Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-372/2023 03.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1953-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2-da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir bükümdə, küllü miqdar təşkil edən 6,012 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyaraq yaşadığı Masallı şəhəri M.Hüseyn küçəsi ev 6 A-da yerləşən fərdi yaşayış evinə gətirib orada gizlədərək narkotik vasitəni satış məqsədilə həmin narkotik vasitənin bir hissəsini, yəni 01 bükümdə 0,449 qramını, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında tanışı Şahid4 35 manat pul müqabilində satmış, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həmin günü keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən həmin 0,449 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun (Təqsirləndirilən şəxs) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri M.Hüseyn küçəsi ev 6 A-da yerləşən fərdi yaşayış evinə baxış keçirərkən, həmin evin birinci mərtəbəsindəki müxtəlif əşyalar saxlanan otaqdakı qara rəngli maqnitofonun altından 1 ədəd bükümdə, təmiz çəkisi 5,563 qram olan, Şahid4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələr qəbul etmiş, lakin uzun müddətdir ki, qəbul etmir. 10 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Masallı şəhər M.Hüseyn küçəsi 6A-da yerləşən fərdi yaşayış evində olan zaman polis əməkdaşları basqın edərək, evinə narkotik vasitə heroin yerləşdirmişlər, sonra ona təzyiq göstərərək həmin narkotikin ona məxsus olması, həmçinin Şahin adlı şəxsə 35 manat müqabilində narkotik satmasına dair etirafedici ifadələr verməsinə məcbur etmişlər. Şahini də polis əməkdaşları döyərək güya ondan narkotik almasına dair ifadə verməyə məcbur etmişlər. Nəticədə polis əməkdaşları onu şərləyərək cinayət məsuliyyətinə cəlb edib barəsində həbs qərarı seçilmişdir. Heç bir günahı yoxdur, 1-ci qrup əlildir, ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, 05 yanvar 2022-ci il tarixdə bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq qərarına gəlmişdir. Saat 15 radələrində Masallı şəhəri Bakı prospektində yerləşən “Moskva” kafesinin qarşısında olan zaman tanımadığı şəxsdən 40 manat müqabilində 01 bükümdə narkotik vasitə heroin almışdır. Heroinin üzərindən müəyyən qədər götürüb istifadə etmişdir. Heroinin qalan hissəsini fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki müxtəlif əşyalar saxladığı otaqda olan qara rəngli maqnitofonun altında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında fərdi yaşayış evinin həyətyanı sahəsindəki antenanı düzəltdirmək üçün əvvəllər tanıdığı Masallı rayon Musaküçə kənd sakini Şahid4 zəng etmişdir. Bir saat sonra Şahid4 fərdi yaşayış evinin həyətyanı sahəsinə gəlmiş və antenanı təmir etmək üçün ondan 35 manat pul alacağını bildirmişdir. Razılaşmış və 35 manatı bir neçə günə verəcəyini bildirmişdir. Şahid4 antenanı təmir etdikdən sonra getmişdir. Həmin gün axşam saatlarında Şahid4 mobil telefon ilə ona zəng edərək bədənində ağrılar olduğunu və ondan narkotik vasitə heroin istədiyini bildirmişdir. Mobil telefonda Şahid4 iradını bildirmiş və onu evinə gəlməsini istəmişdir. Saat təxminən 20 radələrində Şahin onun evinə gəlmişdir. Bundan sonra, o, narkotik vasitə heroinin üzərindən müəyyən miqdar götürərək bir bükümə bükmüş və Şahid4 vermişdir. Şahid4 35 manat borcu olduğu üçün həmin pulun qarşılığında narkotik vasitə heroin vermişdir. Şahin də həmin bükümü ondan alaraq sağollaşaraq getmişdir. Səhəri gün, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində darvaza qapısının döyüldüyünü eşitmişdir. Həmin vaxtı darvazanın qapısını açmışdır. Qapını açan zaman bir nəfər polis geyimində və üç nəfər mülki geyimdə olan şəxsi görmüşdür. Polis geyimində olan şəxs onun evində narkotik vasitə olmasında, həmçinin narkotik vasitələrin satışında şübhəli olmasını və evə baxış keçiriləcəyini bildirmişdir. O, da etiraz etməyərək baxış keçirilməsinənə dair razı olması barədə ərizə vermişdir. Şifahi söhbət zamanı polis əməkdaşlarına Şahid4 35 manat borcunun olduğunu və həmin borcun qarşılığında Şahinə 01 bükümdə narkotik vasitə heroin verdiyini bildirmişdir. Bundan sonra polis geyimində olan şəxs narkotik vasitə olubolmamasını, varsa təqdim etməsini istəmişdir. Həmin vaxt fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki müxtəlif əşyalar saxlanılan otaqdakı qara rəngli maqnitofonun altında olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni çıxarıb təqdim etmiş və onu 1 il əvvəl Masallı şəhər ərazisində əvvəllər tanımadığı şəxsdən aldığını demişdir. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, bir daha Şahid4 35 manat borcunun olduğunu və həmin borcun qarşılığında Şahinə 01 bükümdə narkotik vasitə heroin verdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşları evinə narkotik vasitə heroin yerləşdirmələri, ona təzyiq göstərərək həmin narkotikin ona məxsus olması, Şahin adlı şəxsə 35 manat müqabilində narkotik satmasına dair etirafedici ifadələr verməsinə məcbur etmələri, həmçinin Şahin adlı şəxsi də polis əməkdaşları döyərək ondan narkotik almasına dair ifadə verməyə məcbur etmələri” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olduğundan polis şöbəsinə gətirilmiş, üzərindən aşkar olunmuş narkotik vasitə heroini ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs 35 manat müqabilində aldığını bildirmişdir. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs Masallı şəhəri, M.Hüseyn küçəsi ev 6A-da yerləşən fərdi yaşayış evinə, həmin fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikililərə və üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına gələlərək qapını döymüşlər, sonuncu qapını açmışdır. Şahid4 uzərindən götürülmüş narkotik vasitə heroini 35 manat müqabilində Təqsirləndirilən şəxs aldığını deməsini bildirmişlər. Təqsirləndirilən şəxs da bu halı təsdiq etmiş, evə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər, sonuncu da razılığını bildirmişdir. Bundan sonra iştirakçılar ilə birlikdə yaşayış evinin birinci mərtəbəsindəki qapısı olmayan müxtəlif əşyalar saxlanılan otağa daxil olmuşlar. Həmin vaxtı Təqsirləndirilən şəxs 1 il əvvəl narkotik vasitələr istifadə etdiyini və satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra həmin otaqdakı qara rəngli maqnitofonun altında olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni çıxarıb təqdim edərək həmin bükümü 1 il əvvəl Masallı şəhər ərazisində əvvəllər tanımadığı şəxsdən aldığını bildirmişdir. Bükümü açıb baxdıqda içərisində kəskin iyə malik olan heroin narkotik vasitəyə bənzər kütlə müəyyən edilmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş, sonra baxış davam etdirilmiş, lakin digər qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 35 manat müqabilində Şahin adlı şəxsə narkotik verdiyini bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı rayon polis şöbəsinin əməkdaşları Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. Özü bir müddətdir ki, ustalıq işi ilə əlaqədar olaraq bədənində olan ağrılar səbəbindən narkotik vasitə heroindən istifadə etmişdir. 09 yanvar 2023-cü il tarixdə fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs zəng edərək evində “krosno” antenasını təmir etdirmək istədiyini bildirmiş, o, da Təqsirləndirilən şəxs yaşadığı evə gedərək 35 manat müqabilində antennanı təmir etmişdir. Təqsirləndirilən şəxs da üzərində pulunun olmadığını və həmin məbləği bir-iki günə verəcəyini bildirmiş, o, da razılaşaraq çıxıb getmişdir. Həmin gün axşam saatlarında bədənində ağrılar olduğundan narkotik vasitə heroin əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edərək, bədənində ağrılar olmasını və ona narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Fəxrəddin isə mobil telefondan ondan narkotik vasitə istədiyinə görə iradını bildirmiş və fərdi yaşayış evinə gəlməyini istəmişdir. Saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs evinin qarşısına gələrək görüşmüşlər, sonuncu da ona olan 35 manat borcunun qarşılığında 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin vermişdir. Bundan sonra çıxıb getmiş, polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən heroin aşkar edilmiş, polis əməkdaşlarına heroini Təqsirləndirilən şəxs almasını bildirmişdir. Lakin, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ifadəsində “Şahini də polis əməkdaşları döyərək güya ondan narkotik almasına dair ifadə verməyə məcbur etmişlər” bildirərək belə halın olmasına dair sual verildikdə, Şahid4 ifadəsini dəyişərək polis əməkdaşları tərəfindən döyülərək Təqsirləndirilən şəxs 35 manata heroin almasına dair ifadə verməsinə məcbur olmasını bildirmişdir. Məhkəmə qeyd olunan iki ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Şahid Əkbərlinin verdiyi ifadəsində “polis əməkdaşları tərəfindən döyülərək Təqsirləndirilən şəxs 35 manata heroin almasına dair ifadə verməsinə məcbur olmas” xüsusat işin faktiki hallarına, iş materiallarına uyğun deyil, digər sübutlarla təkzib olunur. Məhkəmə Şahid4 ifadəsində göstərdiyi qeyd olunan xüsusatı Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Həmçinin, Şahid4 üzərindən və Təqsirləndirilən şəxs evindən aşkar edilən narkotik vasitə heroinin ekspertiza tədqiqatının nəticəsi ilə eyni tərkibli olmasını da nəzərə alır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 yanvar 2023-cü il tarixli 19/27 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində Vət:Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilən heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-5,563 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət.Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilən heroinə bənzər kütlə.....” və “Şahid4 aşkar edilmiş 1 büküm heroin Rəy №-19/26......” sözlər və imzalar olan iki ədəd zərfədki, ümumilikdə 2 ədəd bükümdə olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqatdan sonrakı qalıq heroin 5,513 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli 30 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nun bizə təqdim etdiyi 3-13-97-1-1120 saylı raportuna əsasən İ qrup əlil olmasına əsasən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixi 43 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli «baxış keçirmə və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyata olduğu və yaşadığı ünvan 2 ünvanında fərdi yaşayış evinə baxış keçirilmişi, baxış keçirilən zaman evin birinci mərtəbəsindəki qapısı olmayan müxtəlif əşyalar saxlanılan otaqdan Təqsirləndirilən şəxs qara rəngli maqnitofonun altında olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni çıxarıb təqdim edərək həmin bükümü 1 il əvvəl Masallı şəhər ərazisində əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin heroin bükümünü hansı qiymətə aldığını soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitə heroin bükümünü aldığı məbləği xatırlamadığını bildirmişdir. Aşkar olunmuş bükümə baxış keçirilərkən içərisində hnroin narkotik vasitəsinə oxşar maddənin olması müəyyən olunmuşdur. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ondan üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya predmet və ya maddə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd üzərində “Silverer” sözləri yazılmış alışqan, üzərində “Kent” sözləri yazılmış içərisində 16 ədəd siqaretin olduğu siqaret qutusu və həmin şalvarın sol yan cibindən 2 ədəd 20 manatlıq və 5 ədəd 1 manatlıq olmaqla ümumilikdə 45 manat pul əskinazı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd alışqan, siqaret qutusu və 45 manatlıq pul əskinazı təhqiqatçı tərəfindən ayrı-ayrı ağ rəngli kağız zərflərə qablaşdırılmış, möhürlənmiş, üzərinə imzalar edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli «üzləşdirmədə dindirmə» protokolundan jörünür ki, keçirilmiş üzldirmə istintaq hrktində Fxrddin Krimov xx.xx.2023cü il tarixdə 01 ədəd bükümdə narkoitk vasitəheroin vermsini Şahin Əkbrlinin üzünə qarşı demklə həmin cinayət işi üzrəifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 5,513 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün surətindən və Masallı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Kərimov X1 Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur Masallı rayon İcra və Probasiya şöbəsinin 16 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Kərimov X1 Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən 09 dekabr 2021-ci il tarixdən şöbədə qeydiyyatda götürülmüş və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi xx.xx.2023-cü il tarixə 06 ay 06 gün təşkil edir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli Lənkəran Rayonlararası Psixatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsinə dair əməliyyat axtarış tədbirinin keçirilməsinə dair Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli «Qəbz»dən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd «Silverer» yazısı olmuş alışqan, 1 ədəd üzərində «kent» yazısı olan siqaret və 45 manat pu özünə qaytarılmışdır. İş materiallarında olan 13 yanar 2023-cü il tarixli Masallı Rayon Mərkəzi X3 Şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda durmur, lakin 2011-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatdadır. İş materiallarında olan Masallı rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Kərimov X1 rayonu, M.Hüseyn küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayır, ailə arvadından ibarətdir, yaşadığı müddətdə özünü qeyri səmimi v intizamsız aparmış, cəmiyyətə yaraşmayan hüquqa zidd hərəkətlərə yol vermişdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 28 mart 2023-cü il tarixli qərarla cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 yaşlı olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü və təyin olunmuş 1 (bir) il 7 (yeddi) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 13 (gün) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə yəni 3 (üç) ay 06 (gün) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs İ qrup əlil olmasına əsasən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetindəqeydiyyata alınması məsləhət görülür, lakin Masallı Mərkəzi Rayon Xəstəxanasında narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Masallı Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5,513 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü və təyin olunmuş 1 (bir) il 7 (yeddi) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 13 (gün) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə yəni 3 (üç) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Masallı Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5,513 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-372/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-372/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver