Məhkəmə qərarları › İş №1(099)-371/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-371/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-371/2024 02.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X7 (sədrlik edən və məruzəçi), X14 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, baş ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, Əzizbəyov küçəsi, ev 4-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan xəsarətlər yetirərək, qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 13 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli binanın həyətində şəxsi münasibətlər zəminində yəni, Zərərçəkmiş şəxs onun atası Şahid3 ailə üzvlərini söyüb-təhqir etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış dava-dalaş zamanı Zərərçəkmiş şəxs yumruq və stulla Şahid3 baş və sifət nahiyələrindən vuraraq ona, başın sol təpə nahiyəsində qançır, üst dodağın selikli qişasında əzilmiş yara və bel-oma nahiyəsində sıyrıqla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbəb olan xəsarətlər yetirdiyinə görə Zərərçəkmiş şəxs Şahid3 döyməsinin qarşısını almaq istəmiş, lakin Zərərçəkmiş şəxs onun sağ çənəsindən yumruqla vurmaqla sağ çənə bucağı nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən əsəbləşib Zərərçəkmiş şəxs üzərinə hücum edərək özü ilə gətirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat məişət təyinatlı bıçaqla sonuncunun qarın nahiyəsindən vurmaqla ona qarının sol yarısının ön divarında qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən bir ədəd deşilşmiş-kəsilmiş yara ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid3 onun atasıdır və Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən ikimərtəbəli binada kirayə tutduqları evdə bacısı Əfsanə və azyaşlı uşaqları, anası Şahid4 ilə birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs Biləsuvar rayon sakini kimi tanıyır və onun da yaşadığı mənzil Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən atası Şahid3 kirayə tutduğu ikimərtəbəli binada yerləşir. Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə aralarında qohumluq əlaqələri, yaxud mübahisə və ya münaqişə, şəxsi ədavət və ya düşmənçilikləri yoxdur. 13 avqust 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olan zaman qızı Nazı Muradlı evə gələrək atası Şahid3la anası Şahid4 qonşuluqda yaşayan Şahid1 ilə mübahisə etdiklərini bildirmiş, arvadı Şahid8 ilə birlikdə oraya getmiş və onların mübahisə etdiklərini görüb, valideynlərini sakitləşdirərək yaşadıqlaı mənzilə aparmışdır. Bundan təxminən yarım saat sonra atasıgilin kirayədə yaşadıqları evdə olduğu vaxt mənzilin qapısı döyülmüş, atası qapını açanda qonşu Zərərçəkmiş şəxs atasına onunla işi olduğunu deyib, həyətə çıxmasını istəmişdir. Həmin vaxt atası Abutalıb Zərərçəkmiş şəxs evə dəvət edərək hətta çay içməyi təklif etmiş, Çingiz isə evə daxil olmamışdır. Bundan sonra atası Abutalıb Zərərçəkmiş şəxslə birlikdə həyətə düşmüş, həyətdə Çingiz onun atasından arvadı Şahid1 hansı səbəbdən söyüb təhqir etməsini soruşmuş, atası isə heç kimi söyüb-təhqir etmədiyini, əksinə Ceyranın azyaşlı uşağının onun arvadı Şahid4 söyüb təhqir etməsini, bu səbəbdən aralarında mübahisə yaranmasını bildirmiş, lakin Çingiz atasının sözlərinə inanmadığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs atası Abutalıbı nalayiq ifadələrlə söyüb təhqir etmiş, sonra isə yerə yıxaraq yumruqla, stulla bir neçə dəfə baş və sifət nahiyələrindən vuraraq döymüşdür. Atasının döyüldüyünü görüb dava-dalaşa müdaxilə edərək Zərərçəkmiş şəxs qarşısını almağa çalışmış, onun üzərinə getmiş, bu vaxt sonuncu yumruqla bir dəfə çənə nahiyəsindən vurmuş, zərbənin təsirindən yerə yıxılmış və həmin vaxt yerdən tapdığı ucu iti olan dəmir parçası ilə bir dəfə Çingizin qarın nahiyəsindən vurmuş, dəmir parçasını xatırlamadığı yerə atıb, oradan uzaqlaşaraq əmisi Şahid7 yaşadığı evə gedib, ona baş verən dava-dalaşı, dava vaxtı Çingizə xəsarət yetirdiyini bildirmiş, daha sonra əmisinin oğlu Şahid5 idarə etdiyi avtomobillə hadisənin baş verdiyi yerə gedərək Zərərçəkmiş şəxs xəstəxanaya aparmasını xahiş etmiş, Murad da razılaşmış, özü isə qorxduğu üçün əmisinin evində qalmışdır. Bundan qırx-qırx beş dəqiqə sonra əmisi Şahid7 evə qayıdaraq onu Biləsuvar Rayon Polis Şöbəsinə aparmış, şöbədə atasının kirayə yaşadığı evin həyətində baş vermiş dava-dalaş zamanı qonşuluqda yaşayan Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs bıçaqla vurmamış, Çingiz gözünün qabağında atası Şahid3 yerə yıxıb, yumruqla və stulla bir neçə dəfə vuraraq döydüyü üçün həmin vaxt yerdən tapdığı dəmir parçasını götürərək bir dəfə Çingizin qarın nahiyəsindən vurmuşdur və buna görə peşimandır. Hadisə vaxtı üzərində bıçaq olmamışdır. Atası onkoloji, anası isə şəkər xəstəsidir, himayəsində üç azyaşlı uşağı var, rəsmi olaraq heç bir yerdə işləməsə də ustalıqla məşğul olub ailəsini dolandırır, ailənin yeganə qazanc gətirən fərdidir və məhkəmədən barəsində yekun qərar qəbul olunarkən göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, evlidir, himayəsində iki azyaşlı uşağı var və ailəsi ilə birlikdə Biləsuvar şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız usta kimi işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs atası Şahid3la qonşudurlar, aralarında qohumluq əlaqəsi, şəxsi ədavət və ya düşmənçilik yoxdur, məlum hadisəyədək aralarında əvvəllər hər hansı mübahisə və ya münaqişə olmamış, İbrahimlə də münasibəti normal olmuşdur. Hadisə baş verən gün, yəni 13 avqust 2023-cü il tarixdə, axşam saatlarında Alim adlı şəxsin həyətində usta kimi işləyən zaman arvadı Şahid1 ona zəng edərək Abutalıbın onunla mübahisə etdiyini, onu və uşaqlarını söyüb təhqir etdiyini bildirmiş, dərhal yaşadığı evə getmiş, binanın ikinci mərtəbəsinə qalxaraq Abutalıbgilin qapısını döymüş və sonuncu qapını özü açmışdır. Evə daxil olmamış, Abutalıba onunla həyətdə işi olduğunu demiş və birlikdə həyətə düşmüşlər. Həmin vaxt İbrahim də onların arxasınca həyətə düşmüşdür. Həyətdə Abutalıbdan arvaduşağını hansı səbəbdən söyüb, təhqir etdiyini soruşmuş, Abutalıb isə yenidən qayınanasının yanında arvadı Ceyranın ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman aralarında mübahisə yaranmış, Abutalıbla bir-birlərinin ünvanına nalayiq ifadələr söyləmiş və əlbəyaxa olmuşlar. Həmin vaxt Abutalıbın başına bir dəfə yumruqla vurmuş və o yerə yıxılmışdır. Bu zaman İbrahim arxadan üzərinə hücum edərək onu yumruqla vurmaq istəmiş, o da özünü müdafiə etmək üçün İbrahimə tərəf yumruq atmışdır. İbrahim cibindən bıçaq çıxardıb üzərinə yenidən hücum etmiş və qarın nahiyəsindən həmin bıçaqla xəsarət yetirəndən sonra əlində olan bıçağı yerə ataraq qaçıb həmin yerdən uzaqlaşmışdır. Ayağa qalxıb beş-altı metr irəli getdikdən sonra yerə yıxılmış, hadisəni görən qonşularından biri dərhal təcili tibbi yardıma zəng edərək hadisə yerinə çağırmış, lakin təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmədən hadisə yerinə gəlmiş Abutalıbın qardaşı oğlu Şahid5 idarə etdiyi “Nissan” markalı avtomobillə onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada əməliyyat olunmuş və bir neçə gündən sonra evə buraxılmışdır. Zərərçəkmiş şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, uşaqlar binanın qabağında həyətdə dava salanda oğlu qonşuluqda yaşayan Şahid3 arvadı Şahid4 ünvanına nalayiq ifadələr işlətməmişdir. Hadisə baş verən gün işdən çıxıb Abutalıbgilə gəlmiş, həmin vaxt içkili vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır, belə ki, o, Abutalıbın baş nahiyəsinə stulla vurmamış, ona xəsarət yetirməmişdir. İbrahim ona hər hansı bir dəmir parçası ilə deyil, konkret olaraq bıçaqla xəsarət yetirmişdir. Xəstəxanada həkim də ona vurulan zərbənin bıçaq zərbəsi olduğunu bildirmişdir. İbrahimlə özü barışmış, kənardan heç kəs ona təsir və ya təzyiq göstərməmişdir, İbrahimdən şikayətçi deyildir, ona qarşı şikayət və ya tələbi yoxdur. Bu barədə ibtidai istintaq zamanı notarial qaydada təsdiq olunmuş ərizə, məhkəmədə isə şəxsən tərtib etdiyi ərizəsini təqdim etmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, Zərərçəkmiş şəxs qayınatası Şahid3la eyni binada yaşamış, aralarında qohumluq əlaqələri, şəxsi ədavət, düşmənçilik, hər hansı mübahisə və ya münaqişə olmamışdır. 13 avqust 2023-cü il tarixdə əri ilə yaşadıqları evdə, uşaqları isə qayınatasıgil tərəfdə olmuşlar. Qayınatası onlardan bir qədər aralıda, başqa binada yaşamışdır. Saat 21 radələrində qızı Nazı Muradlı evə gələrək onlara nənəsigilin həyətdə Ceyran adlı qadınla mübahisə etdiklərini bildirmiş, əvvəl özü, sonra isə əri mübahisə olan yerə getmiş, orada qadınların arasında söz-söhbət olduğunu görmüşlər. Qayınatasıgil qonşuluqda yaşayan Şahid1 ilə mübahisə edirmişlər. Bir müddət sonra sakitləşmişlər, Ceyran zəng edib əri Çingizi çağırmış, onlar da Şahid3 evinə aparmışlar. Təxminən yarım saat sonra qayınatasıgilin kirayə yaşadığı evdə olduqları vaxt evin qapısı döyülmüş, Çingiz gəlib Abutalıba onunla işi olduğunu deyib, həyətə çıxmasını istəmiş, sonuncu isə Çingizi evə dəvət edərək çay içməyi təklif etmişdir. Çingiz evə girməmiş və Abutalıbla birlikdə həyətə düşmüşlər. Həyətdə Çingiz onun qayınatası ilə ağızlaşmağa başlamış, arvadı Ceyranı hansı səbəbdən söyüb təhqir etməsini soruşmuş, Abutalıb da Çingizə Ceyranı söyüb təhqir etmədiyini, əksinə Ceyranın azyaşlı uşağının onun arvadı Şahid4 söyüb təhqir etməsini və bu səbəbdən aralarında mübahisə yaranmasını bildirmişdir. Çingiz Abutalıbın sözlərinə inanmadığı üçün aralarında mübahisə yaranmış, Abutalıbı nalayiq ifadələrlə söyüb təhqir etmiş, yumruq atmağa başlamış, şillə-təpik vurub yerə yıxaraq altına salmışdır. Əri X10 vurduğunu görüb onları ayırmaq üçün gəlmiş, bu vaxt Çingiz İbrahimin çənəsindən bir dəfə yumruqla vurmuş, İbrahim zərbənin təsirindən yerə yıxılmış və yerdən tapdığı əşya ilə Çingizin qarın nahiyəsinə xəsarət yetirmişdir. Mübahisə vaxtı Çingiz içkili vəziyyətdə olmuşdur. Şahid8 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs yerdən dəmir parçası götürmüşdür və belə olan halda Zərərçəkmiş şəxs bıçaq xəsarəti ala bilməzdi. Hadisə vaxtı Çingizin İbrahimin onu vurduğunu deməsini eşitmiş və qarnını tutduğunu görmüşdür. İbrahim Çingizi atası Şahid3 görə vurmuşdur. Belə ki, Çingiz Abutalıbı döymüş, onu stulla vurmuşdur. Qayınatası Abutalıb xərçəng xəstəsidir, həkimlər iki ay ömrü qaldığını bildirmişlər. Hadisə vaxtı başları Abutalıba qarışmış, İbrahimlə Çingizi ayıra bilməmişlər. Hadisədən sonra İbrahim əlindəki dəmiri yerə atıb hadisə yerindən qaçmışdır. Həmin ərazidə yerdə dəmir parçaları və şüşə qırıntıları olmuş, ərazi təmiz olmamışdır. Hadisə yerində bıçaq olduğunu xəstəxanadan demişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Şahid3 oğludur. Zərərçəkmiş şəxs əvvəldən tanımış, qohumluq əlaqələri olmasa da, onlara da ağsaqqallıq etmiş, ədavət və ya düşmənçilik münasibətində olmamışlar. X9 şəhəri, S.Vurğun küçəsində yerləşən ikimərtəbəli binada qızı Əfsanə və sonuncunun azyaşlı uşaqları ilə birlikdə kirayə tutduğu evdə Çingizlə qonşuluqda yaşamışdır. 13 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində həyətdə olduğu vaxt İbrahim qaça-qaça yanına gəlmiş, ondan nə baş verdiyini soruşanda, həyəcanlı şəkildə atası Abutalıbın kirayə yaşadığı evin həyətində dava-dalaş baş verdiyini, Çingizin Abutalıbı yerə yıxıb döydüyünü, atasının xəstə olduğunu deyib yalvarmasına baxmayaraq atasını buraxmamasını, hətta onu da sinəsindən vurmasını və yerə yıxıldığını, Çingiz onu yenidən vurmaq istədikdə yerdən əlinə keçən əşya ilə Çingizi vuraraq qarın nahiyəsindən xəsarət yetirdiyini bildirmişdir. İbrahimdən Çingizdən qan gəlib-gəlmədiyini soruşmuş, o da cavabında ağlı başında olmadığı üçün bilmədiyini demişdir. İşdən evə gələn oğlu Şahid5 idarə etdiyi avtomobilə əyləşib oğlundan onu dava baş vermiş yerə aparmasını istəmiş və “Nissan Altima” markalı, “**-FD-***” dövlət qeydiyyat nişanlı avtomobillə dava-dalaş baş verdiyi yerə getmişdir. Hadisə baş verən yerə çatanda Çingizin əynində ağ mayka ilə həyətdə dayandığını görmüş, nə baş verdiyini soruşanda, Çingiz İbrahimin gəlib ondan üzr istəməli olduğunu, əks halda şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Çingizin üzərində qan ləkəsi olduğunu görmüş, ona xəstəxanaya getməyi təklif etmiş, Çingiz getmək istəmədiyini, xəstəxanaya getsə cinayət işi açılacağını demişdir. Çingizə xəsarətin dərin ola biləcəyini bildirmiş, ölsə necə olacağını soruşmuş və məcbur maşına mindirib xəstəxanaya apararaq reanimasiyaya yerləşdirmişlər. Həkimlər əməliyyata ehtiyac olduğunu bildirmişlər. Çingiz əməliyyata girdikdən sonra işdən zəng gəldiyi və təcili çağırıldığı üçün taksiylə evə qayıtmış, daha sonra İbrahimi öz maşını ilə götürüb Biləsuvar Rayon Polis Şöbəsinə aparıb təhvil vermişdir. Polis Şöbəsindən qayıdanda polislər onu saxlayıb İbrahimin harada olduğunu soruşmuşlar, o da İbrahimi artıq polisə təhvil verdiyini bildirmişdir. Çingizə müalicə olunması üçün hər cür köməklik etmiş, nə qədər dərman lazımdırsa alıb vermiş və Çingiz yeddi-səkkiz gün sonra xəstəxanadan çıxmışdır. Çingiz ona barışıq üçün qardaşı Laçın Əliyevi göndərəcəyini bildirmiş, Laçın gəlib Çingizin işləyə bilməyəcəyini, ailəsini dolandırması üçün ondan 500 (beş yüz) manat pul istəmiş, o da heç bir etiraz etmədən, əksinə nə lazım olsa etməyə hazır olduğunu bildirib, həmin məbləğdə pulu ona vermişdir. Polis şöbəsində barışıq olub-olmaması barədə soruşulanda, Çingiz əvvəl barışmağa razı olsa da, sonradan əlavə 500 (beş yüz) manat da verilsə barışacağını demiş, buna görə də ona yenidən 500 (beş yüz) manat məbləğdə pul vermişdir. Bundan sonra Çingiz heç bir tələbi olmaması barədə ərizə yazmış və işə xitam verilməsini xahiş etmişdir. Şahid7 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman orada olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə xəsarət yetirməsi barədə maraqlanmış və İbrahim də cavabında nə ilə xəsarət yetirdiyini özünün də bilmədiyini demişdir. İbrahimlə Çingizin uşaqları tez-tez bir-birləri ilə dalaşmışlar və məlum mübahisə də uşaqların üstündə baş vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda anası Şahid2, əri Zərərçəkmiş şəxs, uşaqları Məhəmməd və Nurlan Əliyevlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur, əvvəllər də hər hansı mübahisə və ya münaqişə olmamışdır. 13 avqust 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı binanın həyətində anası ilə oturub çay içən zaman İbrahimin uşaqları oynayıb toz qopardığı üçün onlardan sakitləşməyi, toz qoparmamalarını istəmiş, bu vaxt İbrahimin anası Şahid4 həyətə düşərək nəvələrinə irad tutmasına görə onlarla mübahisə etmişdir. Qumrudan sonra əri Şahid3 da onların yanına gəlmiş, Qumru onun oğlu Məhəmmədin nalayiq ifadələr işlətməsini bəhanə edərək mübahisə etməyə davam etmiş, mübahisə zamanı Qumru və Abutalıb ünvanına nalayiq ifadələr işlətmişlər. Daha sonra İbrahim onların mübahisə etdikləri yerə gəlib, valideynlərini sakitləşdirərək kirayə yaşadıqları evə aparmışdır. Baş vermiş mübahisə ilə əlaqədar əri Çingizə zəng edib məlumat vermiş, təxminən yarım saat sonra Çingiz yaşadığı evə gəlmiş və hansı səbəbdən mübahisə etdiklərini soruşmuş, hadisəni ərinə danışmış, o da Abutalıbın kirayə yaşadığı evə gedib həyətə çağırmış, Abutalıb oğlu İbrahimlə birlikdə həyətə çıxmış, Çingiz Abutalıbdan söyüb təhqir etməsinin səbəbini soruşmuş, Abutalıb isə yenidən onun barəsində nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Çingizlə Abutalıb əlbəyaxa olub yerə yıxılmışlar. Həmin vaxt İbrahim Çingizi vurmuş və o da bunu görmüş, lakin hava qaranlıq olduğundan İbrahimin Çingizi nə ilə vurduğunu görməmişdir. İbrahim Çingizin qarın nahiyəsindən bir dəfə vurmuş, dərhal Çingizin yanına gəlmişlər. Təcili tibbi yardıma zəng olunsa da, bir müddət sonra İbrahimin əmisi oğlu Şahid5 idarə etdiyi “Nissan” markalı avtomobillə atası Şahid7la birlikdə hadisə yerinə gəlmiş və Çingizin qarın nahiyəsindən xəsarət alması nəticəsində qanaxması olduğunu görüb, onu həmin avtomobillə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Çingizin münaqişə zamanı Abutalıbla İbrahimə xəsarət yetirməsini görməmiş, onlar yalnız qarşılıqlı şəkildə mübahisə etmişlər. Şahid1 cinayət prosesi tərəflərinin ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün münaqişə uşaqların üstündə əvvəl qadınlar arasında baş vermiş, sonra kişilər arasında davam etmiş, həmin vaxt əri Zərərçəkmiş şəxs işdə olmuşdur. Çingizi oraya özü zəng edib çağırmışdır. Hadisə vaxtı orada olmuş, Çingizlə Şahid3 arasında yalnız sözlü mübahisə olmuş, Təqsirləndirilən şəxs atasının mübahisə etdiyini gördükdən sonra Çingizlə mübahisəyə başlamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında hadisə vaxtı Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib, həmin bıçaqla bir dəfə onun qarın nahiyəsinə vurmasını görməsini dediyi hissədə yaranmış ziddiyyətlə əlaqədar həmin hissədə elan olunmuşdur. Şahid1 ifadəsini elan olunan hissədə təsdiq etmədiyini, İbrahimin cibindən bıçaq çıxardıb Çingizi həmin bıçaqla vurmasını görmədiyini, belə bir söz demədiyini bildirərək, ifadəsində bu cür yazılmasının səbəbini izah edə bilməmişdir. İbrahimin belə bir hərəkət edəcəyini, yəni Çingizi bıçaqla vura biləcəyini ondan gözləməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qayınanası Şahid2 şahid kimi dindirilmiş gəlini Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında yaranmış zərurətlə əlaqədar hissəvi elan olunmuş ifadəsi ilə bağlı da onunla eyni cavabları vermişdir. Məhkəmə iclasında cinayət işi üzrə Şahid4 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələri əsasında həmin Məcəllənin 329.1-ci maddəsinə (məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) görə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi, ev 92-də qeydiyyatda olsa da, faktiki olaraq M.İbrahimov küçəsi dalan 2, ev 18 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Əri Şahid3 2022-ci ilin yay aylarında Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən ikimərtəbəli binada Hilal adlı şəxsin evini kirayəyə götürmüşdür və həmin evdə qızı Əfsanə Xudaşzadə, habelə onun üç azyaşlı uşağı ilə birlikdə 2023-cü ilin avqust ayına qədər yaşamışlar. Hər ay Hilala kirayə haqqı olaraq 150 (bir yüz əlli) manat pul verirmişlər. Zərərçəkmiş şəxs Biləsuvar rayon sakini kimi tanıyır, onunla aralarında heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs Şahid3 kirayə götürdüyü yaşadıqları evin yerləşdiyi binada ailə üzvləri ilə birlikdə yaşayırmış. Münasibətləri normal olmuş, hətta birlikdə dəfələrlə balıq tutmaq üçün ailəvi yoldaş kimi getmişdilər. Mahiyyəti üzrə bildirmişdir ki, 13 avqust 2023-cü il tarixdə, saat 21 radələrində yaşadıqları binanın həyətində olan zaman Zərərçəkmiş şəxs oğlu Məhəmməd heç bir səbəb olmadan ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də o və həmin sözləri eşidən əri Abutalıb Çingizin arvadı Şahid1 çağırıb oğlu Məhəmmədin etdiyi hərəkətə öz narazılıqlarını bildirmiş, uşağını tərbiylənlədirməsini istəmişlər. Ceyran isə “əcəb edir səni söyür sənin nəvələrin düşməsin binanın həyətinə, siz burada kirayə qalırsınız, burdan mənim uşaqlarım oynamalıdır" sözlərini demişdir. Buna görə Ceyranla aralarında mübahisə yaranmış, lakin həmin mübahisə yalnız sözlə olmuşdur. Mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs və onun arvadı Şahid8 oraya gəlib onların Ceyranla sözlə mübahisə etdiklərini görüb sakitləşdirərək kirayə yaşadıqları evə aparmışlar. Ceyran da öz evlərinə getmişdir. Təxminən otuz dəqiqə sonra yaşadıqları evin giriş qapısı döyüldüyü üçün qapını açmışdır. Həmin vaxt Çingiz qapıdan Abutalıbı həyətə söhbət etmək üçün çağırmış, Abutalıb isə onu evə çay içmək üçün dəvət etmişdir. Bu zaman gözləmədikləri anda Çingiz Abutalıbı tutaraq özünə tərəf çəkib həyətə çıxarmış, həyətdə onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Çingiz Abutalıbla əlbəyaxa olmuş və onu yerə yıxaraq yumruqla, stulla başından vurmaqla döyməyə başlamışdır. Həmin vaxt X10 yerə yıxaraq döyməsini gördüyü üçün sonuncunu onun əlindən almaq istəmiş, lakin, Çingiz İbrahimin sifətindən bir dəfə yumruqla vuraraq ona xəsarət yetirmiş və bu zaman qışqırıb İbrahimin onun qarın nahiyəsindən xəsarət yetirməsini bildirmişdir. İbrahim qaçaraq əmisi Şahid7 yaşadığı evə tərəf getmiş və Çingizi xəstəxanaya aparmaq üçün avtomobil göndərəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra İbrahimin əmisi oğlu Şahid5 idarə etdiyi “Nissan” markalı avtomobillə atası Şahid7la birlikdə dava-dalaşın baş verdiyi yerə gəlmişdir. Birlikdə Zərərçəkmiş şəxs Muradın idarə etdiyi avtomobilə əyləşdirib Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar (iş vərəqi 103-105). Şahid4 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görməmiş, sadəcə qışqırıq səsləri eşitmişdir. İbrahim evdən çıxanda onun əlində bıçaq görməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ibtidai istintaqa verdiyi, cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəb) əsasən elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsindən məlum olmuşdur ki, o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 79-81). Məhkəmə iclasında cinayət işi üzrə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi eyni səbəblə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, N.Əlizadə küçəsi, ev 7-də qeydiyyatda olsa da, faktiki olaraq S.Vurğun küçəsi, bina 1, ev 8 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs qonşusudur, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur, normal münasibətdə olmuşlar. Şahid3 və oğlu Təqsirləndirilən şəxs da Biləsuvar şəhər sakini kimi tanıyır, heç biri ilə qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Şahid3 arvadı Qumru, qızı Əfsanə və sonuncunun azyaşlı uşaqları ilə birlikdə onun yaşadığı binada Hilal adlı şəxsin evində kirayə yaşamışlar, qonşu kimi münasibətləri normal olmuşdur. 13 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində yaşadığı binanın həyətinə düşən zaman orada Zərərçəkmiş şəxs yerdə əyləşmiş vəziyyətdə olmasını, qarnından qan axmasını görüb, Çingizin arvadı Şahid1 nə baş verməsini soruşmuş, Ceyran da həyətdə baş vermiş dava-dalaş zamanı Abutalıbın oğlu İbrahimin bıçaqla Çingizin qarın nahiyəsindən vuraraq xəsarət yetirməsini bildirmişdir. Buna görə də, ilk olaraq təcili tibbi yardıma zəng edib hadisə yerinə çağırmış, həmçinin Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək Zərərçəkmiş şəxs İbrahim adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermiş, daha sonra isə yaşadığı mənzilə getmişdir. Şahid6 ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində yaşadığı binanın həyətində baş vermiş dava-dalaş anında orada olmadığı üçün Təqsirləndirilən şəxs əlində bıçaq olmasını və bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini, habelə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid3 döyərək hər hansı xəsarət yetirməsini görməmişdir (iş vərəqi 114-116). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş, habelə ifadəsi elan olunmuş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis X12 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Biləsuvar Rayon Polis Şöbəsinin 13 avqust 2023-cü il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə daxil olmuş məlumatda Biləsuvar rayonu ərazisindəki pambıq zavodun yanında, ikimərtəbəli binanın həyətində Zərərçəkmiş şəxs İbrahim adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur (iş vərəqi 04). Biləsuvar Rayon Polis Şöbəsinin 13 avqust 2023-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur (iş vərəqi 05). Biləsuvar Rayon Polis X11 13 avqust 2023-cü il tarixli protokolundan görünür ki, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı binanın həyətində onun bıçaqlandığı yerə baxış zamanı həyətdən bir ədəd bıçaq aşkar edilmişdir. Həmin bıçağın tiyəsi gümüşü rənglidir, bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcıdır. Tiyənin bir üzündə “King Gary KİTCHEN KNİFE” yazısı yazılmışdır. Tiyənin orta xətdən uzunluğu 110 mm, orta hissədə eni 25 mm-dir. Bıçağın dəstəyinin uzunluğu 110 mm, orta hissədə eni 18 mmdir. Hadisə yerindən aşkar edilmiş bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (iş vərəqi 06). Biləsuvar Rayon Polis X11 13 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs şöbəyə gəlib könüllü təslim olmuş və həmin tarixdə, saat 21:30 radələrində Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən binanın qarşısında baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs dəmir parçası ilə xəsarət yetirdiyini, bununla bağlı izahat vermək istədiyini bildirmişdir (iş vərəqi 08). Biləsuvar Rayon Polis X11 14 avqust 2023-cü il tarixli qərar, raport və məktubundan görünür ki, iş üzrə toplanmış material şöbənin istintaq bölməsinə göndərilmişdir (iş vərəqi 13-15). Biləsuvar Rayon Polis X12 14 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı o, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli ikimərtəbəli binanın həyətini göstərərək 13 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində həmin yerdə baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs onun atası Şahid3 başından və sifətindən yumruqla, habelə stulla başından, həmçinin yumruqla onun sifətindən vurması səbəbindən yerdən tapdığı dəmir parçası ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurmaqla xəsarət yetirməsini bildirmişdir. Fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 20-24). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 “canlı şəxsin ekspertizasına dair” 823 və 824 nömrəli, 18 avqust 2023-ci il tarixli ekspert rəylərində göstərilmişdir ki, vət. Şahid3 müəyyən olunan başın sol təpə nahiyəsində qançır, üst dodağın selikli qişasında əzilmiş yara və bel-oma nahiyəsində sıyrıq; Təqsirləndirilən şəxs müəyyən olunan sağ çənə bucağı nahiyəsində qançır xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruq, şillə və stulla vurulma nəticəsində əmələ gələ bilərlər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, Şahid3 xəsarətləri dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, Təqsirləndirilən şəxs xəsarəti isə sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqi 42- 45). Zərərçəkmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı, müalicə xərclərini tam ödəmiş, buna görə də, onunla barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, barışmalarını nəzərə alıb, onun barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad olunmasında köməklik göstərilməsini xahiş etmişdir (iş vərəqi 46). Təqsirləndirilən şəxs və Şahid3 Biləsuvar Rayon Polis Şöbəsinə ünvanladıqları 12 sentyabr 2023-cü il tarixli ərizələrindən görünür ki, 13 avqust 2023-cü il tarixdə baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs onlara xəsarət yetirmiş, lakin barışmışlar, Zərərçəkmiş şəxs qarşı şikayət və ya tələbləri yoxdur və müraciətlərinin nəzərə alınmasını xahiş etmişlər (iş vərəqi 47, 49). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 “canlı şəxsin ekspertizasına dair” 892 nömrəli, 04 sentyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs müəyyən olunan qarının sol yarısının ön divarında qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən bir ədəd deşilşmişkəsilmiş yara xəsarətləri deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 56-57). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 78). Biləsuvar Rayon Polis X12 07 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmədə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə 13 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən yaşadığı binanın həyətində baş vermiş dava-dalaş zamanı bıçaqla onun qarın nahiyəsindən vurmaqla xəsarət yetirməsini deyərək istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs onun dediklərinin tamamilə yalan olduğunu, aralarında baş vermiş dava-dalaş zamanı Çingizin onu və atası Şahid3 döyməsi səbəbindən yerdən təsadüfən tapdığı dəmir parçası ilə ona qarın nahiyəsindən vurmaqla xəsarət yetirdiyini, həmin vaxt əlində bıçaq olmamasını və bıçaqla xəsarət yetirmədiyini bildirmişdir (iş vərəqi 92-93). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/1851 nömrəli, 14 noyabr 2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir (iş vərəqi 94-96). Biləsuvar Rayon Polis X12 16 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən yaşadığı binanın həyətində baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bir ədəd bıçaq oxşar əlamətlərə malik digər iki ədəd bıçaqla tanımaq üçün təqdim edilmiş və o, təqdim edilən bıçaqlardan stolun üzərinə soldan sağa doğru ikinci qoyulmuş bıçağı göstərərək, baş vermiş dava-dalaş zamanı ona, həmin bıçaqla xəsarət yetirilməsini bildirmişdir (iş vərəqi 97-98). Biləsuvar Rayon Polis X12 19 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birinin üzünə qarşı bildirmişlər (iş vərəqi 99-100). Biləsuvar Rayon Polis X12 07 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 127-128). Biləsuvar Rayon Polis X12 07 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 150-151). Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 01 yanvar 2024-cü il tarixli arayışı, xasiyyətnaməsi, nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Muradlı X2 şəhəri, A.Şaiq küçəsi, ev 18 ünvanda yaşayır, ailə tərkibi arvadı, xx.xx.2013-cü il təvəllüdlü qızı, xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü oğlanları, atası, anası, qardaşı, bacısı, bacısının üç uşağından ibarətdir və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur ( iş vərəqi 163-167). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 ambulator məhkəmə psixiatrik ekspertizasının 09 yanvar 2024-cü il tarixli, 16 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 172-174). Biləsuvar Rayon Polis X12 “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 20 yanvar 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış,; Təqsirləndirilən şəxs qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqda istifadə etdiyi, hadisə yerindən aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat məişət təyinatlı bıçaq iş üzrə maddi sübut kimi tanınmış və şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 176-187). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 22 fevral 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona vurulmuş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 16 (on altı) saat 30 (otuz) dəqiqə vaxt müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Göründüyü kimi, 126.1-ci maddənin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də, təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X1 atası Şahid3 ilə qonşusu Zərərçəkmiş şəxs arasında baş verən dava-dalaş zamanı atasının Çingiz tərəfindən döyüldüyünü görüb, onun qarşısını almaq üçün üzərinə gedəndə Çingizin ona yumruqla bir dəfə çənə nahiyəsindən vurması nəticəsində yerə yıxılarkən yerdən götürdüyü ucu iti olan dəmir parçası ilə bir dəfə Çingizin qarın nahiyəsindən vurması, həmin dəmir parçasını xatırlamadığı yerə atması, Çingizi bıçaqla vurmaması barədə məhkəmədə verdiyi ifadəsinin onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə əsaslı sübutlarla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Bundan əlavə, məhkəmə heyəti şahid qismində dindirilmiş (ifadələri elan olunmuş) şəxslərin ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə vurduğunu görmədikləri və ya bıçaqla deyil, hadisə vaxtı yerdən tapdığı dəmir parçası ilə vurması barədə dediklərini məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onların təqsirləndirilən şəxsin ailə üzvləri, qohum və qonşuları olmaları, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs atası Şahid3 ilə Zərərçəkmiş şəxs aralarında keçən mübahisə nəticəsində yaranmış davadalaş zamanı Zərərçəkmiş şəxs gücü çatmadığı üçün qarın nahiyəsinə bıçaqla bir dəfə vurmaqla ona, qarının sol yarısının ön divarında qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən bir ədəd deşilşmiş-kəsilmiş yara ilə nəticələnən xəsarət yetirməsi ibtidai istintaq orqanı tərəfindən doğru olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olduğunu, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin törədilməsindən bilavasitə sonra qohumunu zərərçəkmiş şəxsə yardım göstərmək üçün göndərməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailənin yeganə gəlir gətirən fərdi olduğunu, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, valideynlərinin yaşlı və xəstə (atası onkoloji, anası şəkər xəstəsidir) olmalarını, əməlindən zərərçəkmişi dəmir parçası ilə vurması hissəsində peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqda istifadə etdiyi hadisə yerindən aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat məişət təyinatlı bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsindəki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X16 göndərilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun həbs edildiyi, yəni 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarları, habelə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X16 göndərilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 02 aprel 2024-cü il tarixdən hesablansın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqda istifadə etdiyi, hadisə yerindən aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat məişət təyinatlı bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar