Məhkəmə qərarları › İş №1(099)-371/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-371/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-371/2023 01.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümyəndələri Nümayəndə2, X12 və müdafiəçilər-Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxx 1960-cı ildə Jdanov (hazırki Beyləqan) rayonu, Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin X11 şöbəsinin rəisi vəzifəsində işləmiş, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Beyləqan şəhəri, Cəfər Cabbarlı küçəsində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrlə 8 saylı Ərazi Vergilər İdarəsinin və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, İdarənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək, tabeliyində olan vəzifəli şəxslər tərəfindən əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək, İdarənin rəis müavinləri arasında vəzifə bölgüsünü aparmaq və müvafiq fəaliyyət sahələrinin idarə olunmasını onlara həvalə etmək, daxili sənədləri, İdarənin adından göndərilən xaric olan sənədləri, habelə Vergilər nazirinin (Vergi Xidmətinin rəhbərinin) müvafiq əmrləri ilə imzalamaq səlahiyyəti verilmiş digər sənədləri imzalamaq, təsdiq etmək, müvafiq möhürdən istifadə etmək, Dövlət Vergi Xidmətinin normativ sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa idarənin strukturlarının vəzifələrində birbaşa göstərilməyən, lakin idarənin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələri strukturlardan hər hansı birinə və ya bir neçəsinə həvalə etmək, vergi ödəyicilərində öz səlahiyyətləri daxilində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi, X17nın keçirilməsi müddətlərinin dayandırılması, inventarizasiyanın keçirilməsi, keçirilmiş vergi nəzarəti tədbirləri üzrə tərtib edilmiş materiallar əsasında vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması, hüquqi, fiziki və vəzifəli şəxslərə vergilərin, sığorta haqlarının hesablanması, maliyyə sanksiyaları və inzibati cərimələrin tətbiq edilməsi, yoxlamalarla bağlı digər məsələlər barədə qərar qəbul etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun digər qərarları qəbul etmək, öz səlahiyyətləri daxilində vergi ödəyiciləri ilə “Vergi partnyorluğu Sazişi” bağlamaq, İdarə üzrə Dövlət Vergi Xidmətinin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təkliflərini Xidmətin rəhbərliyinə təqdim etmək, İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Xidmətin bütün strukturlarından və digər qurumlardan zəruri məlumat və sənədləri əldə etmək, İdarədə icra intizamına əməl edilməsi vəziyyətini daim nəzarətdə saxlamaq, kargüzarlıq və arxiv işlərinin, habelə vətəndaşların qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsini təmin etmək, İdarəni təmsil etmək, vergi ödəyiciləri və vətəndaşlardan daxil olan müraciətlər üzrə hazırlanan cavab məktubları imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, Təqsirləndirilən şəxs2 isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrlə 8 saylı Ərazi Vergilər İdarəsinin və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin X11 şöbəsinin rəisi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, X11nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X11nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X11 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X11 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X11nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X11nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək X11nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X11nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X11 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X11 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X11nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X11nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük, yəni əlavə qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 2019-cu ildə təsis edilməklə 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, əsas fəaliyyəti müxtəlif ölkələrdən kartof idxal edərək topdan satışını həyata keçirməkdən ibarət olan riskli vergi ödəyiciləri ilə aparılmış riskli və yaxud əmtəəsiz əməliyyatlardan istifadə etməklə yayınmasının qarşısının alınması məqsədilə keçirilmiş kameral vergi yoxlaması ilə 189.397,84 manat təsdiq edilməmiş vergi borcu hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, X10 xeyrinə edəcəkləri hərəkətsizlik, yəni Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.1, 36 və 38-ci maddəsinə əsasən X17 keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən inzibati binasında Alim Alışovun qardaşı Şahid1 rüşvət qismində istəməklə Şahid1 15.000 manat məbləğdə pul vəsaitini rüşvət qismində verməyə dair sonuncu ilə razılaşaraq, qabaqcadan əlbir olaraq birlikdə Şahid1 xidməti iş otağında şəxsən Təqsirləndirilən şəxs1 qəbul edib 15 dekabr 2022-ci il tarixədək maddi nemət olan 15.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib həmin pul vəsaitini eyni niyyətlə rüşvət qismində istəməklə Şahid1 razılığını alıb, həmin niyyətlə 20 dekabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində Beyləqan bazarı adlanan ərazidə qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs2 idarə etdiyi **-FJ-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTA FE” markalı minik avtomobilində özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində, eyni niyyətlə 23 dekabr 2022-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 xidməti otağında özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində, eyni niyyətlə 26 dekabr 2022-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 xidməti otağında özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini Şahid1 vahid niyyətlə rüşvət qismində istəməklə almışlar, qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunması, vergilərin ödənilməsi və yığılması qaydalarının, dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı fəaliyyətinin obyektiv və şəffaf əsaslarla təmini, vergi ödəyicilərinin hüquq və vəzifələrinin gözlənilməsi və qorunması, vergi nəzarətinin prinsip, forma və metodlarına riayət edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsi X11 şöbəsinin rəisi vəzifəsində işləmişdir. Ona qarşı irəli sürülmüş ittihamla razı deyil. 1994-cü ildən vergi orqanlarında işləmişdir. Dövlət Vergi Xidmətinin Vergi Auditi Baş İdarəsinin Təşkil və təhlil şöbəsinin əməkdaşı, 8 saylı Ərazi Vergilər İdarəsi üzrə kuratoru Heydər Əliyev tərəfindən ona telefon vasitəsilə zəng vurulmuş və onun kompüterinə cədvəl formasında göndərilmiş ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində 32.000 manat məbləğdə artıq ödəməsi var. Həmin ödəmələr "xxxx" MMC-nin göndərdiyi bəyənnamələr nəticəsində ortaya çıxmışdır. Digər tərəfdən Dövlət Vergi Xidməti tərəfindən daxil olmuş məktubdan görünür ki, X17 keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiqlənmiş və X18 reyestrinə daxil edilmiş X17 keçirilməsi qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsinin əsasnaməsinin 6.4.1-ci bəndinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Dövlət Vergi Xidmətinin aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsi ilə razılaşdırlmaqla X17 və ya operativ vergi nəzarəti keçirmək Ərazi Vergi İdarəsinin X11 Şöbəsinin hüquqlarına aid edilmişdir. Bu əsasnaməyə əsasən Vergi Auditi Baş İdarəsinin Təhlil və Təşkil İdarəsi tərəfindən yenidən qiymətləndirmə və araşdırma aparılmış və "xxxx" MMC-də 32.000 manat kənarlaşma aşkar edilmişdir. Onlarda məhz bu əsasla vergi ödəyicisini dəvət edib, danışıqlar aparmışlar ki, lüzumsuz yoxlamanın keçirilməsinin qarşısı alınsın. Bundan sonra bu məsələ ilə bağlı Şahid1 idarəyə gələrək onun xidməti otağında olmuş, sonra onunla birlikdə Təqsirləndirilən şəxs1 xidməti otağına xidməti işi ilə əlaqədar getmiş, orada dəqiqləşdirilmiş bəyannamələr verməli olması barədə məlumatlandırılmış, Şahid1 qərəzli şəkildə bununla razılaşmışdır. Şahid1 razılaşaraq mənfəət vergisinin dəqiqləşdirilməsi haqqında bəyannamələr vermiş və 32.000 manat məbləğdə artıq ödəmə şəxsi vərəqində bir-birin bağlamış və nəticədə şəxsi vərəqində 310 manat artıq ödəmə qalmışdır. Bundan sonra Şahid1 onların 32.000 manat hesablamalarına qərəzli qalaraq onları şantaj etmək üçün bu işə əl atıb. Şahid1la Təqsirləndirilən şəxs1 xidməti otağında 32.000 manat kənarlaşma ilə bağlı dəqiqləşdirilmiş bəyannamələr verməyə razılıq əldə etdikdən sonra, Şahid1 hansı ki, riskli müəssisəyə 1,90 manata aldığı kartofu, 0,40 manata satıb həmin vergi ödəyicisi ilə olan müqavilələri, razılaşma protokolunu və kartofun daşınma sənədlərini tələb etmişlər. Məqsəd isə qarşı tərəfin vergi ödənişlərinə nəzarət etmək olmuşdur. Bildirir ki, "xxxx" MMC Fizuli rayonunda qeydiyyatda olsa da, Cəlilabad rayonunda kiçik bir anbar da qeydiyyata aldırmışdır. 2019-cu ilin noyabr-dekabr aylarında isə idxal etdiyi kartofun statistik dəyəri bir milyon doqquz yüz iki min manat təşkil etdiyi halda, 2019-cu ilin noyabr ayında təqdim etdiyi bəyənnamədə satış dövriyyəsi az göstərilmiş, mal qalığı isə çox göstərilmişdir. Buna görə də 8 saylı Vergilər İdarəsinin Operativ Vergi Şöbəsində operativ vergi nəzarəti açılmış və tədbir keçirilmişdir. Nəticədə anbarda olan mal qalığı yoxlanılmış və anbarda qalıq aşkar edilməmişdir. Bu səbəbdən mal satış kimi qəbul edilmiş statistik dəyərlə komeral qaydada münasibət bildirilmişdir. Bununla bağlı Füzuli rayon X3 Bölməsi tərəfindən vergi ödəyicisinin təqdim etdiyi cari ƏDV bəyənnamələrinə komeral qaydada münasibət bildirildikdə 189.000 manat vergi borcu da oradan yaranmışdır. Müəssisənin isə mühasibi olmamış, Şahid1 Vergi Auditi Baş İdarəsində əvvəllər işləmiş daha sonra işdən çıxmış bir şəxsi özünə mühasib tutmuşdur. Həmin mühasib isə bir milyon səkkiz yüz doxsan yeddi min manat bəyənnamədə vergi tutulan dövriyyə göstərmişdir. Əvəzləşmə olmadığından da Füzuli rayon Vergilər Şöbəsi tərəfindən də göstərilmədiyindən müəssisənin 189.000 manat vergi borcu yaranmışdır. Daha sonra dəqiqləşdirilmiş ƏDV bəyənnamələri təqdim edilmiş, vergi tutulan dövriyyəyə toxunulmadan idxal bəyənnamələri üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşməyə tam şəkildə verilmiş bundan sonra 189.000 manat təsdiq edilməmiş hesablama yaranmışdır. Bu isə yekun cədvəldə təsdiq edilməmiş hesablama kimi göstərilib, o da vergi borcu deyil. Şahid1 onlara dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim etdikdən sonra bu şəxs zəng eləmiş ki, şəxsi vərəqəsində 189.000 manat təsdiq olunmamış hesablama var və silinməyini xahiş etmişdir. Onlar isə bildirmişlər ki, təqdim edilmiş bəyənnamələrə Füzuli rayon Vergilər Şöbəsi tərəfindən münasibət bildirildikdən sonra 45 gün ərzində həmin məbləğ silinməzsə, bu barədə Füzuli rayon Vergilər Şöbəsinə və Dövlət Vergi Xidmətinə rəsmi müraciət edə bilər. Onlar isə silinməyə şərait yaradarlar. Bu barədə Füzuli rayon X4 Təhlil və Bəyənnamələr Bölməsinin rəhbəri Şahid3 də ifadəsi alınmışdır. O, ifadəsində göstərmişdir ki, onların təqdim etdiyi təsdiq olunmamış hesablama səyyar qaydada X17 açılmaqla silinə bilər. Vergi Məcəlləsinin 37-38-ci maddələrinə əsasən vergi komeral və səyyar qaydada yoxlanıla bilər. Komeral mənbəyi məlum olan məlumatlar əsasında hesablanır. Səyyar isə eyni hüquqlar olmaqla yerlərə getmək və araşdırma aparmaqla vergi hesablana bilər. Şahid1 da 32.000 manat artıq ödənişə görə onlardan qərəzli qalıb, bu səbəbdən 19-22 dekabr tarixlərində idarəyə xidməti otağına gəlmişdir. Bu zaman idarə rəisi Təqsirləndirilən şəxs1 qəbulunda olmaq istəmiş, lakin idarə rəisinin iş çoxluğu və digər ərazidə olması ilə bağlı onu özü qəbul etmişdir. xx.xx.2022-ci ildə qəbulda isə Şahid1 anasının xəstə olduğunu, Bakı şəhərinə gedəcəyini, lakin avtomobilinin olmadığını, 189.000 manat təsdiq edilməmiş hesablama ilə əlaqədar idarəyə gəldiyini bildirdikdə, sonuncuya təkrar Füzuli rayon Vergilər Şöbəsinə və Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməsini demişdir. Şahid1 anasının xəstə olması, Bakı şəhərinə getməsi üçün taksilərin idarədən uzaqda dayandıqlarını insan kimi nəzərə alaraq həm də, orada çörək sexi yerləşdiyinə görə çörək almaq üçün təxminən saat 16-17 radələrində Şahid1 avtomobilinə əyləşdirərək rayonun mərkəzi dairəsindən Bakı şəhərinə gedən taksilər dayanan yerə çatdıqda çörək sexi tərəfə yəni sola dönən yoldan çevrilib geri qayıdıb həmin sexin yanında dayanmışdır. Özü çörək almaq üçün həmin sexə getmiş, Şahid1 isə avtomobilindən düşərək öz-özünə sayıqlayaraq Bakı şəhərinə gedən taksilər tərəfə getmişdir. Şahid1 vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi olmadığına görə onun digər danışıqlarına qulaq asmamışdır. Həmdə qulağında ağır eşitməsi vardır. Şahid1 isə guya ona deyib ki, bazarın arxasına sür, yiyəsiz bir yerə. Guya o da sürmüş bazarın arxasına insanlar olmayan yerə orda ona əli ilə maşının saxlancını işarə etmiş, Şahid1 5000 manatı o saxlanca qoyub. Lakin özü gəlib çörək sexinin qabağında saxlayıb ora dəyib qayıtmışdır. Şahid1 isə deyir ki, bazarın arxasında pulu alıb, Bakı taksiləri olan yerə qayıtmışlar. Amma dediyi yerdə Şahid1 Bakı taksilərinə yaxınlaşdırdıqdan sonra o, çıxıb Bakıya getmiş, özü də idarəyə qayıtmışdır. xx.xx.2022-ci ildə də Şahid1 yenidən idarəyə gəlib, Təqsirləndirilən şəxs1la görüşmək istəmişdir ki, 0,40 manat satdığı kartofla bağlı sənədlər ondan istənilməsin. Bundan başqa xidməti otağında olarkən yenə də 189.000 manat hesablanmış məbləğin silinmədiyini bildirmişdir. O da izah etmişdir ki, 45 gün ərzində silinmədiyi təqdirdə rəsmi qaydada müraciət edib, silinməsinə şərait yaradılacaqdır. Şahid1 isə heç vaxt pul istəməmişdir. Şahid1 qəfildən ani hərəkətlə onun masasının siyirtməsinə tərəf əyilərək pul adı çəkmiş, o isə sonuncunu dərhal kənara itələyib qanunsuz hərəkətlərdən çəkindirmək üçün belə şey olmaz deyərək sərt münasibət bildirməklə rüşvət alan da, verən də cinayət məsuliyyəti daşıyır fikrini bildirmiş və xidməti otağında kamera çəkilişi aparıldığını qeyd etmişdir. Şahid1 siyirtməyə pul qoyduğunu görməmiş və dərhal xidməti otağını tərk etmişdir. Belə ki, idarənin fasadının təmir işlərinin aparılması ilə əlaqədar avtomobilini kənara çəkmək üçün bayıra çıxmışdır. Bir neçə dəqiqə sonra Şahid1 idarənin inzibati binasından çıxaraq binanın həyətində təkrarən ona yaxınlaşaraq 189.000 manat təsdiq edilməmiş hesablanmış məbləğ barədə sual verdikdə, təkrarən Füzuli rayon Vergilər Şöbəsi tərəfindən həmin bəyannamələrə münasibət bildirilməsini gözləməsini və bu barədə Dövlət Vergilər Xidmətinə müraciət etməsini bildirmişdir. Şahid1 həmin Cəmiyyətin direktoru və ya səlahiyyətli nümayəndəsi olmadığı üçün onun digər danışıqlarına fikir verməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Şahid1 onun xidməti otağına gələrkən özü telefon vasitəsilə Vergi Auditi Baş İdarəsinin 8 saylı ƏVİ üzrə kuratoru ilə aparılan X11nın hesablamaları barədə müzakirə aparmışdır. Hesablamalarla əlaqədar fikirli olduğundan Şahid1 fikir verməmiş, onun tərəfindən “kənddən gəlirəm, anam xəstədir, şəhərə gedirəm” sözləri bildirilmiş, bu vaxtı özü barmaq işarəsi ilə fikirli olduğuna görə qapını göstərərək təkrar-təkrar niyə gəlirsiz, gedin fikrini bildirmişdir. Şahid1 pul vəsaitini dolaba qoymasını görməmiş və dərhal aparılan müzakirə ilə bağlı otağı tərk edərək şöbəyə çıxmışdır. 2-3 dəqiqə sonra 2-3 nəfər şöbəyə daxil olub özlərini Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim edib onu otağına keçirtmiş və rüşvəti hara qoyduğunu soruşmuşlar. Həmin vaxt sonuncuların suallarına etiraz edərək rüşvət almadığını bildirdikdə həmin şəxslərdən biri qapının ağzındakı dolabın qapısını açaraq “rüşvət burdadır” deyərək həmin vəsaiti götürmüşdür. Lakin o, Şahid1 rüşvət almamış, habelə Şahid1 dolaba pul qoyduğunu görməmişdir. Habelə Təqsirləndirilən şəxs1 evində guya ona verilmiş pul vəsaitinin bir hissəsinin aşkar edilməsi qeyri-mümkündür. Belə ki, o, Şahid1 pul almamış və həmin vəsaitin Təqsirləndirilən şəxs1 evinə hansı qaydada qoyulduğunu bilmir. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 pul verməmişdir. Qeyd edilən vəsaitin ona heç bir aidiyyatı olmamışdır. Təqsirləndirilən şəxs1 heç vaxt borc pul istəməmiş, borca pul almamış, ona pul qaytarmamışdır. Xidməti otağında olan dolabdan aşkar edilmiş pul vəsaitlərindən şübhələnir, ola bilsin ki, həmin pullar dolaba prokurorluq əməkdaşları tərəfindən qoyulmuşdur. Çünki əməliyyatçılar gələn kimi birbaşa dolaba yaxınlaşmışlar. "xxxx" MMC-nin 189.000 manat təsdiq olunmamış hesablanmasını silməsi üçün onların heç bir səlahiyyəti olmamışdır. xx.xx.2022-ci il tarixli video-çəkilişdə əli ilə pul mənasını verən jest eləməmiş, həmin vaxt sadəcə burnunu qaşımışdır. Avtomobildə qolaltı adlanan saxlanc yerinə Şahid1 pul qoyması ilə bağlı işarə etməmiş, Şahid1 ora pul qoymamış, həmin vaxt özü avtomobildən aşağı düşmüş Şahid1 düşüb danışa-danışa getmişdir. Özü heç bir cinayət əməli törətməmiş, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, vergi orqanlarında əmək fəaliyyətinə 2008-ci ildən başlayıb, 2019-cu ilin yeddinci ayından isə 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmişdir. Vətəndaş Şahid1 tərəfindən verilən ifadəyə əsasən 2022-ci il noyabr ayının ortalarında sonuncu həqiqətən də xidməti otağında sahibkarın qardaşı kimi Təqsirləndirilən şəxs2lə birlikdə onun qəbulunda olmuşdur. Qəbul zamanı tərəfindən "xxxx" MMC adlı müəssisənin 32.000 manat artıq ödəməsinin bağlanması üçün bazar qiymətinə əsasən özü tərəfindən dəqiqləşdirilmiş bəyənnamə verilməsini, könüllü olaraq müəssisənin qarşılıqlı əlaqə sənədlərinin X17 Şöbəsinə təqdim edilməsi bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən dəqiqləşdirilmiş hesabat verilmişdir. Qəbul təxminən beş dəqiqə çəkmiş, qəbul zamanı Şahid1 onunla ortaq tanışlarının olması barədə demiş, lakin özü heç kimi tanımadığını bildirmişdir. Şahid1 həmin vaxt birinci dəfə görürmüş, lakin müəsisənin rəhbərinin qardaşı olması barədə məlumatı olmuşdur. Şahid1la həmin vaxt profilaktik söhbətlər etmiş, sonuncu könüllü surətdə dəqiqləşdirilmiş bəyannamə verəcəyini bildirmiş, özü isə Şahid1 belə olduğu təqdirdə X17 açılmasına zərurətin aradan qalxacağını, təqdim etmədiyi halda isə yoxlamanın açıla biləcəyini bildirmişdir. Bununla da həmin qəbulda danışıqları bitmişdir. Bundan sonra isə Şahid1 heç vaxt qəbulunda olmayıb, buna zərurət də olmamışdır. Sonradan Şahid1 rüşvət alınması ilə bağlı digər məlumatlar ona xx.xx.2022-ci ildə məlum olmuşdur. Belə ki, xx.xx.2022-ci ildə prokurorluq əməkdaşları onun xidməti otağına daxil olmuşdular. Özləri təqdim etdikdən sonra xidməti otağında axtarışa başlamışlar. Nəticədə otağından mobil telefonunu götürmüşlər, otağında seyfinin olub-olmamasını dəqiqləşdirmişlər, Şahid1 pul istəməsini, Təqsirləndirilən şəxs2 vasitəsilə pul verildiyini bildirmişlər. Özü isə onlara belə bir hadisənin olmadığını demişdir. Sonradan isə üzərində axtarış etmişlər, üzərində olan 5000 manatı və 1000 manatı, ümumilikdə 6000 manat vəsaiti təqdim etmişdir. Həmin vəsaiti yoxlamışlar və başqa harada pul vəsaitinin olduğunu soruşmuşlar. O da könüllü olaraq bildirmiş ki, kirayə yaşadığı evdə pul vəsaiti var, lakin avtomobilində heç bir vəsait yoxdur. Bundan sonra prokuror gəlmiş, video-çəkiliş edilmişdir. Daha sonra həmin əməkdaşlarla birlikdə prokuror olmadan kirayə yaşadığı evə getmişlər. Evə əməliyytaçılarla birlikdə daxil olmuşlar. Onlar evin axtarışına başlamışdılar və evdə olan seyfin açılmasını istəmişlər. Seyfi açdıqdan sonra seyfdən bir-iki sənədini, ov silahını və seyfin yuxarı gözündə olan pul vəsaitlərini təqdim etmişdir. Həmin pul vəsaitlərini götürüb yandakı yatağın üstünə qoymuşlar. Ümulikdə 167000 manat və 11 800 ABŞ dolları pul olmuşdur. Orda özü banderolları açmış, əməkdaşlardan biri demişdir ki, axırıncı paçkanı yoxlayın orada olacaq və onu yoxladılar. Sonra isə ondan pulları yerinə qoymağı xahiş etmişlər. O da həmin pul vəsaitlərini xautik formada seyfin orta rəfinə yığmışdır. Daha sonra seyfi bağlayıb açarlarını isə əməkdaşlara vermişdir. Bundan sonra əməkdaşlar onunla çay içmək istədiklərini bildirmişlər, o mətbəxə keçib çay hazırlamış, həmin vaxt əməkdaşlardan o biri otaqda da qalmışdı. Sonra seyf olan otaqdan əməkdaşlar iki ədəd şirniyyat qutusu gətirmişlər. Onlar təxminən 35-40 dəqiqə mətbəxdə olub, çay içmişlər. Bundan sonra prokuror gəlmişdir. Sonra yenə video-çəkilişə seyf olan otaqdan başlamışlar. Həmin vaxt prokuror seyf olan otaqda onu qərarla tanış etmiş, seyfin açarını təqdim etmişdir. Özü də yenidən seyfi açmışdır. Seyfi açdıqda pul vəsaitlərinin səliqəli şəkildə yığıldığını görmüşdür. Pul vəsaitləri seyfdən çıxarılıb balaca ağ masının üzərinə yığılmışdır. Yenidən yeddi minlik banderolu götürüb çəkiliş gedə-gedə yoxlamağa başlamışlar. Oradan isə iki ədəd yüz manatlıq əskinasın uyğun gəldiyini bildirmişlər. Daha sonra demişlər ki, bu qədər kifayətdir. Özü də həmin vaxt təəccüblənmişdir. Həmin pulun da Əjdər vasitəsilə ona verildiyini bildirmişlər. Bir müddət sonra da heç bir protokol tərtib edilmədən mənzilini tərk edib Bakıya yola düşmüşlər. Həmin uyğun gələn pulları isə prokurorluq əməkdaşları ora qoymuşdur. Çünki seyfi açdıqdan sonra və pulları ora qoyub bağlayıb açarı isə prokurorluq orqanlarına təhvil vermiş və qırx dəqiqə həmin otaqda olmamışdır. Pullardan isə yalnız bir banderol yoxlanılıb iki ədəd uyğun gələn əskinas aşkar etmişlər. Həmin vaxt cəmi bir banderola baxılmış, həmin banderol isə 16 ədəd digər banderolun içindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 Şahid1 pul alması barədə göstəriş verməmişdir. Video-çəkiliş gedərkən isə heç bir etirazın bildirməmiş, bunun sifariş olduğunu başa düşüb sakit durmuşdur. Aşkar edilmiş pul vəsaitləri isə özünə məxsus olmuşdur, həmin pulların bir qismini öz dostundan borca almış, qalan məbləği isə əmək haqqından yığmışdır. Pul vəsaitlərini toplamaqda məqsədi isə kirayə qaldığından Bakı şəhərində özünə ev almaq olmuşdur. Təqsirləndirilən şəxs2 heç vaxt borc pul verməmiş, Əjər Əliyevdən də heç vaxt pul qəbul etməmişdir. Onu bu iş üzrə dəqiqliklə şərləyiblər, bunun səbəbini isə bilmir. Məhkəmədən bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümyəndəsi Nümayəndə2 bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı təmsil etdiyi hüquqi şəxs tərəfindən hər hansı bir şikayət və tələbləri yoxdur, törədilmiş cinayət əməlləri təmsil etdiyi orqanın və dövlətin nüfuzuna xələl gətirən hərəkətlərdir, odur ki bu iş üzrə onlar barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon X4 təhlil və komeral vergi yoxlamaları bölməsinin rəisi vəzifsində işləyir. 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin X11 şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq "xxxx" MMC-nin rəhbər və ya səlahiyyətli nümayəndəsinin ona zəng etməsini bildirməsini demişdir. O, isə həmin Cəmiyyətin direktoru Alim Alışovun qardaşı Şahid1la əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini verib sonuncuya zəng etməsini bildirmişdir. Bundan başqa hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 həmin şəxsləri nə ilə bağlı axtardığını deməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Fizuli rayon Vergilər Şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Hazırki iş üzrə onu bildirir ki, yalnız hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqlarını eşitmişdir. Başqa da bu barədə heç bir məlumatı yoxdur. "xxxx" MMC-nin 189.397,84 manat təsdiq edilməmiş vergi borcu barədə məlumatı olmuşdur. Hətta həmin cəmiyyətin rəhbəri Alim Alışovun ölkə hüdudlarından kənara çıxmasına Şirvan Kommersiya Məhkəməsinin qərarı ilə məhdudiyyət də qoyulmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Əjdər müəllim ona zəng vurub qardaşına məxsus firmanın artıq ödəməsini əvəzləşdirmək üçün idarəyə yaxınlaşmasını bildirmişdir. O, da bundan sonra Beyləqana gedib, Əjdər müəllimə yaxınlaşmışdır. Həmin vaxt Əjdər müəllim ona riskli vergi ödəyicisi ilə qarşılıqlı maliyyə əməliyyatı apardığı üçün depozit hesabında olan təxminən 32.000 (otuz iki min) manat vəsaitin silinməsinə razılıq verməsini, daha sonra yaranmış 189.000 (yüz səksən doqquz min) manatlıq vergi borcunu əvəzləşdirmə yolu ilə siləcəyini izah etmiş, idarə rəisi Zaur müəllimin bununla bağlı 35000 manat istədiyini bildirmişdir. Əjdər müəllimə hazırda bunu vermək üçün imkanının olmadığını, nə özünün, nə də ki, qardaşının işləmədiyini bildirmişdir. Əjdər müəllim isə gedib rəislə danışacağını demiş, daha sonra gedib Zaur müəllimlə görüşüb gəlib demişdir ki, 15000 manat gətir həll edəcəyik. Elə bundan sonra birlikdə rəisin qəbuluna keçmişlər, qəbulda rəis demişdir ki, pulu nə zaman gətirərsən, o isə rəisə bir aya toplaya biləcəyini demişdir. 19 dekabr 2022ci ildə yenidən Beyləqana getmişdir. Orda 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında onun qəbulunda olmuşdur. Sonuncuya rəislə görüşmək istədiyini bildirmiş, Əjdər isə Zaur müəllimin başının qarışıq olduğunu, sabah yenidən ora gəlməsini demişdir. 20 dekabr 2022-ci il tarixdə yenidən həmin İdarəyə getdikdə, bu zaman Əjdər yenə Zaur müəllimin başının qarışıq olduğunu, onu qəbul edə bilməyəcəyini, aşağıda gözləməyini demişdir. Daha sonra Əjdərlə birlikdə onun avtomobilinə əyləşmişlər, Əjdər avtomobili idarə edib onu Beyləqan bazarının yaxınlığına aparıb bazarın arxasında avtomobili saxlayıb, heç nə deməyərək əliylə avtomobilinin qoltuqaltı yerini göstərmiş, o, Əjdərin pulu həmin yerə qoymasını istədiyini başa düşərək gətirdiyi pulu gödəkçəsinin cibindən çıxarıb Əjdərin göstərdiyi yerə qoyan zaman burada 5000 (beş min) manatın olduğunu, qalanını da sonra gətirəcəyini, yonca kipinin olduğunu, gedib onu satacağını demiş, sonuncu danışmamasını bildirmək üçün əlini öz ağzına tutmuşdur. Həmin vaxt baş verənlərin video görüntülərini çəkmişdir. Daha sonra Bakıya qayıtmışdır. Bundan sonra həmin şəxslərin qanunsuz hərəkətlərindən şikayət etmək qərarına gəlib baş verənlər barədə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş və müraciəti üzrə əməliyyat tədbiri keçirilmişdir. 23 dekabr 2022-ci il tarixdə ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 5000 (beş min) manat vəsait verilmiş və üzərinə xüsusi texniki vasitə qol saatı və eynək quraşdırılmışdır. O, elə həmin tarixdə Beyləqan rayonuna gedib, 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında onun qəbulunda olmuşdur. Sonuncuya Zaur müəllimin qəbuluna girmək istədiyini bildirdikdə Əjdər yenə Zaur müəllimin başının qarışıq olduğunu, onu qəbul edə bilməyəcəyini demişdir. Bu zaman o, cibində olan 5000 (beş min) manatı çıxardıqda Əjdər, əliylə çəkməcəsini göstərmiş, o, çəkməcəni əli ilə açıb pulu oraya buraxmışdır. Daha sonra Əjdər, onunla birlikdə otaqdan çıxaraq idarənin həyətinə düşmüşdür. Bu zaman Əjdərə danışığa əsasən 5000 (beş min) əvvəlcə verdiyini, bu gün isə daha 5000 (beş min) verdiyini, maddi çətinliyi olduğunu, bir-üç günə daha 2000 (iki min) də düzəldib verəcəyini bildirərək, işini bu məbləğlə həll etmələrini xahiş etmişdir. Bu zaman Əjdər gedib Zaur müəllimlə görüşüb gəlmiş, demişdir ki, olar. Növbəti dəfə ona 26 dekabr 2022-ci il tarixdə Baş İdarənin əməkdaşları tərəfindən 2000 (iki min) manat vəsait verilmiş və üzərinə kamera quraşdırılmışdır. Elə həmin tarixdə Beyləqan rayonuna gedib, 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında sonuncunun qəbulunda olmuşdur. Yenə Zaur müəllimlə görüşmək istədiyini bildirmiş, lakin görüşə bilməmişdir. Əjdər yenə ona əli ilə giriş qapısının sol tərəfində olan çəkməni göstərdikdə, o, həmin çəkməcə tərəfə yaxınlaşıb üzərində olan 2000 (iki min) manat vəsaiti ora buraxmışdır. Bundan sonra idarədən çıxıb əməkdaşlara məlumat vermiş, gerisini isə onlar həll etmişdir. Füzuli rayon Vergilər Şöbəsində işləyən Əlövsət müəllimlə aralarında dəfələrlə telefon danışığı olmuş, ondan məsləhətlər almış, Əlövsət müəllim ona Əjdər müəllimin yanına getməyi məsləhət vermişdir. Ümumilikdə 12000 manat rüşvət verməsi barədə sübutu video-çəkilişlərdir. Əjdərlə 189.000 (yüz səksən doqquz min) manatlıq vergi borcunu əvəzləşdirmə yolu ilə siləcəyi ilə bağlı əvvəlcə 15000 manat vermək barədə aralarında razılıq olsa da, sonradan 12000 manata razılaşmışlar. Zaur müəllimlə onun xidməti otağında görüşləri zamanı demişdir ki, 15000 manatı nə vaxt gətirərsən, demişdir ki, bir aya gətirə bilər. O da Əjdər müəllimə demişdir ki, “Əjdər bu adama inanaq”. Çəkilişləri eynəklə etmişdir, həmin eynək özünə məxsus olmuş, onu özü ilə Moskvadan gətirmişdir, içindəki materiallarla birlikdə isə 26 dekbar 2022-ci ildə korrupsiyaya təqdim etmişdir. İş materiallarında olan Şahid1 tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Təqsirləndirilən şəxs1 və həmin idarənin X11 şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən 189.000 manat vergi borcunun silinməsi müqabilində ondan ilkin olaraq 35.000 manat pul istəsələrdə, lakin sonradan razılaşaraq 15.000 manat pul tələb etmişlər. (cild 1, iş vərəqə 11) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-3108/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərinin aparılması, habelə yaşayış, xidməti iş otağında və gedibgəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 18-20) İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş A19062879, A22534391, A03098231, A18673134, A15928807 seriya və nömrəli 5 ədəd 200 Azərbaycan manatı nominallı, C77153514, B09937846, A47447711, A45586274, C68811067, A24851909, D15604369, C90092053, A74999969, C85056830, A16161787, C52623386, A70591548, A38618600, A58672862, A69045198, C66567673, A36161363, C67651356, C64399636, A27077300, A36655304, A48034472, C30011073, A60294891, A57026704, C38479756, B05011552, A27634696, A64174161 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı, B05400842, B34734864, B38409789, B31252241, B34880874, D12180097, B34715967, A72574952, B09975951, A85888162, A73740068, B18643091, B13704174, B13258241, B36801748, B14479681, A65126246, B35120219, B28661101, B08852083 seriya və nömrəli 20 ədəd 50 Azərbaycan manatı nominallı pul əskinaslarından ibarət cəmi 5.000 manat məbləğdə pul vəsaiti verilmiş və tələb olunan pulun Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması üçün Şahid1 əynindəki paltara «RX-50» markalı xüsusi texniki avadanlıq yerləşdirilmişdir. (cild 1, iş vərəqə 21-35) İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş A84657746, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli 20 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinaslarından ibarət cəmi 2.000 manat məbləğdə pul vəsaiti verilmiş və Tələb olunan pulun Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması üçün Şahid1 əynindəki paltara «RX-50» markalı xüsusi texniki avadanlıq yerləşdirilmişdir. (cild 1, iş vərəqə 36-41) İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xidməti otağına baxış keçirilərkən 1 ədəd 50 Azərbaycan manatı nominallı, 60 ədəd 100 Azərbaycan manatı nominallı, 1 ədəd 500 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 6.550 manat pul vəsaiti, yaşadığı mənzilə baxış keçirilərkən isə 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 166.900 manat və 118 ədəd 100 ABŞ dolları nominallı əskinaslardan ibarət olmaqla cəmi 11.800 ABŞ dolları pul vəsaiti müəyyən edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslara baxış keçirilərkən 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitində olan C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891 seriya və nömrəli 12 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 1.200 manat pul vəsaitinin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 xidməti otağına baxış keçirilərkən otağın giriş qapısının yanındakı dolabda 26 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 20 ədəd A84657746, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı əsginaslardan ibarət 2.000 manat məbləğdə pul vəsaiti müəyyən edilmişdir. (cild 1, iş vərəqə 42-77) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 01:37-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 93-94) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 02:57-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 93-94) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Alışov X13 Əjdər Nəsib oğlu ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun üzünə deyərək onu ifşa etmişdir. (cild 1, iş vərəqə 142-146) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Alışov X14 Zaur Sefi oğlu ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun üzünə deyərək onu ifşa etmişdir. (cild 1, iş vərəqə 158-164) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1456/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 sentyabr 2022-ci ildən hesablanmışdır. (cild 1, iş vərəqə 247-255) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1455/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 sentyabr 2022-ci ildən hesablanmışdır. (cild 1, iş vərəqə 257-264) İş materiallarında olan pul vəsaitlərinin saxlanılması üçün depozit hesabına ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan və görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 172.250 manat və 11.800 ABŞ dolları məbləğdə pul vəsaiti saxlanılmasından ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğunun bank hesabına ödənilməsi qərara alınmışdır. (cild 2, iş vərəqə 49-50) İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 172.150 manat və 11.800 ABŞ dolları məbləğdə pul vəsaiti Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına təhvil verilmişdir. (cild 2, iş vərəqə 51-52) İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 172.250 manat və 11.800 ABŞ dolları məbləğdə pul vəsaiti Azərbaycan Respublikasının Baş Prokurorluğunun bank hesabına ödənilməsi üçün "xxxx" ASC-nin Binəqədi filialının xəzinəsinə təqdim edildikdə C74856848 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasının həqiqiliyi şübhə yaratdığından həmin əskinas bank tərəfindən qəbul edilməyərək geri qaytarılmışdır. Həmin pul vəsaiti qablaşdırılaraq protokola əlavə edilmişdir. (cild 2, iş vərəqə 56) İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan, fotoşəkillərdən və Beyləqan Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 kirayə yaşadığı X7 məxsus Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində yerləşən 3 girişli binanın İ girişinin 3-cü mərtəbəsində yerləşən mənzilə baxış zamanı 1 ədəd silah, 65 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd silah çexolu, 1 ədəd vəsiqə aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilməsindən ötrü müvafiq qaydada qablaşdırılaraq götürülmüş və Beyləqan Rayon Polis Şöbəsinə göndərilmişdir, habelə baxış zamanı aşkar edilmiş 3 ədəd üzük müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 2, iş vərəqə 118-131, 132) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində yerləşən binadakı mənzildən aşkar edilmiş ona məxsus 3 ədəd üzük qohumu X1 təhvil verilmişdir. (cild 2, iş vərəqə 157) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 07 fevral 2023-cü il tarixli, **********575100 nömrəli məktubdan görünür ki, X11nın keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş və X18 Reyestrinə daxil edilmiş “X17nın keçirilməsi Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnaməsi”nin 6.4.1-ci bəndinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Dövlət Vergi Xidmətinin Aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsi ilə razılaşdırmaqla X11nı, habelə operativ vergi nəzarətini keçirmək Ərazi Vergilər İdarələrinin X11 şöbəsinin hüquqlarına aid edilmişdir. X11nın effektivliyinin artırılması, əhəmiyyətsiz yoxlamaların sayının azaldılması və auditin əhatə dairəsinin optimallaşması məqsədilə elektron sistemin baza məlumatlarından istifadə edilməklə yerli vergi orqanlarında müxtəlif istiqamətdə təhlil və araşdırmalar aparılır, müəyyən edilmiş kənarlaşmalar Dövlət Vergi Xidmətinin Aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsində mərkəzləşdirilmiş qaydada yenidən qiymətləndirilir və audit yoxlamaları iri həcmli vergidən yayınma riskləri olan vergi ödəyicilərinə hədəflənir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN:**********) X17nın keçirilməsinə zərurətin olub-olmaması ilə bağlı bildirilir ki, cəmiyyətin dövriyyəsinin əksər hissəsi 2019-cu ilə aiddir və fəaliyyəti üzrə X17nın aparılması auditin əhatə dairəsinin optimallaşması baxımından zəruri olmasa da, yoxlama keçiriləcəyi təqdirdə bir sıra kənarlaşmaların aşkar olunacağı ehtimal olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, X17 əhatə oluna bilən dövrlər, həmçinin vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə müddətləri Vergi Məcəlləsinin 36.3-cü, 56.1-ci və 85.4-cü maddələri ilə müəyyən edilir. Həmçinin bildiririk ki, xx.xx.2023-cü il tarixə Cəmiyyətin şəxsi hesab vərəqəsində 189.397,84 manat kameral yoxlanılmalı məbləğ mövcuddur ki, həmin məbləğin AVİS proqram təminatı vasitəsilə avtomatik olaraq təsdiq edilməməsinə səbəb olaraq vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi ilə bağlı olmuşdur. Riskli vergi ödəyicilərinə münasibətdə həmin kameral yoxlanılmalı məbləğlər yerli vergi orqanı tərəfindən araşdırma aparılmaqla fərdi qaydada təsdiq edilməsi imkanı mövcuddur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 25 iyul 2019-cu il tarixli, **********978700 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs1 həmin Nazirliyin 8 saylı Ərazi Vergilər İdarəsinin direktoru, 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrinə əsasən həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir. Habelə həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 fevral 2019-cu il tarixli, **********458500 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs2 həmin Nazirliyin 8 saylı Ərazi Vergilər İdarəsinin X11 şöbəsinin rəhbəri, 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrinə əsasən həmin Şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. Habelə həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2022-ci il tarixli, **********779500 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Dövlət vergi orüqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən 28 dekabr 2022-ci il tarixdən tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilmişlər. Bundan başqa həmin məktuba əlavə edilmiş 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər İdarələrinin Əsasnaməsinə əsasən İdarənin rəisi İdarənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək, tabeliyində olan vəzifəli şəxslər tərəfindən əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək, İdarənin rəis müavinləri arasında vəzifə bölgüsünü aparmaq və müvafiq fəaliyyət sahələrinin idarə olunmasını onlara həvalə etmək, daxili sənədləri, İdarənin adından göndərilən xaric olan sənədləri, habelə Vergilər nazirinin (Vergi Xidmətinin rəhbərinin) müvafiq əmrləri ilə imzalamaq səlahiyyəti verilmiş digər sənədləri imzalamaq, təsdiq etmək, müvafiq möhürdən istifadə etmək, Dövlət Vergi Xidmətinin normativ sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa idarənin strukturlarının vəzifələrində birbaşa göstərilməyən, lakin idarənin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələri strukturlardan hər hansı birinə və ya bir neçəsinə həvalə etmək, vergi ödəyicilərində öz səlahiyyətləri daxilində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi, X17nın keçirilməsi müddətlərinin dayandırılması, inventarizasiyanın keçirilməsi, keçirilmiş vergi nəzarəti tədbirləri üzrə tərtib edilmiş materiallar əsasında vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması, hüquqi, fiziki və vəzifəli şəxslərə vergilərin, sığorta haqlarının hesablanması, maliyyə sanksiyaları və inzibati cərimələrin tətbiq edilməsi, yoxlamalarla bağlı digər məsələlər barədə qərar qəbul etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun digər qərarları qəbul etmək, öz səlahiyyətləri daxilində vergi ödəyiciləri ilə “Vergi partnyorluğu Sazişi” bağlamaq, İdarə üzrə Dövlət Vergi Xidmətinin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təkliflərini Xidmətin rəhbərliyinə təqdim etmək, İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Xidmətin bütün strukturlarından və digər qurumlardan zəruri məlumat və sənədləri əldə etmək, İdarədə icra intizamına əməl edilməsi vəziyyətini daim nəzarətdə saxlamaq, kargüzarlıq və arxiv işlərinin, habelə vətəndaşların qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsini təmin etmək, İdarəni təmsil etmək, vergi ödəyiciləri və vətəndaşlardan daxil olan müraciətlər üzrə hazırlanan cavab məktubları imzalamaq və digər səlahiyyətlərə, X11 şöbəsinin rəisi isə X11nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X11nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X11 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X11 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X11nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X11nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək, X11nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X11nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X11 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X11 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X11nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X11nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək və digər səlahiyyətlərə malikdir. (cild 2, iş vərəqə 165-198) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (cild 3, iş vərəqə 2-3) İş materiallarında olan Beyləqan RİHB-nın İkinci Aşıqlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Beyləqan rayon İkinci Aşıqlı kəndində yaşayır, ailə tərkibi arvadı və oğullarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (cild 3, iş vərəqə 8-10) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 15 fevral 2023-cü il tarixli, **********942100 nömrəli məktuba əlavə edilmiş xasiyyətnamələrdən görünür ki, Əmək fəaliyyətləri dövründə Təqsirləndirilən şəxs1 barəsində Vergilər Nazirliyinin 15 avqust 2018-ci il tarixli əmri ilə töhmət, 6 noyabr 2018-ci il tarixli əmri ilə şiddətli töhmət intizam tənbehləri, Təqsirləndirilən şəxs2 barəsində Vergilər Nazirliyinin 30 dekabr 2018-ci il tarixli və 25 iyun 2019-cu il tarixli əmrləri ilə töhmət intizam tənbehi tətbiq edilmişdir. (cild 3, iş vərəqə 11-16) İş materiallarında olan 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin kompakt disk mirvari rəngli olmaqla üzərində “HP”, “DVD-R”, “4,7 GB/120min”, “16X” sözləri parlaq rənglə çap edilmişdir. Elektron məlumat daşıyıcısını kompüter dəstinin sistem blokuna daxil etdikdə “xx.xx.2022.mp4” və “xx.xx.2022.mp4” kimi adlandırılmış 02 ədəd “.mp4” formatlı video faylların olması müəyyən edilmişdir. Qeyd edilən fayllar xidməti kompüterin proqram təminatı vasitəsilə açıldıqda həmin fayllardakı görüntülərin Baş İdarənin Əməliyyat təminatı şöbəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid1 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi idarəsinin X11 şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 rüşvət qismində tələb etdiyi pul vəsaitlərini verərkən xüsusi texniki vasitə ilə qeydə alındığı müəyyən edilmişdir. “xx.xx.2022.mp4” adlı video faylı 15 dəqiqə, 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 00.02.22-də Şahid1 Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olur. 00:02:49 – 00:03:23 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: O keçən dəfəkini saydınız? Mən saymamışdım. 5.000 manat yerində idi hamısı? Deyirəm birdən əskik çıxar, sonra mən biabır olaram. Şahid1 qeyd edilən sualları Təqsirləndirilən şəxs2 tərəfindən cavablandırılmır. 00:04:30 – 00:05:36 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Rəislə danışa bildiniz? O dedim e, ordan biraz qırsınlar. Biraz çətindir də vəziyyət. Qardaşım Moskvadan göndərdi 5.000. Təqsirləndirilən şəxs2 yenidən əlini ağzına tutur və susmaq işarəsi verərək Şahid1 sualına cavab vermir. Şahid1: İndi keçəçəm kəndə, 1-ci gün yenə qayıdacam. Ancaq bax elə ordanburdan birtəhər şey eləyirik. İşləsəydik, yenə əlimizdə bir şey olardı, işləmirik. Mənim də firmam dayanıb 2019-dan, onuku da. Təqsirləndirilən şəxs2: Deyərəm. Şahid1: Yenə Allah köməyiniz olsun. Şərait yaradırsınız. Təqsirləndirilən şəxs2: Siz nə vaxt qayıdacaqsınız? Şahid1: Mən elə indi. Dedim görüşüm, gedim kəndə, 1-ci gün də qayıdacam bura. Burdan da gedəcəm Bakıya. Anam kənddədir də, təkdir. Gedib baş çəkirik. 00:09:51-də Təqsirləndirilən şəxs2 telefonla Təqsirləndirilən şəxs1 zəng edərək “Rəis bu yoxlamalarla bağlı vaxtın var?” deyir və müsbət cavab aldıqdan sonra Şahid1 rəisin yanına gedəcəyini, onu gözləməsini bildirir və sonuncu Təqsirləndirilən şəxs2 otağını tərk edərək dəhlizə çıxır. 00:11:02-də Təqsirləndirilən şəxs2 dəhlizin əks tərəfindən gəlir və Şahid1 onun arxasınca gedərək xidməti iş otağına daxil olur. 00:11:33 – 00:13:18 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: İlin axırıdır, işi zadı çoxdur.Nə işin olacaq, nətər olacaq, nə vaxt nə işin olsa zəng eləyərsən nə lazımdı. (səs kəsilir.) O birisi o dediyin şeyi də, onuda dedim ki, bəs belə-belə. Bəs xahiş eləyir. Ona görə get, birinci gün gələrsən. Şahid1: Birinci gün?! İnşallah kəndə gedim, onda bunu götürün. Daha gəlmişəm də, əli boş getməyim. Daha bir də gedib gəlməyim. Bir dəqiqə də, daha uje gəlmişəm. (Xidməti iş otağında olduğu üçün Təqsirləndirilən şəxs2 ehtiyat edərək baş və əl hərəkətləri ilə etiraz edir və Şahid1 mane olmağa çalışdığını göstərir, 00:12:07-də Şahid1 sonuncunun masasının sol üst siyirtməsini açaraq əlindəki pul vəsaitini oraya qoyur Təqsirləndirilən şəxs2 ayağa qalxaraq masanın kənarına keçir), Nəyə şey eləyim, bir də dala qabağa. Burda dörddür, burda da birdir (Şahid1 pul qabısından əlavə pul götürür, Təqsirləndirilən şəxs2 “əşi yox” desə də, sağ əli ilə yenidən həmin çəkməcəyə işarə edir. 00:12:18-də Şahid1 200 Azərbaycan manatı nominallı pul əskinaslarını həmin çəkməcəyə qoyur. Daha sonra Təqsirləndirilən şəxs2 xidməti otağından dəhlizə çıxır və dərhal geri qayıdır. ) Şahid1: Oldu Əjdər müəllim, görüşərik Allah qoysa. Salamat qalın. Narahat olmayın məndən. Təqsirləndirilən şəxs2 kameranın olmasına işarə edir. Şahid1: Kameranız var? Təqsirləndirilən şəxs2 mimikaları ilə müsbət cavab verir. Şahid1: Mən heçnə görmədim, heç nə də bilmədim. Getdim. Birinci gün görüşərik Allah qoysa. Təqsirləndirilən şəxs2: Birinci gün? Qayıdacaqsan? Şahid1: Hə də. Gedirəm kəndə, birinci gün də gəlim yekunlaşdırım, çıxım, gedim. Daha neynəyim. Sonra da zəngləşərik ki, şey eləyək. Təqsirləndirilən şəxs2: Sən şey elə. Birinci gün gələrsən. Şahid1: Hə özü ilə də görüşərəm imkan olsa. Mən getdim. Narahat olma. 00:13:19-da Təqsirləndirilən şəxs2, ardınca isə Şahid1 otağı tərk edərək həmin İdarənin inzibati binasından çıxırlar. Binanın həyətində Şahid1 Təqsirləndirilən şəxs2lə söhbət edir. 00:14:22 – 00:15:19 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Baxıram ağsaqqal adamsan. Amma bu belə olmaz axı. Hər yan orda (səs kəsilir) Şahid1: Düşünmürəm orda nəisə sizdə kamera zad ola bilər. Təqsirləndirilən şəxs2: Hər şey var. Şahid1: Narahat olmayın. Təqsirləndirilən şəxs2: Narahat deyiləm e. Mənim Füzuli camaatına hörmətim var. Şahid1: Bilirəm, bilirəm. Oldu Əjdər müəllim. Keçim zapravkanın yanına. Maşın tutum gedim. Təqsirləndirilən şəxs2: Bu işlər qurtardı təmiz? Şahid1: Hansı? Təqsirləndirilən şəxs2 əli ilə pul mənası verən jest edir. Təqsirləndirilən şəxs2: Sənədlərin təmiz qurtardı? Şahid1: Yox. Keçən dəfə 5 idi indi də 5-di. 2 qaldı da, ikini də gətirim. 12 ilə razılaşdı, yoxsa yox? Təqsirləndirilən şəxs2 başı ilə razılıq mənası verən jest edir. Şahid1: İkisini də gətirim birinci gün qurtaraq da. Siz onları (həmin gün verdiyi pul vəsaitini) təslim edin ona, gerisi də məndədir. Oldu sağ salamat. Sağolun. “xx.xx.2022.mp4” adlı video faylı 15 dəqiqə, 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 00:03:19-da Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağına daxil olur. Həmin vaxt Təqsirləndirilən şəxs2 telefon vasitəsilə kiminləsə danışır. 00:08:32 - 00:09:34 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Bütün yük sizin üstünüzdə. Mən də qaranlığa qaldım. Deyirəm mən də qaranlığa qaldım. Mən onda getmək istəyirəm. Təqsirləndirilən şəxs2: Yaxşı yol. Şahid1 pul vəsaitlərini götürmək üçün əlini gödəkçəsinin içəri cibinə saldıqda Təqsirləndirilən şəxs2 (00:09:04-00:09:06) əli ilə otağın giriş qapısı tərəfi (oradakı dolabı) işarə edir. 00:09:16-00:09:22 dəqiqələrdə Şahid1 pul qabından pul vəsaitlərini çıxararaq Təqsirləndirilən şəxs2 işarə etdiyi dolaba tərəf əyilir və “Aşağı qoyum?” sualını verdikdən sonra həmin vəsaiti qeyd edilən dolabın aşağı rəfinə atır. Daha sonra ayağa qalxır və üzü Təqsirləndirilən şəxs2 tərəf duraraq pul qabısını gödəkçəsinin içəri cibinə qoyub yenidən oturacağa əyləşir. Şahid1: Daha bizə Səyyar yoxlama olmayacaq da? Nətər eləyək rəisdən xahiş eləyək ilin axırına kimi çözsün. Danışsın da yuxarı ilə. (cild 3, iş vərəqə 167-170) İş materiallarında olan Şahid1 ilkin yoxlama zamanı verdiyi 21 dekabr 2022-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin kompakt diskin üzlüyü ağ rəngli olmaqla üzərində heç bir yazı qeyd edilməmişdir. Elektron məlumat daşıyıcısını kompüter dəstinin sistem blokuna daxil etdikdə “xx.xx.2022.mp4” və “xx.xx.2022.mp4” kimi adlandırılmış 02 ədəd “.mp4” formatlı video faylların olması müəyyən edilmişdir. Qeyd edilən fayllar xidməti kompüterin proqram təminatı vasitəsilə açıldıqda həmin fayllardakı görüntülərin Şahid1 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi idarəsinin X11 şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə görüşləri zamanı qeydə alındığı müəyyən edilmişdir. “xx.xx.2022.mp4” adlı fayldakı videogörüntünün alt sol tərəfində xx.xx.2022-ci il tarixi qeyd edilsə də, iş materialları ilə həmin görüntülərin 19 dekabr 2022-ci il tarixdə, “xx.xx.2022.mp4” adlı fayldakı videogörüntünün alt sol tərəfində xx.xx.2022-ci il tarixi qeyd edilsə də, iş materialları ilə həmin görüntülərin 20 dekabr 2022ci il tarixdə qeydə alınması təsdiq edilmişdir. “xx.xx.2022.mp4” adlı video faylı 22 dəqiqə, 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 0:00:50-0:02:24 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: İşləri var, hələ gəlməyib, deyib gələcəm. Şahid1: Rayondadır da, burdadır elə? Təqsirləndirilən şəxs2: Hə. Harda olsa gələcək. Şahid1: Dünən qayıtdınız siz də? Təqsirləndirilən şəxs2: Hə. Dünən axşam üstü olardı. Şahid1: Bizim o vəsait təxminən nə vaxt silinəcək. Təqsirləndirilən şəxs2: Bu belədir də, elə bil ki, ona kameral qaydada münasibət bildirəndə, o silinir, ancaq komeral qaydada münasibət bildirməyəndə 40 gün müddəti var. Şahid1: Hə, 40 gündən sonra silinir?! Təqsirləndirilən şəxs2: Hə, hansıki o bəyənnamə verirsiniz, o bəyənnamə verilən gündən 40 gün tamam olanda avtomatik silinir. Şahid1: Hə, birbaşa Nazirliklikdir də, sizlik deyil o? Təqsirləndirilən şəxs2: Yox, bizlik deyəndə, biz elə bil ki, kameralı burdan təsdiq edəndə, orda göstərilən məbləği təsdiq edəndə, o avtomatik oturur şeyə, şəxsi vərəqənin yuxarısında 3.310 manat artıq ödəmə var hey, onun yerinə elə bil göstərilir obirisi, aşağıda göstərilən. Təsdiq etməyəndə uje o qalır aşağıda, elə bil ki, 40 gündən sonra silinir. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: Birdə sizin elə bil ki, hansı ki, gömrükdən gələndə statistik dəyər qoyulur e ona, yəni ki, bundan aşağı sata bilməzsən, 2.905.000-dir nədir, əməliyyatınız. X19 Komitəsində olan vəziyyət, iş prosesi barədə ümumi söhbətlər aparılır. 00:03:20-00:07:50 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: İndi, sizin, o elə bil ki, bu məbləğ də, bir dəqiqə. Sizin paştı gömrüklə dəyəri 1.902.076 manatdır. Şahid1: Bəli. Təqsirləndirilən şəxs2: Yəni, bunlar qoyduğu o statistik dəyər. Statistik dəyər siz göstərmişdiniz 1.897.000, biz onu dəqiqləşmə verəndə 1.902.000-i düzəltdik ki, statistik dəyərlə sizdə baxanda görməsin ki, statistik dəyərdən aşağı satıb. Görsün bərabərdir. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: Elə bil, hər şeyi tarazlayır. Bununla da ondan aşağı elə bil yeri yoxdur ki, ona təzədən komeral vurula. Kartofun dəyəri də, alanda kartofun dəyəri 1 manat 97 qəpiyə çıxır, o statistik dəyər qoyulanda. Siz də satıbsınız obşiy belə götürəndə gəlir o bazar qiymətinə uyğun çıxır da. Bazar indi, 1 manat 97 qəpiyə bazarda yoxdu axı kartof. Bazarda 1 manata var, 1,20-ə var, pataloku 1,30-a var. Amma iki manata Şahid1: Bəli, o yazılan qiymət yoxdur. Təqsirləndirilən şəxs2: Düzdür. Sizin o müəyyən satışlarınız da var, o 40 qəpiyə satışlarınız. Şahid1: Bəli Təqsirləndirilən şəxs2: Dedi ki, onları da, ümumilikdə, dedi onları bağlıyarsınız, bəyannamə verəndə ... Oldu, başa düşdüm Təqsirləndirilən şəxs2: Əsas odur ki, 32.000 sizin artıq hesablamanız var idi ki, hansı ki, tələb olunurdu ki, buna da yoxlama açılsın, səyyar yoxlama ilə elə bil ki, onlar bərpa olunsun, hesablamalar aparılsın. Şahid1: Bəli Təqsirləndirilən şəxs2: Biz də dedik ki, bu 32.000-i bəyannamə ilə düzəldək. Yəni bunda yoxlama açmağa ehtimal başqa bir şey görmürük. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: Yoxlama açmayaq, 32.000 artıq ödəməni bərpa eləyək mənfəət vergisinə Şahid1: Ondan sonra biz məhkəməyə müraciət eləyə bilərik o Şirvan məhkəməsi ki, qərar çıxardı e buna ki, yüz altmış neçə min borcun var deyə Təqsirləndirilən şəxs2: Yox. İndi sizdə dediyim kimi də, hansı ki sizə kameral vurulub da yüz neçə min o görükür 2019-da elə bil ki, bu komerallar var. İndi hansı ki, o sonuncu bəyənnamə, indiki komeral vuruldu, hansı ki, 26.000, 4.000-də birinə vurulub. O vuruldu, indi siz dəqiqləşdirilmiş verdiniz o bəyannamənin üstündən onu da qəbul elədilər, onu götürdünüz. İndi şəxsi vərəqədə uje o komeralınız, şəxsi vərəqənin içində azalma kimi yox, ayaqda görükür ki, ayaq hissəsində görükür ki, buna hardasa komeral vurulubmuş Şahid1: Başa düşdüm Təqsirləndirilən şəxs2: O məbləğ ordadır. Sizin sonuncu bəyannamənizə, yəni Fizuli rayon vergilər şöbəsi münasibət bildirib amma komeral qaydada münasibət bildirməyib. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: O da, elə bil ki, o əvvəlki komeralınız olduğuna görə. Sizin indi, bular əgər komeral münasibət bildirsə, təsdiq eləsələr, o avtomatik silinər. İndi onu da onlar təsdiq eləməyə biraz, tutaq ki, ehtiyat eləyirlər, ona görə uzağı 40 gün o komeralın müddəti var da Şahid1: Bildim. Başa düşdüm Təqsirləndirilən şəxs2: O bəyannamənin müddəti var. 40 gün müddətində o komeral təsdiq olunmasa, o avtomatik oradan silinəcək. Sizin sonuncu bəyannaməniz təsdiqini tapır. Şahid1: Bildim. Təqsirləndirilən şəxs2: Məcburən iş eləmək olmur Elçin müəllim. Hamısı gərək etap-etap gedə. Şahid1: Bilirəm. Hə, düz deyirsiniz. Biribirini bağlasın gərək. Təqsirləndirilən şəxs2: Hə. Bir-birini bağlamalıdır. Yəni indi o, yoxlama hissəsini 32.000 artıq ödəməsi var da, icazə verin biz bunu çağıraq danışıq eləyək bunu bağlayaq. Bəyannaməsinə düzəliş etsin, yoxlama açmayaq. Yoxlama açanda görünür ki, burda nəsə olacaqdır. Onu da keçirmirik. Əgər mümkünsə belə eləyək. Onlar da razılaşdı ki, yaxşı. Ondan sonra biz sizi dəvət elədik ki, bu şeyi bağlayaq. Daha sonra binanın yenidən təmir edilməsi, üzlüyünün dəyişdirilməsi, hava şəraiti barədə ümumi söhbətlər aparılmış, Təqsirləndirilən şəxs2 telefon vasitəsilə iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər etmişdir. 00:10:40-00:11:35 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Siz Zaur müəllimlə görüşmək istəyirsiniz? Şahid1: Hə. Dedim görüşüm yolüstü, çünki 15-nə söz verdim. Sizə zəng elədim də, ayın 15-i də ki, bəs belə-belə. Deməsində ki, mənə söz verdi, gəlmədi. Dedim bir özünü görüm yolüstü. O dediyi sənədlərin bir qismini götürmüşəm, üstümdə var. Yenə bir bir həftə, 10 gün xahiş eləyim, vaxt alım. Gözləyirəm mən də bir yerlərdən. Biraz çətin dönəmdən keçirik. İşlər elə də getmir yaxşı. Yenə sağ olsun kömək eləyir. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs1la Laçın rayonu barədə söhbət etdiyini, sonuncunun oraları tanımadığını bildirir ki, bu xüsusatlar da, onun Təqsirləndirilən şəxs1la görüşüb söhbət etməsini bir daha təsdiq edir. Sonra isə Təqsirləndirilən şəxs2 işin çətinliyindən, yeni təyin edilən əməkdaşların təcrübəsizliyindən danışır. 00:17:30 Şahid1 Təqsirləndirilən şəxs2 xidməti otağını tərk edir və 00:20:10-da geri qayıdır. 00:20:13-00:21:50 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Rəisin biraz işi var. İşlə əlaqədar olmayacaqdır. Mən dedim ki, o kartofla bağlı o sənədlərin elə bil ki, yarımçıqdır, yarımçıq, bir qismi. Dedi mən olmayacam bu gün, nəyi gətirib, nəyi qalıbdı şey eləsin. Şahid1: Səhər olacaq işdə? Təqsirləndirilən şəxs2: Sabah birdən olmaz da. Şahid1: Niyə? Mənim kənddən alacağım var. Onda qayıdım kəndə, tamamlayım, səhər burdan işimi bütövlüyüm, çıxım gedim. Olar helə? Təqsirləndirilən şəxs2: Olar. Şahid1: Soruşun görün səhər burdadırsa, mən heç Bakıya getməyim. Gedim işimi tamamlayım gəlim. Biraz kip satmışam, alacağım var. Yonca kipi. Səhər də gedim onu, buğun gedim şey eləyim, səhər götürüm gəlim. Sənədlərimi tamamlayım gəlim. Olar helə? Onda səhər neçədə gəlim mən? Təqsirləndirilən şəxs2: Günorta, elə obeddən sonra Şahid1: Saat 3-də hardasa. Yaxşı Təqsirləndirilən şəxs2: Sənin elə ondan sonra Bakıya getməyin yolu... “xx.xx.2022.mp4” adlı video faylı 10 dəqiqə, 47 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 00:00:30-00:00:53 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Deyəsən burdadır. Təqsirləndirilən şəxs2: Hə, burda idi. ... Biraz işləri çoxdur. Telefonla bağlantısı zadı var. Çay için aşağıda, bir çay için, boşalar. Şahid1: Yaxşı. 00:01:00-da Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağını tərk edərək həmin İdarənin yeməkxanasına gedir. 00:01:05-də Təqsirləndirilən şəxs2 yeməkxanaya gəlir. 00:01:23 – 00:02:28 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Başqa bir işin var? ..... səs kəsilir Şahid1: Gələcək üçün. Təqsirləndirilən şəxs2: Gələcək üçün narahat olma, nə vaxt nə işin olsa gələrsən. Şahid1: Onda nətər eləyək? Təqsirləndirilən şəxs2: Gələcək üçün nə işin olacaq problem yoxdur. Heç bir problem yoxdur. Nə vaxt nə işin olacaqdı. Şahid1: Sizə saxlıyım? ..... səs kəsilir. Təqsirləndirilən şəxs2: Maşınlasız siz? Maşınınız var? Şahid1: Yox. Taksi ilə gedəcəm. Təqsirləndirilən şəxs2: Şəhərə gedəcəksiniz? Mən də gedəcəm. Çəkilişin 00:02:28 dəqiqəsində Təqsirləndirilən şəxs2 əli ilə pul mənalı jest edir. 00:02:42-də Təqsirləndirilən şəxs2 gələcəyini deyərək yeməkxananı tərk edir. 00:03:05 - 00:03:25 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Taksi yəqin Bakı taksilərinə də? Şahid1: Hə. Təqsirləndirilən şəxs2: Yaxşı gəl otur maşına yaxınlaşdıraram. Şahid1: Yaxşı. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs2 ardınca gedir, 00:03:35-də binanı tərk edirlər, 00:05:02-də **-FJ-*** dövlət nömrə nişanlı “Hundai Santafe” markalı avtomobilinə əyləşirlər. Təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirdikdən sonra Şahid1 bazarın yanına getdiyini bildirir. 00:07:30 – 00:08:28 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Burda kənddə də yaşayanlarınız var? Şahid1: Anam şeydədi də, kənddədir, Horadizdən biraz o tərəfə, Cocuqmərcanlının yanında. Axşam getdim kəndə, səhər də o 2000-İ götürdüm, 5.000 elədim. Dünən 3.000-lə gəlmişdim, səhər də 2.000 götürdüm. 5-ci günə söz veriblər, hamısını verməyə, 5-ci gün götürərəm lap gəlib tamamlayaram bitər gedər də. Deməsin də, söz verdi, aldatdı, gəlmədi. De burda. Burda saxlayın, burden şey eləyəcəm. Bəlkə bir daldeyə sürəsiz, verim sizə, gedim də mən. Daldey yerə sürün. Şahid1 Təqsirləndirilən şəxs2 avtomobilini “daldey” yəni, gözdən kənar yerə sürməsini bildirdikdən sonra sonuncu sükanı sağ tərəfə döndərərək arxa küçələrdən birinə tərəf gedir. Həmin ərazidəki tikililərin üzərində olan reklam xarakterli yazılardan oranın ticarət obyektlərinin çox olduğu ərazi, bazar olması müəyyən edilir. 00:09:26-da Təqsirləndirilən şəxs2 avtomobili dayandırır. 00:09:30-da Şahid1 “Əjdər müəllim, hə başa düşdüm. Hara qoyum?” dedikdən sonar Təqsirləndirilən şəxs2 işarəsinə əsasən 00:09:41-də pul vəsaitini avtomobilin “qolaltı” adlanan saxlanc yerinə qoyur və 00:09:44-də Təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirir. 00:09:50 – 00:10:30 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Onunla danışın görün bir imkan varsa bir 12 ilə bağlaya bilərik topa. 5-i indi verdim, bir 7-də gətirim heç olmasa. Bilmirəm e mən, tamamlaya biləcəm ya yox. Bilmirəm. Biraz çətinliyim var. Yenə sağolsun. 35-dən düşdünüz 15-ə. Amma yenə baxıram ki, toplaya bilmirəm. (cild 3, iş vərəqə 171-177) İş materiallarında olan Bakı şəhəri Nizami RİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barədə 1 saylı Sahə İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb, Təqsirləndirilən şəxs1 hazırda həmin ünvanda yaşamır. (cild 3, iş vərəqə 206, 207) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6 fevral 2023-cü il tarixli, 5/104 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, 32 ədəd C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891, A84657756, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 01 ədəd C74856848 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekt elektrofotoqrafik çap qurğusunda hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Təqdim edilmiş pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən yazıların olub-olmamasını müəyyən etmək məqsədilə həmin pul əskinasları “Spektroline BİB-150 PX/F” ultrabənövşəyi işıqlandırıcı lampa vasitəsilə tədqiq olunduqda A84657746, A09735473, C60742690, D17747346, A87851479, C60838345, A15948158, A64691995, C93780264, C89533498 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı əsginaslarının üzərində ultrabənövşəyi işıqda görünən “Rüşvət 2022” yazıları müəyyən edilmişdir. Aparılmış tətqiqatın dəyəri 62 manatdır. (cild 3, iş vərəqə 212-217) İş materiallarında olan 17 mart 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş vərəqə 234-235) İş materiallarında olan 18 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 barəsində rüşvət vermə əməlinə görə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin qeyd hissəsinə və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1 ilkin yoxlama zamanı verdiyi 21 dekabr 2022-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Baş idarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş ilkin yoxlama materiallarında olan 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işinin materiallarına əlavə edilmiş, C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891, A84657746, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli cəmi 32 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslar maddi sübut kimi tanınmış, məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsinə təhvil verilməsi, cinayət işinin materiallarından C74586848 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyektin hansı şəraitdə və kimlər tərəfindən hazırlanması barədə yoxlama materialları ayrılmaqla araşdırılması üçün aidiyyəti üzrə Beyləqan RPŞ-nə göndərilməsi qərara alınmışdır. (cild 4, iş vərəqə 1-40) İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli fəxri fərmanlardan, xx.xx.2021-ci il tarixli F-25 nömrəli təşəkkür elan edilməsi haqqında əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularımıza göstərdiyi dəstəyə görə fəxri fərmanlarla təltif edilmiş və Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində İqtisadiyyat Nazirliyinə həvalə olunmuş müvafiq işlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsində iştirak etdiyindən ona təşəkkür elan edilmiş, 1 aylıq vəzifə maaşı həcmində mükafat verilmişdir. (cild 5, iş vərəqə 181-185) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 iyul 2019-cu ildən dekabr 2022-ci ilədək ümumilikdə 365220,91 manat əmək haqqı köçürülmüşdür. (cild 6, iş vərəqə 27) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla şəxsən vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində göstərdikləri xüsusatları, yəni Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Şahid1 rüşvət kimi pul alması barədə göstəriş verməməsi, kirayə yaşadığı mənzildə olan seyfdən aşkar edilmiş rüşvət kimi verilmiş pul vəsaitlərinin prokurorluq əməkdaşlarının ora qoyması, Təqsirləndirilən şəxs2 isə "xxxx" MMC-nin 189.000 manat təsdiq olunmamış hesablanmasını silməsi üçün onların heç bir səlahiyyətlərinin olmaması, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs kimi Şahid1 "xxxx" MMC-nin 189.000 manat təsdiq olunmamış hesablanmasının silməsi üçün rüşvət almamaları, avtomobildə qolaltı adlanan saxlanc yerinə Şahid1 pul qoyması ilə bağlı işarə etməməsi, video-çəkilişdə əli ilə pul mənasını verən jest eləməməsi, həmin vaxt sadəcə burnunu qaşıması, Şahid1 dolaba pul qoyduğunu görməməsi, Təqsirləndirilən şəxs1 evində guya ona verilmiş pul vəsaitinin bir hissəsinin aşkar edilməsinin qeyri-mümkün olması, Şahid1 pul almaması və həmin vəsaitin Təqsirləndirilən şəxs1 evinə hansı qaydada qoyulduğunu bilməməsi, xidməti otağında olan dolabdan aşkar edilmiş pul vəsaitlərinin də prokurorluq əməkdaşları tərəfindən qoyulmasını inandırıcı saymayaraq belə hesab edir ki, onlar qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Məhkəmə həmin ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq istəmələri məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir, onların bu ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar Şahid1 Təqsirləndirilən şəxs2 rüşvət qismində tələb edilən pul vəsaitlərini verərkən xüsusi texniki vasitə ilə qeydə alındığı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli video-görüntülərlə habelə məhkəmədə iş üzrə dindirilmiş Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri, Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı verdiyi ifadələri, habelə əməliyyat tədbirləri, istintaq hərəkətləri zamanı qeydə alınmış video-görüntülər və protokollar, ekspert rəyi, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam təkzib edilir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Şahid1 əməllərində onlara ayrı-ayrılıqda irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Belə ki, Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri yəni, qardaşı Alim Alışovun adına olan "xxxx" MMC-nin 189.000 manat vergi borcunun əvəzləşdirmə yolu silinəcəyi qarşılığında Təqsirləndirilən şəxs1 ondan 15 000 manat pul vəsaitini rüşvət qismində istəməsi, bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında razılaşma əldə etdikdən sonra həmin məbləğin 5000 manatını Təqsirləndirilən şəxs2 20 dekabr 2022-ci ildə sonuncuya məxsus avtomobildə verməklə, hazırda maddi çətinliyinin olmasını bildirib, işinin ümumilikdə 12 000 manata həll edilməsini Təqsirləndirilən şəxs2 xahiş etməsi, bundan sonra aidiyyəti üzrə şikayət etməsi, 23 dekabr 2022-ci ildə isə müraciəti üzrə əməliyyat tədbirləri keçirilərək, ona 5000 manat pul vəsaiti verilərək üzərinə xüsusi texniki vasitə quraşdırılmaqla, Təqsirləndirilən şəxs2 xidməti otağında onun çəkməcəsinə həmin 5000 manatı rüşvət qismində verməsi, bundan sonra isə daha 2000 manat verə biləcəyini, işinin isə həmin məbləğdə həll etmələrini xahiş etməsi, Təqsirləndirilən şəxs2 isə artıq bu işi Təqsirləndirilən şəxs1la 12 000 manata razılaşdırdığını bildirməsi, növbəti dəfə isə 26 dekabr 2022-ci ildə yenə əməliyyat orqanının təqdim etdiyi 2000 manat pul vəsaitini üzərinə quraşdılmış xüsusi texniki vasitə ilə aparılmış çəkilişlə Təqsirləndirilən şəxs2 xidməti otağında sonuncunun işarəsi ilə giriş qapısınnın sol tərəfində olan çəkməcəyə qoyması iş materiallarında olan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli video-görüntülərlə, eləcə də əməliyyat tədbirləri, istintaq hərəkətləri zamanı qeydə alınmış video-görüntülər və protokollar, ekspert rəyi, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, qeyd edilən videogörüntülərlə Şahid1 ifadəsində göstərdiyi yuxarıdakı xüsusatlar bir başa olaraq üst-üstə düşməklə, verilmiş ittiham üzrə kameral vergi yoxlaması ilə 189.397,84 manat təsdiq edilməmiş vergi borcu hesablanmış "xxxx" MMC-nin təsisçisi X8 xeyrinə edəcəkləri hərəkətsizlik, yəni X17 keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Alim Alışovun qardaşı Şahid1 rüşvət qismində istəməklə Şahid1 15.000 manat məbləğdə pul vəsaitini rüşvət qismində verməyə dair sonuncu ilə razılaşaraq, qabaqcadan əlbir olaraq birlikdə Şahid1 xidməti iş otağında şəxsən Təqsirləndirilən şəxs1 qəbul edib 15 dekabr 2022-ci il tarixədək maddi nemət olan 15.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib həmin pul vəsaitini eyni niyyətlə rüşvət qismində istəməklə Şahid1 razılığını alıb, həmin niyyətlə 20 dekabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində Beyləqan bazarı adlanan ərazidə qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilində özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində, eyni niyyətlə 23 dekabr 2022-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 xidməti otağında özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində, eyni niyyətlə 26 dekabr 2022-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 xidməti otağında özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini Şahid1 vahid niyyətlə rüşvət qismində istəməklə almaları öz təsdiqini tapır. Sözügedən video-görüntülərdən açıq-aşkar görünür ki, xx.xx.2022-ci ildə Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağında qəbulda olaraq Təqsirləndirilən şəxs1la görüşmək istədiyini, Təqsirləndirilən şəxs1 ondan rüşvət qismində tələb etdiyi məbləğin bir qisminin üzərində olduğunu, qalanını isə əlavə vaxt istəyib daha sonra gətirməyini xahiş etmək istədiyini bildirir, Təqsirləndirilən şəxs2 isə rəisin işləri olduğunu, onu qəbul edə bilməyəciyini, Şahid1 rüşvət qismində istədikləri pul vəsaitinin bir qismini gətirməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verdiyini, Şahid1 isə kəndə qayıdıb, onların tələb etdiyi rüşvət qismində olan məbləği tamamlayıb sabah gələ biləcəyini bildirir və Təqsirləndirilən şəxs2 onunla razılaşır. (“xx.xx.2022.mp4” adlı video faylı 22 dəqiqə, 21 saniyə davam edən görüntülərdə-Təqsirləndirilən şəxs2: Siz Zaur müəllimlə görüşmək istəyirsiniz? Şahid1: Hə. Dedim görüşüm yolüstü, çünki 15-nə söz verdim. Sizə zəng elədim də, ayın 15-i də ki, bəs belə-belə. Deməsində ki, mənə söz verdi, gəlmədi. Dedim bir özünü görüm yolüstü. O dediyi sənədlərin bir qismini götürmüşəm, üstümdə var. Yenə bir bir həftə, 10 gün xahiş eləyim, vaxt alım. Gözləyirəm mən də bir yerlərdən. Biraz çətin dönəmdən keçirik. İşlər elə də getmir yaxşı. Yenə sağ olsun kömək eləyir. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs1la Laçın rayonu barədə söhbət etdiyini, sonuncunun oraları tanımadığını bildirir ki, bu xüsusatlar da, onun Təqsirləndirilən şəxs1la görüşüb söhbət etməsini bir daha təsdiq edir. Sonra isə Təqsirləndirilən şəxs2 işin çətinliyindən, yeni təyin edilən əməkdaşların təcrübəsizliyindən danışır. 00:17:30 Şahid1 Təqsirləndirilən şəxs2 xidməti otağını tərk edir və 00:20:10-da geri qayıdır. 00:20:13-00:21:50 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Rəisin biraz işi var. İşlə əlaqədar olmayacaqdır. Mən dedim ki, o kartofla bağlı o sənədlərin elə bil ki, yarımçıqdır, yarımçıq, bir qismi. Dedi mən olmayacam bu gün, nəyi gətirib, nəyi qalıbdı şey eləsin. Şahid1: Səhər olacaq işdə? Təqsirləndirilən şəxs2: Sabah birdən olmaz da. Şahid1: Niyə? Mənim kənddən alacağım var. Onda qayıdım kəndə, tamamlayım, səhər burdan işimi bütövlüyüm, çıxım gedim. Olar helə? Təqsirləndirilən şəxs2: Olar. Şahid1: Soruşun görün səhər burdadırsa, mən heç Bakıya getməyim. Gedim işimi tamamlayım gəlim. Biraz kip satmışam, alacağım var. Yonca kipi. Səhər də gedim onu, buğun gedim şey eləyim, səhər götürüm gəlim. Sənədlərimi tamamlayım gəlim. Olar helə? Onda səhər neçədə gəlim mən? Təqsirləndirilən şəxs2: Günorta, elə obeddən sonra. Şahid1: Saat 3-də hardasa. Yaxşı. Təqsirləndirilən şəxs2: Sənin elə ondan sonra Bakıya getməyin yolu...) xx.xx.2022ci ildə isə Şahid1 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 iş otağında onunla görüşür və Təqsirləndirilən şəxs1 qəbuluna keçmək istəyir, Təqsirləndirilən şəxs2 isə ona Təqsirləndirilən şəxs1 işdə olduğunu, lakin işinin çox olduğunu bildirir, Şahid1 daha sonra Təqsirləndirilən şəxs2lə inzibati binanın yeməkxanasında görüşürlər, görüşdə Təqsirləndirilən şəxs2 əli ilə pul mənalı jest edir, daha sonra onlar birlikdə Təqsirləndirilən şəxs2 məxsus avtomobilə əylşərək hərəkət edirlər, yolda Şahid1 avtomobili gizli bir yerə sürməsini, rüşvət kimi gətirdiyi pul vəsaitini ona verməyi təklif edir, bundan sonra avtomobili Təqsirləndirilən şəxs2 avtomobili arxa küçəyə hərəkət etdirib dayandırır, Şahid1 bu zaman pulu hara qoymasını soruşur və Təqsirləndirilən şəxs2 işarəsinə əsasən pul vəsaitini avtomobilin “qolaltı” adlanan saxlanc yerinə qoyur, Təqsirləndirilən şəxs2 isə bundan sonra avtomobili hərəkətə gətirir. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs1 nəzərdə tutaraq Təqsirləndirilən şəxs2 onunla danışıb bu işin 12 000 manata həll edilməsini xahiş edir, hazırda 5000 manat verdiyini, 7000 manat da gətirəcəyini bildirib, bu işə görə Təqsirləndirilən şəxs1 35 000 manatdan 15 000 manata düşdüyü üçün də təşəkkürünü bildirir. (“xx.xx.2022.mp4” adlı video faylı 10 dəqiqə, 47 saniyə davam edən görüntülərdə-00:00:30-00:00:53 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Deyəsən burdadır. Təqsirləndirilən şəxs2: Hə, burda idi. ... Biraz işləri çoxdur. Telefonla bağlantısı zadı var. Çay için aşağıda, bir çay için, boşalar. Şahid1: Yaxşı. 00:01:00-da Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağını tərk edərək həmin İdarənin yeməkxanasına gedir. 00:01:05-də Təqsirləndirilən şəxs2 yeməkxanaya gəlir. 00:01:23 – 00:02:28 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Başqa bir işin var? ..... səs kəsilir Şahid1: Gələcək üçün. Təqsirləndirilən şəxs2: Gələcək üçün narahat olma, nə vaxt nə işin olsa gələrsən. Şahid1: Onda nətər eləyək? Təqsirləndirilən şəxs2: Gələcək üçün nə işin olacaq problem yoxdur. Heç bir problem yoxdur. Nə vaxt nə işin olacaqdı. Şahid1: Sizə saxlıyım? ..... səs kəsilir. Təqsirləndirilən şəxs2: Maşınlasız siz? Maşınınız var? Şahid1: Yox. Taksi ilə gedəcəm. Təqsirləndirilən şəxs2: Şəhərə gedəcəksiniz? Mən də gedəcəm. Çəkilişin 00:02:28 dəqiqəsində Təqsirləndirilən şəxs2 əli ilə pul mənalı jest edir. 00:02:42-də Təqsirləndirilən şəxs2 gələcəyini deyərək yeməkxananı tərk edir. 00:03:05 - 00:03:25 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Taksi yəqin Bakı taksilərinə də? Şahid1: Hə. Təqsirləndirilən şəxs2: Yaxşı gəl otur maşına yaxınlaşdıraram. Şahid1: Yaxşı. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs2 ardınca gedir, 00:03:35-də binanı tərk edirlər, 00:05:02-də **-FJ-*** dövlət nömrə nişanlı “Hundai Santafe” markalı avtomobilinə əyləşirlər. Təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirdikdən sonra Şahid1 bazarın yanına getdiyini bildirir. 00:07:30 – 00:08:28 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Burda kənddə də yaşayanlarınız var? Şahid1: Anam şeydədi də, kənddədir, Horadizdən biraz o tərəfə, Cocuqmərcanlının yanında. Axşam getdim kəndə, səhər də o 2000-İ götürdüm, 5.000 elədim. Dünən 3.000-lə gəlmişdim, səhər də 2.000 götürdüm. 5-ci günə söz veriblər, hamısını verməyə, 5-ci gün götürərəm lap gəlib tamamlayaram bitər gedər də. Deməsin də, söz verdi, aldatdı, gəlmədi. De burda. Burda saxlayın, burden şey eləyəcəm. Bəlkə bir daldeyə sürəsiz, verim sizə, gedim də mən. Daldey yerə sürün. Şahid1 Təqsirləndirilən şəxs2 avtomobilini “daldey” yəni, gözdən kənar yerə sürməsini bildirdikdən sonra sonuncu sükanı sağ tərəfə döndərərək arxa küçələrdən birinə tərəf gedir. Həmin ərazidəki tikililərin üzərində olan reklam xarakterli yazılardan oranın ticarət obyektlərinin çox olduğu ərazi, bazar olması müəyyən edilir. 00:09:26-da Təqsirləndirilən şəxs2 avtomobili dayandırır. 00:09:30-da Şahid1 “Əjdər müəllim, hə başa düşdüm. Hara qoyum?” dedikdən sonar Təqsirləndirilən şəxs2 işarəsinə əsasən 00:09:41-də pul vəsaitini avtomobilin “qolaltı” adlanan saxlanc yerinə qoyur və 00:09:44-də Təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirir. 00:09:50 – 00:10:30 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Onunla danışın görün bir imkan varsa bir 12 ilə bağlaya bilərik topa. 5-i indi verdim, bir 7-də gətirim heç olmasa. Bilmirəm e mən, tamamlaya biləcəm ya yox. Bilmirəm. Biraz çətinliyim var. Yenə sağolsun. 35-dən düşdünüz 15-ə. Amma yenə baxıram ki, toplaya bilmirəm.) xx.xx.2022-ci ildə isə Şahid1 yenə Təqsirləndirilən şəxs2lə sonuncunun xidməti otağında görüşür, Şahid1 xx.xx.2022-ci ildə rüşvət qismində Təqsirləndirilən şəxs2 verdiyi 5000 manat pul məbləğini sayıb-saymamasını, rəislə yəni Təqsirləndirilən şəxs1la bu məsələnin 12 000 manat pul qarşılığında həllini razılaşıb-razılaşmaması ondan soruşur, Təqsirləndirilən şəxs2 bu zaman əl jesti ilə susmaq işarəsi verir, daha sonra Təqsirləndirilən şəxs2 telefonla Təqsirləndirilən şəxs1 zəng edərək məlumat verir, sonra Şahid1 rəisin yanına gedəcəyini, onu gözləməsini bildirir və Şahid1 xidməti otağı tərk edərək dəhlizə çıxır, daha sonra Təqsirləndirilən şəxs2 dəhlizin əks tərəfindən gəlir və Şahid1 onun arxasınca gedərək xidməti iş otağına daxil olur, Təqsirləndirilən şəxs2 ona dediyi məsələni Təqsirləndirilən şəxs1 bildirdiyini, ona görə gedib, birinci gün gəlməli olduğunu deyir, Şahid1 isə daha gəldiyini deyib, Təqsirləndirilən şəxs2 masasının sol üst siyirtməsini açaraq əlindəki pul vəsaitini oraya qoyur Təqsirləndirilən şəxs2 ayağa qalxaraq masanın kənarına keçir, Şahid1 orda 4000 manatın olduğunu, sonra isə burda da 1000 manat deyib pul qabısından əlavə pul götürüb, Təqsirləndirilən şəxs2 sağ əli ilə yenidən həmin çəkməcəyə işarə etdikdən sonra isə Şahid1 200 Azərbaycan manatı nominallı pul əskinaslarını həmin çəkməcəyə qoyur. Daha sonra onların danışığı inzibati binanın həyətində davam edir. Təqsirləndirilən şəxs2 Şahid1 binanın daxilində kameraların olduğunu və iradını bildirir, daha sonra ondan əli ilə pul işarəsi edərək bu işi qurtarıbqurtarmamasını dəqiqləşdirir, Şahid1 isə 5000 manatın keçən dəfə, indi isə 5000 manat gətirdiyini, 2000 manatın qaldığını və Təqsirləndirilən şəxs1 12 000 manatla razılaşıbrazılaşmadığını soruşur, Təqsirləndirilən şəxs2 isə başı ilə jest edib razılaşdığını təsdiqləyir, bundan sonra Şahid1 2000 manatı da birinci gün gətirib qurtaracaqlarını, verdiyi pul vəsaitini Təqsirləndirilən şəxs1 təslim etməsini, gerisinin də özündə olduğunu bildirib sağollaşır. (“xx.xx.2022.mp4” adlı video faylı 15 dəqiqə, 21 saniyə davam edən görüntülərdə- 00.02.22-də Şahid1 Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olur. 00:02:49 – 00:03:23 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: O keçən dəfəkini saydınız? Mən saymamışdım. 5.000 manat yerində idi hamısı? Deyirəm birdən əskik çıxar, sonra mən biabır olaram. Şahid1 qeyd edilən sualları Təqsirləndirilən şəxs2 tərəfindən cavablandırılmır. 00:04:30 – 00:05:36 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Rəislə danışa bildiniz? O dedim e, ordan biraz qırsınlar. Biraz çətindir də vəziyyət. Qardaşım Moskvadan göndərdi 5.000. Təqsirləndirilən şəxs2 yenidən əlini ağzına tutur və susmaq işarəsi verərək Şahid1 sualına cavab vermir. 00:09:51-də Təqsirləndirilən şəxs2 telefonla Təqsirləndirilən şəxs1 zəng edərək “Rəis bu yoxlamalarla bağlı vaxtın var?” deyir və müsbət cavab aldıqdan sonra Şahid1 rəisin yanına gedəcəyini, onu gözləməsini bildirir və sonuncu Təqsirləndirilən şəxs2 otağını tərk edərək dəhlizə çıxır. 00:11:02-də Təqsirləndirilən şəxs2 dəhlizin əks tərəfindən gəlir və Şahid1 onun arxasınca gedərək xidməti iş otağına daxil olur. 00:11:33 – 00:13:18 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: İlin axırıdır, işi zadı çoxdur.Nə işin olacaq, nətər olacaq, nə vaxt nə işin olsa zəng eləyərsən nə lazımdı. (səs kəsilir.) O birisi o dediyin şeyi də, onuda dedim ki, bəs belə-belə. Bəs xahiş eləyir. Ona görə get, birinci gün gələrsən. Şahid1: Birinci gün?! İnşallah kəndə gedim, onda bunu götürün. Daha gəlmişəm də, əli boş getməyim. Daha bir də gedib gəlməyim. Bir dəqiqə də, daha uje gəlmişəm. (Xidməti iş otağında olduğu üçün Təqsirləndirilən şəxs2 ehtiyat edərək baş və əl hərəkətləri ilə etiraz edir və Şahid1 mane olmağa çalışdığını göstərir, 00:12:07-də Şahid1 sonuncunun masasının sol üst siyirtməsini açaraq əlindəki pul vəsaitini oraya qoyur Təqsirləndirilən şəxs2 ayağa qalxaraq masanın kənarına keçir), Nəyə şey eləyim, bir də dala qabağa. Burda dörddür, burda da birdir (Şahid1 pul qabısından əlavə pul götürür, Təqsirləndirilən şəxs2 “əşi yox” desə də, sağ əli ilə yenidən həmin çəkməcəyə işarə edir. 00:12:18-də Şahid1 200 Azərbaycan manatı nominallı pul əskinaslarını həmin çəkməcəyə qoyur. Daha sonra Təqsirləndirilən şəxs2 xidməti otağından dəhlizə çıxır və dərhal geri qayıdır. ) Şahid1: Oldu Əjdər müəllim, görüşərik Allah qoysa. Salamat qalın. Narahat olmayın məndən. Təqsirləndirilən şəxs2 kameranın olmasına işarə edir. Şahid1: Kameranız var? Təqsirləndirilən şəxs2 mimikaları ilə müsbət cavab verir. Şahid1: Mən heçnə görmədim, heç nə də bilmədim. Getdim. Birinci gün görüşərik Allah qoysa. Təqsirləndirilən şəxs2: Birinci gün? Qayıdacaqsan? Şahid1: Hə də. Gedirəm kəndə, birinci gün də gəlim yekunlaşdırım, çıxım, gedim. Daha neynəyim. Sonra da zəngləşərik ki, şey eləyək. Təqsirləndirilən şəxs2: Sən şey elə. Birinci gün gələrsən. Şahid1: Hə özü ilə də görüşərəm imkan olsa. Mən getdim. Narahat olma. 00:13:19-da Təqsirləndirilən şəxs2, ardınca isə Şahid1 otağı tərk edərək həmin İdarənin inzibati binasından çıxırlar. Binanın həyətində Şahid1 Təqsirləndirilən şəxs2lə söhbət edir. 00:14:22 – 00:15:19 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Baxıram ağsaqqal adamsan. Amma bu belə olmaz axı. Hər yan orda (səs kəsilir) Şahid1: Düşünmürəm orda nəisə sizdə kamera zad ola bilər. Təqsirləndirilən şəxs2: Hər şey var. Şahid1: Narahat olmayın. Təqsirləndirilən şəxs2: Narahat deyiləm e. Mənim Füzuli camaatına hörmətim var. Şahid1: Bilirəm, bilirəm. Oldu Əjdər müəllim. Keçim zapravkanın yanına. Maşın tutum gedim. Təqsirləndirilən şəxs2: Bu işlər qurtardı təmiz? Şahid1: Hansı? Təqsirləndirilən şəxs2 əli ilə pul mənası verən jest edir. Təqsirləndirilən şəxs2: Sənədlərin təmiz qurtardı? Şahid1: Yox. Keçən dəfə 5 idi indi də 5-di. 2 qaldı da, ikini də gətirim. 12 ilə razılaşdı, yoxsa yox? Təqsirləndirilən şəxs2 başı ilə razılıq mənası verən jest edir. Şahid1: İkisini də gətirim birinci gün qurtaraq da. Siz onları (həmin gün verdiyi pul vəsaitini) təslim edin ona, gerisi də məndədir. Oldu sağ salamat. Sağolun.) Sonuncu dəfə xx.xx.2022-ci ildə Şahid1 yenə Təqsirləndirilən şəxs2 xidməti iş otağına daxil olur, Şahid1 pul vəsaitlərini götürmək üçün əlini gödəkçəsinin içəri cibinə salır bu zaman Təqsirləndirilən şəxs2 əli ilə otağın giriş qapısı tərəfi (oradakı dolabı) işarə edir, Şahid1 isə pul qabından pul vəsaitlərini çıxararaq Təqsirləndirilən şəxs2 işarə etdiyi dolaba tərəf əyilir və “Aşağı qoyum?” sualını verdikdən sonra həmin vəsaiti qeyd edilən dolabın aşağı rəfinə atır. Daha sonra ayağa qalxır və üzü Təqsirləndirilən şəxs2 tərəf duraraq pul qabısını gödəkçəsinin içəri cibinə qoyub yenidən oturacağa əyləşir, bundan sonra Səyyar yoxlamanın olub-olmamasını dəqiqləşdirib, rəisdən ilin sonuna kimi bu işi həll etməsini, yuxarı ilə danışmasını bildirir. (“xx.xx.2022.mp4” adlı video faylı 15 dəqiqə, 21 saniyə davam edən video-görüntülərdə-00:03:19-da Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağına daxil olur. Həmin vaxt Təqsirləndirilən şəxs2 telefon vasitəsilə kiminləsə danışır. 00:08:32 - 00:09:34 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Bütün yük sizin üstünüzdə. Mən də qaranlığa qaldım. Deyirəm mən də qaranlığa qaldım. Mən onda getmək istəyirəm. Təqsirləndirilən şəxs2: Yaxşı yol. Şahid1 pul vəsaitlərini götürmək üçün əlini gödəkçəsinin içəri cibinə saldıqda Təqsirləndirilən şəxs2 (00:09:04-00:09:06) əli ilə otağın giriş qapısı tərəfi (oradakı dolabı) işarə edir. 00:09:16-00:09:22 dəqiqələrdə Şahid1 pul qabından pul vəsaitlərini çıxararaq Təqsirləndirilən şəxs2 işarə etdiyi dolaba tərəf əyilir və “Aşağı qoyum?” sualını verdikdən sonra həmin vəsaiti qeyd edilən dolabın aşağı rəfinə atır. Daha sonra ayağa qalxır və üzü Təqsirləndirilən şəxs2 tərəf duraraq pul qabısını gödəkçəsinin içəri cibinə qoyub yenidən oturacağa əyləşir. Şahid1: Daha bizə Səyyar yoxlama olmayacaq da? Nətər eləyək rəisdən xahiş eləyək ilin axırına kimi çözsün. Danışsın da yuxarı ilə.) Bundan sonra 26 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 xidməti otağına baxış keçirilmiş və otağın giriş qapısının yanındakı dolabda Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 20 ədəd 100 Azərbaycan manatı nominallı əsginaslardan ibarət 2.000 manat məbləğdə pul vəsaiti aşkar edilmiş, əməliyyat tədbirlərinin davam olaraq isə Təqsirləndirilən şəxs1 da xidməti otağına baxış keçirilərkən 1 ədəd 50 Azərbaycan manatı nominallı, 60 ədəd 100 Azərbaycan manatı nominallı, 1 ədəd 500 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 6.550 manat pul vəsaiti, yaşadığı mənzilə baxış keçirilərkən isə 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 166.900 manat və 118 ədəd 100 ABŞ dolları nominallı əskinaslardan ibarət olmaqla cəmi 11.800 ABŞ dolları pul vəsaiti müəyyən edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslara baxış keçirilərkən 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitində olan C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891 seriya və nömrəli 12 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 1.200 manat pul vəsaiti aşkarlanmışdır. İşin faktiki halları və yuxarıda göstərilən təkzibedilməz sübutlarla müəyyən edilir ki, 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitinin bir qismi 1200 manat hissəsi məhz 26 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzilə baxış keçirilərkən 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 166.900 manat pul vəsaitlərinin içərisindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 işin bu hallarını mübahisələndirilərək həmin pul vəsaitlərinin prokurorluq əməkdaşları tərəfindən ora qoyulması və bu qəbildən digər hallarla əsaslandırmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 23 dekabr 2022-ci ildə rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitinin içərisində olan 12 ədəd 100 manatlıq əskinasların üç gün sonra, yəni 26 dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilməsi, həmin pul vəsaitlərinin həqiqətəndən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 rüşvət qismində almalarını özü-özlüyündə təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş və 23 dekabr 2022-ci ildə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaiti artıq göstərilən tarixdən prokurorluq əməkdaşlarının nəzarətindən tam çıxmış, həmin pul vəsaiti Təqsirləndirilən şəxs2 faktiki nəzarətinə keçmişdir. Məhz bundan üç gün sonra isə yəni 26 dekabr 2022-ci ildə həmin 5000 manat pul vəsaitinin 1200 manat hissəsinin isə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilməsi, pul vəsaitlərinin prokurorluq əməkdaşları tərəfindən ora qoyulması halını tam təkzib edir, çünki bu hal heç bir məntiqə sığmayan ağlabatan deyildir. Bundan başqa keçən üç gün ərzində Təqsirləndirilən şəxs2 faktiki nəzarətində olan pul vəsaiti necə ola bilər ki, prokurorluq əməkdaşları tərəfindən əldə edilərək, sonradan Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə qoyulur. Bu fakt özüözlüyündə onu da təsdiq edir ki, 23 dekabr 2022-ci ildə rüşvət qismində alınmış 5000 manat pul məbləği də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünmüş, məhz həmin məbləğin Təqsirləndirilən şəxs1 sonuncu tərəfindən çatdırılmış 1200 manat hissəsi də yaşadığı mənzildə olan digər pul vəsaitlərinin içərisindən aşkar edilmişdir. Bundan başqa 26 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzilə video-çəkilişlə baxış keçirilərkən Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitinin bir qismi 1200 manat hissəsi aşkar edilərkən Təqsirləndirilən şəxs1 (video-çəkilişin 04:06-04:45 saniyələrində) həmin halı “ola bilər mən şöbə rəisinə borc vermişəm, o borc qaytarıb, bəli borc vermişəm şöbə rəisinə o da bir müddət sonra qaytarıb, Təqsirləndirilən şəxs2 3-4 min borc vermişdim, bilmirəm nə vaxt qaytarıb” ifadələri ilə izah etmişdir. Lakin, istər ibtidai istintaqın sonrakı mərhələlərində, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 işlədiyi idarənin heç bir əməkdaşına, eləcə də Təqsirləndirilən şəxs2 heç bir vaxt borc pul vermədiyini, borc pul almadığını dəfələrlə ifadələrində bildirmişdir. Bu hal özü-özlüyündə Təqsirləndirilən şəxs1 videoçəkiliş zamanı da yaşadığı mənzildən aşkar edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitinin bir qismi 1200 manat hissəsi ilə bağlı öz qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güddüyünü sübut edir, eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə onun istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri müəyyən edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində onların hər biri onlara irəli sürülmüş ittiham üzrə təqsirlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Göstərilən maddənin (CM-nin 41.2-ci maddəsi) məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ali təhsilli olmaqla həbs olunanadək kifayət qədər uzun müddət ərzində vergi xidməti zabiti olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ali təhsilli olmaqla həbs olunanadək kifayət qədər uzun müddət ərzində vergi xidməti zabiti olması, xidməti vəzifəsinin icrası ilə əlaqədar təltif olunması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətmələri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran haldır. Məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 308.2-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmuşdur. İttiham olunduqları əməllər qulluq mövqeyindən istifadə etmək ilə əlaqədar olduğundan təqsirləndirilən şəxslərə müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Həmçinin məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə onların təqsirli bilindikləri CM-nin 311.3.1 və 311.3.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yanaşı, onların hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək, 308.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayətlər ağır, az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır, yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Şahid1 ilkin yoxlama zamanı verdiyi 21 dekabr 2022-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Baş idarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş ilkin yoxlama materiallarında olan 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən və Təqsirləndirilən şəxs2 xidməti otağından götürülmüş C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891, A84657746, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli cəmi 32 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabına qaytarılmalı, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş C74586848 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyektin hansı şəraitdə və kimlər tərəfindən hazırlanması barədə yoxlama materialları ayrılmaqla araşdırılması üçün aidiyyəti üzrə Beyləqan RPŞ-nə göndərilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 məxsus olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd silah, 65 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd silah çexolu, 1 ədəd vəsiqə cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün Beyləqan Rayon Polis Şöbəsində saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Bundan başqa Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir; Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sübutlarla təqsirləndirilən şəxslərin 20 dekabr 2022-ci il tarixdə 5.000 (beş min) manat məbləğində, 23 dekabr 2022ci il tarixdə 5.000 (beş min) manat məbləğində, 26 dekabr 2022-ci il tarixdə 2.000 (iki min) manat məbləğində olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla külli miqdarda maddi nemət olan cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini Şahid1 vahid niyyətlə rüşvət qismində istəməklə almaları tam olaraq sübuta yetirilmişdir. Həmin məbləğin 20 dekabr 2022-ci il tarixdə verilmiş 5.000 (beş min) manat hissəsi Şahid1 şəxsi vəsaiti olmuş, digər 23 dekabr 2022-ci il tarixdə verilmiş 5.000 (beş min) manat və 26 dekabr 2022-ci il tarixdə 2.000 (iki min) manat hissəsi isə keçirilmiş əməliyyat tədbirləri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş pul vəsaitləri olmuşdur. Beləliklə də, təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə ümumilikdə 12000 (on iki min) manat pul vəsaiti əldə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş həmin pul vəsaitlərinin isə 1200 (bir min iki yüz) manat hissəsi Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzildən, 2000 (iki min) manat hissəsi isə Təqsirləndirilən şəxs2 xidməti otağından aşkar edilərək götürülmüşdür. Lakin Şahid1 onun şəxsi vəsaiti hesabına rüşvət qismində alınmış 5000 (beş min) manat və əməliyyat tədbirləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülülmüş və rüşvət qismində alınmış ümumilikdə 7000 (yeddi min) manat pul vəsaitinin 3800 (üç min səkkiz yüz) manat hissəsi təqsirləndirilən şəxslərdən aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 rüşvət qismində alınmaqla istifadə edilmiş Şahid1 məxsus 5000 (beş min) manat və əməliyyat tədbirləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 3800 (üç min səkkiz yüz) manat, cəmi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti onların hər birindən bərabər qaydada 4400 (dörd min dörd yüz) manat məbləğində alınmaqla müvafiq olaraq 5000 (beş min) manat Şahid1, 3800 (üç min səkkiz yüz) manat isə Azərbaycan Respublikası Baş Prokurorluğuna qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına təhvil verilmiş Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş 172 250 manat və 11 800 ABŞ dolları pul vəsaitinin məhz Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi məbləğə münasibətdə 4400 manat hissəsi (Şahid1 2500 manat və Azərbaycan Respublikası Baş Prokurorluğuna 1900 manat) qaytarılmalıdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 məxsus pul vəsaitinin xüsusi müsadirəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzildən aşkar edilmiş pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri olmasını sübut edən hər hansı dəlil nə ibtidai istintaq, nə də ki, məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə cinayət yolu ilə əldə edilmiş pul məbləği 12000 (on iki min) manat təşkil, lakin Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş pul vəsaitləri 172 250 (bir yüz yetmiş iki min iki yüz əlli) manat və 11 800 (on bir min səkkiz yüz) ABŞ dolları təşkil edir. Həmin məbləğ isə cinayət yolu ilə əldə edilmiş pul vəsaitindən dəfələrlə artıq olmaqla, təqsirləndirilən şəxslərin əldə etdikləri ümumilikdə 12000 (on iki min) manat pul vəsaitinə mütənasib deyildir. Eyni zamanda aşkar edilmiş Təqsirləndirilən şəxs1 məxsus pul vəsaitinin mənbəyinə gəldikdə isə, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 iyul 2019-cu ildən dekabr 2022-ci ilədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmiş və yüksək əmək haqqı almışdır. Onun həmin müddət ərzində aldığı əmək haqqı məbləği isə ümumilikdə 365220,91 (üç yüz altmış beş min iki yüz iyirmi manat, doxsan bir qəpik) manat təşkil edir ki, bu hal onun yaşadığı kirayə mənzilindən aşkar edilmiş pul vəsaiti ilə mütənasibdir. Məhkəmə yuxarıda şərh edilənləri nəzərə alaraq o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına təhvil verilmiş 172 250 (bir yüz yetmiş iki min iki yüz əlli) manat və 11 800 (on bir min səkkiz yüz) ABŞ dolları pul vəsaitinə xüsusi müsadirə tətbiq edilməməli və həmin pul vəsaitindən 2500 (iki min beş yüz) manat Şahid1, 1900 (bir min doqquz yüz) manat isə Azərbaycan Respublikası Baş Prokurorluğuna qaytarıldıqdan sonra, qalıq yəni 167 850 (bir yüz altmış yeddi min səkkiz yüz əlli) manat və 11 800 (on bir min səkkiz yüz) ABŞ dolları Təqsirləndirilən şəxs1 anası X2 (məhkəmə müdafiə tərəfinin bu barədə vəsatətini nəzərə alaraq) qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 62 (altmış iki) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 31 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Şahid1 ilkin yoxlama zamanı verdiyi 21 dekabr 2022-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Baş idarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş ilkin yoxlama materiallarında olan 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən və Təqsirləndirilən şəxs2 xidməti otağından götürülmüş C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891, A84657746, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli cəmi 32 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabına qaytarılsın. İş üzrə götürülmüş Təqsirləndirilən şəxs1 məxsus olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd silah, 65 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd silah çexolu, 1 ədəd vəsiqə cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün Beyləqan Rayon Polis Şöbəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 rüşvət qismində alınmaqla istifadə edilmiş Şahid1 məxsus 5000 (beş min) manat və əməliyyat tədbirləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 3800 (üç min səkkiz yüz) manat, cəmi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti onların hər birindən bərabər qaydada 4400 (dörd min dörd yüz) manat məbləğində alınmaqla müvafiq olaraq 5000 (beş min) manat Şahid1, 3800 (üç min səkkiz yüz) manat isə Azərbaycan Respublikası Baş Prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına təhvil verilmiş 172 250 (bir yüz yetmiş iki min iki yüz əlli) manat və 11 800 (on bir min səkkiz yüz) ABŞ dolları pul vəsaitinə xüsusi müsadirə tətbiq edilməsin və həmin pul vəsaitindən 2500 (iki min beş yüz) manat Şahid1, 1900 (bir min doqquz yüz) manat isə Azərbaycan Respublikası Baş Prokurorluğuna qaytarıldıqdan sonra, qalıq yəni 167 850 (bir yüz altmış yeddi min səkkiz yüz əlli) manat və 11 800 (on bir min səkkiz yüz) ABŞ dolları Təqsirləndirilən şəxs1 anası X2 qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 31 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar