Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-372/2025 22.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində pasport qeydiyyatında olmaqla Füzuli rayonu, Fin qəsəbəsində, 377 nömrəli evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə 22 oktyabr 2025-ci il tarixdə, saat 16:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında “AzFemida” proqram təminatından istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiq məlum olmayan, ona özünü İran İslam Respublikasının vətəndaşı «Əkbər» kimi təqdim edən şəxslə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 1190,0 qram, 2215,0 qram, 2050,0 qram, 2240,0 qram, 2025,0 qram, ümumi çəkisi-9720,0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı və külli miqdarda yəni, bir ədəd bükümdə ümumi təmiz çəkisi 3500,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, həmçinin tərkibində külli miqdarda, 4 qram narkotik vasitə metadon olan 10 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterlərdə 100 ədəd açıq-qəhvəyi rəngli dərman həblərini qəsdən satış məqsədi ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır.
İşin halları və dəlilləri:
2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, şəxsiyyəti ona məlum olmayan, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Əkbər” adlı şəxslə “Tik-tok” sosial şəbəkəsində tanış olmuş və orada danışmışdır. Əkbər dəfələrlə ona narkotik vasitələrin daşınmasını təklif etmiş, lakin o, əvvəllər risk etməmişdir. Hətta bir neçə dəfə həmin şəxsin nömrəsini qara siyahıya (blok) atsa da, “Əkbər” başqa nömrə ilə ona yazmağa davam etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, sonradan arvadının xəstə olması səbəbindən pula ehtiyacı olmuşdur. Kimdən pul istəyibsə, ona verməmişlər və o, məcbur qalıb “Əkbər”in təklifi ilə razılaşmışdır. Razılığa əsasən, o, narkotik vasitəni Bakı şəhərinə aparmalı və qarşılığında 2000 (iki min) manat pul almalı imiş. Bundan əlavə, ona 5-10 qram marixuana da çəkməsi üçün veriləcəkmiş. O, “Əkbər” adlı şəxsdən əvvəllər də bir neçə dəfə özünün istifadə etməsi üçün marixuana almış və qarşılığında “M10” tətbiqi vasitəsilə pul göndərmişdir. O, narkotik vasitəni (marixuananı) müharibə vaxtında, təxminən 2020ci ildə “İkinci Qarabağ” müharibəsində olarkən istifadə etməyə başladığını, lakin mütəmadi istifadə etmədiyini, sonuncu dəfə tutulandan təxminən 1-2 ay öncə istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə “Əkbər” adlı şəxslə "Whatsapp" tətbiqi vasitəsilə danışmış, “Əkbər” Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində ona məxsus təxminən 3-4 kiloqram narkotik vasitənin olduğunu, həmin yeri "Whatsapp" tətbiqi vasitəsilə göndərəcəyini və onu Bakı şəhərinə aparmasını təklif etmiş, o da razılaşmışdır. O, 26 fevral 2025-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid8 idarə etdiyi avtomobillə Beyləqan şəhərindən Füzuli rayonu istiqamətində yola düşmüşdür. Yolda gedərkən, o, taksi sürücüsü Şahid8 qəbirstanlığı ziyarət edəcəyini deyərək ünvan 2erləşən “Seyidin qəbri” adlanan yerin yaxınlığında avtomobildən enmiş, taksi sürücüsünə isə irəlidən dönüb gələrək, onu gözləməsini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra “Əkbər” adlı şəxslə danışdığı “Whatsapp” tətbiqini mobil telefonundan silmişdir. Silməkdə məqsədi isə tutulacağı halda həmin şəxslə əlaqəsinin bilinməməsi olmuşdur. O, konum (məkan) atılan qəbirstanlığa getmiş və yolun kənarındakı kolluqda narıncı rəngli meşok (kisə) görmüşdür. O, qeyd etmişdir ki, kisənin böyük olduğunu görüb qorxmuş və malın çox olduğunu bilib ilk olaraq geri qayıtmışdır. Lakin sonra fikrini dəyişərək yenidən qayıtmışdır. O, kisəni cırıb, ordan bir qara bükülü sellofan bağlama götürmüşdür. Deməsinə görə, götürdüyü bağlama təxminən 2,5 kiloqram çəkidə olmuşdur. Digər narkotik vasitələri götürmədən, əlindəki bağlama ilə bir neçə metr qaçdıqdan sonra arxadan “dayan! polis!” sözü deyildiyini eşitmiş, yenə də qaçmaq istəsə də, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən yerə yıxıldığını demişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq olunmadığını qeyd etmişdir. O, 13 kiloqram narkotik vasitəni götürmədiyini, yalnız 1 ədəd, təqribən 2-2,5 kiloqram ağırlığında olan bağlamanı götürdüyünü qeyd etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadələrinə məzmununu bilmədən qol çəkdiyini, tutularkən həyəcanlı olduğu üçün etirafedici ifadələr verdiyini demişdir.
3. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əkbər” adlı şəxslə razılığı ora qoyulmuş kisənin Bakı şəhərinə çatdırılması və bunun müqabilində ona 2000 manat pul verilməsindən ibarət olmuşdur, o, bütöv kisəni deyil, bir bükümü götürəcəyi halda bilirmiş ki, “Əkbər” adlı şəxs ona vəd etdiyi pulu verməyəcək, həmin bir bükümü o özü istifadə etmək üçün götürmüşdür.
4. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində (c.İ. i.v. 43-45) verdiyi ilk ifadəsində göstərmişdir ki: “Təxminən 1 ay bundan əvvəl "İnstagram" sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Əkbər adlı şəxslə tanış olmuşam, Bakı şəhəri ərazisində bir neçə dəfə həmin şəxsdən şəxsi istifadəm üçün qurudulmuş marixuana alıb istifadə etmişəm. xx.xx.2025-ci il tarixdə Füzuli rayonu ərazisində yaşadığım evdə olan zaman Əkbər adlı şəxs +98 905 *** ** ** mobil nömrə ilə istifadəmdə olan mobil nömrəyə “Whatsapp” vasitəsilə mesaj yazdı və Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində ona məxsus təxminən 3-4 kiloqram narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri ərazisinə, onun deyəcəyi yerə gətirəcəyim təqdirdə mənə 2000 (iki min) manat pul verəcəyini vəd etdi, mən də onunla razılaşdım, o, xx.xx.2025-ci il tarixdə həmin narkotik vasitənin olduğu dəqiq məkanı "Whatsapp" ani mesajlaşma sistemində göndərəcəyini dedi. xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Beyləqan şəhəri ərazisində bacımgilin yaşadığı evdən çıxıb əvvəllər tanıdığım və taksi fəaliyyəti ilə məşğul olan Şahid8 idarə etdiyi "Vaz 2107” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə gedərkən Əkbər adlı şəxs narkotik vasitənin olduğu məkanı mənə göndərdi. Mən Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə çatdıqdan sonra avtomobildən düşüb yolun kənarında kolluğa doğru hərəkət etdim. Kolluqda olan bir ədəd narıncı rəngli kisəni gördüm, həmin kisəni götürüb oradan uzaqlaşmağa çalışarkən təxminən 5-6 nəfər şəxs ani olaraq mənə yaxınlaşıb məni saxladılar və polis əməkdaşları olduqlarını bildirib məndən kim olduğumu soruşdular. Mən özümü təqdim etdim və onlara hər şeyi danışıb qara sellofanın içərisində narkotik vasitə olduğunu bildirdim. Orada videoçəkilişlə narıncı rəngli kisənin içərisində olan 06 ədəd qara rəngli bağlamanı, həmçinin üzərində "metadon-40" yazısı olan 10 list dərman həbi olduğunu müəyyən etdilər. 06 ədəd bağlama və 10 list metadon dərman həbini qablaşdıraraq götürdülər. Daha sonra onlarla birlikdə Füzuli rayon polis şöbəsinə getdim. Sual. Siz Əkbər adlı şəxsi tanıyırsınızmı və onunla necə tanış olmusunuz? Cavab. Bəli, həmin şəxslə təxminən 1 ay bundan qabaq "İnstagram" sosial şəbəkəsində tanış olmuşam. O həmin sosial şəbəkədə özü mənə mesaj yazmışdır. Sual. Əkbər adlı şəxs əvvəllər də belə təklif edib? Cavab. Bəli, Əkbər adlı şəxs əvvəllər də mənə bir neçə dəfə bu cür təkliflər edib, lakin mən qorxduğum üçün həmin təklifləri qəbul etməmişəm. Sual. Siz narkotik vasitə və psixotrop maddə istifadə edirsiniz? Əvvəllər istifadə etmisiniz? Cavab. Mən ilk dəfə 2020-ci ildə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişəm, mütəmadi olaraq istifadə etmirəm, təxminən ayda 1-2 dəfə marixuana istifadə edirəm. Sual. Sizin Füzuli rayonuna gəlib həmin bağlamanı götürməkdə məqsədiniz və xeyriniz nə idi? Cavab. Əkbər adlı şəxs həmin kütləni deyəcəyi yerə aparacağım təqdirdə mənə 2000 manat pul təklif etmişdir, mən də həmin təklif ilə razılaşmışdım. Sual. Sizin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə gəlib narkotik vasitə götürəcəyinizi başqa kim bilirdi, əyləşdiyiniz nəqliyyat vasitəsinin sürücüsü Şahid8 bu barədə məlumatı var idimi? Cavab. Həmin narkotik vasitəni oradan götürəcəyimi heç kim bilmirdi, Şahid8 də 25 manat qarşılığında məni Beyləqan rayonu ərazisindən Füzuli rayonu ərazisinə gətirmişdi, onun da bu barədə heç bir məlumatı yox idi. Sual. Siz əvvəllər Əkbər adlı şəxsdən narkotik vasitə alıb istifadə etmisinizmi? Cavab. Bəli, 2-3 dəfə Əkbər adlı şəxsdən yalnız Bakı şəhəri ərazisində narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmişəm. onunla heç vaxt üzbəüz görüşməmişəm, o, mənə narkotik vasitəni gizlətdiyi yerin dəqiq məkanını göndərirdi, mən də həmin narkotik vasitəni olduğu yerdən götürürdüm. Sual. Siz Əkbər adlı şəxsdən aldığınız narkotik vasitənin müqabilində ona ödənişi hansı formada edirdiniz? Cavab. Mən Əkbər adlı şəxsin mənə təqdim etdiyi "m10" hesabına pul köçürmə edərək ödəniş edirdim, lakin hazırda həmin mobil nömrəni xatırlamıram. Sual. Sizə hər hansı fiziki və ya psixi zor tətbiq olunmuşdurmu? Cavab. Xeyr, mənə heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Özüm səmimi olaraq polis əməkdaşlarına hər şeyi danışıb bağlamanı təqdim etdim”.
6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs həmin ifadələri verərkən həyəcanlı olduğundan və qorxduğu üçün əvvəlcə bütöv kisəni götürdüyünü qeyd etdiyini, lakin faktiki olaraq yalnız bir bağlamanı götürdüyünü bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu, “X9” iştirakçısı olduğunu, himayəsində iki azyaşlı (1 və 6 yaş) övladlarının olduğunu bildirərək, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırki halda etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 fevral 2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə olunaraq, əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs “Seyidin qəbri” adlanan yerin yaxınlığından bir ədəd narıncı rəngli kisə götürüb geriyə qayıdan zaman saxlamışlar. Həmin yerə o, “VAZ 2107” markalı avtomobil ilə gəlmişdir. Təqsirləndirilən şəxs əlində olan torbanın içindən 6 ədəd böyük bükümdə narkotik vasitələrə bənzər kütlələr, həmçinin 10 ədəd listdə olmaqla 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr orada elektron tərəzidə çəkilmiş, çəkildikdən sonra yenidən həmin torbaya yığılaraq ağzı möhürlənmişdir. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən axşam saat 23 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs kisəni götürmüş, içinə baxmış, sonra kisə ilə birlikdə qaçmağa çalışarkən onlar tərəfindən saxlanılmışdır.
10. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 26 fevral 2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmişdir. 26 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş və Təqsirləndirilən şəxs ünvan 2erləşən “Seyidin qəbri” adlanan ərazidə, saat 23:20-də “VAZ 2107” markalı avtomobildən düşmüş və daha sonra həmin avtomobil oradan biraz kənarlaşdıqdan sonra Təqsirləndirilən şəxs “Seyidin qəbri” adlanan yerin yaxınlığından bir ədəd narıncı rəngli kisə götürüb geriyə qayıdıb qaçmağa cəhd edərkən onlar tərəfindən saxlanılmışdır. Videoçəkilişlə Təqsirləndirilən şəxs daşıdığı kisəyə baxış keçirilmiş, həmin kisədə 6 ədəd böyük bükümdə narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs kisəni götürdükdən sonra qaçmağa çalışmış, lakin onlar tərəfindən saxlanılmışdır. Torbadan 6 büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanan zaman ona fiziki güc tətbiq edilməmişdir. Həmçinin şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs narıncı torbanı bütöv şəkildə götürüb gedən zaman onu saxlamışlar, narıncı torbanın üzərində cırılmış hissə olmuşdur, həmin hissəni Elçin torbanın içindəki bükülüyə baxmaq üçün cırmışdır.
11. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 26 fevral 2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmişdir. 26 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş və Təqsirləndirilən şəxs ünvan 2erləşən “Seyidin qəbri” adlanan ərazidə saat 23:20-də “VAZ 2107” markalı avtomobildən düşmüş və daha sonra həmin avtomobil oradan biraz kənarlaşdıqdan sonra Təqsirləndirilən şəxs “Seyidin qəbri” adlanan yerin yaxınlığından bir ədəd narıncı rəngli kisə götürüb geriyə qayıdıb daşıyan zaman onlar tərəfindən saxlanılmışdır. Videoçəkilişlə Təqsirləndirilən şəxs daşıdığı kisəyə baxış keçirilmiş, həmin kisədə 6 ədəd böyük bükümdə narkotik vasitələrə bənzər kütlələr, həmçinin 10 ədəd listdə olmaqla 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr orada elektron tərəzidə çəkilmiş, daha sonra həmin narıncı rəngli torbaya yığılaraq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Füzuli rayon polis şöbəsinin inzibati binasına gətirmiş və Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş vəkilin iştirakı ilə yenidən ondan aşkar olunmuş kisəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra hər hansı fiziki güc və ya xüsusi vasitə tətbiq edilməmişdir. Ona verilən suallara cavab olaraq, şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs 1 bükümü deyil, bağlamanı bütöv götürmüşdür.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 26 fevral 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs “Seyidin qəbri” adlanan yerin yaxınlığından saxlamışlar, onun əlində bir ədəd narıncı rəngli kisə olmuş, videoçəkiliş apaırlmaqla kisəyə baxış keçirilmiş və 6 ədəd bükümündə narkotik vasitələrə bənzər kütlələr, həmçinin 10 ədəd listdə olmaqla 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələr aşkar edilmiş, tərəzi vasitəsi ilə çəkilib, yenidən qablaşdırılmışdır. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Elçini həmin ərazidən biraz uzaqlaşan kimi saxlamışlar, narıncı rəngli kisə əlində olmuşdur, Torbada kəsik olub-olmaması dəqiq yadında deyil.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 26 fevral 2025-ci il tarixdə əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs “Seyidin qəbri” adlanan yerin yaxınlığından bir ədəd narıncı rəngli kisə götürüb qayıdan zaman saxlamışlar. Elçin kisəni götürdükdən sonra dayanıb, kisəni kəsərək onun içinə baxış keçirmiş, sonra kisə ilə birlikdə qaçmaq istəmiş, lakin saxlanılmışdır. Narıncı rəngli torbadan 6 ədəd böyük bükümündə narkotik vasitələrə bənzər kütlələr, həmçinin 10 ədəd listdə olmaqla 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələr aşkar edilərək, götürülmüşdür. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, həmin kisə narıncı rəngdə olmuş, kisəyə Elçinin iştirakı ilə baxış keçirilmişdir. Onu təxminən axşam 22-23 radələrində saxlamışlar.
14. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs ondan Füzuli rayonuna gedib, qayıtmağı xahiş etmişdir. Onlar birlikdə Füzuli şəhərinə yola düşmüşlər. Elçin ona Füzuli rayon Diaqnostika Mərkəzindən pul götürməli olduğunu demişdir. Füzuli rayonu istiqamətində gedərkən, qəbiristanlığın yanında “Seyidin qəbri” adlanan yerdə avtomobili saxlamasını ondan xahiş etmiş, “Seyidin qəbri”ni ziyarət etmək üçün düşmüş, ondan isə irəlidən dönüb qayıtmağını və onu gözləməsini istəmişdir. Elçin düşdükdən sonra yol ilə gedib irəlidən dönmək üçün olan yerdən dönüb qayıtmış və Elçini gözləmişdir. Bu zaman mülki geyimli polis əməkdaşları onu tutmuşlar. O, tutulandan sonra baş verən hadisədən məlumatı olmuşdur. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Elçin ondan Füzuli rayon Diaqnostika Mərkəzinə getməyi istəsə də, “Seyidin qəbi” adlanan yerdə düşmüş və ondan da dönüb əks istiqamətdə dayanmağını istəmişdir, o, bunun səbəbini soruşmamışdır, avtomobillə dönüb həmin yerə qayıtmağı təxminən 5 dəqiqə çəkmişdir. O, qeyd etmişdir ki, Elçin ümumilikdə üçüncü dəfə imiş ki, onunla taksi kimi yol gedirmiş. Bundan öncə Elçini 2 dəfə öz avtomobili ilə Beyləqan rayonu, Fin qəsəbəsində yaşayan bacısı evinə aparmışdır. Sonuncu dəfə isə hazırki hadisə zamanı onu qəbiristanlığa aparmışdır. Elçini qəbiristanlığın yanında düşürmüş, lakin özü düşməmişdir, həmin yerdən təxminən 2-3 kilometr irəlidə, Zəfər yoluna çatmadan dönüb geri qayıtmışdır. Polislər onları tutduqdan sonra Rayon Polis Şöbəsinə aparmışlar. RPŞ-də narkotikləri kisədən çıxarmışlar. O, bildirmişdir ki, kisə sarı rəngdə olmuşdur, üzərində hər hansı kəsik hissə görməmişdir. Polislər özü torbanı cırıb narkotiki çıxarıb saymışlar.
15. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. «Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» 27 fevral 2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinə göndərilmişdir. (c İ, i.v 1-2)
17. Füzuli RPŞ-nin Cinayət axtarış bölməsinin (CAB) rəisi Şahid1 xx.xx.2025-ci il tarixli «Raport»u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 5)
18. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 26 fevral 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Füzuli RPŞ-nin CAB-nin rəisi Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7)
19. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair» 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və əlində aşkarlanmış kisəyə 26 fevral 2025-ci il tarixdə, saat 23:25-də baxış keçirilmiş və baxış zamanı əlindəki kisədən 06 (altı) ədəd böyük büküm və 10 ədəd listdə dərman həbləri aşkar olunmuşdur. Bükümlərin ayrı-ayrılıqda çəkiləri 2270, 2135, 2340, 2090,1205 və 3675 qram olmuşdur, 10 ədəd listdə olan dərman həblərinin üzərində “Metadone 40” yazısı həkk olunmuşdur. Beş ədəd bükümdə çəkiləri 2270, 2135, 2340, 2090 və 1205 qram olan kütlələr narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, 3675 qram çəkidə olan kütlə isə narkotik vasitə olan tiryəkə bənzər olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən narkotik vasitəyə bənzər kütlələr, bıçaq və mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (c İ, i.v 11-13)
20. Əməliyyat axtarış tədbirinin əks olunduğu bir ədəd DVD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmişdir. DVD diskin tədqiqi ilə müəyyən edildi ki, həmin DVD diskdə “S4140002” adlı “MP4” video fayl mövcuddur. Həmin video çəkiliş 00:18:46 saniyə uzunluğundadır. Videoçəkilişdən müəyyən edilir ki, əməliyyat tədbirinin iştirakçıları və Təqsirləndirilən şəxs olmaqla ümumilikdə 8 nəfər kamera qarşısındadır. Ortada 1 ədəd narıncı rəngli kisə, həmin kisənin üzərində isə 1 ədəd qara sellofan bükülü qoyulmuşdur. Tədbirə rəhbərlik edən şəxs özünü təqdim edib, Füzuli RPŞ-nin CAŞ-ın rəisi polis mayoru Şahid1 olduğunu bildirərək, qeyd edir ki: “...Təqsirləndirilən şəxs həmin əraziyə yaxınlaşaraq ona özünü İran İslam Respublikasının vətəndaşı “Əkbər” kimi təqdim edən şəxsin yerləşdirdiyi sarı-qırmızı rəngli və üzərində qara xətləri olan kisənin daşınması üçün yaxınlaşıb onu yerindən tərpədərək kisəni açıb, içində olan 1 ədəd bükümə baxış keçirdib qaçmaq istəyən zaman tərəfimizdən saxlanılmışdır...” Daha sonra tədbir iştirakçıları Təqsirləndirilən şəxs götürdüyü kisəyə baxış keçirirlər. Əvvəlcə narıncı rəngli kisənin üzərinə qoyulmuş 1 ədəd qara sellofan bükülüyə baxış keçirilir. Həmin bükülü götürüldükdə onun altında olan narıncı rəngli kisənin üzərində kəsik olduğu (həmin qara sellofan bükülünün çıxarıla biləcəyi böyüklükdə) müşahidə edilir. Birinci qara sellofan bükülüyə baxış keçirildikdən sonra növbə ilə digər bükülülər də narıncı kisənin içindən həmin kəsik olan yerdən (kisənin ağzı açılmadan) çıxarılaraq tək-tək baxış keçirilir, 5 ədəd bükülüdə spesifik iyə və görünüşə malik marixuanaya bənzər kütlə, sonuncu bir bükülüdə isə spesifik iyə və görünüşə malik tiryəkə bənzər kütlə olduğu qeyd edilir. Narıncı kisənin içindən sonda 10 ədəd konvalyutda dərman həbləri aşkar edilir. Daha sonra əldə edilən kütlələr tərəzi vasitəsi ilə çəkildikdən sonra yenidən narıncı torbaya üzərində olan kəsik yerdən yığılaraq qablaşdırılır və üzəri möhürlənir. (c İ, i.v 14)
21. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» 27 fevral 2025-ci il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 15-24)
22. «Şübhəli şəxsin tutulması haqqında» 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 26 fevral 2025-ci il, saat 23:20-dən məhdudlaşdırılmış, 27 fevral 2025-ci il tarixdə, saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 34)
23. «Füzuli RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində müvafiq qaydada qablaşdırılaraq rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs daşıdığı narıncı rəngli kisəyə baxış və üzərinə şəxsi axtarış keçirilməsi haqqında» 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Füzuli rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru Şahid1 əməliyyat-axtarış tədbirinin gedişatı ilə bağlı məlumat verilməsi istənilmiş, Şahid1 26 fevral 2025-ci il tarixdə, saat 23 radələrində Füzuli RPŞ-nin, CAB-nin əməkdaşları tərəfindən Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib üzərində daşımasında şübhəli bilinən, xx.xx.1996-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ünvan 2ol kənarında olan əkin sahəsindəki kolluqda gizlədilmiş narıncı rəngli kisəni götürərək daşıdığı zaman saxlanıldığını və baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan kisənin içərisində yapışqan lentlə bağlanılmış qara rəngli bükümlərdə ayrı-ayrılıqda çəkiləri 2270 qram, 2135 qram, 2340 qram, 2090 qram və 1205 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə, bir ədəd yapışqan lentlə bağlanılmış qara rəngli bükümdə çəkisi 3675 qram olan güclü təsiredici maddə tiryəkə bənzər kütlə və üzərində “metadone 40” yazısı olan 10 ədəd preqabalində ümumilikdə 100 ədəd dərman həblərinin aşkar edildiyini, müvafiq qaydada qablaşdırılıb protokol tərtib edilərək rayon polis şöbəsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs gəzdirdiyi kisənin içərisindən aşkar edilmiş 06 ədəd qara rəngli poietilen torpada olan narkotik vasitəyə bənzər maddələrin və üzərində “Methadon-40” yazısı olan dərman həblərin nə olması soruşulmuş, Təqsirləndirilən şəxs cavabında qara rəngli polietilen torpada olan kütlələrin narkotik vasitə olan marixuana olduğunu, lakin dərman həblərinin nə olması barədə məlumatının olmadığını bildirdi, həmin kütlələri Bakı şəhəri ərazisinə aparacağı təqdirdə əvvəllər tanıdığı İran İslam Respublikası vətəndaşı Əkbər adlı şəxsin ona 2000 manat pul verəcəyini vəd etdiyini demişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs gəzdirdiyi kisənin içərisindən aşkar edilən yapışqan lentlə bağlanılmış qara rəngli 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2255 qram, 2315 qram, 2140 qram, 2085 qram və 1260 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə, 01 ədəd yapışqan lentlə bağlanılmış qara rəngli bağlamada çəkisi 3635 qram olan güclü təsiredici maddə tiryəkə bənzər kütlə və üzərində “metadone 40” yazısı olan 10 ədəd preqabalində ümumilikdə 100 ədəd dərman həblərin olduğu müəyyən edilmişdir. Narkotik vasitə olan marixuanaya bənzər və tiryəkə bənzər kütlələr təhqiqatçı tərəfindən bir ədəd kisədə, üzərində “metadone 40” yazısı olan 10 ədəd preqabalində ümumilikdə 100 ədəd dərman həblər isə bir ədəd bağlamada qablaşdırılaraq Füzuli RPŞ-nin «Zərflər üçün 114» №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi tələb olunmuş, Təqsirləndirilən şəxs qara rəngli şalvarının ön sol cibindən “Samsung” və “Nokia” markalı mobil telefonları, şalvarının ön sağ cibindən isə 01 ədəd alışqan, 20 qəpik və açarı çıxardaraq təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Əkbər adlı şəxslə hansı vasitə ilə əlaqə saxladığı soruşulmuş, Təqsirləndirilən şəxs cavab olaraq Əkbər adlı şəxslə “Whatapp” ani mesajlaşma sistemində əlaqə saxladığını, lakin hazırda həmin mobil tətbiqi mobil telefonundan sildiyini bildirmişdir. Baxış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. Həmin disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c İ, i.v 36-42)
24. «Şahid8 idarə etdiyi “Vaz 2107” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şahid8 idarə etdiyi “Vaz 2107” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Füzuli RPŞ-nin inzibati binasının qarşısında baxış keçirilmiş, dövriyyəsi qanunla qadağan olunmuş əşyalar və həmçinin iş üzrə sübut əhəmiyyətinə malik olan heç bir əşya aşkar edilməmişdir. Baxış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. Həmin disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c İ, i.v 51-53)
25. «Məhkəmə-bioloji ekspertizası»nın 27 fevral 2025-ci il tarixli, 18/187-188 nömrəli rəyindən aydın olur ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs daşıdığı kisənin içərisində....” sözləri yazılmış və imzalar olan 01 ədəd polietilen torbada təmiz çəkisi – 3500,0 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 05 ədəd qara rəngli polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri – 1190,0 qram, 2215,0 qram, 2050,0 qram, 2240,0 qram, 2025,0 qram, ümumi çəkisi – 9720,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. (c İ, i.v 56-57)
26. Marixuana və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı)
27. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik təşkil edir. (c İ, i.v 55)
28. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 28 fevral 2025-ci il tarixli, 527 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (c İ, i.v 63-64)
29. «Məhkəmə-kimyəvi ekspertizası»nın 28 fevral 2025-ci il tarixli 6/906 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs daşıdığı kisədən aşkar olunaraq götürülmüş...” yazıları olan zərfin içərisində qablaşdırılmış, üzərində “...Methadone 40..” yazıları olan blisterdə hər birində 10 ədəd olmaqla ümumilikdə 100 ədəd dərman tabletləri narkotik vasitə metadondur, tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 4 (dörd) qram təşkil edir. (c İ, i.v 89-90)
30. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. (c İ, i.v 88)
31. Qətimkan tədbirinin seçilməsi barədə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(064)-6/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ona elan edilmiş ittihamla özünü tam təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu göstərərək vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmiş, onun barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 26 fevral 2025-ci il tarixdən, saat 23:20-dən hesablanmışdır. (c İ, i.v 112-114)
32. «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 05 mart 2025-ci il tarixli, 546 nömrəli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs daşıdığı kisədə olan 01 ədəd polietilen torbada olan təmiz çəkisi 3500,0 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 05 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1190,0 qram, 2215,0 qram, 2050,0 qram, 2240,0 qram 2025,0 qram ümumi çəkisi – 9720,0 qram olan bitki mənşəli kütlələr tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “...Methadone 40” yazıları olan 10 ədəd blisterdə hər birində 10 ədəd olmaqla ümumilikdə 100 ədəd dərman tabletləri narkotik vasitə metadon iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 3499,90 qram tiryək, 9719,50 qram qurudulmuş marixuana və 95 ədəd metadon həbi Füzuli Rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır. (c İ, i.v 123- 124)
33. 10 mart 2025-ci il tarixli qəbzlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” və “Nokia” markalı mobil telefonlar X6 təhvil verilmişdir. (c İ, i.v 130)
34. Füzuli Rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 5-43-37/2-86 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Füzuli rayonu Aşağı Seyidəhmədli kənd İnzibati Ərazi Nümayəndəliyində qeydiyyatdadır, ünvan 3 ünvanında müvəqqəti məcburi köçkün kimi yaşayır, ailə tərkibi arvadı X3, oğlu X4 və qızı X7 ibarətdir. (c İ, i.v. 136-152)
35. Füzuli Rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (c İ, i.v. 153)
36. «Füzuli Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsindən verilmiş 13 mart 2025-ci il tarixli cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmamışdır. (c İ, i.v. 154)
37. Təqsirləndirilən şəxs istifadəsində olmuş *** *** ** **, 050 *** ** ** və 050 *** ** ** saylı mobil nömrələrindən 01 aprel 2024-cü il tarixdən, 27 fevral 2025-ci il tarixədək olan müddət ərzində daxil olan, həmin nömrədən xaric olan zənglərin nömrəsini, anten dairələrini, qəbul edilən və ötürülən mesajların mətninin, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən götürülməsi ilə bağlı Füzuli rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli 5(064)-25/2025 nömrəli qərarı ilə müvafiq olaraq "xxxx" mobil operatorundan götürülmüşdür. Həmin qərar əsasında Füzuli RPŞ-yə daxil olmuş “Аzercell telecom” ММC-dən 06 may 2025-ci il tarixli, 8508 №-li məkyubla təqdim edilmiş bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş bir ədəd disk ağ rəngli xüsusi boya ilə boyanmışdır. Üzərində göy rəngli kapilyar qələmlə “xx.xx.2025 və 5051” rəqəmləri yazılmışdır. Təqdim edilmiş həmin disk «Windows 7» proqram təminatı ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda diskdə bloknot tipli “5051-antena2025.xlsx”, “503483954_sms.txt”, “503483955_sms.txt”, “509618299_sms.txt”, “**********54.txt”, “**********55.txt”, “**********99.txt”, “5051-abunəçilər.xlsx” və “5051-antena2024.xlsx” adlı fayllar olmaqla cəmi doqquz ədəd fayllar olmuşdur. Bloknot tipli həmin fayıllara baxan zaman Təqsirləndirilən şəxs istifadəsindəki mobil nömrələrlə müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif məzmunlu mesajların gəlməsi müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs +**********99 nömrəli mobil telefonun anten dairəsinin xx.xx.2025-ci il tarixdə, saat 23:10-da Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində aktiv olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs mobil nömrələrində olan narkotik vasitələrlə bağlı mesajlar aşağıdakılardan ibarətdir: xx/xx/2025, 15:31:38, **********11, **********55, «Arxa mehledeyem çıx ora bir yerə at götürüm», xx/xx/2024, 23:05:59, **********08, **********99, «Qaydisin yolun dönen kimi 20m Qarsda Səid telekom onun qabağında ye», xx/xx/2024 23:05:59, **********08, **********99, «r silen onun altna qoyun zehemt olmasa», xx/xx/2024 21:07:05, **********45, **********99, «Qaqa imkan varsa onu apar ver nömrənə kontur vuraram 22 manatliq», xx/xx/2024 19:37:20, **********45, **********99, «Oğlan deyirki qoymuşdu bura sonra götürdü», xx/xx/2024 20:10:11, **********45, **********99, «Qoymusan ora təzdən götürmüsən», xx/xx/2024, 03:05:46, **********18, **********99, «Qardasim menden pul gozleyiler mende atmaliyam vallah indi karti atibki tecili at». "xxxx" MMC-nin 06 may 2025-ci il tarixli, 8508 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. (c İ, i.v. 185-187)
38. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2016-cı il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası 01 il müddətə şərti sınaq müddəti təyin edilmişdir. Həmçinin xx.xx.2017-ci il tarixdə hökmün icrası təmin edilmişdir. Füzuli RPŞ tərəfindən ********* nömrəli cinayət işi üzrə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Hazırda məhkumluğu olmayan şəxs qismində tanınır (c İ, i.v 189)
39. «Məhkəmə narkoloji ekspertizası»nın 25 aprel 2025-ci il tarixli, 2368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisələrində profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 193-194)
40. «Ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası» ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzində Təqsirləndirilən şəxs barəsində aparılan ekspertizanın 11 aprel 2025-ci il tarixli, 1116 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. (c İ, i.v 196-198)
41. «Cinayət əməlinin tövsif edilməsi haqqında» 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ********* saylı cinayət işi üzrə əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. (c İ, i.v 203-204)
42. «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 01 iyun 2025-ci il tarixli, 558 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirildiyi ********* saylı cinayət işinin materiallarından narkotik vasitənin əldə olunma mənbənin müəyyən edilməsi və bu istiqamətdə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. (c İ, i.v 206-207)
43. «Təqsirləndirilən şəxsin yenidən cəlb edilməsi haqqında» 02 iyun 2025-ci il tarixli, 560 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (c İ, i.v 226-228)
44. «Vəsatətə baxılması haqqında» 02 iyun 2025-ci il tarixli, 567 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs sənədlərə imza etməməsi vəsatət kimi qəbul edilərək təmin edilmədən rədd edilmişdir. (c İ, i.v 246)
45. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqsirləndirilən şəxsin məlumatlarına baxış keçirilmiş və ona “Vətən müharibəsi iştirakçılarına” görə 80 manat məbləğində pensiya təyin edildiyi müəyyən edilmişdir.
46. Bundan əlavə, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqsirləndirilən şəxsin himayəsində xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2024-cü il təvəllüdlü X13 adlı 2 azyaşlı övladlarının olması müəyyən edilrmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
47. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
48. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
49. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
50. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
51. «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
52. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, təyin edilmiş müdafiəçi tərəfindən hüquqları müdafiə edilmiş, o özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilmişdir.
53. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
54. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
55. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
56. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
57. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
58. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
59. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
60. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi aşağıdakı dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir:
61. Belə ki, məhkəmə baxışı iclaslarında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmiş, narkotiki götürmək üçün həmin yerə getdiyini, narıncı torbanın böyük olduğunu görüb qorxaraq əvvəlcə geri qayıtdığını, sonra fikrini dəyişərək yenidən narkotik vasitə olan yerə geri döndüyünü, kisəni götürərək, kənarından cırıb içinə baxdığını və yalnız bir bükümü (təxminən 2-2,5 kiloqram) götürüb qaçdığını, həmin bir bükümü özünün istifadə etməsi məqsədi ilə götürdüyünü bildirmişdir.
62. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-cü və 145-ci maddələrini rəhbər tutaraq, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlilləri, habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq qiymətləndirir.
63. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız bir büküm götürdüyü barədə iddiaları iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
64. Təqsirləndirilən şəxs özü etiraf edir ki, "Əkbər" adlı şəxslə razılığı bir bükümün deyil, orada qoyulmuş bütöv kisənin götürülərək Bakı şəhərinə aparılması və bunun müqabilində 2000 manat pul verilməsindən ibarət olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, bütöv kisəni deyil, yalnız bir bükümü götürəcəyi halda, "Əkbər" adlı şəxsdən vəd edilmiş ödənişi ala bilməyəcəyini qeyd etmişdir. Bu baxımdan, təqsirləndirilən şəxsin pul müqabilində daşımaq məqsədilə getdiyi halda, öz razılaşmasına zidd olaraq, kisəni deyil, külli miqdar təşkil edən bir bağlamanı "yalnız özünün istifadə etməsi" məqsədilə götürməsi barədə dedikləri ağlabatan və inandırıcı hesab edilmir.
65. Bundan əlavə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Məhkəmə narkomaniyadan əziyyət çəkməyən şəxsin təxminən 2,5 kq narkotik vasitəni məhz şəxsi istifadəsi üçün götürməsini məntiqi və inandırıcı saymır.
66. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiə dəlilləri iş üzrə toplanmış aşağıdakı obyektiv sübutların məcmusu ilə müqayisəli şəkildə təhlil edilməlidir: - “Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair” 26 fevral 2025-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narıncı rəngli kisəni əldə edib qaçmağa çalışarkən saxlanılmış, kisəyə baxış keçirilərək 6 ədəd qara rəngli bağlama (2270, 2135, 2340, 2090, 1205 və 3675 qram çəkilərdə) və 10 list "Metadon-40" dərman həbi aşkar edilmiş, 1 bağlamanın içində ümumi təmiz çəkisi 3500,0 qram tiryək, digər 5 bağlamada isə 9720,0 qram qurudulmuş marixuana olmuşdur; - Həmin əməliyyat tədbirinin videogörüntülərinə məhkəmə istintaqı zamanı baxılmış və videoçəkilişdə əməliyyat tədbiri iştirakçıları qeyd etmişlər ki: “...Təqsirləndirilən şəxs həmin əraziyə yaxınlaşaraq ona özünü İran İslam Respublikasının vətəndaşı “Əkbər” kimi təqdim edən şəxsin yerləşdirdiyi sarı-qırmızı rəngli və üzərində qara xətləri olan kisənin daşınması üçün yaxınlaşıb onu yerindən tərpədərək kisəni açıb, içində olan 1 ədəd bükümə baxış keçirdib qaçmaq istəyən zaman tərəfimizdən saxlanılmışdır...”; - Həmin əməliyyat tədbirinin videogörüntülərində Təqsirləndirilən şəxs bütöv kisəni götürməsini etiraf etmişdir; - Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində (i.v. 43-45) kisəni götürüb oradan uzaqlaşan zaman tutulduğunu bildirmişdir. - Barəsində qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə, hakim qarşısına çıxarılan zaman o, bütöv kisəni götürdüyünü demişdir.
67. CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən, təqsirləndirilən şəxsin etirafı yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırkı halda Elçinin ilkin etirafları (bütöv kisəni götürməsi) obyektiv sübutlar (protokollar, ekspertiza, video) ilə tam təsdiq edilir.
68. Onun məhkəmədə verdiyi, yalnız bir büküm götürməsi barədə ifadələri, əvvəlki etirafedici ifadələrlə ziddiyyət təşkil edir. Məhkəmə, bu ziddiyyətli ifadələrə tənqidi yanaşır, çünki onlar heç bir sübutla təsdiq edilməməklə və işin hallarına uyğun gəlməyərək, özünümüdafiə mövqeyinə söykənən subyektiv mülahizə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin həyəcanlı olduğu və qorxduğu üçün əvvəlki ifadəsində səhvən bütün kisəni götürdüyünü bildirməsi iddiası cinayət məsuliyyətindən yayınmağa yönəlmiş cəhd kimi dəyərləndirilir.
69. Beləliklə, məhkəmə araşdırması nəticəsində hadisənin müəyyən edilmiş, mübahisəsiz və iş materialları ilə tam təsdiq edilən mənzərəsi, eləcə də toplanmış və bir-biri ilə uzlaşan sübutların məcmusu təsdiqləyir ki, təqsirləndirilən şəxs razılaşmaya uyğun olaraq içərisində narkotik vasitələr olan narıncı rəngli kisəni əldə etmişdir. İşdə bu faktı şübhə altına alan, aradan qaldırıla bilməyən şübhələr mövcud olmadığından, məhkəmə müdafiə tərəfinin bu cür iddialarını törədilmiş ağır cinayət əməllərinə görə məsuliyyətdən yayınmağa yönəlmiş cəhdi kimi qiymətləndirir
70. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
72. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi düzgün hesab edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlərdir.
73. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
74. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
75. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
76. Azərbaycan Respublikasının müvafiq Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»na əsasən təmiz halda 500 qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar, 50 qramdan artıq çəkidə tiryək külli miqdar və təsiredici maddəsinin ümumi miqdarı 1,6 qramdan artıq olan metadon külli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
77. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
78. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
79. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən qismən etiraf edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
80. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).
81. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı övladının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən isə “X9”nin iştirakçısı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.
82. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum Qərarına əsasən məhkəmələrə hər bir işdə cəza təyininə fərdi yanaşmağı, təqsirkarın şəxsiyyətini, ailə vəziyyətini hərtərəfli nəzərə almağı tövsiyə edir. Həmin qərarın 4-cü bəndində CM-in 59-cu maddəsində nəzərdə tutulmamış halların da yüngülləşdirici hal kimi nəzərə alına biləcəyi və bunun hökmdə əsaslandırılmalı olduğu göstərilir.
83. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasnı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
84. Məhkəmə, göstərilən yüngülləşdirici halların məcmusunu, ağırlaşdırıcı halların olmamasını və təqsirkarın şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində nisbətən yüngül cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
85. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
86. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
87. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
88. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
89. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-сi il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
90. Məhkəmə hökmün 39-cu bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.
91. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Füzuli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 3499,90 qram tiryək, 9719,50 qram qurudulmuş marixuana və 95 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.
92. «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair», «Təqsirləndirilən şəxs daşıdığı narıncı rəngli kisəyə baxış və üzərinə şəxsi axtarış keçirilməsi haqqında», «Şahid8 idarə etdiyi “Vaz 2107” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 03 (üç) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 04 (dörd) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
93. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
94. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatı xərci – “məhkəmə-bioloji ekspertizası” üçün 63 (altmış üç) manat 90 (doxsan) qəpik, “məhkəmə-kimyəvi ekspertizası” üçün 80 (səksən) manat, cəmi 143 (bir yüz qırx üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X2 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE ******************** dövlət büdcəsinə ödənilməlidir.
95. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
96. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
97. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
98. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 4 mart 2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Füzuli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 3499,90 qram tiryək, 9719,50 qram qurudulmuş marixuana və 95 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci – “məhkəmə-bioloji ekspertizası” üçün 63 (altmış üç) manat 90 (doxsan) qəpik, “məhkəmə-kimyəvi ekspertizası” üçün 80 (səksən) manat, ümumilikdə 143 (bir yüz qırx üç) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarının videogörüntülərinin əks olunduğu 04 (dörd) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva