Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-370/2022 05.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X9 oğlunun sədrliyi ilə, hakimlər – X7 və X2 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 2001-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasıvətəndaşı, məhkumluğu olmayan, subay, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə daircinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda yəni -28,909 qramdan artıq çəkidə narkotik vasitə olan heroini məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 25 yanvar 2022-ci il tarixdə axşam saatlarında Astara şəhərində yerləşən «Halal market»in yanında 0,051 qram çəkidən artıq miqdarda Şahid6 satmış, qalan hissəsini isə qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 14:15 radələrində Azərbaycan Respublikası DİN-in BNMİnin X5 əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Astara şəhəri Nizami küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi-28,858 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra 27 yanvar 2021-ci il tarixdə saat 16 radələrində DİN-in BNMİ-nin CBRŞ-nin və Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə tədbir zamanı Şahid6 Astara şəhəri H.Əliyev prospektində yolun kənarında saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi-0,051 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Fərşid adlı İran vətəndaşından narkotik vasitə olan herion almamışdır, ittiham aktında yazılanlar düzgün deyildir. Onun üstündən narkotik vasitə aşkar olunmamış, polis işçiləri onu evdən alt paltarda polis şöbəsinə aparmışlar, üzərində aşkar olunan narkotik vasitə onun olmamışdır. Ramin onun qonşusudur, ona narkotik vasitə satmağı barədə məlumat verməmişdir, sonuncu başqa narkotik vasitə ilə tutulmuşdur. Üzərində aşkar olunan narkotik vasitəni onun üstünə qoymuşlar, üstünə axtarış keçirilərkən videoçəkiliş aparılmış, həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan narkotik vasitənin ona aid olmadığını deməmişdir. Üzərində şəxsi axtarış keçirilərkən çox döyülmüş, ona görə də həmin vaxt polis əməkdaşlarının dediklərini etmişdir. O, Ceyhun, Elvin və Raminə narkotik vasitə satmamış və verməmişdir. Onun telefonunda İranlı ilə əlaqəsinin olması barədə hər hansı bir fakt müəyyən olunmamış, telefonla İranlı şəxslə söhbətləri olmamışdır. 28 yanvar 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə müstəntiq İlkin Bağırzadəyə ifadə verərkən heç nə deməmiş, həmin vaxt ifadəni müstəntiq yazmış, o isə imza etmişdir. İstintaq zamanı polis əməkdaşları ona həbsdən təzə çıxan əmisi yeznəsi Şəhriyarın adını verməyini dediklərinə, ad verməyə məcbur edildiyinə görə kiminsə adını verməmək üçün narkotik vasitəni İran vətəndaşından aldığımı bildirmişdir. O videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən bunun heç bir əhəmiyyəti olmadığına görə həqiqəti deməmişdir, məhkəmədə isə həqiqəti deyir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə tərəfindən müəyyən olunmuş törətdiyi cinayət əməlinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq müəyyən olunmuş hal üzrə həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş onun törətmiş olduğu cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq üzərinə baxış keçirilməsi barədə qəbul olunmuş qərar əsasında əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupunun üzvü olmuşdur. Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra 26 yanvar 2022-ci il tarixdə saat 14:15 radələrində yaşadığı Astara şəhəri Nizami küçəsində yerləşən evinin yaxınlığında küçədə piyada hərəkətdə olarkən yaxınlaşıb onu saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün onlarla birlikdə Astara rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı o, əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu, bir ay əvvəl iran vətəndaşından aldığını və özünə məxsus olduğunu, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlə çəkilərək qablaşdırılmış və protokol yazılmışdır. Təqsirləndirilən şəxs baxış keçirilərkən narkotik vasitəyə 400 manat verdiyini, qalanını isə borclu qaldığını demiş, ona qarşı saxlanılarkən və polis şöbəsində zor tətbiq olunmamışdır. Sonradan Şahid6 tutulmuş, o, özündə olan narkotik vasitəni Elmirdən aldığını demişdir. Təqsirləndirilən şəxs tutularkən narkotik vasitənin təsiri altında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun saxlanılaraq üzərinə baxış keçirilməsi barədə qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun üzvü olmuş, 26 yanvar 2022-ci il tarixdə saat 14:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri Nizami küçəsində yerləşən evinin yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlayaraq polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək onlarla polis şöbəsinə gəlmiş, bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o videoçəkiliş aparmış, onu Astara şəhərində evinin yaxınlığında, qapılarının ağzında saxlamışlar, həmin vaxt əynində paltarı olmuşdur. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkillə təmin olunmuş, o, həmin vaxt üzərində aşkar olunmuş narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmuş, bu məlumat əsasında həmin şəxsin saxlanılaraq üzərinə baxış keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunda olmuş və Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edildikdən sonra 26 yanvar 2022-ci il tarixdə saat 14:15 radələrində onu yaşadığı Astara şəhəri Nizami küçəsində yerləşən evinin yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün onlarla birlikdə Astara rayon polis şöbəsinə getməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu, bir ay əvvəl iran vətəndaşından aldığını və özünə məxsus olduğunu, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Ramin saxlanılmış və o, üzərində aşkar olunmuş narkotik vasitəni Elmirdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində ona qarşı zor tətbiq olunmamışdır. Elmir İran vətəndaşı ilə əlaqəsinin olmasını özü demiş, narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Cümşüdzadə Elvin onun qonşusudur. O, çəkmək yolu ilə narkotik vasitə olan heroin istifadə etmiş və bir-iki dəfə Təqsirləndirilən şəxslə alış-veriş edib ondan “kakos” almışdır. Daha dəqiq ondan iki dəfə narkotik vasitə almışdır. O, Elmirin narkotik vasitə satdığını bilmişdir. Elmirlə telefonla danışaraq ondan 2022-ci ilin yanvar ayının ortalarında 30 manatlıq heroin alıb istifadə etmiş, hər dəfə 15 manatlıq olmaqla iki dəfəyə ondan cəmi 30 manatlıq heroin almışdır. Elvinin ləqəbi Bek olmuş, uşaqlıqdan ona Bek deyilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, hal-hazırda barəsində olan digər cinayət işi ilə əlaqədar həbsdədir, Təqsirləndirilən şəxs bir həmyerli kimi tanımış, onunla normal münasibəti olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. O, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamış, 27 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Astara şəhəri H.Əliyev prospektində evinin yaxınlığında yol kənarında polis əməkdaşları tərəfindən saxlanılmış və onu Astara RPŞ-yə aparmışlar. Orada video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman aşkar olunan 1 ədəd kağız bükümdə heroin özünün olmamış, polis əməkdaşları tərəfindən cibinə qoyulmuş, həmin vaxt ona təzyiq və təsir göstərildiyindən Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş, həmin gün sərbəst buraxılmışdır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, həmin ifadə Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır və həmin ifadə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə və işin faktiki halları ilə tam təkzib edilir. Belə ki, şahid R.N.Əlizadə istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı isə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, təxminən 2 ay olar narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələri Astara rayonunda tanımadığım şəxslərdən almışdır. Sonuncu dəfə isə Astara şəhərində yerləşən «Halal market»in yanında yaşayan “Bek” kimi tanıdığı Təqsirləndirilən şəxs almışdır. Onun Elmirlə səmimi münasibəti olmuş və aralarında hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 25 yanvar 2022-cili tarixdə axşam radələrində Elmirlə telefonda danışaraq ona istifadəsi üçün 20 manatlıq heroin verməsini istəmişdir. Elmir də buna etiraz etməmişdir. Daha sonra o, həmin gün axşam radələrində Elmirin yaşadığı evin yanına gedib ona 20 manat verərək istifadə etməyi üçün heroin almışdır və oradan uzaqlaşmışdır. Həmin heroin gümüşü rəngli siqaret kağızına bükülüşdür. Heroindən bir qədərini özü tək istifadə etdikdən sonra qalanını da şalvarının cibində saxlamışdır ki, istəyəndə çəkər. Lakin 27 yanvar 2022-ci il tarixdə saat 16 radələrində o, Astara şəhəri H.Əliyev prospektində evinin yaxınlığında yol kənarında polis əməkdaşları tərəfindən saxlanılmış və onu Astara RPŞ-yə aparmışlar. Orada video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki gün əvvəl Elmirdən aldığı, 1 ədəd kağız bükümdə heroin aşkar edilərək götürülmüş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmin narkotik vasitə olan heroinin çəkisi az olduğuna görə onu həmin gün sərbəst buraxmışlar. Ona görə də, məhkəmə hesab edir ki, Şahid6 məhkəmədə verdiyi ifadəsi sübut kimi qəbul edilməməli və işin tam və obyektiv həlli üçün nəzərə alınmamalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 27 yanvar 2022-ci il tarixli 19/103 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -28,858 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 19/110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid6 aşkar olunmuş 1 bükümdə narkotik vasitəyə oxşar kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,051 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə kimyəvi ekspertizasının 01 fevral 2022-ci il tarixli, 19/136 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs məxsus 1 büküm heroin Rəy №-19/103...” və “Şahid6 məxsus 1 büküm heroin rəy №-19/110...” sözlər və imzalar olan iki ədəd zərfdəki 2 ədəd büküm heroinlər, kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 103 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 17.10 2020-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. İş üzrə ibtidai araşdırma aparmış orqan tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham ona görə verilmişdir ki, o, 2021-ci ilin dekabr ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan «Fərşid» adlı İran İslam Respublikasının vətəndaşı ilə külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdikləri külli miqdar hesab edilən -28,909 qramdan artıq çəkidə narkotik vasitə olan heroini əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Astara-Ələt magistral yolunun 39-cu kilometrini göstərən yol nişanının altından satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 25 yanvar 2022-ci il tarixdə axşam saatlarında Astara şəhərində yerləşən «Halal market»in yanında 0,051 qram çəkidən artıq miqdarda Şahid6 satmış, qalan hissəsini isə qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 14:15 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Astara şəhəri Nizami küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi-28,858 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra 27 yanvar 2021-ci il tarixdə saat 16 radələrində DİN-in BNMİ-nin CBRŞ-nin və Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə tədbir zamanı Şahid6 Astara şəhəri H.Əliyev prospektində yolun kənarında saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi-0,051 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə tədqiq edilən sübutları müqaisəli şəkildə təhlil edərək, toplanmış hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə irəli sürülmüş ittihamlara münasibət bildirərək qeyd edir ki, cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsə qeyd olunan maddələr ilə istinad olunan əməllərin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə kifayət etmir. Həm də bu ittihamların sübuta yetirilməsində istintaq orqanı tərəfindən təqdim olunmuş digər sübutlarla aradan qaldırılması qeyri-mümkün olan şübhələr mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan «Fərşid» adlı İran İslam Respublikasının vətəndaşı ilə külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdikləri külli miqdar hesab edilən - 28,909 qramdan artıq çəkidə narkotik vasitə olan heroini əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Astara-Ələt magistral yolunun 39-cu kilometrini göstərən yol nişanının altından satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıması faktı ilə əlaqədar ittiham tərəfindən məhkəməyə yalnız təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı ilkin verdiyi ifadədən başqa heç bir sübut təqdim edilməmiş və məhkəmə istintaqı zamanı belə bir sübut aşkar edilməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs həmin ittihamı verərkən yalnız təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi ilkin ifadəsinə əsalanmışdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd edilmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumsiyasını böyük ehtimalla pozmuş olur. Məhkəmənin gəldiyi nəticəyə görə, sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətdiyini deməyə əsas vermir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə (təqsirliliyi sübuta yetirilmədikdə) şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən həmin maddələr ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə götürülmüş, qalıq çəkisi 28,758 qram olan narkotik vasitə heroinin və Şahid6 27 yanvar 2022-ci il tarixdə götürülmüş, qalıq çəkisi 0,016 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən aparılmış videoçəklişin qeyd olunduğu 01 ədəd DVD diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin isə cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 234.4.1-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən təqsirliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə götürülmüş, qalıq çəkisi 28,758 qram olan narkotik vasitə heroin və Şahid6 27 yanvar 2022-ci il tarixdə götürülmüş, qalıq çəkisi 0,016 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən aparılmış videoçəklişin qeyd olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-370/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-370/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver