Məhkəmə qərarları › İş №1(099)-372/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-372/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-372/2024 14.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 11, mənzil 106-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Müalicə Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında gizlədilmiş 01 (bir) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri -845,0 qram, -585,0 qram,-970,0 qram və 535,0 qram olmaqla ümumilikdə külli miqdarda, 2935,0 qram çəkidə narkotik vasitə tiryəki cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 24 oktyabr 2023-cü il tarixdə saat 20:10 radələrində həmin yerə piyada gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı qeyd edilən narkotik vasitə tiryək onun əlindəki bir ədəd şəffaf rəngli sellofan bağlamadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə yəni, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl onun mobil nömrəsinə zəng gəlmiş, həmin şəxs ona “nəşə” göndərəcəyini dediyindən 24 oktyabr 2023-cü il tarixdə 100 qram “nəşə”ni götürmək üçün Biləsuvar rayonuna gəlmişdir. Lakin həmin yerdə heç nə olmamış, buna görə yolu keçərək maşınlardan birinə minib geri – Bakı şəhərinə qayıtmaq istəmişdir. Bu zaman 3 maşın ona yaxınlaşmış, maşından düşən şəxslər onun əlində telefonunu almış, digərləri isə əlində saxladığı və içində su və peçenye olan sellofan torbanı əlindən almış və onu maşına əyləşdirib polis şöbəsinə gətirmişlər. Həmin vaxt sellofan torbada su və peçenyedən başqa heç nə olmamışdır. Lakin polis şöbəsində həmin sellofan torbada həmçinin narkotik vasitə olmasını da görmüşdür. Həmin vaxt polislərdən qorxmuş, torbada olan bükümün ona aid olmadığını demiş, bu zaman əməliyyatçılar onunla söyüşlə danışmağa başlamışlar və həmin bükümün ona aid olduğunu demişlər. Bundan sonra onu döyməyə başlamışlar və sinəsindən yumruqla vurmuşlar. Həmin vaxt ürəyi də zədələnmişdir. Sonra polislər ona dərman da vermişlər və ürəyi ağradığı üçün həmin dərmanı götürmüş, dərmanın üstündə “m40” yazıldığını görmüş, həmin dərmanı atmışdır. Bundan sonra isə özündə olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulmamışdan 4 ay əvvələdək narkotik vasitələrdən istifadə etmiş, 100 qram “nəşə” götürmək üçün həmin yerə getmiş, lakin orada heç nə olmamışdır. Həmin yerə tanımadığı bir şəxslə danışıb getmişdir. Qurudulmuş marixuananı ona pulsuz verəcəkdilər, buna görə də ora getmişdir. Telefonda danışdığı adamı tanımamış, həmin şəxs ilk dəfə ona zəng etmişdir. Həmin şəxsdən kim olduğunu soruşmuş, lakin zəng edən şəxs cürbəcür sözlər danışmışdır. Həmin şəxs qeyd olunan yerə “nəşə” qoyduğunu demiş, ondan həmin “nəşə”ni götürməyi tələb etmişdir. Onu polis əməkdaşları döydükləri üçün polislərin dediyi formada ifadə vermişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən polis əməkdaşları tərəfindən döyülməsi barədə deməmiş, ora gəldikdən sonra da ürəyində problemlər olmuşdur. Barəində həbs qətimkan tədbiri seçilərkən Biləsuvar rayon Məhkəməsində hakim qarşısına çıxarılarkən nə deməsi yadında olmamış, həmçinin həmin vaxt polislərin verdiyi dərmanın təsiri altında olmuş, buna görə də nə yazıdğını və dediyini bilməmişdir. Cinayət işi materialları ilə tanış olarkən heç bir vəsatət və şikayəti olmadığını yazmış, bunu da müstəntiq dediyi üçün yazmışdır. 24 oktyabrda tutulmuş, həmçinin 29 oktyabrda ifadəsi yerində yoxlanılarkən də özündə olmadığı üçün polislərin dediyini etmişdir. Müstəntiq tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. “Məhəmməd” adlı iranlı şəxsi tanımamışdır. Onu 24 oktyabr 2023-cü il tarixdə yox, 22 oktyabr 2023-cü il tarixədə saxlanılmış, iki gün polis şöbəsində saxlanılmışdır. İstifadəsində ***-**-** saylı mobil nömrə istifadəsində olmuş, həmin nömrə də saxlanılarkən üzərində olmuşdur. 22-23 oktyabr 2023-cü il tarixlərdə istifadəsində olan mobil nömrənin anten dairəsinin Bakı şəhərindəki müxtəlif ünvanlarda olmasının təsdiq edilməsi, Biləsuvar rayonunda mobil nömrənin anten dairəsinin olmaması ilə bağlı verilən suala cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə ona 2-3 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla 24 oktyabr 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi izahatı, 25 oktyabr 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə göstərmişdir ki, Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmzadan təxminən 2-3 gün əvvəl tanımadığı İran nömrəsindən telefonunun “WhatsApp” proqramına zəng gəlmiş, telefonu açan zaman həmin şəxs ona adının “Məhəmməd” olmasını, İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. O, Məhəmməddən telefon nömrəsini haradan əldə etməsini bir neçə dəfə soruşsa da, ona bu barədə heç bir söz deməmişdir. Məhəmmədlə telefonunun “WhatsApp” proqramında danışandan sonra münasibətləri yaranmışdır. 24 oktyabr 2023-cü il tarixdə günort saatlarında iranlı tanışı Məhəmməd telefonunun “WhatsApp” proqramında ona zəng vurub Biləsuvar gömrük yolunda, yolun kənarında «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» sözü yazılmış lövhə olmasını, həmin lövhənin yanında sellofan bağlamanın içərisində narkotik vasitə tiryək qoymasını, orada olan həmin bağlamanı gizlədildiyi yerdən götür özü ilə Biləsuvar rayon avtovağzalına aparmasını, orada olarkən bu barədə xəbər verməsini demiş, deyəcəyi yerə həmin sellofan bağlamanı qoymasını istəmişdir. İranlı tanışı Məhəmməd ona görəcəyi bu işə görə istifadə etmək üçün 50 (əlli) qram marixuana verməyə razılaşmışdır. Razılaşmaya əsasən içərisində narkotik vasitə tiryək olan bağlamanı həmin yerdən götürüb iranlı tanışı Məhəmmədin dediyi yerə qoyandan sonra ona ünvan deyəcəkmiş və gedib həmin ünvandan əlli qram marixuananı götürməyə razılaşmışdır. Söhbət zamanı iranlı tanışı Məhəmməd ona içərisində tiryəkin olduğu sellofan bağlamanın gizlədiyi «Şuşa- Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» sözü yazılmış lövhənin şəklini telefonunun “WhatsApp” proqramına göndərmişdir. Heç bir yerdə işləmədiyinə görə narkotik vasitə əldə edib istifadə edə bilməmiş, buna görə də bədənində ağrılar olmuş, narkotik vasitə istifadə edib bədənində olan ağrıları sakitləşdirməkdən ötrü məcbur olub iranlı tanışı Məhəmmədin təklifinə razılıq vermişdir. Həmin gün tanımadığı yol maşını ilə Biləsuvar rayonuna gəlmiş və «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanında düşmüş, Biləsuvar gömrük yolunda iranlı tanışı Məhəmmədin ona dediyi həmin «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» sözü yazılmış lövhənin yanına piyada getmiş, oradan sellofan bağlamanı götürüb Biləsuvar rayonu «Azpetrol» yanacaq doldurma məntəqəsi istiqamətində geriyə doğru piyada hərəkət etməyə başlamış, elə bu zaman yol patrul xidmətinin əməkdaşları və mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, o, da polis əməkdaşlarına əlində olan şəffaf rəngli sellofan bağlamanı təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə tiryək olmasını, həmin narkotik vasitə tiryəkin iranlı tanışı Məhəmmədə məxsus olmasını, «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» sözü yazılmış lövhənin yanından götürməsini, Məhəmmədin dediyi kimi Biləsuvar rayon avtovağzalına aparıb dediyi yerə qoyandan sonra ona bunun müqabilində 50 (əlli) qram marixuana verəcəyini bildirmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofana onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin sellofan torbanın içərisindən 4 (dörd) ədəd şəfffaf rəngli sellofana bükülmüş bükülülər aşkar edilmiş, həmin bükülülər açılıb baxıldıqda hər birinin içərisində tiryəkə bənzər maddə olması müəyyən olunmuşdur. Həmin bükülülər elektron tərəzidə çəkilərkən 2940 (iki min doqquz yüz qırx) qram olması müəyyənləşdirilmişdir. 24 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin RPŞ-nə gətirildikdən sonra ona qarşı hər hansı bir təzyiq və təsir olmamış, hər bir hərəkət könüllü razılığı əsasında həyata keçirilmişdir. Hazərda səhvini baş düşür, əməlindən səmi peşmandır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələri verərkən özündə olmamışdır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ilkin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 24 oktyabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, CAB-nin baş əməliyyat müvəkkili Fikrət İskəndərov, CAB-nin əməliyyat müvəkkili Şahid3 və digər polis əməkdaşları daxil olmuşlar. 24 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Q.Həsənova küçəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlayaraq Biləsuvar RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs RPŞ-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, habelə əlindəki sellofan torbaya baxış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni İran İslam Respublikasında yaşayan tanışından əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılaraq baxıldıqda içərisində üzəri yapışqan lentlə bağlanmış göy rəngli sellofan torba olması müəyyən edilmiş, həmin torba açılıb baxıldıqda içərisində şəffaf rəngli 4 ədəd büküm olması, bükümlər açılıb baxıldıqdan isə hər birinin içərisindən narkotik vasitə tiryək olması müəyyənləşdirilmişdir. Aşkar edilmiş narkotik vasitənin olduğu 4 ədəd büküm elektron tərəzidə çəkildikdə ümumilikdə çəkisinin 2940 qram olması müəyyən edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tiryəki iranlı şəxsin deyəcəyi ünvana aparacağını, qarşılığında istifadəsi üçün narkotik vasitə əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Saxlanılan zaman narkotik vasitə Təqsirləndirilən şəxs əlindəki sellofan torbada olmuş, özü könüllü təqdim edib tiryək olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə Vüqarın əlində sellofan torbada olmuş, Təqsirləndirilən şəxs həmin tiryəki iranlı şəxsdən əldə etdiyini bildirmişdir. Vüqarı saxlamaq üçün neçə avtomobildə getmələri yadında qalmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilərkən heç bir etiraz etməmişdir, razılaşmışdır. Təqsirləndirilən şəxs barədə ona əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs 22 oktyabrda yox, 24 oktyabr 2023-cü il tarixdə saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin ərazidən narkotik götürməməsini bildirməsi səhvdir. Vüqara qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 Mehti oğlu da Şahid1 ifadəsində Təqsirləndirilən şəxs saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilməsinədək göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilməsində iştirak etdiyini, bundan sonrakı hərəkətlərdə iştirak etmədiyini qeyd etmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən əlində bir ədəd sellofan torba olmuş, tək olmuşdur. Təqsirləndirilən şəxs “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında 24 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində saxlanılmışdır. Vüqar saxlanılarkən oradə təxminən 7 nəfər polis əməkdaşı olmuş, Vüqara qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Fizuli oğlu da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı şəxsdən əldə etdiyini bildirmiş, ona qarşı hər hansı fiziki təzyiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Həmin əməliyyta tədbirində şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni götürməməsini bildirməsi yalandır. Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində saxlanılmışdır. Vüqar saxlanılarkən oradə təxminən 7 nəfər polis əməkdaşı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin DYPB-nin YPX inspektorları polis serjantları - Şahid6 və Şahid5 da Şahid1 ifadəsində Təqsirləndirilən şəxs saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilməsinədək göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs saxlanılaraq Biləsuva RPŞ-yə gətirilməsində iştirak etdiklərini, bundan sonrakı hərəkətlərdə iştirak etmədiklərini qeyd etmiş və verilmiş suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində saxlanılmışdır.Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsində,saxlamasında, istifadəsində və satışında şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 24 oktyabr 2023cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (i.v. 4-6; 10-11; 35- 37) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” 24 oktyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, habelə əlindəki sellofan torbaya baxış keçirilmiş, ilk olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni İran İslam Respublikasında yaşayan tanışından əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılaraq baxıldıqda içərisində üzəri yapışqan lentlə bağlanmış göy rəngli sellofan torba olması müəyyən edilmiş, həmin torba açılıb baxıldıqda içərisində şəffaf rəngli 4 ədəd büküm olması, bükümlər açılıb baxıldıqdan isə hər birinin içərisindən narkotik vasitə tiryək olması müəyyənləşdirilmişdir. Aşkar edilmiş narkotik vasitənin olduğu 4 ədəd büküm elektron tərəzidə çəkildikdə ümumilikdə çəkisinin 2940 (iki min doqquz yüz qırx) qram olması müəyyən edilmişdir. (i.v. 35-37) - Məhkəmə kimyəvi ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 19/958 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin qablaşdırıldığı bağlama...» sözlər və imzalar olan bir paketdəki, 04 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 845,0 qram,-585,0 qram, - 970,0 qram və 535,0 qram, ümumi təmiz çəkisi- 2935,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər.(i.v. 45-47) - “Əməlin tövsif edilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə əməl həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 64) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 65-66) -Biləsuvar rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 4(022)-61/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 84-85) -“maddi sübut kimi tanıma” haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, “Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamadan aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi- 2934,6 qram tiryək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 86) -Biləsuvar rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 5(022)-295/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin Biləsuvar RPŞ-nin əməliyyat müəvəkkili Şahid1 24 oktyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v.93) - Məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 1197 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. (i.v. 96-97) - Məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2023-cü il tarixli, 993 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiosdlərin və kannabioidlərin qıbulundən yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-dan verilmiş 3-17-4\2-30800 nömrəli arayışa əsasən İİ qrup əlil olmasından narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata götürürlməsi məsləhət görülür. (i.v. 99) - “ təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Əliyev X5 rayonu Q.Həsənova küçəsində yolun kənarında quraşdırılmış üzərində «Şuşa-Bəhrəmtəpə-İran-sərhədi-Biləsuvar» sözləri yazılmış lövhəni təqdim edərək xx.xx.2023-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından yaşayan Məhəmməd adlı tanışının xahiş ilə həmin yerə gələrək orada gizlədilmiş içərisində narkotik vasitə olan sellofan bağlamanı götürməsini bildirirək ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 101-104) - “mobil telefona baxış keçirilməsi” haqqında 30 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi «Redmi 9A » markalı, qara rəngli korpusa malik mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Telefonun “Kontaktlarına”-na baxış keçirilərkən adı “Məhəmməd” kimi yazılmış İran İslam Respublikası (bundan sonra – İİR) mobil operatoruna məxsus olan +**********06 saylı, adı “Yusif” kimi yazılmış İİR mobil operatorlarına məxsus olan +**********25 saylı, adı Bibi kimi yazılmış İİR mobil operatoruna məxsus olan +**********36 saylı, adı Səyid kimi yazılmış İİR mobil operatoruna məxsus olan +**********78 saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Telefonun “Qalareyası”-na baxış keçirilərkən Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin fotoşəkilinin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə adı “ Məhəmməd” kimi yazılmış İİR mobil operatoruna məxsus olan +**********06 saylı nömrəsindən üzərində “Şuşa-Bəhrəmtəpə-İran sərhədi-Biləsuvar” sözləri yazılmış lövhənin fotoşəkilinin, habelə “Azpetroldan yanınan şuşa fizuli yoluna gorsin” sms-lərinin göndərilməsi müəyyən edilmişdir. Bundan başqa, “WhatsApp” proqramına baxış keçirilən zaman Təqsirləndirilən şəxs adı Xalid kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı sms-ləri qarşılıqlı olaraq bir-birinə göndərmələri müəyyən edilmişdir: - Xalid: biraz elme koki keçmişdi ordan keçirdim evizin yanınan -Təqsirləndirilən şəxs: hamının fikri məndədi ağzımda sağol sən -Xalid: dedim düzəldərdin ikimizdə qoyardug, nece hamının fikri sənin ağzundadı, seyir dersen ya muğam oxuyursan qalsun -Təqsirləndirilən şəxs: tutulduğuma görə gəlib baş sağlığı verirlər, qonaq eləmək istəyən pay saxlayar, mənə zəng edib tema haqda danışma olar ki mömrəm izlənir, qəti tema haqda danışma Bundan başqa, “WhatsApp” proqramına baxış keçirilən zaman Təqsirləndirilən şəxs adı qeyd olunmamış ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı sms-ləri qarşılıqlı olaraq bir-birinə göndərmələri müəyyən edilmişdir: -***-***-**-** saylı mobil nömrədən: salam ay vuqar necəsən nə var nə yox menem sebiş, bunu aldım ozümə tay bu nömrədə olacam he menimdir, bu nomra tay, ay vuqar bir mirşeyin var olürəm ayu etaga -Təqsirləndirilən şəxs: pul var ? almaq olar -***-***-**-** saylı mobil nömrədən: pul he, belede -Təqsirləndirilən şəxs: anamın canı puılum ypxdur, 40 manata 1 qramm daş götürmək olar -***-***-**-** saylı mobil nömrədən: heyqi,can çox sağol -Təqsirləndirilən şəxs: 10 da taksi -***-***-**-** saylı mobil nömrədən : nece yeni taksi - Təqsirləndirilən şəxs: hə də mən gedib gələcəm torpaqda daşda 40 manata götürmək olar - ***-***-**-** saylı mobil nömrədən Vüqar çet götürmək istəyirəm, ölürem nece gündür içirem ele, gelim siz terefe, q0 luq 15 lik -Təqsirləndirilən şəxs: 15 çet var gəl məndədi -***-***-**-** saylı mobil nömrədən: 15 m? tamam gelirəm Bundan başqa, Təqsirləndirilən şəxs məxsus olan mobil telefonun “ məktublar” proqramına baxış keçirilən zaman adı “Xalid” kimi yazılmış ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə - “artis gelim evden cağrış seni bu boyda qogalarda alddrmsan, alo, elvze tema kcb ne göynen gedrsen elunde 5-diy küçələrə düşən vüqar dörsen ele bil, o kiside dününki patını veb mendedi lazm olsa yığ meni gel götür, gelrsen heqqi gel bunuda apar qaqaq azcada kola götür, sen qulağın kar başunda gedb selon ele bil havanmısan alo, alo, alo, dans, qaqa telfonu aç görüy 30 manat var dede qaqaşun ölür, dede camatdan pulu yığmısan başm xarab elekbler cavab ver mene, dede dayım avrya edleyb deded xestexanadayam zaryatkamda olur, senol gelrem qaqa elmde 30 manat men tapa bilmirem, meni yığ vuqar” sms-lərinin göndərilməsi, Təqsirləndirilən şəxs isə həmin mobil nömrəyə “götür gəl bura, bura çatanda xəbər elə çıxım götür gəl, qaa noldu məni niyə gecikdirirsən gəl çıxda ü dəfə zəng edib mənə kimi gəlmirsən telefonunda sönüb zəöng çatmır sənə telz gəl mən gedim, nə deyim, sən mənə yox narkotikə verirsən, gəl bu sözdən sonra məni yığma xudaaffisin yığma mən, çıxdı” sms-lərini göndərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən fotoşəkillərin, zənglərin və sms-lərin fotoşəkilləri çəkilmiş, tərtib edilmiş protokol və fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v.105-130) - “Telefon məlumatlarına baxış keçirilməsi” haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Azerfon MMC-dən xx.xx.2023-cü il tarixli 33334 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən saat 06:18 dəqiqədən xx.xx.2023-cü il tarixdə saat 19:20 dəqiqəyədək olan müddət ərzində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qarşılılıq olaraq - “artis gelm evden cagrm seni bu boyda qogalarda aldrmsan, elvze tema kecb ne goynen gedrsen elunde 5 diy kucelere dusen vuqar dörsen ele bil, o kiside dunenki patini veb mendedi lazm olsa ylg meni gel götr, gelrsen heqqi gel bunuda apar qaqa azcada kola gotur, sen qulagunda kar basunda gedb senol ele bil havalanmsan, Alo alo alo dede menen dans, Qaqa telfonu ac gorey 30 manat var, Vuqar telefonu ac işim var senen, dede qaqasun ölür, dede camatdan pulu ylgmsam basm xarab elebler cavav ver mene, dede daym avarya eleyib dede xesdexanadayam zaratkamda olur, dede yatmamlsansa vzv at gəlm pitmlnutkani hell elyey dede, Cox sağol qaqa meni götdere möhdac eledn ola ola, gedun dede, mene tez de qaqa, gedmsen yoxsa yox onu de, Güne sene 90 san manat pul verirem sen bir çet mala göre menen pulu, götür gəl bura, bura çatanda xəbər elə çıxım götür gəl, Vaska Mənə zəng elə, Ə seyças perezvonö, Ne moqu qovoritğ, çto sluçilos?, qaqa noldu, məni niyə gecikdirirsən, gəl çıxda adam 2 dəfə zəng, Mənə ki gəlmirsən telefonunda sönüb zəng çatmır Sənə tez gəl, Bu sözdən sonra Məni yığma sms-lərini göndərmələri müəyyən edilmişdir. (i.v.173) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri cinayət işi ayrılmışdır. ( i.v. 201-202) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 100 qram qurudulmuş marixuana götürmək üçün Biləsuvar rayonuna getdiyini, həmin ərazidə narkotik vasitə tapmayıb geri qayıtmaq istədiyini və bu zaman polis əməkdşaları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb əlində olan sellofan torbaya 3 kiloqrama yaxın çəkidə tiryək qoyduqlarını və ona fiziki təzyiqlər edilməsi və dərman vasitəsi verilməsi səbəbindən özündə olmayaraq etirafedici ifadə verməsini, 24 oktyabr 2023-cü il tarixdə yox, 22 oktyabr 2023-cü il tarixdə tutulması, narkotik vasitələrin satışı ilə məşğul olmamasını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində ilkin ifadələrində, həmçinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman şifahi izahatında, eləcə də təqsirləndirilən şəxs kimi ifadəsində narkotik vasitəni ona “Məhəmməd” adlı İİR vətəndaşı göndərdiyini, həmin narkotik vasitəni götürüb iranlı şəxs deyəcəyi yerə aparmağı qarşılığında ona 50 qram narkotik vasitə veriləcəyini bildirldiyini, həmin şəxslə razılaşdığını, Biləsuvar RPŞ-də ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, hər hansı formada təzyiq edilmədiyini bildirmişdir.Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisinə iranlı şəxs tərəfindən qoyulmuş 100 qram qurudulmuş marixuananı götürməyə gəldiyini qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə barədə, narkotik vasitəni qanunsuz əldə etməsi və s. hallar barədə ətraflı izahat və ifadələr vermiş, məhkəmə baxışı dövründə verdiyi həmin ifadələrini qismən təsdiq edərək 100 qram qurudulmuş marixuana götürmək üçün həmin yerə gəldiyini, həmin narkotik vasitəyə görə iranlı şəxsə hər hansı miqdarda pul ödəmədiyini, həmçinin həmin ərazidə narkotik vasitə olmadığını bildirmiş, beləliklə Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs əlində olan sellofan torbaya baxış keçirilərkən tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində sellofan torbada olan tiryəkə bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, iranlı şəxsdən sonuncunun deyəcəyi yerə qoymaq üçün əldə etdiyini və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanıldıqdan 3 aydan çox vaxt keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə cinayət işi materialları ilə tanış olarkən də hər hansı şikayəti və vəsatəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və metadon həbi verildiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 10373/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə PX-nin 03 saylı istintaq təcridxanasına daxil olmuş,tibbi müayinədən keçirilmiş, bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, saxlanılan zaman zədə almadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aid 10373/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nda saxlanılarkən bədəni üzərinə hər hansı xəsarət olmaması və hər hansı zədə almamasını bildirməsini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki və psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. - bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən 24 oktyabr 2023-cü il tarixdə deyil, 22 oktyabr 2023-cü il tarixdə tutulduğunu, 2 gün polis şöbəsində qanunsuz saxlanıldığını bildirməsi ilə bağlı məhkəmə tərkibi onu qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş “Azerfon MMC-dən xx.xx.2023-cü il tarixli 33334 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə aid məlumatları özündə əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairələri 22 və 23 oktyabr 2023-cü il tarixlərdə Bakı şəhərində müxtəlif ünvanlarda olmuş, 24 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınmışdır. Bu hal isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən cinayət işi materiallarında göstəriləndən 2 gün əvvəl saxlanılması barədə ifadəsinin düzgün olmadığı barədə nəticəyə gəlməyə tam əsas verir. - bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün iranlı şəxs tərəfindən ona göndəriləcək 100 qram qurudulmuş marixuananı götürmək üçün Biləsuvar rayonuna gəlməsi deməsi ilə bağlı məhkəmə tərkibi aşaıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı şəxsin ona deyəcəyi yerə qoymaq və qazanc əldə etmək məqsədi ilə əldə etmiş, saxlamış, dolayısı ilə cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmişdir. Buna görə də Təqsirləndirilən şəxs də cinayətin icraçısı hesab edilməli və onun əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilməlidir. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə müxtəlif vaxtlarda və müxtəlif nömrələrdən narkotik vasitələrin tələb edilməsi ilə bağlı mesajlar göndərilmiş, eləcə də Təqsirləndirilən şəxs tərəfindən ondan narkotik vasitə istəyən şəxslərin nömrələrinə təsdiqedici xarakterli mesajlar göndərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü müdafiə üçün gətirdiyi bu dəlili əsaslı hesab edilməməlidir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – tiryəki qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması onun məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi etirafedici izahat və ifadəsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 Fizuli oğlu, Şahid3, Şahid4 Mehti oğlu, Şahid5 və Şahid6 oğlunun ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, “ifadənin yerində yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli, “mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli, “Azerfon MMC-dən göndərilmiş CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 19/958 saylı rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 132-133) - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Komunal İstismar Səhəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə normal səciyyələndirilir. Ailə tərkibi həyat yoldaşı, xx.xx.2010-cu il təvəllüdlü qızı və xx.xx.2016-cı il təvəllüdlü oğlundan ibarətdir. (i.v. 139-147 ) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 69\2-33027\23 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.123.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən beş il müddətində ikinci dərəcəli müəyyən edilməsinə dair qərar qəbul olunmuşdur. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixində sonra Təqsirləndirilən şəxs vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron infirmasiya sisteminin “Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. (i.v. 165 ) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində 2 azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxsa daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2023-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 993 nömrəli rəyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 69\2-33027\23 nömrəli məktubu nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altımış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2934,6 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi 9A” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin madi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2934,6 qram tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola əlavə edilmiş 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin madi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi 9A” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar