Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-37/2024 28.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 avqust 1959-cu il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşamış, 29 mart 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il traixli, 4(049)- 110/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 2023-cü ilin mart ayının sonlarında, Lənkəran rayonu, Velədi kəndində istintaqa və məhkəməyə məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-11,606 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 20:35 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda-11,606 qram psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə nəvəsini hər gün olduğu kimi saat 8-də Lənkəran şəhər 4 nömrəli məktəbə aparıb qoyaraq yaşadığı evə qayıtmış və sonra isə hamamda çimmişdir. Həmin vaxt arvadı-Səbahət ona həyətdəki qapının xəbərdarlıq zənginin çalındığını bildirmişdir. O da Səbahətə cavabında kimdirsə gözləməsini demişdir. İkinci dəfə həyətdən xəbərdarlıq zəng səsi eşitmiş, bundan sonra gözlə gəlirəm demişdir. Əyninə paltar geyinib aşağı düşmüş və polis əməkdaşı Şahid3 artıq həyətdə olduğunu görmüşdür. Ağ «Piriora» markalı avtomobil də evinin həyətində giriş darvazasının önündə dayanmışdır. Ruslandan gəlişinin səbəbini soruşduqda Ruslan ona polis şöbəsinə getməli olduğunu bildirmişdir. Arvadı Səbahət də Ruslandan gəliş səbəbini soruşduqda Ruslan Səbahətə onun polis şöbəsinə getməli olduğunu və tezliklə geri evə qayıdacağını bildirmişdir. Sonra Ruslan onu polis şöbəsinə aparmış və saat 16 radələrində şöbəyə çatmışlar. Polislərdən nə vaxt evə buraxılacağını soruşduqda polis əməkdaşları ona heç bir cavab verməmişlər. Axşam saat 09 radələrində onu CAB-nin rəisi Səbuhinin otağına aparmışlar. Səbuhi siyirmədən 3 ədəd ağ büküm çıxardıb stolun üzərinə qoymuş və bunlardan biri sənindir demişdir. Səbuhidən bunlar nədir deyə soruşmuş, Səbuhi cavabında ona «hacı, get istirahət et» demişdir. Prokurorluğun təsdiq etdiyi ittiham aktında qeyd olunur ki, guya mənbəsi məlum olmayan yerdən psixotrop maddə metamfetamin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin mənbəyi Səbuhidir. Axşam saat 20:30 radələrində polislər ona demişlər ki, «şəxsi axtarış zamanı aparılan videoçəkilişdə bizim dediyimizi deməsən, kameranı söndürüb çəkilişi təzədən çəkəcəyik». Vəkil tələb etdikdən sonra vəkil gətirmiş, polislər vəkilin gözünün qarşısında psixotrop maddə metamfetamini sol cibinə qoymuşlar və həmin psixotrop maddə metamfetamini videoçəkiliş zamanı özün çıxartmalısan demişlər. Psixotrop maddə metamfetamini cibindən çıxartmış və həmin proses videoçəkilişlə qeydə alınmışdır. Vəkil ona «üzünə dayanan olar?» deyə sual vermiş, o da vəkilə «indi hansı dövrdə yaşayırıq, camaat indi 10 manata atasının üzünə dayanır, məni polis şərləyibdir, polis çöldən kiməsə 10 manat versə, həmin adam üzümə dayanar» deyə cavab vermişdir. Polislər ona heç bir sənədi oxutdurmamışlar, tərtib olunmuş sənədlərin xeyrinə olduğunu deyərək sənədlərə imza çəkdirmişlər. 64 yaşı var, 6 yaşından ibadət edir, evində 3 uşağının toyu olmuş, evinin qapısına spirtli içki belə girməmiş, nəinki psixotrop maddə metamfetamin evinə gətirilsin. Bu gün də psixotrop maddə metamfetaminin rəngini, tərkibini, istifadə qaydasını bilmir. İttiham aktında onun psixotrop maddə metamfetamin istifadəçisi və satışını həyat keçirən şəxs olduğu yazılmışdır, bu həqiqət deyil, polis əməkdaşlarının şəridir. İttiham aktındakı narkoloji ekspertiza rəyində onun qanında psixotrop maddə metamfetamin aşkar olunduğu qeyd olunur, halbuki həyatı boyunca psixotrop maddə metamfetamin qəbul etməmişdir. Vəklin iştirakı ilə qanının yoxlanılmağını xahiş etmişdir. Dövlətinin ədalətinə inanmışdır. Ləyaqətli və şərəfli həyat sürmüş, cəmiyyət üçün ləyaqətli və şərəfli uşaqlar böyütmüş, cəmiyyətə ədalət, tərbiyə, əxlaq aşılamış, haramdan uzaq olmağı təbliğ etmiş, fəqət haramla şərlənmişdir. Polis əməkdaşları psixotrop maddə metamfetamini qarşısına qoyarkən ona 4 şərt irəli sürmüşlər. Belə ki, polis əməkdaşları 3 bükümdən birini qəbul etməyini, 1 kilo psixotrop maddə metamfetaminin evinə qoyularaq ailə üzvlərinin də məsuliyyətə cəlb olunmağını, silahla tutulmağının sənədləşdiriləcəyi, dövlətə xəyanətlə ittiham olunacağı şərtlərini demişlər. Həmin vaxtı ağlamış, onu ləkələməməklərini xahiş etmiş, düşünmüşdür ki, bu bütün nəsli üçün ləkədir. Hal-hazırkı ittihamı digərlərinə nisbətdə yüngül hesab edərək qəbul etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları ilə arasında ədavət əvvəllərdən başlamışdır, əvvəllər Ruslan onu Səbuhinin otağına aparmış və orda sonuncu ona cəmiyyətin ailə məsələlərinə qarışmaması ilə bağlı irad tutmuşdur. Ruhanidir, mollalıq edir, yas məclislərinə gedir. Ruslan onların ərazsinin əməliyyatçısıdır, Sütəmurdov kəndində yaşayır. 3 büküm narkotik vasitəni qarşısına qoyan Səbuhidir. Bu hadisədən əvvəl polis şöbəsində işi olmamışdır. Ruslan həyətinə gələrək ona irəli getməyini, orda avtomobil olduğunu, həmin avtomobilə minməyini, 50-60 metr irəlilədikdən sonra içərisində 2 polis əməkdaşı olan tünd rəngli avtomobilin ön oturacağına mindiyini və onu ŞRPŞ-yə apardıqlarını bildirmişdir. Yolda olarkən avtomobildə olan polis əməkdaşlarından biri Ruslana zəng vurmuş, telefonunu özü ilə götürməməsini demişlər, sonra da telefonunu polis şöbəsinə aparmışlar. Ruslan həyətinə tək gəlmişdir. Evinin qapısından 50-60 metr irəlidə özlərini tanımadığı və avtomobillərinin nömrəsini bilmədiyi 2 nəfər polis əməkdaşı da olmuşdur. Səbuhi narkotik vasitəni qarşısına qoyanda otaqda mayor rütbəsində 1 nəfər olmuş, Ruslan da sonradan içəri daxil olmuş və iştirak etmişdir. Onu polis şöbəsinin ikinci mərtəbəsinə qaldırmışlar, orada Nəvai adlı polis əməkdaşı olmuşdur. Nəvaini anasının evi yanandan tanımış, həmin vaxtı polisə zəng vurmuş, Nəvai də polis əməkdaşları ilə birlikdə gəlmişdir. Şahid3 əvvəllər onlara gəlməmişlər. Əynindəki qara rəngli şalvar və tünd qəhvəyi pencək dəst deyil, polis şöbəsində şəxsi axtarış aparılan zaman üzərində həmin geyim olmuşdur. Hadisə günü polis şöbəsinə gedəndə telefonunu evdə qoymuşdur. Hadisə günü polis şöbəsinə aparılandan sonra evə qayıtmamış və həmin vaxt orada barəsində də heç bir inzibati protokol tərtib olunmamışdır. Videogörüntüdəki hər iki avtomobili görmüş, onu qara «Vaz 2107» markalı avtomobillə aparmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Lənkəran rayonu, Velədi kəndində yaşayır. 29 mart 2023-cü il tarixdə, saat 20 radələrində Lənkəran rayonu, Velədi kəndində hərəkətdə olan zaman yerdən bir ədəd sellofan büküm tapmışdır. İçərisində nə olduğunu bilmədən cibinə qoymuşdur. Həmin vaxt tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Onlar polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduqlarını deyib üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirərək onu polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O da onların təklifini qəbul etmişdir. Həmin şəxslər onu şöbənin inzbati binasına aparmışlar. İnzibati binada olarkən təhqiqatçı ona şübhəli şəxs qismində tutulduğunu elan edib, ona təqdim etdiyi siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil seçməsini bildirmişdir. O vəkil seçdikdən sonra, vəkil inzibati binaya dəvət edilmişdir. İnzibati binada vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanılmışdır. Fəhmin adlı polis əməkdaşı ondan üzərində hər hansı bir qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməyini təklif etmişdir. O da cibində olan, yerdən tapdığı bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü yerdən tapdığını, içərisində nə olduğunu bilmədiyini demişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin üzrərində hər hansı bir predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 12,02 qram olmuşdur. Həmin büküm qablaşdırılaraq möhürlənmişdir. Vəkil ondan tutulduğu zaman işgəncəyə məruz qalıb-qalmadığını soruşmuşdur. O da qalmadığını demişdir. Sonda isə protokol tərtib edilmişdir. Üzərindən aşkar olunmuş kütləni yerdən taparaq və içərisində nə olduğunu bilmədən cibinə qoymuşdur. Heç bir narkotik vasitədən qəbul etməmişdir. Heç vaxtda narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı psixi, yaxud fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə vermiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, polis əməkdalarının onu Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlamadıqlarını, yaşadığı evdən çağıraraq ŞRPŞ-yə apardıqlarını, aşkar olunmuş psixotrop maddə metamfetaminin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü demişdir. Polis əməkdaşları tərəfindən hədələndiyindən psixotrop maddə metamfetamini yerdən tapdığını və cibində saxladığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdalarının onu Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlamadıqlarını, yaşadığı evdən çağıraraq ŞRPŞ-yə apardıqlarını, aşkar olunmuş psixotrop maddə metamfetaminin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən hədələndiyindən psixotrop maddə metamfetamini yerdən tapdığını və cibində saxladığını dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin, CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekurosrlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 29 mart 2023-cü il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 və Post Patrul Xidmət Bölüyünün polis nəfəri, Sultan Əhmədzadə də cəlb edilmişlər. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Həmin vaxt həmin ərazinin əməliyyat müvəkkili Şahid3 və onunla birlikdə olan YYÇ-nin inspektoru İsmət Fərəcli də ora gəlib tədbirdə iştirak etmişlər. Təxminən 10- 15 dəqiqə sonra, saat 20:35-də Təqsirləndirilən şəxs Lənkəran rayonunun Velədi kəndindən keçən hissəsində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis bölməsinə getməyi bildirilmişdir. Təqsirləndirilən şəxs də onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəsinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də həmin vaxt əynində olan şalvarın sol yan cibindən içərisində 1 (bir) ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd həmin sellofan bükümdə olan kütləyə baxış keçirildikdə, bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə, bükümün çəkisi 12,06 qram olmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetamin barədə soruşulduqda ona təqdim etdiyi 1 ədəd bükümü Lənkəran rayonu, Veləd kəndinin çıxışında yolun kənarından tapdığını demişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlənin olduğu büküm ekspertizaya təqdim olunması məqsədilə təhqiqatçı tərəfindən kağız paketə qoyulub bağlanılaraq möhürlənmişdir. Zərfin üstünü Təqsirləndirilən şəxs və müdafiəçisi imzalamışlar. Təhqiqatçı tərəfindən axtarış aparılması barədə protokol yazılıb onlara oxunmuşdur. Protokolu o və başqa iştirakçılarla birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi metamfetaminin mənbəyi ilə bağlı tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, həmin mənbəni müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Sədrəddini Velədi kəndində saxlamışlar. Sədrəddinə polis şöbəsində heç kim təsir və psixi təzyiq etməmişdir. Psixotrop maddə metamfetamin Sədrəddinin üzərindən aşkar olunmuş və o, psixotrop maddənin özünə məxsus olduğunu videoçəkiliş zamanı bildirmişdir. Təqsirləndirilən şəxsi təxminən axşam saat 20 radələrində saxlamışlar. Tədbirdə özü, Ehtibar adlı polis nəfəri olmuşlar, sonra Qismət adlı inspektor və Şahid3 də gəlmişlər, onların gəlmələrinin səbəbi baş verə biləcək hadisələr ilə bağlı olmuşdur. Sədrəddini Velədi kəndinin çıxacağında körpü istiqamətində, köhnə Ələt-Astara yolundan bir az içəridə saxlamışlar, məsafə yadında qalmamışdır. Şahid3 və digər polis əməkdaşının onlara yaxınlaşmalarında məqsəd işin mahiyyətini öyrənmək və onlara yardım etmək olmuşdur. Sədrəddini saxladıqları yerdən polis şöbəsinə qara rəngli avtomobillə (VAZ-2107 markalı) aparmışlar. Sədrəddinin yaşadığı evdən aparılması ilə bağlı nümayiş etdirilən DVD disklərlə əlaqədar məlumatı olmamış, Sədrəddin onun tədbiri əsasında saxlanılıb polis şöbəsinə aparılmışdır. Dindirilmiş şahid, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə psixotrop maddə ilə əlaqədar polislər tərəfindən psixi təzyiq olunmasını görməmiş, təqsirləndirilən şəxsi Velədi kəndində piyada tək olanda saxlamışlar. Velədi kəndinə tam bələd olmadığı üçün təqsirləndirilən şəxsi kəndin dəqiqliklə hansı tərəfində saxladıqlarını deyə bilməmiş, ancaq yol kənarı olmuşdur. Təqsirləndirilən şəxsi saxladıqları saat tam yadında deyil, amma təxminən hava açıqlıq olmuş, axşam tərəfi olmuşdur. Tədbirdə o və Nəvai olmuş, sonradan Ruslan Qismətin idarə etdiyi qara rəngli «VAZ-2107» markalı avtomobillə hadisə yerinə gəlmişlər, orada başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları vaxt dəqiqliklə yadında qalmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, savadlı və dindar ailəsində böyümüşlər və əllərinə heç vaxt narkotik vasitə və psixotrop maddə dəyməmişdir. Hadisə vaxtı Bakı şəhərində olan zaman bacısı atasının mülki geyimli polis əməkdaşları tərəfindən aparılmasını yazmışdır. Sonradan atasını aparan şəxslərdən birinin ərazilərinin əməliyyat müvəkkili Şahid3 olduğunu öyrənmişdir. Ona məlum olmuşdur ki, 29 mart 2023-cü ildə Şahid3 günorta saat 15:30 radələrində evə gələrək atasını çağıraraq həyətdə 20-30 dəqiqə gözləyib atasını «Vaz-2107» markalı avtomobillə yola salmışdır. Atasının tutulması xəbəri ilə bağlı ona zəng 29 mart 2023-cü il tarixdə günorta təxminən saat 15:30 radələrində gəlmişdir. Atası hadisə günü bir daha evə qayıtmamışdır. Hadisə günü əmisi Mirvəli ilə əlaqə saxlamış, ona bildirmişdir ki, narahat olma, yəqin, izahatını alıb buraxarlar. Anası Səbahət ilə əlaqə saxlayanda anası ona demişdir ki, Şahid3 evə gəlib atasını polis şöbəsinə aparmış, atası Ruslana bildirmişdir ki, saat 18 radələrində məclisi var. Ruslan da atasına bildirmişdir ki, narahat olma, ağsaqqal, saat 18:00 kimi şöbədən buraxılarsan, bundan sonra 3-4 dəfə anası ilə əlaqə saxlamış, anası da hələ də məlumat olmadığını bildirmişdir. Atasının psixtrop maddə və narkotik vasitənin satışı ilə məşğul olması tamami ilə yalan ittihamdır. Atası ilə Təcridxanada görüşəndə atası ona bildirmişdir ki, videoçəkiliş zamanı psixotrop maddəni üstünə götürməyinə səbəb polislərin onu ailə üzvləri ilə bağlı hədələməkləri olmuşdur. Polislər atasını, evindən istədikləri qanunsuz predmetləri çıxarmaqları ilə bağlı da hədələmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə təxminən saat 15:30 radələrində günəşli hava olmuş, qapının zəngi vurulmuş və mülki geyimli tanımadığı bir şəxs həyətə daxil olmuş və Təqsirləndirilən şəxs çağırmağını bildirmişdir. Sədrəddini çağırmış və o da paltarını dəyişib həyətə düşəcəyini bildirmişdir. Əri bir az gecikmiş, qapının zəngi yenidən döyülmüş və həmin şəxs tələsdiyini bildirmişdir. Sədrəddin həyətə düşmüş, həmin şəxs Sədrəddinə polisdən gəldiyini və onu polisdən çağırdıqlarını bildirmiş, lakin həmin şəxsin Sədrəddinlə etdiyi söhbəti tam təfərrüatı ilə eşidə bilməmiş, çünki həmin vaxtı evin yuxarı mərtəbəsində olmuşdur. Sədrəddin həmin şəxsə saat axşam altıda iftar məclisinə getməli olduğunu bildirmiş, həmin şəxs də cavabında həmin vaxtadək buraxılacağını ərinə bildirmişdir. Sədrəddin səhər nəvələri məktəbə apardığı üçün avtomobili küçədə olmuş, əri həmin şəxsə avtomobili həyətə salmağını bildirmiş, həmin şəxs də etiraz etməmişdir. Həmin şəxs Sədrəddinə küçənin başında «jiquli» avtomobilinin dayandığını və ona minməli olduğunu bildirmişdir. Sədrəddin avtomobili həyətə salmış, sonra da küçənin başına gedərək həmin avtomobilə minmişdir. Həmin şəxs də öz avtomobilinə minmiş və çıxıb getmişlər. Verilən suallara cavab olaraq şahid Səbahət Hacıyeva bildirmişdir ki, adını sonradan öyrəndiyi Ruslan adlı şəxs həyətə tək gəlmişdir. Sədrəddin küçənin başına gedib avtomobilə minmiş, Ruslan da öz avtomobilinə minmiş və o da avtomobilində kimlərin olub-olmamasına diqqət eləməmişdir. Sədrəddin telefonunu evdə qoymuşdur. Ruslan geriyə qayıdaraq ərinin telefonunu ondan istəmiş, ərinin komputerinin olub-olmamasını ondan soruşmuş, o da Sədrəddinin komputerinin olmadığını bildirərək telefonu Ruslana vermiş, sonra Ruslan çıxıb getmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, tarixini xatırlamadığı gün günorta saat 15-16 radələrində qardaşı Sədrəddinin nəvəsi gəldiyi üçün, onlara qonaq gəlmiş, qardaşının arvadı Səbahət Sədrəddinin mülki geyimli polis əməkdaşı tərəfindən Lənkəran ŞRPŞ-yə aparıldığını ona bildirmişdir. O, da Sədrəddinin arxasınca şöbəyə getmiş, lakin heç bir məlumat əldə edə bilməmişdir. Verilən suallara cavab olaraq şahid Mirvəli Hacıyev bildirmişdir ki, hadisə günü qardaşıgildə təxminən saat yarım, iki saat qalmış, həmin vaxtı da qardaşı geri qayıtmamışdır. Gecə saatlarına kimi polis şöbəsində qalmış və həmin vaxta kimi də Sədrəddini buraxmamışlar. Sədrəddinin psixotrop maddənin və yaxud narkotik vasitənin satışı ilə məşğul olmasını, ondan istifadə etməsini görməmişdir. Sədrəddinin etirafedici ifadə verməsinin səbəbi məcburiyyət olmuş, lakin Sədrəddini kimin məcbur etməsini bilməmişdir. Sədrəddinin evdə olmamasını gördükdən sonra ona zəng etmiş, lakin ona zəng çatmamışdır. Telefonunu söndürməmişdir. Sədrəddinin telefonunun nəticəsinin necə olması barədə məlumatı olmamış, telefon ona təqdim olunmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə arasında kəndçi kimi münasibətləri olmuşdur. Tarixini bilmədiyi hadisə günü qrup rəhbəri Şahid1 tədbir keçirdiyi ərazidə olmuş, çünki tədbir ona təhkim olunmuş ərazidə keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Nə vaxtsa Təqsirləndirilən şəxs polis şöbəsinə aparmağı yadında qalmamışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun polis əməkdaşı işlədiyini bilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli «Hunday Sonata» markalı avtomobil sürmüşdür. Sədrəddinlə uzunmüddətli tanışlığı olmuş, Təqsirləndirilən şəxslə aralarında heç bir ziddiyyət olmamış, yəni münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxslə bağlı ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmamışdır. 29 mart 2023-cü il tarixdə harada olmağı yadında deyildir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getməsi olmuş, lakin tarixini xatırlamamışdır. Təqsirləndirilən şəxs bibisigillə qonşudur və dəfələrlə Təqsirləndirilən şəxsgilə gediş-gəlişi olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs barəsində keçirdiyi tədbirdə kimlərin iştirak etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilən tədbirdə iştirak etməmişdir. Şahid1 təqsirləndirilən şəxs barəsində keçirdiyi əməliyyat tədbirinin məzmunu onun narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə olmuşdur. Saxlanılan günü Təqsirləndirilən şəxs yaşadığı evdən aparmamışdır. Tədbir günü Şahid1 ondan təqsirləndirilən şəxs barədə məlumatlar soruşmuşdur. Nümayiş etdirilən videogörüntüdə olan şəxs özüdür. Videogörüntüdə olan tarixdə və vaxtda təqsirləndirilən şəxsin həyətində, bəlkə də olmuş, ancaq dəqiq xatırlamamışdır. Videogörüntüdə olan öndəki avtomobil özünün, arxadakı avtomobil isə İsmətindir, ikisi də avtomobillərdə tək olmuşlar, həmin vaxtı təqsirləndirilən şəxsin həyətinə gəlmişlər. Lakin həmin vaxt səhər saatları olmuş, günorta yox, videogörüntüdə tarix və saatın texniki üsulla dəyişdirilməsi mümkündür. Videogörüntüdə olan kadrlar realdır, həmin günü təqsirləndirilən şəxslə çayxanaya çay içməyə getmişlər. Əvvəllər təqsirləndirilən şəxslə dəfələrlə çay içməyə getmişlər. İsmət ona zəng vurub demişdir ki, Sədrəddin kişi deyir ki, onun telefonun evdən götürsün, o da qayıdıb Təqsirləndirilən şəxs telefonun götürmüşdür. Həmin vaxtı özü, İsmət və təqsirləndirilən şəxs Velədi kəndində olan bazardakı çayxanaya çay içməyə getmişlər, həmin çayxananı kimin işlətdiyini bilməmişdir. Videogörüntüdə olan hadisələr 29 mart 2023-cü il tarixdə olmamışdır. İsmətin harda yaşadığını bilməmiş, həmin günü onunla birgə olduğu üçün təqsirləndirilən şəxslə çay içməyə getmişdir. İsmətin həmin günə kimi təqsirləndirilən şəxsi tanıyıb-tanımadığını bilməmişdir. Həmin günü sitrus bazarında olan çayxanaya getmişlər, bunu telefonunun anten dairəsi də təsdiq edə bilər və paralel şəkildə də anten dairəsi çıxarıla bilər. Həmin vaxtı Təqsirləndirilən şəxs öz avtomobilinə əyləşməyi təklif etmədiyinin səbəbi yadında deyildir. Həmin günü telefonu Təqsirləndirilən şəxs özünə vermiş, telefonun taleyi haqqında məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, vaxtı və tarixi dəqiq xatırlamır, Şahid3lə əraziyə xidmətə çıxmışlar, həmin gün nə ilə bağlı çıxdıqlarını bilmir, Ruslan ona maşınında yük olduğuna görə ağsaqqalla onu götürəcəyimi, çayxanada onunla söhbət edəcəyini bildirmişdir. O, ağsaqqal olan Sədrəddini tanımamış, heç söhbətin nə olduğunu da bilməmiş, sonra öz xidmətinə getmişdir. Verilən suallara cavab olaraq şahid İsmət Fərəcli bildirmişdir ki, Sədrəddini əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs evinin yerini tanımamışdır. Sədrəddinin evinə Şahid3 avtomobilinin arxasınca düşüb getmişdir. Şahid3 ona maşınında yük olduğunu, ağsaqqalı çayxanada düşürməyini və sonra öz işiylə məşğul olmağını demişdir, başqa da heç nə bilməmişdir. Təqsirləndirilən şəxs çayxananın yanında düşürtmüş, çayxana «Sitrus bazarı»nın yanında yerləşmişdir. Lənkəran ŞRPŞ-də az yaşlıların işləri üzrə inspektor işləyir, Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbir keçirilib-keçirilməməsi barədə məlumatı olmamış və bu işlə bağlı heç kimə köməklik etməmişdir. Sədrəddinlə bağlı əməliyyat tədbiri keçirilməmiş, o, avtomobili ilə Təqsirləndirilən şəxs evindən yox məhəllədən götürmüş, Sədrəddinin evinə getməmişdir. Onun avtomobilində Sultan adlı və ya başqa polis əməkdaşı olmamışdır. Şahid3 onun işi olduğu üçün getməli olduğunu, gözləyə bilmədiyini demiş, Ruslan ona 5 dəqiqə səbirli olmasını gedəcəklərini bildirmişdir. Sədrəddinin arxasınca 1 nəfər gəlmiş, Təqsirləndirilən şəxs «Sitrus bazarı»nın yanında maşından düşürmüşdür. Narkotiklə bağlı məlumat eşitməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid İsmət Fərəclinin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə CAB-nın əməliyyat müvəkkili Şahid3lə birlikdə olarkən, o Lənkəran rayonu, Velədi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satışı ilə məşğul olduğu üçün CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Velədi kəndində əməliyyat tədbirlərinin keçirilməsi barədə məlumat almışdır. Şahid3 bundan xəbər tutub həmin ərazini yaxşı tanıdığı üçün onlara kömək etmək məqsədi ilə onların yanına gəlmişlər. Həmin vaxtı onlardan başqa Şahid3 onunla olmuşdur. Birlikdə tədbirdə iştirak etmişlər. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Lənkəran rayonu, Velədi kəndi ərazisində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Onunla Ruslanın işləri olduğu üçün tədbirin qalan hissəsində iştirak edə bilməmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan bir ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamin aşakar edilərək götürülmüşdür. Sonra bu barədə sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmiş, ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra şahid İsmət Fərəcli bildirmişdir ki, ifadəsində olan imza onundur, lakin ifadəsini oxumamış, müstəntiqin ifadəsini ona oxuyub-oxumamasını xatırlamamışdır. Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparılmasını sonradan bilmiş, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsindən xəbəri olmamış, ifadəsini oxumadan imza etmiş, Təqsirləndirilən şəxs çöldə təzyiq olmunmamış, polis şöbəsində nə baş verdiyini bilməmiş, Sədrəddini evdən aparanda əynində hansı paltarların olmasını xatırlamamış, elan olunmuş ifadəsinin məzmununu təsdiq etməmişdir. Əməliyyat tədbirində iştirak etməmiş, kömək etmək məqsədi ilə Şahid3 xahişi ilə onunla gəlmişdir. Təqsirləndirilən şəxs kimin polis şöbəsinə apardığını bilmir. İstinaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Əməliyyat tədbirinə rəhbərlik edən polis mayoru Şahid1 yalan ifadə verir, Təqsirləndirilən şəxs onun avtomobili ilə polis şöbəsinə aparmamışlar. Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparmamışdır. Təqsirləndirilən şəxs həyətinə girməmişdir. O, bu işin içində deyil, bu işdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs götürməyə getməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması ilə bağlı 29 mart 2023-cü il tarixli raport, qısa müddət ərzində özündə saxladığı və narkotik vasitənin, realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsindən ötrü «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin küçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərar, həmin tarixli Lənkəran RŞPŞ-yə gətirilməsi barədə raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş video disk iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(səh. 4-10; 29-31) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.20) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 29 mart 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə olduğunu, onu Lənkəran rayonu, Velədi kəndinin çıxışında yolun kənarından tapdığını və bundan sonra üzərində saxladığını bildirmişdir.(i.v.29-31) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 30 mart 2023-cü il tarixli, 19/382 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «vət.Təqsirləndirilən şəxs məxsus büküm...» sözləri və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 11,606 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata sərf edildi- 0,05 qr, qalıq-11,556 qr.(i.v.43-45) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 50-51) -Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il traixli, 4(049)-110/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır.(i.v.69-72) -«məhkəmə-tibbi ekspertizası»nın 30 mart 2023-cü il tarixli, 307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.(i.v.73-74) -«ambulator məhkəmə-narkoloji ekspertizası»nın 30 mart 2023-cü il tarixli, 347 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v.75) -«Lənkəran Şəhər Psixiatriya Xəstəxanası» X17 10 aprel 2023-cü il tarixli, 620 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(i.v.89) -«Lənkəran ŞRPŞ-dən verilmiş 11 aprel 2023-cü il tarixli əməliyyat tapşırığının nəticəsi olaraq tərtib edilmiş raport»dan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi mənbə müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə CAB-nə təsdiqedici məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş metamfetamini yaşadığı kənddə yol kənarından tapdığını bildirməsi onun həmin metamfetaminin həqiqi mənbəsini gizlətmək məqsədi daşıyır.(i.v. 91) -«sübutların qiymətləndirilməsi haqqında» 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,556 qram çəkidə psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmışdır.(i.v.98-101) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 11,606 qram olan külli miqdar hesab edilən psixotrop maddə metamfetamini mənbəsi barədə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v. 102-103) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdalarının onu Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlamadıqlarını, yaşadığı evdən çağıraraq ŞRPŞ-yə apardıqlarını, aşkar olunmuş psixotrop maddə metamfetaminin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən hədələndiyindən psixotrop maddə metamfetamin yerdən tapdığını və cibində saxladığını bildirməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə hesab edilir. Siyahılara əsasən metamfetamin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X9 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Müdafiəçi tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid3 tərəfindən yaşadığı evdən çağırılması, Təqsirləndirilən şəxs polis əməkdaşı İsmət Fərəclinin idarə etdiyi avtomobilə minərək harasa getməsi ilə bağlı təqdim olunmuş videogörüntü məhkəmə istintaqı zamanı nümayiş etdirilməklə tədqiq olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 4/1920 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 4 ədəd fləş yaddaş kartında olan mübahisəli videoyazılarda montaj əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs ifadəsində müdafiəçisi tərəfindən təqdim olunan videoçəkilişin yaşadığı evə quraşdırdığı videokameralar vasitəsi ilə çəkildiyini, polis əməkdaşı Şahid3 onu yaşadığı evdən çağıraraq Lənkəran ŞRPŞ-yə apardığının videoçəkilişi olduğunu, lakin onun Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxladıqları kimi sənədləşdirdiklərini bildirmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli «Raport»da Təqsirləndirilən şəxs Lənkəran rayonu, Velədi kəndində hərəkətdə olarkən saat 20:35 radələrində tərəflərindən saxlanıldığı və Lənkəran ŞRPŞ-yə gətirildiyi göstərilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 143.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır. Həmin Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsində göstərilmişdir ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 20:35 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda-11,606 qram psixotrop maddə metamfetaminin aşkar edilib qablaşdırılaraq götürülməsi təkzib olunmamışdır. Müdafiəçi təqdim etdiyi videogörüntü cinayət təqibi üzrə toplanmış digər sübutlar ilə təhlil olunmuş, bir-biri ilə müqayisə edilmişdir. Qeyd olunanlara əsasən Müdafiəçi təqdim etdiyi videogörüntü sübut qismində qiymətləndirilə bilməz. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə hədələnməsi barədə hər hansı orqana müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman belə Təqsirləndirilən şəxs hədələnməsi barədə məhkəməyə hər hansı bir məlmat verməmişdir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər-psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə dair niyyətinin satış deyil, həmin kütlələri yerdən taparaq götürərək cibində saxlaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə tərkibi cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsini təstiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, 2023-cü ilin mart ayının sonlarında, Lənkəran rayonu Velədi kəndində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq bir ədəd bükümdə, ümumi təmiz çəkisi 11,606 qram olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 20:35 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ünvanı ünvan 2 şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən qeyd edilən çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İş materiallarında Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 11,606 qram psixotrop maddə metamfetamini isə Təqsirləndirilən şəxs satış məqsədi ilə saxlamasını təsdiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin maddələrin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 11,606 qram psixotrop maddə metamfetamini o, əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 1 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 11,606 qram olması, -onun ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış deyil, yerdən taparaq üzərində saxlaması və daşımasını göstərməsi, məhkəmə istintaqında psixotrop maddə metamfetamindən istifadə etmədiyini, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu deməsini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), psixotrop maddə metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olubolmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmaması, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin psixotrop maddə metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X4 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Barbera, Messegi və Cabardo İspaniyaya qarşı» və «Yanoseviç İsveçə qarşı» işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo prinsipi» tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Yanoseviç İsveçə qarşı» və «Falk Niderlanda qarşı» işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. «Ambulator məhkəmə-narkoloji ekspertizası»nın 30 mart 2023-cü il tarixli, 347 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin təqsirləndirilən şəxs Səddrəddin Hacıyevin törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, təqsirləndirilən şəxs Səddrəddin Hacıyevin ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yerdən taparaq üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Məhkəmə tərkibi müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7, X1 və X2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq bildirir ki, həmin şəxslər Təqsirləndirilən şəxs ailə üzvüləridir, onların ifadələrində göstərdikləri faktlar sonuncunun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanaraq bildirilmiş, həmin ifadələr cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlar zidiyyət təşkil etməklə ehtimallardan ibarət olmuş, bununla yanaşı Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 20:35 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda-11,606 qram psixotrop maddə metamfetaminin aşkar edilib qablaşdırılaraq götürülməsi faktı heç bir sübutla inkar edilmir. Şərh edilənlərə əsasən Elvin Hacıyev, Səbahət Hacıyeva və Mirvəli Hacıyevin məhkəmə istintaqında verdikləri ifadələri sübut qismində qiymətləndirilə bilməz. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Nəvahi Kərimov tərəfindən qəbul olunmuş «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərarın qanununiliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Lənkəran Rayon Məhkəməsindən daxil olmuş 08 iyun 2023-cü il tarixli, xx/xx-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə əlaqədar Lənkəran ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılması üçün deyil, məlumat üçün göndərildiyindən məhkəmə tərəfindən həmin qərarın qanuniliyi yoxlanılmamışdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «24» dekabr 2021-ci il tarixli, 15№-li qərarının 16-cı bəndində göstərilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmin qərarın 17-ci maddəsində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də «Şöler Almaniyaya qarşı» işi üzrə qərarda qeyd etmişdir ki, «Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir». Odur ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Odur ki, məhkəmə tərkibi Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Nəvahi Kərimov tərəfindən qəbul olunmuş «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərarın qanununiliyinin məhkəmə tərəfindən yoxlanılmaması ilə bağlı qeyd edir ki, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmaması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedur daxilində tədqiq etmək, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini aradan qaldırmamışdır. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılaraq ŞRPŞ-yə gətirildikdən sonra təhqiqatçı tərəfindən 29 mart 2023-cü il tarixli saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, sonra isə həmin tarixdə üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti icra edilmiş, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə olduğunu, onu Lənkəran rayonu, Velədi kəndinin çıxışında yolun kənarından tapdığını və bundan sonra üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri əsasında icra edilir, həmin Məcəllədə isə istintaq hərəkətlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqın ilkin dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə mateamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.90) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 12-28/53 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Velədi kəndəndə qeydiyyatda olmaqla yaşamış, ailəlidir, ailə tərkibi arvadı, oğlu, gəlini və nəvələrindən ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir.(i.v.87-88) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yaşının 65 olması, «aşağı ətraf venalarının varikozu.xroniki prostatit.xraniki sistit» diaqnozu ilə müalicə olunması, əvvəllər məhkum olunmaması müəyyən olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X11rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X10 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(049)- 110/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərəfindən alınmaqla tədqiq edilmiş «ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 15 iyul 2023-cü il tarixli 4479 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə etmə hallarının olmasını müəyyən etmək mümkün olmamamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Bu onda narkomaniya xəstəliyinə xas olan xarakterik, klinik əlamətlərin, abstinensiya, intoksikasiyanın, xarakterik inyeksiya izlərinin olmaması, öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə təsdiq olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmamalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,556 qram olan psixotrop maddə mateamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 29 mart 2023-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il traixli, 4(049)-110/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,556 qram təşkil edən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-37/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-37/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver