Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-370/2023 22.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1977-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 234.4.1, 234.4.3, 28,234.4.1, 28,234.4.3, 29,234.4.1, 29,234.4.3 və 240.3.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Hacıqabul şəhəri, H.Aslanov küçəsi, ev 12-də qeydiyyatda olmaqla Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 37, mənzil 2-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-30,758 qram narkotik vasitə heroini əldə edib, saxlayıb, daşımış və satışını realizə etmək üçün həmin maddəni ayrı-ayrı hissələrə ayırıb 1,155 qram, 0,992 qram, 1,028 qram, 1,008 qram, 1,291 qram, 1,320 qram, 1,276 qram, 0,806 qram, 0,892 qram, 1,170 qram, 1,045 qram, 0,845 qram, 0,820 qram, 0,940 qram, 0,700 qram, 0,849 qram, 1,190 qram, 0,720 qram, 0,455 qram, 0,830 qram, 0,800 qram, 0,935 qram, 0,940 qram, 0,600 qram, 0,790 qram, 1,088 qram, 0,950 qram, 145 qram, 0,800 qram, 0,405 qram, 0,498 qram, 0,420 qram, 0,990 qram və 1,065 qram olmaqla 34 ədəd bükümlərə qablaşdırııb üzərində saxlamaqla daşıyarkən, daxil olmuş məlumat əsasında 18 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Ə.Vahid küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının yan cibindən iki ədəd sellofan bağlamanın içərisində, 34 ədəd bükümdə ayrı-ayrılıqda 1,155 qram, 0,992 qram, 1,028 qram, 1,008 qram, 1,291 qram, 1,320 qram, 1,276 qram, 0,806 qram, 0,892 qram, 1,170 qram, 1,045 qram, 0,845 qram, 0,820 qram, 0,940 qram, 0,700 qram, 0,849 qram, 1,190 qram, 0,720 qram, 0,455 qram, 0,830 qram, 0,800 qram, 0,935 qram, 0,940 qram, 0,600 qram, 0,790 qram, 1,088 qram, 0,950 qram, 145 qram, 0,800 qram, 0,405 qram, 0,498 qram, 0,420 qram, 0,990 qram və 1,065 qram olmaqla cəmi, külli miqdarda-30,758 qram heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki uşağı vardır və ailəsi ilə birlikdə Hacıqabul şəhəri, H.Aslanov küçəsi, ev 12-də qeydiyyatda olmaqla Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 37, mənzil 2-də yaşamış, tutulan vaxtadək heç bir yerdə işləməmişdir. Əvvəllər uzun müddət Rusiyada yaşamış və orada yaşayarkən narkotik vasitələrdən, heroindən istifadə etmiş, sonradan narkotiklə bağlı Rusiyada məhkum olunmuş və bir müddət Rusiyada cəzasəkmə müəssisəsində olmuş, 2014-cü ildə Azərbaycana gətirilmiş və Azərbaycanda olan cəzaçəkmə müəsisəsində cəzasını çəkmiş, 2022-ci ilin oktyabr ayında Qaradağ Rayon məhkəməsnin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən (01 il 02 ay 01 gün) şərti olaraq azad edilmiş və həmin vaxtdan sonra evinə qayıdıb Hacıqabul şəhərində evində ailəsi ilə birlikdə yaşamış, narkotik maddələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə də məşğul olmamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı olmuş və yaşadığı həyətdə (küçədə) narkotik satan şəxsləri tanımış, o cümlədən qonşuluqda yaşayan iki qardaş narkotik satmaqla məşğul olduğundan onlara qarşı olmuş, bir dəfə onlardan birinin əlindən narkotik maddəni alıb kənara atmış, buna baxmayaraq yenə də onlar narkotik maddə satdıqları üçün onlardan birini yumruqla vurmuşdur. Hazırda həmin şəxslərin adlarını xatırlamır. Yaşadığı məhəllədə narkotik satan şəxsləri polis əməkdaşları himayə etdiyindən güman edir ki, onun bu hərəkətini polislər qəbul etməmişlər. Elə bu səbəbdən də 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında evdən çıxıb çörək almağa gedərkən küçədə bir neçə polis əməkdaşı onu tutub evinə gətirmiş, həmin vaxt evdə arvadı və qızı olmuş, oğlu evdə olmamışdır. Polis əməkdaşları evdə axtarış aparmış və polislər evdə otaqda asılqandan asılmış qara rəngli köynəyinin cibindən bir ədəd bağlama, daha sonra mətbəxdə olan zibil qabının içərisindən də iki ədəd bağlama çıxarmışdır. Həmin iki ədəd bağlamanın içərisində narkotik maddə olmuşdur. Köynəyinin cibinə və zibil qutusuna içərisində narkotik maddə olan bağlamaları kimin qoyduğunu görməmiş, həmçinin həmin bağlamalarda olan narkotik maddə ona məxsus deyil, evində və tutularkən üzərində narkotik madələr olmamışdır. Sonra o, rayon polis şöbəsinə aparılmış, şöbədə rəis müavini Firuz (Hacıqabul RPŞ-nin rəis müavini) içərisində narkotik maddə olan iki ədəd sellofan bağlamanı qarşısına qoyub üzərinə götürməsini tələb etmiş, əks təqdirdə evindən daha çox narkotik maddə çıxacağını, həm də oğlunun da oununla birlikdə iştirakçı kimi tutulacağını bildirmişdir. O, polislərin oğlunu da bu işə qatacağından qorxub, həm də həyətdə yaşayan narkotik satanlara qarşı olduğu üçün həmin şəxslərin polislərlə birlikdə yaşadığı evə daha çox narkotik maddələr qoya biləcəyini güman edib iki ədəd bağlamada olan narkotik maddənin özünə məxsus olmasını deməyə razılaşmışdır. Bundan sonra polis əməkdaşları ona stolun üzərində olan iki ədəd bağlamanı və bir ədəd elektron tərəzini cibinə qoymasını demiş, o da həmin iki ədəd bğlamanı və bir ədəd elektron tərəzini cibinə qoymuşdur. Həmçinin üzərində axtarış aparılmamışdan əvvəl polis əməkdaşları onu döymüş və döylərkən dişi də sınmışdır. Həmin vaxt polislər ona qarşı təzyiqlər edərək üzərində axtarış zamanı iki ədəd bağlamadakı narkotik madənin və bir ədəd elektron tərəzinin özünə məxsus olmasını deməyi tapşırmış, o da razılaşmışdır. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan iki ədəd bağlamanı və elektron tərəzini çıxarıb polislərə təqdim etmişdir. Həmin bağlamaların içərisində çoxsaylı bükümlər və bu bükümlərin içərisində isə heroin kütlələri aşkar olunmuşdur. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, həmin heroini və elektron tərəzini yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin kütlələri və elektron tərəzi ona məxsus deyil, həmin heroin və elektron tərəzi polis əməkdaşları aiddir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 2009-cu ildən heroin istifadəçisidir. 17 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerdən iki ədəd sellofan bağlama tapmış, bağlamanın içərisində cəmi 34 ədəd kiçik bükümlərdə heroin kütlələri olmuşdur. O, şxəsi istifadəsi məqsədilə içərisində heroin olan bükümləri əynindəki şalvarının cibinə qoymuş və həmin gün kiçik bükümlərdən birini istifadə etmiş, qalanları cibində saxlamışdır. 18 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində evdən çıxıb çörək almağa gedərkən əynindəki şalvarının cibində heroin bükümləri və köynəyinin cibində özünə məxsus elektron tərəzi olmuşdur. Həmin gün saat 15:30 radələrində Hacıqabul şəhəri, Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki şalvarının cibindən iki ədəd sellofan bağlamanı və elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim edib bağlamaların içərisində olan bükümlərdə heroin olduğunu, həmin heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən heroin kütlələri və elektron tərəzi zərfə qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. O, əvvllər narkotikdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə və elektron tərəzi olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin və tərəzinin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və elektron tərəzi ona məxsus deyil, həmin heroini və elektron tərəzini cibinə polis əməkdaşlarıl qoymuş, yaşadığı evdə ümumiyyətlə elektron tərəzi olmamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 18 dekabr 2022-ci il tarixdə ona Hacıqabul şəhəri sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 15 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ərazidə, Hacıqabul şəhəri, Ə.Vahid küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Zahid Salahov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən iki ədəd bağlamanı çıxarıb təqdim edib içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmiş, həmçinin köynəyinin cibindən bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bağlamaların içərisində hazırda xatırlamadığı sayda, çoxsaylı xırda bükümlər və bu bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin kütlələrini bir gün əvvəl küçədə, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evə getməmiş və onun yaşadığı evdə axtarış aparılmamışdır. Təqsirləndirilən şəxs küçədə saxlanılıb birbaşa polis şöbəsinə gətirilmişdir. Həmçinin Hacıqabul RPŞ-nin rəis müavini Firuz Quliyev keçirilmiş əməliyyat-axtarış tədbirinə rəhbərlik etsə də, o, (Firuz Quliyev) əməliyyat tədbirinin keçirilməsində bilavasitə iştirak etməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Əri Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etməsini bilməmiş, həmçinin ərinin evdə narkotik maddələr saxlamasından məlumatı yoxdur. 18 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs çörək almaq üçün evdən çıxıb evlərinin yaxınlığında olan marketə getmişdir. Həmin vaxt evdə qızı və özü olmuş, oğlu evdə olmamışdır. Təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs bir qrup polis əməkdaşları tərəfindən həyətə gətirilmişdir. Nə baş verdiyini bilməmiş, polis əməkdaşları Güləhmədlə birlikdə evə (mənzilə) daxil olmuş, polislərin göstərişi ilə o, başqa otaqda oturub gözləmiş, qızı isə yatdığından baş verənlərdən məlumatı olmamışdır. Polis əməkdaşları yataq otağını axtarmış, oradan nəsə tapıb-tapmadıqlarını bilməmiş, lakin polis əməkdaşlarının Güləhmədə “nəyə görə bu işlə məşğulsan” demələrini eşitmiş, Güləhmədin isə nə cavab verməsini eşidə bilməmişdir. Sonra polis əməkdaşları Güləhmədlə birlikdə evin digər otaqlarına daxil olub axtarış etmiş, onların nə axtarmalarını bilməmişdir. Axtarış zamanı polis əməkdaşlarının evdən nəsə, o cümlədən narkotik maddələr götürmələrini görməmiş, ona heç bir məlumat da verməmişlər. Polislərin müşayəti ilə Təqsirləndirilən şəxs evə gətirilərkən və evdən aparılarkən Güləhmədin hər hansı bir şikayət və ya narazılıq etməsinin şahidi olmamışdır. Yaşadığı evin mətbəxində alüminium rəngli elektron tərəzi olmuş, özü həmin tərəzidən saç tükünü çəkmək üçün istifadə etmiş, son vaxtlar isə həmin tərəzi nasaz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs həmin tərəzidən hansısa məqsədlə istifadə etməsindən məlumatı olmamışdır. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 18 dekabr 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 18 dekabr 2022-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Ə.Vahid küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 18 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən çıxarıb təqdim etdiyi iki ədəd bağlamanın içərisində cəmi 34 ədəd büküm və həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuş, habelə Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin heroin olduğunu, 17 dekabr 2022-ci il tarixdə Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs üzərindən …” sözləri yazılmış kağız paketdə 34 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,155 qram, 0,992 qram, 1,028 qram, 1,008 qram, 1,291 qram, 1,320 qram, 1,276qram, 0,806 qram, 0,892 qram, 1,170 qram, 1,045 qram, 0,845 qram, 0,820 qram, 0,940 qram, 0,700 qram, 0,849 qram, 1,190 qram, 0,720 qram, 0,455 qram, 0,830 qram, 0,800 qram, 0,935 qram, 0,940 qram, 0,600 qram, 0,790 qram, 1,088 qram, 0,950 qram, 1,145qram, 0,800 qram, 0,405 qram, 0,498 qram, 0,420 qram, 0,990 qram, 1,065 qram, ümumi çəkisi 30,758 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə-heroindir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 29,058 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə mühəndis-texniki ekspertizasının 09 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş elektron tərəzinin işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 29,058 qram heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə şahid Ülviyyə Həsənovanın ifadəsində göstərdiyi xüsusatları, yəni 18 dekabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs bir qrup polis əməkdaşları tərəfindən yaşadıqları evə gətirilməsi və evdə axtarışın aparılmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təkzib olunduğundan şahid Ülviyyə Həsənovanın ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun belə ifadə verməsini əri Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşıması kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (bir qrup polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddə və elektron tərəzinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə gətirilməsi və polis əməkdaşlarının evdə axtarış aparması, polisin evdə otaqda asılqandan asılmış qara rəngli köynəyinin cibindən bir ədəd bağlama, daha sonra mətbəxdə olan zibil qabının içərisindən iki ədəd bağlama çıxarması, polis şöbəsində rəis müavini Firuzin (Hacıqabul RPŞ-nin rəis müavini) içərisində narkotik maddə olan iki ədəd sellofan bağlamanı qarşısına qoyub üzərinə götürməsini tələb etməsi, əks təqdirdə evindən daha çox narkotik maddə çıxacağını, həm də oğlunun da oununla birlikdə iştirakçı kimi tutulacağını bildirməsi, üzərində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və tərəzinin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ümumiyyətlə evində elektron tərəzinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni bir qrup polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddə və elektron tərəzinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə gətirilməsi və polis əməkdaşlarının evdə axtarış aparması, polisin evdə otaqda asılqandan asılmış qara rəngli köynəyinin cibindən bir ədəd bağlama, daha sonra mətbəxdə olan zibil qabının içərisindən iki ədəd bağlama çıxarması, polis şöbəsində rəis müavini Firuzin (Hacıqabul RPŞ-nin rəis müavini) içərisində narkotik maddə olan iki ədəd sellofan bağlamanı qarşısına qoyub üzərinə götürməsini tələb etməsi, əks təqdirdə evindən daha çox narkotik maddə çıxacağını, həm də oğlunun da oununla birlikdə iştirakçı kimi tutulacağını bildirməsi, üzərində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və tərəzinin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ümumiyyətlə evində elektron tərəzinin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzinin üzərində heroin üzlərinin aşkar edilməsi), eləcə şahid Ülviyyə Həsənovanın ifadəsində göstərilən yaşadıqları evdə elektron tərəzinin olması və həmin tərəzinin nasaz olmasına aid hissədə (həmin xüsusat ekspert rəyi ilə də təsdiq olunur), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroin kütlələrinin və elektron tərəzinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin və elektron tərəzinin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Hacıqabul Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib əməlini etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 30,758 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə edib həmin maddənin çəkilib ayrı-ayrı hissələrə bölüb çoxsaylı (34 ədəd) xırda bükümlərə qablaşdırıb həmin bükümləri və elektron tərəzi ilə birlikdə üzərində saxlamaqla yaşıdığı ərazidə küçədə daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə qərarlarının surətləri və Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin 16 may 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Rusiya Federasiyası Rastov Vilayət Məhkəməsinin 07 avqust 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs RF CM-nin müxtəlif maddələri ilə təqsirli bilinib 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Çelyabinsk Vilayəti Məhkəməsinin 22 avqust 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasının Penitensiar Xidmətinə təhvil verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarı ilə 07 avqust 2012-ci il tarixli hökm tanınıb Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılmaqla (cinayət əməlləri tövsif edilməklə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 218.2, 234.4.1, 234.4.3, 28,234.4.1, 28,234.4.3, 29,234.4.1, 29,234.4.3 və 240.3.1-ci maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu üzrə qəti olaraq 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2009cu ildən hesablanmış və həmin qərara əsasən məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2009-cu il, cəzasının sonu 08 dekabr 2023-cü il təşkil edir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs çəkilməmiş azadlıqdan məhrumetmə cəzasından 01 il 02 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 16 iyun 2015-ci il tarixli qərar üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. Eyni zamanda Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək, 16 iyun 2015-ci il tarixli qərarla ona təyin edilmiş 14 il müddətə azadlıqdan məhrumetmə cəzasından 01 il 02 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasından 01 il 02 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İşdə olan, Hacıqabul RİH-nin 1 saylı MİS-dən verilmiş 29 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Aslanov küçəsi ev 12-də qeydiyyatda olmaqla Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 37, mənzil 2-də yaşamış yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq cəza ittiham olunduğu maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Habelə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 14 il müddətə azadlıqdan məhrumetmə cəzasından 01 il 02 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarı ilə təyin edilmiş 14 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 02 ay 01 gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 29,058 qram heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-131 manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 1 (bir) gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarı ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 1 (bir) gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (ay) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 29,058 qram narkotik vasitə olan heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-131 (bir yüz otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-370/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-370/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver