Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-373/2024 29.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1976-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, 20 Yanvar küçəsi, ev 36-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhərində satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün bir ədəd bükümdə külli miqdarda, 2,388 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 19:20 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri 20 Yanvar küçəsində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Lənkəran şəhəri 20 Yanvar küçəsində 36 saylı evdə yaşayır. Özü narkotik vasitə olan «kokos»-dan istifadə edir. 5 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində evdə təklikdə olduğu zaman Faiq, Əlvan və başqa polis işçiləri evinə gəlmişlər. Həmin vaxt onun üzərində və evində heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onu evdən polis şöbəsinə aparmışlar. Onun cibinə metamfetamin qoymuş və boynuna götürməsini tələb etmişlər. Əks halda onu boynuna oğurluq və külli miqdarda narkotik qoymaqla hədələmişlər. Ona görə də məcbur olub metamfetaminin ona məxsus olmasını demişdir. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən polisin təzyiqi altında cibinə qoyulmuş metamfetaminin özünə məxsus olmasını etiraf etmişdir. Polis işçilərinin tələbi ilə guya metamfetamini 05 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhərində Böyük bazar adlanan ərazidə 30 manat pula alması barədə ifadə vermişdir. Polis işçiləri onu evdən aparmış, 5 yanvar 2023-cü il tarixdə saat 19-20 radələrində 20 Yanvar küçəsində saxlamamışlar. Cibinə metamfetamini qoyan polis işçisini xatırlamır. Polis işçiləri onu döyməmişlər, lakin qorxutmuşlar. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o ünvan 1 ünvanda tək yaşayır. Evli olmuş, lakin iki ilə yaxındır ki, arvadından boşanmışdır. Bir qızı vardır. Heç bir yerdə işləmir. Lənkəran şəhəri mərkəzi bazarın yaxınlığında küçələrin birində dayanmış avtomobillərə nəzarət etməklə avtomobil sahiblərindən aldığı pulla dolanır. Təxminən 5-6 ildir ki, narkotik vasitə olan heroindən və «şüşə» adlanan metamfetamindən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. 05 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Böyük bazar adlanan əraziyə gəlmişdir. Orada üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 1 bükümdə 30 manata psixotrop maddə metamfetamin almışdır ki, istifadə etsin. Həmin bükümü əynində olan şalvarının sol yan cibinə qoymuşdur ki, istifadə edər. Həmin bükümü sellofanda cibində qoymuşdur. Həmin gün saat 19 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə məlumatları olduğunu demişlər və onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. Üzərində videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlanmışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya vardırsa, təqdim etsin. O əynində olan şalvarının sol yan cibində saxladığı 1 bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Üzərində aşkar olunan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 2,57 qram olmuşdur. Həmin metamfetamin zərfə qoyulmuş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Tutduğu cinayət əməlindən son dərəcə peşmandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhəri 20 Yanvar küçəsi, ev 36-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və onlardan istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə onu 05 oktyabr 2023-cü il tarixdə saat 19:20 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsində piyada hərəkətdə olduğu zaman saxlamış, üzərində narkotik vasitələri saxlamasına şübhələr olduğunu bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunaraq üzərində şəxs axtarış aparılarkən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə vardırsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, bükümdə el arasında “şüşə” adlanan psixotrop maddə metamfetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,57 qram olmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamini Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 30 manat pula öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aparmamışlar və onun cibinə metamfetamin qoymamışlar. Ona qarşı heç bir təzyiq-təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. 30 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir bükümü çıxarıb təqdim edir, büküm açıldıqda içərisində metamfetaminəbənzər maddənin olması müəyyən edilir. Həmin maddə elektron tərəzidə çəkilir, çəkisinin 2,57 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini göstərmişdir. Materialların məhkəmə ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 19/910 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,388 qram olan, ağ rəngli, kristallardan ibarət olan maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2023-cü il tarixli, 943 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 14 oktyabr 2023cü il tarixli, 10594 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində azyaşlı uşaq yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 2,388 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs polis işçilərinin onu yaşadığı evdən polis şöbəsinə aparmaları, həmin vaxt üzərində psixotrop maddə metamyetaminin olmaması, üzərinə metamfetaminin polis işçiləri tərəfindən qoyulması, ona təzyiq göstərldiyindən həmin metamfetaminin özünə məxsus olmasını etiraf etmək məcburiyyətində qalması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,338 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,338 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-373/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-373/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver