Məhkəmə qərarları › İş №1(099)-368/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-368/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-368/2025 04.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri, Kaspian Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşamış, 02 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 4(022)-13/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 29, 120.2.4-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə səhər saatlarında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vurmasını şəxsi ləyaqətinə toxunan, camaat arasında nüfuzdan salan qəbuledilməz hərəkət kimi qiymətləndirərək qisas almaq üçün Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bu məqsədlə həmin gün saat 12:45 radələrində idarə etdiyi “Lada Priora” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən çayxanının qarşısına gəlmiş, avtomobildə olan zaman Zərərçəkmiş şəxs görüb dərhal niyyətini həyata keçirmək məqsədilə özünə məxsus, zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJ-58M” modelli, E 27526 №-li, daxili çaxmaqlı, qoşalüləli yivsiz odlu ov silahı olan tüfəngi Zərərçəkmiş şəxs doğru tuşlayıb iki dəfə atəş açaraq sonuncuya qarının ön divarının qarın boşluğuna keçən, nazik bağırsağı zədələyən, odlu silah-qırma yaralanması kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya, qarının ön divarının qarın boşluğuna keçməyən, hər iki əlin arxa səthinin, sağ və sol budun, sağ diz oynağının, sağ baldırın odlu-silah qırma yaralanmaları kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin həmin vaxt yaxın məsafədə olan Şahid2 dərhal ona yaxınlaşaraq əlində açıq vəziyyətdə olan tüfəngin lüləsindən tutaraq lülə yatağına bir ədəd patron qoyub yenidən qatlayıb atəş vəziyyətinə gətirməsinə imkan verməməsi, həmçinin qardaşı Şahid4 onun qarşısını kəsməsi, ərazidə olan polis əməkdaşının xidməti silahı ona doğru tuşlayıb təslim olmasını tələb etməsinə görə, o, öz iradəsindən asılı olmayan səbəbdən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxsla arasında heç bir mübahisə olmamış, onun rayonda mağaza işlədən İlqar adlı şəxslə mübahisəsi olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs heç bir səbəb olmadan ona yaxınlaşıb onu vurmuşdur. Həmin vaxt silahı avtomobilində olmuş, avtomobilinə yaxınlaşıb avtomobilinin qapısını açmış əyləşib getmişdir. Öldürmək fikri olsa idi, elə həmin vaxt orada Elməddini öldürərdi. Evə gedib evdən silahı və patronları götürüb gəlib Elməddini vurmuşdur. Elməddin onun vurduqdan sonra ondan mobil telefonun nömrəsini xahiş etmiş, lakin Elməddin telefonunun nömrəsini ona verməmişdir. Həmin vaxt özü ilə rayona gətirdiyi adamı götürüb kəndə aparmışdır. Daha sonra yaşadığı evə getmişdir. Elməddindən zəng gözləmış, ancaq Elməddin ona zəng etməmişdir. Evdə olan zaman silahın patrondaşını və mətbəxdən bıçaq götürüb Elməddinlə mübahisə etdiyi yerə qayıtmışdır. Hadisə yerinə gəldikdən sonra mübahisə etdiyi mağaza işlədən İlqara yaxınlaşıb Elməddinin telefon nömrəsini istəmiş, İlqar Elməddinin nömrəsini bilmədiyini bildirmiş, daha sonra başqa mağaza işlədən şəxsə yaxınlaşmış və Elməddinin xoşluqla gəlib onu hansı səbəbdən vurduğunu açıqlamasını bildirmişdir. Rayonun küçələrində Elməddini axtarmağa başlamış, lakin Elməddini tapa bilməmişdir. Həmin vaxt Elməddinin adını bilməmiş, uşaqlar ona axtardığı adamın adının Elməddin olduğunu demişlər. Sonra öyrənmişdir ki, Elməddinin qardaşının onun iş yoldaşı Raminlə münasibəti olmuşdur. İş yoldaşı Ramindən Elməddinin nömrəsini alıb ona zəng etmiş və yerini soruşmuşdur. Elməddin mübahisə etdikləri yerdə olduğunu demişdir. Elməddinlə danışdıqdan sonra silahı yığıb içinə iki patron qoyub hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqdan sonra avtomobilini saxlayıb silahı götürüb Elməddinin ayaq nahiyyəsinə tuşlayaraq bir dəfə tətiyi basmaqla iki atəş açılmışdır. Silahdan bir tətikdə iki atəş açmaq olur. Elməddini öldürmək fikri olmamış, Elməddini qorxutmaq istəmişdir. Elməddinə atəş açdıqdan sonra ona tanımadığı şəxs yaxınlaşıb silahı ondan almaq istəmiş, lakin həmin şəxsə silahı verməmişdir. Qardaşı ona yaxınlaşdıqdan sonra silahı qardaşına vermişdir. Silahı qardaşına verdikdən sonra maşından düşmüş, həmin vaxtı onu heç kim tutub saxlamamışdır. Elməddini vurduğunu bilməmiş, onun ayağından atəş açmışdır. Elməddinə atəş açdıqdan sonra Elməddin çayxananın içinə daxil olmuşdur. Bıçağı götürməkdə məqsədi Elməddini qorxutmaq olmuş, elə bilmişdir ki, Elməddini vura bilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Elməddini əvvəllər tanımamışdır. İlqarla mübahisə edən zaman avtomobilinin içində əyləşmiş, avtomobilindən tam düşməmiş, ayağının biri yerdə olmuşdur. Həmin vaxt Elməddin ona yaxınlaşıb “səsinin tonunu aşağı sal və İlqardan üzr istə” demişdir. Elməddinə İlqarı söymədiyini və ya təhqir etmədiyini, İlqardan nə üçün üzr istəməli olduğunu demişdir. Həmin vaxt Elməddin çığırbağır salıb camaatı başına yığmış, Elməddinə “niyə çığırırsan otur maşına normal maşında söhbət edək” demişdir. Elməddinə bildirmişdir ki, İlqar ondan qabaq burada maşın saxlamışdı, o da gəlib maşınını həmin maşının yerində saxlamış, burada maşın saxlamaq qəbahat deyildir. Elməddin onu avtoyumanın həyətinə çağırmışdır. Maşından düşüb Elməddinlə getmiş, həmin vaxt Elməddin onun qolundan yapışmışdır. Elməddinlə gedərkən İlqar onlarla gəlməmişdir. Avtoyumanın həyətindən keçərkən arxadan kimsə “vurma onu” demişdir. Elməddinlə avtoyumanın həyətinə gedərkən onun yanında başqa bir adam da olmuş, üçü bir yerdə avtoyumanın həyətinə girmişlər və Elməddinlə üzbəüz dayanmışdır. Elməddin onun kimin oğlu olduğunu soruşmuş, Elməddinə Nərimankənddən olduğunu demişdir. Arxasında duran şəxs Nərimankənddə kimin oğlu olduğunu soruşduqda arxasında duran şəxsə tərəf çönüb ona cavab vermək istəyərkən Elməddin onu yumruqla vurmuşdur. Həmin vaxt arxaya yıxılan zaman arxasında duran şəxs onu tutub saxlamışdır. Özünə gəldikdən sonra onu arxadan tutan oğlan onu buraxmışdır. Bu vaxt Elməddin ondan aralaşmış, ətrafda olan 5-6 nəfər tanımadığı şəxs yanlarına gəlmişdir. Avtomobilinə yaxınlaşıb qapını açıb sonra “Allah şeytana lənət etsin” deyib qapını bağlayıb, Elməddinin yanına qayıtmış və Elməddindən xoş dillə “məni niyə vurdun” deyə soruşmuş və Elməddindən telefon nömrəsini istəmiş, sonra görüşək yoluna qoyaq bu məsələni demişdir. Elməddin ona “çıx get burdan uşaqsan, paçansan səni vurub para-para edərəm” demişdir. Təkrar Elməddindən ona məxsus olan mobil nömrəsini istəmiş, İlqarı söymədiyini onu təhqir etmədiyini onu niyə vurduğunu bilmək istədiyini demişdir. Elməddin ona mobil nömrəsini verməmişdir. Silah avtomobilinin yük yerində olmuş, maşına yaxınlaşmış, silahı götürmək istəmiş, sonra fikriləşmişdir ki, səbəb yoxdur, lazım deyil. Onunla rayona gələn müəllimi götürüb kəndə aparmışdır. Hadisədən 3 gün əvvəl ova getmiş, ovda olarkən 10-15 patron istifadə etmiş, bir ədəd kortec patron silahda qalmışdır. Patron silahın lüləsində qalsa da silah sökülümüş vəziyyətdə olmuşdur. Silahı yığıb Elməddini vura bilərmiş, lakin vurmamışdır. Kəndə evlərinə gəldikdən sonra bir az fikirləşib sonra silahın patrondaşını və mətbəxdən çıxarkən mətbəx bıçağını götürüb evdən çıxmışdır. Patrondaş 25 patron tutur, patrondaşda boş olan patron yerləri olduğu üçün, patrondaşda neçə patronun olduğunu bilməmişdir. Patrondaşı və bıçağı götürüb avomobili ilə rayona Elməddinlə mübahisə etdiyi yerə qayıtmışdır. Elməddinlə mübahisə etdiyi yerdə kitab satılan mağaza olmuş, mağaza sahibindən Elməddini soruşmuş, mağaza sahibi Elməddinin nömrəsini bilmədiyini demiş, daha sonra İlqarın mağazasına getmiş və İlqara Elməddinə zəng etməsini bildirmiş, İlqar əli ilə onu itələmiş və get nə bilirsən et demişdir. İlqarın mağazasından çıxıb avtomobilinə oturmuş, həmin vaxt qardaşı maşının qabağını kəsmək istəmişdir. Qardaşı həmin vaxt piyada olmuş, yanında heç kim olmamışdır. Elməddinlə mübahisə etdiyini qardaşına kimin dediyini bilməmişdir. Qardaşının yanından maşını sürüb getmişdir. Hadisə yerinə yaxın ərazidə taksi fəaliyyəti göstərən tanışlardan bayaq burda mübahisə etdiyi şəxsi axtardığını demiş və həmin şəxsin yerini soruşmuşdur. Elməddinin adını əvvəlcə bilməmiş, sonradan öyrənmişdir ki, onu vuran sələmçi Arifin qardaşı qara Elməddindir. İş yoldaşı Ramilin Ariflə yaxın olduğunu bilmiş, Ramilə zəng edib Elməddinin nömrəsini soruşmuş, Ramil də Elməddinin nömrəsini ona vermişdir. Elməddinə zəng edib harada olduğunu soruşmuş, Elməddin ona dalaşdıqları yerdə olduğunu bildirmişdir. Elməddinlə danışdıqdan sonra maşından düşüb silahı yığmış, lülədə olan kortec gülləsini çıxarıb silaha iki qırmalı patron qoymuşdur. Maşından düşüb silahı yığdığı yerdən Elməddinin olduğu yerə qədər olan məsafə təximinən 1 km məsafə olardı. Silahı maşında sağ tərəfində oturacağa qoymuşdur. Elməddinlə dalaşdıqları yerdən gəlib keçərkən Elməddinin orada olmadığını görüb ona zəng edib harada olduğunu soruşmuş, Elməddin çıxdığını bildirmiş, avtomobillə dönüb geri qayıtmışdır. Təkrar hadisə yerinə gələn zaman camaat maşında silah olduğunu görmüşlər və çığır-bağır etmişlər. Elməddin həmin vaxtı yerindən tərpənməmiş və Elməddin çayxananın qabağında tut ağacının altında dayanmışdır. Elməddin çayxananın qabağında tək dayanmışdır. Maşını saxlayıb qapını açmış və hadisədən sonra silahı ondan almaq istəyən şəxs ona yaxınlaşmış və atəş aça bilməyəcəyini düşünüb, silahı götürüb şüşədən Elməddinə atəş açmışdır. Elməddinin ayaq nahiyəsinə atəş açmışdır. Birinci silahı ona yaxınlaşıb silahı almaq istəyən şəxsin adını bilməmiş, daha sonra ona qardaşım yaxınlaşmış və silahı qardaşına vermişdir. Elməddinə atəş açan zaman maşının qapısı isə tam açıq olmamışdır. Elməddinə atəş açan zaman silahı ondan almaq istəyən şəxs maşının arxa qapısına tərəf olmuşdur. Elməddinə atəş açdıqdan sonra silahı maşının içinə qoymuş, həmin şəxs maşına soxulmaq istəmiş, həmin şəxsi tanımadığı üçün silahı ona verməmiş, daha sonra qardaşı yaxınlaşmış, ondan sonra silahı qardaşına vermişdir. Elməddinə atəş açmamışdan əvvəl ona heç kim yaxınlaşmamış, silahı almağa cəhd etməmişdir. Elməddinə atəş açdıqdan sonra Elməddin çayxanın içinə keçmişdir. Elməddini vura bilmədiyini düşündüyü üçün avtomobildə olan bıçağı götürüb avtomobildən düşüb Elməddini qorxutmaq istəmişdir. Elməddinə atəş açan zaman aralarında olan məsafə 4-5 metr olmuşdur. Elməddinə atəş açan zaman ondan silahı almaq istəyən şəxs atəş açılan istiqamətdə dayanmamış, maşının arxa hissəsində dayanmışdır. Elməddinə atəş açdığı istiqamətdə 4-5 metr məsafədə heç kim olmamışdır. Elməddinə atəş açdığı zaman onun gördüyü istiqamətdə heç kim olmamışdır. Elməddinə atəş açarkən silahı onun ayaq nahiyəsinə tuşlayıb atəş açmışdır. Elməddini vuran zaman Elməddin ondan yuxarıda dayanmışdır. Elməddinə atəş açan zaman onu nişan alıb atəş açmamışdır. Elməddini öldürmək istəsəydi 20 metr məsafədən də onu öldürə bilərdi. Elməddin uşaqlıqdan idmanla məşğul olmuş, onunla üz-üzə gələ bilməzdi və ona görə silaha əl atmışdır. Elməddinə atəş açan zaman bir dəfə tətiyi çəkmiş, silah şüşəyə dəymiş və tərpənmə olduğu üçün istəmədən ikinci atəş açılmışdır. Bıçağı götürüb maşından düşən zaman qardaşı onun sol arxa tərəfində dayanmış, ona dayan lazım deyil tulla bıçağı demiş, o da bıçağı yerə tullamışdır. Daha sonra polis əməkdaşı əlində silahla ona yaxınlaşmış və onu maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində bilmişdir ki, Elməddinə atəş açdıqdan sonra qırmalar onun bud və qarın nahiyəsinə dəymişdir. Elməddini qorxutmaq məqsədi ilə onun ayaq nahiyəsinə atəş açmışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, evdən patron qabını götürən zaman içində neçə patron olduğunu saymamışdır. Üzərində olan bıçağı evdən çıxarkən mətbəxdən götürmüşdür. Mətbəxdə üzərində olan bıçaqdan başqa, dəhrə və başqa bıçaqlar da olmuşdur. Üzərində olan bıçağı Elməddini qorxutmaq üçün götürmüşdür. Silahı yığan zaman lülədə “Zuber” markalı donuz gülləsi yəni kortec olmuşdur. Silahın lüləsində olan donuz gülləsi ağır güllə idi ona görə həmin gülləni silahdan çıxartmışdır. Avtomobili ilə gəlib Elməddini görən zaman aralarında 5-6 metr məsafə olmuşdur. Elməddini görən zaman Elməddin səkinin üzərində dayanmışdır. Avtomobilin şüşəsini açıb silahı Elməddinə tuşlamaq üçün ona heç nə mane olmamışdır. Silahı Elməddinin ayaq nahiyəsinə tuşlamış, həmin vaxtı Elməddin ondan yuxarıda səkidə dayanmışdır. Tüfəngi Elməddinin bədənin üst hissəsinə tuşlamağa imkanı olmuşdur. Tüfəng 4-5 il olar ki, ondadır, Biləsuvar RPŞ-də rəsmi qeydiyyatdan keçmişdir. Tüfəngi ova getmək məqsədi üçün almışdır. 5 ildən çox olar ki, ovla məşğuldur. Ova gedən zaman qaşqaldaq və ördək ovlamışdır. Uçan hədəfləri 70-80 metrdən rahat vura bilmişdir. 10 patrondan 9-nu rahat hədəfə vura bilmişdir. Tüfənglə atəş açdıqdan sonra növbəti patronu tüfəngə qoymaq üçün 2-3 saniyə vaxt kifayət edirdi. Elməddinə atəş açdıqdan sonra onun daha iki patron silaha qoymağa imkanı olmuşdur. Ehtiyac görmədiyi üçün silaha əlavə patron qoymamışdır. Atəş açdıqdan sonra güllənin Elməddinə dəyib dəymədiyini bilməmişdir. Elməddinə atəş açdıqdan sonra avtomobildən düşmüş, həmin vaxtı tüfəngdə patron olmamışdır. Atəş açdıqdan sonra tüfəngi qardaşına vermişdir. Heç kim ondan fiziki güclə tüfəngi almamışdır. Elməddinə atəş açmamışdan qabaq tüfəngdə olan donuz gülləsini çıxarıb maşının oturacağına qoymuş, atəş açdıqdan sonra həmin patronu silaha qoya bilərdi, amma qoymamışdır. Atəş açdıqdan sonra avtomobildə olan bıçağı götürüb aşağı düşmüş, həmin vaxtı qardaşı qabağında durmuş və polis əməkdaşı yaxınlaşmış, o da bıçağı yerə atmışdır. Elməddini öldürmək istəsəydi öldürərdi, onun Elməddini öldürmək niyyəti olmamışdır. İstintaq zamanı silahda olan donuz gülləsi ilə bağlı müstəntiqə bildirmişdir. Bıçağı öz müdafiəsi üçün götürmüşdür. Silahı qardaşına verdikdən sonra orada tanımadığı adamlar olmuşdur. Elməddinlə mübahisə etməyini ailəsinə rayona aparıb-gətirdiyi müəllim məlumat vermişdir. Rübaili rayonda görən zaman silah avtomobilinin yük yerində olmuşdur. Rübaili hadisə törətdiyi ərazidə görmüş, həmin vaxt Elməddin ərazidə olmamışdır. Silahı avtomobilin yük yerindən Su Melorasiya idarəsinin yanında çıxarıb yanına qoymuşdur. Elməddinin avtomobilinin olub-olmadığını bilməmişdir. Mübahisə etdikləri yeri keçdikdən sonra Elməddinə zəng etmiş, Elməddin ona ərazidən çıxdığını demiş, bundan sonra geri qayıtmışdır. Rübailin maşında olduğunu görməmişdir. Elməddinə atəş açdığı zaman Elməddinin arxasında hasar olmuş, həmin hasardan 5-6 metr gəldikdən sonra avtoyumanın həyətinə yol getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, maddi yardım göstərməsini, əməlindən peşman olmasını, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilməsini bildirərək, məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə baş verdiyi gün Raul avtomobilini ona yaxın bir yoldaşın mağazasının qarşısında saxlamış, Raulun mağaza sahibi ilə mübahisə etdiyini görüb onlara yaxınlaşıb Raula mübahisə etdiyin adam səndən yaşda böyükdür ayıbdır demişdir. Raulla mübahisə etdiyi zaman ona böyük kimi bir sillə vurmuşdur. Daha sonra Raul avtomobili ilə gəlib saxlamış, onu qorxutmaq üçün tüfənglə ona atəş açmışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, mübahisədən sonra Raulla telefonda danışmışlar, amma dava məqsədi ilə danışmamışlar. Raulla mübahisə etdikdən sonra Raulun qardaşı Rübail onunla telefonda danışmışdır. Raulla telefonla danışarkən ona mübahisə etdikləri yerdə gözləyəcəyini demişdir. Malik Hüseynov tanışıdır. Rübail mübahisə etdikdən sonra Rauldan qabaq onunla telefonda danışmışdır. Rübaillə telefonda danışan zaman, ona Raulun özündən yaşda böyük birinə söz qaytardığını bildirmiş və telefonda Rübail ilə bir az mübahisə etmişdir. Rübail ilə telefonla danışan zaman evdə olmuş, daha sonra hadisə yerinə gəlib Rübail ilə görüşmüşdür. Həmin vaxt Malik çayxanada olmuşdur. Rübail ilə görüşməyə gələn zaman Maliklə Rübail söhbət etmişlər. Malikin avtomobilinə oturmuşlar. Rübail ilə görüşən vaxt Rübailə Raul ilə aralarında baş verən mübahisə barədə danışmış, Rübail Raul gəlsin araşdırarıq demişdir. Raul hadisə yerinə gələn zaman kənarda uşaqlarla söhbət etmişdir, ondan sonra görmüşdür ki, Raul maşınla gəlmiş, o da çayxanaya tərəfə getmiş, həmin vaxt Raul silahı çıxarıb ona atəş açmışdır. Raulun onu öldürmək fikri olsa idi, ayaq nahiyəsindən atəş açmazdı. Bir dəfə atəş səsi eşitmişdir. Raul olduğu avtomobilin içindən ona atəş açmış, Raul atəş açan zaman avtomobilin şüşəsinin bağlı və ya açıq olmasına fikir verməmişdir. Raul ona atəş açan zaman yanında heç kim olmamış, həmin vaxt piyada hərəkətdə olmuşdur. Çayxananın uşaqları ondan 10-15 metr kənarda olmuşlar. Raul gələn zaman ona silahla atəş açacağını bilməmişdir. Vurulduğu yerlə çayxanaya olan məsafə 3-4 metr olardı. Raul ona atəş açdıqdan sonra Rübail ilə Malik Rauldan silahı almışlar. Raul silahı özü vermişdir. Rauldan heç bir şikayət və tələbi olmamışdır. Raul avtomobili ilə hadisə yerinə gələn zaman səhv etmirsə avtomobilin şüşəsi açıq olmuşdur. Raul ona atəş açan zaman tüfəngin lüləsini onun ayaq nahiyəsinə tutmuşdur. Raulun silah tutmasına heç kim mane olmamışdır. Raulun onu öldürmək niyyəti olsa idi onu öldürə bilərdi. Raul ona atəş açdıqdan sonra o, istəsə idi təkrar silahı doldurub ona atəş aça bilərdi. Raul ona atəş açan zaman səkinin üzərində və ya səkidən aşağıda olmağını xatırlamamışdır. Raul ona atəş açan zaman 7-8 metr aralıda yox 10-15 metr aralıda adamlar olmuş, həmin şəxslərin kim olduqlarını xatırlamamışdır. Raul ona atəş açan zaman ondan 10-15 metr aralıda duran adamlar asfaltın üzərində olmuşlar. Raul ona atəş açan zaman ətrafında adam olmamış, hadisə baş verən yerdə tək olmuşdur. Ona açılan atəşin qırmaları kənarda duran şəxslərə dəyə bilməzdi. Kənarda duran şəxslər səkidən kənarda idilər səkinin üzərində deyildilər. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında şəxsi ədavət və düşmənçilik yoxdur. 02 mart 2025-ci il tarixdə təxminən saat 11 radələrində Biləsuvar şəhəri, Nizami küçəsində, Şahid1 mağazasının yaxınlığında tək dayanmış və bu vaxt tanımadığı bir şəxslə mağazaçı Şahid1 arasında söz-söhbət olduğunu görmüşdür. Həmin vaxt Şahid1la arasında söz-söhbət olan şəxsin kimliyi ona sonradan məlum olmuşdur. Onların arasında olan sözsöhbət zamanı İlqar Təqsirləndirilən şəxs avtomobilini mağazanın qarşısında saxlamaqla gediş-gəlişə maneçilik yaratdığını bildirmiş, Raul isə avtomobilini sürüb oradan kənarlaşdırmaq əvəzinə İlqarla sözlü şəkildə mübahisə edərək yaxşı etmişəm avtomobilimi burda saxlamışam, bərbərə adam gətirmişəm saçını kəsdirsin gedəcəm demişdir. Raulun özündan yaşca böyük olan şəxslə mübahisə edərək kobudluq etdiyinə görə onlara yaxınlaşmış və özündən yaşlı olan şəxslə nə üçün kobud danışdığını bildirərək ona irad tutmuşdur. Bu vaxt Raul eyni kobudluğu ona qarşı etdiyi üçün aralarında söz-söhbət yaranmışdır. Həmin vaxt Raul ona bildirmişdir ki, danışmaq istəyirsənsə bura yeri deyil otur avtomobilimə gedək başqa yerdə söhbət edək. O da cavabında bildirmişdir ki, burada ayıbdı gəl yaxında yerləşən avtomobillərin yuyulma sexinə tərəf keçək orada söhbət edək. Raul əvvəlcə avtomobilinin yanında qalsa da, sonradan ona tərəf gəldiyi üçün kənar kimsənin görməməsi məqsədi ilə onunla birlikdə avtomobil yuma sexinin həyətinə getmişlər. Həmin yerə getməmişdən əvvəl İlqar onlara bildirmişdir ki, boş bir şeyə görə mübahisə etməyin, buna heç bir lüzum yoxdur, olub-keçənləri unudun, heç bir söz-söhbətə ehtiyac yoxdur. Həmin vaxt hər ikisi İlqara bildirmişlər ki, problem yoxdu söhbət edib gedəcəyik. Bu vaxt mağazaya müştəri gəldiyi üçün İlqar orada olan taksi sürücüsü Balaxana bildirmişdir ki, səndə onların yanında ol birdən dalaşsalar buna imkan vermə. Avtomobil yuma sexinin həyətində Raula yaşca kiçik olduğunu və özündən yaşca böyük olanlarla ədəb-ərkanlı söhbət etməsini deyərək yaşlı olan mağazaçı İlqardan üzr istəməsini bildirmişdir. Raul cavabında bildirmişdir ki, yol İlqarın deyilki, mən ondan üzr istəyim, avtomobili saxlamışam, yaxşı etmişəm. Raulu tərbiyə etmək məqsədi ilə üzünə boyun nahiyəsinə yaxın bir sillə vurmuş, lakin məqsədi onu döymək olmamışdır. Həmin vaxt onların yanında olan taksi sürücüsü Balaxan qorxmuşdur ki, birdən Raul da ona qayıdar dalaşarlar. Raul onun üzərinə getməsin və aralarında dava-dalaş baş verməsin deyə həmin vaxt Balaxan Raulu tutmuşdur. Lakin, Raul ona qarşı heç bir müqavimət göstərmədən yanlarından ayrılaraq getmişdir. Bundan sonra özü oradan yola tərəf getmiş, həmin vaxt mağazaçı İlqarın və tanımadığı şəxslərin gəldiyini görmüşdür. Bundan sonra Raul onlardan uzaqlaşaraq avtomobilinə əyləşib getmişdir. Raul gedərkən ona görüşüb söhbət edərik deyə bildirmiş, o da cavabında söhbət edərik demişdir. Raulun şəxsiyyətini alçaldıcı heç bir söz deməmiş, nədə belə bir hərəkətlərə yol verməmişdir. Ona yaşca kiçik olduğunu və hərəkətlərinə diqqət yetirməsini bildirmişdir. Həmin gün oruc tutmuş və Təqsirləndirilən şəxs getdikdən sonra qonağı gəldiyini bilib evinə getmişdir. Sonradan Raulun qardaşı Rübailin Şahid1 mağazasına gələrək onun mobil telefon nömrəsini aldığını bilmişdir. Rübail həmin gün mobil telefonuna zəng edərək gəl söhbət edək, görüm qardaşımla niyə mübahisə edibsən və onu niyə vurmusan demişdir. Telefonda Rübailə izah edərək bildirmişdir ki, qardaşı özündən yaşca böyük olan ağsaqqal kişi ilə mübahisə etdiyi üçün onu danlamış, cavab qaytardığına görə bir sillə vurmuş, lakin onu döyməmişdir. Bu barədə Rübailə bildirdikdən sonra təsadüfən dostu, həmçinin Rübailin tanışı Şahid3 Nizami küçəsində Rübaili görmüş və onunla bu məzmunda söhbət etmişlər. Həmin ərəfədə Raul bir neçə dəfə ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Onlara qonağı olduğunu, saat 16 radələrində görüşə biləcəyini bildirmişdir. Həmin vaxt Rübail və qardaşı Raul ona zəng etdikləri üçün Rübailin olduğu yerə Nizami küçəsinə getmiş və orada yerləşən Abı Qurbanovun çayxanasının qarşısına gələrkən dostu Şahid2la qarşılaşmışdır. Onunla görüşüb söhbət edən zaman yolun əks tərəfində dostu Malikin idarə etdiyi “Chevrolet Cruz” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayandığını və avtomobilin içərisində Maliklə birlikdə digər bir şəxsin olduğunu görmüşdür. Həmin şəxs avtomobilin qabaq oturacağında əyləşmişdir. Bundan sonra avtomobilə yaxınlaşmış və qapını açaraq avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin vaxt Malikin avtomobilində qabaqda oturan şəxs bildirmişdir ki, sənə zəng edən mənəm, adım Rübaildir, Raulun qardaşıyam. Malik də ona bildirmişdir ki, Rübaili təsadüfən Abının çayxanasının qarşısında görmüş, uzun illər bundan əvvəl bir yerdə idman etdikləri üçün tanımış və görüşüb söhbət edərkən Rübail ona bildirmişdir ki, bir neçə saat bundan əvvəl burada qardaşı Raulla Elməddin adlı şəxs arasında mübahisə baş verdiyinə görə bura həmin şəxslə görüşüb söhbət etməyə gəlib. Bundan sonra onlar Malikin avtomobilində söhbət edərək Raulla bağlı olan söhbətə aydınlıq gətirmişlər, aralarında heç bir mübahisə və dava-dalaş baş verməmişdir. Həmçinin həmin vaxt Rübailə qardaşının ona zəng etdiyini və onunla görüşmək istədiyini bildirmişdir. Avtomobildə söhbətə davam edərkən bundan təxminən 4-5 dəqiqə sonra Rübail onlara bildirmişdir ki, hazırda işıqfordan olduqları Nizami küçəsinə dönərək oturduqları avtomobilin yanından keçən “Lada Priora” markalı avtomobili qardaşı Raul idarə edir. Bundan sonra dərhal Malikin avtomobilindən yerə enmişlər, özü yolun əks tərəfinə çayxanaya tərəf Vüqarın yanına getmiş, lakin Maliklə Rübail birlikdə irəliyə “Lada Priora” markalı avtomobilə doğru yeriyərək getməyə başlamışlar. Vüqarla birlikdə çayxananın qarşısında piyada yolunda dayanmış, Vüqar yenidən yolun kənarına çıxmış, lakin özü isə çayxananın qarşısında piyada yolunda dayanmışdır. “Lada Priora” markalı avtomobil 1 may küçəsi istiqamətində bir qədər irəli getdikdən sonra geri dönərək işıqfora tərəf gəlməyə başlamışdır. Raulun ona atəş açacağını gözləmədiyi üçün həmin vaxt gizlənməmiş, həmçinin çay evinə girməyi fikirləşməmişdir. Raul avtomobillə olduğu yerə tərəf gələrək və ona çatmasına az qalmış təxminən 6-7 metr məsafədən avtomobildən yerə enmədən avtomobilin içindən ona doğru tüfənglə atəş açmışdır. Onun tüfəngdən açdığı atəş nəticəsində sağ bud və qarın nahiyəsindən xəsarət aldığı üçün dərhal budundan tutaraq çayxanaya daxil olmuşdur. Raulun əlindən tüfəngi kimin aldığını və kimlər tərəfindən tutulduğunu görməmişdir. Şahid3 və Şahid2 onu Vüqarın avtomobilinin arxasına uzandıraraq Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ilkin tibbi yardım göstərilərək həmin gün göndərişlə Bakı şəhərinə Məlhəm Hospitalına aparılmış və orada cərrahi əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir əlaqəsi, münasibəti olmamış, aralarında hər hansı bir söz-söhbət, mübahisə, dava-dalaş baş verməmiş, ədavət və düşmənçilik olmamışdır. Hadisə baş verən günədək Raul onu ölümlə hədələməmiş, öldürməyə cəhd etməmiş, Raulun belə bir hadisə törədəcəyi barədə əvvəlcədən məlumatı olmamışdır. Həmin gün Raulu tərbiyə etmək məqsədi ilə onun üzünə boyun nahiyəsinə yaxın bir sillə vurduğuna görə bundan əsəbləşən Raul tüfənglə ona iki dəfə atəş açaraq vurmuşdur. Raulun idarə etdiyi avtomobilin qabaq hissəsi işıqfora tərəf olmuş, həmin istiqamətdə getdikdə çayxana yolun solunda yerləşir, yəni Raulun avtomobilinin sürücü oturan hissəsi qarşısında olduğu çayxanaya tərəf olmuşdur. Hadisədən sonra ona məlum olmuşdur ki, həmin vaxt Raul tüfəngə yenidən patron qoymağa çalışmış, onun yaxınlığında olan Şahid2 Raulun əlində olan tüfəngin lüləsindən tutaraq buna imkan verməmiş, qardaşı Rübail tüfəngi onun əlindən alandan sonra avtomobilindən bıçaq götürərək üzərinə hücum etmək istəmiş, lakin qardaşı Rübail qarşısını alaraq buna imkan verməmişdir. Hadisə baş verən gün Raulun ora hansı məqsədlə gəlməsi, tüfənglə atəş açaraq vurması, onu öldürmək niyyətinin, istəyinin olub-olmaması, tüfəng və bıçaq Raulun əlindən alınmasa idi onu yenidən vurub-vurmayacağı ilə bağlı dəqiq bir fikri yoxdur. Həmin vaxt ətrafda tanımadığı çoxlu sayda adamlar olmuş, Raul ona tərəf tüfənglə atəş açarkən ətrafda ondan təxminən 7-8 metr aralıda 4-5 nəfər tanımadığı şəxslər dayanmışdır. Lakin həmin vaxt yanında heç kəs olmamış, tək olmuş, hadisənin necə baş verdiyini konkret olaraq Malik, Vüqar və Raulun qardaşı Rübail görmüşdür. Çünki həmin vaxt Raula həmin şəxslər yaxın olmuşlar. Raulun avtomobildən ona doğru tüfəng tuşladığını görmüş, lakin əlində bıçaq görməmiş, sonradan eşitmişdir ki, hadisə baş verən vaxt tüfəng Raulun əlindən alındığı üçün avtomobilində olan bıçağı götürərək üzərinə hücum etmək istəmiş, həmin vaxt onun qarşısını qardaşı Rübail aldığı üçün Raul bıçağı kənara tullamışdır. Hazırda bıçağın hara düşməsi və harada olması ilə bağlı heç bir məlumatı yoxdur. İfadəsi elan olunduqdan sonra Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə saat 11 radələrində rayona bazara getmişdir. Qardaşı Raul ilə birlikdə rayona gələn Mübariz adlı şəxs ona zəng edərək qardaşı Raulun kiminləsə mübahisə etdiyi barədə məlumat vermişdir. Mübariz ona zəng etdikdən 10 dəqiqə sonra Raula zəng edib harda olduğunu soruşduqda Raul ona Ağayrı kəndinə getdiyini bildirmişdir. Mübariz onunla danışan zaman mübahisənin Biləsuvar rayonunda köhnə işıqfor olduğu ərazidə olduğunu dediyindən o da öz avtomobili ilə həmin yerə getmişdir. Raulu orada görüb yaxınlaşmış, Raul ona heç nə olmayıb narahat olma deyib getmişdir. Ərazidə tanış adamlardan mübahisə ilə bağlı maraqlanmış həmin adamlar mübahisənin mağazanın qarşısında olduğunu demişlər. Həmin mağazının qarşısına gəlib mağaza işlədən şəxsdən mübahisə barədə soruşduqda mağaza işlədən adam ona bildirmişdir ki, mübahisə ona görə olmuş və Elməddin qardaşını çəkib vurmuşdur. Mağaza işlədən adama Elməddinə zəng etməsini xahiş etmişdir ki, Elməddin gəlsin və Raulu nə üçün vurduğunu soruşsun. Mağaza işlədən Elməddinə zəng etmiş, Elməddin həmin şəxsə saat 16-17 radələrində gələcəyini bildirmişdir. Mağaza sahibindən Elməddinin mobil nömrəsini almış, Elməddinə zəng edib Raulun qardaşı olduğunu bildirmiş və Raulu niyə vurduğunu soruşmuşdur. Elməddin ona gözləməsini və gəldiyini demişdir. Elməddinlə telefonda danışdıqdan 10 dəqiqə sonra Elməddin gəlmişdir. Elməddin ona yaxınlaşana qədər Elməddinin Malik adında dostu ona yaxınlaşıb Elməddinin dostu olduğunu demiş və Elməddinin gəldiyini bildirmişdir. Malik onu maşına dəvət edib maşında söhbət etmələrini bildirmişdir. Malik daha sonra ona Elməddin elə bir oğlandır ki, qardaşının günahı olmasa onu vurmazdı demişdir. Malikə “sənin deməyinlə sənə inanan deyiləm” demişdir. Elməddinlə Raul gəlsin danışaq görək mübahisə nəyə görə olmuşdur. Daha sonra Elməddin gəlib maşına oturduqdan sonra özünü təqdim etmiş, Elməddindən Raulu nə üçün vurmusan deyə soruşmuşdur. Elməddin ona Raul da gəlsin söhbət edək demişdir. Onlar avtomobilin içində oturan zaman Raul gəlib onları keçmiş, onlar maşında oturduqları üçün Raul onları görməmişdir. Raul avtomobillə qarşıdan dönüb gəlmiş, həmin vaxt özü maşından düşmüş, Raula tərəf getməyə başlamışdır. Həmin vaxtı Elməddin də avtomobildən düşüb yolun əks tərəfinə keçmişdir. Raul Elməddini görüb avtomobili ona tərəf sürüb dayanmış və Elməddinə atəş açmışdır. Tüfəngi Rauldan özü almışdır. Polis əməkdaşı gəlmiş, silahını Raula tuşlamış və o polis əməkdaşına qardaşı olduğunu, narahat olmamağını, təslim olacağını demiş və bundan sonra Raul təslim olmuşdur. Polis əməkdaşı Raula yaxınlaşan zaman Raulun silahı artıq onda olmuşdur. Raul hadisə yerinə gələnə kimi o, Elməddinlə Malikin avtomobilində söhbət etmişdir. Mübahisə barədə eşitdikdən sonra Raula zəng edib harada olduğunu soruşduqda Raul ona Ağayrı kəndinə getdiyini demişdir. Raula inanmamış, çünki ona Raulu rayonda işıqfor ərazisində vurduqlarını demişdilər. Rayonda Raulu görən zaman Raul ona avtomobilin aynasından heç nə olmayıb, narahat olma demiş və avtomobili sürüb çıxıb getmişdir. Raulla danışan zaman onun avtomobilində silah görməmişdir. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Elməddinlə maşında söhbət edən zaman Raul onların yanlarından ötüb keçmiş və təxminən 25 metr qarşıdan dönüb geri qayıtmışdır. Onların oturub söhbət etdikləri avtomobil Malikə məxsus avtomobil olmuşdur. Raul avtomobili ilə qarşıdan geri dönüb qayıdan zaman üçü də maşından düşmülər, səhv etmirsə Malik maşının yanında qalmış, Elməddin geriyə maşının arxasına tərəf getmiş, o isə Raula tərəf getmişdir. Raul Elməddini görüb onun yanında maşını saxlamamışdır. Elməddin maşından düşüb yolun əks tərəfi, yəni yolun sol tərəfinə keçmişdir. Raul yolun sol tərəfinə atəş açmış, o isə yolun sağ tərəfində dayanmışdır. Raulun avtomobilinə tərəf gedən zaman sürücü tərəfdən Raula yaxınlaşmış, həmin vaxtı Raul idarə etdiyi avtomobilini saxlamamış, irəli gedib avtomobili saxlayıb Elməddinə atəş açmışdır. Maliklə bir yerdə Raula yaxınlaşmışlar, həmin vaxtı Raul avtomobilini saxlmamış, Elməddini gördükdən sonra saxlayıb ona atəş açmışdır. Onların avtomobildən düşmələrinin səbəbi Raulun ora gəlməsi olmuşdur. X21 həmin yerə gəldiyini bilmişlər. Elməddinin baş verən hadisədən yayınma imkanı olmuşdur. Raul istəsə idi Elməddini rahat öldürə bilərdi. Raulu görməyi ilə, Raulun avtomobili ilə geri dönüb gəlməyi heç bir dəqiqə çəkməmişdir. Elməddinin onların yanlarından niyə aralanıb kənara çəkildiyini bilməmişdir. Hadisə baş verən yerdə avtoyuma məntəqəsi olmuş, həmin avtoyumanın həmin vaxtı işlədiyini dəqiq bilməmişdir. Raul Elməddinə atəş açdıqdan sonra maşından düşmüş, həmin vaxt Rauldan silahı almış, Raul silahı ona verəndə əlində yağ bıçağı olmuşdur. Raul əlində olan bıçaqla Elməddinə yaxınlaşmamışdır. Raulun Elməddinə atəş açmağını görmüşdür. Raul avtomobillə gəlmiş, avtomobili saxlayıb Elməddinə atəş açmış, həmin vaxtı Raulun avtomobilinin şüşəsi bağlı olmuşdur. Raul onun yanında avtomobili ilə keçən zaman avtomobilin şüşəsi bağlı olmuş, şüşənin qırılmasından bilir ki, avtomobilin şüşəsi bağlı olmuşdur. Hadisə baş verdikdən sonra və ondan qabaq Raula heç kim yaxınlaşmamışdır. Raul Elməddinə atəş açan zaman onun yanında heç kim olmamışdır. Atəş açılan yerdən Elməddinə qədər olan məsafə maksimum 4 metr olardı. Raul Elməddinə atəş açan zaman Malik onun yanında olmuşdur. Raul onları təxminən 20 metr keçdikdən sonra Elməddinə atəş açmışdır. Raul Elməddinə atəş açan zaman Elməddin tək olmuş, ətrafında heç kim olmamışdır. Raul Elməddinə atəş açdıqdan sonra ətrafa adamlar yığışmışdır. Hadisə baş verən ərazidə avtoyumanın ərazisi olmuş, sol tərəfdə isə gözəllik salonu olmuş, orada yaşayış massivi olduğu üçün evlər olmuşdur. Avtoyumanın digər tərəfində böyük çayxana və kafe olmuşdur. Atəş səsinə oradan çox adam gəlmişlər. Malik heç bir xəsarət almamışdır. Bir atəş səsi eşitmiş, həmin vaxtı Raul bir dəfəyə “duplet” atəş açmışdır. Raul silahı ona təhvil vermiş, həmin vaxtı həyacanlı olduğu üçün silahı kimə verdiyini dəqiq bilməmişdir. Elməddinə atəş açılan zaman onun arxa tərəfində divar olmuşdur. Raul Elməddinə atəş açan zaman ətrafda 7-8 nəfər olmamışdır. Raul Elməddinə atəş açan yerin sağından avtoyuma məntəqəsinə yol gedir. Raul Elməddinə atəş açan zaman silahı Elməddinin ayaq nahiyəsinə tuşlamışdı. Elməddin Raula nisbətdə hündürdə dayanmışdı. Raul maşında oturmuş vəziyyətdə idi, Elməddin isə hündürdə dayanmışdı. Raul Elməddinə atəş açan zaman Raulun idarə etdiyi avtomobilin şüşəsi bağlı idi. Raulun idarə etdiyi avtomobilin şüşəsi avtomatik enib qalxır. Avtomobilin şüşəsi 2-3 saniyədə aşağı enir. Raul şüşəni açıb silahı rahat Elməddinə tuşlaya bilərdi və Raula heç kim mane ola bilməzdi. Hadisə zamanı Raula ən yaxın Elməddin dayanmışdı. Raul ilə heç vaxt ov etməyə getməmiş, ancaq Raul yaxşı ovçu olmuşdur. Raulun yaxşı ovçu olmağını Davud, Amil, Tofiq və Vüsal adlı şəxslər təsdiqləyə bilərlər. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla atası Şahid6 məxsus evdə yaşayırlar. Həmin evdə özü, atası Şahid6, anası X5 və qardaşı Təqsirləndirilən şəxs başqa heç kəs yaşamır. Rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Ailədə, həmçinin qohumçuluqda və qonşuçuluqda hamı ilə mehriban olmuşlar, heç vaxt heç kəslə aralarında söz-söhbət, mübahisə və dava-dalaş baş verməmişdir, heç kəslə ədavət və düşmənçilik yoxdur. Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, ədavət və düşmənçiliyi yoxdur. 02 mart 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Nərimankənd kəndindən idarə etdiyi avtomobillə Biləsuvar şəhərinə gəlmiş, mərkəzi bazarın qarşısında olan vaxt, təxminən saat 11:50 radələrində atası mobil telefonuna zəng edərək Raulun rayonda kiminləsə dalaşdığını və evdən çıxaraq rayona getdiyini bildirmişdir. Bundan sonra Raula zəng edərək ondan harada olduğunu soruşmuş, Raul nəyinə lazımdır hardayam deyə cavab vermişdir. Ona lazım olduğunu, bu səbəbdən zəng etdiyini demiş, Raul cavabında Ağayrı kəndinə getdiyini bildirmişdir. Lakin Raulun sözünə inanmadığı üçün rayon ərazisində onu axtarmağa başlamışdır. Nizami küçəsində İşıqforun yaxınlığında Raul ilə qarşılaşmış və həmin vaxt Raul idarə etdiyi “Lada Priora” markalı avtomobillə işıqforun yaxınlığında dayanmaq üzrə olmuşdur. Dərhal avtomobilini saxlayaraq yerə enmiş və Raulun avtomobilinə yaxınlaşaraq avtomobilini saxlamasını bildirmişdir. Lakin Raul avtomobili saxlamamış sürərək oradan uzaqlaşmışdır. Həmin vaxt Raulun avtomobilini həmin ərazidə saxlamaq istədiyini gördüyü üçün düşünmüşdür ki, ola bilsin Raul kiminləsə həmin ərazidə mübahisə edib və ona görə yenidən ora qayıdıb. Bu səbəbdən həmin vaxt onun arxasınca getməmiş və həmin ərazidə onun kiminlə mübahisə etdiyini öyrənməyə çalışmışdır. Ətrafda adam çox olmuş və orada olan tanımadığı şəxslərə yaxınlaşaraq burada hər hansı bir şəxslər arasında söz-söhbət, mübahisə və ya dava-dalaş baş verib-vermədiyini soruşmuşdur. Bununla bağlı ətrafda olan tanımadığı bir neçə şəxsdən belə bir halın baş verib-vermədiyini soruşarkən həmin şəxslərdən biri bildirmişdir ki, təxminən bir saat bundan əvvəl orada mağazası olan İlqar adlı şəxslə tanımadıqları bir şəxs arasında söz-söhbət olduğunu bildirmişdir. Nizami küçəsində mağazası olan İqlar adlı şəxslə Raulun arasında söz-söhbət olduğunu öyrənəndən sonra həmin mağazaya getmişdir. Mağazada onu İlqar qarşılamış və ondan qardaşının kiminlə mübahisə etdiyini və nə baş verdiyini soruşmuşdur. İlqar ona bildirmişdir ki, qardaşın avtomobilini mağazamın qarşısında saxladığı üçün onunla aralarında söz-söhbət olmuş, Raul ona adam gözlədiyini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs adlı şəxs ona yaxınlaşıb söhbətə qarışdığı üçün aralarında mübahisə yaranmış və Elməddin qardaşına bir sillə vurmuşdur. Raulun yenidən Elməddin adlı şəxslə görüşüb dava etməsindən qorxduğu və bunun qarşısını almaq məqsədi ilə İlqara Elməddini çağırmasını, onunla söhbət etmək istədiyini və qardaşı ilə mübahisə etməsinin səbəbini öyrənmək istədiyini bildirmişdir. Həmin vaxt İlqar Elməddinə zəng edərək mübahisə etdiyi oğlanın qardaşının gəldiyini və səninlə söhbət etmək istədiyini bildirmişdir. Elməddin evində qonağı olduğunu və ora saat 16 radələrində gələ biləcəyini bildirmişdir. Bundan sonra Elməddinin mobil nömrəsini İlqardan götürərək 12:20 radələrində istifadəsində olan ***-***-**-** nömrəli telefonla Elməddinin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefonda ona söhbəti aydınlaşdırmaq üçün çağırdığını, qardaşının xəstə olduğunu, onu hansı səbəbdən vurduğunu öyrənmək istədiyini bildirmişdir. Elməddin qonağı olduğunu, səbirli olmasını bildirmiş, o da cavabında səbirli olduğunu və onu həmin yerdə gözlədiyini demişdir. Elməddini orada gözləyən zaman həmin yerdə əvvəllər onunla birlikdə idman etmiş Malik adlı şəxs ona yaxınlaşaraq görüşmüş və bildirmişdir ki, Elməddin boş yerə söz-söhbət edən, dava-dalaş salan insan deyil. Heç bir dava-dalaşa ehtiyac yoxdur, indi gələr söhbət edib məsələni aydınlaşdırarsız. O da cavabında bura dava-dalaş etməyə deyil, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verməsin deyə söhbət etməyə gəldiyini demişdir. Biri-birilərini tanıdıqları üçün Malikin təklifi ilə çayxananın qarşısında yolun kənarında saxladığı “Chevrolet Cruz” markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobilə əyləşərək söhbətə davam etmişlər. Bundan təxminən 10-15 dəqiqə sonra sonradan tanıdığı Elməddin piyada Malikin avtomobilinə yaxınlaşmış və qapını açaraq avtomobilin arxa oturacağında əyləşmişdir. Ondan qardaşını hansı səbəbdən vurduğunu soruşmuş, Elməddin cavabında qardaşın ağsaqqal bir kişi ilə mübahisə edirdi, ona iradımı bildirdikdə mənə də kobud cavab verdiyi üçün ona bir sillə vurdum deyə bildirmişdir. Həmçinin həmin vaxt Elməddin ona bildirmişdir ki, qardaşın mənə zəng edib, mənimlə görüşmək istəyir. Avtomobildə söhbətə davam edərkən bundan təxminən 2-3 dəqiqə sonra Raulun idarə etdiyi avtomobillə işiqfor istiqamətindən Nizami küçəsinə döndüyünü görmüş, həmin vaxt Raul olduqları avtomobilin yaxınlığından keçmiş, lakin onları əyləşdikləri avtomobildə görməmişdir. Raul avtomobillə onların olduğu avtomobilin yaxınlığından keçərkən oturaq vəziyyətdə olduqları üçün həmin vaxt onun avtomobilində tüfəng görməmiş və bu barədə əvvəlcədən məlumatı olmamışdır. Bundan sonra oturduqları avtomobildən yerə enmişlər və bu vaxt Raulun avtomobili bir qədər irəli sürdükdən sonra geri dönərək onlara tərəf gəldiyini görmüşdür. Əyləşdikləri avtomobildən yerə enəndən sonra özü Maliklə birlikdə irəliyə Raulun avtomobilinə tərəf yerimişlər, Elməddin isə onların əksinə çayxanaya tərəf getmişdir. Həmin vaxt özü Raulun avtomobilinə doğru yolun ortası ilə, Malik isə sürücü tərəfdən getmişdir. Raulun avtomobilinə yaxınlaşayaxınlaşa ona avtomobili saxlamasını və yerə düşməsini bildirmiş, elə bu vaxt avtomobilə sürücü tərəfdən yaxınlaşan Malik avtomobildə tüfəng var deyə qışqırmağa başlamışdır. Həmin vaxt Raul Elməddini gördüyü üçün avtomobili saxlamamış, ona tərəf sürərək yanlarından keçmişdir. Bunu eşidəndən sonra Raulun Elməddini tüfənglə vuracağından qorxduğuna görə dərhal onun arxasınca qaçmışdır ki, onun hər hansı bir hadisə törətməsinə imkan verməsin. Raul avtomobillə Elməddinə doğru gedə-gedə avtomobilin içindən ona tərəf təxminən 4-5 metr məsafədən tüfəngdən bir vaxta iki atəş açmış və atəş açandan sonra avtomobili saxlamışdır. Raul avtomobili saxlayandan sonra qapısını açıb əlində tüfənglə çölə çıxmaq istəyərkən tüfəngi Raulun əlindən tutub almış, həmin vaxt qohumu Aqil Quliyev və tanımadığı bir şəxsdə onlara yaxınlaşmışdır. Raul onlara heç bir müdaxilə göstərmədən tüfəngi əlindən buraxmış, lakin avtomobildən yerə enərkən əlində mətbəx bıçağı olduğunu və Elməddinin olduğu çayxanaya tərəf getmək istədiyini görən kimi əlində olan tüfəngi yanında olan tanımadığı şəxsə verərək onun qarşısını kəsmişdir. Bu vaxt onlara yaxınlaşan polis əməkdaşı əlində olan silahı Raula doğru tutaraq bıçağı yerə atmasını bildirmişdir. Həmin vaxt Raul əlində olan mətbəx bıçağını kənara tullayaraq polisə təslim olmuşdur. Həmin vaxt Elməddin yaralandığı üçün onu ağ rəngli “Hündai” markalı avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Hadisə baş verən günə kimi Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında hər hansı bir söz-söhbət olduğunu eşitməmiş, görməmiş və onların arasında belə bir hal baş verməmişdir. Həmin günə kimi Raul Zərərçəkmiş şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Raulla Elməddin arasında hadisə baş verən gün söz-söhbət yaranmış və həmin söz-söhbət nəticəsində baş vermiş mübahisə zamanı Elməddin Raulun sifətinə birdəfə sillə vurmuşdur. Raul Elməddini ölümlə hədələməmiş və onu öldürməyə cəhd etməmişdir. Raul heç kəsə və heç kəsin yanında Zərərçəkmiş şəxs öldürəcəyini, onu öldürmək istədiyini bildirməmiş, bu barədə heç kəsdən eşitməmişdir. Əgər belə bir hal baş vermiş olsaydı əvvəlcədən məlumatları olardı, Raulun belə bir hadisə törədəcəyi ağlına belə gəlməzdi. Həmin gün onların arasında yaranmış mübahisə nəticəsində Elməddin Raula sillə vurduğuna görə Raul ondan fiziki cəhəddən güclü olan Zərərçəkmiş şəxs qorxudmaq məqsədi ilə ona xəsarət yetirib cəzalandırmaq üçün tüfənglə atəş açaraq onu vurmuşdur. X17 öldürmək niyyəti və istəyi olmamışdır. Raul ovçudur, əgər Elməddini öldürmək istəsəydi onu bədəninin istənilən nahiyəsindən vura bilərdi. Raulun iki ədəd ov silahı var, hər ikisi qeydiyyatdadır, biri təklüləlidir, digəri qoşalülədir, hər iki silah onun öz adınadır. Həmin tüfənglər Raulun özünə məxsusdur və Raul tüfəngləri öz yataq otağında üzəri dəmirdən olan qutuda ağzı açarla bağlı vəziyyətdə saxlayır. Raulun Elməddinə atəş açdığı tüfəng qoşalüləli ov tüfəngidir. Raul Elməddinə iki atəş açmış, tüfənglə atəş açan zaman tüfəngin hər iki tətiyini eyni vaxtda basdığı üçün və atəş bərabər açıldığına görə bir atəş səsi eşidilmişdir. Raul Elməddinə tərəf tüfənglə atəş açan zaman ətrafda Elməddindən təxminən 7-8 metr aralıda 4-5 nəfər tanımadığı şəxslər dayanmışdır. Hadisə baş verən zaman Raul əlində olan bıçağı kənara tullamış, həmin vaxt hadisə ani baş verdiyindən, bir anlığa özünü itirdiyinə görə, həmçinin başı Raula və baş verənlərə qarışdığı üçün bıçağın hara düşdüyünə fikir verməmişdir. Odur ki, hazırda bıçağın hara düşməsi və harada olması ilə bağlı heç bir məlumatı yoxdur. Həmin bıçaq yaşadıqları evdə istifadə edilən mətbəx bıçağı olmuş, lakin bıçağa ətraflı fikir vermədiyi üçün əlaməti ilə bağlı heç bir məlumatı yoxdur. Dindirilmiş şahid Biləsuvar RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid5 ifadəsində bildirmişdir ki, Rayonun H.Əliyev prospektində piyada hərəkətdə olan zaman atəş səsi eşidib, həmin küçəyə qaçmış, hadisə baş verən yerə yaxınlaşmış və silahını çıxardıb şəxsin təslim olmasını tələb etmiş, o, da təslim olub əllərini başının üzərinə qaldırmışdır. Daha sonra şəxsə qandal tətbiq etmişdir. Polis əməkdaşları gəldikdən sonra şəxsi polis şöbəsinə aparmışlar. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, atəş səsi eşidən kimi bir neçə saniyə içində hadisə yerinə yaxınlaşmışdır. Olduğu yerlə hadisə baş verən yerə 15-20 metr məsafə olardı, hadisə yerinə qaçaraq gəlmişdir. Hadisə yerinə çatan vaxtı silah Raulun əlində olmamış, silahı başqa birindən almış, səhv etmirsə silahı ona təqdim edən şəxs Raulun qardaşı olmuşdur. Zərərçəkmiş şəxsi vətəndaşlar xəstəxanaya aparmışlar. Hadisə yerinə çatan zaman ətrafda 4-5 nəfər olmuşdur. Zərərçəkmiş şəxsi çayxananın qarşısında görmüşdür. Atəş səsi eşidən kimi 15-20 saniyə ərzində hadisə yerində çatmışdır. Raulun əlində bıçaq olub-olmadığını xatırlamamışdır. Raul ona qarşı heç bir müqavimət göstərməmişdir. Atəş açılan anı görməmişdir. Raul silahı tanımadığı şəxsə vermiş, həmin şəxs silahı ona təhvil vermiş, o da silahı maşının içinə qoymuşdur. Raula qandal tətbiq edən zaman Rauldan götürülən silah çiynində olmuşdur. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra silahı atəş açılan maşının içinə qoymuşdur. Silahı maşına lüləsi çölə vəziyyətdə qoymuşdur. Ona heç kim silahı maşına qoymağını deməmişdir, silah maddi sübut olduğu üçün özü silahı maşının içinə qoymuşdur. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikası DİO-da xidmət edir, hazırda 2023-cü ildən Biləsuvar RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. Vəzifəsi ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsidir. Biləsuvar rayonu, Nərimankənd kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir yaxın münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 02 mart 2025-ci il tarixdə ərazidə xidmətdə olan zaman saat 12:50 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində işıqforun yaxınlığından piyada keçərkən Nizami küçəsi istiqamətində insanların qaçdığını və həmin vaxt qoşa atəş səsinin gəldiyini eşitmişdir. Dərhal həmin istiqamətdə qaça-qaça üzərində olan xidməti tabel silahı qabından çıxardaraq əlində tutmuşdur. Bu vaxt çayxananın qarşısında yolun ortasında dayanmış “Lada Priora” markalı avtomobilin sürücü əyləşən tərəfdə iki şəxsin sonradan adları ona məlum olan Rübail və Vüqar adlı şəxsin tüfəngi Təqsirləndirilən şəxs əlindən tutaraq aldıqlarını və bundan sonra əlindən tüfəng alınan şəxsin bıçaqla çayxanaya tərəf getmək istədiyini görən kimi əlində olan silahı ona doğru tutaraq bıçağı yerə atmasını bildirmişdir. Bu vaxt Raul bıçağı kənara tullayandan sonra ona yaxınlaşmış, üzərində olan əl-qol bağlayan vasitə ilə, yəni qandalla onun əllərini bağlayaraq dərhal bu barədə Biləsuvar RPŞ-nə məlumat verərək kömək çağırmışdır. Raulun kimə atəş açdığı və kiminsə xəsarət alıb-almaması ilə maraqlanarkən onun açdığı atəş nəticəsində həmin vaxt çayxananın qarşında olan əvvəllər rayon sakini kimi qiyabi olaraq tanıdığı Elməddin adlı şəxsin ayaq və qarın nahiyəsindən xəsarət aldığı məlum olmuşdur. Hadisə baş verən zaman atəş açılandan sonra Elməddin çayxanaya daxil olmuş və həmin vaxt orada olan şəxslər Elməddini “Hyundai” markalı avtomobilə yerləşdirərək xəstəxanaya aparmışlar. Bundan sonra köməyə gələn polis əməkdaşları ilə birlikdə Raulu xidməti avtomobilə əyləşdirərək Biləsuvar RPŞ-nə apararaq növbətçi hissəyə təhvil vermişlər. Raul Elməddinə iki atəş açmış, atəş açan zaman tüfəngin hər iki tətiyini eyni vaxtda basdığı üçün və atəş bərabər açıldığına görə bir qoşa atəş səsi eşidilmişdir. Raul idarə etdiyi avtomobildən həmin vaxt çayxananın qarşısında olan Elməddinə doğru təxminən 6-7 metr ara məsafədən atəş açmışdır. Tüfəng və bıçaq Təqsirləndirilən şəxs əlindən alınmasa idi o, yenidən Elməddinə tüfənglə atəş aça və onu bıçaqla vura bilərdi. Lakin Təqsirləndirilən şəxs hadisə baş verən yerə konkret olaraq hansı məqsədlə gəlməsi, onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin və istəyinin olub-olmaması ilə bağlı dəqiq heç bir fikri və məlumatı yoxdur. Bildiyinə görə həmin vaxt Raul Elməddinə tüfənglə atəş açandan sonra tüfəng onun əlindən alındığı üçün o, yenidən tüfəngə patron qoya bilmədiyinə görə avtomobilində olan bıçağı götürərək Elməddinin üzərinə hücum etmək istəyərkən qarşısını almışlar. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs əlində olan bıçağı onun tələbi ilə olduqları yerdən kənara tullamışdır. Həmin vaxt hadisə ani baş verdiyi, ətrafda çoxlu sayda insanlar yığıldığı, Elməddin xəsarət aldığı, hadisə yerində tək olduğu, Raulu tərkisilah edib üzərinə baxış keçirib polis şöbəsinə apardığı üçün həmin vaxt bıçağın hara düşdüyünü və kimin götürdüyünü bilmir. Elə zənn etmişdir ki, bıçaq hadisə yerinə baxış keçirilərkən götürülüb. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Elməddin çayxananın divarının yanında güləllənmişdi. Elməddin arxası üstə yıxılmışdı, divarda güllənin yeri var idi. Silahdan açılan atəş nəticəsində qırmalar divara dəymişdi, kənar şəxslərə dəyməmişdi. İbtidai istintaq zamanı verdiyi ifadəsində olan imza özünə məxsusdur. Raulun əlində bıçaq görməyini xatırlamamışdır. Raula təslim olmasını bildirən zaman Raul təslim olmuşdur. Silahı hadisə yerinə gələn əməliyyat qrupuna təhvil vermişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün həmişəki kimi işlətdiyi mağazaya gəlmiş, həmin vaxtı qar yağdığı üçün yer palçıqlı olmuşdur. Raul avtomobilini mağazanın qarşısında saxladığı üçün Raula mağazanın qabağı dayanacaq deyil demişdir. Mağazanın qapısını açan zaman Raul ona “ağsaqqal mən qayda qanunu yaxşı bilirəm və avtomobili harada saxlamaq lazım olduğunu da yaxşı bilirəm” demişdir. Raula qayda qanunu bilsəydin piyada yolunda avtomobil saxlamazdın demişdir. Daha sonra Elməddin kənardan Raula “ağsaqqaldı onunla o, tonda danışma” demişdir. Mağazasına keçib küçəni süpürmək üçün süpürgəni götürüb çölə çıxmış, bu zaman Elməddinlə Raulun mübahisə etdiyini görmüş, onlara yaxınlaşıb mübahisə etməmələrini bildirmişdir. Mağazaya adam gəldiyi üçün mağazaya getmişdir. Ondan sonra Elməddinlə Raulun nə danışdıqlarından xəbəri olmamışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün uşağını hazırlığa gətirmiş, uşağı hazırlığa qoyduqdan sonra elə həmin ərazidə Elməddinlə görüşmüşdür. Elməddinlə söhbət etdiyi vaxt Elməddin Malikin avtomobilinə tərəf getmişdir. 5-10 dəqiqə sonra avtomobildə olanlar düşmüşlər. Rübail ilə Malik yolun digər tərəfinə Elməddin isə çayxanaya tərəf keçmişdir. 10-15 dəqiqədən sonra Raul gəlib Malikin avtomobilini keçib qarşıdan geri qayıtmış, həmin vaxtı o yolun kənarında olmuşdur. Elməddin isə çayxananın qabağında siqaret çəkmişdir. Raul avtomobili ilə gəlmiş, avtomobilini saxladıqdan sonra Elməddinə atəş açmışdır. Raul Elməddinə atəş açan zaman avtomobilinin şüşəsi açıq olmuşdur. Raul atəş açdıqdan 2-3 saniyə sora Raula yaxınlaşıb silahı tutmuş, həmin vaxtda Raulun qardaşı Rübail gəlmiş, Raul silahı qardaşına vermişdir. Raul istəsə idi təkrar atəş aça bilərdi, amma silahı qardaşına verdi. Daha sonra Raul avtomobilindən düşmüşdür. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Elməddin, Malik və Rübailin avtomobildə oturub nə barədə danışdıqlarını bilməmiş, hadisə baş verəndən sonra bu barədə məlumatı olmuşdur. Elməddini və Raulu tanımış, Elməddinlə Raulun münasibətlərinin olub-olmadıqlarını bilməmişdir. Malikin avtomobilinə yaxınlaşmışdır ki, görüm onlar nə barədə söhbət edirlər, maşından 2-3 metr kənarda dayanmış, həmin vaxt Raul avtomobili ilə gəlib keçmış, daha sonra geri qayıdıb Elməddinə atəş açmışdır. Raul hadisə yerinə gələnə kimi dayandığı yerdə olmuş, Elməddin isə çayxananın qarşısında siqaret çəkmiş, Rübail ilə Malik isə maşının qabağına tərəf getmişlər. Raul avtomobili ilə onun yanından keçmiş, həmin vaxtı Raulun avtomobilinin şüşəsi açıq olmuşdur. Raul avtomobili ilə gəlib Malikin avtomobilin arxasında saxlamış, o da avotmobilin sol tərəfində dayanmış, həmin vaxtı Raulun avtomobilinin şüşəsi açıq olduğunu görmüşdür. Yolun əks tərəfində Elməddinin olduğu tərəfdə ondan 7-8 metrə aralıda dayanmışdır. Raul gəlib onu 2- 3 metr keçdikdən sonra Elməddinə atəş açmışdır. Raul Elməddinə atəş açdıqdan sonra dərhal Raula yaxınlaşmış, silahı tutmuş, həmin an Rübail gəlmiş, Raul silahı Rübailə vermişdir. Silahı birinci o tutmuş, sonra isə Rübail gəlmişdir. Raul silahı verərkən avtomobildən düşməmiş, onun bir ayağı yerdə olmuşdur. Elməddinə güllə dəydikdən sonra çayxanaya girmişdir. Elməddinin dayandığı yerlə çayxanın girişinə olan məsafə 2 metr olardı. Raul maşından silahı çıxarıb Elməddinin bədənin aşağı nahiyəsinə atəş açmışdır. Raul silahı verməməyə görə heç bir müqavimət göstərməmişdir. Polis əməkdaşı o, Raula yaxınlaşdıqdan sonra gəlmiş, Raul polis əməkdaşına heç bir müqavimət göstərməmişdir. Elməddin səkinin üzərində olmuş, o isə asfaltın üstündə dayanmışdır. Elməddindən aralıda dayanmış 4-5 nəfər səkinin üzərində dayanmışdılar. Kənarda dayanan adamlara Raulun atdığı güllə dəyə bilməzdi. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç yerdə işləmir, ustadır və ev təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs uzun illərdir tanıyır, onunla dostuq münasibəti olmuşdur. Biləsuvar rayonu, Nərimankənd kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir əlaqəsi, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Onu hadisədən sonra tanımışdır. 2001-ci il təvəllüdlü oğlu X7 şəhəri 4 saylı tam orta məktəbinin 8-ci sinif şagirdidir və o, Biləsuvar şəhəri, Nizami küçəsində yaşayan Azərbaycan dili müəlliminin yanına hazırlığa gedir. 02 mart 2025-ci il tarixdə təxminən saat 12:30 radələrində idarə etdiyi ağ rəngli “Hyundai” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə oğlu Fəridi Biləsuvar şəhəri, Nizami küçəsində yaşayan müəlliminin yanına hazırlığa gətirmiş, həmin vaxt avtomobilini işıqfordan Nizami küçəsinə dönəndən sonra çayxananın qarşısında saxlamışdır. Oğlu avtomobildən düşüb gedəndən sonra ətrafda çoxlu sayda adamların toplaşdığını görmüş və çayxananı işlədən Abı Qurbanovdan burda nə baş verdiyini soruşmuşdur. Abı ona heç bir şeydən xəbəri olmadığını bildirmiş və elə bu vaxt Elməddinin gəldiyini görmüşdür. Çayxananın qarşısında Elməddinlə görüşüb ondan nə baş verdiyini soruşmuş Elməddin heç, böyük bir şey olmayıb, problem yoxdu burda məni gözləyən biri var görüşüb söhbət edib gəlirəm demişdir. Elməddin bu sözləri deyəndən sonra yolun əks tərəfinə keçərək orada dayanmış Malik Quliyevin idarə etdiyi “Chevrolet Cruz” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişdir. Həmin vaxt avtomobildə onların üç nəfər olduğunu görmüş və çay evinin qarşısında dayanaraq Elməddini gözləmişdir. Bundan təxminən 4-5 dəqiqə sonra Elməddinin, Malikin və sonradan kimliyi ona məlum olan Rübailin avtomobildən yerə endiklərini və həmin vaxt yaxınlığından “Lada Priora” markalı avtomobilin keçdiyini görmüşdür. Onlar avtomobildən düşəndən sonra Elməddin ona tərəf gəlmiş, lakin Maliklə Rübail isə yolun əks tərəfində qalmışlar. Həmin vaxt Elməddinlə birlikdə çay evinin qarşısına keçərək piyada yolunda dayanmış və orada sıxlıq olduğu üçün yenidən yolun kənarına çıxmışdır. Elə bu vaxt “Lada Priora” markalı avtomobilin bir qədər irəli getdikdən sonra geri dönərək qayıtdığını və Malikin Rübaillə birlikdə həmin avtomobilə tərəf getdiklərini görmüşdür. Həmin vaxt Rübail yolun ortası ilə, Malik isə həmin avtomobilə doğru sürücü tərəfdən yaxınlaşmağa başlamışlar. Onlar avtomobilə yaxınlaşa-yaxınlaşa Rübail avtomobili idarə edən şəxsə qışqıraraq avtomobili saxlayıb yerə düşməsini bildirmiş, bu vaxt avtomobilə sürücü tərəfdən yaxınlaşan Malik avtomobildə tüfəng var deyə qışqırmağa başlamışdır. Həmin vaxt “Lada Priora” markalı avtomobili idarə edən sürücü sonradan kimliyi ona məlum olan Rübailin qardaşı Təqsirləndirilən şəxs avtomobili saxlamamışdır. Bu barədə əvvəlcədən məlumatı olmadığı üçün həmin vaxt nə baş verdiyini anlamamış, “Lada Priora” markalı avtomobil onlara tərəf gələrkən yolun kənarında dayanmış, Elməddin isə ondan arxada təxminən 5-6 metr aralıda çayxananın qarşısında piyada yolunda olmuşdur. “Lada Priora” markalı avtomobil yanından keçərkən avtomobilin sürücü tərəfdən şüşəsinin bir qarış açıq olduğunu, sürücünün əlində tüfəng olduğunu görmüş və sürücü yanından təxminən 1 metr irəli keçən kimi avtomobildən Elməddinə tərəf təxminən 5-6 metr məsafədən tüfəngdən bir vaxta iki atəş açmışdır. Raul atəş açandan sonra avtomobilin qapısını açıb əlində tüfənglə çölə çıxarkən tüfəngin onun əlində açıq vəziyyətdə olduğunu və sağ lülə yatağına bir ədəd patron qoyaraq yenidən tüfəngi qatlayıb atəş vəziyyətinə gətirmək istədiyini görmüşdür. Elə bu vaxt dərhal ona yaxınlaşaraq tüfəngin lüləsindən tutmuş və onun tüfəngi qatlayıb yenidən atəş vəziyətinə gətirməsinə imkan verməmişdir. Bu vaxt Rübail də onlara yaxınlaşaraq tüfəngi tutub Raulun əlindən almışdır. Həmin vaxt bir anlığa arxaya dönüb Elməddinə tərəf baxmışdır ki, görsün ona güllə dəyib-dəyməyib. Bu vaxt Raulun əlində mətbəx bıçağı olduğunu görmüş və Elməddinə tərəf getmək istəyərkən Rübail onun qarşısını almışdır. Həmin ərəfədə onlara yaxınlaşan polis əməkdaşı əlində olan xidməti silahı Raula doğru tutaraq bıçağı yerə atmasını bildirmişdir. Raul əlində olan mətbəx bıçağını kənara tullayaraq polisə təslim olmuş və tüfəng polis əməkdaşına təhvil verilmişdir. Həmin vaxt Elməddin yaralandığı üçün dərhal orda olan hazırda kim olduqlarını xatırlamadığı şəxslərlə birlikdə Elməddini öz idarə etdiyi “Hyundai” markalı avtomobilin arxa oturacağına uzandıraraq Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin gün Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan sözsöhbət mübahisəyə çevrildiyi üçün və həmin vaxt Elməddin Raula sillə vurduğuna görə bundan əsəbləşən Raul tüfənglə Elməddinə atəş açaraq onu vurmuşdur. X17 konkret olaraq hansı məqsədlə vurduğunu, onu öldürmək niyyətinin və istəyinin olub-olmaması ilə bağlı dəqiq heç bir məlumatı yoxdur. Raul Elməddinə doğru təfəngdən təxminən 5-6 metr ara məsafədən iki dəfə atəş açmış, həmin vaxt ətrafda Elməddindən təxminən 5-6 metr aralıda 5-6 nəfər tanımadığı şəxslər dayanmışdır. X18 açdığı atəş nəticəsində tüfəngdən çıxan qırmaların digər şəxslərə dəyib-dəyməyəcəyi ilə bağlı dəqiq bir fikri yoxdur. Raul Elməddinə atəş açandan sonra o, avtomobildən yerə enib yenidən Elməddini vurmağa cəhd etmiş, yəni tüfəngə yenidən bir ədəd patron qoyandan sonra tüfəngi bağlayıb atəş vəziyyətinə gətirmək istəyərkən tüfəngdən tutub buna imkan vermədiyi və həmin vaxt qardaşı Rübail tüfəngi tutub onun əlindən aldığı üçün Raulun yenidən Elməddinə atəş açmağa imkanı olmamışdır. Hadisə baş verən vaxt Raul əlində olan bıçağı kənara tullamış, həmin vaxt hadisə ani baş vermiş, bir anlığa özünü itirdiyinə görə, həmçinin başı Elməddinə və baş verənlərə qarışdığı üçün bıçağın hara düşdüyünə fikir verməmişdir. Odur ki, hazırda bıçağın hara düşməsi və harada olması ilə bağlı heç bir məlumatı yoxdur. Gördüyünə görə həmin bıçaq mətbəx bıçağı olmuş, lakin bıçağa tam fikir vermədiyi üçün əlaməti ilə bağlı heç bir məlumatı yoxdur. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmişdir. Raul ikinci dəfə atəş açmaq istəsə idi, atəş açardı və ona fikir verməzdi. Raul Elməddinə atəş açdıqdan sonra çayxanadan çox adam çıxmışdır. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, hadisə yerinə çatan zaman atəş açılmış, həmin vaxt Elməddini görməmişdir. Raul özünə məxsus avtomobilin içindən Elməddinə atəş açmışdır. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, hadisə yerinə Şəmsi Abbasov adlı şəxslə gəlmişdir. Evdə Raulun mübahisə etdiyi barədə eşidib hadisə yerinə gəlmişdir. Hadisə yerinə başqa maşınla gəlmişdir. Elməddinin çayxananın qabağına getməyini görməmişdir. Raulun atəş açdığı tərəfdə dayanmışdır. Raulun hadisə yerinə necə gəldiyini görməmiş, arxalarından gəlib atəş açmışdır. Raulun kimisə vuracağını bilməmişdir. Rübaili də atəş açıldıqdan sonra görmüşdür. Raulun evdən silah və patron götürüb hadisə yerinə getdiyini bilməmişdir. Silah Raulun avtomobilində olmuşdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün yol ilə gəlmiş, güllə səsi eşitmiş, hadisə yerinə yaxınlaşmış, həmin vaxt Raul əlində olan silahı qardaşı Rübailə vermişdir. Verilmiş suallara cavab olaraq şahid Aqil Quliyev bildirmişdir ki, Raulun Elməddinə atəş açdığı anı görməmişdir. Raul Elməddinə 5-6 metr məsafədən atəş açmışdır. Raul Elməddinə atəş açdıqdan sonra oraya yaxınlaşmış, həmin vaxt Raul silahı qardaşına vermiş, təxminən 40 saniyə, 1 dəqiqə ərzində polis əməkdaşı yaxınlaşıb Raula qandal tətbiq etmişdir. Hadisə yerinə 10-15 metr yaxınlıqda adamlar olmuşdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün işə getmiş, yaxınlıqda tanıdığı uşaqları görüb onlara yaxınlaşıb həmsöhbət olmuşlar. Hadisə baş verən anı görməmişdir. Raulun atəş açdığı yerdən 30-40 metr uzaqlıqda dayanmışdır. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid Elçin Quliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ildən Biləsuvar şəhər Olimpiya idman kompleksində güləş üzrə idman müəllimi işləyir. Həmçinin əlavə olaraq kompleksdə olan trenajor zalına da nəzarət etmişdir. Təqsirləndirilən şəxs, onun ailə üzvlərini uzun illərdir tanımış, onlar onun həmkəndliləridir, qohumçuluq münasibətləri var, aralarında heç bir ədavət və düşməçilik olmamışdır. Onlar hər zaman qohumçuluqda və qonşuçuluqda hamı ilə mehriban olmuşlar, onların hər hansı bir qonşu ilə və kənar bir şəxslə aralarında nəsə bir söz-söhbətlərinin olduğunu görməmiş və belə bir hadisənin şahidi olmamışdır. Bundan əlavə belə bir halın baş verdiyini heç bir həmkəndlisindən və kənar bir şəxsdən eşitməmişdir. Təqsirləndirilən şəxs və Şahid4 hər ikisinin şəxsi avtomobilləri olmuş və idarə etdikləri avtomobillə kənddən rayona sərnişin aparıb-gətirmişlər. Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs əvvəllər tanımış, belə ki, o, uzun illər bundan əvvəl onunla birlikdə idmanla məşğul olmuşdur. Onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 02 mart 2025-ci il tarixdə, təxminən saat 12:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospekti ilə kompleksə iş yerinə piyada gedən zaman işıqforda Nizami küçəsinə dönən yerdə adamların olduğunu, həmçinin həmkəndlisi Şahid6 və Şahid4 orada olduqlarını görmüşdür. Rübailə yaxınlaşmaq istəyən zaman o, irəliyə doğru getməyə başlamış və həmin vaxt Raulun idarə etdiyi “Lada Priora” markalı avtomobillə işıqfora tərəf gəldiyini görmüşdür. Həmin vaxt Rübail və tanımadığı bir şəxs Raulun idarə etdiyi avtomobilə tərəf getmişlər. Rübail yolun ortası ilə getmiş, lakin tanımadığı digər bir şəxs isə Raulun avtomobilinə doğru sürücü tərəfdən yaxınlaşmışdır. Onlar avtomobilə yaxınlaşa-yaxınlaşa Rübail qışqıraraq Raula avtomobili saxlayıb yerə düşməsini demiş, bu vaxt avtomobilə sürücü tərəfdən yaxınlaşan həmin şəxs avtomobildə tüfəng var deyə qışqırmağa başlamışdır. Həmin vaxt “Lada Priora” markalı avtomobili idarə edən Raul avtomobili saxlamamış və avtomobili işıqfora tərəf sürmüşdür. Bu barədə əvvəlcədən məlumatı olmadığı üçün həmin vaxt orada nə baş verdiyini anlamamıdşır. Raul idarə etdiyi “Lada Priora” markalı avtomobillə onların olduğu yerdən keçəndən sonra bir qədər irəlidə işıqfora tərəf yolun solunda yerləşən çay evinin qarşısında dayanmış sonradan gördüyü Zərərçəkmiş şəxs təxminən 4-5 metr ara məsafədən tüfənglə atəş açmışdır. Raul atəş açandan sonra avtomobilin qapısını açıb əlində tüfənglə çölə çıxmaq istəyən zaman orada olan qardaşı Rübail, həmçinin yaxınlıqda olan digər iki şəxs ona yaxınlaşaraq Raulun əlində olan tüfəngi tutub almışlar. Bundan sonra Raul avtomobilindən yerə enərkən kənardan onun əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxtı onlardan kənarda olmuş və hadisə baş verən ərəfədə bir anlığa özünü itirdiyi üçün nə baş verdiyini anlamamışdır. Raul çayxanaya tərəf getmək istəyərkən Rübail onun qarşısını almış və həmin ərəfədə ora gələn polis əməkdaşı əlində olan tapançanı Raula doğru tutaraq bıçağı yerə atmasını bildirmişdir. Raul əlində olan bıçağı kənara tərəf tullayaraq polisə təslim olmuş və tüfəng polis əməkdaşına təhvil verilmişdir. Bundan sonra Raulu xidməti avtomobilə əyləşdirərək rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt Elməddin güllə yarası aldığı üçün orada olan tanımadığı şəxslər onu avtomobilə mindirərək xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı şahid Elçin Quliyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün bir atəş səsi eşitmiş, lakin həmin vaxt Raul Elməddinə iki atəş açmışdır. Raul Elməddinə tüfənglə atəş açan zaman tüfəngin hər iki tətiyini eyni vaxtda basdığı üçün və atəş bərabər açıldığına görə bir atəş səsi eşidilmişdir. Sonradan bildiyinə görə hadisə baş verən gün heç bir əsas olmadan Raulla Elməddin arasında yaranmış mübahisə nəticəsində Elməddin Raula sillə vurduğuna görə Təqsirləndirilən şəxs ondan fiziki cəhəddən güclü olan Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə ona xəsarət yetirib cəzalandırmaq üçün tüfənglə atəş açaraq onu vurmuşdur. X17 öldürmək niyyəti və istəyi olub-olmaması ilə bağlı heç bir məlumatı və fikri olmamışdır. Raulun Elməddinə atəş açdığı tüfəng qoşalüləli olmuş, lakin digər əlamətlərini bilməmişdir. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qorxudmaq məqsədi ilə ona xəsarət yetirib cəzalandırmaq üçün tüfənglə atəş açaraq onu vurmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti və istəyinin olub-olmaması ilə bağlı dəqiq bir fikri olmamışdır. Bununla bağlı o, bütün bildiklərini və gördüklərini yuxarıda ətraflı qeyd etmişdir. Həmin vaxtı onlardan bir qədər kənarda olduğu üçün Raulun yenidən tüfəngi açaraq patron qoymağa çalışdığını görməmişdir. Sonradan ona məlum olmuşdur ki, Raulun məqsədi ondan fiziki cəhətdən güclü olan Elməddini qorxudaraq ona xəsarət yetirmək olmuşdur. Hadisə baş verən zaman Raul idarə etdiyi “Lada Priora” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən özü tərəfdən pəncərənin şüşəsini aşağıya doğru salmadan tüfəngin lüləsini avtomobilin şüşəsinə dayayaraq Elməddinə doğru təxminən 4-5 metr ara məsafədən iki dəfə atəş açmışdır. Həmin vaxt Raulun Elməddini vurmağa imkanı olmuşdur. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi işıqfora tərəf olmuş, həmin istiqamətdə gedəndə çayxana yolun solunda yerləşmiş, yəni Raulun avtomobilinin sürücü oturan hissəsi Elməddinin olduğu çayxanaya tərəf olmuşdur. Həmin vaxtı Elməddin çayxana tərəfdə olmuşdur. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerə idarə etdiyi “Lada Priora" markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək gəlmişdir. Həmin vaxtı ətrafda yuxarıda adlarını qeyd etdiyi şəxslər və tanımadığı çoxlu sayda adamlar olmuşdur. Raul Elməddinə tərəf tüfənglə atəş açan zaman ətrafda Elməddindən təxminən 5-6 metr aralıda 4-5 nəfər tanımadığı şəxslər dayanmışdır. Bundan əlavə həmçinin orada olan tanımadığı şəxslər də hadisənin şahidi olmuşlar. Lakin həmin şəxslərin kim olduqlarını bilməmişdir. Həmçinin, hadisəni konkret olaraq digər kimlərin gördüyünü bilməmişdir. Gördüklərini və bildiklərini yuxarıda qeyd etmişdir. Hadisə baş verən zaman Raul əlində olan bıçağı kənara tullamış və həmin vaxt hadisə ani baş verdiyindən, bir anlığa özlərini itirdiklərinə görə, həmçinin başları Raula və baş verənlərə qarışdığı üçün bıçağın hara düşdüyünə fikir verməmişdir. Bıçağın hara düşməsi və harda olması ilə bağlı heç bir məlumatı olmamışdır. Həmin bıçağı yaxından görmədiyi üçün əlamətləri ilə bağlı heç bir söz deyə bilməmişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Elçin Quliyev bildirmişdir ki, hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamamışdır. Elməddinin arxasında divar olmuşdur. Elməddinin yanında və yaxınlığında adam olmamışdır. Raulun avtomobilindən düşdüyünü görməmişdir. Dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün Biləsuvar rayonu, Nəsimikənd kəndində olmuşdur. Hadisə baş verən gün mağazası bağlı olmuşdur. Raulun atdığı güllələr işlətdiyi mağazanın qapısına dəyməmişdir. Çayxana ilə onun mağazası arasında olan məsafə 30 sm olar. Mağazadan sonra bərbərxana yerləşir, ora da heç zədə almamışdır. Dindirilmiş şahid X16 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün çayxanada mətbəxdə çay dəmləmiş, çöldən səs gəlmiş, elə bilmişdir ki, kamaz markalı avtomobilin təkəri partlamış, səsə çölə çıxan zaman Elməddin özünü çayxanaya atmışdır. Həmin vaxt Elməddin yıxılmaq istəmiş, o isə Elməddini tutmuşdur, Elməddinin ayağı qanamış, əski tapıb Elməddinin ayağını bağlamaq istəmiş, həmin vaxtı Elməddini maşına qoyub xəstəxanaya aparmışlar. Verilmiş suallara cavab olaraq şahid Abı Qurbanov bildirmişdir ki, çayxanasından çöldə asfaltın kənarında stol qoymuşdur. Hadisə baş verən günü 3-4 nəfər tanımadığı adam çayxanadan kənarda qoyduğu stolda oturmuşlar, onların çayını vermək üçün çayxananın mətbəxində çay dəmləmişdir. Təqdim olunan foto şəkillərdə olan yerdə stol qoyub müştərilərə çay dəmləmək üçün mətbəxə keçmiş, çöldən səs gəlmiş və çölə çıxmışdır. Stol qoyduğu yerlə çayxanın qapısına olan məsafə təxminən 1 metr məsafə olardı. Qırmalar dəyən divarla stol qoyduğu yerə olan məsafə hardasa 3-4 metr məsafə olardı. Kafenin qapısından çıxan zaman stol sağ tərəfdə qalırdı. Müştərilər üçün qoyduğu stolla, qırmalar dəyən divara olan məsafə 3-4 metr məsafə olardı. Çayxananın plastik qapısına heç bir qırma dəyməmişdi. Atəş məsafəsi az olduğu üçün qırmalar yayılmamışdır. Prokurorluğda bir dəfə ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində olan xəttin və imzanın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid Abı Qurbanov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, Nizami küçəsində işıqforun yaxınlığında yerləşən çay evini işlətmişdir. Həmin çay evini mərhum Vaqifin ailə üzvlərindən icarəyə götürmüş və 2024-cü ilin dekabr ayından həmin çay evini işlətmişdir. Çay evinin sol tərəfində ayaqqabı təmiri sexini Elşad adlı şəxs icarəyə götürərək orada ayaqqabı təmiri ilə məşğul olur. Çay evinin sağ tərəfində olan obyekt ətir dükanı kimi Ədalətin oğlu icarəyə götürüb işlədir. Zərərçəkmiş şəxs tanıyır, qohumluq əlaqəsi və ya ədavəti olmamışdır. Nərimankənd kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir əlaqəsi və münasibəti olmamışdır. 02 mart 2025-ci il tarixdə çay evində olmuş, təxminən saat 12 radələrində dörd nəfər tanımadığı şəxs çay evinə gəlmişlər, çay sifariş etmişlər və çöldə yol tərəfdə oturmaq istədiklərini bildirmişlər. Yolun kənarında piyadalar üçün nəzərdə tutulmuş yerdə qoyduğu stola 4 ədəd stəkan və qənd qoymuşdur. Onlar üçün çay dəmləmək məqsədi ilə çay evində olan mətbəxə getmişdir. Mətbəxdə çay dəmləmiş və bir müddətdən sonra mətbəxdə dəmlədiyi çayın rəngini yoxlayan zaman küçədən atəş səsi eşidilmişdir. Dərhal nə baş verdiyini öyrənmək üçün mətbəx otağından çıxaraq çay evinin giriş qapısına yaxınlaşarkən Zərərçəkmiş şəxs özünü bir əli budunda olmaqla çöldən çay evinin içərisinə atmışdır. Elməddini tutmaq istədikdə Elməddin ona “məni tez xəstəxanaya çatdırın” demişdir. Elməddinə yardım etmək istədikdə ondan qan axdığını görmüş və Elməddin qışqıraraq kömək istəmişdir. Elməddinin ayağına bağlamaq üçün əski parçası götürmək məqsədi ilə mətbəxə getmiş və geri qayıdanda Elməddini iki nəfər ağ rəngli maşına mindirmişlər. Həmin vaxt hadisə yerinə dərhal polis əməkdaşları gəlmişlər və atəş açan şəxsi sonradan ona məlum olan Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə aparmışlar. Elməddini həmin şəxs tüfənglə atəş açaraq vurmuşdur. İbtidai istintaq zamanı şahid Abı Qurbanov verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün həmin hadisədən bir neçə saat əvvəl həmin küçədə ərzaq mağazası işlədən Şahid1la Təqsirləndirilən şəxs arasında və Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında söz-söhbət, mübahisə və dava-dalaş baş verib-vermədiyini, biribirinə qarşı fiziki zor tətbiq edib-etmədiklərini, biri-birinə müqavimət göstəribgöstərmədiklərini, biri-birilərini nalayiq ifadələrlə söyərək təhqir edib-etmədiklərini görməmiş, belə bir halın şahidi olmamış və bu barədə əvvəlcədən məlumatı olmamışdır. Həmçinin hadisə baş verən zaman Raulun Elməddinə tüfənglə atəş açdığını görməmiş və bunun konkret olaraq şahidi olmamışdır. Həmin ərəfədə çayxanada mətbəx otağında olmuş və sonradan səsə çölə çıxmışdır. Lakin çölə çıxmaq istəyən zaman Elməddin yaralı vəziyyətdə çayxanaya daxil olduğuna görə başı ona qarışdığı üçün ətrafa fikir vermədiyindən, həmin vaxtı Raulun əlində tüfəng və bıçaq görməmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, həmin gün hadisədən bir neçə saat əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə həmin küçədə yerləşən bərbərə adam gətirəndən sonra avtomobilini Şahid1 mağazasının qarşısında saxlayaraq piyada yolunu kəsmiş, ilqar buna etiraz etdiyi üçün onların arasında sözlü şəkildə söz-söhbət olmuş, həmin vaxt onların yaxınlığında olan Zərərçəkmiş şəxs söhbətə qarışaraq Raula iradını bildirmiş və İlqardan üzr istəməsini istəmiş, Raul ona qarşı sərt cavab verdiyi üçün aralarında söz-söhbət yaranmış, bundan sonra onlar aralarında olan söhbətə aydınlıq gətirmək üçün yaxınlıqda yerləşən avtomobil yuma sexinin həyətinə getmişlər və həmin vaxt Elməddin Raulun üzünə bir sillə vurmuşdur. Bildiyinə görə bundan əsəbləşən Raul Elməddinə tüfənglə atəş açaraq onu vurmuşdur. Lakin Raulun ora nə məqsədlə gəlməsi Elməddini öldürmək niyyətinin və istəyinin olub-olmaması ilə bağlı dəqiq heç bir fikri və məlumatı olmamışdır. Həmin gün bir atəş səsi eşitmiş, lakin sonradan məlum olmuşdur ki, həmin vaxt Raul Elməddinə iki atəş açmışdır. Raul Elməddinə tüfənglə atəş açan zaman tüfəngin hər iki tətiyini eyni vaxtda basdığı üçün və atəş bərabər açıldığına görə bir atəş səsi eşidilmişdir. Hadisə onun çay evinin yaxınlığında baş vermişdir və dərhal səsə çölə çıxmışdır. Hadisə bir anlığa baş verərək bitmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə baş verən zaman Raul idarə etdiyi “Lada Priora" markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən özü tərəfdən qapını açmadan, avtomobilin pəncərəsindən Elməddinə doğru təxminən 5-6 metr ara məsafədən iki dəfə atəş açmışdır. Həmin vaxt Raul Elməddini vurmağa cəhd etmişdir və Elməddin güllə atəşindən sonra arxaarxaya doğru hərəkət edərək çayxanaya daxil olmuşdur. Bundan sonra eşitdiyinə görə Raulun qardaşı Rübail və orada olan şəxslər ona yaxınlaşaraq tüfəngi Raulun əlindən almışlar. Onlar tüfəngi Raulun əlindən alandan sonra Raul avtomobilindən bıçaq götürərək Elməddinə hücum etməyə çalışmış, bu zaman ora polis əməkdaşı gəlmiş və Rübail Raulun qarşısını almışdır. Təqsirləndirilən şəxs hadisə baş verən yerə konkret olaraq hansı məqsədlə gəlməsi, Elməddini öldürmək istəyib-istəməməsi ilə bağlı dəqiq bir fikri və məlumatı olmamışdır. Bildiyinə görə həmin vaxt Raul Elməddinə tüfənglə atəş açandan sonra qardaşı Rübail və orada olan digər şəxslər tüfəngi onun əlindən aldıqları üçün o, yenidən tüfəngə patron qoya bilmədiynə görə avtomobilində olan bıçağı götürərək Elməddinin üzərinə hücum etmək istəmişdir. Lakin Raulun ora konkret olaraq hansı məqsədlə gəldiyini bilməmişdir. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerə idarə etdiyi “Lada Priora” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək gəlmişdir. Həmin vaxt ətrafda adamlar olmuşdur, lakin o, çayxanada mətbəx otağında olduğu üçün və hadisənin konkret olaraq hansı şəraitdə baş verdiyini görmədiyinə görə bu barədə dəqiq bir söz deyə bilməmişdir. Lakin bildiyinə görə Raul tüfəngdən Elməddinə atəş açan zaman ətrafda adamlar olmuşdur, Elməddinin yaxınlığında konkret olaraq kimin olubolmaması ilə bağlı heç bir məlumatı olmamıdır. Həmin vaxtı içəridə olduğu üçün hadisəni konkret olaraq kimlərin gördüyünü bilməmişdir. Həmin vaxtı Raulun əlində bıçaq görməmişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Abı Qurbanov bildirmişdir ki, çayxandan çöldə oturan 4 nəfər müştəriyə çay dəmləmək üçün çayxananın mətbəxində olmuş, atəş səsinə çölə çıxan zaman Elməddini görmüşdür. İfadəsini təsdiq etmişdir. Raulun çayxanın qarşısına avtomobili ilə gəldiyi barədə ifadə verməmiş, belə bir söz deməmişdir. Hadisəni görə bilməzdi, həmin vaxt çayxananın içərisində olmuşdur. Elməddini aparandan sonra çayxananın mətbəxinə qayıtmış, qaza qoyduğu çayniki götürüb qazı söndürüb çayxanadan çölə çıxmışdır. Çayxanadan çölə çıxdıqdan sonra stolda oturan 3-4 nəfər müştərini orada görməmişdir. Müştərilər oturan stola qoyduğu stəkanlar və qənd qabı yerə düşmüşdür. Stəkanların və qənd qabının hansı şəraitdə yerə düşməsini görməmişdir. Çayxanaya gələn çöldə oturan müştəriləri tanımamış, onları birici dəfə idi ki, görmüşdür. Bir çaynik çay ümumilikdə hardasa 15 dəqiqəyə dəmlənir. Sifarişi alıb çay dəmləmək üçün çayxananın mətbəxinə keçmiş, çayı dəmə qoymuş, stəkanları silmiş, həmin vaxtı səs gəlmiş, elə bilmişdir ki, maşın təkəri partlamış, çayniki qazın kənarına qoyub çölə çıxan zaman Elməddin çayxananın içinə girmişdir. Atəş açılan anda müştərilərin stolda oturub-oturmadıqlarını görməmişdir. Atəş açılandan sonra kənarda adamlar görməmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində olan imza və xətt nümunəsi özünə məxsusdur. Yaddaş problemi olduğu üçün hadisəni tam xatırlamamışdır. Raul atəş açmış, onlar da zərərçəkmiş şəxsi xəstəxanaya aparmışlar. Raul Elməddinə 2-3 metr məsafədən atəş açmışdır. Kənarda duran şəxslər Elməddindən 15-20 metr məsafədə durmuşlar. Raul Elməddini öldürə də bilərdi, ancaq Elməddinin ayaq nahiyəsindən atəş açmışdır. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs dostudur, lakin Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hadisə baş verən yerdə görüb tanıdığı Şahid4lə təxminən 2012-2013-cü illərdə bir yerdə idman zalında məşq etmiş, lakin uzun illərdir onu görməmiş, həmin vaxtdan hadisə baş verən günədək onunla heç bir əlaqəsi və münasibəti olmamışdır. Aralarında ədavət və düşmənçilik yoxdur. 02 mart 2025-ci il tarixdə, təxminən saat 12 radələrində idarə etdiyi “Chevrolet Cruz” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmişə getdiyi Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən çayxanaya gəlmiş və avtomobilini çayxananın qarşısında yolun əks tərəfində saxlamışdır. Avtomobilindən yerə enəndən sonra oradan keçən tanıdığı şəxslərlə yolüstü görüşmüş və həmin vaxt bir şəxsin yüksək səslə danışdığını eşitmişdir. Səs gələn istiqamətdə baxarkən həmin şəxsin əvvəllər birlikdə idman etdiyi Şahid4 olduğunu görmüşdür. Ona yaxınlaşarkən Rübail də onu tanıdığını və bir yerdə idman etdiklərini bildirmişdir. Rübaildən nə baş verdiyini soruşmuş, o da cavabında bildirmişdir ki, bir neçə saat bundan əvvəl burada qardaşı Raulla Elməddin adlı şəxs arasında mübahisə baş verib, həmin şəxs Raulun sifətinə bir sillə vurub, gəlib görsün nə məsələdir, bunu yoluna qoysun ki, başqa bir hadisə baş verməsin. Rübailə Elməddinin boş yerə söz-söhbət edən, dava-dalaş salan insan olmadığını, heç bir dava-dalaşa ehtiyac olmadığını, İndi gələr söhbət edib məsələni aydınlaşdırarsız deyə bildirmişdir. Rübail də cavabında bura dava-dalaş etməyə deyil, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verməsin deyə söhbət etməyə gəldiyini bildirmişdir. Biri-birilərini tanıdıqları üçün Rübailə özünə məxsus olan “Chevrolet Cruz” markalı avtomobilə əyləşib rahat söhbət etmələrini təklif etmiş və bundan sonra yolun əks tərəfinə keçərək orada saxladığı avtomobilinə əyləşərək söhbətə davam etmişlər. Bundan təxminən 10-15 dəqiqə sonra Elməddin piyada avtomobilinə yaxınlaşmış və qapını açaraq avtomobilin arxa oturacağında əyləşmişdir. Rübail ondan qardaşını hansı səbəbdən vurduğunu soruşmuş, Elməddin cavabında ona qardaşın ağsaqqal bir kişi ilə mübahisə etdiyi üçün ona iradını bildirərkən kobud cavab verdiyinə görə ona bir sillə vurduğunu bildirmişdir. Bunun ardınca Rübailə bildirmişdir ki, qardaşın mənə zəng edib, mənimlə görüşmək istəyir. Onlar avtomobildə söhbətə davam edərkən bundan təxminən 2-3 dəqiqə sonra Rübail bildirmişdir ki, hazırda işıqfordan olduqları küçəyə dönərək yanlarından keçən “Lada Priora” markalı avtomobili qardaşı Raul idarə edir. Bundan sonra dərhal avtomobildən yerə enmişlər və həmin vaxt “Lada Priora” markalı avtomobilin bir qədər irəli getdikdən sonra geri dönərək onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt Rübaillə birlikdə irəliyə “Lada Priora” markalı avtomobilə tərəf getmiş, Elməddin isə onların əksinə çayxanaya tərəf getmişdir. Həmin vaxt Rübail qardaşı Raulun idarə etdiyi avtomobilə doğru yolun ortası ilə, özü isə yolun kənarı ilə həmin avtomobilə doğru sürücü tərəfdən yaxınlaşmağa başlamışlar. Avtomobilə yaxınlaşayaxınlaşa Rübail qardaşı Raula səslənərək avtomobili saxlamasını və yerə düşməsini bildirmiş, elə bu vaxt özü avtomobilə sürücü tərəfdən yaxınlaşarkən avtomobilin sürücü tərəfdən şüşəsinin bir qarış açıq olduğunu, sürücünün qucağında tüfəng olduğunu görmüşdür. Bunu görən kimi avtomobildə tüfəng var deyə qışqırmağa başlamış, həmin vaxt Raul Elməddini gördüyü üçün avtomobili saxlamamış və ona tərəf sürərək yanlarından keçib getmişdir. Avtomobil yanlarından keçən kimi Rübaillə birlikdə onun arxasınca qaçmışlar ki, Raulun hər hansı bir hadisə törətməsinə imkan verməsinlər. Lakin Raul avtomobillə Elməddinə doğru gedə-gedə avtomobilin içindən ona tərəf təxminən 5-6 metr məsafədən tüfəngdən bir vaxta iki atəş açmışdır. Raul atəş açandan sonra avtomobilin qapısını açıb əlində tüfənglə çölə çıxmaq istəyərkən ona yaxın olan tanışı Vüqar Raulun üstünə gedərək əlində açıq vəziyyətdə olan tüfəngin lüləsindən tutaraq almağa çalışmış, həmçinin həmin vaxt Rübail də onlara yaxınlaşdığı üçün tüfəngi Raulun əlindən almışlar. Bundan sonra Raul avtomobilindən yerə enərkən onun əlində bıçaq olduğunu görmüş və Elməddinin olduğu çayxanaya tərəf getmək istəyərkən Rübail onun qarşısını kəsmişdir. Həmin ərəfədə onlara yaxınlaşan polis əməkdaşı əlində olan xidməti silahı Raula doğru tutaraq bıçağı yerə atmasını bildirmiş, Raul əlində olan bıçağı kənara tərəf tullayaraq polisə təslim olmuşdur. Elməddin yaralandığı üçün onu dərhal Vüqarın idarə etdiyi ağ rəngli “Hündai” markalı avtomobilə yerləşdirərək Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin gün Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan söz-söhbət sonradan mübahisəyə çevrildiyi üçün və həmin vaxt Elməddin Raula sillə vurduğuna görə bundan əsəbləşən Raul tüfənglə Elməddinə atəş açaraq onu vurmuşdur. X17 konkret olaraq hansı məqsədlə vurduğunu, onu öldürmək niyyətinin və istəyinin olub-olmaması ilə bağlı dəqiq heç bir məlumatı yoxdur. Hadisə baş verən zaman bir atəş səsi eşitmiş, lakin həmin vaxt Raul Elməddinə iki atəş açmış, Raul Elməddinə tüfənglə atəş açarkən tüfəngin hər iki tətiyini eyni vaxtda basdığı üçün və atəş bərabər açıldığına görə bir atəş səsi eşidilmişdir. Raul Elməddinə doğru təxminən 5-6 metr ara məsafədən iki dəfə atəş açmış, həmin vaxt ətrafda Elməddindən təxminən 5-6 metr aralıda 5-6 nəfər tanımadığı şəxslər olmuşdur. Lakin hadisə baş verən zaman orada olan Vüqar Elməddinə və Raula yaxın məsafədə olmuşdur. Raulun Elməddinə tüfəngdən açdığı atəş nəticəsində tüfəngdən çıxan qırmaların Elməddindən aralıda olan digər şəxslərə və Vüqara dəyib-dəyməyəcəyi ilə bağlı dəqiq bir fikri yoxdur. Raul Elməddinə tüfənglə atəş açandan sonra Rübail və Vüqar tüfəngi onun əlindən aldıqları üçün o, yenidən tüfəngə patron qoya bilmədiyinə görə avtomobilində olan bıçağı götürərək Elməddinin üzərinə hücum etmək istəmişdir. Hadisə baş verən vaxt onlardan bir qədər kənarda olduğu üçün Raulun tüfəngə yenidən patron qoymağa çalışdığını konkret olaraq görməmiş, lakin Raul Elməddinə tüfənglə atəş açandan sonra avtomobildən yerə enərkən tüfəng onun əlində açıq vəziyyətdə olmuş, həmçinin Vüqarın sonradan ona dediyinə görə həmin vaxt Raulun əlində açıq vəziyyətdə olan tüfəngə yenidən patron qoymağa çalışdığını gördüyü üçün dərhal onun əlində olan tüfəngin lüləsindən tutaraq buna imkan verməmişdir. Hadisə baş verən vaxt Raul əlində olan bıçağı kənara tullamış, hadisə ani baş verdiyindən, bir anlığa özünü itirdiyinə görə, həmçinin başı Raula, Elməddinə və baş verənlərə qarışdığı üçün bıçağın hara düşdüyünə fikir verməmişdir. Odur ki, hazırda bıçağın hara düşməsi və harada olması ilə bağlı heç bir məlumatı yoxdur. Gördüyünə görə həmin bıçaq mətbəx bıçağı olmuşdur, lakin bıçağa tam fikir vermədiyi üçün əlaməti ilə bağlı heç bir məlumatı yoxdur. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Raulun Elməddinə atış açdığını arxa tərəfdən görmüşdür. Raul Elməddinə çox yaxın məsafədə olmuşdur. Silahı Vüqarın əlində görməmişdir. Vüqarın Rauldan silahı zorla aldığının şahidi olmamışdır. Raul Elməddinə atəş açdıqdan sonra Raulun əlində bıçaqla kiməsə hücum etməyinin və kimisə hədələməyini görməmişdir. Raul əlində bıçaqla Elmmədinə tərəf getməmiş, Raul əlində bıçaqla yerində durmuşdur. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, 02 mart 2025-ci il tarixdə saat 12:45-də radələrində Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Quliyev X3 şəhəri, Nizami küçəsində, ictimai yerdə Biləsuvar şəhəi S.Vurğun küçəsi, ev 101-də yaşayan Zərərçəkmiş şəxs ilə mübahisə edərək heç bir əsaslı səbəb olmadan özünə məxsus Biləsuvar RPŞ-də qeydiyyatda olan 16 çaplı, “İJ 58” markalı, A-27526 nömrəli qoşa lüləli ov tüfəngi ilə atış açmaqla Zərərçəkmiş şəxs sağ aşağı ətrafın, qarnın ön divarının və sağ budun çoxsaylı qırma yarası ilə nəticələnən xəsarət yetirərərk ictimai qaydanı kobudcasına pozub qərəzli xuliqanlıq hərəkətləri etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v 1) -“baxış keçirilməsi haqqında” 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən çayxananın qarşısıdır. 02 mart 2025-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı, **-TZ- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hadisə yerinə gələrək özü ilə gəzdirdiyi “İJ- 58” markalı, 16 çaplı qoşalülə ov tüfəngindən çay evinin qarşısında olan piyada dayanan Zərərçəkmiş şəxs avtomobilin sürücü tərəfindən pəncərədən atəş açaraq sonuncunun sağ bud nahiyyəsindən xəsarət yetirmişdir. Hadisə yerində qeyd olunan avtomobilin içərisində bir ədəd ov silahı, bir ədəd atılmış boş patron, bir ədəd patrondaş və 25 ədəd dolu patron, bundan başqa oturacaq üzərində çoxlu şüşə qırıntıları müəyyən edilmişdir. Bundan başqa avtomobilin sol qabaq qapısı qarşısında yerdə bir ədəd yaşıl rəngli atılmış patron və çoxlu şüşə qırıntıları, avtomobilin yaxınlığından çay evinin içərisinə qədər məsafədə qan izlərinin olması aşkar edilmişdir. Avtomobil ilə çay evi arasında olan məsafə 5 metrdir. Hadisə yerini görən müşahidə kamerası baxış zamanı müəyyən edilməmişdir. Baxış keçirilən zaman bir ədəd “İJ-58” markalı, A-27526 nömrəli qoşalüləli ov tüfəng, 2 ədəd atılmış yaşıl rəngli patron gilizi, 25 ədəd dolu patron, 1 ədəd patrondaş və qan nümunələri iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.12-24) -“şübhəli şəxsin tutulması haqqında” 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10-da Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.49) -“şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə saat 12 radələrində özünə məxsus idarə etdiyi “Lada Priora” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 mağazasının qarşısına gəlmiş və avtomobili orada saxlamışdır. Təxminən 4-5 dəqiqiə orada dayanıb həmkəndlisi Mübarizi gözləmiş, lakin maşından düşməmişdir. Bu zaman mağaza sahibi Şahid1 avtomobili onun mağazasının qarşısında saxladığını irad bildirib arxasınca danışaraq narazılıq etməyə başlamışdır. O, bu vaxt avtomobilin qapısını açaraq yerə düşmədən mağaza sahibi İlqara cavab olaraq bildirmişdir ki, maşını mağazanın qarşısında saxlamayıb, hamı necə maşın saxlayırsa, o, da elə saxlamışdır. Mağazanın qarşısında İlqarla danışarkən aralarında 5-6 metr məsafə olduğunu, yalnız sözlə mübahisə baş verdiyini bildirmişdir. İlqarla aralarında sözlü mübahisə edərkən adını, soyadını və ata adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq səsinin tonuna fikir verməsini, İlqarla haqsız yerə mübahisə etməsini bildirib İlqardan üzr istəməsini tələb etmişdir. Həmin vaxt Elməddinə bildirmişdir ki, İlqarla aralarında nəsə baş verməyib ki, buna görə də ondan üzr istəsin. Bundan sonra Elməddin ona səsini qaldıraraq uşaqsan ağıllı ol söyləmiş, o, isə Elməddinə qanunları və öz hüquqlarını bildiyini dediyinə görə Elməddin də ona “qanunları bilirsənsə gəl, mən sənə qanunu başa salaram” deyərək onun qolundan tutaraq yaxınlıqdakı avtoyuma yerinə, aptekin arxasına aparmışdır. Həmin vaxtı orada Elməddinlə sözlü mübahisə etmiş, Elməddin gözləmədiyi halda onun sol sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra orada olan tanımadığı şəxslər onları aralaşdırıb sakitləşdirmişlər. Elməddin onu vurduğuna görə o, Elməddinin telefon nömrəsini istəmişdir ki, onunla ayrı yerdə görüşüb bu məsələni aydınlaşdırsınlar. Lakin Elməddin ona telefon nömrəsini verməmişdir. Həmkəndlisi Mübarizi oradan götürüb yaşadığı Nərimankənd kəndinə aparmışdır. Elməddinin ona qarşı işlətdiyi ifadələr, o cümlədən onu heç bir əsas olmadan yumruqla vurması Elməddinə qarşı əsəbinin soyumasına mane olmuş və qərara almışdır ki, gedib evdən idarə etdiyi avtimobilin yük yerində olan ov tüfənginin patronlarını götürsün, Elməddinlə görüşüb ona xəsarət yetirməklə həm heyfini çıxsın, həm də onu qorxuzmuş olsun. Patronları götürdükdən sonra Elməddinin onu yumruqla vurduğu yerə gəlmiş, ona zəng etmiş və Elməddinlə görüşmək istədiyini demişdir. O, avtomobili saxladığı yerə gəlib dayanaraq orada avtomobilin yarı açıq vəziyyətdə qapısını açmış, özü ilə gətirdiyi “İJ-58” markalı qoşalülə ov tüfəngini götürərək Elməddinə tərəf 4-5 metr məsafədən hər iki tətiyi eyni anda çəkməklə bir dəfəyə iki dəfə ona atəş açmışdır. Bundan sonra Elməddin arxaarxaya tərəf gedərək çayxanaya girmişdir. Güllənin Elməddinə dəymədiyini və onun xəsarət almadığını düşünərək yaşadığı evdən patronlarla birlikdə götürmüş olduğu bir ədəd açılıbqatlanan cib bıçağını götürərək Elməddinin daxil olduğu çayxanaya gedib ona xəsarət yetirmək istəmişdir. Lakin həmin vaxt orada tanımadığı şəxslər tüfəngi onun əlindən almış, bıçağı isə qardaşı Şahid4 ondan almışdır. Bıçaq ondan alınarkən o bıçağı əlindən buraxmış, bıçaq hadisə yerinin yaxınlığına düşmüş, sonradan həmin bıçaq haqqında, o cümlədən onun harada olması haqqında məlumatı olmamışdır.(cild 1, i.v.68-79) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 4(022)-13/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.80-81,100-101) -“mobil telefona baxış keçirilməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən şahid X9 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 02 mart 2025-ci il tarixdə, saat 12:36-da və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 02 mart 2025-ci il tarixdə, saat 12:36-da və 12:41-də zənglərin olunduğu qeydə alınmışdır.(cild 1,i.v.112-116) -“məhkəmə-tibbi ekspertizası”nın 04 mart 2025-ci il tarixli, 67 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ göz qapağı üzərində qançır və sağ gözün ağlı qişasında hissəvi qansızma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 02 mart 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(cild 1,i.v. 149-150) -“məhkəmə-tibbi ekspertizası”nın 24 mart 2025-ci il tarixli, 91 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna keçən və keçməyən, nazik bağırsağı zədələyən, odlu silah-qırma yaralanması, hər iki əlin arxa səthinin, sağ və sol budun, sağ diz oynağının, sağ baldırın odlu-silah qırma yaralanmaları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər gilizi qırma ilə doldurulmuş odlu silahdan-ov tüfəngindən açılan 2 (iki) atəşin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 02 mart 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə qarının ön divarının qarın boşluğuna keçən və nazik bağırsağı zədələyən, odlu silah-qırma yaralanması, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir.(cild 1,i.v.151-153) “cinayət işinin icrata qəbul edilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilərək 21 aprel 2025-ci il tarixdə istintaqın davam etdirilməsindən ötrü Biləsuvar rayon prokurorluğuna göndərilmişdir.(cild 1,i.v. 163) -“kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 05 mart 2025-ci il tarixli, 707 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik və s. kimi xüsusiyyətlər müəyyən edilir, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onda başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir.(cild 1, i.v.181-184) -“məhkəmə ballistik ekspertizası”nın 04 aprel 2025-ci il tarixli, 3/298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJ-58M” modelli, E 27526 №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində, konstruksiyasında əlavə və dəyişiklik edilməmişdir. Tüfəngin patronluğunda hər hansı predmet yoxdur. 25 ədəd patron 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə hazırlanmış patronlardır, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. 02 ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz odlu ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronların hissəsidir-gilizləridir. Həmin 02 ədəd gilizdən, 01 ədəd giliz “E 27526” №-li ov tüfənginin sol lüləsindən, digər 01 ədəd giliz sağ lüləsindən atılmışdır.(cild 1,i.v.185-189) -“Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 25 aprel 2025-ci il tarixli, 18-1-30/2- 190/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Biləsuvar rayon mərkəzi xəstəxanası” X24 ruihi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda olmamışdır.(cild 1,i.v.212) -“Salyan rayonlararası Psixiatriya xəstəxanası”nın 24 aprel 2025-ci il tarixli, 97 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır.(cild 1,i.v. 226) -“Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası” X24 23 aprel 2025-ci il tarixli, 3-28-29/2-4007/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır.(cild 1,i.v.234) -“Lənkəran şəhər Psixiatriya xəstəxanası”nın 25 aprel 2025-ci il tarixli, 554 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır.(cild 1,i.v. 261) -Biləsuvar RPŞ-nin Səmədabad PB-nin 19 may 2025-ci il tarixli, 3-13-69-1/2-890/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iki dəfə atəş açdıqdan sonra onun yaxınlığında olan qardaşı Şahid4, qohumu X14 və Biləsuvar rayon sakini Şahid2 tüfəngi onun əlindən aldıqları üçün o, yenidən tüfənglə Elməddinə atəş aça bilməmişdir.(cild 2,i.v.64) -Biləsuvar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 4(022)-22/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 iyul 2025-ci il tarixədək uzadılmışdır.(cild 2,i.v.74-75) -“məhkəmə-ballistik və məhkəmə trasaloji ekspertizası”nın 12 may 2025-ci il tarixli, 3/422; 3/429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərərçəkmiş “Zərərçəkmiş şəxs” məxsus olan bir ədəd isti alt köynək, bir ədəd cins şalvarın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçülərdə zədələr vardır. Həmin zədələrin üzərindən qurğuşun metal izinin və tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd isti alt köynəyin ön, orta hissəsində, bir ədəd cins şalvarın ön hissələrində və sağ ayaqlığının yan içəri tikişindən arxaya doğru olan zədələr giriş zədələri olmaqla, odlu ov silahından açılan iki atəş nəticəsində, səpələnmiş çoxsaylı qırmaların təsirindən təxminən 2,5 metrdən yuxarı məsafədən öndən-arxaya, sağdan, sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə ov tüfəngindən açılan atəş nəticəsində də yaranması mümkündür, lakin zədələrin konkret olaraq hansı növ odlu silahdan açılan atəş nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti öndən arxaya doğru olmuşdur. Təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd uzunqol köynək, bir ədəd cins şalvarın üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmiş, bu geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir və geyim əşyalarının üzərində hər-hansı trasoloji zədə aşkar edilməmişdir.(cild 2,i.v.95-99) -“Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 31 may 2025-ci il tarixli, 685-1 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 02 mart 2025-ci il tarixdə “Biləsuvar rayon mərkəzi xəstəxanası” X24 Təcili yardım şöbəsinə “T93.0 Aşağ ətrafın açıq yaralanmasının nəticələri” diaqnozu ilə daxil olmuş, xəstəyə tibbi baxış keçirildikdən sonra Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə təxliyə edilmiş, 02 mart 2025-ci il tarixdə qardaşı X6 istəyi ilə müalicəsini davam etdirmək üçün digər xəstəxanaya aparılmışdır.(cild 2,i.v.124) -“sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.2.4-cü maddəsinə tövsif edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli qolu uzun köynək, 1 ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz rəngli uzunqol köynək və 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd cinayətin predmeti olan 16 kalibrli, “İJ-58M” modelli, “E 27526” nömrəli daxili çaxmaqlı qoşalüləli yivsiz odlu ov tüfəngi, 15 ədəd 16 kalibrli patron, 2 ədəd giliz, 1 ədəd patrondaş maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunun arxivinə verilmişdir.(cild 2,i.v.125-153) -“təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək ona yenidən ittiham elan edilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.157-158) -Biləsuvar rayon prokurorluğunun 11 iyun 2025-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə istintaqı başa çatdırılmış ********* nömrəli cinayət işi üzrə cinayətin predmeti olan və maddi sübut kimi tanınmış 16 kalibrli, “İJ-58M” modelli, “E27526” nömrəli daxili çaxmaqlı qoşalüləli yivsiz odlu ov tüfəngi Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir.(cild 2,i.v.192) Məhkəmə istintaqı zamanı alınmış “məhkəmə ballistik ekspertizası”nın 17 oktyabr 2025-ci il tarixli, 3/1059 nömrəli rəyindən görünür ki, texniki məlumatlara əsasən, zavod üsulu ilə istehsal edilmiş yivsiz odlu ov tüfənglərindən zavod üsulu ilə hazırlanmış patronlardan istifadə etməklə atəş açıldıqda silahın lüləsinin ağızlıq kəsiyindən başlayaraq təxminən 2 metr məsafəyədək yığcam (kompakt) şəkildə - qırmalar yayılmadan, 2 metrdən 3-4 m-ə qədər nisbətən az dərəcədə yayılmaqla, 3-4 metr məsafədən isə uçuş məsafəsinə nisbətdə qırmaların yayılma sahəsi artaraq (genişlənərək), hədəflə təmas etdikdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. 16 kalibrli ov tüfəngindən 4-5 metr məsafədən canlı şəxsə açılan atəş zamanı səpələnmiş qırmaların təsiri patronun içərisinə doldurulmuş qırmaların ölçüsündən asılı olmayaraq onların tuşladığı sahədə təhlükəli enerjini saxlayır və insana öldürücü təsir göstərə bilər. Təqdim edilən cinayət işinin materiallarında göstərilənlərə (1(099)-368/2025 №-li cinayət işi, İ cild), yuxarıda qeyd edilən texniki məlumatlara və aparılmış eksperimentlərin nəticələrinə sasən (16 kalibrli ov tüfəngindən 4 metr məsafədən açılan atəşdə istifadə edilən patronun qırmaları lövhədə yayılma diametri 17,5 sm olan, 5 metr məsafədən isə açılan atəşdə istifadə edilən patronun qırmaları lövhədə diametri 21 sm olan yayılma sahəsini nəzərə alaraq), təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə arasında 4-5 metr məsafə olduqda, qərarın təsviri hissəsində göstərdiyi kimi, yəni zərərçəkmiş şəxslə digər şəxsin arasında 3,4 və ya 5 metr məsafədə sağda, 7 və ya 8 metr məsafədə solda insanların olması halında onların həyatı üçün təhlükə törədə bilməz, qırmaların həmin insanlara dəymə imkanı yoxdur və həmin insanlar atəş zolağında deyildir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməl ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə səhər saatlarında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vurmasını şəxsi ləyaqətinə toxunan, camaat arasında nüfuzdan salan qəbuledilməz hərəkət kimi qiymətləndirərək qisas almaq üçün Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bu məqsədlə həmin gün saat 12:45 radələrində idarə etdiyi “Lada Priora” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən çayxanının qarşısına gəlmiş, avtomobildə olan zaman Zərərçəkmiş şəxs görüb dərhal niyyətini həyata keçirmək məqsədilə özünə məxsus, zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJ-58M” modelli, E 27526 №-li, daxili çaxmaqlı, qoşalüləli yivsiz odlu ov silahı olan tüfəngi Zərərçəkmiş şəxs doğru tuşlayıb iki dəfə atəş açaraq sonuncuya qarının ön divarının qarın boşluğuna keçən, nazik bağırsağı zədələyən, odlu silah-qırma yaralanması kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya, qarının ön divarının qarın boşluğuna keçməyən, hər iki əlin arxa səthinin, sağ və sol budun, sağ diz oynağının, sağ baldırın odlu-silah qırma yaralanmaları kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin həmin vaxt yaxın məsafədə olan Şahid2 dərhal ona yaxınlaşaraq əlində açıq vəziyyətdə olan tüfəngin lüləsindən tutaraq lülə yatağına bir ədəd patron qoyub yenidən qatlayıb atəş vəziyyətinə gətirməsinə imkan verməməsi, eləcə də qardaşı Şahid4 onun qarşısını kəsməsi, həmçinin ərazidə olan polis əməkdaşının xidməti silahı ona doğru tuşlayıb təslim olmasını tələb etməsinə görə, o, öz iradəsindən asılı olmayan səbəbdən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs ölüdürmək niyyətinin olmadığını, onu qorxutmaq istədiyini, bu səbəbdən atəş açdığını, açdığı atəşin zərərçəkmiş şəxsə dəydiyini bilmədiyi üçün yaşadığı evin mətbəxindən zərərçəkmiş şəxsi vurmaq üçün gələn zaman götürüdüyü bıçaq ilə qorxutmaq üçün Zərərçəkmiş şəxs üzərinə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ardıcıl və təhlükəli davranışları bütövlükdə onun qəsdinin dərəcəsini və real təhlükəliliyini açıq şəkildə üzə çıxarır. O əvvəlcə Zərərçəkmiş şəxs tərəf iki dəfə atəş açmaqla həyati təhlükə yaratmış, lakin silah kənar şəxslər tərəfindən əlindən alındıqdan sonra belə cinayətkar niyyətindən əl çəkməmiş, bu dəfə bıçağı götürərək zərərçəkmiş şəxsə doğru irəliləmişdir. Bu, onun məqsədinin təkcə qorxutmaq olmadığını, əksinə zərər vurmaq niyyətinin davam etdiyini qəti şəkildə göstərir. Kənar şəxslər tərəfindən silah onun əlindən alınmış, yalnız polisin silah tətbiqi nəticəsində o, bıçağı yerə atmağa məcbur olmuş və zərərsizləşdirilmişdir ki, bu da cinayətin kənar maneə səbəbindən başa çatmamasını təsdiqləyir. Bu faktlar kompleks şəkildə sübut edir ki, Təqsirləndirilən şəxs davranışı yüksək ictimai təhlükəlilik daşıyır və onun sonradan verdiyi “qorxutmaq istəyirdim” izahı işin obyektiv hallarına tam ziddir, qəsdi gizlətməyə yönəlmiş əsassız müdafiə mövqeyindən başqa bir məna daşımır. İş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız “sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və ümumi təhlükəli üsulla tövsif etməyə əsas olaraq “ümumi təhlükəli üsulla, yəni həmin vaxt yaxınlıqda və ətrafda olan şəxslər üçün real təhlükə yarandığını dərk edib” cümləsinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Qəsdən adam öldürmə cinayətləri zamanı xarakterinə görə bir neçə şəxsi həyatdan məhrum etmə xüsusiyyətinə malik olan yandırmaq, partlatmaq, zəhərləmək, dağıtmaq, qəzalar törətmək və sairə bu kimi üsul və vasitələrdən istifadə edilsə də, qəsdin yönəldiyi şəxsdən əlavə digər şəxsin həyat və sağlamlığı üçün real təhlükə istisna edilməklə bərabər, bu xüsusat təqsirkar tərəfindən dərk olunduqda, yalnız seçilmiş üsula görə əməl ümumi təhlükəli üsulla törədilmiş qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, əməl o halda ümumi təhlükəli üsulla törədilmiş hesab olunur ki, təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə vasitə seçmiş olsun və bu vasitə başqa şəxslərin həyatı üçün təhlükə yaratmış olsun, təqsirkarın atəşi nizamsız olsun. Plenumun qoyduğu yeni mövqe də bundan ibartətdir ki, “qəsdin yönəldiyi şəxsdən əlavə digər şəxsin həyat və sağlamlığı üçün real təhlükə istisna edilməklə bərabər, bu xüsusat təqsirkar tərəfindən dərk olunmalıdır”. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən X10 işlətdiyi çayxananın qarşısıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir ki, 02 mart 2025-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Lada Priora” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən istifadəsində olan “İJ-58” markalı, 16 çaplı qoşalülə ov tüfəngindən piyada olan Zərərçəkmiş şəxs atəş açmışdır. Hadisə yerində qeyd olunan avtomobilin içərisində 1 (bir) ədəd ov silahı, 1 (bir) ədəd atılmış boş patron, 1 (bir) ədəd patrondaş və 25 (iyirmi beş) ədəd dolu patron, bundan başqa oturacaq üzərində çoxlu şüşə qırıntıları müəyyən edilmişdir. Bundan başqa avtomobilin sol qabaq qapısı qarşısında yerdə 1 (bir) ədəd yaşıl rəngli atılmış patron və çoxlu şüşə qırıntılar aşkar edilmişdir. Həmçinin avtomobilin yaxınlığında çay evinin içərisinə qədər məsafədə qan izlərinin olması aşkar edilmişdir. Avtomobil ilə çay evi arasında olan məsafə 5 metrdir. Hadisə yerini görən müşahidə kamerası baxış zamanı müəyyən edilməmişdir. Baxış zamanı 1 (bir) ədəd “İJ-58” markalı, A-27526 nömrəli qoşalüləli tüfəng, 2 (iki) ədəd atılmış patron giliz, 25 (iyirmi beş) ədəd dolu patron, 1 (bir) ədəd patrondaş və qan nümunələri iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinin videoçəkilişi olmamış, həmin protokola 22 (iyirmi iki) ədəd fotoşəkil əlavə olunmuşdur. Foto şəkillərdən görünür ki, açılmış atəş nəticəsində qırmalar Zərərçəkmiş şəxs arxa hissəsində olan Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Abı Qurbanovun işlətdiyi çayxana ilə onun yanında olan digər obyektin divarına, o cümlədən həmin divardan sol tərəfdə yerləşən plastik qapının açılıb-bağlanan hissəsinin şüşəsinə dəymişdir. Həmin yerlərdən digər yerlərə qırmaların dəyməsinə dair şəkillər çəkilməmişdir. Çayxananın giriş qapısından sağ tərəfdə bir ədəd stolun və stulların olması müşahidə edilir. Bunlarla bağlı müstəntiq tərəfindən protokolda hər hansı qeydlər aparılmamışdır. Həmin protokola əlavə olunmuş 1, 2, 9-10-cu şəkillərdən görünür ki, çayxananın giriş qapısından sağ tərədə olan stolun önündə piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində, ondan kənarda sınmış və sınmamış vəziyyətdə olan nəlbəki və yerə dağılmış vəziyyətdə olan qəndlər vardır. “Məhkəmə-tibbi ekspertizası”nın 24 mart 2025-ci il tarixli, 91 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna keçən və keçməyən, nazik bağırsağı zədələyən, odlu silah-qırma yaralanması, hər iki əlin arxa səthinin, sağ və sol budun, sağ diz oynağının, sağ baldırın odlu-silah qırma yaralanmaları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər gilizi qırma ilə doldurulmuş odlu silahdan-ov tüfəngindən açılan 2 (iki) atəşin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 02 mart 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə qarının ön divarının qarın boşluğuna keçən və nazik bağırsağı zədələyən, odlu silah-qırma yaralanması, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. “Məhkəmə-ballistik ekspertizası”nın 04 aprel 2025-ci il tarixli, 3/298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJ-58M” modelli, E 27526 №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində, konstruksiyasında əlavə və dəyişiklik edilməmişdir. Tüfəngin patronluğunda hər hansı predmet yoxdur. 25 ədəd patron 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə hazırlanmış patronlardır, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. 02 ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz odlu ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronların hissəsidir-gilizləridir. Həmin 02 ədəd gilizdən 01 ədəd giliz “E 27526” №-li, ov tüfənginin sol lüləsindən, digər 01 ədəd giliz sağ lüləsindən atılmışdır. “Kompleks məhkəmə-ballistik və məhkəmə trasaloji ekspertizası”nın 12 may 2025-ci il tarixli, 3/422; 3/429 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan bir ədəd isti alt köynək, bir ədəd cins şalvarın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçülərdə zədələr vardır. Həmin zədələrin üzərindən qurğuşun metal izinin və tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd isti alt köynəyin ön, orta hissəsində, bir ədəd cins şalvarın ön hissələrində və sağ ayaqlığının yan içəri tikişindən arxaya doğru olan zədələr giriş zədələri olmaqla, odlu ov silahından açılan iki atəş nəticəsində, səpələnmiş çoxsaylı qırmaların təsirindən təxminən 2,5 metrdən yuxarı məsafədən öndən-arxaya, sağdan, sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə ov tüfəngindən açılan atəş nəticəsində də yaranması mümkündür, lakin zədələrin konkret olaraq hansı növ odlu silahdan açılan atəş nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti öndən arxaya doğru olmuşdur. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd uzunqol köynək, bir ədəd cins şalvarın üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmiş, həmin geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir və geyim əşyalarının üzərində hər-hansı trasoloji zədə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri və iş üzrə toplanmış digər materiallar ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 4-5 metr məsafədən özünə məxsus, zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJ-58M” modelli, E 27526 №-li, daxili çaxmaqlı, qoşalüləli yivsiz odlu ov silahı olan tüfəngi zərərçəkmiş Zərərçəkmiş şəxs doğru tuşlayıb atəş açaraq sonuncuya qarının ön divarının qarın boşluğuna keçən, nazik bağırsağı zədələyən, odlu silah-qırma yaralanması kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya, qarının ön divarının qarın boşluğuna keçməyən, hər iki əlin arxa səthinin, sağ və sol budun, sağ diz oynağının, sağ baldırın odlu-silah qırma yaralanmaları kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs 3, 4 və ya 5 metr məsafədə sağda, 7 və ya 8 metr məsafədə solda insanlar olmuşlar. “Məhkəmə ballistik ekspertizası”nın 17 oktyabr 2025-ci il tarixli, 3/1059 nömrəli rəyindən görünür ki, (16 kalibrli ov tüfəngindən 4 metr məsafədən açılan atəşdə istifadə edilən patronun qırmaları lövhədə yayılma diametri 17,5 sm olan, 5 metr məsafədən isə açılan atəşdə istifadə edilən patronun qırmaları lövhədə diametri 21 sm olan yayılma sahəsini nəzərə alaraq), təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə arasında 4-5 metr məsafə olduqda, qərarın təsviri hissəsində göstərdiyi kimi, yəni zərərçəkmiş şəxslə digər şəxsin arasında 3,4 və ya 5 metr məsafədə sağda, 7 və ya 8 metr məsafədə solda insanların olması halında onların həyatı üçün təhlükə törədə bilməz, qırmaların həmin insanlara dəymə imkanı yoxdur və həmin insanlar atəş zolağında deyildir. Hadisənin obyektiv təhlili göstərir ki, Təqsirləndirilən şəxs atəş açdığı zamanı ətrafda olmuş digər insanlar bir-başa atəş trayektoriyasında olmamışlar, yəni güllə onların istiqamətinə yönəlməyib və onların həyatı üçün real və dərhal baş verə biləcək təhlükə mövcud olmamışdır. Bu halda törədilən əməl “ümumi təhlükə yaradan üsulla” qiymətləndirilmir, çünki Cinayət Məcəlləsinin praktikası və məhkəmə təcrübəsinə görə ümumi təhlükə yalnız o zaman mövcuddur ki, atəş ətrafda şəxslərin həyatını real şəkildə riskə atsın, güllə onların olduqları istiqamətə yönəlsin və təhlükə yalnız ehtimal xarakterli deyil, obyektiv olaraq yaxın və mümkün olsun. Əgər atəş açılan trayektoriya ətrafdakı şəxslərlə kəsişmirsə, onlar güllə altına düşmürsə və faktiki təhlükə yaranmırsa, burada ümumi təhlükəli üsuldan istifadə tərkib əlaməti formalaşmır. Bu isə o deməkdir ki, şəxsin əməlində ümumi təhlükə yaradan davranışın sosail təhlükəlilik dərəcəsi aşağıdır və maddi hüquqi qiymətləndirmə zamanı bu hal nəzərə alınmalı, atəşin konkret istiqamətə yönəlməsi əsas götürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Təqsirləndirilən şəxs hərəkətlərində “ümumi təhlükəli üsulla” əlamətlərinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır(Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olması barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu birinsip beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda, o cümlədən bizim dövlətin hüququnda tanınan prinsipdir. X4 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. İkinci aspektdən baxdıqda isə təqsirsizlik prezumpsiyası cinayətə görə bəraət almış və ya barəsində icraat davam etdirilməmiş şəxsləri dövlət məmurları və ya hakimiyyət orqanları tərəfindən sanki təqsirli kimi rəftar edilməkdən qoruyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo” prinsipi tətbiq edilməlidir. Həmin Məhkəmənin “Telfner Avstriyaya qarşı” qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin “Kapo Belçikaya qarşı” qərarında qeyd edilmişdir ki, sübütetmə yükü məhkəmə işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də tərsinə çevrilə bilməz. Təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Həmin Məhkəmənin “Nestak Slovakiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirin seçilməsi barədə qərarlar məhkəmədə müəyyən edilməmişdən əvvəl şəxsin təqsiri ilə bağlı qəti rəyə əsaslanarsa, təqsirsizlik prezumpsiyasının pozulması sayıla bilər. Məhkəmə tərkibi digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 03 mart 2025-ci il tarixdə “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərar qəbul edilərkən hadisənin baş vermə səbəbi və harada olması artıq müəyyənləşdirilmiş və həmin qərarda da bu xüsusat birbaşa əksini tapmış, bununla qəsdən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etməyə dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs 02 mart 2025-cü ildə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 04 mart 2025-ci ildə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaqın bütün sonrakı mərhələsində, 21 aprel 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilərək 21 aprel 2025-ci il tarixdə istintaqın davam etdirilməsindən ötrü Biləsuvar rayon prokurorluğuna göndərilmiş, 02 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.2.4-cü maddəsinə tövfis edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Həmçinin, həmin mərhələ ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinə tövsif edilməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən heç bir müraciət də edilməmişdir. Cinayət tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə tövsifini istisna edir. Qeyd olunanlar və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməyə cəhd etmə cinayət olaraq məhz Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Cinayət Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələrindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları həmin Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən 14 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild 1,i.v.132) -Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndi üzrə nümayəndəliyindən verilmiş 29 aprel 2025-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Nərimankənd kəndində valideynləri ilə yaşamış, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1,i.v.223-224) Zərərçəkmiş şəxs 03 sentyabr 2025-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirərək onun barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Raul Qulyevin cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, şəxsiyyəti, ailə, maddi və sosial vəziyyəti müəyyən olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1.10-ci maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində 61.1.10-ci maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran hal olduğundan Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X13rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sair.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudda təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları, cinayətin xarakterini və təhlükəlilik dərəcəsi, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensial yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsində sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsini təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinifə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növdən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən (xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan azadlıqdan məhrum etməyə görə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2025-ci il tarixdən hesablanmalı, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 4(022)-13/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Biləsuvar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd boz rəngli qolu uzun köynək, 1 (bir) ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd boz rəngli uzunqol köynək və 1 (bir) ədəd göy rəngli cins şalvar məhv edilməli, Biləsuvar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 15 (on beş) ədəd 16 kalibrli patron, 2 (iki) ədəd giliz, 1 (bir) ədəd patrondaş, Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd 16 kalibrli, “İJ-58M” modelli, “E 27526” nömrəli daxili çaxmaqlı qoşalüləli yivsiz odlu ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8, 44, 124-137-1, 144-146, 318, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 02 mart 2025-ci il tarixdən hesablansın. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 4(022)-13/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd boz rəngli qolu uzun köynək, 1 (bir) ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd boz rəngli uzunqol köynək və 1 (bir) ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 15 (on beş) ədəd 16 kalibrli patron, 2 (iki) ədəd giliz, 1 (bir) ədəd patrondaş, Biləsuvar Rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd 16 kalibrli, “İJ-58M” modelli, “E 27526” nömrəli daxili çaxmaqlı qoşalüləli yivsiz odlu ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar