Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-374/2024 23.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X25, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 avqust 1992-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 4(049)-290/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 19 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri «Kiçik bazar» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə, təmiz çəkisi 2,428 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 15:00-da Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində, küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi olmadan üzərində daşıdığı qeyd olunan çəkidə və bükümdə psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülərək qablaşdırılmışdır. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində yaşadığı evdə yatılı olan zaman polis əməkdaşları gələrək onu oyadıb yaşadığı evdən aparmışlar. Polis əməkdaşları oğurluq hadisəsi olduğunu, ondan şikayət edildiyini, bununla bağlı polis şöbəsinə getməli olduqlarını, oğurluq hadisəsi ilə bağlı polis şöbəsində araşdırma aparılmalı olduğunu demişlər. O, da polis əməkdaşları ilə razılaşaraq X33 getmişdir. X17 döymüşlər, başını partlatmışlar. Başının partlamağı cinayət işinin materiallarında və Bakı İstintaq Təcridxanasında olan şəxsi işində də yazılmışdır. Onu polis əməkdaşları dubinka ilə döymüşlər, baş vermiş oğurluq hadisəsini üzərinə götürməyini bildirmişlər, lakin sonradan oğurluq cinayət əməlinin onluq olmadığını deməklə psixotrop maddə metamfetamini üzərinə götürməsini tələb etmişlər. Yaşadığı evdə iki nəfər xəstəsinin olmasını, atasının olmamasını deməsinə baxmayaraq polis əməkdaşları onu döyərək, psixotrop maddə metamfetamini üzərinə götürməsinə məcbur etmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu məhkəmə-tibbi ekspertizasının yanına aparmışlar, ekspert həkim onun baş nahiyəsinə baxmışdır. Başından aldığı xəsarətlə bağlı başına tikiş qoyulmamışdır. Başının partlamağının yeri qalmışdır. Polis şöbəsinə aparılan zaman üzərində psixotrop maddə olmamışdır. Polis şöbəsində polis əməkdaşları ondan nəyi tələb etmişlərsə üzərində şəxsi axtarış aparılan zaman da həmin sözləri demişdir. Əzim dubunka ilə onun başına vurmuşdur. Polis şöbəsində onu asmışlar. Birinci dəfə tutulduğuna və savadı olmadığına görə necə şikayət etmək lazım olduğunu belə bilməmişdir. Marixuana istifadə etmiş, ayda ildə bir dəfə patı istifadə etmişdir. Narkoman olmamışdır. Subaydır, xəstə anası və qardaşı var, xəstə ailə üzvülərinə özü baxmışdır. Lənkəran rayonu, Göyşaban kəndində yaşayır. Onu səhər tezdən evdən aparmışlar, evdən aparan vaxt üzərində psixotrop maddə metamfetamin olmamışdır. Orta məktəbi 2-ci sinifə kimi oxumuşdur. Yazıb-oxuya bilməmişdir. İstintaq zamanı ifadəsində yazılanlardan məlumatı olmamış, çəkilişdə polis əməkdaşları necə demişlərsə, o da elə demişdir. Polis əməkdaşları onu evdən «pijamada» aparmışlar. X26 şalvarını gətirib ona polis əməkdaşları tərəfindən avtomobilə mindirilən zaman vermişdir, şəxsi axtarış zamanı əynində olan şalvar anasının verdiyi şalvar olmuşdur. Polis əməkdaşları tərəfindən yaşadığı evdən aparılan zaman evdə anasından başqa dayısı və qardaşı olmuşdur. Polis əməkdaşları dayısı oğlu X3 da onunla bir yerdə aparmışlar, sonradan İsmayıl Əsədovu buraxmışlar. Qardaşı danışa bilməmişdir. Telefonlarının 2-də evdən aparmışlar. Şəxsi axtarış zamanı alnında «tibbi plastr» olmuş, plastrı saçının altından vurmuşlar. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman da alnında plastr olması görünmüşdür. Polis əməkdaşları saçını plastrın üstünə tökməsini bildirmişlər. Telefon nömrələrini xatırlamamışdır. Alnına plastrı polis əməkdaşları yapışdırmışlar. Polis əməkdaşları onu evdə yatan yerdən saat 8-9 radələrində durquzub aparmışlar, Şahid2 yalan ifadə vermiş, başı heç yerə dəyməmişdir. Ucal yaşadığı evin həyətinə gəlmiş, ancaq evə girməmiş, digər polis əməkdaşları isə yaşadığı evə girmişlər. Onu «Mercedes» markalı avtomobil ilə polis bölməsinə aparmışlar. Onu yaşadığı evdən aparan zaman Şahid3 orada olmuşdur. Ancaq Şahid3 onu döyməmişdir. Onu Əzim vurmuş, Əzim ona bir dubinka zərbəsi vurmuş, alnında və burnunda xəsarət yaranmışdır. Onu oğurluq adı ilə bölməyə aparmışlar. Yaşadıqları küçədə yaşayan X8 evindən oğurluq olunmuşdur. Azadın evində 5-6 gün olardı ki, oğurluq olmuşdur, ona görə polis əməkdaşları onu da aparmışdılar. Polis əməkdaşları ona üzük satmasını demişlər, o da üzük satmadığını demişdir. Latın qrafikasını heca ilə oxuya bilir. Polis əməkdaşları lapatka sapın əliylə ayaqlarının arasına keçirib beli üstə onu asmışlar, qalxanda isə Əzim dubunka ilə vurmuşdur. Ayaqlarının altında da xəsarət yaranmış, sidiyə qan getmişdir. Qollarına kağız salıb sonra qandalı bağlamışlar. Lapatka sapın iki dizinin bükülən yerindən salmışlar, iki polis əməkdaşı Orxan və Tərlan biri bu tərəfdən digəri o biri tərəfdən lapatka sapın saxlamışlar. Şahid1 saxlanılan zaman orada olmuş, ancaq məhkəmədə yalan ifadə vermiş, onu səhər saat 8-9 arasında Göyşaban kəndində yaşadığı evdə saxlamışlar. Telefonları evdə olmuşdur. Şahid1 onu döymüşdür, ancaq Şahid1 üzərinə psixotrop maddə qoymamışdır. Xəsarətləri ilə bağlı ekspert həkim soruşanda polis bölməsində həmin xəsarətləri aldığını bildirmişdir. X23 heç vaxt görməmişdir, sonuncu onu müayinə etməmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yetirildiyini qeyd etdiyi alın nahiyəsində olan yaranı və burnunun sol yan nahiyəsində olan qançırın yerləşdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, üzərindən aşkar olunduğu yazılmış psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürüldüyünü bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə Şahid1 Lənkəran rayonu, Göyşaban kəndi ərazisində Ceyhun adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi, daşıması və səhv etmirsə satışı ilə bağlı məlumat daxil olmuşdur. X30 rəhbərliyinə məruzə olunaraq əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o da daxil edilmişdir. Təqsirləndirilən şəxs Göyşaban kəndində yaşadığı məhəllədə evlərinə yaxın yerdə müşahidəyə götürmüşlər, daha sonra yaxınlaşıb özlərini təqdim etmişlər. Ceyhun onları görüb qaçmış, Təqsirləndirilən şəxs qaçan zaman ayağı burxulub yerə yıxılmışdır. Ceyhunu tutub X33 aparmışlar, müdafiəçinin və təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik maddəyə bənzər kütlə aşkarlanaraq qablaşdırılmış və ekspertə təqdim olunması üçün göndərilmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs qaçanda yıxılmış, başı dəyərək xəsarət almışdır. Onları görən kimi Ceyhun qaçmağa başlamışdır. Ceyhunu yaşadığı məhəllədə saxlamışlar. Ceyhun onları görən zaman qaçmağa başlamışdır. Ceyhunu saxlayan zaman mülkü geyimdə olmuşlar. Saxladıqları zaman Ceyhun tək olmuşdur. İstintaq zamanı müstəntiqə ifadə vermişdir. X3 tanımamışdır. Ceyhun saxlanılan gün səhər saat 8-9 radələrində harada olmasını xatırlamamışdır, çünki həmin vaxtdan xeyli müddət keçmişdir. Bəlkə də həmin vaxtı X22muşdur. Həmin gün razvoddan sonra rəisin yanına girmişlər, rəis iclas keçirtmişdir. Saat 11-12 radələrində Ceyhunun yaşadığı məhəlləyə getmişlər, günorta saatlarına kimi Ceyhunun məhəlləsində olmuşlar. Mobil telefon nömrəsi ***-***-**-** saylı olmuşdur. Bu nömrə Ceyhun saxlanılan zaman üzərində olmuş, başqa nömrəsi olmamışdır. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs Göyşaban kəndi ərazisində tərəflərindən müşahidəyə götürülmüş, Ceyhun evlərinə yaxın küçədə hərəkətdə olarkən tərəflərindən saxlanılmışdır. Ceyhuna yaxınlaşmışlar, Ceyhun qaçmaq istəyəndə yıxılmış və alnından xəsarət almışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, üstündən çox vaxt keçdiyindən şöbədən neçədə çıxdığını xatırlamamış, Şahid2 ilə bir yerdə bölmədən çıxmışlar. Həmin vaxtı ***-***-**-** saylı mobil nömrəli telefon üzərində olmuşdur. Başqa telefon nömrəsi yoxdur. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunmuş, eyni zamanda əməliyyat təhqiqat qrupunun yaradılması ilə bağlı qərar imzalanmışdır. 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndi ərazisində müşahidəyə götürmüşlər və daha sonra Ceyhuna yaxınlaşıb özlərini təqdim etmişlər, Ceyhuna saxlanılmasının səbəblərini izah edib X33 aparmışlar. X29 Ceyhuna təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, bu barədə Ceyhuna bildirş verilmiş və müdafiə hüququ təmin olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə Ceyhun şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Ceyhuna təklif olunmuşdur ki, üzərində gəzdirilməsi, istifadəsi və daşınması qanunla qadağan olunan hər hansı bir əşya və predmet varsa təqdim etsin, bu zaman Ceyhun könüllü olaraq üzərindən psixotrop maddəyə bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Ceyhun özü narkotik vasitələrin aludəçisi olduğunu və Lənkəran şəhəri, Kiçik Bazar deyilən ərazidən şəxsi istifadəsi üçün psixotrop maddə aldığını demişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Ceyhun barədə məlumat özünə daxil olmuşdur. Ceyhunu başqa cinayət işi ilə bağlı şöbəyə çağırmamışlar. Ceyhun saxlanılan dövrdə ətrafda oğurluq hadisələri olmuş, ancaq oğurluq hadisəsinin Azad adlı şəxsin evində olub-olmamasını bilməmişdir. Tədbirdə ondan başqa, Şahid2 və Şahid3 iştirak etmişlər. Şahid4 tədbirdə iştirak etməmiş, Əzim bölmənin əməkdaşıdır, Ceyhun saxlanılan zaman bölmədə olmuşdur. Ceyhun ifadəsində verdiyi kimi lapatka sapı ilə asılmamış və döyülməmişdir. Ceyhunu nahar fasiləsindən sonra saxlamışlar. Ceyhunun saat 15:00-dan əvvəl şöbəyə daxil olması mümkün deyildir. Ceyhunu Göyşaban kənd ərazisində saxlamışlar. Mobil nömrəsi ***-***-**-** saylıdır, Ceyhun saxlanılan zaman, telefonunun üzərində olub-olmamasını xatırlamamışdır. Ceyhunun alnında olan xəsarəti, Ceyhun qaçarkən yıxılanda yaranmışdır. İttiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, Ceyhunu X29 görmüşdür. Ceyhunu iki polis nəfəri polis bölməsinə gətirmiş, təhqiqatçının otağında üzərində şəxsi axtarış keçirilmiş, həmin istintaq hərəkətində iştirak etməmişdir. Ceyhunun üzərindən narkotik vasitə aşkarlandığını eşitmişdir. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, X29 sahə rəisi vəzifəsində işləyir. Razvoddan sonra, ərazidə və ya işdə ola bilər, verilən tapşırıqlara baxır. Vətəndaşların şikayət ərizələrinə baxır. Əvvəllər Ceyhunu ərazisində yaşadığından tanımışdır. Ceyhuna işgəncə verməmiş, belə bir hal baş verməmişdir. Yəqin Bölmədə aktiv polis əməkdaşı olduğu üçün adı tez-tez hallanır. 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-10 radələrində Ceyhunun evində olmamışdır. X29 «razvod» hər gün saat 08:40-da olur. İşi ilə bağlı hər gün razvodda iştirak etməyə bilər. Ceyhunu dubinka ilə vurmamışdır. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri vardır, bu nömrələrdən başqa nömrəsi olmamışdır. Ceyhunun evində olmamışdır. İttiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs müayinə etmişdir. İstintaq orqanı tərəfindən qərarda qarşıya qoyulan sualları cavablandırmışdır. Müayinə zamanı Ceyhunun alın nahiyəsində sıyrıq xəsarəti aşkarlanmışdır. Onun aşkar etmədiyi xəsarət, başqa həkimin müayinəsi zaman aşkarlana bilməz, nə xəsarət olubsa aşkarlayıb qeyd etmişdir. Ceyhunu müayinə edən zaman burnunun sol yan səthində qançır mövcud olmamış, ola bilsin sıyrıq olsun amma qançırın orada olması inandırıcı deyildir. Qançır ən çox zərbədən və yaxud bərk küt əşyaya dəyəndə yaranır. Təqsirləndirilən şəxsin dedikləri həqiqəti əks etdirmir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, heç bir təqsirləndirilən şəxs, o cümlədən Təqsirləndirilən şəxs ona şöbədə döyülməsini deməmişdir. Təqsirləndirilən şəxs xəsarəti harada və necə alması və ya kim vurması barədə sual vermiş, Təqsirləndirilən şəxs ona 2-5 gün əvvəl qaçan zaman yıxıldığını, yaxud da ağac kəsəndə xəsarət aldığını demişdir. Adiyyəti olmadığı üçün bununla bağlı rəyində heç bir məlumat yazmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində işə gedən zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının evdən çıxarıb apardıqlarını görmüşdür. Həmin vaxtı polis əməkdaşlarını tanımamışdır. Ceyhunla həmin vaxt heç nə danışmamışdır. Verilən suallara cavab olaraq şahid Zamin Nəzərli bildirmişdir ki, hər gün eyni vaxtda işə getmir, elə gün olur səhər saat 8-də gedir, elə vaxt olur səhər saat 10-da gedir. Ceyhun saxlanılan gün işə səhər saat 8-9 arası getmişdir. Ceyhunu saxlayan polis əməkdaşlarının sayını bilməmiş, həmin vaxtı avtomobil görməmişdir. Polis əməkdaşlarının Ceyhunu apardıqlarını görmüşdür. Neçə nəfər polis əməkdaşının Ceyhunun qolundan tutmasına fikir verməmişdir. Ceyhunu aparandan sonra qardaşı gəlmiş, qardaşı həmin vaxt evdən ondan gec çıxmışdır. Ceyhungillə onların evinin məsafəsi 500-600 metr olar. Polis əməkdaşlarını Ceyhunu evdən çıxardıqdan sonra küçədə görmüşdür. Həmin vaxt işə getmiş, polis əməkdaşlarının Ceyhunu qabaqda apardıqlarını görmüşdür. Məhkəmə tərkibinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, xəstəliyi ilə bağlı dərmanlar içir, səhər saat 08:30 dərmanlarının vaxtıdır. 19 oktyabr 2023-cü il tarixdə səhər vaxtı təxminən saat 08:30 radələri olardı dərmanlarını içmək istəmiş, əlində dərman olan zaman qəflətən 8 nəfər polis əməkdaşının yaşadığı evə daxil olduğunu görmüş, polis əməkdaşlarına «nədir mənim balam nə etmiş ki» demiş, polis əməkdaşları kənddə oğurluq hadisəsi olduğunu, ev taladıqlarını ona görə Ceyhunu aparacaqlarını demişlər. Polis əməkdaşları evin içinə ayaqqabı ilə girmişlər, polis əməkdaşlarına xəstə ana olduğunu, evinin işlərini qonşuların gördüyünü demiş, polis əməkdaşları isə «sən öz işində ol» demişlər. Ceyhun dayısı ilə bir otağda yatmışdır. Ceyhunu yorğan döşəkdən alt isti geyimdə polis əməkdaşları götürmüşlər. Polis əməkdaşlarına yalvarmışdır ki, «mənim balama heç olmasa paltar geyindirin Ceyhunun əyninə», Ceyhunun boğazı şişmişdir, iki gün idi işə də gedə bilmirdi xəstə idi. Daha sonra evin içinə girmiş, paltar setkasından şalvar, corab, köynək və qolsuz gödəkçə götürüb sumkaya qoyub həyətə düşmüşdür. Polis əməkdaşlarına yaşadığı evin həyətində yalvarmışdır ki, paltarları Ceyhunun əyninə geyindirin, xəstədir, qızmalı uşaqdır. Polis əməkdaşları biz özümüz Ceyhuna paltar verərik demişlər. Ceyhunun xəstə qardaşı gəlmiş polis əməkdaşları tərəfindən Ceyhunu aparmağa imkan verməmişdir. 3 polis əməkdaşı onu götürüb həyətə aparmışlar. Ceyhun da qışqırmışdır ki, qardaşı xəstədir, onun bağrı çatlayar, nə danışa bilir, nə eşidə bilir. Ceyhunun səsinə qonşular belə gəlmişlər. Çox yalvarmışlar, nə Ceyhunu buraxmışlar, nə də ona paltarını geyindirmişlər. Polis əməkdaşı ona qapının ağzında «bibi oğurluq hadisəsi olub ona görə aparırıq danışdırb sonra buraxarıq» demişdir. Verilən suallara cavab olaraq Nisəxanım Məlikova bildirmişdir ki, paltar setkasından götürdüyü corab, köynək, qolsuz gödəkçə və şalvarı sumkaya qoyub avtomobilə oturanda polis əməkdaşlarına vermişdir. Ceyhuna qara cins şalvar vermişdir. Ceyhunu isti alt paltarı ilə aparmışlar, Ceyhun polis əməkdaşları tərəfindən aparılan zaman ayaq yalın olmuşdur. Ceyhunun ayağında olan “şəpiti” evdən vermişdir. Polis əməkdaşları evin içinə girmişlər, yorğan döşəkləri tökmüşlər, soyuducunun içinə kimi baxmışlar. Polis əməkdaşlarına «nə tapdınız evimdən görün nə gündə evim var» demişdir. Ceyhunu Rayon Məhkəməsinə gətirəndən sonra, 5 gün polis şöbəsində qalan vaxt Ceyhun köynəyini yumaq üçün ona vermiş, köynəyi evə gətirəndə görmüşdür ki, köynəyin kürək hissəsi qanın içindədir. Qonşular ona niyə qanlı köynəyi yumusan demişdir. Sonra telefonda Ceyhunla danışan vaxtı Ceyhun demişdir ki, “ana arxadan başım partlamışdır, onun qanı köynəyimə tökülmüşdür”. Məhkəmə tərkibinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə səhər vaxtı bacısı oğlu Ceyhunla bir otaqda yatmışdır. Səhər vaxtı 13-14 nəfər polis əməkdaşı evə girmişlər, Ceyhunun əllərini bağlamışlar, onu da sürüyə-sürüyə aparmışlar. Polis əməkdaşlarına nə olub demiş, polis əməkdaşları «sən də gəlməlisən» demişlər. Polis əməkdaşlarına qoyun ayaq yoluna girim demiş, polis əməkdaşları hətta ayaq yolunun qapısında da qalıb onu gözləmişlər. Daha sonra onu da avtomobilə əyləşdirib X33 aparmışlar. Ceyhunu ayrı otağa onu da ayrı otağa salmışlar. Ceyhuna heç şalvarını belə geyinməyə imkan verməmişlər. Polis əməkdaşları onu sorğu-sual etmişlər, sonra demişlər ki, «sən polisə müqavimət göstərdiyinə görə cərimə edilirsən». Ona kağız yazmışlar, imza çəkdirmişlər. Cərimə ilə bağlı ona heç bir sənəd verməmişlər. Rəis demişdir ki, “bu kişini niyə bura gətirmisiniz, buraxın getsin”. Verilən suallara cavab olaraq şahid İsmayıl Əsədov bildirmişdir ki, polis əməkdaşları Ceyhunu evdən sürüyə-sürüyə aparmışlar. Ceyhunu əynində olan «dizliklə», yəni isti alt paltarı ilə aparmışlar. Polis əməkdaşları Ceyhuna əyninə şalvar geyinməyə də imkan verməmişlər. Polis əməkdaşları kənddə oğurluq olub aydınlaşdırıb sizi buraxarıq demişlər. Kənddə oğurluq olduğunu sonradan eşitmişlər. Polis əməkdaşları evdən hətta mərhum yeznəsinin təsbehlərin, müşdüyün də götürmüşlər. Polis əməkdaşları götürdükləri telefonları da qaytarmamışlar. Məhkəmə tərkibinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Lənkəran RMX-nın Təcili və X13 şöbəsində feldşer-həkim köməkçisi işləyir. Təqsirləndirilən şəxs üzü ona tanış gəlir, ancaq konkret olaraq Ceyhunu müayinə etdiyini xatırlamamışdır. Onları polis şöbəsindən tez-tez çağırırlar, demək olar ki, hər növbəyə çıxan da polis şöbəsinə gedir. Çağrış olan zaman polis şöbəsinə gətirilən dustaqlardan soruşurlar ki, hər hansı bir şikayətləri varsa desinlər, şikayəti olmayanlara sağlam yazırlar, şikayət olursa qeydiyyatlarını aparırlar. 19 oktyabr 2023-cü il tarixdə gecə növbəsinə çıxmış, oktyabr ayının 19-dan 20-nə keçən gecə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində görüb-görmədiyini tam xatırlaya bilmir, üzü tanış gəlir. Həmin gecə bir xəstəyə yardım etmiş, yardım etdiyi xəstə ilə bağlı kitaba qeyd etmişlər. Başqa xəstəyə baxmaq üçün çağırıldığına görə yəqin onun adın yazmışdır. Çağrış Təqsirləndirilən şəxs ilə bağlı olmayıb, başqa xəstə ilə bağlı getmişdir. Ola bilsin ki, Ceyhuna da baxmışdır. Qeydiyyat aparmadığı üçün ola bilsin ki, Ceyhunda xəsarət görməmişdir. Həmin vaxtı 2023-cü ilin oktyabr ayının 19-dan 20-nə keçən gecə saat 02 radələri olardı. Ekspertin yazdığı xəsarət, bəlkə də o baxandan sonra yaranmış, bu haqqda konkret olaraq heç nə deyə bilməmişdir. Ceyhun ona alnında xəsarət olduğu barədə heç nə deməmişdir. Verilən suallara cavab olaraq İman Süleymanov bildirmişdir ki, ola bilər Ceyhunu müayinə edən zaman formada olmuş, buna görə Ceyhun onu tanımamışdır. Təcili tibbi yardım xidmətindən gəlib onu müayinə edən olmamışdır. 19 oktyabr 2023-cü il tarixdə gecə saat 21 radələrində növbəyə başlamışdır. Polis şöbəsindən təcili tibbi yardıma zəng etmişlər ki, polis şöbəsinə həkim gəlsin, şəxsi nömrəyə polis şöbəsindən zəng edilməmişdir. Praktik sağlam deyəndə-xəstədən soruşurlar xəsarəti varsa desin, heç bir xəsarət və şikayət olmadıqda praktik sağlam yazırlar. Üstündən xeyli vaxt keçdiyindən Ceyhunu tam xatırlamamışdır. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v.5-6) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.13) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayon sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göyşaban kəndində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Liman PB-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən bir bükümdə, 2,67qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin «şüşə» deyilən psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin kütləni səhər saatlarında Lənkəran şəhər «Kiçik bazar» adlanan ərazidə tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir.(i.v.26-27) -«məhkəmə-kimyəvi ekspertizası»nın 20 oktyabr 2023-cü il tarixli, 19/942 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 2,428qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.(i.v.39-42) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v.47-48) -«Lənkəran Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il traixli, 4(049)-290/2023 saylı qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Heç bir yerdə işləmir. Fəhləlik etməklə dolanır. Təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü udmaqla istifadə edir. Onun daimi yaşayış veri vardır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.(i.v.71-74) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 23 oktyabr 2023-cü il tarixli, 975 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.75) -«məhkəmə-tibbi ekspertizası»nın 23 oktyabr 2023-cü il tarixli, 1066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində-alın nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.76-77) -«maddi sübut hesab edilməsi haqqında» 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,428 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qaytarılmış təmiz çəkisi -2,378 qram olan metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD diskdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.102-103) -«sübutların qiymətləndirilməsi haqqında» 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbə barədə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmin xüsusatla bağlı cinayət işindən material ayrılaraq icraata qəbul edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlə bağlı cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v.102-103) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -Lənkəran Şəhəri İcra Hakimiyyəti Başçısının Göyşaban kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, ailə tərkibinə anası və qardaşı daxildir, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmamışdur.(i.v.99-100) -«Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 27 oktyabr 2023-cü il tarixli məhkumluq haqqında tələbnamə»dən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur.(i.v.83) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından verilmiş 27 oktyabr 2023-cü il tarixli, 10648 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v.94) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş materiallarından, yəni; -Lənkəran rayonu, M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbindən verilmiş 26 fevral 2024-cüil tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs nə ümumi orta, nə də tam orta təhsil haqqında sənəd (attestat) alması faktı arxiv materiallarında aşkar edilməmişdir. -Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilmiş 02 mart 2024-cü il tarixli, 3-13- 96/2-6721/2024 nömrəli məktubdan görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə həbs olunmuş Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il saat 22:23 radələrində şübhəli şəxs qismində Lənkəran ŞRPŞ-nin X24 gətirilmişdir. 20 oktyabr 2023-cü il saat 01:50 radələrində Lənkəran TTYŞ-nin həkimi F.Süleymanov tərəfindən müayinə olunmuşdur, həkimin ilkin rəyi praktiki sağlam olaraq qeydə alınmışdır. 24 oktabr 2023-cü il saat 09:00-da Bakı İstintaq Təcridxanasına etap olunmuşdur. -Bakı İstintaq Təcridxanasından 28 fevral 2024-cü il tarixli, 3-16-17/40/2-1403/2024 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 9931/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023cü il tarixdə İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs alın nahiyəsində təxmini ölçüsü 1 sm olan kəsilmiş üzəri qərtməkli yara, burunun sol yan nahiyəsində kiçik ölçülü bənövşəyi rəngli qançır müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. -Lənkəran rayon prokurorluğunun 28 fevral 2024-cü il tarixli, 2-2/1-027359/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılmamışdır. -«Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X35 verilmiş 15 aprel 2024-cü il tarixli, 18- 1-58/2-460/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdən sonrakı dövr ərzində Lənkəran RMX-nın Təcili və X16 şöbəsinə müraciəti qeydə alınmamışdır. -Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Göyşaban kənd İƏD-i üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xahiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Göyşaban kənd inzibati ərazi dairəsinə yazılı və şifahi şikayət daxil olmamışdır. -Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim olunmuş 25 oktyabr 2023cü il tarixli, 3-16-17/38/2-7365/2023 nömrəli məlumat məktubundan görünür ki, Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Elnur İsmayılov tərəfindən Lənkəran rayon prokurorluğuna Təqsirləndirilən şəxs müəssisənin tibbi-sanitar hissəsində üzərində baxış keçirilən zaman alın nahiyəsində qərtməkli yara xəsarəti, burnun sol yan tərəfində isə bənövşəyi rəngli qançır izləri aşkar olunması faktı ilə bağlı məlumat verilmiş, fakt ilə əlaqədar olaraq həbs olunmuş Təqsirləndirilən şəxs həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş «şəxsi axtarış keçirilməsi haqqında» istintaq hərəkətinin video çəkilişdən görünür ki, video görüntü 9 dəqiqə 32 saniyə davam edir, «şəxsi axtarış keçirilməsi haqqında» protokolda isə şəxsi axtarışın başlanma vaxtı 15:25, bitmə vaxtı isə 15:55 olaraq göstərilmiş, faktiki olaraq 9 dəqiqə 32 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 30 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 19 oktyabr 2023-cü il tarixində saat 19:41-də yaradılmışdır. Video çəkilişin 01:42ci dəqiqəsindən 01:56-cı dəqiqəsinədək olan hissəsində Təqsirləndirilən şəxs alın nahiyəsinə tökülmüş saçının alt hissəsində yara bintinin olması, burunun sol yan nahiyəsində qançırın olması vizual olaraq görünmüşdür. Təqsirləndirilən şəxs əynində qolsuz koynək, qolsuz dödəkcə, cins şalvar, ayaqlarında corab, çəkələk, isti alt tumanı olmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffav selofana bükülmüş bir ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyinin «şüşə» odluğunu, 19 oktyabr 2023-cü il tarixdə tanımadığı şəxsdən «Kiçik Bazar» deyilən ərazidən 50 manata xəstəsi olduğundan özü üçün əldə etdiyini, üzərinə qəbul etməklə əldə etdiyini bildirmişdir. Psixotrop maddə metamfetamin çəkildikdə çəkisinin 2,67 qram olması müəyyən edilmişdir. X9 Təqsirləndirilən şəxs ünvanlanmış alnınıza nə olub sizin sualına Təqsirləndirilən şəxs «polislər mənə yaxınlaşan zaman ayağım sürüşdü yıxıldım» deyə cavab vermiş, sizə hər hansı zro tətbiq edilmişdir sualına isə Təqsirləndirilən şəxs «yox» deyə cavab vermiş, müdafiəçi Vəliəhəd Həbibovun sualına cavab olaraq təzəlikcə narkotik vasitə qəbul etdiyini, subay olduğunu, ailəsində anası və qardaşının olduğunu, fəhləçilik etdiyini, psixotrop maddəni «Kiçik Bazar» deyilən ərazidən tanımadığı şəxsdən aldığını, həmin şəxsi təsadüfən gördüyünü, polis əməkdaşlarının onu Göyşaban kəndində saxladıqlarını, saxladıqdan sonra X33 gətirdiklərini, ona qarşı hər hansı zor tətbiq olunmadığını, çəklişlə bağlı hər hansı vəsatətinin, vəkilə qarşı hər hansı etirazının olmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «şəxsi axtarış keçirilməsi haqqında» 19 oktyabr 2023-cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində yaşadığı evdə yatılı olan zaman polis əməkdaşları gələrək onu oyadıb yaşadığı evdən aparmışlar. Polis əməkdaşları oğurluq hadisəsi olduğunu, ondan şikayət edildiyini, bununla bağlı polis şöbsinə getməli olduqlarını, oğurluq hadisəsi ilə bağlı polis şöbəsində araşdırma aparılmalı olduğunu demişlər. O da polis əməkdaşları ilə razlaşaraq X33 getmişdir. Polis əməkdaşları onu evdən «pijamada», yəni isti alt paltarında aparmışlar. X26 polis əməkdaşları onu avtomobilə mindirən zaman şalvarını gətirib ona vermişdir. Şəxsi axtarış zamanı əynində olan şalvar anasının verdiyi şalvar olmuşdur. Polis əməkdaşları tərəfindən yaşadığı evdən aparılan zaman evdə anasından başqa dayısı və qardaşı olmuşdur. Polis əməkdaşları dayısı X3 da onunla bir yerdə aparmışlar, sonradan İsmayıl Əsədovu buraxmışlar. X17 döymüşlər, başını partlatmışlar, həmin xəsarətin yeri hazırda da bədəni üzərində qalmışdır. Əzim dubinka ilə onun başına vurmuşdur. Polis şöbəsində onu asmışlar. Polis əməkdaşları lapatka sapın əliylə ayaqlarının arasına keçirib onu beli üstə asmışlar, qalxanda isə Əzim dubunka ilə onu vurmuşdur. Ayaqlarının altında da xəsarət yaranmış, sidiyə qan getmişdir. Qollarına kağız salıb sonra qandalı bağlamışlar. Lapatka sapın iki dizinin bükülən yerindən salmışlar, iki polis əməkdaşı Orxan və Tərlan biri bu tərəfdən digəri o biri tərəfdən lapatka sapın saxlamışlar. Başının partlamağı cinayət işinin materiallarında və Bakı İstintaq Təcridxanasında olan şəxsi işində də yazılmışdır. Onu polis əməkdaşları dubinka ilə döymüşlər, baş vermiş oğurluq hadisəsini üzərinə götürməyini bildirmişlər, lakin sonradan oğurluq cinayət əməlinin onluq olmadığını deməklə psixotrop maddə metamfetamini üzərinə götürməsini tələb etmişlər. Polis əməkdaşları döyməklə psixotrop maddə metamfetamini üzərinə götürməsinə onu məcbur etmişlər. Polis şöbəsində polis əməkdaşları ondan nəyi tələb etmişlərsə üzərində şəxsi axtarış aparılan zaman da həmin sözləri demişdir. Marixuana istifadə etmiş, ayda, ildə bir dəfə «patı» istifadə etmişdir. Şəxsi axtarış zamanı alnında yara binti (leykoplaster) olmuş, yara bintini saçının altından vurmuşlar. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman da alnında yara bintinin olması görünmüşdür. Polis əməkdaşları saçını yara bintinin üstünə tökməsini bildirmişlər. Xəsarətləri ilə bağlı ekspert həkim soruşanda polis bölməsində həmin xəsarətləri aldığını demişdir. «Məhkəmə-tibbi ekspertizası»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində-alın nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 9931/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023cü il tarixdə İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs alın nahiyəsində təxmini ölçüsü 1 sm olan kəsilmiş üzəri qərtməkli yara, burunun sol yan nahiyəsində kiçik ölçülü bənövşəyi rəngli qançır müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Göründüyü kimi X20 Təcridxansına daxil olan zaman həmçinin «burunun sol yan nahiyəsində kiçik ölçülü bənövşəyi rəngli qançır» müşahidə edilsə də məhkəmə-tibbi ekspertizasının rəyində həmin xəsarətin olması qeyd edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş məhkəmə-tibb eksperti Şahid5 ifadəsində Təqsirləndirilən şəxs müayinə etdiyini, istintaq orqanı tərəfindən qərarda qarşıya qoyulan sualları cavablandırdığını, müayinə zamanı Ceyhunun alın nahiyəsində sıyrıq xəsarəti aşkarlandığını, aşkar etmədiyi xəsarəti, başqa həkimin müayinəsi zaman aşkarlana bilmədiyini, nə xəsarət olubsa aşkarlayıb qeyd etdiyini, Ceyhunu müayinə edən zaman burnunun sol yan səthində qançırın mövcud olmadığını, ola bilsin sıyrıq olsun amma qançırın orada olmasının inandırıcı olmadığını, qançırın ən çox zərbədən və yaxud bərk küt əşyaya dəyəndə yarana bildiyini, təqsirləndirilən şəxsin dediklərinin həqiqəti əks etdirmədiyini bildirmiş, verilən suallara cavab olaraq isə heç bir təqsirləndirilən şəxs, o cümlədən Təqsirləndirilən şəxs ona şöbədə döyülməsini demədiyini, Təqsirləndirilən şəxs xəsarəti harada və necə alması və ya kim vurması barədə sual verdiyini, Təqsirləndirilən şəxs ona 2-5 gün əvvəl qaçan zaman yıxıldığını, yaxud da ağac kəsəndə xəsarət aldığını dediyini, aidiyyəti olmadığı üçün bununla bağlı rəyində heç bir məlumat yazmadığını bildirmişdir. Cinayət işinin materiallarının 36-cı səhifəsində olan «məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında» 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmaması və sair ilə bağlı ekspertiza təyin edilmiş, ekspert qarşısında iki sual qoyulmuşdur. Lakin təhqiqatçı Murad Adilzadə tərəfindən qərarın qəbul edilmə səbəbi əsaslandırılmamışdır. Ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertinə 23 oktyabr 2023-cü il tarixdə təqdim olunmuş, ekspert qarşısında iki sual qoyulsa da məhkəmə-tibb eksperti tərəfindən «Vət.Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər ona fiziki ağrılar yetirməklə və ya öz ehtiyatsızlığından yerə yıxılmaqla yetirilməyə xarakterikdirmi» sualına cavab verilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs barəsində Lənkəran ŞRPŞ-nin İB-də aparılan ibtidai istintaq zamanı, eləcə də Lənkəran rayon prokurorluğunda təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi nəticəsində İstintaq Təcridxansında tibbi xidmət şöbəsinə müraciət etməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı, ifadələri alınan zaman psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bildirməsi barədə dəlilləri araşdırılmamışdır. Cinayət işinin materiallarının 105-112 səhiflərində olan «sübutların qiymətləndirilməsi haqqında» 12 yanvar 2024-cü il tarixli qərarın 5-ci bəndində cinayət işi üzrə Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlə bağlı cinayət təqibinin başlanmasının rədd edilməsinin yazılması ilə kifayətlənilmişdir. Qəbul olunmuş qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar olunması təsdiq edilsə də həmin xəsarətləri nə vaxt, hansı şəraitdə alması və kim tərəfindən yetirilməsi müzakirə edilərək obyektiv şəkildə qeyd edilməmişdir. Həmin qərarından göründüyü kimi araşdırmanı aparan müstəntiq obeyktiv həqiqətin müəyyən edilməsi üçün digər sübutları əldə etməyə təşəbbüs belə göstərmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Şərh edilənlərə əsasən qəbul olunmuş «sübutların qiymətləndirilməsi haqqında» qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktına dair hissəsinə qiymət verilməsi əsas götürülməklə tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olamayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin məqsədlərini şübhə altına almış olar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı» 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Cinayət Məcəlləsinin 293-cü maddəsində işgəncəyə, işgəncə hesab olunmayan qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 293-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə və Cinayət- Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbiri keçirmək səlahiyyətində olan orqanların, o cümlədən polis əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Cinayət işi üzrə məhkəməyədək icraatı aparmış müstəntiq Aqşin Axundov Cinayət-Prosessual Məcəlləsinin 215-ci maddində nəzərdə tutulmuş cinayət işləri üzrə ibtidai istintaqın aparılması ilə bağlı aidiyyət qaydalarını və Konvensiyanın 3-cü maddəsinin tələblərini pozmaqla qəbul etdiyi «sübutların qiymətləndirilməsi haqqında» qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktına dair hissəsinə qiymət vermişdir. Avropa Məhkəməsi «Layıcov Azərbaycana qarşı» iş üzrə qərarının 55-ci bəndində xüsusi olaraq qeyd etmişdir ki, polis şöbəsinin müstəntiqinin həmin şöbənin əməkdaşlarının kobud rəftarı ilə bağlı apardığı araşdırma müstəqil hesab oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına cinayət işi üzrə ibtidai istintaqı aparan prokuror tərəfindən də reaksiya verilməmişdir. Hətta Lənkəran rayon prokurorluğunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılmamışdır. Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim olunmuş məktubundan görünür ki, Lənkəran rayon prokurorluğuna Təqsirləndirilən şəxs müəssisənin tibbi-sanitar hissəsində üzərində baxış keçirilən zaman alın nahiyəsində qərtməkli yara xəsarəti, burnun sol yan tərəfində isə bənövşəyi rəngli qançır izləri aşkar olunması faktı ilə bağlı məlumat verilmiş, fakt ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs alın nahiyəsində qərtməkli yara xəsarəti, burnun sol yan tərəfində isə bənövşəyi rəngli qançır izləri aşkar olunması faktı ilə bağlı polis orqanının özünün müstəntiqi tərəfindən baxılması ilə qane olmaq olmaz, bü cür «yoxlamanı» işgəncə barədə iddiaları məhkəmədə araşdırmaq zərurətini ortadan qaldıran hal kimi dəyərləndirilməməlidir. Bundan əlavə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş videoçəkilişin 01:42-ci dəqiqəsindən 01:56-cı dəqiqəsinədək olan hissəsində Təqsirləndirilən şəxs alın nahiyəsinə tökülmüş saçının alt hissəsində yara bintinin olması, burunun sol yan nahiyəsində qançırın olması vizual olaraq görünsə də Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçisi X11 hüquqlarını müdafiə etdiyi şəxsə qarşı zorakılıq hərəkətlərinin olub-olmamasını araşdırmaq üçün istintaq orqanının qarşısında hər hansı bir vəsatət qaldırmamışdır. Həmçinin ibtidai təhqiqatı aparmış təhqiqatçı Murad Adilzadə və ibtidai istintaqı aparmış Aqşin Həbibov təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətin olmasını açıq-aşkar gördükləri halda Lənkəran rayon prokurorluğuna məlumat verməmişlər. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmətibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Tomasi Fransaya qarşı» qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Assenov və digərləri Bolqarıstana qarşı», «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, X21n tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyriinsani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi Lənkəran rayon prokurorluğu tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq «Assenov və qeyriləri Bolqarıstana qarşı işi» üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini «əsaslı şübhədən kənar» standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Aksoy Türkiyəyə qarşı» iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində alınmış məhkəmə-tibbi ekspertizasının rəyinə də tənqidi yanaşır, Təqsirləndirilən şəxs alın nahiyəsində qərtməkli yara xəsarəti, burnun sol yan tərəfində isə bənövşəyi rəngli qançır izləri aşkar olunması faktı vaxtında keçirilmədiyi üçün səmərəsiz olan və yekdil olmayan məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanan araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsinə də hüquqi qiymət verilən Lənkəran ŞRPŞ-nin İB-də qəbul olunmuş «sübutların qiymətləndirilməsi haqqında» qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanmas, o cümlədən «inter alia» hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd eedilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərar görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı yazı yaza bilmədiyindən prokurorluğa müraciət etmədiyini, bu barədə məhkəmə-tibb ekspertinə və Bakı İstintaq Təcridxanasına daxil olarkən məlumat verdiyini, lakin Lənkəran rayon prokurorluğunda araşdırma aparılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı və yerli prokurorluq orqanı tərəfindən müvafiq araşdırmanın aparılmaması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «X4rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Cinayət işinin materiallarının 13-cü səhifəsində olan «şübhəli şəxsin tutulması haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 15:15-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxsi qismində tutulmuşdur. Cinayət işinin materiallarının 10-cu səhifəsində olan Liman PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli «raport»da göstərilmişdir ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində olarkən saat 15:00-da saxlanılmış və Liman PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onu 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində yaşadığı evdə yatılı olan zaman, yuxudan oyadıb yaşadığı evdən aparmaqların göstərmişdir. Dindirilmiş şahid Nisəxanım Məlikova ifadəsində 19 oktyabr 2023-cü il tarixdə səhər vaxtı təxminən saat 08:30 radələrində qəflətən 8 nəfər polis əməkdaşının yaşadığı evə daxil olaraq oğlu Ceyhunu yorğan döşəkdən alt isti geyimdə götürdüklərini, paltar setkasından Ceyhuna məxsus şalvar, corab, qolsuz gödəkçə və köynək götürüb sumkaya qoyaraq polis əməkdaşlarına verdiyini, polis əməkdaşlarının evində də axtarış apardıqlarını, Ceyhunla birlikdə qardaşı İsmayıl Əsədovu da polis bölməsinə apardıqlarını, Ceyhun 5 gün polis şöbəsində qalan vaxt köynəyini yumaq üçün ona verdiyini, köynəyin kürək hissəsinin qanın içində olduğunu, telefonla danışan zaman Ceyhunun ona başı partladığını köynəyə də qan töküldüyünü bildirdiyini demişdir. Dindirilmiş şahid İsmayıl Əsədov ifadəsində 19 oktyabr 2023-cü il tarixdə səhər vaxtı bacısı oğlu Ceyhunla bir otaqda yatılı olan zaman polis əməkdaşlarının evə girdiklərini, Ceyhunun əllərini bağladıqlarını, Ceyhunu isti alt paltarında sürüyə-sürüyə apardıqlarını, özünün də polis bölməsinə aparılıb sorğu sual edildikdən sonra barəsində protokol yazıldığını bildirmişdir. Dindirilmiş şahid Zamin Nəzərli ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində işə gedən zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının evdən çıxarıb apardıqlarını görmüşdür. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 15:00-da Lənkəran rayonu, Göyşaban kəndi əraizisində saxlamışlar. Ceyhunu nahar fasiləsindən sonra saxlamışlar. Ceyhunun saat 15:00-dan əvvəl şöbəyə daxil olması mümkün deyildir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı küçədə saxlamışlar. Ceyhun saxlanılan gün səhər saat 8-9 radələrində harada olmasını xatırlamamış, saat 11-12 radələrində Ceyhunun yaşadığı məhəlləyə getmişlər, günorta saatlarına kimi Ceyhunun məhəlləsində olmuşlar. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə 19 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs Göyşaban kəndi ərazisində tərəflərindən müşahidəyə götürülmüş, Ceyhun evlərinə yaxın küçədə hərəkətdə olarkən tərəflərindən saxlanılmışdır. Həmçinin "xxxx" MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 19 oktyabr 2023-cü il tarixdə saat 09:53-də anten məlumatı Lənkəran rayonu, Göyşaban kəndini göstərmiş, həmin gün saat 15:00-da anten məlumatı Lənkəran rayonu, Göyşaban kəndində olmasını göstərməmişdir. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin və Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 19 oktyabr 2023-cü il tarixdə saat 07:00-dan saat 16:00dək olan müddət ərzində anten məlumatları Lənkəran rayonu, Göyşaban kəndini göstərməmişdir. Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 19 oktyabr 2023-cü il tarixdə saat 15:45-də anten məlumatı Lənkəran rayonu, Viravul kəndini göstərmişdir. Cinayət işinin materiallarında olan «şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə saat 15:25-dən saat 15:55-dək olan müddət ərzində təhqiqatçı Murad Adilzadə tərəfindən X29 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti icra edilərkən Şahid3 da orada iştirak etmiş, hətta video çəkliş belə onun tərəfindən aparılmışdır. Lakin anten məlumatından görünür ki, Şahid3 19 oktyabr 2023-cü il tarixdə saat 15:45-də Lenkaran rayonu, Viravul kəndində olmuşdur. Şərh edilənlərdən göründüyü kimi polis əməkdaşlarının ifadələri təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, eləcə də özlərinin ifadələri və anten məlumatları ilə ziddiyyət təşkil etmiş, obyektiv həqiqəti özündə ehtiva etməmişdir. Bundan əlavə istintaq orqanı tərəfindən təqdim edilmiş cinayət işinin 26-27-ci səhifəsində olan «şəxsi axtarışın keçirilməsi haqqında» 19 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti saat 15:55-də başa çatmışdır. Lənkəran ŞRPŞ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabının 953-cü sıra nömrəsindən görünür ki, Təqsirləndirilən şəxs MSY-nə 19 oktyabr 2023-cü il tarixdə saat 22:23-də təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış icra edildikdən sonra izahatı alınmış, təyin edilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-tibbi ekspertizalarının qərarları ilə tanış edilmişdir. Təqdim olunmuş istintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış icra edildikdən təxminən 6 saat sonra ŞRPŞ-nin X24 təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasından verilmiş Təqsirləndirilən şəxs adına açılmış 9931/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə İstintaq Təcridxanasına gətirilmiş, Təqsirləndirilən şəxs alın nahiyəsində təxmini ölçüsü 1 sm olan kəsilmiş üzəri qərtməkli yara, burunun sol yan nahiyəsində kiçik ölçülü bənövşəyi rəngli qançır müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs X21 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil). Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq onun 24 saatdan artıq X21 saxlanıla bilmədiyi halda 4 gün müddətində saxlanılması cinayət işinin materiallarına əsasən qaranlıq olaraq qalır, polis orqanı tərəfindən bununla bağlı hər hansı bir arqument irəli sürülməmişdir. Məhkəmə tərkibi polis orqanının Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan 5 gün, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 4 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, vaxtında polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir. Şəxsi axtarış keçirilməsi haqqında protokol, işin halları, təqsirləndirilən şəxs və məhkəmə iclasında dindirilən şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq saxlandıqdan təqribən 7-8 saat sonra onun üzərində şəxsi axtarış kimi istintaq hərəkəti icra edilmişdir. «Sakit Zayidov Azərbaycana qarşı» olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, «Layicov Azərbaycana qarşı» olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 8-9 radələrində Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən yaşadığı evdə X30 əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə aparılsa da onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxmini 6-7 saat sonra, yəni məhkəməyədək icraat zamanı toplanmış istintaq sənədlərinə əsasən saat 15:25-də üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi «əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin» ilə bağlı şəxsi axtarış istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Həmçinin iş materialda olan CD diskdə göründüyü kimi, şəxsi axtarış istintaq hərəkətini özündə əks etdirən video görüntü 9 dəqiqə 32 saniyə davam edir, «şəxsi axtarış keçirilməsi haqqında» protokolda isə şəxsi axtarışın başlanma vaxtı 15:25, bitmə vaxtı isə 15:55 olaraq göstərilmiş, faktiki olaraq 9 dəqiqə 32 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 30 dəqiqə davam etdiyi göstərilmişdir. Bununla yanaşı şəxsi axtarış istintaq hərəkətinə dair video-görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video-görüntü 19 oktyabr 2023-cü il tarixində saat 19:41-də yaradılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, «şəxsi axtarışın keçirilməsi haqqında» protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazının arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutlan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X11 da hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabina təyin edilmiş müdafiəçi Təqsirləndirilən şəxs bədəni üzərində kifayət qədər müşahidə edilə bilən xəsarətlərin olmasını görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmişdir. Cinayət- Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin «Lagerblom İsveçə qarşı» və «Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin «X18rşı» və «Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkilin Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, vəkilin həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri, azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş psixotrop maddənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələri verməsi, həmin sözləri şəxsi axtarış istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində, eləcə də təqsirləndirilən şəxsə «praktik, səmərəli və keyfiyyətli» hüquqi yardım göstərilməsi təmin edilmədiyindən almışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də «şəxsi axtarış keçirilməsi» haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. İbtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 15:00-da Lənkəran rayonu, Göyşaban kəndində, yaşadığı evin yaxınlığında tərəflərindən müşahidəyə götürüldüyünü və keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanıldığını bildirmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 19 oktyabr 2023-cü il tarixdə saat 11-12 radələrində Ceyhunun yaşadığı məhəlləyə getdiklərini, günorta saatlarına kimi Ceyhunun məhəlləsində olduqlarını bildirmişdir. Eyni ilə polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin birbirindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X5rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarının 101-ci səhifəsində olan Lənkəran ŞRPŞ-nin İB-nə verilmiş əməliyyat tapşırığına cavab olaraq tərtib edilmiş 11 dekabr 2023-cü il tarixli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonu ərazisində, məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlaması və 19 oktyabr 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində saxlanılıb Liman PB-nə gətirildikdən sonra üzərindən bir bükümdə metamfetamin aşkar edilərək götürülməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 11 dekabr 2023-cü il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan «məhkəmə-kimyəvi ekspertizası»nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixatrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə tərəfindən «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə trəkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,378 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 60 (altmış) manat ekspertiza xərcininməhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 60 (altmış) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,378 qram psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-374/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-374/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver