşdür. Simarənin başqa oğlanla cinsi əlaqədə olmasından şübhələnmişdir. Bundan sonra Simarədən soyunmasını tələb etmişdir. Simarə paltarlarını çıxaranda sonuncunun bədənində, sinəsində qızartıların olduğunu görmüşdür. Elə həmin vaxt Simarəyə Kənan adlı oğlanla danışması və görüşməsindən məlumatlı olduğunu demişdir. Hətta sonradan Simarənin anası Mehribanın da həmin məsələdən məlumatı olduğunu, Simarə və Kənanın görüşüb cinsi əlaqədə olmaları üçün öz evində şərait yaratdığını öyrənmişdir. Həmin vaxt Simarə Kənan adlı oğlanla danışdığını, görüşdüyünü və cinsi əlaqədə olduğunu etiraf etmişdir. O, buna görə əsəbiləşsə də azyaşlı qızı olduğundan Simarəyə heç nə etməmiş, sonuncu da bir daha belə halların olmayacağına and içməklə tövbə etmişdir. Bir müddət sonra qayınatası Mahir və qayınanası Mehriban onların yaşadığı evə gəlmişlər. Mehriban həmin məsələ üstündə onunla mübahisə etməyə başlamış və Mahir onun üstünə gələrək onu öldürəcəyini demişdir. Onlar bir qədər danışdıqdan sonra Mehriban Simarəni birdəfəlik atasının evinə aparacağını, sonuncunu ondan boşadacağını demişdir. Bu məzmunda aralarında sözlü mübahisə olmuş və Simarə qızını evdə qoyaraq valideynləri ilə getmişdir. O, Simarədən getməməsini xahiş etsə də sonuncu buna əhəmiyyət verməmiş və gedəcəyini bildirmişdir. Onlar getmək üçün Mahirin darvazanın qarşısında saxladığı “VAZ-2107” markalı minik avtomobilində əyləşmişlər. Mahir sükan arxasında, Simarə və Mehriban isə arxa oturacaqlarda əyləşmişlər. Bundan sonra o, evdən qızı Semihanı da götürərək Simarəyə vermiş, Simarə isə uşağı Mehribanın qucağına vermişdir. O, bir daha Simarədən xahiş edərək getməməsini istəmişdir. Simarə isə ona “səndən iyrənirəm, Kənan səndən yaxşı kişidir” sözlərini demişdir. Həmçinin Mehriban da ona “Kənan səndən yaxşı oğlandır, Simarəyə də səndən yaxşı baxacaq” sözlərini demişdir. Bundan sonra o, həmin avtomobilin arxa oturacağının ayaqaltı hissəsində ağ rəngli bıçaq görmüşdür. Simarənin və Mehribanın sözləri ona çox pis təsir etdiyinə görə əsəbiləşərək həmin bıçağı götürərək avtomobilin arxa-sağ oturacağında əyləşmiş Simarənin bədənin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Həmin vaxt artıq özündə olmamış, Simarəyə bıçaqla nizamsız zərbələr endirmişdir. Hadisə saat 23:50 radələrində baş vermiş və cəmi bir-iki dəqiqə davam etmişdir. Simarəyə cəmi dörd zərbə endirmişdir. Bundan sonra Simarə qışqırmağa başlamış, buna görə oradan uzaqlaşaraq bıçağı evin arxasında olan otluq hissəyə atmışdır. Daha sonra darvazaya tərəf gedəndə Simarəgilin artıq getdiklərini görmüşdür. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə gedərək könüllü təslim olmuşdur. Simarənin Kənan adlı oğlandan başqa da telefonda “Əsmər X” kimi qeyd etdiyi Xəyal adlı, “Əsmər İ” kimi qeyd etdiyi İlkin adlı oğlanlarla da münasibətinin olduğunu bilmiş, lakin azyaşlı qızı olduğu üçün üstündən keçmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsini bir hissəsini təsdiq etmiş, ifadəsinin bir hissəsinin müstəntiq tərəfindən düzgün yazılmadığını qeyd etmişdir. Belə ki, ittihamda evə gedib bıcaq götürüb gəldiyi yazılmış, lakin bıçağı maşından götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə Təqsirləndirilən şəxsla ailə qurmuş, 2019-cu ildə qızı Şahid3 dünyaya gəlmişdir. Ailə qurduqları gündən Təqsirləndirilən şəxs onu döymüş, 2022-ci ildə onkoloji xəstəliyə tutulmuşdur. 2022-ci ildə atasıgilə getmiş orada 05 gün qaldıqdan sonra Nicat arxasınca gəlib düzəldiyni, birdə belə halların olmayacağını bildirmiş, buna görə də onunla qayıtmışdır. 2022-ci il tarixdə yenə Nicat onu döymüş və göz altı nahiyəsində qaraltı əmələ gəlmiş, bu barədə Ağcabədi RPŞ-yə şikayət vermiş və 08 ay atasıgildə qalmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs adamlarını göndərib barışmaq istəmiş, lakin o, barışmaq istəmədiyini, boşanmaq istədiyini bildirmişdir. Nicat onunla ailə qurmamışdan əvvəl ailəsi olmuş, Nicatın onların yanına getdyini eşitmiş və Nicata “onların yanına gedirsənsə məni nə edirsən? get onunla yaşa” demişdir. Sonra Nicat yenidən barışmağı istəmiş atası “bu dəfə də şans ver yaxşı olacaq” dediyindən Nicatla barışmışdır. Bunda sonra onkoloji xəstəliyə tutulmuş, zob əməliyyatı Bakıda olmuş, radioaktiv yod qəbul etmiş, həmin ərəfələrdə yenidən davaları başlamışdır. 29 iyulda Ağcabədidən olan həkim atasıgilə gəldiyindən o, da həmin evə həkimin yanına getmiş, daha sonra qardaşı ilə analiz verməyə getmişdir ki, Nicatın da bu barədə məlumatı olmuşdur. Həkimə zəng etmiş və analizlərin cavablarını onun alacağını bildirmiş, özü və qardaşı orada cavabları gözləməyib evə qayıtmışlar. Saat 09 radələrində Nicat onun yanına gəlmiş, Nicata boşanmaq istədiyini, uşağı nə vaxt istəsə görə biləcəyini bildirmişdir. Nicat isə boşanmaq istəmədiyini desə də sonradan boşanmağa razı olduğunu, lakin sosial yardımdan adamların gələcəyini və onunda orada lazım olduğumu demiş və buna görə Nicatla razılaşıb evinə getmişdir. Evə girdikdə Nicat qapını bağlayıb “boşanmaq olmayacaq!” deyib onu içəriyə aparıb döymüş, buna görə qışqırmış, qayçını götürüb özünü öldürəcəyi ilə təhtid etmiş və ondan boşanmaq istədiyini bildirmişdir. Nicat ona “ yox boşanmayacaqsan yoxsa həm səni həm də qardaşını öldürəcəm” demiş və buna görə də boşanmamağa razılaşmışdır. Həmin vaxt Nicatın bacısı oğluda evin həyətində - çöldə olmuşdur. Valideyinləri ondan narahat olduğundan az sonra onun yanına gəlmişlər. Anası ilə mətbəxə keçib anasına Nicatın onu döydüyünü bildirmiş, anası dodağında xəsarət olduğunu görmüş sonra Nicata “ Bunu niyə bu günə qoymusan? Gətirirdinsə niyə döyürsən? Boşan qurtarsın getsin!” demiş, atası da “artıq bitdi, gedirik” demişdir. Nicat getməyini istəməmiş, ona “getmə”, “uşağı vermirəm” demişdir. O, da uşağın arxasınca sonra gələcəyini demişdir. Daha sonra Nicat ona “gözləyin, gedirəm uşağı gətirməyə” demiş, az sonra uşağı gətirib ortada əyləşdirmiş, birazda danışmış, o, ağlayaraq birdaha qayıtmayacağını demiş, Nicat da onu bıçaqlamış, o, qışqırıb avtomobilin qapısını bağladıqda Nicat anasına tərəf keçmiş o, da anasına “ ana gəldi sənin tərəfinə, səni vurmağa” demiş, anası da avtomobilin qapısını içəridən tutmuş, atasının hadisədən xəbəri olmamış, atasına Nicatın onu bıçaqladığını demiş, atası onu kimin bıcaqladığını soruşduqda o, da qaçıb avtomobilini işə salmış, dükanın önündə enib polisə, təcili tibbi yardıma zəng edib, kəndə həkimin yanına getmişlər. Həkim yaranın dərin olduğundan onu qəbul etməmiş, oradan Ağcabədi rayouna getmişlər,orada da həkim olmadığından onu Bərdə rayonuna göndərmişlər. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona “Səni öldürəcəm” demiş, avtomobilin qapısını özünə tərəf sıxdıqda Nicat ona xəsarət yetirməyə davam etmiş, qızı həmin vaxt avtomobilin arxa oturacağında orta da əyləşmiş, yatdığı üçün səsə oyanmış və hadisəni görmüşdür. Nicat ona bıçaqla xəsarət yetirərkən avtomobilin qapısını bağlamasaydı Nicat dayanmazdı. Kənan adlı şəxslə danışıqları olmuş, lakin onunla əlaqə saxladığı zamanda Nicatdan ayrı olmuşdur. Kənan adlı şəxslə əlaqəsi sadəcə danışmaqdan ibarət olmuş, onunla görüşməmiş, bir müddət Kənanla danışmış, lakin ona şəkil göndərməmişdir. Ona aid mobil telefon Nicatda olduğu üçün onun şəkillərini xəbəri olmadan başqalarına göndərmişlər. Kənanla tanışlığı Kənanın təşəbüsü ilə olmuşdur. 27 iyun saat 19 radələrində həyətin və evin işıqlarını söndürüb “qopu” deyilən yerdə olmamış, heç kimlə danışmamış və görüşməmişdir. Zərərçəkmmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmadığını, məhkəmə tərəfindən ona sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nicat oğnun doğma oğludur. Zərərçəkmiş şəxs 2014-cü ildə evinə gəlin gəldiyi gündən sağlamlığında problemlər olmuş və onu müalicə elətdirmişdirlər. Üç dəfə uşaq ana bətnindəykən tələf olduqdan sonra Simarəni həkimə aparmış, əllərindəki pulları onun müalicəsinə xərcləmişlər. Zərərçəkmiş şəxs anasının qızını müalicə etdiklərindən xəbəri olmamış, həmin zaman aralığında Simarənin anası onların evinə gəlmiş və “mənim qızımın heç bir problemi yoxdur, problem sizin oğlunuzdadır” deyərək onlarla dava etmişdir. Həkimin yanına getmiş və bu barədə həkimə sual verdikdə həkim gülmüş və “bu nə xətəlikdir ki keçib?” sualını vermiş və “xanımda problem var” demişdi. Birinci gəlini məndə asma xəstəsi olduğu üçün Bakı şəhərində yaşayıb kəndə gəlmədiyi üçün Nicat onunla boşanmışdır. İkinci gəlini kəndən almışlar ki, Nicatla yaşasın. Nicat 10-cu mərtəbədən yıxılmış, onu vaxtında müalicə elətdirmişlər. Gəlinə müalicə elətdirdikdən sonra uşaq dünyaya gəlmiş və bu müddətdə Zərərçəkmiş şəxs anası evə gəlib narazılığını bildirmiş, lakin heç vaxt ona əhəmiyyət verməmişdir. Sonradan gəlinin boğaz nahiyəsində şiş görmüş və həmin şişin nə olduğunu soruşmuş, cavabında Zərərçəkmiş şəxs “bizim boğazımız ətlidir” demişdir. Lakin sonradan boğazındakı şiş daha da böyümüş, anası Zərərçəkmiş şəxs 2 dəfə 3 ay müddətinə evlərinə aparmış, 9 ay müddətinə birdəfə də aparmış və o, da Nicata “Ondan sənə ailə olmaz. Bir ailə ki, adamı atıb gedirsə arxasında durmursa ondan ailə olmaz” demişdir. Zərərçəkmiş şəxs arxasınca çox adam gedib-gəlmiş və Nicata “Bala onlar çox başqa fikirli adamdırlar siz başqa. Onlar oynayırlar o, yenə qaçacaq” demişlər. Əmisi Zərərçəkmiş şəxs gətirib sonradan Bakıya həkim yanına aparmış orada müalicə və əməliyyat elətdirmiş, 10 min manat pul xərcləmişlər. Zərərçəkmiş şəxs üçün pensiyası ilə 8 min manat kredit götürmüşdür. Simarə ikinci dəfə Bakıya şüaya gedəndə həkim ona radioaktiv yod müalicəsi almağa başlamağı tövisyyə etmiş, Simarə də qaynanasının, yəni onun sağlamlığında problem olduğunu bildirmiş, həkimdə ona “qaynananın sağlamlığında problem varsa sən olan evdə olmasın” demişdir. Buna görə qızıgilə getmiş, lakin Simarənin hərəkətlərindən gözlərinə qan dolmuşdur, çünkü Simarə daima evdə telefon əlində olmuş, telefonla danışıb gülmüş, uşağa baxmamışdır. Oğlu evə gələndə isə Simarə başını tutub güclü baş ağrısından şikayət etmişdir. Buna görə də Simarəyə “nə oldu gündüzlər başın ağrımırdı ancaq gecələr oğlumu görəndə başın ağrıdı” demişdir. Bu müddət ərzində Zərərçəkmiş şəxs Kənan adlı şəxsə danışmış, digər oğlanlarla da danışsada əsasən Kənan adlı şəxslə çox danışmışdır. Telefonunda Kənanı “Əsmər K” deyə qeyd etmiş, Əsmər isə Simarənin xalası qızının adı olmuşdur. Simarənin bəzəndiyini görüb ondan şübhələnmiş, “Allaha şükür, gəlin bəzənib” demiş, lakin həmin gün oğlan Simarə üçün “Oriflame”dən “mal” vurub gətirib darvazadan Simarəyə vermiş, Simarə də həmin hədiyəni gətirib evdə qoymuşdur. Simarə Kənanla gedib rayonda görüşmüş, bu barədə bir şəxs ona məlumat vermiş və sonradan bu hadisələrin üstü açılmışdır. 30 iyunda o, qızı ilə Bakıya həkim yanına getmiş, Simarə də öz atasıgilə getmiş, orada qardaşı uşağı döymüş Simarə də Nicata zəng edib uşağı götürüb aparmasını bildirmiş, Nicat sonradan Simarənin özünüdə evə gətirmişdir. Evə saat 10:30da gəlini gətirdikdən sonra evdə oturub çay içirmişlər, saat 12-dən sonrada Simarənin valideyinləri gəlmiş, Nicatla dava etməyə başlamışlar. Daha sonra rəhmətlik yoldaşının – Nicatın atasının şəklinin qabağında durub onu söyməyə başlamışlar. Sonra oğlu Nicat qaynatasına “bilirsən sənin bu arvadın qızına ayrı kişi axtarır” dedikdə Nicatın qaynanası “ Yaxşı eləyirəm! Helə burada sənin yanında otura-otura onu ərə verəcəm” demişdir. Sonradan oğlu qaynatasına qızının hansı səhvləri etdiyni və bu səfər keçdiyini demiş, qaynanası isə “qızım yaxşı eliyir, kefi elə istəyir edir” demiş, bu sözlərdən snra aralarında mübahisə düşmüş və dalaşmışlar. Üçüdə Nicata hücüm etmişlər, həmin vaxt evdə də heç kim olmamışdır. Orada artıq oğlu huşunu itiribmi, yoxsa başqa nəsə olubmu bilməmişdir. Deyilənə görə stolun üstündə çörək bıçağı olmuş, Nicat bıçaqla Simarəni vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində dayısı Nicatla danışaraq sonuncunun yaşadığı evə getmiş, həmin vaxt evdə Nicatdan başqa sonuncunun arvadı Simarə və azyaşlı qızı Semiha da olmuşdur. Onlar evdə olan vaxt Simarənin telefonuna mesaj gəlmişdir. Simarənin telefonu qonaq otağında stolun üstündə olduğundan, Simarə isə mətbəxdə olduğundan Nicat telefonu götürərək baxmışdır. Həmin vaxt Simarə gələrək telefonu Nicatın əlindən almış və mətbəxə qayıtmışdır. Bir müddət sonra Simarənin atası Mahir və anası Mehriban da oraya gəlmişlər. O, Nicatla və Mahirlə qonaq otağında əyləşmiş, Simarə də Mehribanla mətbəxdə söhbət etmişlər. Bir az sonra Mehriban onların yanına gələrək Nicatdan nə üçün Simarənin telefonuna baxdığını soruşmuş, bu zaman Mehriban ilə Nicatın arasında sözlü mübahisə yaranmışdır. Mahir də Mehribana acıqlanmış və Simarəyə irad bildirmişdir. X6 telefon almaqda səhv etdiyini Nicata demişdir. Mehriban isə Simarəni Nicatın yanında qoymayacağını və özü ilə aparacağını demişdir. Bundan sonra Simarə, Mehriban və Mahir evdən çıxmışlar. O, isə Semiha tək qalmasın deyə sonuncunun yanına, yəni arxa otağa getmişdir. Bir müddət keçdikdən sonra Nicat oraya gələrək Semihanı da Simarəyə verəcəyini demişdir. Nicat Semihanı da götürərək evdən çıxmışdır. O da Nicatın ardınca getmişdir. Mahir avtomobilini darvazanın qarşısında saxlamış, Mehriban ilə Simarə isə həyətdən çıxaraq Mahirin avtomobilinə doğru getmişlər. Mehriban gedə-gedə Nicatın atasına söymüşdür. Nicat ona evə qayıtmasını, Semihanı verdikdən sonra özünün də gələcəyini demişdir. Buna görə də o, evə qayıtmışdır. Qısa müddət sonra həyətdə hay-küy qopmuşdur. O, nə baş verdiyini bilmək üçün həyətə çıxdıqda Nicatın evin qarşısında olduğunu görmüşdür. O, Nicatdan nə baş verdiyini soruşduqda sonuncu Simarəni bıçaqladığını demişdir. O, hadisənin baş verdiyi vaxt evdə olduğu üçün hadisəyə şahid olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 21 radələrində qızı Zərərçəkmiş şəxs evinə getmiş, orada qızı və yoldaşının dalaşdığını eşitmiş lakin onların arasında olan söhbətlərə daxil olmaq istəməmişdir. Sonra qızı ona yaxınlaşaraq “biz dalaşmışıq mən boşanacam” demiş, o, da “bir sözdü demisiz” demişdir. Sonra qızı Təqsirləndirilən şəxs sosial yardıma ərizə verdiyini və Nicatın evinə gedib sonradan boşanma ərizəsi verəcəyini demiş, o, da qızına “özünüz bilərsiniz” demişdir. Sonradan yoldaşı evə gəldikdə ona “qız ağlayaraq getdi, bizdə onun ardıyca gedək görək nə baş verir” demiş, buna görə də ora getdikdə Təqsirləndirilən şəxs qızını döydüyünü gördükdə, ona qızını niyə döydüyünü soruşmuş, Nicat yoldaşından boşanmaq istəmədiyini, Simarənin isə boşanmaq istədiyni dedikdən sonra onlar Simarə ilə birlikdə çölə çıxdıqda Nicat uşağı verməyəcəyini demiş, Nicata cavab olaraq “vermirsənsə vermə” demişlər. Sonradan Nicat “dayanın uşağıda gətirim” demiş, uşağı gətirib Simarəyə vermiş, o, avtomobildə Simarəgilin sol tərəfində əyləşmiş uşağı da ortada əyləşdirmişdir. Nicat onları getməyə qoymamış Simarə isə getmək istədiyni bildirmişdir. Sonradan Nicatın qızına zərbələr endirdiyni və qızının “ay ata məni vurdu, məni vurdu, maşının sür” dediyini eşitmişdir. Yoldaşım hadisədən xəbərsiz olduğu üçün nə baş verdiyni soruşmuş, sonra Simarə Nicatın ona tərəf gəldiyini demiş, o, avtomobilin qapısını iki əli ilə tutmuş, Nicat qapının iki-üç dəfə çəkdikdən sonra qaçıb getmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qızı Simarəni onun gözü önündə bıçaqlamış, hadisə baş verərkən nəvəsi Semiha da orada olmuş, avtomobildə ortada oturmuşdur. Nicat Simarəni bıçaqlamasına mane ola bilmək üçün Simarəni öz tərəfinə çəkməyə çalışmış, lakin Nicat artıq Simarəyə bıçaq zərbələri vrmuşdur. Nicatın imkanı olsaydı Simarəyə yenə bıçaq zərbələri endirərdi. Nəvəs Semiha bütün hadisəni görmüş, buna görə bir ay özünə gələ bilməmişdir. Hadisə baş verərkən xəsarət almamışdır. Simarə avtomobilin qapısını örtdükdən, eləcə də yoldaşı avtomobildən endikdən sonra Nicat oradan qaçmışdır. Hadisə baş verərkən yoldaşı Mahir avtomobildə olmuşdur. Hadisə baş verənə kimi qızının başqa şəxslə əlaqədə olması barədə məlumatı olmamışdır. Simarə başqa bir şəxslə telefonla əlaqə saxlamış, lakin Simarə “yoldaşım var, gedirəm onun yanına” demiş, başqa söhbətləri olmamışdır. Hazırda qızının başqa birisi ilə əlaqəsi olması barədə məlumatı var. Simarə başqa birisi ilə görüşməmiş, yalnız mobil telefonla əlaqə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Yəhya oğlu ifadəsində göstərmişdir ki, hadisədən əvvəl qızı Zərərçəkmiş şəxs onun evində olmuşdur. İşləri ilə əlaqədar rayonda olmuş, evə qayıtdıqda Təqsirləndirilən şəxs Simarənin arxasınca gəlib evlərinə apardığını və gedərkən mübahisə etdiklərini, qızının Nicata onunla mübahisə etməyəcəyinə söz verməsini, Nicatında Simarəyə söz verdiyini və onu apardığını yoldaşı Şahid1 eşitmişdir. Həmçinin yoldaşı ona Simarənin arxasınca getməyi, onların evlərində mübahisə edib etmədiyini öyrənmək istədiyini bildirmiş, buna görə də Nicatgilə getmişlər. Həmin evə çatdıqda Simarə və Nicatın artıq mübahisə etmiş olduqlarını, Nicatın Simarəni döydüyünü öyrənmişdir. Simarə ona “ata mən gedirəm, məni döyüb” demiş, bu zaman Təqsirləndirilən şəxs Simarəyə heç yana getməyəcəyini desə də Simarə Nicatın ona əl qaldırdığını və bu səbəbdən gedəcəyini bildirmiş, buna görə də Simarəni avtomobilə əyləşdirmiş, uşaq isə evdə qalmışdır. Nicat yenidən Simarəyə avtomobildən enməsini demiş, Simarə razılaşmdıqda uşağı gətirmək üçün onu gözləməyi xahiş edib uşağın arxasınca getmiş yoldaşı və qızı avtomobidə arxa oturacaqlarda əyləşmişlər. Nicat uşağı gətirib avtomobilə əyləşdirdikdən sonra avtomobili sürməyə başlamış, bir az irəlilədikdən sonra yoldaşı ona “Nicat qızı bıçaqladı” demişdir. Avtomobili dayandırıb endikdən sonra Nicatın xəstə olduğunu anlamış, Nicat yeriyərək öz avtomobilinə əyləşib darvazaya tərəf avtomobili sürmüş, darvazanı bağlamaq istəyərkən yoldaşı “qız ölür, sür gedək” demişdir. Sonra qızını kənddə Rafael adlı həkimin yanına gətirmiş, orada qızına iynə vurub Simarəni təcili həkimə çatdırmağı tələb etmiş, özüdə təcili tibbi yardım çağırmış, qızını xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, anası ilə atasının dalaşdığını, anasının qapını kilidlədiyini görmüşdür. Babası anası ilə onu avtomobilə əyləşdirib aparmaq istədikdə atası Nicat anasını vurmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün artıq gecə vaxtları olduğundan və oğlu Şahid4 evə gec gəldiyinə görə narahat olub oğlu Eltona zəng etmiş lakin o, telefona cavab verməmişdir. Yoldaşını qaynanası apardığına görə qaynı Təqsirləndirilən şəxs hər axşam onlara gəlib yemək yediyi halda həmin gün gəlməmişdir. Nicata zəng etdikə o, telefona cavab verməmiş, sonra oğlu Eltona zəng etmiş, Elton da birinci zənginə cavab verməmiş ikinci dəfə zəng etdikdə cavab vermiş, harada olduğunu soruşduqda “dayım gildə” demişdir. Oğluna dayısını da götürüb evə gəlib çörək yeməyi təklif etmişdir. Oğlu bibisini də orada olduğuunu, gələcəyini demişdi. Aradan biraz keçmiş oğlu ona zəng edib “ ata dayımın üstünə Mahir və yoldaşı Mehriban hücüm çəkib, təhqir etmiş, babamı söymüşdülər və dayımda bibimi vurubdur” demişdir. O, yoldaşı ilə gecə saat 12-01 radələrində yeriyərək gedərkən Cabir adlı şəxsin evinin qarşısandan keçərkən onların qapılarının önündə Nicat avtomobillə gələrkən onunla rastlaşmış, oğlu Elton da Nicatla olmuşdur. Nicatdan hadisə barədə soruşmuş və o, nə baş verdiyi haqda danışmışdı. Sonradan oğlu Eltonu evə göndərib Nicatın əmisi, onun dayısı Şahid7 zəng edib “Nicat dedi ki, məni aparın polis şöbəsinə qayıdın. Siz aparmayacaqsızsa mən öz avtomobilimlə gedəcəm” demişdir. Onun sürücülük vəsiqəsi olmadığına görə Şahid7 ilə Nicatı Ağcabədi RPŞ-ə aparmışlar. Öndə Nicat, arxasınca özü, onun arxasınca yoldaşı, onun arxasınca Nicatın əmisi gəlmişdir. Nicat polis şöbəsinin qapısını açmaq istəyərkən onun mobil telefonuna zəng gəlmiş və ona Ağcabədi RPŞ-dən olduqlarını və onu axtardıqlarını bildirmişlər. Nicat onlara “qapını açın girim içəri” demişdir. Orada müstəntiq Vüsal yaxınlaşıb Nicatı qarşılamış, Nicatın kiçik əmisi Seyidəhliman gəldikdən sonra Nicatı yaşadığı həyətə baxış keçirilməsi üçün aparmışlar. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə gecə radələrində evində olarkən ona zəng gəlmiş, Nicatın tərətdiyi hadisə barədə öyrəndikdən sonra avtomobilinə əyləşib Nicatın yanına getmişdir. Orada yeznəsi, qaynı, bacısı oğlu birdə özü Nicatı avtomobilə əyləşdirib rayona aparmışlar. Polis şöbəsinin önünə çatanda Nicata zəng gəlmiş ondan şikayət olunduğunu bildirmişlər. Nicat şöbənin qabağında olduğunu, içəri girməsi üçün qapını açmalarını bildirmişdir. Şöbədə onları Vüsal adında polis əməkdaşı qarşılamış, Nicatı içəriyə aparmış, onları isə şöbəyə buraxmamışlar. Sonrdan Nicatı kəndə gətirmiş, onlar da polislərin arxasınca qayıtmış və orada çəkiliş olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 23:54-də Şahid1 DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək qızı Simarənin əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqlaması barədə məlumat vermişdir. (İ cild, i.v. 4) - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid2 Ağcabədi RPŞ-yə ərizə ilə müraciət edərək qızı Zərərçəkmiş şəxs yeznəsi Nicat tərəfindən bıçaqlandğı barədə məlumat verərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v. 05) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 02:50-də Ağcabədi rayon X2 adlı həkim telefonla məlumat verib bildirmişdir ki, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrində bıçaq xəsarəti alması ilə bağlı xəstəxanaya müraciət etmiş, əri tərəfindən bıçaqlandığını bildirmişdir. (İ cild, i.v. 13) - “Baxış keçirilməsi aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Ağcabədi rayonunun Hacılar kəndində yerləşən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə yaşadıqları həyətyanı evin qarşısında baş vermişdir. Cinayətin aləti olan məişət təyinatlı mətbəx bıçağı həmin həyətyanı evin arxa tərəfində yerləşən otluq hissədə aşkar edilərək götürülmüşdür. Həmin baxışda Təqsirləndirilən şəxs iştirak etmiş, bıçağı atdığı yeri şəxsən göstərmişdir. Baxış saat 03:30-da başlanmış, saat 09:10-da bitmişdir. (İ cild, i.v. 17-23) - Bərdə rayon Mərkəzi Xəstəxanası PHŞ-nin baş həkimi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-ci il tarixdə Bərdə RMX-ya daxil olmuş, ilkin tibbi yardım aldıqdan sonra hospitalizasiya olunmuşdur. Ona döş qəfəsinin sol yan divarından daxilə nüfuz edən, qarın boşluğunun sol ön divarından daxilə nüfuz edən, sağ çiyin və boynun sağ yarısının kəsilmiş deşilmiş yaraları diaqnozu qoyulmuşdur. (İ cild, i.v. 27-28) - “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan don Şahid2 tərəfindən təqdim edilmiş və götürülmüşdür. ( İ cild, i.v. 30-32) - 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayətin aləti olmuş məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş qadın donu iş üzrə maddi sübut hesab edilmişdir. ( İ cild, i.v. 33) - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. ( İ cild, i.v. 36 ; 44) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İ cild, i.v.55) -“ Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( İ cild, i.v. 58-59) - Ağcabədi rayon Məhkəməsinin 05 iyul 2023-cü il traixli, 4(017)-93/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 78-79) - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Ağcabədi RPŞ-yə ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandğını qeyd edib sonuncu barəsində tədbir görülmsəini xahiş etmişdir. (İ cild, i.v. 93) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 463 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan döş qəfəsinin sol yarısından döş boşluğuna keçərək plevranın zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara; həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan qarının sol yan divarından qarın boşluğuna keçərək plevranın zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boyunun sağ yan səthində kəsilmiş-deşilmiş yara; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ çiyin qurşağında kəsilmiş-deşilmiş yara xəsarətləri vardır. Həmin xəsarətlər iti kənarlı əşyanın təsirindən törənmişdir və kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 1 iyul 2023-cü il tarixə uyğun gəlir. (İ cild, i.v. 118-120) - Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023cü il tarixli, 326-MTKŞ/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus donun ön səthinin sol yuxarı nahiyəsində bir ədəd və arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Həmin zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən eyni xüsusiyyətlərə malik hər hansı bıçağın (bıçaqların) təsirindən əmələ gələ bilərdi və zədələrin hadisə yerindən aşkar edilmiş bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus donun sol yan tikişində və arxa səthinin sol tərəfində olan bir boylama tikişində sökülmələr mövcuddur. Həmin sökülmələr küt qüvvə təsiri ilə donun müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus olan donun üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr və onun bədənində aşkar edilmiş eyni xarakterli xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Ona məxsus donun üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrə və onun bədənində aşkar olunmuş eyni xarakterli xəsarətlərə əsasən o, həmin zədələri alarkən müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, zədə nahiyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Cinayətin aləti olmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. ( İ cild, i.v. 122-128) - Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 447/2023-MTŞ saylı rəyindən görünür ki, cinayətin törədildiyi vaxt Zərərçəkmiş şəxs üzərində olan donun səthində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. ( İ cild, i.v. 130-133) - məhkəmə-narkoloji ekspertizanın 18 sentyabr 2023-cü il tarixli 1572 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir və narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. ( İ cild, i.v. 169) - “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2023-cü il tarixli, 516 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayət hadisəsini törədərkən hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs hazırda da hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Sonuncu hər hansı psixi xəstəlik keçirməmişdir və hazırda da psixi xəstəlikdən əziyyət çəkmir. Hadisəni düzgün qavramaq və onların barəsində düzgün ifadələr vermək qabiliyyətindədir. ( İİ cild, i.v. 170-172) - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani olaraq göstərmişdir. ( İ cild, i.v. 196-198) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif olunmuşdur. (İ cild, 199) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünur ki, Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. ( İ cild, i.v. 202-203) - “əşyanın tanımaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayətin aləti olan həmin bıçağı eyni növdən olan dörd bıçaq arasından tanıyaraq həmin bıçağı onun gəlinlik cehizi olmaqla yaşadığı evin mətbəxində istifadə etdiyini və hadisə zamanı Təqsirləndirilən şəxs ona məhz həmin bıçaqla xəsarətlər yetirdiyini göstərmişdir. ( İ cild, i.v. 236-238) - Ağcabədi RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və avadı Zərərçəkmiş şəxs RPŞ-də münaqişəli ailə kimi qeydiyyatda olmamış,Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli müraciətindən başqa Təqsirləndirilən şəxs barəsində müraciəti olmamışdır. Zərərçəkmiş şəxs 8 sentyabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs onu döyməsi haqqında Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Ağcabədi rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X4 tərəfindən araşdırma zamanı Zərərçəkmiş şəxs bədənində xəsarətin olmadığı və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin mövcud olmadığı müəyyən olunduğundan 17 sentyabr 2022-ci il tarixli qərarla həmin müraciət üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İ cild,175-176; 249) - “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə yaşadığı Ağcabədi rayonunun Hacılar kəndində yerləşən həyətyanı evin mətbəx otağına baxış aparılmışdır. Baxışın aparılması haqqında 26 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayətin aləti olmuş bıçağın həqiqətən də həmin evin mətbəx otağında istifadə olunan bıçaq dəstinə məxsus olduğu müəyyən edilmişdir. (İİ cild,21-26) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif olunmuşdur. (İİ cild, 34-36) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünur ki, Təqsirləndirilən şəxs CM-in 29,120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. ( İİ cild, i.v. 46-48) - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.4-cü maddəsinə tövsif olunmuşdur. ( İİ cild, i.v. 88-102) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 12 yanvar 2024-cü il tarixli qərardan görünur ki, Təqsirləndirilən şəxs CM-in 29,120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. ( İİ cild, i.v. 108-110) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığını, həmin hadisə vaxtı ona edilmiş psixoloji təzyiq nəticəsində özündə olmadığını bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, zərərçəkmiş və şahid ifadələrinə, eləcə də işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddələrində xüsusi amansızlıqla qəsdən öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, həmçinin cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda cinayəti törətmiş şəxsin birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab verməsini dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcud olması əməlin xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilməsinə kifayətdir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətləri sonuncunun ona xəyanət etdiyini hesab etməsi və onunla boşanmaq, birgə yaşamaq istəməməsi səbəbindən yetirməsi, xəsarətləri həyat üçün əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsinin sol yan və qarının sol yan tərəfinə, elcə də boyun və çiyin nahiyyələrinə xəsarət yetirməsi, məhkəmə-tibbi ekspertizasının 24 iyul 2023-cü il tarixli 463 nömrəli və məhkəmə tibbi-kriminalistik ekspertizasının 19 iyul 2023-cü il tarixli 326-MTKŞ/2023 nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs həyat və sağlamlıq üçün təhlükə törədən alət olan bıçaqla Zərərçəkmiş şəxs ümumilikdə 04 ardıcıl zərbə vurması faktının özü-özlüyündə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürmək istədiyinə, lakin Zərərçəkmiş şəxs xəsarətlərin yetirilməsi prosesində Təqsirləndirilən şəxs aktiv müqavimət göstərərək əlindən tutması, zərərçəkmiş şəxsin olduğu avtomobildə sonuncunun yanında əyləşmiş anası Şahid1 da əl-qol hərəkətləri ilə zərbələrinin qarşısını almağa çalışması və buna görə Təqsirləndirilən şəxs yetirdiyi sonuncu iki zərbənin bir o qədər sərt olmadığından daxilə keçməməsi, eyni zamanda xəsarətlərin endirilməyə davam etdiyi vaxt Şahid2 avtomobili dərhal hərəkət etdirərək oradan uzaqlaşması və zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırması, Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən Təqsirləndirilən şəxs cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi, sonuncunun Zərərçəkmiş şəxs bıçaqla zərbələri məhz qəsdən öldürmək məqsədilə vurduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı xəsarətlər yetirməsinin xüsusi ağrı və iztirab verdiyini dərk etməsi, eləcə də Təqsirləndirilən şəxs həmin zərbələri qızı Şahid3, elcə də qayınanası Şahid1 və qaynatası Şahid2 aşkar gördüyü şəraitdə, beləliklə də həmin şəxslərə xüsusi əzab və iztirab verəcəyini dərk edib buna şüurlu surətdə yol verməklə vurması isə sonuncunun göstərilən əməli xüsusi amansızlıqla törətdiyini sübut edir və nəticədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri təkzib edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 Yəhya oğlu, Şahid3, Şahid4 və Şahid5, eləcə də müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 və Şahid6 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikəri ifadələri, “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, “götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli, “əşyanın tanımaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 463 saylı, məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 326-MTKŞ/2023 saylı, məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 447/2023-MTŞ saylı rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 516 nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v 89-90) - Ağcabədi RİHB-nın Hacılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, arvadı və 2019-cu il təvəllüdlü qızından ibarətdir. O, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, i.v 87-88) Bundan əlavə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktında göstərilməsə də Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində cinayət törətdikdən sonra könüllü olaraq polis şöbəsinə gəlib təqsirini boynuna aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu halı da araşdıran məhkəmə tərkibi əlavə şahid qismində dindirilmiş Şahid7 və Şahid6 ifadələrini, eləcə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağcabədi rayon prokurorunun məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayəti törətdikdən sonra xx.xx.2023-cü il tarixdə könüllü gəlib təqsirini boynuna almışdır. Belə ki, Ağcabədi rayon prokurorunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə ittiham ediliyi əməli törətdikdən dərhal sonra rayon polis şöbəsinin inzibati binasına könüllü gələrək təslim olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin yuxarıda qeyd edilən qərarda qeyd edilmişdir ki, açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır) şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, “...CM-in 59.1.9-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plennum qərarlarında qeyd edilən mövqeləri hazırkı halla müqayisə edən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs açıq aşkar cinayət törətdikdən sonra öz təşəbbüsü ilə, ona hər hansı bir təsir (psixi və ya fiziki) olmadan könüllü olaraq Ağcabədi RPŞ-yə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-yə çatanadək cinayətin şahidi olmuş Şahid1 tərəfindən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edilib cinayət və onu törətmiş şəxs barəsində məlumat verməsi qeyd olunan nəticəyə gəlməyə mane deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 46-cı bəndinə əsasən məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in: - 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Bundan əlavə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs könüllü gəlib təqsini boynuna aldıqda – CM-nin 59.1.10-cu maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhd etdiyindən ona başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox, yəni 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çox müddətə cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alma halı nəzərə alındıqda isə sonuncuya təqsirləndirildiyi CM-in 29,120.2.4-cü maddəsinə əsasən 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmədən artıq cəza təyin edilə bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün yenidən təhlükə yaradacağı ehtimalını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilən əməli 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində törətmiş, bu barədə həmin gün saat 23:54-də Şahid1 DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermiş, Təqsirləndirilən şəxs da 02 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində Ağcabədi RPŞ-yə gələrək könüllü təslim olmuşdur. (əsas Ağcabədi rayon prokurorunun xx.xx.2024cü il tarixli məktubu, məktuba əlavə edilmiş izahat, məhkmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri). Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 03:30-dan saat 09:10-dək hadisə yerinə baxış keçirilmiş, sonrakı saatlarda isə Təqsirləndirilən şəxs polis şöbəsindən buraxılması ilə bağlı iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Lakin “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilən qanunvericilik normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulsa da onun tutulma vaxtı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 iyul 2023-cü il , saat 00:20 radələrindən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu, daha dəqiq azadlığının faktiki məhdudlaşdırıldığı 02 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan - hadisə vaxtı Zərərçəkmiş şəxs üzərində olan qadın donu, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci (məhkəmə məsrəfi) yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 02 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon Prokurorluğunda saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs üzərində olan qadın donu, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-368/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-368/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver