Məhkəmə qərarları › İş №1(099)-373/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-373/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-373/2022 01.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X10 oğlunun sədrliyi ilə, hakimlər – X8 və X3 ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Çeboksar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində faktiki olaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etdiyi 1 bükülüdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 17,063 qram narkotik vasitə - qurudulmuş marixuananı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Daf” markalı, 27AC749/27ZA360 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sağ yan qapının üstündə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki portativ qaz sobasının içərisinə, həmçinin, 1 bükülüdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,208 qram metamfetamin psixotrop maddəsini isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin yük nəqliyyat vasitəsinin kabinasında sol yan qapının üstündə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerində qara rəngli dəri materialdan olan kitab qutusundakı üzərində “belomorkanal» yazısı olan siqaret qutusunun içərisinə yerləşdirib gizlətməklə saxlamış və İran İslam Respublikasına gedərkən 21 yanvar 2022-ci il tarixdə, saat 04 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirərkən gömrük yoxlaması zamanı həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o, 17 yanvar 2022-ci il tarixdə Samur gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçən zaman idarə etdiyi “DAF” markalı yük avtomobilində, yəni üzərində qurudulmuş marixuana və ya psixotrop maddə olan metamfetamin olmamış, Bakı şəhərində yükü boşaltdıqdan sonra Gəncə şəhərinə getmiş, qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini Rusiya Federasiyasından deyil, Yevlax şəhərində Qarabağ kanalına çatmamış, əvvəllər tanımadığım «qaraçı» millətindən olan bir nəfər qadından 140 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etmiş, ilk dəfə tutulduğuna görə bilmədən istintaq zamanı səhv ifadə vermiş, Samur gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçən zaman gömrük əməkdaşları onun idarə etdiyi maşını hər iki tərəfdə yoxlamış, həmin yoxlanış nəzarət kameralarına da düşmüş, hətta maşının kabinasında da gömrük müfəttişləri tərəfindən axtarış aparılmış, lakint heç bir narkotik vasitə aşkar olunmamışdır. Sonra Moskva şəhərinə yük aparmaq məqsədilə İran İslam Respublikasına getməli olmuş, bu məqsədlə idarə etdiyi «DAF» markalı yük maşını ilə İİR-na keçmək istərkən “Astara” gömrük postunda ixrac yoxlama xəttində saxlanılmış və maşınında marixuana, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunmuş, onları şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, narkotik vasitə olan marixuanadan əsasən gündə 1-2 dəfə, metamfetamindən isə hərdənbir az miqdarda istifadə etmişdir. Etdiyi əməllərindən səmimi peşimandır. Təqsirləndirilən şəxs məhkəmə tərəfindən müəyyən olunmuş törətdiyi cinayət əməlləri onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında, şahid qismində dindirilən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun böyük inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə iş bölgüsünə əsasən “Astara” gömrük postunun ixrac yoxlama xəttində yük avtomobillərinə nəzarəti həyata keçirmiş, həmin gün saat 04 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına gedərkən “Astara” gömrük postunun ixrac yoxlama xəttində saxlanılmış və kinoloq tərəfindən kinoloji it tətbiq edilməklə nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışı zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün o iki nəfər hal şahidi dəvət edərək, onların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması aparmaq qərarına gəlmişdir. İlkin olaraq Təqsirləndirilən şəxsla şifahi sorğu-sual aparmış və idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olub-olmadığı barədə sual vermiş, Təqsirləndirilən şəxs isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə video çəkiliş aparılmaqla gömrük yoxlaması keçiriləcəyi barədə məlumat vermiş və 2 nəfər hal şahidinin iştirakı ilə gömrük yoxlamasına başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasının sağ yan hissəsində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qaz sobasının içərisindən bir ədəd sellofan bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, kabinanın sol yan hissəsində isə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qara rəngli dəri materialdan olan kitab qutusunun içərisindəki üzərində “belomorkanal» yazısı olan siqaret qutusundan bir ədəd kağız bükümdə ağ rəngli, kristal şəkilli metamfetaminə oxşar psixotrop maddə aşkar etmişdir. Zərurət yarandığından həmin yük maşını “Astara” gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və bəyan edilməsi qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Anar Kərimli aşkar olunmuş narkotik və psixotrop maddəni öz istifadəsi üçün apardığını bildirmiş, haradan əldə etdiyini deməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə səhərə yaxın Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına gedərkən “Astara” gömrük postunun ixrac yoxlama xəttində saxlanılmış və kinoloji it tətbiq edilməklə nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışı zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün iki nəfər hal şahidi dəvət edilmiş və onların iştirakı ilə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması aparılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə video çəkiliş aparılmaqla və 2 nəfər hal şahidinin iştirakı ilə gömrük yoxlaması aparılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasının sağ yan hissəsində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qaz sobasının içərisindən bir ədəd sellofan bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, kabinanın sol yan hissəsində isə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qara rəngli dəri materialdan olan kitab qutusunun içərisindəki üzərində “belomorkanal» yazısı olan siqaret qutusundan bir ədəd kağız bükümdə ağ rəngli, kristal şəkilli metamfetaminə oxşar psixotrop maddə aşkar etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat təqribən 04 radələrində “Astara” gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinin yoxlanılmasında və üzərində şəxsi yoxlama aparılmasında hal şahidi kimi iştirak etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə video çəkiliş aparılmaqla gömrük yoxlaması tətbiq edilmiş və yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasının sağ yan hissəsində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qaz sobasının içərisindən bir ədəd sellofan bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, kabinanın sol yan hissəsində isə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qara rəngli dəri materialdan olan kitab qutusunun içərisindəki üzərində “belomorkanal» yazısı olan siqaret qutusundan bir ədəd kağız bükümdə ağ rəngli, kristal şəkilli metamfetaminə oxşar psixotrop maddə aşkar edilmişdir. O, narkotik vasitənin və psixotrop maddənin istifadəçisi olduğunu, bu səbəbdən maşınında saxladığını bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhərə yaxın vaxtı “Astara” gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinin yoxlanılmasında və üzərində şəxsi yoxlama aparılmasında hal şahidi kimi iştirak etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə video çəkiliş aparılmaqla gömrük yoxlaması tətbiq edilmiş və yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasının sağ yan hissəsində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qaz sobasının içərisindən bir ədəd sellofan bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, kabinanın sol yan hissəsində isə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qara rəngli dəri materialdan olan kitab qutusunun içərisindəki üzərində “belomorkanal» yazısı olan siqaret qutusundan bir ədəd kağız bükümdə ağ rəngli, kristal şəkilli metamfetaminə oxşar psixotrop maddə aşkar edilmişdir. O, narkotik vasitənin və psixotrop maddənin istifadəçisi olduğunu, bu səbəbdən maşınında saxladığını bildirmişdir. Cinayət işinin materialına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “malların və nəqliyyat vasitəsilərinin yoxlanılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasından İran İslam Respublikasına gedərkənAzərbaycan Respublikasının vətəndaşı KərimovAnar Bayansar oğlunun idarə etdiyi “Daf” markalı, 27AC749/27ZA360 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Astara” gömrük postunun ixrac yoxlama xəttində xidməti kinoloji itin reaksiyasına əsasən tətbiq edilmişgömrük yoxlaması zamanı həmin yük nəqliyyat vasitəsinin kabinasında sağ yan qapının üstündə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki qaz sobasının içərisindən bir ədəd sellofan bağlamadaqablaşdırması ilə birlikdə ümumi təqribi çəkisi 20,2 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, kabinada sol yan sol yan qapının üstündə şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerində qara rəngli dəri materialdan olan kitab qutusundakı üzərində “belomorkanal» yazısı olan siqaret qutusundan bir ədəd bükümdə qablaşdırması ilə birlikdə ümumi təqribi çəkisi 0,8 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə sayılan metamfetaminə bənzər maddə aşkar edilərək protokol əsasında götürülmüş və 203203 nömrəli polietilen paketdə qablaşdırılmışdır. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 19/83 nömrəli 21 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd polietilen paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan ağ rəngli kristallik formada olan maddə metamfetamin və 1 bükümdə təmiz çəkisi 17,063 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Qeyd: metamfetaminintəmiz çəkisi – 0,208 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,158 qram.marixuananın təmiz çəkisi – 17,063 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 17,043 qram. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxskannabionidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə 14 mart 2022-ci il tarixli qərarla təmiz çəkisi 17,063 qram, aparılmış tədqiqatlardan sonra ümumi qalıq çəkisi 17,043 qram olan qurudulmuş marixuana narkotik vasitəsi və təmiz çəkisi 0,208 qram, aparılmış tədqiqatlardan sonra ümumi qalıq çəkisi 0,158 qram olan metamfetamin psixotrop maddəsitörədilmiş cinayətin predmeti, üzərində “belomorkanal» yazısı olan siqaret qutusu isə cinayətin vasitəsi olduğundan olduğundan iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərarı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağınatəhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 11fevral 2022-ci il tarixli, xx/xx-2296 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş “Bakı Baş Səhiyyə Mərkəzi”publik hüquqi şəxsinin 17fevral 2022-ci il tarixli, 322 №li cavabından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda olmamışdır. Cinayət işinə əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsindən daxil olmuş 14fevral 2022-ci il tarixli, 120-4880-1222 №li məktubdan görünür ki,Təqsirləndirilən şəxs barəsində GəncəBPİ-də təqsirləndirici material və digər nüfuzdan salan məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materialına əlavə olunmuş 4 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ilin avqust ayından 2022ci ilin yanvar ayınadək müxtəlif vaxtlarda mütəmadi olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, Gürcüstana və İran İslam Respublikasına getmiş və geri qayıtmış, sonuncu dəfə 17 yanvar 2022-ci il tarixdə, saat 17:56-da “Samur” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş, 21 yanvar 2022-ci il tarixdə, saat 03:47-də isə “Astara” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına gedərkən idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasından narkotik vasitə - qurudulmuş marixuana və metamfetamin psixotrop maddəsi aşkar edildiyindən saxlanılaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna təhvil verilmiş və həmin tarixdən sonra Azərbaycan Respublikasından hər hansı xarici ölkəyə getməmişdir. Cinayət işinin materialına əlavə olunmuş 12 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A21s”modelli mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin materialına əlavə olunmuş 2 aprel 2022-ci il tarixli “mobil telefon əlaqələrinə (CD diskə) baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. Cinayət işinin materialına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Məhsəti qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Kərimov X7 şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsindəqeydiyyatsız 4 nəfər ailə tərkibi ilə yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı olmaqla, yaşadığı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilən sübutları müqaisəli şəkildə təhlil edərək, toplanmış hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə hüquqi qiymət verilərkən onun əməli Azərbaycan Respublikası CM-nin 206.3.1 -cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5-ci maddəsində isə qeyd olunur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət qanununun analoqiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isəöz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, cinayət qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan şərhinə əsaslanaraq Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla müvafiq olaraq 1 bükümdə olan 17,063 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və 1 bükümdə olan 0,208 qram psixotrop maddə hesab edilən metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməklə əlaqədar törətmiş olduğu cinayət əməlinə hüquqi qiymət verərkən hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu həmin cinayət əməli Azərbaycan Respublikası CMnin 206.3.1-ci maddəsinin deyil, təkrarlıq faktı sübut olunmadığına görə həmin Məcəllənin 206.2-ci maddəsinin tərkibini yaradır. Ona görə də Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs bir bükülüdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 17,063 qram narkotik vasitə qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda, 0,208 qram metamfetamin psixotrop maddəsini 2022-ci ilin yanvar ayının əvvəllərində Rusiya Federasiyasının Moskva şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etməsinə və onları Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşıyaraq 17 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsinə dair heç bir sübut aşkar olunmamışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs həmin əməli törətməsi qənaətinə yalnız onun özünün istintaq zamanı verdiyi ifadəsinə əsasən gəlmişdir. Lakin sonradan təqsirləndirilən şəxs elan olunmuş ittihamın ağırlaşacağını bilmədiyi üçün əvvəlki ifadələrində həmin marixuana və metamfetamini Rusiya Federasiyasından əldə edərək “Samur” gömrük postundan keçməklə Azərbaycana gətirdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, 27AC749/27ZA360 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 17 yanvar 2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən avtomobil həm Rusiya Federasiyası tərəfdə, həm də Azərbaycan Respublikası tərəfdə texniki vasitələr, həmçinin kinoloji xidmət vasitəsilə gömrük nəzarətindən keçmiş, nəqliyyat vasitəsində şəxsi istehlak miqdarından artıq miqdarda, 17,063 qram narkotik vasitə - qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda, 0,208 qram metamfetamin psixotrop maddənin aşkar olunması faktı qeydə alınmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinəəsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək belə hesab edir ki,onun həmin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini tam təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətlərindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyənedilmədi), təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatdan sonra qalıq qalmış 17,043 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, 0,158 qram olan metamfetamin psixotrop maddəsi və üzərində “belomorkanal» yazısı olan siqaret qutusunun hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatdan sonra qalıq qalmış 17,043 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, 0,158 qram olan metamfetamin psixotrop maddəsi və üzərində “belomorkanal» yazısı olan siqaret qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar