Məhkəmə qərarları › İş №1(099)-37/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-37/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-37/2025 02.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi-X24, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xocavənd Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(069)-01/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 26 fevral 2024-cü il tarixdə barəsində axtarış elan edilmiş, 26 mart 2024-cü il tarixdə tutulmuş, Xocavənd Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(069)-6/2024 nömrəli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsə alınmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1989-cu il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 1(008)98/19 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan 25 dekabr 2013-cü il təvəllüdlü uşağının 14 yaşına çatana qədər hökmün icrası təxirə salınmış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xocavənd Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(069)-02/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 26 fevral 2024-cü il tarixdə barəsində axtarış elan edilmiş, 26 mart 2024-cü il tarixdə tutulmuş, Xocavənd Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(069)-6/2024 nömrəli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsə alınmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)- 517/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-3,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2022-ci il tarixdə saat 08:45-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4nında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın (şortikin) sağ arxa cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü vəziyyətdə külli miqdarda-3,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib satışını həyata keçirmək üçün ünvan 6 ünvanında birlikdə yaşadığı və rəfiqəsi Təqsirləndirilən şəxs1 ilə razılığa gəldikdən sonra 30 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasına aid telefon nömrəsi üzərindən açılmış “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə İran İslam Respublikası vətəndaşı kimi əvvəlcədən tanıdığı şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan kişi cinsli şəxsə zəng edib danışaraq narkotik vasitə və psixotrop maddə lazım olduğunu bildirmiş, aralarında olan razılaşmaya əsasən adı istintaqa və məhkəməyə məlum olmayan şəxs ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin verəcəyini və 31 yanvar 2024-cü il tarixdə Beyləqan rayonuna gedib götürə biləcəyini dedikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə 30 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən çıxıb 31 yanvar 2024-cü il tarixdə səhər saatlarında Beyləqan rayonuna çataraq narkotik vasitəni əldə edəcəyi şəxslə “whatsapp” vasitəsilə əlaqə saxlayıb narkotik vasitəni və psixotrop maddəni haradan götürəcəyini soruşmuş, həmin şəxsin “whatsapp” vasitəsilə narkotik vasitə və psixotrop maddənin qoyulduğu yer barədə koordinat göndərildikdən sonra Beyləqan rayonu ərazisinə gəldikləri Şahid10 idarə etdiyi “Mercedes Sprinter” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları koordinatın göstərdiyi təyinat nöqtəsinə yəni, Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə aparmasını xahiş etmiş, sonuncu onları Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinin giriş hissəsinə kimi gətirdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşüb yolun kənarında bir ədəd qara rəngli idman çantasının içərisində gizlədilmiş külli miqdarda-580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd kağız paketdə külli miqdarda-7,003 qram psixotrop maddə metamfetamini götürməklə əldə etmişlər, üzərində həmin çantada daşımaqla saxlamışlar, onlar avtomobilə əyləşmək istəyərkən Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 06 radələrində saxlanılaraq Xocavənd Rayon Polis Şöbəsinin inzibati binasına aparılmışlar, baxış zamanı onun əlində olan həmin əl çantasının içərisindən kağız paketdə üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda-580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və kağız paketdə bir ədəd bükümdə külli miqdarda-7,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təmizlik şirkətində işləyən zaman, şirkət onu işləməyə bir evə göndərmişdir. Həmin evdə xalça yuduğu yerdə polislər gəlib onu tutub aparmışlar. Tutulandan sonra həmin evin sahibinin “baron” olduğunu bilmişdir. Təmizlik şirkəti və sonradan evin sahibi gəlmiş, onlar arasında üzləşmə olmuş və haqlı olduğu üçün onu buraxmışlar. Bakı Ağır Cinayətlər Məhkəməsində işinə xitam vermişlər, məhkəmədə ona heç kim heç nə deməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Suraxanı RPŞ-nin əməkdaşları onu tutan zaman üzərində narkotik vasitə olmamış, üzərində bir qutu siqaret olmuşdur. Onu Suraxanı RPŞ-də müvvəqəti saxlama yerində saxlamışlar. Təmizlik şirkətindən onu ünvana göndərmişlər, getdiyi ev həyət evi olmuş və həyətdə xalça yumuşdur. Təmizlik şirkəti tərəfindən göndərildiyi ünvan Surxanı rayonu ərazisi olmuşdur. Həyətdə olan zaman 35ci Polis Bölməsinin əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları həyətə hasardan tullanmışlar. Ev sahibi əlil adam olmuşdur. Ev sahibini də həmin gün tutmuşlar. Ev sahibinin adı Xəqani olmuş, onu ora Yeganə adlı qadın çağırmışdır. Həmin vaxt evdə kim var idisə hamını polis şöbəsinə aparmışlar. Həmin əlil olan kişi “baron” idi. Evdən narkotik vasitə çıxmışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Saxlanılan zaman narkotik vasitə istifadə etmişdir. İşini aparan müstəntiqin adı Adil olmuş, soyadı yadında qalmamışdır. Onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə vermişlər. Ev sahibi ilə ona əlbirlik verməmişlər. X36 məhkəmə zamanı onu dindirmişdir. Həmin vaxtı məhkəməyə gedib-gəlmişdir. Məhkəmə zamanı iki dəfə məhkəmə iclasına getməmişdir. X20 bacısıdır. Bacısı onunla bir yerdə olmamış, onun mağazaya borcu olmuşdur. Elə bilmişdir ki, həmin şəxslər onu şərləyərək həbs etdirmişlər. Kürdəxanı Təcridxanasında öz ad soyadını demişdir. Bacısı məhkəməyə gəlmişdir. Bacısını həbs etməmişlər. Özünü polis əməkdaşlarına Nailə kimi təqdim etmişdir. Bacısı Nailənin şəxsiyyət vəsiqəsi onun üzərində olmamışdır. Bacısı ilə oxşarlıqları çoxdur. Gözəllik salonunda saç ustası işləmişdir. Gülüstan həmin salona 1-2 dəfə gəlib-getmişdir. Gülüstan ona iranlıya pul göndərdiyini, iranlının ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini, gedib narkotik vasitəni götürümək lazım olduğunu demişdir. Gülüstan onunla birlikdə getməsini ona təklif etmişdir, o da Gülüstan ilə razılaşmışdır. Gülüstanla bir yerdə narkotik vasitə istifadə etmişlər. Gülüstanla birlikdə narkotik vasitəni götürmək üçün Beyləqan rayonuna getmişlər. Narkotik vasitəni ağacın dibindən götürməli olmuşlar, iranlı Gülüstanın tanışı olmuşdur. Gülüstan özü iranlı ilə danışmışdır. Üzərilərində pul olmamışdır. Yoldan keçən “Sprinter” markalı avtomobili saxlatmışlar, həmin sürücüdən xahiş etmişlər ki, onları istədikləri ünvana aparsın, sürücü də etiraz etməyərək onları aparmışdır. Sürücüyə pul verməmişlər, həmin vaxtı avtomobildə heç kim olmamışdır. Sürücü Şahid10 tanımamışdır. Xocavənd rayonunda yolun kənarında düşmüşlər. X26 danışmış, Gülüstanın Elmir ilə konkret nə danışdığını bilməmişdir. Avtomibildən düşən kimi polis əməkdaşları gəlmişlər. Sürücü Elmirin onları geri qaytarıb-qaytarmayacağını bilməmiş, onlar maşından düşən kimi polis əməkdaşları tərəfindən tutulmuşlar. İranlı 5 qram “nəşə” və 5 qram “patı” qoymalı idi. Narkotik vasitəni götürə bilmədən polis əməkdaşları onları saxlamışlar. Narkotik vasitəni çəkmək yolu ilə istifadə etmişdir. Ailəli olmuş, lakin ayrılmış və 21 yaşlı bir qızı olmuşdur. İbtidai istintaq zamanı sənədlərə oxumadan imza etmişdir. Gülüstan ona dedikdən sonra Beyləqana nə üçün getdiklərini bilmişdir. Gülüstan 5 qram nəşə və 5 qram patı olacağını demişdir. Avtomobildən düşüb iki metr addımlamışlar ki, polis əməkdaşları əllərində çanta ilə gəlmişlər. Polis əməkdaşları onları saxladıqdan sonra Xocavənd RPŞ-nə aparmışlar. Polis əməkdaşlarından Vurğun adlı polis əməkdaşı Gülüstanı vurmuşdur. Saxlanıldıqları yerdən polis şöbəsinə olan məsafə 5 dəqiqəlik yol olardı. Polis əməkdaşları onları saxladıqdan iki gün sonra videoçəkiliş aparmışlar. Onları bir gün Xocavənd RPŞ-də saxlamışlar, bir gün də Beyləqan RPŞ-nin müvəqqəti saxlama yerində saxlamışlar. Səhərə yaxın tutulmuşlar, günortaya yaxın müdafiəçilər gəlmişlər. Sanksiyadan sonra videoçəkiliş olmuşdur. Gülüstanı bir il olar ki, narkotik vasitə çəkən kimi tanımışdır. Gülüstan yolda heç kimlə danışmamışdır. Maşında onlardan başqa adam olmamışdır. Saat çox gec olduğuna görə gəldikləri maşın, onları avtovağzala qaytarmalı idi. Gülüstan maşından düşmüş, konum atılan yerlə maşının dayandığı məsafə hardasa 3 metr olardı. O, maşında oturmuş, həmin vaxtı 10-15 nəfər Gülüstanın üstünə düşmüş, hamı mülki geyimdə olmuş, o da maşından düşmüşdür. Maşından düşən zaman polislər sumkanı Gülüstanın əlinə vermişlər. Sumkanın Gülüstana verilməsini görmüşdür. 10-15 nəfərdən bir nəfəri sumkanı Gülüstana vermişdir. Bağlamanı çəkilişdə görmüş, sellofan bağlama olmuşdur. Onları gəldikləri maşınla polis şöbəsinə aparmışlar. Gələn polislər də onlarla bir maşınla RPŞ-nə getmişlər, onların əllərini qandallamışlar. Saxlanılan yerlə polis şöbəsi arasında məsafə 5-6 dəqiqəlik məsafə olmuşdur. Səhərə yaxın saat 5-6 radələrində onları saxlamışlar. Üzərini polis şöbəsində yoxlamışlar. Üzərindən bir siqaret qutusu, bir də alışqan çıxmışdır. Gülüstanın üzərindən isə bir çet kakos aşkarlanmışdır. Polis şöbəsində onları döyməmişlər. Polis əməkdaşları onu saxlayan zaman qaçmış, həmin vaxtı polis əməkdaşları dubinka ilə belindən vurmuşlar. Polis şöbəsində olan zaman onu həkim müayinəsinə aparmamışlar. Prokurorluqdan başqa onu heç yerə aparmamışlar. Polis şöbəsində polis əməkdaşları nə demişlərsə onu da etmişdir. Polis əməkdaşları onları saxlayan zaman narkotik vasitə istifadə etdiyi üçün hallı olmuşdur. Onları saxlayan zaman hallı olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, 13 ildir ki, kakos və patı adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddələr istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddələri adlarını bilmədiyi İran İslam Respublikası vətəndaşlarından dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə etmişdir. Şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə Təqsirləndirilən şəxs2 mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona İran İslam Respublikası vətəndaşı ilə danışdığını və Beyləqan rayonu ərazisindən 5 qram metamfetamin və 5 ədəd bükümlərdə marixuana götürəcəklərini, patı adı ilə tanıdığı metamfetamini özləri istifadə edəcəklərini, onunla getməsini demiş və razılaşmışdır. Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə gəlməmişdən öncə heç kimlə əlaqə yaratmamış, sadəcə dostu Təqsirləndirilən şəxs2 ona Beyləqan rayonuna getməyi və oradan tanımadığı İran İslam Respublikası vətəndaşının ona narkotik vasitə verəcəyini, onunla getməyini təklif etmişdir. 30 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 ilə birgə Bakı şəhərindən Beyləqan rayonuna gəlmək üçün Lökbatan qəsəbəsində taksiyə minmişlər. Təxminən saat 03 radələrində Bərdə rayonuna çatmış, İran İslam Respublikası vətəndaşı həmin narkotik vasitələri götürmək üçün “whatsapp” ani mesajlaşma mobil tətbiqinə konum göndərmiş və onlar həmin yerdən narkotik vasitələri götürmələrini bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə birgə Bərdə rayonuna çatanda gedəcəkləri ünvana taksi olmadığı üçün sonuncu yoldan keçən təsadüfi həmin istiqamətə gedən avtomobili gözləməyi bildirmişdir. Təxminən 1 saatdan sonra oraya ağ rəngli sprinter yaxınlaşmış və ona əl eliyərək **-UP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Sprinter” markalı avtomobili saxlatmışlar. Onlar əvvəldən tanımadıqları sürücü Şahid10 yol pullarının olmamasını, onlara göndərilən ünvana onları aparmasını xahiş etmişlər və sürücü Şahid10 onların gedəcəkləri ərazinin yolunun üstü olduğu üçün buna razı olmuşdur. Sürücü Şahid10 onların oraya nə məqsədlə gəlməklərindən xəbəri olmamış, sadəcə olaraq onları təmənnasız yoldan götürüb gətirmişdir. Təqsirləndirilən şəxs2 onun “whatsapp” mobil tətbiqinə həmin konumu atmış və onlar təxminən bir saata həmin ünvana çatmışlar. Təqsirləndirilən şəxs2 sürücü Şahid10 dostunun torpaq əraziyə sənədləri atmasını və sənədləri oradan götürüb gələcəklərini bildirmişlər. Rəfiqəsi Təqsirləndirilən şəxs2 ilə birgə avtomobildən düşmüş və torpaq əraziyə getmişlər. X42 Respublikası vətəndaşının ağacın yanına qoyduğu qara rəngli çantanı Təqsirləndirilən şəxs2 ilə birgə götürmüş və əlində çanta həmin avtomobilə yaxınlaşıb minmək istəyərkən oraya polis əməkdaşları yaxınlaşmışlar. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün götürmüş və kiməsə vermək və ya satmaq kimi məqsədi olmamışdır. O əvvəllər Bakı şəhərində tanımadığı şəxslərdən narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə eyni evdə yaşamış, Təqsirləndirilən şəxs2 ona tanımadığı İran İslam Respublikasının vətəndaşından Xocavənd rayonu ərazisindən 5 qram patı adı ilə tanıdığı metamfetamin və 5 qram nəşə adı ilə tanıdığı marixuana götürüb istifadə edəcəklərini demiş və həmin narkotik kütlələrdən ona da verəcəyini bildirmiş və bununla razılaşmış, onunla birgə Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə getmişlər. Narkotik vasitə əldə etmək üçün heç kimlə əlaqə yaratmamış, onlara narkotik vasitə verən İran İslam Respublikasının vətəndaşını tanımamış və əvvəllər ondan narkotik vasitə almamış və İran İslam Respublikasının vətəndaşı ilə rəfiqəsi Təqsirləndirilən şəxs2 əlaqə saxlamışdır. O, narkotik vasitəni əldə etmək üçün heç kimə pul göndərməmiş və Xocavənd rayonu ərazisinə gələrkən narkotik vasitə əldə edəcəyini bildirmişdir. Suraxanı rayonu ərazisində üzərində narkotik vasitə saxlanılması ilə əlaqədar olan faktla bağlı ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitələrin kakos kimi tanıdığı növündən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Mobil telefonunda “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə bir nəfər tanımadığı şəxslə tanış olmuş, həmin şəxslə söhbət edən zaman sonuncu narkotik vasitə satdığını bildirmiş, həmin şəxsə narkotik vasitə qəbul etdiyini demiş və həmin şəxsdən narkotik vasitə istəmiş, həmin şəxs ona bildirmişdir ki, 1 büküm narkotik vasitə heroini (kakosu) 15 manata satır. O, həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs də ona narkotik vasitə sata biləcəyini deyib Əhmədli metro stansiyasının yaxınlığına gəlməyini demişdir. O, həmin şəxsin dediyi yerə gedib ondan 15 manat ödəməklə narkotik vasitə heroin almış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı həmin şəxsdən 15 (on beş) manat ödəməklə 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə almış və daha sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 20 iyul 2022-ci il tarixdə saat 08:45 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsi 10 saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları kimi təqdim edərək narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə 30-cu Polis Şöbəsinə getməyini təklif etmişlər. O, da polis əməkdaşlarının təklifi ilə razılaşıb birlikdə 30-cu polis şöbəsinə getmiş, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquq vəzifələri ona izah olunmuş, daha sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər, o, da buna etiraz etməmişdir. Keçirilən baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o, da əynində olan göy rəngli qısa cins şalvarın (şortikin) sağ arxa cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü onlara təqdim etmiş, sorğu zamanı həmin bükümün içərisində heroin olduğunu və həmin narkotik vasitəni 19 iyul 2022-ci il tarixdə səhər saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alıb sonra istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Əvvəllər narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən aldığını, sonuncu dəfə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat ödəməklə bir büküm şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini şəxsi istifadəsi üçün aldığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmişə özünün qəbul etmək üçün narkotik vasitə aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Suraxanı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroin olmadığını, Gülüstanla birlikdə narkotik vasitə və psixotrop maddə metamfetamini götürmədiyini, bağlamanın polis əməkdaşları tərəfindən Gülüstana verildiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçdığı üçün, polis əməkdaşlarının dubinka ilə onun belinə vurduqlarını deməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə özünün, digər Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaları, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, iranlı ilə danışmış, iranlıya hər dəfə 150 manat göndərmiş, iranlı da hər dəfə ona metamfetamin göndərmiş, o, da gedib iranlının göndərdiyi metamfetamini Bakı şəhərindən götürmüşdür. Bir gün Gəncə şəhərinə qonaq gedəcəkdir. İranlı ona “orada əmanət var götürə bilərsən” demiş, o da iranlıya götürə biləcəyini demişdir. İranlı ona pulunu bir-iki günə ata biləcəyini demişdir. İranlı ona demişdir ki, “get mən dediyim plakatın yanında şəkil çək göndər mənə”. Bundan sonra narkotik vasitəni göndərəcəkdir. O, da iranlıya inanaraq dediyi yerə getmişdir. Həmin vaxtı Elnurə ilə bir yerdə olmuşlar. Elnurəyə iranlının narkotik vasitə göndərdiyini, Gəncə şəhərinə uşağın atasının yanına getdiyini, həm də soyuq havadır ora-bura çıxıb gedib axtarırsan əziyyət çəkib pul verib alırsan gedib götürək bir yerdə istifadə edərik demişdir. Elnurə onunla razılaşmış, Elnurəyə narkotik vasitənin yarısının özünün, yarısının da onun olacağını demişdir. İranlı dediyi yerə çatan zaman avtomobildən düşmüş, arxasınca isə Elnurə düşmüşdür. Həmin vaxtı polis əməkdaşları onları saxlamışlar. Sumkanı ağacın dibindən götürə bilməmiş, heç sumkaya çata da bilməmişdir. Sprinterin sürücüsünü Yol Patrul Xidmətinin əməkdaşları döyə-döyə yanlarına gətirmişlər. Daha sonra onları polis şöbəsinə aparmışlar. RPŞ-də polis əməkdaşlarından Nicat ona “Gülüstan bizim dediyimizlə razılaş, sənə köməklik edəcəyik” demişdir. Həmin vaxtı polis əməkdaşları onlara “patı” da vermişlər və həmin “patı”nı Elnurə ilə bir yerdə çəkmişlər. Ondan sonra polis əməkdaşları nə demişlərsə “hə” demişdir. Polis əməkdaşları nə sual vermişlər ona da cavab vermişlər. Hadisə yerində olan bağlama ilə videoçəkilişdə olan bağlama eyni bağlama olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Gəncə şəhərində yaşayan əri narkotik vasitədən istifadə etməmişdir. Əri onun narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Elnurə onlara gələrək, onunla birlikdə 10-15 gün qalmışdır. Kirayədə yaşamışlar, öz evləri olmamışdır. İranlı onun üçün 5 qram nəşə və 5 qram da patı qoyacaqdı. İranlıya patının 1 qramına görə 30 manat, nəşənin 1 qramına görə isə 8 manat pul verəcəkdir. Məqsədi iranlını aldatmaq olmuşdur, narkotik vasitələri götürüb istifadə edəcəkdir. Əvvəllər iranlını heç vaxt aldatmamışdır. Narkotik vasitə satmamış, özü başqa yolla pul qazanmışdır. Elnurə ilə aralarında pul söhbəti olmamışdır. Avtomobildən düşəndən sonra iranlının qoyduğu bağlama ilə aralarında olan məsafə çox az olmuş, bağlamanı götürmək istəyən zaman polis əməkdaşları onu tutmuşlar. Maşından düşəndən sonra sumkanı görmüş, ancaq götürə bilməmişdir. Bağlama avtomobil yolundan kənarda dərə kimi bir yerdə olmuş, həmin yerə getmiş, bağlamanı götürən zaman polislər vaqonun arxasından çıxıb onu yerə yıxmışlar. Bağlamanı baş əməliyyatçı Nicat ona vermişdir. Polis əməkdaşları nə demişlərsə qəbul etmiş, polis əməkdaşlarının yazdıqlarını oxumadan imza etmişdir. Avtomobildən birinci özü düşmüş, daha sonra Elnurə maşından düşüb arxasınca gəlmişdir. Onlar maşından düşdükdən sonra “Sprinter” sürüb çıxıb getmişdir. Uşağının atası Gəncə şəhərində yaşamışdır. Uşağa 2-3 gündən bir 10-15 manat göndərmişdir. Uşağa doğum haqqında şəhadətnamə (metirka) götürə bilməmişdir. Narkotik vasitəni götürmək üçün getdiyini etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 himayəsində iki az yaşlı olmaqla, ikinci uşağının körpə, südəmər olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir, 15 ildir ki, kakos və patı adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddələr istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddələri müxtəlif yerlərdən və adlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşlarından əldə etmişdir. X43 Respublikasının vətəndaşları ilə xatırlamadığı şəxslərin vasitəsilə nömrələrin əldə etmiş və onlarla mobil nömrə ilə əlaqə saxlayıb narkotik vasitələri əldə etmişdir. 30 yanvar 2024-cü ildə o, şəxsiyyəti istintaqa məlum olmayan Fəyyaz adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə quraşdırdığı “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə yaradaraq ona narkotik vasitə və psixotrop maddə lazım olduğunu bildirmiş, bu zaman sonuncu ona qeyd etdiyi əraziyə gedib narkotik vasitəni götürüb deyəcəyi ünvana aparmasını və bunun qarşılığında ona narkotik vasitə və psixotrop maddə verəcəyi ilə bağlı razılaşdıqdan sonra sonuncu narkotik vasitəni Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsinə qoyacağını bildirmiş və oraya gedib götürməsi üçün konum atmışdır. Təxminən 2 ildir ki, tanıdığı və birgə yaşadığı rəfiqəsi olan Təqsirləndirilən şəxs1 bu barədə yaşadıqları evdə demiş, sonuncu ilə qeyd olunan əraziyə gedib narkotik vasitələri götürüb istifadə etmələrini, narkotik vasitələrin müəyyən hissəsini isə sonra psixotrop maddə olan metamfetaminlə dəyişdirib istifadə etmələri ilə bağlı razılaşmışdır. Onlar 30 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhərindən Beyləqan rayonuna gəlmək üçün tanımadığı taksi fəaliyyəti ilə məşğul olan avtomobillə Bakı şəhərindən çıxıb 31 yanvar 2024-cü il tarixdə saat 03 radələrində Bərdə rayon ərazisinə çatmış, orada təxminən bir saata yaxın Beyləqan rayonu istiqamətinə gedən avtomobilin olmasını gözləmiş, oradan Beyləqan rayonu istiqamətində keçən ağ rəngli “Mercedes Sprinter” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb əllə işarə edib saxlatmış, eyni istiqamətə getdiklərini bildikdən sonra sürücüdən pullarının olmamasını, onları gedəcəkləri Beyləqan rayonuna aparmalarını xahiş etmişlər. Əvvəldən tanımadığı avtomobilin sürücüsü Şahid10 onlarla razılaşmış və sonuncunun istifadəsində olan mobil nömrədə quraşdırılmış “whatsapp” ani mesajlaşma tətbiqinə şəxsiyyəti istintaqa məlum olmayan Fəyyaz adlı İran İslam Respublikası vətəndaşının ona atdığı konumu göndərmişdir. Sürücü Şahid10 orada mühüm sənədlərinin olduğunu və sənədləri götürmək üçün oraya getdiklərini bildirmişdir. Təxminən bir saatdan sonra sürücü Şahid10 onun göndərdiyi konuma çatmış və o, sürücüyə dostunun ona sənədləri torpaq əraziyə atmasını və götürüb gələcəklərini bildirmişdir. Rəfiqəsi Təqsirləndirilən şəxs1 ilə birlikdə Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində avtomobildən düşmüş və torpaq əraziyə doğru getmişlər. Şəxsiyyəti istintaqa məlum olmayan Fəyyaz adlı İran İslam Respublikasının vətəndaşının ona “whatsapp” ani mesajlaşma tətbiqində atdığı şəkillərə və konuma baxıb, koordinatın göstərdiyi təyinat nöqtəsinə yəni, Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə, ağacın yanına getmiş və şəkildə olan qara rəngli çantanı götürmüş, çantanın içərisini açıb baxdıqda içərisində iki ədəd qara rəngli bükümdə narkotik vasitə olan 580 qram marixuana və psixotrop maddə olan 7,003 qram metamfetamin olduğunu gördükdə Təqsirləndirilən şəxs1 ilə birgə həmin kütlələrin narkotik vasitə olduğunu bilmiş və çantanı götürüb həmin avtomobilə yaxınlaşıb minmək istəyərkən oraya polis əməkdaşları yaxınlaşmış, onları Xocavənd RPŞ-yə aparmışlar. Orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış qara rəngli çantanın içərisində olan qara rəngli sellofan torbadan narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar edilərək elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməllərini etiraf etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında narkotik vasitə qrudulmuş marixuana və psixotrop maddə metamfetamin olan bağlamanı götürə bilmədiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü deməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs1 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə ozünü və təqsirləndirilən şəxs Elnurə Sivasını cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaları, eləcə də özü və digər Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin CAQnun əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etmələri, üzərilərində saxlamaları və daşımaları barədə Xocavənd RPŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 31 yanvar 2024-cü il tarixdə saat 06 radələrində “Mercedes Sprinter” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinin giriş hissəsində saxlamış, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək təxminən 15-20 metr getmişlər və ağacın yanından çanta götürən zaman tədbir iştirakçıları tərəfindən saxlanılaraq üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmişdir. Beyləqan rayonu ərazisində yerləşən Xocavənd RPŞ-nə dəvət edilmişlər. Hər iki şəxs polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs2 məxsus qara rəngli çantadan ağ rəngli kağız paketdən ümumi çəkisi 7.7 qram olan psixotrop maddə metamfetamin və sarı rəngli sellofan torbadan ümumi çəkisi 684 qram olan narkotik vasitə marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, hər iki təqsirləndirilən şəxs maşından düşmüş, sumkanı Gülüstan götürmüşdür. Gülüstanı özü saxlamışdır. Hər iki təqsirləndirilən şəxs avtomobusda RPŞ-nə aparılmışdır. Nə saxlanılan zaman nə də RPŞ-də təqsirləndirilən şəxsləri döyməmişlər və onlara qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Dindirilmiş şahidlər Şahid1, Şahid4 və Şahid7 Şahid3 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər və ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini demişlər. Dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 20 iyul 2022-ci il tarixdə, saat 08:45-də tərəflərindən keçirilmis əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Fərhad qızını Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən 10 nömrəli yaşayış binasının qarşısında olan zaman saxlamışlar. Elnurə adının X18 olduğunu demişdir. Elnurəni Suraxanı RPÍ-nin 30-cu PŞ-nə gətirmişlər və Elnurənin üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparmışlar. Elnurə əynində olan göy rəngli qısa cins şalvarının cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Elnurə təqdim etdiyi narkotik vasitənin “kakos” olduğunu demişdir. Həmçinin həmin narkotik vasitəni 19 iyul 2022-ci il tarixdə günorta saatlarında Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 15 manat pul ödəməklə, şəxsi istifadəsi üçün aldığını demişdir. İfadəsi elan olunmaqla tətqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 11 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etmələri, üzərilərində saxlamaları və daşımaları barədə Xocavənd Rayon Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Xocavənd RPŞnin rəhbərliyindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə alınmış, icazə alındıqdan sonra onun rəhbərliyi ilə 31 yanvar 2024-cü il tarixdə şöbənin KTB-nun inspektor kriminalisti, polis kiçik leytenantı Şahid4, YPX-nin inspektoru, polis serjantı Şahid7, CAQ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, CAQ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, PPXB-nin polis nəfəri, polis serjantı X11 və DYPQ-nun YPX baş inspektoru polis leytenantı Şahid5 iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təsdiq etdiyi qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinə başlamazdan əvvəl rəhbərlik tərəfindən təlimatlandırıldıqdan sonra əməliyyat tədbirinə başlanılmış və 31 yanvar 2024-cü il tarixdə saat 06 radələrində “Mercedes Sprinter” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinin giriş hissəsində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin avtomobildən düşərək təxminən 15-20 metr getmişlər və ağacın yanından çanta götürən zaman tədbir iştirakçıları tərəfindən saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmiş və Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayon polis şöbəsinə dəvət edilmişlər. Hər iki şəxs polis şöbəsinə gətirildikdən sonra üzərində və avtomobilində narkotik vasitə olubolmaması yoxlanılması üçün Xocavənd RPŞ-nin rəisinə raportla məruzə edilərək aidiyyəti əməkdaşlar tərəfindən araşdırma aparılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Xocavənd RPŞ-nin rəisi tərəfindən həmin raportun icrası Xocavənd RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı Hümbət Vəliyevə həvalə edilmiş və Hümbət Vəliyev hər iki şəxsi şübhəli şəxs qismində tutduqdan sonra onlara müdafiəçi təyin etmişdir. Hümbət Vəliyev şəxslərin üzərində şəxsi axtarış aparacağını və Şahid10 idarə etdiyi avtomobilə baxış keçirəcəyini bildirmişdir. Bundan sonra Hümbət Vəliyevin xidməti otağında video çəkilişlə müdafiəçinin iştirakı ilə şəxslərin üzərində şəxsi axtarış aparmış və Təqsirləndirilən şəxs2 məxsus qara rəngli çantadan ağ rəngli kağız paketdə ümumi çəkisi 7.7 qram olan psixotrop maddə metamfetamin və sarı rəngli selofan torbadan ümumi çəkisi 684 qram olan narkotik vasitə marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, 31 yanvar 2024-cü il tarixdə Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Salyan şəhər sakini Təqsirləndirilən şəxs2 və Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 saxlanılaraq Xocavənd RPŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 məxsus bir ədəd qara rəngli çantadan ümumi təmiz çəkisi 580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və bir ədəd kağız paketdə ümumi təmiz çəkisi 7.003 qram psixotrop maddə metamfetamin aşkar edilməsi barədə toplanmış HK-1/11-24 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.(cild 1, i.v.1-2) -Xocavənd RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis polkovnik-leytenantı Hümbət Vəliyev tərəfindən yazılaraq RPŞ-nin rəhbərliyinə ünvanlanmış 31 yanvar 2024-cü il tarixli “raport” da göstərilmişdir ki, Xocavənd RPŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında 31 yanvar 2024cü il tarixdə saat 07 radələrində Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı üzərində narkotik vasitə gəzdirməkdə şübhəli şəxs kimi RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 alt geyim paltarından çıxarıb təqdim etdiyi narkotik tərkibli kütləyə bənzər ümumi çəkisi 0,3 qram heroin, qara rəngli əl çantasının içərisindəki 1 ədəd qara rəngli polietilen torbada ümumi çəkisi 684 qram olan marixuana və bir ədəd kağız paketdə ümumi çəkisi 7.7 qram olan metamfetamin aşkar olunmuş, ekspertizaya təqdim olunması üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X27 Bölməsindən 18/131-132 nömrəli ekspert rəyi alınmışdır. Toplanmış materialın istintaq aidiyyəti üzrə Xocavənd RPŞ-nin İstintaq Qrupuna verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.(cild 1, i.v. 3) -“əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafinda əməliyyat-axtarış tədbirləri keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir.(cild 1, i.v.4-5) -Xocavənd RPŞ-nin ƏİÜ müavini polis polkovnik-leytenantı Şahid6 tərəfindən yazılaraq RPŞ-nin rəhbərliyinə ünvanlanmış 30 yanvar 2024-cü il tarixli “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri qəbul etməkdə, külli miqdarda narkotik vasitələri üzərində gəzdirilməsində, daşımasında və satışında şübhəlidir. Alınmış məlumatların əməliyyat yolu ilə yoxlanılmasına, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin ifşa olunmasından ötrü əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir.(cild 1, i.v.8) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 07:20-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.22-23) -“şəxsi axtarış haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ qarşı yan cibindən «Redmi 9» markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi qara rəngli çantanın içərisinə baxış keçirilərkən, çantanın içərisindən 01 ədəd bükümdə ümumi çəkisi- 7,7 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəyə bənzər kütlə metamfetamin və 01 ədəd qara rəngli torbada ümumi çəkisi- 684 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəyə bənzər qurudulmuş marixuana aşkar edilərək, müvafiq qaydada qablaşdırılaraq götürülmüş və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alınmış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir.(cild 1, i.v.26-29) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 07:35-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.48-49) -“şəxsi axtarış haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli plaşın sağ yan cibindən bir ədəd qırmızı rəngli qutunu çıxarıb təqdim edərək, həmin qutunun içərisində narkotik tərkibli vasitə istifadə edərkən nəzərdə tutulmuş “falqa” və “turbiçka” adı ilə tanıdığı əşyanın olmasını bildirdi. Sonra həmin qutunu Təqsirləndirilən şəxs1 açaraq içərisindəki özünün dediyi kimi narkotik tərkibli vasitə istifadə edilərkən istifadə olunan “faliqa”ları və “turbiçka”ları təqdim edib göstərdi. Həmin qutudan 1 ədəd yaşıl rəngli alışqan da aşkar edildi. Sonda Təqsirləndirilən şəxs1 əyin paltarının sol qarşı yan cibindən “ED” markalı içərisində bir neçə siqaret olan qutunu, eyni ilə həmin cibindən “Rotmost” markalı içərisində bir neçə ədəd siqaret olan qutunu təqdim etmiş, əyin paltarından bir ədəd yaşıl rəngli alışqan da aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən siqaret qutuları, “falqa”lar, “turbiçka”lar və alışqanlar qablaşdırılaraq götürülmüş və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alınmış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir.(cild 1, i.v.50-52) -“məhkəmə-bioloji, materialların məhkəmə ekspertizası”nın 31 yanvar 2024-cü il tarixli, 18/131-132 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Təqsirləndirilən şəxs2 üzərindən…” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,06 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi…ağ rəngi kağız…” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-7,003 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi…qara rəngi sellofan…” sözləri yazılmış kağız paketdə üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi- 580,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(cild 1, i.v.86-89) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Xocavənd Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(069)-2/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. Həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmışdır.(cild 1, i.v.91-95, 153-156) -“telefon cihazına baxış keçirilməsi haqqında” 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin telefon cihazının üzərində ***-***-**-** saylı mobil nömrəsi var, həmin mobil nömrə vasitəsi ilə «whatsapp» ani mesajlaşma proqramı yüklənmiş, həmin mesajlaşma proqramı ilə İran İslam Respublikasına məxsus olan +98 937 *** **** mobil nömrəsi ilə “fazelt Fapgam” adı ilə qeyd etdiyi istintaqa məlum olmayan şəxslə 31 yanvar 2024-cü il tarixdə saat 04:16-dan 04:51-dək olan müddət ərzində mətn və səsli mesajlar mövcuddur. xx.xx.2024-cü il tarixdə saat 04:16-da İran vətəndaşı azərbaycan dilində 9 saniyəlik səs ataraq “salam, necəsən haradasan”, saat 4:17-də 7 saniyəlik səs ataraq “haradasan”, Təqsirləndirilən şəxs2 həmin gün saat 04:17-də səs ataraq “yoldayam” demiş, iran vətəndaşı saat 04:17-də səs ataraq “konum atıram” demiş, Gülüstan Sülüymanova saat 04:18-də “Ok” yazmış, İran vətəndaşı 04:21-də Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbənin konumunu və çantanın olduğu ərazinin şəkillərini atmış, saat 04:22-də İran vətəndaş 9 saniyəlik səs ataraq “Xocavəndə gəl götür” demiş, Gülüstan Sülüymanova saat 04:23-də “Ok” yazmış, İran vətəndaşı 04:23-də 6 saniyəlik səs ataraq “tapmasan əlaqə saxla” demiş, İran vətəndaşı saat 04:51-də 8 saniyəlik səs ataraq “hardasan götürdün?” demişdir.(cild 1,i.v.111-117) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Xocavənd Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(069)-1/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. Həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmışdır.(cild 1, i.v.124-125, 149-152) -01 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 Fərhad qızı özünə məxsus 2 ədəd geyim əşyalarını, kosmetik və digər əşyaları olan çantasını təhvil almışdır.(cild 1, i.v.158) -02 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 özünə məxsus kosmetik əşyaları, mobil telefon aparatını, 18 manat pulunu, qara rəngli üzərindən aşkar olunmuş pul kisəsini 1 manat 10 qəpik məbləğdə pulunu təhvil almışdır.(cild 1, i.v.159) -“təqsirləndirilən şəxsin ifadəsinin yerinrdə yoxlanılması haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 1, i.v.163-166) -“təqsirləndirilən şəxsin ifadəsinin yerinrdə yoxlanılması haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 1, i.v.167-170) -“maddi sübut kimi tanıma və maddi sübutun saxlanması üçün təhvil verilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus çantadan aşkar edilərək götürülmüş 6.903 qram psixotrop maddə metamfetamin, 579.90 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,03 olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xocavənd RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir.(cild 1, i.v.171-172) -“maddi sübut kimi tanıma və maddi sübutun saxlanması üçün təhvil verilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd cib bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xocavənd RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir.(cild 1, i.v.175-176) -“əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” Xocavənd Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 5(069)-1/2024 nömrəli qərarından görünür ki, Xocavənd RPŞ-nin X33 rəis müavini, polis mayoru Şahid6, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Fərhad qızının satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etməsi, saxlaması və daşımasına dair 31 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(cild 1, i.v.185-187) -“təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir.(cild 1, i.v.252-253) -“təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir.(cild 1, i.v.256-257) -Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24 fevral 2012-ci il tarixli, 1(004)-159/2012 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(cild 2, i.v.7-10) -Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 1(008)98/19 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 9 (doqquz) ay, 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində olan 25 dekabr 2013-cü il tarixdə doğulmuş uşağı X3 14 yaşına çatana qədər hökmün icrası təxirə salınmışdır.(cild 2, i.v.11-20) -Xocavənd RPŞ-nin CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən yazılaraq RPŞ-nin rəhbərliyinə ünvanlanmış 22 mart 2024-cü il tarixli “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 məxzsus ***-***-**-** mobil nömrəsi barədə "xxxx" MMC-yə məxsus diskə baxış keçirilmiş, X25 və X35 mobil nömrələrin sahiblərinin şəxsiyyətləri müəyyən edilmişdir. Əməliyyat axtarış tədbirləri zamanı telefonla əlaqə saxladığı şəxslərdən hər hansı birindən narkotik vasitə əldə edib-etməməsi, narkotik vasitə satıb-satmaması ilə bağlı müsbət nəticə əldə edilməmişdir. Raportun aidiyyəti əməkdaşa verilməsinə göstəriş verilməsi xahiş edilmişdir.(cild 2, i.v.99) -“axtarışda olan şəxsin tutulması barədə” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs1, 26 mart 2024-cü il tarixdə saat 19:40-da Bakı şəhəri, Xətai rayonu ərazisində tutularaq Beyləqan RPŞ-nin MSY-nə təhvil verilməklə, barəsində açılmış 1010136/24 nömrəli axtarış işinə xitam verilmişdir.(cild 2, i.v.101) -“axtarışda olan şəxsin tutulması barədə” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs2 26 mart 2024-cü il tarixdə saat 20:47-də Bakı şəhəri, Xətai rayonu ərazisində tutularaq Beyləqan RPŞ-nin MSY-nə təhvil verilməklə, barəsində açılmış 1010137/24 nömrəli axtarış işinə xitam verilmişdir.(cild 2, i.v.102) -Xocavənd Rayn Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(069)-6/2024 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, istintaq müddətinin sonunadək, yəni 01 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəm iclas zalında həbsə alınmışdır.(cild 2, i.v.128-134) -Xocavənd Rayn Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(069)-5/2024 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, istintaq müddətinin sonunadək, yəni 01 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəm iclas zalında həbsə alınmışdır.(cild 2, i.v.135-140) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X6 17 aprel 2024cü il tarixli 3-16-5/8-943/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il təvəllüdlü X12 adında qızı adında övladı var. Onun doğumu xx.xx.2017-ci il tarixdə 465 saylı aktla Salyan rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. “Vətndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək nikah haqqında akt qeydi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 Fərhad qızının nikahı və övladları barədə məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək nikah və övladları haqqında məlumat aşkar edilməmişdir.(cild 2, i.v.169) -“cinayət işinin icraata qəbul edilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Fərhad qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icrrata qəbul edilmişdir.(cild 2, i.v.173) -“cinayət işlərinin birləşdirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək, cinayət işinə ********* nömrəsi verilməklə istintaqı davam etdirilmişdir.(cild 2, i.v.175-176) -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, X19 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir.(cild 3, i.v.3) -“əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, narkotik vasitə əldə edərək istifadə etməsində və üzərində saxlamasında şübhəli olan xx.xx.1984-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Gəncə şəhəri, M.Paşayev küçəsi, 1 dön, ev 3-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 24-də yaşayan, X19 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir.(cild 3, i.v.7-8) -Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid9 tərəfindən yazılaraq RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə ünvanlanmış 20 iyul 2022-ci il tarixli “raport”da göstərilmişdir ki, 20 iyul 2022-cil tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nailə Göyüyeva həmin tarixdə saat 08:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, İ.Əhlimanov 10 saylı binanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir.(cild 3, i.v.11) -“şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Nailə Göyüyeva həmin tarixdə saat 08:45-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 3, i.v.22) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, şəxsi axtarış zamanı Nailə Göyüyeva əynində olan göy rəngli qısa cins şalvarının (şortikinin) sağ arxa cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində kakos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni, metronun “Əhmədli” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat pul ödəməklə almış və narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Nailə Göyüyevanın təqdim etdiyi 3,554 qram narkotik vasitəyə bənzər 1 ədəd şəffaf büküm qablaşdırılaraq götürülmüş və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alınmış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir.(cild 3, i.v.33-35) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 20 iyul 2022-ci il tarixli, 6/3933 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs X13 üzərindən aşkar olunaraq götürülmüş maddi sübut...” sözləri və imzalar olan bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 3,554 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(cild 3, i.v.41-44) -“cinayət əməlinin tövsif olunması haqqında” 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nailə Göyüyevanın əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur.(cild 3, i.v.57) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Nailə Göyüyeva Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(cild 3, i.v.59-60) -“təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Nailə Göyüyeva barəsində polisin nrəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(cild 3, i.v.81-83) -“sübutların qiymətləndirilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,454 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına verilmiş və 1 ədəd DVD disk və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 3, i.v. 103-109) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X1 miqdarda narkotik vasitə olan heroini aldığı mənbənin müəyyən edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir.(cild 3, i.v.111-112) -Bakı Ağır Cinayətlər Məhkəməsinin «məhkəmə hazırlıq iclasının» 23 noyabr 2022-ci il tarixli, 1(101)-1981/2022 nömrəli qəraı ilə X19 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(cild 4, i.v.19-20) -Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(101)-434/2023 nömrəli qərarından görünür ki, Əliyeva (Göyüyeva) Nailə Fərhad qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və barəsində axtarış elan olunmuşdur.(cild 4, i.v.67-69) -“axtarışda olan şəxsin tutulması barədə” 2 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X20 həmin tarixdə tutularaq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir.(cild 4, i.v.80) -Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 1(101)-434/2023 nömrəli qərarından görünür ki, Əliyeva (Göyüyeva) Nailə Fərhad qızının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Əliyeva (Göyüyeva) Nailə Fərhad qızının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Suraxanı rayon prokurorluğuna qaytarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarına əsasən Əliyeva (Göyüyeva) Nailə Fərhad qızının barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.(cild 4, i.v.108-115) -“cinayət işinin icraata qəbul edilməsi haqqında” 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cavid İskəndərov tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılışdır.(cild 4, i.v.127-128) -“qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Elnurə Sivaci barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(cild 4, i.v.132-133) -“cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. (cild 4, i.v.153-154) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona yenidən ittiham elan edilmişdir.(cild 4, i.v.167-168) -“sübutların qiymətləndirilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməsi və istintaqının davam etdirilməsi üçün Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Bakı şəhəri, Suraxanı rayon prokurorluğu vasitəsilə Xocavənd RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Bütün istintaq sənədlərində Təqsirləndirilən şəxs1 soyadı, adı, atasının adı “X21” kimi, qeydiyyatda olduğu ünvan isə ünvan 13şdır.(cild 4, i.v.179-187) -“maddi sübut kimi tanıma və maddi sübutun saxlanılması üçün təhvil verilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1yə məxsus narkotik vasitə heroini ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və narkotik vasitə saxlanılması üçün Xocavənd RPŞ-nə təhvil verilmişdir.(cild 5, i.v.7-8) -“məhkəmə-narkoloji ekspertizası”nın 15 aprel 2024-cü il tarixli, 2379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitlərin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 “hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməməsi ilə əlaqədar olaraq” ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.(cild 5, i.v.10-11) -“məhkəmə-narkoloji ekspertizası”nın 15 aprel 2024-cü il tarixli, 2378 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(cild 5, i.v.12-13) -“kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 08 aprel 2024-cü il tarixli 951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, laqeydlik, inadkarlıq, hövsələsizlik fərdi-psixoloji xüsusiyyətlərə malikdir.(cild 5, i.v.19-21) -“kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 08 aprel 2024-cü il tarixli 952 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, məsuliyyətsizlik, biganəlik, inadkarlıq, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir.(cild 5, i.v.22-24) -“cinayət əməlinin tövsif edilməsi haqqında” 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 5, i.v.29-30) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir.(cild 5, i.v.47-48) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir.(cild 5, i.v.67-69) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə qrudulmuş marixuana və psixotrop maddə metamfetamini əldə etdikləri mənbəni müəyyən etmək üçün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 5, i.v.109-110) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Suraxanı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroin olmadığını, Gülüstanla birlikdə narkotik vasitə və psixotrop maddə metamfetamini götürmədiyini, bağlamanın polis əməkdaşları tərəfindən Gülüstana verildiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçdığı üçün polis əməkdaşlarının dubinka ilə belinə vurduqlarını deməsi, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan bağlamanı götürə bilmədiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi ilə bağlı verdikləri ifadələr həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadələr vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində 19 iyul 2022-ci il tarixdə metronun “Əhmədli” stansiyasının yaxınlığında tanımadığı həmin şəxsdən 15 (on beş) manat ödəməklə 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə heroin aldığını, istifadə etməyi üçün üzərində saxladığını, 20 iyul 2022-ci il tarixdə saat 08:45 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsi 10 saylı binanın qarşısında olan zaman Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını, üzərində şəxsi axtarış aparılan zaman çıxararaq təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində iranlının dediyi Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə, ağacın yanına getmiş və şəkildə olan qara rəngli çantanı götürmüş, çantanın içərisini açıb baxdıqda içərisində iki ədəd qara rəngli bükümdə narkotik vasitə olan 580 qram marixuana və psixotrop maddə olan 7,003 qram metamfetamin olduğunu gördükdə Təqsirləndirilən şəxs1 ilə birgə həmin kütlələrin narkotik vasitə olduğunu bilmiş və çantanı götürüb həmin avtomobilə yaxınlaşıb minmək istəyərkən oraya polis əməkdaşları yaxınlaşmış, onları Xocavənd RPŞ-yə aparmışlar və həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özlərini və bir-birlərinin müdafiəsi üçün deyilmiş ifadələr kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-3,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2022-ci il tarixdə saat 08:45-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4nında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın (şortikin) sağ arxa cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü vəziyyətdə külli miqdarda-3,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib satışını həyata keçirmək üçün ünvan 6 ünvanında birlikdə yaşadığı və rəfiqəsi Təqsirləndirilən şəxs1 ilə razılığa gəldikdən sonra 30 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasına aid telefon nömrəsi üzərindən açılmış “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə İran İslam Respublikası vətəndaşı kimi əvvəlcədən tanıdığı şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan kişi cinsli şəxsə zəng edib danışaraq narkotik vasitə və psixotrop maddə lazım olduğunu bildirmiş, aralarında olan razılaşmaya əsasən adı istintaqa və məhkəməyə məlum olmayan şəxs ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin verəcəyini və 31 yanvar 2024-cü il tarixdə Beyləqan rayonuna gedib götürə biləcəyini dedikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə 30 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən birlikdə çıxıb 31 yanvar 2024-cü il tarixdə səhər saatlarında Beyləqan rayonuna çataraq narkotik vasitəni əldə edəcəyi şəxslə “whatsapp” vasitəsilə əlaqə saxlayıb narkotik vasitəni və psixotrop maddəni haradan götürəcəyini soruşmuş, həmin şəxsin “whatsapp” vasitəsilə narkotik vasitə və psixotrop maddənin qoyulduğu yer barədə koordinat göndərildikdən sonra Beyləqan rayonu ərazisinə gəldikləri Şahid10 idarə etdiyi “Mercedes Sprinter” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları koordinatın göstərdiyi təyinat nöqtəsinə yəni, Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə aparmasını xahiş etmiş, sonuncu onları Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinin giriş hissəsinə kimi gətirdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşüb yolun kənarında bir ədəd qara rəngli idman çantasının içərisində gizlədilmiş külli miqdarda-580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd kağız paketdə külli miqdarda- 7,003 qram psixotrop maddə metamfetamini götürməklə əldə etmişlər, üzərində həmin çantada daşımaqla saxlamışlar, onlar avtomobilə əyləşmək istəyərkən Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 06 radələrində saxlanılaraq Xocavənd Rayon Polis Şöbəsinin inzibati binasına aparılmışlar, baxış zamanı onun əlində olan həmin əl çantasının içərisindən kağız paketdə üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda-580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və kağız paketdə bir ədəd bükümdə külli miqdarda-7,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinin giriş hissəsində yolun kənarında bir ədəd qara rəngli idman çantasının içərisində olmaqla gizlədilmiş külli miqdarda ümumi təmiz çəkisi 580 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd kağız paketdə külli miqdarda ümumi təmiz çəkisi 7.003 qram psixotrop maddə metamfetamini götürməkdə onların məqsədlərinin və niyyətlərinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxslərin nə vaxtsa satmaq üçün alıcı axtaracaqları, onlarla sonradan sövdələşərək həmin narkotik vasitəni satacaqları barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin və psixotrop maddənin müqabilində təqsirləndirilən şəxslərin kimdənsə və hər hansı məbləğdə pul vəsaiti almaları, yaxud hansısa gəlir əldə etmələri də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə istintaqı zamanı təhlil edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə etmələrinə dair smslər aşkar olunmamışdır. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamların əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərə qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -Təqsirləndirilən şəxs2 məxsus qara rəngli çantada ağ rəngli kağız paketdə ümumi çəkisi 7.7 qram olan psixotrop maddə metamfetamin və sarı rəngli sellofan torbada ümumi çəkisi 684 qram olan narkotik vasitə marixuana olması, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 məxsus qara rəngli çantadan ağ rəngli kağız paketdə ümumi çəkisi 7.7 qram olan psixotrop maddə metamfetamin və sarı rəngli selofan torbada ümumi çəkisi 684 qram olan narkotik vasitə marixuanaya münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etmələri və ya satış niyyətində olmalarına dair hər hansı mötəbər məlumat (məsələn, istifadələrində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitələrin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün təqsirləndirilən şəxslərin yaşadıqları evdə axtarış aparılmaması, -göstərilən halların ümumi məcmusunun Təqsirləndirilən şəxs2 məxsus qara rəngli çantadan ağ rəngli kağız paketdə ümumi çəkisi 7.7 qram olan psixotrop maddə metamfetamin və sarı rəngli selofan torbada ümumi çəkisi 684 qram olan narkotik vasitə marixuananı əldə etmələri, üzərlərində saxlamalarından ibarət hərəkətləri şəxsən istifadə etmək niyyəti ilə etmələri anlamını vermələri və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olmaları barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xeyrinə təfsir edilməli olması iş üzrə törətdikləri cinayət əməllərinin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmədiyi, onların əməllərinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X7 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı” və “Yanoseviç İsveçə qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo prinsipi” tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin “Yanoseviç İsveçə qarşı” və “Falk Niderlanda qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 12-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra- Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Göründüyü kimi təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqadarda narkotik vasitə və psixotrop maddə əldə etmələri öz təsdiqini tapmamış, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmişlər. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda-CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3.554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2022-ci il tarixdə saat 08:45-də Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4nında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış, orada xidməti otaqda videoçəkiliş aparılmaqla üzərində şəxsi axtrarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın (şortikin) sağ arxa cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü vəziyyətdə külli miqdarda təmiz çəkisi 3,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şərh edilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri təkrar törətməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini inandırıcı hesab edir, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vedikləri ifadələri özlərini müdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri digər dəlil-saxlanılan zaman polis əməkdaşlarının onlara fiziki zor tətbiq etmələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları bildirmişlər ki, nə saxlanılan zaman nə də RPŞ-də təqsirləndirilən şəxsləri döyməmişlər və onlara qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Odur ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman polis əməkdaşlarının onlara fiziki zor tətbiq etmələri barədə göstərdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdikləri “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin cinayət törətməkdə öz təqsirlərini etiraf etmələri yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özlərini cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onların ibtidai istintaq zamanı özlərinə qarşı verdikləri ifadələri alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdikləri ifadələrini hər hansı təsirə məruz qalmadan bildirdiklərindən, işin faktiki hallarına, o cümlədən Təqsirləndirilən şəxs2 telefonundan aşkar olunmuş smslərə uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, saxlamaq və daşımaqla onların məqsədlərinin məhz həmin maddələrin qazanc əldə etmək üçün yayılmasına yönəldilmiş əməllər olması sübuta yetməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri ibtidai istintaq zamanı verdikləri etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə barədə” protokollar və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş disklər, məhkəmə ekspertizasının rəyləri, iş üzrə maddi sübut kimi tanınaraq Xocavənd RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitələr və psixotrop maddələr, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -03 ferval 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yasamal Rayon Məhkəməsinin 24 fevral 2012-ci il tarixli, 1(004)-159/2012 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 avqust 2012-ci il tarixdə cəza müddəti başa çatdığından azad edilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 1(008)98/19 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 9 (doqquz) ay, 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınmışdır. Qanunvericilikdə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir.(cild 2,i.v.2-4) -03 ferval 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir.(cild 2,i.v.5-6) Cinayət Məcəlləsinin 79.5-ci maddəsində göstərilmişdir ki, şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il tarixli Qərarına görə Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cinayəti təkrar törətməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsi əsasən, cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsi Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar olaraq müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ailə, maddi və sosial vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cinayətin residivi olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsi əsasən, cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsi Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Bundan əlavə Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalar təyin olunan zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 mart 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, 2 iyul 2023-cü il tarixdən 20 oktyabr 2023cü il tarixədək həbsdə qaldığı 3 (üç) ay 18 (on səkkiz) gün müddət, 31 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, 01 fevral 2024-cü il tarixdən 26 fevral 2024-cü il tarixədək ev dustaqlığında qaldığı 26 (iyirmi altı) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, Xocavənd Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(069)-6/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 mart 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 1(008)98/19 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 9 (doqquz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində olan 25 dekabr 2013-cü il tarixdə doğulmuş X3 on dörd yaşına çatana qədər çəkilməsinin təxirə salınması ləğv olunmalı, həmin azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq cəza ilə qismən birləşdirilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün və 01 fevral 2024-cü il tarixdən 26 fevral 2024-cü il tarixədək ev dustaqlığında qaldığı 26 (iyirmi altı) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)-517/2024 nömrəli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 55-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Təqsirləndirilən şəxs2 anası X16 02 aprel 2025-ci il tarixli qəbzlə məhkəməyə müraciət edərək, qızı Təqsirləndirilən şəxs2 himayəsində olan 25 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 24 oktyabr 2024-cü il tarixdə doğulmuş “X17”nu himayəsinə götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 azyaşlı uşaqlarının anasının himayəsinə verilməsinə etiraz etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Məhkəmə-narkoloji ekspertizası”nın 15 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitlərin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 “hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməməsi ilə əlaqədar olaraq” ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. “Məhkəmə-narkoloji ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmənarkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli və onlar ərazi narkoloji dispaserində qeydiyyata alınmalıdırlar. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 118 (bir yüz on səkkiz) manat 90 (doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 118 (bir yüz on səkkiz) manat 90 (doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq, Xocavənd RPŞnin maddi sübutlar otağında salxanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi-3,454 qram olan heroin, qalıq çəkisi- 579,90 qram olan qurudulmuş marixuana narkotik vasitələri və ekspertiza tədqiqatından sonra qalıq çəkisi-6,903 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51- 2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, 2 iyul 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək həbsdə qaldığı 3 (üç) ay 18 (on səkkiz) gün müddət, 31 yanvar 2024-cü il tarixdən 01 fevral 2024cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, 01 fevral 2024-cü il tarixdən 26 fevral 2024-cü il tarixədək ev dustaqlığında qaldığı 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, 26 mart 2024-cü il tarixdən hesablansın. Xocavənd Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(069)-6/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispaserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 1(008)98/19 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 9 (doqquz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində olan 25 dekabr 2013-cü il tarixdə doğulmuş X3 on dörd yaşına çatana qədər çəkilməsinin təxirə salınması ləğv olunsun. Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 1(008)98/19 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq saxlanılmış və çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 9 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün və 01 fevral 2024-cü il tarixdən 26 fevral 2024-cü il tarixədək ev dustaqlığında qaldığı 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, 26 mart 2024-cü il tarixdən hesablansın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)-517/2024 nömrəli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2, oradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 himayəsində olan 25 dekabr 2013-cü il tarixdə doğulmuş X12 və 24 oktyabr 2024-cü il tarixdə doğulmuş “X17”, anası X9 himayəsinə verilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 118 (bir yüz on səkkiz) manat 90 (doxsan) qəpik pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xocavənd Rayon Polis Şöbəsinin maddi sübutlar otağında salxanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi-3,454 qram olan heroin, qalıq çəkisi- 579,90 qram olan qurudulmuş marixuana narkotik vasitələri və ekspertiza tədqiqatından sonra qalıq çəkisi-6,903 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar