Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-374/2022 23.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X11 oğlunun sədrliyi ilə, hakimlər – X8 və X2 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron rayon məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə 05 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, Beyləqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar rayonu Muğan kəndinin girişində yerləşən «Muğan» lövhəsinin yanında gizlədilmiş 1 (bir) ədəd çantada ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram, 1015,0 qram, 1020,0 qram, 1000,0 qram, 1025,0 qram, 305,0 qram, 515,0 qram, 505,0 qram, 520,0 qram olmaqla 9 (doqquz) ədəd sellofan torbalarda ümumilikdə külli miqdarda, 6910,0 qram çəkidə narkotik vasitə heroini, 1 (bir) ədəd torbada külli miqdarda, 1110,0 qram çəkidə narkotik vasitə tiryəki, 1 (bir) ədəd torbada külli miqdarda, 510,0 qram çəkidə psixotrop maddə metamfetamini cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 28 yanvar 2022-ci il tarixdə saat 20:40 radələrində cinayətlər barədə xəbərsiz olan tanışı Şahid5 idarə etdiyi «Toyoto Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb avtomobilin arxa oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən qeyd edilən narkotik vasitə və psixotrop maddələr avtomobilin salonundan bir ədəd çantada olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, onun Şahid5 və Şahid4la münasibəti taksi sürücüsü kimi yaranmış, onları taksi sürücüsü kimi tanımış, yaxın münasibəti olmamışdır. O, narkotik vasitədən iki ilə yaxın müddətdə istifadə etmişdir. 22 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə getmişdir. 2022-ci il yanvar ayının əvvəllərindən sosial şəbəkədə tanış olduğu Bəhnam adlı X16 Respublikasının vətəndaşı ilə istifadəsində olan telefon nömrənin «Whatsapp» proqramı vasitəsilə mütəmadi olaraq danışmışdır. Söhbət zamanı ona həm işsiz olduğunu, həm də narkotik vasitə istifadəçisi olduğunu demiş, Bəhnam ona Biləsuvar rayonuna narkotik göndərməyi, onun isə həmin narkotik vasitəni götürüb Bakı şəhərinə aparıb onun dediyi yerə qoymağını təklif edərək, bunun müqabilindədə pul verəcəyini demişdir. Lakin o qorxduğu üçün Bəhnama razılıq verməmişdir. Tutulmazdan təxminən bir həftə əvvəl Bəhnam ona Biləsuvar rayonuna narkotik vasitə qoyacağını, gedib onu götürüb Bakı şəhərinə aparmağını, Bakı şəhərində olarkən hara desə həmin narkotiki ora qoymağını, narkotiki qoyduğu yerin şəklini çəkib ona telefonla göndərməyini bildirmişdir. Pula ehtiyacı olduğuna görə Bəhnamın təklifi ilə razılaşaraq ondan narkotik göndərməsi xəbərini gözləməyə başlamış, 28 yanvar 2022-ci il tarixdə Bəhnam onun telefonunun «Whatsapp» proqramına zəng edərək Biləsuvar gömrük yolunun kənarında yerləşən «Muğan» sözü yazılan lövhənin yanında içərisində narkotik vasitə və psixotrop maddələr olan bağlamanı gizlətdiyini, gedib həmin bağlamanı oradan götürməyini demişdir. Maşın lazım olduğu üçün o tanışı Loğmana zəng etmiş və ondan onu Beyləqan rayonuna taksi sürücüsü kimi aparmasını istəmişdir. Loğman onu Beyləqan rayonuna 100 manata apara biləcəyini demişdir. Onunla razılaşmış və onu Beyləqan rayonuna Biləsuvar rayonu ərazisindən keçməklə aparmasını, Biləsuvar rayonunda yolunüstündə bir nəfərlə görüşüb anasının müalicəsi üçün dərman alacağını bildirmişdir. Loğman idarə etdiyi «Toyota Prius» markalı avtomobillə onu Bakı şəhərində götürmüş və əgər maşına başqa adam əyləşməyəcəksə qohumu Şahid5 da onunla birlikdə gəlməsini demişdir. Bunun səbəbini isə maşını idarə etmək üçün sürücülük vəsiqəsinin olmaması ilə izah etmişdir. O, Loğmana razılıq verdikdən sonra Binəqədi rayonuna gedib Nicatı götürdükdən sonra yola çıxmışlar və saat 21 radələrində Biləsuvar rayonu gömrük dairəsi yoluna çatmışlar. Biləsuvar rayonuna çatan vaxtı Bəhnama mesaj yazaraq Biləsuvara çatdığımı xəbər vermiş, Bəhnam da onun telefonunun «Whatsapp» proqramına «Muğan» sözü yazılan lövhənin şəklini göndərmişdir. O, Nicata maşını Muğan kəndi istiqamətində sürməsini və oradan bir nəfər tanışından anasının müalicəsi üçün dərman götürəcəyini bildirmişdir. Muğan kəndi istiqamətində gəldikdən sonra «Muğan» sözü yazılan lövhənin yanına çatanda ayaqyoluna gedəcəyi adı ilə maşını saxlatdırmış, dayanandan sonra maşından düşmüş və həmin lövhənin yanına getmişdir. Orada olan bağlamanı götürərək əynindəki gödəkçəsinə büküb maşına oturmuşdur. Arxa oturacaqda oturan vaxtı Nicat və Loğman onun narkotik vasitə olan bağlama götürüb maşına gətirdiyini bilməmişlər. Maşına oturandan sonra Loğmana yolu səhv gəldiklərini və geri qayıtmalı olduqlarını bildirmişdir. Bundan sonra geri dönüb Biləsuvar şəhəri istiqamətində getməyə başlamışlar. Gömrük dairəsinin yaxınlığında olan zaman yol patrul xidmətinin əməkdaşları maşına saxla işarəsi verdiklərinə görə sürücü Nicat maşını yolun kənarına çəkib saxlamışdır. Bu zaman polis əməkdaşları yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu, Loğmanı və Nicatı gəldiyikləri avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç nə aşkar edilməmişdir. Daha sonra avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilərkən avtomobilin arxa sol qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Bağlamanın içərisində özünə məxsus narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Bəhnam adlı şəxsdən aldığını bildirmişdir. Onun İranlı tanışı Bəhnamla razılığı 250 qram heroin və 250 qram metamfetamin barəsində olmuş, polis əməkdaşlarına təqdim etdiyi bağlamın içərisindən çıxan 8 kiloqrama yaxın narkotik vasitələr onun götürdüyü bağlamada əvvəldən olmamışdır. O, cəmi beş yüz qram narkotik vasitə və psixotrop maddə götürmüş, polis əməkdaşları maşına tutulduğu vaxtdan 4 saat sonra baxış keçirmiş və 500 qramdan artıq olan narkotik vasitə və psixotrop maddələr sonradan bağlamanın içərisinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Bəhnam ona bu işin müqabilində ***-**** manat pul verəcəyini demiş, onunla gördüyü işə görə ona pulu necə çatdıracağı barədə danışmamışdır. Nicat maşını saxlayan zaman o heç kim görməsin deyə yolun kənarından götürdüyü və içərisində narkotik vasitə olan bağlamanı oturduğu arxa oturacağın altında gizlətmişdir. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitə istifadəçisi olmuşdur Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməli özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Beyləqan rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 28 yanvar 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis mayoru Şahid3, polis baş leytenantı Şahid2, polis leytenant X9, rayon PŞ-nin DYPB-nin baş inspektoru polis leytenantı X5 və rayon PŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı X6 daxil edilmişlər. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 28 yanvar 2022-ci il tarixdə saat 20:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanmış, əməliyyat tədbirlərinə uyğun olaraq Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan «Toyoto Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Muğan kəndində olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür.Təxminən on dəqiqədən sonra həmin avtomobil Biləsuvar rayonu gömrük dairəsinin yanında hərəkətdə olarkən rayon PŞ-nin DYPB-nin əməkdaşları Elvin Yusifov və Rəcəb Səfərov tərəfindən saxlanılmışdır. Bu zaman əməliyyat qrupunun digər üzvləri ilə birlikdə avtomobilə yaxınlaşraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs gəlişlərinin səbəbini izah edib qeyd olunan avtomobildə əyləşmiş digər şəxs Şahid4 və avtomobilin sürücüsü Şahid5 avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, raportun icrası şöbə rəhbərliyi tərəfindən təhqiqat bölməsinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Bundan sonra Şahid4 və Şahid5 üzərlərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Loğmanın və Nicatın üzərlərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predemt aşkar edilməmişdir. Daha sonra Nicatın idarə etdiyi «Toyoto Prius» markalı **-VY- *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli bağlamanı təqdim edərək bağlamanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama açılaraq baxış keçirilərkən bağlamanın içərisində 11 (on bir) ədəd bükülülərin olması müəyyən olunmuşdur. Həmin bükülülər hər biri ayrı-ayrı açılıb baxıldıqda, 9 (doqquz) ədəd bükülülərdə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Şöbənin elektron tərəzisi ilə doqquz büküm çəkildikdə çəkilərinin bükümlərlə birlikdə ümumilikdə 7120 qram olmaları məlum olmuşdur. Bundan sonra 10-cu bükülüyə açılıb baxıldıqda həmin bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmiş və şöbənin elektron tərəzisi ilə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 525 qram olması müəyyənləşmişdir. Daha sonra 11-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə narkotik vasitə tiryəkə bənzər maddə olduğu, şöbənin elektron tərəzisi ilə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1120 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli bağlamanı çıxarıb təqdim edərkən bağlamanın özünə məxsus olduğunu, bağlamada olan narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşının ona verdiyini, həmin narkotik vasitədən və psixotrop maddədən yalnız özünün xəbəri olduğunu, Şahid5 və Şahid4 həmin narkotik vasitələrdən heç bir məlumatları olmadığını, narkotik vaistəni və psixotrop maddəni Bakı şəhərinə çatdıracağı müqabilində İran İslam Respublikasının vətəndaşının ona ***-**** manat pul verəcəyini vəd etdiyini bildirmişdir. Onun narkotik vasitənin sərhəddən necə keçirilməsi barədə məlumatı olmamış, saxlanılarkən və baxış keçirilərkən Təqsirləndirilən şəxs qarşı təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Beyləqan rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşəməliyyat məlumatı əsasında 28 yanvar 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, qrupun tərkibinəo da daxil olmuşdur. 28 yanvar 2022-ci il tarixdə saat 20:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanmış, əməliyyat tədbirlərinə uyğun olaraq Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan «Toyoto Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Muğan kəndində olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən on dəqiqədən sonra həmin avtomobil Biləsuvar rayonu gömrük dairəsinin yanında hərəkətdə olarkən rayon PŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbi avtomobildəki şəxslərə izah olunduqdan sonra Təqsirləndirilən şəxs, avtomobildəəyləşmiş digər şəxs Şahid4 və avtomobilin sürücüsü Şahid5 avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. Sonra rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunduqdan sonra üzərinəşəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Şahid4 və Şahid5 üzərlərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Loğmanın və Nicatın üzərlərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predemt aşkar edilərək götürülməmişdir. Daha sonra Nicatın idarə etdiyi «Toyoto Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli bağlamanı təqdim edərək onun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamaya açılaraq baxış keçirilərkən bağlamanın içərisində 11 (on bir) ədəd bükülülərin olması müəyyən olunmuşdur. Həmin bükülülər hər biri ayrı-ayrı açılıb baxıldıqda, 9 (doqquz) ədəd bükülülərdə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Şöbənin elektron tərəzisi ilə doqquz büküm çəkildikdəçəkilərinin bükümlərlə birlikdə ümumilikdə 7120 qram olmaları məlum olmuşdur. Bundan sonra 10-cu bükülüyə açılıb baxıldıqda həmin bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmiş və şöbənin elektron tərəzisi iləçəkildikdə bükülü ilə birlikdəçəkisinin 525 qram olması müəyyənləşmişdir. Daha sonra 11-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə narkotik vasitə tiryəkə bənzər maddə olduğu, şöbənin elektron tərəzisi iləçəkildikdə bükülü ilə birlikdəçəkisinin 1120 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs bağlamada olan narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşının ona verdiyini,həmin narkotik vasitədən və psixotrop maddədən yalnız özünün xəbəri olduğunu, Şahid5 və Şahid4 həmin narkotik vasitələrdən xəbərləri olmadığını,narkotik vaistəni və psixotrop maddəni Bakı şəhərinə çatdıracağı müqabilində İran İslam Respublikasının vətəndaşının ona ***-**** manat pul verəcəyini vəd etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 28 yanvar 2022-ci il tarixdə Biləsuvar rayon X7 rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş vəəməliyyat qrupu yaradılmışdır. O özü də əməliyyat qrupunda olmuş, əməliyyat tədbirlərinə uyğun olaraq Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan «Toyoto Prius» markalı avtomobil Biləsuvar rayonu Muğan kəndində olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin avtomobil Biləsuvar rayonu gömrük dairəsinin yanında hərəkətdə olarkən rayon PŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış,bu zaman əməliyyat qrupunun digər üzvləri ilə birlikdə avtomobilə yaxınlaşraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs gəlişlərinin səbəbini izah edib həmin avtomobildə olan şəxsləri avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunduqdan sonra üzərinəşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş,onunüzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra «Toyoto Prius» markalı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş,baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli bağlamanı təqdim edərək bağlamanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama açılaraq baxış keçirilərkən bağlamanın içərisində olan bükülülərdə heroinə bənzər maddələr, bir bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə, bir bükülüdə isə narkotik vasitə tiryəkə bənzər maddə olduğu məlum olmuşdur. Baxış videoçəkiliş aparılmaqla keçirilmiş və aşkar olunmuş maddələr tərəzidə çəkilmişdir. Həmin vaxt avtomobildə olan sürücü və digər sərnişin aşkar olunmuş narkotik vasitə və psixotrop maddə barədə məlumatları olmadıqlarını demişlər. Təqsirləndirilən şəxs avtomobildən götürüb təqdim etdiyi qara rəngli bağlamadakı narkotik vasitələr çəkilərkən o, həmin bağlama barədə İranlı ilə danışıb onu götürdüyünü, orada 3 kiloqrama yaxın narkotik vasitə olmalı olduğunu, çəkdikləri tərəzinin düzgün çəkmədiyini demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi barədə 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi Fədai Quliyevin, Şahid4 müdafiəçisi Habil Məmmədovun, Şahid5 müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakları ilə Nicatın idarə etdiyi «Toyoto Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli bağlamanı təqdim edərək bildirmişdir ki, bağlamanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır, özünə məxsusdur, həmin narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı ona vermişdir. Həmin narkotik vasitədən və psixotrop maddədən yalnız özünün xəbəri vardır, Şahid5 və Şahid4 həmin narkotik vasitələrdən heç bir məlumatları və xəbərləri yoxdur. Narkotik vaistəni və psixotrop maddəni Bakışəhərinəçatdıracağı müqabilindəİran İslam Respublikasının vətəndaşının ona ***-**** manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamaya açılaraq baxış keçirilmişdir.Baxış zamanı Sahilin təqdim etdiyi bağlamanın içərisində 11 (on bir) ədəd bükülülərin olması müəyyən olunmuşdur. Həmin bükülülər hər biri ayrı-ayrı açılıb baxıldıqda, 9 (doqquz) ədəd bükülülərdə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Şöbənin elektron tərəzisi iləçəkildikdə bükülü ilə birlikdəçəkilərinin ardıcıl olaraq 1035 (min otuz beş) qram, 1055 (min əlli beş) qram, 1025 (min iyirmi beş) qram, 1055 (min əlli beş) qram, 320 (üç yüz iyirmi) qram, 1030 (min otuz) qram, 525 (beş yüz iyirmi beş) qram, 535 (beş yüz otuz beş) qram, 540 (beş yüz qırx) qram, ümumilikdə isə 7120 (yeddi min yüz iyirmi) qram olmaları məlum olmuşdur. Bundan sonra 10-cu bükülüyə açılıb baxıldıqda həmin bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu, şöbənin elektron tərəzisi iləçəkildikdə bükülü ilə birlikdəçəkisinin 525 (beş yüz iyirmi beş) qram olması müəyyənləşdirilmişdir. Daha sonra 11-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə narkotik vasitə tiryəkə bənzər maddə olduğu, şöbənin elektron tərəzisi iləçəkildikdə bükülü ilə birlikdəçəkisinin 1120 (min yüz iyirmi) qram olması məlum olmuşdur. Bundan sonra avtomobilə baxış keçirilsə də qanunla qadağan eüdilmiş başqa heç nə aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolla orada iştirak edən bütün iştirakçılar tanış olaraq imzalamışdır. Baxışzamanı «Samsung» markalı videokamera iləçəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X3 29 yanvar 2022-ci il tarixli 19/124 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Şahid5 idarə etdiyi avtomaşından aşkar edilib götürülmüş narkotik vasitə....sözlər və imzalar olan paketdəki 09 ədəd ayrı-ayrılıqda sellofan torablarda təmiz çəkiləri 1005,0 qram, 1015,0 qram, 1020,0 qram, 1000,0 qram, 1025,0 qram, 305,0 qram, 515,0 qram, 505,0 qram, 520,0 qram; ümumi təmiz çəkisi-6910,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə görə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 01 ədəd torbada təmiz çəkisi-1110,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir və 01 ədəd torbada təmiz çəkisi-510,0 qarm olan ağ rəngli maddə metamfetamindir.Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir. (Siyahı İ) Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir. (Siyahı İ)Tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına» daxildir. (Siyahı İ) Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 04 aprel 2022-ci il tarixli 821 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasıəlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefona baxış keçirilməsi haqqında 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış keçirilərkən müəyyən edilmişdir ki, onun istifadəsində olan ***-***-**-** nömrəsi iləİran İslam Respublikasının mobil operatoruna aid +**********03 və +**********16 nömrələri arasında telefonun «Whatsapp» proqramında çoxsaylı qarşılıqlı zənglər olunaraq danışıqlar aparılmışdır. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindəki «Whatsapp» proqramına İran İslam Respublikasının vətəndaşı Bəhnam adlı şəxsin istifadəsində olan +**********03 nömrəsindən «Muğan» sözü yazılmış lövhənin şəkli göndərilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin «Whatsapp» proqramında İran İslam Respublikasının vətəndaşı Bəhnam adlı şəxsin istifadəsində olan +**********03 nömrəsi ilə qarşılıqlı olaraq səsli mesajların göndərmələri müəyyən olunmuş, həmin səsli mesajlar bir ədəd CD diskinə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ambulator məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli 116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə 05 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlləri cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmadığını və cəzanı ağırlaşdıran halı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə müddətində, yəni Abşeron rayon məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 (beş) ay 08 (səkkiz) günü müddətində ağır cinayət törətdiyini nəzərə alaraq belə qərara gəlir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Salyan rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Abşeron rayon məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 05 (beş) ay 08 (səkkiz) günü qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetdə qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək,iş üzrəmaddisübut olan və Biləsuvar rayon polis şöbəsində saxlanılan 6909,73 qram narkotik vasitə heroinin, 1109,95 qram narkotik vasitə tiryəkin və 509,95 qram psixotrop maddə metamfetamininhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonun isə hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Abşeron Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 05 (beş) ay 08 (səkkiz) günü qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza 11 (on bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Biləsuvar rayon polis şöbəsində saxlanılan 6909,73 qram narkotik vasitə heroin, 1109,95 qram narkotik vasitə tiryək və 509,95 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-374/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-374/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver